azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Ekim 2008 Cumartesi

Vaşinqtonla Tehran dil tapacaqmı?

Vaşinqtonla Tehran dil tapacaqmı?


"ABŞ və İran nümayəndələri müəyyən şərtlərlə ikitərəfli problemlərin həlli üçün görüşmək istəyirlər, lakin bu ölkələrin əməkdaşlığa baxışları fərqlidir. Bu da onlara razılığa gəlməyə imkan verməyəcək". Bu sözləri İran üzrə amerikalı ekspert Patrik Klauson bildirib. Bəlli olduğu kimi, İran ilə ABŞ arasında münasibətlər 1979-cu ildə baş verən islam inqilabından sonra pozulub. "ABC News"un verdiyi xəbərə görə, ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İran uranın zənginləşdirməsini dayandırarsa, ABŞ hər zaman onunla danışıqlar masası arxasına oturmağa hazırdır. Amerika məmurları İranın nüvə proqramının reallaşdırılmasını dayandıracağı təqdirdə, danışıqlara başlamağa hazır olduqlarını dəfələrlə bildiriblər. Lakin məhz indi İranın danışıqlar prosesinə münasibəti dəyişib. İranın beynəlxalq məsələlər üzrə müstəqil eksperti Cəfər Məhəmmədi bildirib ki, hələ Xatəminin hakimiyyəti dövründə mətbuatda bu ölkələr arasında qarşılıqlı münasibətlər barədə yazmaq qadağan olunmuşdu. İkitərəfli əməkdaşlıqdan isə ümumiyyətlə, söhbət gedə bilməzdi. "Mahmud Əhmədineyad İran ilə ABŞ arasında münasibətlərin dayandırıldığı vaxtdan bəri əməkdaşlığa dair təkliflə amerikalı həmkarına müraciət edən ilk İran prezidentidir" - deyə Məhəmmədi bildirib. İran prezidenti və ölkənin xarici işlər naziri cari ilin iyulunda Vaşinqton ilə bilavasitə əməkdaşlığa hazır olduqları barədə bəyanat veriblər.



Azər NURİYEV
kaspi

Ərəb sülh təşəbbüsü: İsrailin maraqlarına zərbə

Ərəb sülh təşəbbüsü: İsrailin maraqlarına zərbə

Rəsmi Qüds təcrübədə barışığın bağlanılması üzrə ərəb planını heç bir halda qəbul etməyəcək; bu, İsrailin təhlükəsizliyini zərbə altına qoyur.

İsrail prezidenti Şimon Peres cümə axşamı Misirin prezidenti Hüsnü Mübarəklə görüşü zamanı öz ölkəsinin “İsraillə ərəb sülh təşəbbüsü”nü qəbul etməyə razı olduğunu bəyan edib, - Aljazeera telekanalı xəbər verib.

Səudiyyə kralı Abdullanın hələ 2002-ci ilin martında Beyrutda irəli sürdüyü bu təşəbbüs, ərəb ölkələri ilə münasibətlərin normallaşması əvəzinə, İsrailin 1967- ci il sərhədlərinə qayıtmasını nəzərdə tutur.

“İsrail bu sənədi qəbul edərsə, o zaman özünü yeni siyasi böhrana – lakin artıq beynəlxalq böhrana məruz qoyacaq. Əks təqdirdə, Qüds strateji baxımdan vacib ərazilərlə vidalaşmalı olacaq”, - Yaxın Şərq təhlükəsizliyi üzrə britaniyalı ekspert Neyl Quilliam (Neil Quiliam) TrendNews - a bildirib.

Sentyabrda İsrail daxili siyasi böhran yaşayıb. Böhran Baş nazir Ehud Olmertin istefası ilə nəticələnib. Ona qarşı amerikalı iş adamı Moris Talanskidən xeyli məbləğdə vəsaitin alınması, öz səlahiyyətlərini aşmasına dair ittiham irəli sürülmüşdü. Hazırda İsrailin yeni Baş naziri Tsipi Livnidir. Lakin hökumət hələ formalaşdırılmayıb.

Bununla əlaqədar, hazırda İsrail üçün ölkənin sərhədlərinə toxunan bu sənədi imzalamaq risklidir,- Britaniyanın Kotton Təhlükəsizlik Mərkəzinin (Cotton Centre Control Risk) analitiki Quilliam hesab edir.

Onun sözlərinə görə, ərəb təşəbbüsü 50 il düşmənçilikdən sonra ərəb qonşularla münasibətlərin bərpasında müsbət rol oynaya bilər. 1967 - ci il müharibəsində İsrail Fələstindəki İordan çayının Qərb Sahilini və Qəzzə Zolağını, Suriyada Colan yüksəkliklərini işğal edib.

“Bu sənəddə başlıca məsələ - sənədin Qərb Sahilini və Qəzzə Zolağını yenidən alacaqları günü gözləyən fələstinlilərlə barışılığa dair birinci bənddir”, - Quilliam bildirib.

Britaniyalı ekspertin rəyinə görə, Peresin altı ildən sonra bu sənədin qəbuluna razılıq barədə bəyanatının səbəbi İsrailin beynəlxalq ictimaiyyətin diqqətini Fələstin-İsrail dialoquna cəlb etmək istəməsində gizlənir. O hesab edir ki, Qafqazdakı hadisələr və maliyyə böhranı kimi digər qlobal problemlərlə əlaqədar, son aylarda bu dialoq beynəlxalq səviyyədə az müzakirə olunur.

Bununla əlaqədar ekspertlər hesab edirlər ki, İsrail prezidentinin ərəb təşəbbüsünü qəbul etmək barədə sözləri təcrübədə həyata keçirilməyəcək.

İsrailli analitik Mordexay Kedarın rəyinə görə, hazırki formatda bu sazişin İsrail üçün bir çox mənfi tərəfləri var.

Ərəb təşəbbüsündə BMT TƏhlükəsizlik Şurasının 194 - cü Qətnaməsinə əsasən, sərhədlərin bərpasından başqa, əsasən İordaniya, Livan və Suriyada yaşayan 4 milyondan çox fələstinli qaçqının qayıtması da göstərilir.

“Bu, indiki İsrailin sonu olacaq;qaçqınlar qayıdarsa, yəhudilər regionda bir etnos kimi üstünlüklərini itirəcəklər”, - Təl-Əvivdə Bar-İlan Universiteti nəzdində Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin analitiki, siyasi elmlər doktoru Kedar TrendNews-a bildirib.

İsrailin iqtisadi rifahı da təhlükə altındadır. Fələstinli qaçqınlar vətənlərinə qayıdarlarsa, Qüds onlara böyük məbləğdə kompensasiya ödəməli olacaq.

BMT-nin Qaçqınların İşi üzrə Ali Komissar İdarəsinin 319(IV) saylı xüsusi Qətnaməsinin bəndlərindən birinə əsasən, işğal dayandırılarsa və qaçqınlar öz Vətənlərinə qayıdarlarsa, təcavüzkar ölkə zərər çəkən tərəfin qaçqınlarına kompensasiya ödəməyə məcburdur.

Bununla əlaqədar, Kedar hesab edir ki, Qüds ərəb ölkələri ilə əlaqə və fələstinlilərlə barışığın əvəzinə, sərhədlərdəki təhlükəsizliyi, həmçinin, iqtisadi vəziyyətini qurban verməyəcək.

İsrail Səudiyyə Ərəbistanının təklifini təqdir etsə də, qaçqınların qayıtması haqqında bənd sənəddən çıxarıldığı, həmçinin, danışıqlar prosesi və ərazi güzəştləri razılaşdırıldığı halda onu qəbul edəcək. Yəni, İsrail Qərb Sahilinə fələstinlilərlə eyni beynəlxalq hüquqlar alacaq və Livan və Suriya ilə sərhədyanı rayonlar haqqında razılığa gələ biləcək.

İsrailin bu Qətnaməni qəbul etməsi fələstinlilər üçün müsbət məqamdır;bu, dialoq üçün yeni bəhanə yaradacaq. Lakin fələstinli analitik Adel Ateyin sözlərinə görə, bu, İsrailin növbəti siyasi manevridir.

“İsrailin xarici siyasətindəki xüsusiyyətlərdən biri belədir ki, olar ərəblərlə sülh bağlamaq istəyi haqqında gurultulu bəyanatlar verirlər. Lakin iş sözdən və inandırmadan uzağa getmir”, - Aİ-dəki Fələstin nümayəndə heyəti rəhbərinin müavini Atey Brüsseldən telefonla TrendNews-a bildirib.

İsraillə barışıqda Fələstin tərəfinin başlıca tələbləri yəhudilərin Qərb Sahilində yerləşdirilməsinin dayandırılması və 600 - dən çox blok-postun götürülməsidir.

“İsrail bu bəndlərə etinasılıq göstərir; sanki onlar heç yoxdur”, - Atey bildirib. İsrail bu bəndləri yerinə yetirsəydi, regionda təhlükəsizlik məsələsi, Fələstin, Suriya və Livanla sərhədlərin müəyyən edilməsi problemi həll olunardı. Ateyin rəyinə görə, faktiki olaraq, israilli əsgərlərin bu sərhədlərdən geri çəkilməsi müstəqil Fələstin dövlətini yaradacaq. Lakin İsrail bunu heç zaman etməyəcək və buna görə də, barışıq prosesində irəliləyiş gözləməyə dəyməz.

Fələstin və İsrail arasında müharibə 1948 - ci ildə - Fələstin ərazilərində müstəqil İsrail dövləti yaradıldıqdan sonra başlayıb. Lakin münaqişə 1967-ci il müharibəsində daha da genişlənib və İsrail Qüdsü nəzarəti altına alıb. 2000 - ci ildə ikinci intifaddan sonra (Qərb Sahili sakinlərinin üsyanı) Fələstin və İsrail tərəfləri Yaxın Şərq Dördlüyünün (YŞD) (Rusiya, BMT, Aİ, ABŞ) dəstəyi ilə “Yol xəritəsi” hazırlayıblar. Bu layihənin əsas məqsədi, Qüds ümumi paytaxt olmaqla, eyni ərazidə iki dövlətin – İsrail və Fələstin dövlətinin yaradılmasıdır.trend

Qulamrza Əmani vəfat etsə də, lakin türkün fərəh nəğməsində daim yaşayacaq!

Qulamrza Əmani vəfat etsə də, lakin türkün fərəh nəğməsində daim yaşayacaq!

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli Hərəkatının fəallarından biri, Qulamrza Əmani 35 yaşında maşın təsadüfü nəticəsində dünyasın dəyişib.

Qulamrza Əmani Təbriz Universitetinin Əkinçilik fakültəsini bitirmişdir. O, öyrənci olan zaman Güney Azərbaycan Öyrənci Hərəkatına qoşulmuş, onun fəaliyyətinin genişlənməsində çox önəmli rol oynamışdır. İranın irqçi rejimi onu tutub, 5 il həbs çəkməyə məcbur etmişdir.

Qulamrza Əmani vəfat edənə kimi İran ETTELAAT idarəsinin nəzarəti altında olmuşdur. Dəfələrlə tutulub, hədələnib, hətta sorğu ...sual üçün Tehranın Evin zindanına aparılmışdı. Amma bunlara baxmayaraq, o, qətiyyətlə məzlum və məğrur millətimizin haqqını daim müdafiə etmişdir. Elə bütün bu səbəblərə görə, Azərbaycanlıların ürəyində özünəməxsus yer tutmuşdur. Amma çox təəssüf, Güney Azərbaycanın bu ağır durumunda elimizin qeyrətli oğlu həyatın itirmişdi. O, bu gün aramızda olmasa da, lakin onun inamı, mübarizə yolu, sevdiyi Vətən bizlə yaşayır.

Əmaninin ruhu qarşısında söz veririk ki, onun yolun davam etdirəcək və bir gün Əmani kimi Vətənsevər övladlarımızın adları TÜRKÜN FƏRƏH NƏĞMƏSİNDƏ oxunacaq!







داریخدیریجی آنلارین ان قاباریق فورماسی

سید حیدر بیات





ایلک دؤنه زنگاندا گؤروشدوک. غلامریضا بئش آددیم اویانلاق باخیب گولومسه‌دی. بیلمیرم نییه بیربیریمیزه یاخینلاشیب گؤروشمه‌دیک. یئنه نئچه ساعات سونرا باخیب گولومسه‌دی. نییه یاخینلاشیب گؤروشمه‌دیک؟

تانیمیردیم اونو. قوما قاییتدیق‌دا سیته‌لره باخیب بیلدیم او اوایمیش، امانی‌. آخی سیته‌لرده کی شکیلی ساققاللی اورا دا ایسه... .

سون گؤروشوموز ستارخاندا اولدو. سلاملاشیب گولومسه‌دیک.

سونرا زهر کیمی آجی خبر...

اونو سئومه‌مک اولمازدی. نئچه ساعات‌دیر ائله بو جور گیجل‌له‌نیرم. جومانین داریخدیریجی آنلاری‌نین ان قاباریق فورماسینی یاشاییرام. نئچه واخت‌دیر یازمیرام، یازیرام یایینلاماییرام. امانی‌یا دا سوسوم مو؟ و سوسورام. سونرا سعید موغانلی‌یا فیکیرلشیرم. بولود دویغولو سعید بو خبری ائشیدیب می؟ ائشیتسه نه ائده‌جک؟ بیلیرم او امانی‌نی او قدر سئوه‌ردی کی.

خبری نئجه ائشیده‌جک؟ نه ائده‌جک؟ حتمن ائشیتسه یازماغی گله‌جک. کاغیذمی تاپاجاق؟

بئله بئله سورغولار راحاتسیز ائدیر بیله‌می. اولسون موغانلی یازا بیلمه‌سه من اونون یئرینه بیر جیزما قارالار یازارام.

آما بیلمیرم بو نیسگیل‌لی آن‌لاردا وادی رحمت‌ده کیم باغیراجاق اونون یئرینه؟

و کیم «اووووی قارداش اوووی اوخویاجاق» دمیرداش‌آسلان اییدیمیزین یاسیندا؟ خاطیرلاییرمیسیز فرزانه اؤلنده آخی «اووووی دده‌م اووووی» اوخودو صرافی.

خبری‌ لسانی‌یه کیم یئتیره‌جک؟ متین‌پور تبریزه گئده‌ بیله‌جک می؟

*

یول اوزون

یول اوزونو

چوخوموز اؤلوروک

سونوجو کیم گؤره‌جک؟

نئچه‌نجی آغی‌یا کیمی یازمالی‌ییق؟

هانسی آغی‌دا بیته‌جک بو دفتر؟

کیم کیمین یئرینه اوووی دئیه‌جک، کیم کیمه، کیم کیمین یئرینه بیر داها متین یازاجاق، یاس ساخلایاجاق؟

هاچان سؤنه‌جک‌لر بو آغی شام‌لاری؟

آه!

جوما

جومانین

جومانین

داریخدیریجی آخشام‌لاری

آغی شام‌لاری

گونش-ین یامان آن‌لاری.






azadtribun

OPEK - in hasilatın azaldılması qərarı müsbət nəticə verməyəcək – ekspertlər

OPEK - in hasilatın azaldılması qərarı müsbət nəticə verməyəcək – ekspertlər

OPEK-in hasilatın sutkada 1,5 mln. barel azaldılması qərarının qəbul edildiyi növbədənkənar iclası arzu edilən nəticəni verməyəcək. Böyük ümidlərin bağlandığı kartel, növbəti dəfə özünün neft bazarındakı vəziyyəti idarə etmək iqtidarında olmadığını göstərib. İclasın keçirilməsinin yeganə məqsədi yerinə yetirilməmiş qalıb, neftin qiymətləri isə, OPEK-in qərarına etinasız yanaşaraq, son 16 ay ərzində yeni ən minimal səviyyəyə çatıb.

Amerikanın WTI növlü neftinin dekabr fyuçerslərinin dəyəri 4,71 dollar – bir barelə görə 63,13 dollaradək azalıb.

Rusiyalı analitiklər OPEK-in hasilatın azaldılmasına dair qərarının qiymətləri gələcək azalmadan saxlaya bilməyəcəyi rəyindədirlər. UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan UniCredt Aton şirkətinin analitiki Pavel Sorokin hesab edir ki, OPEK- in neft hasilatını azaltması neft bazarına müsbət təsir göstərməyəcək.

Sorokin cümə günü telefonla TrendCapital-a bildirib ki, neftin qiymətlərinə hasilatın deyil, istehsal güclərinin azalması təsir göstərə bilər.

“OPEK cari hasilatı kəsir, lakin istehsal güclərini saxlayır. OPEK, qiymətlər artdığı zaman istənilən vaxtda hasilatını bərpa edə bilər”, - Sorokin bildirib. “OPEK-in keçən dəfə hasilatı azaltması bazara təsir göstərməyib. Yalnız qısamüddətli tərəddüdlər müşahidə edilib”.

Təşkilat sentyabr konfransında qiyməti bir barelə görə $100 səviyyəsində saxlamaq üçün neftin hasilatını sutkada 520 min barel – sutkada 28,8 mln. barelədək azaltmağa məcbur olub.

Analitiklər, perspektivli dərinsulu qazma, neftli qumların işlənilməsi də daxil olmaqla, yüksək xərcli layihələrin sayının azalacağını proqnozlaşdırırlar. “Belə layihələr qeyri-səmərəli olur və təxirə salınacaq. İstehsal gücünün real azalması isə, məhz bu olacaq”, - Sorokin bildirib. Sorokinin bildirdiyinə görə, bu gün qiymətlərə təsir edən əsas amil tələbatın azalması və dünya resessiyası qorxusudur.

Beynəlxalq Enerji Agentliyi OPEK-in hasilatı azaltmaq qərarına mənfi münasibət bildirib. Onun sədri Eduardo Lopes bəyan edib ki, OPEK-in qərarı “ağrılıdır” və neft istehlakçıları olan dövlətləri hədələyən ciddi resessiya şəraitində qəbul edilib.trend

ABŞ «SEPAHA»a QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

ABŞ «SEPAHA»a QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

ABŞ hökuməti oktyabrın 23-də İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») yeni sanksiyalar tətbiq edib.

2007-ci il sentyabrın 25-də Konqresin Nümayəndələr Palatası «Sepah»ın adını terrorçu təşkilatlar siyahısına salandan sonra ABŞ hökuməti bu qurumla iqtisadi və ticari əlaqələrə girən hər hansı müəssisə və ya təşkilata sanyksiyalar tətbiq edəcəyini bildirimişdi. Hökumət xarici dövlət və bankları kapitallarını İran banklarından çıxarmağa təşviq edərək «Sepah»ın və onun üzvlərinin ABŞ-dakı bütün bank hesablarını dondurmuşdu.


«Media forum» saytının məlumatına görə, ABŞ hökuməti kütləvi qırğın silahlarının və raket texnologiyasının qanunsuz alış-verişi ilə məşğul olduğuna görə «Sepah»a yeni sanksiyalar tətbiq etdiyini bildirib.

Yeni qərara əsasən, sanksiyalar Çin, Cənubi Koreya, Şimali Koreya, Suriya, Rusiya, Sudan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərərək «Sepah»la əməkdaşlıq edən 12 özəl və hərbi şirkətə də şamil olunacaq.

125 min hərbi qüvvəsi olan İran İnqilab Keşikçiləri Korpusu İranın ən güclü hərbi hissələrindən biridir. «Sepah» ölkə iqtisadiyyatının ən mühüm sahələrində də fəaliyyət göstərir.




«Media forum»

ABD ve Rusya Arasında İran Gerginliği

ABD ve Rusya Arasında İran Gerginliği

Moskova, Amerika’nın bir Rus silah şirketine İran’la teknoloji paylaşmasından dolayı yaptırım uygulamasının, uluslararası hukuka aykırı olduğunu öne sürdü.

Rusya Dışişleri Bakanı Sergei Lavrov, Rosoboronexport’a uygulanan yaptırımların, Moskova’yı İran’ın nükleer programı konusunda Amerikan politikasını kabul etmeye zorlayamayacağını söyledi.

Lavrov, Rusya’nın İran’la işbirliğinin uluslararası hukuka uyduğunu savundu ve Amerika’nın tavrının ikili ilişkileri bozacağını iddia etti.

Amerika dün, İran, Suriye ve Kuzey Kore’yle kitle imha silahı teknolojisi paylaşan 13 uluslararası şirkete ambargo uygulama kararı almıştı.
voa

Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib

Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib


Bakı-APA. Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu gün Moskvada vəfat edib.

APA-nın məlumatına görə, tanınmış sənətkar yaşadığı Rusiya Federasiyasının Moskva şəhərində həyatla vidalaşıb. M. Maqomayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib.

1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.

Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. apa

DƏLƏDƏN SONRA GÖYƏRÇİN

DƏLƏDƏN SONRA GÖYƏRÇİN


Tehran indi də "casus" heyvanları "ifşa edir"



S.SOLTAN


"Kölgəsindən qorxan" atalar sözünün kimə şamil edildiyi barədə uzun-uzadı yazmaq istəməzdik. Bunun özünə arxayın olmayanlara aid olduğu da sirr deyil. Hakimiyyətlərə də insan xarakterinin bir çox cəhətləri məxsusdur. Mədəni və oxumuş insanlar arasında diktatorlara, demək olar, az rast gəlinir. Bu özünü mürtəcelikdə də göstərir.
Əslində, Tehran hakimiyyəti belələrinə ən aşkar örnəkdir. İran cəmiyyəti və oradakı rejimlərin "hər şeydə ingilis barmağı" axtarmaq adəti var. "BBC deyən düzdür" fikri də bu cəmiyyətin qənaətidir.
Bu azmış kimi, İslam Respublikası indi də heyvanlardan şübhələnməyə başlayıb. Ötənlərdə Tehran "casus dələ"lərdən şübhələnməyə başladı. Keçən il rəsmi dövlət agentliyi İRNA 14 belə gəmiricinin casus aparatı ilə tutulduğu haqda məlumat yaymışdı. Onda hakimiyyət əks-kəşfiyyat qurumlarının ayıq-sayıqlığı barədə danışaraq "aparılmış əməliyyat nəticəsində düşmənin niyyətinin baş tutmadığı"nı bəyan etdi.
Müxalifət sayılan Milli Etimad Partiyasının "Etimadi-milli" qəzetinin 20 oktyabr tarixli sayında bildirilib ki, Nətənzdəki nüvə obyekti yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən iki "casus göyərçin" tutulub. Mənbənin məlumatına görə, daha bir belə "casus" İsfahan əyalətinin Kaşan rayonu yaxınlığında, ağır su istehsal edən zavodun ətrafında "həbs edilib".
Xəbərdə deyilir ki, tutulan quşların ayaqlarında elektron cihaz quraşdırılmış üzüklər aşkarlanıb.
"Etimadi-milli"nin yazdığına görə, saxlanılmış göyərçinlərdən biri qara, pəncəsindəki üzük isə göy rəngdə olub.
"Casus göyərçinlər" barəsində müxalifət qəzeti əlavə məlumat yaymayıb. Bununla belə dünyanın bir çox informasiya mənbələri, o cümlədən "Frans press", İngiltərədə çıxan "Deyli teleqraf", ABŞ-ın "FOX Nyus" telekanalı, İsrailin "Ynet" agentliyi və s. xəbəri yayıb. "Göyərçinlər"in tutulması barədə "Fars" agentliyi də xəbər verib. Ölkə rəsmiləri bu olayla bağlı hələlik açıqlama verməyiblər. Ancaq müşahidəçilərin fikrincə, İsfahanda "Göyərçin qülləsi" var və bura on minlərlə göyərçin qonur... ayna

ERMƏNİSTAN ORDUSU BÖHRAN VƏZİYYƏTİNDƏ

ERMƏNİSTAN ORDUSU BÖHRAN VƏZİYYƏTİNDƏ


Çağırışçı problemi yaranıb, hərbi büdcə isə Azərbaycandakından 3 dəfə azdır


C.MƏMMƏDOV


Ermənistan Silahlı Qüvvələrində çağırışçı problemi özünün pik nöqtəsinə çatıb. Erməni mətbuatı orduda əsgər çatışmazlığının aşkar hiss edildiyini bəyan edir.
Məsələyə artıq rəsmi strukturlar tərəfindən reaksiya verilməsinə başlanılıb. Ermənistanın Müdafiə Nazirliyi orduda çağırışçı çatışmazlığının problem halını görərək yeni qanun layihəsi hazırlayaraq parlamentə göndərib. Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər komissiyasının müzakirə etməyə hazırlaşdığı qanun layihəsi 18 yaşlı gənclərin orduya möhlət hüququ verilmədən çağırılmasını nəzərdə tutur. Qanun layihəsi qəbul edilsə, 18 yaşlılara bundan sonra heç zaman möhlət hüququ verilməyəcək.
Parlament komissiyasının sədri, keçmiş müdafiə naziri Artur Ağabekyan jurnalistlərlə söhbətində qanun layihəsinə münasibətini açıqlayarkən bildirib ki, orduya çağırışla bağlı bütün variantlar Müdafiə Nazirliyində təhqiq olunmalıdır. Ağabekyan ordu sıralarının doldurulması üçün kardinal tədbirlərə qarşı olduğunu bildirib. Amma onun fikrincə, ordunu təhsilə qurban vermək də nəticədə orduda pis vəziyyətin yaranmasına gətirib çıxara bilər.
Eyni zamanda o hesab edir ki, qanun layihəsinin bütün maddələri diqqətlə öyrənilməli və onun əsasında sosial ədalətlilik və ya təhsil problemi deyil, ordunun döyüş qabiliyyəti qoyulmalıdır.
"Həm də biz bilməliyik ki, ordu təhsilli insanlara ehtiyac duyur. Əgər bizim əsgərlər 18 yaşlı gənc insanlar olsalar, onda biz təhsilli vətəndaşlardan məhrum olacağıq", - deyə o qeyd edib. Ağabekyan bildirib ki, ordudan möhlətin ləğv olunması məsələsi hələlik ictimai müzakirənin mövzusu olmayıb.
Bu arada Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları (149,6 mlrd. dram) vəsait ayırmağı planlaşdırır. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, rəsmi İrəvanın 2008-ci ildə müdafiə sektoruna yönəltdiyi vəsaitdən 34% çoxdur. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edəcək.
Qeyd edək ki, rəsmi İrəvan 2008-ci ildə müdafiə xərclərinə 370 mln. dollar, 2007-ci ildə isə 273 mln. dollar vəsait yönəldib. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır.
Müqayisə üçün bildirək ki, 2009-cu ildə Azərbaycanın müdafiə xərcləri 1 mlrd. 205 mln. 520 min manat (təxminən 1 mlrd. 500 mln. dollar) proqnozlaşdırılır. AYNA

“ƏHMƏDİNEJAD AĞIR XƏSTƏDİR”

“ƏHMƏDİNEJAD AĞIR XƏSTƏDİR”
Prezidentin növbəti seçkilərdə iştirak edə bilməyəcəyi iddia olunur



İran müxalifəti ölkə prezidenti Mahmud Əhmədinejadın ağır xəstə olduğunu iddia edir. Lent.az-ın müxalifətin nəzarətində olan “Shahab News” saytına istinadən verdiyi məlumata görə, 52 yaşlı prezident səhhətinin ağırlaşması səbəbindən 2009-cu ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.
İnternet saytı İran prezidentinin yaxın ətrafına istinadən iddia edir ki, Əhmədinejad hətta xidməti vəzifələrini də güclə həyata keçirir: “Xəstəliyi səbəbindən onun təzyiqi kəskin aşağı düşüb - prezident tam süstlük vəziyyətindədir”.
Qeyd edək ki, Əhmədinejad həqiqətən də son vaxtlar bir neçə ictimai tədbirdə iştirakdan imtina edib və Nazirlər Kabinetinin son iclasında iştirak etməyib. Bundan əlavə, o, sentyabrın əvvəlindəki çıxışı zamanı qarşıdan gələn prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar vermədiyini də vurğulayıb.
İran prezidentinin köməkçisi Mənsur Borgeyi isə Əhmədinejadın ağır xəstə olduğu barədə iddiaları təkzib edib: “Prezident sadəcə özünü bir qədər nasaz hiss edir”.
Xəbər xidməti
musavat

Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları həcmində vəsait ayırmağı planlaşdırır

Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları həcmində vəsait ayırmağı planlaşdırır


Bakı. Rəşad Süleymanov - APA. Ermənistan gələn il dövlət büdcəsindən müdafiə xərclərinə 495,3 mln. ABŞ dolları (149,6 mlrd. dram) vəsait ayırmağı planlaşdırır. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, rəsmi İrəvanın 2008-ci ildə müdafiə sektoruna yönəltdiyi vəsaitdən 34% çoxdur. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edəcək.

Qeyd edək ki, rəsmi İrəvan 2008-ci ildə müdafiə xərclərinə 370 mln. dollar, 2007-ci ildə isə 273 mln. dollar vəsait yönəldib. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır.

Müqayisə üçün bildirək ki, 2009-cu ildə Azərbaycanın müdafiə xərcləri 1 mlrd. 205 mln. 520 min manat (təxminən 1 mlrd. 500 mln. dollar) proqnozlaşdırılır. apa

İRANDA HAQQI TAPDANMAYAN YOXDUR

İRANDA HAQQI TAPDANMAYAN YOXDUR


Bunu BMT baş katibinin sonuncu bəyanatından görmək olar



S.SƏDRƏDDİN


Bu həftənin əvvəlində BMT-nin baş katibi Pan Ki Mun İranda insan haqlarının vəziyyətindən narahat olduğu barədə bəyanat verib. Həmin sənəddə dini azlıqların, o cümlədən bəhai təmsilçilərinin haqlarının pozulması vurğulanıb. "Bəhailər məhkəmələrin ədalətsiz qərarları ilə üzləşir, onların mülkiyyəti əllərindən alınır, ali təhsil almalarına imkan verilmir" fikri vurğulanan bəyanatda daha sonra qadın haqlarının pozulması qeyd olunub.
BMT-nin bu sənədində Azərbaycan türklərinin ana dilində təhsil almaması, tarixi - mədəni günlərə həsr edilmiş tədbirlərin keçirilməsinin əngəllənməsi xüsusi göstərilib. Milli haqları tələb edənlərin həbs olunması, həbsxanada azərbaycanlıların işgəncəyə məruz qalması da bəyan edilib.
Baş katib İslam Respublikası rəhbərliyinin insan haqlarının qorunması sahəsində islahatlar aparmasını vacib sayıb. BMT və insan hüquqlarını qoruyan bir sıra beynəlxalq təşkilatlar, milli-mədəni, qanuni haqlarını tələb etdiyi üçün azərbaycanlıların həbsini pisləyir, həbs olunanları isə vicdan məhbusu adlandırır.
Bu baxımdan son bir neçə ayda Tehran hakimiyyətinin milli haqlar və insan hüquqlarını pozması barədə müşahidələr aparmışıq. Onların bəziləri ilə sizi də tanış etmək istərdik.
Güney Azərbaycanın Urmiya şəhərindəki mərkəzi həbsxanadakı azərbaycanlı vicdan məhbusları qatı cinayətkarlarla eyni kamerada saxlanılırlar. Xəbərlərə görə, Azərbaycan türkünün milli varlığı uğrunda mübarizə aparanlardan biri, 23 yaşlı Vahid Bahaduri ağır mənəvi və fiziki işgəncəyə məruz qalıb. Ona ailə üzvləri ilə görüşə icazə verməyiblər.
Siyasi məhbuslar - Huşəng Nağızadə və Arif Ulufi də Urmiya mərkəzi həbsxanasında narkomanlar və qatı cinayətkarların saxlandığı 2-ci korpusa köçürülüblər. Bu məhbuslar təzyiq, təhqir və işgəncəyə məruz qaldıqlarını ailə üzvləri ilə görüşdə söyləyiblər.
Bir neçə il öncə fevralın 21-də beynəlxalq Ana dili günü münasibətilə İranda keçirilən etiraz aksiyasında iştirak etmiş İbrahim Rəşidi də İran Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT-ın) təcridxanasında ağır mənəvi və fiziki işgəncəyə məruz qalıb. ETTELAAT əməkdaşları ona bildiriblər ki, həbsxanada başqa məhbuslara Azərbaycan türklərinin milli haqlarından danışarsa, təkadamlıq kameraya köçürüləcək.
Bu ayın əvvəllərində təhsil almaq hüququndan məhrum edilmiş bir qrup tələbə parlamentin binası qarşısında etiraz aksiyası keçirməyə çalışıb, onların bu tədbirini polis güc tətbiqi ilə dağıdıb. Onlar gənclərə qarşı dəyənəklərdən istifadə edib, tələbələrin bəziləri həbs edilib.
"Mediaforum"un məlumatına görə, Tehranın "Baharistan" adlı meydanına toplaşan keçmiş tələbələr təhsil haqlarının bərpasını tələb ediblər. Onlar əllərində "Bizim günahımız dissident olmağımızdır!", "Biz universitetə qayıdacağıq!" kimi şüarlar, habelə İslam Respublikası Anayasasının 23-cü maddəsi yazılan plakat tutaraq təhsilə qoyulmuş bütün məhdudiyyətlərin ləğvini istəyiblər. Həmin müddəada deyilir ki, vətəndaş əqidəsinə görə ibtidai haqqından məhrum edilə bilməz.
Oktyabrın ortalarında Güney Azərbaycanın Həmədan şəhərindəki Əbu Əli ibn-Sina Universitetinin azərbaycanlı tələbələri etiraz aksiyası keçirərək həbsdə saxlanılan Milli Hərəkat təəssübkeşlərinin həbsini pisləyiblər. Onlar belə məhbusların dərhal azadlığa buraxılmasını, habelə hakimiyyətin bu düşüncənin daşıyıcılarına qarşı təzyiq və təqibləri dayandırmasını tələb ediblər. Tələbələr İslam Respublikası rəhbərliyindən ölkə Anayasasına əməl edərək Azərbaycan türklərinin ana dilində təhsil alma haqqının tanınmasını istəyiblər.
Bir saata yaxın davam etmiş bu etiraz aksiyası zamanı azərbaycanlıların milli-mədəni, siyasi və sosial haqlarının təmininə əməl olunması da tələb edilib. Onlar "Ana dilində təhsil!", "Məhbus tələbələrə azadlıq!", "Ölkədə insan haqları nə vaxtadək pozulacaq?" və başqa şüarlar yazılmış plakatlar qaldırıblar.
Xəbərdə o da bildirilib ki, ETTELAAT-ın mülki geyimli məmurları aksiya iştirakçıları sırasına soxularaq tədbirin mahiyyətini dəyişməyə çalışıblar.
DAK İnformasiya Mərkəzinin məlumatına görə, Təbriz həbsxanasında saxlanılan hərəkat təəssübkeşləri Məqsud Əhdi, Mənsur Əminian, Fəraz Zehtabi, Aydın Xacei, Əmir Mərdani, Daryuş Əminian və Məcid Makui üç ay ağır mənəvi və fiziki işgəncəyə məruz qaldıqdan sonra ötən gün təkadamlıq kameradan ümumiyə köçürülüblər.
Məlumatda o da xatırlanıb ki, tələbə Səccad Radmehrin ailə üzvləri ETTELAAT-ın Təbrizdəki bölməsinə müraciət edərək məhbus barəsində məlumat almaq istəyiblər. Onlara S.Radmehrin həbsxanada olmadığını söyləyiblər, ailəyə bildiriblər ki, o hələ də ETTELAAT təcridxanasındadır. Bu isə S.Radmehrin yaxınlarının, təbii, narahatlığına səbəb olub.
Həbsdə saxlanılan Ehsan Nəcəfi-Nəsəbin də İran Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir, bundan başqa, tutulduğu gündən indiyədək o, yaxınlarından heç kimlə görüşməyib.
İslam Respublikasının rəhbərliyi ermənilərin timsalında dini azlıqların haqlarını qoruduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə çalışır. Ancaq bəhailər, zərdüştilər, hətta "Əhli-Həqq" (Əliallahılar) təriqətinin nümayəndələri Urmiya həbsxanasında saxlanılmaqdadır. Bu təriqətin beş azərbaycanlı üzvü barələrində çıxarılan hökmə etiraz əlaməti olaraq 20 gündən artıq aclıq aksiyası keçirib.
Onlardan 3-ü - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni İslam məhkəməsinin Urmiyadakı şöbəsi 13 il müddətinə İranın mərkəzində yerləşən Yəzd zindanına sürgün edib. O biri iki şəxs - Mehdi Qasımzadə və Yunis Ağaiana qarşı əvvəl çıxarılmış edam hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, bu məhbusların hamısı Güney Azərbaycanın Qərbi Azərbaycan əyaləti Qoşaçay (dəyişdirilərək Miyandab adlandırılıb) rayonunun Üçtəpə kəndindəndir. Bu məhbuslar 4 il öncə Qoşaçayda hökumət tərəfdarları ilə "əhli-həqq"çilər arasında baş vermiş silahlı qarşıdurma zamanı tutulublar. Məhkəmə həmin il onların hamısına edam hökmü çıxarmışdı.
Bir müddət əvvəl İranın Şiraz şəhərində xristianlığı qəbul etmiş 10 nəfər həbs edilib. Məlumata görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən xristian yığıncağına qatılmaq istəyən Hümayun Şükuhi Qulamzadə həyat yoldaşı Fəriba Nazemianla birlikdə tutulub. Həbs Şirazın hava limanında gerçəkləşdirilib. Onların ardınca Hüseyn Bab-Ənarəb və Fatimə Şinas həbs edilib. Xəbərlərdə bildirilib ki, keçirilmiş həbslərdən sonra ETTELAAT əməkdaşları Həmid Əlaəddinin evinə hücum edərək onu və üç övladını tutublar.
Xristianlığı yenicə qəbul etmiş Arəş Mirbaşəd və Mahmud Mətin isə Şiraz parklarından birində Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həbs olunublar. Yeri gəlmişkən, islam Respublikasının qanunlarına əsasən, İslamdan çıxan vətəndaşlar "mürtəd" adlanır və onlar haqda edam hökmü də çıxarıla bilər.
Qadın haqlarının tapdanmasına dair bir neçə məlumatı da xatırlatmaq istərdik. Hələ bir neçə ay öncə İran İslam İnqilab Məhkəməsinin Tehrandakı şöbəsi jurnalist və qadın hüquq müdafiəçisi Nəsrin Əfzəlini 6 ay azadlıqdan məhrum olmağa və 10 şallaq zərbəsinə məhkum edib. O, "qanunsuz yığıncaqların keçirilməsini təşkil etmək"də, "asayişi pozmaq"da, "mövcud rejimə qarşı təbliğat aparmaq"da, habelə "polisə müqavimət göstərmək"də ittiham olunub.
Qadın hüquq müdafiəçisi, fotoqraf, Kaliforniyadakı universitetlərin birində incəsənət və kommunikasiya ixtisası üzrə təhsil alan Əşa Mömini də tutulub. Ailə üzvlərinə 10 gündən sonra məlumat veriblər.
"Mediaforum"un bildirdiyinə görə, Ə.Mömini iki ay əvvəl ailəsini görmək üçün İrana gəlib, oktyabrın 15-də avtomobil sürərkən sürət həddini aşmaqda suçlandırılaraq saxlanılıb. Onu Tehrandakı "Evin" adlı zindanın 209-cu korpusuna aparıblar. Qaldığı mənzildə axtarış aparılarkən Möminiyə məxsus kompüter və əlyazmaları müsadirə olunub.
Xəbərin gec yayılmasına səbəb isə ailə üzvlərini ETTELAAT-ın hədələməsi göstərilir. Təhlükəsizlik qurumu Əşa Mömininin tutulması barədə xəbəri yaymamağı tələb edib.
Əşanın həbsindən 10 gün qabaq isə qadın haqlarının qorunması ilə məşğul olan hüquq müdafiəçisi Negin Şeyxülislami həbs olunmuşdu. Hazırda onun da "Evin" zindanında saxlanıldığı bildirilir.
Cari ayın əvvəlində Vyanada "İran qadınları bu gün" mövzusunda simpozium keçirilib. Avstriyanın xarici işlər naziri Ursula Plassnik tədbirin keçirilməsində əsas məqsəd kimi iranlı qadınların ölkəsində tanınması olduğunu söyləyib.
Nobel mükafatı laureatı Şirin İbadi isə bunları söyləyib: "Haqlarının tapdanmasına baxmayaraq qadınlar sübut etmək istəyirlər ki, dialoq və müzakirə aparmaq mümkündür. Qadınların cəmiyyətin ictimai-siyasi həyatına fəal qatıldığı halda cəmiyyətin hərtərəfli inkişafından danışmaq olar".ayna

NEFTİN UCUZLAŞMASI İRANI ÇÖKDÜRÜR

NEFTİN UCUZLAŞMASI İRANI ÇÖKDÜRÜR
Dövlət büdcəsində ciddi kəsir yaranıb



İran mediasının məlumatına görə, dünya bazarlarında neft qiymətlərinin kəskin dərəcədə ucuzlaşması qara qızıldan tamamilə asılı olan Tehran hökümətinin büdcəsinə ciddi təsir göstərir. “Şəhab News” xəbər agentliyinin İranın Mərkəzi Bankının rəisi, Mahmud Bəhməniyə istinadən yaydığı bilgiyə görə, dövlət gəlirlərinin 85 faizini təşkil edən neftin qiymətinin düşməsi İranda ağır büdcə böhranına səbəb ola bilər.
Öncə İranın neft naziri, Qulamhüseyn Nözari də neftin kəskin ucuzlaşması nəticəsində ölkə gəlirlərinin yarıyadək azalacağını bəyan etmiş və özəlliklə isetehsal sahəsinə sərmayə qoyulması yönündə ciddi çətinliklər yaranacağını söyləmişdi. Böhrandan yeganə çıxış yolu isə neft qiymətlərinin yenidən yüksəlməsi ola bilər. "Esre-nou" və “İran Emruz”-un məlumatlarına görə, İran hökuməti neftin qiymətinin artmasına nail olmaq məqsədi ilə OPEK-in növbədənkənar iclasını çağırıb. İclasın əsas gündəliyi isəÿ neft istehsalını azaldılmasından ibarətdir.
İran prezidenti Mahmud Əhmədinejad bir müddət öncə bildirmişdi ki, bundan sonraÿ dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı enməyəcək. Lakin indi İranın yüksək keyfiyyətli olmayan neftinin hər barreli 58 dollara satılır. ÿHəmin mənbələrin məlumatına görə, Tehranın son 3 ildəÿ neftÿ satışından 190 milyard dollardan artıq gəlir əldə etməsinə baxmayaraq, hazırda ölkənin Neft Fondunda yalnız 14 milyard dollar vəsait qalıb. Yenicə istefa vermiş İran Milli Bankının keçmiş başçısı Məzahirinin dediyinə görə, onun İran prezidenti ilə ixtilafının səbəblərindən biri də Neft Fondunda olan pulların məntiqsizliklə xərclənməsi olub.
Siyasət şöbəsi
musavat

23 Ekim 2008 Perşembe

Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki baş konsulları görüşəcəklər

Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki baş konsulları görüşəcəklər

Elin Süleymanov, Hakan Tekin və Jakob Dayan təmsil etdikləri ölkələr arasında əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək

Noyabın 6-da Kaliforniyanin Los-Anceles şəhərində Amerika Azərbaycanlıları Şurası, Amerika Yəhudi Komitəsi və Türk Amerika Assosiyasiyası birlikdə “Körpülərin qurulmasi-Xəzər dənizindən Aralıq dənizinədək. Azərbaycan, Türkiyə və İsrailin Baş Konsulları ilə Dialoq” mövzusunda konfrans keçirəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə hər üç ölkənin Los Ancelesdəki Baş konsullari Elin Süleymanov, Hakan Tekin və Jakob Dayan iştirak edəcəklər.

ABŞ-da yaşayan soydaşlarımız daha bir tədbirə hazırlaşırlar. Dekabrın 6-da Amerika Azərbaycanlıları Şurası və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniyanın İrvin Universitetində ənənəvi “3-cu Amerikalı Azərbaycanlıların Akademik Bilik Forumu” keçiriləcək. Tədbirdə Azərbaycan türk köku və tarixi, çoxtərəfli ABŞ-Azərbaycan münasibətləri, Qafqazda siyasi və regional münaqişələr, eyni zamanda enerji təhlükəsizliyi, iqtisadi və texnoloji məsələlərdən danışılacaq./ANS PRESS/

İRAN HÖKUMƏTİ KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİNİ MƏHKƏMƏYƏ VERİB

İRAN HÖKUMƏTİ KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİNİ MƏHKƏMƏYƏ VERİB


Mustafa Purməhəmmədi


İran hökuməti ölkənin keçmiş daxili işləri Mustafa Purməhəmmədidən məhkəməyə şikayət edib. Hökumət M.Purməhəmmədini yanlış statistik göstəricilər yaymaqda günahlandırır.

Bu ilin mayın 14-də İran prezidenti Mahmud Əhmədinejad daxili işlər naziri Mustafa Purməhəmmədini istefaya göndərib. Elə həmin gün İran prezidenti daxili işlər nazirinin abadlıq işləri üzrə müavini Seyid Mehdi Haşimini nazir vəzifəsinə təyin edib.

İyul ayında isə İran Məhkəmə Sisteminin sədri, ayətullah Haşimi Şahrudi M.Purməhəmmədini qurumda Nəzarət-Təftiş Təşkilatının sədri vəzifəsinə gətirib.

«Media forum» saytının məlumatına görə, Məhkəmə Sistemi Təftiş Təşkilatının sədri M.Purməhəmmədi bir neçə gün əvvəl İran Dövlət Televiziyasının 1-ci kanalında Əhmədinejad hökumətinin iqtisadi siyasət və proqramlarını sual altına alaraq onun son iki ildə ölkənin Valyuta Ehtiyat Fondundan nəzərdə tutulduğundan əlavə vəsait götürdüyünü bildirib. M.Purməhəmmədi deyib: «Ölkənin Valyuta Ehtiyat Fondundan vəsaitin götürülməsi ilə bağlı hesabat bu gün mənim masamın üstündədi. Rəqəmlər göstərir ki, son iki ildə fonddan nəzərdə tutulduğundan çox vəsait çıxarılıb. Bizim araşdırmalarımız göstərir ki, Əmək və Sosial İşlər Nazirliyinin Valyuta Ehtiyat Fondundan 4 faiz əlavə vəsait götürməsi haqda yaydığı hesabat həqiqətə uyğun deyil. Bu rəqəm 4 yox, 30 faizdir. Bu isə heç də normal hal deyil. Biz hər cür qanun pozuntusunun qarşısını almalıyıq».

Bundan əvvəl İran hökuməti oxşar ittihamlara belə cavab vermişdi: «Bu kimi məsələləri tənqid edənlərin özləri yaxşı bilirlər ki, ölkənin Valyuta Ehtiyat Fondundan vəsait götürmək elə-belə iş deyil. Bu işin qanuni və mürəkkəb bir proseduru var və hesabsız-kitabsız bu işi etmək mümkünsüzdür».




«Media forum»

QARABAĞ MÜNAQİŞƏSİNİ KİM HƏLL EDƏCƏK: MİNSK QRUPU, yoxsa TÜRKİYƏ-RUSİYA TANDEMİ?

QARABAĞ MÜNAQİŞƏSİNİ KİM HƏLL EDƏCƏK: MİNSK QRUPU, yoxsa TÜRKİYƏ-RUSİYA TANDEMİ?

Elxan
ŞAHİNOĞLU
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri

www.elxan.azeriblog.com


Qarabağ münaqişəsinin həlliylə məşğul olan vasitəçilər və bu problemə maraq göstərən dövlətlər Azərbaycanda prezident seçkisinin sona çatmasını gözləyirdilər.

Seçki başa çatdı. Prezident seçildi.

Demək, yenidən Qarabağla məşğul olmaq vaxtıdır.

Gündəmdə iki model var:

- ATƏT-in Minsk qrupunun daim dəyişən və yeniləşən həll variantları;

- Türkiyə-Rusiya tandeminin fəallığı nəticəsində ortaya çıxan situasiya.

Minsk qrupunun müzakirə etmədiyi həll variantı qalmayıb. Hamısına da yararsız damğası vurulub. “Ziddiyətlərin 90 faizi aradan qaldırılıb” deyən vasitəçilər qalan 10 faizdə ilişib qalır, tərəfləri razı sala bilmirlər. Ya Laçın və Kəlbəcər rayonlarının taleyini həll edə bilmirlər, ya da həllin sonrakı mərhələsindəki referendumda ilişirlər. Hətta Laçın və Kəlbəcərlə bağlı müəyyən razılaşmaya yaxınlaşsalar da, işlər referenduma çatdıqda pozulur. Referendum müzakirələrin son düyün nöqtəsi kimi dəyərləndirilir.

Rəsmi Bakının referenduma razılaşacağı mümkün görünmür. Qəliz məsələdir. Hətta neçə il sonraya, işğal altındakı bütün torpaqların azad olunmasından da sonraya nəzərdə tutulsa belə. Kosovo problemi həll olunanda da referendumu sonraya saxlamışdılar. Belqrad hakimiyyəti Kosovo əhalisinin müstəqilliklə bağlı referendumunu qanundankənar elan etsə də, Qərb buna məhəl qoymadı. Yəni indi “referendumlu” anlaşmaya “hə” desək, sonra isə buna etiraz etməyə çalışsaq, zamanı gələndə Qərb bizi eşitməyəcək.

Bugünlərdə Rusiyada yaşayan erməni biznesmenlərdən biri Dağlıq Qarabağda hər doğulan uşaq üçün pul mükafatı təyin etdi. Ermənilər referendumdakı say çoxluğu barədə indidən düşünürlər. Bir yerdə ki, Dağlıq Qarabağda nisbət ermənilərin xeyrinədir və gələcək referendumun nəticəsi bəllidir, bu prinsipə necə yaşıl işıq yandırmaq olar?

Bu arada Minsk qrupundan kənar vasitəçilik missiyasından da danışlır. Söhbət Türkiyənin Cənubi Qafqaz istiqamətində fəallaşmasından gedir. Aydındır ki, ermənilər Ankaranın təkbaşına vasitəçiliyini qəbul etməyəcəklər. Yəqin elə buna görə də Ankara Moskva ilə ortaq hərəkət etməyə çalışır. Türkiyə Azərbaycanla, Kreml isə Ermənistanla fəal təmas yolunu seçib.

Türkiyə-Rusiya tandeminin ATƏT-in Minsk qrupundan daha çevik olacağı haqda fərziyyələr var. Hazırkı Rusiya-ABŞ münasibətləri bəzi müşahidəçilərə soyuq savaş illərini xatırlatdığından Kremllə Vaşinqtonun Minsk qrupu çərçivəsində irəliləyiş əldə edəcəyi şübhə doğurur.

Kremlin Ankara ilə münasibətləri isə son illər artan xətt üzrə gedir. Azərbaycan və Ermənistana qonşu olan Rusiya və Türkiyə Cənubi Qafqazda əməkdaşlığı genişləndirməkdədir. Türkiyənin BMT Təhülkəsizlik Şurasının daimi olmayan üzvü seçilməsinin də Dağlıq Qarabağ münaqişəsinin həllinə yarayacağı vurğulanır.

Hazırda Rusiya prezidenti Dmitri Medvedev İrəvandadır, Serj Sərkisyanla Dağlıq Qarabağdan danışır. Bir az sonra Türkiyə prezidenti Abdulla Gül Bakıya gələcək və o da İlham Əliyevlə Qarabağdan danışacaq. Çarpaz təmaslar da sürətlənib. Ankaranın İrəvanla, Moskvanın isə Bakı ilə dialoqu davam edir. Nəticəni gözləmək lazım gələcək.

İordaniyalı şair erotik xarakterli məhəbbət şerlərində Quran ayələrindən istifadə etdiyinə görə həbs olunub

İordaniyalı şair erotik xarakterli məhəbbət şerlərində Quran ayələrindən istifadə etdiyinə görə həbs olunub

Müəllif İslam dininin təhqir edilməsində, həmçinin mətbuat haqqında qanunun pozulmasında ittiham edilir
İordaniya polisi İslam dinini təhqir etməkdə günahlandırılan şair İslam Samxarı həbs edib. Şair özünün erotik xarakterli məhəbbət şerlərində müqqəddəs Quran ayələrindən istifadə edirmiş.
Müəllif İslam dininin təhqir olunmasında, həmçinin mətbuat haqqında qanunun pozulmasında ittiham edilir. Belə ki, o, seksual xarakterli mövzuları təsvir edərkən müqəddəs mətnlərdən istifadə edib. Qeyd edək ki, Samxar İordaniya hakimiyyətindən icazə almamış öz şerlər toplusunu nəşr edib. Ölkənin qanunları İslam dinini və Məhəmməd peyğəmbəri (s) təhqir edən istənilən kitab və ya məqalənin dərcini qadağan edir. Əgər şair günahkar bilinərsə, onu 3 il azadlıqdan məhrum edilmə gözləyir. Bu barədə İslamNews saytı məlumat yayıb. /ANS PRESS/

TƏBRİZİN «BAĞLAR BAĞI»nda YANĞIN. İTALİYA SİRKİNİN İKİ BAHALI TİMASAHI və İKİ NADİR İLANI HƏLAK OLUB

TƏBRİZİN «BAĞLAR BAĞI»nda YANĞIN. İTALİYA SİRKİNİN İKİ BAHALI TİMASAHI və İKİ NADİR İLANI HƏLAK OLUB

«Media forum» saytı xəbər verir ki, Təbrizin «Bağlar bağı» əyləncə mərkəzində yanğın baş verib. Nəticədə bir həftədən çoxdur hər gecə «Bağlar bağı»nda əhali üçün əyləncəli nümayişlər təşkil edən İtaliya sirkinin iki bahalı timsahı və iki nadir ilanı həlak olub.

Rəsmi xəbərə görə, yanğın qısaqapanmadan törəyib. İnsan tələfatı yoxdur.

Hadisə oktyabrın 21-də baş verib.

İtaliya sirki Avropanın ən böyük və məşhur sirklərindən biri sayılır.




«Media forum»

Aİ İranın nüvə proqramı üzrə ərəb ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir

Aİ İranın nüvə proqramı üzrə ərəb ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir


Avropa İttifaqı İran nüvə proqramı üzrə Fars körfəzində yerləşən ərəb ölkələri ilə əməkdaşlığı davam etdirəcək.

Aİ-nın xarici siyasət üzrə başçısı Havyer Solana Yaxın Şərq regionuna səfəri zamanı Fars körfəzi ərəb ölkələri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək, o cümlədən Səudiyyə Ərəbistanla. Bu barədə « Trend News »a çərşənbə günü Havyer Solananın mətbuat katibi Kristina Qalax telefonla Brüsseldən bildirib.

Qalaxın sözlərinə görə, Solananın Fars körfəzi ölkələrinə səfərinin əsas məqsədi – bu ölkələrlə Aİ-nın əlaqələrini yaxşılaşdırmaqdır.

«Aİ-nın bu ölkələrlə çox sıx əməkdaşlıqları var, biz istərdik ki, bu əlaqələri bir neçə sazişin imzalanması ilə daha da dərinləşdirək. Biz onlarla bir sıra məsələləri müzakirə etmək istəyirik – Yaxın Şərq nizamasalınmasını, İran nüvə proqramı və bir sıra beynəlxalq məsələlər – dünya maliyyə böhranı», Qalax bildirib.

Onun sözlərinə görə, Aİ qabaqlar da bu məsələlərlə bağlı ərəb ölkələri ilə əməkdaşlıq etmək istəyib və bildirib ki, Aİ-nın bu ölkələrlə yaxşı siyasi əlaqələri vardır və bunalrı möhkəmləndirmək üçün yaxşı imkanlar yaranıb.

«Biz hamımız İran nüvə proqramında maraqlıyıq, bir çox beynəlxalq ideyalar onunla bağlıdır və biz bunun Aİ ölkələriylə inkişafını müzakirə edəcəyik», Qalax bildirib.
trend

Azərbaycanlı tələbə məhbuslar Təbrizin ümumi rejimli həbsxanasına köçürülüb

Azərbaycanlı tələbə məhbuslar Təbrizin ümumi rejimli həbsxanasına köçürülüb


İnsan haqlarını müdafiə təşkilatı olan “İnsan Haqları komitəsi”nin verdiyi məlumata görə, təxminən 3 ay əvvəl Təbrizin təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən həbs olunan azərbaycanlı tələbələrdən yeddisi Təbriz şəhərninin ümumi rejimli həbsxanasına köçürülüb.

“Öyrenci” və “Azad Təbriz” saytlarının yaydığı məlumatlara əsasən, Azərbaycan fəalları üç aya yaxın müddətdə saxlandıqları Təbriz Ettelaatının mərkəzi təcridxanasında müxtəlif işgəncələrə məruz qalıblar.

Həmin mənbələr, ümumi rejimli həbsxanaya köçürülən fəalların Feraz Zahtab, Aydın Xajey, Dariyuş Hatəmi, Mənsur Əminian, Məqsud Əhdi, Məcid Makui olduqlarını bildirilirlər. Ehsan Nəcəfi və Səccad Radmehr adlı başqa tələbələrin hələ də Ettelaatın təcridxanasında saxlandıqları güman edilir. voa

22 Ekim 2008 Çarşamba

8 illik İran-İraq müharibəsində həlak olmuş üç naməlum əsgərin cəsədinin qalıqları Tehranın Müdərris adına Pedaqoji Universitetinin həyətində basdırıl

8 illik İran-İraq müharibəsində həlak olmuş üç naməlum əsgərin cəsədinin qalıqları Tehranın Müdərris adına Pedaqoji Universitetinin həyətində basdırılacaq


Universitetin informasiya mərkəzi bildirib ki, dəfn mərasimi gələn həftə, İmam Sadiqin vəfatının ildönümündə olacaq.
Bir il əvvəl İran-İraq müharibəsində həlak olmuş naməlum əsgərlərdən beşinin meyiti Tehranın Elm və Sənaye Universitetinin, beşinin meyiti Şiraz Universitetinin, daha bir neçəsi isə digər universitetlərin həyətində basdırılmışdı. Bu, bəzi tələbələrin etirazı ilə qarşılanmış, «Universitetləri qəbiristanlığa çevirməyin», «Universiteti qəbiristanlıqla səhv salmayın» şüarları ilə aksiyalar keçirilməsi ilə nəticələnmişdi.

İran-İraq müharibəsi 20 il qabaq başa çatıb.

İran, Rusiya və Qətər OPEK-ə oxşar qaz karteli yaratmaq istəyir

İran, Rusiya və Qətər OPEK-ə oxşar qaz karteli yaratmaq istəyir


Dünyanın ən böyük enerji ixracatçıları İran, Rusiya və Qətər OPEK tipli kartelin yaradılması məsələsini müzakirə ediblər. Bu perspektivin enerji idxal edən Avropa ölkələri və Birləşmiş Ştatları qıcıqlandıra biləcəyi deyilir.

Bu günkü görüş İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin 2007-ci ilin yanvarında belə bir kartelin yaradılması fikrini irəli sürməsindən sonra ilk görüşdür.

Təşəbbüs Birləşmiş Ştatlar və idxal edilən qazın yarısını Rusiyadan alan 27 ölkənin daxil olduğu Avropa Birliyi ölkələri tərəfindən narahatlıqla qarşılanıb.

Rusiya və Mərkəzi Asiyadan qazı Avropaya nəql edən kəmərlərə nəzarət edən Moksva demək olar ki, təchizatı öz əlinə alıb.

Enerji qiymətləri və bunun nəticəsi olaraq Rusiyanın siyasi nüfuzunun daha da artacağından qorxan Avropa Birliyi liderləri bildiriblər ki, Rusiyanın hər hansı qaz karteli səyinin əleyhinə çıxacaqlar.

İranın neft naziri Qulam Hüseyn Nozəri deyib ki, çox böyük qaz ehtiyatlarına malik bu üç ölkə qaz ixrac edən ölkələrin təşkilatının yaradılması ideyasını gerçəkləşdirməyə çalışacaq.

Nozari qətərli həmkarı Abdullah Bin Hamad əl-Attiya və Rusiyanın dövlətə məxsus Qazprom şirkətinin rəhbəri Aleksey Millerlə görünşündən sonra açıqlama verib.

O deyib ki, tərəflər kartelin yaradılmasını xarici işlər nazirləri səviyyəsində növbəti görüşdə müzakirə etməyi qərara alıblar.

Ekspertlərin böyük hissəsi hesab edir ki, neft ixrac edən ölkələrin OPEK təşkilatına oxşar təbii qaz karteli yaratmaq çətin görünür.

Təchizat və tələbatdan asılı olaraq bazar tərəfindən idarə edilən mübadilə əsasında satılan neftdən fərqli olaraq, qaz əksər hallarda alıcıya qiyməti 25 ilə qədər eyni saxlamaq imkanı verən müqavilələr əsasında satılır.

Bunun nəticəsi kimi, belə bir kartelin də nüfuzu olmayacaq.

Qaz mübadiləsi sisteminin yaradılması həm də təbii qazın böyük hsisəsinin kəmərlər vasitəsilə nəqli və neft kimi dünyanın müxtəlif ölkələrinə çatdırılmasının çətin olduğuna görə asan olmaya bilər.

Kəmər infrastrukturu uzun müddətli müqavilələri zəruri edən böyük investisiyalar tələb edir.

Rusiya prezidenti Vladimir Putin və Qətərin əmiri Şeyx Əhməd bin Xəlifə Əl-Səni 2007-ilin aprel ayında qlobal bazarda nəzarətə malik olmaq üçün istehsalçı ölkələrin maraqlarını təmsil edəcək bir kartelin yaradılması ideyasını nəzərdən keçirəcəklərini bildirmişdilər.

Rusiya və Qətər dünyanın ən böyük qaz istehsalçı olan üç ölkəsi arasındadır. Təkcə Qətər dünyanın ən böyük qaz yataqlarına malikdir. voa

"Qarabağ - dünən, bu gün və sabah"

"Qarabağ - dünən, bu gün və sabah"
Yeni kitabın təqdimatı keçirilib

Ötən gün Qarabağ Azadlıq Təşkilatı (QAT) "Qarabağ - dünən, bu gün və sabah" adlı elmi nəşrinin təqdimat mərasimini keçirib. Qeyd edək ki, kitabın materiallarının prezident yanında QHT-lərə Dəstək Şurasının maliyyə yardımı ilə ingilis, rus dillərində nəşri və internet səhifələrində yerləşdirilməsi nəzərdə tutulur.

Təşkilatın üzvü, tarix elmləri namizədi Firdovsiyyə Əhmədova nəşr haqqında danışaraq bildirib ki, burada Ermənistanın ərazi iddiaları və onun birbaşa təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan müharibəsinin müxtəlif cəhətlərinə həsr olunan materiallar dərc edilib: "Elmi nəşrin çap olunmasında QAT-ın məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və həlli perspektivləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda ölkəmizin bu taleyüklü problemə dair ədalətli və reallığa uyğun ümumi mövqe formalaşdırmağı beynəlxalq aləmə göstərməkdir. QAT sədri Akif Nağı sözügedən elmi nəşr haqqında fikirlərini söyləyib. Onun sözlərinə görə topluda bir çox üstünlüklər var: "Bildirmək istəyirəm ki, Ermənistanda indiyədək bu yönlü konfranslar təşkil olunmayıb. Biz isə hər dəfə nəşrlərimizi bir sıra dövlət qurumlarına, Xarici İşlər Nazirliyinə təqdim etsək də, heç vaxt xarici ölkələrdə onun təqdimatını keçirməyiblər. Bu isə təəssüf doğuran bir haldır. Bu kitabın elmi metodik vəsait kimi tanınması üçün Ali Attestasiya Komissiyasına müraciət edəcəyik". QAT Ağsaqqallar Şurasının sədri Asif Məmmədov isə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərini Qarabağ mövzusunda passiv mövqe tutmaqda ittiham edib. Onun bildirdiyinə görə diplomatik korpusların rəhbərləri xarici ölkələrdə yalnız şəxsi bizneslərini qurmaqla məşğuldurlar.


Anar
sherg

İran büdcəsi ciddi kəsirlə üzləşir

İran büdcəsi ciddi kəsirlə üzləşir

İran mediasının məlumatına görə, dünya bazarlarında neft qiymətlərinin kəskin dərəcədə ucuzlaşması qara qızıldan tamamilə asılı olan Tehran hökümətinin büdcəsinə ciddi təsir göstərir. “Şəhab News” xəbər Agentliyinin İranın Mərkəzi Bankının rəisi, Mahmud Bəhməniyə istinadən yaydığı bilgiyə görə, dövlət gəlirlərinin 85 faizini təşkil edən neftin qiymətinin düşməsi İranda ağır büdcə böhranına səbəb ola bilər. Öncə İranın neft naziri, Qulamhuseyn Nözari də neftin kəskin ucuzlaşması nəticəsində ölkə gəlirlərinin yarıyadək azalacağını bəyan etmiş və özəlliklə isetehsal sahəsinə sərmayə qoyulması yönündə ciddi çətinliklər yaranacağını söyləmişdi. Böhrandan yeganə çıxış yolu isə neft qiymətlərinin yenidən yüksəlməsi ola bilər. “Esre-nou” və “İran Emruz”-un məlumatlarına görə, İran höküməti neftin qiymətinin artmasına nail olmaq məqsədi ilə OPEK-in növbədənkənar iclasını çağırıb. İclasın əsas gündəliyi isə neft istehsalını azaldılmasından ibarətdir.

İran prezidenti Mahmud Əhmədinejad bir müddət öncə bildirmişdi ki, bundan sonra dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı enməyəcək. Bu gün İranın yüksək keyfiyyətli olmayan neftinin hər barreli 63 dollara satılır. Həmin mənbələrin məlumatına görə, Tehranın son 3 ildə neft satışından 190 milyard dollardan artıq gəlir əldə etməsinə baxmayaraq, hazırda ölkənin Neft Fondunda yalnız 14 milyard dollar vəsait qalıb. Yenicə istefa vermiş İran Milli Bankının keçmiş başçısı, cənab Məzahirinin dediyinə görə, onun İran prezidenti ilə ixtilafının səbəblərindən biri də Neft Fondunda olan pulların məntiqsizliklə xərclənməsi olub
VOA

Azərbaycan prezidentinin Tehrana səfəri planlaşdırılır

Azərbaycan prezidentinin Tehrana səfəri planlaşdırılır

İranın xarici işlər naziri Manuçöhr Mottakinin isə bu ilin sonunadək Azərbaycana səfəri gözlənilir
Azərbaycan prezidentinin və Milli Məclis sədrinin Tehrana səfəri planlaşdırılır. İranın xarici işlər naziri Manuçöhr Mottakinin isə bu ilin sonunadək Azərbaycana səfəri gözlənilir. Bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib. O qeyd edib ki, səfər çərçivəsində İran-Azərbaycan hökumətlərarası komissiyasının iclası da keçiriləcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfir bildirib ki, səfərlərin vaxtı dəqiqləşdirilir. Nasir Həmidi Zare həmçinin deyib ki, parlamentlərarası dostluq qrupunun Bakıya gəlməsi də planlaşdırılır. /ANS TV/

Ankara İran - Qərb münasibətlərində kompromis yarada bilər

Ankara İran - Qərb münasibətlərində kompromis yarada bilər


BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilən Türkiyə Qərblə Tehran arasında, İranın nüvə proqramı ilə bağlı yaranmış problemlərin həllində böyük ümidlər vəd etsə də, bu məsələdə ABŞ və İranın mövqeyi həlledici olacaq.

«İranın nüvə proqramı ilə bağlı Tehranla qərb ölkələri arasındakı danışıqlarda təkcə Türkiyənin səyləri yox, ABŞ və İranın konstruktiv mövqe tutmaları və bu məsələdə hansısa gizli planlarının olmaması vacibdir» - deyə Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun rəhbəri Sedat Laçıner bazar ertəsi TrendNews -a telefonla bildirib.

Türkiyə oktyabrın 17-də BMT-də keçirilən seçkilərdə bu qurumun Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilib. Türkiyənin xarici işlər naziri Əli Babacan İranın nüvə proqramı məsələsində Qərblə İran arasındakı problemlərin həlli üçün göstərdikləri vasitəçilik missiyasına bundan sonra daha çox əhəmiyyət verəcəklərini deyib. Bu barədə oktyabrın 18 - də CNN TURK məlumat verib


Təhlükəsizlik Şurası BMT-nin ən güclü orqanıdır. Bu orqanın əsas vəzifəsi BMT-yə üzv olan ölkələr arasında təhlükəsizliyi və sülhü təmin etməkdir. BMT Təhlükəsizlik Şurası 15 ölkə ilə təmsil olunur. Onlardan 5 ölkə, ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə daimi üzvlərdir. Yerdə qalan 10 üzv isə, iki ildən bir BMT-yə üzv olan ölkələr tərəfindən seçilir. Türkiyə son vaxtlarda beynəlxalq aləmdə öz siyasi rolunu artırmaq niyyətindədir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə, Türkiyənin, bu niyyətini həyata keçirə bilməsi üçün, yaxşı imkanlar əldə edəcəyi gözlənilir.


Türkiyənin həm İranla, həm də Qərb ölkələri ilə yaxşı əlaqələrinin olması bu ölkənin İran və Qərb ölkələri arasındakı danışıqlarda mühüm rol oynayacağına böyük ümidlər yaradır. Həm region ölkəsi və Şərq-İslam ölkəsi olması, həm də Qərb mədəniyyəti və Avropa İttifaqı ilə geniş əməkdaşlıq etməsi, Türkiyənin əsas üstünlüklərindən sayılır. Beynəlxalq məsələlər üzrə iranlı ekspert, Tehran Universitetinin siyasi elmlər doktoru Əhməd Cansız İranın indiki şəraitdə Türkiyədən daha çox şey gözlədiyini bildirib. «Tehran Türkiyənin vasitəçilik missiyasına, iki ölkənin müsəlman və müştərək mədəniyyətə malik olmasına görə, çox əhəmiyyət verir», - deyə Cansız əlavə edib.

Lakin İranlı ekspertin fikrincə, Ankaranın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dialoq məsələsində əsaslı dəyişikliklərə səbəb olacağı inandırıcı deyil.

“Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv olması İranla qərb ölkələri arasındakı müzakirələrin istiqamətinə ciddi təsir etməyəcək. Türkiyə Qərb ölkələri ilə müttəfiq olduğundan, beynəlxalq məsələlərdə müstəqil hərəkət edə bilmir və BMT Təhlükəsizlik Şurasında da müstəqil mövqe bildirə bilməyəcək,”- deyə Cansız bazar ertəsi telefonla TrendNews - a bildirib.

Türkiyəli ekspert Laçıner bildirib ki, BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ilə Türkiyənin rəyi daha çox nəzərə alınacaq. «Bu üzvlük Türkiyə vasitəsilə Tehranın Qərbdə, Qərbin isə İranda daha yaxşı təmsil edilməsinə böyük imkanlar yaradacaq»,- deyə ekspert bildirib.

Laçıner, BMT Təhlükəsizlik Şurasında İran əleyhinə bir qərar gündəmə gələcəyi təqdirdə, Türkiyənin beynəlxalq hüququn tələblərinə əsasən mövqe bildirəcəyini deyib.

Onun sözlərinə görə, Türkiyə İrana hərbi müdaxilənin qəti əleyhinədir.

Laçıner onu da qeyd edib ki, Təhlükəsizlik Şurasında Ankaranın veto hüququ olmadığından, İran əleyhinə qəbul edilə biləcək Qətnamələrə ciddi təsir göstərə bilməyəcək. Ekspert hesab edir ki, Təhlükəsizlik Şurasında İran əleyhinə qərarlar gündəmə gələrsə, Türkiyə İranla Qərb arasında barışdırıcı mövqedən çıxış edəcək.

Berlindəki Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutu Yaxın Şərq Departamentinin direktoru, almaniyalı ekspert Yohannes Reisner (Johannes Reissner) isə, İran- Qərb dialoqunun nəticəsinin, əsasən, ABŞ və İrandan asılı olacağını hesab edir.

«İranın nüvə proqramı ilə bağlı danışıqlar Vaşinqtonla Tehranın əməkdaşlığa göstərdikləri səylərdən asılı olacaq», - deyə Reisner bazar ertəsi telefonla TrendNews - a bildirib.

Türkiyə İranın nüvə proqramı ilə bağlı vasitəçilik missiyasına 2006 - cı ilin əvvəllərindən başlayıb. Türkiyə İran ilə Qərb dövlətləri, xüsusilə də ABŞ arasındakı problemlərin həllində maraqlı olan bir ölkədir. İranla 20 milyard dollar ticarət dövriyyəsi olan və İran qazından asılı Türkiyə bu ölkəyə hərbi müdaxilənin əleyhinə çıxış edir.

“Türkiyə İranla Qərb ölkələrri arasında vasitəçilik rolunu lazımi səviyyədə həyata keçirə biləcıyini artıq sübut edib”- deyə Laçıner bildirib. trend

"Erməni məsələsi"

"Erməni məsələsi"

Xaqani İsmayılın "Erməni məsələsi" və türk-müsəlman soyqırımı" adlı araşdırmasında I Dünya Savaşı fonunda Qafqaz, Güney Azərbaycan və Anadolu türklərinin soyqırıma uğramasına arxiv bəlgələri və sənədli qaynaqlar əsasında işıq tutulur. Tədqiqat əsərində müəllif həmçinin "erməni məsələsi", qədim və çağdaş erməni tarixinin bəzi saxtalaşdırılmış məqamlarına, o sıradan erməni-Bizans, erməni-gürcü, erməni-rus, erməni-türk, erməni-kürd mövzularına da geniş yer verir.
Yaxın gələcəkdə kitab şəklində nəşri gözlənilən bu araşdırmanın bəzi bölümləri ilə oxucularmız "Ekspress"in çərşənbə və şənbə saylarında tanış ola biləcəklər.

Xaqani İSMAYIL



Bəslədiyimiz bəla
və ya erməni etirafı

Xristian dünyası tərəfindən süni sürətdə ortaya atılmış "erməni məsələsi" beynəlxalq konfransların gündəliyinə və barış sazişlərinin maddələrinə daxil edilməzdən öncə bu qalmaqallı toplumun - erməni xalqının yaşamı, öz milli - dini dəyərlərini mühafizə edib-etməmə durumu, iqtisadi vəziyyəti və s. istər-istəməz hər bir oxucuda maraq doğurur.
Doğrudandamı ermənilər tarixən "vəhşi" türklərdən saysız-hesabsız zülmlər, işgəncələr görmüş, dini inancları və milli gələnəkləri (adət-ənənələri) və mədəniyyətləri assimlyasiya təhlükəsi ilə üzləşmişdi. Bugünki erməni təbliğatına, o cümlədən 1000-dən artıq erməni saytlarındakı iftira və hədyanlara cavab vermək üçün nəinki alimlərimiz, hətta hər bir azərbaycanlı ziyalısı, Azərbaycan vətənpərvəri və sadə həyat tərzi yaşayan orta təhsilli yurddaşımız da bu sualların cavablarında aciz qalmamalıdır.
Bu məqsədlə də hər şeydən öncə oxucularımıza ermənilərin türklərlə münaqişədən əvvəlki durumunu əks etdirən bir neçə vacib məqamı dünyanın ən müxtəlif dinlərinə və millətlərinə mənsub olan müəlliflərin (onların sırasında erməni müəllifləri də var) dilindən çatdırmaq istərdik:
" Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb"
(İ.M. Dyakonov).
" Ermənilər işğalçılar kimi gəlmiş və yerli əhalini əsarət altına almışlar" (R. Hovannisyan).
"... Ermənilər İsveçrədən gəliblər" (R. Kiriyan).
"Ermənilər səkkiz əsr ərzində əvvəlcə Səlcuq, sonra isə Osmanlı hökmranlığını məmnuniyyətlə qəbul etmiş, idarə sistemindən qətiyyən şikayət etmədən, öz dininə asudə itaətlə məşğul olmuş, dövlətdə mühüm vəzifələr tutmuş və ticarətdə hakim mövqeyə nail olmuşlar. Faktlar belədir"
(Fransız alimi, jurnalist və hüquqşünası Corc de Malevil).
"Biz həyatımız boyu türk millətinə borcluyuq, türklər olmasaydı, bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti" (Erməni yazıçısı Torkum Stepanyan).
"Türkləri hər hansı bir vəhşilikdə necə ittiham edirlər- etsinlər, yalnız bunu deyə bilərəm: Türkiyənin müxtəlif şəhərlərində erməni-müsəlman toqquşmaları haqqında şəxsən bütün mənə məlum olanlardan belə qənaətə gəlirəm ki, qanlı işlər hər yerdə məhz ermənilərin öz təşəbbüsü ilə başlanmışdır. Türklər Asiyanın nəinki müsəlman, həm də başqa xalqlarının ən yaxşı hissəsidir" (Çar Rusiyasının Van və Ərzurumdakı baş konsulu Mayevski) .
"Türkiyə tarixi keçən yüzillikdə ermənilərin kütləvi təqibi haqqında heç bir fakt bilmir. Əksinə, onlardan çoxu 1915-ci il faciəsinə qədər yüksək dövləti vəzifələr tutmuşdu...
Toqquşma nəticəsində... tələfat isə hər iki tərəfdən döyüş əməliyyatının qanunauyğun nəticəsidir ki, genosid hesab edilə bilməz" (Strasburqda Şərq Tədqiqatları İnstitutunun direktoru Pyer Dyümon).
"Ermənilər indiki dövrdə milli varlıqlarına görə həqiqətən Səlcuq və Osmanlı türklərinə borcludurlar. Bizanslıların və ya digər avropalıların əlində qalsaydı, erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi" (Levon Dabağyan) .
"Erməni milləti (Bizans imperiyasının tərkibində ikən) zülm-əsarət altında qalmışdı. Bütün məmləkətimiz qan içindəydi. Bu qanlar vətənimizin bir ucundan o biri ucunadək dərya kimi aşıb-daşırdı... (Bizans hökmranlığı altında ikən) məzhəbini dəyişmək istəməyən ermənilərin boğazına əridilmiş qurğuşun tökərək, ən faciəli ölümlərə mübtəla edirdilər..." (Qədim erməni tarixçisi Urfalı Matevos)
"Erməni kralı Qaqiqin əl - qolunu bağlatdırıb (bizanslılar) köpəklərə parçalatdırmışdılar..."(Qədim erməni müəllifi)
"Uraratu dili və xalqı ilə erməni dili və xalqının heç bir qohumluğu yoxdur. Ermənilər Urartuya e.ə VI əsrdə gəlmişlər. Urartululardan bəhs edən mixi yazılar isə e.ə IX əsrə aiddir" (Fransız alimi Fransua Lenorman) .
"Ermənilər Frikyadan gəlmədirlər. Onlar tədricən Frikyadan şərqdə yerləşən yüksəkliklərə yiyələnib, oradan qədim urartuluları sıxışdırıb, onların adına, dilinə və rəvayətlərinə yiyələnib, özlərininki ilə əvəz etdilər" (Lenorman) .
"Ermənilər... friqlərlə birlikdə Qərbdən e.ə. 7- 6-cı əsrlərdə Şərqə gəlmişlər"(N. Pastermacyan).
"Ulu şahım... Beynənnəhreyndən (Mesopotomiyadan) Van gölü sahillərinə, oradan da Qafa (Qafqaza) oğuz-türk torpaqlarına beş-beş, on-on gələn ermənilər saziş şərtlərinə görə sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradırlar ki, bu da istiqbalda nəsillərimizə baş ağrısı verəcək...
Bu işləri indi Ağkilsə (Əçmiədzin) kəndində əyləşən dünya ermənilərinin katalikosu II Qriqori maliyyələşdirir... Qarışıq nigahlar məni qorxudur, Şahım! Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dışarına. Sənin qulun Rəvan Xan" (İrəvan əyalətinin icmal dəftəri, 1519. İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə məktubundan)...

Səlcuq sultanlarının səhvi

Ermənilərin tarixində dönüş nöqtələrindən ən vacibi heç şübhəsiz ki, onların xristian dinini qəbul etmələri idi.
Bu, 301-ci ildə knyaz Trdatın fərmanı ilə baş verdi. Ermənilərin iddiasına görə, guya baş patriarx Eçmiədzində (əsil adı müxtəlif dövrlərdə Ağkilsə və Yçkilsə olduğu bildirilir; elə "Eçmiədzin"- "Yç müəzzin" də türkcədən alınma sözdür) otururmuş. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüds şəhərində yeni bir patriarxlıq yaratdılar. Məzhəblərin zidd gəlməsi və dava ilə nəticələnməsindən sonra 993-994-cü illərdə Roma ordusu böyük qüvvə ilə ermənilərin üzərinə hücuma keçərək onları qılıncdan keçirdi, qalanlarını isə əsarət altına aldı.
Erməni kilsəsi və onların dini lideri olan erməni katalikosu öz xalqını ölümcül təhlükədən xilas etmək üçün Səlcuq hökmdarı Sultan Alp Arslana (1063-1072) müraciət etdi. 26 avqust 1071-ci ildə Malazgirt vuruşunda Bizans İmperatoru Roman Diogeni məğlub etmiş Sultan Alp Arslan erməniləri də himayə edərək, onları Bizans zülmündən qurtarmışdı.
1091-ci il fevralın 26-da erməni katalikosu Barsesin müraciətindən sonra isə Sultan Məlikşah erməni kilsəsi və monastrlarının, erməni din xadimlərinin vəziyyətini yaxşılaşdırmağa dair sərəncam imzaladı. Bir qədər əvvəl ermənilərin dəfələrlə bizanslılarla birləşərək döyüş meydanında türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı İmperatorluqlarında onların dini inanclarına, gələnəklərinə, milli dəyərlərinə nəinki zərər gəlmir, hətta aciz, kiçik bir xalq kimi onlar hərtərəfli himayə edilirdi. Belə ki, o tarixi dövr və Sultan Məlikşahın rəftarı haqqındakı qeydlərində erməni katalikosu Vasil yazırdı: "O ( Məlikşah- X.İ.) hər tərəfdən barış və hakimanə bir idarə qurmuşdu. ...Bildiklərimizin hamısından adil olduğuna görə heç bir insana kədər vermədi...Hərb və zorakılıqla deyil, könüllərə yol tapmaqla indiyədək heç bir hökmdarın əldə edə bilmədiyi məmləkətlərə sahib oldu".
Erməni tarixçisi Urfalı Matevos da Sultan Məlikşahın xalqlara ədalətli bir hami olması haqda yazırdı: "Məlikşahın səltənəti Allahın lütfünə nəsib oldu. Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı və ermənilərə sakitlik verdi... Qəlbi xristianlara qarşı şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqları ilə ata kimi rəftar edirdi".
Erməni tarixinin həmin dövrünə münasibətdə çağdaş erməni müəllifi Ter-Çersisyanın 1972-ci ildə qələmə aldığı mülahizələr də qədim türk dünyasının ədalətindən xəbər verir: "Ermənilər Bizansın öldürücü ilhaq siyasətinin xeyli davam etdiyi və ermənilərə qarşı düşmənçiliyin artdığı bir vaxtda Şərqdə Səlcuq türklərinin zühur etdiyi göründü... Bizansın Malaskert (Malazgirt) fəlakətinə uğramağı üzündən bütün ermənilər 1071-ci ildə Səlcuqların idarəsinə keçdilər... Səlcuqların köməyi ilə hürriyyət qazanan ermənilər Qriqoryan idarəsində tərəqqi etdilər"...

(ardı var)

express

Qafqazda yeni geosiyasi dönəm

Qafqazda yeni geosiyasi dönəm
Rusiya Ermənistana təzyiq edir (?!)

Azərbaycandakı prezident seçkisindən sonra Qafqazın geosiyasi mənzərəsində bir çoх faktorlar hərəkətə gətirilib. Bu bölgə ətrafında mübarizənin yeni bir səviyyəyə qalхdığını birmənalı qiymətləndirmək mümkündür. Hətta Rusiya belə əsrlərdir yeritdiyi Qafqaz siyasətinə düzəliş edib. Kreml bəyanat verib ki, Ermənistanın işğalçı qüvvələri Dağlıq Qarabağdan çıхmalıdır. Əvəzində ora rus sülhməramlıları daхil edilməlidir. Bəlkə də Qafqazda Ermənistan adlı süni dövlət yaradandan ilk dəfə olaraq Rusiyanın dövlət başçısının İrəvana ən ağır səfəri başlayıb. Dmitri Medvedyev erməniləri inandırmalıdır ki, başlarının sağ qalmasını istəyirlərsə, işğal etdikləri ərazilərdən çıхmalıdırlar. Burada doğurdan da qarışıq məsələlər çoхdur. Rusiyanın bu addımını faktiki olaraq Qafqazda geosiyasi «çevriliş» adlandırmaq olar. Bir vaхtlar Azərbaycandan zorla qoparıb Ermənistana verdiyi torpaqları Rusiya indi geri almaq istəyir. Ermənistanda buna kəskin etirazlar bildirilir. Hətta çoхlarının demokrat adlandırdığı Levon Ter-Petrosyan bunun çoх pis əlamət olduğunu və həmin səbəbdən 2 ay mitinqləri dayandırmağa hazır olduqlarını ifadə edib. Robert Koçaryan da bu fikirdədir və həmin məsələdə diktator, müharibə tərəfdarı və terrorçu Koçaryanla, «demokrat», «modernist», «sülhpərvər» Petrosyan eyni mövqedədirlər. Sery Sərkisyan isə çıхılmaz vəziyyətə düşüb. Nə işğal etdiyi əraziləri müdafiə etməyə hərbi gücü var, nə ağası Rusiyadan keçə bilir, nə də erməni хalqına sırıdıqları yalanların faş olmasına razıdır. İlk baхışdan Rusiyanın hərəkəti paradoksal görünə bilər, ancaq dərindən proseslərə nəzər salanda hər şeyin məntiqli olduğunu görürük. Son vaхtların geosiyasi proseslərinə bir də diqqət yetirək. Gürcüstan olayları Qafqaz siyasətinə ciddi təsirlər etdi. Rusiya istədiyinə nail olsa da, artıq zor gücünə bölgəyə təsir etmək imkanına malik deyil. Bu, mövcud duruma çoх güclü təsir edən amildir. Sonra, Qərb Azərbaycanı aktiv surətdə müdafiə edəcəyini açıq bildirdi. Amerikanın rəsmi şəхsləri Azərbaycana, Rusiyaya, Gürcüstana və Ermənistana səfər edərək bu barədə birmənalı fikir bildirdilər. Məsələ Azərbaycanın bölgənin ən sürətli inkişaf edən və həm də optimal хarici siyasət yürüdən ölkəyə çevrilməsinə bağlıdır - Azərbaycan hər kəs üçün lazımlı dövlət olub. Daha sonra, Türkiyə yaranmış vəziyyətdən çoх səmərəli istifadə edərək bölgədə sülh və sabitliyin təminatçısı ola biləcək proqrammı təklif etdi. Bu təklifi bütün böyük qüvvələr dəstəklədi. Hətta Ermənistanın хarici siyasətində Türkiyə ilə əmkdaşlığa meyllər özünü göstərdi. Erməni diplomatiyası perspektivdə Rusiyadan üzülüşüb Qərbin himayəsi altına keçməyə üstünlük verdi. Çünki Türkiyəyə Qərbin münasibətindən belə qənaət hasil etdi ki, burada demokratiya güclü olacaq və Ankara heç kəsin hüququnu tapdalamamaq хəttini seçib. Paralel olaraq Qərbin Türkiyənin Osmanlının funksiyasını yerinə yetirməsinə razı olmaqdan başqa çarəsi qalmayıb. Türkiyə siyasi, iqtisadi və hərbi cəhətdən böyük bir məkanın lideri rolunu oynamaq gücündədir. Bir çoх istiqamətlərdən buna müqavimət və maneələr olsa da, Türkiyə inamla bu yolda irəliləyir. Bütün bunlar bir şeyi ortaya qoyur - Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyünün təmini çərçivəsində həll olunmalıdır. Rusiyalı və ya Rusiyasız bu olacaq. Ona görə də Kreml özü məsələni həll edib, əvəzində əsgərini bölgəyə yerləşdirmək istəyir. Bu, Qərbə sərf etmir, ancaq Azərbaycanın dövlət maraqları bizim üçün hər şeydən üstündür. Ona görə də Qarabağda Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlıların yerləşdirilməsinə rəsmi Bakı isti baхa bilər (hərçənd rəsmi Bakının nə düşündüyünü biz bilmirik). Ya da Qərb elə şərait yaratmalıdır ki, Azərbaycan ordusu hərbi əməliyyatlarla özü bölgəni azad etsin və sonra sülhü saхlamaqla bağlı müхtəlif beynəlхalq təkliflərə baхmaq olar. Beləliklə, Rusiya faktiki olaraq özü və Ermənistan üçün çoх çətin olan bir situasiyada maksimum səmərəli model təklif edib. Bununla ermənilər razılaşmaq istəmirlər, çünki onlara elə gəlir ki, müharibəni özləri udublar. Ruslar çoх güman ki, ermənilərə reallığı qəbul etməyi başa salacaqlar. Hər bir halda Qafqazda çoх maraqlı proseslərin cərəyan etməyə başladığını demək olar. Azərbaycan tariхi zəfərini əldə etməyə çoх yaхındır. Konstruktiv хarici və daхili siyasət yeritməyin bəhrəsini görməkdəyik. Təbii ki, hələ müqavimətldər çoх olacaq, təхribatlar da istisna deyil, lakin indi beynəlхalq səviyyədə heç kim 5 il öncə olduğu kimi Ermənistanı birmənalı müdafiə etmir. Dünya görür ki, Azərbaycan bölgənin demokratik, inkişaf edən və əməkdaşlığa hazır ölkəsidir. Ermənistan isə səfalət içində batır. Artıq burada ermənilərin yalançı təbliğatı keçmir - hər şey göz qabağındadır.

Orхan Güneyli
olaylar

21 Ekim 2008 Salı

Güney Azərbaycanın "Kimlik" dərgisi qapadıldı

Güney Azərbaycanın "Kimlik" dərgisi qapadıldı

Fars şovinist rejimi İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Güney Azərbaycan türklərinin haqq işinə dəstək olan daha bir tələbə dərgisini qapatdı. "Kimlik" adlanan jurnal Güney Azərbaycan Milli Hərəkatının ideyalarının yayılması ilə məşğul olurdu. Özü də İran rejimi dərgini çoxdan bağlamaq istəyirmiş. Jurnalın redaksiya heyətinə bir neçə dəfə təzyiqlər edilibmiş. Nəhayət, Zəncan Universitetində fəaliyyət göstərən dərgi “Ettelaat” rəsmilərinin göstərişi ilə rəsmən qapadılıb. / Olaylar /

Türkiyənin beynəlхalq siyasətdə 2 yeni uğuru

Türkiyənin beynəlхalq siyasətdə 2 yeni uğuru
Türklər BMT TŞ və İnterpol İcraiyyə Komitəsində

Türkiyənin və türk dünyasının tariхində maraqlı iki olay da baş verdi. 47 illik mübarizədən sonra Türkiyə BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə qəbul edildi. Eyni zamanda, türk polisi İnterpolun İcraiyyə Komitəsinə üzv seçilib. Hər iki hadisə kifayət qədər ciddi təsir dairəsinə malikdir. Məsələ Türkiyənin beynəlхalq suyasətdə yeri və rolu ilə bağlı təsəvvürlərin dəyişməsinə bağlıdır. O mənada təbii ki, heç kəs Türkiyənin beynəlхalq təşkilatlarda vəzifə sahibi olmasından sevincək olmur. Anlayırıq ki, bu işin türk dövlətlərinin haqq səsinin BMT-də daha güvənli səslənməsi üçün əhəmiyyəti vardır. Onu da unutmayaq ki, BMT-nin 150 üzvü İslandiya, Avstriya və Türkiyə üçlüyündən məhz Türkiyəyə üstünlük verib. Türkiyə bu qələbə üçün 5 il aktiv diplomatiya yeridib. Deməli, türk diplomatiyası əsas hədəfə çatmaq istiqamətində olduqca vacib addım atıb. Bu, həm də dünyada Türkiyənin siyasi-hüquqi ilə yanaşı həm də iqtisadi nüfuzunun artması deməkdir. Ayrıca Azərbaycan özünü BMT TŞ-nin üzvü kimi hiss edə bilər. Artıq Azərbaycanın məsələlərini yüksək kürsüyə çıхaracaq səs vardır. Bütün bu aspektlərdən Türkiyənin BMT TŞ-yə üzv olmasının geosiyasi aspektdə Qafqaz üçün əhəmiyyətindən danışmaq olar.Qafqazda geosiyasi proseslərin mürəkkəbləşməsi müşahidə olunur. Bu proseslərə BMT elə də aktiv müdaхilə edə bilmir. Çünki qafqazlıların problemlərini onları yaхşı bilən və obyektiv olan ölkə çıхarmalıdır. Türkiyənin son illər bu istiqamətdə yeritdiyi ağıllı siyasət dünya dövlətlərinin bu məsələyə diqqətini artırıb. Ona görə də BMT-də Qafqaz məsələsində Türkiyənin fəallığını gözləməyə dəyər. O cümlədən, Dağlıq Qarabağ məsələsinin BMT-də müzakirəsi üçün yaхşı şans əldə edildiyini düşünürük. Türkiyə məsələni daha konkret və konstruktiv müstəvidə qaldırmaqla Ermənistanın təcavüzünə lazımi reaksiyanın verilməsini təmin edə bilər. Bununla yanaçı, Türkiyə Qafqazdakı beynəlхalq layihələrin əsas iştirakçılarından biri kimi bölgənin inteqrasiyasına хidmət edən addımları atacaqdır. Bunlar onu göstərir ki, Türkiyə strateyidə Qafqazın aparıcı ölkəsi olmaq şansına malikdir. Burada Rusiya və İranın oynaya bilmədiyi rolu Türkiyənin oynaması üçün yaşıl işıq yandırıldığını qəbul etmək gərəkdir. Görünür, erməni diplomatiyasının Türkiyəyə yönəlik ilıq münasibətlərdə bulunmasının əsas səbəblərindən biri bundan ibarətdir. Türkiyənin İnterpolun İcraiyyə Komitəsinə üzv seçilməsinin də BMT TŞ qədər əhəmiyyəti vardır. İnterpol хətti ilə Türkiyə və Azərbaycanı maraqlandıran çoхlu şəхslər aхtarılır. Məsələn, Azərbaycan Zori Balayanın хalqımıza və dövlətimizə qarşı etdiyi cinayətlərə görə aхtarışını verib. Onu bəzi dövlətlər himayə edərək lazımi qətiyyət göstərməklə həbs olunmasına əngəllər yaradırlar. İndi cinayətkar, tərbiyəsiz və qəddar adam Zori Balayan, Хocalıda faciələr törədən 10-larla terrorçunun ədalət məhkəməsi qarşısında durması üçün yeni imkanlar yaranıb. Biz heç də nədənsə pəymürdə olub, hər şeyin asan və tez baş verəcəyini gözləmirik Əsas odur ki, türklərin problemlərini anlamağa çalışırlar və onlara inam artır. Bu prosesin davam etməsi halında Balayan, Koçaryan və sair kimi terrorçuların cinayətlərini dəlil-sübutla təsdiq etmək şansı artır. O baхımdan, Türkiyənin İnterpolda səlahiyyət qazanması çoх mücbət bir olaydır.Qardaş ölkənin BMT TŞ-yə üzv olması müsəlman aləminə mənəvi stimul verəcək. Türkiyənin хarici işlər naziri Əli Babacan bildirib ki, bizim əsas fəaliyyətimiz barışı gücləndirmək olacaq. Müsəlman dövlətləri də kifatyət qədər ciddi ziddiyyətlərə düçar olublar. İraq, Ыran, Azərbaycan, Əfqanıstan, Türkiyə və Pakistanla bağlı müəyyən məsələlər var ki, hər şeydən öncə ədalətli yanaşma tələb edir. O baхımdan Türkiyənin məsələləri qaldırması özünün müsbət nəticələrini verəcəkdir.ürk dünyası növbəti uğuruna imza atdı. Bu proses davam etməlidir. Türk dövlətlərinin dünya siyasətində yeri və rolu özünün layiqli səviyyəsinə çatmalıdır. Türkləri inkar etmək dünyaya heç nə yaхşı bir şey vəd etmir. Buna artıq əmindirlər. Ona görə də Türkiyənin bu işi bütün türk dövlətləri üçün başlanğıcdır. Dünyanın ədalətə və barışa ehtiyacı vardır.

Şahin Məhəmmədoğlu

olaylar

Fars şovinist rejimi 4 nəfəri edam edib

Fars şovinist rejimi 4 nəfəri edam edib

İran adlanan yerin Sistan və Bəluçustan vilayətində yerləşən Zahidan şəhərində 4 nəfər edam olunub. Fars şovinist rejimi onları narkotik maddələrin qaçaqmalçılığında günahlandıraraq dar ağacından asdırıb. Onların edam hökmü Zahidan şəhər Məhkəməsi tərəfindən verilib. Bu barədə Sistan və Bəlucustan vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Edam olunanların hökmü bazar ertəsi səhər Zahidan həbsxanasında icra olunub. Qeyd edək ki, 2007–ci ilin sentyabrında BMT Baş Assambeleyası edam cəzasının ləğv olunmasına dair qətnamə qəbul edib. 2008-ci ilin yanvarında İran adlanan yerdə ədliyyə naziri vəzifəsini icra edən ayətullah Mahmud Haşimi Şahrudi açıq edamlara qadağa qoyub. Amma o zaman Mahmud Haşimi "sosial ehtiyac" olduğu halda, istisnaların mümkünlüyünü də qeyd edib.

Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal açılır
Nuşirəvan Məhərrəmli: "O, bütün Qafqazı əhatə edəcək


“Azərbaycan Qafqaz regionunda lider dövlətdir. Bu liderliyin informasiya təminatını möhkəmləndirmək üçün Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək və bütün regionu əhatə edəcək yeni telekanala ehtiyac var”.
Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N. Məhərrəmli bildirib ki, daha çox informasiyaya və analitik verilişlərə üstünlük verəcək yeni telekanalın açılması yaxın gələcəkdə mümkün ola bilər: “Belə bir telekanalın açılması böyük vəsait tələb edir. Ona görə də telekanalın dəqiq açılma vaxtını demək hələlik mümkün deyil”.
N. Məhərrəmli onu da deyib ki, yaxın günlərdə Yevlaxda (Yevlax TV) və Şəkidə (SE TV) yeni regional kanallar fəaliyyətə başlayacaq: “Bundan sonra digər bölgələrdə də yeni kanalların açılması məsələsinə baxılacaq. Parlament seçkilərinə qədər bütün əsas regionların hamısında regional televiziyalar fəaliyyət göstərəcək. Hazırda isə Azərbaycanda 14 regional kanal fəaliyyət göstərir”. // APA

Ban Ki Mun İranı tənqid edib

Ban Ki Mun İranı tənqid edib


Ban Ki Mun
BMT-nin baş katibi Ban Ki-mun insan hüquqlrının qorunması sahəsində İranı tənqid edib.
O, deyib ki, əsas narahatlıq doğuran - İranda ölüm hökmlərinin artması, dini azlıqların təqibi və qadın hüquqularının pozulmasıdır.

BMT-nin baş katibi Ban Ki-mun son aylar ərzində İranda edam hallarının kəskin artmasını qeyd edib. İranınm hakim dairələri bunun narkotik qaçaqmalçılığına qarşı aparılan mübarizənin tərkib hissəsi olduğunu israr edirlər.

Bu il iyul ayının 27-də İranda 29 edam icra edilib. İran ədliyyəsinin rəhbəri uşaqların edamını təxirə salmağa çağırıb. Ban Ki-mun bu çağırışı alqışlasa da İranda uşaqların hələ də edam edildiyini vurğulayıb.

Hesabatda son bir il ərzində İranda qadınların hüquqlarının müdafiə təşkilatlarına qarşı basqıların həyata keçirildiyi deyilir. Başlarını kifayət qədər tam örtməyən və yaxud kifayət qədər dar paltar geyən qadınların həbs edildiyi qeyd edilir.

BMT hesabatında əhalisi əsasən şiə olan İranda Bəhayi təriqəti üzvlərinin tez-tez zorakılığa məruz qaldığına diqqət yetirilir. Bəhayi icması üzvlərinin biznes və həyatı çox zaman belə təqib kampaniyaların hədəfinə çevrilir.

BMT-nin baş katibi Ban Ki-mun deyib ki, İranda geniş vüsət almış amputasiya və digər cismani cəza növləri beynəlxalq birliyi ciddi narahat edir. İran rəsmiləri buna törədilən cinayətlərə görə islami qanunlarına uyğun olaraq həyata keçirilən cəza kimi bəraət qazandırırlar.

Hesabatda həmçinin İranda homoseksual şəxslərin şallaqlanması və edamla təhdid edilməsi qeyd edilir.

Ban Ki-mun İran parlamentinin qadınlara daha çox hüquqlar verilməsinə dair atdığı addımları alğışlayıb, və uşaqların işlərinə dair məhkəmələrin təsis edilməsi planlarını müsbət proses adlandırıb.

BMT baş katibi Ban Ki-mun deyib ki, ümumiyyətlə, İranda insan hüquqlarında narahatlıq doğuran bir çox sahələr qalmaqdadır.bbc

ایران دین سدری‌نین پارلامئنت‌دکی هئساباتی زامانی بیر چوخ گیزلی مقام‌لار آچیق‌لانا‌جاق – پارلامئنتین سابیق نماینده‌سی

ایران دین سدری‌نین پارلامئنت‌دکی هئساباتی زامانی بیر چوخ گیزلی مقام‌لار آچیق‌لانا‌جاق – پارلامئنتین سابیق نماینده‌سی

<یمگ سرج="هتتپ://news.ترئند.az/dataimage/thumbnails_news/_Emad_Afroogh_211008.ژپگ">
ایرانین داخی‌لی ایشلر ناظری علی کوردانین دیپلومونون ساختا اولماسی ایله علاقه‌دار اونون هئسابات وئرمک اوچون پارلامئنته چاغیریلماسی قالماقال‌سیز اؤتوشمه‌یه‌جک و اونا قارشی دیگر اتهام‌لار دا ایره‌لی سوروله بیلر.


ایران پارلامئنتی‌نین کئچمیش نماینده‌سی و حاکم کوالیسیانین فال عضوو ایماد افروغ بازار ائرته‌سی ترئند News-آ بیلدیریب کی، کوردان هئسابات وئرمک اوچون پارلامئنته چاغیریلا‌جاق و هئسابات زامان اونون حاقیندا «دیگر مسئله‌لر» ده آچیق‌لانا‌جاق.


افروغ بیلدیریب کی، کوردانا قارشی پارلامئنتده سسوئرمه زامانی ایره‌لی سورولن اخلاقلا باغ‌لی تسدیق اولونموش اتهام‌لار دا گؤستریر کی، کوردان موتلق پارلامئنته چاغیریلا‌جاق.


کوردانین دیپلومونون ساختا اولماسی حاقدا شوبهه‌لر پارلامئنتین موهافیزکار نماینده‌سی روهوللاه حسینیانین آوقوستون 5-ده داخی‌لی شیلر ناظری‌نین سلاهیت‌لرینی آراشدیردیغی زامان یارانیب.


کوردان پارلامئنتده داخی‌لی ایشلر ناظری وظیفه‌سینه سس توپلادیق‌دان بیر گون سونرا، پارلامئنتین دیگر موهافیزکار نماینده‌سی احمد توککولییه منسوب اولان «الیف» سایتی کوردانین دیپلومونون ساختا اولماسی حاقدا معلومات یاییب. توککولی پارلامئنتین ایجلاسیندا بو مسئله‌نین آراشیدیریلماسینی طلب ائتمیشدی.


حاکم اوسولگرا دوشرگه‌سی‌نین اهمدینئژادی تنقید ائدن جیناهین‌دان اولان افروغ بیلدیریب کی، کوردانین پارلامئنتده هئسابات وئرممه‌سی اوچون چالیشان‌لار اولا‌جاق، لاکین بو دفعه پارلامئنت نماینده‌لری کوردانی دستکله‌ین‌لرین بوتون سی‌لرینه باخمایا‌راق، اونون هئساباتا دعوت ائدیلمه‌سینده قرارلی‌دیرلار.


افروغ هئسابات زامانی دیگر مسئله‌لرین ده آشکار اولاجاغینی بیلدیریب، لاکین بو مسئله‌لرین ماهیتی حاقدا گئنیش آچیقلاما وئرمه‌ییب.


کوردان هئسابات وئرمک اوچون پارلامئنته چاغیری‌لارسا، او، اهمدینئژادین هئسابات وئره‌جک ایلک ناظری اولا‌جاق. بون‌دان اؤنجه سئنتیابر آییندا تحصیل ناظری علی احمدی هئسابات وئرمک اوچون پارلامئنته دعوت اولونموشدو، لاکین هئسابات گونونه بیر نئجه گون قالمیش نماینده‌لردن بیر نئچه‌سی‌نین ایمضا‌لارینی گئری گؤتورمه‌سی سببین‌دن هئسابات باش توتمامیشدی.


افروغ پارلامئنت نماینده‌لری طرفین‌دن ایمضا‌لارین گئری آلینماسی مسئله‌سینی تنقید ائده‌رک بیلدیریب کی، دونیانین بوتون پارلامئنت‌لرینده «ترفکئش‌لیک» مؤوجوددور، لاکین هانسیسا ممورون هئسابات وئرمه‌سی اوچون وئریلمیش ایمضانی گئری گؤتورمه‌سی یاخشی حال دئییل.


افروغ ایران پارلامئنتینده بو جور حال‌لارین باش وئرمه سببینی اؤلکه‌ده پارتیا‌لارین گوج‌لو و بیرلیکده اولماماسی ایله الاقلندیریب.


اونون سؤزلرینه گؤره، پارلامئنت نماینده‌لرین‌دن بعضی‌لری اؤز ماراق‌لاری چرچیوه‌سینده گذشت‌لر الده ائتمک مقصدیله ناظرلرله «سؤودلشمه»یه گیریرلر: اول هئساباتا چاغیریلما‌لاری اوچون ایمضا وئریر، داها سونرا ایمضا‌لارینی گئری گؤتورورلر.


ایرانین داخی‌لی ایشلر ناظری‌نین متبوات خیدمتی کوردانین دیپلومو ایله باغ‌لی خبرلره موناسیبت بیل‌دیره‌رک بو حاقدا شاییه یایان‌لار باره‌ده قانون چرچیوه‌سینده تدبیرلر گؤرولجیینی بیلدیرمیشدی. کوردان اؤز دیپلومونون صورتی‌نین ایران دین-این سایتیندا درجی حاقدا سرنجام وئرمیشدی. او ادعا ائدیردی کی، فخری دوکتورلوق دیپلومونو اوخفورد اونیوئرسیتئتین‌دن آلیب. لاکین اوکتیابرین 5-ده کوردان ایران پرئزیدئنتی ماهمود اهمدینئژادا مکتوب یازا‌راق، فخری دوکتورلوق دیپلومونون حقیقتن ساختا اولدوغونو اعتراف ائتمکله بیلدیرمشدی کی، بون‌دان خبرسیز اولوب. او، دیپلومون ساختا اولماسیندا اوخفورد اونیوئرسیتئتی‌نین تئهران‌داکی نماینده‌سی‌نین گوناهکار اولدوغونو قئید ائتمیشدی.


کوردانین اعترافین‌دان سونرا پارلامئنت نماینده‌لری اهمدینئژاددان داخی‌لی ایشلر ناظری‌نین دیپلومونون ساختا اولدوغو اوچون وظیفه‌دن اوزاقلاشدیریلماسینی طلب ائتمیشدی‌لر. پارلامئنت نماینده‌لری اوکتیابرین 12-نه کیمی پرئزیدئنته اونلارین بو ایستیینه جاواب وئرمک اوچون مؤهلت وئرمیشدی‌لر. لاکین پرئزیدئنت پارلامئنت نماینده‌لری‌نین ایستیینه ائتینا‌سیز یاناشدیغی اوچون نماینده‌لر کوردانین هئسابات وئرمک اوچون پارلامئنته چاغیریلماسی مسئله‌سینی پارلامئنتین ریاست هئیتینه تقدیم ائتدی.


ایران پرئزیدئنتی جاری ایلین یول آییندا ایقتیسادیات، داخی‌لی ایشلر و نقلیات ناظرلری وظیفه‌لرینه اؤز نامیزدلری‌نین سیاهی‌سینی پارلامئنته تقدیم ائتمیشدی. داخی‌لی ایشلر ناظرلیگینه نامیزد کوردان و نقلیات ناظرلیگینه نامیزد همید بئهبهانی حاکم «اوسولگرا» کوالیسیاسینین حاکمیتی تنقید ائدن قانادینا یاخین شخص‌لر ساییلیرلار. ایقتیسادیات ناظرلیگینه نامیزد شمسددین حسینی ایسه کوالیسیانین حاکمیتی دستکله‌ین جیناهینا یاخین شخص‌دیر.


لاکین کوردان هم‌چی‌نین ایران آلی ایسلام شوراسی مج‌لی‌سی‌نین سدری علی لاریجانییه یاخین شخص کیمی ده تانینیر. او، ایندیدک ایرانین نئفت ناظری‌نین مواوینی، ایران دؤولت تئلئویزیاسیندا تئکنیکی شؤبه‌نین سدری و هم‌چی‌نین دؤولت تئلئویزیاسینین ایران پارلامئنتین‌دکی مالیه نماینده‌سی وظیفه‌لرینده چالیشیب.

İranda iki kəşfiyyatçı göyərçin tutulub

İranda iki kəşfiyyatçı göyərçin tutulub

Quşlar Natanzadakı nüvə reaktorunun yaxınlığında aşkar edilib

İranın təhlükəsizlik qüvvələri nüvənin zənginləşdirilməsi üzrə əsas sentrifuq kütləsinin yerləşdirildiyi Natanzadakı nüvə reaktorunun yaxınlığında iki kəşfiyyatçı göyərçin tutublar. AFP agentliyinin məlumtına görə, bu barədə İrandakı mənbələr məlumat veriblər. Göyərçinlərdən biri Kaşanda (İsfahan vilayəti) suyun təmizlənməsi üzrə qapalı zavodun qarşısında aşkar edilib. Quş göy rəngli metal halqalara keçirilibmiş, onun bədəninə isə şəffaf naqillər birləşdirilib.

Bu ayın əvvəlində tutulan ikinci göyərçinə də oxşar texnika quraşdırılıb. Mənbə göyərçinlərin sonrakı taleyi və onların kimə işləməsi barədə heç nə bildirməyib.

Qeyd edək ki, Natanzada yeraltı zavod İranın nüvə proqramında ən mübahisəli məsələlərdən biridir. Dünya ictimaiyyətinin gümanına görə, bu zavod kütləvi qırğın silahlarının düzəldilməsi ilə məşğul olur. /ANS PRESS/

20 Ekim 2008 Pazartesi

Rusiya Azərbaycan və İranla enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin icrasını ləngidir

Rusiya Azərbaycan və İranla enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin icrasını ləngidir


Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Rusiya, Azərbaycan və İran enerji şəbəkələrinin sinxronlaşdırılması layihəsinin bu günədək reallaşmaması Rusiya tərəfində zəruri işlərin ləng aparılması ilə əlaqədardır. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
«Rusiya ilə Azərbaycanı birləşdirən ikinci 330 kV-luq Yaşma-Dərbənd xəttinin tikilməsi nəzərdə tutulur. Bizim tərəfdən heç bir problem yoxdur və tikintiyə başlaya bilərik. Artıq birinci Yaşma-Dərbənd xəttinin Xaçmaza giriş-çıxışını təmin edib, 330 kV-luq yarımstansiyasını tikirik. Amma Rusiyadan bununla bağlı hələ ki, razılıq almamışıq», - deyə E.Pirverdiyev vurğulayıb.
«Azərenerji» rəhbərinin sözlərinə görə, digər tərəf olan İranla Azərbaycan arasında da layihə ilə bağlı heç bir problem yoxdur. Hər iki ölkənin enerji sistemlərini birləşdirən xətlər və yarımstansiyalar tikilir və bu işlər gələn il başa çatacaq.
Qeyd edək ki, enerji sistemlərinin sinxronlaşdırılması layihəsinin reallaşması 2012-ci ilə qədər çəkə bilər. Rusiya tərəfi sözügedən layihənin texniki-iqtisadi əsaslandırmasını 2010-cu ilin sonunadək hazırlayıb başa çatdırmağı planlaşdırır. apa

Azərbaycan ABŞ-da güclü lobbi yaratmalıdır – azərbaycanlı iş adamı

Azərbaycan ABŞ-da güclü lobbi yaratmalıdır – azərbaycanlı iş adamı

ABŞ-da yaşayan azərbaycanlı iş adamı Paul Murad Azərbaycanın ABŞ-da güclü lobbi yaratmasını vacib hesab edir.


«Amerikadakı Azərbaycan diasporu çox yenidir və Amerika cəmiyyətində öz rolunu nümayiş etdirməyə başlayıb. Diasporun gücləndirilməsinə öz töhfəmi verməyə çalışıram», - deyə Murad Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.


Onun bildirdiyinə görə, Amerikada uzun illər yaşayan ermənilər biznes sektorunda çox fəaldırlar. «Kaliforniyada Qlendeyl şəhərinin əhalisinin əksər hissəsini ermənilər təşkil edir. Amerika siyasətçilərinin əksəriyyəti ermənilərlə hesablaşır», - deyə Murad bildirib.


Azərbaycanlı iş adamının sözlərinə görə, ABŞ və Azərbaycan arasında yüksək siyasi səviyyədə münasibətlər çox inkişaf edib.


«Amerikada qarşılıqlı münasibətlər üç səviyyədə formalaşır – yüksək siyasi, ictimai sektor və biznes səviyyəsində. Azərbaycanın ABŞ-dakı səfirliyi və Los-Ancelesdəki konsulluğu da bu səviyyədə çox fəaldırlar. Los-Ancelesdəki konsul Elin Süleymanovla yaşadığım Nevada ştatında Azərbaycanı tanıtmaq üçün əməkdaşlıq etməyə çalışıram», - deyə Murad bildirib.

İranda bir məsihinin azadlığa buraxılması haqda qərar verildi

İranda bir məsihinin azadlığa buraxılması haqda qərar verildi

Iranın Ədliyyə Nazirliyi bu ölkənin şimal şərqində yerləşən Məşhəd şəhərinin xristianlarından olan Ramtin Sudməndin həftələr boyu həbsdən sonra azadlığa buraxılması haqqında qərar verib.

Ramtin Sudmənd bu ilin 21 sentyabrında Məşhəd şəhərinin Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilmiş və indiyədək təcridxanada saxlanılırdı.

Bu məsihi gənc ölkənin təhlükəsizlik orqanının rəhbərliyi tərəfindən “dövlətçilik əleyhinə təbliğat” aparmaqda ittiham edilmişdir.

İranın Ədliyyə Orqanın adının açıqlanmasını istəməyən məlumatlı mənbəsi “TrendNews”-ə bildirib ki, Sudməndin buraxılması barədə Məşhəd şəhər İnqilab Məhkəməsinə göstəriş verilib.

O deyib ki, həmin gənc girov təminatı qoyarsa, müvəqqəti olaraq azad edilə bilər.

Ramtinin azad edilməsi haqqında qərar bir müddət öncə Şiraz şəhər məhkəməsi fərənidən “mürtəd” olduqları üçün İki iranlı məsihinin işlərinin Appelyasiya məhkəməsinə göndərilməsindən sonra irəli sürülən ittihamdan bəraət qazanaraq azadlığa buraxıldığı bir vaxtda çıxarılır.

53 yaşlı Mahmud Mətin və 40 yaşlı Arəş Bəsirət adlı iki iranlı məsihi bu ilin 10 may tarixində həbs edildikdən bir neçə ay sonra nəhayət azad edildilər.

Bu iki şəxs, eləcədə, “İslam Respublikasının dövlətçiliyinə qarşı təbliğat aparmaqda”, “ictimaiyyəti çaşdırmaqda”, “yalan məlumatları yaymaqda”, “Ayətullah Xomeyni, Ayətullah Əli Xamneyi və dövlət rəhbərlərini təhqir etməkdə” ittiham olunurdular.

Daha ömcə də, cari ildə İsfahan şəhərinin təhlükəsizlik orqanları tərəfindən 16 məsihi yaxalanmışdı.

Baxmayaraq ki, İİR- nın Cinayət məcəlləsi ilə mürtəd olmaqla bağlı cəza tədbirləri nəzərdə tutulmayıb, lakin İslam dinin qanunlarına görə, İslam dinindən dönmək “mürtədlik” anlamı daşıyır və ölüm cəzası ilə cəzalındırılır.

İraın təhlükəsizlik orqanlarının rəhbərliyi ötən il də Rəşt, Kərəc və Tehran şəhərlərində 14 məsihini həbs etmişdilər.

Bu il də Şiraz şəhərində 10 məsinin həbs edilməsi halı qeydə alınıb.

Bu şəxslər xristian dininə daxil olduqlarına görə həbs olunublar. trend

ABŞ və İran nümayəndələri Vaşinqtonda görüşüblər

ABŞ və İran nümayəndələri Vaşinqtonda görüşüblər


İranın parlament mənbələrindən bildiriblər ki, bu ölkənin parlamentinin bir qrup təmsilçisi Beynəlxalq Valyuta Fondunun islası çərçivəsində ABŞ parlamentariləri ilə danışıqlar aparıblar.

TrendNews- dən verilən məlumata görə, Sumee Səra bölgəsinin deputatı Məhəmməd Kazım Delxoş bildirib ki, İran nümayəndələri bu görüşdə İsrail istisna olmaqla, bütün ölkələrlə müzakirələrə hazır olduqlarını qeyd ediblər.

O deyib: “Əlverişli şərait yarandığı və ABŞ- ın İranın daxılı işlərinə qarışmadığı təqdirdə, bu ölkə nümayəndələri ilə danışıqlara başlamaq olar”.

Bu, son 30 ildə ilk dəfədir ki, iki ölkənin parlamentariləri bu səviyyədə görüş keçiriblər.

İran- ABŞ əlaqələri 1979- cu ildə İranda inqilab baş verdikdən sonra Amerikanın Tehrandakı səfirliyi ələ keçirilməklə kəsilmişdir.

İki ölkə ötən 30 ildə dəfələrlə bir- birini mənafelərinə toxunmaqda ittiham ediblər.

Delxoş, həmçinin öz açıqlamalarında bildirib ki, amerikalı parlament nümayəndələri yeddinci parlament dövründə İranın sabiq Məclisinin sədri Qulam Əli Həddada məktub yazaraq iranlı parlamentarilərlə görüşmək niyyətində olduqlarını bildirmişlər-həmin məclisin vaxtının başa çatmasından və səkkizinci məclis fəaliyyətə başladıqdan sonra ifşa olunan rəsmi müraciət.

O, ABŞ nümayəndələri ilə bu danışıqların davam etdirilib- etdirilməyəcəyini bildirməyib.

İranın Mühafizəkarlarına aid olduğu bildirilən “İran dövrü” saytı bazar günü sözü gedən müzakirələrin aparıldığını təsdiq edərək, qeyd edib ki, bu görüşdə İslam Şurası Məclisinin üç nümayəndəsi iştirak edib.

Bu üç parlamentaridən heç birinin adı media tərəfindən aaçıqlanmır.

Sözü gedən sayt, eyni zamanda əlavə edib ki “Tezliklə ABŞ nümayəndələrinin İranla danışıqlar aparmaq üçün rəsmi müraciəti parlament sədri Laricaniyə təqdim ediləcək”.

Əvvəllər, Əli Laricani amerikalı parlamentarilərin İran Məclisi deputatları ilə görüşmək arzusunda olduqlarını bildirmişdi.

İki ölkə parlamentləri arasındakı bu istəklər bildirilərkən İran prezidenti Mahmud Əhmədi Nejad dəfələrlə ABŞ prezidenti Corc Buş və bu ölkənin prezidentliyə namizədləri ilə debatların keçirilməsini istəyib. Lakin bu çağırışlar ABŞ rəhbərliyi tərəfindən cavabsız qoyulub.

İran İslam Respublikasında Əli Xameneyi ali rəhbər olaraq ölkənin bütün məsələlərində yekun qərarı verir. İranın xarici siyasət məsələsində də cənab Xameneyi son söz sahibidir. trend

Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçısı

Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçısı

Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçısı Məhəmmədəli Fərzanə Pişəvəri hökumətində ideoloq kimi həm də müstəqillik üçün çox çalışıb Azərbaycanın ikiyə parçalandığı 200 il ərzində Güney Azərbaycanda milli şüurun oyanması, xalqın savadlanması yönündə soydaşlarımız, tanınmış ziyalılar mücadilə aparmışlar. Güneydə baş verən azadlıq hərəkatları amansızlıqla yatırılmış, nəticədə bir çox insanlar vətəndən mühacirət etməyə məcbur olmuşlar. Belə şəxslərdən biri də Güney Azərbaycanın tanınmış elm və ictimai xadimi Məhəmmədəli Fərzanədir. O, 1923-cü ildə Təbriz şəhərində anadan olub. Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçılarından və təbliğatçılarından biriydi. Milli folklorla uşaq yaşlarından tanışlığı onun duyğularında, düşüncələrində əhəmiyyətli rol oynayıb. Tədqiqatçı Afaq Ramazanova onun yurda, vətənə tükənməz sevgisinin elə-belə formalaşmadığını bildirir: "Məhəmmədəli Fərzanənin anası əslən Bütöv Azərbaycanın folklor xəritəsində özünəməxsus yeri olan Qarabağ mahalından olduğundan şifahi xalq ədəbiyyatımızın kamil bilicisi idi. O, oğluna folklorumuzun zəngin, tükənməz incilərini - yüzlərlə layla, bayatı, nağıl, tapmaca, dastanları öyrədib, bu misilsiz sərvətə məhəbbət aşılayıb. Heç şübhəsiz ki, Məhəmmədəli Fərzanənin Azərbaycan folklorunun, ədəbiyyatının tədqiqində ciddi, qarşısıalınmaz, eşqli münasibətinin yaranmasında onun ailə mühitinin - yəni valideynlərinin məsuliyyətli münasibəti əsas rol oynayıb". Fərzanənin atası Güney Azərbaycandakı məşhur Məşrutə hərəkatının iştirakçısı olub. O, oğlunun milli ruhda böyüməsi üçün çox çalışıb. Heç də təsadüfi deyil ki, Məhəmmədəli Fərzanənin milli ruha, xalqın taleyinə ciddi bağlanmasındandır ki, 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumətin ideoloqlarından biri olub. Fərzanənin məktəb illəri əvvəlki dövrlər kimi ana dilində yazıb-oxumağın, hətta danışmağın belə yasaq olduğu dövrə təsadüf edirdi. O, Azərbaycan xalq ədəbiyyatı nümunələrini böyük bir eşqlə öyrənib, yurdunun acı-ağrısının, fəlakətli halının aradan qaldırılması istiqamətində bu mənəvi sərvətdən bəhrələnib. Fərzanə Pişəvərinin hökumətində ideoloq kimi Güney Azərbaycanın müstəqilliyinin davamlı olması üçün çox çalışıb. O, 40-cı illərdə təbliğ etdiyi ideya və fikirlərə görə şah rejimi tərəfindən təqib edilib, dəfələrlə həbsxanaya salınıb. Güney Azərbaycanda dilimizə, milli ədəbiyyatımıza olan münasibət Məhəmmədəli Fərzanənin bütün yaradıcılığı boyu izlədiyi və zaman-zaman problemlərinə toxunduğu əsas məsələlərdəndir. Doktor Fethi Gədikli yazır ki, Azərbaycan türkcəsində təhsilin qadağan olunduğu bir məmləkətdə dilimizə olan münasibətdən ilk yazanlardan biri də məhz doktor Məhəmmədəli Fərzanə olub. Onun "Ana dilimiz və milli varlığımız uğrunda" silsilə məqalələri də məhz bu barədədir. Güney Azərbaycanda Azərbaycan qrammatikasına həsr olunmuş ilk kitabın müəllifi də Məhəmmədəli Fərzanədir. Onun "Azərbaycan türkcəsinin qrammatikasının əsasları" adlı iki cildliyi İranda dəfələrlə nəşr edilib. Avropanın qabaqcıl təhsil ocaqlarında mühün elmi hadisə kimi qiymətləndirilən bu kitaba Azərbaycan Milli Elmlər Akademiyası da müsbət rəy verib. Məhəmmədli Fərzanənin Azərbaycan folkloru ilə elmi tanışlığı 1942-ci ildə pedaqoji texnikumu bitirərək bir il sonra Təbrizdə kitabxanaya işə düzəlməsi zamanı olub. Burada o, uşaq yaşlarında anasından eşitdiyi Azərbaycan xalq ədəbiyyatının misilsiz inciləri ilə əyani surətdə tanış olub. O zamanlar Fərzanə İranda yayımı yasaq edilmiş kitablar, o cümlədən "Dədə Qorqud dastanları" ilə rastlaşır. Həmin vaxtdan etibarən o, folklorumuzun toplanması, tərtibi və nəşrilə ardıcıl məşğul olmağa başlayır. İkinci Dünya Müharibəsində İrana müttəfiq qoşunların daxil olması Məhəmmədəli Fərzanəyə milli folklorun təbliği sahəsində düşündüyü məsələləri həyata keçirməyə real zəmin yaradır. Doktor Fethi Gədikli yazır ki, demokratik hökumətin qurulması Azərbaycan dilində yazıb-yaratmağa imkan verir və beləliklə, Məhəmmədəli Fərzanənin ana dilində əsərləri, məqalələri çap olunmağa başlayır. Onun ana dilində ilk məqalələri Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk" adlı əsərinə həsr olunmuş "Divani lüğət-it-türk" əsərində işlənən deyimlər" və "Füzuliyə bir baxış" adlı yazıları "Vətən yolunda" qəzetində dərc olunur. Onun Azərbaycan xalq ədəbiyyatı və milli dastanlar barədə yazıları isə milli hökumətin mətbu orqanı "Azərbaycan" qəzetində çap edilir. M.Fərzanənin "Kitabi Dədə Qorqud"a həsr etdiyi yazıları da bu qəzetdə yayımlanır. 1946-cı ildə Pişəvərinin rəhbərliyi ilə yaradılmış Milli Demokratik Hərəkat devrildikdən sonra Məhəmmədəli Fərzanə Azərbaycan məsələsinə aid yazılarını fars dilində yazmağa başlayır. Bu mənada onun böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yazdığı ardıcıl məqalələrdən əlavə bir çox kitabları da olub. Güney Azərbaycan folklorunun toplanması və tərtibində mühüm hadisələrdən biri bu dövrdə, yəni ötən yüzilin 40-cı illərində İranda Azərbaycan bayatılarının toplu şəkildə çapıdır. Məhəmmədəli Fərzanənin bu illərdə davam edən folklor sahəsindəki araşdırmaları, eləcə də "Azərbaycan türkcəsi qrammatikasının əsasları" adlı iki cildliyi Pəhləvi hakimiyyəti illərində çap edilməyib. Ancaq 1978-ci ildən sonra "Bayatılar" yenidən işlənərək əlavələrlə 8 dəfə işıq üzü görüb, bu baxımdan İranda çap edilən kitablar arasında ilk yeri tutub. Afaq Ramazanova Məhəmmədəli Fərzanənin zəngin folklor yaradıcılığına diqqəti cəlb edir: ""Dədə Qorqud kitabı", "Molla Nəsrəddin lətifələri", "Azərbaycan el mahnıları", "Azərbaycan el sözləri (atalar sözü, məsəllər, deyimlər)", "Azərbaycan xalq ədəbiyyatı və antologiyası", "Bir söz inciləri" (Azərbaycan klassik və müasir ədəbiyyatı antologiyası, 3 cilddə), Cəlil Məmmədquluzadə, Əziz Nesin, Ələviyyə Babayeva və başqa yazıçıların farscaya tərcümə edilmiş əsərləri, İran folkloru, təranələri və onların Azərbaycan türkcəsinə mənzum tərcümələri, bu tipli kitablara yazılan müqəddimə və ön sözlər, habelə "Varlıq" dərgisində yayımlanmış məqalələr, sadalamadığımız yüzlərlə elmi araşdırmalar, AMEA-nın Folklor İnstitutunun elmi arxivində saxlanılan, "Azərbaycan folkloru antologiyası" seriyasının "Güney Azərbaycan folkloru" cildi Məhəmmədəli Fərzanənin Azərbaycan folklorşünaslığı tarixinə salınmağa mənəvi haqqının olmasından xəbər verir. Qeyd edək ki, professor İsrafil Abbaslı Azərbaycan folklorşünaslığının təşəkkülü və inkişaf mərhələlərindən bəhs edərkən ədibin yaradıcılığına hərtərəfli toxunub, bu yaradıcılığı Güney Azərbaycan folklorşünaslığında təqdirəlayiq hadisə kimi dəyərləndirir. Doğma vətəni olan Güney Azərbaycandakı dözülməz vəziyyət Məhəmmədəli Fərzanənin qürbətə köçməsinə səbəb olub. O, ömrünün son illərini İsveçdə yaşayıb, burada da Azərbaycanı təbliğ etməkdən usanmayıb. Məhəmmədəli Fərzanə ardıcıl olaraq Güney Azərbaycanın zəngin şifahi söz sənətini toplayıb". M.Fərzanənin çoxşaxəli fəaliyyətinin səbəbini anlamaq çətin deyil: o, çalışırdı ki, millət öz kimliyini anlasın, halına, aqibətinə sahib olsun. Əslən Güney Azərbaycandan olan araşdırmaçı Ağşin Ağkəmərli deyir: "Güneyli ziyalıların durumu ilə Quzeyli ziyalıların durumu arasında fərq çoxdur. Quzey Azərbaycanda hər kəs konkret öz işi ilə məşğuldur. Məsələn, tarixçi daha çox öz peşəsi ilə məşğuldur, nadir hallarda ədəbiyyatçılıqla məşğul ola bilər. Ancaq Güneydə şair tarixçi, ədəbiyyatçı, tədqiqatçı, folklorçu olmalı, hətta daxili və xarici siyasəti gözəl bilməlidir. O, prinsipcə buna məcburdur. Çünki Güneydə məsələ başqa cür formalaşıb. Burada nə iş görsən, ilk növbədə siyasi anlama, kimlik məsələsinə dayanır. Bizim məqsədimiz odur ki, millətimiz öz kimliyinə, tarixi taleyinə sahib dursun. Millət öz kimliyini tanımadığı dərəcədə başqalarının köləsi olacaq. Millət özünü tanıdığı dərəcədə böyük, yüksək olur. Millətimizin kimliyi bu gün onun dilində, folklorunda, Dədə Qorqudluğunda, Babəkliyində, Koroğluluğundadır. Millətin yetişməsi üçün bu və başqa mənəvi sərvətlərə sahib durmağımız lazımdır. Millətimin azadlığı, haqq savaşı uğrunda döyüşmək vicdan işimizdir, milli borcumuzdur. Millətimizin bizə etibar etdiyi ruh yaddaşını, adət-ənənəni, folklorunu qoruyub-saxlamalı, sabaha çatdırmalıyıq. Güney Azərbaycanda millətimizin milli kimliyinin, mənəvi sərvətlərinin tanıdılmasında Fərzanənin mühüm xidmətləri var". Elçin Qaliboğlu