Paralimpiyaçılarımız Bakıya qayıtdılar
Hava limanında hərarətli qarşılama mərasimi olubPekin Yay Paralimpiada oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 19-da Vətənə dönüblər. Heydər Əliyev adına hava limanında idmançılarımızı Gənclər və İdman Nazirliyinin, Milli Paralimpiya Komitəsinin rəhbər şəxsləri, idmançıların yaxınları və çoxsaylı azarkeşlər qarşılayıb. Lent.az-ın əməkdaşı da onların arasında olub.
Hərarətli qarşılanmadan sonra Lent.az-a açıqlama verən cüdo üzrə 100 kq-dan yuxarı çəki dərəcəsində ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bildirib ki, Azərbaycan kimi ölkədə idmançı olmaq şərəflidir: “Mən bu qələbəmi xalqıma və Prezidentimizə həsr edirəm. Özümü xoşbəxt hiss edirəm və bu hissi yaşamağı hər bir idmançıya arzulayıram”.
Digər Paralimpiya çempionu, atletikanın nüvə itələmə növündə qızıl medal qazanmış Uluxan Musayev isə Lent.az-ın əməkdaşına deyib ki, o, cəmi ilyarımdır idmanın bu növü ilə məşğul olur: “Ötən ilin sentyabrında Taybeydə dünya çempionu oldum, indi isə Pekində çempion olub, dünya və Paralimpiya rekordunu təzələdim. Bu qələbəni ilk növbədə ailəmə, sonra isə xalqıma həsr edirəm”.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov müxbirimizə deyib ki, idmançılarımız çox yüksək səviyyədə çıxış ediblər: “Biz belə nəticələr olacağını əvvəldən proqnozlaşdırmışdıq. Şükürlər olsun ki, idmançılarımız bu proqnozlarımızı doğrultdular”.
İdmançılarımız, onlar üçün ayrılmış avtobusla hava limanından şəhərə gəliblər. Onlar Heydər Əliyev adına Sarayın qarşısındakı parkda Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri qoyublar. Bununla da mərasim başa çatıb.
LENT.AZ
ABŞ-ın Ermənistandakı yeni səfiri Mari Yovanoviç səlahiyyətlərinin icrasına başlayıb. Xanım səfir etimadnaməsinin surətini xarici işlər naziri Edvard Nalbandyana təqdim edib. Qeyd edək ki, artıq iki ildir ABŞ-ın Ermənistanda səfiri vəzifəsi vakant qalmışdı. Sabiq səfir Con Evans 2006-cı ildə verdiyi bir bəyanatda Türkiyənin guya ermənilərə qarşı soyqırımı törətdiyini bəyan etməsindən sonra rəsmi Vaşinqton onu geri çağırıb. ABŞ prezidenti Corc Buş Ermənistana səfir postuna qondarma “erməni soyqırımı”nı tanımaqdan qəti şəkildə imtina edən Riçard Xoqlandın namizədliyini irəli sürsə də, Konqres onun namizədliyini təsdiqləməyib. Avqustun 1-də ABŞ Senatı Mari Yovanoviçin Ermənistana səfir təyin olunması barədə prezidentin sərəncamını təsdiqləyib. Mari Yovanoviç bundan əvvəl ABŞ-ın Qırğızıstanda səfiri vəzifəsində çalışıb.
Dövlət Departamenti dünyada dini etiqad azadlığına dair illik hesabatını açıqlayıb.
"Kremlin 2010-cu ilə kimi İcevanda, Azərbaycan sərhədləri yaxınlığında ikinci hərbi baza tikməsi regiona nəzarəti gücləndirmək niyyətindən biridir"Rusiyanın 2010-cu ilə qədər Azərbaycanla sərhədi yaxınlığında Ermənistanın İcevan rayonunda ikinci hərbi bazasını yaratmağı planlaşdırır. Artıq hərbi bazanın yerləşəcəyi ərazinin müəyyənləşdirilməsi və hazırda həmin əraziyə düşəcək torpaq sahələrinin alınması, hərbi baza ilə bağlı digər hüquqi sənədləşdirmə işlərinin aparılması haqqında məlumatlar yayılıb.
Davamlı inkişaf və rəqabət qabiliyyətiAzərbaycanın sosial-iqtisadi inkişaf kursunun təhlilləri maraqlı nəticələr verib. Beynəlxalq təşkilatların apardığı araşdırmalar postsovet məkanındakı dövlətlərin iqtisadi sisteminin raqabətə dözümlülüyü səviyyəsini müəyyənləşdirib. Müxtəlif növ böhran situasiyalara milli sosial-iqtisadi sistemlərin reaksiyalarını indeksləşdiriblər. Misal üçün Rusiyanın maliyyə birjasının çöküşü yeridilən sosial-iqtisadi siyasətin nöqsanları ilə əlaqələndirilib. Azərbaycana isə dünyanı silkələyən maliyyə böhranının təsiri minimum səviyyədə dəyərləndirilməkdədir. Bunun səbəbləri haqqında da mütəxəssis rəyləri vardır. Əslində bu proseslərin mənbəyi bir neçə il qabağa gedib çıxır.
Makkeyn və Rays Kremli hədələdi
"ABŞ-la Rusiyanın Minsk qrupunda bir araya gələcəyi inandırıcı deyil"Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra ATƏT-in Minsk qrupunun taleyi sual altına düşdüyü bir daha təsdiqlənib. Söhbət tək Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinin regiona ayrılıqda gəlməsindən, rusiyalı həmsədr Yuri Merzlyakodan isə xəbər olmamandan getmir. Düzdür, Minsk qrupunun fransalı həmsədri Bernar Fasie İrəvanda nikbin görünməyə çalışıb, regiona ayrı-ayrılıqda səfər etmələrini fərqli iş qrafiklərində çalışmalarıyla əlaqələndirib: "Təəssüf ki, gərgin iş qrafiki ilə əlaqədar biz regiona birgə səfər edə bilmədik. Amma bu, o demək deyil ki, həmsədrlər arasında sıx əməkdaşlıq hansısa dəyişikliklərə uğrayıb. Biz regiona səfərlərimizi öz aramızda razılaşdırmışıq.
Əli Babacan, Elmar Məmmədyarov və Edvard Nalbadyanın görüşü BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində baş tutacaq Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Əli Babacan, Elmar Məmmədyarov və Edvard Nalbandyan sentyabrın 25-26-da görüşəcəklər. Bu barədə məlumatı CNNtürk kanalı yayıb. Görüş BMT Baş Assambleyasının Nyu - Yorkda keçiriləcək 63 - cü sessiyası çərçivəsində baş tutacaq. Görüşün keçirilməsinə təşəbbüs isə Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əli Babacandan gəlib. Babacan əvvəlcə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, daha sonra ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq. Bu görüşlərdən sonra hər üç nazir Qarabağ məsələsini üçtərəfli görüş çərçivəsində birgə müzakirə edəcək./ANS TV/
Akif Nağı: "Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin məskunlaşdırılmasıyla bağlı rəsmi İrəvanın siyasəti iflasa uğrayıb"
ABŞ-ın dövlət katibi Kondoliza Rays Transatlantik Siyasət Mərkəzi-Marşall Fondunda çıxışında bir sıra diqqət çəkən bəyanatlar səsləndirib. O deyib ki, ABŞ və Avropa birmənalı olaraq Rusiyaya qonşu dövlətlərin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir. Dövlət katibi vurğulayıb ki, Vaşinqton Moskvanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin qarşısını alacaq. ABŞ və Avropa həmin qonşu dövlətlərlə əlaqələrini möhkəmlədir: "Biz regionun daha bir münaqişəsini-Dağlıq Qarabağ məsələsini həll etmək istəyirik və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik".
Bu gün Azərbaycan neftçilərinin peşə bayramıdır Bu gün əsrin müqaviləsindən 14 il ötür. Bu gün həm də Azərbaycan neftçilərinin peşə bayramıdır. Tarix boyu neft ölkəsi kimi tanınan Azərbaycanda neft istehsalı XX əsrdə daha da inkişaf edib. 1994-cü il sentyabrın 20-də isə «Əsrin neft müqaviləsi» imzalanandan sonra yeni neft strategiyası və doktrina da irəli sürülüb. Qeyd edək ki, 1994-cı ilin 20 sentyabrında Gülüstan sarayında Amerikanın «Amoko», «Yunokal», «Pennzoil», «Makdermott», Böyük Britaniyanın «British Petroleum» və «Ramko», Norveçin «Statoil», Rusiyanın «Lukoil», Türkiyənin «Türk Petrolları», Səudiyyə Ərəbistanın «Delta» şirkətinin yaratdığı konsorsium əsasında Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birlikdə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında «Əsrin neft müqaviləsi» adlı saziş imzaladı./ANS TV/
Bu gün(20 sentyabr) Türkiyə prezidenti Abdullah Gülün ABŞ-a səfəri başlayır. Səfərdə əsas məqsəd BMT Baş Assambleyanın iclaslarında iştirak etməkdir. Türkiyənin xarici işlər naziri Əli Babacan isə BMT Təhlükəsizlik Şurasının sesiyasına qatılmaq üçün artıq dünəndən Nyu-Yorkdadır. Sentyabrın 22-də və 26-da Gül və Babacanın BMT Baş Assambleyası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub. lidertv---------------------------------------------------------------------Soydaşlarımız müasir məktəblərdə təhsil alacaq
Gürcüstanın Kvemo-Kartli bölgəsində yeni məktəb tikilərək soydaşlarımızın ixtiyarına verilib. Yarım milyon lariyə başa gələn məktəb binası müasir avadanlıqlarla təchiz edilib. Marneuli rayonunun Mollaoğlu kəndində inşa edilən yeni məktəb binasının açılışında Gürcüstanın birinci xanımı Sandra Rulovs da iştirak etdi. Yeni avadanlıq və kompüterlərlə təchiz edilən məktəbin Kvemo-Kartlidə analoqu yoxdur. Ümumiyyətlə isə təhsil nazirliyi son üç ildə 700 məktəbi təmir edib. Daha 32 – si yenidən inşa edilib. Lakin işlər bununla bitmir. Gürcüstanın birinci xanımı Sandra Rulovs soydaşlarımız üçün ali məktəblərə qəbul imtahanlarının asanlaşdırılacağını bildirdi. Soydaşlırımızın xaricdə təhsil proqramına qoşulacağı gün də uzaqda deyil. Onların gürcü cəmiyyətinə inteqrasiyası dövlət dilini nə dərəcədə bilmələrindən çox asılıdır. Bu istiqamətdə də işlər aparılır. Amma təhsil sahəsində hələ xeyli problem var - deyən səfir Namiq Əliyev məsələnin tez bir zamanda həllini tapacağını bildirdi. Çünki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini daim diqqətdə saxlayır.
Ermənistan prezidenti Serj Sərkisyan uğursuzluq zolağından çıxa bilmir. Hakimiyyət ölkədə hökm sürən siyasi-iqtisadi böhran qarşısında aciz qalıb. 5 aydan çox hakimiyyətdə olmasına baxmayaraq, Sərkisyan yalnız bir dəfə - Rusiyaya rəsmi səfər edib. Bu da onun beynəlxalq aləmdə hansı nüfuza malik olmasından xəbər verir. Belə bəyanatla erməni konqresinin mətbuat katibi Arman Musinyan keçirdiyi mətbuat konfransında çıxış edib. «15 sentyabrda Yerevan meriyası erməni milli konqresinə şəhərin mərkəzində mitinq keçirməsinə icazə verməsinə baxmayaraq paytaxtda bir neçə ərazini çıxmaq şərti ilə bütün regionlarda polis əməkdaşları gücləndirilmiş iş rejmində çalışıb. Yerevanın giriş və çıxışı polisin nəzarətində olduğundan mitinqə gəlmək istəyənlərin çoxu şəhərə buraxılmayıb». Bunu erməni milli konqresinin mətubat katibi arman musinyan keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, mitiniq başlamazdan əvvəl polisin aksiyaçılara zor tətbiq etməsi ilə bağlı müxalifət danılmaz faktlara malikdir. Bu cür zorakılıq halları əsasən gənclərə qarşı həyata keçrilib. «Biz artıq görürdük ki, hakimiyyət təxribata gedir. Ona görədə hakimiyyətin tələsinə düşmədik. Gələnlərlə kifayətlənib mitiniqi keçirdik. Yürüşü isə təxirə saldıq». Mətbuat katibinin sözlərinə görə, hakimiyyət keçən aksiyada öz iç üzünü bir daha açıb göstərdi. Bütün maneələrə baxmayaraq biz istəyimizə nail olduq. Musinyan bildirib ki, Ermənistanda terror dövlət səviyyəsində həyata keçrilir. Bu məsələni nəzərə alıb müxalifət keçrilən aksiyalarda insanların təhlükəsizliyini təmin etmək üçün strategiya hazırlayır. Sözügedən startegiyada hansı nüansların əks olunmasına gəlincə müxalifət funksioneri bu barədə yaxın vaxtlarada jurnalistlərə məlumat veriləcəyini bildirib. Onun sözlərinə görə, sentyabrın 26 da keçriləcək aksiyaya qədər müxalifət hakimiyyətin bütün taktikaları üzrə hazırlıq tədbirlərini başa çatdıracaq.
Aydın Ağayev: "ABŞ başda olmaqla Qərb ölkələri Azərbaycanın vacib ölkə olduğunu başa düşüb"Ötən gün xarici işlər naziri Elmar Məmmədyarovla Brüsseldə görüşən NATO-ya üzv ölkələrin səfirləri çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bildiriblər. Brüsselə səfəri çərçivəsində Elmar Məmmədyarov Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı xanım Benita Ferrero-Valdnerlə də görüş keçirib. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi-Azərbaycan arasında imzalanmış Fəaliyyət Planının həyata keçirilməsi, Avropa Birliyi və Azərbaycan cari münasibətləri, regional proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi və digər bu kimi məsələlər müzakirəyə çıxarılıb.
İran prezidenti Mahmud Əhmədinejad sentyabrın 18-də Teranda keçirilən mətbuat konfransında bildirib ki, dünya və beynəlxalq ictimaiyyəti böyük dəyişikliklər gözləyir. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat verib. «İsrail 60 il təcavüz göstərdikdən sonra süquta uğrayır», - Əhmədinejad qeyd edib. O qeyd edib ki, müstəmləkəçi ölkələrin yalan təbliğatı və məkrli siyasəti növbəti dəfə uğursuzluğa düçar oldu. «Super güclər zəif xalqlardan üzr istəməlidirlər», - deyən İran prezidenti İran xalqını dünyada məzlum xalqların haqlarının bərpası istiqamətində bayraqdar adlandırıb.
Yəhya Rəhim Səfəvi 

Sentyabrın 17-dən prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Hər bir namizəd kampaniya zamanı öz platformasını cəmiyyətə təqdim edəcək. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin də seçki platforması cəmiyyətin bütün sferalarına məsələləri özündə əks etdirir. Azərbaycanın neçə illərdir həlinə nail ola bilmədiyi Qarabağ problemi isə seçki platformasının birinci hissəsidir. BAXCP onun sədri Qüdrət Həsənquliyev daim Qarabağ probleminin həlli istiqamətində xalqın maraqlarına cavab verən təkliflər irəli sürüb. Bu təkliflər hər zaman yüksək tribunalardan səslənib və indi də səslənir.
Məsəl var, deyirlər ki, bəla gələndə hər tərəfdən gəlir. Qədimdən xalqların təcrübəsindən qaynaqlanan bu məsəlin əslində ümumi mənası aydındır. Bəlanı yaradan səbəblər ümumi olanda onun təsiri də geniş olur. Müasir dünya son bir neçə ildir ki, silkələnir. İnsan həyatının bütün sahələri üzrə faciələr davam edir. Bu faciələrin təbiəti müxtəlif olsa da, mənası birdir – dünya hansısa səhvlərinin altını çəkir. Təbii fəlakətlərlə sosial qəzaların eyni mexanizmə malik olduğu elmi sübut olunanda yəqin çoxları təəccübləndi. Ancaq dünyaya bütöv sistem kimi baxanda burada təəccüblü heç nə yoxdur. Dünya özünün tərkib hissəsi olan insanı cəzalandırır. İndi dünyanın ən güclü dövləti təbii fəlakətlərin əsirinə çevrilib. Bir-birinin ardınca baş verən təbii fəlakətlər ölkənin milyonlarla insanını evsiz-eşiksiz qoyub. Amerikanlar təbiətin hesabına köçkün həyatının, yurdunu itirmənin nə demək olduğunu gördü. Onlardan bir qədər əvvəl ruslar o taleni yaşadılar. Dünyanın müxtəlif yerlərində xalqlara qaçqın və köçkün həyatı yaşadanlara təbiət eyni şeyləri yaşatmaqdadır. Bu dəfə ABŞ-ı maliyyə böhranı bürüməkdədir. Bir gündə 13 iri bank iflasa uğrayıb. ABŞ-da 150 ildir mövcud olan bank indi müflisdir. Bununla ABŞ çox ciddi böhranın ərəfəsinə gəlib. İndi mütəxəssislər dünya maliyyə sisteminin böhrandan neçə vaxta çıxa biləcəyini hesablayırlar. Bu nəticə də ürəkaçan deyil – ümumi qənaətə görə krizis gələn ilin ikinci yarısına qədər davam edə bilər. Deməli, bu dəfə dünya böyük bir sınaqla üz-üzə qalıb.
Ukraynada "narıncı koalisiyanın" dağılması ilə bağlı rəsmən məlumat veriləndən sonra qafalar yenidən qarışdı. Bu olayın arхasında ciddi siyasi və hətta geosiyasi proseslərin durduğuna şübhə etmirlər. Prezident Viktor Yuşşenkonun Rusiya prezidenti Dmitri Medvedyevə zəng edərək onu Kiyevə dəvət etməsinə məhz bu proseslər prizmasında baхırlar. Rusiya dövlət başçısının dəvəti qəbul etməklə yanaşı şərtinin də olduğu deyilir. Şərt Ukraynanın NATO-ya qəbul olmamasıdır. Hər bir halda siyasi kluarlarda Ukrayna üçün olduqca məsuliyyətli bir mərhələnin başladığını deyirlər. Prezidentlərin danışmasına baхmayaraq, rusiyalı deputatlardan bəzilərini Ukraynaya buraхmayıblar. Onların Ukraynada separatizmi qızışdırdığını deyirlər. Хüsusilə Krım məsələsində tərəflər arasındakı gərginlik səngimir. Ukrayna rus hərbi donanmasının kirayəsini bir neçə dəfə qaldırmaq istədiyini bildirəndən sonra ara daha da qarışıb. İndi tərəflərin həmin məsələdə ortaq məхrəcə gəlməsinə çətin bir iş kimi baхırlar. Bütün bunların fonunda baş nazir Timoşenkonun "narıncı"ları pis duruma salması ciddi siyasi mesay olaraq qəbul edilir. Prezident Yuşşenko parlamentə növbədənkənar seçki təyin etməyi düçünür. Ancaq bu, parlamentdə yeni koalisiya yaranmayacağı halında olacaqdır. Bunun üçün bir ay vaхt vardır. Ukraynadakı müşahidəçilər bu müddətdə nəyinsə ola biləcəyinə inanmırlar. Odur ki, indi əksəriyyət Ukraynada yeni siyasi böhrana hazırlaşır. Bu böhranın isə daha ağır olacağını deyirlər. Bunun bur neçə səbəbi üzərində dayanmaq olar. Birincisi, sirr deyil ki, Ukraynadakı böhranın əsl səbəbi bu ölkənin Rusiya ilə ümumi dil tapa bilməməsidir. Viktor Yuşşenko Saakaşvili qədər Qərbpərəstdir. Onun siyasətində Rusiya ilə münasibətlərə lazımi qədər yer ayrılmır və tariхi olaraq bir yerdə olmaq şərtlərinə əməl edilmir. Kreml üçün bu, qəbuledilməzdir. Ona görə də bizcə, indi mövcud olan şərtlər daхilində Ukraynada sabitliyin olması imkansızdır. Rusiya buna imkan verməyəcək. İkincisi, Gürcüstan misalı göstərdi ki, Rusiya yaхın ətrafında istənilən hərbi əməliyyatı apara bilər. Ukrayna üçün isə Kreml daha coх siyasi tələlər hazırlayıb. Timoşenkonu bir neçə il bundan öncə Rusiyanın ələ aldığı haqqında məlumat var. Bunun altından sonra kimlərin çıхacağı bəlli deyil. O baхımdan Ukraynanın Gürcüstanın taleyini bir qədər başqa formada yaşaya biləcəyini təхmin etmək olar. Üçüncüsü, Ukraynanın NATO ilə münasibətləri kuliminasiya nöqtəsinə çatdığından vəziyyət daha qarışıq məzmun kəsb edir. Əgər Ukrayna NATO-ya qəbul edilsə, Rusiya üçün olduqca ağır bir durum yaranır. Lakin Kremlin Güney Amerikada etdikləri (Boliviyadan ABŞ səfirinin çıхarılması, Venesuelada rus nüvə silahı daşıyan qırıcılarının peyda olması, Kubaya Rusiya qırıcılarının uçuşu və s.) göstərir ki, o da Amerikanın qulağının dibində koalisiya yarada bilər. Bunlar Gürcüstan və Ukraynaya cavabdır. Ukraynanın NATO ilə münasibətləri həmin səbəblərdən heç də sadə məsələ deyil. Rəsmi Kiyev bu punktlarda böyük ölçüdə ilişib. Ukraynada siyasi böhran bu səbəblər prizmasında həlli çətin olan məsələyə bənzəyir. Növbədənkənar parlament seçkilərinin nəyi həll edəcəyi məlum deyil. Tam aydındır ki, Rusiyanın əsas məqsədi Yuşşenkonu hakimiyyətdən uzaqlaşdırıb yerinə özünə loyal olan birisini gətirməkdir. Ona görə də istənilən halda Rusiya başqa üsul tapacaq. Burada kompromisə yol görünmür. Tərəflərdən hansısa tam uduzmalıdır. Ukraynadakı siyasi və geosiyasi şərtlər elədir ki, kiminsə tam siyasi qələbəsi imkanı yoхdur. Bu da siyasi savaşın süründürməçi formada uzun müddət davam edəcəyini göstərir. Partlayışın olması ehtimalı isə qalmaqdadır. Bununla Ukraynanın növbəti dəfə narahatedici siyasi dönəmə qədəm qoyduğunu deyə bilərik. Bu dönəmdə daha qorхulusu tərəflərin silah işlətmək ehtimalının çoх olmasıdır. Lakin Ukraynada çoхlu rus yaşadığından daha çoх diplomatiyaya üstünlük veriləcəyini güman etmək olar. NATO-nun qərarında inad etdiyi halda isə Rusiya sərt addımını atacaq. Atmasa, Gürcüstandan da əlini üzməli olacaq. Gürcüstanda NATO-nun baş katibi rus əsgərlərinin Abхaziya və Güney Osetiyadan çəkilməsini mütləq şərt adlandırıb. Deməli, tərəflər silaha əl ata bilərlər. Bunun Ukraynada necə tazahür edə biləcəyi maraqlıdır.
Qafar Çaxmaqlı: "Hakimiyyətə gəlmək Qərbdən dəstək almağa çalışan, ancaq buna nail ola bilməyən Levon Ter-Petrosyan Rusiyaya meyllənməyə başlayıb""İrəvan özbaşına addım ata bilməz, çünki Serj Sərkisyanın addımlarını Moskva müəyyənləşdirir"Ermənistanda daxili siyasi vəziyyət gərginləşib. Məsələ tək sentyabrın 15-də sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin keçirdiyi mitinqlə bağlı deyil. Sentyabrın 16-ı parlamentin spikeri Tiqran Torosyan tutduğu postdan və Respublika Partiyasının üzvlüyündən istefa verib.
