azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Kasım 2008 Pazartesi

GünAzTV-ni izləyin

Türk dövlətləri terror və ekstremizmlə mübarizəni gücləndirir
Sun, Nov 9th 2008

Türkdilli dövlətlər terror və ekstremizmlə mübarizəni gücləndirir




Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov noyabrın 5-6-da Qazaxıstanda, Astana şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Rəhbərləri Konfransının XI iclasında çıxışı zamanı, tədbirin iştirakçısı olan dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlığın səmərəliliyinin artırılması yollarına toxunaraq, bununla bağlı bir sıra təkliflər irəli sürüb.


Daha sonra, nazir beynəlxalq nəqliyyat dəhlizləri və transmilli enerji şəbəkələrinin təhlükəsizliyinin təmin olunması işində diqqət yetirilməsi vacib olan əsas amillərdən danışıb.


Eldar Mahmudov iclasda «Türkdilli dövlətlər məkanında beynəlxalq terrorçu infrastrukturların fəaliyyətinin qarşısının alınması istiqamətində yeni nailiyyətlər» mövzusunda çıxış edib, terrorçuluq və dini ekstremizmlə mübarizənin Azərbaycanın qəti mövqeyi və ölkənin milli təhlükəsizlik orqanlarının prioritet vəzifəsi olmasını bir daha diqqətə çatdırıb. Nazir terrorçuluq fəaliyyəti ilə əlaqədar yeni təmayüllərin meydana çıxmasını, terrorçuların öz metod və taktikalarını, rabitə, eləcə də konspirasiya vasitələrini və qaydalarını daim təkmilləşdirdiklərini vurğulayaraq, bütün bunlarla əlaqədar konkret faktlar gətirib.


İclasda Rusiya Federasiyasının və Ukraynanın müvafiq qurumlarının yüksək vəzifəli nümayəndələri müşahidəçi qismində iştirak edib.


Transmilli mütəşəkkil cinayətkarlıq, onun müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığın yeni reallıqlara uyğun təkmilləşdirilməsi və inkişafı əsas müzakirə mövzuları olub.


İclasın sonunda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən məlumat mübadiləsi və əməli əməkdaşlıq sahəsində xüsusi xidmət orqanlarının inteqrasiyası mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin hazırlanması üzrə birgə rəsmi sənəd imzalanıb.



Və sürəti, GünAzTv 2008 | Bizimlə əlaqə yaradın

Hiç yorum yok: