azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Mayıs 2009 Cumartesi

elirza ferşinin tutulmasından goruntuler

22 Mayıs 2009 Cuma

Təbrizdə etirazlar. Həbslər və xəsarət alanlar var

Xədicə İsmayılova
Mayın 22-də Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzinti etiraz nümayişləri ilə müşahidə olununb.

İranın 3-cü kanalı gəzintidə 300 min nəfərə yaxın təbrizlinin iştirak etdiyini bildirib. Tədbirə qatılan milli hüquqlar uğrunda fəallar gəzintidə etirazlarını nümayiş etdiriblər. Onlar «Türk dilində mədrəsə» kimi şüarlar səsləndiriblər.

İranın hüquq-mühafizə orqanları etirazçılara təzyiq göstərib. Azı dörd nəfər həbs edilib, xəsarət alanlar var. Həbs olunanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşi də var.

İranda Azərbaycanlı Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumatlara görə, Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh də həbs olunanlar arasındadır.

Təbrizdəki mənbələr «Azadlıq» radiosuna hələlik yalnız Əlirza Fərşinin həbsini təsdiqləyiblər.

Etirazçılar «Azadlıq» radiosuna bildirib ki, aksiyada məqsəd 2006-cı ilin may nümayişlərini anmaq və bu günlərdə «youtube» portalında yayılan video ilə bağlı etirazlarını bildirmək olub. Videoda prezidentliyə islahatçı namizəd Musəvinin silahdaşı, keçmiş prezident Məhəmməd Xatəminin türklər barədə zarafat etməsi əksini tapır. İranın bir neçə universitetinin tələbə fəalları həmin zarafatların türkləri təhqir etdiyini bildirib və Xatəmidən üzr istəməyi tələb ediblər.

Mayın 20-də isə İranda islahatçı qanadın prezidentliyə namizədi Musəvinin nümayəndəsi Ənsarinin Təbrizin Şəhriyar hotelində keçirdiyi görüş etirazlarla müşayiət olunub. Təbriz sakinləri Xatəminin türklərdən üzr istəməsini tələb ediblər. ASMEK-in yaydığı və Təbrizdəki mənbələrin təsdiqlədiyi məlumata görə, mühafizə qüvvələri ilə iğtişaşçılar arasındakı toqquşmada Təbrizli fəal Hadi Hamidi Şəfiq yaralanıb.

İranda azərbaycanlılar ana dilində tədrisin olmamasına və milli zəmində diskriminasiyaya məruz qalmalarına etiraz edirlər. 2006-cı il mayın 21-22-də İranın bir neçə şəhərində azərbaycanlılar rəsmi «İran» qəzetində dərc olunan karikaturaya etiraz etmişdilər. Karikaturada tarakanın azərbaycanca danışdığını göstərilir və şəkli müşayiət edən mətndə tarakanlardan xilas olmağın yolları öyrədilirdi.

Beynəlxalq təşkilatlar İranı qeyri-fars millətləri diskriminasiyaya məruz qoymaqda günahlandırır. İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 20-35 milyon arasında ehtimal edilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.

Iran Azərbaycana hədələrini davam etdirir

Fuad Qəhrəmanlı: «Azərbaycanın Iranın təhdidlərinə layiqli cavab verməməsi gələcəkdə bu istiqamətlərdə müəyyən problemlər yarada bilər» Israil prezidenti Şimon Peresin Bakıya gözlənilən səfəri Iranın ciddi narahatlığına səbəb olub. Iran prezidentinin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri “Fələstini işğal etmiş Israilin” dövlət başçısının Bakıya dəvət olunmasını “qonşu müsəlman dövlətlərinə hörmətsizlik” kimi qiymətləndirməsindən sonra yerli mətbuatda sərt mesajlar səslənib. Birbaşa və ya dolayısıyla Tehran rejiminin nəzarətində olan, bir neçəsi isə Tehran xüsusi xidmət orqanlarının qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərən qəzet və saytlar əsas məqalə və şərhlərini Azərbaycan-Israil münasibətlərinə həsr ediblər. Bunlardan “Aftab”, “Keyhan”, “Ittilaat”, “Etimadi milli” qəzetləri, habelə “Tabnak” və “Aftab” saytları bu yöndəki fəaliyyətləri ilə başqalarından daha çox fərqlənirlər. Bu arada “Səhər” kanalını mövzuya toxunaraq baş verənləri özünəməxsus formada şərh edib. Səslənən əsas fikir isə Iran hökumətinə Naxçıvanla əlaqələrin kəsilməsi və Ermənistanla daha sıx əməkdaşlıq edilməsindən ibarət olub. Iranla-Israil arasında olduqca gərgin münasibətlərin olduğunu deyən AXCP Rəyasət Heyətinin üzvü, Fuad Qəhrəmanlı bildirdi ki, hətta bu münasibətlərin gələcəkdə hərbi münaqişə səviyyəsinə qalxacağı istisna edilmir: “Iranın son raket təlimlərindən sonra Israil rəsmiləri bəyan etdilər ki, ABŞ Irana qarşı hərbi əməliyyata başlamayacağı təqdirdə, Israil bunu təkbaşına da edə bilər. Təbii ki, belə kritik məqamda Israil prezidentinin Azərbaycana səfəri Iranın narahatçılığına səbəb olmaya bilməz”. Iranla Azərbaycan arasında sıx qonşuluq münasibətlərinin olduğunu vurğulayan F.Qəhrəmanlı əlavə etdi ki, Iranda yaşayan 30 milyonluq azərbaycanlı faktorunu da kənara qoymaq lazım deyil. Iranın Ş.Peresin Bakıya səfəri zamanı Azərbaycanla Tehranın əleyhinə müəyyən müqavilələr imzalamasından narahatlıq keçirdiyini deyən politoloq qeyd etdi ki, ona görə Iran sərt açıqlamalarıyla baş verənələrə öz mövqeyini nümayiş etdirməyə çalışır. Amma Azərbaycanın baş verənlərə sükutla yanaşmasının düzgün siyasət olmadığını vurğulayan AXCP yetkilisi söylədi ki, rəsmi Bakının bu mövqeyi mənfi peresident yarada bilər: “Azərbaycanın Iranın təhdidlərinə layiqi cavab verməməsi gələcəkdə bu istiqamətlərdə müəyyən problemlər yarada bilər. Azərbaycan hökuməti o qədər ikili siyasət aparıb ki, onun fəsadları baş verən zaman sükuta qərq olur. Eyni zamanda NATO və Rsuiya ilə, Israil və Iranla sıx əməkdaşlıq etmək olmaz. Azərbaycan Israil prezidentinin Bakıya səfərinin hansı fəsadlar doğura biləcəyini qabaqcadan proqnozlaşdıraraq müəyyən addımlar atmalı idi. Digər tərəfdən Iran müsəlman təəssübkeşliyini yalnız özünə lazım olanda yada salır. Məsələn, Fələstinlə bağlı baş verənlərdə Türkiyə Irandan daha sərt mövqedən çıxış etmişdi. Bütün bunların müqabilində isə Iran Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə sıx əməkdaşlıq edir”. Xəyal

22 may hadisələrindən 3 il ötür . Güneydəki soydaşlarımız bir neçə günlük təpkisi ilə İran adlanan yeri silkələdi

2006-cı ilin 22 mayında Güney Azərbaycanda baş verən hadisələrdən 3 il ötür. Xatırladaq ki, Tehranda çıxan "İran" adlı qəzetdə təhqir xarakterli karikaturaya (türklər "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb. Və hadisə ilə Güney Azərbaycan milli hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Aksiyaların kütləviləşdiyini və Güney Azərbaycan sərhədlərini aşaraq bütövlükdə İranı əhatə etdiyini görən Tehran hakimiyyəti aksiyaları xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub. 22 may hadisələrinin 3-cü ildönümü münasibətilə dünən Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının təşkilatçılığı ilə "22 May hərəkatının mahiyyəti, Güney Azərbaycanın istiqlala aparan yol və son durum" adlı toplantı keçirildi. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qeyd etdi ki, Güneydəki soydaşlarımız bir neçə günlük təpkisi ilə İranı silkələdi: "Bu ölkənin əsas etnosu olan bir xalqın heysiyyatı ilə oynamağın nə ilə nəticələnə biləcəyini fars rejiminə göstərdi. Əslində bu aksiyalar hansısa qəzet yazısındakı təhqirə cavab deyildi. Onsuz da, fars rejiminin istibdadı altında olan hər günümüz bizə təhqirdir. 22 may üsyanı ilə xalqımız özünün azadlıq istəyini və bu istəyə çatmaq üçün böyük iradəyə sahib olduğunu ortaya qoydu". Ə.Tağızadənin sözlərinə görə, o zaman İran hakimiyyəti məlum hadisələri ABŞ-ın sifarişi kimi təqdim etməyə çalışsa da, onun bu niyyəti alınmayıb: "Sən məni təhqir elə, tarakana bənzət, mən də etiraz edəndə, denən ki, bunun arxasında Amerika durur. Buna kim inanar?". DAK həmsədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı 22 may olaylarının ildönümünün Azərbaycanda layiqincə qeyd edilməməsindən, cəmiyyətin belə hadisələrə laqeyd yanaşmasından şikayətləndi. Onun fikrincə, bu gün Azərbaycan cəmiyyəti enerjisi tükənmiş, yorğun insan təsiri bağışlayır. Güneyli Əli Nicat Azərbaycanda o taydan gələnlərin addımbaşı problemlərlə qarşılaşdığını dedi: "Sənədlərimiz yerində deyil, hər an deportasiya olunmaq təhlükəsi var. Bu gün Azərbaycan Respublikasında güneylilərin əfqan qaçqınları qədər hüquqları yoxdur". AMİP lideri Etibar Məmmədov Güney Azərbaycanda gedən proseslərin, aparılan repressiyaların dünyaya çatdırılmasına müasir vasitələrdən istifadəyə ehtiyac olduğunu söylədi: "Artıq qalın tarix kitablarının, uzun-uzadı nitqlərin, serial filmlərin zamanı deyil. Təbliğat üçün ən effektli vasitə yığcam video-süjetlər və kiçik çap məhsullarıdır". "Bizim üzərimizə düşən vəzifə güneyli soydaşlarımıza mənəvi -siyasi dəstək verməkdir", - deyən deputat Fəzail Ağamalı bu işə medianın, QHT-lərin lazımi səviyyədə diqqət ayırmadığını bildirdi. Digər deputat Qüdrət Həsənquliyevsə İsrail prezidentinin Azərbaycana dəvət olunmasına İran rəsmilərinin verdiyi reaksiyaya toxundu: "Deyirlər ki, müsəlman qanını tökən ölkənin prezidentini niyə dəvət etmisiniz? Amma bir-iki həftə əvvəl özləri donuz iyi verən Sarkisyanı qucaqlayıb bağırlarına basırdılar". Q.Həsənquliyev Azərbaycan xalqının iftixarı olan Babəkin abidəsinin "Azadlıq" meydanında ucaldılması təklifini də verdi. Sabiq millət vəkili Hacıbaba Əzimovsa İranın "Səhər-2" telekanalında Azərbaycan dövlətinə qarşı davamlı təxribat işi apardığına diqqət çəkdi: "Bu televiziya iddia edir ki, Azərbaycanda azsaylı xalqlar əzilir, məhv edilir. Bu çıxışı edənlərsə Moskvaya və Tehrana işləyən adamlardır". Tədbirdə 22 may hadisələrini əks etdirən qısa film nümayiş etdirildi. Aqil CAMAL

Erməni diplomatiyasının qürubu

"Fransada gedən dini savaşlardan sonra hakimiyyət Henrix Navarralıya çatdı və o, IV Henrix adıyla taxta çıxaraq Burbonlar sülaləsinin əsasını qoydu. Fransa isə onu tanımadı və fanatik katolik tərəfindən qətlə yetirilənədək Henrix fransızların nəzərində gugenot olaraq qaldı. IV Henrix Ermənistan prezidenti Serj Sərkisyana ən yaxın və oxşar tarixi fiqur sayıla bilər".
İrəvanda çıxan "Azad Fikir" qəzeti hesab edir ki, sabiq prezident Levon Ter Petrosyanın Qarabağ və Ermənistan erməniləri arasında uçurum yaratmış sektasının səyləri nəticəsində Sərkisyan bir vaxtlar Parisdə Henrix təki, İrəvanda yad adamdı. "Burada Sərkisyanın siyasi və ya ictimai dayaqları yoxdur. O, tənhadır. Tarix göstərir ki, dövlətin birinci adamı hətta hər hansı dəstək və istinad yeri olmadan da illər yox, qərinələr boyu hakimiyyətdə qala bilər. Bir şhərtlə ki, dövlətin maraqlarını ümdə hesab etsin və cəmiyyətin mənafeləri ilə heç bir əlaqəsi olmayan şübhəli tərəfdaşların xidmətlərindən imtina etsin", - "Azad Fikir" bildirib.
Ermənistanda hakimiyyətdən narazılıq durmadan artmaqdadı.
Belə ki, müxalifətdəki "İrs" Partiyasının parlament fraksiyasının katibi Larisa Alaverdyan ölkənin ali qanunvericilik məclisində çıxış edərkən bildirib ki, hakimiyyətin yürütdüyü siyasət ölkəni uçuruma aparır.
"Ermənistan bir çox beynəlxalq strukturlarda natamam və yarıtmaz şəkildə təmsil olunduğundan, xüsusilə də Dağlıq Qarabağ məsələsində zəif davrandığımızdan bir çox təşkilatlarda əleyhimizə olan qərarlar qəbul olunur. Ermənistanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri Dağlıq Qarabağ problmi ilə bağlı üzərilərinə düşən məsələləri həll etmirlər. Bununla bağlı olaraq parlamentdə btün nümayəndə heyətlərinin üzvləri ilə görüş keçirərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ümumi mövqenin hazırlanmiasını müzakirə etməliyik", - Larisa Alaverdyan bildirib.
İrəvanın narahatlığını anlamaq olar. Zira son vaxtlar bir çox beynəlxalq təşkilatlarda gerçəkdən də "İrəvanın əleyhinə" qərarlar qəbul olunur, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərabycanın erməni işğalında olan ərazilərinin azad edilməsi ilə bağlı erməniləri əsla təmin etməyən addımlar atılır.
Ermənistan İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin eksperti Vahan Gülbekyan hesab edir ki, rəsmi İrəvanın yürüdtüyü daxili siyasət ölkə iqtisadiyyatında xaos yaradıb.
Onun dediyinə görə, 2009-cu ilin əvvəlindən bəri Ermənistanda iqtisadi inkişaf templəri sürətlə aşağı düşməkdədir.
"Milli Statistika Xidməti bu günlərdə ölkə iqtisadiyyatı ilə bağlı son göstəricilərini açıqlayıb. İllik hesabla kənd təsərrüfatında geriləmə 4,1%- təşkil edərək 57 milyard drama çatıb. Xidmət sahəsində həmin rəqəm 0,6%-dir və 216 milyard dram təşkil edir. Sənaye və inşaatda da uzunmüddətli perspektivlər baxımından ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr verə biləcək tənəzzül davam edir. Sənayedə geriləmə 11,1% və ya 177 milyard dram, tikintidə isə 42,4% və ya 51,5 milyarda bərabər olub. İşsizlik 6,5%-ə qədər artıb, xarici ticarət dövriyyəsi 30% azalaraq $1,069 milyarda enib. Özü də ixrac 47,8% geriləyərək $175 milyona, idxal isə 25% azalaraq $893 milyona çatıb. Beləliklə, Ermənistanın xarici ticarətindəki mənfi balans sürətlə böyüyür: idxal ixracdan 5,1 dəfə artıqdı. Bütün bunları sadalamaqda məqsədim iqtisadiyyatın vəziyyətindən bəhs etmək yox, prezident Serj Sərkisyan və onun hakimiyyət komandasının ölkəni hansı uçurumun kənarına çatdırdığını göstərməkdir. Eyni vəziyyət xarici siyasətdə də müşahidə olunur: iqtisadiyyatı geriləmənin analoqu diplomatiyamızdadır. Dağlıq Qarabağ məsələsi, Türkiyə ilə sərhədlərin açılmasə və münasibətlərin normallaşdırılması kimi problemlərlə bağlı Serj Sərkisyan bol vədlər versə də, işlər nəzərdə tutulduğundan da pis vəziyyətdədir. İrəliləmək əvəzinə geriləyirik", - V.Gülbekyan söylədi.
İrəvandakı Qloballaşma və Regional Əməkdaşlıq Məsələləri üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryanın dediyinə görə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanma prosesində tutduğu mövqe və atdığı addımlar təqdirəlayiq deyil.
"Son vaxtlar Azərbaycan ilə yanaşı, Ermənistanda da Minsk Qrupunun həmsədrlərindən narazılıq artır. Halbuki Dağlıq Qarabağdakı cəbhə xəttində tərəflər arasında son 15 il ərzində atəşkəsin qorunmasıda Minsk Qrupunun rolu çox böyükdür. Şübhəsiz ki, Minsk Qrupunda üçtərəfli həmsədrlik Dağlıq Qarabağ probleminin həllində əsas formatdır. Onun çərçivəsində problemin həlli ilə bağlı xeyli faydalı və maraqlı variantlar hazırlanıb. Qarabağ probleminin hələ həll edilməməsinə rəğmən, Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərinin yaxınlaşdırılması, Ermənistanla Azərbaycanın XİN başçıları və prezidentlərinin görüşlərinin təşkili sahəsində ciddi işlər görürlər. Buna rəğmən, həmsədrlərin fəaliyyətində narahatlıq doğuran elementlər də var. Son iki-üç il ərzində onlar münaqişənin həlli ilə bağlı çoxsaylı, heç nəyə əsaslanmayan nikbin bəyanatlar veriblər. Amerikalı həmsədr Metyu Brayza bu baxımdan xüsusilə fərqlənir. Məhz bu diplomat Dağlıq Qarabağ münaqişəsinin həllinin konkret tarixlərini dəfələrlə açıqlayıb. Belə bəyanatlar isə Ermənistan və Azərbaycanda ümidlər yaradıb, amma sonra o ümidlər doğrulmayanda pərişanlıq yaranıb. Eyni zamanda, həmsədrlər dəfələrlə bir-birlərinin açıqlamalarıyla ziddiyyət təşkil edən bəyanatlar veriblər. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi yaranmış situasiyanı dəqiq və ən başlıcası, preventiv qiymətləndirə bilmədiyi üçün xarici diplomatiyada geriləməkdəyik", - S.Qriqoryan söylədi.
Ermənistan prezidenti Serj Sərkisyan ölkə parlamentindəki hökumət saatı əsnasında bəyan edib ki, rəsmi İrəvanın ən önəmli məsələlərdə tutduğu mövqelərdə heç bir dəyişiklik yoxdur: "Dağlıq Qarabağ münaqişəsi bundan sonra da Ermənistanın xarici və daxili siyasətinin ən mühüm məqamlarından biri olaraq qalacaq".
Politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistan rəhbərliyi sərfəli saydığı variantların reallaşmadığını görüncə ötənlərdə qalmış ritorikaya qayıtmaq fikrinə düşüb.
"Ermənistan rəhbərliyinin yürütdüyü "dəyişməz" siyasət ölkə əhalisinin tam əksəriyyətini səfil gününə salmaqla yanaşı, dövləti diplomatik dalana dirəyib. Əgər Ermənistan bundan sonra da "dəyişməz mövqeli" siyasətini davam etdirərsə, tam təcr iddə qalacaq. Çünki ermənilərin hamisi və pənah yeri Rusiya da yaranmış vəziyyətdən çıxış axtarır. Moskva Cənubi Qafqazdakı yeganə müttəfiqi olan, inad edərək heç bir güzəştə getmək istəməyən Ermənistanı bundan sonra da snsuzluğa qədər dəstəkləyə bilməz. Buna görə də Ermənistan rəhbərliyi və diplomatiyasının indiki davranışı dalana, uçuruma aparan yoldur. Şübhə etmirəm ki, Serj Sərkisyan iqtidarı belə radikal və ən başlıcası, heç bir real zəmini olmayan bəyanatlar vasitəsilə hakimiyyətini qoruya bilməyəcək", - F.Sadıqov söylədi.

Humay

İran adlanan yerdə prezidentliyə namizədlərin şüarlarında "neft qafiyəsi"

İranın 70 faiz gəlirini təşkil edən qara qızıl ölkədə keçiriləcək prezident seçkilərində namizədlərin xalqa ünvanladıqları bəyanatların "qafiyəsinə" çevrilib. Bəs debatların sonunda kim bu "qafiyəni" uduzacaq?

İranın hazırkı Prezidenti 2005-ci il prezident seçkilərində vəd vermişdi ki, neft gəlirləri xalqın sosial yaşayış səviyyəsinin yüksəldilməsinə xərclənəcək. 2008-ci ildə neftin bir bareli 157 dollara yüksəlib. Bunun nəticəsində də son dörd ildə yalnız neftdən 244 milyard dollar (neft məhsullarını hesab etməsək) gəlir əldə olunub. Tənqidçilərin fikrincə, bu "əfsanəvi gəlirlər" Əhmədinejadın səhv iqtisadi siyasəti nəticəsində tamamilə boş yerə sərf olunub. Əhmədinejad son dörd ildə neft gəlirlərini kredit və digər vasitələrlə bazara idxal etməklə, bazarda olan pulun həcmini ikiqat (İranın "Economic" qəzetinin may ayındakı sonuncu məlumatına əsasən) artırıb, bu isə inflyasiyanın 25 faizə çatması ilə nəticələnib.

Lakin Əhmədinejad hələ də neft pulları ilə bağlı şüarlarını dayandırmayıb. Mayın 19-da İran Prezidenti "mafiyanın əlinin neft gəlirlərindən kəsilməsi" və "neft gəlirləri hesabına adambaşına hər ay 80 dollar veriləcəyini" bildirib.

Prezidentliyə digər namizəd Mehdi Kərrubi, 2005-ci il prezident seçkilərdə neft gəlirlərinin xalqın rifahı naminə xərclənməsi barədə vəd vermişdi. Hazırda Kərrubi Əhmədinejadı onun fikirlərini imitasiya etdiyi üçün ittiham edir.

Prezidentliyə digər namizəd Mir Hüseyn Musəvi (Hossein Mousavi) keçən həftə Əhmədinejadı kəskin tənqid edərək və "ölkəyə son dörd ildə neft satışından daxil olan 300 milyard dollar həcmində vəsaitin itməsindən" təəccübləndiyini bildirərək, hakimiyyətin bu məbləğdə pulu hara xərcləndiyini açıqlamaqdan boyun qaçırdığını bəyan edib.

Neft gəlirlərinin dördillik uğursuz sınağı Əhmədinejadın "Axilles dabanıdırmi"?

Ekspertlər dəfələrlə Əhmədinejadın uğursuz iqtisadi planlarını tənqid atəşinə tutsa da, İran xalqının böyük əksəriyyəti informasiyanı tamamilə hakimiyyətin nəzarəti altında olan TV vasitəsilə alır. Əhmədinejad bir il bundan əvvəldən enerji sahəsində subsidiyaların ləğvi və eyni zamanda əhaliyə adambaşına ayda 60 dolların verilməsi ilə bağlı layihəsini parlamentə təqdim edib və parlament bu layihənin ölkədə inflyasiya yaradacığını bildirərək təsdiq etməyib. Əhmədinejad bununla bağlı özünə bəraət qazandıra bilər. Milli Medianın rəhbəri İzzətullah Zərğami çərşənbə axşamı prezidentliyə namizədlər arasında (Əhmədinejad da olmaqla) televiziyada depat aparacağını bildirib. Deməli, Əhmədinejadın özünü müdafiə etməsi üçün yetərincə arqumenti var və debatdan çəkinmir.

Fikrimcə, neft gəlirlərinin birbaşa xalqa verilməsi vədi reallığa uyğun deyil. Birincisi, bu, inflyasiyanın artması ilə nəticələnə bilər, digər tərəfdən cari ildə neftin qiyməti artmasa, parlamentdə təsdiq olunmuş dövlət büdcəsində səkkiz milyard dollar həcmində çatışmazlıq yaranacaq. Belə olan halda neft gəlirlərinin xalq arasında bölüşdürülməsinə ümid etmək olmaz.

İran adlanan yerin hüquq müdafiəçisi ölkə əleyhinə "qara piar" aparmaqda ittiham olunub

İran Prokurorluğunun sözçüsü Əlirza Cəmşidi bildirib ki, qadın hüquq müdafiəçisi Nərgiz Məhəmmədi İrana qarşı təbliğat aparmaqda ittiham olunur. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

"İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin sözçüsü Nərgiz Məhəmmədi İrana qarşı təbliğat aparmaqda ittiham olunur, ölkəni tərk etməsinə qadağa qoyulub və yaxın günlərdə məhkəməyə çağrılacaq", - deyə İran Prokurorluğunun sözçüsü Cəmşidi cümə günü bildirib.

İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin sözçüsü və Milli Sülh Şurasının icraçı direktoru Nərgiz Məhəmmədi və həmin şuranın üzvi Sürəyya Əziz Pənahi mayın 8-də Mərkəzi Amerikada keçirilən Beynəlxalq Qadınlar Toplantısında iştirak etmək məqsədilə ölkəni tərk etmək istərkən İmam Xumeyni adına beynəlxalq hava limanında onları saxlayıblar.

Azərbaycan-Türkiyə-Gürcüstan Birliyi modeli aktuallaşır

Mixail Saakakaşvili: "Biz iki müstəqil dövlətik, lakin Azərbaycanla münasibətlərimiz əslində qardaşcasına konfederativ münasibətlərdir"
Mikayıl Rəhimli: "Azərbaycan, Türkiyə və Gürcüstanın real, konfederativ əsasda münasibətlər qurmaları üçün hər cür imkanlar var"
Mayın 20-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda prezident İlham Əliyevlə görüşüb. Görüşdən sonra hər iki ölkənin rəsmiləri üç sənəd imzalayıblar. Bunlar "Hava əlaqəsi haqda saziş"ə dəyişiklik edilməsi barədə protokol, "Azad ticarət haqqında 1996-cı il tarixli saziş"ə dəyişiklik edilməsinə dair protokol və "Əqli mülkiyyətin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş"dir. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Gürcüstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir və səfər çərçivəsində aparılan danışıqlar münasibətlərin gələcək inkişafına çox müsbət təkan verəcək.

Ramiz Mikayıloğlu

Dövlət başçısı regional məsələlərə toxunaraq bildirib ki, Gürcüstan və Azərbaycanın birgə icra etdiyi layihələr region üçün çox mühüm əhəmiyyət daşıyır və daha geniş mənada isə beynəlxalq münasibətlərə müsbət təsirini göstərir: "Energetika sahəsində əldə olunmuş uğurlar bir daha təhlil edildi və biz gələcək birgə layihələr haqqında fikir mübadiləsi apardıq. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələləri də müzakirə olundu. Bu yaxınlarda "Cənub dəhlizi" ilə əlaqədar keçirilmiş tədbirdə sizinlə bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır. Biz həm öz maraqlarımızı müdafiə edirik, həm də bütün tərəfdaşlarımızla energetika sahəsində çox səmərəli əməkdaşlıq edirik. Biz ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davamlı olacaq".
Gürcüstan prezidenti Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini bildirib və deyib ki, ölkələr arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır: "Gürcüstan Azərbaycanla qaz təchizatı haqqında beş illik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaq. Biz strateji layihələri həyata keçiririk". Gürcüstan dövlətinin başçısı nəzərə çatdırıb ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcək: "Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaq. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir".
Mixail Saakakaşvili Azərbaycan və Gürcüstan münasibətlərini belə qiymətləndirib: "Biz iki müstəqil dövlətik, lakin Azərbaycanla münasibətlərimiz əslində qardaşcasına konfederativ münasibətlərdir". Qeyd edək ki, bir neçə il öncə BAXCP Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa Birliyi modelində birləşməsi təklifini irəli sürüb.
Görüşün yekunlarını müsbət qiymətləndirən BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimli deyir ki, Gürcüstanın Azərbaycanın, Azərbaycanın da Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində, xarici əlaqələlərin genişlənməsində həyati əhəmiyyəti var. BAXCP də dəfələrlə bunu vurğulayıb. Vaxtaşırı bu əlaqələrin genişləndirilməsi yönündə partiya təkliflər verib. Mikayıl Rəhimli Azərbaycan və Gürcüstanın münasibətlərinin əslində qardaşcasına konfederativ münasibətlər olmasıyla bağlı Mixail Saakaşvlinin söylədiklərini bölüşür: "Bu münasibətləri daha da dərinləşdirmək lazımdır. Nəticədə Azəraycan-Gürcüstan münasibətləri Avropa Birliyi daxilindəki münasibətlər səviyyəsinə qalxmalıdır. Bunun üçün ciddi çalışmalara da ehtiyac yoxdur. Çünki nümunələr, Avropa Birliyi kimi model, münasibətlər sistemi var. Avropa Birliyinin yaranması Avropaya yeni dövlətlərarası münasibətlər gətirib. Biz niyə bunu Cənubi Qafqazda tətbiq etməyək?"
Mikayıl Rəhimli vurğuladı ki, Azərbaycanla Gürcüstanın bölüşə bilməyəcəyi heç nə yoxdur. Azərbaycan və Gürcüstan eyni qnanunlara tabe olan münasibətlər yarada bilərlər. Hər kəsə bəllidir ki, Azərbaycanın Avropa ilə əlaqələri, inteqrasiyası Gürcüstan, Gürcüstanın da Orta Asiyaya, Xəzər dənizinə çıxışı Azərbaycan üzərindən keçir. Bu iki dövlətin yaxın əməkdaşlığı Xəzər və Qara dənizin birləşdirilməsi deməkdir: "Bu da bölgənin inkişafına, əhalinin yaxşı yaşayışına, dövlətlərin möhkəmlənməsinə çox ciddi stimul verə bilər. Bizim Gürcüstanla enerji, avtomobil və dəmiryolu ilə bağlı çox ciddi layihələrimiz, müqavilələrimiz, qarşılıqlı öhdəliklərimiz var. Hər iki dövlət başçısı da mətbuat konfransında vurğuladılar ki, bu günə qədər dövlət olaraq qarşılarına qoyduqları vəzifələri yerinə yetiriblər".
BAXCP Ali Məclisinin sədri xatırlatdı ki, hətta ABŞ və Avropa Birliyi Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişinə qarşı çıxsalar da, Azərbaycan və Gürcüstan dövlət başçılarının iradələri layihənin gerçəkləşdirilməyə başlaması üçün ciddi stimul olub: "Münasibətlərin dərinləşdirilməsindən həm Azərbaycan, həm də Gürcüstan udar. Həm də bu münasibətlərin bu səviyyədə olması qardaş Türkiyə üçün çox önəmlidir. Hesab edirik ki, Azərbaycan, Türkiyə və Gürcüstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün bölgədə yetərli potensial var. Real konfederativ əsasda Azərbaycan, Türkiyə və Gürcüstanın münasibətlər qurmaları üçün hər cür imkanlar mövcuddur. Bu, zaman məsələsidir. Bir neçə ildən sonra daha yüksək səviyyəli münasibətlərin formalaşdırılmasının şahidi ola bilərik. Bu günə qədər hər üç dövlətin rəhbərliyinin ortaya qoyduqları iradə davam etdirilməlidir".

TƏBRİZDƏ AKSİYA. TUTULANLAR və YARALANANLAR VAR

Mayın 22-də Təbrizin mərkəzində 300 min nəfərə yaxın şəxs gəzintiyə çıxıb. Onlar “Ana dilində mədrəsə” kimi şüarlar səsləndiriblər. Məlumatı “Azadlıq” radiosu yayıb.

Məlumata görə, İranın hüquq-mühafizə orqanları gəzintiyə çıxanlara təzyiq göstərib. Çoxlu iştirakçı həbs edilib, xəsarət alanlar var.

Xəsarət alanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşinin də olduğu bildirilir. Digər fəallar - Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh və başqaları həbs ediliblər.

Tehran Elm-sənət Universitetinin elektrik mühəndisliyi fakültəsinin tələbəsi Yasif Zafəri “Azadlıq” radiosuna bildirib ki, gəzinti iştirakçıları 2006-cı ilin may aksiyalarını anmaq istəyiblər.

İranın rəsmi televiziyaları aksiyada 300 min nəfərin iştirak etdiyini bildiriblər.

2006-cı il mayın 22-də İranın rəsmi “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmuşdu. Bu da İranda yaşayan azərbaycanlıların narazılığına səbəbə olmuş və kütləvi etiraz aksiyaları keçirilmişdi.mediaforum

İsraili lənətləyən İran, Bəs nədən təcavüzkar Sərkisyana qucaq açırdı? . Elman Cəfərli

İran Bakıda təхribatlar edə bilərMəlum olduğu kimi iyulun əvvəllərində İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərə gələcəyi gözlənilir. Rəsmi Bakının dəvəti ilə realaşacaq səfər qonşu İran dövlətinin narahatlığına səbəb olub. İran rəsmiləri artıq Azərbaycan Respublikasını təhdid edən bəyanatlar səsləndirməkdədirlər.Azərbaycan Strateyi Araşdırma Mərkəzinin sədri, güneyli politoloq Aslan Хalidinin "Olaylar"a verdiyi məlumata görə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi həftə əvvəli verdiyi bəyanatda Azərbaycanın "sionist reyimin prezidentinin Bakıya dəvət edilməsini müsəlman dövlətləri üçün хeyirхah niyyət olmadığını" bəyan edib. A.Хalidinin İran mətbuatına istinadən verdiyi məlumata görə, Firuzabadi "Azərbaycan vətəndaşlarının bu səfərdən narahat olduğunu" və "sionist reyiminin rəhbərinin Bakıya səfərinə etiraz edəcəyini" də bildirib. Siyasi ekspertlər bunu İranın İsrail prezidentinin səfəri ərəfəsində Bakıda müəyyən təхribatlara ələ ata biləcəyi ilə izah edirlər. Bu ehtimal təsadüfi deyil. Çünki bu hədəni adı bəlli terrorçu təşkilatlarla sıх bağlı fəalliyyət göstərən bir qurumun rəhbəri səsləndirir. İran həqiqətən də Bakıda təхribatlara əl ata bilər. Bu ölkənin Bakıda bir sıra casus və təхribat şəbəkəsi fəalliyyət göstərir. Bu sıraya İmam Хomeyni adına İmdad Komitəsi, İran Mədəniyyət Mərkəzi və digər qurumlar aiddir. Bakıdakı bir sıra məscidlər İran mollalarının təsiri altındadır. Demokratik düşərgəyə soхulmuş bir az savadlı din хadimləri də hər yerdə, qəzetlərdə, televiziyalarda İranın sözünü danışır, dolayı yolla хomeynizmi təbliğ edirlər. Onların vasitəsilə İsrali qarşı müəyyən antipatiya yaradılıb. İran Bakıya səfər edəcək İsrail prezidentinə qarşı dindar fanatik şiə qruplarından yararlana, müəyyən təхribatlara əl ata bilər. Amma bu təхribatlarla İran nəyə nail ola bilər? *** İran müstəqil Azərbaycan dövlətinin müstəqil хarici siyasət kursunu dəyişə bilməz. Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə əlaqələr quracağını, hanıs dövlətin prezidentini paytaхta dəvət edəcəyini özü müəyyən edir. Təbii ki, kifayət qəər beynəlхalq dəstəyi və hərbi gücü olan İsrail dövləti də paqonlu İran mollasının ağzına baхan deyil və Peres Bakıya gəlməlidirsə, gələcək. Bunu İran rəsmiləri də bilir. Amma onlar bu cür danışmalıdırlar. Çünki хomeynizmin mahiyyəti budur. 1979-cu ildə islam inqilabı adı ilə hakimiyyətə gəlmiş panfarsistlər хalqı aldatmaq üçün "islamın dostları" və "düşmənlərini" seçiblər və ölkəni idarə etmək üçün vaхtaşırı düşmənlərə qarşı şoular düzəldirlər. İsrail İran reyiminin düşmənləri sırasına aiddir. İranın təbliğat maşını həm ölkə daхilində, həm də хaricdə İsrail "islamın barışmaz düşmənləri" sırasına birinic yazıb və lənətləyir. *** İran başbilənlərinə görə, guya İsrail bütün islamı, müsəlman хalqlarını yer üzündən silmək istəyir. İran İsrailin Fələstində apardığı siyasəti önə çəkir və bunun təsadüfi olmadığını bildirir. Belə qələmə verilir ki, İsrail məhz müsəlman olduğu üçün Fələstin хalqına qarşı hərbi əməliyyatlar aparır. Əslində isə İsraillə ərəb dövlətləri arasındakı münaqişə ərazi mübahisəsi zəminində baş verir. İran isə digər bölgələrdə baş verən işğal faktlarına göz yummaq üçün bu məsələyə dini don geyindirir. İsrail həm də ona İranın hədəfidir ki, Təl-Əvəv ABŞ-ın bölgədə sülhün və sabitliyi təhdid edən terrorçu təşkilatları maliyyələşdirən, dəstəkləyən İranın hakim reyimini devirmək, İranı yenidən yapılandırmaq planına dəstək verir. İsrail heç də "müsəlmanlara qarşı soyqırıma ələ atdığı" üçün deyil, məhz buna görə İranın düşmənləri sırasına salınıb.
*** İ
ran reyiminin müsəlman təəssübkeşliyinin saхta olmasını sübut edən başlıca amil molla reyiminin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə etdiyi təcavüzə biganə qalmasıdır. 20 ildir ki, Ermənistanın Azərbaycana təcavüzü başlanıb. İşğalçı dövlət Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərinə təcavüz edib, 20 faizini ilhaq edib. Amma İran bu illər ərzində nəinki işğalçını adı ilə çağırıb, hətta işğalçıya yardım göstərib. Birinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana silah, sursat və hətta bəzi məqamlarda canlı qüvvə ilə yardım etməsinə dair məlumatlar var. Qarabağ müharibəsində İran birmənalı şəkildə Azərbaycanı müdaifə etmədi. Əksinə, işğalçı dövlətə dəstək verdi. Bu dəstək 20 ildir ki, davam edir. Müsəlman təəssübkeşliyindən danışan İran bir dəfə də olsun beynəlхalq təşkilatlarda Azərbaycanın haqq işini müdaifə etməyib. Əksinə, işğalçı dövlətə iqtisadi yardım etməklə böhrandan çıхarmağa çalışıb. O dövlətə ki, Qərbi Azərbaycanda və Qarabağda dinc insanları (müsəlmanları) qətlə yetirib, müsəlman məscidlərini heyvan tövlələrinə çevirib.
***
Saхta "islam təəssübkeşi" olan İrandan fərqli olaraq İsrail dövləti, yəhudi lobbisi daim Azərbaycanın haqq işinə dəstək verib, işğalçının pisləyib. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Amma Güney Azərbaycan faktoruna görə İran Azərbaycan Respublikasının müstəqilliyini tanımaqda tərəddüd edirdi. Azərbaycan müstəqil dövlətdir və öz maraqları var. Bu maraqlar ABŞ, Türkiyə, İsrail kimi dövlətlərlə isti münasibətlər qurmağı diktə edir. Azərbaycanın mənafeyi tələb edən istənilən dövlətlə münasibətlər qurmalıdır. İşğalçı Ermənistanın, terroru himayə edən İranın bütün təhdidlərinə baхmayaraq bu siyasət davam etdirilməlidir. Bir də ki siyasətdə daimi dostlar yoх, maraqlar olur. Siyasətin də dini yoхdur. Rusiya хristian Gürcüstanı хaraba qoydu, ərazisini işğal etdi, İran müsəlman Azərbaycanın ərazilərinin ilhaq olunmasına göz yumdu. Bu gün İran, Fələstin, Suriya, Livan kimi müsəlman (hətta şiə) dövlətləri bu və ya digər şəkildə Ermənistanı dəstəkləyirsə, biz niyə "islam təəssübkeşiliyi" kimi boş laflara önəm verməliyik?
Elman Cəfərli

21 Mayıs 2009 Perşembe

Mühakimə olunmaqdan qorxmuram

Abdullah Gül: «Toxunulmazlığımın ləğv olunmasını istəmişdim»

Türkiyə prezidenti Abdullah Gül Ankaranın Sincan rayon Məhkəməsinin onun barəsində çıxardığı qərara münasibət bildirib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, A. Gül “itmiş trilyon” qalmaqalının ortaya çıxdığı vaxt Rifah Partiyası liderinin xarici əlaqələrə məsul müavini vəzifəsini tutduğunu və heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını deyib: “Mən toxunulmazlığımın ləğv olunmasını istəmişdim. Prezident postu ən uca vəzifədir. Mənim yeganə narahatlığım bu vəzifənin nüfuzunun zədələnməsidir. Hüquqi prosedurun yekununda mühakimə olunmağım lazım gələrsə, mənim bundan bir qorxum olmaz”.

ABŞ və İsrail İranla bağlı işçi qrup yaradacaq

Qrup İranla bağlı məlumatların monitorinqi ilə məşğul olacaq

ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Binyamin Netanyahu İran üzrə birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Qrup Tehranın uranın zənginləşdirilməsindən imtina etməsi üçün İranla bağlı məlumatların monitorinqi ilə məşğul olacaq, eləcədə diplomatik və digər səylərin effektivliyini tədqiq edəcək. “Vesti”nin məlumatına görə, bunu ABŞ və İsrail rəsmiləri bildiriblər. Qrup eyni zamanda İranda hadisələrin inkişafına uyğun olaraq cavab planı da hazırlayacaq.

ABŞ tərəfini qrupda Obamanın milli təhlükəsizlik üzrə köməkçisi, general Jeyms Jonsun və ya Tomas Donilonun, İsraili isə milli təhlükəsizlik şurasının rəhbəri Uzi Aradın təmsil edəcəyi planlaşdırılır.

Rəsmi mənbələrin fikrincə, Netanyahu Obamanın Tehranla birbaşa dialoq qurmaq təşəbbüsünü dəstəkləsə də, baş nazir Vaşinqtondan proqramın bitəcəyi son günü təyin etməyi israr edir. Ağ evin rəhbəri isə Netanyahu ilə görüşdən sonra jurnalistlərə “süni müddət təyin etmək” istəmədiyini bildirib. “Amma biz sonsuz olaraq danışıqlar aparmaq fikrində deyilik”- deyə, prezident vurğulayıb. /ANS PRESS/

Dəniz Baykal: “Azərbaycanla Türkiyə arasındakı dostluğun yanlış istiqamətə sürüklənməsinin qarşısını aldıq”

Türkiyənin Qara dəniz bölgəsinin Giresun rayonunda 32-ci Beynəlxalq Aksu Festivalı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Giresun bələdiyyəsinin sədri Cümhuriyyət Xalq Partiyasının üzvü olduğu üçün festivala bu partiyanın lideri Dəniz Baykal da qatılıb. D. Baykal Aksu çayının kənarında təşkil olunan folklor festivalında çıxış edib. O, festivala qatılan Azərbaycan rəqs kollektivinə üzünü tutaraq son vaxtlar iki ölkə münasibətlərində yaranmış anlaşılmazlığa toxunub: “Yaxşı ki, millətimizin də dəstəyi ilə Azərbaycanla Türkiyə arasındakı dostluğun yanlış istiqamətə sürüklənməsinin qarşısını aldıq. Dostluğu birlikdə sahibləndik. Bundan böyük sevinc duyuram. Azəri qardaşlarımıza təşəkkür edirəm. Bölgədəki bütün problemlər həll olunacaq”.
D. Baykal daha sonra Azərbaycan, Gürcüstan və Bolqarıstan folklor qruplarının çıxışlarını izləyib.

İran adlanan yerin Prezidenti yenə İsraili hədələdi!

İran bu gün çox güclənib və ona qarşı təxribat törədən hər hansı bir qüvvəyə sərt cavab verə bilər. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü İranın Semnan əyalətində çıxışı zamanı bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Sionist rejimində bir neçə qatil köhnə vəzifədə olan qatilləri əvəz edib. Onlar hədlərini aşaraq bəzi çıxışlar edirlər. Hazırda İran o qədər güclənib ki, ona qarşı "bir güllə atəş açmış" qüvvəni məhv edə bilər", - Əhmədinejad bildirib.

Əhmədinejad əlavə edib ki, keçmişdə bəzi hegemon dövlətlər İran xalqını hədələyirdi, lakin bu gün top, tank və raketlə hədələmək və bu kimi çıxışlar siyasi düşüncə baxımından geridəqalmış səxslərə aiddir.

"Dünyaya səslənirəm, İran xalqını hədələməyə heç birinizin gücü çatmaz", - Əhmədinejad bildirib. // Trend

Yust Hilterman: Kərkükə xüsusi status verilməlidir

Birləşmiş Ştatların hərbi qüvvələri İraqdan bu ilin sonuna qədər çıxmağa hazırlaşdığı bir vaxt ölkənin şimalında Kərkük şəhərinin satutusu ilə bağlı müzakirələr davam edir. Beynəlxalq Böhran qrupunun Yaxın Şərq və Şimali Afrika regionu üzrə eksperti Yust Hilterman bildirir ki, Kərkükün statusu ABŞ hərbi qüvvələri hələ ölkədən tam çıxarılmamış müəyyən edilməlidir. Onunla müsahibəni Amerikanın səsinin türk xidməti aparıb.

2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra paytaxtı Kərkük şəhəri olan və əslində Kərkük adı ilə tanınan Əl-Tamim bölgəsinin statusu hələ də qeyri-müəyyən olaraq qalır. Regionda kürd hökuməti ərəblərin buraya Səddam Hüseynin hakimiyyəti dövrü yerləşdirildiyini hesab edərək Kərkükü öz idarəsi altına almağa çalışır. Regiondakı ərəblər Kərkükün mərkəzi hökumətə tabe edilməli olduğunu hesab edir. İllər uzunu ərəbləşdirmə siyasətinin qurbanların olduqlarını düşünən türkmənlərsə Kərkükə özəl status verilməsini istəyir.

Tərəflərin bu iddilarını tarixi baxımdan əsaslandırmağa çalışmasına baxmayaraq, bölgənin əhəmiyyəti onun neftlə zəngin olması ilə ölçülür. Iraqın neft ixracatının yarısı məhz Kərkükün payına düşür. Şiddətli hərbi əməliyyatlardan uzaq olan bu bölgədə narahatlıq doğuran əsas məsələ etnik qruplar arasında toqquşmadır.

Beynəlxalq Böhran qrupundan Just Hofman deyir ki, Kərkükün statusu ilə bağlı ideal bir həll yolu yoxdur.

"Fikrimcə, Kərkük bir qədər Bağdadda mərkəzi hökumətə tabe olub, bir qədər Ərbildəki kürd idarəsinin təsir göstərə biləcəyi özəl federal status alsa, bu, işə yaraya bilər. Bu məsələdə çatışmazlıq olmayan bir həll yolu yoxdur və bütün tərəflərin güzəştlərə getməsi lazımdır."

Hilterman Kərkükün müstəqilliyinin təmin edilməsinə qarantiya olmadığını düşünür. Onun fikrincə, Kərkük məsələsinin sülh yolu ilə həllinin bundan daha yaxşı variantı yoxdur. Hilterman Kərkükün regional kürd idarəçiliyi altında olmasını istəyən kürdlərin məsələni bu şəkildə qəbul edə bilməsini mümkün sayır.

"Fikrimcə, onlar bunu qəbul edəcək. Çünki bu, məntiqi görünür, lakin eyni zamanda həm də çətin məsələdir. Kürd höküməti kürdlərə Kərkükün tarixən onlara aid olduğunu və onların hakimiyyəti altında olmalı olduğu fikrini aşılayıb. İndi adamları lazım olan bir varianta hazırlamaq çox çətindir. Lakin yenə də mümkündür, çünki bu variant məntiqə uyğundur. Üstəlik də burada kürdlərin faktiki olaraq Kərkükü idarə etməsi nəzərdə tutlur. Baxın, vəziyyət belədir."

Hilterman Kərkükün statusu məsələsinin ABŞ silahlı qüvvələri İraqdan çıxana qədər təcili həll edilməli olduğunu vurğulayır. Lakin ekspertin fikrincə, bu ilin sonunda ümümi seçkilərə hazırlaşan İraq siyasətçiləri məsələnin həllilə məşğul olmayacaqlar. O, seçkilər başa çatıb yeni hökumət təşkil edildikdən sonra Kərkük məsələsinin uzun müddətli həllinə çalışmaq və hazırlıqlar görülməsinin vacibliyini önə çəkir.

O, Türkiyənin Kərkük məsələsində mövqeyinə toxunaraq rəsmi Ankaranın vasitəçi ola biləcəyini qeyd edir.

"Türkiyə burada mühüm rol oynaya bilər. Ankara Kərkükün kürd hökumətinə tabe olmasını münasib hesab etmir. Bu, onları kürdlərlə çətin vəziyyətə salır. Lakin iqtisadi əlaqələri genişləndirmək həm Türkiyə, həm də kürdlər üçün faydalıdır. Kürdlərin Bağdad hökumətinə etibarsızlığı nəzərə alınsa, ABŞ silahlı qüvvələri İraqdan çıxdıqdan sonra kürdlərin xaricdən müdafiə olunmağa ehtiyacı olacaq. Türkiyə bunun bir qarşılığı olsa, bunu təmin edə bilər. Bunun qarşılığı da məhz Kərkük məsələsdir."

Yust Hilterman əlavə edir ki, Türkiyənin normal münasibətlər müqabilində kürd hökumətindən istəyəcəyi bir şey də, PKK məsələ ilə bağlı olacaq.

Zəfər Quliyev: «Iran-Israil münasibətləri nəzərə alınarsa, Peresin Bakı səfəri zamanı təxribatın ola biləcəyi istisna edilməməli

Iran Şimon Peresin Bakı səfərinə qarşı

Israil prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfər edəcəyilə bağlı xəbərlər Cənub qonşumuz tərəfindən sərt reaksiya ilə qarşılanıb. Artıq Iran rəsmilərinin dilindən rəsmi Bakının ünvanına tənqidlər səslənir. Iran prezidentinin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri “Fələstini işğal etmiş Israilin” dövlət başçısının Bakıya dəvət olunmasını “qonşu müsəlman dövlətlərinə hörmətsizlik” kimi qiymətləndirib.
Rejim rəsmisi iddia edib ki, Azərbaycanın müsəlman əhalisi Şimon Peresin səfərini istəmir və ona etiraz olaraq aksiyalar başlayacaq. Bir sıra ekspertlərin fikrincə, bu bəyanat Tehran rejiminin Bakıda təxribata hazırlaşdığını deməyə əsas verir.
Siyasi şərhçi Zəfər Quliyev hesab edir ki, Israil prezidentinin səfəri zamanı heç şübhəsiz Azərbaycan ciddi təhlükəsizlik tədbirləri görməlidir. Azərbaycanın yerləşdiyi regionun kifayət qədər təhlükəli bölgə olduğunu deyən Z.Quliyev vurğuladı ki, Iranda gedən prosesi və Iran-Israil münasibətləri nəzərə alınarsa hər hansı təxribatın ola biləcəyi istisna edilməməlidir: “Azərbaycan bir dövlət olaraq Iranın bu cür tənqidlərinə fikir verməməlidir. Iran özü müsəlman həmrəyliyi prinsipini dəfələrlə kobudcasına pozaraq, Azərbaycanın maraqlarına zidd hərəkət edib. Iran Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanla neçə illərdir ki, sıx münasibətlər saxlayır. Iran bu cür siyasətiylə təcrid olunmuş Ermənistanı faktiki olaraq yaşadır. Ona görə də Tehranın Azərbaycanın kimlə dostluq etməsinə, kimlə isə dostluq etməməsinə göstəriş verməsi gülünc görünür. Azərbaycan öz siyasətini davam etdirməlidir. Amma təhlükəsizlik tədbirləri də təbii olaraq unudulmamalıdır”. Xəyal

İran yenədə , AĞ EVin dəyişdirdiyi terrorçuluğu dəstəkləyənlərin siyahisində

Ağ Ev, terrorçuluğu dəstəkləyən ölkələrin siyahısında dəyişiklik edib

İraq, Liviya və Koreya Xalq Demokrat Respublikasının adı siyahıdan çıxarılıb, onlara qarşı irəli sürülmüş ittihamlar geri götürülüb Birləşmiş Ştatlar, beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandırdığı ölkələrin siyahısında rəsmi dəyişiklik edib. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə bildirib ABŞ-ın “Federal Register” hökumət mədmuəsində dərc edilib. Bununla da İraq, Liviya və Koreya Xalq Demokrat Respublikasının adı siyahıdan çıxarılıb və Ağ Ev tərəfindən 2004-2008-ci illərdə bu ölkələrə qarşı irəli sürülmüş ittihamlar geri götürülüb. Hazırda siyahıda İran, Kuba, Suriya və Sudanın adları qalmaqdadır.

İran çalxalanır

Dünən İranda prezident seçkisinə qatılacaq namizədlərin adı rəsmən açıqlanıb Dünən İranın Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayaraq iyunun 12-də keçiriləcək prezident seçkisində səlahiyyətləri Konstitusiyaya Nəzarət Şurasında təsdiqlənmiş namizədlərin adlarını açıqlayıb.

Bəyanatda hazırkı prezident Mahmud Əhmədinejad, "Sepah"ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin namizədliyinin təsdiqləndiyi bildirilir. Səlahiyyəti təsdiq edilmiş 4 namizədin ciddi rəqibi sayılan İran parlamentinin keçmiş azərbaycanlı deputatı Əkbər Ələminin namizədliyi rədd olunub.

Bəyanatda bildirilir ki, təsdiq edilmiş namizədlər mayın 20-dən rəsmi təbliğatlarını və kampaniyalarını apara bilərlər. Qeyd edək ki, Mahmud Əhmədinejat 2005-ci ilin iyununda keçirilən prezident seçkisində mühafizəkarların əsas namizədi olub və seçki yarışını udub. Mirhüseyn Musəvi azərbaycanlıdır.

1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xamnə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub.

1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. Amma 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub.

Nəticədə Mirhüseyn Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.

Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İranın Loristan əyalətinin Əliqudərz şəhərində anadan olub. Milliyyətcə lordur. Şiədir. 1980-ci ildə İran parlamentinə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib.

1999-cu ildə İran parlamentinin sədri seçilib. 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Kərrubi məğlub olduqdan sonra Milli Etimad Partiyasını yaradıb. Möhsün Rzayi "Sepah"ın ilk rəhbəri olub. İslam inqilabından sonra 15 ildən çox bu quruma komandanlıq edib.

Möhsün Rzayinin səsverməyə bir neçə gün qalmış namizədliyini Mahmud Əhmədinejadın xeyrinə geri götürəcəyi barədə söz-söhbət gəzsə də, "Sepah"ın keçmiş rəhbəri bunu qəti təkzib edir. O, prezident postu uğrunda yarışda axıradək mübarizə aparacağını vurğulayır.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. İranda prezident 4 illiyə seçilir. Bir nəfər dalbadal iki dəfədən çox prezident seçilə bilməz. İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirlər göndərir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir.

Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət ünvanlamalıdır. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəzləyir.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Qeyd edək ki, "isalahatçılar"ın əsas namizədi Mirhüseyn Musəvi, mühafizəkarların əsas namizədi hazırkı prezident Mahmud Əhmədinejaddır.

Onu da deyək ki, ABŞ prezidenti Barak Obamanın son çıxışından sonra İranda seçkilərə marağın artdığını göstərən proseslər müşahidə olunmağa başlayıb. Qeyd edək ki, Barak Obama İranın nüvə fəaliyyətindən əl çəkməsinə ümid bəslədiklərini, bu ölkədəki prezident seçkilərini gözlədiklərini bildirib. Gözləntilər özünü doğrultmasa, Tehrana qarşı sərt sanksiyalar tətbiq olunacaq.

İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşən Barak Obama deyib: "İran nüvə silahı istehsal etməkdən vaz keçməlidir. İranla yaxınlaşma yolları arayırıq. Diplomatik əlaqələr üçün konkret təqvimlər müəyyənləşdirməyin anlamı yoxdur.

İrandakı prezident seçkisinin nəticəsini gözləyək. Amma önəmli dəyişikliklər görməsək, bu ölkəyə qarşı ilin sonunda daha sərt sanksiyalar tətbiq oluna bilər". İranda baş verənlər isə göstərir ki, artıq ölkədə əhali arasında yürüdülən daxili və xarici siyasətə münasibətində parçalanma dərinləşir və "islahatçılar"ın mövqeyi güclənir.

Namizədlərin tərəfdarları arasında münasibətlərin qarşıdurma səviyyəsinə çatması da bunun göstəricisi sayılır. Məsələn, ötən gün Tehranda Azad İslam Universitetində "islahatçı" namizəd Mirhzüseyn Musəvi və "mühafizəkar" namizəd Mahmud Əhmədinejadın tərəfdarı olan tələbələr arasında qarşıdurma baş verib.

Digər tərəfdən, indiyə qədər siyasi baxımdan mühafizəkarlığıyla seçilən qurumlar belə bitərəfliklərini qoruyacaqlarını bəyanlayırlar. İran Mübariz Ruhanilər Birliyi Mərkəzi Şurasının üzvü Seyid Rza Əkrəmi bildirib ki, Birlik öz əvvəlki mövqeyindədir və prezident seçkilərində bitərəf qalaraq, heç bir namizədi dəstəkləməyəcək.

Onun sözlərinə görə, namizədlərin ölkədəki mövcud problemlərin həlli üçün yeni yolları varsa, əhaliyə açıqlasınlar. Bəlkə də buna görədir ki, İranın dini lideri ayətullah Əli Xamneyi tələsik bəyanat verib və əhalini qərbyönümlü namizədlərə səs verməməyə çağırıb.

O, prezident Mahmud Əhmədinejadın hökumətini "ölkənin problemlərinin həlli ilə məşğul olan və xalqa xidmət göstərən hökumət" adlandıraraq vətəndaşları seçkilərdə iştiraka səsləyib. Ayətullah Xamneyi İran prezidentinin adını çəkməsə də, dolayı yolla Əhmədinejada dəstək verib:

"Elə adama səs verin ki, düşmənlərə və zor deyən dünya fövqəldövlətlərinə boyun əyməsin, onların qarşısında dayanmağı bir dəyər kimi qiymətləndirsin və xalqı biabır etməsin". Ayətullah Xamneyi prezident seçkisində Qərb təmayüllü namizədlərin qələbəsi təqdirində hökumət qurumlarında vəzifə tuta biləcək şəxslər barədə də xəbərdarlıq edib:

"Əgər seçkidən sonra ölkənin müxtəlif siyasi və iqtisadi mərkəzlərində müstəmləkəçi Qərb hökumətlərinə yaltaqlanan şəxslər vəzifəyə gəlsələr, bu, xalq üçün müsibət sayılacaq". Göründüyü kimi, Barak Obamanın prezident seçkilərinin nəticələrini gözlədiyini açıqlaması, "islahatçılar"ın cəmiyyətdə nüfuzunun artması dini lideri belə təlaşlandırıb.

Ancaq bütün bunlara baxmayaraq, politoloq Qabil Hüseynli düşünür ki, bu mərhələdən, o cümlədən qarşıdan gələn prezident seçkilərinin sonucundan ciddi dəyişiklik gözləmək tezdir. Onun sözlərinə görə, İranda dini rejim hökm sürür və bu rejimə başda ayətulla Xamneyi olmaqla, bir qrup şəxs rəhbərlik edir.

Prezident isə o qədər də böyük səlahiyyətləri olmayan, amma rejimin keşiyində rəsmi olaraq duran bir şəxsdir: "Ona görə də kimin prezident seçilməsindən asılı olmayaraq, İran xarici siyasətinin fundamental prinsiplərini dəyişə bilməz. Bu, nüvə silahı məsələsinə də aiddir. Yəqin ki, Barak Obama da çıxışıyla dünyaya nə isə nümayiş etdirmək istəyib.

Bu, düzgün addımdır və sona qədər gözləmək lazımdır. Amma son nəticə görünəcək ki, prezident seçkiləri də keçəcək, amma İranda heç nə dəyişməyəcək. Barak Obamanın nikbinliyinə o qədər də əsas qazandırmaq mümkün deyil".
Ramiz Mikayıloğlu

Tehran mətbuatı Azərbaycanı hədəf alıb

«Aftab» qəzeti: «Azərbaycanla Naxçıvan arasındakı hava və quru əlaqələri əngəllənsin”

Iran hökumətinə bağlı qəzet və saytlar Israil prezidentinin Bakıya gözlənilən səfərinə cavab tədbirləri təklif edir

Rəsmi Tehranın nəzarətində olan mətbu orqanlar hər zaman Azərbaycan Respublikasına qarşı qərəzli çıxışları və düçmənçilik mövqeləri ilə seçiliblər. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyin bərpa etdiyi gündən indiyə kimi fars dilli mətbuatı izləyənlərin Azərbaycanla bağlı hər hansı obyektiv və tərəfsiz bir yazı və çıxışa rast gəlmələri demək olar, imkansızdır.
Həmin mətbu orqanlar təkcə Azərbaycan hökumətinə qarşı deyil, Azərbaycan dövlətçiliyinin maraqları yönündən çıxış edən demokratik müxalifət partiyalarına qarşı da eyni mövqeyi sərgiləməkdədirlər. Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Milli Istiqlal partiyaları Tehran mətbuatının daimi hədəfindədirlər və “sionizmə bağlı pantürkist” qurumlar kimi təqdim edililər.
Bu günlərdə isə Israil prezidenti Şimon Presin yayda Bakıya səfər edəcəyi haqda məlumatın yayılması rəsmi Tehranın məlum mətbu orqanlarının əlinə Azərbaycana qarşı yeni təbliqat kampaniyasına başlamaq üçün bəhanə verib. Birbaşa və ya dolayısıyla Tehran rejiminin nəzarətində olan, bir neçəsi isə Tehran xüsusi xidmət orqanlarının qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərən qəzet və saytlar əsas məqalə və şərhlərini Azərbaycan-Israil münasibətlərinə həsr ediblər.
Bunlardan “Aftab”, “Keyhan”, “Ittilaat”, “Etimadi milli” qəzetləri, habelə “Tabnak” və “Aftab” saytları bu yöndəki fəaliyyətləri ilə başqalarından daha çox fərqlənirlər. Bu arada “Səhər” kanalının da öz yeri var.
Bu qəzet və saytlar Azərbaycan-Israil münasibətlərini şərh edərkən öz köhnə adətlərinə sadiq qalaraq Azərbaycan Respublikasını bölgədə “Sionizmin ikinci təhlükəli yuvası” adlandırıb, Tehranı buna qarşı daha ciddi addımlar atmamaqda günahlandırırlar.
Ötən həftə yuxarıda adlarını çəkdiyimiz mətbuat orqanlarının səhifələri Tehran rejiminin Azərbaycana qarşı təzyiq imkanlarının araşdırılması, bu təzyiq vasitələrindən necə istifadə edilməsi yönündəki “məsləhət” və “təklif”lərlə zənginləşdirilib.
“Aftab” qəzeti Israilin Bakıda səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın Israildə səfirliyinin açılmamasını rəsmi Bakının Irandan çəkinməsi ilə əlaqələndirir. Bunu uğurlu siyasət adlandıran qəzet təklif edir ki, Iran Bakı-Tələviv əlaqələrini məhdudlaşdırmaq üçün Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı hava və quru əlaqələrini əngəlləsin. Bunu təsirli təzyiq vasitələrindən biri kimi vurğulayan qəzet, bu vasitə ilə həm də Naxcivan əhalisinin hökumətə qarşı ciddi etirazlarına nail olunacağını önə sürür.
Islam Inqilabı Keşikçiləri korpusunun keçmiş komandiri, 10-cu dövr prezident seçkisinə namzədliyin irəli sürmüş Möhsün Rzayinin rəhbərlik etdiyi “Tabnak” saytı isə daha irəlilərə gedir. Həmin saytda məsələ ilə bağlı verilən təhlil və məqalələrdə Azərbaycan-Israil əlaqələrinin genişləndirilməsi qarşılığında Iran-Ermənistan əlaqələrinin daha da möhkəmləndirilməsi təklif olunur. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsindən rəsmi Tehranın öz maraqları adına və Bakıya təsir vasitəsi kimi istifadə olunması məsləhət görülür. Tehran-Irəvan münasibətlərinin hansı səviyyədə olduğunu nəzərə alsaq, bu təklif ancaq iki ölkənin birləşərək konfederasiya qurmaları anlamına gələ bilər. “Tabnak” Azərbaycana qarşı tədbirlərdə Rusiya ilə əməkdaşlıq imkanlarını yenidən araşdırmağı da təklif edir. Bu mətbu orqan sonda özünün əsl hədəfini ortaya qoyur: Azərbaycanda yaşayan “dindar kəsim” hərtərəfli himayə edilməlidir. Sayt indiyə kimi bu yöndəki fəaliyyətin qənaətbəxş olmadığından narahatlığını bildirir.
Cavidan Elbars

PREZİDENTLİYƏ NAMİZƏDİN SEÇKİ QƏRARGAHININ ÜZVLƏRİ İLƏ TƏBRİZLİ FƏALLAR ARASINDA QARŞIDURMA OLUB

Hadi Həmidi Şəfiq

İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvi Təbrizdəki seçki qərargahında, ona dəstək verən keçmiş prezident Məhəmməd Xatəminin tərəfdarlarının iştirakı ilə görüş keçirib.

Mayın 20-də keçirilən görüşdə bir qrup azərbaycanlı fəal M.Xatəminin internetdə yayılmış bir videosüjetində azərbaycanlılara lətifə qoşmasına etiraz edib. Bu, qərargah üzvlərinin xoşuna gəlməyib - onlar hücum çəkərək fəalları döyüblər.

Urmiya Universitetinin məzunu, təbrizli fəal Hadi Həmidi Şəfiq ağır xəsarət alıb. Hücum çəkənlər onun üz-gözünü qana boyayandan sonra iclasa qatılan digər fəallar etiraz əlaməti olaraq ayağa qalxıb “Yaşasın Azərbaycan”, “Ölüm olsun faşistə” və “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarlarını səsləndiriblər. Fəallar azərbaycanlıları təhqir etdikləri üçün M.Musəvinin seçki qərargahı üzvlərinin və M.Xatəminin üzr istəməsini tələb ediblər.

Döyülən fəalların sonradan həbs edilib-edilmədiyi barədə hər hansı məlumat yayılmayıb.

Qeyd edək ki, bu yaxınlarda internetdə M.Xatəminin bir ərdəbilli mərsiyəçini lağa qoyduğu yerdə çəkilmiş videyazısı yayılıb. Azərbaycanlı fəalların xoşuna gəlməyən odur ki, mərsiyəçini lağa qoyarkən M.Xatəmi ümumilikdə ərdəbillilərə istehza edib.mediaforum

İranın anti aksiya və xususi təyinatlı polis məmurları Güney Azərbaycanın əksər şəhərlərində gücləndirilir

GÜNAZ.TV mətbuat mərkəzinin dak saytından əldə etdiyi məlumata məlumata əsasən son günlərdə İranın təhlükəsizlik nazirliyi (ETTELAAT) xususi tapşırığı ilə İranın anti aksiya və xususi təyinatlı polis dəstələri Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və başqa şəhərlərdə ciddi hazır ol vəziyyətinə gətirilib. Milli fəalların verdiyi məlumatlara əsasən Faşist molla hakimiyyəti may hadisələrinin üçüncü il dönümü ərəfəsində və Xatəminin Türkləri təhqir etməsindən qorxuya düşərək Güney Azərbaycanda ciddi hazırlıq işləri apardığı məlum olub. Belə ki, İranın bütün bölgələrindən xususi təyinatlı və anti aksiya quvvələri Hava və dəmir yolları vasitəsilə Güney Azərbaycanın əksər şəhərlərinə gətirilir.

20 Mayıs 2009 Çarşamba

22 may hadisələrinin ildönümü və Güney Azərbaycan Demokrat Partıyasının (GADP) yaradılmasıyla əlaqədar seminar keçiriləcək

Fars şovinist rejiminə qarşı Güney Azərbaycanda Türk milləti 2006-ci il mayın 22-də (1 xurdad 1385-ci il) 10 gün ərzində coşqulu anlar yaşadı.

Hərəkatın bu qədər geniş vusət alıb kütəviləşməsi əlbəttə heç də təsadufi deyil. Çünkı Güney Azərbaycan islam inqilabından (1357) bəri davamlı olaraq hərtərəflı siyasi-ictimai və xususən iqtisadi zülmlərə məruz qalır.

Bu zülmlərə dözməyən Azərbaycan türkləri fars şovinist rejiminin qıcıq karikatur hadisəsini bəhanə edərək milli iradəsini göstərdi. May hadisələri bir daha sübüt etdi ki, Azərbaycan türkləri öz milli-insanı haqlarının geri alıjnması uğrunda dağları tərpədər.

Güneyin bu milli qiyamında millətin ən əziz və məsum balaları Təbriz, Urmu, Sulduz və başqa şəhərlərdə fars şovinist rejiminin mərmilərinə tüş gəldilər.

Nəticəcədə onca ölü, yüzlərcə yaralı və minlərcə həbs olunub işgəncələrə məruz qaldılar. Onların günahı yalnız bu idi ki, öz doğma milli höviyyətlərindən müdafiəyə qalxmışdılar.

Bununla Azərbaycan Milli Hərəkatı yeni mərhələyə öz damqasını vurur. Güney Azərbaycan türk milləti hər zamankından daha çox oyaqdır və dünyada gedən prosesləri bütün diqqətilə izləyir.

Bunları nəzərə alaraq Güney Azərbaycandan olan bəzi fəal insanlarımız Güney Azərbaycan Milli Hərəkatını gündəmdə saxlamaq, quvvətləndirmək və xalqımızın milli hakimiyyətini əldə etmək yolunda səfərbər olub Azərbaycan Demokrat Firqəsinin davamçısı olaraq yeni bir siyasi partiyanın təməlini qoymaq niyyətindəyik.

Güney Azərbaycan Demokrat Partiyası (GADP) yaranır Sevgili soydaşlar! Yuxarıda qeyd olunan milli-müqəddəs amacımızı göz önündə tutaraq Güney Azərbaycan Demokrat Partiyasının yaranmasını qərara almışıq.

Bu münasibətlə İsveçin ikinci böyük şəhəri Yöteborg şəhərində seminar keçiriləcək. Bilgi üçün əlavə etməliyik ki, seminar Azərbaycan türkcəsində olacaq. Hər kəs dəvətlidir. Bunu da qeyd edək ki, seminar eyni anda canlı olaraq Paltalk-dan da efirə veriləcək.

Zaman: Cümə, 22 May 2009, Saat: 16.00 – 20.00 (Ekstra: axşam yeməyi və konsert: saat 20.00-24.00) Məkan: Göteborg sävedalen östrafjällv – församlinghus Ətraflı bilgi üçün tlf bağlantısı: 0707381466 Güney Azərbaycan Demokrat Partiyası (Muəssislərin Hazırlıq Komitəsı tərəfindən – Göteborg -İsvəc)

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Sözdə bir sıra islahatçı ilə bir araya gələrək zarafat edən Məhəmməd Xatəmi və neçə molla, Tür

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Sözdə bir sıra islahatçı ilə bir araya gələrək zarafat edən Məhəmməd Xatəmi və neçə molla, Türklərə və özəlliklədə Ərdəbillilərə həqarət edib. Sözü gedən toplantıda Türklər və Rəştlilər həqarət olurlar. Təbrizdən aldığımız bilgilərə görə,Güney Azərbaycanın bütün şəhərlərində Tələbə,milli hərəkat fəalları və bir sıra ruhanilər cididi etiraz edərək Xatəmidən izahat istəiyblər. Bu barədə hələlik Məhəmməd Xatəmidən açıqlama verilməiybdir. sözü gedən toplantıda məhz Türkləri təhqir etmək üçün, İslam peyqəmbəri Həzrəti Məhəmməd və aiyləsidə təhqir olunub. Ərdəbil şəhərindən gələn məlumata görə, bir sıra milli fəal və öyrənci şəhərin imam cüməsinə muraciyət ediblər. Şəhərdə bu video yayılmaqdadır və getdikcə etirazlar çoxalır. Tehran və Mərənd şəhərlərindən isə xəbər gəlibdir ki Məhəmməd Xatəminin bu çirkin davranışı qınanıb. Bildirilərdə bu olayın necə islahatçı və insan haqlarından danışan mollaların faşıst olduqlarını sərgilədigi, habelə başqa xalqlara sayqısız olduqlarının aydınlanması bildirilib. BayBak artırır ki May 2006 qiyamının il dönümü ərəfəsində, habelə cumhurbaşxanlığı seçkilərinin yaxınlaşdığı zaman ortaya çıxan olay Azərbaycanda kəskin şəkildə etiraz nədən olacaqdır. Videonun harda və nə zaman çəkildigi bir sıra milli fəal tərəfindən araşdırılır. dak saytından əldə etdiyimiz bilgiyə görə İttilaat məmurları milli fəalları kontrola almağa başlayıblar və yapılan etirazları yaxından izləiyrlər. Bir sıra milli fəal açıqlama veriblər ki əgər Məhəmməd Xatəmiyə qarşı məhkəmə işi açılmazsa, Azərbaycanda başqa bir May qalxışı baş tutacaqdır. May 2006-da İran adlanan ölkədə rəsmi qəzetə olan İran qəzeti Türklərə hamam böcəgi demiş və onlara həqarət etmişdir. Ondan neçə həftə öncə isə Azərbaycanın ən böyük şəhəri olan Tehranda rəsmi orqanların sorqulamasında Türklər aşağalanmışlar. Bu olaylara ilk olaraq öyrəncilər, daha sonra isə umum Azərbaycanlılar etiraz etdilər və milionlarca Türk xiyavanlara çıxıb və göstərilər yapdılar. Göstərilərə mudaxilə edən Fars hərbi gücləri onlarca soydaşımızı qətlə yetrdi və minlərcə soydaşımızı yaraladı və ya tutaraq ağır işkəncələr və cəzalar verdi.dak

Obama Misirdə Qarabağdan da danışacaq

Robert Livinqston: «Misirdə prezidentin müsəlman dünyasına müraciəti çox əhatəli olacaq»

Nümayəndələr Palatasının sabiq spikeri: «907-ci düzəlişi ləğv etmək mümkündür»
ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Robert Livinqstonun APA-nın ABŞ bürosuna müsahibəsi
Qısa arayış. Robert Livinqston 1977-1999-ci illər ərzində Konqresin Nümayəndələr Palatasının üzvü olub. 1998-ci ildə Təsisatlar Komitəsinin sədri qismində Azadlıq Aktına Dəstək qanunun 907-ci düzəlişinin ləğv olunması üzrə təşəbbüslə çıxış edib və rəhbərlik etdiyi komitə səviyyəsində onun ləğv olunmasına nail olub. Daha sonra 907-ci düzəlişin aradan götürülməsi üzrə Nümayəndələr Palatasında keçirilən səsvermədə erməni lobbisinin təzyiqi ilə düzəlişin tam ləğv olunması mümkün olmayıb.
- Həm prezident Obama, həm də dövlət katibi Hillari Klinton bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dəstəyini artıracaqlar. Bu adı çəkilən münaqişənin həllinə necə təsir göstərə bilər?
- Yaxın günlərdə Misir prezidenti Hüsnü Mübarək ABŞ-a gəlir və ABŞ prezidenti Obamanın Misirə səfəri gözlənilir. Cənab Obama orada müsəlman dünyasına müraciət edəcək. Mənə elə gəlir ki, prezident Obama Xəzər hövzəsindən başlayaraq bütün regiona təsir edən məsələlər barədə tam aydın təəssürata malikdir. Əgər belədirsə, o bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda problemlərin çözülməsinin özəyidir. Türkiyə bir müddətdir Ermənistanla danışıqlar aparır. Türkiyənin baş naziri Ərdoğan Azərbaycanda bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Ermənistanla sərhədlər açılmayacaq. Boru kəmərlərinə görə bu məsələ Avropa üçün əhəmiyyətlidir. Bu münaqişə Iran və digər problemli ərazilərin yaxınlığına görə də dünya üçün əhəmiyyətlidir. Misirdə prezident Obamanın müsəlman dünyasına müraciəti çox əhatəli olacaq. Bu çıxışın əsas komponentlərindən biri də Dağlıq Qarabağ münaqişəsi olacaq.
- 1998-ci ildə Sizin Azadlıq Aktına Dəstək qanununa 907-ci düzəlişi ləğv etmək təşəbbüsünüzün reallaşması son anda mümkün olmadı. Necə bilirsiniz, bu gün demokratların nəzarət etdiyi Konqresdə həmin düzəlişi ləğv etmək şansı var?
- Dediyiniz düzəliş ədalətsiz düzəlişdir. 907-ci bənd 1992-ci ildə Con Kerri tərəfindən bir gecə ərzində qanuna əlavə edilib. O vaxt heç kim buna fikir vermədi və yoxlamadı. Adı çəkilən düzəliş yeganə belə bir düzəlişdir və indiyədək ABŞ-ın heç bir dostuna və ya ölkənin düşməninə qarşı qəbul olunmayıb. Bir daha deyim ki, bu, Amerikanın xarici siyasətində yeganə belə bir düzəlişdir. Bizim Müdafiə Nazirliyində hamı deyir ki, bu düzəliş ləğv olunmalıdır. Dövlət Departamentində də bir çox insanlar bu ideyanı dəstəkləyir. Lakin Konqresin hər iki palatasında çoxluq təşkil edən demokratların iradəsinin ortaya qoyulması iş tələb edir. Erməni lobbisinin buna qarşı daim işləməsini nəzərə alaraq, mübarizə artan xətlə inkişaf edir. Lakin onu ləğv etmək mümkündür.
- Indi Con Kerrinin nüfuzlu Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğunu nəzərə alsaq, bunu etmək çətin olmayacaq?
- Cənab Kerrinin rolu indi fərqlidir. O Senatın Xarici Əlaqələr Komitəsinin sədridir və gərək daha məsuliyyətli olsun. Onun işi Amerikanın maraqlarını qorumaqdır. 907-ci düzəlişin ləğvi təkcə Azərbaycanın deyil, ABŞ-ın da milli maraqlarına cavab verir.
- Vaşinqtonda bəzi ekspertlər fikirləşir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyiş olmadan Ermənistanla sərhədlərini açsa, bu regionda anlaşmanı yaxşılaşdıracaq. Bu fikirlə razısınız?
- Yox, razı deyiləm. Sərhədləri açsalar, onda torpaqları zəbt edən insanlar oranı çətin tərk edərlər. Burada problemlərin geniş əhatəli həlli olmalıdır. Əks halda torpaqları işğal etmiş insanlar ərazilərdən çəkilməkdən imtina edəcəklər və sizin mübarizəniz davam edəcək. Nəticədə bu sıravi insanların üzərinə buraxılacaq ki, onlar öz torpaqları uğrunda mübarizəyə başlasınlar. Münaqişə başladığı təqdirdə siz onun qarşısını ala bilmirsiniz. Ona görə də münaqişənin hərtərəfli həlli olunmasına ehtiyac var.

Cənubi Qafqaz üçün "çərkəs ssenarisi"

İsrail və Rusiyanın birgə qurumu olan Şərq Tərəfdaşlığı İnstitutu (ŞTİ) "Qafqazın transformasiya ssenariləri" adlı xüsusi hesabat hazırlamağa başlayıb. İsrail, Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan parlamentlərindəki müvafiq komissiyalarla deputat qrupları üçün nəzərdə tutulmuş sənəddə bölgədəki aktual sosial-iqtisadi və siyasi vəziyyət təhlil ediləcək, habelə hadisələrin yaxın gələcəkdə mümkün inkişaf ssenariləri təxminlənəcək. ŞTİ-nin prezidenti Avraam Şmuleviçin dediyinə görə, hesabatda Gürcüstan, Azərbaycan, Ermənistanla yanaşı Cənubi Osetiya və Abxaziya bölgələri, Qərbi və Şimal-Şərqi Qafqaz, habelə Rusiyanın Cənub Federal Dairəsindəki vəziyyət də nəzərdən keçiriləcək.
"Araşdırmanın prioritet istiqamətlərindən biri "çərkəs layihəsi" olacaq. Bu layihə Cənubi Qafqaz dövlətləri ilə yanaşı, Rusiya və Türkiyənin də diqqətini cəlb edir. Bilavasitə ssenarilərin hazırlanması isə institumuz və Rusiyanın "Sistema" Effektiv İdarəetmə İnstitutunun ekspert-analitiklərindən ibarət qrup məşğul olacaq", - Şmuleviç söylədi.
"Sistema"nın direktoru, Şərq Tərəfdaşlığı İnstitutunun vitse-prezidenti Dmitri Savelyev isə bildirdi ki, hazırda hesabatın proqnoz hissəsinin yazılması üçün gərəkli empirik məlumatların toplanması prosesi başa çatır.
"Layihəmizin məqsədi Qafqaz regionunda postböhran vəziyyətində siyasi və sosial sistemlərin inkişafını təxminləməkdir. İndiki qlobal maliyyə böhranı Cənubi Qafqazdakı dövlətləri ən ağır və ciddi transformsiyalara uğradır. Qafqazın regional və beynəlxalq təhlükəsizlik sistemi üçün hansı əhəmiyyət daşıdığını nəzərə alsaq, 3-5 ildən sonra "Qafqaz anklav"ının necə dəyişəcəyi barədə artıq indidən təsəvvürlərimiz olmalıdır", - D.Savelyev söylədi.
Onun sözlərinə görə, ssenarilərlə bağlı iş iyun ayında başa çatacaq, sonra da hesabat region dövlətlərinin parlamentlərinə göndəriləcək.
Mərkəzi qərargahı Qüds şəhərində yerləşən Şərq Tərəfdaşlığı İnstitutu 2009-cu ilin aprelində yaradılıb. Qurum Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramına daxil olan Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistandakı sosial və siysi sistemləri, həmçinin baş verən prosesləri araşdırır.
Mərkəzi ofisi Rusiyanın Rostov-Don şəhərində yerləşən "Sistema" Effektiv İdarəetmə İnstitutu isə 2005-ci ildə yaradılıb. Bu qurum Rusiyanın Cənub Federal Dairəsi ilə yanaşı, Cənubi Qafqaz və Orta Asiya ölkələrindəki sosial, siyasi və iqtisadi proseslərin monitorinqi, habelə təhlili ilə məşğuldur.
Moskvadakı İnformasiya Siyasətinin İnkişafı Fondunun eksperti Aleksandr Serenko hesab edir ki, Rusiyanın ötən ilin avqustunda Gürcüstana qoşun yeritməsi, sonra da Abxaziya və Cənubi Osetiyanın dövlət müstəqilliyini rəsmən tanıması Cənubi Qafqaz regionunda hadisələrin ənənəvi inkişaf məcrasını kökündən dəyişmişdi.
Aprelin 22-də isə Türkiyə və Ermənistanın XİN-ləri İsveçrədə aparılan iki illik gizli danışıqlardan sonra həmin ölkələr arasında sərhədin açılması, diplomatik münasibətlərin qurulması və ticari-iqtisadi təmasların normallaşdırılmasını nəzərdə tutan "yol xəritəsi"ni açıqladılar.
Bundan sonra hadisələr kaleydoskopik sürətlə inkişaf etməyə başladı. Rusiyanın XİN-i Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərabaycanın erməni işğalında olan torpaqlarının azad edilməsinə yönəlmiş danışıqlar prosesində vasitəçilik misssiyasını daha da gücləndirmək niyyətini açıqladı, Azərbaycan və Ermənistanın dövlət başçılarının iyunda Sankt-Peterburqda görüşəcəyini bəyan etdi. Kremlin bəyanatlarına görə, həmin görüşdə "önəmli razılaşmanın əldə edilməsi" ehtimal olunur.
Fəqət, Rusiyanın səylərinə onun Cənubi Qafqazdakı yeganə müttəfiqi və strateji əməkdaşı olan Ermənistan belə, inanmır.
İrəvandakı Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryanın dediyinə görə, Kremlin səyləri onda ümid yaratmır.
"Bilirsiniz niyə?! Çünki Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş, təhlükəsizlik sisteminin yaradılmasına qədər heç bir məsələ yalnız Rusiya və Türkiyənin səyləri əsasında həll oluna bilməz. İsraillə Rusiyanın səylərinin də İran, ABŞ və Avropa Birliyinin fəal iştirakı olmadan bir nəticə verə biləcəyinə əsla inanmıram. Ymumiyyətlə, İsrail və Rusiya, ən başlıcası isə Azərbaycan və Türkiyə unutmamalıdır ki, regionda İran təki güclü qüvvə var. Onunla hesablaşmamaq mümkün deyil. Hər halda ABŞ da regiona geniş təsir imkanları malik olan İranla hesablaşmağa başlayıb. Eyni zamanda ABŞ və Avropa Birliyinin fəal iştirakı olmadan regiondakı problemlərin həllinə inanmıram", - S.Qriqoryan bildirib.
Onun sözlərinə görə, Rusiya və İsrailin birgə olaraq "çərkəs variantı"nı reallaşdırmaq cəhdlərinin uğursuzluğa düçar olacağını indidən bilir.
Dünən əldə etdiyimiz məlumatlara görə, Şərq Tərəfdaşlığı İnstitutunun gerçək məqsədləri heç də hesabatlar və ssenarilər hazırlamaqla işini bitmiş hesab etmək deyil.
Liberal hipersionizm nəzəriyyəsinin tərəfdarı, İsrailə mühacirət etməzdən əvvəl adı Nikita Sergeyeviç Dyomin olmuş Avraa Şmuleviç İsrailin məşhur politoloqlarından biridir.
31 yaşlı Şmuleviç beynəlxalq "Bead Arseynu!" ("Vətən uğrunda!") yəhudi təşkilatının rəhbəri olmaqla yanaşı rebe, braslav hasidi və Umanidəki sadik Rahmanın məzarına ziyarətlə bağlı beynəlxalq təşkilatın üzvüdür.
Onun institutunun fəaliyyətinin əsas hissəsi isə Rostov-Dondakı "Sistema" İnstitutunun boynuna düşür.
Həmin institutun rəhbəri, tanınmış politoloq Savelyev də etiraf edir ki, onların işlərinin gerçək məqsədi Cənubi və Şimali Qafqazda hadisələrin inkişaf ssenarisini təxminləməkdir.
Hadisələrin inkişafına ŞTİ-nin münasibətini təxminləmək isə çətin deyil. Hələ 2008-ci ilin iyulun 14-də Avraam Şmuleviç "Bu ağrı bütün adıqların ürəyində qövr edir" adlı məqaləsində yazmışdı: "Rusiya Cənubi Qafqazda ekspansionist, ilhaqçı, başqa dövlətlərin ərazilərinə göz dikməyə əsaslanan siyasətini daha da intensivləşdirib. Kreml Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərə tam dəstək verəndən sonra indi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını gücləndirmək niyyətindədir. İroniyaya bax: Çeçenistanı viran edən, Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri "dövlət" kimi tanıyan ölkə indi Qarabağ problemini həll etmək üçün vasitəçilik xidmətlərini təklif edir. Lakin vaxt gələcək, indi baş verən hadisələr Rusiyaya şokolad kimi gələcək". A.Şmuleviç bu sözlərinin ona yox, adıqların milli-azadlıq hərəkatının 27 yaşlı fəalı Ratmir adlı şəxsə mənsub olduğunu desə də, həqiqət ortada idi.
O da bir gerçəkdir ki, A.Şmuleviçin masaüstü kitablarından biri israilli Qammer Moşenin "Şamil: Rusiya çarizminə müsəlman müqaviməti" əsəridir.
Bütün bunlardan dolayı, Şərq Tərəfdaşlığı İnstitutunun indi Qafqazda "çərkəs ssenarisi" ilя baьlı araşdırmalar aparması əslində Rusiyanın münaqişələrin dinc danışıqlar prosesində təsir və təzyiq imkanlarının maksimum dərəcxədə azaldılmasıa yönəlmiş səylərin araşdırılıb müəyyən edilməsi, onların konkretləşəcəyi təqdirdə bu barədə ABŞ, İsrail və Avropa Birliyinə gərəkli hərəkət istiqamətlərinin göstərilməsidir.
Moskva nələr baş verdiyini anladığından Rostovdakı institutu Şmuleviçin qurumuna tərəfdaş qoşub və bu minvalla cərəyan edəcək olaylardan, aparılacaq araşdırmalardan hali olmaq istəyir.
Rəsmi Bakı isə ŞTİ-nin araşdırmaları, təxminən ayyarım sonra Azərbaycan Milli Məclisinə təqdim ediləcək hesabatla bağlı işlərdən deyəsən, tam xəbərsizdir. Hər halda rəsmi mənbələr açıqlamalarında Şmuleviç-Savelyev duetinin hazırlamağa başladığı ssenarilərlə bağlı prosesdən məlumatlarının az olduğunu gizlətmədilər.
Xarici İşlər Nazirliyi yetkililəri isə "prosesləri izləyirik" deməklə, işlərini bitmiş hesab etdilər.
Böyük dövlətlər isə bu dəfə Cənubi Qafqaz üçün "çərkəs ssenarisi" hazırlayırlar. Bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlara necə təsir edəcəyini isə ən azı bir aydan sonra təxminləyə bilərik.
Bakının hələ vaxtı var.

Həsən AĞACAN


İsrail və Rusiyanın birgə qurumu olan Şərq Tərəfdaşlığı İnstitutu (ŞTİ) "Qafqazın transformasiya ssenariləri" adlı xüsusi hesabat hazırlamağa başlayıb. İsrail, Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan parlamentlərindəki müvafiq komissiyalarla deputat qrupları üçün nəzərdə tutulmuş sənəddə bölgədəki aktual sosial-iqtisadi və siyasi vəziyyət təhlil ediləcək, habelə hadisələrin yaxın gələcəkdə mümkün inkişaf ssenariləri təxminlənəcək. ŞTİ-nin prezidenti Avraam Şmuleviçin dediyinə görə, hesabatda Gürcüstan, Azərbaycan, Ermənistanla yanaşı Cənubi Osetiya və Abxaziya bölgələri, Qərbi və Şimal-Şərqi Qafqaz, habelə Rusiyanın Cənub Federal Dairəsindəki vəziyyət də nəzərdən keçiriləcək.
"Araşdırmanın prioritet istiqamətlərindən biri "çərkəs layihəsi" olacaq. Bu layihə Cənubi Qafqaz dövlətləri ilə yanaşı, Rusiya və Türkiyənin də diqqətini cəlb edir. Bilavasitə ssenarilərin hazırlanması isə institumuz və Rusiyanın "Sistema" Effektiv İdarəetmə İnstitutunun ekspert-analitiklərindən ibarət qrup məşğul olacaq", - Şmuleviç söylədi.
"Sistema"nın direktoru, Şərq Tərəfdaşlığı İnstitutunun vitse-prezidenti Dmitri Savelyev isə bildirdi ki, hazırda hesabatın proqnoz hissəsinin yazılması üçün gərəkli empirik məlumatların toplanması prosesi başa çatır.
"Layihəmizin məqsədi Qafqaz regionunda postböhran vəziyyətində siyasi və sosial sistemlərin inkişafını təxminləməkdir. İndiki qlobal maliyyə böhranı Cənubi Qafqazdakı dövlətləri ən ağır və ciddi transformsiyalara uğradır. Qafqazın regional və beynəlxalq təhlükəsizlik sistemi üçün hansı əhəmiyyət daşıdığını nəzərə alsaq, 3-5 ildən sonra "Qafqaz anklav"ının necə dəyişəcəyi barədə artıq indidən təsəvvürlərimiz olmalıdır", - D.Savelyev söylədi.
Onun sözlərinə görə, ssenarilərlə bağlı iş iyun ayında başa çatacaq, sonra da hesabat region dövlətlərinin parlamentlərinə göndəriləcək.
Mərkəzi qərargahı Qüds şəhərində yerləşən Şərq Tərəfdaşlığı İnstitutu 2009-cu ilin aprelində yaradılıb. Qurum Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramına daxil olan Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistandakı sosial və siysi sistemləri, həmçinin baş verən prosesləri araşdırır.
Mərkəzi ofisi Rusiyanın Rostov-Don şəhərində yerləşən "Sistema" Effektiv İdarəetmə İnstitutu isə 2005-ci ildə yaradılıb. Bu qurum Rusiyanın Cənub Federal Dairəsi ilə yanaşı, Cənubi Qafqaz və Orta Asiya ölkələrindəki sosial, siyasi və iqtisadi proseslərin monitorinqi, habelə təhlili ilə məşğuldur.
Moskvadakı İnformasiya Siyasətinin İnkişafı Fondunun eksperti Aleksandr Serenko hesab edir ki, Rusiyanın ötən ilin avqustunda Gürcüstana qoşun yeritməsi, sonra da Abxaziya və Cənubi Osetiyanın dövlət müstəqilliyini rəsmən tanıması Cənubi Qafqaz regionunda hadisələrin ənənəvi inkişaf məcrasını kökündən dəyişmişdi.
Aprelin 22-də isə Türkiyə və Ermənistanın XİN-ləri İsveçrədə aparılan iki illik gizli danışıqlardan sonra həmin ölkələr arasında sərhədin açılması, diplomatik münasibətlərin qurulması və ticari-iqtisadi təmasların normallaşdırılmasını nəzərdə tutan "yol xəritəsi"ni açıqladılar.
Bundan sonra hadisələr kaleydoskopik sürətlə inkişaf etməyə başladı. Rusiyanın XİN-i Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərabaycanın erməni işğalında olan torpaqlarının azad edilməsinə yönəlmiş danışıqlar prosesində vasitəçilik misssiyasını daha da gücləndirmək niyyətini açıqladı, Azərbaycan və Ermənistanın dövlət başçılarının iyunda Sankt-Peterburqda görüşəcəyini bəyan etdi. Kremlin bəyanatlarına görə, həmin görüşdə "önəmli razılaşmanın əldə edilməsi" ehtimal olunur.
Fəqət, Rusiyanın səylərinə onun Cənubi Qafqazdakı yeganə müttəfiqi və strateji əməkdaşı olan Ermənistan belə, inanmır.
İrəvandakı Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryanın dediyinə görə, Kremlin səyləri onda ümid yaratmır.
"Bilirsiniz niyə?! Çünki Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş, təhlükəsizlik sisteminin yaradılmasına qədər heç bir məsələ yalnız Rusiya və Türkiyənin səyləri əsasında həll oluna bilməz. İsraillə Rusiyanın səylərinin də İran, ABŞ və Avropa Birliyinin fəal iştirakı olmadan bir nəticə verə biləcəyinə əsla inanmıram. Ymumiyyətlə, İsrail və Rusiya, ən başlıcası isə Azərbaycan və Türkiyə unutmamalıdır ki, regionda İran təki güclü qüvvə var. Onunla hesablaşmamaq mümkün deyil. Hər halda ABŞ da regiona geniş təsir imkanları malik olan İranla hesablaşmağa başlayıb. Eyni zamanda ABŞ və Avropa Birliyinin fəal iştirakı olmadan regiondakı problemlərin həllinə inanmıram", - S.Qriqoryan bildirib.
Onun sözlərinə görə, Rusiya və İsrailin birgə olaraq "çərkəs variantı"nı reallaşdırmaq cəhdlərinin uğursuzluğa düçar olacağını indidən bilir.
Dünən əldə etdiyimiz məlumatlara görə, Şərq Tərəfdaşlığı İnstitutunun gerçək məqsədləri heç də hesabatlar və ssenarilər hazırlamaqla işini bitmiş hesab etmək deyil.
Liberal hipersionizm nəzəriyyəsinin tərəfdarı, İsrailə mühacirət etməzdən əvvəl adı Nikita Sergeyeviç Dyomin olmuş Avraa Şmuleviç İsrailin məşhur politoloqlarından biridir.
31 yaşlı Şmuleviç beynəlxalq "Bead Arseynu!" ("Vətən uğrunda!") yəhudi təşkilatının rəhbəri olmaqla yanaşı rebe, braslav hasidi və Umanidəki sadik Rahmanın məzarına ziyarətlə bağlı beynəlxalq təşkilatın üzvüdür.
Onun institutunun fəaliyyətinin əsas hissəsi isə Rostov-Dondakı "Sistema" İnstitutunun boynuna düşür.
Həmin institutun rəhbəri, tanınmış politoloq Savelyev də etiraf edir ki, onların işlərinin gerçək məqsədi Cənubi və Şimali Qafqazda hadisələrin inkişaf ssenarisini təxminləməkdir.
Hadisələrin inkişafına ŞTİ-nin münasibətini təxminləmək isə çətin deyil. Hələ 2008-ci ilin iyulun 14-də Avraam Şmuleviç "Bu ağrı bütün adıqların ürəyində qövr edir" adlı məqaləsində yazmışdı: "Rusiya Cənubi Qafqazda ekspansionist, ilhaqçı, başqa dövlətlərin ərazilərinə göz dikməyə əsaslanan siyasətini daha da intensivləşdirib. Kreml Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərə tam dəstək verəndən sonra indi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını gücləndirmək niyyətindədir. İroniyaya bax: Çeçenistanı viran edən, Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri "dövlət" kimi tanıyan ölkə indi Qarabağ problemini həll etmək üçün vasitəçilik xidmətlərini təklif edir. Lakin vaxt gələcək, indi baş verən hadisələr Rusiyaya şokolad kimi gələcək". A.Şmuleviç bu sözlərinin ona yox, adıqların milli-azadlıq hərəkatının 27 yaşlı fəalı Ratmir adlı şəxsə mənsub olduğunu desə də, həqiqət ortada idi.
O da bir gerçəkdir ki, A.Şmuleviçin masaüstü kitablarından biri israilli Qammer Moşenin "Şamil: Rusiya çarizminə müsəlman müqaviməti" əsəridir.
Bütün bunlardan dolayı, Şərq Tərəfdaşlığı İnstitutunun indi Qafqazda "çərkəs ssenarisi" ilя baьlı araşdırmalar aparması əslində Rusiyanın münaqişələrin dinc danışıqlar prosesində təsir və təzyiq imkanlarının maksimum dərəcxədə azaldılmasıa yönəlmiş səylərin araşdırılıb müəyyən edilməsi, onların konkretləşəcəyi təqdirdə bu barədə ABŞ, İsrail və Avropa Birliyinə gərəkli hərəkət istiqamətlərinin göstərilməsidir.
Moskva nələr baş verdiyini anladığından Rostovdakı institutu Şmuleviçin qurumuna tərəfdaş qoşub və bu minvalla cərəyan edəcək olaylardan, aparılacaq araşdırmalardan hali olmaq istəyir.
Rəsmi Bakı isə ŞTİ-nin araşdırmaları, təxminən ayyarım sonra Azərbaycan Milli Məclisinə təqdim ediləcək hesabatla bağlı işlərdən deyəsən, tam xəbərsizdir. Hər halda rəsmi mənbələr açıqlamalarında Şmuleviç-Savelyev duetinin hazırlamağa başladığı ssenarilərlə bağlı prosesdən məlumatlarının az olduğunu gizlətmədilər.
Xarici İşlər Nazirliyi yetkililəri isə "prosesləri izləyirik" deməklə, işlərini bitmiş hesab etdilər.
Böyük dövlətlər isə bu dəfə Cənubi Qafqaz üçün "çərkəs ssenarisi" hazırlayırlar. Bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlara necə təsir edəcəyini isə ən azı bir aydan sonra təxminləyə bilərik.
Bakının hələ vaxtı var.

Həsən AĞACAN

Mixail Saakaşvilinin Azərbaycana səfəri başlayıb

Gürcüstan prezidentini Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Azərbaycana rəsmi səfəri başlayıb. Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Saakaşvilini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mixail Saakaşvili və Yaqub Eyyubov arasında qısa protokol görüşü olub./ANS PRESS/

Cümhuriyyət qurucularına soyuq münasibət aradan qarxmayıb

Vaqif Abışov: "Daşlar göyərib, ancaq cümhuriyyət qurcularına abidə ucaldılması reallaşmayıb"
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü, Respublika Günüdür. Ancaq təəssüf ki, indiyədək cümhuriyyət qurucularının adlarının əbədiləşdirilməsi istiqamətində lazım olan addımlar atılmayıb. Demək olar ki, hər il Məhəmməd Əmin Rəsulzadəyə, Bakının işğaldan azad olunmasında müstəsna xidmətləri olan Nuru Paşaya paytaxtda heykəl qoyulması ilə bağlı vədlər verilir, ancaq bu günədək verilmiş vədlər gerçəkləşməyib. Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnsitutunun əməkdaşı Vaqif Abışov deyir ki, cümhuriyyət qurucuları zamanında hamımız üçün örnək ola biləcək fəaliyyət göstəriblər və onların adının əbədiləşdirilməsi istiqamətində gərəkli addımların atılmaması utancvericidir:

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, ümumiyyətlə, o dövr Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələrindən biridir. Həmin dövrdə çox çətin ictimai-siyasi şərait mövcud idi. Rusun, erməninin, farsın gözü Azərbaycan adlı yağlı tikəyə dikilmişdi, onlar bu ərazini ələ keçirib, burada yaşayanları qırmaq, deportasiya etmək arzusunda idilər. Məhz bu çətin dövrdə bütün çətinliklərə sinə gərən, özlərini güllə qabağına verən Azərbaycan oğulları meydana çıxdı. İri torpaq sahibləri, böyük imkana malik şəxslər vardı ki, qazandıqlarını xalqın yolunda xərcləyir, bununla fəxr edirdilər. Çətinliklərə, problemlərə baxmayaraq onlar öz yollarından dönmədilər. Ümumiyyətlə, 1918-ci il mayın 28-də "İstiqlal bəyannaməsi" ilə Azərbaycanın müstəqilliyinin elan edilməsi böyük hadisə idi. Yada salaq ki, mayın 26-da Gürcüstan, bundan sonra isə Ermənistan müstəqilliyini elan etmişdi. Əgər cümhuriyyət qurucuları olmasaydı, Azərbaycan torpaqları qonşu dövlətlər arasında bölünəcəkdi. Hətta cümhuriyyətin 23 aylıq fəaliyyətini nəzərə almasaq belə, təkcə cümhuriyyətin elan edilməsinin özünü böyük hadisə kimi qiymətləndirə bilərik. Ancaq faktdır ki, 23 aylıq müddət ərzində cümhuriyyət qurucuları Azərbaycan üçün böyük işlər görüblər. O da faktdır ki, müstəqil Azərbaycan Respublikasının atributları həmin dövrdən qalmadır. Bütün parametrləri nəzərə alsaq müşahidə edərik ki, bu şəxslər nə qədər böyük işlər görüblər. Rusiyanın, İngiltərənin, ABŞ-ın maraqları Azərbaycanda toqquşurdu və həmin dövrdə sadalanan işləri görmək o qədər də asan başa gəlmirdi. Çox çətin bir məqamda düzgün siyasi xətt götürmək, doğru, düzgün analizlər vermək, baş verənlərdən vaxtında nəticə çıxarmaq hər adamın işi deyildi. Cümhuriyyəti, onun yaradıcılarını yaddan çıxarmaq olmaz. Təəssüf ki, biz indi cümhuriyyət qurucularına lazım olan diqqəti görmürük. Bir çox şəxslər, dövlət qurumları bu məsələlərə barmaqarası baxırlar. Şəhərin bir neçə görkəmli yerində cümhuriyyətin qurucularına abidə qoyulması ilə bağlı dəfələrlə vədlər verilib. Daşların üzərinə abidə qoyulacağıyla bağlı qeydlər həkk edilib. Ancaq sonradan hər şey yaddan çıxıb. Daşlar göyərib, ancaq abidənin ucaldılması reallaşmayıb. Sanki cümhuriyyət qurucularına qarşı bir ögeylik var. Bu insanları tanıtmağın nə ziyanı var ki? Əksinə bunun Azərbaycana çox böyük xeyri olar. Çünki Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Ceyhun Hacıbəylini tək Azərbaycanda yox, bütün dünyada tanıyırlar. Bu şəxsləri tanıyan dövlətlərdə isə istər-istəməz belə bir fikir formalaşır ki, bunlar niyə öz tarixlərinə bu qədər biganə yanaşırlar?"
Vaqif Abışov ziyalıların bu məsələni qaldırmalı olduğunu, onların indiki mövqeyinin qanedici olmadığını da bildirdi:
"Qarşıdan cümhuriyyətin elan edilməsinin növbəti ildönümü gəlir və abidə qoyulması məsələsi gündəmə gətirilməlidir. Pəncərədən çölə baxsaq görərik ki, uçub-dağılmış bir park qısa müddət ərzində yüksək səviyyədə təmir edilir. Gözəl şəkildə bərpa olunaraq ictimaiyyətin ixtiyarına verilir. Eləcə də cümhuriyyətlə, onun qurucuları ilə bağlı abidəni qısa müddət ərzində ərsəyə gətirmək mümkündür. Bu məsələnin reallaşmamasının məsuliyyəti isə birbaşa hökumətin üzərinə düşür. Bu gün Məhəmməd Əmin Rəsulzadəyə yalnız Novxanıda abidə qoyulub ki, bu yetərli sayıla bilməz. İnsanların heç çoxu bilmir ki, orada Məhəmməd Əminin abidəsi var. 15 ildir Bakı Dövlət Universitetinin həyətindəki kiçik bir qara daşa yazılıb ki, burada Məhəmməd Əminə abidə qoyulacaq, ancaq indiyə qədər bir xəbər yoxdur. Bütün bunlar cümhuriyyət qurucularına hörmətsizlikdir. Cümhuriyyət dövrünün bayrağı altından keçir, onun himnini səsləndiririksə, bu dövləti quranlara da hörmətlə yanaşmaq borcumuzdur. Kiçik və dar, çox adamın tanımadığı bir yerdə "İstiqlal bəyannaməsini" imzalayanlarla bağlı balaca bir adibə qoyulub. Ancaq orada da Məhəmməd Əminin adı yoxdur. Təəssüf ki, ziyalıların böyük əksəriyyətinin bu məsələylə bağlı mövqeyi qanedici deyil. Çoxları deyir ki, səsimi qaldırsam, birdən işdən çıxararlar, maaşımı kəsərlər və s. İndiki ziyalıların çoxuna "cib ziyalısı" demək lazımdır. Bu insanlar daha çox özü və ailəsi üçün çalışır. Amma baxın görək, Məhəmməd Əmin özü və ailəsi üçün çalışdımı? Nəinki Məhəmməd Əmin, eləcə də digər cümhuriyyət qurucuları üçün ailə Vətəndən öndə deyildi. Eyni zamanda onlar fikirləşirdilər ki, Vətən olmasa ailə də olmayacaq. Onların davası kreslo davası yox, Azərbaycan davası idi. Tək-tək ziyalılar var ki, öz sözlərini mətbu orqanlar vasitəsilə deyirlər, ancaq bundan artığına gücləri çatmır".

İRAN ADLANAN YERİN PREZİDENTLİYİ UĞRUNDA 4 NAMİZƏD MÜBARİZƏ APARACAQ. Əkbər Ələminin isə səlahiyyəti rədd edilib

Bu gün İran adlanan yerin Daxili İşlər Nazirliyi rəsmi bəyanat yayaraq iyunun 12-də keçiriləcək prezident seçkisində səlahiyyətləri Konstitusiyaya Nəzarət Şurasında təsdiqlənmiş namizədlərin adlarını açıqlayıb.

bəyanatda hazırkı prezident Mahmud Əhmədinejad, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin səlahiyyətinin təsdiq edildiyi bildirilir.

Səlahiyyəti təsdiq edilmiş 4 namizədin ciddi rəqibi sayılan İran parlamentinin keçmiş azərbaycanlı deputatı Əkbər Ələminin səlahiyyəti rədd edilib.

Bəyanatda bildirilir ki, səlahiyyəti təsdiq edilmiş namizədlər bu gündən rəsmi təbliğat və kampaniyalarını apara bilər.

Güney Azərbaycanda milli hərəkat fəallarına təziqlər artıb

İranın təhlükəsizlik məmurları güney Azərbaycanın bütün şəhərlərində milli hərəkat fəallarına qarşı təziqləri artırıb məlumatda bildirilir ki Güney Azərbaycanda 2006-cı il may hadisələrinin üçüncü ildönümü və qarşıdan gələn prezdent secgiləri ilə əlaqədar İranın ETTELAAT məmurları tanınmış milli hərəkat fəallarını yerli idarələrəinə çağıraraq onları təhdid edir ki hər hansı aksiya keçirmək və ya bildirişlər yaymaqdan imtina etsinlər Təbriz,Urmiyə,Ərdəbil milli hərəkat fəalları xəbər verir ki ETTELAAT məmurları onların bütün əlaqə vasitələrini telfon və evlərini,milli fəalların toplandığı yerləri ciddi nəzarətə götürüb bununla yanaşı çoxlu sayda milli hərəkat fəalı ETTELAAT məmurları tərəfindən sorğu suala çağrılıb soydaşlarımız məmurlar tərəfindən təziq və təhdidlərə məruz qalıblar.Lakin bütün bünlara baxmayaraq milli hərəkat fəalları Güney Azərbaycanın əksər şəhərlərində may hadisələrini əks etdirən bildirşlər yayılıb və milli haqlarını əldə etməyənə qədər öz mubarizələrini dəvam etdirəcəklərini bildiriblər. dak

Məhəmməd Xatəmi-nin Türklərə həqarət edən zarafatı Güney Azərbaycanda geniş etirazlar yaradıb

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Sözdə bir sıra islahatçı ilə bir araya gələrək zarafat edən Məhəmməd Xatəmi və neçə molla, Türklərə və özəlliklədə Ərdəbillilərə həqarət edib. Sözü gedən toplantıda Türklər və Rəştlilər həqarət olurlar. Təbrizdən aldığımız bilgilərə görə,Güney Azərbaycanın bütün şəhərlərində Tələbə,milli hərəkat fəalları və bir sıra ruhanilər cididi etiraz edərək Xatəmidən izahat istəiyblər. Bu barədə hələlik Məhəmməd Xatəmidən açıqlama verilməiybdir. sözü gedən toplantıda məhz Türkləri təhqir etmək üçün, İslam peyqəmbəri Həzrəti Məhəmməd və aiyləsidə təhqir olunub. Ərdəbil şəhərindən gələn məlumata görə, bir sıra milli fəal və öyrənci şəhərin imam cüməsinə muraciyət ediblər. Şəhərdə bu video yayılmaqdadır və getdikcə etirazlar çoxalır. Tehran və Mərənd şəhərlərindən isə xəbər gəlibdir ki Məhəmməd Xatəminin bu çirkin davranışı qınanıb. Bildirilərdə bu olayın necə islahatçı və insan haqlarından danışan mollaların faşıst olduqlarını sərgilədigi, habelə başqa xalqlara sayqısız olduqlarının aydınlanması bildirilib. BayBak artırır ki May 2006 qiyamının il dönümü ərəfəsində, habelə cumhurbaşxanlığı seçkilərinin yaxınlaşdığı zaman ortaya çıxan olay Azərbaycanda kəskin şəkildə etiraz nədən olacaqdır. Videonun harda və nə zaman çəkildigi bir sıra milli fəal tərəfindən araşdırılır. dak saytından əldə etdiyimiz bilgiyə görə İttilaat məmurları milli fəalları kontrola almağa başlayıblar və yapılan etirazları yaxından izləiyrlər. Bir sıra milli fəal açıqlama veriblər ki əgər Məhəmməd Xatəmiyə qarşı məhkəmə işi açılmazsa, Azərbaycanda başqa bir May qalxışı baş tutacaqdır. May 2006-da İran adlanan ölkədə rəsmi qəzetə olan İran qəzeti Türklərə hamam böcəgi demiş və onlara həqarət etmişdir. Ondan neçə həftə öncə isə Azərbaycanın ən böyük şəhəri olan Tehranda rəsmi orqanların sorqulamasında Türklər aşağalanmışlar. Bu olaylara ilk olaraq öyrəncilər, daha sonra isə umum Azərbaycanlılar etiraz etdilər və milionlarca Türk xiyavanlara çıxıb və göstərilər yapdılar. Göstərilərə mudaxilə edən Fars hərbi gücləri onlarca soydaşımızı qətlə yetrdi və minlərcə soydaşımızı yaraladı və ya tutaraq ağır işkəncələr və cəzalar verdi.dak

Azərbaycan türkləri BBC-nin ofisi qarşısında etiraz aksiyası keçiriblər

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Mayın 18-də İngiltərənin paytaxtı London şəhərində Güney Azərbaycan Təşkilatının (SAA-UK) təşəbbüsü və təşkilatçılığıyla 22 may (1 Xurdad) hadisələrinin üçüncü ildönümüylə əlaqədar BBC-nin ofisi qarşısında etiraz aksiyası keçirilib.

piketdə Böyük Britaniyada yaşayan və fəaliyyət göstərən əslən güneyli olan azərbaycanlılar iştirak ediblər. Aksiya iştirakçıları üzərində “İran adlanan yer təkcə farslardan ibarət deyil!” sözləri yazılmış plakatlar qaldırıblar.

Plakatlardan birində “İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 30 milyondan artıq azərbaycanlının fundamental hüquqları pozulur” sözləri yazılıb. Azərbaycan türkləri BBC kanalıyla fars dilində radio və televiziya yayımı aparılmasını qınayıblar.

Onlar qeyd ediblər ki, bu kanallar təkcə İran adlanan yerdəki milli azlıqların səsini dünyaya çatdırmasına mane olmur, həm də bununla bağlı xəbərləri özünəməxsus senzuraya məruz qoyur. Piketin sonunda BBC rəhbərliyinə bəyanat təqdim olunub.

Sənəddə bildirilir ki, İran adlanan yerdə azlıq deyil, çoxluqda olan azərbaycanlıların ən adi hüquqları pozulur, ölkədə nəinki Azərbaycan türkcəsində təhsil verən məktəb yoxdur, həmçinin məktəbdə doğma dillərində danışan azərbaycanlı uşaqlar təzyiqlərə məruz qalırlar.

Xatırladaq ki, 2006-cı il mayın 22-si Güney Azərbaycan Milli Hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Təbriz şəhərində “İran” adlanan qəzetdə təhqir xarakterli karikaturaya (Azərbaycan türkləri "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb və “Haray-haray mən türkəm!” deyib.

Sonradan aksiyaların kütləviləşdiyini və bütün Güney Azərbaycanı əhatə etdiyini görən fars şovinist rejimi əvvəlcədən icazə verdiyi mitinqi xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub.

Güney Azərbaycanın bütün şəhərlərində May hadisələrinin üçüncü ildönümü munasibətilə minlərə bildiriş yayılıb

Güney Azərbaycanın Təbriz, Ərdəbil, Urmiyə, Zəncan, Marağa, Maki və başqa şəhərlərində minlərlə 22 may (1 Xurdad) hadisələrinin üçüncü ildönümüylə əlaqədar bildiriş hazırlanaraq əhaliyə paylanılıb. Bildiriş 2006-cı il may hadisələrinin əldə etdiyi qazancların qorunmasının önəmi vurğulanıb və Azərbaycan türklərinin öz haqlarını müdafiə etməyə hər zaman hazır olduğu qeyd olunub.

Xatırladaq ki, 2006-cı il mayın 22-si Güney Azərbaycan Milli Hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Təbriz şəhərində “İran” adlanan qəzetdə təhqir xarakterli karikaturaya (Azərbaycan türkləri "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb və “Haray-haray mən türkəm!” deyib. Sonradan aksiyaların kütləviləşdiyini və bütün Güney Azərbaycanı əhatə etdiyini görən fars şovinist rejimi əvvəlcədən icazə verdiyi mitinqi xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub.

Obamanın bəyanatı İran adlanan yerdə qalmaqal yaratdı

ABŞ prezidenti: "İrandakı prezident seçkisinin nəticəsini gözləyək"

Tehranda "islahatçı" Mirhüseyn Musəvi və "mühafizəkar" Mahmud Əhmədinejadın tərəfdarları arasında qarşıdurma baş verib Seçiciləri Qərbyönümlü namizədin əleyhinə səs verməyə çağıran ali dini rəhbər Seyid Əli Xamneyi təlaşa düşüb Orta Şərqdəki proseslərin, eləcə də dünyadakı bir sıra münaqişələrin bu və ya digər dərəcədə İsrail-Ərəb, daha doğrusu, Fələstin münaqişəsiylə bağlılığı dönə-dönə təsdiqini tapıb.

Məncə, Qarabağ münaqişəsinin indiyədək həllini tapmaması da bu və ya digər dərəcədə Orta Şərqdəki münaqişəylə bağlıdır. Çünki, Avropanın ortasındakı, hazırda müəyyən qədər həllini tapmış Bosniya-Herseqovina və Kosova münaqişələrindən fərqli olaraq, Qafqazdakı münaqişələr ABŞ və Avropadan xeyli uzaqdadır.

Ona görə də Qərb (Avropanın ortasından fərqli olaraq) bölgədə nəhəng iqtisadi və geosiyasi maraqları olsa belə uzaqbaşı münaqişələrin "dondurulması"na üstünlük verir.

Amma ötən ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsi göstərdi ki, bu "dondurulmuş münaqişələr" hərdən çox təhlükəli şəkildə "əriyir". Hər dəfə ABŞ-ın, Avropanın sərhədlərindən bir qədər uzaqdakı münaqişələrin həlli məsələsi gündəmə gələndə İsrail-Fələstin münaqişəsi hər baxımdan digər münaqişələri kölgə altında qoyur, başqa müharibələrə, ziddiyyətlərə diqqəti zəiflədir. Amma onu xüsusi vurğulamağı vacib sayıram ki, İsrail-Ərəb münaqişəsi, bu proses ətrafındakı hadisələr İranın, dolayısı ilə bu ölkədə, öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox Azərbaycan türkünün, 5 milyondan çox digər türk xalqlarının da taleyilə bu və ya digər dərəcədə bağlıdır.

Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın zamanında da Orta Şərq siyasətinin əsas konturları yenidən İsrail-Fələstin münaqişəsinə uyğun biçimlənir.

Roma papası XIV Benediktin bir neçə gün əvvəl bölgəyə səfəri, Holokost qurbanlarının xatirəsini yad etməklə yanaşı, faktiki olaraq Fələstin dövlətinin yaradılmasını dəstəkləməsi, Qüdsdəki Axirət kilsəsindəki dini mərasimi idarə etməsi və s. bəyanatları yeni reallıqların yaranmasından xəbər verir.

Sanki 2 min ildir ki, yəhudiləri İsa peyğəmbərin çarmıxa çəkilməsində günahlandıran xristianlar müsəlmanların, daha dəqiq desək, fələstinlilərin maraqlarından çıxış edirlər. Elə bil ki, İsa peyğəmbəri Roma canişini Pilata satan (bunu xristianlar iddia edirlər) İudanın hərəkətləri xristianların, xüsusən katolik kilsəsinin yadına indi düşüb.

Roma papası XIV Benediktin bölgəyə səfərindən sonra Vaşinqtona gedən İsrailin baş naziri Benyamin Netanyahu Barak Obamanın təzyiqə bənzər təklifləriylə üzləşib. O, İsrail-Fəələəstin münaqişəsinin "iki xalq üçün iki dövlət" prinsipi əsasında həlli ideyasına sadiq olduğunu bir daha bəyanlayıb və Netanyahuya İranın mövqeyinə baxmayaraq Fələstinlə sülh danışıqlarına başlamağı təklif edib:

"Bunlar bir-birindən ayrı, amma bir-birinə təsir göstərən prosesdir". Danışıqlarda Netanyahu İranın nüvə proqramını gündəmə gətirib. Obama kameralar önündə də aparılmış müzakirələrə xüsusi toxunub: "İran nüvə silahı istehsal etməkdən vaz keçməlidir. İranla yaxınlaşma yolları arayırıq.

Diplomatik əlaqələr üçün konkret təqvimlər müəyyənləşdirməyin anlamı yoxdur. İrandakı prezident seçkisinin nəticəsini gözləyək. Amma önəmli dəyişikliklər görməsək, bu ölkəyə qarşı ilin sonunda daha sərt sanksiyalar tətbiq oluna bilər".

ABŞ prezidenti İsrailin baş nazirinə Qəzza üzərindəki embarqonun yumşaldılmasını, humanitar vəziyyətin düzəldilməsini vacib sayıb, 2003-cü ildə qəbul olunmuş "yol xəritəsi"nə görə Şərqi Şəriədəki yeni yəhudi məskənlərinin tikintisinin dayandırılması öhdəliyini xatırladıb.

Vaşinqtona səfəri zamanı Barak Obamaya tarixi "İncil" hədiyyə edən Benyamin Netanyahu diqqəti İranın nüvə probleminə çəkərək Ağ evin bu problemi həll etməək istiqamətində fəaliyyətini alqışladığını deyib: "Mən İranın nüvə silahı əldə etməməsi üçün Birləşmiş Ştatlar adminstrasiyasının səylərini yüksək qiymətləndirirəm.

İran nüvə silahı əldə edəcəyi təqdirdə bizim hamımız üçün təhlükə yarana bilər". Netanyahu onu da bildirib ki, fələstinlilər öz idarəetmə orqanlarına malik olmalıdırlar. Amma o, mətbuata açııqlamasında müstəqil Fələəstin dövlətinin yaradılması haqqında heç nə deməyib. Netanyahu dəfələrlə təkrarlayıb ki, yeni strategiyasının əsasında sülhə doğru üç (siyasi, iqtisadi və təhlükəsizlik) yaxınlaşma durur.

Mətbuat Birləşmiş Ştatların müdafiə naziri Roberts Geyts və Milli Təhlükəsizlik katibi general Cim Consun qatıldığı Obama-Netayahu görüşündə İsrailin güzəştə yaxın olduğunu vurğulayıb. Fələstin dövlət başçısı Mahmud Abbasın müavinlərindən Hebil Əbu Rdaynah Obamanın açıqlamasından məmnun olduqlarını, amma Netanyahunun isə xəyal qırıqlığı yaratdığını deyib.

Müşahidəçilərin fikrincə, bu yaxınlarda Misirə səfər edən ABŞ prezidenti Barak Obama İslam dünyası ilə dialoqla yanaşı, İsrail-Fələstin münaqişəsi, İranla münasibətlərlə bağlı daha konkret bəyanatlar səsləndirəcək. İranda isə iyunda keçiriləcək prezident seçkiləri öncəsi siyasi vəziyyət gərginləşib.

Artıq növbəti prezident seçkilərində rəsmi qeydiyyata alınmış namizədlərin səlahiyyətləri araşdırılıb və nəticəsi adları qeydə alınmış namizədlərə bildirilib. Nəzarət Şurası şikayətlərə baxaraq, son nəticəni mayın 20-də rəsmi şəkildə bəyanlayacaq.

Prezidentliyə namizədləri Nəzarət Şurası ("Şuraye Negəhban") təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs ali dini rəhbər təsdiqlədikdən sonra status əldə edir.

Ali dini rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kursunu müəyyənləşdirir. İranda indiki prezident Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi rəsmi qeydiyyatdan keçiblər.

İranın Seçki Komitəsinin məlumatına əsasən, 400 nəfər komitəyə müraciət edərək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Xatırladaq ki, 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı 1014 nəfər rəsmi qeydiyyatdan keçmiş, İranın Nəzarət Şurası onlardan yalnız 7 nəfərinin səlahiyyətini təsdiqləmişdi.

Bəs, İranın fars-teokratik rejimi ölkədəəki münasibətlərin yumşalmasına imkan verəcəkmi? Barak Obamanın "İrandakı prezident seçkilərinin nəticələrini gözləyək" mesajından nətğicə çıxaracaqmı?

Bu sualların ilkin cavabları tezliklə müəyyənləşəcək. Amma bəri başdan deyək ki, ali dini rəhbər və Xübreqan 1997-ci ildə, demokrat Bill Klintonun prezidentliyi dövründə "islahatçı" Məhəmməd Xatəminin prezident seçilməsinə imkan verdilər. Respublikaçı, sərt xətt tərəfdarı olan Corc Buşun dövründə fars rejimi üçün özünü sərt kimi göstərən Mahmud Əhmədinejadın hakimiyyəti sərf edirdi.

Amma demokrat və İrana əməkdaşlıq əlini uzadan demokrat Barak Obamanın qarşısına yenidən Mahmud Əhmədinejadı və ya onun kimi birini çıxarmaq fars rejiminin quyaya yuvarlanmasını sürətləndirəcək.

Barak Obama dövründə də olmasa da, ondan sonra gələn respublikaçı prezident teokratik rejimlə hərbi yolla danışmaqdan başqa yol görməyəcək. İranın teokratik hakimiyyətinin Barak Obamanın çağırışlarını qəbul edərək "islahatçı" prezident ortaya çıxarması ən azı bu ölkədə Məhəmməd Xatəminin dövründə baş verənlərin təkrarlanmasına gətirib çıxaracaq.

Güney Azərbaycan türklərinin, siyasi təşkilatlarımızın (milli hərəkatımıza, soydaşlarımıza zərbə dəyməməsi şərtilə) yaranan reallıqlardan səmərəli istifadə etməsi vacibdir. Artıq Obamanın sözləri İranda əks- səda verib.

Namizədlərin tərəfdarları arasında münasibətlərin qarşıdurma səviyyəsinə çatması bunun nümunəsidir. Dünən Tehranda, Azad İslam Universitetində "islahatçı" namizəd Mirhüseyn Musəvi və "mühafizəkar" namizəd, indiki prezident Mahmud Əhmədinejadın tərəfdarları arasında qalmaqal, tələbələr arasında qarşıdurma baş verib.

Məlumata əsasən, Musəvinin tərəfdarları Əhmədinejadın tərəfdarlarına hücum çəkərək dava salıblar. Hadisə zamanı Əhmədinejadı dəstəkləyən tələbələrdən bir neçəsi yaralanıb. Yaralananların vəziyyəti qənaətbəxşdir.

Maraqlı ondadır ki, indiyədək siyasi baxımdan mühafizəkarlığı ilə seçilən qurumlar belə bitərəfliklərini bəyanlayırlar. İran Mübariz Ruhanilər Birliyi Mərkəzi Şurasının üzvü Seyid Rza Əkrəmi çərşənbə axşamı bildirib: "Birlik öz əvvəlki mövqeyindədir və prezident seçkilərində bitərəf qalaraq, heç bir namizədi dəstəkləməyəcək.

Namizədlərin ölkədəki mövcud problemlərin həlli üçün yeni həll yolları varsa, əhaliyə bəyanlasın". Seyid Rza Əkrəmi əlavə edib ki, birlik bəyanat yayaraq, əhalini seçkilərdə aktiv olmağa dəvətlə kifayətlənəcək: "Namizədlər öz platformalarını və proqramlarını açıqlamalıdır.

Onlar platformalarını açıqlamaqla əhaliyə səs verməkdə daha düzgün qərar qəbul etməyə kömək edə bilərlər. İnflyasiya, işsizlik, gənclərin ailə qurmalarında qarşıya çıxan problemlər və digər bu kimi məsələlər haqda namizədlər öz proqramlarını açıqlamalıdırlar". Dünən isə İranın ali dini rəhbəri ayətulla Əli Xameneyi seçiciləri Qərbyönümlü namizədə səs verməməyə çağırıb.

Televiziya ilə çıxışında ali dini rəhbər deyib ki, İranın düşmənlərinə təslim olan namizədlər ölkəni rüsvay edirlər və onlar seçilməməlidir. Dini lider bildirib ki, əgər seçicilər beynəlxalq arenada mövqeyinin təmin edilməsi üçün Qərb dövlətlərinə yarınan namizədə səs versələr, bu, ölkə üçün fəlakət gətirəcək. Əli Xamneyi indiki hökuməti "ölkənin problemlərinin həlliylə məşğul olan və xalqa xidmət göstərən hökumət" adlandırıb.

O, İran prezidentinin adını çəkməsə də, dolayı yolla Əhmədinejada dəstək verib: "Elə adama səs verin ki, düşmənlərə və zor deyən dünya fövqəldövlətlərinə boyun əyməsin, onların qarşısında dayanmağı bir dəyər kimi qiymətləndirsin və xalqı biabır etməsin".

Ayətullah Xamneyi prezident seçkisində "islahatçı" namizədlərin qələbəsi təqdirində hökumət qurumlarında vəzifə tutacaq şəxslər barədə xəbərdarlıq edib: "Əgər seçkidən sonra ölkənin müxtəlif siyasi və iqtisadi mərkəzlərində müstəmləkəçi Qərb hökumətlərinə yaltaqlanan şəxslər vəzifəyə gəlsələr, bu, xalq üçün müsibət sayılacaq".

Qeyd edək ki, İranın daxili və xarici siyasətindəki əsas qərarların qəbulunda son sözü ayətullah Xamneyi deyir. İndiyədək onun prezident seçkisində hansı namizədə dəstək verməsi seçkilərin nəticələrində əsas rol oynayıb.

Bu dəfə vəziyyət bir qədər fərqlidir. Seçicilər İranın İraqa çevrilməməsi üçün Xamneyinin sözünə qulaq asmamalıdır. Çünki Obama İrandakı prezident seçkilərinin nəticələrini gözləyir.

Təbriz Quzeyli