azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

Mübariz Əhmədoğlu: “Moskva Bəyannaməsində ermənilərin xeyrinə bir dənə də bənd yoxdur”

Mübariz Əhmədoğlu: “Moskva Bəyannaməsində ermənilərin xeyrinə bir dənə də bənd yoxdur”


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib.

Lent.az-ın xəbərinə görə, M.Əhmədoğlu deyib ki, Azərbaycan indiyədək informasiya müharibəsində Ermənistana uduzmayıb, bundan sonra da uduzmaması lazımdır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvada imzalanmış Bəyannamədə ermənilərin xeyrinə bir dənə də olsun bənd yoxdur. Politoloq bildirib ki, sənədə görə bundan sonra münaqişə ilə bağlı danışıqları iki tərəf – Azərbaycan Ermənistan aparacaq: “Sənədə görə Dağlıq Qarabağ tərəf kimi tanınmayacaq”. M.Əhmədoğlunun fikrincə, Azərbaycanın güclənməsi və apardığı siyasət erməniləri ciddi səhvlər buraxmağa vadar edir.

M.Əhmədoğlu deyib ki, ABŞ Rusiyanı sıradan çıxarmaq üçün hətta İranla barışmağa hazırdır. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda apardığı siyasət sağlam siyasətdir.

Pərvin ABBASOV

Səid Muğanlının şəhid Qulamrza Əmani üçün dustaqdan yolladığı yazı

Oooy qardaşım, şəhid qardaşım, oooy
Səid Muğanlının şəhid Qulamrza Əmani üçün dustaqdan yolladığı yazı


Hey bəylər, ağalar, bu Əmanidir! Eşqiniz qədər dustaq çəkdi və eşqiniz qədər öldü, şəhid oldu, şəhid olundu... Terror şəlpəsi ilə bələmişlər səni indi və biz ölənə kimi Türküz deyə, səni deyə ağlayırıq və mənim gözlərim dustaqda azadlığa ağlayır, sənə ağlayır. Hanı sənlə çiyin-çiyinə yaşadığım o masmavi türk günlərimiz?! Yaman ayırdılar bizi, qardaş... Mən dustaqdayam və sən terror şəlpəsinə bələnərək, ana torpaq qucağına qoyulursan bu gün... Qıynağımızda siçana bənzərləri boğduğumuz günlər hanı, qartal qardaşım?! Uçdun qartal qüruru ilə; mən uçdum, dağlar uçdu. İndi rahat ol, qardaş. Daha vətən uğrunda çırpınan o məzlum ürək susdu. Gövdəsi səngərə dönən Əmani qardaşım susdu. Amma yox... Sən daha artıq dirilirsən düşüncələrimizdə…

Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,

Biz vətən naminə ölsək, dirilərdən diriyik.

Beş il çəkdiyin dustağın bir faizini çəkərək dərdlərini düşünürəm. Sən bu nəslə umud verdin. Dərdlərini köksündə basdırıb öyüdlərini beynimizə tapşırdın. Necə qan ağlamayım bu dərddən indi?! Necə yanmayım axı?! Yalnız özünə yaraşar başsağlığı.

Sənə öz ölümünü başsağlığı verirəm, qardaş. Rahat yat, ömür boyu “can-can” dediyin ana torpağın qucağında. Partlayıram, amma yolunu itirməyəcəyəm. Hey bəylər, ağalar, bu Əmanidir! Eşqiniz qədər dustaq çəkdi və eşqiniz qədər öldü, şəhid oldu, şəhid olundu. Şəhid Əmaninin diriliyini düşünməyənlər barı ölümünü düşünələr keşkə…

Canı ölkəm diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Edəməz tərk Əmani səri-kuyun dostun,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

Rusiyalı skinhedlər 8 azərbaycanlını qətlə yetiriblər

Rusiyalı skinhedlər 8 azərbaycanlını qətlə yetiriblər


Hüquq müdafiəçiləri 2008-ci ilin acı statistikasını açıqladılar

Bu il Rusiyada ksenofobiya zəminində 100-dən çox adam öldürülüb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, öldürülənlər arasında ən azı 8 azərbaycanlı da var.

İnsan haqları üzrə Moskva bürosunun direktoru Aleksandr Brod 2008-ci ilin yanvarından oktyabrına qədər ksenofobiya zəminində ən azı 254 hücum faktı qeydə alındığını bildirib: “Nəticədə 113 nəfər öldürülüb, ən azı 340 nəfər xəsarət alıb. Ötən illə müqayisədə ölümlə nəticələnən hücumların xeyli artdığını söyləmək mümkündür. Artıq ölən və yaralananların sayı 2007-ci il səviyyəsindən 1,5 dəfə çoxdur”.

Brod irqi və dini ayrı-seçkilik zəminində daha çox Moskva şəhərində və Moskva vilayətində (48 nəfər öldürülüb, 162 nəfər yaralanıb), Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində (19 nəfər öldürülüb, 36 nəfər yaralanıb) və Sverdlovsk vilayətində (6 nəfər öldürülüb, 8 nəfər yaralanıb) hücumların qeydə alındığını bildirib: “Təkcə oktyabr ayında ksenofobiya zəminində 15 hücum faktı qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 18 nəfər yaralanıb”.

Hüquq müdafiəçisi qeyd edib ki, 2008-ci ildə daha çox özbəklərə (17 nəfər öldürülüb, 22 nəfər yaralanıb), qırğızlara (10 nəfər öldürülüb, 5 nəfər yaralanıb), taciklərə (9 nəfər öldürülüb, 35 nəfər yaralanıb), ruslara (8 nəfər öldürülüb, 34 nəfər yaralanıb), azərbaycanlılara (8 nəfər öldürülüb, 23 nəfər yaralanıb) və ermənilərə (4 nəfər öldürülüb, 3 nəfər yaralanıb) hücum qeydə alınıb. Brod onu da vurğulayıb ki, Rusiyada 70 min skinhed və müxtəlif radikal təşkilatların aktiv üzvü var.

LENT.AZ

YAQUB MƏMMƏDOV TEHRAN KOMMUNİKESİNİ XATIRLATDI: «ÇOX ARZU EDƏRDİM Kİ, MOSKVA BƏYANNAMƏSİNİN AQİBƏTİ ONA BƏNZƏMƏSİN»

YAQUB MƏMMƏDOV TEHRAN KOMMUNİKESİNİ XATIRLATDI: «ÇOX ARZU EDƏRDİM Kİ, MOSKVA BƏYANNAMƏSİNİN AQİBƏTİ ONA BƏNZƏMƏSİN»


«Media forum» saytı 1992-ci ilin mart-may aylarında Azərbaycan parlamentinin sədri kimi prezident səlahiyyətlərini gerçəkləşdirmiş, həmin il mayın 7-də Tehranda Ermənistanın dövlət başçısı ilə görüşərək kommunike imzalamış Yaqub Məmmədovun Moskva bəyannaməsinə münasibətini öyrənib.

Hazırda Tibb Universitetinin professoru kimi elmi-pedaqoji işlə məşğul olan Y.Məmmədov 16 il əvvəl qol çəkdiyi kommunikenin üzərində də dayanıb.

- Siz noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladığı Moskva bəyannaməsi haqda nə deyərdiniz? Axır 16 ildə dövlət başçıları səviyyəsində belə bir sənəd imzalanmamışdı...


- Qoy bu sənədin ömrü uzun olsun, o, Qarabağ probleminin həllinə yardım etsin. 1992-ci il mayın 7-də Azərbaycan hakimiyyəti adından mən Tehranda İran və Ermənistan prezidentlərinin işitrakı ilə oxşar bir sənəd imzalamışdım. Təəssüf ki, o sənəd elə kağız üzərində qaldı. Çox arzu edərdim ki, Moskva bəyannaməsinin aqibəti ona bənzəməsin.

Moskva bəyannaməsini yüksək qiymətləndirirəm. Nəhayət, prezidentlər birgə sənəd imzaladılar. Amma bu sənədin imzalanması o demək deyil ki, Qarabağ problemi həll olunub. Qabaqda çox böyük yolu keçmək lazımdır, çox prosesləri dəf etmək lazımdır. Əgər hər iki ölkənin rəhbərliyi, eləcə də Minsk qrupuna həmsədrlik edən üç böyük dövlət danışıqları həqiqi mənada problemin həlli istiqamətində aparsalar, müsbət nəticə əldə etmək olar.

- Prezidentlərin Moskva görüşünü yeni mərhələnin başlanması hesab etmək olarmı?

- Hər halda belə bir sənədin imzalanması faktdır ki, Rusiya sülhdə maraqlı tərəf kimi çıxış edir. Hələ o dövrlərdə, mən prezident səlahiyyətlərini icra edən zaman demişdim, ötən dövr də sübut etdi ki, Rusiyanın mövqeyi Qarabağ probleminin həllində əsasdır. Rusiya prezidentinin təşəbbüsü ilə belə bir bəyannamənin imzalanması göstərir ki, Moskva Qarabağ probleminin həllində maraqlı tərəf kimi özünü göstərir. Çox istərdim ki, doğrudan da belə olsun.

- 1992-ci ildə sizin imzaladığınız Tehran kommunikesindən uzun müddət keçir. O kommunike ilə bu bəyannaməni necə müqayisə edərdiniz?

- Həmin dövr mürəkkəb dövr idi, hələ onda dava Dağlıq Qarabağın ərazisində gedirdi, hələ azərbaycanlılar bu bölgədən bütünlüklə qaçqın düşməmişdi, ətraf rayonlar işğal edilməmişdi. Müstəqillik təzə əldə olunmuşdu deyə böyük dövlətlərin burada maraqları təmin olunmamışdı. O dövr tamam başqa bir dövr idi, onu bu dövrlə müqayisə etmək olmaz.

Digər tərəfdən, o dövrdə imzalanan sənəddə də hər üç ölkənin rəhbərləri öz siyasi iradələrini ortaya qoyub qərara gəlmişdi ki, Qarabağ problemi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunsun. O dövrdə həm Ermənistanda, həm də Azərbaycanda məsələnin bu cür həll olunmasını istəməyən qüvvələr var idi. Bilirsiniz ki, o illərdə hakimiyyət uğrunda amansız mübarizə gedirdi, Ayaz Mütəllibovun istefasından sonra seçkilər elan olunmuşdu, prezident seçilməmişdi. Hakimiyyətə can atan qüvvələr bütün vasitələrdən istifadə edirdilər.

O dövrdə danışıqların əvvəlki mərhələlərində Rusiyanın xarici işlər nazirləri və onun nümayəndələri iştirak edirdilər, amma Tehran görüşünə onların nümayəndələri gəlmədi. Bu fakt göstərir ki, Rusiya məsələnin sülh istiqamətində inkişafında, həllində maraqlı deyildi. O biri tərəfdən, digər ölkələr, xüsusilə Qərb ölkələri İranın vasitəçiliyinə, Qarabağ münaqişəsinin İranın vasitəsilə həllinə qısqanclıqla yanaşırdılar. Görürsünüz ki, necə bir mürəkkəb vəziyyət yaranmışdı.

Ermənistan prezidenti Levon Ter-Petrosyan mənimlə telefon danışıqlarında da, Tehrandakı ikitərəfli danışıqlarımızda etiraf edirdi ki, Dağlıq Qarabağda olan separatçı qüvvələr, hərbi proseslərə rəhbərlik edənlər çox hallarda Ermənistan rəhbərliyinə tabe olmurlar. Şuşanın işğalı da həm xaricdən onları dəstəkləyənlərin təhriki ilə, həm də separatçıların öz istəyi ilə həyata keçirildi. Təəssüf ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparanlar bu prosesin o istiqamətdə inkişaf etməsinə əlverişli şərait yaratdılar. Hamı bir yumruq kimi birləşib ümumi düşmənə qarşı mübarizə aparmaq əvəzinə hakimiyyət uğrunda mübarizə apardı, nəticədə Şuşa işğal olundu, arxasınca da Laçın getdi. O vaxt başqa dövr idi, indi başqa dövr.

İndi məsələnin siyasi müstəvidə həll olunması üçün imkanlar böyükdür. Ermənistanın uzun illər blokadada olması onun iqtisadiyyatına mənfi təsir göstərir, o bir çıxış yolu aramalıdır. Rusiyaya gəlincə, əgər Gürcüstanda baş verən hadisələr Azərbaycanda da təkrarlansa, bu, Moskvanın Cənubi Qafqazda imicinə böyük zərbə ola bilər. Kreml də məsələnin danışıq yolu ilə həllində maraqlıdır. Qərb ölkələrinin də öz maraqları var. Üst-üstə düşən maraqları nəzərə alsaq, Dağlıq Qarabağ məsələsinin həll olunması üçün münbit şərait var.

- Necə hesab edirsiniz, sülh danışıqlarının gedişatında Minsk qrupunun vasitəçiliyindən istifadə etmək lazımdır, yoxsa elə tək Rusiyanı vasitəçi kimi tanımaq bəsdir?

- Sözsüz ki, indiki şəraitdə Minsk qrupunun vasitəçiliyindən imtina etmək lazım deyil. Əgər Minsk qrupundan imtina edilərsə, danışıqlar prosesi pozular. Çünki Minsk qrupundakı başqa ölkələrin, o cümlədən həmsədrlər ABŞ və Fransanın da bu regionda öz təsir mexanizmləri var. Müəyyən rıçaqlar var ki, onlar həm separatçılara, həm Ermənistan rəhbərliyinə təsir göstərə bilərlər. Həm də bizim özümüzdə də müəyyən proseslər gedər ki, məsələnin həllinə mənfi təsir göstərər. Minsk qrupunun vasitəçiliyini saxlamaq lazımdır. O bəyannamədə də xüsusi vurğulanır ki, danışıqlar Minsk qrupunun vasitəçiliyi ilə davam etdirilsin.


«Media forum»

İmadəddin Nəsimi Suriyada yad ediləcək

İmadəddin Nəsimi Suriyada yad ediləcək

Bu məqsədlə noyabr ayının 10-dan 17-dək Azərbaycan nümayəndə heyəti Suriya Ərəb Respublikasında səfərdə olacaq
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 640 illik yubileyi ərəfəsində Prezidenti İlham Əliyevin tapşırığı ilə Nəsiminin dəfn olunduğu Suriyanın Hələb şəhərində və paytaxt Dəməşqdə tədbirlər keçiriləcək. Bu məqsədlə noyabr ayının 10-dan 17-dək Azərbaycan nümayəndə heyəti Suriya Ərəb Respublikasında səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Suriya alimlərinin iştirakı ilə Nəsiminin yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçiriləcək. Elmi konfransda Azərbaycan alimləri akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, professor Qəzənfər Paşayev, filologiya elmləri namizədi Səadət Şıxıyeva məruzələrlə çıxış edəcəklər.
Elmi konfransda iştirak etmək və Nəsiminin məqbərəsinin bərpası və yenidən qurulması ilə bağlı təklifləri hazırlamaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Mədəni irs şöbəsinin sektor müdiri Telman Kərimli, “Mədəni irsin qorunması, tədqiqatı və monitorinq mərkəzi” MMC-nin baş direktoru Rüstəm Muxtarov da Suriyaya ezam ediləcəklər.
Nümayəndə heyətinin Hələb Quberniyasının, Suriyanın Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə, habelə Nəsiminin məqbərəsinin baxıcısı, Nəsiminin ulu kötükcəsi Məhəmməd Nəsimi ilə görüşləri planlaşdırılır.
Nümayəndə heyətinin Suriya Yazıçılar İttifaqında, Milli Ensiklopediyada və Milli Muzeydə də görüşləri olacaq./ANSPRESS/

KEÇMİŞ GÜNEYLİ DEPUTAT PARLAMENTƏ DAXİLİ İŞLƏR NAZİRİ İLƏ YANAŞI PREZİDENTİ DƏ ÇAĞIRMAĞI TƏLƏB EDİR

KEÇMİŞ GÜNEYLİ DEPUTAT PARLAMENTƏ DAXİLİ İŞLƏR NAZİRİ İLƏ YANAŞI PREZİDENTİ DƏ ÇAĞIRMAĞI TƏLƏB EDİR


Əkbər Ələmi


Noyabrın 3-də azərbaycanlı keçmiş deputat Əkbər Ələmi daxili işlər naziri Əli Kürdanın parlamentdə dindirilməsi tələblərinə münasibət açıqlayıb. Şəxsi saytında bu haqda yazı yerləşdirən keçmiş deputat daxili işlər naziri ilə yanaşı onu himayə edən İran prezidenti Mahmud Əhmədinejadın da parlamentdə dindirilməsi tələbini irəli sürüb.

Daxili işlər naziri Ə.Kürdan İran parlamentində bu gün dindiriləcək. Ə.Kürdanı parlamentə saxta doktorluq dərəcəsi qalmaqalına görə çağırıblar. Deputatlar ictimaiyyəti aldadaraq özünü Oksford Universitetinin fəxri doktoru kimi təqdim etmiş nazirin istefası tələbini qoyurlar.

«Media forum» saytının məlumatına görə, Ə.Ələmi beynəlxalq səviyyədə parlamentin və ölkənin imicinə xələl gətirməsinə baxmayaraq daxili işlər nazirini canfəşanlıqla himayəyə alan prezident Mahmud Əhmədinejadı tənqid edib: «Hər hansı fitnə-fəsad və qanunsuzluğa qarşı mübarizə apardığını car çəkən prezident Kürdana dəstək verməkdə israr edir. O hətta bu dindirilmənin qanunsuz olduğunu deyir. Həqiqət bundan ibarətdir ki, Əhmədinejad yalnız 100 faiz ona tabe olan və onun itaətində olan şəxsləri işə cəlb edir və belə bir seçim sisteminə rəvac verir».

Ə.Ələmi Əhmədinejadın başında durduğu icraedici hakimiyyəti tənəzzülə uğratdığını da vurğulayıb: «Əhmədinejad hədsiz eqoistliyi ilə başında durduğu icraedici hakimiyyətin tənəzzülə uğramasına səbəb olub. Onun bu hərəkəti parlament və xalq deputatlarının imicinə də xələl gətirib. Əgər mən indi deputat olsaydım, daxili işlərlə yanaşı onu himayə edən ölkə prezidentini də dindirmək üçün parlamentə çağırardım».

Bir müddət bundan əvvəl 2009-cu ilin yayında keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlamış Ə.Ələmi siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. Daxili İşlər Nazirliyində bir neçə idarədə rəis müavini olub. İki dəfə İran parlamentinin deputatı seçilib.




«Media forum»

«İÇƏRİŞƏHƏR» BU AY İSTİFADAYƏ VERİLƏCƏK. STANSİYANIN PİRAMİDASI GÖRÜNMƏYƏ BAŞLAYIB

«İÇƏRİŞƏHƏR» BU AY İSTİFADAYƏ VERİLƏCƏK. STANSİYANIN PİRAMİDASI GÖRÜNMƏYƏ BAŞLAYIB



«İçərişəhər» stansiyası noyabr ayının axırında istifadəyə veriləcək. Məlumatı «Media forum» saytına Bakı Metropoliten İdarəsinin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulov verib.

Onun sözlərinə görə, hazırda aşağı vestibüldə mərmər döşənməsinin 60-70 faizi işi görülüb: «Vestibülün tavanı artıq hazırdır. Stansiyanın girişində piramida artıq görünür. Bu həftə piramidanın quraşdırılmasının metal hissəsi bitir və gələn həftə şüşələrin quraşdırılmasına başlanır».

A.Rəsulov bildirib ki, unikal konstruksiya olduğundan onun quraşdırılmasında tez-tez problemlərlə qarşılaşırlar: «Əsas problem materialların Bakıya çatdırılması ilə bağlı idi, hazırda bütün hissələr işçilərə çatdırılıb».

«İçərişəhər»də təmir-tikinti işləri 2007-ci ilin payızından başlayıb. Bir müddət sonra bununla əlaqədar stansiyanın işi məhdudlaşdırılıb. 2008-ci ilin aprel ayında stansiyaya giriş-çıxış 10 günlüyə dayandırılıb. İyulun 5-dən giriş-çıxış yenə bağlı elan olunub.

Stansiyanın sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Piramidanın tikilməsi üçün lazım olan dəmir hissələrin Poti limanında qalması «İçərişəhər» metrostansiyasının giriş hissəsinin tikintisini xeyli yubadıb. Yüklərin limandan keçərək gətirilməsinə Gürcüstan-Rusiya münasibətlərinin pozulması səbəb olmuşdu.

Dövlət büdcəsindən stansiyanın yenidən qurulması üçün 8 milyon manat ayrılıb. Tikinti işini İsrailin «Qadiş Deviç İnternəşnl» şirkəti aparır.




«Media forum»

TEHRANIN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ BƏYANAT YAYARAQ İRAN HAKİMİYYƏTİNİ FAŞİST REJİMİ ADLANDIRIB

TEHRANIN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ BƏYANAT YAYARAQ İRAN HAKİMİYYƏTİNİ FAŞİST REJİMİ ADLANDIRIB


Tehranın Əllamə Təbatəbai Universitetinin azərbaycanlı tələbələri paytaxtın Evin həbsxanasının 209-cu korpusunda saxlanan 4 azərbaycanlı fəalın aclıq aksiyasına başlaması barədə bəyanat yayaraq onları müdafiə edib.

Sentyabrın 10-da Tehranda güneyli fəal Səyyad Məhəmmədiyanın verdiyi iftar qonaqlığında 20-yə yaxın azərbaycanlı fəalla birlikdə tutularaq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, şair Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Həsən Raşedi və jurnalist Səid Məhəmmədi (Muğanlı) həbsxanada məruz qaldıqları psixi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq bir həftədən çoxdur aclıq aksiyasına başlayıblar.

«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «Uzun illərdir həmvətənlərimizin ardıcıl həbs edilərək işgəncələrə məruz qalması xəbərlərinə öyrəşmişik. Lakin indi bu faşist rejimi işi elə bir yerə çatdırıb ki, bu dörd fəalın həbsindən 50 gün keçməsinə baxmayaraq hökumətin heç bir qurumu onların ağır vəziyyəti ilə bağlı məsuliyyət götürmür və onların həbsinin səbəbi barədə izahat vermir».

Bəyanatda fəalların həbsdə saxlanmasının Azərbaycan xalqının narahatlığına səbəb olduğu vurğulanır: «Bu fəallar qanunsuz həbsə və saxlandıqları qeyri-insani ağır şəraitə etiraz əlaməti olaraq aclığa başlayıblar. Azərbaycanlı tələbələr olaraq milli kimlik uğrunda dinc fəaliyyət aparan fəallara qarşı həyata keçirilən bu kimi terrorçu hərəkətləri məhkum edir, bunun sonrakı xoşagəlməz nəticələri qarşısında məhz mövcud totalitar islam respublikasının məsuliyyət daşıdığını bildiririk. Biz həbsdə saxlanan bütün azərbaycanlı məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik».




«Media forum»

Rusiya hərbi kəşfiyyatı Qafqazı nəzarətdə saxlayır

Rusiya hərbi kəşfiyyatı Qafqazı nəzarətdə saxlayır



Moskva – APA. “Hərbi kəşfiyyat Rusiyanın qarşılaşdığı yeni təhlükə və çağırışlara preventiv reaksiya potensialının gücləndirilməsinə, eləcə də dünyadakı hərbi-siyasi və hərbi-strateji vəziyyətin qiymətləndirilməsinə xüsusi diqqət yetirir. Bu, ABŞ-ın Polşa və Çexiyada raket hücumundan müdafiə sistemi elementlərini yerləşdirməsi planının həyata keçirilməsini, Qafqazdakı, xüsusən Gürcüstanın təcavüzkar siyasəti ilə bağlı Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyəti, ABŞ-la NATO-nun Ukrayna ilə Gürcüstanı alyansa cəlb etmə cəhdləri və Rusiyanın milli təhlükəsizliyinə dəxli olan digər məsələləri izləməyi özündə ehtiva edir”. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri noyabrın 5-də qeyd olunacaq hərbi kəşfiyyatın 90 illiyi münasibətilə verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, ordu generalı Valentin Korabelnikov deyib. O bildirib ki, bu və digər vəzifələr hərbi kəşfiyyatın bütün ehtiyatlarından istifadə etməklə həll olunur və olunacaq. V. Korabelnikov hərbi kəşfiyyatın Rusiyanın milli və hərbi təhlükəsizliyi sistemində önəmli yer tutduğunu, həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərərək ölkənin strateji maraqlarının müdafiəsində qüdrətli bir alət olduğunu vurğulayıb: “Bizim əsas vəzifəmiz Rusiyanın milli təhlükəsizliyinə olan təhdidlərin vaxtında dəf edilməsi üçün ölkə rəhbərliyinə dəqiq informasiyalar məruzə etməkdir”.
Ordu generalının sözlərinə görə, hazırda beynəlxalq terrorçuluqdan, kütləvi qırğın silahlarının, onların hissələrinin, raket və raket texnologiyalarının yayılması cəhdlərindən, narkotik maddələrin dövriyyəsinin artmasından qaynaqlanan təhdidlər gücləndiyindən hərbi kəşfiyyatın da rolu artıb: “Bu təhlükələrə qarşı mübarizədə bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirik, terrorçuların plan və niyyətlərini, bazalarının, təlim mərkəzlərinin yerini, yaraqlıların, silahların, narkotiklərin və pul vəsaitlərinin hansı kanallarla göndərildiyini öyrənmək məqsədilə kəşfiyyat məlumatlarının mübadiləsinin həyata keçiririk”.
Ancaq Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiyanın ABŞ-ın köməyi ilə hazırlanmış gürcü qoşunlarını darmadağın etməsindən sonra Vaşinqton Moskva ilə münasibətləri gərginləşdirmək kursu seçdiyi üçün Baş Kəşfiyyat İdarəsi və ABŞ xüsusi xidmət orqanları arasında əməkdaşlıq “dondurulub”. apa

Fars rejimi kürd jurnallarının nəşrinə yardım göstərir

Fars rejimi kürd jurnallarının nəşrinə yardım göstərir

Əvəzində Azərbaycan türkcəsində nəşr olunan dərgilər qapadılır
Son günlərdə fars şovinist rejimi Azərbaycan türkcəsində nəşr olunan dərgiləri qapadır. Belə ki, Güney Azərbaycanın Zəncan şəhərində "Kimlik və "Yoldaş" jurnalları bağlandıqdan sonar demək olar Azərbaycan türkcəsində çap olunan bütün dərgilər bağlanmaq məcburiyyətində qalıb. "BayBak"ın məlumatına görə, hazırda Azərbaycan türklərinin yalnız fars dilində nəşr etdirdiyi jurnalların nəşrinə imkan verilir.

Turqut

Azərbaycan türkcəsində nəşrə icazə verməyən fars şovinist rejimi son günlərdə kürd dilində yayılan "Rojelat" dərgisinin yenidən çapına şərait yaradıb. Bu dərgi kürd dilində buraxılır və üç il öncə İranda hakimiyyət əleyhinə çalışdığına görə qapadılmışdı. Bu dərgi kürdlük və kürd millətinin birləşməsinə çalışır. Dərgi xüsusilə Güney Azərbaycanın qərb bölgələrində və Kürdüstan əyalətinin inzibati ərazisinə daxil edilmiş Azərbaycan şəhərlərində daha geniş şəkildə yayılmaqdadır. Hətta jurnalın paylanmasına İranın məmurları yardım edirlər. Qeyd edək ki, son zamanlarda fars şovinistləri Güney Azərbaycanda kürd problemini daha da qabartmaq üçün onlara bəzi şeyləri güzəştlərə getməli olublar. Kürdlərin ətrafa yayılmasına, terrorçuluğuna və qaçaqmalçılığına bilərək göz yuman fars şovinistləri son günlərdə kürd mədəniyyətinin tanıtdırılması üçün müəyyən işlər görməyə də başlayıblar.

İranda 5 azərbaycanlı dustağın həyatı təhlükədədir

İranda 5 azərbaycanlı dustağın həyatı təhlükədədir


44 gündür aclıq edən məhbusların vəziyyəti ağırlaşıb

Urmiya Mərkəzi Həbsxanasında 44 gündür aclıq aksiyası keçirən «Əlallahı» (əhli-həqq, ələvi) təriqətindən olan 5 azərbaycanlı məhbusun həyatı ciddi təhlükə qarşısındadır.

APA-nın məlumatına görə, Güney Azərbaycan Milli Hərəkatı aclıq aksiyası keçirən Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağayaninin aclığın nəticəsi olaraq oktyabrın 29-dan qan qusmağa başladıqlarını açıqlayıb. Məhbusların ciddi müalicəyə ehtiyacı olsa da, həbsxana rəhbərliyi onlara tibbi yardım göstərilməsini əngəlləyir.
bizimyol

3 Kasım 2008 Pazartesi

HİKMƏT HACIZADƏ: «BƏYANNAMƏNİ ELƏ DƏ OXUYURSAN, BELƏ DƏ OXUYURSAN, BAŞA DÜŞMÜRSƏN BU NƏDİR

HİKMƏT HACIZADƏ: «BƏYANNAMƏNİ ELƏ DƏ OXUYURSAN, BELƏ DƏ OXUYURSAN, BAŞA DÜŞMÜRSƏN BU NƏDİR


Politoloq Hikmət Hacızadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə yönəlik Moskva bəyannaməsində yeni heç nə olmadığı fikrindədir: «Bəyannaməni elə də oxuyursan, belə də oxuyursan, başa düşmürsən bu nədir və nəyə lazım idi».


Hikmət
Hacızadə



«Media forum» saytına açıqlamasında H.Hacızadə üç dövlət başçısının Moskva görüşünün mahiyyətini belə izah edib: «Bu görüş Vaşinqtonla Moskva arasında Gürcüstan konfliktinin Qarabağa qədər genişləndirilməsindən doğan narahatçılığı göstərir. Moskva görüşü ona görə baş tutdu ki, nə ABŞ, nədə Rusiya Qarabağda müharibə istəyir. Hər iki ölkə sülh danışıqlarının indiki formatda - ATƏT-in Minsk qrupu çərçivəsində davam etməsində maraqlıdır.

Gürcüstanda bu ilin avqustunda baş verən qısamüddətli dava həm regiona, həm də bütünlükdə dünyaya böyük ziyan vurub. İnsanlar ölüb, 70 min yeni qaçqın ordusu yaranıb, Ermənistan blokadaya düşüb, Azərbaycandan neft ixracı xeyli azalıb. Həm Rusiya, həm ABŞ Azərbaycan hakimiyyətinin daim müharibə haqda bəyanatlar verməsindən, Minsk qrupundan imtina çağırışlarından ehtiyatlanırdı. Ona görə prezidentlərin belə bir görüşü lazım idi ki, dialoq bərpa olunsun, münaqişənin həlli yalnız sülh danışıqlarında axtarılsın, Minsk qrupundan imtina olunmasın».


«Media forum»

MAHMUD ƏHMƏDİNEJAD QLOBAL İQTİSADİ BÖHRANI BƏŞƏRİYYƏTİN XİLASI SAYDIĞINI DEYİB

MAHMUD ƏHMƏDİNEJAD QLOBAL İQTİSADİ BÖHRANI BƏŞƏRİYYƏTİN XİLASI SAYDIĞINI DEYİB




Oktyabrın 30-da hökumət iclasında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Qərbdəki iqtisadi böhrana toxunaraq bəşəriyyətin qlobal iqtisadiyyatın məhvinə görə şənlik etməli olduğunu deyib.




Mahmud
Əhmədinejad



«Media forum» saytının məlumatına görə, Əhmədinejad deyib: «Bu gün Qərb dünyası özünün haramçılığı, qarətçiliyi və eqoizminin əsiri olub, mədəni və iqtisadi sahədə son nöqtəyə gəlib çatıb. Əlbəttə, biz dünya xalqlarının bu iqtisadi böhranda əzab-əziyyətə düşməsinə sevinmirik. Allaha zidd sistem və təfəkkürün sona çatmasına sevinirik və bunu xalqların qurtuluşu üçün bir fürsət sayırıq».

Prezidentin fikrincə, bütün bəşəriyyət üzdəniraq qlobal iqtisadiyyatın və liberal təfəkkürün sona çatmasından və məhvə uğramasından sevinc hissi duymalı və şənlik etməlidir: «Bundan sonra yeni bir yol axtarmaq lazımdır. Elə bir yol ki, qarətçilik və ayrı-seçkilikdən uzaq sağlam bir iqtisadiyyatın dirçəlişinə şərait yaratsın».

İran prezidenti liberalizm və qlobal itisadiyyatın artıq öldüyünü bildirib: «Bütün zülmkar qüdrətlərin başçıları və onların ardınca gedənlər liberalizm təfəkkürünün və qlobal iqtisadiyyatın çıxılmaz vəziyyətə düşməsindən əl-ayağa düşüb onu qurtarmağa çarə axtarırlar. Onlar səhv edirlər. Bu artıq cansız bir meyitdir və bu ölünü ona süni nəfəs verməklə qurtarmaq mümkünsüzdür».


«Media forum»

PKK-dan 124 terrorçu fərarilik edib

PKK-dan 124 terrorçu fərarilik edib



Ankara – APA. Türkiyə Hərbi Hava Qüvvələrinin 2-19 oktyabr tarixləri arasında İraqın şimalındakı PKK mövqelərini bombalaması nəticəsində terror təşkilatı ciddi itkilərə məruz qalıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hava bombardmanları nəticəsində xeyli terrorçunun məhv edildiyini və bir çoxunun da qaçdığını açıqlayıb. Belə ki, 124 terrorçunun fərarilik edərək PKK-dan uzaqlaşdığına dair kəşfiyyat məlumatları əldə olunub. Bundan başqa, son 1 həftə ərzində ölkə daxilində 6 PKK terrorçusu məhv edilib.

APA

BBC bəyanatla çıxış edib

BBC bəyanatla çıxış edib

Azərbaycanın Milli Tele-Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin ölkənin bəzi mətbuat vasitələrinə bildirdiyinə görə, 2008-ci ilin sonuna qədər Azərbaycanda xarici radiostansiyaların yayımı dayandırılacaq.

"Biz bu məsələni birdəfəlik həll etməyə hazırlaşırıq. 2008-ci ilin sonuna qədər xarici radio stansiyaların tezlikləri geri götürüləcək", - deyib N. Məhərrəmli. O, qeyd edib ki, "Azadlıq", "Amerikanın səsi" və BBC kimi stansiyaların proqramlarına dair MTRŞ öz qərarını bu ilin sonuna qədər yekunlaşdırmalıdır.

MTRŞ sədri əlavə edib ki, xarici radiostansiyalar, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da öz verilişlərini peyk, internet və kabel şəbəkəsi vastəsiylə yayımlaya bilərlər.

Eyni zamanda, TURAN agentliyinin xəbər verdiyi kimi, cənab Məhərrəmli, bu agentliyə müsahibəsində deyib ki, yayımın dayandırılması barədə qərar, ola bilsin ki, radiostansiyaların hamısına şamil edilməsin və 1 ya 2 radiostansiyaya müəyyən müddət ərzində yerli radio tezliklərdə yayımı davam etdirmək imkanı veriləcək.

Bununla bağlı BBC bildirir:

"Azərbaycanda BBC radiostansiyasının yayımı 103.3 FM tezliyi, qısa dalğalar və internet vastəsiylə təmin edilir. Bu yaxınlarda BBC verilişlərinin Azərbaycanda yayımı üçün daha 3 FM ötürücüsünün qurulmasıyla bağlı Azərbaycan hökümətiylə danışıqlar aparıb və müvafiq müqavilə imzalayıb.

BBC Azərbaycandakı partnyorlar ilə 15 ildən artıqdır ki yaxşı əlaqələrə malikdir.

Beynəlxalq xəbərlərə tələbatın artdığı bir dövrdə biz Azərbaycanda dinləyiciləri BBC Azərbaycan Xidmətinin etibarlı, qərəzsiz, müstəqil xəbər və informasiyası ilə FM tezliyi keyfiyyəti ilə təmin etməkdə qərarlıyıq.

BBC hadisələrin inkişafını izləməkdə davam edir."

BBC

Güney azərbaycanlılar istibdad bataqlığında boğulur

Güney azərbaycanlılar istibdad bataqlığında boğulur


Əlyar Səfərli: "İran molla rejimi əhaliyə divan tutur"
Son dövrlər İranda Güney Azərbaycan Milli Hərəkatının fəaliyyəti və hərəkat rəhbərlərinin qətlə yetirilməsi ictimaiyyətin diqqətdədir. Yaхın günlərdə hərəkatın liderlərindən olan Qulamrza Əmaninin şübhəli qətli hadisələrin gedişatını izləmək və baş verən olayların mahiyyətinə bir daha varmaq tələbini qarşıya qoyur. Hər bir tariхi gerçəkliyin məlum səbəbləri olduğu kimi, şübhəsiz, bu proseslərin də cərəyan etməsinə təkan verən hansısa ictimai-siyasi baza mövcuddur. Bu və digər məsələlərin izinə düşmək və qaranlıq qalan mətləbləri araşdırmaq üçün müsahibim Azərbaycanın İrandakı sabiq səfiri, Milli Elmlər Akademiyasının müхbir üzvü Əlyar Səfərlidir.



Əlyar müəllim, İranda hazırkı ictimai-siyasi vəziyyət və Güney azərbaycanlılarının mövcud durumu ilə bağlı nə deyə bilərsiz?

- Hazırda İranda elə bir istibdad tüğyan etməkdədir ki, onu öz gözlərinlə görmədən təsəvvür etmək qeyri-mümkündür. İlk öncə onu demək istəyirəm ki, dünya tariхində İran reyimi qədər insan qanına susamış ikinci bir reyim yoхdur. Belə ki, bədnam hakimiyyət Azərbaycan və Türk хalqına qarşı açıq-aşkar şəkildə soyqırım siyasəti həyata keçirir. İranda mövcud olan molla reyimi türk хalqının qatı və amansız düşmənidir. 40 milyonluq bir хalqın ruhu, mənəviyyatı, əqidəsi tapdanır, millət kölə vəziyyətinə salınır. Ana dilində heç bir məktəb, təhsil ocağı fəaliyyət göstərmir, milli təhsil yoх dərəcəsindədir. Bununla belə, хalq demək olar ki, öz azadlıqları, hüquqları uğrunda mübarizə apara bilmir. Çünki reyim son dərəcə qəddar və müdhiş bir reyimdir. Güney Azərbaycan Milli Azadlıq hərəkatının nümayəndələri öz hüquqları, azadlıqları uğrunda son dərəcə sivil və demokratik səviyyədə mübarizə apardıqları halda, onların bu mübarizəsinə inqilabi don geyindirilir.



Əlyar müəllim, 2006-cı ilin may hadisələri ilə bağlı sizin də mövqeyinizi bilmək istərdik. Hadisələrin gödişatını necə qiymətləndirirsiz?

-2006-cı ilin may hadisələri yalnız parçalamaq siyasəti ilə məhdudlaşmırdı. Onu bir daha nəzərinizə çatdırım ki, hərəkat iştirakçıları sadəcə öz hüquqlarının müdafiəsi, söz azadlıqları üçün çapışıb, mübarizə aparırdılar. Nəticədə azadlıq mübarizəsinin əksər nümayəndələri alçaldıldı, zindanlara salındı. Böyük bir qismi isə hətta öz evlərindən aparılaraq, gizli şəkildə öldürüldüyü halda, buna "avtoqəza hadisəsi" kimi qiymət verildi. Amma əslində real gerçəklik heç də belə deyil. Mən bu hərəkatın fəallarından olan professor-tariхçi Məhəmməd Tağı Zehtabini hələ Bakı Dövlət Universitetində oхuduğum illərdən çoх yaхşı tanıyırdım. O çoх demokratik bir şəхsiyətdir. Təsəvvür edin, bu böyük alim İranda necə dəhşətli təzyiqlərə məruz qaldı. Aхırda da öz şəхsi evində zəhərlənərək öldürüldü. Görün bu cür işıqlı, maarifpərvər ziyalılara İran reyimi necə münasibət bəsləyir?!



Hərəkatın fəallarından daha kimlərin adını çəkə bilərsiniz?

-Güney Azərbaycan Milli Azadlıq Hərəkatının digər bir fəal üzvu və təşkilatçısı may və Babək qalasındakı hadisələrdə iştirak etmiş Qulamrza Əmanidir. İran hökuməti dəfələrlə onu zindanlara saldıraraq, başına olmazın oyunlarını açıb. Bildiyiniz kimi, o da keçən həftə qardaşları ilə birgə "avtomobil qəzasında" öldü. Bütün bu hadisələr mahiyyət etibarilə Azərbaycana olan düşmən münasibətin bariz təzahürüdür. İranın molla reyimi 40 milyonluq хalqı kölə vəziyyətinə salmaqla yanaşı, vətənpərvər qüvvələri cürbəcür üsul və vasitələrlə aradan götürür. Amma İran reyimi başa düşməlidir ki, bu qədər хalqı məhv edib aхırına çıхmaq mümkün deyil. Gec-tez millət ayağa qalхıb mübarizə aparacaq, öz azadlığı, istiqlaliyyəti uğrunda vuruşacaq. Mən üzümü Güney Azərbaycan hərəkatçılarına tutub müraciət edirəm ki, bədbinləşməyin! Mübarizə aparın! Təşkilatlanın! İran reyiminə qarşı bütün qüvvələrinizi səfərbər edin! Əks təqdirdə Əmanilərin, Zehtabilərin yaşadığı keşməkeşli tariх təkrarlana bilər. Ən azından onların intiqamı uğrunda mübarizə aparmalıyıq, qisas almalıyıq, хalq arasında maarifləndirmə, təbliğat-təşviqat kampaniyasını gücləndirməliyik, əhali arasında ruh yüksəkliyi yaratmaq, millətin siyasi şüurunu inkişaf etdirmək üçün bütün imkanlardan, vasitələrdən faydalanmaq lazımdır.



İranda azəri türklərinə qarşı bu cür müdhiş qətllər həyata keçirildiyi halda, erməni millətinə olan münasibət nə yerdədir?

-Təsəvvür edin ki, İranda 40 milyonluq azərbaycanlı üçün ana dilində heç bir məktəb, heç bir təhsil ocağı olmadığı halda, 100 minlik ermənilərin 35 məktəbi, 2 universitet filialı mövcuddur. Bunlarla yanaşı, Qarabağda ermənilərə yardım təşkil olunur. Hələ müharibə illərində İran erməni əsgərlərini ərzaq, yanacaq və silahla təmin edirdi. Bu gün İran hökuməti Araz çayı üzərində bir sıra körpülər inşa etdirib ki, bu körpülər də ermənilərin istifadəsindədir. Хudafərin körpüsünün yanında Su Elektrik Stansiyası tikilib və Qarabağ ermənilərinin istifadəsinə verilib. Bunların hamısı danılmaz faktdır. Reyim ermənilərə hörmət və ehtiramla yanaşdığı halda, türklərə qarşı iyrənc bir siyasət həyata keçirir. Ana dilimizi, ədəbiyyatımızı, mənəvi dəyərlərimizi öldürür, sarsıdır, хalqın keçmişi ilə bağlı həqiqətləri görən gözünü kor edir, onu gələcəyindən uzaq salır. Məktəblərdə farslaşdırma siyasəti aparılır. Ölkənin hər yerində panfarsizm rüşeymləri tüğyan edir. Mən düşünürəm ki, ana dilində təhsil ilk öncə ailədən başlamalıdır. Hər bir ata-ana öz övladına ana dilinin incəliyini öyrətməli, anadilli şüurun inkişafına şərait yaratmalıdırlar. Bu reyimin qarşısında susmaq хalqı uçuruma aparar. Elə bu səbəbdəndir ki, Əmanilərin sayı məhdudlaşır və hərəkat iştirakçıları durmadan təqib olunurlar. İnanın ki, bu gün İran zindanları türklərlə doludur. Amma molla reyimi bilməlidir ki, gec tez haqq-ədalət öz yerini tutacaq. Bir gün bu siyasətin də sonu yetişəcək.



Necə düşünürsüz, İranın təхribat şəbəkəsi Quzey Azərbaycanda da fəaliyyət göstərirmi?

-İran reyimi bütövlükdə Azərbaycana düşmən münasibətdədir. Bu gün ölkəmizdə ideoloyi mübarizə günü-gündən qüvvətlənir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən İran missionerləri, o cümlədən İranın ölkəmizdəki konsulluğu, habelə, "İmdad" cəmiyyəti, mədəniyyət mərkəzi bu kimi mənfur siyasət aparmaqdadırlar. "Əlvida" kitab mağazasında satılan kitabların əksəriyyəti oхuculara panfarsist meyarlar aşılamaqdadır. İran mollaları məscidlərdə, kütlə arasında antihumanist təbliğat aparırlar. Azərbaycandakı İran şəbəkəsi günü-gündən gücləndiyi halda, dövlət səviyyəsində heç bir lazımi tədbir görülmür. Onlara bu sahədə böyük azadlıqlar verilməkdədir. Bununla yanaşı, Azərbaycanın müхtəlif rayonlarında fars təmayüllü məktəblər açılmaqdadır, fars dili bir növ ikinci ana dilinə çevrilib. Nəyə görə biz buna imkan verməliyik?! Fars kütləsi 12 milyondan ibarətdirsə, Azərbaycan türkləri dünyada 50 milyondan artıqdır. Odur ki, biz fırs dilini deyil, dünya dilləri olan ingilis, fransız, alman dillərini öyrənməliyik. fars dili ilə beynəlхalq aləmə inteqrasiya etmək, dünya ictimaiyyəti ilə əlaqə saхlamaq qeyri-mümkündür.



Əlyar müəllim, İranda əslən təbrizli olan azərbaycanlı Əkbər Ələmi prezidentliyə namizədliyini irəli sürüb. Buna münasibətiniz necədir? Sizcə, o milli iradəni lazımınca əks etdirə biləcəkmi?

-Əkbər Ələmi demokratik bir şəхsiyyətdir. Bu gün onun İranda prezident seçilib-seçilməyəcəyini söyləmək çoх çətindir. Amma onu bilirəm ki, İranda kimin prezident seçilməyinin heç bir əhəmiyyəti yoхdur. Çünki İran reyimi tək prezidentlə məhdudlaşıb qalmır. Tüğyan edən reyimi kökündən məhv etmək lazımdır. Əks halda, əsarətdə olan хalq azadlıq qazana bilməz. İranı bir dövlət kimi formalaşdıran azəri türkləri olsa da, hakimiyyətdə səlahiyyət sahibləri farslar və ermənilərdir. Odur ki, kimin prezident seçilməsi vəziyyəti dəyişməyəcək.



Siz bir vətənpərvər ziyalı, Azərbaycanın İrandakı sabiq səfiri kimi nəyi məsləhət görərdiniz? Хalqın nicat yolu hardadır?

-Məsələnin həlli ilə beynəlхalq səviyyədə məşğul olmaq lazımdır. Yaşanan həqiqətləri dünya ictimaiyyətinə, beynəlхalq aləmə çatdırmalıyıq. Etiraz səsimizi ucaltmalıyıq. Dünya mətbuatında Güney Azərbaycan problemi qaldırılmalıdır. Bununla bərabər, Güney və Quzey azərbaycanlıları arasında sabit, dayanıqlı əlaqələr yaratmaq, onları həmrəyliyə çağırmaqdır. Nicat yalnız birlikdə, bərabərlikdədir.



Aygün Telmanqızı
olaylar

Rusiya oyun oynayırmı?

Rusiya oyun oynayırmı?
O. ARAS

Alman jurnalisti Mixael Lüdviq "Frankfurter Algemeine Zeitung"a Moskvadan yazdığı yazıda Qarabağ probleminə toxunub və rusların bu məsələyə isti münasibət bəslədiklərini, ermənilərlə danışdıqlarını qələmə alıb. Ruslar həqiqətən məsələyə hansı nöqteyi-nəzərdən yanaşırlar, bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, Azərbaycanın xeyrini düşünmürlər. Çünki düşünsəydilər bu problem çoxdan həll olunardı. Bu bir həqiqətdir ki, ermənilər ağa kimi baxdıqları rusların sözündən əsla çıxmazlar. Bundan əlavə ruslar hər dəfə Qarabağ məsələsindən söz düşəndə dediklərindən dönmürlər. Belə bir mövqeyə sahib olan problemin əsas yaradıcısına necə güvənmək olar ki? Amma məsələyə başqa bir mövqedən yanaşanda qədim bir xalq sözü ilə desək, bəlkə də ruslar imana gəliblər. Çünki Amerika Gürcüstan problemindən sonra Ukrayna və digər keçmiş SSRİ respublikaları ilə yaxın əlaqələr qurmağa çalışır. Rusiya məsələyə bu tərəfdən yanaşa bilər. Zatən, Türkiyə ilə həyata keçirilən bütün görüşlərdə Türkiyə, İran, Rusiya ittifaqı gündəmə gətirilir. Türkiyə ordusunun bir hissəsi və bəzi siyasətçilər də buna yaxın mövqeyə sahibdirlər. Kaş ki, Rusiya müstəmləkə siyasətindən əl çəksəydi və bu xəyal gerçəkləşəydi... Bu, bir-birinə yaxın qonşu ölkələr üçün ən gözəl yol olardı. Amma təəssüf ki, Rusiya hələ köhnə xəyallarından və arzularından vaz keçmiş kimi görünmür. O bunu Gürcüstana etdiyi hücumla bir daha təsdiq etdi. Türkiyənin Ermənistanla yaxınlaşmasına və bəzi görüşlərin keçirilməsinə mən belə bir pəncərədən baxmağa çalışıram. Bəlkə də Türkiyə rusların bölgədə aktivliyinin qarşısını almaq üçün birbaşa Ermənistanla əlaqələr yaratmağa çalışır. Çünki Türkiyə həmişə Ermənistanla münasibətlərini Rusiya vasitəsilə qurub. Bütün bu cəhdlər əgər alman jurnalisti Mixael Lüdviqin dediyi kimi bölgəyə sülh gətirəcəksə və itirilən torpaqlarımız geri qaytarılacaqsa, bu mövqeni dəstəkləməliyik. Yox, bütün bunlar rusların yeni oyunudursa və Azərbaycanın qol-qanadını qıraraq onu küncə sıxışdırmaq planları qurulursa, fərqli bir strategiya hazırlamaq lazımdır. Amerika indi prezident seçkisi və böyük iqtisadi böhran ərəfəsindədir. Özündən başqa gözləri kimisə görmür. Bu da Rusiya üçün bir fürsət deməkdir. Bu fürsəti düzgün dəyərləndirib Ermənistanı yola gətirsə, şübhəsiz ki, Türkiyə və Azərbaycanın dostluğunu qazanacaq. Amma Rusiya kiçik Ermənistanla baş-başa qalmaqla və sadəcə onların torpaqlarına yeni hərbi bazalar yerləşdirməklə kifayətlənsə, gələcəkdə Türkiyəsiz və Azərbaycansız qalacaq, böyük itkilərə uğrayacaq. Rusiyanın böyük dövlət olub-olmadığı, böyük düşünüb-düşünmədiyi çox yaxında ortaya çıxacaq.
Orxan ARAS Almaniyadan yazır oraras@aol.com
525

Ermənistan prezidenti Serj Sarksiyan Moskvadan birbaşa Fransaya gedib

Ermənistan prezidenti Serj Sarksiyan Moskvadan birbaşa Fransaya gedib

Sarkisyan Parisdə Fransa prezidenti Nikola Sarkozi və digər rəsmi şəxslərlə görüşəcək
Ermənistan prezidenti Serj Sarksiyan bu gün Moskvadan birbaşa Fransaya yola düşüb. “Armtoday” informasiya agentliyinin məlumatına görə, S. Sarkisyan Parisdə Fransa prezidenti Nikola Sarkozi və digər rəsmi şəxslərlə görüşəcək, sonra Brüsselə gedəcək və orada Belçikanın baş naziri, Senatın rəhbəri ilə görüşəcək. Bundan başqa, Ermənistan prezidentinin Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana, NATO baş katibi Yap de Hoop Sxeffer və Avropa Parlamentinin sədri Hans-Hert Potterinqlə görüşü planlaşdırılıb. Bundan başqa Serkj Sarkisyanın Avropa Komissiyasının xarici əlaqələr üzrə komissarı Benita Ferrero Valdnerlə işgüzar nahar edəcəyi gözlənilir. /ANS PRESS/

Evin həbsxanasında saxlanılan 4 Güney Azərbaycanlı jurnalist 10 gündür aclıq aksiyası keçirir

Evin həbsxanasında saxlanılan 4 Güney Azərbaycanlı jurnalist 10 gündür aclıq aksiyası keçirir

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Evin həbsxanasının 209-cu kamerasında saxlanılan 4 Güney Azərbaycanlı jurnalist və milli fəal 10 gündür ki aclıq aksiyası keçirir.

Xatırladaq ki, bu ilin orucluq ayında Tehranda iftar süfrəsində həbs edilən 20 nəfər Güney Azərbaycanın milli hərəkat fəalının 16 nəfəri bir müddət sonra girov müqabilində müvəqqəti azadlığa buraxılsalarda 4 nəfər Əlirza Sərrafi, Səid Muğanlı, Həsən Raşidi və Mehdi Nəimi Evin həbsxanasının 209-cu bəndində ağır işgəncə və təzyiqlərə məruz qaldıqlarına görə qanunsuz olaraq uzunmüddətli həbsdə saxlandıqlarına görə bu gün 10 gündür ki, aclıq aksiyasına başlayıblar.

Məlumata görə soydaşlarımızın durumu kəskin surətdə ağırlaşıb və sağlamlıqları üçün ciddi təhlükə yaranıbdır.dak

Obama yenə “erməni soyqırımı”nı tanımağa söz verdi

Obama yenə “erməni soyqırımı”nı tanımağa söz verdi

Qara dərili namizəd “soyqırımı” tanımaqla erməni demokratiyasını dəstəkləyəcək

Barak Obama növbəti dəfə “erməni soyqırımı”nı tanımaq niyyətini dilə gətirib. Lent.az-ın “ARMENİA Today” saytına istinadən verdiyi məlumata görə, bu barədə Amerika Erməni Milli Komitəsindən bildiriblər.

Bu dəfə “erməni soyqırımı” ifadəsini Obamanın vitse-prezident postuna irəli sürdüyü Co Bayden işlədib. O, “Barak Obama: ABŞ-Ermənistan münasibətlərinin dəstəklənməsi” bəyanatında Osmanlı İmperiyasının 1915-ci ildə ermənilərə qarşı “soyqırım” həyata keçirdiyini iddia edib: “Barak Obama ümid edir ki, biz bu faciəvi reallığı tanıyaraq erməni demokratiyasını dəstəkləyəcəyik”.

LENT.AZ