azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Eylül 2008 Cuma

BİLDİRİŞ: Göteborgda miting Bazar günü -21 Sentyabr 2008 saat13-dən 14-də

BİLDİRİŞ: Göteborgda miting Bazar günü -21 Sentyabr 2008 saat13-dən 14-də
Fars şovinizminin rəsmi əritmə siyasətinə və milli aktivistlərin tutuqlanmasına qarşı var gücümüzü ortaya qoymalıyıq.
Mehr ayının 1-ci günü Güney Azərbaycan oxullarında milli əritmə siyasətinin rəsmi başlanqıcıdır.
Dəyərli soydaşlar!
Bildiyiniz kimi, hər Günəş ilinin Mehr ayının 1-ci günü (21.09), İran adlanan ölkənin yeni təhsil günüdür. Bu gündən başlayaraq fars olmayan milyonlar uşaq və gəncin ürək istəyi və ana haqlarına baxmayaraq yalnızca Fars dilində təhsil almaq zorunda qalmaqdadırlar. 100-ilə yaxındır ki, Fars faşist rejiminin bu rəsmi əritmə siyasəti səssiz soyqırım (Etnosit) kimi sürməkdə dəvam edir.
Dünyada insan haqları ilə bağlı bütün etibarlı anlaşmaların təməl maddələrini ana dilində eytim alma haqqı təşkil edir. Bu haq dünyada qabul olunmuş ən ilkin insan haqqı sayılsa da, fars faşıst rejimi tərəfindən gobudcasına çeynənməkdədir. Rejim hər bir bahanayla qeyri fars millətləri öz ana dilindən uzaq tutmaq üçün etnik düşünürləri ən ağır təzyiqlərlə üz-üzə qoymaqdan çəkinməyir.
Panfaşist Fars rejimi 100-lərlə Güney aktivistini, yazarını, öyrəncisini və insan haqları ilə bağlı müdafiəçilərini evlərində, iş yerlərindən oğurlayaraq bəlirsiz yerlərdə işkəncələrə məruz qoymaqdadır. Son günlərdə farsçı rejim tərəfindən tutuqlanan Güney Azərbaycanın çox tanınmış milli fəallarından olan Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı, Abbas naimi, Əkrəm Nəccari, Mehdi Nəimi, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xacei, Daryuş Hatəmi (Elçin), Mənsur Əminiyan , Amir Mardani,Məqsud Əhdi, Məcid Makuyizad ,sayid mahamadi, sayyad Mohamadiyan,Hasan rahimi bayat, kimi şəzsiyyətlərin bu gərçəyin aydın göstərcəsidir.
Məzhəb örtüyü altında gizlənən farsçı rejim, bu son basqılarla, Azərbaycan Milli Hərəkatı qarşısında dərin çarəsizliyini bir daha göstərmiş oldu.
Bugün zindanlarda Azərbaycanın igid mübarizleri Abbas lisani ,Azim Qadimi və Elman Nurilər zindan və hədə qorxu taktiklərin , etgisiz olmasının böyük örnəkləridirlər Sayqı dəyər soydaşlar:
Fars mulla rejiminin millətimizə qarşı planlarını məhkum və ifşa etmək üçün hərəkət etməliyik. Bu bağlantıda biz, İsveçin Göteborg şəhərində yaşayan Azərbaycanılar əl- ələ verərək ulu millətimizin haqlı səsini dünya ictimaiyyətinə çatdımaq üçün bir miting təşkil edərək bütün demokrat və azadlıq sevər insanları bu toplantıya dəvət edirik. Umarıq bizim bu ricamız zamanı və imkanı olan soydaşlar tərəfindən olumlu qarşılansın.
Yer : Götenborg şəhərinin mərkəzi- Femman Huset,in qarşisi Çağ: Bazar günü -21 Sentyabr 2008 saat13-dən 14-də
Oyanış dərnəyi Babək- Azərbaycan kurslar derneyi Qadinlar dərnəyi Yanar Təbriz dərnəyi

Hiç yorum yok: