azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Mayıs 2009 Pazartesi

Vasif Namazsoy “Beynəlxalq arenada Türkiyə, Qazaxıstan və Türkmənistan kimi türk dilli ölkələrlə əlaqələrimiz var

Bu gün gənc nəsilin tərbiyəsində idmanın mühum rolu var və hər bir millətin fiziki cəhətdən,sağlam nəsilinin formalaşmasında idman mühum rol oynayır. Son vaxtlar dövlət səviyyəsində idmana böyük diqqət var və artıq idmançılarımız beynelxalq yarışlarda nailiyyətlər əldə edirlər. Azərbaycanın üç rəngli bayrağını zirvələrə qaldırırlar. Bu gün belə bir idman növlərindən biridə Türk döyüş Sənəti (SAYOKAN-dır) SAYOKAN nədir və bu idman növü haqqında məlumat almaq üçün SAYOKAN nın Azərbaycan üzrə təmsilcisi Vasif Namazsoyun Bakı Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi

Vasif bəy xöş gördük. Sizə ilk sualımız Azərbaycana yeni gətirdiyiniz döyüş sənəti SAYOKAN la bağlıdır. Bu haqda oxucularımıza bilgi vermənizi istərdik.

ilk öncə müsahibə üçün təşəkkür edirəm, məlum oldugu kimi Sayokanda başqa döyüş sənətləri kimi, dünyada əlaqəli döyüş sənəti kimi tanınmaqdadır. Ancaq Sayokanın başqa döyüş növlərindən bu döyüş növünün türk döyüş sənəti olduğunu və türk millətlərinin tarixi,mədəniyyəti və ərdəmliyini ortaya qoymaqdadir.

Siz nə vaxtdan SAYOKAN - nın Azərbaycan üzrə nümayəndəliyinin təmsilcisi təyin olundunuz və təyin olduğunuz vaxtdan indiyə kimi hansısa yerli tədbirlər keçirmisinizmi?

Qeyd edim ki, biz 2002 ci ildən etibarən müxtəlif döyüş növləri federasiyaları ilə bərabər işləmişik. Azərbaycanda kyokuşin, aşihara, enşin, tsu şin gen karate növləri kimi yapon döyüş sənətlərini inkişaf etdirmişik. 2004 ildən etibarən Beynəlxalq Döyüş Növləri Assosasiyası Azərbaycan Nümayəndəliyi adı altında fəaliyyət göstərmişik. Sayokanla tanişligimiz 2006 cı ilə təsadüf edir. Ancaq əfsuslar olsun ki, bu döyüş sənətini lap yaxından 2008 ilin dekabr ayinda Türkiyədə tam yaxından taniş olduq. Sayokan Döyüş Sənətinin banisi Yabgu Nihat YİGİT ilə tanış olaraq ondan çox bilgilər əldə etdik. Sayokanın Azərbaycanda fəaliyyətinə 2009 ilin yeni ayı Yanvar ayından başlamışıq. Azərbaycanda yuxarıda qeyd etdiyim mövcud olan qurumumuzun idarə heyyətinin qərarı ilə yanvar ayından etibarən Sayokan Döyüş Sənətini Azərbaycanda yüksək səviyyədə təmsil edəcəyimizə qarşımıza məqsəd qoyaraq hamılıqla qərar vermişik. Artiq beş aydı ki, Sayokan Döyüş Sənəti Azərbaycanda tanıtdırılır və inkişaf etdirilir. Bu 5 ay ərzində 1 respublika seminarı, 1 turnir təşkil etmişik ki, bunuda həm mediada , həmdə yeni web sayt istifadəyə verərək www.sayokan-az.com bu sayt vasitəsi ilə fəaliyyətimizi nümayiş etdiririk. Hal hazırda Sayokan Döyüş Növləri Mərkəzi altında fəaliyyət göstəririk və bu mərkəz rəsmi olaraq qeydiyyata alinmiş bir qurumdur. Bu il hələ bir çox planlarımız var ki, bunlar yaxın zamanda idarə heyyətinin qərarı ilə təsdiq ediləcək və web sayt vasitəsi ilə diqqətinizə çatdırılacaq.

Bu gün Azərbaycanda bir cox idman növləri var,bəs SAYOKAN-nın bunlardan fərqləndirən cəhətlər varmı? Yoxsa oda şərq döyüş növlərinin tərkib hissəsinə daxildir ?

Yuxarıda qeyd etdiyim döyüş növləri, hansı ki, Azərbaycanda illərimizi bu döyüş növlərinin inkişafına xərcləmişik, bu döyüş növlərinin Sayokanla fərqləri ondadır ki, Sayokan öz tarixi keçmişinə, mədəniyyətinə və milli dəyərlərinə söykənən bir Türk Döyüş Sənətidir. Onu da qeyd etmək istərdim ki, Sayokan Döyüş Sənəti yapon və çin döyüş sənətlərindən fərqli olaraq insanların dini etiqadına mudaxilə etmir, yanı bu döyüş sənətində heç bir dini ayinlər fəaliyyət göstərmir.

SAYOKAN nın beynelxalq tedbirləri əsasən hansı ölkələrdə keçirilir. indiyə kimi belə bir tədbirlər keçirilbmi?

Sayokan dünya arenasında qəbul edilən bir döyüş sənətidi, və bu döyüş sənəti avropa, asiya,amerika hətda afrika qitələrində mövcud olan ölkələrin bir çoxunda fəaliyyət göstərir. Dünya Sayokan Federasiyası və Avroasiya Sayokan Federasiyası tərəfindən bu ölkələrə nəzarət edilir. Sayokan bir Türk Döyüş Sənəti olmagina baxmayaraq, bir çox avropa ölkələrində və amerikada belə Sayokan Döyüş sənətinin cəng meydanları , yarışları və müxtəlif tədbirləri həyata keçirilir. Sayokanda ən aktiv qurum kimi Böyük Britaniyada yerləşən Tanyu İsa Elemdagın rəhbərlik etdiyi Avroasiya Sayokan Federasiyasıdır.

Azərbaycan türk torpağı olduğuna görə bu gün həqiqətəndə SAYOKAN kimi milli idman növlərimizin ölkəmizdə inkişafı zəruridir. Bu həmdə gənc nəsilin fiziki mənəvi və ideoloji cəhətdən tərbiyəsində mühüm rol oynayar. Bu gün Türk dünyası ilə əlaqələriniz hansı səviyyədədir ?

Qeyd edim ki, Sayokan Azərbaycanda fəaliyyət göstərəndən sonra bir çox klublar və başqa döyüş sənətlərindən bizim Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinə axın var. 3 ayliq kurs sahəsində biz mərkəzimizin bir neçə fililaın açmışıq ki, bunlardan Bakı – Ramanı, Suraxanı, Günəşi, Əhmədli rayon və qəsəbələrində, Sumqayıt şəhərində 5 bölmə,Beyləqan şəhəri, Füzuli rayonu, Gəncə, Agdam kimi regionlarda bölmələrimiz var. Bu gənc nəslin milli ruhda olmasına dəlalət edir ki, onlar Sayokana maraq göstərirlər. Beynəlxalq arenada Türkiyə, Qazaxıstan və Türkmənistan kimi türk dilli ölkələrlə əlaqələrimiz var və bu əlaqələr artmaqdadır.

Sizə dövlət səviyyəsində dəstək varmı?

Hələ heç bir dövlət qurumuna kömək barədə müraciət etməmişik, səbəb isə rəsmi qurumumuzun qeydiyatdan keçməməsiidi. Artıq rəsmi şəkildə dövlət qeydiyyatından keçmişik,yaxin zamanda Azərbaycan İdman və Gənclər Nazirliyinə rəsmi müraciət edəcəyik.

İnaniriq ki,SAYOKAN Azərbaycanda digər idman növləri arasında özünə yer tutacaqdır. SAYOKAN çıların səsi daim beynelxalq yarışlardan gələcək və Türk dünyasının inteqrasiyada sizin idmançılarınız öz töhfələrini verəcəklər. Vasif bəy Tanrı Sizə bu yolda yar olsun.

Çox sagolun, məndə öz növbəmdə sizə və sizin kollektivə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi adından müsahibə üçün təşəkkür edirəm.
Söhbətləşdi: Elnur Eltürk

Hiç yorum yok: