azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

İran vasitəçi qismində?

İran vasitəçi qismində?


Politoloqlar bunu real saymır

Rusiya-Gürcüstan münaqişəsində bir çox dövlətlər vasitəçilik missiyasını üzərlərinə götürməyə cəhd göstərsə də, bu, hadisələrin gedişinə elə də ciddi təsir göstərə bilmədi. Bu günlərdə isə yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı İran prezidenti Mahmud Əhmədinejad vasitəçilik etmək niyyətində olduğunu açıqlayıb. Ancaq daxilində rejim siyasəti hökm sürən ölkənin hansısa məsələdə vasitəçilik etməsi inandırıcı görünmür. Politoloqlar da bu fikirdədir. Politoloq Rasim Musabəyov "OLAYLAR"a verdiyi açıqlamada bunun gülünc olduğunu diqqətə çatdırıb: "İnanmıram ki, belə bir təklif olsun. Belə bir təklifin olması göstərir ki, Mahmud Əhmədinejad dünyadan və öz imkanlarından tamamilə bixəbər bir insandır".olaylar

Hiç yorum yok: