azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

27 Aralık 2008 Cumartesi

«Türkdilli xalqların ilk telekanalı yaranır»

«Türkdilli xalqların ilk telekanalı yaranır»

Tahir Aydınoğlu və Ülviyyə Vəliyeva
Ülviyyə Sabirqızı



Gələn ilin yanvarından etibarən Türkiyədə «Türk Musiqi Birliyi» adlı televiziya kanalı fəaliyyətə başlayacaq. Bu telekanalda bütün türk dövlətlərinin musiqiləri səsləndiriləcək. Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - telekanalın Azərbaycan təmsilçiliyinin rəhbəri Tahir Aydınoğlu dedi. Onun sözlərinə görə, bu telekanalı yaratmaqda məqsəd türkdilli xalqları bir araya gətirməkdir: «Türkdilli xalqların ilk telekanalı musiqi kanalı olaraq ərsəyə gəldi. Bu ideyanı bütün türkdilli ölkələr müsbət qarşıladılar. Həm ictimaiyyət, həm də dövlət səviyyəsində bizə qucaq açıldı».

«Türk Musiqi Birliyi» kanalının rəhbəri Naim Burak Elçi Türkiyədə bir neçə musiqi telekanalının yaradıcısıdır. O, bu işə böyük həvəslə başladığını dedi: «Heç bir türkdilli dövlət diqqətdən kənarda qalmayacaq. Bütün türk xalqlarının gənc sənətçilərinin kliplərini yayımlayacağıq».

Yeri gəlmişkən, bu işlə gənc bəstəkar, telekanalın Azərbaycan üzrə musiqi meneceri Ülviyyə Vəliyeva məşğul olur. Bakı Musiqi Akademiyasının məzunu olan bu xanın tanınan və tanınmaq arzusunda olan istedadlı gənclərin mahnılarını və kliplərini toplayıb, İstanbuldakı mərkəzi studiyaya göndərir: «Orada da jüri var, onlar ən səviyyəli klipləri efirə buraxacaqlar».

Musiqi kanalının xarici əlaqələr departamentinin rəhbəri Nazilə Abbaslı isə bizimlə söhbətində kliplərin bu telekanalda təmənnasız nümayiş olunacağını dedi: «Bu telekanal Beynəlxalq Yayım Şəbəkəsində olduğu üçün artıq iri reklam şirkətlərindən müraciətlər alırıq. Reklamlardan qazanacağımız pul hesabına fəaliyyət göstərəcəyik». Əlavə edək ki, türk xalqlarının musiqi telekanalı Türkiyə və Rusiyanın peyk antenaları vasitəsilə yayımlanacaq. Daha sonralar isə kabel vasitəsilə bütün Avropada izləniləcək.azadliqradiosu

Türkiye ile Irak Arasında Büyük Yakınlaşma

Türkiye ile Irak Arasında Büyük Yakınlaşma


Irak Başbakanı Nuri El Malikinin beraberinde beş bakanla birlikte önceki gün Ankaraya yaptığı ziyarette, PKK terörü ile mücadelenin yanısıra iki ülke arasındaki ekonomik işbirliği ve ticaret de önemli yer tuttu. Bu gelişme iki ülke arasında yeni bir döneme girildiği yorumlarına yol açtı.
Irak Başbakanı Nuri El Malikinin beraberinde beş bakanla birlikte önceki gün Ankaraya yaptığı ziyarette, PKK terörü ile mücadelenin yanısıra iki ülke arasındaki ekonomik işbirliği ve ticaret de önemli yer tuttu. Bu gelişme iki ülke arasında yeni bir döneme girildiği yorumlarına yol açtı.

Irak Başbakanı Nuri El Malikinin Başbakan Tayyip Erdoğan ve iki taraftan ilgili bakanların kendi arasında yaptığı görüşmede, Türkiye ile Irak arasındaki sınırın sıfır noktasında serbest ticaret bölgesi kurulmasında mutabık kalındı. Serbest ticaret bölgesinin sınırın neresinde olacağına dair mevki belirleme çalışmalarına her iki ülke uzmanları kısa süre içinde başlayacak. Maliki ve Erdoğan bu çalışmalardan somut sonuçlar alınması için ilgili bakanlıklara talimat verdiler.





Özel sektör elektrik satacak



Ticari korularda ele alınan bir diğer konu da Irak genelinde ihtiyaç duyulan elektriğin Türk özel sektörü tarafından karşılanması oldu. Kurulacak serbest bölgede, Irakın elektrik ve petrol ürünleri ihtiyacının bir bölümünün karşılanması ve rafineri ile santral kurulması da hedefleniyor.



Turizmde de işbirliği



Türkiye ile Irak arasında diğer alanlarda yapılması planlanan diğer belli başlı çalışmalar da şöyle şekillendi:



* İki ülke arasında turizmin geliştirilmesi için tur operasyonlarının yapabilecekleri faaliyetlerle ilgili fizibilite yapılması,



* Türkiye ile Irak arasında Serbest Ticaret Anlaşması imzalanması,



* Irak’ın tarımsal ihtiyaçlarının karşılanması için, su ve ziraat alanlarında işbirliği,



* Irak’ın ulaşım altyapısının Türk şirketlerince inşa edilmesi,



* Finans ve bankacılık alanlarında ortaklıkların teşviki,



* Türkiye’nin Irak’ın serbest piyasa ekonomisine geçiş programlarına tecrübe aktarımı,



* Kerkük-Yumurtalık petrol boru hattının kapasitesinin artırılması ve Irak doğalgazının Türkiye üzerinden uluslararası pazarlara taşınması. (DHA)

İRANDA SUBAYLARIN SAYI ARTIR

İRANDA SUBAYLARIN SAYI ARTIR

İran Milli Gənclər Təşkilatının rəsmisi Əli Əkbər Esarniya jurnalistlərə açıqlamasında hər dörd gənc oğlan və qızdan birinin nikahdankənar cinsi əlaqədə olduğunu, qanunsuz cinsi əlaqədə olan qızlardan 13 faizinin abort etmək məcburiyyətində qaldığını bildirib.

«Media forum» saytının məlumatına görə, Esarniya gənclər arasında evlilik yaşının artmasının ailələr və cəmiyyətdə ciddi narahatlığa səbəb olduğunu vurğulayıb: «Oğlanlarda evlənmək yaşı 40-ı keçib, qızlarda isə 35 yaşa çatıb».

Hazırda ölkədə 15 milyon gəncin evlilik yaşının ötdüyünü bildirən Esarniya evlənmə yaşının artmasının xoşagəlməz nəticələrə gətirib çıxaracağını vurğulayıb: «İldə subayların sayına 1,5 milyon nəfər əlavə olunur.




«Media forum»

İSVEÇRƏNIN SÜRIX ŞƏHƏRINDƏ AZƏRBAYCAN MƏKTƏBI AÇILIB

İSVEÇRƏNIN SÜRIX ŞƏHƏRINDƏ AZƏRBAYCAN MƏKTƏBI AÇILIB

DAK İnformasiya mərkəzinə daxil olan məlumata əsasən Isveçrənin Sürix şəhərində açılan Azərbaycan məktəbi şərəfli millətimizin Avropada növbəti naliyyətlərindən biridir. Bu məktəbin İsveçrədə açılması uşaqlarımıza Azərbaycanın milli irsinin öyrədilməsi ilə mədəniyyətimizin Avropada yaşaması və dünyada tanınması niyyətini daşıyır.

Məktəbin açılışına dünyanın müxtəlif ölkələrində yaşayan Güney və Quzey Azərbaycandan, Türkiyə Cümhuriyyətindən, Özbəkistan və digər türk dövlətlərindən olan şərəfli insanlar, həm də Azərbaycan-Türk irsini sevərək ona pərəstiş edən insanlar qatılmışlar.

Məktəbin açılışında bu işdə çalışan insanların ölkələrinin bayraqları da vurulmuşdu. Sürix şəhərində məktəbin açılmasında məqsəd Türk övladlarının birlikdə yetişdirilməsidir.

Türkiyə demokratik Avropa ölkəsidir

Türkiyə demokratik Avropa ölkəsidir

Ankara 15-ci İdarə Məhkəməsi prezident Abdulla Gülün rektor təyinatıyla bağlı qərarının qüvvəyə minməsini dayandırdı
Yerli məhkəmə Prezidentin Baş Katibliyinin müdafiə sənədini qəbul etməyib
Ankara 15-ci İdarə Məhkəməsinin "Doqquz Sentyabr" Universiteti rektorluğuna professor, doktor Mehmet Füzunun təyin olunmasına dair Türkiyə prezidentinin qərarının həyata keçirilməsinin dayandırmasının əks-sədası davam edir. Məhkəmə prosesində prezident adminstrasiyası "Prezidentin tək başına verdiyi qərarların məhkəmə nəzarətindən kənarda tutulduğunu, bu səbəbdən davanın tam ləğvinin gərəkdiyi" haqqında müdafiə sənədi təqdim edib. Amma məhkəmə "sorumsuzluq halı" müdafiəsini yetərli saymayıb. Qeyd edək ki, "Doqquz Sentyabr" Universitetində rektorluğa namizəd olub, seçkidə birinci çıxan professor, doktor Sədəf Gidener prezidentin qərarından məhkəməyə şikayət verib. Onun şikayətini, Prezidentin Baş Katibliyindən məhkəməyə göndərilən müdafiə sənədini, məhkəmənin prezidentin qərarının dayandırması haqqında hökmü mətbuatın əlinə keçib.

Göytürk

Müdafiədə universitet rektorunun seçilməsinin prezidentin vəzifə və səlahiyyətləri sırasında olduğu göstərilib. Anayasanın "məsuliyyət və məsuliyyətsizlik vəziyyəti" başlıqlı 105-ci maddəsində prezidentin rəsmən imzaladığı qərar və əmrlər əleyhinə Konstitusiya Məhkəməsi də daxil, digər məhkəmələrə müraciət olunmayacağı əksini tapıb. Anayasanın 125-ci maddəsinin ikinci hissəsində "Prezidentin təkbaşına verəcəyi qərarlar və Yüksək Əsgəri Şuranın qərarlarının məhkəmə nəzarətindən kənarda olduğu" hökmünün yer aldığı vurğulanıb. Prezidentin Baş Katibliyinin müdafiə sənədində rektor təyinatları ilə bağlı dla məhkəmə yolunun bağlı olduğu da bildirilib: "Bu günədək ortaya çıxan Baş Prokurorluq qərarları da prezidentin "universitet rektorlarının seçmək" səlahiyyətinin baş nazir ilə bağlı nazirinin imzalarına gərək olmadan prezidentin təkbaşına yerinə yetirməsini təyin etməkdədir. Qarşı imza qaydasına tabe olmayan rektor seçiminin siyasi cavabdehlik üçün baş nazir və digər nazirlərin imzalarının olduğu digər təyinat qərarlarından sayılaraq məhkəmə yolunun açıq olmasının müdafiə edilməsi Anayasaya açıq şəkildə ziddir". Yuxarıdakı iddiaları irəli sürən Prezidentin Baş Katibliyi professor, doktor Sədəf Gidenerin şikayətilə başlanan davanın rədd edilməsini vacib sayıb, hətta şikayətçinin "yaxşı niyyətli olmadığı" bildirilib. Prezidentin Baş Katibliyi rektor seçkilərində "ən çox səs almanın" namizədlər arasında üstünlük sıralamasının anlamına gəlmədiyini, universitet rektoru ola bilmək üçün "professor, akademik" olmaqdan başqa bir şərtin gərəkmədiyini də qeyd edib. Müdafiə sənədində Üç namizəddən birinin rektor seçməsi üçün prezidentə hər hansı məhdudiyyət qoyulmadığı da, cumhurbaşqanının isə rektor təyin etmək məsələsində mütləq bir seçim haqqının tanındığı fikri əksini tapıb.
Dünən Ankara 15-ci İdarə Məhkəməsi Prezidentin Baş Katibliyinin 8 səhiflik müdafiəsini dəyirləndirib. Hüquqi terminlərlə zəngin hökmdən belə anlaşılır ki, yerli məhkəmə qanunun müəyyənləşdirdiyi üsullara əməl edilmədən müəyyənləşdirilən namizədlər arasından prezident Abdulla Gülün rektor təyin etməsi hüquqa zidd sayıb. Hətta Prezidentin Baş Katibliyinin "sorumsuzluq halı" müdafiəsi də yetərli görülməyib. Məhkəmə heyəti prezidentin qərarının 2 əleyhinə, bir lehinə olmaqla dayandırıb. İndi "Doqquz Sentyabr" Universiteti rektorluğuna professor, doktor Mehmet Füzunun bir həftə rzində daha yuxarı instansiya məhkəməsinə müraciət etməsi gözlənilir. Ankara 10-cu İdarə Məhkəməsi qərarı daha sonra verəcək.

ƏHMƏDİNEJADIN MİLAD BAYRAMI TƏBRİKİ BRİTANİYADA NARAZILIQ DOĞURUB

ƏHMƏDİNEJADIN MİLAD BAYRAMI TƏBRİKİ BRİTANİYADA NARAZILIQ DOĞURUB

Böyük Britaniya hökuməti İran prezidenti Mahmud Əhmədinejadın dekabrın 25-də ölkənin 4-cü telekanalından Milad təbrikinin yayılmasını pisləyib.

Əhmədinejadın dekabrın 25-də yayılan Milad bayramı müraciətində ABŞ və digər Qərb ölkələri dolayı yolla tənqid edilib: « Əgər bu gün həzrət İsa olsaydı, şübhəsiz, xalqların yanında, quldur və ekspansionist qüdrətlərin isə qarşısında dayanardı. O, şübhəsiz, quldurlar, terrorçular, işğalçılar və müharibə tərəfdarları qarşısında dayanaraq eşq və ədalət bayrağını qaldırardı».

«Media forum» saytının məlumatına görə, Əhmədinejadın müraciətinin yayılmasını pisləyən Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: «Əhmədinejad prezidentlik vəzifəsini icra etdiyi müddətdə yəhudilərə qarşı nifrət doğuran sözlər danışıb. Ölkə mediası öz fəaliyyətində azaddır. Lakin 4-cü telekanal bir şeyi nəzərə almalıdır ki, Əhmədinejadı dəvət etməsi bizimlə dost ölkələrin də narahatlığına səbəb olub».

İsrailin Böyük Britaniyadakı səfiri də Əhmədinejadın müraciətini məhkum edərək İranda xristianlığa keçənlərin edam təhlükəsi ilə üz-üzə qaldığını deyib: «İranda islamı tərk edib xristianlığı qəbul edənlər edamla üz-üzə qalır. Öz ölkəsində həzrət İsa tərəfdarlarını dar ağacına göndərən bu diktatorun xristianların peyğəmbəri barədə fikir irəli sürməsinə icazə vermək düzgün deyil».




«Media forum»

"Azərbaycan Ankaranın Qafqaz strategiyasında ciddi faktordur"

"Azərbaycan Ankaranın Qafqaz strategiyasında ciddi faktordur"

Sedat Laçıner: "Rəsmi Bakının mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil"
Türkiyənin Qafqaz regionu ilə bağlı siyasi prioritetlərini qlobal güclər müəyyənləşdirsə də, lokal siyasətinin formalaşmasında əsas rollardan birini Azərbaycan oynayır.
Türkiyədəki Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) direktoru Sedat Laçıner "Trendnews"a açıqlamasında bildirib ki, "Azərbaycanın mövqeyini nəzərə almadan Türkiyənin Qafqaz siyasətində ciddi dəyişikliklər etməsi mümkün deyil".
Avropalı ekspert Svante Kornel Türkiyənin region siyasətinin müəyyənləşməsində Azərbaycanın mövqeyinin böyük rol oynadığını düşünür. Ekspert, xüsusuilə Qarabağ məsələsində və Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın mövqeyinin Türkiyə üçün həlledici rol oynadıını bildirir: "Türkiyədəki bəzi qüvvələr Türkiyə-Ermənistan sərhəddini açmaq istəsələr də, bu günə qədər sərhədlərin açılmamasının əsas səbəbi Azərbaycanın bu məsələdə mövqeyi olmuşdur".

Türk ekspert Laçıner Azərbaycanın Türkiyənin region siyasətinə təsir gücünü iqtisadi və geostrateji amillərlə əlaqələndirir: "Azərbaycanın enerji mənbəyi olması və geostrateji baxımdan Orta Asiyanın türkdilli ölkələrinə açılan qapı olması, Türkiyənin regional siyasətində Azərbaycanın mövqeyinin nəzərə alınmasını labüd edir".
Ekspert iki ölkə arasındakı milli-mədəni və tarixi köklərin eyniliyini də bu ölkələri bir-birinə bağlayan əsas amil olduğunu düşünür.
Müstəqil ekspert Vəfa Quluzadə isə, Türkiyənin regionla bağlı siyasətində qlobal güclərin maraqları dairəsində hərəkət etdiyini və bölgədəki siyasi prioritetləri də bu qlobal güclərin müəyyənləşdirdiyini bildirib. Politoloqun fikrincə, Türkiyənin lokal səviyyədə müstəqil regional siyasəti olsa da, hətta bu lokal siyasətin müəyyənləşdirilməsində də Azərbaycan heç bir rol oynamır: "Türkiyənin regionla bağlı lokal siyasətinə Azərbaycanın heç bir təsiri yoxdur. Türkiyədən fərqli olaraq, kiçik bir ölkə olan Azərbaycan Ankaranın regional siyasətinə necə təsir edə bilər?".

Türkiyənin TRT kanalında çərşənbə gecəsi yayınlanan və 12 sentyabra aparan yoldan bəhs edilən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildəki

Türkiyənin TRT kanalında çərşənbə gecəsi yayınlanan və 12 sentyabra aparan yoldan bəhs edilən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildəki Mara. qətliamını planlaşdıranların arasında bir il öncə sui-qəsd nəticəsində öldürülən jurnalist Hrant Dinkin adı da yer aldı.

“Qaynar.info”-nun, Türkiyənin “Taraf” qəzetinin bu günkü manşetinə istinadən verdiyi xəbərə görə, TRT-də efirə gedən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildə 100-dən artıq insanın həyatını dəyişdiyi Maraş olayları ekrana gətirilib. Olaylarla bağlı fotoların və görüntülərin göstərildiyi filmdə, sözü gedən qətliamda bir nömrəli şübhəli hesab olunan BBP-li Ökkeş Şendillər, yaşananların ələvi-sünni qarşıdurması deyil, Hrant Dink və tərəfdarlarının qurduğu sol təşkilatların işi olduğunu iddia edib.

Jurnalist Hrant Dinkin böyük ölçülü şəkli fonunda Ökkeş Şendillər bunları söyləyib:
“Bu işi Dink və tərəfdarlarının təşkilatları törətdi. Zatən ölənlərin arasında sünni olmayan 6-7 nəfər var idi”.
Qeyd edək ki, keçmiş soyadı Kenger olan Ökkeş Şendillər, Maraş olaylarına yol açan bombanı içi idealistlərlə dolu olan kinoteatra atmaqda ittiham edilmişdi.

19-26 dekabr 1978-ci ildə Kahramanmaraşda meydana gələn olaylarda rəsmi rəqəmlərə görə 111 nəfər ölüb.

Hadisələr, Türkiyəni 12 sentyabra aparıb çıxaran önəmli döngələrdən biri olaraq göstərilib.qaynar

TRT KÜRD DİLİNDƏ YAYIMA BAŞLADI

TRT KÜRD DİLİNDƏ YAYIMA BAŞLADI


Türkiyə Radio-Televiziya Qurumunun (TRT) kürd dilindəki kanalı test yayımına başlayıb. APA-nın məlumatına görə, dekabrın 25-də yerli vaxtla saat 18.30-da yeni telekanal - TRT-6-nın test yayımına start verilib. Telekanal Türkiyənin Dövlət Himni - İstiqlal Marşı ilə açılıb. Marş çalınarkən fonda türk bayrağı, Atatürkün, Qurtuluş Savaşının və birinci Türkiyə Böyük Millət Məclisinin görüntüləri ekrana gəlib.
Kürd dilinin “kurmançi” ləhcəsi ilə yayıma başlayan kanalda kürd sənətçiləri Rojin və Nilufər Akbalın klipləri efirə verilib. Telekanal 2009-cu il yanvarın 1-də baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimlə rəsmən fəaliyyətə başlayacaq.

THE ISLAMIC REPUBLIC HAS BECOME THE BIGGEST ENEMY OF THE TURKISH LANGUAGE

THE ISLAMIC REPUBLIC HAS BECOME THE BIGGEST ENEMY OF THE TURKISH LANGUAGE

The Islamic Republic has recently increased its efforts towards eradicating the Turkish language within the geographical borders called Iran.

The regime that prevails in Iran has turned towards exterminating the precious Turkish works of art in this country by joining forces with the Persian chauvinists.

The Turks have settled in this geography which is called Iran for thousands of years and during the time of the Great Seljuk Empire. Many historical masterpieces in Iran are the heritage of the Turks of that time.

The Islamic Republic is nowadays trying to eradicate the Turkish language in the Iranian geography, half of its population is composed of the Turks, namely the Azerbaijani Turks, the Turkmens and the Kashghais etc.

The ban, hindering the nations from having an education in their mother tongues still persists in Iran. The names of the villages in Turkmensahra are being altered and the Turkmens are not able to pick Turkish names for their children. In this very period in which the Turkmens are exposed to the propagandas maintained with the aim of assimilation by their enemies (the regime of the Islamic Republic), name alteration news set about coming from the city of Tabriz and other cities of Azerbaijan. These practices are being realized under the pretext of the ban on the use of foreign expressions and the Azerbaijani Turks are being forced to change their Turkish names.

The Islamic Republic wishes to celebrate the demise of the Turkish language in Iran by joining forces with the racist Persian chauvinists. However, this desire will remain a fantasy!.

In an attempt to actualize this project, the Culture Ministry of the Islamic Republic has sent a notice to 590 stores in Azerbaijan to change their names. As a result, 530 stores were obliged to make these alterations. The Turkmens, the Azerbaijani Turks, the Kashghais .. they perfected their mother tongues within the period of thousands of years. This beautiful language has pierced their hearts and became part of their characters.

As Turkmensahra Liberation Organization, we condemn the efforts to put an end to the Turkish language of the Islamic Republic and declare that the Turkish language in this country will survive until the death of the last Turk in Iran.. The Islamic Republic has no other way than destroying the millions of Turkmens, Azerbaijani Turks and Kashghais… in order to attain its aim of eradicating the Turkish language..

Either Turkmen, Azerbaijani Turk or Kashgai, the language is the honor of the entire Turkish nation and this nation will not consent to even a small encroachment on its prosperous linguistic and cultural wealth dating back to thousands of years. The Turkish language, Turkmen, Azerbaijani Turk or Kashgai, will exist as long as the self sacrificing Turkish mothers exist. As long as these mothers live in these territories, their mother tongues will live forever.

سازمان آزادیبخش ترکمن صحرا – تورکمن صحرا آزادلیق قوراماسی

TURKMENSAHRA AZADLYK GURAMASY

TURKMENSAHRA LIBERATION ORGANIZATION

Diktatorların odla oynaması həm özlərini, həm də milləti yandırır

Diktatorların odla oynaması həm özlərini, həm də milləti yandırır



Babək Azəri hüquqçu

Belə deyirlər, qədim zamanlarda bəzi şahlar heç kim onları tanımasın deyə, küçə - bazar adamlarının paltarın geyinib, bir neçə günlük millətin içinə gedərdilər. Bu işdə məqsəd ondan ibarət idi ki, onların sosial, iqtisadi durumun və hökümranlara münasibətini öyrənsinlər. Bu davranış şahlara yardım edirdi ki, ictimaiyyətin gerçəkliklərindən düzgün təsəvvürləri olsun. Hal - hazırda əlaqə texnikası çox inkişaf tapıb. Bunu nəzərə alsaq, belə nəticə çıxarmaq olar ki, dünyanın diktator hakimləri ictimaiyyətin gerçəkləri ilə tanış olmaq üçün yetər ancaq əlaqə texnikasından faydalansınlar. Amma dünyanın müxtəlif yerlərində diktator hakimlərin bioqrafiyasın araşdıranda belə nəticə almaq olur ki, onlar həqiqi dünyada yox, əslində xəyal dünyasında yaşayırlar. Onlarla yaxından əlaqədə olan adamlar, onlara büt kimi pərəstiş edirlər və hər şeyi qaydasında olduğunu göstərmək üçün hakim diktatorlara cəhət verilmiş informasiya çatdırırlar. Əgər bir tənqidi fikir və ya bir etiraz hərəkatı həyata keçə, onu düşmənin sui - qəsd planı kimi təqdim edirlər. Təcrübələr nişan verir ki, uzun zaman bir belə vəziyyətdə olan hakim diktatorların həqiqi dünyadan əlaqələri kəsilib, əslində xəyal aləmində yaşayırlar. Nəhayət ki, hətta özləri də özlərin istisnayi şəxs kimi görürlər. Misal üçün, Səttam Hüseynin məhkəməsində hakim ona xəbərdarlıq edir ki, ancaq özünü müdafiə etsin. Amma, o, axmaqcasına cavab verir: "Səttam Hüseyn o qədər böyükdür ki, Səttam Hüseyni Səttam Hüseynin özü də müdafiə edə bilməz!" Və ya digər bir misalda, İranın son şahı Məhəmmədrza Pəhləvi özünün insandan üstün olduğuna inanırdı. O, İtaliyalı jurnalist Oriyana Falaçıya verdiyi müsahibədə iddia edir ki, ölkənin idarəsi üçün qeyb aləmindən ona məsləhət verirlər. Hətta İranda inqilab olandan sonra, o, məcbur oldu İranı tərk edib, xaricə qaça. Amma bunlara baxmayaraq, o, uzun zaman yaşadığı xəyal dünyasından ayrılmaq istəmirdi. O, bir müsahibəsində belə deyir: "Mən hələ də ümid edirəm ki, İranda baş verən hadisələr bir pis yuxudur və mən tezliklə bu yuxudan ayılacam." İranda baş verən hadisələr pis yuxu deyil, əslində şaha qarşı həyata keçirilən acı həqiqət idi. Nəhayət, o, məcbur oldu bu acı həqiqəti qəbul edib və onun dərdi ilə yaşaya. Məhəmmədrza Pəhləvi xərçəng xəstəliyinə tutulmuşdu, amma bəzi həkimlərin verdiyi məlumata görə, onda olan ruh düşkünlüyü onun ölümünü tezləşdirmişdi. Bundan da əlavə, onun qızı Leyla Pəhləvi 31 yaşında Londonun bir hotelində ruh düşkünlüyü nəticəsində intihar edib, həyatına son qoymuşdu. Qərb mediyasının verdiyi məlumata görə, şahın anası ABŞ - ın Nyu - York şəhərində kimsəsiz, yiyəsiz ölüb, onun dəfni üçün heç kim qabağa düşməmişdi. Elə bu səbəbə görə, şəhərin meri tərəfindən sahibsiz ölü kimi Hartaylənd qəbirstanlığında quyulanmışdır. Şah İranı tərk edəndə hətta atasının uzun müddət torpaq altında qalmış mumyalanmış cəsədin də özü ilə Misirə aparıb basdırmışdı. Çünki inqilab zamanı bəzi ruhanilər onun məzarını ümumi tualetə çevirəcəklərini söyləyirdilər. Inqilab qalib gələləndən sonra Ayətullah Xalxali Rza şahın məqbərəsin ümumi tualetə çevirmişdi. ( Kiş - kişlər olsun, lətifəsi bizdən uzaq! )

İranda inqilab qalib gələndən sonra, çoxları belə fikirdə idilər ki, Məhəmmədrza Pəhləvi xarici ölkələrdə də apardığı pul vasitəsi ilə ömrünün qalanını da şah kimi yaşayacaq. Amma həyat göstərdi ki, o və onun ailəsinin çox acınacaqlı taleyləri oldu. Buna bir sıra ümumi səbəblər var. Bu ümumi səbəblər bais olurlar ölkədən qovulmuş diktator hakimlər xaricdə acı yaşayışları ola.

1.Diktator hakimlərin əlləri hakimiyyətdən kəsiləndən sonra, onlara yaxın olan adamların əksəriyyəti dəyişilib, ona dəstək əvəzi, hətta onu günahkar da çıxarırlar. Çünki onlar heçbir məfkurəyə inanmırlar və əqidə sahibi deyillər. Onlar üçün əsas şəxsi mənfətlərini qorumaqdır. Hakim diktatorun əli qüdrətdən kəsiləndən sonra onu müdafiə etmək onların mənfətləri ilə kəskin təzadlı olur. Bu davranış hakim diktatora keçmişdən pərəstiş edən adamların tərəfindən hakim diktatora çox psixoloji zərbə sayılır.

2.Uzun zaman hakimiyyətdə olan diktatorlar ölkənin milli sərvətlərin talayıb və onu xarici ölkələrə, xüsusən Qərb ölkələrinə köçürürlər. Amma bu iş bu formada deyil ki, öz adlarına bir hesab nömrəsi açıb, pulu ora köçürələr. Bu işi gizli saxlamaq üçün müxtəlif adlarla ticarətin müxtəlif sahələrində pul yatırdırlar və onu da gizli saxlayırlar. Ölkədən qovulandan sonra iddia edirlər ki, milli sərvətdən heç bir şey xaricə çıxartmayıblar. Elə bu səbəb olur ticarət sahəsində onların yerləşdirdikləri pulların çoxu Qərb ölkələrində yeyilir və hakim diktatorlar bununla bağlı heç bir açıqlama verə bilmirlər. Hakimin yenə də xaricə köçən mal - dövlətinin bir böyük hissəsi də mənsub olduğu ölkəsinin şikayəti nəticəsində bu varlıq öz ölkəsinə qaytarılır. Sonda yenə diktator hakim bundan bəhrələnə bilmir. Üst - üstə həyat nişan verir ki, xaricə qovulan diktatorlar oğurladığı pulların çox az bir hissəsindən faydalana bilirlər.

3.Diktator hakimlərə qarşı həyat təhlükəsi bais olur onlar ünvanların gizli saxlayalar və daim polis nəzarəti altında olalar. Elə bu səbəbə görə, onlar vasitəsiz ticarət sahəsində fəal ola bilmirlər. Çox vaxt da məcbur olurlar pulları vasitə ilə işlədələr. O da öz yerində n çox xavtlar onların mal - dövləti heyif olur.

Əlbəttə, xaricə qovulmuş hakim diktatorlara həyatlarının təhlükəsizliyi çox əhəmiyyət daşıyır. Öz həyatların qorumaq üçün hətta ailə üzvləri dünyanın müxtəlif ölkələrinə səpələnirlər və bir adi ailə kimi bir şəhərdə yaşayıb, bir - birləri ilə gəl - ged edə bilmirlər. Misal üçün, Məhəmmədrza Pəhləvi xaricə qaçandan sonra onun ailəsi və qohum - əqrəbəsi dünyanın müxtəlif ölkələrinə dağıldılar, hətta öləndə də müxtəlif ölkələrdə quyulanırlar. Məsələn, şah ölüb Misirdə quyulandı, anası Amerikada və qızı İngiltərə intihar edib, Fransada basdırılıb.

4.Diktatorlar ölkədən sürgün olunandan sonra ölkə daxilində mühakimə olunub, uzun zaman həbsə, ya hətta edama məhkum olunurlar. Rəsmi halda beynalxalq polisə onların cinayətkar olduqları vurğulanır və onları cəzalandırmaq üçün öz ölkəsinə təhvil verilməsi tələb olunur. Bu da bais olur dünyanın çox ölkəsi siyasi və iqtisadi maraqları nəzərə alıb, diktatorlara öz ölkələrində məskunlaşmağa izin verməyələr. Elə bu hesabla qaçqın diktatorların yaşayacağı ölkəni seçməkdə əlləri açıq deyil. Hətta əksər hallarda özləri istəmədən müəyyən bir ölkədə yaşamağa məcbur olurlar. Misal üçün, Etopiyanın keçmiş diktatoru Mengistu Haile Mariam ölkəsini tərk edəndən sonra, ancaq Zimvabedə ona yaşamaq mümükün oldu. 2007 - ci ildə, o, özü hazır olmadan Etopiyada mühakimə olunub və ömrüboyu həbsə məhkum olundu. Amma 2008 - ci ildə bu hökm məhkəmə tərəfindən edam cəzasına çevrildi. Bildiyimiz kimi Zimvabede Rabert Muqabe hakimdir, amma milli demokrat qüvvələrin rəhbəri xatırladıb ki, Mengistu Haile Mariamın burada yaşamağından razı deyil və əgər onlar hakimiyyətə gəlsələr, Etopiyanın sabiq diktatoru gərək ki, Zimvabeni tərk etsin. Bu söz o mənadadır ki, o, öz ölkəsinə təhvil veriləcək və edam olunacaq. Yuxarıda qeyd etdiyim səbəblərə görə, qaçqın diktatorlar oğurladığı pullardan istədikləri kimi faydalana bilmirlər. Azərbaycanlılar arasında bir məşhur söz var, deyərlər: "Qızıldan teştin olsun, amma onun içinə qan qusdun, bu qızılın nə faydası?" Diktatorlar öz davranışları ilə millətin qəzəbinə düçar olub, özlərinin və ailələrinin acı taleyinə bais olurlar. Amma faciə heç də bununla sona çatmır, onların uzun zaman hökm sürdüyü yerlərdə bir növ milli ruh düşkünlüyü yaranır. Tamam təcrübələr nişan verir ki, bir məmləkətdə ki uzun müddət nifrət və intiqam siyasətin əsil canı olanda, belə təhlükə var siyasətdə milli deproşiona, yəni milli kədərə səbəb ola. İnsan öz qabiliyyətinə fərd kimi və birlikdə millətin qabiliyyətinə şübhələnə. Bu halın ifadəsi milli deproşion adlanır və özünü ən çox bu fikirlərdə göstərir : " Bizim ləyaqətimiz elə bu hakimiyyətdir", "Bizim əlimizdən bundan artıq gəlməz", "Biz heç zaman azadlıq üzü görməyəcəyik" və s. Və bəzən də onu öz gücünə inandırmağa çalışanda, bundan artığına layiq olduğunu deyəndə və ona çata biləcəyini söyləyəndə sənə sual verir: "Bizi Avropa ilə bir edirsən ? " Bu yerdə bu cümlənin işlənməsinə mən heç də təccüb etmirəm. Çünki millət içindən qırılıb.

İndi Afrikanın bəzi ölkələrində uzun müddət siyasəti intiqamla, nifrətlə təcrübə edən və uzun müddət vətəndaş savaşına şahid olan millət, milli depreoşondan çıxa bilmir və hətta bəzi bu ölkələrdə deproşion səbəb olub mədəni ictimaiyyətin çağdaş nişanələri bu ictimaiyyətdə məhv ola və onun mədəni strukturunu dağıdıb XV əsrin normaları ilə feodalalizm qayda - qanunu ilə idarə oluna.

Gəlin, tarixdən dərs alaq. Unutmayaq ki, tarix təkcə fakt deyil, həm də dərsdir!



İran islam inqilabi ərəfəsində Rza şahın mumyalanmış cəsədi Misrə aparılmışdı. Çünki onun məqbərəsinin ümumi tualetə çevrilmə təhlükəsi vardı.



Məmmədrza Pəhləvi və atası Rza şahla birgə xoş günlərindən bir görüntü



Məhəmmədrza Pəhləvinin ən kiçik övladı Leyla Pəhləvi 31 yaşında Londonda intihar edib və Fransada dəfin olunmuşdur.



Məhəmmədrza Pəhləvinin anası kimsəsiz ölüm, yiyəsizlərin qəbirstanlığında dəfin olunmuşdur.
azadtribun

İsrail hücuma keçdi: 40 ölü, 70-dən çox yaralı

İsrail hücuma keçdi: 40 ölü, 70-dən çox yaralı


Hava hücumunda 30-dan artıq raket atılıb

Bu gün səhər saatlarında İsrail Qəzza bölgəsinə hava hücumu keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail Hava Qüvvələri hücum zamanı 30-dan artıq raket atıblar. HƏMAS-a məxsus obyektlərin hədəfə alındığı hücumda çox sayda insan tələfatı olduğu bildirilir. HƏMAS yetkililəri bildiriblər ki, azı 40 nəfər ölüb, 70-dən artıq yaralı var.

LENT.AZ

Təbriz şəhərində baş verən partlayış nəticəsində iki nəfər ölüb

Təbriz şəhərində baş verən partlayış nəticəsində iki nəfər ölüb


Təbriz şəhərində baş verən partlayış zamanı bir ailənin iki üzvü həlak olub, ikimərtəbəli bina tamamilə dağılıb. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Təbriz şəhər yanğınsöndürmə idarəsinin məlumatına əsasən, hadisə şənbə günü səhər saatlarında Təbrizin İmamiyyə xiyabanı yaxınlığındakı ikimərtəbəli binada baş verib. Hadisə yerinə Təbriz şəhər yanğınsöndürmə idarəsinin 1 və 4-cü bölmələri göndərilib. Yataq otağında qaz sızmasından baş vermiş partlayişda 26 yaşlı Nadir və həyat yoldaşı 18 yaşlı Səmira həlak olublar.

Hadisə nəticəsində qonşu binaya və yaxınlıqdakı üç avtomobilə ziyan dəyib.trend

GÜNEY AZƏRBAYCANIN SOSİAL DURUMUNA QISA BAXIŞ

GÜNEY AZƏRBAYCANIN SOSİAL DURUMUNA QISA BAXIŞ
İran rəhbərliyi üçün qanun məşğuliyyət olaraq qalmaqdadır
S.SƏDRƏDDİN


İran hakimiyyətinin insanlara verdiyi boş vədlərə etiraz artmaqdadır. İslam Respublikası rəhbərliyi inadından dönməyərək ölkə vətəndaşlarını çörəklə imtahana çəkir. Bu özünü Güney Azərbaycanda daha aydın göstərməkdədir.
"Azadtribun"da "Güneydən xəbərlər" başlıqlı xəbərlərdə də bundan bəhs edilir.

"HİZBULLAH"çı DA HAKİMİYYƏTDƏN GİLEYLƏNİR

Tehran hakimiyyətinin vuran qollarından biri də "Ənsari-hizbullah" adlı basqı qrupudur. İş o yerə çatıb ki, bu dəstənin təmsilçisi də Güney Azərbaycandakı sosial vəziyyətin ağırlığından şikayət edir. "Ənsari-hizbullah"ın Təbrizdəki təmsilçisinin Şərqi Azərbaycan valisinə ünvanladığı müraciətdə deyilir: "Hər nə olursa olsun, bu məktubu sizə yazıram. Ümid edirəm ki, bunun təsiri olacaq və bu vasitə ilə mən imam Xomeyninin xəttinə, rəhbərə xidmət etmiş oluram.
Cənab vali, mən sizə haradan yazım? Mən sizə şəhərin kənarında gecəqondu evlərdə göz yaşı içində gecəni səhərə çıxan, ədalət kəlməsini ac qarına tərcümə edən balaca uşaqlardan yazıram. Ayrı-seçkilik şallağının altında işsiz qalaraq utanıb ölüm arzulayan gənclərdən yazıram. Bilmirəm, bəlkə dövlətin fabrik və zavodlarını idarə edən ədalətsiz, cinayətkar rəhbərlərdən söz açım?
Cənab vali, yumurta, kartof, ət, yağ, meyvə-tərəvəz və başqa məhsulların qiymətindən xəbəriniz varmı? Amma bunlardan xəbərdar olsanız, yaxşı olar.
Televiziyada ərzaq malları reklamları yayılır. Bu zaman pulsuzluqdan ataların üzləri qızarır. Millətə təriflənən ədalət budurmu? Bu ədalət nəticəsində xalqın inqilaba, ruhanilərə və islama münasibəti bədbinləşib. Əmin olun ki, siz bu məktubu oxuyanda şəhərin kənarında yaşayan yoxsul ailələrin uşaqları bilmirlər aclığa dözsünlər, yoxsa qışın soyuğuna".
Təbii qazı ilə dünyanı özünə cəlb etmək istəyən Tehran hakimiyyəti ölkə əhalisini "mavi yanacaq"la bu qış da təmin edə bilmir. Bu günlərdə Ərdəbil əyalətinə yağan qar və şaxtalı hava bölgə əhalisinin yanacaq sarıdan korluq çəkməsinə səbəb olub. Belə bir şəraitdə Meşgin şəhərində də təbii qaz kəsilib. Hakimiyyət təmsilçiləri bunun səbəbini əhalinin bu yanacaqdan çox istifadə etməsi ilə əlaqələndirirlər. Ancaq İslam Respublikasının təmsilçiləri bu il ölkənin soyuq bölgələrində təbii qazın verilməsində fasilələrin yaranmayacağına boyun olmuşdular.
Bu kimi faktlar onu göstərir ki, Tehran hakimiyyəti vətəndaşlara verdiyi sözə əməl etməmək ənənəsini davam etdirməkdədir. Belə bir vəziyyətdə olan İslam Respublikası rəhbərliyi insanların ağır sosial durumundan bir toplumu aşağılamaq üçün yararlanır.

GƏNC AİLƏNİN AĞIR HƏYATINDAN TEHRAN YARARLANIR

"Baybak"ın yaydığı xəbər ölkə televiziyasında nümayiş etdirilən bir film barədədir: "İrqçi Tehran hakimiyyətinin yürütdüyü ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycan ağır iqtisadi durumdadır. Bu isə milyonlarla azərbaycanlının dədə-baba yurdlarını tərk edərək iş dalınca farsdilli adlanan bölgələrə köçməsinə səbəb olur. Bu günlərdə İranda yayımlanan filmlərdən birində çörək pulu qazanmaq ardınca başqa əyalətə köçmüş gənc azərbaycanlı ailəsindən bəhs edilir.
3 nəfərdən ibarət olan bu ailə Kirman yaxınlığındakı Kiyanşəhərə köçüb. Orada onlar mağaraya oxşar bir ev düzəldib ac-yalavac yaşayırlar. Bu dərd azmış kimi, həmin "ev"in yanından keçən farslar onları lağa qoyurlar: "Niyavaran (Tehran yaxınlığında varlıların yaşadığı ərazi, burada şahın sarayı da olub - S.S.) qəsrinə bax!" Filmdə göstərilir ki, həmin ailəni təhqir etmək istəyənlər onlara farsca "qaraçı" da söyləyirlər".
Bunu yerli mütəxəssislər belə dəyərləndirirlər: "Güney Azərbaycan türkləri ilə bağlı bu sayaq filmləri nümayiş etdirməkdə hakimiyyətin niyyəti heç də mövcud sosial problemi araşdırmaq və onu həll etmək deyil. Əslində bu yolla hakimiyyət çalışır ki, ölkə vətəndaşlarının ürəyində rəhm hissini artırsın və rejimə bağlı xeyriyyə qurumlarının hesabına pul köçürülsün.
Ölkə rəhbərliyi bir güllə ilə dörd hədəfə yetişir:
- Azərbaycan türklərini iqtisadi cəhətdən də ayrı-seçkiliyə məruz qoyaraq onları davamlı surətdə çörəyə möhtac edir və yeməklə imtahana çəkir;
- Onları televiziyada bu şəkildə göstərir, ağlayıb-sızlamağa məcbur edir;
- Azərbaycan türklərinin insani və milli qürurlarını bu yolla sındırır;
- Bu vəziyyətdən yararlanan Tehran insanların mərhəmət hissi hesabına varlanır".

AZƏRBAYCANA GƏLƏNDƏ PUL TAPILMIR

İslam Respublikasının rəhbərliyi Güney Azərbaycan ərazisində bir sıra layihələri maliyyə çatışmazlığı ucbatından dayandırıb. Ancaq bunu farsdilli sayılan bölgələrə şamil etmir.
İRİB agentliyinin yaydığı xəbərə görə, yaxın günlərdə Şiraz tərəfdən dəmir yolunun tikintisinə başlanılacaq. 650 km uzunluğunda olacaq bu yol Şiraz - Buşəhr - Asaluyə marşrutudur.
Fars əyalətinin başçısı Məhəmmədrza Rzazadə jurnalistlərə bildirib ki, ilkin mərhələdə dəmir yolunun tikintisinə 850 milyon dollar kredit ayrılacaq. Onun sözlərinə görə, əldə edilmiş razılığa əsasən, xərclərin 50 faizini İranın neft şirkəti öz boynuna götürüb.
Adıçəkilən layihə başlanğıcını Şiraz - İsfahan dəmiryolundan, Məvrdəştdən götürəcək, sonra Şirazın Maharlu gölünün qərbi ilə Firuzabaddan keçərək Ehrama, Buşəhr əyalətinə doğru davam edəcək.
Əyalət başçısının dediyinə görə, Şiraz - Buşəhr - Asaluyə dəmir yolunun tikintisi Fars əyalətinin inkişafı üçün atılan daha bir vacib addımdır.
İran hakimiyyətinin təmsilçiləri çətinə düşdükdə Güney Azərbaycan şəhərlərinə səfərlər edir, yerli əhaliyə çeşidli vədlər verərək özlərini Azərbaycan türklərinə doğma göstərməyə çalışırlar.
Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü ildönümü ərəfəsində Təbrizə səfər etmiş İran prezidenti Mahmud Əhmədinijatın çıxışlarında da bu özünü göstərib. O, türkcə danışıb, təbrizlilərə Azərbaycanı vəsf edən şeiri əzbər deyərək bildirib ki, İslam Respublikasının əsas siyasəti milli (İran milləti nəzərdə tutulur - S.S.) və islami birliyi qorumaq, xalq arasında qardaşlığı, vəhdəti, sevgini möhkəmləndirməkdir. "Azərbaycanlılar və türklər bizim qardaşlarımız, dindaşlarımızdır. Bizim aramızı heç bir qüvvə vura bilməz", - deyə İranın hökumət başçısı bəyan edib. Azərbaycan türklərinin İran tarixindəki rolundan danışan Əhmədinijat bunları söyləyib: "Bu yurdun qeyrətli və hər sahədə qabaqcıl insanları ölkəmizin başucalığı uğrunda çox dəyərli xidmətlər göstəriblər. Qəhrəmanlıq dolu bu xidmət, xatirələr heç vaxt unudulmayacaq. İran Azərbaycan xalqı ilə fəxr edir".
Hökumət başçısı azərbaycanlıların İran - İraq savaşında qəhrəmanlığını, ölkə həyatının çeşidli sahələrində, eləcə də elm, mədəniyyət, sənaye və başqa sahələrdəki qabaqcıllığını alqışlayıb.
Amma baş verənlər bunun əksini, yəni Tehran hakimiyyətinin Güney Azərbaycana, o cümlədən Təbrizə ögey münasibət bəslədiyini sübut etməkdədir. Bunu aşağıda nəzərinizə çatdıracağımız məlumatlar da təsdiqləyir.
Uzun sürən fasilədən sonra İslam Respublikası Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığında yerləşən eyniadlı gölün üzərindən körpü açıldığını elan etdi. Ancaq onun bu təntənəsi çox çəkmədi.
"Baybak"ın məlumatına görə, Danimarkanın "COWI" şirkəti Urmiya gölünün üstündə körpü tikintisinin monitorinqini aparıb. Şirkət körpünün standartlara cavab vermədiyini bəyan edib. Qurum İran hakimiyyətinin müvafiq məsul şəxslərinə tikintinin düzgün aparılmaması ilə bağlı etirazını bildirib. Şirkət körpünün dayaqlarının təhlükəli olduğunu İslam Respublikası təmsilçilərinə çatdırıb. Ancaq Güney Azərbaycandakı bütün işlərə dırnaqarası baxan hakimiyyət danimarkalıların rəyini nəzərə almayıb. Ona görə də şirkət bölgəni tərk edərək məsuliyyətin İran rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Yerli müşahidəçilər və mütəxəssislər də körpünün standartlara uyğun aparılmadığını, habelə keyfiyyətsiz betonun duzlu suya davam gətirməyəcəyini, istifadə olunan metal məhsullarının çürük olduğunu söyləyiblər. Onların fikrincə, körpünün bir hissəsi istismara verilsə də, bu iş yarımçıqdır. Bu suüstü yol keçidinin istismara verilməsini İran prezidenti Mahmud Əhmədinijat çəkinmədən "zəfər" adlandırıb. Mənbənin məlumatına əsasən, bu körpünün tikintisi üçün 30 il öncə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Ancaq ötən illər ərzində həmin maliyyə vəsaiti yarımçıq qalmış başqa işlərə xərclənib. Halbuki hakimiyyət Qərbi Azərbaycan əyalətinin əhalisinə körpünün 23 ilə təhvil veriləcəyini boyun olmuşdu.
Xatırladaq ki, ötən ayın ortalarında hakimiyyət bu su hövzəsinin üzərində "iri körpünün inşasının başa çatması" barədə məlumat yayıb. İran mənbələrinin bildirdiyinə görə, bu tikilinin uzunluğu 2276 metr olacaq. Bu körpü Təbrizlə Urmiya arasındakı 245 km-lik məsafəni 120-yə qədər endirəcək. İranın yol və nəqliyyat naziri Həmid Bəhbəhaninin sözlərinə görə, tikilinin başa çatdırılması üçün əlavə olaraq 20 milyon dollar kredit lazımdır.
Xatırladaq ki, hələ 2005-ci ilin dekabrında Təbriz - Urmiya şosesi layihəsinin rəhbəri Mahmud Nəvidi bu tikinti obyektində, o cümlədən Urmiya gölünün üzərindən inşa olunacaq körpüdə işlərin gedişatı ilə maraqlanmaq üçün ərazidə olmuş və demişdi ki, layihə çərçivəsində indiyədək 49,5 milyon dollar xərclənib, layihənin 40 faizi yerinə yetirilib və bütövlükdə işlərin başa çatması üçün 115,6 milyon dollara yaxın vəsait lazımdır. M.Nəvidi qeyd etmişdi ki, son zamanlar layihənin gerçəkləşməsi maliyyə vəsaitinin çatışmazlığı ucbatından dayanmışdı.
Bununla bağlı Qərbi Azərbaycan əyaləti icra başçısı ölkə prezidentinə bu vacib nəqliyyat layihəsinin maliyyə probleminin həlli barədə müraciət edib. Onun sözlərinə görə, prezident Mahmud Əhmədinijat işlərin qısa müddətdə başa çatması üçün lazımi vəsaitin ayrılması haqda göstəriş verib. M.Nəvidinin o zaman dediyinə görə, bu layihə 2007-ci ilin martınadək hazır olmalıdır və layihənin başa çatması üçün 66 milyon dollar ayrılıb.
M.Nəvidi demişdi ki, tikinti işləri sürətlə gedir. Tikintinin sürətləndirilməsi üçün yol beş sahayə ayrılıb. Ən vacib sahə Urmiya gölünün üzərində tikiləcək körpüdür. Hazırda burada daxili beton dayaqların quraşdırılması işi gedir. Tikinti işləri başa çatdıqdan sonra həmin yolla 17 minə yaxın avtomobil hərəkət edəcək.
Bu tikintinin iqtisadi cəhətdən önəmi böyükdür. Adıçəkilən marşrutda layihə işləri başa çatdıqdan sonra Qərbi Azərbaycanla Şərqi Azərbaycanı birləşdirən, başqa sözlə, Urmiya ilə Təbriz arasındakı yolun uzunluğu 260 km-dən 121 km-dək qısalacaq.
Mütəxəssislərin dəyərləndirməsinə görə, 15 illik istismar müddəti ərzində bu yol 303 milyon dollarlıq yanacağın qənaətinə səbəb olacaq.
Bu sahə ilə məşğul olan yerli icraçıların bildirdiyinə əsasən, həmin layihələr maliyyə çatışmazlığı ucbatından tikilib başa çatmır. Təbriz - Urmiya arasındakı yol layihəsi də uzun illərdir öz həllini gözləyirdi. Danimarkalı mütəxəssislərin rəyi isə Tehran hakimiyyətinin "zəfər" adlandırığı işin keyfiyyətini göstərdi.
Başqa bir xəbərdə isə bildirilib ki, Hicri-Günəş təqvimi ilə ilin 9 ayı ötəndən sonra Güney Azərbaycanın Ərdəbil əyalətində həyata keçirilən layihələrin çoxu dayandırılıb. Yaxud onların birdəfəlik ləğv olunması təhlükəsi var.
"Baybak"ın məlumatına görə, bu layihələri məhrumiyyət içində olan Ərdəbil əyalətinə Əhmədinijat hökumətinin "hədiyyəsi" də adlandırırdılar. Ancaq təəssüflər olsun ki, Miyana - Ərdəbil dəmir yolu, Biləsuvarda neft hasilatı, Xalxalda sement zavodunun bərpası və s. layihələr dayandırılıb. Bu layihələrə ayrılan maliyyə vəsaitinin azlığı və həmin planları həyata keçirən şirkətlərin tələblərinin ödənilməməsi işlərin dayandırılmasına səbəb olub. Bu, Ərdəbildəki neft-kimya zavodunun tikintisi layihəsinin də gerçəkləşməsinin üzərinə kölgə salıb. Halbuki Əhmədinijat hökuməti bununla bağlı geniş təbliğat kampaniyası aparmışdı. Həmin planın həyata keçməsi üçün 50 milyon dollar məbləğində maliyyə vəsaitinin ayrıldığı bildirilirdi. Bundan başqa orada 4 il ərzində 100 nəfərin çalışacağı planlaşdırılmışdı. Amma bu təbliğatın qarşılığında zavodun tikintisinə 3 milyon dollar ayrılıb.
Ərdəbil şəhərində yerləşən, Orta Şərqdəki iri parça fabriklərindən biri sayılan "Savalan" adlı müəssisə də artıq müflisləşib. Bu fabrikdə çalışan mindən çox işçi işsiz qalma təhlükəsi ilə üz-üzədir. Onlar gələcək talelərindən narahatdır. "Savalan"da çalışan işçilərdən biri İRNA xəbər agentliyinə bunları deyib: "Təcrübələr göstərir ki, bir fabrik müflisləşəndə oranın rəhbərliyindən qanun əsasında heç nə tələb etmək olmur. Bu isə işçilərin haqqının tapdanması ilə nəticələnir".
Məlumata görə, "Savalan" fabrikinin bu ağır vəziyyətə düşməsinə səbəb hakimiyyətin son zamanlar Çindən həddən artıq və ucuz parça almasıdır. Bununla yanaşı, ölkə rəhbərliyi fabrikin müflisləşməsinin qarşısını almaqdan ötrü bir iş görmür.ayna

26 Aralık 2008 Cuma

İranlı Sürgünlere Iraktan Sınır Dışı

İranlı Sürgünlere Iraktan Sınır Dışı



IRAK hükümeti, Başbakan Nuri el Maliki’nin İran ziyaretinden günler önce, Tahran’a muhalif Halkın Mücahitleri örgütüne bağlı olan ve Bağdat’ta sürgün hayatı yaşayan mültecileri sınırdışı etmeye hazırlanıyor.
IRAK hükümeti, Başbakan Nuri el Maliki’nin İran ziyaretinden günler önce, Tahran’a muhalif Halkın Mücahitleri örgütüne bağlı olan ve Bağdat’ta sürgün hayatı yaşayan mültecileri sınırdışı etmeye hazırlanıyor.

Irak Ulusal Güvenlik Danışmanı Muvaffak el Rubayi, Bağdat’ın 70 km kuzeyindeki Eşref Kampı’nın kapatılacağını ve 20 yıldır burada yaşayan 3 bin 500 İranlı mültecinin sınırdışı edileceğini açıkladı. Hiçbir ülkenin sığınma hakkı vermediği mülteciler, İran’a iade edilmeleri durumunda ölüm cezasına çarptırılacak. Halkın Mücahitleri, bu ay başında AB’nin terör örgütleri listesinden çıkarılmıştı. (DHA)

Qubadakı kütləvi məzarlıqda çatlar əmələ gəlib

Qubadakı kütləvi məzarlıqda çatlar əmələ gəlib

Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqrımı üzrə ekspedisiya qrupu yenidən əraziyə qayıdıb

Qubada tapılmış kütləvi insan məzarlığında artıq xırda çatlar əmələ gəlib. Bunu ANS PRESS-in bölgə müxbirinə açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqrımı üzrə ekspedisiyasının rəhbəri Qəhraman Ağayev deyib. Onun sözlərinə görə, bu barədə instituta məlumat veriləndən sonra ekspedisiya qrupu yenidən əraziyə gəlib. Qəhraman Ağayev məzarlığın sürüşmə təhlükəsi ilə üzləşdiyini bildirib. O qeyd edib ki, tez zamanda məzarlığın cənub hissəsindən arx çəkilməlidir. Artıq icra hakimiyyətinə də bu barədə məlumat verilib.
Quba rayon icra başçısının birinci müavini Yusif Abidov isə ANS PRESS-ə açıqlamasında sabahdan başlayaraq arx çəkilməsi prosesinə start veriləcəyini deyib. «Biz burada şüşə muzeyin yaradılmasında da maraqlıyıq. Layihə üzərində işlər gedir».

Qeyd edək ki, Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıqda aparılan uzunmüddətli qazıntı-tədqiqat işləri başa çatıb və ərazidə şüşə muzey yaradılmalıdır.

Xatırladaq ki, 1918-ci ildə Quba sakinlərinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirilərək kütləvi surətdə basdırıldığı bu ərazi 2007-ci ilin aprel ayında təsadüf nəticəsində aşkarlanıb və həmin vaxtdan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri kütləvi məzarlıqda arxeoloji tədqiqatlara başlayıb. Məzarlıqdan 211 insan kəlləsi aşkar edilib. Onlardan 48-i uşaq, 10-12-si qadın, qalanları yaşlı kişilərin kəllələridir. Ümumi sahəsi 514 kvadratmetr olan məzarlığın 494 kvadratmetr sahəsi işlənilib. 20 kvadratmetr sahə isə gələcəkdə buranı ziyarət edəcək beynəlxalq təmsilçilərə əyani soyqırım faktı kimi göstərmək üçün işlənilməmiş saxlanılıb.

/ANS PRESS/

تبریزده داها بیر حرکات‌چی یوخا چیخیب

تبریزده داها بیر حرکات‌چی یوخا چیخیب
<یمگ سرج="هتتپ://www.voanews.جوم/ازئربایژانی/یماگئس/وئهید-سهیخبئی‌لی.ژپگ">
وئهید سهیخبئی‌لی
ایران‌داکی قئیری-رسمی منبع‌لر داها بیر آذربایجان‌لی فالین یوخا چیخماسی باره‌ده معلومات یاییب‌لار. یئرلی منبع‌لرین بیلدیریلدیگینه گؤره، تبریزین اؤزل اونیوئرسیتئتینده فالیت گؤسترن “آرمان” طلبه تشکیلاتینین مرکزی شوراسینین عضوو وحید شیخبی‌لی ناملوم شخص‌لر طرفین‌دن اوغورلانیب. “یورد” وئب صحیفه‌سی ادعا ائدیر کی، دئکابرین 24-ده بیر نئچه شخص جناب شیخبی‌لی‌نین تبریزدکی ائوینه مراجعت ائدیب‌لر. اؤزلرینی آدی وطنداش‌لار کیمی قلمه وئرن همین شخص‌لر قاپینی وورا‌راق حرکات‌چی‌دان ائوین قاباغیندا ساخلادیغی آوتوموبی‌لی‌نین یئرینی دییشدیرمیی خاهیش ائدیب‌لر. ائودن چیخان وحید بیر داها ائوه قاییتماییب. همین منبع‌لر وحیدین عائله‌سینه ایستینا‌دن هرکاتچینین ناملوم مقصدله آپاریلدیغینی و بو آنادک حاقیندا هر-هانسی معلومات اولمادیغینی بیلدیریر. تبریزلی فا‌لی قاپییا چاغیران آدام‌لارین ائتتئلاات امکداش‌لاری اولدوق‌لاری گومان ائدیلیر. وحید شخبی‌لی 2006-جی ایلین مای عصیان‌لاری زامانی تهلوکه‌سیزلیک اورقان‌لارینین امکداش‌لاری طرفین‌دن هبس ائدیله‌رک، 50 گون مدتینه ائتتئلااتین قاپا‌لی رئژیم‌لی تجریدخاناسیندا ساخلاندیق‌دان سونرا زامینه بوراخیلمیشدی. آردینجا ایسه تبریزین ایسلام اینقیلابی محکمه‌سی اونا 91 گونلوک شرطی هبس جزاسی وئرمیشدی.
بو آرادا، بیر آی اول هبس اولونان آذربایجان‌لی یازار مهممدرزا لوای‌نین اورک چاتیشمازلیغین‌دان اذیت چکدیگی نظره آلینا‌راق زامینه بوراخیلدیغی باره‌ده معلومات‌لار یاییلیب. او و حاضردا هبسده اولان ژورنالیست شاهناز قولامی 2 آی اؤنجه ماشین قزاسی نتیجه‌سینده حیاتینی ایتیرن حرکات فال‌لارین‌دان قولمرزا امانی و اونون 2 قارداشینین اؤلوم حادثه‌سی‌نین موستقیل آراشدیریلماسینا چاغیران مقالا‌لرله چیخیش ائتمیشدی‌لر.
حال-حاضردا تبریزین اومومی رئژیم‌لی هبس‌خاناسیندا آدی جینایتکارلارلا بیرلیکده ساخلانیلان شاهناز قولامی‌نین ایسه قانون‌سوز هبسینه و ساخلانما شرایطی‌نین دؤزولمزلیگینه قارشی اعتراض الامتی اولا‌راق آجلیق آکسییاسی کئچیردیگی و بونا گؤره سههتی‌نین پیسلشدیگی بیلدیریلیر. شاهناز قولامی تنقیدی یازی‌لارینا گؤره تبریزین ایسلام اینقیلابی محکمه‌سی طرفین‌دن 6 آی هبسه محکوم ائدیلیب.

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək



“Azərbaycanda turizmə dair Dövlət Proqramının qəbul olunmaması bizi narahat edən əsas məsələlərdən biridir. Bu məsələ bugünkü kollegiyada müzakirə olunacaq. Azərbaycan bu gün turizm sahəsində çox böyük sürətlə inkişaf edir. Bir neçə ildən sonra turizm sahəsi qeyri-enerji sektorunda özünəməxsus ciddi yer tutacaq”.

Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bütün bu kimi məsələlərin həll olunması üçün bir sıra addımlar atılacaq: “Ən əsas məsələ ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan paytaxtı Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bu tədbir çərçivəsində fevralın ortalarından etibarən bir il müddətində müxtəlif beynəlxalq proqramların keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, il çox maraqlı, zəngin olacaq və mədəniyyət sahəsində irəliləyişlərin həyata keçməsinə əsas verəcək”.

Nazir onu da deyib ki, 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumatlar Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yanvarın 1-dən etibarən nazirliyin rəsmi internet saytında yerləşdiriləcək.

Ə. Qarayevin sözlərinə görə, İslam Mədəniyyəti Paytaxtı İlinin açılış mərasimi 2009-cu ilin fevralın 18-i və 19-da Heydər Əliyev Sarayında keçiriləcək. İki günlük açılış mərasimində müxtəlif ölkələrin nümayəndələri üçün konsert proqramı təşkil olunacaq.

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək

Bakıda İslam Mədəniyyətinin Paytaxtı İlinin açılış mərasimi fevralın 18-də keçiriləcək



“Azərbaycanda turizmə dair Dövlət Proqramının qəbul olunmaması bizi narahat edən əsas məsələlərdən biridir. Bu məsələ bugünkü kollegiyada müzakirə olunacaq. Azərbaycan bu gün turizm sahəsində çox böyük sürətlə inkişaf edir. Bir neçə ildən sonra turizm sahəsi qeyri-enerji sektorunda özünəməxsus ciddi yer tutacaq”.

Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bütün bu kimi məsələlərin həll olunması üçün bir sıra addımlar atılacaq: “Ən əsas məsələ ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan paytaxtı Bakı şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bu tədbir çərçivəsində fevralın ortalarından etibarən bir il müddətində müxtəlif beynəlxalq proqramların keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, il çox maraqlı, zəngin olacaq və mədəniyyət sahəsində irəliləyişlərin həyata keçməsinə əsas verəcək”.

Nazir onu da deyib ki, 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumatlar Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yanvarın 1-dən etibarən nazirliyin rəsmi internet saytında yerləşdiriləcək.

Ə. Qarayevin sözlərinə görə, İslam Mədəniyyəti Paytaxtı İlinin açılış mərasimi 2009-cu ilin fevralın 18-i və 19-da Heydər Əliyev Sarayında keçiriləcək. İki günlük açılış mərasimində müxtəlif ölkələrin nümayəndələri üçün konsert proqramı təşkil olunacaq.

Güneyli yazar Məhəmmədrza Ləvainin sərbəst buraxıldığı xəbəri yayılıb

Güneyli yazar Məhəmmədrza Ləvainin sərbəst buraxıldığı xəbəri yayılıb

Bir ay əvvəl “Ettelaat”ın Əhər idarəsinin əməkdaşlarının həbs etdiyi güneyli yazar Məhəmmədrza Ləvainin zaminə buraxıldığı xəbəri yayılıb. onun ürək çatışmazlığından əziyyət çəkdiyi nəzərə alınaraq sərbəst buraxıldığı vurğulanır. Qeyd edək ki, Məhəmmədrza Ləvai və hazırda həbsdə olan güneyli jurnalist Şahnaz Qulami iki ay öncə maşın qəzası nəticəsində həyatını itirən Milli Hərəkat fəallarından Qulmrza Əmani və onun 2 qardaşının ölüm hadisəsinin müstəqil araşdırılmasına çağıran məqalalərlə çıxış etmişdilər.

Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyası Bakıda keçiriləcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyası Bakıda keçiriləcək


Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyası Bakıda keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Səfir qeyd edib ki, toplantının gələn ilin sentyabrında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkdilli Ölkələrin Parlament Assambleyası Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan parlament rəhbərlərinin bu il noyabrın 21-də İstanbulda keçirilən toplantısında yaradılıb.

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihədə referendumun vaxtı göstərilib

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihədə referendumun vaxtı göstərilib


Əgər parlament sənədi bu gün təsdiqləyərsə, referendum gələn il martın 18-də keçirilə bilər

Milli Məclisin bugün keçirilən iclasında ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilmə vaxtı müzakirə olunur. Millət vəkillərin əksəriyyəti təkliflərin lehinə çıxış edib. Deputatlar konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihənin demokratiyanın məhdudlaşdırılması ilə heç bir əlaqəsinin olmadığını bildiriblər. YAP-in icraçı katibi Əli Əhmədov isə bildirib ki, bu məsələ ortaya çıxandan sonra ictimaiyyət referendumun keçirilməsini dəstəkləyir.

Qeyd edək ki, əgər parlament sənədi bu gün təsdiqləyərsə, referendum gələn il martın 18-də keçirilə bilər./ANS TV/


Konstitusiya Məhkəməsi referendum aktına rəy verib

Konstitusiyaya təklif edilən əsas əlavələr və dəyişikliklər

Idealisit hərəkətçilərin zehməti, matirealistlərin ücrəti....

Idealisit hərəkətçilərin zehməti, matirealistlərin ücrəti....


İdealism mənasi antiq Yunan kələməsində müxtəlif məna daşimiş və o cumlədən, görməkdən *ideo* və şəkil, zahir mənasida daşir. Əntiq zamanin məşhor filosofli (Platon 427 _347 miladan gabaq) bir fikir ortaya goyub və inanirdiki “ Hami mücərəd varilix bu dünyada bir kölgə kimin əsil variqin nəticəsidir, və o əsil variqi ancax fikir və aqila dərk etmək olar”

İdealismin garşisinda materalism felsefesi dayanibdirki orda idea olunurki dunyada olan ən kiçik zərəki atom olsun və ya canli zərəki sill olsun dunyanin guruluşunda iştirak edir və his olunub subutə yetirilməlidir.

Yeni və modern zamanda həm ideal və həmidə materal kələməsi müxtəlif ortaxlada gulanir və insanlar materal kələməsin madi və ideal kələməsin mənəvi mənada gulanilar.

İnsanlar tarix boyu materal huguglara çatmaqiçun məcburyətdə galiblarki ideal guclərdən istifadə edərək madi və materal dəyərlərinə galib gələlər. O zamanki insani matereal yanliz buraxib, təbiki o inana galan ancaq ideal silahi olubdur, və tarix boyu ideal məfkürəsi insalara gahdan materealdanda dəyərli olubdur.

Milli mücadilələrdə toplumu birəşdirən onun mənəvi dəyrləri ilk önmi dşimiş taki madi matereallar. Ama stabi və sulh zamaninda bir toplum çalişib ta matereal dyerləri ələ alarax müxtəlif gaynaxlara əhatəsi olsun. Sulh zamaninda bütölukdə idealismin yerin moral deyerlər alir ki bir toplumun yaşayişinə önəmlidir, məsəla (ganun, ehtiram, hörmət, nəzakət, duzgunluk...).

Bugünki dorumda Güney Azerbaycan hərəkəti fars gədar chovinism hakmyyətinən üzüze bir ədalətsiz mücadlyə durubdur, və təbiki bu ədalətsiz mücadilədə ideal mənəvi deyerlərdilərki Güney Azerbaycan hərəkətçilərin tərəfindədir, və əgər o olmasa mücadilə mutləg dayanacaxdir, onagoraki mücadilə tərəfi madi və matereal baximinda hesabsiz fəgdədir. Bu hərəkətdə hag bizlə oldoquna gora, tarixi başga hagli hərəkətlərkimin gazanacuk egersə ideal yanaşib və mənəvyyati üsdun totsax.

Təbiki Güney Azerbaycanda yaşyan hərəkətşilər həməşə bu gonuda örnək olublar. Və egesə gahdan bu idealism insanlarin zəhmətinə gaçaxçi materealismlər zərbə vurubsalarda zaman ərəfəsində giraqa goyulublar.

Bir neçə gündürki hansi şəxsin tərəfindən hansi migdar pilki hansi ideal organlara(DAK) aidimiş yersiz xəşdənib və o əsasda Səməd bəy aydinliq vermiş. Mən isdyerdim əyni zaman başga moral məsələrki oda madi və matrealism yanaşmalardan təhlukəsi milli hərəkətə az dəyir söz aparam, olsunki bir müsbət nəticə buraxa,

2008 inci ilin yay ayinda Baki şəhərində 3 güneyli hərəkətçi soydaşlarla bir DAK.a mənsub olan idare avrupa idare heyyətilə bir səfərə çixmişdiq. Bu səfərdə bu DAK.in mənsubu yol gaydasin pozan zaman Azerbaycan yol polisi maşinin dayandirib və şxsyyət vəsigəsi tələb edi, polisin sözu axara çatmadan bu şəxs bölə söylədi “ Sən heçbilisən kimlə danişisan, mən Azerbaycani, Avropada təmsil edirəm!!” və əl atdi cebinə və DAK kimligini çixardi. Polis söylədi mən sizin yol gaydasin pozmaqa ganun əsasində sorum var, sizin kim olduquz mni maraxlandirmir... Ozaman əl gedi ceb telefona bvə bir zeng (gecə yarisi) DAKİN.başganiqina...Ki dür yuxudan və bulara söyləki mən kiməm....!

Güneyli qonaxlarimiz biri birinə baxarax bu hərəkəti həzm etməgə çaliçirdilar... İnsan ganun pozuntusun və başga trbyəsiz işlərin idealism hərəkətlərin deyərlərilə dəyişirdi....Bu insan və bu typ yanaşilmaxlar idealism hərəkətçilərə onun duşmanlarindan daha möhkəm zərbə salir,

Güneyli soydaşlar həman yerdə o şəxsin maşinini tərk edib və o insanla ayrildilar.... və deyirdilər” Düşmanin zindanin biz çəkirik və hərəkətin adina keyfi bular..) O əziz soydaş güneye gaydankimin yeniden 3 ay zindana düşdu və zindanda vətənə şeyir yazdi, və Avropa DAK təmsilçisi hələdə gondarma adla 5 ildizli hotelərdə Azerbaycan naminə ləzətdədir....



Bü xatirənin hamisi şahid və faktnandir, şəxsi özəl haglara gora ad aparmadim ama lazim olsa mail vastəsilə faktlari ortya goyabiləm.

O zamanacanki ideal hərəkətçilər başda olmasalar bu hayasiz matereal fürsət axtaranlar milli hərəkətin mənəvi dəyərlərin soal altina aparacaxlar!

Hörmətlə

Davud.savalanogluyahoo.se
azadtribun

Türk dünyasına qarşı aparılan kampaniya

Türk dünyasına qarşı aparılan kampaniya

Yaqub Mahmudov: "Türkiyə torpaqları saxta xəritələrdə Ermənistan torpaqları kimi göstərilən bir zamanda "ermənilərdən üzr istəyək!" kampaniyasına start verilməsi təəssüf hissi doğurur"
Nizami Cəfərov: "Bu kampaniya, ayrı-ayrı qüvvələrin sifarişilə həyata keçirilir, məqsəd dünyanın diqqətini erməni vəhşiliyindən yayındırmaqdır"
Türkiyədə bir jurnalist və bir neçə professorun başlatdığı "ermənilərdən üzr istəyək" kampaniyası Azərbaycanda ciddi etirazla qarşılanır. Gələn ay Azərbaycan parlamentində təmsil olunan partiyaların Türkiyə Böyük Millət Məclisində yer alan partiyaların nümayəndələriylə görüşündə də bu məsələnin müzakirəyə çıxarılması gözlənilir. Millət vəkilləri də bu kampaniyaya etirazlarını bildirirlər. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyir ki, ermənilərin "soyqırım"la bağlı iddiaları uydurmadır. Sadəcə, ermənilər öz cinayətlərini ört-basdır etməkdən ötrü belə iddialar uydurublar.

Rəvan Məmmədli

Əgər Türkiyədə professorlar peyda olaraq türklərin hansısa soyqırımı törətdiklərini qəbul edir, üzr istəyirlərsə, bu, tarixə böhtandır: "Azərbaycanın tarixi torpaqlarını erməni işğalı altında olduğu, tarixi türk torpaqları hesabına Ermənistan dövlətinin yarandığı, Ermənistanın dövlət gerbində Ağrıdağın əks olunduğu, ermənilərin dünyanın hər yerində antitürk təbliğatı apardığı və cürbəcür saxta xəritələrlə Azərbaycan və Türkiyənin tarixi torpaqlarını Ermənistan torpaqları kimi göstərilən bir zamanda Türkiyədə "ermənilərdən üzr istəyək" kampaniyasına start verilməsi məndə yalnız təəssüf hissi doğurur. Ermənilər Azərbaycanın torpaqlarını tərk etməyincə, yalançı soyqırım ideylarndan əl çəkməyincə, onlarla hər hansı əlaqənin saxlanılması bizimi tariximizə ziddir. Şəxsən mən bunun əleyhinəyəm".
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirir ki, hər bir ölkədə xarici donorların
hesabına həmin ölkənin maraqlarına zidd addımlar atanlar olur. Bu, ayrı-ayrı qüvvələrin sifarişi ilə həyata keçirilir. Məqsəd dünyanın diqqətini erməni vəhşiliyindən yayındırmaqdır: "Etiraf edək ki, çox vaxt ermənilər buna nail ola bilirlər. Mən bununla bağlı yalnız onu deyə bilirəm ki, "ermənilərdən üzr istəmək" kampaniyasına start verənlər Türkiyəni təhqir edirlər. Bunun başqa adı yoxdur. Bu, bütövlükdə Türk Dünyasına qarşı kampaniyadır. Mənə elə gəlir ki, həmin kampaniyaya başlayanların türk millətinə heç bir dəxli yoxdur".
Prezident Yanında QHT-lərə Yardım Şurasının sədri Azay Quliyevə görə, bu məsələyə qarşı ilk növbədə cəmiyyət etiraz etməlidir. Çünki elə məsələlər var ki, onun üçün rəsmi mövqe gözləmək düzgün deyil: "Bu gün dünyada erməni hiyləsindən, uydurmasından ən çox əziyyət çəkən ölkə Türkiyədir. Təbii ki, bu əziyyətdən cəmiyyətin də kifayət qədər payı var. Odur ki, mən cəmiyyətin bu məsələyə etinasızlığının əleyhinəyəm. Necə qəbul edirlər ki, Türkiyədə ermənilərdən üzr istəmə kampaniyası start götürüb? Bunun arxasınca nələr gəldiyinin fərqində deyillərmi? Onsuz da ermənilər olmayan şeyi dünyaya sırıyırlar. Xüsusilə Türkiyədəki qeyri- hökumət təşkilatları bu məsələdə daha fəal olmalıdırlar. Bilirsiniz, bəzən belə fikirlər səsləndirilir ki, Türkiyə dünyanın demokratik ölkələri sırasındadır. Orada hər kəs fikrini sərbəst şəkildə ifadə edə bilər. Bu, çox yaxşıdır. Ancaq bu demokratiyanı əldə bayraq edib ölkənin maraqlarının əleyhinə çıxmaq da anlaşılan deyil. Hər halda buna qarşı ciddi tədbirlər görülməlidir".

Soyuq savaş və 21 Azər hərəkətinin aqibəti

P. Sarxanlı
Soyuq savaş və 21 Azər hərəkətinin aqibəti

( Hörməli oxucular! Aşağıda gələn yazı, Durna Dərnəyinin illik 21 Azər mərasimində oxunmuşdur. Burada ortaya qoyulan səntezlər hamısı müəllifin şəxsi düşüncələridir və əsasən bir kültür dənəyi və müxtəlif düşüncələr üçün bir forum nitəliyində olan Durna Dərnəyi ilə əlaqəsi yoxdur.)

Güney Azərbaycan 21 azər hərəkati və Azərbaycan milli höküməti, bir il sonra yani 1946,nin 12 dekabrında yenilgiyə uğramayıb yaşamına davam edə bilsəydi, günümüz dünyasında bu ölkənın necə bir durum və qonumu olmalıydı?

Qonşularına, Orta Duğuya, İslam dünyasına və qərb dünyasının politik və ekonomik strategi və taktiklərinə necə təsirlər qoya biləcəkdi?

Arazın iki tayında yerləşən tarixi Odlar Yurdu milli bir bütöv olaraq hansı durumlardan keçib və günümüzdə hansı durumda yaşamalıydı?

Bu sorğuların cavabını araşdırmadan öncə, başqa bir sorunu yanıtlamalıyıq: Azərbaycan Milli Dövləti nədən ayaqda qala bilmədi?

Bu sorğuya isə gerçəkçi və duyğulardan uzaq bir yanıt verə bilməmiz üçün, İkinci Dünya Savaşının sonlarına doğru və ondan sonra yeni güclər dəngəsi, yeni dünya düzəni, Soyuq Savaş və onun başlanqıc nədənlərinə göz atmalıyıq.



1945, 4 fevraldan 11 fevrala qədər sürən Yalta konfransı; Rozvelt, Çerçil və Stalini, bu müddət içində gözəl Livadya sarayında bir araya gətirmişdi.

Birləşmiş Millətlər Təşkilatının, Sanfransiskoda təsis konfransının bildirgəsi, Yalta konfransında açıqlanmışdı.

Çerçil, Almanyanın əskəri işğalına, Fransanın da qatıldığını, çox çətinliklə, Rozvelt və özəlliklə Stalinə qabul etdirə bilmişdi.

Almanyanın bölünməsi və təzminat ödəməsi xüsusunda anlaşa bilməyən tərəflər, sorunun gələcəyə buraxılmasına qarar vermişdilər.

Yalta Konfransının sonucları:

1- Sovyetlər birlıyı, Almanyanın təslimindən qısa bir sürə sonra, Japonyaya qarşı savaş açmayı və Uzaq Şərq hərbinə qatılmayı qabul və buna qarşılıq, böyük ödünlər əldə etdi: Güney Sakalin ilə ətrafındakı adaların, Port Arthur dəniz üssü və Kuril adalarının Sovyetlərə verilməsi, Monçuryanın Çin hakimiyyəti altında qalmasıyla yanaşı, Sin Kiyang dəmir yolları, hakəza Güney Monçurya dəmir yollarının, Sovyet ilə Çin tərəfindən müştərəkən işlədilməsi, 1924, də Dış Moğulistanda qurulmuş, ancaq Çin tərəfindən rədd edilmiş olan Xalq Cumhuruyəti statosunun qorunması qabul edildi.

2- Almanya üç işğal regyonuna bölünüb, Amerika və İngiltərə öz paylarına düşən bölmələrdən, Fransaya da bəlli bir bölgəni tərk edəcəkdilər.

3- Sovyetlər, Almanyanın 20 milyard dollar təmirat borcu ödəməsini, və Almanya ağır sənayisinin %80,nin yox edilməsini təklif etdilər. Amerika və İngiltərə Sovyet təklifini ağır buldular və 20 milyard ödəmə qonusunu gələcəyə buraxdılar.

4- Birləşmiş Millətlər sorunu: Bu xüsusda danışılan, veto haqqı və üyəlik sorunları idi. Güvənlik Konseyi(Emniyyət Şurası)nın daimi üyələri üçün, veto haqqı tanındı. Üyəlik qonusunda isə Sovyetlər Birliyi, Türkiyə başda olmaqla birlikdə, Sovyetlərlə diplomatik münasibət qurmamış olan Güney Amerika dövlətlərinin, Birləşmiş Millətlər təşkilatına üyə olaraq alınmamalarını təklif etdi. Müzakirələr sonucunda, ortaq düşmən yani Almanyaya qarşı , 1 mars 1945,ə qədər savaş elan etmiş olanların, üyəliyə alınmasına qarar verildi.

5- Polşa sorunu: Warşavada bulunan, keçərgi Polşa hökümətinin, ən qısa zaman içində, gizli səsə dayanaraq, seçgilər düzənləməsi qarara alındı. Polonyanın gündoğan sərhədləri üçün, 1919 Paris Barış Konfransında təsbit edilən, “ Korzon Xətti” qabul edildi. Günbatan sınırları üçün Sovyetlər, “Oder Nisse” çaylarının, təbii xəttini təklif etdilər. İngiltərə Polşanın, Almanyadan torpaq ilhaqına qarşı olduğundan, sərhədlərin təyin edilmə işi sonraya qaldı.

6- Qurtarılan Avrupa haqqında bildiriş: Bu bildiriş vastəsilə, əski Nazi Almanyasının peyki olan ölkələrdə, demokratik rejimlərin qurulacağı, açıqlandı.

7- İran sorunu: Bu dönəmdə, İran üç müttəfiq dövlət arasında bölünüb və Sovyet hegemoyası altında bulunan Cənubi Azərbaycanda, milli hökümət qurma hazırlıqları gedirdi. Sovyetlər, öz jeo-politik stratejisi doğrultusunda, bu milli-demokratik ve sol təmayüllü hərəkəti dəstəkləməyi düşünürdü. Buna qarşılıq, İngiltərə rizayətsizliyini bəyan edib, sorunun çözümü, sonraya ərtələndi.

8- Boğazlar sorunu: Boğazlar statosunun, Sovyetlər lehinə dəyişdirilməsinə, bu durumdan Türkiyənin də xəbərdar edilməsinə qarar verildi.

Sonuc olara: Yalta konfransından, Stalin olduqca məmnuniyətlə, Çerçil isə düşündüklərini əldə edə bilməmənin üzüntüsü içində ayrıldı. Bunun üçündür ki; Çerçil, xatirələrinin Yalta ilə başlayan bölməsinə, “ Dəmir Pərdə” adını verib və Yalta konfransını final olaraq dəyərləndirmişdir. Gerçəkdən də, Yalta böyük ittifaqın sonu olmuş və iş birliyinin yerini, rəqabət və münaqişə almışdı.

İran krizi: 1945,inci ilin dekabr ayının 12,sində, 21 Azər hərəkatının qələbəsilə əlaqədar, fəaliyətə başlamış, Azərbaycan Milli Məclisi qararı ilə, Mir Cəfər Pişəvəri, Azərbaycan milli hökümətinin, baş naziri kimi təyin edildi. Pişəvəri, öz hökümətinə, layiq və uyğun gördüyü, nazirlər heyətini diqqəti nəzərdən keçirdikdən sonra, sürətlə, ölkənin fikri və maddi inkişafı doğrultusunda, çalışmaya başladı.

Bu hərəkət, sadəcə olaraq “Tehran İrticası”, səltənət oliqarşısı və yenicə “Şahənşahlığa” başlamış olan, Mohamməd-Rza Şah deyil, eyni dərəcədə və hətta ondan daha yüsək bir dərəcədə, İngiltərə və Amerika siyasətçilərini, qorxuya salmışdı.

Çünkü bunlar, Cənubi Azərbaycanın, öz qurtuluşunu əldə etdiyi təqdirdə, İranda, məntəqədə və dolaysıyla, dünyada necə etkilər buraxa biləcəyini, yaxşı bilirdilər. Ən azından İran gericilik və irtica sistəmi içində yaşamaya, daha doğrusu, tədricən əridilib, tükənməyə məcbur eilən xalqlar və kültürlər, habələ o zamanlar Sovyetlərin “ sosyalism cənnəti” və sinfsiz toplum təbliğlərinə, səmpat göstərən İran eməkçi və zəhmətkeş sinfləri, özlərini qurtarma aksiya və hücüumlarının qarşısı alınmayacağdı. Buda mərkəzi İran və Farsistanda, sol və Sovyet yanlısı bir hökümətin, iş başına gəlmə ehtimalini, çox gücləndirirdi. Esasən Tudeh Partiyası, bu doğrultuda, əlindən gələni, əsirgəməmişdi.

Belə təməlli bir dəyişilik qarşısında isə, neft dəryasının üzərində oturan, geriçi Ərəb dövlətlərinin başı, qaçınılmaz biçimdə dərdə düşəcəkdi.

Ruslar Cənubi Azərbaycan və İran dostluğu sayəsində, Böyük Peterin əski arzılarını həyata keçirib, üqyanuslara bağlanan, isdi su sahillərinə əl tapacağdı. Bu Stalin və başqa Kreml hakimlərinin, başda gələn planlarından biri idi.

Stalinin bu tasarımı da, Almanyanın bölünməsi, Polşa sərhədlərinin təyini, Doğu Avrupalı başqa ölkələrin, Sovyet hegomonyası altına alınması, Uzaq Doğu adalarının rusların əlinə keçməsi kimi qarşılansaydı,bir baxıma, savaşın əsl məğlubunun, Almanya yox, İngiltərə və ABD,nin olacağı, düşünülə bilərdi.



12 aprel 1945, Franklin Delano Roosevelt, 63 yaşında, təqribən iki ay Yalta konfransından sonra və İkinci Dünya Savaşının sonuna üç aydan az bir zaman varkən, həyatı tərk etdi. Yerinə başqan yardımçısı, Hary Trouman keçdi. Əsasən əkinçi bir ailənin övladı olan Trouman, Potesdam konfransına, ABD,nin başqanı kimi qatıldı. O ilk saatlarda, Stalindən müsbət təsirlər aldı, amma çox qısa müddətdə, Stalinin necə öz hədəflərinə ulaşmaq uğrunda, qurnaz, acımaz və inatçı olduğunu başa düşdü. Trouman, Stalini bir az yumuşatmaq amacıylada olsa, ABD,nin, çox böyük təxrib gücünə sahib bir silaha əl tapdığını, Stalinə söylədi. O, Amerikanın, ilk atom sınağının, başarı ilə sona çatdığını, bizzat Potesdam konfransı sırasında doymuşdu.Stalin isə bunun, Manhathan prujesi adı altında yürüdülən, növə bombası olduğunu, neçə ay öncə casusları vastəsilə xəbər almışdı.

Stalinin cavabı, “ yaxşı, belə silahınız varsa, nədən Japonların başına tökmürsünüz”? Biçimində oldu. Digər yandan, o həmən, öz dış işləri naziri Molotovla əlaqə qurub, dedi; Biz Kurşatovdan, öz işlərinə sürət verməsini istəməliyik. (Kurşatov, Sovyet atom bombası prujesinin, rəhbəri idi.)

Ancaq Trouman, hər yoldan isə, Stalinin, Japonyaya hücum etməsini sağlaya bilib, daha sonra, ilk atom bombalarının, Hiroshima və Nakazakiyə atılmasının əmrini verdi.

Burada, Cənubi Azərbaycanın, məşrutiyət inqilabı, daha doğrusu, Baki neft quyularının qazılmaya başlaması ilə başlayan və İkinci Dünya hərbinin, yaratdığı uyğun şərayit nəticəsində, ofuqlarda parlamaya başlayan milli qutuluş düşünün, necə bir çətin və qarmaşıq uluslararası bir müadilənin, içində qaldığına diqqət edilməlidir.

O zamanlar, bir tərəfdə 4-5 milyonluq Güney Azərbaycan xalqı, yoxsulluq, savadsızlıq, feodalism, bəylər, xanlar, mollalar, müctehidlər, 4-5 yüz nəfərlik, çoxu, yoxsul kəndli və işçi balaları olan, Fədai dəstələri;

Digər tərəfdə, “Tehran İrticası”, Yeni Şahənşah və ailəsi, Pan İranism, anti turkism, bollu neft yataqları, İngilis və Amerika,

Üçüncü tərəfdə isə Churchil, Trouman və atom bombasının qarşısında qalan Stalin və savaşlardan bezgin duruma gəlmiş sovyet əskəri.

Qabaqca bildirdiyimiz kimi, Yalta konfransında, İran və Güney Azərbaycan xüsusunda, Çercçil və Stalinin anlaşmadıqları üçün, Çerçilin istəyi ilə çözüm sonraya buraxılmışdı. Çerçil yaxşı bilirdi ki zaman axışı və Amerikada prezident dəyişikliyi, İran krizini, ingilislərin vəya ən azından, “Dəmir Pərdə” qarşısında, bəlirsiz bir gələcəyə doğru irəliləyən kapitalist dünyanın, lehinə çözə bilərdi.

Aprel 1945,də Roosevelt, Churchilin düşündüklərinin əksinə, dördüncü kəz başqan seçilincə, Sovyetin, İrandan geri çəkilmiyəcəyi kabusu, ingilisləri, büsbütün bürümüşdü. Ancaq, Roosevelt, 82 gün sonra həyata vəda etdib, yerini bir zamanlar, faşist Ko Klux klanının üzviyətini axdaran, həmdə Stalin qarşısında, özünü əməkçilərin temsilcisi kimi göstərməyə çalışan, Hary Trouman tutdu. Beləliklə Çerçil və İngilis politikaçıları, sağlam və güclü bir ABD başqanının araya girməsindən, olduqca məmnun oldular.

Trouman, Potesdam konfransında, tamamilə, İngilislərin xəttini mənimsəyib, İranın, qeydsiz, şərtsiz və mümkün olan ən qısa zaman içində tərk ediməsinə qərara verildi.

Azərbaycan Milli Höküməti təqribən 5 ay bu tarixdən sonra, 12 dekabr 1946,da CİA və İnteligent Servic casusları, ABŞ və İngiltərə askəri strateglərinin, uzaqdan gözətimində, öz qanında boğulub, qısa və məsum ömrünə son verildi.

Potesdam Konfransında, bir çox nədənlərlə isə gerçəkdən, Yalta Konfransında başlayan soyuq Savaş, 1990,a qədər, yani tam 45 il bəzən çox şiddətlə və növə savaşı təhdidi altında, dəvam edib və nəhayət Sovyetlərin dağılmasıyla son buldu.

Güney Azərbaycanda, şahlıq rejminin yıxılışı , daha sonra Sovyetlərin dağılışı və Quzey Azərbaycanın qurtuluşu ilə cücərib, gögərməyə və gəlişməyə başlayan dil- kültür hərəkatı, cürətlə demək olar ki hələ 30 ilə yaxın bir zaman aşımından sonra, siyasi planda özünə bir yer tuta bilməmişdir. Nədən belə olduğu bam-başqa bir danışıq temasıdır. Ancaq burada qısaca diyə bilirik : hələdə, Güney Azərbaycan milli qurtuluş hərəkəti, özünə inanıb, güvənə bilməyib. Böyük qüdrətlərə, şumallı qardaşların aktıf qatılımına və İkinci Dünya Savaşının sonlarında olduğu kimi, fantastik bir şarayitin, ortaya çıxmasına göz tikib. Güney Azərbaycanlılar əyər dünən qabağda gedən komonistlər idisə, bu gündə çox dalı qalmış kapitalistlər və şiddətli anti komonistlərdir. Güney Azərbaycanlı ziyalı, önçü və liderlər, hələdə birbirlərini təhəmmül edəməyən, bireyçi, antogonist, şiddəttlə məncil və el içinə enmə gücündən yoxsun, dərəbəylərdir. Bunun yanında, bu hərəkət gəlcək üçün düşünüb, plan tökməkdən aciz, keçmişçi, məzarşı və xiyalçi bir hərəkətdir. Tabii ki istisnalar, genəl axıntının, cəryanını qısa müddət içində dəyişdirəməz.

İran İslam Cumhurisinin dövründə, xüsusən, Şəriətmədari adı ətrafında gəlişən milli-məzhəbi spontan hərəkətin çöküntüyə uğradılması, Qara Bağın Ərmənilərcə İşğalı, Əliyev ailəsinin, Şumalı Azərbaycanın siyasi həyatına, əl qoyması, 8 illik İran-İraq savaşının, bir baxıma, İranın başarısı ilə sona çatmasıyla birlikdə Güney Azərbaycan xalqının asimilasya və əridilməsinə, qat-qat şiddət verilib, günümüzdə Azərbaycan böyük və kiçik şəhərləri bir yana, böyük v ə kiçik kəndlərdə belə, öz uşaqları ilə farsca danışmaya çalışan manqurtlara çox rastlanır.

Burada, başda sorduğumuz, ikinci sorğunu xatırlatmaq isdirəm; Nədən Güney Azərbaycan Milli höküməti ayaqda qala bimədi?

Sorğunun cavabı, soyuq savaşın, sonuclarından danışdığımız sırada, dolaylı olaraq verilmişdir. O da Qızıl Ordunun, Güzey Azərbaycanı tərk etməsındən sonra araya çıxan güc boşluğu ilə ilgilidir.

Milli hökümət bu qısa müddət içində hələ öz ayağı üstündə dura bilməyib, Stalinə tamamilə bağlı qalmışdı. “Tamamilə” deyirik; çünkü qızıl orduya Azərbaycandan çıxma əmri verildiyində, Fədailərində silahlarını təhvil verməsi istənmişdi.Bu xəbəri duyan Azərbaycan milli höküməti, başqa bir alternativ düşünməyə zaman bulmamışdı. Bundan dolayıdır ki günümüzdə qurtuluş mücadiləsi verən milli-siyasi hərəkətlərın öz ayaqları üsdə dura bilmələri, hər nə bahasına olursa olsun, öz güclərinə dayanmaları, təkid olunmaqdadır.

Bir ata sözümüz deyir ki: “Yel gətirəni, sel aparar”. Bu ən azından, Güney Azərbaycan Milli Höküməti xüsusunda keçərli oldu.

Əyər Təbriz və Səttar Xan döyüşərək və yonca yiyərək məşrutə alıb, “İyalət və vilayət” qanunlarını, ana yasaya yazdırdı isə,

Əyər Şeyx Mohəmməd Xiyabani, öz gücünə dayanaraq “Azadistan” dövləti qurub və onu savunmaq üçün əllərinə silah alıb, döyüşərək öldü isə,

milli dövlət mənsubları, “qardaş qanı tökülməsin” dedilər. Amma bilirik ki Azərbaycanda çox qanlar töküldü, çox insanlar asıldı, ölkənin namusu, qururu və qeyrəti, ayaqlar altda qaldı.

Stalin, istədiklərinin, ən az %90,nını əldə etmişdi. Əyər böyük Peterin vəsiyyəti tam olaraq yerinə yetşmədi isə, bu bir gürcünü çox ilgiləndirməzdi. Stalin yaxşı bilirdi ki ; Cənubi Azərbaycan və İranı tərk etməzsə, üçüncü bir dünya savaşının qarşısında qala biləcəkdi. Churchil və Trouman, birbirini yaxşı anlayıb, qararlarını vermişdilər. Hitlerdən sonra, Stalinin də sırası gələ bilərdi. Atom bombasının da nə olduğu, Hiroşima və Nakazakidə qısa müddət öncə görülmüşdü.

O, öz əldə etdiyi qazanclar və başarıları qoruyub, saxlamaq uğrunda, bir Güney Azərbaycan və 2-3 bənzərini qurban vermək, Stalinin qılına belə toxunmazdı.

O, Baqirof vasitəsi ilə əmrini, Pişəvəriyə təkid etdi: “Kişi sənə deyirlər oradan çıx, çıx də...!”

Güney Azərbaycan xalqı və genəlliklə, bütov Azərbaycan insanı və milləti öz tarixini yaxşı öyrənməlidir, tarixinin harasından mübarizəsinə, həyat yoluna və gələcəyinə işıq tutan dərslər çıxarıb, hansı bölməsini özünə övünc və iftixar simgəsi etməsini yaxşı bilməlidir. Tarix, pambuq qahramanlar düzəldərək, keçmişi bəzəyib, düzəyib, “bir zamanlar bizdə vardıq” demək üçün deyil. Tarix, İnsanlar üçün, düzəldici, yol göstərici, inandırıcı, öyrədici və eyitici rol oynamalıdır. Keçmişini sadəcə olaraq övmək yolunu seçən insanlar, tarixlərindən, həyatlarına yarayacaq heç bir dərs çıxaramazlar və gerçəklər qarşısında cavabsız qalırlar.

Azərbaycan Milli hökümətinin tarixinin özəlliyi, onun həm övünüləcək, həm də öyrənilib dərs alınacaq və gələcək üçün yol göstərici bir məşəl olabiləcək qudrətdə olmasıdır. Yetər ki ona hər cəhətilə yaxşı baxılıb, onun müxtəlif varyantları yaxşı görülsün.

Gurtuluş savaşlarının ən çətinlərindən birini, tam nabərabər bir şərayitdə Türkiyə türkləri yapmışlar və bu əzəmətli dirənış sayəsində, ana yurdlarını, ən azılı düşmənlərin çəngindən qurtara bilmişlər. Eşq olsun o qahramanlara və eləsi qahramanlıqlara! Elbəttə ki yüz ildən artıq bir sürədə, yabancı bir dil və kültürün basqı və əritmə siyasətinə məruz tutulan, hakəza bir çoxlu vətəndaşı manqurtlaşan Güney Azərbaycanı, bir dünya imperyası olan, Osmanlının çöküntüsündən sonra ortaya çıxan durumla qarşılaşdırmaq, yalnışdır. Ancaq yinə də Türkiyə türklərinin şanlı qurtuluş savaşından alacağımız çox dərslər vardır. Güney Azərbaycan mübarizləri, özlərini olduğundan daha çox Türkiyə dil, ədəbiyyat, kültür və tarixini dərindən öyrənib, ürəkdən qavrayıb, mənimsəməyə çalışmalıdırlar. Bu hər şeydən öncə, içimizdə kansər xəstəliyi kimi kök salan, məncillik və dərəbəylik ruhunu yumuşadıb, bəlli bir dəngəyə qoyabilər. Tam öz gücünə dayanmaq, zamanında, başqalarla axılçı alyanslar qurabilmək, var olan hər cür vəsiləni, hədəf yolunda qullanmaq, sadəcə öz yoluna və öz hədəfinə düşünüb, ona inanmaq və hər şəydən önəmlisi geniş xalq külələrinə dayanmaq, çıxaracağımız başqa dərslərdir. Öz varlığını əldə etmək isdəyən bir xalq, gərəkirsə vuruşub, döyüşə biməlidir. Zora dayanan günümüz dünyasında, əlində silahı olmayan bir toplumun səsi yaxşı duyulmaz. Son

Qaynaqlar:

1- 1900-talet I text och Bilder

2- Historier med Historia ( Det bästa dergisi)

3- Världens Historia (aylıq dərgi)

4- Ozgurhayat.org

5- Ilkadimdergisi.com

6- Guntay Gencalp, Azadtribun

Milli hərəkatçının əsəbləri pozulub

Milli hərəkatçının əsəbləri pozulub
Buna türmədə aldığı işgəncə səbəb olub.

21 Azərlə bağlı aksiyalarda həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəalı Nəvid Sultaninin durumu ağırdır. Xanımına istinadən GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, türmədə aldığı fiziki və ruhi işgəncələr Nəvid bəydə əsəb pozğunluğu yaradıb. Xanımı bildirib ki, Nəvid bəy təcili müalicə olunmalı, həbsxanadan buraxılmalıdır. Qeyd edək ki, 20 yaşlı Nəvid bəyi dekabrın 22-də mühakimə edəcəklər.


Hərəkatçılar Evində saxlanılır

Məhkəmə hakimi bunu 40 gün sonra etiraf edib

Noyabr ayında ETTELAAT qüvvələri tərəfindən yaxalanmış Milli Hərəkat fəalları Hüseyn Hüseyni və Abdulla Abbasiye Cavanın həbs edildiyi təsdiq edilib. Həbsdən 40 gün ötəndən sonra Tehran İnqilab Məhkəməsinin hakimi bildirib ki, hər iki hərəkatçı Evin türməsində saxlanılır. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, saxlanılanlar nizamın əleyhinə fəaliyyət göstərməkdə və pantürkizmdə suçlandırılırlar.

Şəhruz Əsədli İnqilab Məhkəməsinə göndərilib

Şəhruz Əsədli İnqilab Məhkəməsinə göndərilib
Hərəkatçı CD-lər paylayırmış

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Şəhruz Əsədli Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, onu məhkəməyə Germi şəhərinin ETTELAAT-ı göndərib. Milli Hərəkat fəalı milli ideyaları təbliğ edən CD-lər yaymaqda suçlandırılır.

-------------------------------------------------------------------
Türkiyə səfirliyinin Gəncədə baş konsulluğu açılacaq


Hulusi Kılıç: "Türkiyədən iş adamları dəvət olunacaq"

"2009-cu ildə Gəncədə Türkiyə səfirliyinin Baş konsulluğu açılacaq. Türk və azərbaycanlı iş adamları arasında ikitərəfli və işgüzar əlaqələrin genişlənməsinə və bundan sonrakı inkişafına təkan vermək məqsədilə türkiyəli iş adamlarının da dəvət olunacağı konsulluğun fəaliyyəti iki ölkə arasındakı münasibətlərin yeni strukturda inkişafı üçün geniş perspektivlər yaradacaq". Məlumatı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç verib. 2009-cu ildə görüləcək işlərdən danışan səfir gələn il Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının keçiriləcəyini, Atatürkün və Nuru Paşanın xatirəsinə abidə ucaldılacağını da qeyd edib. ("OLAYLAR"İA)

Fars rejimi Azərbaycan türklərinə qarşı müharibəyə başlayıb

Fars rejimi Azərbaycan türklərinə qarşı müharibəyə başlayıb

İraqda türk dili rəsmi dil kimi qəbul olunur, İranda isə fars rejimi soydaşlarımızın ana dilində danışmasını qadağan edir
Son günlər İrandan narahatedici məlumatlar gəlir. Sanki fars rejiminin ömrünün axırıdır və o da qızışdığından heyfini millətdən, xüsusən, Güney Azərbaycan türklərindən çıxır. Fars şovinist rejiminin belə hiddətlənməsinin səbəbi nədir? Niyə yenə Azərbaycan türkləri hədəfə götürülüblər?. Farslar türk qanı tökməkdən, türkü repressiyalara məruz qoymqdan doymayıblar? Axı biz farsa nə etmişik?

Təbriz Quzeyli

Azərbaycan türkünün qanı- canı bahasına dövlət qurulub farsın dövləti sayılıb, ondan da ən çox fars yararlanıb. Tarix boyu türk təkcə özünü deyil, farsı da xarici hücumlardan qurtarıb.
Təkcə XX əsrdə-1906-1911-ci il, 1921-ci il, 1946-cı il, 1952-ci il, 1979-cu illərdə farslar (istər Pəhləvi, istərsə də islamçı adlanan fars şovinizmi) yüz minlərlə Azərbaycan türkünü qətlə yetiriblər, soyqırım siyasəti həyata keçiriblər. Bu dəfə də farsın türkə qarşı repressiyası təkrarlanır. Bunun səbəbi də odur ki, fars rusun, ingilisin dəstəyilə hakimiyyəti türkün əlindən almasını unutmayıb. Düşünür ki, əgər dövran tərsinə çönsə, dünya farsla yox, Azərbaycan türkü ilə dil tapmağa çalışacaq. Məhz buna görə fars rejimi Azərbaycan türkünü, milli fəalları, milli təşkilatları yox etməyə, zəiflətməyə çalışır.
... Demokrat Barak Obamanın ABŞ prezidenti seçilməsi Orta Şərqdə yeni dəyişiklər olacağından xəbər verir. Bu dəyişikliklərin əvvəl-axır İranı da öz ağuşuna alması qaçılmazdır. Hindistan-Pakistan münasibətlərinin kəskinləşməsi fonunda Birləşmiş Ştatların qoşunlarını İraqdan çıxarıb Əfqanıstana yerləşdirməsi göstərir ki, Vaşinqton Orta Şərqdə aktivliyini azaltmayacaq. Bu proseslərin hansı istiqamətdə getdiyini indidən söyləmək çətin olsa da, bir o məlumdur ki, yalnız öz hakimiyyətini uzatmaq haqqında düşünən fars rejiminin Vaşinqtonla gizli danışıqlara getməsi üçün istinadların (məsələlərin, variantların) sayı azalır. Nəticədə isə nə dini rəhbər Əli Xamneyi, nə də ki prezident Mahmud Əhmədinejad respublikaçıların zamanında olduğu kimi Birləşmiş Ştatlarla hədəylə, "Şahab"larla qorxutmaq yolu ilə danışa bilməyəcəklər. Yəqin ki, Xübreqan Bill Klintonun zamanında olduğu kimi "islahatçı" prezident Məhəmməd Xatəmini ortaya çıxardığı kimi indi də oxşar addımlara əl atmaq haqqında düşünür. Yenə də İranın yeni, yəni 2009-cu ilin iyununda seçiləcək prezidenti "mədəniyyətlər arası dialoq" kimi ideyalarla ortaya çıxmalı, Birləşmiş Ştatların təzyiqlərini neytrallaşdırmalıdır ki, fars rejiminin hakimiyyətini uzatsın. "Dişlərində şirə qalıb". Xatırladaq ki, 1997-ci ildə Məhəmməd Xatəminin prezident "seçən" dini rəhbər, ayətullah Xamneyi, Xübreqan, Nəzarət Şurası Vaşinqtonun ağzını dağa saldığını düşünürdülər. Əslində isə fars rejiminin öz hakimiyyətini itirmək qorxusu və buna görə də hər cür gizli razılaşmalara getməyə razı olması Birləşmiş Ştatların həm İraqı, həm də Əfqanıstanı sürətlə işğal etməsinin ən mühüm amillərdən biriydi. Əgər tarixi araşdırsaq, məlum olar ki, Corc Buş İran haqqında verdiyi sərt bəyanatları heç Səddam Hüseynin hökmranlıq etdiyi İraq haqqında söyləməyib. İndi məlum olur ki, Birləşmiş Ştatların hər an İranı vurması, müharibənin başlanması haqqında məlumatlar xalqın dəstəyini itirən fars rejimini qorxutmaq, gizli güzəştlərə razı salmaq üçün ortaya atılıb. Məsələn, İraqdakı şiə qruplaşmalarının müqaviməti neytrallaşdırılıb. Görünən budur ki, Vaşinqton öz vətəndaşlarına qan udduran fars-molla rejimini aldada bilib. Əslinə alsa, fars rejimi Birləşmiş Ştatların İraq və Əfqanıstana hərbi müdaxilələrinə ciddi şəkildə mane olmaq iqtidarında da deyildi. İraqın və Əfqanıstanın bir dövlət kimi məhvini arzulayan fars rejimi əksinin şahidi olmaqdadır. Birləşmiş Ştatların dəstəklədiyi və himayəsi altında olan İraq və Əfqanıstan dövləti formalaşmaqdadır. Daha çox qlobal siyasətlə bağlı fikirləri uzatmaq niyyətində deyilik. Amma yuxarıdakı fikrimizi bir daha təkrarlamaq istəyirik ki, fars rejimi demokratlarla başqa dildə danışmağa məcburdur. İranın daxilindəki hakimiyyət çəkişmələrinin güclənməsi isə məhz bu reallıqla bağlıdır. Düzdür, qapalı sistemə malik İranda gedən siyasi proseslər haqqında mülahizələr söyləmək çox çətindir. Amma qlobal reallıqlardan doğan gəlişmələr və xəsisliklə ortaya çıxan məlumatlar İran hakimiyyəti daxilində ABŞ-la münasibətlər qurulması haqqında ciddi müzakirələrin getdiyini söyləməyə müəyyən qədər əsas verir (Yəqin ki, Barak Obama vəzifəsinin icrasına başlayanda İrandakı müzakirələrin nəticələri daha aydın görünməyə başlayacaq). Məsələn, seçkiqabağı İranla dialoqa hazır olduğunu açıqlayan Barak Obama prezident seçildikdən sonra Mahmud Əhmədinejadın onu tələsik təbrik etməsi, xarici işlər naziri Mənuçöhr Müttəkinin həvəsli bəyanatları gizli müzakirələrin nəticəsidir. Eyni zamanda saxta diplomlu daxili işlər nazirinin istefaya göndərilməsi, Tehranın polis rəisinin əxlaqsızlıqda günahlandırılaraq tutulması, "Sepahi-Pasdaran"ın bütün ölkəyə nəzarəti öz əlində cəmləməyə çalışması və s. hakimiyyətdaxili çəkişmələrdən xəbər verir. Bu çəkişmələrin kökündə "ABŞ hansı qüvvə ilə əməkdaşlıq qursun?" fikrinin durduğunu da söyləmək mümkündür.
Amma fars rejimi hakimiyyətdaxili ziddiyyətləri özünün ən böyük düşməni, rəqibi saydığı Azərbaycan türklərinə, milli təşkilatlara, milli fəallara qarşı yönəltməyə çalışır. Bu faktdır və soydaşlarımız kifayət qədər ehtiyatlı olmalıdırlar. Son həftədə Güney Azərbaycan türklərinə qarşı repressiyalar o qədər şiddətlənib ki, sanki fars rejimi soydaşlarımıza qarşı müharibəyə başlayıb.
Məsələn, bu günlərdə milli fəallar Əli Sədiqə, Həmid Vəhid Rzainiyaya və Əkbər Hüseynzadəyə Təbriz İnqilab Məhkəməsində hökm oxunub. Tehran İnqilab Məhkəməsinin 8 aylıq həbsə məhkum etdiyi milli fəal Əmirəli Zəbihinin Təbriz şəhər həbsxanasına köçürülsə də onun müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı bildirilir. Azərbaycan Milli Hökumətinin 63-cü ildönümüylə əlaqədar Urmiya şəhərində keçirilmiş mərasimlər zamanı həbs olunmuş fəal Nəvid Soltaninin vəziyyəti ağırdır, o, işgəncə altındadır. "Ettellaat"ın Urmiyada keçirilmiş 21 Azər mərasiminə basqını zamanı Səid Mahmudi, Hüccət Mahmudi, Sitarə Qasımi (Ulduz), Rəhman Qasımi, Humən Qasımi həbs olunublar. "Ettelaat" əməkdaşları Urmiya Sənət Universitetinə də basqın ediblər. Olar Azərbaycan türkcəsindəki bütün kitabları kitabxanadan yığışdırıblar. Güney Azərbaycan Milli Hərəkatının fəalları Abdullah Abbasi Cavan və onun bacısı oğlu Hüseyn Hüseyni Güney Azərbaycan Məşrutə Hərəkatının lideri, milli sərdar Səttarxanı anma mərasimində saxlanılıblar, hazırda Tehrandakı Evin həbsxanasında saxlanılır, ağır işgəncələrə məruz qalırlar. Xoy İnqilab Məhkəməsi 5 milli fəalı bir il müddətinə həbs cəzasına məhkum edib. Onlar "Evrin" qeyri-hökumət təşkilatı mərkəzi şurasının üzvü Salman İraqi, Urmiya Universitetinin tələbəsi Salar İraqi, Qəzvin Azad Universitetinin tələbəsi Pəyam Elm Qolilu və Urmiya Mexanika Texnikumunun tələbələri Höccət İraqi və Əli Əkbər Abdullahidir. Onlar fars rejiminə qarşı təbliğatda, pantürkizmdə və 2006-cı il etiraz aksiyalarının ikinci ildönümündə vətəndaşları toplantılara çağıran yazılı vərəqələr yaymaqda günahlandırıldığı bildirilir.
Soydaşlarımızın vəziyyəti o həddədir ki, hətta bir müddət əvvəl prezident Mahmud Əhmədnejadla birgə Güney Azərbaycana səfərə gələn ədliyyə naziri Qulamhüseyn İlham Təbriz həbsxanasında olanda məhbusların sayının çoxluğundan heyrətlənib: "Məndə Təbriz və Azərbaycanın şərqində bir belə məhbusun olduğu haqda təsəvvürüm yox idi. Mən istəmirəm İranın müxtəlif vilayətlərinin məhbusların sayı ilə müqayisə edəm. Amma hiss edirəm ki, Güney Azərbaycanın şərqinin parlaq keçmişi və mədəni, ictimai səbəblərdən gərək bu qədər məhbusu olmayaydı. Təbriz həbsxanasında qadınlara aid olan hissəni görmək məni çox kədərləndirdi. Çünki bir belə qadın məhbusun orda olmasını gözləmirdim".
İranın qonşuluğunda, türklərin ana yurdu olan Kərkükdə türk dilinin rəsmi dil olması bölgədə yeni ab-hava yaradıb. Axır ki, türkmən qardaşlarımızın mübarizəsi nəticə verdi. Kürdlərin etirazlarına baxmayaraq, türk dili ərəb və kürd dilləri ilə yanaşı, Kərkük vilayətinin rəsmi dili kimi qəbul olundu. Xüsusən, türk dilinin latın qrafikası ilə qəbul olunması Kərkük türklərinin ən böyük uğurudur. Bu addımın İranda, Güney Azərbaycanda da əks səda yaratması qaçılmazdır. Yəqin ki, məhz bu prosesin qarşısını almaq üçün fars rejimi əks tədbirlər görür. Güney Azərbaycanın şərq vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəis müavini Nasir Vəhidi Mehr bildirib: "Fars dilinin əsilliyi və gücünü qorumaq" məqsədilə Güney Azərbaycanın Təbriz, Ərdəbil, Miyana, Marağa və başqa yaşayış məntəqələrində fars dilində olmayan elanlar, lövhələr və reklamlara qarşı mübarizə aparılacaq". O deyib ki, 2005-ci ildə qəbul olunan "əcnəbi adlar və ünvanlardan istifadənin qadağan edilməsi" barədə qanunun icrasına başlanılıb. Rəis müavini etiraf edib ki, indiyədək 200-dən çox mağaza və ticarət müəssisəsi adlarını və reklam lövhələrini dəyişdirməyə məcbur edilib. Qeyd edək ki, İran rəsmisi "əcnəbi adlar və sözlər" dedikdə isə öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün ana dilindəki adlar və sözləri nəzərdə tutur. İran prezidenti Mahmud Əhmədinejad əslində Güney Azərbaycan Milli Hərəkatının güclənməsinin qarşısını almaq üçün Təbriz səfərə gəlibmiş. O, üç toplantıya qatılıb və gizli planlar barədə danışıqlar aparıb. Yığıncaqların birində Güney Azərbaycanda assimilyasiya siyasətinin daha da gücləndirilməsi və Azərbaycan türkcəsindəki adlara qadağaların qoyulması qərara alınıb.
Son aylarda İranda Azərbaycan türk dilində nəşr olunan dərgilərə qarşı basqılar getdikcə artır. Dekabrın 14-də Güney Azərbaycanın qərb əyalətində, gəlmə kürdlərin çoxluq təşkil etdiyi Mahabad şəhərində soydaşlarımızın Azərbaycan türkcəsi və fars dillərində nəşr etdirdiyi "Bulud" dərgisi bağlanıb. Bu ilin oktyabrında isə Zəncan Universitetində "Kimlik" və "Yoldaş" adlı tələbə dərgilərinin nəşri dayandırılıb. "Yaşıl Yarpaq" adlı tələbə dərgisinin adı onun farscasına - "Berg-i-Sebz" olaraq dəyişdirilib. Ərdəbildə yayınlanan tələbə dərgisi "Görüş"ün növbəti sayının çapda olarkən əngəllənib. Təbriz Universitetində Azərbaycan türkcəsi və fars dilində nəşr olunan bütün tələbə dərgiləri qapadılıb. Urmiya Universitetinin azərbaycanlı tələbəbələrinin buraxdığı "Yağış" dərgisi qapadılıb. Fars rejimi son aylarda "Araz", "Ülkər", "Oyanış", "Aydın Gələcək", "Qıpçaq", "Günəş", "Çənlibel", "Yaşıl Yol", "Ana Yurd", "Səhər", "Açıq Söz" və "Sayan" adlı Azərbaycan türkcəsindəki tələbə dərgilərini bağlayıb.
Güney Azərbaycan iqtisadi cəhətdən də çökdürülür. Bu günlərdə Ərdəbil şəhərində yerləşən və Orta Şərqdə ən böyük parça fabriklarindən biri sayılan "Savalan" fabriki müflisləşib. Fabrikdə çalışan 1000 nəfər işçinin taleyi naməlumdur. Qeyd edək ki, "Savalan" fabrikinin bu ağır vəziyyətə gəlib çıxmasının əsl səbəbi fars şovinist rejiminin son zamanlar Çindən həddindən çox parça almasıdır.
qarın yağmasına və havanın soyumasına baxmayaraq, Güney Azərbaycanın Meşkin şəhərinin qazı kəsilib. Halbuki bir neçə ay əvvəl fars şovinist rejimi söz vermişdi ki, bu il soyuq ərazilərdə qaz kəsilməyəcək.
...Bir sözlə, fars rejimi Güney Azərbaycan milli hərəkatına hər tərəfdən zərbə vurmağa çalışır. Milli fəallar isə Güney Azərbaycanın istiqlalı naminə məqsədyönlü siyasət yeritməlidirlər ki, fars molla rejiminin hücumunu mümkün qədər neytrallaşdırmaq mümkün olsun.

MAHMUD ƏHMƏDİNEJAD SON 3 İLDƏ ONA QARŞI 40 MİN YALAN DANIŞILDIĞINI DEYİB

MAHMUD ƏHMƏDİNEJAD SON 3 İLDƏ ONA QARŞI 40 MİN YALAN DANIŞILDIĞINI DEYİB


Dekabrın 25-də Qum şəhərində ruhanilər qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad hakimiyyət daxilindəki müxaliflərinin son üç ildə ona və hökumətinə qarşı 40 min yalan danışdıqlarını bildirib.

«Media forum» saytının məlumatına görə, hökumətinin tənqidçilərini kəskin pisləyən Əhmədinejad müxaliflərinin ona böhtan atdıqlarını bildirib. İran prezidenti müxaliflərinin onun ölkənin Valyuta Ehtiyat Fondundan qanunsuz olaraq milyardlarla dollar götürdüyü barədəki iddiasını da əsassız ittiham adlandırıb: «Bu şəxslər bilməlidir ki, ölkədə heç kəs bircə dolları da qanunsuz yerbəyer edə bilməz. Məgər kimsə ölkə xəzinəsindən bircə rial götürə bilərmi?»

Bir neçə gün əvvəl prezident Məhəmməd Xatəmi hökumətində Müdriyyət və Proqramlaşdırma Təşkilatının rəhbəri olmuş Məhəmməd Səttarifər jurnalistlərə açıqlamasında ölkənin Valyuta Ehtiyatı Fondundan 65 milyard dolların yoxa çıxdığını demişdi: «Bu pulun başına nə gəlib, o hara xərclənib və nəyə sərf olunub, bilinmir və heç kəs də bu barədə izahat vermək, öz üzərinə məsuliyyət götürmək istəmir».




«Media forum»

25 Aralık 2008 Perşembe

تصویری تاریخی از دروازه گمرک به هنگام ورود ستارخان و باقرخان به تهران




تصویری تاریخی از دروازه گمرک به هنگام ورود ستارخان و باقرخان به تهران

افشا اسنادی در ارتباط با شکنجه پروفسور محمدتقی زهتابی قبل از قتل





برابر اسنادی که از سوی تشکیلات موسوم به “گونئی آذربایجان قورتولوش پارتیاسی” منتشر گردیده است، ۱۰ سال پیش از این و مصادف با قتلهای زنجیره ای روشنفکر محبوب و بنام آذربایجانی پروفسور محمد تقی زهتابی شکنجه گردیده است.

تشکیلات “گونئی آذربایجان قورتولوش پارتیاسی” عکسهائی از این شکنجه را در سایت های آذربایجانی منتشر نموده است. این تشکیلات ادعا نموده است که پروفسور زهتابی قبل از کشته شدن توسط عناصر اطلاعاتی مورد شکنجه واقع گردیده است. بنا به بیانیه منتشره از سوی این تشکیلات جهت جلوگیری از هر گونه تهدید امنیتی بعضی از هموطنان آذربایجانی این اسناد پس از ۱۰ سال منتشر می گردد. در این بیانیه از مرحوم دکتر زهتابی با عنوان شهید راه حرکت ملی آذربایجان یاد گردیده است.

پیش از این از سوی تعدادی از فعالان آذربایجانی و دوستان پروفسور مرگ مرحوم پروفسور زهتابی مشکوک قلمداد گردیده بود. بنابه اظهارات این عده مرحوم پرفسور زهتابی از قربانیان قتلهای زنجیره ای ۱۰ سال پیش می باشد. به نظر می رسد با انتشار این عکسها مسئله شهادت وی از سوی نیروهای اطلاعاتی جمهوری اسلامی قطعیت پیدا نموده و شک و شبهه های مبنی بر مرگ طبیعی وی بر اثر سکته قلبی بلاثر گردد.

خاطر نشان می شود پروفسور زهتابی از بنیان گذاران رویکرد علمی-دمکراتیک و مدنی در حرکت ملی آذربایجان بوده و همواره بعنوان رهبر معنوی طیف وسیعی از فعالان آذربایجانی، روشنفکران و دانشجویان آذربایجانی محسوب می شود. وی در سالهای پس از انقلاب و به ویژه دهه هفتاد زحمات فراوانی در تدریس غیر رسمی زبان و ادبیات تورکی و تاریخ آذربایجان متقبل شده است. گفته می شود بسیاری از فعالین دانشجوئی دهه هفتاد آذربایجان تمایلات هویت طلبانه خویش را مدیون درسها و کتب روشنگرانه این اندیشمند فرزانه می دانند. از وی دهها کتاب و مقاله در مورد مسائل سیاسی-اجتماعی، تاریخی و ادبی آذربایجان به یادگار مانده است.

TEHRANDA CORC BUŞUN PORTRETİNƏ AYAQQABI ATMAQ ÜZRƏ YARIŞ KEÇİRİLƏCƏK

TEHRANDA CORC BUŞUN PORTRETİNƏ AYAQQABI ATMAQ ÜZRƏ YARIŞ KEÇİRİLƏCƏK

Amerika Birləşmiş Ştatlar prezidenti Corc Buşa ayyaqabı atan iraqlı jurnalist Müntəzar Əl-Zeydiyə dəstək nümayiş etdirmək üçün bu dəfə Tehranda etiraz aksiyası keçirilib. Onlarla tələbə iraqlı jurnalistin azad olunmasını tələb edib. Sabah isə Corc Buşun portretinə ayaqqabı atmaq üzrə Tehranda yarış keçiriləcək. Yarışlar Tehran Universitetinin ərazisində cümə namazından sonra başlayacaq. Qeyri-adi yarışın şərtləri və qaydaları barədə hələlik məlumat verilmir. Xatırladaq ki Birləşmiş Ştatların hazırki prezidenti Corc Buşun son Bağdad səfəri zamanı Əl-Cəzirə telekanalının Misir bürosunun əməkdaşı, Müntəzar Əl-Zeydi Ağ Ev rəhbərinin apardığı siyasətə etirazını bildirərək ona ayyaqabılarını tullayıb. /İctimai TV/