Türk dünyasına qarşı aparılan kampaniya
Yaqub Mahmudov: "Türkiyə torpaqları saxta xəritələrdə Ermənistan torpaqları kimi göstərilən bir zamanda "ermənilərdən üzr istəyək!" kampaniyasına start verilməsi təəssüf hissi doğurur"
Nizami Cəfərov: "Bu kampaniya, ayrı-ayrı qüvvələrin sifarişilə həyata keçirilir, məqsəd dünyanın diqqətini erməni vəhşiliyindən yayındırmaqdır"
Türkiyədə bir jurnalist və bir neçə professorun başlatdığı "ermənilərdən üzr istəyək" kampaniyası Azərbaycanda ciddi etirazla qarşılanır. Gələn ay Azərbaycan parlamentində təmsil olunan partiyaların Türkiyə Böyük Millət Məclisində yer alan partiyaların nümayəndələriylə görüşündə də bu məsələnin müzakirəyə çıxarılması gözlənilir. Millət vəkilləri də bu kampaniyaya etirazlarını bildirirlər. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyir ki, ermənilərin "soyqırım"la bağlı iddiaları uydurmadır. Sadəcə, ermənilər öz cinayətlərini ört-basdır etməkdən ötrü belə iddialar uydurublar.
Rəvan Məmmədli
Əgər Türkiyədə professorlar peyda olaraq türklərin hansısa soyqırımı törətdiklərini qəbul edir, üzr istəyirlərsə, bu, tarixə böhtandır: "Azərbaycanın tarixi torpaqlarını erməni işğalı altında olduğu, tarixi türk torpaqları hesabına Ermənistan dövlətinin yarandığı, Ermənistanın dövlət gerbində Ağrıdağın əks olunduğu, ermənilərin dünyanın hər yerində antitürk təbliğatı apardığı və cürbəcür saxta xəritələrlə Azərbaycan və Türkiyənin tarixi torpaqlarını Ermənistan torpaqları kimi göstərilən bir zamanda Türkiyədə "ermənilərdən üzr istəyək" kampaniyasına start verilməsi məndə yalnız təəssüf hissi doğurur. Ermənilər Azərbaycanın torpaqlarını tərk etməyincə, yalançı soyqırım ideylarndan əl çəkməyincə, onlarla hər hansı əlaqənin saxlanılması bizimi tariximizə ziddir. Şəxsən mən bunun əleyhinəyəm".
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirir ki, hər bir ölkədə xarici donorların
hesabına həmin ölkənin maraqlarına zidd addımlar atanlar olur. Bu, ayrı-ayrı qüvvələrin sifarişi ilə həyata keçirilir. Məqsəd dünyanın diqqətini erməni vəhşiliyindən yayındırmaqdır: "Etiraf edək ki, çox vaxt ermənilər buna nail ola bilirlər. Mən bununla bağlı yalnız onu deyə bilirəm ki, "ermənilərdən üzr istəmək" kampaniyasına start verənlər Türkiyəni təhqir edirlər. Bunun başqa adı yoxdur. Bu, bütövlükdə Türk Dünyasına qarşı kampaniyadır. Mənə elə gəlir ki, həmin kampaniyaya başlayanların türk millətinə heç bir dəxli yoxdur".
Prezident Yanında QHT-lərə Yardım Şurasının sədri Azay Quliyevə görə, bu məsələyə qarşı ilk növbədə cəmiyyət etiraz etməlidir. Çünki elə məsələlər var ki, onun üçün rəsmi mövqe gözləmək düzgün deyil: "Bu gün dünyada erməni hiyləsindən, uydurmasından ən çox əziyyət çəkən ölkə Türkiyədir. Təbii ki, bu əziyyətdən cəmiyyətin də kifayət qədər payı var. Odur ki, mən cəmiyyətin bu məsələyə etinasızlığının əleyhinəyəm. Necə qəbul edirlər ki, Türkiyədə ermənilərdən üzr istəmə kampaniyası start götürüb? Bunun arxasınca nələr gəldiyinin fərqində deyillərmi? Onsuz da ermənilər olmayan şeyi dünyaya sırıyırlar. Xüsusilə Türkiyədəki qeyri- hökumət təşkilatları bu məsələdə daha fəal olmalıdırlar. Bilirsiniz, bəzən belə fikirlər səsləndirilir ki, Türkiyə dünyanın demokratik ölkələri sırasındadır. Orada hər kəs fikrini sərbəst şəkildə ifadə edə bilər. Bu, çox yaxşıdır. Ancaq bu demokratiyanı əldə bayraq edib ölkənin maraqlarının əleyhinə çıxmaq da anlaşılan deyil. Hər halda buna qarşı ciddi tədbirlər görülməlidir".
26 Aralık 2008 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder