azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Mayıs 2009 Cumartesi

AZƏRBAYCANLI FƏAL AZADLIĞA BURAXILIB

İbrahim Cəfərzadə

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal İbrahim Cəfərzadə 1 il həbs müddətini başa vuraraq azadlığa çıxıb.

“Media forum” saytının məlumatına görə, İ.Cəfərzadə 3 il əvvəl Beynəlxalq Ana Dili Günü mərasimlərinə qatıldığı üçün Xoy İnqilab Məhkəməsinin hökmüylə məhkum edilmişdi.

Məhkəmə həmçinin fəal İ.Cəfərzadəni dövlət quruluşuna qarşı çıxmaqda günahlandıraraq onun siyasi və ictimai fəaliyyətinə 3 illik qadağa da qoyub.

Mir Hüseyn Musəvi İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcəyini deyib

İran prezidentliyinə namizəd, sabiq baş nazir Mir Hüseyn Musəvi bu gün deyib ki, prezident Mahmud Əhmədinejaddan fərqli olaraq o, beynəlxalq ictimaiyyətlə İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə hazırdır. Cənab Musəvi prezident seçildiyi təqdirdə İranın nüvə fəaliyyətlri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının üzvləri - Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın da daxil olduğu altı dövlətin iştirak etdiyi qrupla müzakirələr aparmağa razı olacağını bildirib. Prezident Mahmud Əhmədinejad bu yaxınlarda altıtərəfli danışıqlarda iştirak etməkdən imtina etdi.

Prezident Əhmədinejadın dediyi kimi, cənab Musəvi də İranın nüvə proqramını dinc sahələrdə istifadə etməklə, davam edəcəyini deyir. Lakin cənab Musəvi deyir ki, İran beynəlxalq ictimayiyyəti nüvə proqramının nüvə silahı istehsali üçün davam etdirilməyəcəyinə əmin etməlidir. Mir Hüseyn Musəvi onu da əlavə edib ki, o, Birləşmiş Ştatlarla qadağa qoyulan danışıqları da bərpa edəcək. Lakin cənab Musəvi Vaşinqtonu İrana qarşı siyasətini dəyişməyə çağırıb və deyib ki, onun ölkəsinə tətbiq edilən iqtisadi sanksiyaların ləğvi müsbət addım olardı.

Mahmud Əhmədinejat kartof paylayacaq

Müxalifət Mahmud Əhmədinejatın pulsuz kartof paylamaqda əsl məqsədinin seçiciləri ələ almaqdan ibarət olduğunu iddia edir
İran hökuməti prezident seçkilərinə iki həftə qalmış ölkənin kənd rayonlarından əhalisinə 400 ton pulsuz kartof paylamaq qərarına gəlib. Hökumət bu addımını məhsulun bol olması ilə əlaqələndirsə də müxalifət Mahmud Əhmədinejatın pulsuz kartof paylamaqda əsl məqsədinin seçiciləri ələ almaqdan ibarət olduğunu iddia edir. Müxalifətçilər Mahmud Əhmədinejatın keçirdikləri mitinqlərdə "kartofa ölüm" şüarı səsləndirirlər.
/ANS PRESS/

Prezident seçkiləri Əhmədinejad üçün çətin sınaqdır

The New York Times: "İslahatçı Musəvinin əsas hədəfi seçkilərdə təkcə Güney Azərbaycanda yaşayan 15 milyonluq türk elektoratının dəstəyini qazanmaqdır"
Mayın 25-də İran prezidentliyinə namizəd Mirhüseyn Musəvini Təbrizdə kimiləri gül-çiçəklə, kimiləri isə etiraz aksiyasıyla qarşılayıb. Təbriz stadionunda toplaşan fəallar prezidentliyə namizəddən həm türk dilində mədrəsə, yəni ana dilində təhsil istəyiblər, həm də Xatəminin azərbaycanlılar barədə etdiyi zarafata görə üzr istəməsini tələb ediblər. Elə Təbriz stadionunda qaldırılan şüarlarda da türk dilinin rəsmi dil elan olunması barədə tələblər, Xatəminin əleyhinə ifadələr yer alır. Təbriz stadionundakı aksiyanın iştirakçısı Ramin Xaceyi deyib ki, Təbriz azərbaycanlıları Musəvinin qarşısında şüarlar səsləndirdilər və Xatəmi azərbaycanlıları təhqir etdiyi üçün Musəvi bir qisim sözlər eşitdi.

Turqut

Sonda da "Ettelaat" əməkdaşları bizim uşaqları döydülər. Bilmirik neçə nəfər itkin düşüb, xəsarət alıb. Sayını itirmişik". Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkakpurun sözlərinə görə, mayın 20-dən İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda həbs olunanların kimliyini müəyyənləşdirmək çətindir. Hələlik 15 nəfərin adları dəqiqləşdirilib. Amma onların sayı daha artıqdır. Bundan əlavə, aksiyalarda hazırlıqda şübhəli bilinən fəallar da həbs olunur. Təbrizin məşhur fəallarından biri Çingiz Bəxtavər isə stadiondakı aksiya zamanı tutulanlara zor tətbiq olunduğunu bildirib. Onun qardaşı Cahanbəxş Bəxtavər və qardaşı oğlu Nadir Bəxtavər də həbs olunanlar arasındadır: "Milli fəallar mədəni şəkildə öz konstitusion hüquqlarını tələb edirdilər. Onları zorla, qəddarlıqla vura-vura apardılar". Onun sözlərinə görə, azərbaycanlılar milli-mədəni haqları uğrunda sivil mübarizə aparırlar və bu haqları da İranın həm islahatçı, həm də mühafizəkar hökumətləri tapdayıb: "İranda insan haqları, insanların milli-mədəni hüquqları 30 ildir ki, daha şiddətli şəkildə pozulur. Bu hüquqlara boykot qoyulub. Hakimiyyətə gələn hər yeni qüvvə də bu boykotu davam etdirir. Bizim bir sıra tələblərimiz var ki, onları toplaşaraq elan etmişik. Türk dilinin rəsmi dil olmasını, ana dilində təhsil haqqının təmin olunmasını, yerli idarəetməyə mərkəzdən təyinatlara son qoyulmasını tələb edirik. Çünki mərkəzi hökumətin təyin etdiyi adamlar millətin yox, mərkəzi hökumətin xeyrinə işləyir".
Mahmud Əhmədinejadın vaxtaşırı dünyanı idarə etməyin zərurəti barədə çıxışlarına toxunan Mirhüseyn Musəvi deyib: "Dünyanı elm və təfəkkürlə idarə etmək olar. Bir də hər şeydən əvvəl öz ölkəmizdəki problemləri aradan qaldırmağa çalışmalıyıq". Qeyd edək ki, soydaşlarımız Musəvini Urmiyada "bozqurd" işarələrilə qarşılayıblar. Eyni zamanda prezidentliyə namizəd Güney Azərbaycanın Soyuqbulaq şəhərində də olub, Qaşqay türklərilə də görüşüb. Prezidentliyə namizədin seçkilərə bir neçə həftə qalmış böyük izdiham önündə çıxış etməsi dünya mətbuatının diqqətini çəkib. ABŞ qəzetləri bu çıxışı hazırkı prezident Əhmədinejad üçün başağrısı kimi təqdim edirlər. "The New York Times" yazır ki, onun nitqini izləyənlərin sayı 30 min civarında olub. Jurnalist Nazila Fathi Təbrizdən göndərdiyi məqalədə Mirhüseyn Müsəvinin çıxışını izləməyə gələn tərəfdarlarını Əhmədinejadın ənənəvi elektoratıyla müqayisə edir və yazır ki, onları bura gətirən səbəb nə pul, nə havayı yemək, nə də məcburi sifariş olub. Yerli hökumətin qadağalarına və hətta internetdə tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, mitinqdən xəbər tutanların çoxu bura öz şəxsi avtomobiliylə gəlib. Tərəfdarları əslən Güney Azərbaycanın kiçik şəhərlərindən biri olan Xamnədə doğulmuş Müsəviyə bəslədikləri rəğbətlərini "Azərbaycan evim, Musəvi həyatımdır" şüarıyla izhar ediblər. "The New York Times" yazır ki, Musəvinin Təbrizdəki çıxışı onun namizəd qismində Azərbaycan ikigünlük turnesinin ilk hissəsi olub: "İslahatçı namizədin əsas hədəfi isə iyunun 12-də keçiriləcək seçkilər ərəfəsində Güney Azərbaycanın təkcə öz ərazisində yaşayan 15 milyonluq Türk elektoratının dəstəyini qazanmaqdır. "The New York Times"ın yazdığına görə, Musəvi müxtəlif bölgələrin etnik dillərinin məktəblərdə öyrədilməsinə imkan verən konstitusiya maddəsini tətbiq edəcəyini bildirib ki, hazırkı prezident Əhmədinəjad bunu etməyib. Qəzet daha sonra yazır ki, əslində Musəvi gələn ay keçiriləcək seçkilərdə ölkəyə rəhbərlik uğrunda mübarizə aparan 3 yeni namizəd arasında Əhmədinejada ciddi rəqib hesab olunur. Digər namizədlər isə islahatçı Mehdi Kərrubi və "Sepah"ın sabiq lideri Möhsün Rezayidir. Bununla yanaşı, qəzet yazır ki, Əhmədinejadın hələ də Türk ərazilərində, xüsusilə yoxsul kəndlərdə ciddi dəstəyi var. "The New York Times" bunun səbəblərini iqtisadi amillərdə görür. Məsələn, Təbrizdən 75 yaşlı Həsən Nazari qəzetə danışıb ki, o, qarşıdakı seçkilərdə təkrarən Əhmədinejada səs verəcək, çünki son 5 ildə onun təqaüdü artıb. Ancaq "The New York Times"dən fəqli olaraq, "The Washington Post" qəzeti iqtisadi amilləri İranın hazırkı prezidenti üçün çətin sınaq sayır. Müəllif Əli Əkbər Dareyni məqaləsində yazır ki, islahatçı namizədlər hazırkı prezidentin iqtisadi kursunu ciddi tənqid edirlər. Bu isə ölkədə inflyasiyanın 25 faizə yüksəlməsi və işzislik səviyyəsinin artmasıyla əlaqədardır. Qəzet Mirhüseyn Musəvinin Təbrizdəki çıxışı zamanı ölkə iqtisadiyyatı barədə dediklərindən sitat gətirir. Musəvi deyib ki, İran zəngin ölkə olsa da, ölkəni bu hala salan xalqın taleyi yox, hazırkı hakimiyyətdir. O söyləyib ki, Əhmədinejadın güzəştsiz ritorikası və nüvə proqramı ətrafında dünyaya meydan oxuması 70 milyon insanı beynəlxaq iqtisadi təcridə salıb. Düzdür, ötən il neftin bahalaşması nəticəsində İran enerji satışından rekord gəlirlər əldə edib, ancaq iranlılar pis yaşayış tərzlərindən gileylidirlər. Prezidentin islahatçı rəqibləri isə Əhmədinejadın başının daha çox ABŞ və İsraillə qarşıdurmaya qarışdığını və diqqəti daxilə yönətməyə, iqtisadiyyatı bərkitməyə vaxtı olmadığını deyirlər. Musəvi deyib ki, son 4 ildə İranda daxili istehsal aşağı düşüb, insanlar daha da yoxsullaşıb və bu vəziyyət dəyişməlidir. Musəvi habelə xatırladıb ki, onun hökumət başçısı olduğu 1980-88-ci illərdə İran hətta İraqla müharibə apardığı dövrlərdə belə 25 faiz inflyasiya ilə üzləşməmişdi.
Mayın 28-də Urmiya Universitetinə çıxış etmək üçün gələn Mirhüseyn Musəvi azərbaycanlı tələbələrin kəskin etirazlarıyla qarşılaşıb. O, zala girər-girməz şüarlar səsləndirilib. Çıxışına fars dilində başlayan Musəvi azərbaycanlıların "Türk, Türk" istəyinə isə belə cavab verib: "Burası İrandır, bu bölgədə çoxlu qövm və məzhəblər yaşayır". Fars dilində danışığına davam edən prezidentliyə namizədə tələbələrin "Xatəminin xəyanətinə münasibətiniz necədir?" sualına "cavab vermək istəmirəm" deyib. Bu da soydaşlarımızn etirazına səbəb olub və bir anda zal "Ölüm olsun satqına!" şüarıyla titrəyib. Son zamanlarda Xatəminin Azərbaycan türklərinə həqarət etməsindən yararlanmaq istəyən mühafizəkarlar da öz layiqli cavablarını alıblar. Soydaşlarımız "Nə sağçıyıq, nə solçu, millətçiyik millətçi!" deyiblər. Bu arada İranın sabiq prezidenti Məhəmməd Xatəmi barəsində yayılmış videogörüntünü təkzib edib.

25 Mayıs 2009 Pazartesi

Əhməd Davudoğlu Bakıya rəsmi səfərə hazırlaşlır

Yenicə Türkiyənin Xarici siyasət idarəsinə rəhbər təyin olunmuş Əhməd Davudoğlu gələn həftə Azərbaycana nazir qismində ilk rəsmi səfər edəcəyini açıqlayıb.

Bu gün Dəməşqdə İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin yığıncağı çərçivəsində jurnalistlərlə görüşən Türkiyənin baş diplomatı Azərbaycan rəhbərliyi ilə Bakı-Ankara münasibətlərini və Qarabağ problemini müzakirə etmək niyyətində olduğunu deyib. O, elə Dəməşqdən birbaşa Bakıya yollanacağını da vurğulayıb.

Türkiyə və Azərbaycan ən yaxın müttəfiqlər hesab edildiyindən, son zamanlar Bakıda Ankara-Yerevan yaxınlaşmasına münasibət birmənalı deyildi. Bu isə iki ölkə arasında əlaqələrin müəyyən qədər gərilməsinə səbəb olmuşdu.

Lakin bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğan Azərbaycana uğurlu səfər edərək, bu gərginliyin aradan qalxmasına nail ola bilib. Cənab Ərdoğan ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə həssas yanaşdığını, bu mənada hər-hansı şübhə və dedi-qoduya əsas olmadığını da vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Ərdoğanla görüşdən sonra, Türkiyə-Ermənistan danışıqlarınıa dair iki ölkə arasında son zamanlar yaranmış müəyyən suallara tam cavab aldığını söyləyib.

Ərdoğanın Bakı səfərində onu müşayiət edən nazirlər arasında Əhməd Davudoğlu da var idi. Ancaq belə görünür ki, Türkiyənin baş diplomatı qısa fasilədən sonra yenidən Bakıya səfər etmək zərurəti hiss edib.

Azərbaycan Xarici İşlər Nazriliyinin sözçüsü Elxan Poluxov cənab Davudoğlunun Bakı təmaslarının gündəliyini Amerikanın Səsinə açıqlayıb:

“Qarşıda ikitərəfli əməkdaşlığın mühüm istiqamətləri durur. İki ölkə bir-birinə yaxın olduğundan, əlaqələri birlikdə müzakirə etməklə irəli aparmaq təcrübəsi mövcuddur. Davudoğlu ilə müzakirə olunacaq məsələlər sırasına gündəlik həyatımızın ən müxtəlif istiqamətləri daxildir. Konkret olaraq, enerji sahəsində həm mövcud layihələr, həm də perspektiv planlara nəzər salınacaq. Danışıqlarda Qarabağ problemi də hər zamanki kimi, xırdalanacaq. Türkiyə-Ermənistan münasibətlərinə gəldikdə, bu mövzu Türkiyə baş naziri cənab Ərdoğanın bu yaxınlarda Bakıya səfəri zamanı səsləndirdiyi bəyanatlarla qapanıb”, - deyə Elxan Poluxov vurğulayıb.

Ankaradan Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin eksperti Cəlaləddin Yavuz isə hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinə dair mövzu tam qapanmayıb. Cənab Yavuz Amerikanın Səsinə bunları deyib:

“Sözsüz ki, baş nazir Ərdoğan Azərbaycana gec də olsa səfər etməklə, bu məsələyə dair mövqeyini son olaraq ortaya qoydu və indi Azərbaycanda Türkiyənin niyyətlərinə dair hər hansı şübhə olmamalıdır. Ancaq Ermənistanla danışıqlar dayanmayıb, müzakirələr davam edir. Türkiyə əvvəllər də bəyan etdiyi kimi, Yerevanla təmaslarını Qarabağ nizamlamasına uyğunlaşdırmalıdır. Bu baxımdan hər iki tərəf arasında dialoqlara mütəmadi olaraq ehtiyac yaranır”.

Cənab Yavuz sonda onu da deyib ki, çox güman ki, Türkiyənin baş diplomatı Bakıya qarşıdakı səfəri ilə Ankaranın Yerevanla dialoqların Qarabağ nizamlamasına uzlaşdırılacağı barədə Azərbaycana verdiyi vədi yeniləyəcək.

Monqol müxalifəti hakimiyyəti ələ keçirdi

Müxalifətin nümayəndəsi prezident seçkilərində qalib gəldi

Monqolustanın fəaliyyətdə olan prezidenti Nambarın Enxbayar dövlət başçısı seçkilərində məğlub olduğunu etiraf edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 1921-ci ildən ölkəni idarə edən hakim Monqol Xalq-İnqilab Partiyasının lideri Demokrat Partiyasının namizədi Tsaxiaqiyna Elbeqdroja məğlub olduğunu bildirib.

Enxbayar Elbeqdrojaya minimal fərqlə məğlub olduğunu vurğulayıb. Rəsmi nəticələr bu gün gün ərzində elan ediləcək.

Tsaxiaqiyna Elbeqdroja Monqolustanda kommunist rejiminin çökdürülməsinin əsas iştirakçılarından biridir. O, ölkənin təbii resurslarından daha effektiv istifadə etmək hesabına sadə insanların həyat səviyyəsini yüksəltməyə söz verib

İran adlanan yerdə \"Facebook\" saytına blok qoyuldu

Prezidentliyə namizədlərdən biri internetdə qızğın seçki kampaniyası aparırmış

İranda prezident seçkiləri ərəfəsində \"Facebook\" saytı blok olunub.
İranın İLNA agentliyinin mayın 24-də verdiyi məlumata görə, prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları \"Facebook\"-dan istifadə edərək, dəstəklədiyi namizədi təbliğ edirmişlər.
İLNA-nın məlumatına əsasən, Husəvinin 5200 tərəfdarı \"Facebook\"-da aktiv təbliğat aparırmışlar.
İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Hazırda dörd namizəd rəqabət aparır: hazırkı prezident Mahmud Əhmədinejad, sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi), eks-spiker Mehdi Kərrubi və İran İnqilabçılar Korpusunun sabiq rəhbəri Möhsün Rizayi (Mohsen Rezaee).

General Möhsün Rzayi: “Əgər mən prezident seçilsəm, İsraili milçək kimi bir şapalağa məhv edərəm”

RAN PREZİDENTLİYİNƏ NAMİZƏD İSRAİLİ HƏDƏLƏDİ

İranda prezidentliyə namizədlərdən biri, “Sepah” qüvvələrinin keçmiş komandanı, general Möhsün Rzayi İsraili “bir zərbə ilə məhv edə biləcəyini” deyib. General seçicilər qarşısında dünənki çıxışı zamanı deyib ki, əgər onu prezident seçsələr, İsraili milçək kimi bir şapalaqla məhv edəcək.

“Əgər mən prezident seçilsəm, sionist rejim bir daha İranı hədələmək cəsarətində olmayacaq. Mənim hökumətim xarici siyasətdən başı çıxdığı kimi raket və tankların da nə olduğunu yaxşı bilir. Mən bilirəm ki, İsrailin zəif nöqtəsi haradır, mən onu bir zərbə ilə yer üzündən silə bilərəm”- deyə M.Rzayi bildirib. Onun sözlərinə görə, İsrail və Amerikada yaxşı bilirlər ki, Rzayi kimdir və onu kimlər dəstəkləyir: “Mən sizi əmin edirəm ki, əgər hökumətdə bizimkilər olsa, İrana qarşı hədələr dərhal kəsiləcək”.
Qeyd edək ki, İranın indiki prezidenti Mahmud Əhmədinejad da İsrailin yer üzündən silinəcəyi haqda dəfələrlə bildirib. Lakin onun mühafizəkarlar düşərgəsindən olan rəqibi nümayiş etdirmək istəyir ki, İsrailə qarşı daha qətiyyətli olacaq.
İsrail mətbuatı isə Rzayinin sözlərini “uşaq lovğalığı” kimi şərh edib. Bu arada İranın müdafiə naziri Mustafa Məhəmməd Nəcar ölkənin Silahlı Qüvvələrinin yeni silah əldə etdiyini açıqlayıb. Bu silah 12 kilometr məsafəni vura bilən “Fəth” adlı 40 millimetrlik avtomatik topdur. Silah dəniz döyüşlərində hərbi gəmilərə qarşı effektli hesab olunur.
Amerikanın “Wall Street Journal” qəzetində dərc edilmiş məqalədə isə bildirilir ki, İsrail son bir neçə ildir İrana qarşı görünməyən müharibə aparıb və bu müharibədə böyük uğurlar əldə edib. Məqalə müəllifi, yəhudi jurnalist Ronen Berqman yazıb ki, “Mossad” tərəfindən aparılan bu müharibə nəticəsində İranın nüvə proqramları ciddi şəkildə əngəllənib. Məqalədə deyildiyinə görə, İran Silahlı Qüvvələri rəhbərlərinin uçduğu iki təyyarənin qəzaya uğraması, nüvə laboratoriyasındakı yanğın və İranın nüvə reaktoru üçün saxta materialın ötürülməsi bu müharibənin elementləri arasındadır.musavat

İSLAM KONFRANSI TƏŞKİLATI ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜNÜ PİSLƏYƏN ÜÇ QƏTNAMƏ QƏBUL EDİB

İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Suriyanın paytaxtı Dəməşqdə keçirilən 36-cı konfransında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair üç qətnamə qəbul olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, mayın 23-dən 25-dək keçirilən konfransın gündəliyində İKT ölkələrinin maraqlarını ifadə edən 80 məsələ, o cümlədən erməni təcavüzünə dair qətnamələr daxil edilib və qəbul olunub.

Qətnamələrdən biri Ermənistanın Azərbaycana qarşı təcavüzü, biri təcavüzlə əlaqədar Azərbaycana iqtisadi yardımın göstərilməsi, digəri ermənilərin işğal etdiyi ərazilərdə islam mədəni və tarixi abidələrinin məhvi haqqındadır.

Konfransda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Konfransın açılış mərasimində Suriya prezidenti Bəşər Əsəd iştirak edib.

Plenar iclasda E.Məmmədyarov erməni təcavüzü və onun nəticələri ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Konfransda hesabatla çıxış edən İKT baş katibi Ekmələddin İhsanoğlu Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin birmənalı mövqeyini aşıqlayıb, təcavüzü qətiyyətlə pislədiyini, erməni işğalçılarının dərhal və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının tələb olunduğunu vurğulayıb.
«Media forum»

İran adlanan yerin orta-mənzilli raket sınağı ABŞ Konqresində reaksiyaya səbəb olub

İran adlanan yerin bu yaxınlarda sınaqdan keçirdiyi raket İsrailə və Cənub-şərqi Avropaya çatmaq qabiliyyətinə malikdir. İran prezidenti Mahmud Əhmədinejad sınağın uğurlu keçdiyini bildirib.

Bu sınağı amerikalı rəsmilər də təsdiq edib. ABŞ müdafiə naziri Robert Geyts: ‘Raket təxminən 2000-2500 kilometr məsafəni vurmaq qabiliyyətinə malidir. Fikrimizcə mühərikdə yaşanan bəzi problemlər səbəbində azı sınağın hazırkı mərhələsində raketin hədəfə çatma qabiliyəti bir qədər az olub.’

Raket İsrailə, Cənub-Şərqi Avropaya və ABŞ-ın yaxın Şərqdəki bazalarına çata bilər. Ötən həftə Vaşinqtonda Birləşmiş Ştatlar prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Natanyahu nüvə ilə silahlanmış İrandan gələ biləcək təhlükələri müzakirə edib.

ABŞ Prezidenti deyib ki, ‘Mən inanıram ki, nüvə silahı əldə etmək İranın marağında deyil. Çünki bu, Yaxın Şərqdə nüvə silahları mübarizəsinə yol aça və regionda tam bir qeyri-stabilliyə gətirib çıxara bilər.’

İran bildirir ki, nüvə proqramı dinc mahiyyət daşıyır. Ancaq ekspertlər narahatdır ki, bu raket nüvə başlığı da daşıya bilər

İran daha əvvəl – keçən ilin noyabr ayında Sejil yer-yer raketini sınaqdan keçirmişdi. ABŞ İranı bu sınaqla BMT Təhlükəsizlik Şurasının Qətnaməsini pozmaqda ittiham edib.

ABŞ dövlət katibi Hillari Klinton bu yaxınlarda Senatın komitəsi qarşısındakı çıxışında deyib ki, Biz yenidən aktiv şəkildə bu hadisələri izləyir və İrana nümayiş etdirmək istəyirik ki, nüvə silahları onlar təhlükəsiz deyil, daha təhlükəli edəcək.

Obama administrasiyası deyir ki, son sınaq onları narahat edir, ancaq onlar Tehranı diplomatiya yoluna cəlb etmək istəyir. Buna baxmayaraq, administrasiyanın bildirdiyinə görə, ilin sonuna qədər inkişaf əldə edilməsə İrana daha ağır sanksiyalar tətbiq oluna bilər.voa

İRAN ADLANAN YERİN İSTANBUL KONSOLOSLUĞU ÖNÜNDE GÜNEY AZERBAYCAN PROTESTOSU

Bügün, 23 Mayıs 2009 Cumartesi günü, satt 15:00’da GÜNEY AZERBAYCAN BİRLİK KOMİTESİ-İstanbul’un düzenlediği ve Türk dünyasının farklı topluluklarından (Kuzey Azerbaycan, Türkiye, Doğu Türkistan, Ahıska Türkleri, İdil Tatarları, Kerkük Türkleri, Borçalı Türkleri vb) onlarca kişinin katılımıyla yaklaşık 80 kişilik bir topluluk İran İslam Cumhuriyeti’nin İstanbul başkonsolosluğu önünde 22 Mayıs 2006 Güney Azerbaycan Ayaklanması yıldönümü dolayısıyla bir miting gerçekleştirildi.

Düzenlenen etkinliğin amacı yayınlanan bildirilerde; Güney Azerbaycan Türklerine yapılan sosyal, kültürel, ekonomik ve mezhebi baskıların durdurulması, sivil ve barışçıl yöntemlerle kendi milli haklarını talep eden insanların tutuklanması ve ağır işkencelere maruz bırakılması, Güney Azerbaycan aydınlarının faili meçhul cinayetlere kurban gitmesi, Türklere karşı hakaretler, eritmeler, nüfus dengesinin bozulması gibi yollarla sistemli etnik temizlemeye tabi tutulması, Türkçe basın ve yayına uygulanan baskı ve yasaklamalar, yaklaşmakta olan İran Cumhurbaşkanlığı seçimlerinde Güney Azerbaycan temsilcisi ve eski Tebriz milletvekili Ekber A’lemi’nin son dönemde Güney Azerbaycan Milli Hareketi’ndeki etkili faaliyetlerinden ve yüksek oy potansiyelinden dolayı adaylığının rejim tarafından nedensizce reddedilmesi, eski Cumhurbaşkanı Hatemi’nin sözde uygarlıklar konuşması iddialarıyla çelişir bir şekilde Türklere karşı hakaret dolu son konuşmasına yönelik itiraz ve tepkilerini gündeme getirip kınamak şeklinde açıklandı...

Açılan pankartlarda son yıllarda Güney Azerbaycan Milli Mücadelesi uğruna şehit olanların, faili meçhul cinayetlere kurban giden Prof. Dr. Zehtabi ve Müh. Emani gibi aydınların tutuklananların fotoğrafları, rejim yöneticilerini kınama içerikli karikatürler ve Güney Azerbaycana uygulanan baskılar ve idam cezasının kaldırılması, insan hakları ihlallerinin durdurulması, tutukluların serbest bırakılması ve Türk diline resmi dil statüsünün verilmesi gibi talepler göze çarpmaktaydı.

Olaysız geçen mitingte şu sloganlarlara yer verildi:

Kahrolsun Fars Irkçılığı; Benim dilim ölen değil, başka dile dönen değil; Tebriz-Bakü-Ankara, Acem hara biz hara?; İran’da Türk dili yine resmi olmalı; Ne Mutlu Türk’üm diyene!; Ne mutlu Türk’üm diyebilene!; Türk Türk’e destek, bizimdir gelecek; Azerbaycan birdir, başkenti Tebriz’dir!; Azerbaycan gözdür, bebeği Tebriz’dir!; İran adında sömürgeye son!; İdam kalksın, işkence dursun!; Irkçı molla, sarığını kolla!; Alpertunga yenecek, Türk’ün devleti yine dönecek!; Türk eli ölmez, Acem’e çevirilmez! vs.

Benzeri aynı günde Ankara’da yapılan mitingte İran rejimine yönelik 8 maddelik bir bildiri okunup topluluk tarafından alkışlandı.

Güney Azerbaycan Birlik Komitesi (İstnbul)
azadtribun

22 may - Güney Azərbaycanın Milli Dirçəliş günü

Dünyanın ən qədim milətlərindan olan Azərbaycan türk millətinin çox zəngin dövlətçilik tarixi vardır. Bu tarix qəhrəmanlıq ənənələri, şərəfli, mürəkkəb, bə’zən də ziddiyyətli və faciəli hadisələrlə zəngindir.
Iran adlanan ölkədə islam pərdəsi altında hakimiyyətdə olan şovinist molla rejiminə qarşı 18 il ərzində milli kimlik üğrunda mübarizə aparan və bir millət olaraq bu milli mübarizəni kütləviləşdirən Azərbaycan türkü bəşəriyyətin tərəqqisinə xidmət edəcək demokratik dövlətdə yaşamaq arzusunu sivil mubarizə yolu ilə əldə etməyə çalışır.

Müasir XXI əsrdə irqçi fars rejimi bu haqlı mübarizəni hələ də silah gücü ilə yatırmağa çalışır. 22 may 2006-cı il tarixdə milli tələblər uğrunda başlanan kütləvi etirazlarda tətbiq olunan zorakılıqlar bu faktı bir daha sübut edir. Bu hadisədən üç il keçir və Azərbaycan türk milləti 22 may 2006-cı il milli qiyamında millətimizin göstərilmiş olduğu qəhrəmanlıqları yüksək dəyərləndirərək hər il may ayının 22-də bütün basqılara ramən milli istəklərini kütləvi şəkildə gündəmə gətirir və işğalçı fars rejiminə bildirir ki, bu millət öz haqlı istəklərində isrlarlıdır və milli haqlarını əldə edənə qədər müqəddəs mübarizəsini davam etdirəcək.
Güney Azərbaycan İstiqlal Partiyası bu tarixi günün Güney Azərbaycanın Milli Dirçəliş günü kimi qeyd olunmasını təklif edir. Çünki, Azərbaycanın milli mübarizə tarixinə daxil olan 22 May Azərbaycan türkünün müstəqillik uğrunda mübarizəyə qalxdığı gün – millətin Dirçəliş günü kimi həmişə şərəflə anılacaq.

Güney Azərbaycan İstiqlal Partiyası

23.05.09

Urmu Azad Bili yurdunda "HARAY HARAY MƏN TÜRKƏM" şuarı Səs lənib dir.(yeniləndi)

Bu gün Urmu Səma Azad Bili yurdunda Öyrəncilərin Təşəbusu iylə bir Etirazi Aksiya geçirilib.
GAİP muxbirinin urmu dan verdiği məlumata əsasən Bu aksıyanın başlanqıcından əvəl bəzi Öyrənci lər Universitənin Hərasəti tərəfindən çağırılıb və onlara huşdar verilib. bunlarla birlikdə Universitəni önündə Çoxlu sayıda Nizam intizam guvələri yerləşdirilib. onlar Motor və maşinla(eleganz) Universitənin Ətrafında gəzməyə məşqul olublar.

Aksiya Təbriz vaxtı iylə saat 10 da bu yoğun Əmniyəti Şərayit Altında başlayib.aksiyanın başlanqıcında Bir Öyrənci Fəal digər Öyrəncilərin tərəfindən Danışıq aparıb və Faşist Xatəminin Azərbaycan millətinə bi Namus deməsinə Öz etirazını dilə gətirib. Məlumata görə Aksiyanın dəvamında Öyrənci lər və Bili yurdunda ki digər Milli Fəal lar Haray Haray Mən Türkəm , Xatəmi Xəcalət Xəcalət və bunun kimi şuarlar səsləndiriblər.

Bu yığınacağın ikinci bölümündə bir Milli Fəal Universitə dəki Milli Fəal lari Təmsiylən Bİr danışıq Aparıb. Bu milli Fəal Öz danışığında 1385 Xurdad qiyamının Şəhidlərinin Xatirəsin Əzizliyib və o da öz Etirazın bu filme( Xatəminin Türkləri bi namus və gamaz adlandırmasına) Bildirib dır.

Milli Fəal lar Nəng olsun Xatəmiyə , Türk Dilində Mədrəsə Olmalıdır Hər kəsə və belnəçi Plakardlarla yazaraq Bu miting də Göclü şəkil də iştirak ediblər.

Bu Mitingin sonunda YA YA YA ŞA ŞA ŞA AZƏRBAYCAN ÇOX YAŞA və TÜRK DİLİNDƏ MƏDRƏS MƏDRƏSƏ şuarları səslənib və Bir Etirazi Bəyaniyə oxunaraq 1 saat dan sonra sona çatıb dır.

Vidio və Əlavə Şəkil lər Qısa zamanda Yayılacaqdır.

Aşağıda kı Şəkil lər Öyrencı sitəsindən alınıb dır.
gaip

PENTAQON İRANA QARŞI MÜHARİBƏ PLANINI TƏZƏLƏYİB

Amerika əsgərləri isə hələlik Bəhreyndə ərəb rəqslərinə tamaşa edir

ABŞ-ın Müdafiə Nazirliyi prezident Barak Obamanın tapşırığı ilə İrana qarşı mümkün hərbi əməliyyatlar planını yeniləyib. Bu barədə müdafiə naziri Robert Geyts bildirib. NBC telekanalında çıxışı zamanı Pentaqon rəhbəri deyib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlar variantını heç vaxt istisna etməyib. Lakin ABŞ bu mövqedədir ki, güc tətbiqi diplomatik vasitələrin nəticə verməyəcəyi halda mümkün ola bilər.
“Prezident müntəzəm olaraq İrana qarşı hərbi planların yenilənməsi haqda tapşırıq verir. Mən səlahiyyətli şəxs kimi deyə bilərəm ki, prezidentlə bizim dialoqumuz nəticəsində bu cür planlar yenilənib və bütün kartlar hazırda masa üzərindədir”- deyə R.Geyts bildirib.
Obama İranla dialoqun tərəfdarıdır və səlahiyyətlərinin icrasına başlayandan sonra Tehrana qarşı sərt mesajlar verməkdən çəkinib. ABŞ prezidenti İranla dialoqun bütün formalarından, o cümlədən prezident Mahmud Əhmədinejadla üzbəüz görüşlərdən də istifadə edilməsinə tərəfdardır. Bununla belə Obama ABŞ-ın əvvəlki prezidenti kimi İrana qarşı güc variantını istisna etmir. Bu günlərdə Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Obama deyib ki, ABŞ-ın İrana qarşı səbri hüdudsuz deyil və onlar diplomatik vasitələrin nəticə verməsini gözləyir. Əks halda ABŞ prezidenti ən azı İrana qarşı sanksiyaları sərtləşdirəcəyini bildirib.
Hazırda İran körfəzinin beynəlxalq sularında Amerikanın iki təyyarədaşıyan gəmisi növbə çəkir. Onlardan biri “Nimitz” ilk dəfə Yaxın Şərq limanlarından birinə yan alıb. Amerika mənbələrinin məlumatına görə, təyyarədaşıyan Bəhreyn limanında lövbər salıb və onun göyərtəsindəki minlərlə əsgər sahilə çıxıb. Bu, son 61 ildə baş verən ilk belə hadisədir. Bildirilir ki, Amerika təyyarədaşıyanında xidmət edən əsgərlərə bir neçə gün istirahət etmək, o cümlədən gecə klublarına getmək və ərəb rəqslərinə tamaşa etmək icazəsi verilib. Ekspertlərə görə, bu körfəzdəki Amerika qüvvələrində hazırlıq səviyyəsinin aşağı salınmasını göstərir. İran ətrafında gərginliyin davam etdiyi vaxtlarda körfəzdəki Amerika qüvvələrinə döyüş hazırlığı əmri verilmişdi.
F.Məmmədov
musavat

İranın siyasi və ideoloji mahiyyəti və Güney Azərbaycan Milli Hərəkatı

Elnur Eltürk Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinin yazısı

Hər bir xalq öz azadlıq uğrunda savaş apararsa o gec-tez haqqında sahib çıxacaqdır. Çünki,azadlıq gözəl nemətdir və bu nemətin ram edilməsi uğrunda əsrlərlədir ki, savaşlar gedir və gələcəkdə bu davam edəcəkdir.Əgər keçmişdə ox-kaman və orta əsr silahları ilə bu davam edirdisə,indi ki,vaxtda ağır silahlar və müasir texnoloji vasitələrlə bu siyasət həyata keçirilir.

Bu gün İran adlanan məmləkətdə türk milləti əzilməmək və assimiliyasi məruz qalmamaq üçün mücadilə aparırlar. Dövlət səviyyəsində aparılan bu siyasət,bu gün daha da aqressivləşib. Milli məsələrlə bağlı fikirlərə qənim kəsilən Tehran hər addım başı milli fəalları təqib edir və formalaşmaqda olan ziyalı təbəqəsini sıradan çıxartmaq üçün geniş fəaliyyətə keçib. Bu gün İranın ideoloji sistemi,beyin mərkəzləri tam gücü ilə milli düşüncəni məhv etməyə və irançılıq ideologiyası yaymaqla məşğul olsalarda amma milli hərəkat bu təbliğatların qarşısında əzilmir,milli hərəkat yüksələn mərhələ ilə inkişaf etməkdədir. Artıq hərəkat Milli məfkürənin müdafiəsi mərhələsindən,siyasi mərhələyə keçməkdədir.

Sevindirici hall ondan ibarətdir ki,daxildə və xaricdə olan milli qüvvələrin arasında güclü harmoniya olmaqdadır.Əvvəllər biz bunu zəif görsəkdə, ancaq hal hazırda proseslərin özündə bir təmərküzləşmə görünməkdədir.

Çox maraqlıdır zorun üzərində qurulan bir ölkə nə vaxta kimi bu siyasəti davam etdirəcəkdir. Əgər İranın dövlətçilik fəlsəfəsinin kökündə dini konfessiyalar üzərində qurulmuş bir ana bir xətt dayanırsa və dini ideyaları anayasanın əsas müddəaları kimi götürübsə, İslamın müqəddəs kitabı sayılan “Qurani-Kərimi” incələdikdə orada toplumların(qövmlərin) haqqının verilməməsi və insanların milli istismarı üçün heç bir ayə yoxdur.

Bu gün iranın dini rəhbərləri dinin siyasəşdirib öz maraqları çərçivəsində idarə edirlərsə bu artıq başqa şeydir. Dinlə siyasətin bir arada olması və çulğalaşmış formada idarə olunması mümkün deyil. Bunu ən azı Osmanlı imperiyası sübut etdi. Heç Osmanlı imperiyası da öz idarəçilik sistmenin prinsip etibarı ilə zorakılıq və xalqların istismarı sistemi ilə idarə etmirdi. Amma tarixin dərs verən üzlərindən biridə odur ki, dövlətçilik fəlsəfəsinin əsas kökündə zorakılıq durursa,o dövlət uzun ömürlü ola bilməz.

Tarixin gedişatıda təsdiq edir ki,inqilab öz övladlarını yeyir (Jan Robespyer) Bir vaxtlar İranda dini dövlətin formalaşmasını istəyən qüvvələr bu gün artıq özləri qurduqları və hakimiyyətə gətirdikləri siyasi qüvvələrə qarşı çıxırlar. İranın tanınmış siyasətçilərdən olan azərbaycan türkü, Əkbər Ələmi artıq özü etiraf edir ki,şaha qarşı çıxdığına görə peşimandır.Mənim dayağım Azərbaycandır və mənim ana dilimi farslaşdırmaq istəyirlər və s sözlərini dilə gətirir və iranın siyasi sisteminin düzgün qurulmadığını etiraf edir.

Bu gün onun etiraf etməsi Güney Azərbaycanda Milli Azadlıq Hərəkatına böyük təsir. Maraqlı olan amillərdən biridə Ələminin simasında belə bir fikir ortaya çıxır ki,deməli güneydə aparılan savaş məntiqli və strateji baxımından düzgün hesablanan bir hərəkatdır. Çünki,Iran rejiminin qurulmasında xidmət olan bir insanın bunu etiraf etməsi,artıq iran rejiminin çürüdüyünü və belə bir sistemlə dövləti sona kimi saxlamaq mümkün olmayacaqdır. Gələcəkdə İranda baş verəcək inqilabi dəyişiklərdə və ya güclü siyasi təlatümlərdə azərbaycan türkləri öz haqqlarını alacaqlar. İran rejimi Ələmi kimi xalqımızın haqqını müdafəi edən insanları nə qədər məhv etsədə və ya başqa adlarla onları sıradan çıxartsada amma milli hərəkatın nüvəsi daha da güclüdür.

Xüsusi ilə hərəkatın məvh edilməməsinin əsaslarından biridə və İran siyasətçilərinin dərk edə bilmədiyi ən böyük amilli hərəkat öz nüvəsini və mayasını haradan götürürür. Bunun sadə bir cavabı var. Min illər boyu formalaşmış və nəsillərdən nəsilə ötürürülən xalqın milli ruhundadır. Çünki,türk toplumu tarixin əsasətində yaşayan bir vaxtları olub,amma türkçülüyün böyük ideoloqlarında olan Əli bəy Hüseynzadənin sözləri desək “Türkdən qul olmaz” ifadəsi türkün yaşam tərzinə yaddır. Bax İran siyasətçiləri bunu dərk edə bilmirlər.

Urmu Aksiyalarında Videolar

Urmunun dünən və bu gün kı Etiraz aksiyaların burdan İzləyin.

http://www.gaip.biz/index.php?option=com_content&task=view&id=1755&Itemid=1