azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Eylül 2008 Pazartesi

Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək

Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək


Türkiyə və Rusiya mənbələrinin yaydığı bu məlumata rəsmi Ankara hələ heç bir reaksiya verməyib

Türkiyə Prezidenti Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək. Lent.az-ın Türkiyə və Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cənab Gül erməni həmkarının dəvətini qəbul edib və sentyabrın 1-də Türkiyədən Gülün təhlükəsizlik məsələlərinə məsul olan ilk qrup Ermənistan paytaxtına yola düşəcək. Məlumatda o da bildirilir ki, səfər baş tutsa, Abdullah Gül Ermənistanın müstəqilliyini elan etməsindən sonra Yerevana gedən ilk Türkiyə prezidenti olacaq.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan türk həmkarını hər iki ölkənin milli futbol komandalarının Yerevanda keçiriləcək oyununa baxmağa dəvət etmişdi. Bu barədə yayılan xəbərlərdə o da bildirilirdi ki, prezident Gülün bu dəvətə münasibəti Türkiyənin xarici siyasəti, Azərbaycan-Türkiyə münasibətləri, ölkənin daxili siyasi durumu və başqa məsələlərdə yeni reallıqlarə aydın şəkildə ortaya qoyacaq.

LENT.AZ

Hiç yorum yok: