azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Kasım 2008 Pazartesi

Əhmədinejat iqtisadçıların tənqidi məktubunu rədd edib

Əhmədinejat iqtisadçıların tənqidi məktubunu rədd edib
Sun, Nov 9th 2008

Əhmədinejat iqtisadçıların tənqidi məktubunu rədd edib



Əhmədinejat tənqidləri qəbul etməyərək deyib ki, İranın Qərb üslubunda iqtisadi idarəyə ehtiyacı yoxdur


İran prezidenti Mahmud Əhmədinejat 60 iranlı iqtisadçının imzaladığı tənqidi məktubu rədd edərək özünün iqtisadi siyasətini müdafiə edib. O, israrla bildirib ki, İrana qərb yönümlü iqtisadi institutlar lazım deyil.


İranlı iqtisadçılar açıq məktublarında prezidentlərini ifşa edərək bildiriblər ki, Əhmədinejatın ticarət siyasəti səhvdir və dünyanın digər ölkələri ilə gərgin siyasət İranı xarici investisiya imkanlarından məhrum edib.


Mahmud Əhmədinejat tənqidləri qəbul etməyərək deyib ki, İranın Qərb üslubunda iqtisadi idarəyə ehtiyacı yoxdur.voa

IRAN ADLANAN ÖLKƏNIN 29 UNIVERSITETININ TƏLƏBƏ BIRLIKLƏRI GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATINI DƏSTƏKLƏDIYINI BƏYAN EDIB

IRAN ADLANAN ÖLKƏNIN 29 UNIVERSITETININ TƏLƏBƏ BIRLIKLƏRI GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATINI DƏSTƏKLƏDIYINI BƏYAN EDIB
Sun, Nov 9th 2008




IRAN ADLANAN ÖLKƏNIN 29 UNIVERSITETININ TƏLƏBƏ BIRLIKLƏRI GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATINI DƏSTƏKLƏDIYINI BƏYAN EDIB





DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İran adlanan ölkənin 29 Universitetinin tələbə birlikləri Güney Azərbaycan milli hərəkatını dəstəklədiyini bəyan edib.


Bəyanatda bildirilir ki, bu gün İran hakimiyyəti dünyaya haqq və ədalətdən danışır, amma İranda qeyri-fars millətlərə özəlliklə Güney Azərbaycan Türklərinə qarşı ədalətsizlik və assimilyasiya siyasəti günü gündən artmaqdadır. Bu ədalətsizlik bütün sahələrdə açıq şəkildə özünü göstərməkdədir. Hər gün Güney Azərbaycanda milli haqlarını müdafiə etdiyinə görə tələbələr, ziyalılar və milli fəallar ETTELAAT məmurları tərəfindən həbs edilərək tək nəfərlik kameralarda ağır fiziki və ruhi işgəncələrə məruz qoyulurlar. Universitet tələbələri milli fəaliyyətlərinə görə təhsildən məhrum, uzun müddətli həbs və təhdid olunurlar.


İran hakimiyyəti İranın anayasasında əks olunan 15-19-cu maddələri pozaraq qeyri-fars millətlərin milli haqlarını kobud şəkildə pozaraq beynəlxaq insan haqlarının bəyannaməsini icra etməkdən imtina edir.


Biz İran universitetlərinin tələbə birlikləri olaraq bir daha bəyan edirik ki, İran hakimiyyəti qeyri-fars millətlərin özəlliklə Güney Azərbaycan Türklərinin milli və mədəni haqlarının pozulmasını dayandırsın.


Biz aşağıda imza edən tələbə birlikləri Güney Azərbaycan milli hərəkatını dəstəkləyir və hər zaman bu haqq yolu müdafiə edəcəyimizi bildiririk.


1.Şiraz Universiteti


2.Həmədan Buəli Sina Universiteti


3.Tehran Pedaqoji universiteti


4.Şiraz Tibb Universiteti


5.Tehran Universitetinin demokrasi tələb edən tələbələri


6.Əhvaz şəhid Çəmran Universiteti


7.Mazəndəran Universiteti


8.Şəhr kord Universiteti


9.Bircənd Universiteti


10.Kirman Universiteti


11.İsfəhan Tibb Universiteti


12.Tehran Əmir Kəbir Universiteti


13.Zəncan Universiteti


14.Təbriz Səhənd Universiteti


15.Nəsrəddin Tusi Texniki Universiteti


16.Sistan və Bəluçistan Universiteti


17.Səbzvar Pedaqoji Universiteti


18.Loristan Universiteti


19.Tehran işıq və su təchizatı Universiteti


20.Şahrud Texniki Universiteti


21.İlam Universiteti


22.Tehran Azad Universiteti


23.Kürdüstan Universiteti


24.Kirmanşah razi Universiteti


25.Əhvaz Ramin Universiteti


26.Tehran Şərif Texniki Universiteti


27.Şəhr Kord Tibb Universiteti


28.Tehran İqtisad Universiteti


29.Tehran şəhid Rəcayi Universiteti

dak

ƏRDOĞANA SUİ-QƏSD HAZIRLAYAN PKK-çılar TUTULUB

ƏRDOĞANA SUİ-QƏSD HAZIRLAYAN PKK-çılar TUTULUB
Sun, Nov 9th 2008

ƏRDOĞANA SUİ-QƏSD HAZIRLAYAN PKK-çılar TUTULUB


Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd hazırlığında olan PKK-çılar tutulub. Ölkə mətbuatının xəbərlərinə görə, Türkiyə polisinin ötən həftə İzmirdə keçirdiyi əməliyyat zamanı 3 nəfər saxlanılıb. Axtarış zamanı onlardan birinin evindən partlayıcı maddə və bomba hazırlamaq üçün ləvazimatlar tapılıb.

Saxlanılanlardan biri polisə verdiyi ifadədə bildirib ki, noyabrın 12-də baş nazir Ərdoğanın İzmirdə İtaliya baş naziri Silvio Berluskoni ilə görüşü zamanı şəhərdə partlayış törətmək istəyiblər. Bildirilir ki, hədəf baş nazirin gəlişi zamanı yerli AKP binası olmalıymış. Saxlanılanların Diyarbəkirdə PKK səlahiyyətli şəxsləri ilə əlaqəli olduğu bildirilir.

TÜRKCƏ MƏTBUATA TƏZYİQLƏR ARTIR

TÜRKCƏ MƏTBUATA TƏZYİQLƏR ARTIR
Sun, Nov 9th 2008

TÜRKCƏ MƏTBUATA TƏZYİQLƏR ARTIR



Tehran hakimiyyəti dəfələrlə söz, mətbuat və fikir azadlığının "düşməni" elan olunub. O bu "adı" hələ də daşımaqdadır. Bu azmış kimi, milli mətbuatın fəaliyyətinə ayrı-seçkilik münasibəti ilə yanaşan rejim etnik qruplar arasında nifaq salmaqla fars olmayan millətləri bir-birinə düşmən edir.


Sentyabrın 10-da ETTELAAT Səyyad Məhəmmədianın evində iftar süfrəsi arxasında 20-yə yaxın Güney Azərbaycan ziyalısını həbs etmişdi. Onların bəziləri mülk girov qoymaq qarşılığında zaminə buraxılsa da, mətbuat təmsilçiləri - "Dilmanc" dərgisinin baş redaktoru Əlirza Sərrafi, "Varlıq" dərgisinin yazarı Həsən Raşidi, jurnalist Səid Məhəmmədi (Muğanlı) hələ də zindandadır. Ötən gün yayılmış xəbərə görə, bu məhbuslar həbsxanada məruz qaldıqları fiziki və mənəvi işgəncəyə etiraz olaraq aclıq aksiyası keçiriblər. Məlumatda bildirilib ki, onların səhhəti ağırdır.


Güney Azərbaycanın Zəncan şəhərində keçirilən kitab sərgisində Azərbaycan türkcəsində nəşrlərin sərgilənməsinə qadağa qoyulub. Həmin tədbirdə yalnız fars dili, ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar nümayiş etdirilib. "Mediaforum"un məlumatına əsasən, İranın islam irşadı və mədəniyyət naziri Azərbaycan dilində çıxmış kitab, qəzet və jurnalların sərgilənəcəyi barədə xəbərdar edilibmiş. Lakin Tehran əks addım ataraq bildirib ki, türkdilli nəşrlər sərgilənsə, onun naşirləri cərimələnəcək və sərgidəki pavilyonları qapadılacaq.


Bundan başqa, məlumatda vurğulanıb ki, Zəncanda Azərbaycan türkcəsində çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanmış "Bayram" jurnalı, eləcə də bütünlükdə İrandakı Azərbaycan türklərinin milli və mədəni kimliyi, tarixi barədə yazılar dərc edən "Varlıq" dərgisi, habelə tanınmış yazıçı, şairlərin əsərlərinin sərgilənməməsi haqda da xüsusi tapşırıq verilib. Xəbərlərə əsasən, kitab sərgisində Azərbaycan türkcəsində yazılmış kitab və başqa nəşrlərin satışı da yasaqlanıb.


Hakimiyyətin qoyduğu qadağalara əməl olunmayacağı təqdirdə hakimiyyət sərginin qapadılacağını, onun təşkilatçılarının məsuliyyətə cəlb olunacağını da bildirib. Son günlər İslam Respublikası rəhbərliyi Azərbaycan türkcəsində olan "Kimlik" və "Yoldaş" dərgilərinin bağlanması əmrini verib. Bununla, demək olar, türkdilli jurnalların hamısı qapadılıb. Onların bəziləri ehtiyatlandıqlarından hələlik nəşrini dayandırıb. Hər kəsə bəllidir ki, Güney Azərbaycanda və İranın başqa şəhərlərində nəşr olunan dərgi və qəzetlər iki dildə - fars və türk dillərində çıxır. Bu zaman naşirlər ağırlığı, heç şübhəsiz, fars dilinə verirlər. Belə bir vəziyyətdən Tehran hakimiyyəti həmişə yararlanaraq ölkədə Azərbaycan türkcəsində mətbuatın olduğunu bildirir.


Yuxarıda da qeyd etdiyimiz kimi, bunu belə Tehran azərbaycanlılara çox görür, həmin mətbuatın məsulları və təmsilçilərini tutur, işgəncə verir. Bir vaxtlar İslam Respublikası fars bölgələrinə, bu etnik qrupun dilinə, ədəbiyyatına və mədəniyyətinə diqqəti artırmaqla başqa millətlərə münasibətdə ayrı-seçkiliyə yol verərək İran Anayasasının milli bərabərliyə aid 19-cu maddəsini pozurdu. Əsas Qanunun pozulması indi də davam etməkdədir. Bu dəfə Tehran bu yöndəki fəaliyyəti ilə İranda yaşayan kürdlərlə müqayisədə Azərbaycan türklərinin haqqını tapdayır.


"Baybak"ın məlumatına görə, son günlər kürd dilində çıxan "Rojelat" dərgisi nəşrini bərpa edib. 3 il öncə İslam Respublikasına qarşı "fəaliyyət göstərdiyi" üçün qapadılmışdı. Jurnal, demək olar, bütünlükdə kürd dilində çıxır. Dərgi əsasən kürd millətçiliyi və bu etnik qrupun birləşməsini təbliğ edir.


Mənbənin bilgilərinə əsasən, Güney Azərbaycan əyalətlərində "kürd problemi"nin olduğunu qabartmaq məqsədi güdən hakimiyyət bu etnik qrupa Azərbaycanda daha böyük önəm verməkdədir. İslam Respublikası kürd qaçaqmalçılarına, kürd terrorçularının fəaliyyətinə və onların xaricdən ölkə ərazisinə keçməsinə şərait yaradır, güzəştlər edir. Bu azmış kimi, həmin etnosun milli mədəniyyətinin başqalarından üstünlüyü də təbliğ olunur.


Maraqlıdır ki, Azərbaycan türkcəsində çıxan dərgilərin qapadıldığı bir zamanda "Rojelat" mərkəzi Urmiya olan Qərbi Azərbaycan şəhərlərində, Kürdüstan əyalətinə daxil edilmiş türk rayon və şəhərlərində daha geniş şəkildə və çoxlu sayda yayılır. Məlumatda bildirilib ki, dərginin yayılmasına hakimiyyət yardım göstərir.

OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR

OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR
Sun, Nov 9th 2008


OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR

ABŞ-ın yeni prezidenti Polşada raket bazasının yerləşdiriləcəyinə təminat verməsi haqda xəbərləri təkzib edib





ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Polşada raket əleyhinə müdafiə (RƏM) sisteminin yerləşdiriləcəyinə zəmanət verməyib. Obamanın köməkçisi Denis Makdonou belə deyib. Bununla da Obama Polşa prezidenti Lex Kaçinskinin mətbuat xidmətinin məlumatını təkzib edib. Xəbər verildiyi kimi, ötən həftə Barak Obama prezident seçilməsi ilə bağlı onu təbrik edən Poşa prezidenti ilə telefon söhbəti aparıb, bu zaman Polşa rəhbərinin administrasiyası məlumat yayıb ki, yeni seçilmiş prezident ABŞ-ın raketdən müdafiə sisteminin elementlərinin Polşada yerləşdiriləcəyinə təminat verib.

Xatırladaq ki, ABŞ Polşada RƏM sistemi çərçivəsində ballistik raket bazası yerləşdirməyi planlaşdırır və bu barədə Varşava ilə müqavilə imzalanıb. Razılaşma Rusiyanın sərt reaksiyasına səbəb olub, prezident Dmitri Medvedyev ötən həftə xəbərdarlıq edib ki, Rusiya buna cavab olaraq Kalininqrad vilayətində “İsgəndər” ballistik raket sistemlərini yerləşdirəcək və onları Polşaya tuşlayacaq. Qərb mətbuatı Medvedyevin bu xəbərdarlığını Obamanı qorxutmaq cəhdi kimi qiymətləndirib.

Makdonou deyib ki, telefon söhbəti həqiqətən də olub və Kaçinski raketdən müdafiə məsələsini qaldırıb. Amma Obama çoxmilyardlı proqramın davam etdiriləcəyinə zəmanət verməyib. Makdonou bildirib ki, Obamanın mövqeyi seçki kampaniyası zamanı olduğu kimi qalır: “O, raketdən müdafiə sisteminin yerləşdirilməsini dəstəkləyir, amma hesab edir ki, sistemin işləkliyi texnoloji baxımdan sübut olunmalıdır”.

Bu arada Rusiya bəyan edib ki, əgər ABŞ RƏM sisteminin elementlərini Şərqi Avropada yerləşdirmək planlarından əl çəksə, o zaman Kalininqrad vilayətində “İsgəndər” kompleksləri də yerləşdirilməyəcək. Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun sözlərinə görə, Polşa və Çexiyada raketdən müdafiə elementləri qurulmasa, o zaman Kalininqradda həmin komplekslərin yerləşdirilməsinə də ehtiyac qalmır. Onun sözlərinə görə, strateji təhlükəsizlik və stabillik məsələsində hər şey balans, mütənasiblik üzərində qurulur. Qruşko onu da deyib ki, ABŞ-la raketdən müdafiə məsələsində əməkdaşlıq təklifləri qüvvədə qalır və onlar yeni prezidentlə bu məsələ barədə danışıqları davam etdirməyə hazırdır. Xatırladaq ki, Rusiya ABŞ-la Polşa və Çexiyada yerləşdiriləcək raket bazası və radar stansiyasından imtinanın əvəzində Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadəni təklif edib. Bu təkliflə bağlı iki ölkə arasında yüksək səviyyədə bir neçə danışıqlar olsa da, nəticə əldə edilməyib.

Belə görünür ki, ABŞ-ın yeni seçilmiş prezidenti Şərqi Avropada raketdən müdafiə elementləri yerləşdirərək Rusiya ilə yeni “soyuq müharibə”yə girmək istəmir. Digər tərəfdən, bu planlar iqtisadiyyatı yaxşı durumda olmayan ABŞ üçün milyardlarla dollar əlavə yükdür. Obamanın qarşısında isə əsas vəzifə kimi Amerikanı üzləşdiyi maliyyə və iqtisadi böhrandan çıxarmaq dayanır. Ona görə də o, sözügedən planları ən azı bir müddət ləngidə bilər. Seçki kampaniyası zamanı Obama Rusiya ilə qarşıdurmanın əleyhinə olduğunu və dialoqu davam etdirəcəyini deyib.

F.MƏMMƏDOV

musavat

İranın Elmlər Nazirliyi Ərdəbildəki Mühəqqiq Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat təhsilinə qarşı çıxdı

İranın Elmlər Nazirliyi Ərdəbildəki Mühəqqiq Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat təhsilinə qarşı çıxdı
Sun, Nov 9th 2008

İranın Elmlər Nazirliyi Ərdəbildəki Mühəqqiq Universitetində Azərbaycan türkcəsində dil və ədəbiyyat təhsilinə qarşı çıxdı


Təbriz Universitetində Azərbaycan türkcəsində ədəbiyyat və dil təhsili yasaq olunandan sonra, İranın Elmlər Nazirliyi bu bölmənin Ərdəbildəki Mühəqqiq Universitetində yaradılmasına qarşı aşkarcasına müxalif çıxdı. Bir müddət əvvəl elan olunmuşdu ki, 5 illik təhsil bölmələrinin genişlənməsi layihəsində Azərbaycan türkcəsində dil və ədəbiyyat bölməsinin yaranması nəzərə alınıb. 2008 - 2009 - cu təhsil ili başlananda məlum oldu ki, bu təhsil bölmələrinə Ərdəbilin Mühəqqiq Universitetində yer verilməyib.


İranın Elmlər Nazirliyi türkcə dil və ədəbiyyat bölmələrindən əlavə, o, həm də siyasi elmlər, turizim işinin təşkili, informatika, jurnalistika, beynəlxalq əlaqələr, elektron mühəndisliyi, sənaye mühəndisliyi, iqtisad, sosioloji elmlər bölmələrinin yaranmasına müxalif olub. Bundan başqa, qeyd olunması vacibdir ki, Ərdəbilin Azad Universitetində və həmçinin Mühəqqiq Universitetində turizim işinin təşkili bölmələrinin açılmasına və təhsilinə yer verilməyib. Ərdəbil vilayəti turizim nöqteyi - nəzərindən çox maraqlı yer sayılır və üstəlik turizimlə bağlı ali təhsilli mütəxəsislərin belə bir yerdə olmadığını əgər nəzərə alsaq, onda bir mənalı şəkildə bu nəticəni almaq olar ki, Elmlər Nazirliyi bilə - bilə bu işi qeyri - məntiqi rədd edib.Məlumat üçün qeyd etməliyik ki, siyasi elmlər, informatika elmi, jurnalistika, beynəlxalq əlaqələr Güney Azərbaycan Universitetlərinin heç birində bu günkü günə qədər yaradılmayıb. Əslində bu təhsil bölmələri fars məntəqələrində yerləşən universitetlərə aid olub.


https://www.ina-irannews.com/News-Details.aspx?newsId=14169&back=1


مخالفت صریح وزارت علوم با ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی در دانشگاه محقق اردبیلی



--------------------------------------------------------------------------------



آژانس ايران خبر

۱۳۸۷/۸/۱۸


بدنبال ممنوعیت ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی در دانشگاه تبریز از سوی وزارت علوم تحقیقات و فناوری ایجاد رشته فوق در دانشگاه محق اردبیلی نیز با مخالفت صریح این وزارتخانه روبرو شد.

با وجود اینکه پیشتر اعلام شده بود در طرح 5 ساله توسعه رشته های تحصیلی ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی نیز در نظر گرفته شده است ولی با شروع سال تحصیلی 88+87 معلوم شد که این رشته در بین رشته های تحصیلی دانشگاه محقق اردبیلی جایی ندارد.

وزارت علوم علاوه بر مخالفت صریح با ایجاد رشته زبان و ادبیات ترکی اذربایجانی در دانشگاه محق اردبیلی با ایجاد رشته های مديريت جهانگردی، علوم سیاسی، علوم ارتباطات و روز نامه نگاری,روابط بین الملل، مهندسی الكترونیك، مهندسی صنایع، اقتصاد، مدیریت،جامعه شناسی و... مخالفت کرده است.

لازم به ذکر است که در میان رشته های تحصیلی دانشگاه ازاد اردبیل وهم چنین دانشگاه محقق رشته مديريت جهانگردی جایی ندارد و این امر با توجه به توریستی بودن استان اردبیل و نبود مدیران تحصیل کرده در امر توریسم غیر منطقی و تعمدی به نظر می رسد.

در مورد رشته های علوم سیاسی، علوم ارتباطات و روز نامه نگاری ، روابط بین الملل و تکنولوژی اطلاعات ذکر این نکته بسیار ضروری است که در هیچ یک از دانشگاههای منطقه اذربایجان این رشته ایجاد نشده اند و درواقع این رشته مختص دانشگاهای مناطق فارس نشین هستند


azadtribun

Millətimizin daha bir qələbəsi!

Millətimizin daha bir qələbəsi!



İsveçdə keçirilən beynəlxalq boks yarışlarında İsveçi təmsil edən 15 yaşlı İlmaz Ağapur bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülmüşdür. Amma o, 570 boksçu və yüzlərlə tamaşaçının qarşısında İsveç bayrağı əvəzinə Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq, qələbəsini şəhid Qulamrza Əmaninin ruhuna ithaf etdiyini bildirmişdir.

Əziz balamız İlmazı və onun məşqçisi və atası Məhəmmədrza Ağapuru bu qələbə münasibəti ilə təbrik edir, Bayrağımızı və Şəhidlərimizi əziz tutduqlarına görə təşəkkürümüzü bildiririk.

Redaktor


Iqtisadiyyat ABŞ-ın yeni administrasiyasının birnömrəli prioriteti olacaq

Iqtisadiyyat ABŞ-ın yeni administrasiyasının birnömrəli prioriteti olacaq
Sun, Nov 9th 2008

Iqtisadiyyat ABŞ-ın yeni administrasiyasının birnömrəli prioriteti olacaq




Prezident seçilən Barak Obamanın Ağ Evin icra aparatınna rəhbər təyin etdiyi İllionos konqresmeni Rahm Emanuel iqtisadiyyatın yeni administrasiyanın birnömrəli prioriteti olacağını bildirib. ABC tele-şirkətinə müsahibəsi zamanı Emanuel deyib ki, Barak Obama ölkənin üzləşdiyi iqtisadi problemlərin həllindəki maneələri aradan qaldıracaq. O, Obamanın hər iki partiya ilə əməkdaşlıq etməklə ölkəni idarə və Amerikanın çətinliklərinin aradan qaldırılmasını həm demokratlar, həm də respublikaçıların iş birliyi ilə mümkün edəcək. Barak Obamanın keçid komandasının rəhbəri Con Podesta deyib ki, yeni prezidentin narahatlığı stimullaşdırma paketinin təsdiqi ilə bağlıdır.

XATƏMİ TƏBLİĞATI GENİŞLƏNDİRİR

XATƏMİ TƏBLİĞATI GENİŞLƏNDİRİR
Sun, Nov 9th 2008

XATƏMİ TƏBLİĞATI GENİŞLƏNDİRİR



Seçkiyə nəzarət edəcək heyətin tərkibi açıqlanıb



S.SƏDİ



Gələn il iyunun 12-də İranda növbəti prezident seçkisinin keçiriləcəyi gözlənilir. Bu post uğrunda mübarizə aparacaq namizədlərin bəzilərinin adları artıq hallanmaqdadır. Bir müddət öncə islahatçı adlanan cinahın təmsilçiləri keçmiş prezident Məhəmməd Xatəminin namizədliyini irəli sürüblər. Onunla yanaşı, parlamentin sabiq başçısı, Milli Etimad Partiyasının lideri Mehdi Kərrubi və indiki hökumət başçısı Mahmud Əhmədinijatın da adları bu sırada çəkilir.

Bu siyasi kampaniyaya, deyəsən, keçmiş prezident Məhəmməd Xatəmi daha güclü hazırlaşır. Hələ bir neçə ay öncə, o, prezident Mahmud Əhmədinijatı və mühafizəkar ruhaniləri tənqid edərək tələbələrin ifadə azadlığının məhdudlaşdırılmasını tənqid etmişdi. "Vətəndaşlar tərəfindən dəstəklənənlərin seçkiyə buraxılmaması haqda qərarı hansı haqla 6, yaxud 12 nəfər verir? Nə vaxtadək biz hesab edəcəyik ki, çoxluq səhv edir?" - deyə o, seçkini keçirən əsas qurumu tənqid edib.

Bu günlərdə isə keçmiş hökumət başçısı Vyana Elmlər Akademiyasında dinlərarası konfransda çıxış edərək, müsəlmanları və xristianları qarşılıqlı münasibətləri gücləndirməyə çağırıb. Onun qənaətincə, yalnız bu halda dünyanı qəddarlıq və qanunsuzluqdan xilas etmək mümkündür.

Ayətulla Xamneyinin başçılıq etdiyi vilayəti-fəqihlik qurumunun bir qolu olan, ölkədəki bütün seçki kampaniyasına başçılıq edən Nəzarət Şurası qarşıdan gələn prezident seçkisinə nəzarət edəcək heyətin üzvlərinin adlarını açıqlayıb. "Mediaforum"un məlumatına əsasən, nəzarət heyətinə bu şəxslər daxildir - Əhməd Cənnəti, Məhəmmədrza Əlizadə, Abbas Kəbi, Əhməd Salik, Seyid Fəzlulla Musəvi, Abbasəli Kəndxudayi və Məhəmmədrza Mirhəşimi.

Bu günlərdə ölkə prezidenti Mahmud Əhmədinijatın 52 yaşı tamam oldu. Hakimiyyətə müxalif sayılan bəzi qruplar isə qarşıdan gələn prezident seçkisinə onun qatılmayacağını və xəstələndiyi üçün vəzifəsinin öhdəsindən çətinliklə gəldiyi barədə xəbər yaymışdı. İranın hökumət başçısının köməkçisi Mənsur Burceyi bildirib ki, Nazirlər Kabinetinin toplantısı Əhmədinijatın "xəstəliyinə görə" təxirə salınıb. Onun sözlərinə görə, prezidentin xəstəliyi "ağır deyil". Bunu "şayiə" adlandıranlar da var. Hesab olunur ki, Əhmədinijatın düşmənləri seçkiöncəsi bu sayaq şayiələr yayırlar.

Xəbər yayıldıqdan sonra Əhmədinijat barəsində deyilənləri təkzib edərək "soyuq dəydiyini" və sağlıq durumunun "yaxşı" olduğunu bildirmişdi.

Prezident olmaq istəyənlərdən biri, Əkbər Ələmi Milli Etimad Partiyasının tədbirində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında Əhmədinijatı tənqid edərək bildirib: "Onun namizədliyini yenidən irəli sürməsi, yenidən seçilməsi ölkə üçün faciə olacaq. Əhmədinijat İranı ən azı 30 il geri atıb. Hazırda gördüyünüz ağır durumun baisi odur. Ölkənin icra aparatında vəzifələri yaxın adamları, dostları arasında paylayıb. Əhmədinijat bütün sahələrdə ölkəni tənəzzülə uğradıb. Populist üsullardan istifadə etməsinə baxmayaraq, mən onun pak və mömin bir insan olduğuna inanıram, ancaq başqa vəzifədə, məsələn, həcc və vəqflər təşkilatının sədri vəzifəsində daha yaxşı işləyə bilər".

İranın keçmiş prezidenti Məhəmməd Xatəminin isə yaxın zamanlarda peyklə verilişlər yayacaq özəl telekanal açacağı barədə xəbərlər yayılıb. O, kanalın sivilizasiyalararası dialoq işinə yardım etmək məqsədi ilə açıldığını söyləyib. Xatəmi bu telekanalın fəaliyyətə başlaması üçün maliyyə probleminin olduğunu vurğulayaraq deyib: "Biz bu kanalın büdcəsini qanuni və şəffaf yollarla təmin etmək niyyətindəyik. Aparıcı güclərin minnət qoyaraq işin maddi tərəfini həll etmələrini istəmirik".ayna

MİNSK QRUPUNUN TƏKLİF ETDİYİ SÜLH SAZİŞLƏRİ («Ümumi dövlət variantı» )

MİNSK QRUPUNUN TƏKLİF ETDİYİ SÜLH SAZİŞLƏRİ («Ümumi dövlət variantı» )
Sun, Nov 9th 2008



MİNSK QRUPUNUN TƏKLİF ETDİYİ SÜLH SAZİŞLƏRİ («Ümumi dövlət variantı» )



ATƏT-in Minsk qrupunun 1998-ci ilin noyabrında təklif etdiyi, «Ümumi dövlət variantı» kimi tanınan saziş layihəsini də «Media forum» oxucularının diqqətinə çatdırırıq. Məlum olduğu kimi bundan əvvəl iki saziş layihəsi olub: «Paket həll» və «Mərhələli həll» variantları.





Dağlıq Qarabağ silahlı münaqişəsinin nizamlanması üzrə hərtərəfli sazişin prinsipləri haqqında


Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləməkdə qətiyyətli olan Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ aşağıdakılar barədə razılığa gəlirlər:


I. Dağlıq Qarabağın statusu haqqında Saziş




Tərəflər aşağıdakı müddəaları özündə birləşdirən Dağlıq Qarabağın statusu haqqında saziş bağlayırlar:


Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onunla ümumi dövlət yaradır.


Azərbaycan və Dağlıq Qarabağ vəzifələr bölgüsü və müvafiq dövlət orqanları arasında səlahiyyətlərin qarşılıqlı təhvili haqqında Konstitusiya qanununa bərabər olacaq saziş imzalayırlar.


Azərbaycan və Dağlıq Qarabağ ümumi məsələlərə aid siyasət və fəaliyyətin müəyyən edilməsi üçün prezidentlərin, baş nazirlərin və parlament sədrlərinin təmsilçilərinin daxil olduğu Müştərək Komitə yaradırlar.


Müştərək fəaliyyəti koordinasiya etmək və əlaqə saxlamaq üçün Bakı və Stepanakertdə müvafiq olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.


Dağlıq Qarabağ iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici dövlətlər və əlaqəli regional və beynəlxalq təşkilatlarla xaricdə müvafiq nümayəndələri olmaqla, birbaşa xarici əlaqələr yaratmaq hüququna malik olacaq.


Dağlıq Qarabağın siyasi partiyaları və ictimai təşkilatları xarici ölkələrin siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqə yaratmaq hüququna malik olacaqlar.


Dağlıq Qarabağ onun maraqlarına toxunan məsələlər üzrə Azərbaycanın xarici siyasətində iştirak edir. Bu cür məsələlərə dair qərarlar hər iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.


Dağlıq Qarabağ hökumətinin xüsusi mənafeləri olan xarici ölkələrdəki Azərbaycan səfirliklərində və ya konsulluqlarında öz nümayəndələri ola bilər, həmçinin Dağlıq Qarabağın maraqlarına toxunan beynəlxalq danışıqlarda iştirak üçün Azərbaycan nümayəndə heyətinin tərkibində öz mütəxəssislərini öndərə bilər.


Dağlıq Qarabağın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə uyğun olacaq. Onların mümkün dəqiqləşdirilməsi və ya dəyişdirilməsi Azərbaycan və Dağlıq Qarabağ arasında xüsusi qarşılıqlı razılaşmanın obyekti ola bilər.


Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlər bir-birlərinin silahsız vətəndaşlarının sərbəst hərəkəti üçün qarşılıqlı şəkildə açıq olacaq. Səfərlər və işgüzar münasibətlərin aparılması zamanı onlar gömrük və ya digər rüsumlardan azad olacaqlar.


Daimi yaşayış hüququnun verilməsi müvafiq hökumətlərin səlahiyyətlərinə daxil olacaq.


Azərbaycan və Dağlıq Qarabağ mübahisələrin nizama salınması üçün güc və ya gücün tətbiqi ilə bağlı hədələrdən istifadə etməyəcəklər. Müştərək Komitənin həll edə bilmədiyi mübahisə və fakir ayrılıqlarının yarandığı təqdirdə, Tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin konsultativ rəyi üçün müraciət edə bilər, bu rəy son qərar qəbul edilən zaman nəzərə alınacaq.


Dağlıq Qarabağın statusuna aşağıda sadalanan hüquq və imtiyazlar daxildir - bunlar Minsk Konfransı tərəfindən təsdiqlənmiş Dağlıq Qarabağın Statusu haqqında Sazişdə rəsmiləşəcəklər:


1. Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ sakinləri tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaq. Dağlıq Qarabağın Statusu haqqında Sazişin müddəaları bu Konstitusiyaya daxil ediləcək. Bu sazişin qanunvericiliyə daxil edilməsi üçün Azərbaycan həmçinin öz Konstitusiyasına dəyişikliklər edəcək. Bu Sazişin müddəaları və ya onu daxil edən Dağlıq Qarabağ və Azərbaycan Konstitusiyalarının müvafiq hissəsi hər üç tərəfin razılığı olmadan dəyişdirilə bilməz.


2. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları qüvvədədir. Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyası və qanunlarına zidd olmadığı halda Dağlıq Qarabağ ərazisində qüvvədədirlər.


3. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaq.


4. Dağlıq Qarabağ öz Konstitusiyasına uyğun olaraq sərbəst formada öz qanunverici, icraedici və məhkəmə orqanlarını yaradır.


5. Dağlıq Qarabağ vətəndaşları şəxsiyyət vəsiqəsi kimi xüsusi «Dağlıq Qarabağ» möhürlü Azərbaycan pasportlarına malik olacaqlar. Yalnız Dağlıq Qarabağ hökuməti və onun səlahiyyət verdiyi idarə bu cür pasport vermək hüququna malik olacaqlar. Erməni mənşəli Dağlıq Qarabağ vətəndaşları Ermənistana emiqrasiya edə bilərlər və ora daimi yaşayış məqsədilə köçdükləri halda, bu ölkənin qanunlarına uyğun olaraq Ermənistan vətəndaşlığını ala bilərlər.


6. Dağlıq Qarabağ əhalisi Azərbaycan parlamentinə deputatları seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququna malikdir.


7. Dağlıq Qarabağ sərbəst iqtisadi bölgə olacaq, Azərbaycanın pul əskinazları ilə bərabər dövriyyəsi olan öz pul əskinazlarını emissiya etmək və həmçinin öz markalarını nəşr etmək hüququna malik olacaq.


8. Dağlıq Qarabağın Ermənistan və Azərbaycanla sərbəst və maneəsiz nəqliyyat və rabitə əlaqələrinə hüququ olacaq.


9. Dağlıq Qarabağ könüllü əsaslarla formalaşan milli qvardiyaya (təhlükəsizlik qüvvələrinə) və polis qüvvələrinə malik olacaq. Bu qüvvələr Azərbaycan hökumətinin razılığı olmadan, Dağlıq Qarabağdan kənarda fəaliyyət göstərə bilməzlər.


10. Dağlıq Qarabağ hökumətinin icazəsi olmadan Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin Dağlıq Qarabağ ərazisinə daxil olmaq hüququ olmayacaq.


11. Erməni dili Dağlıq Qarabağda əsas rəsmi dildir, ikinci rəsmi dil - Azərbaycan dilidir. Dağlıq Qarabağ vətəndaşları həmçinin bütün rəsmi və qeyri-rəsmi hallarda digər doğma dillərdən istifadə edə bilərlər.


12. Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən gələn vəsaitdən təşkil olunacaq. Dağlıq Qarabağ hökuməti Azərbaycan və xarici şəxslərin və şirkətlərin sərmayə yatırımlarını həvəsləndirəcək və onlara zəmanət verəcək.


II. Laçın dəhlizinə dair Laçın rayonunun xüsusi rejiminə aid Azərbaycanın və Dağlıq Qarabağın razılığı ilə digər qərarlar qəbul edilməzsə, Dağlıq Qarabağ və Ermənistan arasında maneəsiz əlaqələr məqsədilə Dağlıq Qarabağ tərəfindən Laçın dəhlizindən istifadə məsələsi ayrıca razılaşmanın obyekti olacaq. Laçın rayonu həmişəlik tam hərbsizləşdirilmiş bölgə qalmalıdır.


III. Şuşa və Şaumyan şəhərlərinə dair Tərəflər razılaşırlar ki, bütün azərbaycanlı qaçqınlar Şuşa şəhərində öz yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyinə Dağlıq Qarabağın müvafiq hökumət orqanları tərəfindən zəmanət veriləcək. Onlar Dağlıq Qarabağın bütün vətəndaşları ilə eyni hüquqlara, o cümlədən siyasi partiyaların yaradılması, bütün səviyyəli seçkilərdə iştirak, dövlət qanunverici orqanlarına və yerli özünüidarə orqanlarına seçilmək, dövlət işinə və Mühüm sənədlər həmçinin hüquq-mühafizə orqanlarına işə qəbul olmaq hüququna malik olacaqlar. Bu cür hüquqları Şaumyan şəhərinə qayıdan erməni qaçqınları da alacaq. Şuşa və Şaumyan şəhərlərinin sakinləri yollardan zəmanətli istifadə edə biləcək, Azərbaycanın və Dağlıq Qarabağın digər bölgələri ilə rabitə və münasibətlər saxlaya biləcəklər.


Dağlıq Qarabağ və Azərbaycan hökumətləri Şuşa və Şaumyan şəhərlərində ATƏT-in demokratik təsisatlar və insan hüquqları üzrə Bürosunun nümayəndəliklərinin yerləşdirilməsinə və işinə yardım göstərirlər.


* * *


Dağlıq Qarabağın statusu haqqında Saziş üç tərəf arasında imzalanır və Minsk Konfransının təsdiqindən sonra qüvvəyə minir.


IV. Silahlı münaqişənin dayandırılması haqqında Saziş




Tərəflər razılaşırlar ki, silahlı münaqişənin dayandırılması haqqında Sazişə aşağıdakı müddəalar daxil olacaq:


I. Tərəflər öz aralarında mübahisələrin nizamlanması üçün zor hədələrindən və ya zor tətbiqindən imtina edirlər. Onlar bütün belə mübahisələri, o cümlədən bu Sazişin həyata keçirilməsi ilə bağlı yarana biləcək istənilən mübahisələri sülh yolu ilə, ilk növbədə danışıqlar yolu ilə və ya ATƏT-in Minsk prosesi çərçivəsində həll edirlər.


II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara və əlavə I-də verilmiş təfsilatlara əsasən çıxarırlar:


A. Çoxmillətli ATƏT qüvvələrinin ön dəstəsinin hərbi nöqteyi-nəzərdən təyin olunmuş bufer zonasında ilkin yerləşdirilməsi imkanını yaratmaq, tərəfləri bu xətt boyunca aralamaq və qoşunların çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə, birinci mərhələdə hazırkı təmas xətti boyunca Dağlıq Qarabağdan şərq və cənub istiqamətlərində yerləşən qüvvələr Yüksək Səviyyəli Planlama Qrupunun (YSPQ) tövsiyələrini nəzərə alınmaqla əlavə 1-də verilmiş qrafik üzrə eyni əlavədə təyin olunmuş xətlərə çəkilirlər.


B. İkinci mərhələdə qüvvələr əlavə 1-də verilmiş qrafikə uyğun aşağıdakı qaydada çıxarılırlar:


(1) Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşən istənilən Ermənistan qoşunları bu sərhədlərin daxilinə çəkilirlər.


(2) Dağlıq Qarabağ qoşunları Dağlıq Qarabağ və Ermənistan arasında maneəsiz əlaqə barədə razılaşmanın əldə olunmasına qədər Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin hüdudları daxilinə çıxarılır.


(3) Azərbaycan qoşunları YSPQ tövsiyələri əsasında əlavə 1-də razılaşdırılmış xətlərdən kənara və Ermənistanın istənilən ərazisindən çıxarılır.


(4) Ağır silahlar ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrinin nəzarəti altında əlavə 1-də ifadə edilmiş şəffaflıq və cavabdehlik tələblərinə riayət etməklə YSPQ tövsiyələri əsasında bu əlavədə göstərilmiş yerlərə aparılır.


III. Qoşunların bu cür çıxarılması nəticəsində boşalmış ərazilər əlavə 2-də təfsilatı ilə göstərilən bufer zonasını və ayırıcı zonanı təşkil edirlər:


A. Qoşunlar çıxarıldıqdan sonra bufer zonası Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin hüdudları boyunca yerləşir. Əlavə razılaşma əldə edildikdə, bu zona həmçinin Laçın rayonunun hüdudları boyunca təyin edilə bilər. Bufer zonası məskunlaşmamış qalır və ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrindən başqa bu zona tamamilə hərbsizləşdirilir.


B. Əlavə 2-də təfsilatı ilə verildiyi kimi, ayırıcı zona Daimi Müştərək Komissiya ilə birgə fəaliyyətinə icazə verilmiş qüvvələr istisna olmaqla hərbsizləşdirilir. Bu qüvvələrə daxildir:


(1) - sülhün qorunması üzrə əməliyyat bölmələri;


(2) - Azərbaycanın sərhəd patrulu və mina təmizləyən bölmələri;


(3) - sayı və silahı əlavə 2-də təyin olunmaqla Azərbaycanın mülki polisi;


C. Əlavə 2-də göstərildiyi kimi, bufer və ayırıcı zonalarda ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrinin nəzarəti altında uçuşsuz zona yaradılır və Tərəflər bu zonalarda hərbi uçuşlar həyata keçirmirlər.


D. Maddə II-yə müvafiq olaraq, qoşunların çıxarılmasından sonra Dağlıq Qarabağ rəhbərliyinin nəzarət etdiyi bütün ərazilərin təhlükəsizliyi Dağlıq Qarabağın mövcud hərbi və təhlükəsizlik strukturları tərəfindən təmin edilir.


IV. 1994-cü il ATƏT-in Budapeşt Sammitinin qərarlarına uyğun olaraq, Maddə 7-də müəyyən edildiyi kimi, Tərəflər Daimi Müştərək Komissiya (DMK) və Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiya (EAHK) ilə birgə fəaliyyət göstərəcək sülhün qorunması üzrə ATƏT-in çoxmillətli əməliyyatını (SQƏ) dəvət edir və onun yerləşdirilməsində köməklik göstərirlər.


Əlavə 2-də göstərildiyi kimi, SQƏ qoşunların və ağır silahların çıxarılmasına, hərbi uçuşların qarşısının alınmasına, hərbsizləşdirmə rejiminə əməl edilməsinə və Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir. Sülhün qorunması əməliyyatı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə ilkin müddəti bir ildən artıq olmamaq şərti ilə təsis edilir və ATƏT-in fəaliyyətdə olan sədrinin tövsiyəsi ilə lazım gəldikdə müddəti uzadılır.


Tərəflər razılaşırlar ki, sülhün qorunması üzrə çoxmillətli əməliyyat regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli tənzimləmə sürətindən asılı olaraq, minimal müddətdə davam edəcək. Tərəflər bu Sazişin həyata keçirilməsini təmin etmək və sülhün qorunması üzrə əməliyyatın pozulmasının və dayandırılmasının qarısını almaq məqsədilə, bütünlüklə SQƏ ilə əməkdaşlıq edirlər.


V. Əlavə 2-də göstərildiyi kimi, Tərəflər ayırıcı zonada məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıdışına yardım edirlər. Bu zonada demilitarizasiya rejiminə riayət olunmasında bütün Tərəfləri əmin etmək üçün SQƏ Daimi Müştərək Komissiya ilə əməkdaşlıq edərək qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edir.


Tərəflər 1987-ci ildən sonra Ermənistan və Azərbaycan arasındakı münaqişənin və gərginliyin nəticəsində bu Sazişlə və ya müfəssəl tənzimləmə ilə əhatə olunmayan digər köçkün düşmüş şəxslərin təcili, təhlükəsiz və könüllü qayıdışını təmin etmək barədə danışıqlar aparırlar.


VI. Əlavə 3-də verilmiş qrafik və müəyyən olunmuş konkret müddəalara uyğun olaraq, Tərəflər qüvvələrin çıxarılması ilə eyni zamanda yolların, dəmir yolların, elektrik və kommunikasiya xətlərinin, ticarət və digər münasibətlərin bərpasını və ən qısa müddətdə bu məqsədlərə nail olmaq üçün bütün lazımi işləri nəzərdə tutan tədbirləri dərhal həyata keçirirlər.


Tərəflər hamının, o cümlədən etnik azlıqların bu kommunikasiya xətlərindən istifadə etməsinə zəmanət verirlər. Etnik azlıqlara həmçinin bölgənin digər yerlərində yaşayan öz etnik qrupları ilə əlaqə yaratmaq imkanına zəmanət verilir. Hər bir Tərəf bütün blokadaların götürülməsini və maneəsiz bütün digər tərəflərə yüklərin və sərnişinlərin daşınmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmir yol əlaqəsinə zəmanət verirlər.


VII. Münaqişə nəticəsində saxlanılmış bütün şəxslərin tez və təhlükəsiz qaytarılması, itkin düşmüş şəxslərin aqibətinin araşdırılması, bütün cəsədlərin repatriasiyası və münaqişədən zərər çəkmiş rayonların bərpası məqsədi ilə bu rayonlara Tərəflərin nəzarət etdikləri ərazilərdən humanitar və digər yardımın ayrıseçkilik olmadan çatdırılması üçün, Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi, Qaçqınlar üzrə BMT Ali Komissarı və digər humanitar təşkilatlarla hərtərəfli əməkdaşlıq edirlər. Tərəflər etimadın artırılması tədbirlərinin həyata keçirilməsi sahəsində ATƏT-in SQƏ ilə Daimi Müştərək Komissiya vasitəsilə əməkdaşlıq edirlər.


VIII. Tərəflər təxirsiz Azərbaycan və Dağlıq Qarabağa aid olan problemlərə dair bu Sazişin müddəalarının yerinə yetirilməsinə nəzarət etmək məqsədilə, Daimi Müştərək Komissiya (DMK) təsis edirlər. DMK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, iki sədr müavinindən biri Azərbaycanı, digəri isə Dağlıq Qarabağı təmsil edir. DMK-nın əsas vəzifəsi Sazişin həyata keçirilməsinə nəzarətdən ibarətdir;


ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin vəzifələri ixtilaf hallarında vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlərə sanksiya verməkdən ibarətdir. DMK-nın hərbi, iqtisadi, humanitar, mədəniyyət və rabitə sahələri üzrə yardımçı komissiyaları var. DMK-nin strukturu, vəzifələri və digər aidiyyəti olan məsələlər əlavə 4-də göstərilib.


IX. Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədyanı insidentlərin təxirsiz qarşısının alınmasına yardım göstərən, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqə yaradan və yolların, dəmir yollarının, rabitə xətlərinin, boru kəmərlərinin, ticarət və digər əlaqələrin açılmasına nəzarət və yardım edən Ermənistan-Azərbaycan Parlamentlərarası Komissiyası (EAPK) yaradırlar. EAPK-ya iki həmsədr rəhbərlik edir: biri - Ermənistandan, digəri - Azərbaycandan. ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş təmsilçi bu Komissiyaya daxildir. EAPK-nin strukturu, vəzifələri və digər təfərrüatları əlavə 5-də verilib.


X. Regionda təhlükəsizliyin artırılmasını, o cümlədən hərbi şəffaflığı və ATƏT sazişinin tam şəkildə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası və Ermənistan Respublikası müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edirlər.


XI. Hər bir Tərəf digər Tərəflərin və onların əhalisinin təhlükəsizliyinə tam hörmət edir. Tərəflər ticarətə və normal münasibətlərə yardım göstərərək öz xalqları arasında mehriban qonşuluq əlaqələrinin inkişafını öhdələrinə götürürlər və bu Sazişi və ya mehriban münasibətləri poza bilən bəyanat və ya əməllərdən çəkinirlər.


XII. Sülhün qorunması və qoşunların çıxarılmasına nəzarətə aid olan yuxarıda göstərilmiş konkret müddəalara əlavə olaraq, və 1992-ci il Helsinki sənədində və 1994-cü il Budapeşt sənədində öz əkslərini tapmış ATƏT-in müvafiq prinsip və öhdəçiliklərini xatırladaraq, ATƏT müvafiq mexanizmlər vasitəsilə bu Sazişin tam həyata keçirilməsinə nəzarət edir və bu prinsip və qərarlara əsasən bu Sazişin şərtlərinin pozulmasına qarşı müvafiq addımlar atır.


XIII. Silahlı münaqişənin dayandırılması haqqında Saziş üç Tərəf arasında imzalanır və Minsk Konfransının təsdiqi və üç Tərəfin parlamentləri tərəfindən ratifikasiyasından sonra qüvvəyə minir.


XIV. Sazişlər imzalandıqdan və Minsk Konfransında təsdiq olunduqdan sonra Azərbaycan Respublikası və Ermənistan Respublikası öz aralarında tam diplomatik münasibətlər yaradıb, səfir səviyyəsində daimi diplomatik missiyaları təyin edirlər.


V. Zəmanətlər haqqında


1. Tərəflər bu Sazişin müddəalarına, o cümlədən Dağlıq Qarabağ, onun əhalisi və qayıdan məcburi köçkünlərin təhlükəsizlik zəmanətlərinə əməl olunmasını təmin etmək və bu Sazişdən irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək üçün öz üzərilərinə qarşılıqlı öhdəliklər götürürlər.


2. BMT Təhlükəsizlik Şurası hərtərəfli sazişin həyata keçirilməsinə nəzarət edəcək.


3. Dağlıq Qarabağın statusu haqqında Saziş və Silahlı münaqişənin dayandırılması haqqında Saziş Minsk Konfransının Həmsədrləri tərəfindən şahid qismində imzalana bilər. Rusiya, ABŞ və Fransa prezidentləri üç ölkənin birgə işləyərək sazişin həyata keçirilməsinə diqqətlə nəzarət etmək məqsədlərini və bu Sazişin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək niyyətlərini təsdiq edirlər. ATƏT və ya BMT Təhlükəsizlik Şurası diplomatik, iqtisadi və fövqəladə halda BMT Nizamnaməsinə əsasən hərbi tədbirlər görə bilərlər.





«Media forum»

TEHRAN OBAMANININ SEÇKİQABAĞI ŞÜARINI HƏYATA KEÇİRMƏSİNİ GÖZLƏYİR

TEHRAN OBAMANININ SEÇKİQABAĞI ŞÜARINI HƏYATA KEÇİRMƏSİNİ GÖZLƏYİR
Sun, Nov 9th 2008

TEHRAN OBAMANININ SEÇKİQABAĞI ŞÜARINI HƏYATA KEÇİRMƏSİNİ GÖZLƏYİR




Həsən Qaşqavi



Noyabrın 10-da İran Xarici İşlər Nazirliynin sözçüsü Həsən Qaşqavi jurnalistlərə açıqlamasında deyib ki, Tehran ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın seçkiqabağı «Bəli, biz bacaracağıq» şüarını həyata keçirməsini gözləyir.


«Media forum» saytının məlumatına görə, H.Qaşqavi bildirib ki, Tehran Vaşinqton siyasətində ediləcək hər hansı dəyişikliyə uyğun cavab verəcək.


İran prezidenti Mahmud Əhmədinejad bir neçə gün əvvəl B.Obamanı noyabrın 4-də keçirilən seçkidəki qələbəsi münasibətilə təbrik edib. Obama noyabrın 8-də jurnalistlərə deyib ki, Əhmədinejadın məktubuna nə cür cavab vermək üzərində düşünür.
GünAzTV-ni izləyin

Türk dövlətləri terror və ekstremizmlə mübarizəni gücləndirir
Sun, Nov 9th 2008

Türkdilli dövlətlər terror və ekstremizmlə mübarizəni gücləndirir




Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov noyabrın 5-6-da Qazaxıstanda, Astana şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Rəhbərləri Konfransının XI iclasında çıxışı zamanı, tədbirin iştirakçısı olan dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlığın səmərəliliyinin artırılması yollarına toxunaraq, bununla bağlı bir sıra təkliflər irəli sürüb.


Daha sonra, nazir beynəlxalq nəqliyyat dəhlizləri və transmilli enerji şəbəkələrinin təhlükəsizliyinin təmin olunması işində diqqət yetirilməsi vacib olan əsas amillərdən danışıb.


Eldar Mahmudov iclasda «Türkdilli dövlətlər məkanında beynəlxalq terrorçu infrastrukturların fəaliyyətinin qarşısının alınması istiqamətində yeni nailiyyətlər» mövzusunda çıxış edib, terrorçuluq və dini ekstremizmlə mübarizənin Azərbaycanın qəti mövqeyi və ölkənin milli təhlükəsizlik orqanlarının prioritet vəzifəsi olmasını bir daha diqqətə çatdırıb. Nazir terrorçuluq fəaliyyəti ilə əlaqədar yeni təmayüllərin meydana çıxmasını, terrorçuların öz metod və taktikalarını, rabitə, eləcə də konspirasiya vasitələrini və qaydalarını daim təkmilləşdirdiklərini vurğulayaraq, bütün bunlarla əlaqədar konkret faktlar gətirib.


İclasda Rusiya Federasiyasının və Ukraynanın müvafiq qurumlarının yüksək vəzifəli nümayəndələri müşahidəçi qismində iştirak edib.


Transmilli mütəşəkkil cinayətkarlıq, onun müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığın yeni reallıqlara uyğun təkmilləşdirilməsi və inkişafı əsas müzakirə mövzuları olub.


İclasın sonunda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən məlumat mübadiləsi və əməli əməkdaşlıq sahəsində xüsusi xidmət orqanlarının inteqrasiyası mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin hazırlanması üzrə birgə rəsmi sənəd imzalanıb.



Və sürəti, GünAzTv 2008 | Bizimlə əlaqə yaradın

Əgər ABŞ Avropada PRO elementlərini yerləşdirsə, Moskva sərhəddə öz raketlərini yerləşdirəcək - Rusiya XİN-in nümayəndəsi

Əgər ABŞ Avropada PRO elementlərini yerləşdirsə, Moskva sərhəddə öz raketlərini yerləşdirəcək - Rusiya XİN-in nümayəndəsi
Sun, Nov 9th 2008

Əgər ABŞ Avropada PRO elementlərini yerləşdirsə, Moskva sərhəddə öz raketlərini yerləşdirəcək - Rusiya XİN-in nümayəndəsi




Əgər ABŞ Şərqi Avropada PRO elementlərinin yerləşdirilməsi planlarından imtina etsə, Rusiya «İsgəndər» tipli raket komplekslərini Kalininqrad vilayətində yerləşdirməyəcək. Belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.


«Çox önəmli bir məqam var-bu tədbirlər («İsgəndər» tipli raketlərin yerləşdirilməsi) yalnız ABŞ-ın PRO sistemi ilə bağlı planlarının gerçəkləşəcəyi təqdirdə həyata keçiriləcək. Əgər ABŞ öz planından imtina etsə, müvafiq tədbirlərimizin yerinə yetirilməsi zərurəti özü-özünə mənasını itirəcək», - deyə Qruşko «İnterfaks»a bazar günü müsahibəsində deyib.

İranda sünni alim və imam camaat həbs olunub

İranda sünni alim və imam camaat həbs olunub

İran Milli Təhlükəsizlik Qüvvələri bu ölkənin qərbində sünni alimlərindən olan Mamusta Eyyub Gəncini həbs ediblər. Bu barədə İranın insan haqları fəalları bazar ertəsi məlumat yayıblar.

Gənci oktyabrın 26-da həbs olunub və hazırda Həmədan şəhərinin mərkəzi həbsxanasında saxlanılır.

O, eyni zamanda Sənəndəc şəhərinin Baharan qəsəbəsində Quba məscidinin imam camaatıdır. Gənci bu ilin mart ayında da bir neçə sünni alimlə birlikdə Kürdüstan vilayətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edimişdi.

O, dəfələrlə öz çıxışlarında İran İslam Respublikasının dini və etnik azlıqlara qarşı siyasətini pisləyib.

Gəncinin tərəfdarlarının sözlərinə görə, mart ayında həbs olunduğu zaman Kürdüstan vilayəti təhlükəsizlik qüvvələri ona qarşı işgəncələr tətbiq ediblər. Bu işgəncələr nəticəsində o, yaddaşını itirib.

Gürcüstanda erməni separatçı hərəkatı liderlərini mühakimə edirlər

Gürcüstanda erməni separatçı hərəkatı liderlərini mühakimə edirlər

Axalsixdə (Samtsxe-Cavaxeti regionu) separatçı «Cavax gənclər birliyi» aktivlərinin işi üzrə məhkəmə prosesi başlayıb. Eyni vaxtda iki proses aparılır, onlardan biri Qurqen Şirinyan və onun qohumları, digəri isə Vaaqn, Armen Çaxalyan və onun ailəsi ilə bağlı.

Samtsxe-Cavaxeti erməni millətçi hərəkatının nümayəndləri qanunsuz silah saxlamaqda və qətldə günahlandırılıblar. Çaxalyan və onun ailə üzvləri qanunsuz silah saxlamaqda, ədalət məhkəməsindən gizlənən Şirinyan isə yerli polisi öldürməkdə ittiham olunur.

Qohumların sözlərinə görə, Armen Çaxalyanın səhhəti həbs zamanı yaranan xəstəliklər nəticəsində pisləşməkdə davam edir. Hərəkatın lideri Vaaqn Çaxalyan isə öz bəyanatında prosesin siyasi, özünün siyasi məhbus olduğunu bildirib.

Vaaqn Çaxalyanı səkkiz illik həbs cəzası gözləyir.

Çaxalyanın maraqlarının müdafiəsi üçün artıq Ermənistandan vəkillər göndərilib. Yaxın vaxtlarda Fransa və Avstriyadan tutulmuş vəkillər də onun köməyinə qoşulacaq.

ABŞ İRANLA DİL TAPA BİLƏCƏKMİ?

ABŞ İRANLA DİL TAPA BİLƏCƏKMİ?
Rasim Musabəyov: “Hər halda yeni prezident buna səy göstərəcək”



Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş prezidenti Barak Obama iki gün öncə keçirdiyi mətbuat konfransında İranla bağlı siyasətinin necə olacağına dair suala konkret cavab verməsə də, bildirib ki, bu ölkənin nüvə silahına malik olması yolverilməzdir. O, həmçinin İranın terrorçu təşkilatlara yardımı dayandırmalı olduğunu deyib. Bununla yanaşı yeni prezident İran prezidenti Mahmud Əhmədinejadın ona ünvanladığı təbrik məktubunu da diqqətlə araşdırdığını və ona müvafiq qaydada cavab verəcəyini deyib.
Mahiyyət etibarı ilə Obamanın İranla bağlı səsləndirdiyi fikirlər onun sələfi Corc Buşun tələblərindən bir o qədər də fərqlənmir. Buş administrasiyası da Tehran hökuməti qarşısında eyni tələbləri qoyub. Məsələnin maraqlı tərəfi odur ki, C.Buş hakimiyyətdə olduğu illər ərzində İranla hər hansı formada dil tapa bilməyib. Əcəba, qaradərili B.Obama buna nail ola biləcəkmi?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq Rasim Musabəyov bildirdi ki, əslində B.Obama Amerikanın ənənəvi tələblərini təkrarlayıb: “Ümumiyyətlə, İranla bağlı hadisələr başlayandan sonrakı dövrdə Amerika Birləşmiş Ştatlarında həm respublikaçılar, həm də demokratlar hakimiyyətdə olublar. Lakin Amerikanın Tehran siyasəti dəyişməyib. Bütün dönəmlərdə eyni tələblər irəli sürülüb. Ancaq heç bir prezident İranla dil tapa bilməyib. Obamanın buna nail olacağına məndə əminlik yoxdur. O hələ seçki kampaniyası dövründə demişdi ki, İran rəhbərliyi ilə bütün məsələlər ətrafında oturub söhbət etməyə hazırdır. Amma bu o demək deyil ki, danışıqlar zamanı hər şey həll olunacaq. Hələlik İranla münasibətlər məsələsində hansısa fikir söyləmək çətindir. Gərək danışıqlar başlasın, müzakirələr olsun ki, ona əsaslanıb nəsə fikir söyləmək mümkün olsun. Amma mən güman edirəm ki, yeni prezident İranla dil tapılması istiqamətində səylər göstərəcək. Bu səylərin nəticə verib-verməyəcəyini isə indidən demək qeyri-mümkündür”.
Maqsud MAHRIZLI
musavat

İranda insan haqlarının durumu pisləşir

İranda insan haqlarının durumu pisləşir



Bir neçə insan haqları təşkilatının birləşdiyi İnsan Haqları Ferdrasiyası (FIDH) və İranın İnsan Haqlarını Müdafiə Təşkilatı (LDDHI)Birləşmiş Milllətlər Təşkilatına birgə müraciət edərək, BMT-yə üzv olan ölkələri İranda insan haqlarının pozulması ilə bağlı qətnamə çıxarmağa çağırıb. İnsan haqlarını müdafiə təşkilatlarının BMT-yə ünvanladığı müraciətdə İranda insan haqlarının vəziyyəti ilə bağə geniş məlumat dərc edilib. Onların bildirdiyinə görə bu ölkədə insan haqlarının durumu getdikcə pisləşir.

Mənbələrin bildirdiyinə görə, İranda qeyri-insani cəza növlərinin tətbiqi davam etdirirlir. Buna misal olaraq deyilir ki, İranda bədən orqanlarının amputasiyası, o, cümlədən insanların əlinin, qolunu və ayağını kəsməklə cəzalandırılması, eləcə də məhkumların daşqalaq edilməsi kimi dəhşətlı cəza növləri hələ də həyata keçirilir. İnsan haqlarını müdafiə qurumlarının birgə müraciətində qeyd edilir ki, İranda yeniyetmə çağlarında cinayət törətmiş adamların edam edilməsi halları davam edir. İranın Ali Məhkəməsi yeniyetmələrin edamının dayandırılmasına qərar versə də bu qərar, qətl kimi cinayətlərə görə edama məhkum edilən azyaşlılara şamil edilmir.

İnsan haqları müdafiəçiləri İran qanunlarında qadınlara qarşı kəskin ayrıseçkiliklərin mövcud olmasından şikayətlənirlər. Ailə üzvləri arasında var-dövlətın bölünməsi zamanı oğlana qızdan 2 dəfə çox pay ayrılması, qadının qan qiymətinin kişidən ikiqat az olması kimi ədalətsizliklərin qanuniləşdirildiyi söylənilir.

Bir qayda olaraq milli və dini azlıqlara qarşı ayrıseçkiliklərdən söz açan insan haqları qurumları, həm də düşüncəsinə, əqidəsinə və siyasi mənsubiyyətinə görə insanların təqib edilməsinin baş alıb getdiyini bəyan edirlər. Bundan əlavə, ölkədə müxtəlif azlıqlar arasında siyasi, iqtisadi və ictimai hüquq bərabərliyinin təmin edilmədiyi vurğulanır və insan haqları ilə bağlı İrana qarşı qətnamə çıxarılması istənilir. voa