azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Ağustos 2008 Cumartesi

Sessiz dayanışma

Sessiz dayanışma


Kafkasyadaki gerilim devam ederken, Ankara ve Moskova aralarında sorun çıkmaması için yoğun çaba harcıyor. Moskovadan gelen açıklama ve haberlerde Türkiyeyle ilgili olumsuz ifadeler kullanılmıyor

Türkiye ile Rusya arasında Kafkasyadaki bunalımın başlamasından bu yana bir çeşit "sessiz dayanışma" yaşanıyor ve kritik konularda sorun çıkmaması için iki taraf da çaba gösteriyor.
Savaşın ilk günlerinde Rus basını, Gürcistanı silahlandıran ülkelerin arasında Türkiyenin adını öne çıkarmış ve kendi kamuoyuna açıkça hedef göstermişti. Ancak, kısa bir süre sonra Türkiyeyle ilgili olumsuz yazılar aniden kayboldu ve yerini "Gürcistanı İsrail silahlandırdı" haberleri aldı.

Erdoğanın ziyareti
Başbakan Recep Tayyip Erdoğanın 13 Ağustostaki Moskova ziyareti sonrası Rus basınında Türkiyeyle ilgili hemen hemen hiçbir olumsuz yazı çıkmadı. Rus medyası, Türkiyenin "Kafkasya İstikrar ve İşbirliği Platformu" önerisine fazla yer vermedi, ancak Erdoğanın ziyareti bu yönde bir açıklama yapılmamasına karşın Rus basınında "Ankara Kafkasya bunalımında Moskovayı destekliyor" yorumlarına yol açtı.
Karadenizde NATO savaş gemilerinin toplanmaya başlaması iki ülke arasında yeni bir potansiyel sorun yarattı, ancak tahminlerin tersine bu konuda herhangi bir olumsuzluk yaşanmadı.
Edinilen bilgiye göre, Rus tarafı Ankaraya, "Türkiyenin Montrö Antlaşmasını harfiyen uygulamasının Moskovayı son derece mutlu ettiği" mesajını gönderdi. Resmi açıklamalarda da Türkiyeyi eleştiren ifadelere yer verilmedi.

TIR sorunu
Rusyanın Gürcistan içinde yer alan isyancı cumhuriyetler Güney Osetya ile Abhazyayı bağımsız devlet olarak tanıması da Ankara-Moskova hattında şimdilik herhangi bir krize yol açmadı. Dışişleri Bakanlığı, "Gürcistanın toprak bütünlüğüne önem verildiğini ve gelişmelerden büyük endişe duyulduğunu" açıklamasına karşın Rusyayı doğrudan suçlayacak bir ifade kullanmamaya özen gösterdi.
Türk-Rus ilişkilerindeki olumlu tabloyu bozan tek sorun, bir süredir Rusyaya mal taşıyan Türk TIRlarına ambargo boyutunda olağanüstü sıkı önlemler uygulanması. Tam bir krize dönüşen uygulama nedeniyle iki ülke arasındaki ticaret durma noktasına geldi.

‘Bush bacağına boykot!
Bu arada Rusya Sağlık Dairesi Başkanı Gennadiy Onişçenko, kamuoyunda "Bush bacağı" olarak bilinen ABDden ithal tavuğun tüketiciler tarafından boykot edilmesi çağrısında bulundu.
Başbakan Vladimir Putinin Rusyaya tavuk ürünleri ihraç eden 19 Amerikan şirketini kuralları çiğnediği için kara listeye aldığını hatırlatan Onişçenko, "Tüketicilerin bu fırsattan yararlanarak tezgâhlarda bitmesini beklemeden ‘Bush bacaklarına boykot uygulamasını rica ediyorum" dedi.

Tiflis, Moskovayla ilişkileri kesti
Rusya ile diplomatik ilişkilerini kesme kararı alan Gürcistan, Moskovadaki diplomatik görevlilerini geri çekiyor.
Gürcistan Dışişleri Bakanlığı Sözcüsü Nato Çikovani, Moskovadaki elçiliklerinde bulunan tüm diplomatik personeli bugün geri çekeceklerini açıkladı. Gürcistanın kararının ardından Rusya da Tiflisteki büyükelçiliğini kapatacağını, konsolosluğun ise açık kalacağını duyurdu.
Öte yandan, Güney Osetya Parlamentosu Başkanı Znaur Gassiyev, bağımsızlığı kısa süre önce Moskova tarafından tanınan cumhuriyetin birkaç yıl sonra Rusyaya katılacağını ileri sürdü.
Gassiyev, Rusya Devlet Başkanı Dmitriy Medvedev ile Güney Osetya lideri Eduard Kokoytının "ilhak" konusunda anlaştığını söyledi ve "Rusya ile aynı çatı altında yaşayacağız" dedi. Ancak Kremlin açıklamayı doğrulamadı.

Milliyet

Kazakistandan Atatürk anıtına onay

Kazakistandan Atatürk anıtına onay

Kazakistan, Türkî Cumhuriyetler içerisinde bir ilke imza atarak, Türkiye Cumhuriyetinin kurucusu Mustafa Kemal Atatürkün heykelini başkent Astanaya dikecek.

Kazakistan Kültür ve Enformasyon Bakanı Muhtar Kulmuhammetin başkanlığında toplanan komisyonun bütün üyelerinin tam destek verdiği proje Kazakistanın ünlü heykeltıraşı Bakıt Ebişev tarafından hayata geçirilecek. Konuyla alakalı bir açıklama yapan Bakan Kulmuhammet, Atatürkün Türk dünyasının bu asırda yetiştirdiği önemli şahsiyetlerden biri olduğunu belirterek şunları söyledi: Bu asırda yaptığı reformlarla bütün dünyaya kendini kabul ettiren Atatürkün heykelini başkent Astanamıza dikeceğiz. Komisyon üyelerimiz hep bir ağızdan hem heykelin dikilmesini hem de projesini onayladı. Önümüzdeki günlerde Astananın en güzel mekânlarından birine Atatürk atamızın heykelini dikeceğiz.

Türkiyenin Kazakistan Büyükelçisi Atilla Günay da bu jestin iki ülke ilişkilerine olumlu yönde katkı sağlayacağını söyledi. Günay, projenin hayata geçmesinde özellikle Cumhurbaşkanı Nursultan Nazarbayevin katkısına dikkat çekti. Heykelin Türkiye Cumhuriyetinin Astanadaki büyükelçiliğine yakın Esil nehrinin kenarında bir parka konulacağını söyleyen Büyükelçi Günay, Heykelin konulacağı yer henüz tam olarak kesinleşmedi; ama bizimle paylaşıldığı kadarıyla hem mevki olarak merkezi bir konumda hem de işlek bir cadde kenarında olacak. dedi. Günay, Kazakistan Kültür ve Enformasyon Bakanlığı yetkililerinin proje konusunda kendilerine de danıştığını belirterek, "Dikilecek olan heykel son derece zarif ve güzel. Ben bu nazik davranışlarından dolayı Kazakistan devletine ve onun saygıdeğer Kültür ve Enformasyon Bakanı Muhtar Kulmuhammete teşekkür ediyorum." diye konuştu.

Türkiye, Turkî cumhuriyetlerin bağımsızlıklarını kazanmalarının ardından başta başkent Ankara ve İstanbul olmak üzere birçok şehirde bu ülkelerin abide şahsiyetlerinin isimlerini okul ve caddelere vermişti. Ankarada Kazakların ünlü düşünürleri Abay ve Mağjan Jumabayevin heykelleri dikilmiş, İstanbulun Zeytinburnu ilçesinde de bir okula yine Abay ismi verilmişti. Ayrıca yine aynı semtteki bir parka ünlü Kazak kahramanı Kabanbay Batırın adı konulmuştu. Bu jestlere karşılık olarak Kazakistan Almatıda bir caddeye Turgut Özal adı verilmişti.

Zaman

SERJİK YEREVANDA GÜLƏ YAXŞI QƏBUL VƏD EDİR

SERJİK YEREVANDA GÜLƏ YAXŞI QƏBUL VƏD EDİR


Türkiyə prezidentinin Ermənistana səfəri zamanı ona qarşı qeyri-sivil münasibət Erənistana və onun prezidentinə qarşı yönəlmiş olacaq. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin “Radikal” qəzetinə müsahibəsində Abdulla Gülün səfərinə qarşı daşnakların mümkün etirazlarını şərh edərkən bildirib.
“Düşünürəm ki, mümkün etiraz tədbirləri bu qədər yüksək səviyyəli rəsmi səfərlər zamanı qəbul edilən münasibət çərçivəsindən kənara çıxmaz. Türkiyə prezidentinə qarşı qeyri-sivil münasibət göstərən bunu Ermənistana və Ermənistan prezidenti kimi şəxsən mənə qarşı edəcək, belə ki, Türkiyə prezidentini mən dəvət etmişəm”, deyə Ermənistan prezidenti bildirib.
Ərazi iddiaları diplomatik münasibətlər üçün aşılmaz maneə deyil, Sarkisyan belə hesab edir. 1921-ci il Qars müqaviləsinə münasibəti və Türkiyənin mümkün ərazi iddiaları haqqında suala Ermənistan prezidenti belə cavab verib: “Xatırlamıram ki, Ermənistanın vəzifəli şəxsləri ərazi iddiaları ilə bağlı rəsmi bəyanatlar etsinlər, amma bunu xarici mənbələrdən eşidirəm. Düşünmürəm ki, ayrı-ayrı fikirlərə əsaslanmaq doğrudur. Axı Türkiyədə də Ermənistanın dünyada ölkə kimi mövcud olmadığını iddia edənlər var”.
Qarabağ münaqişəsinin mümkün həlli müddəti ilə bağlı suala cavabda Sarkisyan bildirib ki, bu, yalnız Azərbaycanda prezident seçkilərindən sonra məlum olacaq. Eyni zamanda, o bildirib ki, Osetiyadakı hadisələr göstərib ki, münaqişənin hərbi yolla həlli “təhlükəli və gözlənilməz nəticələr verir”.versiya

Türkiyədə ordu günü qeyd edilir

Türkiyədə ordu günü qeyd edilir

Artıq 86 ildir ki, tarixin bu günü qardaş Türkiyədə böyük təntənə ilə qeyd edilir. Məhz 1922-ci il avqustun 30-da Türkiyə ordusu İzmir şəhərini Yunan əsgərlərinin əsarətindən azad edib. Mustafa Kamal Atatürkün başçılıq etdiyi bu əməliyyat Türkiyənin tarixinə qızıl hərflərlə yazılıb. Bu səbəbdən də 30 avqust Türkiyədə zəfər bayramı və ordu günü kimi qeyd edilir. Qardaş Türkiyənin tarixi bayramının şərəfinə bu gün ölkəmizdə də müxtəlif tədbirlər keçiriləcək.lidertv
------------------------------------------------------------------

Con Makkeyn vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Birləşmiş Ştatlardakı prezident seçkisi kampaniyasında respublikaçıların namizədi olan Con Makkeyn vitse-prezidentliyə namizədinin adını açıqlayıb. Con Makkeyn rəsmi şəkildə bu vəzifəyə Alyaska ştatının qubernatoru Sara Palinin seçildiyini bəyan edib. O, Sara Palinin şəxsi və peşəkar fəaliyyətini yüksək qiymətləndirib. Sara Palin isə Con Makkeynə təşəkkürünü bildirərək bütün səyini seçkilərdə qələbə qazanmaq üçün sərf edəcəyini deyib. 44 yaşlı Sara Palin islahatlar tərəfdarı olaraq enerji və ekologiya məsələlərinə ciddi yanaşır. «Miss Alyaska» yarışmasının keçmiş finalçısı olan Sara Palin hüquq fakultəsni bitirib və beş uşaq anasıdır. Con Makkeynin gözlənilməz addım atmasına baxmayaraq mütəxəssislər seçimin məhz xanım üzərində qalması respublikaçılara uğur gətirə biləcəyini etimal edirlər.
------------------------------------------------------------------

Radovan Karaciç ikinci dəfə Haaqa Məhkəməsi qarşısına çıxarılıb

Srebreniça soyqrımının təşkilində təqsirli bilinən Bosiniya serblərini lideri Radovan Karaciç ikinci dəfə Haaqa Məhkəməsi qarşısına çıxarılıb. O, hakimin suallarına cavab verməkdən imtina edib. Karaciç həmiçnin, ittiham aktının oxunmasına da etiraz edib. Bosniya serblərinin lideri Haaqa Məhkəməsinin işinə şübhə ilə yanaşdığını və həyatının təhlükədə olduğunu deyib. Beynəlxalq məhkəmə isə Karaciçlə bağlı ittiham aktında dəyişilik və əlavələr olunacağını və məhkəmənin gələn il bərpa ediləcəyini bəyan edib.

BU GÜN AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVUN TÜRKİYƏYƏ SƏFƏRİ BAŞLAYIB

BU GÜN AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVUN TÜRKİYƏYƏ SƏFƏRİ BAŞLAYIB

Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin Ankarada Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacanla görüşü nəzərdə tutulub. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın «Carçı»ya verdiyi məlumata görə, danışıqlar zamanı regiondakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılacaq. Səfir Türkiyə-Ermənistan münasibətlərinə dair son vaxtlar yayılan fikirlərə də aydınlıq gətirib. /İctimai TV/

Türkiyə Rusiyanın ticarət məhdudiyyətlərini cavabsız qoymayacaq

Türkiyə Rusiyanın ticarət məhdudiyyətlərini cavabsız qoymayacaq


Türkiyə xarici işlər nazirinin sözlərinə görə, hökumət Rusiyanın Türkiyəyə ixrac mallarına qoyduğu məhdudiyyətlərə cavab verəcək. Kurşad Tuzmen jurnalistlərə deyib ki, Türkiyə öz növbəsində bazar ertəsindən başlayaraq Rusiyanın ixrac mallarına qarşı ölçülər götürəcək. Türk rəsmilərin bildirdiyinə görə, Türkiyə yük maşınları Rusiya sərhəddində tıxac yaradıblar. Nazir Tuzmen isə Türkiyənin ən böyük ticarət partnyoru olan Rusiyaya qarşı hansı ölçüləri götürəcəyini açıqlamayıb. Türkiyə Rusiyanın Gürcüstanın separatçı regionlarının müstəqilliyini tanımasını tənqid edən NATO-nun üzvüdür. Hərbi Alyans Moskvanın bu addımına düzəliş etməyə çağırıb.

28 Ağustos 2008 Perşembe

BEYNƏLXALQ ƏFV TƏŞKILATI ABBAS LISANIN MÜDAFIƏSI ÜÇÜN BEYNƏLXALQ KOMPANIYAYA BAŞLAYIB

BEYNƏLXALQ ƏFV TƏŞKILATI ABBAS LISANIN MÜDAFIƏSI ÜÇÜN BEYNƏLXALQ KOMPANIYAYA BAŞLAYIB



DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Beynəlxalq Əfv Təşkilatı Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə apardığına görə həbs olunmuş Abbas Lisani barəsində təcili kompaniyaya başladıb.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, milli fəal 2006-cı ilin mayında İran qəzetində Güney Azərbaycan türklərini təhqir edən karikaturanın yayılmasından sonra Ərdəbil şəhərində düzənlənmiş etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilərək ağır işgəncələrə məruz qoyulmuşdur. Həmin ilin oktyabrında inqilab məhkəməsi tərəfindən 18 ay həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib. Cəzasını Ərdəbildən 110 km məsafədə yerləşən Əhər şəhərindəki həbsxanada çəkməsi qərara alınıb. Abbas Lisaniyə qarşı həbsxana məmurları şallaq cəzasını yerinə yetirməkdən boyun qaçırıblar.

Nəticədə tanınmış Azərbaycan milli hərəkat fəalı Abbas Lisani yaşadığı şəhərdən 2000 km aralıqda yerləşən, çox pis şəraitdə olan və cani məhbuslarla dolu olan Yəzd həbsxanasına köçürülüb. Bundan əlavə Abbas Lisani 2003-ci ildə Babək qalasına yürüşə qatıldığına görə həbs edilib, ağır işgəncələrə məruz qoyulub və müvəqqəti azadlığa buraxılmışdır. 2006-cı ilin avqustunda həmin ittihamla bir il həbs cəzasına məhkum edilib. Yəzd həbsxanasına köçürülməsinə və haqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan tanınmış hərəkatçı Yəzd həbsxanasına köçürülməsinin səbəbini şallaq cəzasını icra etmək və ailəsinə təzyiq kimi qiymətləndirib. Yaxın çevrəsi və ailəsilə əlaqələrin əngəllənməsi məqsədilə onu Yəzd həbsxanasına köçürüldüyünü əlavə edib. Abbas Lisani 2008-ci ilin fevralın 14-də telefon danışığı zamanı ona qarşı ağır işgəncə verildiyini bildirərkən telefon bağlantısı kəsilib.

Onun həyat yoldaşı Rüqəyya xanıma dəfələrlə təhdid və təzyiqlər İran Təhlükəsizlik məmurları tərəfindən olduğu bildirilir. Abbas Lisanin ailəsinin iqtisadi vəziyyətinin çətinləşdirmək üçün ona məxsus olan Ərdəbildəki mağazası rejim tərəfindən bağladılıb.

Sonda Beynəlxalq Əfv Təşkilatı dünya ictimaiyyətinə müraciət edərək Abbas Lisanini və Güney Azərbaycanın milli haqları uğrunda fəaliyyətlərinə görə həbs olunan milli fəalların insani haqlarını müdafiəsi üçün bu kompaniyanı mütəşəkkil aparmaq üçün məlumatları ingilis, fars, ərəb, fransız və digər dillərə tərcümə edilməsini İranın və beynəlxalq səlahiyyətli şəxslərin ünvanlarına göndərilməsini xahiş edir. dak

“G-7” Rusiyaya qarşı birləşdi

“G-7” Rusiyaya qarşı birləşdi


“G-7”nin bəyanatında Gürcüstan hökumətinə hərtərəfli dəstək veriləcəyi ilə bağlı da fikir öz əksini tapıb.

Dünyanın aparıcı yeddi dövlətinin xarici işlər nazirləri Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq qərarını kəskin səviyyədə pisləyiblər. Belə ki, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, Kanada və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri bu addımı Rusiyanın Qafqazda sülh və təhlükəsizlik niyyətini şübhə altına qoyduğunu bildiriblər. Moskvanı Gürcüstanla imzalanmış atəşkəs haqqında sazişə əməl etməyə çağıran “G-7” xarici işlər nazirləri təmsil etdikləri ölkələrin Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığını qəbul etdiyini bir daha bəyan ediblər. “G-7”nin bəyanatında həmçinin demokratik yolla seçilmiş Gürcüstan hökumətinə hərtərəfli dəstək veriləcəyi ilə bağlı da fikir öz əksini tapıb.

PKK maliyyəçisi Ermənistana keçərkən həbs olundu

PKK maliyyəçisi Ermənistana keçərkən həbs olundu


PKK terror təşkilatının bir milyard dollarlıq maliyyə vəsaitinin dövriyyəsinə nəzarət edən, təşkilatın narkotik maddələr qaçaqmalçılığından silah ticarətinə qədər transmilli mütəşəkkil cinayətkarlıq üzrə müxtəlif fəaliyyət sferalarında təmsil olunan və “PKK-nın Avropa kassası” kimi tanınan Nedim Seven iki ay əvvəl İtaliyadan Ermənistana keçmək istəyərkən həyata keçirilən məxfi əməliyyat nəticəsində həbs olunub.

PKK daxilində “Çukurcalı Behzat” ləqəbi ilə tanınan Nedim Seven yalnız Türkiyədə deyil, Avropa dövlətlərində də xüsusi təhlükəli cinayətkar imicinə malikdir. Avropada təqibdən qurtarmağa çalışaraq təhlükəsiz sığınacaq və fəaliyyət məkanı qismində məhz Ermənistana keçmək istəyən PKK-lı terrorçu Türkiyə və bir sıra Avropa dövlətlərinin xüsusi xidmət orqanlarının beynəlxalq əməkdaşlığı nəticəsində zərərsizləşdirilib.

PKK liderlərindən Suriyalı Fehman Hüseynə yaxınlığı ilə tanınan “Çukurcalı Behzat”ın həbsində təşkilatın digər bir lideri Murat Karayılanın rolunun olduğuna dair məlumatlar da mövcuddur. Hazırda Fransanın hüquq-mühafizə orqanları tərəfindən dindirilən Nedim Sevenin Paris yaxınlığında bir həbsxanada saxlanıldığı bildirilir.

Türkiyə artıq Nedim Sevenin bu ölkəyə təhvil verilməsi üçün rəsmən Fransa hökumətinə müraciət edib. Bu gün səhər Türkiyə hüquq-mühafizə orqanlarının terrorizmə qarşı mübarizə üzrə ekspertlərindən ibarət beş nəfərlik heyət Fransaya gedib. Heyətin artıq Nedim Seveni dindirdiyi bildirilir. Türk tərəfi Fransa ədliyyə orqanlarına PKK haqqında məlumatlara dair dosye də təqdim ediblər. Dosyedə PKK terror təşkilatının Şimali İraqda heroin istehsal edən sexlərinin fəaliyyət göstərdiyi kəndlərin şəkilləri də var. Kəşfiyyat məlumatlarına görə, PKK-nın nəzarəti altında istehsal olunan heroin Şimali İraqdan Van, Hakkari və Şırnaka keçirilir, oradan isə Almaniyanın Frankfurt şəhərinə aparılır. Heroin burada Beynəlxalq Kürd İşverənlər Birliyi adlanan təşkilatın xətti ilə satılır, toplanan pullar isə Suriya və Ermənistandan keçməklə Kandil dağına düşərgə qurmuş PKK terrorçularına çatdırılır. // APA

Vladimir Jirinovski: “İsrail oktyabrda İrana hərbi zərbələr endirəcək”

Vladimir Jirinovski: “İsrail oktyabrda İrana hərbi zərbələr endirəcək”

“İsrailin iki ay ərzində İrana zərbə endirəcəyi qaçılmazdır”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib. PLDP sədri hücumun böyük ehtimalla oktyabr ayında gerçəkləşəcəyini bildirib: “İsrail ABŞ-ın dəstəyi ilə İrana edəcəyi hücum nəticəsində bu ölkənin hərbi gücünü tamamilə məhv edəcək. Müharibə nəticəsində İrandan şimala doğru güclü qaçqın axınının olacağı gözlənilir. Cənubi Qafqazda yaratdığımız yeni təhlükəsizlik bölgəsi sayəsində iranlı qaçqınların ölkəmizə daxil olmasının qarşısını ala bilərik”. Jirinovski Rusiyanın son 200 ildə Qafqaz xalqlarının Türkiyə və İranın hücumlarından qoruduğunu iddia edib: “Qafqazda sülh və sabitliyin təminatçısı Rusiyadır. Qarşıdakı 5-7 ildə daha 20 dövlət Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyacaq. Dünya xəritəsinə daha iki müstəqil dövlət daxil olub və bu, gerçəkləşmiş reallıqdır”.

Paltak Otaginda Chixishlar

Paltak Otaginda Chixishlar




Güney Azərbaycanın istiqlalına gedən yol!

Bildiyiniz kimi Güney Azərbaycanla bağlı istiqlal məfkurəsi çox mübahisəli bir mövzudur. Bu barədə müxtəlif suallar ortaya çıxır. Bütün bu suallara cavab almaq üçün Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh bəy İldırımı çıxışçı kimi otağımıza dəvət etmişik. Məlumat üçün qeyd edək ki, otaqda olan söhbətlər yazılıb, azadtribun sitəsində yerləşdiriləcək.

Otağın adı: Azərbaycan Azadtribun Türkiyə İran

Tarix: Şənbə günü, 6 sentyabr, 2008 - ci il

Zaman: Mərkəzi Avropa vaxtı ilə 19:00

---------------------------------------------------------------------------------------------------------------------------------

گونئی آزربایجانین ایستیقلالینا گئدن یول!



بیلدیگینیز کیمی گونئی آذربایجانلا باغ‌لی ایستیقلال مفکوره‌سی چوخ موباهیسه‌لی بیر مؤوزودور. بو باره‌ده موختلیف سوال‌لار اورتایا چیخیر. بوتون بو سوال‌لارا جاواب آلماق اوچون گونئی آذربایجان ایستیقلال پارتیاسینین سؤزچوسو صالح بی ایلدیریمی چیخیش‌چی کیمی اوتاغیمیزا دعوت ائتمیشیک. معلومات اوچون قئید ائدک کی، اوتاقدا اولان صحبت‌لر یازیلیب، آزادتریبون سیته‌سینده یئرلش‌دیریله‌جک.

اوتاغین آدی: آذربایجان آزادتریبون تورکییه ایران

تاریخ: شنبه گونو، 6 سئنتیابر، 2008 - جی ایل

زامان: مرکزی آوروپا واختی ایله 19:00






Dəyərli soydaşlar:

Sürəkli olaraq paltakda bazar “sözün sözü” adlı otağımız olacaqdır. Otağın gündəmində yalnız yazınla (ədəbiyatla) dilçilik konuları önəmsənəcəkdir. Konularla bağlı dəyərli söz uzmanlarımızla( şairlər,yazıçılar, dilçilər) birgə, soydaşlarımızın da otğımızı onurlandırmalarını umuruq. Otaqda siyasal çəkişmələrdən uzaq , bireylərin söz özgürlüğü ilə sayqınlığı qorunacaqdır.

Otaq mərkəzi Avropa vaxtı ilə saat 21. 00 başlanacaqdır.

Sayqılarla

Eşilbax , Ərsan Ərel

qaynaq:azadtribun

İRAN ABŞ-I QAFQAZDAN UZAQ DURMAĞA ÇAĞIRIB

İRAN ABŞ-I QAFQAZDAN UZAQ DURMAĞA ÇAĞIRIB


İran ABŞ-ı Qafqazdakı böhrana qarışmamağa çağırıb. Ölkənin Daxili İşlər naziri Menuçher Müttəqi Qafqaza müdaxilə edən dövlətlərin burada baş verən böhranı daha da gərginləşdirdiklərini deyib.
Şimali Osetiya böhranının yenidən soyuq müharibəyə səbəb olacağını deyən Müttəqi Rusiya və ABŞ arasında baş verəcək hər hansısa bir anlaşılmazlığın böyük gərginlik yaradacağını da dilə gətirib. Habelə o, İranın Qafqazda sülhü dəstəklədiyini, baş verən böhranın heç bir dövlətin müdaxiləsi olmadan öz həllini tapacağını da deyib.

NATO-dan Rusiyaya ultimatum:

NATO-dan Rusiyaya ultimatum:


Qafqazda gərginlik son həddə çatır

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın “müstəqillik”lərini tanımasına dünya ölkələri tənqidi reaksiya göstərməkdə davam edirlər. Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan bu qərara dünya dövlətləri və beynəlxalq təşkilatlar sərt bəyanatlarla cavab verirlər.
Rusiyanı məsuliyyətsizlikdə günahlandıran ABŞ Prezidenti Corc Buş: “Bu məsuliyyətsiz qərara yenidən baxılmalıdır”, - deyib. NATO bəyanat yayaraq, Rusiyadan qərarını dəyişməyi tələb edib: “Rusiyanın hərəkətləri bu ölkənin Qafqazda sülh və stabillik niyyətlərini şübhə altına qoyur”. Türkiyə Prezidenti Abdullah Gül Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını, Rusiyanın tələsik qərar verdiyini söyləyib. Rus lider Dmitri Medvedev isə iradlara göz yumaraq: “Soyuq müharibə” də daxil olmaqla, kimsədən qorxmuruq, hər kəsə adekvat cavab verəcəyik”,- deyib.

”Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına heç bir təsir göstərməyəcək”. Bu bəyanatla Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxış edib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəllər bəyan etdiyi mövqeyində heç bir dəyişiklik yoxdur. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması çətin, məcburi, lakin indiki situasiyada yeganə mümkün qərardır. Bu qərar Gürcüstan hakimiyyət orqanlarının avqustun 8-də Cənubi Osetiyaya qarşı başladığı hərbi əməliyyatla bağlı konkret situasiyanun məhsuludur. Prezidentlər Dmitri Medvedevlə İlham Əliyev arasında iyulda imzalanmış bəyannamə heç bir halda qüvvəsini itirməyəcək”.

AZƏRBAYCAN YIĞMASININ BAŞ MƏŞQÇİSİ TEHRANDA İTTİHAMLAR SƏSLƏNDİRİB: «DOST ÖLKƏMİZLƏ BELƏ DAVRANMAĞINIZI GÖZLƏMİRDİM»

AZƏRBAYCAN YIĞMASININ BAŞ MƏŞQÇİSİ TEHRANDA İTTİHAMLAR SƏSLƏNDİRİB: «DOST ÖLKƏMİZLƏ BELƏ DAVRANMAĞINIZI GÖZLƏMİRDİM»
2008-08-28, 19:34:00


Berti Foqts


Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts Tehranın «Azadi» stadionunda İran yığması ilə dünən keçirilən yoldaşlıq matçından sonra bəzi gileyləri dilə gətirib.

O, iranlıları qonaqpərvərlik göstərməməkdə günahlandırıb. «Media forum» saytının məlumatına görə, B.Foqts deyib: «Biz yoldaşlıq görüşü üçün öz dostlarımızın yanına gəldik. Lakin mən iranlılardan gözlədiyim qonaqpərvərliyi görmədim. Bir şəxs öz dostunu qonaq çağırırsa, ona əməlli-başlı qulluq etməlidir. Mən iranlılarda bunu görmədim».

Alman baş məşqçi iradını konkretləşdirib: «Biz İrana daxil olanda saat yarım aeroportda avara qaldıq, bizi heç kim qarşılamamışdı. İran Futbol Federasiyası bizi qarşılamağa və yerbəyer etməyə heç kimi göndərməmişdi. Qaldığımız otel də əvvəlcə bizi qəbul etmək istəmirdi. Mən İranda bizimlə belə rəftarı gözləmirdim. Fikirləşirdim ki, bizimlə dost kimi davranacaqlar. Qonşu və dost ölkəmizlə belə davranmağınızı gözləmirdim. Bundan sonra qonaq çağıranda ona yaxşı qulluq göstərməyinizi xahiş edirəm».


«Media forum

İRAN SƏFİRLİYİ SUALLARDAN YAYINIR

İRAN SƏFİRLİYİ SUALLARDAN YAYINIR
Nasir Həmidi Zare öz ölkəsində istirahət edir



Cənubi Qafqaz regionunda baş verən hadisələr son illər dünyanın gündəmində əsas müzakirə mövzularından olan İran məsələsini nisbətən arxa plana keçirib. Dünənədək İranın nüvə ehtiyatlarına malik olmaq istiqamətində cəhdlərinin qarşısını almaq üçün plan cızan böyük güclər indi Rusiyanın açıq təcavüzkarlığını durdurmağın yollarını arayırlar.
Ancaq istənilən halda İran məsələsi aktuallığını tam itirməyib. Üstəlik bu ərəfədə İran hakimiyyəti daxilində problemlərin yaşanması da diqqət çəkir. Heç şübhəsiz ki, Rusiyanın Gürcüstana təcavüzü, iki separatçı qurumu müstəqil subyekt olaraq tanıması, regionda yaradılmasına cəhdlər edilən “Qafqaz evi” məsələsi Tehranda da ciddi müzakirə olunur. Bəs, Tehranın bu məsələlərə reaksiyası necədir? Bütün bu kimi suallarla İranın Azərbaycandakı səfirliyinə müraciət etdik. Lakin səfirlikdən bildirildi ki, səfir Nasir Həmidi Zare başda olmaqla səfirliyin işçiləri bir aylıq məzuniyyətə çıxıblar. Həmçinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzollahi də İranda istirahət edir. Diplomatların sentyabrın əvvəllərində Bakıya dönəcəyi bildirilir. Hazırda səfirin səlahiyyətlərini kimin icra etdiyinə gəldikdə, bildirildi ki, bütün işlər səfirin müavini Şeyx Qəfurun öhdəsindəndir.
Lakin Şeyx Qəfurla danışmaq mümkün olmadı. O, səfirlik əməkdaşı vasitəsilə işinin çox olduğunu və imkan düşən kimi özü bizi arayacağını bildirdi. Lakin iş gününün sonunadək səfirlikdən soraq çıxmadı.
ELŞAD
musavat

Avroparlamentdə Güney Azərbaycan problemi müzakirə ediləcək

Avroparlamentdə Güney Azərbaycan problemi müzakirə ediləcək


Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qulamrza Səbri Təbrizi qanadının təşəbbüsü ilə bu il sentyabrın 10-da Avropa Parlamentinin Belçikanın paytaxtı Brüsseldə yerləşən binasında Güney Azərbaycan probleminə həsr olunan beynəlxalq seminar keçirəcək.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda İranda insan haqları, bu ölkədə yaşayan azərbaycanlıların hüquqları müzakirə predmeti olacaq.
Seminarda Avropa Parlamentinin üzvləri, Azərbaycanşünas alimlər və mətbuat nümayəndələri iştirak edəcəklər. Mətbuat xidmətindən o da bildirilib ki, bu, konqresin təşəbbüsü ilə Avropa Parlamentinin binasında keçirilən ikinci tədbirdir.

İsrail'in İran'ı vuracağı tarih


İsrail'in İran'ı vuracağı tarih
28 Ağustos 2008 Perşembe 17:27
Rusya Duma Başkanı Yardımcısı Jirinovski, İsrail'i, İran'a saldırmasının kaçınılmaz olduğunu söyledi ve tarihini açıkladı.
Rus meclis başkan yardımcısından korkutan kehanet! Rusya Duma Başkanı Yardımcısı Vladimir Jirinovski, İsrail'in iki aylık bir süre içinde İran'a saldırmasının kaçınılmaz olduğunu söyledi.

Güney Osetya ve Abhazya'nın devlet bağımsızlıklarının Rusya tarafından tanınmasını değerlendiren Jirinovski, "Şimdi artık bağımsızlığını tanıdığımız yeni devletlerle bir an önce askeri işbirliği sözleşmeleri imzalayarak bu bölgeye Rus ordusunu göndermenin tam zamanı. Bölgede 50 veya 100 kilometrelik bir güvenlik şeridi oluşturmamız gerekiyor. Söz konusu güvenlik bölgesi, önümüzdeki iki ay içinde başlayacak olan İsrail-İran savaşında bize gerekecek" dedi.

İsrail'in ABD desteğini de arkasına alarak İran'a yapacağı saldırı sırasında İran'ın tüm sanayi gücünün yok edileceğini ve İranlı göçmenlerin kuzeye kaçmaya başlayacaklarını savunan Jirinovski, "Kafkaslarda oluşturacağımız yeni güvenlik bölgesi sayesinde İranlı göçmenlerin Rusya'ya girişi engellenebilir" dedi.

Rusya'nın Güney Kafkas halklarını son 200 yıldan beri Türk ve İranlıların saldırılarından koruduğunu, bölgede barış ve huzurun garantörü olduğunu öne süren Jirinovski, önümüzdeki 5-7 yıl içinde en az 20 devletin daha Güney Osetya ve Abhazya'nın bağmsızlığını tanıyacağını belirterek, "Dünya haritasında iki yeni devlet daha meydana çıktı. Bu artık gerçekleşmiş bir faktördür" dedi.

باکی شهرینده ساققا‌لی قیرخیلان دیندارلارین شکیل‌لری (فوتولار)






قاینار: خبر وئردیگیمیز کیمی، "ابوبکر" مسجیدینده عبادت ائدن‌لر بیر نئچه گون‌دور کی، پولیس بؤلمه‌لرینه چاغریلا‌راق زورلا ساققال‌لارینین قیرخیلدیغین‌دان، تحقیر اولوندوق‌لارین‌دان شیکایت‌لنیرلر. فاکتی مسجیدین ایمامی حاجی قامت سولئیمانوو دا بو گون وئردیگی آچیقلاماسینا تصدیقله‌ییب متن خبرباکی شهرینده ساققا‌لی قیرخیلان دیندارلارین شکیل‌لری (فوتولار)



قاینار: خبر وئردیگیمیز کیمی، "ابوبکر" مسجیدینده عبادت ائدن‌لر بیر نئچه گون‌دور کی، پولیس بؤلمه‌لرینه چاغریلا‌راق زورلا ساققال‌لارینین قیرخیلدیغین‌دان، تحقیر اولوندوق‌لارین‌دان شیکایت‌لنیرلر. فاکتی مسجیدین ایمامی حاجی قامت سولئیمانوو دا بو گون وئردیگی آچیقلاماسینا تصدیقله‌ییب: "بلی، دینی ایجماع عضو‌لری‌نین ساققال‌لارینین قیرخیلماسی حال‌لاری اولوب. دونن ایگیرمی‌دن چوخ ایجماع عضوونون ساققال‌لاری قیرخیلیب. بیر نفرین ایسه حتی باشینی دا قیرخیب‌لار. بیر چوخ پولیس بؤلمه‌لرینده دیندیرمه نورمال کئچیر. آنجاق سبایل رایون پولیس ایداره‌سی‌نین 8-جی و 9-جو پولیس بؤلمه‌لرینده دیندارلار تحقیر اولونوب، ساققال‌لاری قیرخیلیب. اونلارین بیر چوخو قاراباغ محاربه‌سی‌نین وئتئران‌لاری‌دیر. بو، یاخشی حال دئییل."

دینی قوروم‌لارلا ایش اوزره دؤولت کومیته‌سی‌نین سؤزچوسو گوندوز ایسماعیلوو ایسه بو مسئله‌دن معلومات‌سیز اولدوغونو دئییر: «تام صمیمی دئییرم، بیرینجی دفعه‌دیر سیزدن ائشیدیرم. اگر بئله بیر فاکت وارسا، بیزه ده مراجعت ائده بیلرلر. تامامیله یول وئریلمز حال‌دیر».

ائله ایسه نه باش وئردیگین‌دن خبرسیز اولان دینی قوروم‌لارلا ایش اوزره دؤولت کومیته‌سی‌نین مئنیوسونه آشاغی‌داکی شکیل‌لری تقدیم ائدیریک.

QONDARMA QARABAĞ «DÖVLƏTİ»nin BAŞÇISI ABXAZİYA və CƏNUBİ OSETİYA LİDERLİRİNİ TƏBRİK ETDİ

QONDARMA QARABAĞ «DÖVLƏTİ»nin BAŞÇISI ABXAZİYA və CƏNUBİ OSETİYA LİDERLİRİNİ TƏBRİK ETDİ


Bako Saakyan



Azərbaycan torpaqlarında işğal və qanlı etnik təmizləmələr hesabına qurulmuş qondarma «Dağlıq Qarabağ Respublikasının prezidenti» Bako Saakyan bu gün Abxaziya və Cənubi Osetiya liderləri Sergey Baqapş və Eduard Kokoytını «müstəqilliklərinin» tanınması münasibəti ilə təbrik edib.

Təbrikdə separatçı abxaz və osetin rejimləriylə həmrəylik ifadə olunub.




«Media forum»

Kreml Bakını ələ almaq istəyir. V.Mesamed: "Rusiyanın Azərbaycanla bağlı yeni ssenarisi var"

Kreml Bakını ələ almaq istəyir. V.Mesamed: "Rusiyanın Azərbaycanla bağlı yeni ssenarisi var"

Rusiyanın Gürcüstan qoşun yeritməsi, sonra da Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərə tam dəstək verdiyini bəyan edərək onların "dövlət müstəqilliyi"ni rəsmən tanıması Qərblə Moskva arasındakı münasibətləri gərginləşdirməkdədir. Bununla yanaşı, Rusiyanın son davranışları Azərbaycan üçün də müəyyən təhlükə kəsb edir. Ən azı ona görə ki, Dağlıq Qarabağdakı separatçılar osetin və abxaz "qardaşları"nın "uğur"larından xeyli ruhlanıblar.
Moskvadakı Yaxın Şərq İnstitutunun Cənubi Qafqaz və Ön Asiya problemləri üzrə baş eksperti, Rusiyanın nüfuzlu siyasi analitiklərindən biri olan Valentin Mesamedin dediyinə görə, Rusiyanın osetinlərlə abxazlara belə ciddi siyasi, hərbi, iqtisadi və mənəvi dəstək verməsi əslində Moskvanın yeni geosiyasi ssenari üzrə hərəkətə başlamasıdır.
"Ekspress" əməkdaşının suallarını cavablayan V.Mesamed bildirdi ki, Cənubi Qafqazda indiyədək müşahidə olunan vəziyyəti artıq unutmaq olar:
- Oyun qaydaları artıq dəyişib. İndi həm Rusiya, həm də Qərb ölkələri Cənubi Qafqazdakı situasiyanı öz nüfuz və təsir dairələrinin nə dərəcə genişliyi, hadisələrə təsir imkanlarının səviyyəsini müəyyənləşdirmək üçün poliqon sayırlar. Rusiya üçün osetin və abxazlar yeni siyasi oyunun adi fiqurları, şahmat taxtasındakı piyadalardır ki, son məqsədə çatmaq üçün onları istənilən an qurban vermək olar.
Qərb də situsiyadan məhz bu formada bəhrələnir. Cənubi Qafqaz indi iki böyük gücün toqquşmasının açıq formada təzahür etdiyi məkandır və bu güclərdən heç biri geri çəkilmək niyyətində deyil. Stavkalar çox böyükdür. Söhbət Rusiyanın postsovet məkanında Kremlə doğru mərkəzəqaçma meylləri ilə inteqrasiya proseslərinə təkan vermək, "tanınmamış"lardan istifadə edərək GUAM birliyi zəiflətmək, MDB-yə alternativ qismində Qərbin yaratdığı strukturları zəiflətmək, Xəzər dənizi, Orta Asiya və Cənubi Qafqazda hadisələrə müdaxilə imkanlarına yenidən yiyələnmək və s. istəkləri kimi amillərdən gedir. Belə şəraitdə ABŞ Gürcüstanla bağlı vəziyyətin ilk günlərində uduzduğu mövqeləri yenidən geri qaytarmaq və Rusiyanı bölgədən tam sıxışdırıb çıxarmaq üçün bütün imkanlarını səfərbər edərək irəliləməyə çalışır. Vaşinqton hələlik avanqardda Avropa Birliyi ölkələrindən istifadə etsə də, hadisələrin kulminasiya nöqtəsinə çatacağı anda özü irəli çıxıb qüvvələr nisbətini bir toxunuşla dağıtmağa çalışacaq. Buna qətiyyən şübhə etmirəm.
- Yəni gürcü-osetin münaqişəsi zonasındakı gərginlik bütün Cənubi Qafqaza yayılacaq? Bir qədər çətin təxmindir, çünki ABŞ dəfələrlə bəyan edib ki, regionda sülh və stabilliyin tərəfdarıdır. Bundan başqa, amerikalı rəsmilər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin arzuedilməz olduğunu vurğulayaraq mesajlarını çox açıq şəkildə Azərbaycan və Ermənistan rəhbərliyinə çatdırıblar.
- Mən savaş olacağını demədim. Hər şey Azərbaycanın tutacağı mövqedən asılıdır. Bakının indi yürütdüyü siyasət Moskvanı təmin etmir və bunu Azərbaycan rəhbərliyi də gözəl bilir. Kreml də anlayır ki, onun Cənubi Osetiya və Abxaziya ilə bağlı qərarı ilə Bakı heç bir halda həmrəy olmayacaq. Eyni zamanda, Ermənistanda da çox maraqlı vəziyyətdədir.
Ermənistan indiyədək Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərlə sıx əlaqələrini daima təbliğ edirdisə, hazırda Gürcüstanı sinirləndirməmək üçün susmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyə tərəfindən nəqliyyat blokadasına alınan, regional layihələrin hamısından kənarda qalan Ermənistan osetinlərlə abxazlara dəstək verib Gürcüstandan keçən "həyat yolu"nu itirmək istəmir. Buna görə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən yararlanaraq Bakıya açıq təzyiqlər göstərəcəyini düşünmürəm. Amma Rusiyanın təzyiqləri olacaq, özü də çox güclü şəkildə.
Gürcüstan və Azərbaycanın NATO istiqamətində hərəkətləri, onların Avroatlantika məkanına inteqrasiyaya yönəlmiş xarici siyasətləri illərdir ki, Kremli qıcıqlandırır. Gürcüstandakı hadisələrdən sonra Bakının bu siyasəti gücləndirəcəyini düşünürəm və belədə, Kreml Cənubi Qafqazda "ikinci NATO forpostu"nun yaranmasına yol verməmək üçün əlindən gələni edəcək.
- Gürcüstan Rusiyaya müqavimət göstərə bilmədi. Azərbaycanı da bu tale gözləyə bilərmi?
- Xeyr, çünki Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiya ilə qarşıdurma və fasiləsiz mübahisələr siyasətini seçməmişdi. Bakı ilə Moskvanın münasibətləri normaldır. Amma bununla belə, Rusiyanın təzyiqlərinin sərtləşəcəyini nəzərə alsaq, Bakının belə böyük dövlətə təkbaşına müqavimət göstərə bilməsi mümkün deyil. Zənn edirəm ki, Azərbaycan Qərblə, ələlxüsus da ABŞ ilə təmasları daha da intensivləşdirərək ciddi dəstək almağa və bu minvalla mümkün itkilərdən yayınmağa çalışacaq.
- Təbii ki, ritorik sualdan yayına bilməyəcəyik: Rusiya Cənubi Osetiya və Abxaziyanın "dövlət müstəqilliyi"ni nə üçün tanıdı?
- Cavab çox sadədir: Moskva öz maraqlarını təmin etmək üçün ən yaxşı anı seçdi və Gürcüstandakı situasiyadan maksimum dərəcədə faydalanmağa can atdı. Rusiya vəziyyətdən mümkün qədər çox mənfəət əldə etmək üçün Gürcüstandan qoşunlarını çıxarmamış "tanınmamış"ları tanıdı ki, dünya birliyinin düşünülmüş reaksiyasının formalaşmasını qabaqlasın.
Dünya birliyinin, ABŞ və NATO-nun Rusiyanın addımları ilə barışması mümkün deyil. Sözsüz ki, təsirlər, təzyiqlər, bəlkə də sanksiyalar oldu. Amma Rusiyanı Gürcüstandan çıxarmaq üçün radikal qərarların verilməsinə inanmıram.
Bununla belə, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşdiyir şəraitdə Cənubi Qafqazda maraqlar toqquşması ifrat sərt forma almaqdadır. Belə şəraitdə region dövlətləri hansı düşərgədə olduqlarına qərar verməlidir. "Həm ondan, həm bundan" dövrü artıq başa çatıb. Ya Qərblə, ya da Rusiya ilə olmağın vaxtı çatıb.
- Belə şəraitdə hadisələrin inkişaf məcrası nədən asılı olacaq?
- Vəziyyəti Qərbin Gürcüstana göstərdiyi yardım və verdiyi dəstəyin səviyyəsi ilə Rusiyanın sərtliyinin hansı səviyyəyədək davam etməsi müəyyənləşdirəcək. Amma heç düşünmürəm ki, Rusiyanın Azərbaycana təzyiqləri güclənəcək. Tam əksinə, Azərbaycanın Qərbə doğru daha çox meyllənməsinin qarşısını almaq üçün Rusiya Bakını ələ almağa çalışacaq.
Bundan başqa, Cənubi Osetiya və Abxaziya ilə bağlı məsələdə Qərblə aşkar qarşıdurmaya gedən Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı davranışı başqa cür olacaq. Moskva bu konfliktin bütün münaqişə tərəflərinin maraqlarının tam nəzərə alınması şərti ilə, lakin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinə çalışacaq, bununla da "tanınmamış"larla bağlı kontekstə güzəştlərə gedə biləcəyini nümayiş etdiərərk Qərblə davranışını normallaşdırmaq istəyəcək. Belə şəraitdə Bakının səbatlı, yaxın və orta perspektivlərin düşünülüb hesablandığı siyasət yürütməsi mürəkkəb işdir.
Qərbin reaksiyasını isə indidən proqnozlaşdırmaq çox çətindir.
- Gürcüstandakı hadisələrdən sonra Azərbaycanın NATO-ya üzv olması məsələsinin mümkün qədər tez həll edilməsinin gərəkdiyi, yalnız bu yolla Rusiyanın təzyiqlərindən yaxa qurtara biləcəyimiz deyilir. Ancaq mövcud şəraitdə Azərbaycan və Gürcüstanın NATO-ya qəbul edilməsi, fikrimizcə, bir qədər problematik məsələdir.
- NATO bütün dərdlərin dərmanı, geosiyasi problemlərin həlli və qonşu dövlətlərlə münasibətləri tənzimləyəcək çıxış yolu deyil. Baltikyanı dövlətlər NATO üzvləridir. Bəyəm onlar Rusiyanın təzyiqlərindən azad olublar? Cənubi Qafqazın bəxti onda gətirdi ki, Gürcüstan NATO üzvü deyildi: belə olardısa, gürcü-osetin münaqişəsi zonasında hadisələrin fəlakət ssenarisi üzrə inkişafı qaçılmazdı. Münaqişə zonası olan ölkələri sıralarına qəbul etmək istəməyən NATO müdrik mövqe tutub. Sözsüz ki, Qərb bundan sonra da Rusiyaın Cənubi Qafqazda Rusiyanın jandarmlıq etməyinə imkan verməyəcək. Əslində, Rusiya da artıq "doyub" və sakitləşmək üzrədir. Moskva sinirləri daha da gərmək, Qərblə qarşıdurmanı ifrat həddə çatdırmaqda və Cənubi Qafqazdakı mövqelərini gücləndirmək əvəzinə, uduzmaq istəmir.
Moskva onsuz da qarşısına qoyduğu məqsədlərin hamısına çatıb və bundan sonra da sərtlik yalnız zərərə işləyə bilər.
Rusiya üçün Cənubi Qafqazın ideal modeli sadiq Ermənistan, konfederativ Gürcüstan və federativ Azərbaycandır.

Həsən AĞACAN
express

"Azərbaycana qeyri-ənənəvi dini təmayüllərin axını artıb"

"Azərbaycana qeyri-ənənəvi dini təmayüllərin axını artıb"

Gültəkin Hacıyeva: "Dini etiqad azadlığı haqqında" qanunun sərtləşdirilməsinə zəruri ehtiyac duyulur"
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıeyva az əvvəl "Əbu-Bəkr" məscidində törədilən partlayışı terror aktı, təxribat və ölkədə dini tolerantlığa qarşı çox ciddi bir hücum, qəsd sayır. Bu terrakt kim tərəfindən törədilməsindən asılı olmayaraq, Azərbaycanı sevməyən qüvvələrin mənafeyinə xidmət edən bir addımdır. Özü də məsciddə elə bir vaxtda partlayış törədilib ki, həmin zaman ibadət evinin imamı, məscidin fəalları orada olub. Məqsəd çox böyük insan təlafatına səbəb olmaqla dindarların heysiyyatına toxunmaq, onları cavab addımlarına sövq etmək və bununla da təxribat törədərək çox ciddi qarışıqlığın təməlini qoymaq olub.

Rəvan Məmmədli

Hadisə öz-özlüyündə çox ciddi mətləblərdən də xəbər verir: "Bu olayı törədən insanlar da çox ciddi mənbələrdən qaynaqlanırlar. Əgər Azərbaycanda din münasibətləri sahəsində hansısa ciddi bir boşluq olmasaydı, yəqin ki, bu sahədə qarışıqlıq salmaq fikirləri də yaranmazdı. Görünür, bu sui-qəsdin, terraktın özü mövcud sahədə olan müəyyən boşluqlara işarə idi. Azərbaycana qeyri-ənənəvi dini təmayüllərin axını mövcuddur. Bu axının arxasında bir çox hallarda da Azərbaycanı sevməyən, ölkəmizdə maraqları olan və bu maraqları təmin olunmayan qüvvələr dayanır".
Onun sözlərinə görə, Azərbaycan çox çətin coğrafiyada yerləşən ölkədir və bu dövləti idarə etmək qonşularımızdakı ölkələri idarə etməkdən qat-qat çətindir. Burada Cənub, Şimal, Ermənistan amili, zəngin neft və karbohidrogen ehtiyatları, coğrafi anlamda Azərbaycanın Türkiyə və Orta Asiya respublikaları ilə bir körpü rolu oynaması məsələsi və s. var. Bütün bunların hamısını üst-üstə gəldikdə, onlar ölkəmizin yerləşdiyi məkanın coğrafiyasını əlverişli etməklə yanaşı, Azərbaycanı poliqona çevirmək, üzərində manevr etmək və marionet dövlətə çevirmək istəyən qüvvələrin arzularını da, istəklərini də aktuallaşdırır, fəallaşdırır. Ona görə də millət vəkili düşünür ki, Azərbaycanda dini sahədə olan müəyyən problemləri birdəfəlik həll etmək lazımdır. Bu problemlər Azərbaycan cəmiyyətinin daxilindən qaynaqlanmır. Cəmiyyətimiz yüz illər boyu öz dini, milli, etnik tolerantlığı ilə fərqlənib və bu sahədə Avropanın əksər dövlətlərinə nümunə ola bilər. Bu problemlər dövlətin bu yöndə yeritdiyi siyasətin də mahiyyətindən irəli gəlmir. Əksinə, dövlət həmişə Azərbaycanda yaşayan, mövcud olan bütün dinlərin və etnik qrupların nümayəndələrinə qucaq açıb və ölkəmizi onların hər birinin vətəni kimi inkişaf etdirib. Bu yöndə narahatlıqlar, problemlər xaricdən gələn müəyyən təsirlərin qarşısında bizim duruş gətirə və yaxud bu təsirlərə adekvat cavab verə bilməyəcəyimizdən doğur: "Açıq etiraf edək ki, Azərbaycan müstəqilliyini əldə etdikdən, sərhədlərimiz açıldıqdan sonra həm şimaldan, həm cənubdan istər qeyri-ənənəvi xristian, istərsə də elə qeyri-ənənəvi islam təmayüllü dini sektaların axını artıb. Yaşadığımız son hadisə bir daha gerçəkliyi sübut etdi ki, Azərbaycanda xüsusilə gənclərin təlim-tərbiyəsində, o cümlədən dini, ideoloji, təhsil sahəsində olan boşluqları doldurmaq lazımdır, bu yöndə çox ciddi işlər aparılmalıdır. Mənə elə gəlir ki, bu istiqamətdə ən təsirli yol Azərbaycan təhsilinin səviyyəsinin qaldırılması, gənclərin təhsilə daha ciddi cəlb edilməsi, onların idmana daha kütləvi şəkildə meylləndirilməsindən keçir. Hesab edirəm ki, əgər bu istiqamətlər inkişaf etdirlərsə, o zaman gənclər həm intellektual, həm fiziki hazırlıqları yüksəldəcək, həm də Azərbaycana olan müəyyən münbit təzyiqlər aradan qalxmış olacaq". Gültəkin Hacıyeva vurğuladı ki, "Dini etiqad azadlığı haqqında" qanunun sərtləşdirilməsinə də ehtiyac var. Azərbaycanı poliqona çevirmək istəyən qüvvələrin niyyətlərinin qarşısının alınmasında bu qanun əngəl, sipər rolunu oynamalıdır: "Bu baxımdan, düşünürəm ki, biz bu qısa müddətdə - qarşıdan gələn payız sessiyasına kimi bu qanunla bağlı təkliflərimizi hazırlayıb ortalığa qoya biləcəyik. Qanunun müddəalarının sərtləşdirilməsini zəruri edən bir neçə səbəb var. Azərbaycanın Ermənistanla müharibə şəraitində olması çox ciddi bir səbəbdir. Əvvəla, Azərbaycanın Ermənistanla sərhədlərindən ölkəmizə müdaxilə etmək imkanları çox genişdir və Ermənistan istədiyi diversant qrupları işğal etdiyi sərhəd bölgələrindən Azərbaycana yeridə bilir. İkincisi, Ermənistanı dəstəkləyən müəyyən güclər var ki, onlar istər xristian, istərsə də islam ölkələrinin özündə belə, sevilməyən qeyri-ənənəvi dini təmayüllərə Azərbaycanda münbit şərait yaratmaqla, onları ölkəmizdə yerləşdirməklə ölkəmizdə gənclər arasında müharibə ovqatını, torpaqlarımızın azad edilməsi ovqatını sındırmağa çalışırlar". Millət vəkili vurğuladı ki, Azərbaycan bu coğrafi məkanın ürəyi, birləşdirici həlqəsidir. Təbii və humanitar potensialla zəngin olan bu coğrafi məkana, bölgəyə nəzarət üzərində ciddi təsir müharibəsi gedir. Hər hansı ani bir səhv üzündən Azərbaycan bu müharibənin, mübarizənin qurbanı ola bilər. Bu baxımdan, Azərbaycan nə qədər zəngin, nə qədər cəlbedici ölkədirsə, eyni zamanda, bu ölkəni idarə etmək, bütövlükdə dövlət idarəetməsi ilə bağlı qərarlar qəbul etmək bir o qədər mürəkkəb və məsuliyyətlidir.
O, orta məktəblərdə din tarixinin tədris edilməsini çox zəruri sayır. Ümumiyyətlə, din tarixi dünya tarixinin, dünya mədəniyyət tarixinin tərkib hissəsidir və bu tarixin tədrisi əslində gənclərimizin bir şəxsiyyət kimi tam, bütöv, kamil yetişməsinə xidmət edərdi. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir, ancaq bununla yanaşı, azərbaycanlılar mütləq əksəriyyət etibarilə islam dininə etiqad edir. Bizim dəyərlərimiz, mənəviyyatımız islamla sıx bağlıdır. Sözsüz ki, burada söhbət mötədil islamdan, dünyəviliklə uyğunlaşmış, uzlaşmış, barış şəraitində mövcud olan islamdan gedir. Bu baxımdan, Azərbaycan gənclərinin islam dininin təməllərini, əsaslarını öyrənməsi çox zəruri və vacibdir: "Mötədil, gerçək islamın tədrisi islamdan sui-istifadə edən qüvvələrin qarşısını alardı. Əslində, islama aidiyyəti olmayan, lakin islam adı ilə təqdim olunan qaragüruh təriqətlərin, qaragüruh təmayüllərin təbliğinin qarşısını kəsərdi. Amma bir daha qeyd edirəm ki, bu addımın özü də müəyyən qədər mötədil şəkildə olmalıdır, burada da heç cür ifrata varmaq olmaz. Gənc nəslin təlim və tərbiyəsi çox həssas bir məsələdir. Ona görə bu sahədə boşluqlar buraxmamaqla yanaşı, hansısa bir ifrata varmaq da, gərəyindən daha artıq şəkildə hansısa bir fənni tədris etmək də yaxşı effekt vermir. Əksinə, zaman keçdikcə, burada daha mənfur çalarlar özünü büruzə verir. Odur ki, burada etiyatlı olmaqla yanaşı, sözsüz ki, öz dinimizi və digər bütün dünyəvi, səmavi dinlərini, onların tarixini övladlarımıza, xalqımıza tədris etməliyik. Eyni zamanda, bir daha bildirmək istəyirəm ki, ümumiyyətlə, ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yüksəlməsi, digər fənlərin tədrisində olan boşluqların aradan qaldırılması, belə demək mümkünsə, orta məktəb institutuna etimadın qaytarılması çox mühüm şərtdir. Bu şərt də reallaşdıqdan sonra, düşünürəm ki, digər boşluqlar aradan qalxmış olacaq". Millət vəkili dedi ki, azərbaycançılıq ideologiyasının təməlləri artıq bizim üçrəngli bayrağımızda öz əksini tapıb. Bunlar da türkçülük, demokratiya, Avropaya inteqrasiyar və islamdır. Azərbaycanın inkişafı, Azərbaycanın çiçəklənməsi bu üç istiqamətin inkişafı ilə birbaşa bağlıdır ki, gənclərimizin də təlim və tərbiyəsi məhz bu ruhda köklənməlidir.

"Rusiya yeni xəritə ilə barışmaq istəmir"

"Rusiya yeni xəritə ilə barışmaq istəmir"


Rusiyanın Qara Dəniz donanması Sevastopoldadır

Ukraynaya səfərdə olan Britaniyanın xarici işlər naziri Deyvid Milibənd Rusiyaya müraciət edərək soyuq müharibəyə başlamamağa çağırıb.
Cənab Milibənd deyib ki, Rusiya regionun yeni xəritəsi ilə barışmaq istəmir.

O bildirib ki, qərb ölkələri Rusiya ilə əlaqələrə yenidən baxmalı olacaqlar.

Ukrayna prezidenti Viktor Yuşşenko isə deyib ki, ölkəsi Rusiyanın Sevastopol limanının kirayəsi üçün ödədiyi pulu artırmağı nəzərdən keçirə bilər.

Rusiyanın Qara Dəniz donanması məhz Sevastopoldadır.

bbc

QAFQAZDA ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ BAŞLAYA BİLƏR

QAFQAZDA ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ BAŞLAYA BİLƏR
Fransa xarici işlər naziri bu barədə xəbərdarlıq etdi
Rusiyanın Gürcüstanın iki separatçı bölgəsini müstəqil dövlət kimi tanıması bölgədə gərginliyi daha da artıb



Rusiyanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasından sonra dünyada yeni “soyuq müharibə” erası başlayıb. Lakin bu tezliklə əsl müharibəyə səbəb ola bilər. Çünki Qərblə Rusiya arasında qarşıdurma görünməmiş sürətlə güclənməkdədir. Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedyev bir gün əvvəl Təhlükəsizlik Şurasının Soçidə keçirilən iclasında ölkə parlamentinin hər iki palatasının müraciətini nəzərə alaraq Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaq haqda fərman imzalayıb.
Ardınca Medvedyev Xarici İşlər Nazirliyinə yeni “müstəqil dövlətlərlə” diplomatik münasibətlər yaratmaq haqda göstəriş verib. Göstərişə əsasən, Rusiya ilə Cənubi Osetiya və Abxaziya arasında təhlükəsizlik, dostluq və əməkdaşlıq haqda uzunmüddətli müqavilələr də imzalanmalıdır.
Rusiyanın Gürcüstana qoşun yeritməsindən sonra Kremlə qarşı siyasi və diplomatik vasitələrlə təzyiq göstərməyə çalışan beynəlxalq birlik Moskvanın son addımından sonra nə etmək barədə müzakirələr aparır. Hələlik, Rusiyanın hərəkəti bəyanatlarla pislənilir. Məlumatlara görə, ABŞ prezidenti Corc Buş Rusiyanın addımını məsuliyyətsiz adlandırıb. Ağ Evin nümayəndəsi Tonni Fratto deyib ki, Moskva qeyri-rasional addımlar atır ki, onun təcrid olunmasını daha genişləndirəcək. “İndiyədək biz bir neçə təəssüf doğuran addımlar gördük ki, Rusiyanın təcridini genişləndirəcək. Biz ümid edirik Moskva beynəlxlaq ictimaiyyətin çağırışlarına qulaq verərək bu cür qərarların uzunmüddətli perspektivdə mənfəətləri üçün ziyanlı olduğunu anlayacaq”. Ağ Ev nümayəndəsi prezidentin adından bəyan edib ki, Rusiyanın addımı beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, o cümlədən Gürcüstanla imzalanmış atəşkəs razılaşmasına ziddir. “Rusiyanın addımları gərginliyi artırır və diplomatik danışıqları çətinləşdirir. Biz Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanımaqda davam edirik”, deyə bəyanatda bildirilir.
Rusiyanı Avropa İttifaqına sədrlik edən Fransanın nümyəndəsi də tənqid edib. Fransanın xarici işlər naziri Bernar Kuşner deyib ki, qərar tanınmayacaq: “Bu qərar Gürcüstanın ərazi bütövülüyünə zidd olduğu üçün tanına bilməz. Biz müharibənin dayandırılması ilə Tiflisin zəbt olunması və Saakaşvilinin devrilməsinin qarşısını aldıq. İndi 27 Avropa ölkəsi sözü bir yerə qoyaraq növbəti addımları müzakirə etməlidirlər”. Kuşner qeyd edib ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı tanımaqla özünü beynəlxalq hüquqdan kənarda qoyub. Fransa xarici işlər nazirinin bildirdiyinə görə, Rusiyanın bu addımı heç şübhəsiz ki, yeni “soyuq müharibə”dir. Lakin söhbət təkcə “soyuq müharibədən” getsəydi bu o qədər də qorxulu olmazdı: “Biz əsl müharibədən ehtiyat edirik və onu istəmirik”. Bundan əvvəl Rusiya prezidenti Dmitri Medvedyev bəyan etmişdi ki, onun ölkəsi yeni “soyuq müharibə”dən qorxmur və Qərb Moskva ilə xeyirxah münasibətlər saxlamaq istəyirsə, Cənubi Osetiya və Abxaziyanın tanınması səbəblərini qəbul etməlidir. Kuşner əlavə edib ki, Rusiya Gürcüstandan sonra Moldova və Ukraynanı parçalamağa cəhd edə bilər: “Moskvanın Ukraynanın ərazisi olan Krımı özünə birləşdirmək və Moldovanı parçalamaq planları aydın görünür, bütün bunlar çox təhlükəlidir”.
Qərb mətbuatı və təhlilçiləri isə qeyd edir ki, Rusiyanın bu addımı keçmiş sovet respublikalarındakı digər dondurulmuş münaqişələrə də təsir göstərəcək. Belə ki, Dağlıq Qarabağ və Dnestryanı bölgə separatçıları bu hadisədən ruhlanaraq müstəqillik haqda tələblərini yeniləyəcəklər, həmin münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli perspektivləri isə şübhə altında qalacaq. Gürcüstanın hadisəyə reaksiyası da bəyanatlar formasında olub. Prezident Mixail Saakaşvili Təhlükəsizlik Şurasının iclasını keçirdikdən sonra xalqa müraciət edib və Rusiyanın addımını “işğalçılıq və həyasızlıq” adlandırıb: “Son vaxtlar Rusiya strateji səhvlər buraxaraq dünyada nüfuzuna ciddi zərbə vurdu. Bu Hitler və Stalin rejimindən sonra Avropada sərhədlərin dəyişdirilməsi istiqamətində ilk cəhddir.ÿ Bu misli görünməmiş qanunsuzluq və həyasızlıqdır. Rusiyanın bugünki addımı bütünlüklə qanunsuzdur və Gürcüstan eləcə də dünya ictimaiyyəti üçün heç bir hüquqi nəticəsi yoxdur. Rusiyanın bütün fəaliyyəti 1921-ci ildə olduğu kimi Gürcüstanın tək qalmasına yönəlmişdi. Lakin bu plan sonuna qədər uğursuzluqla nəticələndi”, deyə Saakaşvili bildirib.ÿ O vəd edib ki, Cənubi Osetiya və Abxaziya uğrunda dinc mübarizə davam edəcək. Gürcüstan prezidenti bəyan edib ki, NATO və Avropa Birliyi tezliklə ölkəni öz sıralarına qəbul etməlidir.
Məlum olub ki, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri birtərəfli qaydada kəsməyə hazırlaşır. “Nezavisimaya qazeta”nın məlumatına görə, bu addımın prezident Dmitri Medvedevin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına cavab olaraq atacağı gözlənilir. Bildirilir ki, Saakaşvili artıq hökumətə müvafiq proseduru hazırlamağı tapşırıb. Dünən səhər tezdən Tiflisdə parlamentin və Gürcüstan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı başlayıb. Gürcüstan Xarici İşlər Nazirliyində bununla bağlı şərh verməkdən imtina ediblər. Lakin reinteqrasiya üzrə dövlət naziri Temuri Yakobaşvili prezidentin belə bir tapşırıq verdiyini dolayısıyla təsdiq edib. Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiyasının rəhbəri Şota Malaxşiya isə təsdiq edib ki, parlamentin bürosu artıq Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi barədə məsələni müzakirə edir: “Parlament hesab edir ki, Rusiya rəsmən separatçı rejimləri tanıdığına görə bu ölkə ilə diplomatik münasibətlər saxlamaq mümkün deyil”.
Amerikada isə etiraf edirlər ki, Rusiyanın özünü bu cür aparması və bütün dünyaya meydan oxuması Vaşinqtonun buraxdığı səhvlər nəticəsində mümkün olub. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya proqramının rəhbəri Endryu Kuçins BBC-yə müsahibəsində Birləşmiş Ştatların Rusiya diplomatiyasını tənqid edib. Kuçinsin fikrincə, ruslar indi Qərbə və Vaşinqtona bu mesajı çatdırmaq istəyirlər: “Siz neçə illərdi ki, bizim milli maraqlarımıza hörmət etmirsiniz. Qırmızı xətlər var ki, onları keçsəniz, nəticələri ilə qarşılaşacaqsınız”. Kuçinsin qeyd etdiyinə görə, Rusiya uzun müddət deyirdi ki, NATO-nun genişlənməsinin birinci mərhələsi həmin qırmızı xətti keçmək demək olacaq: “NATO genişləndi, amma heç nə baş vermədi. Genişlənmənin ikinci mərhələsi də eyni cür oldu, ancaq bu dəfə vəziyyət tam başqadır və son iki həftə ərzində baş verənlər tam fərqli bir mənzərə yaratmış olur”. Kuçins hazırda ABŞ-la Rusiya arasındakı münasibətlərin “çox pis” olduğunu deyib. Onun sözlərinə görə, Amerika-Rusiya münasibətləri Gürcüstan münaqişəsindən əvvəl belə, son bir neçə il ərzində gərginləşib. “Sözsüz ki, bu münaqişə münasibətlərə son 10 ildə ən böyük bir zərbə vurmuş oldu. Bu münasibətlərin haraya aparacağı bizim bundan sonra necə davam etməyimizdən asılı olacaq”, deyə ekspert bildirib. O əlavə edib ki, ABŞ Rusiyanın özünü bu cür aparmasına qətiyyən hazır görünmür və indi necə hərəkət etmək barədə baş sındırır. Lakin çıxarılan qərarlar bir çox hallarda mövcud situasiya ilə adekvat olmur.
Qərb ekspertləri onu da qeyd edirlər ki, ABŞ-ın indiki situasiyada Gürcüstana kömək etmək imkanlarının çox məhdud olduğu bir daha göründü. ABŞ-ın regionda hərbi bazaları mövcud deyil, əgər mövcud olsaydı belə, Rusiyanın hərbi mövqelərinin kifayət qədər güclü olduğu Qafqaz bölgəsində onunla müharibə apara bilməzdi. Görünür, buna görədir ki, ABŞ Gürcüstanda Rusiya ilə hərbi qarşıdurma təhlükəsi yaranmasına yol vermək istəmir. Bir gün əvvəl bildirilirdi ki, Gürcüstana humanitar yardım gətirən Amerika hərbi gəmisi rusların nəzarətində olan Poti limanına yan ala bilər. Bundan əvvəl ABŞ donanmasının “McFaul” gəmisi humanitar yardımla Batumi limanına yan alıb. Lakin məlum olub ki, onun ardınca Gürcüstan sularına daxil olan “Dallas” gəmisi də Potiyə yan almaqdan çəkinib. ABŞ-ın Gürcüstandakı səfirliyi açıqlayıb ki, gəmi Batumiyə yan alıb, lakin səbəbləri haqda heç nə deyilməyib. Bildirilir ki, Potidə Amerika gəmisini qarşılamaq üçün təntənəli mərasim də hazırlanıbmış, lakin 34 ton humanitar yardım daşıyan “Dallas”ın son anda Batumiyə yan alması qərara alınıb.
Hazırda ABŞ-ın üçüncü hərbi gəmisi -"Mount Whitney" flaqmanı Gürcüstana doğru üzür. Gəmi Amerikanın 6-cı donanmasının dislokasiya olunduğu İtaliyanın Qaeta limanını tərk edib və Qara dənizə daxil olmaq üzrədir. Amerika Hərbi-Dəniz Qüvvələrinin təmsilçisi Temsen Riz bildirib ki, gəmidə humanitar yardım aparılır. Moskvadakı hərbi mənbə isə bildirib ki, Amerika gəmilərinin Gürcüstana müxtəlif növ silahlar, o cümlədən “Stinger” tipli hava hücumundan müdafiə qurğuları gətirdiyi haqda şübhələr var. Mənbə deyib ki, hazırda Qara dənizdə NATO donanmasının zərbə qrupu üzür, qrupa 10-dan çox müxtəlif tipli hərbi gəmilər daxildir. Hazırda Amerikanın Hərbi Hava Qüvvələri də Gürcüstana humanitar yardımlar çatdırmaqla məşğuldur.
Amerika gəmilərinin Gürcüstan sahillərinə yan alması Rusiyanı da cavab tədbirləri görməyə sövq edib. Xəbər verildiyi kimi, Rusiyanın Qara dəniz donanmasının bir neçə gəmisi başda “Moskva” kreyseri olmaqla Gürcüstan sahillərinə göndərilib. Hərbi gəmilərin Abxaziya sahillərinə daxil olduğu və orada növbə çəkməyə başladığı bildirilir. Gəmi qrupuna raket kreyseri ilə yanaşı böyük desant gəmiləri də daxildir. Rusiya donanmasının admiralı Sergey Menyaylo deyib ki, onların vəzifəsi Abxaziya sahillərində təhlükəsizliyi və stabilliyi təmin etməkdir. Bununla da Rusiya Gürcüstanla əldə edilmiş atəşkəs razılaşmasını növbəti dəfə pozmuş olur. Xatırladaq ki, hazırda ruslar Gürcüstanın Poti limanını, Senaki şəhərinin ətrafını və Abxaziya istiqamətindəki bir sıra yaşayış məntəqələrini nəzarətdə saxlayır.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə etiraf edib ki, Rusiyanın qorxusundan ölkəni tərk edə bilmir. Almaniyanın “Bild” qəzetinə müsahibəsində Saakaşvili deyib ki, o, Avropa Birliyinin sentyabrın 2-də Brüsseldə Gürcüstanla bağlı çağrılmış növbədənkənar sammitinə dəvət edilib, lakin bu sammitə qatıla bilməyəcək. Saakaşvilinin sözlərinə görə, Rusiya onun geri dönməsinə imkan verməyə bilər: “Rusiya Gürcüstanın hava məkanını bağlaya və mənim təyyarəmin enməsinə imkan verməyə bilər. Rusiyanın belə planlarının olduğu haqda məlumatımız var, ona görə də mən ölkəni tərk edə bilmirəm”.
Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına etiraz olaraq bu ölkəyə diplomatik səfəri təxirə salıb. Ukrayna xarici işlər nazirinin birinci müavini səlahiyyətlərini icra edən Yuri Kostenkonun başçılıq etdiyi nümayəndə heyətinin səfəri zamanı iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilməliymiş. Ukrayna XİN-in mətbuat xidməti xüsusi bəyanatla çıxış edərək Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz hissəsi olduğunu qeyd edib: “Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması beynəlxalq hüquq normalarının, ikitərəfli və çoxtərəfli razılaşmaların kobud şəkildə pozulmasıdır. Bu addım BMT Nizamnaməsinə, 1975-ci il Helsinki razılaşmasına, eləcə də MDB nizamnaməsinə ziddir. Adları çəkilən Gürcüstan ərazilərinin tanınması faktiki ilhaq və avantüradır”. Azərbaycan isə Rusiyanın son addımına ehtiyatlı reaksiya verib. Rəsmi Bakıdan yalnız onu bildiriblər ki, Azərbaycan əvvəlki kimi Gürcüstanın ərazi bütövlüyünü tanıyır.
F.MƏMMƏDOV
musavat

AZƏRBAYCAN ERMƏNİSTANA HAVA DƏHLİZİ VERDİ

AZƏRBAYCAN ERMƏNİSTANA HAVA DƏHLİZİ VERDİ
Gürcüstan üzərindən yol bağlandığına görə İrəvandan Rusiyaya və geriyə uçan təyyarələr marşrutunu dəyişib



Rusiyadan Ermənistana və geriyə uçan təyyarələr neçə gündür ki, Azərbaycanın hava məkanından istifadə edirlər. Dünən məlum olub ki, Gürcüstan aeronaviqasiya xidməti Volqoqrad-İrəvan reysi ilə uçan təyyarəsinə xidmət göstərməkdən imtina etdiyin, görə təyyarə Ermənistana Azərbaycan ərazisindən uçub. “Regnum” agentliyinin məlumatında deyilir ki, buna baxmayaraq, Ermənistan təyyarələri Rusiyaya Gürcüstan ərazisindən keçməklə uçuşları davam etdirirlər. Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tiflisin imtinasından sonra İrəvana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər.
Gürcüstan avianaviqasiya xidməti onlara hava məkanından istifadənin məhdudlaşdırılması ilə bağlı rəsmi informasiya verməyib. Bildirilir ki, məhdudiyyət Cənubi Osetiyadakı döyüşlər zamanı tətbiq edilib və sonradan aradan qaldırılıb. Rusiyanın hava hərəkətinin təşkili dövlət korporasiyası gürcü tərəfinə bununla bağlı rəsmi sorğu göndərdiyini, lakin müraciətə cavab verilmədiyini bildirib.
“Aeroflot”un İrəvan nümayəndəliyindən isə bildiriblər ki, şirkət hələ avqustun 9-dan Gürcüstan ərazisindən hava uçuşlarını dayandırıb. Öz növbəsində “Armavia”nın mətbuat katibi Nana Avetisova Ermənistan təyyarələrinin Gürcüstanın hava məkanından istifadəsi ilə bağlı problem yaranmadığını vurğulayıb. Onun sözlərinə görə, “Armavia”nın təyyarələri Gürcüstanın hava məkanından istifadə etməklə Rusiyaya uçuşları davam etdirirlər". Son məlumata görə, Ermənistan Aviasiya İdarəsinin rəhbərliyi də təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etdiyini bildirib.
Xəbər verildiyi kimi, Gürcüstan ətrafında yaranmış böhrandan sonra Türkiyə də Ermənistan təyyarələrinə öz hava məkanından istifadə imkanı yaradıb. Rəsmi Ankara Tiflisə humanitar yüklərin daşınmasını asanlaşdırmaq üçün bu addımı atdığını açıqlayıb. Lakin müşahidəçilər bu addımı Türkiyənin Ermənistana növbəti barışıq mesajı kimi dəyərləndirirlər. Türkiyənin ardınca Azərbaycan da Ermənistana öz hava məkanını faktiki olaraq açıb. Xatırladaq ki, Gürcüstanda yaranmış vəziyyətlə bağlı Ermənistanın nəqliyyat əlaqələri daha da məhdudlaşıb, hazırda ölkəyə yüklərin daşınmasında ciddi problemlər var.
F.MƏMMƏDOV
musavat

TÜRKİYƏDƏ PKK-çılar KƏNDƏ HÜCUM EDİB

TÜRKİYƏDƏ PKK-çılar KƏNDƏ HÜCUM EDİB
Silahlı qüvvələrlə döyüş zamanı azı 15 terrorçu öldürülüb



Türkiyədə PKK terrorçuları uzun müddətdən sonra ilk dəfə böyük dəstə halında kəndə hücum etməyə cəhd göstəriblər. Bitlis vilayətinin İkizlər kəndinə basqın etməyə çalışan terrorçuların qarşısını Türkiyə Silahlı Qüvvələri kəsib. Bu zaman şiddətli döyüş baş verib və azı 15 PKK-çı məhv edilib. Yerli mətbuatın xəbərlərinə görə, 20 nəfərdən ibarət PKK-çı qrup səhər saatlarında kəndə basqın edib.
Onların qarşısını ilk olaraq kənd qoruyucuları kəsib. İlk döyüşlər zamanı 7 terrorçu öldürülüb, kənd qoruyucularından isə 5 nəfəri həlak olub. Daha sonra köməyə gələn əsgərlər qaçan terrorçuları təqib edərək daha 8 PKK-çını öldürüblər. 1 terrorçu isə sağ ələ keçib. Qaçan terrorçulardan çoxlu miqdarda silah-sursat aşkar edilib, məlum olub ki, öldürülənlərdən ikisi əvvəllər bir sıra terror aksiyalarında iştirak ediblər.
Siyasət şöbəsi
MUSAVAT

27 Ağustos 2008 Çarşamba

Çelik: İran'daki Türkçe eğitimine direnci kırdık


Çelik: İran'daki Türkçe eğitimine direnci kırdık

Gökhan ARTAN

Milli Eğitim Bakanı Hüseyin Çelik temaslarda bulunmak üzere İran Milli Eğitim Bakanı'nın resmi davetlisi olarak dün İran'a gitti. Hareketinden önce basın toplantısı düzenleyen Çelik, "Daha önce İran Milli Eğitim Bakanı ülkemize birkaç kere ziyarette bulundu. Beni ve heyetimi de 2 defa ülkesine davet etti" dedi. Yakın geçmişe kadar İran'ın ülkesinde Türkçe eğitimine karşı çıktığını dile getiren Çelik, şöyle konuştu: "Bizde 7 üniversitede Fars Dili ve Edebiyatı bölümleri olmasına karşın Türkiye İran'da yıllarca Türkçe eğitimine karşı çıkan bir anlayışla mücadele etmek zorunda kaldı. Sonunda bu direnci kırdık ve oradaki üniversitelerden birinde Türkoloji bölümü açmayı başardık. Bu ziyaretimizde de Tahran ve Tebriz üniversitelerinde birer Türkoloji bölümü açmak için bastıracağız." Çelik, Avrupa ve ABD'de eğitime pek sıcak bakmayan İranlı ve Ortadoğulu öğrencileri Türkiye'de eğitim görmeye de davet etti.

İran hakimiyyətində qarşıdurmalar var

İran hakimiyyətində qarşıdurmalar var


Haşmi Rəfsəncani məmurları düşmənə fürsət verməməyə çağırıb

Avqustun 26-da sabiq prezident, Üləmalar Məclisinin sədri Haşimi Rəfsəncani qurumun iclasında çıxış edib.

Dini rəhbərin Nazirlər Kabineti üzvləri ilə bir neçə gün əvvəlki görüşündə dediklərini xatırladan H.Rəfsəncani «ölkənin hazırkı həssas şəraitində hamını ixtilafları bir kənara qoyaraq ayıq-sayıq olmağa» çağırıb. Dini rəhbər prezident Əhmədinejad hökumətini tənqid edənləri dövlətçiliyə qarşı təxribatda günahlandırmışdı.
«Media forum» saytının məlumatına görə, H.Rəfsəncani deyib: «İnqilab rəhbərinin müdrik çıxışı asayişə ehtiyac olduğu hazırkı şəraitdə ölkədə sabitliyin qorunub saxlanmasına böyük yardım etdi. Tənqidlə təxribat arasında sərhəd olmalı və rəsmilər yekdil olaraq düşmənlərin xeyrinə qurtaracaq hər hansı bir ixtilafdan çəkinməlidir. Hazırkı həssas şəraitdə tam ayıq-sayıq davranmalıyıq».

H.Rəfsəncani bölgədəki ABŞ hərbi qüvvələrindən gələn təhlükəyə də toxunub: «Amerikalılar İran körfəzinin cənubunda bir neçə qarnizon saxlayır və hərbi bazalar yaradıblar. İran körfəzi suları və bizim ətrafımızdakı məntəqələr ABŞ hərbi gəmiləri ilə doludur. Onlar hər gün bizə qarşı yeni bir psixoloji müharibəyə başlayır, təxribatla məşğul olurlar. Bu, gerçək bir müharibədir».

PEKİNDƏ KEÇİRİLƏCƏK PARALİMPİA OYUNLARINA ŞƏRQİ AZƏRBAYCAN ƏYALƏTİNDƏN ALTI İDMANÇI və BİR MƏŞQÇİ GEDƏCƏK

PEKİNDƏ KEÇİRİLƏCƏK PARALİMPİA OYUNLARINA ŞƏRQİ AZƏRBAYCAN ƏYALƏTİNDƏN ALTI İDMANÇI və BİR MƏŞQÇİ GEDƏCƏK



Sentyabrın 6-dan Pekində keçiriləcək 13-cü Paralimpia oyunlarına İranın Şərqi Azərbaycan əyalətindən altı idmançı və bir məşqçi qatılacaq.

«Media forum» saytının məlumatına görə, Mehdi Əsğəri, Siyamək Saleh Fərəczadə və Calal Xakzaviyyə qaçışda, Kazım Rəcəbi atletikada, Rza Gülməhəmmədi və Musa Abbaspur isə gözdən əlillərin cüdo yarışlarında iştirak edəcəklər. Bəhmən Rzayi Paralimpia oyunlarına məşqçi qismində qatılacaq.

Paralimpiya oynlarına İrandan ümumilikdə 76 idmançı gedəcək.




«Media forum»

İRANDA YAŞI ÖTMÜŞ SUBAY QIZLARA DUL KİŞİLƏRƏ GETMƏK TƏKLİFİ VERİLDİ

İRANDA YAŞI ÖTMÜŞ SUBAY QIZLARA DUL KİŞİLƏRƏ GETMƏK TƏKLİFİ VERİLDİ



Əmirhüseyn Bankipur Fərd


Məşhədə səfər edən İsfahan ostandarının müşaviri Əmirhüseyn Bankipur Fərd jurnalistlərə açıqlamasında subay qızlar probleminin orijinal həllini təklif edib.

«Media forum» saytının məlumatına görə, ostandar müşaviri deyib: «Ölkədə 31 yaşına çatmış 500 min subay qız var. Həmçinin ərindən boşanmış və ya ərini itirmiş 500 min dul qadın. Bu rəqəm ildən-ilə artaraq ölkədə böyük problemlərə səbəb olur. Məsələnin həlli üçün yaxşı olar ki, bu 500 min subay qız arvadını boşamış və ya arvadı ölmüş kişilərə ərə getsin».

İsfahan ostandarının müşaviri 500 min dul qadının taleyini necə həll etməklə bağlı təklif verməyib.




«Media forum»

TEHRAN, «AZADİ» STADİONU, SAAT 19.30: AZƏRBAYCAN YIĞMASI ƏLİ DAYININ KOMANDASINA QARŞI

TEHRAN, «AZADİ» STADİONU, SAAT 19.30: AZƏRBAYCAN YIĞMASI ƏLİ DAYININ KOMANDASINA QARŞI




Bu gün(27 avqust) Azərbaycanın milli futbol komandası Tehranın «Azadi» stadionunda İran yığması ilə hazırlıq (yoldaşlıq) matçı oynayır. Görüş Bakı vaxtıyla saat 19.30-da başlayacaq.


«Futbol dünyası» qəzetinin yazdığına görə, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts İslandiya millisi ilə ötən həftə keçirilmiş oyundan (1:1) sonra heyətdə bəzi dəyişikliklər edib. Aleksandr Çertoqanov zədəli olduğundan heyətdən çıxarılıb. Polşanın «Poloniya» klubundan Saşa Yunisoğlu və Serbiyanın «Srvena Zvezda» komandasından Branimir Subaşiç avqustun 27-si FİFA-nın beynəlxalq yoldaşlıq görüşləri üçün ayırdığı vaxt olmadığından yığmaya buraxılmayıblar. Yığmanın düşərgəsinə «İnter»dən Vladimir Levin dəvət edilib.


Rəqibə gəlincə, Azərbaycan türkü Əli Daeinin (Əli Dayının) komandasını sentyabrın 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Səudiyyə Ərəbistanı ilə çətin oyun gözləyir. Məhz bu səbəbdən İranda Azərbaycanla oyuna ciddi yanaşırlar. Bu dəfə Mehdi Mahdavakiya yığma komandaya dəvət almasa da, Cavad Nekunam, Andranik Teymuryan, Vahid Haşemian və Qulamrza Rezai kimi əsas oyunçular düşərgədədirlər. Artıq bu oyun üçün satışa çıxarılan biletlərin hamısı satılıb.


Azərbaycan yığmasının heyəti:

qapıçılar - Fərhad Vəliyev, Rauf Mehdiyev, Kamran Ağayev;


müdafiəçilər - Rail Məlikov, Rəşad Sadıqov, Samir Abbasov, Vladimir Levin, Emin Quliyev, Usim Nduka, Mahir Şükürov;


yarımmüdafiəçilər - Elmar Baxşıyev, Cavid Hüseynov, Mahmud Qurbanov, Elvin Məmmədov, Zeynal Zeynalov, Fabio Luis Ramim, Nodar Məmmədov;


hücumçular - Xaqani Məmmədov, Vaqif Cavadov, Leandro Qomeş.


İran yığmasının heyəti:


qapıçılar - Mehdi Rahmati, Vahid Taleblou, Rəhman Əhmədi;


müdafiəçilər - Hadi Aqili, Cəlal Hosseni, Mohsen Benqar, Səttar Zare, Mojtaba Şiri, Muhammed Nosrati, Hüseyn Kabi, Məcid Qulamnejad, Əhməd Alenemeh;


yarımmüdafiəçilər - Ferdun Zandi, Məsud Şojae, Cavad Nekunam, İbrahim Sadiqi, Mojtaba Cabbari, Ehsan Hacisafi, Kianoş Rəhməti, Muhammed Noori, Calal Rafkei, Andranik Teymuryan;


hücumçular - Vahid Haşemian, Qulamrza Rezai, Mehrzad Mədənçi, Milad Meydavudi, Rəsul Xətibi.

«Azadi» stadionu









«Media forum»

Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli də prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli də prezidentliyə namizədliyini irəli sürüb




Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürənlərin sayı 20 nəfərə çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, namizədliyinin təsdiq olunması üçün Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli və işsiz Allahverdiyev Tofiq Mübariz oğlu da quruma müraciət edib.

Qeyd edək ki, bu vaxta kimi namizədliyini irəli sürənlərin 18-nin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. Onlardan isə yalnız üçü imzatoplama kampaniyasını yekunlaşdırıb. Hələlik yalnız bir nəfərin - YAP-ın namizədi İlham Əliyevin namizədliyi qeydə alınıb.

LENT.AZ

AXCP VƏ MÜSAVAT FUNKSİONERLƏRİ MÜXALİFƏT KOALİSİYASININ YARADILMASI MƏSƏLƏSİNİ NÖVBƏTİ DƏFƏ MÜZAKİRƏ EDİBLƏR

AXCP VƏ MÜSAVAT FUNKSİONERLƏRİ MÜXALİFƏT KOALİSİYASININ YARADILMASI MƏSƏLƏSİNİ NÖVBƏTİ DƏFƏ MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası arasında müxalifətin koalisiyasının yaradılması məqsədi ilə növbəti danışıqlar olub. Danışıqlarda AXCP tərəfdən partiya sədrinin müavini Fuad Mustafayev, Müsavat tərəfdən isə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iştirak ediblər. F. Mustafayevin verdiyi məlumata görə, bu gün keçirilmiş görüşdə müxalifət partiyalarının yaradacağı koalisiyanın məqsədləri barədə fikir mübadiləsi aparılıb: ““Azadlıq” bloku bu məsləhətləşmələrin mümkün qədər tez başa çatmasını istəyir. Amma bu, təkcə bizdən asılı deyil. Məsləhətləşmələrin ilkin mərhələsi bu həftənin sonuna qədər yekunlaşacaq”.

F. Mustafayev məsləhətləşmələrin “Azadlıq” blokuna daxil olan partiyalar, Müsavat, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət partiyaları və “Azərbaycan Naminə” İctimai Forum arasında aparıldığını qeyd edib. Milli İstiqlal və Demokrat partiyaları isə danışıqlardan kənarda qalıb.

Onun sözlərinə görə, bu prosesdə iştirak etmək üçün prezident seçkilərinin qeyri-demokratik, alternativsiz keçməsi, seçkilərin seçicilərin iradəsini ehtiva etməməsi məsələsində vahid mövqe olmalıdır: “Bu mövqeyi bölüşən siyasi qüvvələr arasında məsləhətləşmələr davam edir. O qüvvələr ki, bu prinsipləri bölüşmür, seçkidə iştirak etməmələrinin başqa səbəbi var, onların bu məsləhətləşmələrdə iştirakı mümkün deyil. Həmin partiyaların gələcək əməkdaşlıq formatında iştirakı da mümkün olmayacaq. Sərdar Cəlaloğlunun mətbuatdakı çıxışları belə deməyə əsas verir ki, o bu fikirləri bölüşmür və bu məsləhətləşmələrdə iştiraka ehtiyac görmür”.
APA

Türkiyəli deputat Ərdoğana qarşı çıxdı

Türkiyəli deputat Ərdoğana qarşı çıxdı

Onur Öymən: «Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır» “Baş nazir Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü ”Qafqaz Sabitlik Paktı" doğru olmayan təşəbbüsdür". Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Cümhuriyyət Xalq Partiyasının sədr müavini, Bursa millət vəkili Onur Öymən verib. O, qeyd olunan təşəbbüsün irəli sürülməsi üçün vaxtın düzgün seçilmədiyini bildirib:"Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan zaman Qafqazda necə sabitlik yaradacaqlar, bu ölkələri necə bir yerə gətirəcəklər? Gürcüstanla Rusiya arasında bu qədər gərgin münasibətlər olduğu bir vaxtda bu ölkələri bir araya gətirmək mümkün deyil. Fikrimizcə, Türkiyənin Qafqazda hazırda görməli olduğu iş - Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır. Hökumət Qərbə ilk növbədə bunu başa salmalıdır, Gürcüstanın ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləməlidir. Bu işlər dura-dura Rusiyanın o bölgədə təsir gücünü yenidən artıracaq pakt təklifinin irəli sürülməsi doğru deyil". Onur Öymən hökumətin bu təşəbbüsünün NATO-nun mənafeyinə uyğun gəlmədiyini qeyd edib: “Bu təklif 56 ildir üzvü olduğumuz NATO-nun mənafeyinə də ziddir. Bu gün Türkiyə-Ermənistan münasibətlərində çox şey Ermənistanın iradəsindən kənarda baş verir. Ermənistanın Türkiyəyə qarşı əsassız iddialardan geriyə addım atacağını zənn etmirəm. Qafqaz Sabitlik Paktı layihəsinin də reallaşacağını güman etmirəm”.
azadliq

«Çırpınırdın Qara dəniz»in erməni versiyası peyda olub

«Çırpınırdın Qara dəniz»in erməni versiyası peyda olub

Azərin


«Bu mahnını səsləndirəndə bədahətən onun son misrasını dəyişdim». «Can Bakı»nın qonağı olan müğənni Azərin «Çırpınırdın Qara dəniz» layihəsi haqda danışarkən belə deyib: «Yılmaz Axundzadə mənə zəng edəndə elə bildim ki, danlayacaq. Amma təşəkkür etdi və dedi ki, əgər atam sağ olsaydı, yəqin o da həmin misranı məhz bu cür yazardı. Sadəcə, bir irad tutdu ki, şeirdə «çırpınırdı» yox, «çırpınırdın» sözü işlənməlidir».

Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva isə mahnının yaranma tarixi haqda danışdı. Onun sözlərinə görə, Əhməd Cavadın 1914-cü ildə yazdığı bu şeir Üzeyir Hacıbəyli tərəfindən dörd il sonra bəstələnib. Üzeyir bəy bu mahnını Osmanlı qoşunlarının Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib:

«Əslində bu şeir «Həmidə» gəmisinə ithaf olunub. Azərbaycanda tam it-bat olan bu mahnı Türkiyədə yaşadılıb. Amma bu vaxta qədər Türkiyədə onunla müəyyən zümrə tanış idi».

Sevil Nuriyeva deyir ki, sentyabrdan etibarən mahnının klipinin Türkiyənin məşhur kanallarında nümayişi nəzərdə tutulub.

Mahnının digər ifaçılarından biri olan Şəmistan Əlizamanlı ilə bildirir ki, indi ifa olunan variantda şeirin orijinalından cəmi bir neçə söz dəyişib.

Verilişdə o da qeyd olunub ki, artıq bu mahnının erməni dilində versiyası da peyda olub və onu tamamilə başqa müəlliflərin adı ilə səsləndirirlər. Hətta mahnını Daşnaksütyun Partiyasının himni kimi də qələmə verirlər.
AZADLİQRADİOSU

15 YAŞINDA EDAMA MƏHKUM EDİLMİŞ CAVANI BU SƏHƏR ASIBLAR

15 YAŞINDA EDAMA MƏHKUM EDİLMİŞ CAVANI BU SƏHƏR ASIBLAR


«Media forum»un məlumatına görə, 15 yaşındaykən təsadüfi bir davada istəmədən Mehrdad adlı dostunun qətlinə səbəb olan 20 yaşlı Behnam Zare bu gün səhər dar ağacından asılıb. B.Zare edama qədər 5 il həbsdə saxlanıb. Müttəhimin vəkili və ailə üzvlərinə edamda iştirak icazəsi verilməyib.

B.Zarenin və edama məhkum edilən digər 25 yeniyetmənin vəkili Məhəmməd Mustafayi müttəhimin bağışlanmısı məqsədi ilə nə qədər çalışsa da, öldürülən şəxsin atası ilə görüşə bilmədiyini bildirib: «Ötən ilin yayından müttəhimin bağışlanması üçün öldürülən şəxsin valideynlərindən razılıq almağa çalışırdıq. Lakin öldürülən şəxsin atası Dubayda yaşadığı üçün buna nail ola bilmədik».

Bir həftə əvvəl də Rza Hecazi adlı başqa bir yeniyetmə edam edilib. B. Zarenin edamı Avropa Birliyinin R.Hecazinin edamını məhkum edən bəyanatının yayılmasından bir gün sonraya təsadüf edib.

Ermənistan «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə əlaqələri kəsib

Ermənistan «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə əlaqələri kəsib


Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Ermənistan Milli Bankı yerli kredit təşkilatlarına «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə işgüzar əlaqələrin davam etdirilməsinə qadağa qoyub.
«APA-ECONOMICS»in Rusiyanın «RİA-Novosti» informasiya agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb «Western Union» tərəfindən Ermənistan bankları ilə bağlanılan müqavilənin şərtlərinin pozulması, əsasən də, yerli bankların Dağlıq Qarabağdakı filiallarında təşkilat tərəfindən müştərilərə xidmət göstərməməsi olub.
Qeyd edək ki, bu ilin avqustun 1-də Azərbaycan «Western Union» və «MoneyGram» pulköçürmə sistemlərinin ölkədəki banklarla əməkdaşlığını dayandırmışdır. Buna səbəb pulköçürmə sistemlərinin rəsmi İnternet səhifələrində Azərbaycan ərazilərinin təhrif olunmuş qaydada təqdim edilməsi, bəzi yaşayış məntəqələrinin düzgün adlandırılmaması və bu ərazilərdə Azərbaycan Milli Bankının (AMB) lisenziyası olmadan fəaliyyət göstərən qurumlar vasitəsi ilə pulköçürmə əməliyyatlarının həyata keçirilməsi kimi qanun pozuntuları olub. Lakin avqustun 14-dən etibarən pulköçürmə sistemləri tərəfindən bu nöqsanlar aradan qaldırılaraq AMB yerli banklara hər iki pulköçürmə sistemi ilə işgüzar münasibətlərin bərpa edilməsinə icazə verib.
Müşahidəçilər rəsmi İrəvanın bu addımını «Western Union»un qondarma Dağlıq Qarabağla əlaqələrinin kəsməsinə cavab kimi qiymətləndirirlər.

APA

İrəvanda benzin qıtlığı yaranıb

İrəvanda benzin qıtlığı yaranıb



Yanacaqdoldurma məntəqələrinin əksəriyyəti fəaliyyətini dayandırıb, yanacaq almağın mümkün olduğu məntəqələrdə isə böyük növbələr var!

Gürcüstan ərazisindəki hərbi münaqişə nəticəsində Ermənistanın paytaxtı İrəvanda benzin qıtlığı yaranıb. «İnterfaks»ın məlumatına görə, yanacaqdoldurma məntəqələrinin əksəriyyəti fəaliyyətini dayandırıb. Yanacaq almağın mümkün olduğu məntəqələrdə isə böyük növbələr yaranıb.

Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat katibi Susanna Tonoyan bildirib ki, hazırda Gürcüstanın Batumi limanında 10 vaqon və 1000 ton benzin dayanıb. Ermənistan hökumətində Gürcüstandakı yüklərin gətirilməsi məsələsinin həlli üçün operativ qərargah yaradılıb. Quruma baş nazirin müşaviri Qaqik Martirosyan rəhbərlik edir.

Qeyd edək ki, Ermənistana yüklərin əksəriyyatı Gürcüstan vasitəsilə dəmir yolu ilə daşınır. Hökumətin məlumatına görə, Gürcüstanda əmiryolu körpüsündəki partlayışdan sonra Ermənistan üçün nəzərdə tutulmuş yüklərlə dolu 72 vaqon mənzil başına çatdırılmayıb və hadisənin baş verdiyi ərazidə qalıb. Hazırda Ermənistana vacib yüklərin daşınması üçün avtomobil yolundan istifadə olunur. Xatırladaq ki, Ermənistan yanacağı qonşu İrandan da idxal edir.ans

Onur Öymən: “Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır”

Onur Öymən: “Türkiyənin Qafqazda görməli olduğu iş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır”

İstanbul-APA. “Baş nazir Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü “Qafqaz Sabitlik Paktı” doğru olmayan təşəbbüsdür”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Cümhuriyyət Xalq Partiyasının sədr müavini, Bursa millət vəkili Onur Öymən verib. O, qeyd olunan təşəbbüsün irəli sürülməsi üçün vaxtın düzgün seçilmədiyini bildirib: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan zaman Qafqazda necə sabitlik yaradacaqlar, bu ölkələri necə bir yerə gətirəcəklər? Gürcüstanla Rusiya arasında bu qədər gərgin münasibətlər olduğu bir vaxtda bu ölkələri bir araya gətirmək mümkün deyil. Fikrimizcə, Türkiyənin Qafqazda hazırda görməli olduğu iş – Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çalışmaqdır. Hökumət Qərbə ilk növbədə bunu başa salmalıdır, Gürcüstanın ərazi bütövlüyünü ciddi şəkildə dəstəkləməlidir. Bu işlər dura-dura Rusiyanın o bölgədə təsir gücünü yenidən artıracaq pakt təklifinin irəli sürülməsi doğru deyil”. Onur Öymən hökumətin bu təşəbbüsünün NATO-nun mənafeyinə uyğun gəlmədiyini qeyd edib: “Bu təklif 56 ildir üzvü olduğumuz NATO-nun mənafeyinə də ziddir. Bu gün Türkiyə-Ermənistan münasibətlərində çox şey Ermənistanın iradəsindən kənarda baş verir. Ermənistanın Türkiyəyə qarşı əsassız iddialardan geriyə addım atacağını zənn etmirəm. Qafqaz Sabitlik Paktı layihəsinin də reallaşacağını güman etmirəm”. APA

Əhmədinnejada yaşıl işıq

Əhmədinnejada yaşıl işıq


Əli Xamneyi İran prezidentinin növbəti dəfə bu posta seçilməsini istəyir

İranın dini rəhbəri Seyid Əli Xamneyi prezident Mahmud Əhmədinejadın növbəti dəfə bu posta seçilməsini dəstəkləyib. APA-nın məlumatına görə, Əli Xamneyi hökumətin iclasında bununla bağlı xalqa müraciət edib.

Dini rəhbər prezidentə bildirib ki, o, postunda səlahiyyət müddətinin tamamlanmasından narahatlıq keçirməsin: “Hesab etməyin ki, bu ilin sizin prezident postunda son ilinizdir. Elə çalışın ki, sanki beş il bu postda qalacaqsınız. Başqa sözlə desək, siz daha dörd il ölkəni idarə etməyə layiqsiniz. Planlarınızı da bunun üzərində qurun və həyata keçirin”. Əli Xamneyi prezidentin Qərbə qarşı açıq çıxışlarının yüksək qiymətləndirdiyini bildirib.

26 Ağustos 2008 Salı

AZƏRBAYCANLI JURNALİSTLƏR İSTANBULDA TÜRK DÖVLƏTLƏRİ JURNALİSTLƏRİNİN BİRLİYİNİ YARATMAQ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

AZƏRBAYCANLI JURNALİSTLƏR İSTANBULDA TÜRK DÖVLƏTLƏRİ JURNALİSTLƏRİNİN BİRLİYİNİ YARATMAQ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR


Türkiyənin Mətbuatda Reklam Şurasının dəvəti ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edib. Dəvətdə məqsəd türk ölkələrinin jurnalist təşkilatları ilə əlaqələri genişləndirməkdir.

«Turan» agentliyinin məlumatına görə, Türkiyənin Qəzetçilər Cəmiyyətinin sədri Orxan Erinclə görüşdə türkdilli dövlətlərin jurnalist təşkilatları birliyinin yaradılması məsələsi müzakirə edilib. Təsisat sənədlərinin layihəsini Ə.Amaşov Türkiyə tərəfinə təqdim edib.

O.Erinc bildirib ki, həftənin sonunda Qəzetçilər Cəmiyyətinin idarə heyəti sənədə baxacaq və çox güman ki, onu təqdir edəcək. Sonra sənədin birgə imzalanması üçün vaxt və yer təyin olunacaq.

İnformasiya inteqrasiyası və türk dövlətlərinin mətbuat birliyinin yaradılması ideyası Bakıda türkdilli xalqların sonuncu qurultayında, eyni zamanda Azərbaycan və türk jurnalistlərinin bu ilin yazında keçirilən ikinci konfransında səslənib. Birliyin yaradılması üçün başqa türk dövlətlərinin jurnalist təşkilatları ilə də danışıqlar aparılır.

Mətbuat Şurası idarə heyətinin üzvləri Mehman Əliyev və Vüqar Səfərlinin də daxil olduğu nümayəndə heyəti hələ Türkiyədədir. Heyətin Türkiyənin digər jurnalist təşkilatlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Türkiyə Qəzetçilər Cəmiyyəti 3 min 439 jurnalisti birləşdirir.

SABİQ PREZİDENT HAŞİMİ RƏFSANCANİ HÖKUMƏTDAXİLİ İXTİLAFLARA SON QOYMAĞA ÇAĞIRDI

SABİQ PREZİDENT HAŞİMİ RƏFSANCANİ HÖKUMƏTDAXİLİ İXTİLAFLARA SON QOYMAĞA ÇAĞIRDI

Haşimi Rəfsəncani


Avqustun 26-da sabiq prezident, Üləmalar Məclisinin sədri Haşimi Rəfsəncani qurumun iclasında çıxış edib. Dini rəhbərin Nazirlər Kabineti üzvləri ilə bir neçə gün əvvəlki görüşündə dediklərini xatırladan H.Rəfsəncani «ölkənin hazırkı həssas şəraitində hamını ixtilafları bir kənara qoyaraq ayıq-sayıq olmağa» çağırıb. Dini rəhbər prezident Əhmədinejad hökumətini tənqid edənləri dövlətçiliyə qarşı təxribatda günahlandırmışdı.

«Media forum» saytının məlumatına görə, H.Rəfsəncani deyib: «İnqilab rəhbərinin müdrik çıxışı asayişə ehtiyac olduğu hazırkı şəraitdə ölkədə sabitliyin qorunub saxlanmasına böyük yardım etdi. Tənqidlə təxribat arasında sərhəd olmalı və rəsmilər yekdil olaraq düşmənlərin xeyrinə qurtaracaq hər hansı bir ixtilafdan çəkinməlidir. Hazırkı həssas şəraitdə tam ayıq-sayıq davranmalıyıq».

H.Rəfsəncani bölgədəki ABŞ hərbi qüvvələrindən gələn təhlükəyə də toxunub: «Amerikalılar İran körfəzinin cənubunda bir neçə qarnizon saxlayır və hərbi bazalar yaradıblar. İran körfəzi suları və bizim ətrafımızdakı məntəqələr ABŞ hərbi gəmiləri ilə doludur. Onlar hər gün bizə qarşı yeni bir psixoloji müharibəyə başlayır, təxribatla məşğul olurlar. Bu, gerçək bir müharibədir».


«Media forum»

25 Ağustos 2008 Pazartesi

Əli Xamneyi İran prezidenti Mahmud Əhmədinejadın növbəti dəfə bu posta seçilməsini istəyir

Əli Xamneyi İran prezidenti Mahmud Əhmədinejadın növbəti dəfə bu posta seçilməsini istəyir

Tehran-APA. İranın dini rəhbəri Seyid Əli Xamneyi prezident Mahmud Əhmədinejadın növbəti dəfə bu posta seçilməsini dəstəkləyib. APA-nın məlumatına görə, Əli Xamneyi hökumətin iclasında bununla bağlı xalqa müraciət edib. Dini rəhbər prezidentə bildirib ki, o, postunda səlahiyyət müddətinin tamamlanmasından narahatlıq keçirməsin: “Hesab etməyin ki, bu ilin sizin prezident postunda son ilinizdir. Elə çalışın ki, sanki beş il bu postda qalacaqsınız. Başqa sözlə desək, siz daha dörd il ölkəni idarə etməyə layiqsiniz. Planlarınızı da bunun üzərində qurun və həyata keçirin”. Əli Xamneyi prezidentin Qərbə qarşı açıq çıxışlarının yüksək qiymətləndirdiyini bildirib.

TEHRANA 10 YARALI GƏTİRİLİB. TƏYYARƏ QƏZASINDA ÖLƏNLƏRİN 44-ü İRANLIDIR

TEHRANA 10 YARALI GƏTİRİLİB. TƏYYARƏ QƏZASINDA ÖLƏNLƏRİN 44-ü İRANLIDIR


Bişkekdən Tehrana uçarkən Qırğızıstan paytaxtında qəzaya uğrayan təyyarədə həlak olanların 44-ü İran vətəndaşıdır. «Media forum» saytının məlumatına görə, İranın Qırğızıstandakı səfirinin canişini Məhəmməd Haşım Qədiriyan belə deyib. Canişin 10 İran vətəndaşının yaralandığını bildirib. Yaralılar Tehran xəstəxanalarına gətirilib.

Bütövlükdə qəzada 68 nəfər həlak olub. Dünən Bişkekin «Manas» hava limanından səmaya qalxan «Boinq-737-200» yerli vaxtla axşam saat 9 radələrində aeroport yaxınlığındakı Cəngi-Cer kəndində yerə düşüb. Qırğızıstan rəsmiləri təyyarədə 83 sərnişin, 6 ekipaj üzvü və hava nəqliyyatı departamentinin 1 nümayəndəsinin olduğunu açıqlayıblar.

«Media forum»

İran rəhbərliyində qalmaqal

İran rəhbərliyində qalmaqal

İranın yeni daxili işlər naziri Əli Koranın Oksford Universitetindən aldığını iddia etdiyi fəxri doktorluq diplomu saxta çıxdıqdan sonra ölkədə qalmaqal başlayıb. Məsələyə ciddi yanaşan İran parlamentinin deputatları yeni nazirə dəfələrlə parlamentə çağıraraq onu xeyli sorğu-suala tutublar və saxta fəxri doktorluq dərəcəsini haradan almasıyla bağlı izahat istəyiblər.

Nəticədə Əli Koran onun doktorluq dərəcəsini şübhə altına alanlardan məhkəməyə şikayət edib. Bunu İran Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi avqustun 19-da jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, İran parlamentində və Təhsil Nazirliyində bununla bağlı təhqiqat gedir.

Xatırladaq ki, "Elif" adlı internet saytı bu məsələni ortaya çıxardıqdan sonra qapadılıb.dak

Bakı-Ceyhana yenə təxribat ola bilər

Bakı-Ceyhana yenə təxribat ola bilər

«Terrorla mübarizədə böyük təcrübəyə malik ABŞ, Israil, Böyük Britaniya, qardaş Türkiyə kimi dövlətlərlə əməkdaşlığa ciddi ehtiyac var» “Terror dünyanın hər bir inkişaf etmiş dövlətini istənilən an vura bilər” «Hakimiyyətin gözləmədiyi anda ölkə iqtisadiyyatı, büdcəsi üçün böyük problemlər yarana bilər» Son bir həftə ərzində iki terror hadisəsinin baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Bəzi ekspertlər Əbu Bəkr məscidinə qumbara atılmasını iki qrup arasında yaşanan gərginliyin nəticəsi hesab etsə də, son terror aktı şübhələri başqa istiqamətlərə yönəldir. Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərlə söhbətimiz də bu mövzudadır. - Milli Təhlükəsizlik Nazirinin sabiq müavini kimi necə düşünürsünüz, bir həftə ərzində iki terror hadisəsinin baş verməsinin arxasında nə dayanır? - Bizim istintaq materialları ilə tanış olmaq imkanımız yoxdur. Sadəcə olaraq yaranmış vəziyyətlə bağlı müəyyən versiyalar səsləndirə bilərik. Ilk növbədə onu qeyd edim ki, zaman baxımından baş verən hadisələr əndişələnmək üçün əsas yaradır. Birincisi hadisənin Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyi, Rusiyanın Gürcüstana təcavüzünün baş verdiyi, Azərbaycanın maraqlarına ciddi zərbə vurulduğu bir dövrdə baş verməsi narahatlıq yaradır. Ikincisi Azərbaycanda görünməmiş bir olay yaşanıb. Məscidə qumbara atılıb. Hesab edirəm ki, bu hadisə ilə bağlı versiyalar səsləndirmək üçün tələsməməliyik. Bilirsiniz ki, dini heysiyat məsələsi təkcə islam aləmində deyil, dünyanın hər yerində həssas məsələdir. Buna görə də mətbuatın da bu məsələyə həssaslıqla yanaşmasını istərdim. Təbii ki, mətbuat öz vəzifəsini yerinə yetirir və müxtəlif versiyaları araşdırır. Amma həssaslığa da xüsusi diqqət yetirilməlidir. Ikinci hadisənin baş verməsi isə əndişələri bir az da artırır. Buna da aydınlıq gətirmək lazımdır ki, hadisələrin üst-üstə düşməsi təsadüfidir, yoxsa doğurdan da Azərbaycanda daxili sabitliyi pozmaq cəhdidir? Nəticələrin bir az öncə ortaya çıxması təbii ki, çox maraqlı olardı. Çünki Azərbaycan cəmiyyətində baş verən hadisələr narahatlığı artırır. Əgər istintaq obyektiv aparılacaqsa, səbəbkarlar ortaya çıxacaqsa onda bu məsələlərlə bağlı qəti fikir söyləmək olar. Istintaqın nəticəsi, baş verən hadisələrin səbəbkarları və icraçıları ortaya çıxarılmadan hər hansı fikir söyləmək çətindir. - Iki gün öncə Nazirlər Kabinetinin xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi ilə bağlı verdiyi qərar onu deməyə əsas verirmi deyək ki, Azərbaycan hakimiyyəti terror aktlarının eyni qüvvə və yaxud hansısa dövlət tərəfindən törədilməsini ehtimal edir, bu səbəbdən də belə bir qərar qəbul edib? - Heç kimə sirr deyil ki, Rusiyanın Gürcüstanın böyük bir hissəsini işğal etməsi və bu gün də atəşkəs sazişinə əməl etməməsi Azərbaycan maraqlarına ciddi zərbə vurmaqdadır. Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Supsa boru kəmərlərinin fəaliyyətini dayandırması, Gürcüstan-Azərbaycan dəmiryol körpüsünün partladılması, eyni zamanda Azərbaycan sərhədlərinə yaxın yerlərin bombalanması və Rusiya-Azərbaycan sərhədinin bağlanması təbii ki, narahatlıq doğurur. Azərbaycan hakimiyyəti də müvafiq profilaktik tədbirlər görməlidir. Azərbaycan ətrafında regional vəziyyətin bu səviyyədə gərginləşməsi daxildə də sizin qeyd elədiyiniz hadisələrin baş verməsi ilə müşaiyyət olunur. Bu baxımdan hökumətin aldığı tədbirləri başa düşmək olar. Amma bütün işlər peşəkar səviyyədə görülməlidir. Eyni zamanda Azərbaycan öz tərəfdaşları ilə beynəlxalq əməkdaşlığa ciddi diqqət yetirməlidir. Çünki ölkəmizin hüquq-mühafizə orqanlarının “peşəkarlığı” hər birimizə bəllidir. O baxımdan Azərbaycanda ictimai-siyasi sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək üçün indiki şəraitdə beynəlxalq əməkdaşlıq amilinin önəmi artır və buna da xüsusi diqqət yetirmək gərəkir. - Müsavat Partiyası Əbu Bəkrdə baş verən terror aktından sonra yaydığı bəyanatda hadisəni Rusiyanın törədə biləcəyini qeyd etmişdi. Sizin fikirləriniz bir qədər fərqli olsa da, hər halda partiya rəhbərliyində təmsil olunan şəxs kimi fikirinizi öyrənmək istərdik. Partiya nədən bu qənaətə gəlib? - Divanın həmin iclasında iştirak etməmişəm. Ola bilsin ki, Divan üzvlərindən kimdəsə məlumatlar var və Divan bu qənaətə gələrkən həmin məlumatlar nəzərə alınıb. Amma iclasda iştirak etmədiyimə görə bu suala cavab verə bilməyəcəyəm. - Necə düşünürsünüz - ölkənin hüquq-mühafizə orqanları terror təhlükələrini önləmək üçün lazım olan formada təşkilatlanıbmı? - 11 sentyabr hadisələri göstərdi ki, dünyanın heç bir ölkəsi, hətta supergüclüsü belə, terrordan sığortalanmayıb. Terror dünyanın hər bir inkişaf etmiş dövlətini istənilən an vura bilər. Bu baxımdan Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı artırılmalıdır. Digər tərəfdən bayaq dediyim kimi bu sahədə təcrübəsi olan dövlətlərlə ciddi əməkdaşlıq etmək lazımdır. terrorla mübarizədə böyük təcrübəyə malik ABŞ, Israil, Böyük Britaniya, qardaş Türkiyə kimi dövlətlərlə əməkdaşlığa ciddi ehtiyac var. - Bir neçə gün öncə “Rustavi-2" telekanalı Rusiyanın Bakı-Ceyhan boru kəmərini minalaması haqqında məlumat yaydı. Doğrudur bu xəbər sonradan təkzib edildi. Amma hər halda, boru kəmərləri ilə bağlı bu tipli təhlükələrin sovuşduğunu söyləmək olmaz. Siz necə düşünürsünüz? - Kommunikasiyaların, boru kəmərlərinin partladılması ilə bağlı çox müxtəlif üsullar var. Düşünürəm ki, doğrudan da Bakı-Ceyhana qarşı hər hansı bir təxribat nəzərdə tutulursa, daha incə üsullara baş vurula bilər. Minalanma demonstrativ, nümayişkəranə bir hərəkətdir və bunun siyasi mesaj əhəmiyyəti daha böyükdür, nəinki birbaşa təxribat məqsədilə edilməsi. Bu gün Bakı-Ceyhana qarşı çox incə metodlardan istifadə edilməklə təxribatların baş verməsi tamamilə mümkündür. Onu da deyim ki, Bakı-Ceyhana qarşı əvvəllər müəyyən təxribatlar olub, sadəcə olaraq informasiyalar gizlədilib, ictimaiyyətdən gizli saxlanılıb. - Regionda gərginlik səngiməyəcəyi təqdirdə bu Azərbaycan iqtisadiyyatına öldürücü zərbə vura bilərmi? - Bu konflikt geopolitik, geostrateji, ekonomik bir konfliktdir. Təbii ki, bunun alt nəticələri də olacaq. Həm siyasi, həm də iqtisadi baxımdan. Konfliktin Azərbaycan büdcəsinə də böyük təsiri olacaq. Təəssüf ki, Azərbaycan hakimiyyəti istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə səslənən narahatlıq doğuran fikirləri qulaqardına vurur. Azərbaycan iqtisadiyyatının neftdən, enerji daşıyıcılarından böyük asılılığına, qeyri-neft sektorunun inkişafına diqqət yetirmir. Regionda baş verənlər onu göstərdi ki, hakimiyyətin gözləmədiyi anda elə hadisələr baş verə bilər ki, büdcəyə gələn gəlirlər birdən-birə dayana, bu isə öz növbəsində iqtisadiyyat, büdcə üçün böyük problemlər yarada bilər. Belə olduğu halda isə əsas ağırlığı cəmiyyət, əhali çəkəcək. Bu baxımdan konfliktin qısa zamanda başa çatması arzuolunandır. Amma mən istəyərdim ki, Azərbaycan hökuməti bu konfliktdən həm siyasi, həm iqtisadi, həm də hərbi nəticələr çıxarsın. Ağa Cəfərli
azadliq

Güney Azərbaycanın milli fəalı orta məktəb şagirdi 16 yaşlı Məhəmmədrza Əvəzpur üzərində olan ittihamlar şərti olaraq götürüldü

Güney Azərbaycanın milli fəalı orta məktəb şagirdi 16 yaşlı Məhəmmədrza Əvəzpur üzərində olan ittihamlar şərti olaraq götürüldü



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son zamanlarda Güney Azərbaycanın milli hərəkat fəalı orta məktəb şagirdi 16 yaşlı Məhəmmədrza Əvəzpur İranın dini rəhbərini təhqir etdiyinə görə 2 hökm əsasında 5 ay və 4 ay həbs cəzasına məhkum edilmiş, lakin ona qarşı sürülən ittihamlarla razılaşmayan soydaşımızın ailəsi apelyasiya məhkəməsinə şikayət etmişdir.

Təbriz məhkəməsinin 118-ci şöbəsinin rəisi hakim Niyakar ona qarşı ittihamları bəyan edərək bildirmişdir ki, Məhəmmədrza Əvəzpur təhsil aldığı orta məktəbdə pantürkist şüarlar yazaraq tələbələri hakimiyyət əleyihnə və separatizmə dəvət edirmiş, may hadisələri zamanında da islam hakimiyyəti əleyihnə aksiyalara qatılmış və radikal millətçilik əməlləri törətmişdir. Ümumilikdə 9 ay həbsə məhkum edilən Məhəmmədrza Əvəzpur əvvəlki zamanlarda heç bir cinayət törətməmiş və azyaşlı olduğunu nəzərə alaraq onun üzərində olan 2 yeni məhkəmə qərarı 4 il müddətinə şərti olaraq saxlanılır.

Bir sözlə məhkəmə Məhəmmədrza Əvəzpurun yaşını nəzərə alaraq onu bağışlamaq qərarı veribdir. Məhkəmə orqanı bu təşəbbüsü Məhəmmədrza Əvəzpurun ailəsini apelyasiya məhkəməsinə etdiyi şikayət əsasında yox, yalnız onun yaşının az olduğunu nəzərə aldğını bildirib. Ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilmiş və məhkəmə qərarları İran qanunlarına tam uyğun hesab olunur.

www.dak.az

Əlifba köçürməsində yeni devrim: Latindən Ərəbcəyə, Ərəbcədən Latinə və Krildən Latinə

Əlifba köçürməsində yeni devrim: Latindən Ərəbcəyə, Ərəbcədən Latinə və Krildən Latinə



Daha öncə internetdə yayənlanan proqramın yararlarına nəqədər toxunulsa azdır. “Köçür” adında yaranan əlifba köçürmək proqramıni qullanaraq, bir çoxlu bilgi Quzeydə latincədə yazılımdan Güneydə ərəbcəyə köçürüldü və bir çoxlu ilərləmələrə nədən oldu. Habelə, BayBak özəlliklə bu proqrami işə alaraq, iki taydan xəbərləri düzənli olaraq yaymağa cəhd göstərdi, bu iş iki tayda yaşayan soydaşlari bir-birinin durumundan bilgiləndirmək üçün çox vacibdir.

Yeni bilgilərimizə görə, yeni bir proqram daha yaranıb ta “Köçür”ün yaratdığı maraxlari təkmli etsin və bu yolda daha güclü işə başlasın.

Yeni proqramın adi “AzConvert”dir. Bunun anlami isə Azərbaycana aiyd köçürmək proqrami kimi nəzərə gəlir. Proqrami bizə e-mail vasitəsilə tanıtıblar. Uzmanlarımızın onayın qazanan (hərkəs öz məsuliyəti ilə qullanmalıdır) bu proqrami Mərənd Oğlu adında bir Azərbaycanlı yaradıb və öz veb səhifəsində* ona görə bilgilər paylaşıb.

Bu proqramın özəllikləri çoxdur, və ən qolaylaşdırıcı yönü, qullanana kəlimə artırmaq imkani sağlamaqdır. Bu vasitə ilə, bir çoxlu qullanıcı uyqunlaşdırdığı sözcük anbarın başqalarıylada paylaşa biləcək və bu iş proqramın daha yararli olmasına nədən olacaq.

Yazar öz sitəsində yetərincə bilgi veribdir və önərilərə, habelə sorunlara açıq olduğun bildirib. Proqram barədə yeni xəbərlər, son versiya və daha çox bilgi üçün, AzConvert sitəsinə baş vurmanızı önəririk.

BayBak olaraq, cənab Mərənd Oğluna səmimi təbriklərimizi ilətərək, açdıqlari qapının yararli olmasına inanaraq, başari və sağlıq arzu edirik.

Artıraq ki yeni proqram Köçür proqramında olan görünüşdə olmsada, qurmasi və qullanışı dahada qolaydır.