azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Eylül 2008 Cumartesi

فرمانده سپاه شهرستان ساوجبلاغ از ثبت‌نام كوچك‌ترين عضو بسيج كشور كه تنها سه روز دارد، توسط اولياي خويش در حوزه بسيج اين شهرستان خبر داد.




چه ادامه‌ي مطلبي بابا؟
همان بس‌تان نبود. بفرمائيد. اين هم دنباله‌ي مطلب بدون دخالت دست:
فرمانده سپاه شهرستان ساوجبلاغ: كوچك‌ترين عضو بسيج در ساوجبلاغ ثبت‌نام كرد
خبرگزاري فارس: فرمانده سپاه شهرستان ساوجبلاغ از ثبت‌نام كوچك‌ترين عضو بسيج كشور كه تنها سه روز دارد، توسط اولياي خويش در حوزه بسيج اين شهرستان خبر داد.
محمدعلي ملانوري امروز در گفتگو با خبرنگار فارس در كرج افزود: در آستانه ميلاد با سعادت يگانه منجي بشريت، خانواده‌اي با حضور در حوزه بسيج شهرستان ساوجبلاغ فرزند سه روزه خود را در بسيج اين شهرستان ثبت‌نام كردند.
وي گفت: اين حركت نمادين نشان‌دهنده عمق عشق و علاقه ملت ايران به ولايت و ايستادگي آنها براي حفظ دستاوردهاي انقلاب اسلامي و پيروي از دستورات مقام معظم رهبري است.
فرمانده سپاه شهرستان ساوجبلاغ افزود: خانواده اين نوزاد سه روزه كه حسين نام دارد به هنگام ثبت‌نام فرزندشان در بسيج تأكيد كردند كه تمام تلاش خود را براي تربيت وي براي حضور در عرصه‌هاي مختلف انقلاب اسلامي به كار خواهند بست.
ملانوري گفت: اولياي كوچك‌ترين عضو بسيج اعلام كرده‌اند كه بزرگ‌ترين آرزوي آنها شهادت فرزندشان در راه اسلام و انقلاب اسلامي است.
وي اظهار داشت: دشمنان ايران و اسلام بايد بدانند تا زماني كه اين روحيه در ميان ملت ايران است، هيچگاه نمي‌توانند عليه كشور اقدامي انجام دهند، چرا كه مي‌دانند ملت ايران در كوتاه‌ترين فرصت پاسخ كوبنده‌اي به آنها خواهند داد.
فرمانده بسيج ساوجبلاغ در پايان تأكيد كرد: ملتي كه اينگونه در راه آرمان خويش ايستادگي مي‌كند، هيچگاه نيازي به سلاح اتمي ندارد و با دستان خالي و تنها با اتكا به قرآن و ولايت از آرمان خويش دفاع مي‌كند.
انتهاي پيام:/ك

حجت الاسلام عظیمی قدیم ۱۰ گونلوگ مرخص لیگه گلدی

-”قوم ” شهری یاخینلیغیندا دوستاقلانان میلٌی موباریز حجت الاسلام عظیمی قدیم ۱۰ گونلوگ مرخص لیگه گلدی.

عظیمی قدیم جنابلاری پنجشنبه گونو ۷/۶/۸۷ تاریخینده، سون زامانلاردا کرج ده ساکن اولان عائله سینه قوشولاراق جمعه سی گونو ۵۰ نفردن چوخ کرج و کرج اطرافیندا یاشایان میلٌتچیلر اونونلا ائوینده گوروشدولر.

حجت الاسلام عظیمی قدیم سون آیلاردا بیر تعداد میلٌتچی لریمیزه اوزون حبس جزاسی وئریلمه سینی و بیر چوخ میلٌتچی اویرنجی لریمیزین توتوقلانماسینین خبرینی ائشیتدیکده تاسٌوفلنه رک بو آغیر شرایطده بو تعداددا کرج ده میلٌی وارلیغیمیزا اینانلارین اونونلا گؤ روشوندن اؤز سئوینج و تشکٌورونو بیلدیردی.

“Star” qəzeti səhvini düzəltdi - FOTO

“Star” qəzeti səhvini düzəltdi - FOTO






Türkiyənin “Star” qəzeti Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərdiyi səhvini düzəldib. Lent.az-ın reaksiyasından, Bakıdakı Türkiyə səfirliyinə müraciətindən və qəzet rəhbərliyinə göndərdiyi məktubdan sonra “Tarixi ziyarətin təməl mesajı” başlıqlı manşet yazısındakı xəritə şəklinə düzəliş edilib

Qeyd edək ki, ilk versiyada prezident Abdulla Gülün fotosunun fonunda verilən xəritədə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmişdi. Lent.az-portalının müdaxiləsi və etirazından sonra Dağlıq Qarabağ xəritəsi şəkildən silinib.

LENT.AZ

5 Eylül 2008 Cuma

Azərbaycanın Ukraynaya kapital yatırımı artır

Azərbaycanın Ukraynaya kapital yatırımı artır



Səfir Boris Klimçuk: "Sizin iş adamlarını qəbul etmək üçün mənə bir iş günü yetmir"



"Gürcüstanda baş verən hadisələr GUAM-ın inkişaf perspektivlərinə təsir etməyib". Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk keçirdiyi mətbuat konfransında bəyan edib. "GUAM yaşayır, fəaliyyət göstərir və yaxşı perspektivlərə malikdir. Gürcüstandakı hadisələrdən sonra bu təşkilatın ətrafında çoxlu iftiralar yayılır. GUAM-ın kiminsə əleyhinə işləmədiyini vurğulamaq istəyirəm. Bu təşkilat təkcə eneryi və nəqliyyat sahəsində deyil, bütövlükdə qarşılıqlı maraqlarımızın təsdiqlənməsi üçün yaradılıb" - deyə o bildirib. Səfir Rusiya tərəfinin Cənubi Osetiya ətrafında münaqişə başlanmazdan əvvəl Gürcüstana silah satmaqla bağlı Ukraynanın ünvanına irəli sürdüyü ittihamları rədd edib. "Biz silah satmırıq, onunla ticarət edirik" - deyə B.Klimçuk qeyd edib. O əlavə edib ki, Ukraynada silah ixracına olduqca sərt daxili və xarici nəzarət mövcuddur və "ölkə qanun çərçivəsindən bir santimetr də kənara çıxmır". Səfir bildirib ki, Ukrayna tərəfi Azərbaycanın Müdafiə Nazirliyinə hərbi sahədə əməkdaşlığa dair təkliflər paketi göndərib və "bu layihə qəbul olunduğu halda bu və ya gələn il gerçəkləşdirilə bilər".

O həmçinin bildirib ki, bu gün Ukraynanın bir qrup tanınmış mədəniyyət xadimi Azərbaycana gələcək. Humanitar və mədəniyyət sahəsində bir sıra planlarının olduğunu deyən səfir bildirib ki, qonaqlar xeyriyyə məqsədi ilə konserlər verəcəklər. Bakıda, Lökbatan qəsəbəsində və Sumqayıtda pulsuz konsert proqramı ilə çıxış edəcəklər.

Ukraynanın ölkəmizdəki səfiri iki ölkə arasındakı ticarət mübadiləsinə də toxunub. Onun sözlərinə görə, bu ilin ilk altı ərzində Ukrayna ilə Azərbaycan arasındakı mal dövriyyəsi 485 milyon 200 min dollar həcmində olub.

B.Klimçuk təmsil etdiyi ökənin Müstəqillik Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında onu da bildirib ki, Ukrayna müstəqillik qazandıqdan sonra ölkə sosial-siyasi və iqtisadi sferada sürətlə inkişaf edib: "Ötən illərlə nisbətdə bu rəqəm 2 dəfə artıb. Hər iki ölkənin prezidentləri qarşıya belə bir öhdəlik qoyublar ki, bu ilin sonunadək mal dövriyyəsi 1 milyard dollar həcmində olsun. Hesab edirəm ki, bu çox real rəqəmdir". B.Klimçukun sözlərinə görə, Ukraynada öz biznesini qurmaq istəyən azərbaycanlı iş adamlarının sayı günü-gündən artır: "Bizim ölkəmizdə öz biznesini qurmaq istəyən iş adamlarını qəbul etmək üçün mənə həftənin bir iş günü yetmir. Hər həftə biz biznesini qurmaq istəyən hər iki ölkənin iş adamlarını eyni masa arxasında əyləşdiririk. Azərbaycandan Ukraynaya edilən ixracın həcmi də getdikcə artır. Bu onu göstərir ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir". Səfirin sözlərinə görə, yaxın günlərdə ukraynalı iş adamlarının burada fəaliyyət göstərməsi üçün növbəti nümayəndə heyətini qarşılamağa hazırlaşırlar. Onlar Azərbaycanın iri sənaye şirkətləri ilə birgə iş qurmaq üçün danışıqlar aparacaqlar. İş adamları Ukrayna neft məhsullarının emalından tutmuş, süd və süd məhsullarının, həmçinin mebel istehsalınadək məşğul olmaq istəyirlər. Ukraynanın iri şəkər zavodları "Azərsunholdinq"lə iş birliyi qurmaq niyyətindədirlər: "Onlar şəkərin elit növünü istehsal etməyi planlaşdırırlar. Xüsusi ilə də qəhvəyi, sari və yelatin növlü şəkər istehsalını. Ukrayna Azərbaycanın ketçup və tomat məhsulları bazarını da təmin etmək niyyətindədir. Bu məqsədlə "Nestle" firmasının 2 iri zavodu alınıb. Bu məhsullar artıq bütün Avropa bazarında özünə layiqli yer tutub. Düşünürəm ki, son sözü Azərbaycan və Ukrayna bankirləri deyəcək".

Odesa-Brodı-Plotsk-Qdansk neft kəmərinin texniki doldurulması ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı bütün öhdəlikləri yerinə yetirib, Ukrayna bu məsələni sentyabrın əvvəlinə kimi bitirməli olsa da, işi başa çatdırmayıb. Ölkələrimizin regionları arasında əməkdaşlığa toxunan B.Klimçukun sözlərinə görə, yaxın zamanlarda Bakı ilə Dnepropetrovsk, Qaradağ rayonu ilə Odessa vilayətinin İliçevsk şəhəri, Gəncə ilə Volın vilayətləri arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanacaq.



KAMRAN
kaspi

Gürcüsan-NATO münasibətlərində növbəti addım

Gürcüsan-NATO münasibətlərində növbəti addım


"Mobil RLS-lər, zenit-raket kompleksləri yaxın zamanlarda Gürcüstan ərazisində yerləşdiriləcək"
NATO Gürcüstanı özünün hava nəzarəti sisteminə qoşub. Ötən həftədən Gürcüstanla NATO-nun hava nəzarəti sistemləri birləşdirilib. Alyans gürcü radarlarından məlumat əldə edə biləcək.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz hərbi ekspert İldırım Məmmədov deyir ki, SSRİ dağılandan sonra Moskva müstəqillik əldə etmiş ölkələrin müstəqil hava hücumundan müdafiə sistemləri yaratmasını hər cür əngəlləməyə çalışıb. Hətta Azərbaycanda Qəbələ radiolokasiya stansiyasından (RLS) istifadə edən Rusiya I Qarabağ müharibəsində daha çox erməniləri məlumatlandırıb. Gürcüsan isə son olaylar zamanı birbaşa Rusiyanın qurudan və havadan hücumuna məruz qalıb.

Ramiz

İldırım Məmmədova görə, fiziki baxımdan gürcülər müharibəni uduzsalar da, mənəvi baxımdan udublar. Dünya Rusiyanın iç üzünü, imperiya siyasətini görüb. Ona görə də ABŞ başda olmaqla Qərb dünyası hazırda Gürcüstan iqtisadiyyatının dirçəlməsi, ordunun döyüş qabiliyyətinin bərpası üçün yardımlarını artırır. Məsələn, ABŞ gürcü ordusu üçün 1 milyard dollar ayırıb. Tiflis yardımların miqdarının 9 milyard dollara qədər çatmasına çalışır: "Qərbin Rusiyaya qarşı siyasəti daha da güclənəcək və rusların qururunun əzilməsi prosesi davam edəcək. Gürcüstanın NATO hava nəzarəti sistemləriylə birləşdirilməsi də bu qəbildəndir".
Onun sözlərinə görə, ABŞ vitse-prezidenti Dik Çeyninin də bölgəyə gəlişi təsadüfi deyil: "Hansısa formatda Rusiya cəzasını alacaq". Hərbi ekspert dedi ki, Gürcüstanın NATO-nun hava nəzarəti sistemlərinə qoşulması Alyansa inteqrasiya istiqamətində növbəti addımdır: "Mən hesab edirəm ki, mobil RLS-lər, zenit-raket kompleksləri yaxın zamanlarda Gürcüstan ərazisində yerləşdiriləcək. Tiflis də Alyansa inteqrasiya yolunda qətiyyətlidir. Gürcüstan MDB-dən çıxmaqla, Moskvayla diplomatik əlaqələrini kəsməklə bu yoldan dönməyəcəyini ortaya qoydu. Azərbaycan da birmənalı seçimini etməlidir. Balans siyasət bizim üçün çox təhlükəli fəsadlarla sonuclana bilər". İldırım Məmmədov Azərbaycan ərazisində Rusiyanın hələ də Qəbələ RLS-dən istifadə etdiyini də xatırladır: "Bu məsələyə nöqtə qoymağın zamanı çoxdan çatıb. Rusiyaya öz ərazimizdən hava məkanımıza nəzarət etməsinə yol vermək düzgün deyil". xalqcebhesi

Rusiya Abxaziya və Gürcüstan arasında divar çəkəcək

Rusiya Abxaziya və Gürcüstan arasında divar çəkəcək


Abxaziya ərazisində yerləşdirilən Rusiya qoşunları Zuqdidi və Qal rayonlarının inzibati sərhədində 3 metr hündürlüyündə divar tikməyə hazırlaşırlar.

Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sürgündə olan Abxaziya Muxtar Respublikasının hökumətindən bildiriblər.

Mənbə qeyd edir ki, hazırda Rusiya hərbi texnikası əraziyə tikinti materialları daşıyır. Hələlik tikinti işləri başlamasa da, hazırlıq prosesi gedir. İlkin informasiyaya görə, Abxaziya və Gürcüstanın bütün inzibati sərhədi boyunca divar tikiləcək. Rusiya tərəfinin fikrincə, bu divar Abxaziyanın “müstəqilliyinin simvoluna” çevrilməlidir.

LENT.AZ

SƏNƏDİ İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ, ƏLİ ƏLİYEV, LALƏ ŞÖVKƏT HACIYEVA və ELDAR NAMAZOV İMZALAYACAQ

SƏNƏDİ İSA QƏMBƏR, ƏLİ KƏRİMLİ, ƏLİ ƏLİYEV, LALƏ ŞÖVKƏT HACIYEVA və ELDAR NAMAZOV İMZALAYACAQ







Prezident seçkisini boykot etmiş Müsavat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf partiyaları, Milli Birlik Hərəkatı və «Azərbaycan Naminə» İctimai Forumun adından bu gün imzalanacaq sənədi qurumların rəhbərləri İsa Qəmbər, Əli Kərimli, Əli Əliyev, Lalə Şövkət Hacıyeva, Eldar Namazov qollayacaqlar. Saat 13-də «Kaspian Plaza» otelində imzalanacaq sənəd 15 oktyabr seçkisinə vahid münasibət sərgiləyir və gələcək əməkdaşlığı hədəfləyir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Media forum» saytına deyib ki, imzalanacaq sənəddə seçkiqabağı demokratik şəraitin yaradılmadığı, demokratik seçki keçirmək üçün müvafiq seçki qanunvericiliyinin olmadığı, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qaldığı, eyni zamanda seçki kampaniyası dövründə bərabər rəqabət aparmaq imkanlarının olmadığı vurğulanır: «Bütün bunlarfaktiki alternativsiz seçkinin keçirilməsinə gətirib çıxarıb və ona görə belə seçkinin nəticəsində formalaşan hakimiyyəti legitim hesab etmək olmaz».

«Məsləhətləşmələrdə iştirak edən Klassik Xalq Cəbhəsi və Açıq Cəmiyyət partiyaları yekun sənədi niyə imzalamır» sualına cavabında A.Hacılı deyib ki, «klassiklər» müttəfiqləri olan Azadlıq Partiyası və və bir sıra digər siyasi təşkilatların bu prosesdə iştirakı tələbini irəli sürüb: «Ancaq məsləhətləşmələrdə iştirak edən digər siyasi qüvvələr bunu məqbul hesab etməyiblər. Açıq Cəmiyyət Partiyasında isə məsələ ilə bağlı aydınlıq yoxdur. Çünki partiyanın rəhbərliyinə daxil olan şəxslər bu məsələdə fərqli mövqe sərgiləyirlər. Lakin bu sənədə sonradan partiyanın lideri Rəsul Quliyevin qoşulması istisna deyil».


«Media forum»

4 Eylül 2008 Perşembe

Son üç ayda 6-cı azərbaycanlı tələbə həbs edilib

Son üç ayda 6-cı azərbaycanlı tələbə həbs edilib

Urmiya universitetinin tələbələrinin etiraz aksiyalarından biri. May 2006-cı il. Qızın əlində tutduğu şüarda yazılıb: Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim
Aygün Muradxanlı

İranda Azərbaycan mədəniyyətini təbliğ edən milli dərnəklər qurduğuna və türkcə dərgi buraxdığına görə, daha bir tələbə həbs edilib. Bu İsfahan Universitetinin gəmiçilik fakultəsinin tələbəsi Məcid Makuidir. Urmiyə şəhərindən jurnalist İsmayıl Cavadi «Azadlıq» radiosuna deyib ki, Makuini üç gün əvvəl İranın əmniyyət qüvvələri həbs edib:

«İndiyə qədər onun taleyi lə bağlı heç bir bilgi yoxdur. Bir neçə ay öncə onu may hərəkatının ildönümü ilə bağlı, ana dilində təhsil tələblərinə görə həbs edib ETTELAAT-a aparmışdılar. İndi gələn xəbərə görə, ETTELAAT-ın Urmiya bölməsində saxlanır».

İsmayıl Cavadinin sözlərinə görə, bu, son üç ayda İranda həbs edilən altıncı azərbaycanlı tələbədir. İndiyə qədər tutulan tələbələrin heç birinin taleyi ilə bağlı dəqiq bilgi yoxdur:

«Mənsur Əminiyan, Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Əhdidir isə Təbrizdə saxlanır».

Həbs ediləndən sonra onların heç birinə ailələrilə əlaqə saxlamaq imkanı verilməyib. Tələbələrin vəkili də yoxdur.

İsmayıl Cavadi deyir ki, belə ittihamlarla həbs edilənlərə yalnız məhkəmədə vəkildən yararlanmaq hüququ verilir. Bu isə tələbələrin hüquq və azadlıqlarının kobud şəkildə tapdanmasına səbəb olur:

«Mənsur Əminiyan Xoy şəhərində həbsdədir. Ailəsi böyük təzyiqlər altındadır. Eşitdiklərimizə görə, özünün durumu da yaxşı deyil. Onların hamısının suçu universitetlərdə milli dərnəklər qurmaq, ana dilində dərgilər hazırlamaqdır».
Mənsur Əminiyan universitetdə doktorluq mərhələsini başa vurub. Onun yalnız doktorluq diplomu alması üçün bir imtahan qalıb ki, həbs edildiyindən indi bu mümkün deyil.

Son aylarda həbs edilən İbrahim Rəşidinin isə təhsil almaq hüququ bütünlüklə əlindən alınıb. Bunu İran Azərbaycanlılarının Siyasi Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir. Onun sözlərinə görə, İranda türk tələbələr arasında tanınan şair, eyni zamanda insan haqlarının müdafiəçisi İ.Rəşidi ali təhsilini başa vurduqdan sonra doktoranturaya qəbul olmaq istəsə də, hökumət buna imkan verməyib.

İranın Təhsil Nazirliyində Rəşidiyə bildiriblər ki, o, təhsil hüququndan məhrum edilib. Vahid Qarabağlının sözlərinə görə, son bir neçə ayda həbs edilən tələbələrin də bütün haqları əllərindən alınır:

«Onların ittihamı açıqlanmayıb, qohumlarıyla görüşmək imkanları yoxdur, vəkil tutma haqqı verilməyib, ailələrini bilərəkdən nigaran saxlayırlar. Ailələr bu işin arxasınca gedəndə isə onları təhdid edirlər. Bu yaxınlarda Səccad Rabmehrin anasına ETTELAAT-dan telefon açıb xəbərdarlıq ediblər ki, əgər oğlu ilə bağlı xəbərləri mediaya çıxarsa, oğlu daha çox işgəncələrlə üzləşəcək».

Vahid Qarabağlı deyir ki, indi İran Azərbaycanında bütün universitetlərə ETTELAAT-ın nəzarəti gücləndirilib:

«Türk dilində təhsil hüququnu tələb edən, bu məqsədlə vərəqələr yayan, dərgilər çap edən bütün tələbələr xüsusi xidmət orqanının bölmələrinə aparılır».

Hüquq müdafiəçiləri baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirirlər.
azadliqradiosu

Abdulla Gül və əfsanəvi ASALA terrorçusu eyni tribunada!

Abdulla Gül və əfsanəvi ASALA terrorçusu eyni tribunada!



1983-cü ildə Fransanın paytaxtı Paris şəhərinin yaxınlığındakı Orly Hava Limanında partlayış törədən erməni terror təşkilatı ASALA-nın üzvü Varujan Qarbisyan da İrəvanda keçiriləcək Ermənistan-Türkiyə futbol matçını izləyənlər arasında olacaq.

Lent.azın Habertürk-ə istinadən verdiyi məlumata görə, V. Qarbisyan matça xüsusi olaraq dəvət edilib.

Hələlik Abdulla Gül məsələ ilə bağlı heç bir açıqlama verməyib. Ermənistanda V. Qarbisyanın futbolun keçirildiyi meydançaya buraxılıb-buraxılmayacağı da məlum deyil.

Qeyd edək ki, Orly Hava Limanında türklərə qarşı həyata keçirilən terror aktı nəticəsində 8 nəfər ölüb. Hadisədən sonra Fransada həbs olunan V. Qarbisyan 2001-ci ildə azadlığa buraxılıb.

LENT.AZ

Türk hərbi müşahidəçiləri Cənubi Osetiyada

Türk hərbi müşahidəçiləri Cənubi Osetiyada

ATƏT-in Cənubi Osetiyaya göndərdiyi hərbi müşahidəçilər arasında Türkiyənin iki təmsilçisi də olacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Xarici İşlər Nazirliyi açıqlama yayıb.


XİN bildirir ki, ATƏT-in Daimi Şurası avqustun 18-də Gürcüstana göndəriləcək müşahidəçilərin sayını 100-ə qədər artırmaq və onlardan 20 nəfərini dərhal Cənubi Osetiyaya göndərməklə bağlı qərar qəbul edib.

Açıqlamada qeyd olunur ki, Türkiyə 20 nəfərlik qrupa 2 müşahidəçi ilə qatılacaq. Artıq türk hərbi müşahidəçiləri sentyabrın 2-də Tiflisə gediblər.

LENT.AZ

Mehdi Səfəri: “İran “Transxəzər” layihəsinin əleyhinədir”

Mehdi Səfəri: “İran “Transxəzər” layihəsinin əleyhinədir”

Bakı-Tamara Qriqoriyeva - APA. Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti oktyabr-noyabr aylarında Bakıda baş tutacaq. APA-nın xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib. M. Səfəri deyib ki, bütün tərəflər məsələlərin daha tez həll olunması üçün uyğunlaşdırma prosesinin aktivləşməsini dəstəkləyirlər: “Təbii ki, bunu həll etmək üçün bir yox, bir neçə görüş olmalıdır”.

Nazir müavinin sözlərinə görə, Xəzəryanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində mövcud problemlərin 60-70 faizi artıq həll olunub: “Bugünkü görüşdə? əsasən energetika məsələləri və Xəzər dənizinin təhlükəsizliyi layihəsi müzakirə edilib”.

M. Səfəri İranın “Transxəzər” layihəsinin əleyhinə olduğunu bildirib: “Çünki həmin layihə Xəzər dənizinin ekoloji durumuna pis təsir edə bilər. Mərkəzi Asiyadan enerji resurslarını İran, yaxud Rusiya vasitəsilə də daşımaq olar. Belə yollar varsa, niyə risk edərək, “Transxəzər” layihəsini tikməliyik?” apa

İRAN 37 İl ƏVVƏL BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏN ALDIĞI ADALARA DAHA BİR İDDİANI RƏDD EDİB

İRAN 37 İl ƏVVƏL BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏN ALDIĞI ADALARA DAHA BİR İDDİANI RƏDD EDİB


İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərə açıqlamasında Fars Körfəzi Həmkarlıq Şurasının İranın Kiçik Tonb, Böyük Tonb və Əbumusa adaları ilə bağlı bəyanatını rədd edib. O, İranın Əbumusa adasında rəsmi qurumların nümayəndəliklərini açmasını ölkənin qanuni haqqı saydığını deyib.

Fars Körfəzi Həmkarlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 2-də Ciddədə (Səudiyyə Ərəbistanı) keçirdikləri toplantıda birgə bəyanat yayaraq İrandan bu adalarda açdığı ofisləri yağışdırmağı tələb edib. Şura üzvlərinin qəbul etdiyi bəyanatda deyilir: «Nazirlər şurası İranın Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan Əbumusa adasında rəsmi ofis açmasını məhkum edərək bu ofisin yığışdırılmasını və Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünə riayət edilməsini tələb edir».

«Media forum» saytının məlumatına görə, H.Qəşqavi deyib: «Bu adalar İrana aiddir və onların bu iddiaları əsassızdır. Biz onların iddialarını rədd edirik». H.Qəşqavi şuranın qəbul etdiyi bu bəyanatı İranın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Son illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə rəsmi və qeyri-rəsmi mərasimlərdə Kiçik Tonb, Böyük Tonb və Əbumusa adalarının qaytarılmasını tələb edib və məsələ danışıqlar yolu ilə alınmayacağı təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə üz tutacağını bildirib.

Əbu Musa, Kiçik Tonb və Boyük Tonb adaları İrana 1971-ci ildə BƏƏ Böyük Britaniyadan müstəqillik qazananda verilib.




«Media forum»

QARABAĞ AZADLIQ TƏŞKİLATI TÜRKİYƏ RƏHBƏRLİYİNİ XƏYANƏTDƏ GÜNAHLANDIRDI: «ONLAR ALLAH və TARIX QARŞISINDA CAVAB VERƏCƏKLƏR»

QARABAĞ AZADLIQ TƏŞKİLATI TÜRKİYƏ RƏHBƏRLİYİNİ XƏYANƏTDƏ GÜNAHLANDIRDI: «ONLAR ALLAH və TARIX QARŞISINDA CAVAB VERƏCƏKLƏR»


Qarabağ Azadlıq Təşkilatı bəyanat yayaraq Türkiyə rəhbərliyini Azərbaycana xəyanətdə günahlandırıb. Bəyanatda deyilir: «Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfər edərək işğalçı ölkənin rəhbəri ilə birlikdə futbol matçını izləmək fikrindən daşınmaması, bu haqda artıq rəsmi məlumatın da yayılması Türkiyə rəhbərliyinin bilərəkdən Azərbaycanın maraqlarına xəyanət etməsindən xəbər verir. Bu xəyanətkar addımın məsuliyyəti Abdulla Güllə yanaşı, baş nazir Rəcəb Teyyub Ərdoğanın və bütövlükdə Türkiyə hakimiyyətinin üzərinə düşür. Türkiyənin tarixində belə rüsvayçı və şərəfsiz qərar olmamışdı».

QAT-ın fikrincə, Gül-Ərdoğan cütlüyünün mövqeyinə heç bir bəhanə ilə bəraət qazandırmaq olmaz: «Bu hərəkət nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir və ancaq Ermənistanın, həmçinin bəzi ermənipərəst beynəlxalq güclərin maraqlarını təmin edə bilər. Ona görə də Türkiyə rəhbərliyinin, Gül-Ərdoğan cütlüyünün beynəlxalq erməni lobbisinin təsiri altına düşməsi haqda haqlı olaraq ciddi şübhələr yaranır. Təsadüfi deyil ki, son günlər ərzində nə Gül, nə də Ərdoğan bu səfərin Türkiyə və Azərbaycan üçün hansı əhəmiyyətinin olması haqda ağılabatan heç nə deyə bilməyiblər. Onların bu təşəbbüsünü Azərbaycan və Türkiyə cəmiyyətlərinin böyük əksəriyyəti rədd edib».

Bəyanatda deyilir ki, Gül-Ərdoğan cütlüyünün hərəkəti təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün islam və türk dünyasına qarşı yönəlib. Onlar nə dinə, nə də millətə bağlı adamlarmışlar. Gül və Ərdoğan Azərbaycan və Türkiyə, islam və türk tarixinə rüsvayçı bir ləkə yapdılar. Onlar bu hərəkətlərinə görə Allah və tarix qarşısında cavab verəcəklər. Müqəddəs Ramazan günlərində onlar şəhidlərimizin qanları ilə alver etdilər, şəhidlərimizin axan qanlarını, əsirlikdə olan insanlarımızı, Xocalı qətliamını ermənilərə bağışlamaqla ermənilərdən, dünya birliyindən nə isə almaq istəyinə düşdülər. Allah qəhr etsin! Allah lənət etsin!»

Sentyabrın 6-da Türkiyə prezidenti Abdulla Gül milli futbol yığmasının Yerevanda Ermənistana qarşı keçirəcəyi matçı izləmək üçün qonşu ölkəyə səfər edəcək. Onu Yerevana Ermənistan prezidenti Serj Sərkisyan dəvət edib. Gülün dəvəti qəbul etdiyi bu gün rəsmən açıqlanıb.




«Media forum»

KİŞİLƏRLƏ BƏRABƏRLİK İSTƏYƏN DÖRD QADIN MƏHKUM EDİLDİ

KİŞİLƏRLƏ BƏRABƏRLİK İSTƏYƏN DÖRD QADIN MƏHKUM EDİLDİ



Məryəm Hüseynxah, Cilvə Cəvahiri və Pərvin Ərdəlan


İranda qadınların kişilərlə hüquq bərabərliyi uğrunda mübarizə aparan 1 milyon imza kampaniyasının 4 fəalı məhkum olunub.

«Media forum» saytının məlumatına görə, sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi jurnalistlərə açıqlamasında Pərvin Ərdəlan, Cilvə Cəvahiri, Məryəm Hüseynxah və Nahid Keşavərzin «Bərabərlik üçün dəyişiklik» və «Zənestan» internet saytlarında İran qadınlarının kişilərlə hüquq bərabərliyi mövzusunda yaydıqları məqalələrə görə 6 ay müddətinə həbs cəzasına məhkum edildiklərini bildirib.

Hər iki saytın fəaliyyətinə qadağa qoyulduğu vurğulanır. Həbsə məhkum edilən dörd qadına konkret hansı ittihamların irəli sürüldüyü barədə hər hansı məlumat yayılmayıb.




«Media forum»

DAŞNAKLAR ABDULLA GÜLÜ GÜL-ÇİÇƏK və... SOYQIRIMI TANIMAQ ŞÜARLARIYLA QARŞILAYCAQ

DAŞNAKLAR ABDULLA GÜLÜ GÜL-ÇİÇƏK və... SOYQIRIMI TANIMAQ ŞÜARLARIYLA QARŞILAYCAQ

Daşnaksütun Partiyasının liderlərindən Armen Rustamyan Türkiyə prezidenti Abdulla Gülün Yerevana gəlməyə razılıq verməsindən təəccübləndiyini bildirib: «Sanki biz itirdiyimiz qardaşımızı qarşılayacağıq».

«Media forum» saytı xəbər verir ki, A.Rustamyan sentyabrın 4-də mətbuat konfransı keçirib Ermənistan Futbol Federasiyasının emblemindəki Ararat dağının (Ağrı dağı) təsvirini top təsviri ilə əvəzləməsinə təəssüfləndiyini də bildirib: «Əgər bu, Türkiyənin təzyiqi ilə edilməyibsə, onda bunu niyə edibsiniz? Əgər Türkiyə inad edibsə, bu addımı atmaq ayıb deyilmi?»

Daşnak liderin sözlərinə görə, onlar Ermənistan rəhbərliyinin A.Gülü Yerevana dəvət etməsinin əleyhinə deyillər: «Daşnaksütun, sadəcə, Türkiyəyə və bütün dünyaya erməni tərəfinin öz tələblərindən vaz keçmədiyini göstərmək istəyir. Əgər biz «erməni genosidi»nin tanınması məsələsini qaldırmasaq, bütün dünya nə deyəcək? Genosid tanınmasa, Ermənistanın təhlükəsizliyinə təminat olmayacaq. Osmanlı Türkiyəsinin varisi olan Türkiyənin yenidən genosid törədəcəyi təhlükəsi həmişə var».

Bu mövqeyə baxmayaraq daşnaklar A.Gülü hava limanında gül-çiçəklə qarşılamaq niyyətindədirlər. A.Rustamyan deyib ki, Türkiyə prezidentini qarşılamaq üçün hava limanına yığışacaq minlərlə daşnak «erməni genosidi»nin tanınması məsələsini qaldıracaq. Daşnaklar oyun boyunca meydanda genosidin tanınması ilə bağlı çağırışlar da səsləndirəcəklər.

Sentyabrın 6-da Türkiyə prezidenti Abdulla Gül milli futbol yığmasının Yerevanda Ermənistana qarşı keçirəcəyi matçı izləmək üçün qonşu ölkəyə səfər edəcək. Onu Yerevana Ermənistan prezidenti Serj Sərkisyan dəvət edib. Gülün dəvəti qəbul etdiyi bu gün rəsmən açıqlanıb.

«Media forum»

Rusiya BMT-nin İrana qarşı Qətnaməsinə münasibətini müəyyən edə bilmir – ekspertlər

Rusiya BMT-nin İrana qarşı Qətnaməsinə münasibətini müəyyən edə bilmir – ekspertlər


Rusiya İrana dair BMT Qətnaməsinin qəbulunda maraqlı olsa da, RF- nin bu məsələ üzrə qəti mövqeyi hələ də aydın deyil.

“ Rusiya İranın nüvə proqramının realizəsini dayandırmaq istəyir, lakin bu ölkənin qarşıya qoyulan hədəfə çatması üçün müəyyən strategiyası yoxdur ki, bu da Sergey Lavrov və Vladimir Putinin bir-birinə zidd bəyanatlarında öz əksini tapır”, - amerikalı ekspert Endrü Qrotto (Andrew Grotto) Trend News-a bildirib.

Sentyabrda BMT-nin daimi üzvləri İranın nüvə proqramına dair yeni Qətnaməni müzakirə edəcəklər. Rusiyanın rəsmi nümayəndələri iki həftə ərzində RF-nin bu Qətnaməyə münasibəti ilə bağlı zidd bəyanatlar veriblər.

Rusiyanın Baş naziri Vladimir Putin CNN - ə müsahibəsində bəyan edib ki, İranın nüvə proqramı ilə qarşıdurmada Qərb və Rusiyanın maraqları üst-üstə düşür. Rusiya XİN rəhbəri Sergey Lavrov isə, Amerikanın Gürcüstanla münasibətlərini pisləyərək, bildirib ki, Rusiya BMT-nin İrana dair Qətnaməsini dəstəkləməyəcək.

Qrottonun rəyinə görə, Rusiya əvvəlki üç Qətnaməni dəstəklədiyi kimi, BMT-nin İrana qarşı dördüncü Qətnaməsini də dəstəkləyəcək. Lakin əlavə sanksiyalar o qədər də miqyaslı və səmərəli olmayacaq.

“Bu qətnamə BMT Təhlükəsizlik Şurası üzvlərinin (5+1) İranın nüvə potensialının genişləndirilməsinin qarşısını almağa səy göstərən vahid birlik olduğunu İİR-ə xatırlatmaq üçün qəbul ediləcək”, - ABŞ -ın İnkişaf Mərkəzinin Milli Təhlükəsizlik Məsələləri üzrə analitiki Qrotto Trend News -a bildirib.

Rusiyanın İrana dair dördüncü Qətnamənin qəbulu ilə bağlı ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Çinlə əməkdaşlıq edib-etməyəcəyini yalnız Vladimir Putin bilir. Rusiyalı ekspert Vladimir Yevseyevin rəyinə görə, Putinin ABŞ ilə əməkdaşlığa hazır olmaq barədə bəyanatı İrana dair BMT Qətnaməsinin qəbulunu nəzərdə tutmur.

“Sanksiyanın qəbulu üç amildən - İsraildə kimin Baş nazir seçiləcəyi, ABŞ - da seçkilərdə kimin qələbə qazanacağı və Qətnamənin müzakirəsində Amerika-Rusiya münasibətlərindən asılı olacaq”, - Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Vladimir Yevseyev Moskvadan telefonla Trend News -a bildirib.

Onun rəyinə görə, bu Qətnamənin qəbuluna nə imkan, nə də zərurət var;iqtisadi sanksiyaları nəzərdə tutan 1803 saylı Qətnamə hələ realizə edilməyib.

Beynəlxalq əlaqələr üzrə iranlı ekspert Həsən Şəriətmədari (Gasan Shariatmadari) hesab edir ki, Rusiya İranın nüvə proqramı üzrə əsas mövqeyini gizlətmək istəyir.

“Rusiya BMT-nin İrana qarşı dördüncü Qətnaməsinin müzakirəsinədək Amerika siyasətçiləri arasında ziddiyyətli vəziyyət yaratmağa çalışır”, - Şəriətmədari Almaniyadan telefonla Trend News -a bildirib.

Onun rəyinə görə, bu məqsədlə Rusiyanın yüksəkvəzifəli məmurlarından biri RF-nin Vaşinqtonla sıx əməkdaşlığa hazır olmasından, digəri isə, Qətnaməni dəstəkləmək istəmədiyindən danışır.

ABŞ üçün Gürcüstan, Rusiya üçün İranın nüvə problemi manipulyasiya vasitələridir,- Şəriətmədari güman edir. “Rusiya və ABŞ yaxın gələcəkdə Qafqazdakı təsir dairələrini bölüşə bilməyəcəklər”, - ekspert əlavə edib.

Onun rəyinə görə, Rusiya və ABŞ -ın ayrı-ayrı problemlər üzrə (BMT-nin İrana qarşı sanksiyaları və ya qoşunların Gürcüstan ərazisindən çıxarılması) konsensusa gəlsələr də, yaxın gələcəkdə MDB regionları və Yaxın Şərqə dair ümumi razılıq əldə edilməyəcək.

Yevseyevin rəyinə görə, indi Rusiya üçün birinci dərəcəli vəzifə Cənubi Osetiyada vəziyyətin sabitləşdirilməsidir.

“NATO gəmiləri Gürcüstanda olarkən, Avropa İttifaqı Rusiyanın özünə qarşı sanksiyalar tətbiq etmək istədiyi vaxt RF-nin Qətnaməni dəstəkləyəcəyini təsəvvür etmək çətindir”, - Yevseyev bildirib. trend

3 Eylül 2008 Çarşamba

Şimali Koreyadan nüvə hücumu

Şimali Koreyadan nüvə hücumu

Şimali Koreyanın, ABŞ ilə diplomatik əlaqələri inkişaf etdirmək qarşılığında dövriyyədən çıxarmağı qəbul etdiyi Yongbyon nüvə təsisatını yenidən qurmağa başladığı iddia edildi

QayNar: Amerikanın "Fox" televiziyası, internet saytında bəzi amerikalı yetkililərə istinadən verdiyi xəbərdə, aparılan işlərlə bağlı detallı məlumat vermədi, ancaq Şimali Koreyanın məqsədinin "ABŞ-ın "Pyongyang"ı terrora dəstək verən ölkələr siyahısından hələ də çıxarmamasına" etiraz etmək olduğu bildirildi.
Xatırladaq ki, Şimali Koreya avqustun 26-da, ABŞ-ı qəbul edilən razılaşmanı pozmaqda günahlandıraraq, nüvə təsisatlarını dövriyyədən çıxarmağı dayandıracağını bildirmişdi.
QayNar.info-nun xəbərinə görə, Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar olaraq, Cənubi Koreya, ABŞ, Rusiya, Çin və Yaponiyanın qatıldığı altılı müzakirələrdə qəbul olunan razılaşma, Pyongyang hökumətinin nüvə təsisatını məhv etməsini və nüvə proqramına dair sənədləri təqdim etməsini nəzərdə tuturdu.
Pyongyang hökuməti, nüvə fəaliyyətləri ilə bağlı sənədləri altılı görüşlərə sədrlik edən Çinə iyun ayında təslim etməsindən sonra, nüvə proqramının simgəsi sayılan Yongbyon reaktorunun soyutma qülləsini də məhv etmişdi.
ABŞ da buna qarşılıq olaraq Şimali Koreyanı terrora dəstək verən ölkələr siyahısından çıxarmaq və bəzi sanksiyaları aradan qaldırmaq kimi addımlar atacağını bildirmişdi. //Rəşad Səfərov, QayNar

İRAN DAXİLİ İŞLƏR NAZİRİNİN ALİ MƏKTƏB DİPLOMU DA SAXTA ÇIXIR

İRAN DAXİLİ İŞLƏR NAZİRİNİN ALİ MƏKTƏB DİPLOMU DA SAXTA ÇIXIR


Əli Kürdan


İran Azad İslam Universitetinin rektoru Abdulla Casbi bu təhsil ocağının daxili işlər naziri Əli Kürdana ali məktəb diplomu vermədiyini bildirib. Bununla nazirin fəxri doktor adını saxta yolla alması barədə məlumatlardan başlayan qalmaqal daha da böyüyüb.

Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olması haqda versiyanı bir ay əvvəl İran hakimiyyətinə yaxın saytlardan biri yayıb. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutublar və fəxri doktorluq dərəcəsini haradan aldığı haqda izahat istəyiblər. Ə.Kürdan fəxri doktorluq dərəcəsini ABŞ-ın Oksford Universitetindən aldığını desə də, iki həftə əvvəl bu təhsil ocağı təkziblə çıxış edib.

İndi nazirin hətta ali məktəb diplomu olmadığı üzə çıxır. «Media forum» saytının məlumatına görə, İran Azad İslam Universitetinin rektoru Abdulla Casbi sentyabrın 1-də Xorasanda çıxış edərək deyib: «Əli Kürdan Azad İslam Universitetindən heç bir rəsmi sənəd almayıb. Onun bu universitetdən diplom alması ilə bağlı söylədikləri yalandır».

Ə. Kürdan daxili işlər naziri vəzifəsinə təsdiqlənərkən parlamentdə deputatlara ali məktəb diplomunu Azad İslam Universitetindən, fəxri doktor adını isə ABŞ-ın Oksford Universitetindən aldığını demişdi.




«Media forum»

SERJ SƏRKİSYAN ABDULLA GÜLÜN SƏFƏRİ ƏRƏFƏSİNDƏ: «YER ÜZÜNDƏ SOYQIRIMIN OLDUĞUNA İNANMAYAN BİR ERMƏNİ BELƏ YOXDUR»

SERJ SƏRKİSYAN ABDULLA GÜLÜN SƏFƏRİ ƏRƏFƏSİNDƏ: «YER ÜZÜNDƏ SOYQIRIMIN OLDUĞUNA İNANMAYAN BİR ERMƏNİ BELƏ YOXDUR»



Ermənistan prezidenti Serj Sərkisyan həmkarı Abdulla Gülün sentyabrın 6-na planlaşdırılan Yerevan səfəri ərəfəsində Türkiyənin «Radikal» qəzetinə müsahibə verib. «Media forum» saytı müsahibəni qısa ixtisarla diqqətinizə çatdırır.



- Ermənistanda bəzi partiyalar «Qərbi Ermənistan» termini işlətməkdə davam edir və Türkiyəyə ərazi iddiaları irəli sürür. Siz Türkiyənin Ermənistanla indiki sərhədlərini hüquqi baxımdan necə qiymətləndirirsiniz?

- Mən hər hansı rəsmi vəzifəli erməninin nə vaxtsa ərazi tələbləriylə çıxış etdiyini xatırlamıram. Ancaq qarşı tərəfdən çox belə şəxs yadıma gəlir. Burada hər hansı şəxs və partiyalardan söz açmağı düzgün saymıram, çünki dəqiq bilirəm ki, Türkiyədə Ermənistanı heç dövlət saymayan vətəndaşlar və şəxslər var. Mən hər zaman demişəm ki, münasibətlərin normallaşdırılması üçün hər hansı ön şərt irəli sürmək gərək deyil, biz bu məsələdə heç bir ön şərt qoymuruq.

Sizin dediyiniz «Qərbi Ermənistan» termininə gəlincə, «Qərbi Ermənistan» və «Şərqi Ermənistan» tarixən yaranmış toponimlərdir. Bunun tarixi XIX əsrin ikinci yarısına gedib çıxır. Bizdən bu toponimləri unutmağımızı tələb etmək bir başqasına, məsələn, Kiyev Rus dövlətini, Osmanlı imperiyasını və ya Spartanı unutmaq tələbi irəli sürmək demək olardı. Məsələni belə qoymaq düz deyil.

- Ermənistan-Türkiyə münasibətləri müəyyən mənada soyqırım məsələsinin müzakirəsiylə məhdudlaşıb. Münasibətləri bu məsələnin həllinə qədər inkişaf etdirilməsi mümkünsüzdürmü? Soyqırımın tanınması məsələsi münasibətlərin inkişafında ön şərt sayıla bilərmi?

- Yer üzündə soyqırımın olduğuna inanmayan bir erməni belə yoxdur. Ancaq biz heç vaxt soyqırımın tanınmasını münasibətlərimizi qaydaya salmağın şərti kimi irəli sürməmişik.

- İki ölkə rəsmilərinin apardığı dialoqdan ümidverici nəsə gözləməyə dəyərmi?

- Bəli. Ümidim olmasaydı, bu görüşləri mənasız məşğuliyyət sayardım. Məncə, biz elə bir mərhələyə gəlmişik ki, qərar verməliyik. Qərarın asan başa gəlməyəcəyi aydındır. Ona da şübhəm yoxdur ki, qərarı heç də bütün ermənilər və türklər alqışlamayacaq. Ancaq bizim cəmiyyətlərin müsbət qərarları çoxluqla qəbul edəcəyinə inanıram. Bizim tarixən çətin münasibətlərimiz olub, ancaq biz qonşuyuq. Ermənistan heç bir ön şərt qoymadan münasibətləri yoluna qoymağa hazırdır. Türkiyə rəhbərliyindən də bunu gözləyirik.


«Media forum»

İranda etnik milliyyətçilik "ABŞ-İran münasibətləri prizmasından baхış

İranda etnik milliyyətçilik "ABŞ-İran münasibətləri prizmasından baхış


ABŞ-ın İrana yönəlik siyasətinin nə ilə sonuclanacağı hamıda maraq doğursa da, daha başqa maraqlı məqamlar da az deyil.
Məsələn, Amerikanın İrana hərbi müdaхiləsi gerçəkləşərsə və İranda hökumət dəyişərsə, necə bir ölkə yaranacağı heç də az maraqlı görünmür. Güneyli politoloq və araşdırmaçı Arif Kəskinin sözlərinə görə, Amerika əslində necə bir İran istədiyini bilsə də, onu necə quracağı yönündə bəlirli bir siyasət yürütməkdə çətinilk çəkir: "İki ölkə arasında gərginliyin artması onların bir-birinə qarşı istifadə edəcəkləri kartların nə ola biləcəyi sualını yaradıb. ABŞ-ın bu strateyi arayışları çərçivəsində İrandakı etnik qruplar məsələsi tez-tez gündəmə gəlməkdədir. İranda etnik milliyətçiliyin gücləndiyi nəzərə alınaraq Amerikanın yaranmış bu vəziyyətdən istifadə etmə ehtimalı güclənir. Bu sırada İranda reyim dəyişikliyi olacağı təqdirdə etnik qrupların rolları müzakirə edilir. Bunu aydınlaşdırmaq üçün İranda etnik milliyyətçiliyin yüksəliş səbəbləri, milil hərəkatlar analiz edilməlidir. Həmçinin Amerikanın İranda yaranan vəziyyətdən necə istifadə etməyə çalışacağı diqqətdə saхlanacaq." A.Kəskinin bildirdiyinə görə, İran müхtəlif etnik qrupların yaşadığı bir ölkə olmasına baхmayaraq, fars kimliyi ilə dəyişib. Fars dili İranda siyasət, hətta məzhəb dili olub. Fars dilinin hegemonlüğü həm də fars kimliyinin hegemon halına gətirib. Bu vəziyyət isə "İran farslar tərəfindən idarə olunur" kimi yanlış bir nəticə yaradıb. 1924-cü ildən günümüzə qədər İranda regimlərin mahiyyəti nə olursa-olsun fars kimliyindən vaz keçilməyib. İranlılıq düşüncəsi 1979-cu ildən islam respublikası dövründə də davam etdirilib. 1924-cü ildən 1979-cu ilə qədər hakimiyyətdə olan Pəhləvi хanədanının iranlılıq anlayışı nisbətən fərqli idi. Bu anlayış şiəçiliyin dışlayan və əski İranı əsas götürən bir dövlət idi. 1979-cu ildə inqilab nəticəsində qurulan islam respublikası isə əski İranı əsas götürən, islamı kənarlaşdıran bu qərbçi iranlılıq düşüncəsini rədd edərək başqa bir iranlılıq anlayışı ortaya qoymuşdu. Bu anlayış islam tariхini təməl alan, qərbi kənarlaşdıran və şiəçiliyi əsas götürən bir iranlılıq anlaışı idi. Ancaq nə Pəhləvi хanaədanı, nə də Хomeyni reyimi farslıq təməli əsasında dövlət qurmaq layihəsində uğur əldə edə bilməyərək, əksinə daхildə bir çoх problem yaranmasına səbəb oldular. İranda davam edən hazırkı vəziyyət bir çoх beynəlхalq, regional və yerli qurumlar tərəfindən ittiham edilməkdədir. 1991-ci ildə soyuq müharibənin başa çatması ilə dünyadakı sistemin mahiyyətində də dəyişikliklər baş verdi. İkiqütblü dünyanın sona çatması, kommunizmin iflası ABŞ-ın hegemonluğuna aparan yolu açdı.1979-cu ildən günümüzə qədər İrandakı islam-şiə mərkəzi totalitar olduğundan ideoloyi cəhətdən zəifləyib ki, bu da kimlik müstəvisində iranlılıq düşüncəsinə ciddi zərbə vurub. İran İslam Ъümhuriyyətinin öz siyasi davranışlarını şiə-islam yorumuna dayanaraq inkişaf etdirməyə çalışması bir sıra problemlər yaradıb. Artıq İranda yaranan bu vəziyyət iranlılıq kimliyinə də təsir göstərməyə başlayıb. Başqa sözlə, iranlılıq kimliyinin əsasları böhran yaşadıqca bu böhran iranlılıq kimliyinə də təsirini göstərməyə başlayıb. Reyim хalqı siyasi cəhətdən səfərbərlik halında saхlamaq üçün cəmiyyəti bütünlüklə siyasiləşdirməyə çalışıb. Ancaq siyasiləşən хalq bu siyasi sistem içərisində özünü tapa bilmir. Dövlət öz siyasi hədəfləri ilə əlaqədar səfərbər etdiyi хalqın ehtiyaclarını qarşılamaq üçün yetərsiz fəaliyyət göstərir. "Yeni insan, yeni cəmiyyət" şüarı çərçivəsində çeşidli sahələrdə şiddət və basqını təməl alan bir quruluş yaranıb. Bu durum isə siyasi sistemdə ciddi böhrana gətirib çıхarıb ki, хalq kənarda qalıb, iqtidar isə bir ovuc insanın əlində cəmləşib. Bu isə islam cümhuriyyəti ilə хalq arasında məsafənin getdikcə bölüməsi ilə nəticələnib". A.Kəskinin sözlərindən aydın olur ki, İran 1979-cu ildə əhalinin ciddi say artımı ilə qarşılaşıb ki, 24 il ərzində ölkə əhalisinin sayı az qala 2 dəfə artıb: "Əhali sayının artımı qarşısında İranın iqtisadi siyasətinin yetərsizliyi kütləvi yoхsulluğa gətirib çıхarıb. Əhalini say artımı və dövlətin siyasi, iqtisadi, ictimai sahələrdəki uğursuzluğı heç bir yerdən tutunacaq yeri olmayan gənclərin sayını artırmağa başladı, bu da özü ilə bərabər bir sıra əхlaqi və mədəni problemləri gətirdi. İqtisadi, siyasi və ictimai cəbhədən dışlanan gənclik yabançılaşmağa başlayıb. Hazırda İran toplumu bir çoх alanlarda ciddi sorunlarla qarşı-qarşıyadır. Bu yükün altında qıvranan cəmiyyət problemləri həll etməyə ümid verən bir siyasi gücün də olmadığını bilir. İranda sağ və sol ideologiyaların iflası iranlı kimliyinin də sorğulanmasına səbəb olub. Çünki İrandakı sağ və sol ideologiyalar fars kimliyini mərkəz kimi götürən iranlılıq kimliyinin əsasında yaranmışdılar. Bütün bunlar isə sonucda etnik kimliklərin siyasiləşməsi məsələsini ortaya çıхarıb". İranda etnik qrupların vəziyyətinə diqqəti çəkən A.Kəskin bildirir ki, ölkədə 90-dan artıq dil və ləhcədə danışan 70 milyonluq əhali yaşayır: "Bu mozaik etnik yapı içərisində Azərbaycan türkləri, ərəblər, bəluçlar, kürdlər, türkmənlər ölkədəki siyasi səhnədə müəyyənedici rola malik olacaq quruplardır". Bu qurupların yetkili olmasının səbəblərindən danışan araşdırmaçının sözlərinə görə, sərhəd bölgələrində yerləşən bu etnik qurupların yerləşdikləri bölgələrdən kənarda çoх sayda soydaşları var. Bu durum onlarda coğrafi olaraq "vətən" perspektivi yaradır və dolayısı ilə müstəqil dövlət qurmaq potensialı verir. Ayrıca bu quruplar içərisində etnik milliyyətçilk güclüdür və hər cür dəstəyə açıqdır. Bu səbəblərdən İranın gələcəyinə yönəlik siyasi hesablar bu etnik quruplar nəzərə alınmaqla qurulur: "Sünni türkmənlərin sayı 1,5-2 milyon arasındadır. Türkmənlərlə İran reyimi arasında əlaqələr türkmənlərin sünni olması və inqilabın ilk illərində baş verən Günbəd olayı səbəbindən pozulub. 1979-cu ildən sonra İran reyimi türkmənlər üzərində basqını artırıb. Türkmənlərlə reyim arasında dialoqun əsası 1997-ci ildə Хatəminin iqtidara gəlməsi ilə qoyulub. Həmin ildən etibarən türkmənlər öz dillərində qəzet və dərgi nəşr etməyə nail olublar. Münasibətlərin bu yöndə inkişafı Əhmədineyadın hakimiyyətə gəlməsi ilə dayanaraq yenidən pisləşməyə doğru gedib. İranın etnik qurupları içərisində türkmənlər "ən zəif halqa" kimi dəyərləndirilir. Bir çoх digər qeyri-fars millətəri-azərbaycanlılar, kürdlər, bəluçlar və digərləri öz adlarını daşıyan əyalətlərə sahib olduqları halda türkmənlərin belə bir şansı da olmayıb. Türkmənlər bir çoх əyalətlərə səpələnmişilər ki, bu da onların narahatlığını artırsa da, dağınıqlıq səbəbindən istədiklərinə nail olmağa imkan vermir. Saylarının 3 milyon olduğu təхmin edilən və əsasən şiə məzhəbinə mənsub olan İran ərəbləri əsasən Хuzistan və Buşehrdə yaşayır. Хuzistan bölgəsi İranın ən önəmli neft mərkəzi olmaqla yanaşı strateyi bir ərazi olması səbəbindən həm İran, həm də Amerika üçün ciddi önəm daşımaqdadır. İran ərəbləri içərisnidə etnik milliyətçilik hərəkatı inqilabdan sonra özəlliklə İran-İraq savaşının ardınca meydana çıхıb. İran ərəbləri müharibə boyunca ortada qalaraq böyük ziyanlarla üzləşdilər. Müharibə başa çatdıqdan sonra isə ərəblər uğradıqları ziyanın aradan qaldırılacağını gözləsələr də, istədikləri nəticəni əldə edə bilmədilər. Müharibə aparılan bölgələrdə minalardan təmizləmə əməliyyatı həyata keçirilmədiyi üçün ərəb kəndliləri hələ də problem içərisində yaşamaqdadır. İran neftinin 90 faizi ərəblərin yaşadıqları bölgədə cəmləşsə də, çoх yoхsul şəraitdə yaşamaları ərəblər arasında narazılığı artırır. 1979-cu ildən sonra Səddam reyimi bu bölgədə yaşayan ərəbləri dəstəkləyərək bölgədə milliyyətçi hərəkatın yayılmasına təkan verib. Ötənlərdə Əhvazda baş verən hadisələr İran ərəblərinin mövcud vəziyyətdən narahatlığının göstəricisidir. Sayları 1,5 milyon olan sünni bəluçlar İranın ən yoхsul və geri qalmış bölgəsində yaşayır. Pakistan və Əfqanıstanda da yaşayan bəluçlardan fərqli olaraq, İran bəluçları siyasi həyatda heç bir zaman mərkəzi rol oynamayıblar. İslam inqilabının ardından İran Ana Yasasında şiəçiliyin dövlətin rəsmi məzhəbi olaraq tanınmasına etiraz edən bəluçlar reyimlə qarşı-qarşıya gəldilər. Bəluçların yaşadığı Bəluçistan uyuşdurucu traffikinin mərkəzi halına gəldi. Bölgədəki işsizlik əhalinin böyük bölümünün uyuşdurucuya meylini artırdı, istifadə edənlərin və satanların sayı çoхaldı. Olduqca pis iqtisadi durum bəluçları siyasi baхımdan da təsir göstərməyə başladı ki, nəticədə onlar silahlı mübarizəyə sürükləndi. Taliban və "əl-Qaidə"nin çalışmaları nəticəsində İranda yaşayan bəluçlar arasında vəhabiliyə də meyl edənlərin sayında kəskin artım olduğu bildirilir. İranda yaşayan kürdlərin sayı 5 milyon göstərilir ki, bu sayın da 30 faizi sünni kürdlərdir. Şiə kürdlər sistemə inteqrasiya olunduqları üçün reyimlə ən çoх problem yaşayan məhz sünni kürdlərdir. Kürd milliyətçiliyi də əsasən sünni kürdlər arasında yayılıb. Həm şah, həm də islam reyimi dönəmlərində dəfələrlə silahlı mübarizə aparan kürdlərin bu fəaliyyəti nəticəsində həm ölkə daхilində, həm də хaricdə İrandakı etnik problem "kürd problemi" kimi qəbul edilib. Yeni dönəmdə İran kürdləri çoхtərəfli fəaliyyətə başlayıblar. ABŞ-ın İrağı işğal etməsindən sonra İraq kürdlərinin əldə etdikləri, Amerikanın PKK məsələsində bəlirsiz siyasəti, İrana qarşı hərbi müdaхilənin gündəmə gətirilməsi bu ölkədə yaşayan kürdləri cəsarətləndirib. KOMOLE, PEYAK, PKK kimi kürd örgütləri təbliğat işini sürətləndirir, sui-qəsdlər törədir, хalq ayqalanması adı altında fəaliyyətlərini gücləndirirlər. Azərbaycan türkləri 30 milyon olub farslarla birlikdə İranın ən güclü toplumudur. Siyasi ədəbiyyatda Güney Azərbaycan adlandırılan İran sərhədləri içərisindəki Azərbaycanın tariхi coğarfiyası Azərbaycan Respublikası və Türkiyə ilə sərhəddən başlayaraq 200 min km-lik bir ərazidə İranın mərkəzinə qədər uzanır. Azərbaycan türklərinin sahib olduqları siyasi güc, sosioloyi-mədəni, iqtisadi, geosiyasi durum İrandakı dəyişikliklərdə müəyyənedici rol oynayıb. Bu isə o deməkdir ki, İran dövlətini tariхi olaraq türklər tərəfindən idarə olunan, ancaq fars dililə danışan dövlət olaraq yorumlamaq olar. 1924-cü ildən etirabən bu fikirdə müəyyən kənaraçıхmalar olsa da İrandakı Azərbaycan türkləri siyasi, mədəni, iqitsadi üstünlüyü hələ də davam etdirirlər. İslam inqilabından sonra İranda ayaqlanmağa başlayan etnik milliyyətçilik Azərbaycan türklərindən də yan keçməyib. Bunun da nəticəsində azərbaycanlılar arasında türk və Azərbaycan kimliyi çərçivəsində yeni bir siyasi hərəkat yaranıb. Güney Azərbaycan Milli Hərəkatı adlandırılan bu hərəkat SSRİ-nin dağılması ardından müstəqil Azərbaycan Respublikasının yaranması ilə daha da gücləndi. (Ardı var)
Əmir Turqut
olaylar

Azərbaycan olimpyaçıları pul yağışına tutuldu

Azərbaycan olimpyaçıları pul yağışına tutuldu


Şirkətlər olimpiya mükafatçılarına ağılasığmaz hədiyyələr veriblər

XXIX Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları və məşqçilərinin mükafatlandırılması mərasimi olub. Dünən “Hyatt Regency” otelində keçirilən tədbirdə AGİ naziri Azad Rəhimov, MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə, vitse-prezident Xəzər İsayev və federasiya rəhbərləri iştirak edib.
Mərasimdə müxtəlif şirkətlər Pekin Olimpiadasında Azərbaycanı layiqincə təmsil edən idmançı və məşqçiləri mükafatla təltif edib. Tədbirdə çıxış edən “İmproteks” şirkətlər qrupunun prezidenti İradə Ələkbərova Elnur Məmmədlinin olimpiadanın finalındakı qələbəsinə sevinən anasının məhz qələbənin sevincindən ikinci infarkt keçirdiyini, bunun da nəticəsində 10 gün əvvəl dünyasını dəyişdiyini bildirib.

Mükafatlar:

“Ata Holdinq” şirkətlər qrupu

İdmançılar:
Elnur Məmmədli - 50 min manat
Rövşən Bayramov - 30 min manat
Vitali Rəhimov - 30 min manat
Şahin İmranov - 20 min manat
Mövlud Mirəliyev - 20 min manat
Mariya Stadnik - 20 min manat
Xetaq Qazyumov - 20 min manat
Namiq Sevdimov - 10 min manat
Zəlimxan Hüseynov - 10 min manat
Turan Mirzəyev - 10 min manat
Rəşad Əhmədov - 10 min manat
Aliyə Qarayeva - 8 min manat
Əfqan Bayramov - 5 min manat
Novruz Temrezov - 5 min manat
Şalva Qadabadze - 3 min manat
Qrup hərəkətləri üzrə bədii gimnastika yığmasının 6 üzvü - hərəyə 3 min manat

Məşqçilər:
Ağayar Axundazadə - 25 min manat
Elçin Cəfərov - 15 min manat
Nəriman Abdullayev - 10 min manat
Nazim Əlicanov - 10 min manat
Maqomedxan Aratsilov - 10 min manat
Bəhram Mürvətov - 5 min manat
Rövşən Umudov - 5 min manat
Natalya Nərimanova - 5 min manat
Marina Vasilyeva - 5 min manat
Elşad Allahverdiyev - 5 min manat
Vahid Nəzərov - 5 min manat
Məhərrəm Sultanzadə - 5 min manat
Ələkbər İmaməliyev - 5 min manat

“Yeni Həyat” yaşayış kompleksi

Elnur Məmmədli - 100 min ABŞ dolları
Rövşən Bayramov - 75 min ABŞ dolları
Vitali Rəhimov - 75 min ABŞ dolları
Şahin imranov - 50 min ABŞ dolları
Mövlud Mirəliyev - 50 min ABŞ dolları
Mariya Stadnik - 50 min ABŞ dolları
Xetaq Qazyumov - 50 min ABŞ dolları

“İmproteks” şirkətlər qrupu

Elnur Məmmədli - BMV markalı avtomobil (7-ci seriya)
Mövlud Mirəliyev - BMV markalı avtomobil (5-ci seriya)
Ağayar Axundzadə - “Prado” markalı avtomobili

“Unibank”

Rövşən Bayramov - 30 min manat
Vitali Rəhimov - 30 min manat

“İtaldizayn” şirkətlər qrupu

Rövşən Bayramov - “Nissan X-Trail” markalı avtomobil
Vitali Rəhimov - “Nissan X-Trail” markalı avtomobil

“KİA Motors”şirkəti

Elnur Məmmədli - KİA markalı avtomobil

“Akkord” şirkətlər qrupu

Elnur Məmmədli - mənzil
Rövşən Bayramov - mənzil
Vitali Rəhimov - mənzil
Şahin İmranov - mənzil
Mövlud Mirəliyev - mənzil
Mariya Stadnik - mənzil
Xetaq Qazyumov - mənzil

APA

TƏBRIZDƏ QADINLARIN QAZLARIN KƏSILMƏSI ILƏ BAĞLI ETIRAZ AKSIYASI ZORLA YATIRILIB

TƏBRIZDƏ QADINLARIN QAZLARIN KƏSILMƏSI ILƏ BAĞLI ETIRAZ AKSIYASI ZORLA YATIRILIB



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 31 avqust 2008-ci il tarixində Təbrizin mərkəzində yerləşən Saat meydanı qarşısında Təbrizin əksər məhəllələrində qazların uzun müddətdən bəri kəsilməsinə etiraz olaraq minlərlə qadın həmin gün Təbriz şəhərinin Saat meydanına doğru gedən yolları günortaya qədər bağlayaraq öz etirazlarını bildiriblər.

Xatırladaq ki, bu ilin əvələrindən faşist molla hakimiyyəti Güney Azərbaycana iqtisadi və siyasi təzyiqləri artıraraq Güney Azərbaycan əhalisini öz ata-baba yurdlarından köç etdirmək planları özünü büruzə verməkdədir. Onlardan biridə Təbriz şəhərinin ən qədim məhəllələrini qaz və enerji təminatını dayandırmaq yolu ilə əhaliyə ruhi və psixoloji təzyiqlər göstərilir. Bu ədalətsizliyə dözməyən və etiraz aksiyası keçirən əhali, xüsusilə qadınlar İran polisi tərəfindən əl dəyənəklərilə döyülərək etiraz aksiyasını dayandırmağa məcbur edilmişlər. Həmin aksiya zamanı gənclərin, qadınların müdafiə etdiyini görən təhlükəsizlik və polis məmurları neçə nəfər gənci döyərək maşınlara yerləşdirib naməlum istiqamətə aparıblar.

Aksiyadan çəkilmiş videogörüntüyə aşağıdakı linkdən baxa bilərsiz. http://www.tebriztube.com/medyaizle.php?haber_id=12613
www.dak.az

Təbriz həbsxanasında saxlanılan tanınmış milli fəal Cəmşid Zare azadlığa buraxıldı

Təbriz həbsxanasında saxlanılan tanınmış milli fəal Cəmşid Zare azadlığa buraxıldı



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın tanınmış milli fəallarından olan Cəmşid Zare 90 gün həbsdən sonra azadlığa buraxıldı.

Təbriz həbsxanasında saxlanılan soydaşımız üç ay öncə milli fəaliyyətlərinə görə ETTELAAT məmurları tərəfindən həbs edilərərk işgəncə və təzyiqlərə məruz qalmış, inqilab məhkəməsi tərəfindən 90 gün müddətinə azadlıqdan məhrum edilmişdir. dak

2 Eylül 2008 Salı

YORUMSUZ

1 Eylül 2008 Pazartesi

Baybak sitəsinin təxribatları

Baybak sitəsinin təxribatları

Baybak sitəsi kimliyi bəlli olmayan kimsənin görmədiyi və tanımadığı, heç bir milli aksiya və
fəaliyyətdə, nə keçmişdə nə də indi olmayan, özünü millətçi göstərməyə çalışan Məsud İntizar adı ilə
özün tanıtdıran şəxs yüksək səviyyədə eytilmiş təxribatçıdır.

Məsud İntizarın milli mübarizəmizə və millətçiliyə qarşı fəalyyəti ilk olaraq şantaj xarakterli yazılarla
başladı. Bir müddətdən sonra milli fəallara və şəxslərə, daha sonra təşkilatlara qarşı təxribata
başladı. Təbiidir ki, bu cür təxribatçının yazılarına heç bir milli sitə ya grup yol vermədiyi üçün təkcə
Əli Hamid İman və onun sitəsindən milli fəalları təxrib etməyə dəvam etdilər. Həyasızlıgı o dərəcəyə
yetirdilər ki, Azərbaycanın tanınmış fəallarını əxlaq pozuntuluğuna ittihama başladılar. Bu çirkin
əməli milli fəallar bütövlükdə məhkum edərək Şəms Təbriz sitəsini təhrim etdilər və nəhayət o sitə
rüsvay olduğu üçün bağlandı.

1385-ci il xordad qiyamının ardından baybak.com daha da aktivləşdi. Həmin surələrdə Günaz Tv
hərəkətin irtibatını sağladığı üçün bu kanaldan faydalanmağa çalışan Məsud İntizar bizim
müqavimətimizi gördükdə iyun 2006 da Günaz Tv-yə gələn sənəd və xəbərləri əngəlləmək üçün
Günazın mailinə problem yaratmağa çalışdı. Sonralar aşkarcasına yeganə milli TV-mizə hücumlara
başladı və TV-ni qara qutu, amerika qulluqçusu, İsrail nökəri adlandırdı. İttəhamlara diqqət etdikdə
cumhuri islaminin Günaz TV-yə vurduğu itəhhamlarının təkrarlamasıdır.

Azərbaycan milli hərəkətini bədnam etmək üçün baybak.com sitəsi 1385-ci il 21 Azər günü Peyman
Pakmehrilə birlikdə bir şəkil fotoşapla montaj edib baybak.com -a yerləşdirdi və ondan qaynaq
kimi faydalanıb fars sitələrində və xarici sitələrdə təbliğ etməgə başladilar ki guya azərbaycanlılar
kitab yandırandır. Bu şəkilin montaj və qondarma olduğunu bütün Azərbaycan təşkilatları sübut
edərək bu yalan xəbəri məhkum etdikdə, Məsud İntizar israrla azərbaycanlıların kitab yandıran
olduqlarını sübut etməyə çalışırdı və bəlli miqdarda bu üzdən hərəkətimizə beynəlmiləl sahədə
zərbə vurub və fars şövinizminə böyük xidmət etdi.

Məsud İntizar və baybak.com sitəsinin işlərindən biri də hərəkətdə təşkilatlanmağı əngəlləmək
olmuşdur. Məhz buna görədir ki, baybak.com sitəsi bu günə qədər heç bir Azərbaycan təşkilatını
dəstəkləməyib, bəlkə bütün təşkilatları təxrib etmişdir.
Misal: http://www.11008.baybak.com/il_11008_say_509.azr
yazıda bütün Azərbaycan təşkilatlarını təxrib edir və hətta 39 -40 paraqrafda GAİP-i terrorizmlə
işbirliyində ittiham edir. (Bu ideanı elbəttə İran İslam cumhurisi GAİP haqda işlədib və bir neçə
məmləkətdən o ölkələrdə GAİP- in fəaliyyətinin əngələməsini və üyələrinin tutuqlanmasını tələb
edibdir) Baybak sitəsi cumhuri islamının sözünü gəvşəməsi heç də təəcüblu deyildir.

Bu yazıda http://www.11008.baybak.com/il_11008_say_787.azr Məsud İntizar təbrizli Baybak
adıyla 7- ci paraqrafda milli fəallar və millətimizə baxışını və onun gözündə millət və milli fəalların
nə qədər alçaq olduğunu nümayiş etdirir. “بو آرادا منيم آنلاديغيم آما قبول ائده بيلمه ديگيم بير اولاي وار، اؤزلرين ميللي فال
آدلانديرانلارين منيم دوشونجه لردن نه ضررلري اولاجاقدير کي چوخ سرت و جيدي اولاراق اونلارا قارشي دوراراق هاميني منيم اليهيمه
قوشقوردورلار؟”
Latıncası:
“bu arada mənim anladığım, amma qəbul edə bilmədiyim bir olay var, özlərini milli fəal adlandıranların
mənim düşüncələrdən nə zərərləri olacaqdır ki çox sərt və ciddi olaraq onlara qarşı duraraq hamını
mənim əleyhimə quşqurdurlar?”

Yuxarıdakı yazıda Məsud İntizar milləti və milli fəalları nə hesab edir ki, onlara belə iyrənc
“quşqurdallar” kəlməni işlədir. Hamıya məlumdur ki, nəyi quşqurdallar. Fars şövinizminin amili və milli
xaindən başqa kim millət və millətçiyə belə əhanət edə bilər?

Baybak.com sitəsinin yazılarının böyük hissəsində bu kimi təxribatlar görünməkdədir. Türkiyəni
gözdən salmaq, Azərbaycanın əlehinə yazmaq, Azərbaycan və türk qutsallarına əhanət bol-bol bu
sitədə və Məsud İntizarın dəyişik adlarla yazısında görünməkdədər.

Baybak.com müxtəlif yollarla milli fəalları tanıyıb, onları informasiyasini toplamaqdadır. Baybak.com
sitəsinə girən hər kəsin İP-si dərhal zəbt olunur, eyni zamanda bu sitəyə girdiyiniz andan
komputerinizə kooki gəlir və komputerinizdə olan butun bilgiləri baybak.com-a gondərir. Yüksək
əmniyyət sistemini hazırlamadan bu sitəyə girmək həmin bilgisayarda bütün bilgilərin
oğurlanmasına səbəb olacaqdır.

Indiyə qədər neçə dəfə müxtəlif bəhanələrlə sitəyə girənlərdən ad, familiya, doğum tarixi, adres,
cinsiyyət, təhsil, iş, harda yaşayırsınız və bu kimi informasiyalar sorqulamışdır. Soruşmaq lazımdır
ki, Məsud İntizar öz informasıyasını kimsəyə vermir, nədən siteyə girənlərdən bu informasiyaları
istəyir?

Baybak.com ana səhifəsində seksi qızların şəklini yerləşdirərək gencləri tələyə salıb zəf tutmaqla
məşğuldur. O şəkillərə tıklayan hər kəsdən bir sürü bilgilər sorulur və eləcə də şəxsin İP- si
zəbt olunur, bu bir yandan gəncləri fəsada sovq vermək məqsədilə başqa yandan isə ora girənləri
zamanında əxlaqı bir zəf kimi susdurmaq üçündür.

Baybak.com bunlardan əlavə partiya və təşkilat adları ilə də meydana çixaraq siyasi gənclərimizi
tuzaqa salmaq istəyir. Milli partiya diyə sitə də bu məqsədlə yaranmışdır.

Baybak.com sitəsi milli şəxsiyyətlərin bəzi yazılarını sitəsində yaymaqla onların etibarından
faydalanıb özünə məşruiyyət qazanmağa çalışır. Bütün qrup və şəxsiyyətlərimizin bu məsələyə diqqət
yetirmələri zəruridir ki, etibarları yalnış amaclar üçün kullanılmasın. Həmin məqsədlə baybak.com
sitəsi GAİP linkini sitəsinə yerləşdirmişdir. Biz buna kəskin etiraz edərək baybak.com-in adımızdan
su istifadə etməsini pisləyir və dərhal adımızın sitəsindən çıxarmasını istəyirik.

Sonunda elan edirik ki, GAİP bütün milli fəal və təşkilatları baybak.com təxribat çətəsinin qarşısında
müdafiə edəcəkdir.


Güney Azərbaycan İstiqlal Partiyası 19.08.2008

حکومت ایران با ترویج سکس و توزیع مواد مخدر در میان جوانان آذربایجان ، قصد انحراف آنانرا دارد Jul 2, '08 12:12 PM

حکومت ایران با ترویج سکس و توزیع مواد مخدر در میان جوانان آذربایجان ، قصد انحراف آنانرا دارد Jul 2, '08 12:12 PM
for everyone

حکومت ایران با ترویج سکس و توزیع مواد مخدر در میان جوانان آذربایجان ، قصد انحراف آنانرا دارد

مردم شریف آذربایجان

دشمن شوونیستی با دیدن گسترش و تقویت حرکت ملی آذربایجان و نفوذ آن در اذهان اقشار مختلف مردم آذربایجان هر لحظه به فکر توطئه و طرح مکر و حیله برای مقابله با این حرکت حق طلبانه میباشد .بعد از قیام رهایی بخش مردم آذربایجان در قبال فتنه کاریکاتور سال 1385 -÷ان فارسیستها با دست ÷اچگی و مانند یک شخص در حال غرق شدن به هر حیله ای متوسل میشوند .روزی بجای سران حرکت ملی صحبت کرده اعلامیه میدهند و روز دیگر میان فعالان آذربایجان ایجاد اختلاف میکنند و روز دیگر تلاش میکنند ما بین آذربایجان شمالی -جنوبی و ترکیه تنفر ایجاد میکنند .زمانی توهین و تحقیر میکنند و دیگر روز اسم راه÷یمایی و ورزش در آذربایجان را دفاع از نام خلیج فارس میگذارند .گذشته از اینها با کمک دستگاههای دولتی در سطح وسیعی در صددند که جوانان بیگناهمان را آلوده به مواد مخدر و مفاسد اجتماعی بکنند .در این شرایط وظیفه خانواده های عزیز آگاه کردن فرزندان بخصوص جوانان است.تو طئه مذکور ترویج سکس در بین جوانان میباشد تا آنها را از راه و افکار مقدسی که درراه حرکت ملی در ÷یش گرفته اند منحرف و نابود سازند. اینجانب که از فعالان حرکت ملی هستم و چندین بار سابقه دستگیری دارم به عرض میرسانم در اولین دستگیری
در حین انتقالم به اطلاعات اورمیه فرمانده عملیاتشان مکررا بمن میگفت شما بروید....زن بارگی بکنید سکس بکنید مشروب بخورید مواد مصرف بکنید اما دنبال این کارها (حرکت ملی)نروید و مطمئن باشید اگر در این مورد دستگیر شدید خودم (حاج احمد) شما را از زندان و دادگاه تبرئه میکنم .اولش این صحبتها را زیاد جدی نگرفتم تا اینکه یکی از دوستانم که افسر نیروی انتظامی است شنیدم که اخیرا در شهر بصورت مشکوک و گسترده زنان خیابانی رها شده اند که همه شان هم فارس هستند .همان افسر نیروی انتظامی میگفت ما اینها را میگیریم ولی از اداره بیرون نرفته میبینیم همان زنان در خیابان در حال ÷رسه زدن هستند .با این اوصاف تصمیم گرفتیم بعنوان شکار از این خانمهای نامحترم استفاده کنیم
دو نفر از اینها را سوار ماشین کرده و به خارج از شهر رفتیم و در یک اطاق انها را به صندلی بسته و اعتراف گرفتیم دوستم که ترسیده بود شناسایی شود این کار را به ما محول کرد در یک هفته ای که انها را نگه داشتیم مجبور شدند که اعتراف کنند .یکی از انها هدیه یگانه نام داشت که همه چیز را بازگو کرد و گفت چند سالی بود که نیروی انتظامی طی یک طرح زنان خیابانی تهران را شناسایی و دستگیر کرد طبق این آمار حدود500000 زن و دختر خیابانی شناسایی و تعداد زیادی دستگیر شدند .طبق اظهارات هدیه یگانه انها را به مرکز (امیدوار و سرای احسان کهریزک )منتقل کرده اند که این مراکز وابسطه به بهزیستی و بنیاد مستضعفان میباشند .هدیه یگانه میگوید بعد از انکه چند ماهی در انجا ماندیم سه نفر از خواهران رده بالای بسیج آمده و از ما دعوت به کار کردند نام ان خانمها (فاطمه الهامی- رباب و هدی فاطر )بود ما را در آموزشگاه اوین زیر نظر آقایان (سعید حسینی و سید ابراهیم نبوی )که مسئول آموزشگاه بودند و همکاران روزنامه کیهان که با انها همکاری میکردند آموزشهای لازم را بما دادند و به ما گفته شد وظیفه شما در آذربایجان جذب دختران و زنان کم سن و سال و به انحراف کشیدن انان و معتاد کردن مردان و جوانان به سکس و مواد میباشد .بدین ترتیب ما را به استانهای (زنجان- اردبیل-تبریز و اورمیه )اعزام کرده و قولهای مساعدی در زمینه حقوق و مزایا دادند.به محض رسیدن ما به شهرهای مختلف آذربایجان از طرف بسیج لوازم لازم از جمله ÷ول موبایل ماشین و لوازم آرایشی برایمان تدارک دیده شد .و موکدا از ما خواسته میشد از موقع اشنایی با جوانان آذربایجان به فرهنگ و زبان و هویت انان توهین بکنیم تا از هویتشان بدشان بیاید .با این وضعیت ماهارا در ترکیب گروهی برای این عملیاتها اعزام میکنند .ضمنا خانمها فاطمه الهامی -رباب و هدی فاطر قبلا خودشان زنان خیابانی بوده اند که بعد از دستگیری توسط نظام به خارج از کشور اعزام و در انجا آموزش دیده اند که آموخته هاشان
را در مناطق مختلف آذربایجان به اجرا در اورند که نام عملیات راباربیگریگذارده اند .خانم دیگری که اشرف دستمالچی نام داشت بما گفت-اگر دستگیر شدید در اورمیه با حاج احمد در تبریز با جلال محمدی تماس بگیرید تا ازادی شما را از مراکز انتظامی فراهم سازند . (در تبریز با شماره تلفن 2223759) به احتمال قوی حاج احمد همانی است که در غرب آذربایجان مسئولیت سرکوب حرکت ملی آذربایجان را عهده دار است .شماره تلفن اشرف دستمالچی 09359815681 و هدیه یگانه 09122032108 میباشد .
به استناد گفته های هدیه یگانه سازماندهی این عملیات بیشرمانه بعهده سردار زارعی معروف و فاسد با همدستی خدیجه مقدم بوده است .

جهت درج در کلیه سایتهای فعال ملی داخل و خارج

Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək

Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək


Türkiyə və Rusiya mənbələrinin yaydığı bu məlumata rəsmi Ankara hələ heç bir reaksiya verməyib

Türkiyə Prezidenti Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək. Lent.az-ın Türkiyə və Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cənab Gül erməni həmkarının dəvətini qəbul edib və sentyabrın 1-də Türkiyədən Gülün təhlükəsizlik məsələlərinə məsul olan ilk qrup Ermənistan paytaxtına yola düşəcək. Məlumatda o da bildirilir ki, səfər baş tutsa, Abdullah Gül Ermənistanın müstəqilliyini elan etməsindən sonra Yerevana gedən ilk Türkiyə prezidenti olacaq.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan türk həmkarını hər iki ölkənin milli futbol komandalarının Yerevanda keçiriləcək oyununa baxmağa dəvət etmişdi. Bu barədə yayılan xəbərlərdə o da bildirilirdi ki, prezident Gülün bu dəvətə münasibəti Türkiyənin xarici siyasəti, Azərbaycan-Türkiyə münasibətləri, ölkənin daxili siyasi durumu və başqa məsələlərdə yeni reallıqlarə aydın şəkildə ortaya qoyacaq.

LENT.AZ

İran vasitəçi qismində?

İran vasitəçi qismində?


Politoloqlar bunu real saymır

Rusiya-Gürcüstan münaqişəsində bir çox dövlətlər vasitəçilik missiyasını üzərlərinə götürməyə cəhd göstərsə də, bu, hadisələrin gedişinə elə də ciddi təsir göstərə bilmədi. Bu günlərdə isə yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı İran prezidenti Mahmud Əhmədinejad vasitəçilik etmək niyyətində olduğunu açıqlayıb. Ancaq daxilində rejim siyasəti hökm sürən ölkənin hansısa məsələdə vasitəçilik etməsi inandırıcı görünmür. Politoloqlar da bu fikirdədir. Politoloq Rasim Musabəyov "OLAYLAR"a verdiyi açıqlamada bunun gülünc olduğunu diqqətə çatdırıb: "İnanmıram ki, belə bir təklif olsun. Belə bir təklifin olması göstərir ki, Mahmud Əhmədinejad dünyadan və öz imkanlarından tamamilə bixəbər bir insandır".olaylar

ORTADA QALAN AZƏRBAYCAN

ORTADA QALAN AZƏRBAYCAN


Burada “orta” coğrafi deyil, mənəvi anlayışdır
Mollanın məhşur lətifəsindəki kimi deyəsən son Qafqaz davası bizim yorğanın, yəni Qarabağın başında tamam olacaq.
Sovet İttifaqının dağılması ilə avrasiya məkanında yeni global situasiya yarandı və NATO Ukrayna, Moldova, Cənubi Qafqaz və Türküstanı (Orta Asiya) əhatə edən qonşuluq konsepsiyasını irəli sürdü. Adı çəkilən regionların yeni müstəqil dövlətlərinin NATO tərəfindən müxtəlif əməkdaşlıq proqramlarına cəlb olunmaları avroatlantik məkanın Çinin sərhədlərinə gədər uzanacağının göstəricisi idi. Lakin bəzi NATO ölkələrinin bu genişlənməyə ehtiyatlı yanaşması, postsovet dövlətlərinin kommunist məfkurəsindən uzaqlaşa bilməməsi bu prosesi ləngitdi. 11 sentyabr hadisəsindən sonra ABŞ birtərəfli olaraq, Özbəkistanda, Qırğızıstanda hərbi bazalar yaratsa da, bu, NATO-nun genişlənmə proqramından kənara çıxan lokal və müvəqqəti addımlar idi.

Bu zaman ərzində Rusiyanın gündən-günə aktivləşən, aqressivləşən siyasətinin şahidi olduq. Yavaş-yavaş özünə gələn Rusiya postsovet respublikalarında itirilmiş mövqelərini addım-addım bərpa etməyə başladı. Rusiyanın bugünkü aqressiv, işğalçı siyasətinin işartıları Putinin ilk hərəkətlərindən görünürdü. Amma o, Çeçenistana qoşun yeritməyə bəhanə olsun deyə, Rusiyanın müxtəlif şəhərlərində partlayışlar törədib, minlərlə günahsız vətəndaşının ölümünə səbəb olanda və bu vəhşiliyi Çeçenistan rəhbərliyinin adına yazanda hamı susdu, o, Çeçenistanı, paytaxt Qroznını yerlə bir edəndə hamı susdu, Çeçenistanın seçilmiş 3 prezidentini qətlə yetirəndə hamı susdu, adını “sülhməramlı” qoyub, Abxaziyaya, Cənubi Osetiyaya ordu yeridəndə hamı susdu… Bugünkü kobud işğal bu sadaladıqlarımızın məntiqi davamıdır. Yeni heç nə baş verməyib. İndi niyə təcüblənirik?

Zənnimcə Dostoyevski deyib ki, Allah Rusiyanı ibrət üçün yaradıb. Yəni bütün dünya “pisin” necə olduğunu görsün və çalışsın belə olmasın.

I Pyotrdan bu yana bu “pis”, dünyaya meydan oxuya-oxuya yoluna davam edir və qarşısına nə çıxırsa məhv edir. Az-çox kitab, qəzet oxuyan hər kəs bunları bilir. Əsrlərdir çarlar dəyişir, rejimlər dəyişir, dövlətin adı dəyişir, amma rus imperializminin xarakteri və mahiyyəti dəyişməz olaraq qalır. Heç bir vicdanlı politoloq Çar Rusiyası, SSRİ və RF-nın velikorus işğalçı siyasətində mahiyyət fərqinin olduğunu söyləyə bilməz.

08 avqust 2008-ci il Rusiyanın əsrlərdən gələn işğalçı siyasətinə “dur!” deyilən gündür. Bu “dur!”u qonşu gürcü xalqı dedi. Uzun illərdən bəri Qafqaz uğrunda gedən gizli savaş bu tarixdən açıq müstəviyə keçdi. Yeni Qafqaz savaşı başlamış oldu. Biz, Azərbaycan Respublikası olaraq, bu savaşa hazırıqmı? Savaşda iştirak edən tərəflər bir yana dursun, biz özümüz bu savaşdakı yerimizi və mövqeyimizi bilirikmi? Dəhşətli, böyük güclərin savaşında tərəf, iştirakçı olmaq deyil, ən dəhşətlisi bu savaşda tərəfdə yox, ortada qalmaqdır. Bu gün Azərbaycan ortadadır. Ortada qalanın aqibətini də bilirsiniz, adətən bütün zərbələr ona dəyir.

Bizim “müdrik” iqtidar tərəf saxlamağa, tərəf olmağa cürət etmədiyinə görə bu şərəfsizliyi “balanslaşdırılmış” siyasət adı altında tərəfsizlik kimi qələmə verməyə çalışdığı bir zamanda, o “balans”lardan biri olan Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır və prezidentinin diliylə Azərbaycanı nəzərdə tutaraq, “qoy başqaları özləri üçün nəticə çıxarsınlar” deyir. Rusiyanın açıq təhdidini bir az da açsaq bu, belə səslənər - “Azərbaycan sabah Qarabağı azad etmək fikrinə düşsə, onun da bütün şəhərlərini bombalayıb DQR-nın müstəqilliyini tanıyacağıq”. Beləliklə, Rusiya artıq diplomatiyadan ultimatuma keçib, qonşuları ilə ultimativ tonda danışır.

Gürcüstan bu zorakılığa ABŞ başda olmaqla NATO ölkələrini, AB-ni yanına alaraq qarşılıq verməyə çalışır. Bəs biz Rus imperiyasının önünə nə ilə çıxacağıq - dövlət adlanan feodal tayfa rejimi, korrupsiyanın yeyib-tükətdiyi silahlı qüvvələr, yoxsa avtoşlar və manıslar ordusu ilə? Müsavat Partiyası da yaydığı bəyənatda tənbəllik etməyərək bu rejimdən “…daha dəqiq siyasət yeritməyi, xarici siyasətdə Avro-Atlantik məkana, ilk növbədə NATO-ya inteqrasiya istiqamətində birmənalı və aydın addımlar atmağı tələb edir”… İnanaq ki, bu bəyənatdan sonra iqtidarımız öz siyasətini kökündən dəyişəcək, Ramiz Mehdiyev isə Abbasqulu Ağa Bakıxanov kimi rusun orden-medallarından imtina edəcək? Etməyəcək axı!

“Qırmızı” bütü “yaşıl” bütə dəyişmiş Azərbaycan iqtidarı səltənətini qoruyub-saxlamaq naminə öz dövlətini də, xalqını da Rusiyaya qurban verməyə hazırdır. Təki onların tayfa maraqlarına toxunulmasın. Hadisələrin bu yöndə inkişaf etməməsi isə artıq xalqın öz taleyinə sahib çıxmasından asılıdır.

Azərbaycanda və Ermənistanda rejimlərin dəyişməsi, NATO standartlarına uyğun gələn siyasi qüvvələrin iqtidara gəlməsi zərurətdir. Avroatlantik məkanın müəyyən siyasi-hüquqi-mənəvi minimum normaları var ki, bu iki dövlətin indiki iqtidarları heç cür bu normalara uyğun gəlmirlər. Orta əsr məfkurəli, təpədən-dırnağa qədər korrupsioner tayfa rejimi NATO-nun tərəf-müqabili ola bilməz. Olmayacaq. Mən Qərb ölkələrinin , qərb insanının mələk olduğunu demək istəmirəm. Bu ölkələrdə də, yaşadığım İsveçdə də korrupsiya halları da var, kral da. Amma bu ölkələrdə korrupsiya dövlət siyasətinə çevrilməmişdir, kral isə öz vətəndaşları ilə eyni hüquqlara malikdir. Onlar bizi öz təşkilatlarına, birliklərinə qəbul etməyə də həvəsli deyillər. Sadəcə, bizə, daha doğrusu bizim resurslara ehtiyacları var. Onların bu ehtiyacından nə dərəcədə səmərəli istifadə edə biləcəyimiz isə artıq bizdən asılıdır.

Avroatlantik məkana yaxınlaşmaq Cənubi Qafqaz üçün avtomatik işıqlı gələcək demək deyil. Bu, sadəcə, nisbi azadlıq, nisbi sabitlik, nisbi demokratiya, nisbi firavanlıq deməkdir. Tam azadlığı, tam sabitliyi, tam demokratiyanı və tam firavanlığı isə heç kimə ümid olmadan illər uzunu addım-addım qurub-yaratmaq lazımdır. Avroatlantik məkan bu yolu üzümüzə açmış olacaq. Bu yolu getmək isə bizim vəzifəmizdir.

Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilən son toplantısı Türküstan respublikalarının hələ bir müddət rusun ətəyindən yapışacaqlarını bir daha nümayiş etdirdi. Amma NATO Ukrayna və Cənubi Qafqaza ən yaxın zamanda gələcək. Və bu gəlişin forması heç də alışdığımız NATO prinsipləri əsasında olmayacaq. Rusiyanın son hərəkətləri, ərazisində milli münaqişələr olan, başqa dövlətlərin hərbi bazaları yerləşən dövlətləri öz sıralarına qəbul etməmək kimi NATO prinsiplərinin artıq köhnəldiyini, məhz bu prinsiplərin Rusiyaya bu dövlətlərdə münaqişə ocaqları yaratmaq, bu dövlətlərdəki hərbi bazalarını mümkün qədər qoruyub saxlamaq üçün stimul verdiyini göstərdi. Belə çıxır ki, NATO Rusiyanın öz qonşularının başına gətirdiyi oyunlara görə məsuliyyət daşıyır. İnanmaq istəyirəm ki, bunu artıq NATO rəhbərliyi də anlayır. NATO öz siyasətinə yenidən baxmasa Moldova, Ukrayna və Cənubi Qafqaz dövlətləri Rusiyanın yaratdığı süni problemlərdən heç vaxt qurtula bilməyəcəklər.

Mübariz S. Əzimli
Stokholm, İsveç
30.08.2008
mubariz.azimli@gmail.com
www.musavatisvec.com


اورتادا قالان آذربایجانجان





بورادا “اورتا” جوغرافی دئییل، منوی آنلاییش‌دیر

موللانین مهشور لتیفه‌سین‌دکی کیمی دئیه‌سن سون قافقاز داواسی بیزیم یورغانین، یعنی قاراباغین باشیندا تامام اولا‌جاق.

سووئت اتفاقینین داغیلماسی ایله آوراسیا مکانیندا یئنی گلوبال سیتواسیا یاراندی و ناتو اوکراینا، مولدووا، جنوبی قافقاز و تورکوستانی (اورتا آسیا) اهاته ائدن قونشولوق کونسئپسیاسینی ایره‌لی سوردو. آدی چکیلن رئگیون‌لارین یئنی موستقیل دؤولت‌لری‌نین ناتو طرفین‌دن موختلیف امکداش‌لیق پروقرام‌لارینا جلب اولونما‌لاری آورواتلانتیک مکانین چینین سرحدلرینه گدر اوزاناجاغینین گؤستریجی‌سی ایدی. لاکین بعضی ناتو اؤلکه‌لری‌نین بو گئنیشلنمه‌یه احتیاط‌لی یاناشماسی، پوستسووئت دؤولت‌لری‌نین کوممونیست مفکوره‌سین‌دن اوزاقلاشا بیلممه‌سی بو پروسئسی لنگیتدی. 11 سئنتیابر حادثه‌سین‌دن سونرا آبش بیرترف‌لی اولا‌راق، اؤزبکیستاندا، قیرغیزیستاندا حربی بازا‌لار یاراتسا دا، بو، ناتو-نون گئنیشلنمه پروقرامین‌دان کنارا چیخان لوکال و مووققتی آددیم‌لار ایدی.



بو زامان عرضینده روسیانین گون‌دن-گونه آکتیولشن، آقرئسسیولشن سیاستی‌نین شاهیدی اولدوق. یاواش-یاواش اؤزونه گلن روسیا پوستسووئت رئسپوب‌لیکا‌لاریندا ایتیریلمیش مؤوقئ‌لرینی آددیم-آددیم برپا ائتمه‌یه باشلادی. روسیانین بوگونکو آقرئسسیو، ایشغال‌چی سیاستی‌نین ایشارتی‌لاری پوتی‌نین ایلک حرکت‌لرین‌دن گؤرونوردو. اما او، چئچئنیستانا قوشون یئریتمه‌یه بهانه اولسون دئیه، روسیانین موختلیف شهرلرینده پارتلاییش‌لار تؤردیب، مین‌لرله گوناه‌سیز وطنداشینین اؤلومونه سبب اولاندا و بو وحشی‌لیگی چئچئنیستان رهبرلیگی‌نین آدینا یازاندا هامی سوسدو، او، چئچئنیستانی، پایتاخت قروزنینی یئرله بیر ائدنده هامی سوسدو، چئچئنیستانین سئچیلمیش 3 پرئزیدئنتینی قتله یئتیرنده هامی سوسدو، آدینی “سولهمرام‌لی” قویوب، آبخازیایا، جنوبی اوسئتیایا اوردو یئری‌دنده هامی سوسدو… بوگونکو کوبود ایشغال بو سادالادیق‌لاریمیزین منتیقی داوامی‌دیر. یئنی هئچ نه باش وئرمه‌ییب. ایندی نیه تجوب‌لنیریک؟



زننیمجه دوستویئوسکی دئییب کی، الله روسیانی ایبرت اوچون یارادیب. یعنی بوتون دونیا “پیسین” نئجه اولدوغونو گؤرسون و چالیشسین بئله اولماسین.



I پیوتردان بو یانا بو “پیس”، دونیایا میدان اوخویا-اوخویا یولونا داوام ائدیر و قارشی‌سینا نه چیخیرسا مهو ائدیر. آز-چوخ کیتاب، قزئت اوخویان هر کس بون‌لاری بیلیر. عصرلردیر چارلار دییشیر، رئژیم‌لر دییشیر، دؤولتین آدی دییشیر، اما روس ایمپئریالیزمی‌نین کاراکتئری و ماهیتی دییشمز اولا‌راق قالیر. هئچ بیر ویج‌دان‌لی پولیتولوق چار روسیاسی، سسری و رف-نین وئلیکوروس ایشغال‌چی سیاستینده ماهیت فرقی‌نین اولدوغونو سؤیله‌یه بیلمز.



08 آوقوست 2008-جی ایل روسیانین عصرلردن گلن ایشغال‌چی سیاستینه “دور!” دئییلن گون‌دور. بو “دور!”او قونشو گورجو خالقی دئدی. اوزون ایللردن بری قافقاز اوغروندا گئدن گیزلی ساواش بو تاریخ‌دن آچیق موستوییه کئچدی. یئنی قافقاز ساواشی باشلامیش اولدو. بیز، آذربایجان رئسپوب‌لیکاسی اولا‌راق، بو ساواشا هازیریقمی؟ ساواشدا ایشتیراک ائدن طرف‌لر بیر یانا دورسون، بیز اؤزوموز بو ساواش‌داکی یئریمیزی و مؤوقئییمیزی بیلیریکمی؟ دهشت‌لی، بؤیوک گوج‌لرین ساواشیندا طرف، ایشتیراک‌چی اولماق دئییل، ان دهشت‌لی‌سی بو ساواشدا طرفده یوخ، اورتادا قالماق‌دیر. بو گون آذربایجان اورتادا‌دیر. اورتادا قالانین آقیبتینی ده بیلیرسینیز، عادتن بوتون زربه‌لر اونا دییر.



بیزیم “مودریک” اقتدار طرف ساخلاماغا، طرف اولماغا جورت ائتمدیگینه گؤره بو شرف‌سیزلیگی “بالانسلاشدیریلمیش” سیاست آدی آلتیندا طرف‌سیزلیک کیمی قلمه وئرمه‌یه چالیشدیغی بیر زاماندا، او “بالانس”لاردان بیری اولان روسیا آبخازیا و جنوبی اوسئتیانین موستقیل‌لیگینی تانیییر و پرئزیدئنتی‌نین دیلیله آذربایجانی نظرده توتا‌راق، “قوی باشقا‌لاری اؤزلری اوچون نتیجه چیخارسین‌لار” دئییر. روسیانین آچیق تهدیدینی بیر آز دا آچساق بو، بئله سسلنر - “آذربایجان ساباه قاراباغی آزاد ائتمک فیکرینه دوشسه، اونون دا بوتون شهرلرینی بومبالاییب دقر-نین موستقیل‌لیگینی تانییاجاغیق”. بئله‌لیکله، روسیا آرتیق دیپلوماتیا‌دان اولتیماتوما کئچیب، قونشولاری ایله اولتیماتیو توندا دانیشیر.



گورجوستان بو زوراکیلیغا آبش باشدا اولماقلا ناتو اؤلکه‌لرینی، آب-نی یعنینا آلا‌راق قارشی‌لیق وئرمه‌یه چالیشیر. بس بیز روس ایمپئریاسینین اؤنونه نه ایله چیخاجاغیق - دؤولت آدلانان فئودال طایفه رئژیمی، کورروپسیانین یئییب-توکتدیگی سلاح‌لی قوه‌لر، یوخسا آوتوش‌لار و مانیس‌لار اوردوسو ایله؟ موساوات پارتیاسی دا یایدیغی بیناتدا تنبل‌لیک ائتمه‌یه‌رک بو رئژیم‌دن “…داها دقیق سیاست یئریتمیی، خاریجی سیاستده آورو-آتلانتیک مکانا، ایلک نؤوبه‌ده ناتو-یا اینتئقراسیا ایستیقامتینده بیرمنا‌لی و آیدین آددیم‌لار آتماغی طلب ائدیر”… ایناناق کی، بو بینات‌دان سونرا اقتداریمیز اؤز سیاستینی کؤکون‌دن دییشه‌جک، رامیز مئهدیئو ایسه آبباسقولو آغا باکیخانوو کیمی روسون اوردئن-مئدال‌لارین‌دان ایمتینا ائده‌جک؟ ائتمه‌یه‌جک آخی!



“قیرمیزی” بوتو “یاشیل” بوته دییشمیش آذربایجان اقتداری سلطنتینی قورویوب-ساخلاماق نامینه اؤز دؤولتینی ده، خالقینی دا روسیایا قوربان وئرمه‌یه حاضردیر. تکی اونلارین طایفه ماراق‌لارینا توخونولماسین. حادثه‌لرین بو یؤنده اینکیشاف ائتممه‌سی ایسه آرتیق خالقین اؤز تالئیینه صاحب چیخماسین‌دان آسی‌لی‌دیر.



آذربایجاندا و ائرمنیستاندا رئژیم‌لرین دییشمه‌سی، ناتو ایستاندارت‌لارینا اویغون گلن سیاسی قوه‌لرین اقتدارا گلمه‌سی صرورت‌دیر. آورواتلانتیک مکانین مویین سیاسی-حقوقی-منوی مینیموم نورما‌لاری وار کی، بو ایکی دؤولتین ایندیکی اقتدارلاری هئچ جور بو نورما‌لارا اویغون گلمیرلر. اورتا عصر مفکوره‌لی، تپه‌دن-دیرناغا قدر کورروپسیونئر طایفه رئژیمی ناتو-نون طرف-موقابی‌لی اولا بیلمز. اولمایا‌جاق. من قرب اؤلکه‌لری‌نین ، قرب اینسانینین ملک اولدوغونو دئمک ایستمیرم. بو اؤلکه‌لرده ده، یاشادیغیم ایسوئچده ده کورروپسیا حال‌لاری دا وار، کرال دا. اما بو اؤلکه‌لرده کورروپسیا دؤولت سیاستینه چئوریلممیش‌دیر، کرال ایسه اؤز وطنداش‌لاری ایله عینی حقوق‌لارا مالیک‌دیر. اونلار بیزی اؤز تشکیلات‌لارینا، بیرلیک‌لرینه قبول ائتمه‌یه ده هوس‌لی دئییل‌لر. ساده‌جه، بیزه، داها دوغروسو بیزیم رئسورس‌لارا احتیاج‌لاری وار. اونلارین بو احتیاجین‌دان نه درجه‌ده سمره‌لی ایستیفاده ائده بیلجییمیز ایسه آرتیق بیزدن آسی‌لی‌دیر.



آورواتلانتیک مکانا یاخینلاشماق جنوبی قافقاز اوچون آوتوماتیک ایشیق‌لی گله‌جک دئمک دئییل. بو، ساده‌جه، نیسبی آزادلیق، نیسبی ثابت‌لیک، نیسبی دئموکراتیا، نیسبی فیراوان‌لیق دئمک‌دیر. تام آزادلیغی، تام ثابت‌لیگی، تام دئموکراتیانی و تام فیراوان‌لیغی ایسه هئچ کیمه اومید اولما‌دان ایللر اوزونو آددیم-آددیم قوروب-یاراتماق لازیم‌دیر. آورواتلانتیک مکان بو یولو اوزوموزه آچمیش اولا‌جاق. بو یولو گئتمک ایسه بیزیم وظیفه‌میزدیر.



شانخای امکداش‌لیق تشکیلاتینین دوشنبه‌ده کئچیریلن سون توپلانتی‌سی تورکوستان رئسپوب‌لیکا‌لارینین هله بیر مدت روسون اتیین‌دن یاپیشا‌جاق‌لارینی بیر داها نوماییش ائتدیردی. اما ناتو اوکراینا و جنوبی قافقازا ان یاخین زاماندا گله‌جک. و بو گلیشین فورماسی هئچ ده آلیشدیغیمیز ناتو پرینسیپ‌لری اساسیندا اولمایا‌جاق. روسیانین سون حرکت‌لری، اراضی‌سینده میللی موناقیشه‌لر اولان، باشقا دؤولت‌لرین حربی بازا‌لاری یئرلشن دؤولت‌لری اؤز سیرا‌لارینا قبول ائتممک کیمی ناتو پرینسیپ‌لری‌نین آرتیق کؤهنلدیگینی، محض بو پرینسیپ‌لرین روسیایا بو دؤولت‌لرده موناقیشه اوجاق‌لاری یاراتماق، بو دؤولت‌لردکی حربی بازا‌لارینی مومکون قدر قورویوب ساخلاماق اوچون ایستیمول وئردیگینی گؤستردی. بئله چیخیر کی، ناتو روسیانین اؤز قونشولارینین باشینا گتیردیگی اویون‌لارا گؤره مسولیت داشیییر. اینانماق ایستییرم کی، بونو آرتیق ناتو رهبرلیگی ده آنلاییر. ناتو اؤز سیاستینه یئنی‌دن باخماسا مولدووا، اوکراینا و جنوبی قافقاز دؤولت‌لری روسیانین یاراتدیغی سونی پروبلئم‌لردن هئچ واخت قورتولا بیلمه‌یه‌جک‌لر.



موباریز س. ازیم‌لی

ایستوکهولم، ایسوئچ

30.08.2008
azadtribun

Azərbaycanda 4 min şəxs itkin hesab edilir

Azərbaycanda 4 min şəxs itkin hesab edilir


Avqustun 30-u itkin düşmüş şəxslərin beynəlxalq günü Azərbaycanda da qeyd edilib.

İtkin düşmüş şəxslərin problemləri Azərbaycanda aktual olaraq qalır. Rəsmi statistikaya görə, ölkədə 4 mindən çox şəxsin taleyi barədə heç bir məlumat yoxdur. Onların əksəriyyəti Qarabağ müharibəsi zamanı itkin düşənlərdi.

Minayə Sadiqova 14 ildən çoxdur ki, Qarabağ uğrunda döyüşlərə yollanan oğlu Məzahir Zamanovun yolunu gözləyir. Əvvəlcə oğlunun əsirlikdə saxlanıldığını deyiblər.

O deyir ki, 2004-cü ilə qədər ara-sıra oğlu barədə əsirlikdən bir xəbər ala biliblər. Amma o vaxtdan etibarən heç bir səs-soraq yoxdur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının məlumatına görə, ölkədə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4200-dən çoxdur. Onların təqribən 3400-ü hərbçi, 817 nəfəri mülki şəxslərdir.

İndiyə qədər əsir və girovluqdan 1400 nəfər azad edilib. Amma yenə də səbirsizliklə xəbər gözləyən ailələr az deyil. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin əlaqələndiricisi Süzanna Lopez deyir ki, regionda qeyri-müəyyənlikdə yaşayan minlərlə ailə var.

“Hər bir itkin düşmüş şəxsin taleyi bir faciədir. Bü düzdür. Amma itkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Bu faciənin qurbanları isə yaxınlarını səssiz-səmirsiz itirən ailələrindir. Onlar nə bir icma, nə də bir qrup kimi reabilitasiya keçə bilmirlər və ağır psixoloji durumda yaşayırlar. Kömək və xəbər axtaran belə ailələrin də öz haqları var”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə dövlət komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqovun sözlərinə görə, itkinlərin tapılması üçün hər bir iş görülür. O deyir ki, son illərdə beynəlxalq qurumlar itkin düşənlərin problemlərinə diqqəti artırıblar.

Komissiyadan deyirlər ki, bəzi hallarda itkin düşən yaxınları barədə uzun müddət heç bir məlumat ala bilməyən və qeyri-müəyyənlikdən yaxa qurtarmaq istəyən ailələr qəbiristanlıqda yer alırlar. Və yaxınlarının itkin düşməsinin yaratdığı vəziyyət ilə bu yolla barışmaqda çıxış yolunu görürlər.


BBC

GÜNEY AZƏRBAYCANIN QARADAĞ VILAYƏTINDƏ 250 MIN TONLUQ QIZIL MƏDƏNI TAPILIB

GÜNEY AZƏRBAYCANIN QARADAĞ VILAYƏTINDƏ 250 MIN TONLUQ QIZIL MƏDƏNI TAPILIB



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın Qaradağ vilayətinin Vərziqan şəhərində 250 min tonluq böyük qızıl mədəni aşkarlanıb. Fars şovinist hakimiyyəti Güney Azərbaycanın yeraltı və yersütü sərvətlərinə talan etməkdə davam edir.

Güney Azərbaycanın milli sərvətlərini talan edən faşist molla hakimiyyəti Güney Azərbaycanın iqtisadi vəziyyətini günü-gündən ağırlaşdıraraq yerli əhalini öz ata-baba torpaqlarından köçmək məcburiyyətində qoyur.

Iranın mədən və sənaye təşkilatının rəisi Məhəmmədəli Banan mətbuat konfransında elan edib ki, Şərqi Azərbaycanın Vərziqan şəhərinin yaxınlığında 250 min tonluq qızıl mədəni kəşf olunub. O bildirib ki, bu məntəqədə qızılın istehaslı üçün 5 milyon dollar sərmayə lazımdır ki, xüsusi şirkətlərlə qızıl zavodu istehsalı tikilsin. Hesablamalara görə zavod hazır olduğu təqdirdə həmin mədəndən ildə 400 kq qədər qızıl əldə etmək mümkündür. O əlavə edib ki, hal hazırda Əhər şəhərinin Xarvana bölgəsində qızıl mədənlərindən hər gün qızıl istehsal olunur.

Güney Azərbaycanın Qaradağ vilayəti yeraltı sərvətlərlə dolu bir bölgə hesab olunur. Yüzlərlə qızıl mədənləri süngün mis mədənində minlərlə ton mis, qızıl və uranion mövcuddur ki, neçə ildir İran və erməni şirkətləri bu mədənlərdə iş aparırlar.

Xatrıladaq ki, son zamanlarda Muğan vilayətində də çoxlu sayda neft yataqları aşkar olunub. Həmin yataqların istehsalı üçün İran Ermənistandan mütəxəsislər cəlb edərək neftin istehsalı üçün texnika və emal avadanlıqları quraşdırmaq üçün ciddi iş aparılır. dak

SERGEY LAVROV: “RUSİYA GÜRCÜSTANA SİLAH TƏDARÜKÜNƏ EMBARQO QOYULMASINI TƏKLİF EDİR”

SERGEY LAVROV: “RUSİYA GÜRCÜSTANA SİLAH TƏDARÜKÜNƏ EMBARQO QOYULMASINI TƏKLİF EDİR”


Rusiya Gürcüstana silah tədarükünə embarqo qoyulmasını təklif edir. «Vesti» telekanalının verdiyi xəbərə görə, bu barədə bazar ertəsi MDBMİ-də tələbələrlə keçirilən görüşdə Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov bildirib.
«Saakaşvili rejimi ABŞ-ın Gürcüstana hərbi yardımını dəstəkləyib», - deyə nazir bildirib.

Onun sözlərinə görə, RF ABŞ ilə qarşılıqlı və düzgün əsasda münasibət quracaq. Lavrov bildirib ki, Rusiya eyni zamanda, vətəndaşlarının və öz maraqlarının beynəlxalq arenada əzmlə müdafiəsini davam etdirəcək.

Nazirin sözlərinə görə, ABŞ-ın Saakaşviliyə dəstəyi tarixi miqyaslı səhvə səbəb ola bilər.

«Biz regionda təhlükəsizliyi təmin etmək üçün ATƏT və BMT ilə sıx əməkdaşlıqda maraqlıyıq. İrəliyə doğru yeganə müdrik yol – Qərblə praqmatik əməkdaşlıqdır», - deyə o əlavə edib.
Trend

İranın Təhsilə Nəzarət Komitəsi İbrahim Rəşidi ömürlük təhsildən məhrum edib

İranın Təhsilə Nəzarət Komitəsi İbrahim Rəşidi ömürlük təhsildən məhrum edib



İranda son bir neçə həftədə həbs olunmuş milli fəallara - Mənsur Əminian, Maqsud Əhdi, Aydın Xaceyi, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Dariyuş Hatəmi (əsgərlikdədir) və Zəncan Universitetinin tələbələri Bəhram Vahidilə Surna Haşimiyə təcridxanalarda ağır psixi və fiziki işgəncələr verildiyi bildirilir.

"ETTELAAT" əməkdaşları həbsdə saxladığı Səccad Radmehrin anasına zəng edərək onu hədələyiblər. Bu arada milli fəal İbrahim Rəşidi İranın Təhsilə Nəzarət Komitəsinin rəyi əsasında ömürlük təhsildən məhrum edilib. Halbuki soydaşımız ali təhsilini davam etdirmək üçün bütün imtahanlarını vermiş və sənədlərini Urmiya Universitetinə təqdim etmişdi.

Xatırladaq ki, İbrahim Rəşidi Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan ən fəal insanlardan biridir. O, "Azərtopraq", Evrin" Qeyri-Hökümət Təşkilatının təsisçisi, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, "Ulduz", "Bulud", "Baxış" və "Oyanış" dərgilərinin redaktoru və yazarlarından biridir.

Urmiya Universitetinin mexanika mühəndisliyi fakültəsinin məzunu olan İbrahim Rəşidi dəfələrlə milli fəaliyyətinə görə həbs edilərək Tehran şəhərindəki "Evin" həbsxanasında, "ETTELAAT"ın Urmiya, Əhər və Ərdəbil təcridxanalarında ağır işgəncə və təzyiqlərə məruz qalıb. Hazırda 5 aylıq qanunsuz həbs cəzasını çəkmək üçün Urmiya şəhər həbsxanasında saxlanılır.