azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Eylül 2008 Salı

Güneyli hərəkatçılar Evində saxlanılır

Güneyli hərəkatçılar Evində saxlanılır
İranın paytaxtı Tehran şəhərində hərəkatçı Səyyad Məhəmmədinin evində açılmış iftar süfrəsi zamanı həbs edilmiş 10 nəfər hazırda bədnam Evin həbsxanasında saxlanılır.GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, həbs edilənlərin bir qismi azadlığa buraxılsa da, bir qismi Evində işgəncə altındadır. Qeyd edək ki, həbs olunanlar arasında Abbas Lisaninin həyat yoldaşı və uşaqları da vardı.


Hüquq müdafiəçisi həbs edilib

Həsən Rəhimi xaricə xəbər sızdırmaqda suçlandırılır

Güney Azərbaycanda milli hərəkatçıların həbsinin yeni dalğası başlanıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Kərəc şəhərində olan hərəkatçı Həsən Rəhimi həbs edilib. Tanınmış hüquq müdafiəçisinin ETTELAAT idarəsində saxlanıldığı bildirilir. Hakimiyyət nümayəndələri Həsən bəyi beynəlxalq təşkilatlarla əlaqə yaratmaqda və siyasi məhbuslarla bağlı xəbərləri dışarı sızdırmaqda suçlandırıblar.


Əli Sədiqi yenidən tutuldu

Hərəkatçının durumu ağırdır

Bir ay öncə azadlığa buraxılmış təbrizli hərəkat fəalı Əli Sədiqi yenidən həbs edilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, 35 yaşlı hərəkatçının durumu ağırdır. Qeyd edək ki, Əli Sədiqi Təbriz universitetində çıxan "Yurd" jurnalının baş redaktorudur. May hadisələri zamanı həbs edilib təkadamlıq kamerada saxlanan, sonra isə vəsiqə ilə azadlığa buraxılan hərəkatçı girov qoymuşdu.


Elçin Hatəminin durumu ağırdır

Hərəkatçının harada saxlandığı bəlli deyil

Həbsdə olan tanınmış Milli Hərəkat fəalı Elçin Hatəminin sağlıq durumu narahatlıq doğurur. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, 57 gündür ki, həbs edilmiş Elçin bəyin harada saxlanıldığı hələ bəlli deyil. E.Hatəminin böyük ehtimalla, ETTELAAT-ın təcridxanasında olduğu bildirilir. Qeyd edək ki, onunla tutulanlar yaxınları ilə əlaqə saxlasalar da, E.Hatəmidən xəbər yoxdur.

Zəncalı siyasi fəallar azadlığa buraxıldı

Zəncan şəhərində həbs edilən hərəkatçıların bir qismi aadlığa buraxılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, avqustun 7-də həbs edilən hərəkat fəalları 21 gün təkadamlıq kameralarda saxlanmışdılar. Onların arasında gənc hərəkat fəalı Bəhram Vahidi də var. B.Vahidi 220 min dollar qoyaraq azadlığa çıxıb. Xanım hərəkatçı Surna Haşimi də bu qədər girov qoyub. Həsən Cüneydi ilə Pəyam Şəkiba isə 165 min dollar girov qoyublar. olaylar

Hiç yorum yok: