azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

27 Ağustos 2008 Çarşamba

AXCP VƏ MÜSAVAT FUNKSİONERLƏRİ MÜXALİFƏT KOALİSİYASININ YARADILMASI MƏSƏLƏSİNİ NÖVBƏTİ DƏFƏ MÜZAKİRƏ EDİBLƏR

AXCP VƏ MÜSAVAT FUNKSİONERLƏRİ MÜXALİFƏT KOALİSİYASININ YARADILMASI MƏSƏLƏSİNİ NÖVBƏTİ DƏFƏ MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası arasında müxalifətin koalisiyasının yaradılması məqsədi ilə növbəti danışıqlar olub. Danışıqlarda AXCP tərəfdən partiya sədrinin müavini Fuad Mustafayev, Müsavat tərəfdən isə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı iştirak ediblər. F. Mustafayevin verdiyi məlumata görə, bu gün keçirilmiş görüşdə müxalifət partiyalarının yaradacağı koalisiyanın məqsədləri barədə fikir mübadiləsi aparılıb: ““Azadlıq” bloku bu məsləhətləşmələrin mümkün qədər tez başa çatmasını istəyir. Amma bu, təkcə bizdən asılı deyil. Məsləhətləşmələrin ilkin mərhələsi bu həftənin sonuna qədər yekunlaşacaq”.

F. Mustafayev məsləhətləşmələrin “Azadlıq” blokuna daxil olan partiyalar, Müsavat, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət partiyaları və “Azərbaycan Naminə” İctimai Forum arasında aparıldığını qeyd edib. Milli İstiqlal və Demokrat partiyaları isə danışıqlardan kənarda qalıb.

Onun sözlərinə görə, bu prosesdə iştirak etmək üçün prezident seçkilərinin qeyri-demokratik, alternativsiz keçməsi, seçkilərin seçicilərin iradəsini ehtiva etməməsi məsələsində vahid mövqe olmalıdır: “Bu mövqeyi bölüşən siyasi qüvvələr arasında məsləhətləşmələr davam edir. O qüvvələr ki, bu prinsipləri bölüşmür, seçkidə iştirak etməmələrinin başqa səbəbi var, onların bu məsləhətləşmələrdə iştirakı mümkün deyil. Həmin partiyaların gələcək əməkdaşlıq formatında iştirakı da mümkün olmayacaq. Sərdar Cəlaloğlunun mətbuatdakı çıxışları belə deməyə əsas verir ki, o bu fikirləri bölüşmür və bu məsləhətləşmələrdə iştiraka ehtiyac görmür”.
APA

Hiç yorum yok: