azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

Rusiya hərbi kəşfiyyatı Qafqazı nəzarətdə saxlayır

Rusiya hərbi kəşfiyyatı Qafqazı nəzarətdə saxlayır



Moskva – APA. “Hərbi kəşfiyyat Rusiyanın qarşılaşdığı yeni təhlükə və çağırışlara preventiv reaksiya potensialının gücləndirilməsinə, eləcə də dünyadakı hərbi-siyasi və hərbi-strateji vəziyyətin qiymətləndirilməsinə xüsusi diqqət yetirir. Bu, ABŞ-ın Polşa və Çexiyada raket hücumundan müdafiə sistemi elementlərini yerləşdirməsi planının həyata keçirilməsini, Qafqazdakı, xüsusən Gürcüstanın təcavüzkar siyasəti ilə bağlı Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyəti, ABŞ-la NATO-nun Ukrayna ilə Gürcüstanı alyansa cəlb etmə cəhdləri və Rusiyanın milli təhlükəsizliyinə dəxli olan digər məsələləri izləməyi özündə ehtiva edir”. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri noyabrın 5-də qeyd olunacaq hərbi kəşfiyyatın 90 illiyi münasibətilə verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, ordu generalı Valentin Korabelnikov deyib. O bildirib ki, bu və digər vəzifələr hərbi kəşfiyyatın bütün ehtiyatlarından istifadə etməklə həll olunur və olunacaq. V. Korabelnikov hərbi kəşfiyyatın Rusiyanın milli və hərbi təhlükəsizliyi sistemində önəmli yer tutduğunu, həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərərək ölkənin strateji maraqlarının müdafiəsində qüdrətli bir alət olduğunu vurğulayıb: “Bizim əsas vəzifəmiz Rusiyanın milli təhlükəsizliyinə olan təhdidlərin vaxtında dəf edilməsi üçün ölkə rəhbərliyinə dəqiq informasiyalar məruzə etməkdir”.
Ordu generalının sözlərinə görə, hazırda beynəlxalq terrorçuluqdan, kütləvi qırğın silahlarının, onların hissələrinin, raket və raket texnologiyalarının yayılması cəhdlərindən, narkotik maddələrin dövriyyəsinin artmasından qaynaqlanan təhdidlər gücləndiyindən hərbi kəşfiyyatın da rolu artıb: “Bu təhlükələrə qarşı mübarizədə bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirik, terrorçuların plan və niyyətlərini, bazalarının, təlim mərkəzlərinin yerini, yaraqlıların, silahların, narkotiklərin və pul vəsaitlərinin hansı kanallarla göndərildiyini öyrənmək məqsədilə kəşfiyyat məlumatlarının mübadiləsinin həyata keçiririk”.
Ancaq Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiyanın ABŞ-ın köməyi ilə hazırlanmış gürcü qoşunlarını darmadağın etməsindən sonra Vaşinqton Moskva ilə münasibətləri gərginləşdirmək kursu seçdiyi üçün Baş Kəşfiyyat İdarəsi və ABŞ xüsusi xidmət orqanları arasında əməkdaşlıq “dondurulub”. apa

Hiç yorum yok: