azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

İRANIN “SƏHƏR” KANALI SABİR RÜSTƏMXANLIDAN ƏL ÇƏKMİR

İRANIN “SƏHƏR” KANALI SABİR RÜSTƏMXANLIDAN ƏL ÇƏKMİR
“Təhlükəsizliyimin təmin olunması ilə bağlı yəqin ki, müvafiq tədbirlər görüləcək”



İranın “Səhər” telekanalı Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlının əleyhinə verilişlər yaymaqda davam edir. Son bir ildə, xüsusilə də İranın dini lideri Seyid Əli Xameneyiyə açıq məktub yazandan sonra millət vəkilini hədəfə götürən telekanal bu məsələyə daha çox yer ayırmağa başlayıb.
Ölkəmizdə qeyri-qanuni yayımlanan verilişlərdə S.Rüstəmxanlının ünvanına ən müxtəlif ittihamlar yer alır. Qeyd edək ki, Nardarandakı aksiyada xalq şairinə ölüm fitvası çıxarılandan sonra S.Rüstəmxanlı ilə bağlı məsələ gündəmdədir. Onun rəhbərlik etdiyi təşkilatlar müvafiq qurumlara təhlükəsizliklə bağlı müraciət edərkən günahkarların cəzalandırılmasını da tələb edib. Lakin bu günədək nə S.Rüstəmxanlı mühafizə ilə təmin olunmayıb, nə də qaldırılan cinayət işində bir yenilik yoxdur. “Səhər”in əvvəlki kursunu davam etdirməsi isə belə narahatçılıq yaradır ki, Nardarandakı emosional çıxışdan sui-istifadə edən təxribatçı qüvvələr deputata qarşı hansısa aktı həyata keçirməyə cəhd göstərə bilər.
Yeri gəlmişkən, dünən “525-ci qəzet”də Milli Təhlükəsizlik Nazirliyini (MTN) tənqid ruhunda yazı dərc olunub. Orada deyilir ki, MTN milli təhlükəsizliyimizin təmin edilməsində əvəzsiz rol oynamış struktur kimi tanınıb: “Amma təəssüf ki, MTN ötən bu illərdə ancaq “Qara kəmər”in kölgəsində qalıb, bu əməliyyatın gətirdiyi nüfuzu xərcləməklə məşğuldur... Milli təhlükəsizliyimiz üçün zəruri olan daha vacib məsələlərə diqqət ayırmaqdansa az qala hər həftə ictimaiyyətə yalnız MTN-in narkotik qaçaqmaqalçılığı ilə mübarizəsindən bəhs edən informasiyalar çatdırılır”.
Qəzetin yazdığına görə, əslində elə vacib və ciddi məsələlər var ki, burada məhz MTN öz sözünü deməlidir: “Bu günlərdə Nardaranda keçirilən mitinqlərin birində xalq şairinə, millət vəkilinə ölüm fitvası verildi. Azərbaycanın dövlət mənafeyini müdafiə edən fikirlərinə görə digər bir neçə millət vəkilinin ünvanına isə təhqiramiz ifadələr səsləndirildi. Amma MTN belə ciddi məsələyə heç bir münasibət bildirmədi və susdu. Paytaxtın lap göbəyində açıq-aşkar terrora çağıran fikirlər ifadə olunur, Azərbaycana qeyri-səmimi münasibəti şübhə doğurmayan bir dövlətin mənafeyini qorumaq naminə ölkənin nüfuzlu şəxslərinin şəxsiyyəti təhdid edilir, amma bütün bunlar milli təhlükəsizliyimizə birbaşa cavabdehlik daşıyan MTN-in yumşaq desək, gözündən yayınır. Üstəlik, bu məsələdə məhz MTN-in görməli olduğu işi prokurorluq və Daxili İşlər Nazirliyi həyata keçirir”.
S.Rüstəmxanlı qəzetimizə açıqlamasında dedi ki, “Səhər” telekanalının Azərbaycan və onun ziyalıları əleyhinə yalan məlumatlar yaymasına vərdiş edib: “Bu isə 35 milyonluq xalqa qarşı aparılan bir işin tərkib hissəsidir. İran hətta işğalçı Ermənistanı müdafiə edir. O, özünü Fələstin xalqının dostu kimi göstərsə də əslində özü məzlum xalqları İslam pərdəsi altında əzir və buna da min cür don geyindirir. Ona görə də yazmışdım ki, əslində İranda İslam deyilən bir şey yoxdur. Gərək İranın adını dəyişib Fars Cümhuriyyəti qoysunlar. Çünki farslar hər şeyi öz adına çıxır”.
Deputat bildirdi ki, bu mənada “Səhər”in mövqeyi onu təəccübləndirmir: “Məni təəccübləndirən bu kanalla Nardaran kəndinin bəzi sakinlərinin ayrı-ayrı məsələlərdə fikirlərinin üst-üstə düşməsidir. Məncə, o məsələlər də aydınlaşacaq. “Səhər” isə qoy nə istəyir desin”.
Millət vəkili “525-ci qəzet”dəki yazı ilə bağlı da fikrini açıqladı və məsələnin bu cür qoyuluşu ilə razılaşmadı: “Məni narahat edən məsələlərlə bağlı MTN-in çox səmərəli işini görmüşəm. Dünya azərbaycanlıları ilə əlaqə, erməni işğalı, ermənilərin dünyaya yaydığı yalan məlumatlarla bağlı kitabların buraxılmasında bu qurumun fəaliyyətini müsbət qiymətləndirirəm. Son illərdə MTN-in buraxdığı kitabları yan-yana qoysalar, bir kitabxana alınar. Bizim korrupsiyaya ən az bulaşmış qurum MTN-dir. Təhlükəsizliyimin təmin olunması bu qurumun işi deyil. Mən şəxsən müraciət etməsəm də DİN-ə müraciət ediblər. Bu məsələ ilə bağlı yəqin ki, müvafiq tədbirlər görüləcək. Mən heç kimi günahlandırmaq niyyətində deyiləm”.
Cavid TURAN
musavat

Nəsib Nəsibli: “Ermənilər 200000 azərbaycanlını bir ilə qovdusa, gürcülər bunu mərhələ-mərhələ edir”

GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZ AZƏRBAYCANA KÖÇSƏ NƏ BAŞ VERƏR?
Nəsib Nəsibli: “Ermənilər 200000 azərbaycanlını bir ilə qovdusa, gürcülər bunu mərhələ-mərhələ edir”
Azər Mehtiyev: “Bu, təkcə yeni qaçqınlar dalğası demək olmayacaq”
Elxan Mehdiyev: “Gürcüstan 21-ci, Borçalı isə orta əsrlər dövrünə doğru gedir”



Gürcüstanda yaşayan soydaşlarımız hüquqi sahədə bir sıra problemlərlə qarşılaşırlar. Bunun Borçalıda səfərdə olmuş millət vəkillərindən ibarət nümayəndə heyəti də bildirib. Onların sözlərinə görə, soydaşlarımız ən çox təhsil və topraq məsələsi ilə bağlı problemlərlə qarşı-qarşıya qalırlar və Borçalının boşalma təhlükəsi var.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsi Gürcüstanda 500000 azərbaycanlının yaşadığını bildirir. Doğrudan da onların Azərbaycana köçü başlasa nə baş verər?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, Azərbaycan hökuməti Gürcüstandakı soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılmasına doğru səylərini artırmalıdır: “Bunun üçün Gürcüstan hökuməti qarşısında məsələ qaldırılmalıdır. Bu gün Gürcüstan həm enerji daşıyıcıları, həm də bir sıra siyasi amillər baxımından Azərbaycan hökuməti ilə qarşılıqlı münasibətlər qurmaqda maraqlıdır və Azərbaycandan asılı vəziyyətdədir. Təbii ki, Azərbaycan hökuməti bu vəziyyətdən istifadə etməli və soydaşlarımızın problemlərini daim gündəliyə gətirməlidir. Bu işlər heç də görüntü xarateri daşıyaraq yalançı təbliğata çevrilməməlidir. Sözün həqiqi mənasında azərbaycanlıların köçünün baş verməməsi üçün iş aparılmalıdır”.
A.Mehtiyevin sözlərinə görə, azərbaycanlıların ölkəmizə köçü sırf miqrasiya prosesi olub. Azərbaycan üçün təkcə yeni qaçqınlar dalğasının yaranması demək deyil: “Bu, həm də azərbaycanlıların öz tarixi torpaqlarından uzaqlaşdırılması və bölgəyə yayılmasının qarşısının alınmasına xidmət edən haldır”.
Politoloq Elxan Mehdiyev Gürcüstandan axının Əliyev-Şevardnadze qardaşlığı dönəmində lap çox olduğunu söylədi: “Rusiya viza rejimi tətbiq edəndən sonra axın Azərbaycana oldu. Gürcüstanda soydaşlarımızın əsas problemi təhsil və mülki məsələlərlə bağlıdır. Təhsilə maraq azdır. Qızları 12-14 yaşında ərə verirlər. Oğlanlar isə 6-7-ci sinifdən məktəbə getmir. Gürcüstan özü 21-cə əsrdə yaşayır, onun azərbaycanlılar yaşayan hissəsi isə orta əsrlərə qayıdır”.
Millət Vəkili Nəsib Nəsibli isə hazırda Gürcüstanda 200000 azərbaycanlının qaldığını bildirdi: “Siyahıyaalmada birbaşa iştirak etmiş yerli məmurlarla söhbətim zamanı məlum oldu ki, 2002-ci ildə Gürcüstanda 280000 soydaşımız yaşayıb. Son 25 il ərzində 700000 rəqəmi 280000-ə enib. İndi isə orda 200000 əhali yaşayır. Şevardnadze bir dəfə müsahibə vermişdi ki, 18-20 ildən sonra gürcülər azlıqda qalacaq. İndi isə orda vəziyyət azərbaycanlıların ziyanına dəyişir. Bolnisi, Dumanisi və Qardabanın rayon mərkəzlərini azərbaycanlılardan demək olar ki, təmizləyiblər. Azərbaycan hakimiyyətinin nümayəndələri Gürcüstandan vətənə qələbə raportu ilə gəlirlər. Ya problemin həll olunduğunu, ya da həll olunacağı mesajını verirlər”.
N.Nəsibli bildirdi ki, ermənilər bir ilin içində 200000 azərbaycanlını Ermənistandan qovdularsa, gürcülərin taktikası bunu mərhələ-mərhələ etməkdir: “Bu, çox ciddi məsələdir. Əgər Azərbaycan respublikası nələrdəsə Gürcüstana güzəştə gedirsə, Gürcüstan da Azərbaycan respublikasının istəklərini qarşılamalıdır. Bu məsələlər konseptual şəkildə rəsmi Tiflis qarşısında məsələ qaldırılmalıdır”.
Leyla İLQAR
musavat

Yaşar Əliyev: “Paytaxt polisi yanvarın 20-də gücləndirilmiş iş rejimində çalışacaq”

Yaşar Əliyev: “Paytaxt polisi yanvarın 20-də gücləndirilmiş iş rejimində çalışacaq”


Bakı. Hafiz Heydərov - APA. 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti həmin gün səhər saat 08:00-dan Şəhidlər Xiyabanını ziyarət başa çatanadək gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bildirib. Y. Əliyevin sözlərinə görə, yanvarın 20-də Əzizbəyov heykəli qarşısından Teleteatra qədər olan ərazilərdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: “İlk olaraq Şəhidlər Xiyabanını dövlət rəsmiləri ziyarət edəcək. Sonra isə əhali şəhidlərin məzarını ziyarət etməyə başlayacaq”.

Ziyarətin Əzizbəyov heykəli qarşısından Şəhidlər Xiyabanı istiqamətində piyada başlanacağını diqqətə çatdıran Y. Əliyev əhalinin ziyarəti başa vurduqdan sonra Funikulyor istiqamətində xiyabanı tərk edəcəyini bildirib: “Təhlükəsizlik tədbirləri mərasim başa çatanadək davam edəcək”.

TEHRAN CÜMƏ NAMAZININ RƏHBƏRİ İSRAİL NAZİRİ HAQDA: «ÜRƏYİM İSTƏYİR BİR NƏFƏR TAPILA, BİRCƏ GÜLLƏSİNİ ONA HARAM EDƏ»

TEHRAN CÜMƏ NAMAZININ RƏHBƏRİ İSRAİL NAZİRİ HAQDA: «ÜRƏYİM İSTƏYİR BİR NƏFƏR TAPILA, BİRCƏ GÜLLƏSİNİ ONA HARAM EDƏ»

Əhməd Cənnəti


Yanvarın 16-da Tehranın cümə namazında çıxış edən ayətullah Əhməd Cənnəti Qəzza zolağındakı qanlı qarşıdurmalara toxunaraq ərəb ölkələri rəhbərlərini qorxaqlıq və Qərbə bağlılıqda günahlandırıb.

«Media forum» saytının məlumatına görə, Tehran cümə namazının rəhbəri olan Ə.Cənnəti Misir və Səudiyyə Ərəbistanı rəhbərlərini hədəf seçib: «Ərəb ölkələri başçılarının üzü qara olsun. Cəsarətləri çatmır İsraillə münasibətləri kəssinlər. Amerikadan qorxursunuz? Gərək də qorxasınız. Çünki nə imanınız, nə şücaətiniz, nə kişiliyiniz, nə də xalq arasında ictimai dayağınız var. Öz vəzifələrinizi itirməkdən qoxursunuz. Xüsusilə Misir və Səudiyyə Ərəbistanı susur. Biri Amerikanın nökəridir, digəri İsrailin müttəfiqi».

İsrail xarici işlər naziri Tsipi Livninin «Bu müharibədə öz dəyərlərimizi müdafiə edirik» ifadəsinə toxunan ayətullah deyib: «Haçan bu qadını görürəm, ürəyim istəyir bir nəfər tapıla, bircə gülləsini ona haram edə».


«Media forum»

SARKOZİ İRANA XƏBƏRDARLIQ ETDİ

SARKOZİ İRANA XƏBƏRDARLIQ ETDİ
“Tehranin qərar vermək üçün vaxti azalir”


Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, İranın nüvə proqramları ilə bağlı qərara gəlməsi üçün vaxtı azalır. Sarkozinin sözlərinə görə, İranın nüvə proqramları mülki xarakterli deyil. ABŞ və digər ölkələr Tehran rejiminin nüvə silahı əldə etmk niyyətindən şübhələnirlər. “İran rəhbərliyi ya beynəlxalq ictimaiyyətlə qarşıdurmaya gedərək təcrid yolunu seçməli, ya da nüvə məsələsi ilə bağlı konstruktiv mövqe tutub əməkdaşlıq etməlidir. Bu iki variant arasında seçim etmək üçün onların vaxtı azdır. Hələ İran məsələsinin dinc yolla həll edilə bilməsi üçün şans var və bu məsələdə seçimi İran rəhbərliyi etməlidir”.

Fransa prezidenti İran məsələsində əvvəldən sərt mövqedən çıxış edir və Tehrana qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsinə tərəfdardır. Sarkozinin mövqeyi bu məsələdə ABŞ-la üst-üstə düşür. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə İranla bağlı ölkəsinin siyasətinin dəyiişə biləcəyi haqda işarələr verib. O, hesab edir ki, İranın nüvə silahı əldə etməsinə yol vermək olmaz, ancaq Tehranla dialoq qurula və məsələ dinc yolla həll edilə bilər.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ YALNIZ MƏRHƏLƏLİ ŞƏKİLDƏ HƏLL OLUNA BİLƏR

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ YALNIZ MƏRHƏLƏLİ ŞƏKİLDƏ HƏLL OLUNA BİLƏR


Ermənistan və Azərbaycan prezidentlərinin birgə imzaladıqları Moskvada Bəyannaməsi onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün mərhələləri beynəlxalq zəmanətlə təmin olunmalıdır. Bu da açıq-aydın onu göstərir ki, məsələ yalnız mərhələli şəkildə öz həllini tapa bilər.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib.
Prezident İlham Əliyev əlavə edib ki, ilk növbədə, Ermənistan işğalçı qüvvələri bütün işğal olunmuş torpaqlardan çıxarılmalı, beynəlxalq zəmanət əsasında təhlükəsizlik məsələləri həll olunmalıdır. Ondan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparıla bilər, bir şərtlə ki, o status ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu, Azərbaycanın prinsipial və dəyişməz mövqeyidir.
Prezident İlham Əliyev Moskva Bəyannaməsinin Azərbaycanın milli maraqlarına xidmət göstərdiyini bir daha bəyan edib. //Azertac

Urmu də QızılXənəyə kəndinin sakinlərilə kürd terorçulari və onlara arxaçixan polis arasında toquşma

Urmu də QızılXənəyə kəndinin sakinlərilə kürd terorçulari və onlara arxaçixan polis arasında toquşma


Urmiyənin “Nazlı” bölgəsinin Qızıl Xənəyə kəndinin sakinləri yanvarın 14-də, əkin sahələrinin suvarılmasında istifadə etdikləri su mənbələrindən məhrum edilməsindən təşvişə düşərək, dinc etirazlara başlayıblar.



GAİP a gələn məlumat görə onlar kəndin əkin sahələrinin uzun illər istifadə edilən çayın istiqamətinin dəyişdirilərək bu kəndin yaxınlığında inşa edilən qum fabrikinə yönəldilməsinə etiraz əlaməti olaraq Salmas-Xoy şəhərlərarası şose yolunu bağlayıblar. Polis və təhlükəsizlik qüvvələrinin hücumu isə əhali ilə təhlükəsizlik qüvvələri arasında saatlarla davam edən toqquşmalara səbəb olub. Dinc etirazçıları dağıtmaq məqsədi ilə polis əhaliyə qarşı fiziki təzyiqlər göstərib. Dinc etirazçılardan azı 15 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı, 40 nəfər kənd sakininin həbs olunduğu qeyd edilir.Yerli mənbələrin məlumatına əsasən, Urmiyənin Xomeyni xəstəxanasına yerləşdirilən yaralılar polis nəzarətində saxlanılır. Bundan başqa Qızıl Xənəyə kandinin giriş və çıxış yolları polis tərəfindən qapadılıb. Kənd əhalisinə kənddən çıxmasına məhdudiyyətlər qoyulub. Həbs olunanların harada saxlanması barədə isə yaxınlarına hər-hansı məlumat verilmir.
Əkinçilik və bağçılıq 2000-dən çox əhalisi olan Qızıl Xənəyə kəndi sakinlərinin əsas dolanışıq mənbəyidir.gaip

20 Yanvar faciəsi qanlı yaddaşımızdır!

20 Yanvar faciəsi qanlı yaddaşımızdır!
1990 il Qanlı 20 Yanvar faciəsinin 19-çi ildönümü Stokholmda anılacaq



Dəyərli həmvətənlər!

Sayqılı və sevgili Azərbaycan övladları!

Tam 19 il bundan əvvəl, son nəfəsini yaşayan Sovetlər Birliyi adlanan millətlər həbsxanasının tarixə qovuşaraq dağılma ərəfəsində, müstəqilliyimizin əldə olunması üçün mübarizəyə qalxmış Şimali Azərbaycanlıların bu əzmini qırmaq məqsədi ilə,1990 - cı il yanvar ayının 19-dan 20-ə keçən gecə, işğalçı rus ordusu ağır hərbi texnika ilə ölkəmizin bir çox bölgələrinə o cümlədən, paytaxtımız Bakı şəhərinə hücum edərək qanlı hadisələr törətmişdir. Bu zaman, beynəlxalq təşkilatlar tərəfindən istifadəsi qadağan olunmuş sursat və silahlardan istifadə edən düşmən yüzdən çox günahsız və əliyalın insanı, qocaları, uşaqları, qadınları, eləcə də gəncləri qətlə yetirmiş, çoxlu insanlarımız itkin düşmüş, işgəncələrə məruz qalmış və həbslərə atılmışdı. İndi bu hadisə millətimizin yaddaşına və tariximizə Qanlı 20 Yanvar faciəsi kimi həkk olunmuşdur. Lakin buna baxmayaraq, 20 Yanvar olayı qeyrətli xalqımızın davamlı mücadiləsi nəticəsində Azərbaycanın bir hissəsinin müstəqilliyə qovuşmasına gedən yolda bir dönüş nöqtəsi olmuşdur. Demək, bu bizim həm də qəhrəmanlıq tariximizdir.Ona görə bu tarix heç bir zaman yaddaşlardan silinməməli, unudulmamalıdır.

Elə bu münasibətlə hər il olduğu kimi, bu il də Durna Cəmiyyətinin təşəbbüsü ilə Stokholmda 20 Yanvar faciəsi törəni keçiriləcək. Şəhidlərimizin xatirəsini yad etmək üçün Stokholmda yaşayan soydaşlarımızın bu tədbirdə fəal iştirak etməsini arzu edirik.



Mərasimin tarixi və yeri: 18 yanvar 2009 il saat 16-dan 19-dək, ABF Sundbyberg Esplanaden 3 c (SUNDBYBERG meto və qatar stansiyalarının yaxınlığında)

İranda ötən üç ay ərzində 145 nəfər HİV virusundan ölüb

İranda ötən üç ay ərzində 145 nəfər HİV virusundan ölüb


İranın Səhiyyə Nazirliyinin ölkənin müxtəlif tibbi xidmətlər göstərən müəssisələrindən topladığı məlumatlara görə, ötən üç ay ərzində İranda 560 nəfər HİV virusuna yoluxub, 145 nəfər isə bu virusdan dünyasını dəyişib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

İran Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, 2008-ci il dekabrın 21-nə qədər ölkədə 18 min 881 nəfər HİV virusuna yoluxmuş şəxs aşkarlanıb.

İran Səhiyyə Nazirliyinin HİV-lə Mübarizə İdarəsinin rəisi Abbas Sədaqət bildirib ki, İranda bu xəstəliyə yoluxmuş şəxslərin real sayı 70-100 min nəfər təşkil edir, lakin onların böyük hissəsi indiyədək müəyyən edilməyib.

HİV xəstəliyi İranda bir sıra mental və dini səbəblərdən gizli saxlanılır, eləcə də, insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından bu ölkədə HIV-ə yoluxanların sayı kəskin artıb.

Epidemiya tədqiqatçılarının məlumatına görə, HİV 1981-ci ildə aşkar olunub və indiyədək dünyada təxminən 65 milyon insan bu xəstəliyə yoluxub. Yoluxanların 25 milyon nəfərdən çoxunun artıq dünyasını dəyişdiyi bildirilir.

İran Səhiyyə Nazirliyinin sonuncu məlumatına görə, sözügedən virusa yoluxmuş səxslərdən 93,5 faizini kişilər, 6,5 faizini isə qadınlar təşkil edir.

İranda həmin şəxslərin 81 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etmək, 12 faizi isə cinsi əlaqə yolu ilə bu virusa yoluxublar.

Türk dövlətləri jurnalistlərinin təşkilatı yaradıla bilər

Türk dövlətləri jurnalistlərinin təşkilatı yaradıla bilər


Türk Dövlətlərinin Parlament Jurnalistlər Liqasının yaradılması yaxın günlərdə reallaşa bilər. Bu barədə məlumat verən Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının sözlərinə görə, artıq bir sıra türk dövlətləri ilə ilkin razılaşma əldə edilib: "Hələlik Azərbaycan, Türkiyə və Qazaxıstanın parlamentdə təmsil olunan jurnalist qurumları ilə razılıq əldə edilib. Digər türk dövlətləri ilə isə bu istiqamətdə danışıqlar aparılar. Hazırki qlobal müasir dünyada türk dövlətləri jurnalistlərinin belə bir qurumunun yaradılması zərurətə çevrilib. Məlumdur ki, Türk Dövlətləri Parlament Assambleyası yaradılıb, lakin onun fəaliyyəti barədə məlumat ictimaiyyətə kifayət qədər çatdırılmır. Məhz bu qurum TDPA-nın fəaliyyətinin geniş işıqlandırılmasında mühüm rol oynaya bilər". ("OLAYLAR"İA)

İran kanalının Azərbaycanda yayımı məhdudlaşdırılacaq

İran kanalının Azərbaycanda yayımı məhdudlaşdırılacaq

RİTN Sabir Rüstəmxanlının müraciəti əsasında tədbirlərə başladı

İranın "Səhər" kanalının Azərbaycan ərazisində yayımlanması məhdudlaşdırılacaq. Bu barədə məlumatı "OLAYLAR"a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov verib. Onun sözlərinə görə, məsələ ilə bağlı nazirliyə Dünya Azərbaycanıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müraciət edib. Artıq müraciətlə bağlı tədbirlərə başlanıb. Müşviq Əmirov bildirib ki, məsələ yaxın 10 gün ərzində həllini tapacaq. Nazirliyin Teleradio İstehsalat Birliyinin gördüyü tədbirlər nəticəsində İranın "Səhər" kanalının ölkənin cənub ərazisində yayımı məhdudlaşdırılacaq.
Qeyd edək ki, sözügedən əcnəbi telekanalın yayımladığı verilişlərdə DAK həmsədri Sabir Rüstəmxanlıya qarşı təhqiramiz ifadələr işlədilib. Millət vəkili buna görə də telekanalın Azərbaycan ərazisində qanunsuz yayımının qarşısının alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət ünvanlayıb.

"YENİ MÜSAVAT" MÜSAVATDAN "QOPUR"?

"YENİ MÜSAVAT" MÜSAVATDAN "QOPUR"?


Yaxın gələcəkdə qəzet partiyanın qərargahını tərk edəcək


S.ABBAS


"Yeni Müsavat" qəzeti yaxın günlərdə yeni ofisə köçəcək. Bu barədə APA-ya qəzetə yaxın mənbələr məlumat verib. Mənbənin məlumatına görə, artıq qəzet üçün yeni ofis alınıb. Metronun "Neftçilər" stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində yeni inşa olunmuş 12 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən ofisin qəzetin baş redaktoru R.Arifoğlunun özünə məxsus olduğu bildirilir. Mənbə qəzetin Müsavat Partiyasının qərargahından çıxmasına səbəb kimi həm partiya ilə qəzet arasında olan narazılığı, həm də qərargahın partiyadan alınma ehtimalını göstərib.
APA-nın əməkdaşı "Yeni Müsavat"ın yeni redaksiyasının yerləşdiyi binada olub. 12 mərtəbəli binanın tikintisi yekunlaşsa da, təmir işləri hələ başa çatmayıb. Yalnız "Yeni Müsavat"ın yeni ofisinin təmiri yekunlaşıb, pəncərələri qoyulub. Binada işləyən fəhlələrin sözlərinə görə, qəzetin redaksiyasının sahəsi 250 kv/m-dir. Fəhlələr qəzetə aid əşyaların bir hissəsinin bir neçə gün əvvəl yeni ofisə daşındığını da bildiriblər. Onlar da redaksiyanın icarəyə götürülmədiyini, həmin mənzilin baş redaktora məxsus olduğunu qeyd ediblər. Qəzetin yeni ofisinin qapıları bağlı olduğundan APA-nın əməkdaşı içəridə müşahidə apara bilməyib.
R.Arifoğlu da APA-ya açıqlamasında "Yeni Müsavat"ın yeni binaya köçə biləcəyini deyib. Baş redaktor bildirib ki, əslində, qəzetin partiyanın ofisində bu qədər uzun müddət qalması anormallıqdır: "Dünyanın heç bir demokratik ölkəsində müstəqil bir qəzet partiya ofislərində yerləşmir. Hətta ayrı-ayrı partiyalara yaxın olan qəzetlər də müstəqil ofislərdə yerləşdirilir. Biz uzun illərdir qəzetin özəl ofisinin, hətta mətbəəsinin olması üçün çalışsaq da, təəssüf ki, bunu edə bilmirik. İndi bir şans yaranıb və tamamilə mümkündür ki, bu il ərzində qəzetimiz özünün ofisinə köçsün".
Baş redaktor deyib ki, bir neçə variant üzərində işləyəndən sonra, nəhayət, uyğun bir yer tapıblar: "Orada təmir və hazırlıq işləri gedir. Lakin şərait hələ də tam qurulmayıb. Telefon çəkilməyib, qaz yoxdur, işıqlar tez-tez kəsilir. Müəyyən maliyyə çatışmazlıqları da var. Bu problemləri həll edən kimi köçəcəyik".
Məlumatlara görə, gələcəkdə Müsavat Partiyası başqanı İsa Qəmbər qəti olaraq qəzetin təsisçiliyindən imtina etmək istəyir. Artıq bu məsələ ilə bağlı başqanın açıqlaması da olub.
Baş redaktor isə qeyd edib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin qəzetin təsisçisi olması heç bir problem yaratmır: "Mart ayında başqanın qəzetimizə təsisçi gəlməsinin 16 ili tamam olacaq. İsa Qəmbər israr etsə, ondan sonra təsisçiliyi özüm götürəcəyəm. İsrar etməsə, heç bir problem olmayacaq". ayna

PKK-nın İRAN QOLU FƏALİYYƏTİNİ DAYANDIRIB?

PKK-nın İRAN QOLU FƏALİYYƏTİNİ DAYANDIRIB?
Araşdırmalar bunun bir "qış taktikası" ola biləcəyini də istisna etmir


İ.BALIOĞLU


Son günlərin diqqətçəkən xəbərlərindən biri PKK-nın İran uzantısı adlandırılan PJAK terrorçu təşkilatın İrana yönəlik öz separatçı fəaliyyətinə son verdiyi barədə qərarının yayılması oldu. Bəlli olduğu kimi, bu təşkilatın adı 2004-cü ildə - ABŞ ordusunun İraqa daxil olmasından təqribən bir il sonra ortaya çıxmışdı. Onun vaxtaşırı İran ordu hissələri və təhlükəsizlik gücləri ilə toqquşmaları, itkilər və s. barədə xəbərlər verilirdi. Və aradan heç beş il keçməmiş birdən fəaliyyətini dayandırdığını elan edir?
Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Yaxın Şərq üzrə eksperti Arif Kəskin bununla bağlı müəyyən araşdırmalar və təhlillər apararaq diqqəti çəkən nəticələrə gəlmişdir. Göstərilir ki, əslində, PJAK-ın gücü qabardılmışdı, heç olmasa, ona görə ki, bəlucların daha çox əməliyyatlar keçirdiyi bir halda, onlar PJAK qədər tanınıb-bilinmirdilər. İkincisi, ABŞ-ın İrana yönəlik psixoloji savaşı PJAK-ın önəmini artırmışdı. İran rejimi də onların fəaliyyətini əslində olduğundan daha qabarıq göstərərk bundan öz ərazisindəki kürdlər üzərində və İraq kürdləri üzərində basqılar üçün bəhanə qismində istifadə edirdi.
Fəqət PJAK-ın İran daxilində siyasi nüfuz qazanma ehtimalı çox aşağıdır, İranda 5 milyon kürd yaşayır. Onların 30 faizi şiə, 70 faizi sünnidir və mövcud ənənəvi partiyaların yanında başqasına yer yoxdur. Bu partiyalar PJAK-ın fəaliyyətinin onlara zərər verdiyini bildirirdi. 25 milyonluq İran türkləri isə PJAK-ın Türkiyə və İran arasında kürd bölgəsi yaratmaq amacı güdən bir fəaliyyət izlədiyini düşünürdü. Onun fəaliyyəti fars milliyyətçiliyini də körükləyirdi, bir sözlə, İran müxalifəti arasında PJAK-a yer yox idi.
Arif Kəskin göstərir ki, PJAK-ın qərarları PKK tərəfindən verildiyindən bu qərar PKK-nın qərarıdır və bu qərar ABŞ-ın regional siyasətindən qaynaqlanır. Belə ki, PKK ABŞ-ın regional siyasətində özünə yer aramış, fəqət bu ümidlər doğrulmamışdır, bölgədə Buşdan fərqli siyasət yürütmək niyyətində olan Obamanın prezidentliyi dövründə də belə bir yer tapacağı imkansız görünür. PKK görməyə bilmir ki, bölgənin Suriya, İran, Türkiyə və İraq mərkəzi hökuməti onunla düşməndir. İraqın şimalından çıxarılacağı təqdirdə haraya gedəcəyi bilinmir, odur ki, İranla münasibətlərini normallaşdırmaq xətti götürmüşdür. İndiyə qədərsə Türkiyənin qonşuları ilə münasibətlərindəki problemlərdən faydalana bilirdi.
Hesab edilir ki, bu qərar qış dövrünün çətinlikləri ilə də bağlı ola bilər. Yəni bu qərar verilir və qış çıxana qədər İranın reaksiyasını gözləyir və Tehran rejimi ilə keçmişdəki anlayışlı münasibətləri normallaşdırmaq üçün cəhdlər edilir. Hər şey qaydasında olarsa, yaxşı, olmazsa, aksiyaları yenidən bərpa etmək o qədər də çətin olmaz. Lakin hesab edilir ki, Tehranın yenidən PKK-nı dəstəkləməsi zəif ehtimaldır, ona görə ki, bu ölkə dünyanın İrana qarşı mənfi münasibətdə olduğu bir zamanda Türkiyə kimi qonşunu itirməyi özünə rəva görə bilməz. İranda hesab edirlər ki, PKK güclənərsə, sabah İrana qarşı da çıxa bilər. İraq müstəvisində göründüyü kimi, kürdlərin ABŞ və İsraillə sıx işbirliyi İranı ehtiyatlı olmağa məcbur edir və belə nəticəyə gəlinir ki, tarixən kürdlərlə yaxşı münasibətdə olmuş İranla kürdlərin arasında tarixi ziddiyyət yaşanır və onların aralarının düzəlməsi baş tutan işə oxşamır.
Türkiyədə cərəyan edən "Ergenekon" araşdırması çərçivəsində mediaya sızan fikirlər arasında belə bir mülahizə də yer aldı ki, 1983-cü ildə öz varlığına son qoyan "ASALA" erməni terror təşkilatı aradan bir il keçəndən sonra - 1984-cü ildə PKK-nı yaratmışdır. O zamandan PKK ermənilər tərəfindən idarə edilmiş və hər zaman onun aksiyalarında ermənilər də iştirak etmişlər. Öldürülən terrorçular arasında sünnətsiz olanların aşkarlanması bunun bir dəlilidir. Belə bir fikir də yer aldı ki, bugünkü Demokratik Toplum Partiyasının ən müxtəlif vəsilələrində 500-ə qədər soyadını dəyişdirmiş erməni yer alır.ayna

KXCP uçuruma gedir

KXCP uçuruma gedir


Sədrin avtoritarizmi partiyanın parçalanmasına səbəb olacaq

Rəhbərlik nizamnaməni pozur

Klassik Xalq Cəbhəsi Partiyasında yaranmış böhran dərinləşir. Sədrlə Ali Məclisin sədri arasındakı qarşıdurma günü-gündən böyüyür. Qeyd edək ki, tərəflər arasında ziddiyyətlər ötən ilin oktyabrında başlanmışdı. Ali Məclisin sədri Zəlimxan Məmmədli partiyanın əsas müxalifət qüvvələrinə qoşulamasını, idarəetmədə islahatların keçirilməsini, Cəbhənin qeyri-ciddi qüvvələrdən, cırtdan partiyalardan uzaq olmasını, rəhbər strukturların fəalliyyətinin çevik hala gətirilməsini təklif etmiş, təkliflər paketi halında bunun konkret yollarını göstərmişdi. AM sədri tezliklə rəhbərlikdə özünə tərəfdarlar qazanmış, sədrin mövqeləri zəifləmişdi. Sədr müavini Mehriban Vəzir, Yusif Sevdimalı, Aydın Mədətoğlu, İdarə Heyətinin üzvü Zahir Əlisoy, İsmayıl Məmmədov mətbuata açıqlamalarında KXCP sədrinin siyasətinin yanlış olduğunu göstərmiş, islahatların vacib olduğunu bildirmişdilər. Gözlənilirdi ki, partiyada və cəmiyyətdə böyük nüfuza malik ziyalıların təlkifləri nəzərə alınacaq, sədr islahatlara məcbur olacaq. Amma əksinə oldu. Partiyanı böhrandan çıxarmaq niyyətilə səslənmiş ağıllı, rasional təkliflərə sədr qaragüruh təmsilçiləri: siyasi təcrübəsi olmayan Elman Bayraqdar və Bəybala Əbilin dililə cavab verdi. Noyabr ayında bu məsələ, təkliflər və qaragüruhun fəalliyyəti sonuncu dəfə İdarə Heyətinin iclasına çıxarıldı. Gözlənildiyi kimi iclasda sədrin mövqeyi tənqid olundu, ona təkliflərlə razılaşmaq tövsüyyə edildi. Amma İdarə Heyətindəki məğlubiyyət də KXCP sədrini ayıltmadı. Bu gedişlə növbəti qurultayda demokratik seçkilərdə Zəlimxan Məmmədliyə uduzacağını anlayan sədr qara piarı davam etdirdi. KXCP-dəki mənbəmiz bununla bağlı maraqlı faktlar açıqlayır. Mənbə bildirir ki, sədrin çaşqınlığı, qəzəbi o həddə çatıb ki, özü də bilmədən artıq Nizamnaməyə zidd hərəkətlərə yol verir: "Ali Məclisin bloklara qoşulmamaq haqqında qərarı ola-ola sədr sırf narazılara inad DUİ-ni genişləndirdi, blok olduğunu bəyan etdi, Xalq Cəbhəsini daim dağıtmağa çalışmış Pənah Hüseynlə müttəfiq oldu. Noyabr iclasında Zəlimxan bəyə məğlub olandan sonra İdarə Heyətinin iclasları çağırılmır. Partiya ilə bağlı mühüm qərarları artıq avtoritarizmə meyylənmiş sədr özü çıxarır. İnanın ki, əgər Ədliyyə Nazirliyi araşdırma aparasa, nizamnamə pozuntusu ilə bağlı onlarla fakt üzə çıxar və partiyanın qeydiyyatı ləğv edilər".


Mirəlioğlu parçalanmaya rəvac verdi

Ağıllı təklifləri nəzər alıb idarəetmədə yeniliklər etməkdənsə, sədr dar düşüncəli ətrafının təkidilə parçalanmaya rəvac verib. İki həftədir ki, idarəetmə və siyasi kursla bağlı tənqidi fikirlər səsləndirən funksionerlərin fəalliyyəti təftiş edilir. "MNTK dura-dura funksionerlərin fəalliyyətini təşkilat məsələləri üzrə müavin təftiş edir. Halbuki onun buna səlahiyyəti yoxdur. Məndə olan məlumata görə, nizamnamədən xəbəri olan partiya funksionerləri bunu sədrin diqqətinə çatdırıblar. Amma o, "burada rəhbər mənəm, mən deyən olacaq" deyərək təftişin davam etdirilməsini əmr edib. İş o yerə çatıb ki, sədrin yaxın adamlarından biri sayılan təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da "təftiş ediriksə, bunu nizamnaməyə uyğun edək" deyə iradını bildirib. Amma onun idarı da qulaqradına vurulub. Ancaq təftiş məsələsi sədrin komandasını da parçalayıb. Mənbə məlumat verir ki, narazılara qarşı əvvəlki qəzəb və nifrət yoxdur. Hətta sədr müavini Bəybala Əbil Ali Məclis sədrinin açıqlamalarını təftiş etməyə sonda razılıq verib. Sədr bu işin məhz onun tərəfindən görülməsini vacib sayıb: "Sədr hesab edir ki, Ali Məclis sədrinin qarşısına Bəybala Əbili çıxarsa, özü kənarda qalacaq və arbitr rolunu oynayacaq. Amma partiyada artıq onu arbitr sayan yoxdur. Mirmahmud ağanın müvəqqəti olduğunu artıq hamı yəqin edib". Xətai rayon şöbəsinin fəalı, "Bayraq" Milli Dəyərlərin Təbliği Təşkilatının sədri Şahin İsabəyli fevraldan etibarən rayon şöbələrində qurultayla bağlı təbliğata başlayacaqlarını deyib: "Biz 20 ildir ki, Xalq Cəbhəsindəyik. Elçibəyin vaxtında təşkilat tam demokratik idi. Kimsə söylədiyi fikrə görə təftiş olunmurdu. Bəyin özü belə sərt tənqidlərə məruz qalırdı. Amma əsəbləşmir, adamları cəhzalandırmaq fikrinə düşmürdü. Cəbhədə mənim kimi yüzlərlə veteran var, kənara çəkilib partiyanı bunlara tapşırmışıq. Amma indi görürük ki, təşkilatı yanlış yola aparırlar. Biz o vaxt "Yurd"dan ayrılanda öndə Əli Məsimlini, Zəlimxan Məmmədlini, Mirmahmud ağanı, Fazil Qəzənfərolunu gördük, onların ardınca getdik. Bəziləri partiyanı tərk edib getdilər, biz getmədik. Çünki qabaqda Mirmahmud ağa ilə Zəlimxan bəy vardı. Amma indi onları üz-üzə qoymaq istəyirlər. Biz buna qarşıyıq. Sədr olmaq növbəsi Zəlimxan bəyindir. Qurultaya qədər bu istiqamətdə təbliğat aparacaq, qurultayda namizəd irəli sürəcəyik. Kim seçilsə, əlini sıxacaq, onunla işləyəcəyik. Demokratik sistem uğrunda mübarizə aparan KXCP demokratik seçimlərdən qorxmamalıdır. Ağa sədr olmaz, Ali Məclisin sədri olar, nə olar ki". Bu, Şahin İsabəylinin timsalında aşağıların fikridir. Amma belə görünür ki, sədrliyi əldən vermək istəməyən və buna görə nizamnamə pozuntularına belə gedən Mirəlioğlu sonadək KXCP-də demokratiyanın boğulması siyasətini aparacaq.


Sədrin fəalliyyəti təftiş olunmalıdır

Mirəlioğlunun göstərişi ilə Bəybala Əbilin başladığı təftişçilik fəalliyyəti KXCP-də böyük narazılıq doğurub. Zəlimxan Məmmədliyə qarşı əsl "Yurd" metodlarının tətbiq olunmasına etirazlar başlanıb. Yaxın günlərdə MNTK sədr müavininin bu qurumun səlahiyyətlərini mənimsəməkdə suçlayan açıqlama verəcəyi bildirilir. Qeyd edək ki, MNTK üzvü Alı İsmayıl artıq qaragüruhun əleyhinə çıxıb. Komissiya sədrin fəalliyyətinə də nəzər yetirə bilər. Bu sırada Ali Məclisin qərarlarının yerinə yetirilməməsi, İdarə Heyətinin toplantılarının çağırılmaması və funksionerlərin üz-üzə qoyulması məsələləri yer alır. Mənbə bildirir ki, sədrin KXCP-ni parçalanmaya gətirən siyasətinin təftiş olunması da vacib hala gəlib: "Bəybala Əbil onu təftiş etsin ki, niyə partiya bu hala düşüb. Niyə KXCP-nin Qərb təşkilatları yoxdur. Nizami, Yasamal şöbələri mövcud deyil. Bu məsələ birbaşa onun funksiyasına aid olan məsələdir. İki ildir qərargaha gəlməyən sədr müavini Yusif Sevdimalı, İlqar Səldoğlunun fəaliyyəti niyə təftiş olunmurğ Təftiş olunsun ki, niyə sədr partiyanı siyasi qüvvələrdən təcrid edir, qeyri-ciddi siyasətçilərlə müttəfiq edir. Ağıllı təklifləri süngü ilə qarşılayır, İdarə Heyətini tam tərkibdə toplaya bilmir, ziyalaları partiyadan incik salır. Qoy, bu təftiş olunsun. Bəlkə bu adam partiyanı bilərəkdən dağıdır".
Mənbə bildirir ki, sədrin dağıdıcı fəalliyyəti dayandırılmasa, KXCP-nin parçalanması labüd olacaq. Sədr və ətrafı narazıların partiyadan istefa verib sakitcə getməsini arzulasalar da, bu, realalşmayacaq. Partiyanı bu cür görmək isməyənlər, gerçək Elçibəyçi təşkilata çevrilməsin istəyənlər geriçəkilmək niyyətində deyil və qurultayda sədr dəyişikliyi reallaşdırmaq əzmindədirlər.

Aslan
olaylar

URMİYA MƏSCİDİNDƏ QARABAĞIN AZADLIĞINDAN DANIŞIBLAR

URMİYA MƏSCİDİNDƏ QARABAĞIN AZADLIĞINDAN DANIŞIBLAR


Bakıda isə Fələstin hələ də Təbrizdən yaxındır


S.SOLTAN


İnanclı insanlar duanın hikmətini və kəramətini yaxşı anladıqlarından bir qayda olaraq dini mərasimlər, ayinlər zamanı da millətimizə dua edirlər.
Ötən həftə Güney Azərbaycanın Urmiya şəhərində keçirilən Tasua və Aşura günlərində Qarabağın azad edilməsi arzulanıb, Xocalı faciəsi yad edilib. "Urmu" xəbər agentliyinin yaydığı məlumata görə, əzadarlar Tehran hakimiyyətinin Fələstinə göstərdiyi marağı Qarabağla bağlı da görmək istədiklərini söyləyiblər. Amma bir sıra məscidlərdə Azərbaycan türkcəsində mərsiyə oxunmasına icazə verilməyib.
Urmiya və Güney Azərbaycanın bir sıra şəhərlərində Qarabağla bağlı dualar edildiyi halda, həmin günlərdə ölkəmizdə bir qrup Fələstin məsələsindən danışıb, İsrail və ABŞ-a qarşı şüarlar söyləyib. Ən maraqlısı budur ki, belə adamlar heç vaxt Təbriz, Ərdəbil, Miyana, Xoy, Urmiya və s. şəhərlərdə azərbaycanlıların tapdanan haqlarına etiraz bildirməyiblər.
Elə bir təbrizlinin onlara ünvanlanan məktubunda da bu məsələyə toxunulub. Orada deyilir: "Təəssüflər olsun ki, son zamanlar görkəmli şair, ictimai xadim və millət vəkili Sabir Rüstəmxanlıya qarşı təzyiq artıb. Bir müddət öncə o, İranın ali rəhbəri ayətulla Xamneyiyə açıq məktub yazaraq Güney Azərbaycan türklərinin milli-mədəni haqlarından və ağır sosial durumlarından bəhs etmişdi.
Həmin məktub yayıldıqdan sonra İran hakimiyyəti Sabir Rüstəmxanlıya qarşı sistemli şəkildə təxribat həyata keçirməyə başladı.
Müstəqil Azərbaycanın bəzi sadəlövh adamları özləri də bilmədən şəxsi və milli mənafeyə qarşı çıxmaqla Tehran rejiminin siyasətinə xidmət edirlər. Belə insanlar hələ də başa düşmək istəmirlər ki, İrandakı hakimiyyət islam dinindən sui-istifadə etməklə Azərbaycan Respublikasında vətəndaş qarşıdurması salmaq istəyir. O bu siyasəti Fələstin və Livanda da həyata keçirib.
Bizim sadəlövh yurddaşlarımız nədən bu sualı özlərinə vermirlər: "Əgər İran rejiminə İslam dininin əsaslarını qoruyub saxlamaq belə önəmlidirsə, o zaman nədən Azərbaycanın ərazisini işğal etmiş Ermənistanla iqtisadi, hərbi sahələrdə şərik işləyir? Bundan başqa, Xocalı faciəsinin baş verməsində İranın fəaliyyəti nədən unudulur?"
Əlbəttə, yüzlərlə bu sayaq örnəklər gətirmək mümkündür. Ümid edirik ki, ürəyi təmiz, İranın siyasətini başa düşməyən soydaşlarımız məsələyə daha məntiqlə yanaşıb gerçəkliyi dərk edəcək.
Biz Sabir Rüstəmxanlıya qarşı İran rejimi tərəfindən edilən hədələri pisləyir, ona uzun ömür arzulayırıq".

Qafqazda böyük güclərin yeni toqquşma nöqtələri

Qafqazda böyük güclərin yeni toqquşma nöqtələri


Risq ehtimalı daha da artır


Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərdə bir neçə yeni məqam meydana çıxıb. Rusiyanin Gürcüstana təcavüzündən sonra səngimiş bəzi məsələlər aktuallaşıb. Bu prosesin ümumdünya maliyyə böhranı fonunda baş verməsi də məsələyə ayrıca rəng verir. Son proqnozlara görə, maliyyə böhranı daha da dərinləşəcək və dünya üzrə işsizlərin sayı artacaq. Tarixi təcrübə göstərir ki, belə hallarda böyük dövlətlər müxtəlif yerlərdə ixtilaflar törədirlər və vəziyyəti qarışdırırlar ki, öz ölkələrində olan durumu arxa plana keçirsinlər. Bu dəfə məsələ daha qəlizdir. Odur ki, indiyə qədər müşahidə edilməyən fəlakətlərin olması ehtimalı az deyil. Onu da vurğulayaq ki, bu kimi münaqişəli situasiyalardan adətən ABŞ daha çox qazanmış halda çıxır. Onun xeyli dərəcədə fəallaşacağı güman olunur. Həmin aspektdə Cənubi Qafqaz üçün təsirli ola biləcək bir neçə faktordan biri “erməni soyqırımı” məsələsindən siyasi məqsədlər üçün istifadə etməkdir.


Barak Obamanın komandasında “erməni soyqırımı” xəstələri az deyil. Onların içərisində Dövlət katibi Hillari Klinton seçilir. H.Klintonun bu vəzifəyə gəlməsi ilə ermənilər də fəallaşıblar. Onlar “erməni soyqırımı” məsələsini Konqresdə yenidən qaldırmağa ümidləniblər. Müşahidəçilər hesab edirlər ki, bu dəfə həmin məsələ daha ciddi şəkildə ABŞ siyasi dairələrində müzakirə ediləcək. Alınan qərarın dünyada, o cümlədən Cənubi Qafqazda hansı geosiyasi mənzərə yaradacağını təxmin etmək olar.


“Erməni soyqırımı” məsələsi yenidən ciddi şəkildə gündəmə gəlsə, doğurdan da vəziyyət qəlizləşə bilər. Cənubi Qafqaz özlüyündə həssas bölgədir. ABŞ-ın “erməni soyqırımı” ilə bağlı aldığı qərar təhlükəsizlik baxımından olduqca qorxulu tendensiyalara rəvac verər. Birincisi, bölgədə ermənilərin iddiaları yeni səviyyəyə qalxacaq. Onlar qonşu dövlətlərə qarşı haqlı olduqlarına özlərini inandıracaqlar. Bu da özlüyündə təhlükəsizlik və əməkdaşlıq üçün yolları bağlayacaq. O cümlədən, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində yaranan imkanlar puç olacaq. Ermənistan işğal etdiyi torpaqların əzəldən özünə məxsus olduğu fikrinə yeni diplomatik ibarələr əlavə edəcək. İkincisi, Ermənistanın Türkiyəyə qarşı iddiaları yeni səviyyəyə qalxacaq. Yəni onlar artıq torpaq və təzminat tələb etmək kimi addımlar atacaqlar. Bu da bölgədə kifayət qədər həssas məsələlərə rəvac verəcəkdir. Ən əsası isə ermənilərin uydurduğu yalan tarixə qısa müddətə olsa, yaşıl işıq yandıracaqlar. Dünyanın qanunları bunun uzun sürə bilməyəcəyini deyir. Bu o deməkdir kli, uzun müddətə Qafqaz da daxil olmaqla böyük bir məkanda ziddiyyətləri kəskinləşdirirlər. Üçüncüsü, ermənilərin böhtanlarına haqq qazandırmaq ümumiyyətlə, bütün dünyada “soyqırım yarışı” başladacaq. Ortaya o qədər iddialar çıxacaq ki, özlüyündə dünya siyasəti axmaq bir duruma düşəcək. Hər hansı tənzimləmə meyarı tapmaq imkansız hala gələcək. Bu da ABŞ da daxil olmaqla dünya dövlətlərinin təhlükəsizliyində risq faktorunu artırmış olur.


“Erməni soyqırımı” iddialarının yeni səviyyədə təzahür etməsi ilə ABŞ-Gürcüstan strateji müttəfiqliyi və Rusiyanın Ermənistana külli miqdarda silah verməsi məsələləri bölgəni son dərəcə təhlükəli həddə gətirir. Dünya müharibəsinin Qafqazdan başlaması təhlükəsi artır. Bura alternativ enerji marşrutları məsələsini də əlavə etsək, daha dolğun mənzərə alınmış olar. Alternativ enerji məsələsi Xəzərin stasusu problemini aktuallaşdıracaq. Bu da ki, Xəzəryanıda olan bəzi dövlətlər üçün mabahisə mövzusudur. Şübhə yoxdur ki, yuxarıda sadaladığımız problemlər prizmasında Xəzərin statusunu daha çətin bir duruma salacaqlar.


Qafqaz bölgəsi ətrafında geosiyasi durumun bu dərəcədə kəskinləşməsi qorxulu əlamətlərdən xəbər verir. Başqa sözlə, situasiya bütövlükdə həyəcanvericidir. Onun düzəlməsi şərtləri hamıya aydındır. Böyük dövlətlər ambisiyalarından əl çəkib, obyektiv mövqe nümayiş etdirməlidirlər. Reallıqda bunun baş verməsi isə az ehtimallıdır. Ona görə ki, həmin məsələ özlüyündə əsrlərdir formalaşan qərəzli prinsiplərdən qaynaqlanır. Həmin səbəbdən bölgəmizdə siyasi risq faktorunun daha da artdığını proqnazlaşdırmaq olar. Bu tendensiyanın davam etməsinin bölgəni hansı dərəcədə qorxulu bir duruma gətirəcəyini yalnız təsəvvür etmək olar. Hər bir halda isə Qafqazın təhlükəsizliyi məsələsi daha aktual məzmun kəsb edir.


Şahin Məhəmmədoğlu

TEHRAN MİLLİ HƏRƏKATI BAKIDA ÖNLƏMƏKDƏDİR

TEHRAN MİLLİ HƏRƏKATI BAKIDA ÖNLƏMƏKDƏDİR


Mühacir güneylilərin ölkəmizdə konsert düzənləməsi bu prosesin tərkib hissəsi kimi dəyərləndirilir


S.SƏDRƏDDİN


62 il öncə Azərbaycan Milli Hökuməti Tehran tərəfindən qan içində boğulduqdan bir neçə gün sonra Məhəmmədrza şahın göstərişi əsasında Azərbaycan türkcəsində olan kitablar yandırıldı. Məhəmmədrza şahın bu hərəkətindən təxminən 50 il sonra, 1998-ci ildə Təbrizin imam cüməsi ayətulla Şəbüstəri şəhərin mərkəzində türkcə kitablarla yanaşı, Azərbaycan musiqi alətlərinin yandırılması barədə göstəriş verdi və onun bu fitvası icra olundu.
Bu yaxınlarda baş verənlər mahiyyətcə oxşar, Azərbaycan türkünün milli özünüdərkinə qarşı olsa da, bir qədər dəyişik biçimdə təqdim edilməkdədir. Milli haqqının təmin olunması istiqamətində Azərbaycan türkünün başladığı hərəkata qarşı İslam Respublikası əvvəlki üsullarla mübarizə aparmasa da, dolayı yollardan yararlanmaqdadır.

"HİZBULLAH"çı AZƏRBAYCAN MUSİQİSİNƏ QARŞI

Bu günlərdə "Azadtribun" bir xəbər yayıb. Məlumata görə, "Ənsari-hizbullah"ın (Tehran hakimiyyətinin basqı qrupu) Təbrizdəki məsulu bir bildiriş yayaraq öz həmfikirlərini ayıq-sayıq olmağa çağırıb:
"Son zamanlar Təbrizdə haram musiqinin yayılacağı barədə təəssüfləndirici bir xəbər eşitmişəm. Ürəkağrıdıcı hal odur ki, yerli bülletenlərdən birində bu mənfur işin geniş formada təbliğatına başlayıblar. Bunu eşidəndən sonra özümdən soruşdum: "Ayə, görəsən, Təbrizdə islam dini rəsmi olaraq ləğv edilib? Yoxsa ölkəmizdəki müsəlmanlar ölüb?"
Bir neçə ay öncə ali rəhbərin (ayətulla Xamneyini nəzərdə tutur - S.S.) Təbrizdəki çox hörmətli nümayəndəsi (ayətulla Şəbüstərini nəzərdə tutur - S.S.), yəni imam cüməsi şəhərin icra başçısına mütriblərin bura gəlməsinə etirazını bildirmişdi. Amma bundan nəticə çıxarmaqdansa mətbuatda imam cüməyə qarşı təbliğat aparanda "Hizbullah" susdu. Məgər biz ölmüşük ki, Bakıdan bir neçə mütrib gəlib burada konsert verə, saqqalımıza gülə?!"
Yazıda "Hizbullah" təmsilçisi şiələrin məzhəb inancından yararlanaraq belə bir konsertin, guya, Məhərrəm ayında verilməsinin planlaşdırıldığını bildirməklə Quzey Azərbaycanda islamın olmadığını sübut etməyə səy edir: "Mən öhdəmə düşəni yerinə yetirirəm. Məktubun sonunda bildirirəm ki, öz taleyimizi özümüz həll edək. Taleyimizi siyasi alverçilərin öhdəsinə buraxmayaq. Bizim sükutumuzdan onların yararlanmalarına icazə verməyək. Çoxlu tayfalar, şəhərlər pisliyin qarşısını almaqdan uzaqlaşıblar. Bu səbəbdən də belələri tezliklə Allahın bəlalarına düçar olublar. Allahın dinindən uzaqlaşdığımız üçün çox tezliklə zəlzələnin, şiddətli qıtlığın və bu sayaq bəlaların şahidi olacağıq".
Müraciət müəllifi bu bildirişdə "hizbullah"çılara üz tutaraq onlardan belə konsertləri sükutla qarşılamamalarını istəyir.
Mənbə xatırladır ki, İslam Respublikasının 30 illik təcrübəsinə əsasən bu çağırışın da əsas məqsədinin insanların xurafata, mövhumata uymasına xidmət etdiyini söyləmək olar. Özünü "hizbullah"çı adlandıran bir neçə nəfər zəncir və qəmə ilə konsert verilən salona girərək ora toplaşanları mal və canlarına xəsarət yetirəcəkləri ilə hədələyirlər. İndiyə qədər onların heç biri tutulmayıb, əksinə, bir çox informasiya vasitələrində həmin qrup "həmişə səhnədə olan və İran İslam İnqilabının amaclarını qoruyan xalq" kimi təqdim edilir.

"PANFARSİSTLƏR" BAKIDA KONSERT DÜZƏNLƏYƏCƏK

Bunu Güney Azərbaycandan milli hərəkata yaxın olan soydaşlarımız söyləyir. Çünki onlar tarixdə başımıza gələnlərdən yaxşı xəbərdardırlar. Bundan başqa bir sıra məsələlər özlüyündə də belə nəticə çıxarmağa imkan verir.
Ötən həftə "Baybak" məsələyə dair dəyərləndirmə yayıb. "İllərdir "İran" adlanan ölkənin bütövlüyünü qorumağa çalışan qurumlar və qüvvələrin yandaşı olan Daryuş adlı bir müğənni Quzey Azərbaycanın kütləvi informasiya vasitələrini aldatmağa çalışır. "Azərabadiqan" adlı mahnısı ilə panfarsist, paniranist və antitürklərin yanında olmuş Daryuş İqbali indi də Bakıda konsert vermək arzusuna düşüb. Bu müğənni "Azərbaycanı öz vətənim sayıram" deməklə Quzey Azərbaycan mediasını aldatmağa səy göstərir. Əslində onun və belələrinin fikrincə, Vətən - İran deməkdir. Azərbaycansa "İran" adlanan ölkənin bir rayonudur.
Ququş kimi müğənnilərin hər konsertində türkləri və fars olmayan millətləri aşağılayan lətifələr söylənilir. Belə bir müğənninin ən məşhur dostlarından biri də Daryuşdur. 30 il mühacirətdə yaşayan Daryuş heç bir zaman Azərbaycanın müstəqilliyini dəstəkləməyib, Azərbaycan torpaqlarının işğal edilməsi və s. bu kimi problemlərdən rahatsız olduğunu dilə gətirməyib. Ancaq farsların hər zaman narahat olduqları Araz çayının "o tayı" məsələsindən üzülərək bu çayı İranın "şah damar"ı adlandırıb, Güney Azərbaycanı müstəqil görmək istəyənlərin "başlarının bədənlərindən üzülməsini" arzulayıb.
Yayılmış xəbərlərə görə, Daryuş İqbali 1951-ci il fevralın 4-də Güney Azərbaycanın Miyana şəhərində anadan olub. Özünün dediyi kimi, 25 albom çıxarıb, 250 mahnı oxuyub. İfa etdiyi mahnıların hamısı fars dilindədir. ABŞ, İngilətərə, Almaniya, Yaponiya, Kanada və başqa ölkələrdə verdiyi solo konsertlərdə də farsca oxuyub.
"Çoxdandır Azərbaycan xalq çalğı alətlərinin müşayiəti ilə oxumağı arzulayırdım" deyən bu müğənni Azərbaycanının 18 ildir müstəqil olduğunu yəqin indi bilib.
Bu yaxınlarda 58 yaşı tamam olacaq bir müğənninin indiyə qədər Azərbaycan musiqisindən ibarət bir mahnısının olmaması, birdən ortalığa düşüb türk olduğunu söyləməsi, mahnılarımızı oxumaq istəyi müəyyən şübhələr yaradır.
Bir çoxları parçalanmış millət olmağımız və torpaqlarımızla bağlı məsələlərə həssaslığımızdan yararlanmağa çalışır. Tehran hakimiyyəti bu sayaq məsələləri nəzarətə götürməklə olayları istədiyi məcraya yönəltməyə səy edir. Belə oyunlarda Daryuş İqbali, Vədud Müəzzinzadə kimilər də onların "əllərinə oynayır".
Hələ bir neçə il öncə İranın keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizəsinin qarşısının Quzeydən alınmasını təklif etmişdi. Tehran hakimiyyəti 15 ilə yaxındır bu prinsipə əməl etməkdədir. Quzeylilərin başını əslən Güneydən olan müğənnilərlə, güneylilərin başını isə Azərbaycan türkcəsində mərsiyələrlə qatırlar.
Xatırladaq ki, ötən həftə İslam Respublikasının bəzi saytları ölkənin ali rəhbəri ayətulla Xamneyinin Azərbaycan türkcəsində oxuduğu bir neçə mərsiyənin səsli faylını yayıb.
Azərbaycanın quzeyində milli-azadlıq hərəkatının ilk illərində də millətin hissiyyatından istifadə edərək, quzeylilərin ürəyinə girərək, tanınmış, o vaxtlar mühacirətdə yaşayan güneyli müğənninin səsi sonralar İran hakimiyyəti ilə qoşa səsləndi...
Hələ bir neçə il öncə Vədud Müəzzinzadə adlı bir güneyli soydaşımızın Bakıda rəsm sərgisi açıldı. Konserti təşkil edildi. Başqa sözlə, Güney Azərbaycandan olduğuna, habelə Ərdəbildə yaşadığına görə ona sayğı ilə yanaşıldı. Ancaq ötən ilin payızında onun verdiyi açıqlama "Çörəyimizin duzu yox imiş" və "Öz yuvasına hürən tülkü qotur tutar" atalar sözlərinin yada salınmasına səbəb oldu. Onun dediklərini və verdiyimiz cavabı bir daha yada salmaq istərdik: "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Ərdəbil şəhərində şiələrin ən sevdiyi müəzzin (azan oxuyan) Səlim Müəzzinzadənin oğlu, Azərbaycan mahnı və muğamının ifaçısı Vədud Müəzzinzadə deyib: "Azərbaycan (Quzey Azərbaycanı nəzərdə tutur - S.S.) bizim azəri musiqilərimizi oğurlayır".
Mənbə bildirib ki, Azərbaycan muğamı tarixi mədəniyyətin başlanğıcında dayanır. Min illər öncə indi İran adlanan ölkədə Azərbaycan musiqiçiləri muğamla sözlərini dilə gətiriblər. "Ancaq fars şovinistlərinin assimilyasiyası nəticəsində öz milli varlığından xəbərsizlər türk musiqisini "İran incəsənəti" adlandırıblar. Onu yaradanlarından, türkün özündən "qorumağa" başlayıblar", - deyə mənbə qeyd edib.
İslam Respublikasının musiqi sahəsi üzrə İranın Şimal-Qərb bölgəsinin başçısı olan Vədud Müəzzinzadə bu iddialarla çıxış edərək Tehran hakimiyyətindən "namərd qonşuların əlini azəri musiqisindən çəkməsini istəyib".
Azərbaycanın quzeyindəki milli musiqi hər iki tərəfdəki bölünmüş bir milətin, Azərbaycan türkünün deyilmi? Dünyanın bir çox millətlərinin muğamı var. Amma heç kimə sirr deyil ki, onların ən zəngini Azərbaycana məxsus muğamdır.
Bölünmüş bir milləti üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxan Tehran hakimiyyəti vədudları vəzifə və ya dünya malı ilə ələ ala bilsə də, bunun ancaq türk düşmənlərinin ziyanına olacağı kimsəyə sirr deyil.
Vədud Müəzzinzadəyə gəlincə, bir neçə il öncə buraxdığı musiqi albomuna əsasən Quzey Azərbaycan bəstəçilərinin mahnılarını yazdırıb. Bundan başqa Güney Azərbaycanda minlərlə gənc oğlan və qız Azərbaycan musiqisini özününkü bilir. Onlar üçün sərhəd yoxdur. Elə V.Müəzzinzadə də Bakıda konsert verəndə belə deyirdi. Güneyli soydaşlarımız Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, quzeylilər isə Səlimi, Bədircahani, Ehtizami və s. bəstəkarlarımızı özününkü bilmirmi? Səliminin "Ayrılıq"ını ilk dəfə Tehranda Rəşid Behbudov oxuyub. O zaman türk düşmənləri - keçmiş SSRİ və Məhəmmədrza şahın qılıncının qəbzəsi də kəsirdi.ayna

متهم ایرانی تخریب کتابهای تاريخی محکوم شد


متهم ایرانی تخریب کتابهای تاريخی محکوم شد
فرهاد حکیمزاده که متهم شده بود به بیش از ۱۵۰ کتاب و اثر تاریخی و بسیار پرقیمت مربوط به قرن‌های شانزدهم میلادی به بعد صدمه زده است، به دوسال زندان محکوم شد.

آقای حکیمزاده که در لندن زندگی می کند متهم شده بود که در مدت هفت سال کتابهای تاریخی را از کتابخانه "بریتیش لایبرری" قرض گرفته و صفحاتی از آنها را جدا کرده است.

بر اساس گزارشها صدمات وارد شده به کتابهای تاریخی با چشم غیر حرفه ای قابل تشخیص نیست و در لابلای اوراقی قرار دارد که با دست صحافی شده اند و حدیث سفرهای اروپاییان به ایران، بین النهرین و امپراطوری مغول است.

پیشتر روزنامه گاردین، چاپ لندن، گزارش کرد که پژوهشگران ارشد حیران مانده اند که چرا آقای حکیمزاده، تحصیل کرده دانشگاه هاروارد، ناشر و متفکر با يک چاقوی جراحی به جان 150 کتابی افتاده است که قرن هاست در مجموعه ملی محفوظ بوده اند.

به نوشته گاردین: "خسارت مالی که او در طی هفت سال به بار آورده است چیزی حول و حوش چهارصدهزار پوند است اما دکتر کریستین جنسن، مسئول بخش مجموعه چاپی کتابخانه می گوید به هیچ عنوان نمی توان قیمتی روی کتابها و نقشه هایی که او نابود کرده گذاشت."

پژهشگران کتابخانه بریتانیا در ماه ژوئن 2006، بعد از آنکه یک کتابخوان دیگر به آنها خبر داد که صفحاتی از یکی از کتابها کنده شده است، به کاراگاه تبدیل شدند. تحقیقات دقیق کارشناسان، صحت این حرف این کتابخوان را ثابت کرد و بعد عملیات وسیعی درباره آنکه چه کسی مرتکب این کار شده و اینکه چه کتابهای دیگری هم به همین سرنوشت دچار شده اند، آغاز شد.

16 Ocak 2009 Cuma

İran-Azərbaycan sərhədində 40 kq narkotik tutuldu

İran-Azərbaycan sərhədində 40 kq narkotik tutuldu



İki nəfər həbs edilib, 1 nəfərin tutulması üçün tədbirlər görülür

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirən şəxslər həbs olunublar.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi, Biləsuvar RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəhmətabad kənd sakinləri Vaqif Süleymanov və Vüsal Binyətov 5 kiloqram heroini İran İslam Respublikasından Azərbaycana keçirərkən tutulublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Süleymanovun həmkəndlisi Vüqar İsmayılovla birgə Səmədabad kəndi ərazisində gizlətdikləri 33 kiloqram 70 qram həşiş, 520 qram heroin və 180 qutu təsiredici həblər aşkarlanaraq, götürülüb. V.İsmayılovun tutulması üçün tədbirlər görülür.

LENT.AZ

İsrail İran casusu tutub

İsrail İran casusu tutub

İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən ölkə vətəndaşına ittiham irəli sürülüb. Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, Argentinada yaşayan Maurisio Seqel adlı israilli üç həftə əvvəl həbs edilib.

Prokurorluq əməkdaşları qeyd edirlər ki, Seqal 2006-cı ildə Argentinadakı İran səfirliyinə müraciət edərək pul müqabilində onları İsrail barəsində gizli sənədlərlə təmin edə biləcəyini bildirib. O, səfirliyə öz pasportunu və identfikasiya kartını təqdim edib.

Bu, son bir ildə İsraildə İranın xeyrinə casusluqda ittiham edilərək həbs olunan ikinci şəxsdir. 2008-ci ilin mayında başqa bir şəxs İsrail xüsusi xidmət orqanlarındakı tanışları barədə İrana məlumat vermək ittihamı ilə həbs edilib.

İşğalçı ermənilərin "narazılıq" oyunu

İşğalçı ermənilərin "narazılıq" oyunu

Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistan rəhbərliyi arasında ziddiyyətlərin yaranmasıyla bağlı erməni mətbuatında informasiyalar yer almaqdadır. Digər tərəfdən, ötən gün Dağlıq Qarabağdakı terrorçu rejimin sabiq rəhbərlərindən biri olan Manvel Sarqsyan İrəvanda keçirdiyi mətbuat konfransında maraqlı bəyanatlar verib. O deyib ki, "Dağlıq Qarabağ əhalisi" hərbi birləşmələrin təzyiqləri altında əzilməkdədir. Əhalinin alternativ informasiya əldə etmək, həqiqəti bilmək imkanları yoxdur, onlar hərbi qrupların girovuna çevriliblər. Manvel Sarqsyan Dağlıq Qarabağdakı qondarma rejimin nə zamansa münaqişənin tənzimlənməsində tərəf kimi danışıqlara cəlb edilə biləcəyini də mümkünsüz sayır: "Dağlıq Qarabağ nəinki danışıqlarda tərəf deyil, hətta faktor kimi də əhəmiyyətini itirib".

Ramiz Mikayıloğlu

Bütün bunlar da göstərir ki, rəsmi Bakının separatçı rejimin danışıqlar prosesində iştirak etməyəcəyi yönündə qətiyyətli mövqeyi artıq qarşı tərəfdə pessimizmə yol açıb. Eyni zamanda Dağlıq Qarabağdakı separatçı rejim guya rəsmi İrəvanla aralarında ziddiyyətlər olduğunu göstərməklə danışıqlar prosesində "müstəqil tərəf"kimi təmsil olunmaq niyyətini ortaya qoyur. Bütün hallarda bu "ziddiyyətlərin" ermənilərin oyunu olduğu birmənalıdır.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, konfliktin nizama salınması yönündə ötən dövrdəki mərhələlərin təhlili göstərir ki, bəzən ermənilər ictimai rəyə, mediaya üzərində düşünülməli informasiyalar ötürürlər. Bir sıra hallarda bu, Ermənistandakı rejimin daxili vəziyyətiylə bağlı olur. Bəzi hallarda belə informasiyalar xaricdəki diasporaya hesablanır. İndi də informasiya ötürürlər ki, guya Dağlıq Qarabağdakı qonlarma rejimlə İrəvan arasında müəyyən ziddiyyətlər, anlaşılmazlıqlar var. Məsələlərə daha ciddi yanaşan təhlilçilər belə hallarda baş verənləri ermənilərin oyunu kimi dəyərləndiriblər. Aydın Ağayev də düşünür ki, ermənilər zaman-zaman Qarabağdakı qondarma rejimlə Ermənistanın rəsmi hakimiyyəti arasında ziddiyyətin olması barədə dövriyyəyə informasiyalar atırlar. Analitik İnformasiya şöbəcinin müdiri bildirdi ki, Dağlıq Qarabağdakı guruhun vəziyyəti aydındır. Onlar Azərbaycan ərazisində xarici qüvvələrlə birləşib, Ermənistanın birbaşa iştirakıyla qiyam qaldırıb, azərbaycanlılara qarşı soyqırım törədib, onların yurd-yuvalarından qovublar. Onun sözlərinə görə, münaqişənin nizamlanmasının müəyyən mərhələsində şəraitdən asılı olaraq Azərbaycan ərazisindəki qeyri-azərbaycanlılarla müəyyən münasibətlər qurula bilər. Ancaq indi durum bu reallıqdan çox uzaqdır. Aydın Ağayev hesab edir ki, hələ ki, ermənilərdən Dağlıq Qarabağ münaqişəsinə, yaranmış duruma obyektiv, səmimi münasibət bəsləyənlər yoxdur: "Amma hələ keçən əsrin 90-cı illərində ermənilər arasındakı müəyyən siyasətçilər də tamamilə fərqli mövqe tutmuşdular. Ancaq elə şəxsləri Ermənistandakı indiki hakimiyyət ya siyasətdən uzaqlaşdırıb, ya da sıradan çıxarıb. Bu məqsədlə törədilən əməlləri də biz görmüşük. Ona görə də Ermənistan hakimiyyətiylə Dağlıq Qarabağdakı qondarma rejim arasında ziddiyyətlərin yaranması, Manvel Sarqsyanın səsləndirdiyi fikirlər qurama bir şey ola bilər. Hər halda proseslərin gələcəyini izləyək və görək ki, bu cür ziddiyyət dərinləşirmi?".


İsrail ordusu BMT-nin Qəzzadakı qərargahını bombalayıb

Dünən İsrail ordusu BMT-nin Qəzzadakı mənzil-qərargahını, yerli və xarici jurnalistlərin çalışdığı oteli və bir xəstəxananı bombalayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dinc sakinlərin gizləndiyi BMT binasının atəşə tutulması nəticəsində təşkilatın 3 əməkdaşı yaralanıb. Bəzi mənbələr binaya 3 fosforlu bombanın atıldığını xəbər veriblər. Jurnalistlərin qaldığı "Əl-Şüruk" otelinin bombalanması nəticəsində isə "Abu Dabi" televiziyasının əməkdaşı yaralanıb. 500 nəfərin müalicə olunduğu xəstəxana binasının vurulmasından sonra xəstəxanada yanğın başlayıb. Ölən və yaralananların olub-olmadığı hələlik bəlli deyil. Hazırda İsraildə olan BMT-nin baş katibi Pan Gi Mun hadisəyə etirazını bildirib. O, Qəzzada insan ölümlərinin dözülməz səviyyədə olduğunu deyib.
Dünənki məlumatlara görə, İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlarda öldürülən fələstinlilərin sayı 1066 nəfərə çatıb. Dünən bombardmanlar zamanı uçmuş evin dağıntıları altından 15 nəfərin cəsədi çıxarılıb. Qəzza şəhərinin mərkəzinə doğru irəliləyən İsrail tankının evlərə açdığı atəş nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. Tankların irəlilədiyi bölgələrdə dinc sakinlər evləri tərk etməyə başlayıb. Bu gecə İsrail aviasiyası "Həmas"a məxsus 70-ə hədəfə zərbə endirib. Zərbələr nəticəsində çoxlu sayda yeraltı tunelin dağıdıldığı bildirilir. Qəzzanın Tel El Hava rayonunda "Həmas" döyüşçülərilə İsrail əsgərləri arasında döyüşlər davam edir. Dünən gecədən etibarən başlayan atışma zamanı 11 İsrail əsgərinin yaralandığı barədə məlumatlar var. HAMAS döyüşçüləri də İsrail ərazisinə raket zərbələri endirməkdə davam edir. Bu gecə İsrail ərazisinə 14 raket atılıb. Bununla da İsrailə endirilən raket zərbələrinin sayı 700-ü keçib.

Müharibə Fələstinə 3 milyard dollar ziyan vurub

İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində Fələstinə 3 milyard dollar ziyan dəyib. APA-nın məlumatına görə, bu rəqəmi açıqlayan Fələstinin Rusiyadakı səfiri Afif Safiya tezliklə yaradılacaq keçid hökumətinin ilk növbədə ölkəyə dəyən ziyanın aradan qaldırılması ilə məşğul olmasını vacib sayıb. Onun sözlərinə görə, yeni keçid hökumətinin qarşısında duran ikinci vacib məsələ beynəlxalq nəzarət altında parlament və prezident seçkiləri keçirməkdir. Seçkilərin nəticələrinə görə yeni koalisiya hökuməti qurulacaq.

"Həmas" atəşkəs sazişini imzalamağa razılıq verib

"Həmas" rəhbərliyi Misirin atəşkəs təklifini qəbul edib. APA-nın məlumatına görə, təklif atəşkəs elan olunmasını və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Məlumatı İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos da təsdiqləyib. O bildirib ki, "Həmas" rəhbərliyi yaxın saatlarda öz mövqeyini rəsmi şəkildə açıqlayacaq. Misir rəhbərliyi hazırda İsrailin mövqeyinin açıqlanmasının lazım olduğunu bildirib.

Güney Azərbaycanın əksər şəhərlərində mərhum şəhid prof.Məhəmməd Təqi Zehtabinin şəhadətinin ildönümü münasibətilə mərhumun mübariz həyatını əks etdir

Güney Azərbaycanın əksər şəhərlərində mərhum şəhid prof.Məhəmməd Təqi Zehtabinin şəhadətinin ildönümü münasibətilə mərhumun mübariz həyatını əks etdirən kitabça geniş surətdə yayılıb


Kitabçada Zehtabinin həyat və yaradıcılığı, mərhumun şübhəli ölümü haqqında məqalələr yazan Sübhan Talıblı, Zöhrə Vəfayi, E. Ğəfurniya və mərhum şəhid Qulamrza Əmaninin həyat yoldaşı Günəş Təbrizlinin yazıları və Zehtabinin əsərləri ilə əlaqədar məlumatlar verilib.

Xatırladaq ki, prof.Məhəmməd Təqi Zehtabi 1923-ci ildə Güney Azərbaycanın Şəbüstər şəhərində dünyaya göz açmış 1945-46-cı illərdə Güney Azərbaycanda qurulan milli hökümətlə əməkdaşlıq etdiyinə görə ölkəni tərk etməyə məcbur olur. Təbriz universitetinə daxil olan mərhum Zehtabi təhsilatını Bakıda davam etdirməli olur, o neçə il Bakı və Bağdad universitetlərində qədim tarix və ərəb ədəbiyyatı üzrə tədris etmişdir. Onlarla tarixi və ədəbi kitabların, o cümlədən məşhur “İran Türklərinin əski tarixi “ əsərini ölümündən öncə çap etməyə nail olmuşdur.

Şəhid Zehtabi Güney Azərbaycanın müasir milli oyanışında ən önəmli liderlərdən biri idi, mərhumun milli hərəkata stimul verən fəaliyyətləri nəticəsində Güney Azərbaycanda Babək qalasına hər il yürüşlərin keçirilməsi, bu fəaliyyətin və məntiqi mübarizənin bariz nümunəsidir. Bu kimi fəaliyyətlərdən qorxuya düşən faşist Fars molla hakimiyyəti o dövrdə İranda həyata keçirilən zəncirvari terrorların qurbanlarının birinə çevrildi. Şəhid Zehtabinin həqiqi Güney Azərbaycan Türklərinin öndə gedən rəhbəri olacağından qorxan rejimin ETTELAAT məmurları 1999-ci il Almaniya səfərindən qayıdandan sonra Şəbistər şəhərində yaşadığı evdə şübhəli şəkildə qətlə yetirildi.

Bu gün Güney Azərbaycan Türkləri şəhid Məhəmməd Təqi Zehtabını Güney Azərbaycan milli azadlıq hərəkatının şəhid liderı hesab edirlər və bu həqiqi mənada da doğru qimətləndirmədir.

Hesabatda bildirilir ki, ötən ay 7 nəfər hərəkatçı saxlanıb


Hesabatda bildirilir ki, ötən ay 7 nəfər hərəkatçı saxlanıb

İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyası aylıq hesabat açıqlayıb. Assosiasiyadan ANS PRESS-ə daxil olan məlumata görə, ötən ay da həbslərlə yadda qalıb. Dekabr ayının 12-də “21 Azər” günü, İranda Azərbaycan Hökumətinin qurulması və Türk dilinin rəsmiləşməsinin 66-cı ildönümündə Urmiya şəhərində 7 nəfər təhlükəsizlik gücləri tərəfindən həbs olunub. Saxlanılanlardan Nəvid Sultani, Səid Məhmudi, Hüccət Mahmudi, Sitarə Qasımi və Rəhman Qasımi 3 həftə nəzarətdə saxlanıldıqdan sonra bu il yanvar ayının 4-də sərbəst buraxılıblar. Onlar 3 həftə Urmiya Həbsxanasında dindiriliblər.

İranın Azərbaycan Siyasəti və Ehtiyyat etdiyi Faktorlar . Elnur Elturk

İranın Azərbaycan Siyasəti və Ehtiyyat etdiyi Faktorlar

Elnur Elturk


İranın Azərbaycanla bağlı siyasətində heç vaxt səmimi olmayib və daim buranı öz ərazisi kimi görüb,bu gündə həmin siyasət və həmin baxış dəyişməyərək strateji xətt kimi davam etməkdədir.

İran siyasətçiləri bunu öz dilləri ilə deməsələrdə nəzarətlərində olan medianın və informasiya vasitələrinin dili ilə bunu ortaya gətirirlər.İranın Azərbaycanla düşmənciliyi tarixi qatlara söykənir.Ancaq biz uzaq tariximizə yox müstəqillikdən üzü bəri İranın Azərbaycanla bağlı siyasətinə qisaca nəzər salacayıq.

1991 ci ildə Azərbaycan istiqlaliyyətini élan etdikdən sonra İran istiqlaliyyətimizi həzm edə bilmədi və milli azadlıq hərəkatı başlayan kimi,öz adamlarını ora daxil etsədə sonda prosesləri öz istədiyi şəkildə xeyrinə dəyişə bilmədi.

İran Azərbaycan xalqının milli azadlıq hərəkatına dini rəng vermək istəsədə, hətta bununla bağlı İran mediasında məqalələrin cap olunmasına baxmayaraq son nəticədə İranın bu lahiyəsi iflasa uğradı.

Xüsusi ilə Azərbaycan Xalq Cəhbəsinin və Milli Azadlıq hərəkatının lideri,eks-prezident Əbülfəz Elcəbəyin hakimiyyəti dönəmində İranla Azərbaycan arasında münasibətlər soyuqluğu ilə seçilirdi.çünki Əbülfəz Elçibəy Güney Azərbaycan ideologiyasını ortaya gətirməklə fars şovinizminə ağır zərbə vurmuşdur.

Sonradan Əbülfəz Elçıbəy “Bütöv Azərbaycan yolunda” kitabını yazaraq Millətləşmə,Dövlətləşmə,Bütövləşməni konsepsiya kimi ortaya qoyaraq İran ideoloqlarının Azərbaycan türklərinə tətbiq etmək istədikləri azəriçilik,paniranizm və s ideyalarını darmadağın etdi.

Yeni Azərbaycan Partiyasının lideri Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əliyevin hakimiyyəti dönəmində İranla münasibətlər zahirən normalaşsada amma İran yenədə əsası olmayan addımlar atırdı.

Belə ki,2001 ci ildə İran Hava Qüvvələrinin Azərbaycan sərhədlərini pozması Azərbaycan-İran arasında münasibətləri gərginləşdirdi.Sonradan Türkiyə hərbi təyyarələrinin Azərbaycan gələrək QARDASH AZƏRBAYCAN TüRKLƏRİNİ dəstək verməsi və milyondan cox insanların meydana çıxması İranı geri çəkilməyə məcbur etdi.

Türkiyənin o dönəmdə Baş nazirin müavini olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçalı “Azərbaycana toxunursunuz qarşısınızda bizi görərsiniz”açıqlama verməsi Türkiyənin dövlət mövqeyini göstərdi.Amma buna baxmayaraq İran xəzərin hüqüqi statusunun həll olunmamasında maraqlı olan dövlətlərdən biridi hətta Xəzər dənizinə Mazandaran adı verərək beynelxalq hüqüqa zidd addımlar atır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2006 ci il mart ayında keçirilən Dünya Azərbaycanlılarının ıı qurultayında Mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm fikrini işlətməsi dünya azərbaycanlılarinin bir ara gəlməsində və təşkilatlanmasında mühum rol oynamağa başladı və bu gün artıq güney Azərbaycan məsələsi beynelxalq qurumların diqqətini cəlb edir.BTM baş katibi Pan Gi Mun və Amerikanın prezidenti Barak Obamanın Güney Azərbaycanla bağlı bəyanatlar verərək məsələnin qlobal insan hüqüqları konteksində yanaşmasını ortaya qoyur.Dünyanın müxtəlif yerlərində Güney Azərbaycanla bağlı İnsan hüqüqları ilə bağlı təşkilatlar yaranır və mücadilərini aparırlar.İranın qorxduğu və ehtiyyat etdiyi faktorlardan ən başlıcası Böyük Azərbaycan uğrunda gedən savaşdır.



Bu gün İranın strateji doktrinasında din faktoru ana prinsip kimi öz əksini tapıb və İran həmişə islam dinini əlində bayraq edərək bölgəni və müsəlman dövlətlərini öz təsir dairəsinə salmaq siyasətini yürüdüb.

Azərbaycanla bağlı siyasətində din faktorundan geniş şəkildə istifadə edir.Amma nəticə isə İranın istədiyi kimi hasil olmur.

çünki,İran analitikləri bir şeyi nəzərə almadılar ki,Azərbaycan türkləri tarixinən siyasi ideoloji məfkürəsi Milli Demokratik ideyalarla köklənib.Türk toplumu dini inanclarına nə qədər bağlı olsala

Güney Azərbaycanda Ermənilərin törətdiyi soyqırım haqda «QƏRİB ŞƏHƏRİN HÖNKÜRTÜLƏRİ» kitabİ işıq üzü

Güney Azərbaycanda Ermənilərin törətdiyi soyqırım haqda «QƏRİB ŞƏHƏRİN HÖNKÜRTÜLƏRİ» kitabİ işıq üzü

1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində erməni-assuri silahlı birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırım aktının canlı şahidinin xatirələri nəşr olunub.
Urmiyadakı «Yaz» nəşriyyatı «Qərib şəhərin hönkürtüləri» başlığı ilə Qulam xan Hişmətin xatirələrini kitab halında çap edib.232 səhifəlik bu kitab Birinci Dünya Müharibəsi illərində Urmiya ətrafında baş vermiş «Cilovluq» faciəsini (erməni-assuri silahlı dəstələrinin o vaxt Urmiya-Salmas-Xoy bölgəsində həyata keçirdiyi kütləvi qırğın Güneydə belə adlandırılır – M.M.) və ondan sonra şəkak kürd tayfasının başçısı İsmayıl Simkonun (Simitkonun) törətdiyi hadisələri əks etdirən mötəbər tarixi mənbədir. Qulam xan Urmiyanın mülkədarlarından biri olmuş və 1954-cü ildə dünyasını dəyişmişdir. Hal-hazırda Urmiya bazarının bir hissəsi onun adı ilə «Qulam xan rastası» kimi məşhurdur. Onun xatirələri oğlu Firuz Hişmət tərəfindən illərlə qorunub saxlanmış və nəhayət, çap olunmaq üçün «Yaz» nəşriyyatına təqdim dilmişdir. Qulam xan Hişmətin xatirlərində əks olunmuş dövrün hadisələrini tanınmış Güneyli tarixçi, mərhum Səməd Sərdariniya yığcam şəkildə belə təsvir etmişdir: «Osmanlı assuriləri Birinci Dünya Müharibəsində Osmanlı dövlətinə qarşı savaşda Rusiyanı himayə etdikləri üçün məğlub olub İrana qaçdılar, Qərbi Azərbaycanın şəhər və kəndlərində, o cümlədən, Urmiya və Salmasda məskən saldılar. Güney Azərbaycan əhalisi bu çağırılmamış qonaqları mehribanlıqla qəbul etdi. Lakin çox keçmədən ingilislər bu assuri qaçqınlarını Qafqazdan qaçıb gəlmiş ermənilərlə (yerli erməni və assuriləri də onlara qoşaraq) birgə silahlandırıb Güney Azərbaycanın qərb hissəsində bir xristian dövləti yaratmaq istədilər. Belə bir dövlətin yaranması isə bu əyalətdə yaşayan müsəlmanların (Azərbaycan türklərinin – M.M.) soyqırımı bahasına başa gəlməli idi. Beləliklə də, erməni və assurilərdən ibarət silahlı xristian ordusu qısa zamanda Urmiya, Salmas və Köhnəşəhərdə 130,000 nəfərdən çox yerli müsəlman əhalini son dərəcə acınacaqlı və faciəvi şəkildə qırıb tökdü. Həmin kütləvi qırğınlar nəticəsində bu cinayətkarların çirkin məqsədi az qala gerçəkləşəcəkdi, lakin Osmanlı ordusunun gəlişindən sonra onların bütün iyrənc planları puça çıxdı».

Əlavə edim ki, həmin dövrdə Güney Azərbaycanın qərb bölgəsində Andranik, Marşimon, Petros kimi qatillərin vəhşi əməllərinə son qoymuş Osmanlı əsgərlərinin başında generallar Xəlil Paşa və Əli Ehsan Paşa dayanırdı…

"Nardaranda baş verənlər İranın "Səhər" kanalının sifarişi ilədir"

Rüstəmxanlı üzrxahlıq gözləyir
"Nardaranda baş verənlər İranın "Səhər" kanalının sifarişi ilədir"

Bir həftə əvvəl Nardaran kəndində keçirilən aksiyada çıxış edənlərdən biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı barəsində ölüm fətvası verdiyini elan etdi. Buna səbəb kimi isə onun İranın "Səhər" kanalına İsrail əleyhinə müsahibə verməməsi göstərilib. Artıq məsələyə hüquq-mühafizə orqanları qarışıb və bu fikirləri səsləndirən Nardaran sakinin həbs ediləcəyi gözlənilir. Millət vəkili Sabir Rüstəmxanlı "Ekspress"ə müsahibəsində həm bu məsələ, həm də rəhbərlik etdiyi partiyanın martın 18-də Azərbaycanda keçiriləcək referendumda iştirak məsələsinə aydınlıq gətirib.

- Vətəndaş Həmrəyliyi Partiyası Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumda hansı formada iştirak edəcək?
- Mən bir neçə müddət idi ki, burada yox idim, xaricdəydim. Dijər tərəfdən, başım Dünya Azərbaycanlıları Konqresi ilə bağlı işlərə qarışmışdı. Ona görə də yeni ildən sonra VHP-nin Siyasi Şurası toplaşa bilməmişdi. Amma bir neçə gün əvvəl Siyasi Şura toplandı və bununla bağlı gec olsa da qərarlar qəbul etdik. Gec olduğuna görə də bizim ayrıca bir Təşviqat qrupu yaratmağa imkanımız olmadı. Çünki Təşviqat qrupu yaratmaq həm zaman, həm maliyyə tələb edir. Ona görə də belə qərara gəldik ki, xüsusi Təşviqat qrupu yaratmayaq. Mən bu barədə öz mövqeyimi parlamentdə də açıqlamışam. Azərbaycanda Konstitusiyanın, xüsusilə də bir sıra demokratik təsisatların dəyişilməsinin əleyhinəyəm. Ona görə də prezident seçkilərinə qoyulan məhdudiyyətlərin götürülməsinin əleyhinə çıxış etmişdim. Biz öz mövqeyimizi müdafiə edəcəyik. Baxmayaraq ki, burada Konstitusiyaya edilən dəyişiklik təkliflərinin içərisində xeyli dəyərli olan təkliflər də var. Amma mahiyyət etibarilə bunlar hamısı prezidentin səlahiyyəti ilə bağlı maddəyə əlavə edilib. Yəni məhz həmin dəyişikliyin edilməsi üçün bu referendum keçirilir. Küll halında Konstitusiyada prezidentin səlahiyyətlərinin uzadılması ilə bağlı təkliflərə qarşıyıq və bu mənada ümumi demokratik düşərgənin mövqeyini dəstəkləyirik. Bunun arxasında həmin dəyişikliklər içərisində elə maddələr var ki, sonradan Azərbaycanın həm də Qarabağ məsələsində də problemlər yarada bilər. Ona görə də hesab edirəm ki, bu məsələlərdə Qarabağ amilinin qabardılması doğru yoldur. Demokratik düşərgədə yaradılmış Təşviqat qruplarının mövqeyini dəstəkləyirik və lazım olsa biz özümüz də real kömək göstərəcəyik.
- Müxalifətin yaratdığı Təşviqat qrupları ilə əməkdaşlıq edəcəksiniz?
- Bəli.
- Bu dəyişikliklərdə dəstəklədiyiniz maddələrin xeyrinə təbliğat aparacaqsınızmı?
- Dediyim kimi, əsas məsələ prezidentin səlahiyyəti ilə bağlı məsələdir. Digərləri ilə bağlı məsələlər isə sonrakı mərhələnin işidir. Bu barədə də hələ konkret bir qərarımız yoxdur. Yəqin yaxın günlərdə biz bunların da araşdırılması ilə məşğul olacağıq.
- Digər təşviqat qrupları ilə ilkin müzakirələr olubmu?
- Bu barədə danışıqlar var, ümumi razılaşmalar var, amma sonrakı mərhələdə yəqin ki, müəyyən əlaqələr olacaq.
- Nardaranda barənizdə səsləndirilənlərlə bağlı məhkəməyə müraciət vardı. Hazırda bu iş hansı mərhələdədir?
- Mən özüm məhkəməyə müraciət etməmişəm, bu müraciəti VHP Siyasi Şurası müraciət edib və məsələylə bağlı istintaq işi başlanıb. Sadəcə olaraq son vaxtlar İranın "Səhər" kanalının fəallaşması, mənim şair kimi şairliyimə kölgə salmaq cəhdləri, sonra DAK-ı sionist təşkilatlarla bağlamaq cəhdləri var. Bu da göstərir ki, elə bizim söylədiklərimiz əsassız deyilmiş. Nardaranda "Səhər" kanalı ilə sıx əməkdaşlıq şəraitində işləyirlər və bu kanal da bilirsiniz ki, həmişə antiazərbaycan təbliğatı aparıb, Azərbaycan ziyalılarını gözdən salıb, Azərbaycan mədəniyyətini inkar edib, Azərbaycan ədiblərini farsın adına yazıb. Bunların hamısı sionizmindən danışırlar. Amma mənim düşüncəmə görə, fars şovinizminin sionizmdən heç bir fərqi yoxdur. Fars şovinizmi də indi İranda demokratik düşərgəni, öz müstəqillik və azadlığı uğrunda mübarizə aparan qüvvələri həbsxanalara salır, onlara divan tutur, məhv etməyə çalışır, ölkədən didərgin salıb. Bunun İsrailin fələstinlilərə qarşı apardığı müharibədən nə fərqi var ki?!
- Nardaranlılar bildirib ki, həmin fikir bir nəfərə məxsusdur və bunu emosional şəraitində deyib. Onlar həmin fikirləri səsləndirəni danladıqlarını da deyiblər. Bu məsələdə geri çəkilməyiniz mümkündürmü?
- Mən axı heç bir şey etməmişəm ki, geri çəkilim. Mən heç bir yerə ərizə ilə müraciət etməmişəm, şikayət ünvanlamamışam. Sadəcə, məndən mətbuat bununla bağlı fikir soruşub və mən də yalnız mətbuata danışmışam. Amma camaat qarşısında belə bir söz deyilib və onlar üzr istəməkdənsə, üstəlik üstümüzə gəlirlər. Deyirlər ki, bunu şişirtməsinlər, bu, elə belə hissiyyatla deyilmiş sözdür, nə bilim, bizim də deməyə sözümüz var. Bu nə deməkdir?! Biz nəyi şişirdirik? Sən mənim barədə ölüm hökmü kəsmisən, biz də bunu mətbuatda yazırıq. Bunun hansı şişirtmədir? Ona görə də mitinqləri olacaq, orada rəsmən durub öz səhvlərini etiraf edərlər, ondan sonra danışarıq.
- Sizcə, bu fikirlər məqsədli şəkildə səslənib, yoxsa həqiqətən də təsadüfən söylənib?
- Bu, elə-belə deyil. İranın "Səhər" kanalının sifarişi ilədir. Onlar heç "Səhər"ə qulaq da asmayıblar. Mən o proqrama nə demişəm ki? Müsahibə verməmişəm. Müsahibə verməməyim "Səhər" kanalını təhqir etmək demək deyil. İkincisi bu kanal hər gün məni təhqir edir. Deyək ki, lap cavab da olaraq mən "Səhər"i təhqir edə bilərəm. Bundan nardaranlılara nə var? Nardaran deyəndə də mən bütün kəndi nəzərdə tutmuram. Mənim barəmdə o fitvanı verənləri nəzərdə tuturam. O fitva verənləri nə ağrıdır? Onların "Səhər" kanalı ilə, İranın fitnəkar telekanalı ilə nə işi var? Məncə, burada hər şey göz qabağındadır. Ona görə mənim burada xüsusi bir müraciətimə, bununla bağlı canfəşanlığıma ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları hər şeyi görür, hər şeyi də izləyirlər. Buna uyğun olaraq da addımlar atılacaq. Nardaran ağsaqqallarından da mənə zəng edən olub. Onlara söz vermişəm ki, şəxsən özüm cəhd etməyəcəyəm və əgər onlar səhvlərini boyunlarına alsalar, hansı səviyyədə o çıxış edib mənim haqqımda ölüm fitvası keçiblərsə, o səviyyədə də üzr istəsələr, onda partiyanın Siyasi Şurası verdiyi şikayəti də geri götürər.

Asim SƏFƏROV

"ایراندا آزیاش‌لی‌لارین اعدامی داوام ائدیر"

"ایراندا آزیاش‌لی‌لارین اعدامی داوام ائدیر"
"هومان ریگهتس Watch"لا فرئئدوم هووسئ بو اؤلکه‌ده اینسان حاق‌لارینین پوزولدوغونو بیلدیریر

بئینلخالق حقوق مدافعه تشکیلاتی "هومان ریگهتس Watch" دا آچیقلادیغی هئساباتیندا ایراندا میللی و دینی آزلیق‌لارین حقوق‌لارینین جدی شکیلده پوزولدوغونو قئید ائدیب. بو خبر "توران"آ دونیا آذربایجان‌لی‌لاری کونقرئسین‌دن (داک) بیلدیریلیب.
خبره گؤره، هئساباتدا رسمی تئهراندا میللی آزلیق‌لار اولان آذربایجان‌لی‌لارین، بلوچ‌لارین، عرب‌لرین، کوردلرین حقوق‌لارینین موتمادی تاپداندیغی، فرق‌لی فیکیر سؤیله‌ین شخص‌لرین تعقیب‌دن هبسه، ایشگنجه‌دن قتله قدر بوتون ازاب‌لاردان کئچدیگی وورغولانیب، بهای، یهودی، سوننی، الوی‌لر کیمی دینی آزلیق‌لارین رئژیمین قزبینه توش گلمه‌سی کیمی فاکت‌لار یئر آلیب. بون‌دان علاوه، سندده رسمی تئهران‌دان داش-قالاق، بدن ازا‌لارینین کسیلمه‌سی، آزیاش‌لی‌لارین اعدام اولونماسی کیمی جزا‌لارا سون قویماسی طلب ائدیلیب.
فرئئدوم هووسئ تشکیلاتی دا 2008-جی ایلده دونیادا اینسان آزادلیق‌لارینین وضعیتی ایله باغ‌لی ایللیک هئساباتیندا ایراندا اینسان حاق‌لارینین دورومونو جدی تنقید ائدیب.

DAK tərəfindən Böyük Britaniya, ABŞ, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə 20 yanvar faciəsi ilə əlaqədar marasimlər təşkil olunacaq

DAK tərəfindən Böyük Britaniya, ABŞ, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə 20 yanvar faciəsi ilə əlaqədar marasimlər təşkil olunacaq



Yanvarın 19-u və 20-i tarixlərində respublika və xarici ölkələrdə DAK və DAK Əlaqələndirmə Şurası tərəfindən 20 yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər təşkil olunacaq. Bu barədə məlumatı SİA-ya müsahibəsində Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli verib.

“20 yanvar faciəsi günü ilə əlaqədar Türkiyə və Cənubi Azərbaycan ərazilərində DAK tərəfindən anma mərasimləri təşkil olunacaq. Tədbirlər zamanı Azərbaycanın müstəqillik əldə olunmasında 1990-cı il 20 yanvar faciəsinin rolu və digər tarixi məsələlərlə bağlı fikirlər səsləndiriləcək”,-deyən Ə.Amanbəyli yanvarın 19-da həmçinin DAK-ın Mərkəzi ofisində də geniş tədbir keçiriləcəyini vurğulayıb. Ə.Amanbəyli 20 yanvar günü DAK Əlaqələıbndirmə Şurası üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarət təşkil olunacağını söyləyib.

Onun sözlərinə görə, bundan əlavə, Böyük Britaniya, ABŞ, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə fəlaiyyət göstərən DAK nümayəndələri tərəfindən 20 yanvar faciəsi ilə əlaqədar marasimlər təşkil olunacaq. “Sözügedən tədbirlərdə bir sıra xarici təşkilatlardan nümayəndələr dəvət olunacaqlar. Eyni zamanda, Türkiyə Diaspora Təşkilatları nümayəndələri də tədbirdə iştirak edəcəklər”,-deyə Ə.Amanbəyli əlavə edib.

www.sia.az
dak

Beynəlxalq təşkilatlar İranı «bombaladılar»

Beynəlxalq təşkilatlar İranı «bombaladılar»


«Freedom House» və «Human Rights Watch» Tehranı dəhşətli cəza növlərinə son qoymağa çağırdılar

«Freedom House» təşkilatı 2008-ci ildə dünyada insan azadlıqlarının vəziyyəti ilə bağlı illik hesabatında İranda insan haqlarının durumunu ciddi tənqid edib («Turan»).

Sənəddə İranda fərqli fikir müəlliflərinin müxtəlif ittihamlar əsasında həbs olunmasının davam etdiyi bildirilir: “Bu ölkədə milli azlıqlar - azərbaycanlılar, ərəblər, bəluclar, kürdlər, eləcə də dini azlıqlar, o cümlədən yəhudilər, bahailər və başqalarına qarşı ayrı-seçkilik siyasəti həyata keçirilir”.
Təşkilat bildirir ki, bütün beynəlxalq tələblərə baxmayaraq, İranda azyaşlıların edamı hələ də davam edir. “Tehran rejimi bədən orqanlarının amputasiyası və daşqalaq kimi dəhşətli cəza üsullarından hələ də istifadə edir”.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının da açıqladığı hesabatda İranda milli və dini azlıqların hüquqlarının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda rəsmi Tehrandan daş-qalaq, bədən əzalarının kəsilməsi, azyaşlıların edam olunması kimi cəzalara son qoymaq tələb edilib.bizimyol

14 Ocak 2009 Çarşamba

İranda Zina Yapanlara Recm Cezası

İranda Zina Yapanlara Recm Cezası



İranın Meşed kentinde zinayla suçlanan iki adam taşlanarak öldürüldü. Bir İranlı yetkili geçen ay gerçekleşen olayda, üçüncü kişinin, gömülü olduğu çukurdan çıkmayı başararak cezadan kurtulduğunu bildirdi.

İran’da halkın önünde taşlanarak ölüm cezası alanlar, kendilerini kurtarmayı başarırsa serbest kalabiliyor. Ancak taşlanacak erkek ve kadınlara farklı muamele yapılıyor. Erkekler bellerine kadar, kadınlarsa boyunlarına kadar çukura gömülüyor.

İran’da da yürürlükte olan şeriat yasalarına göre zina ölümle cezalandırılıyor. Ancak reformcular, bu cezadan vazgeçilmesi için çabalıyor.

Taşlanarak infazın, sık olmasa da İran’ın belli bölgelerinde uygulandığı bildiriliyor.

“Axıska türk folkloru” kitabı təqdim olundu

“Axıska türk folkloru” kitabı təqdim olundu


Axıska türklərinin “Vətən” cəmiyyəti “Axıska türk folkloru” kitabını ictimaiyyətə təqdim edib.

Lent.az-ın məlumatına görə, kitab Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub. Layihənin müəllifi Qadın Hüquqlarını Himayə Mərkəzinin rəhbəri Həqiqət Məmmədlidir.

AMEA Folklor İnstitutunun elmi işçiləri Atəş Əhmədli və Qədim Qubadlı da layihənin icrasına cəlb olunublar. Toplanan folklor nümunələrinin bir hissəsi kitabın elmi redaktoru, ön sözün və şərhlərin müəllifi, Slavyan Universitetinin prorektoru, professor Asif Hacılınin zəhməti ilə araya-ərsəyə gəlib. Folklor nümunələrinin 70-80 faizi ilk dəfə işıq üzü görür. Kitab AMEA Folklor İnstitutunun qərarı ilə çap olunub.

Axıska türklərinin “Vətən” cəmiyyəti və Qadın Hüquqlarını Himayə Mərkəzi “Axıska türk folkloru” kitabının ictimaiyyətə təqdimatı ilə bağlı keçirdiyi tədbirə AMEA Folklor İnstitutunun əməkdaşları, ziyalılar, jurnalistlər və vətəndaş cəmiyyətinin üzvləri dəvət olunmuşdu. Axıska türklərinin beynəlxalq “Vətən” cəmiyyətinin sədri Süleyman Babakadze, Azərbaycandakı Axıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Burhanov, AMEA əməkdaşları Atəş Əhmədli, Qədim Qubadov, Rövşən Əlizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev və digərləri mövzunun əhəmiyyətindən danışdılar. Folklor bir əsrdə 3 dəfə deportasiya olunduğuna görə yazılı ədəbiyyatı inkişaf etməyən Axıska türklərinin əsas mədəni həyat forması olub. Ona görə bu kitabın Axıska türklərinə gözəl bir hədiyyə olacağı bildirildi.

LENT.AZ

Prof. Dr. Ziya Sədrin GÜNAZ TV-dəki söhbətləri üzərinə . Güntay Gəncalp

Prof. Dr. Ziya Sədrin GÜNAZ TV-dəki söhbətləri üzərinə
Güntay Gəncalp


XX əsrdə bir neçə böyük şəxsiyət yetişdirdik. örnəyin Dr. Nütqi, Dr. Cavad Heyət və digərlərinin adlarını saymaq olar. Ancaq içimizdə böyük bilim adamları da var imiş ki, bizim onların haqqında geniş bilgimiz yox idi. GüNAZ TV-nin fəaliyətə başladığı gündən etibarən, millət öz içində var olan bir çox dəyərli şəxsiyətləri və bilim adamlarını tanıdı, onların illər boyu zəhmətlə birikdirdikləri bilgilərindən yararlandı. Bu yolda xüsusən Obalı bəyin fədakarlıqlarını unutmamalıyıq. Obalı bəyin fəaliyətləri sadəcə, televizionçuluqla sınırlı qalmadı, eyni zamanda tanınmamış, ya da sadəcə kitab oxumaqla məşğul olan çox az adamlar tərəfindən bilinən böyük şəxsiyətlərimizin də tanınmasında Obalı bəyin böyük rolu oldu. Gözümüzün önündə milli tariximiz böyük bir fədakarlıqla yaranır. GüNaZ TV vasitəsi ilə millətin və şəxsən mənim özümün daha dərindən tanıdığım böyüklərimizdən birisi də Prof. Dr. Ziya Sədr oldu. Ziya Sədr bəy GüNaZ TV-də canlı yayınlara qatılıb bilgilərini bizlərlə paylaşdı. Tamaşaçıların bilgilənməsində, aydınlanmasında çox təsirli oldu. Dr. Ziya Sədrin televiziondakı söhbətləri üzərinə mülahizələrimi açıqlamaq istərdim.

İlk dəfə olaraq Dr. Ziya Sədrin yazıları ilə İsvəçdə yaşayan Əlirza Ərdəbillinin yayınladığı “Tribun” dərgisində tanış oldum. Daha sonra bir çox sitələrdə doktor bəyin yazıları yayınlandı. Ancaq Doktor bəyin toplumumuzu aydınlatmaq fəaliyətləri GüNaZ TV ekranlarında doruğa (zirvəyə) yüksəldi.

Hələ əski Yunan fəlsəfəsində “bilgi ərdəmdir (fəzilətdir)” deyilmişdir. çünkü bilgi öz işığına bürünən ağlın məhsuludur. Aydınlanmanın inanc yolu ilə deyil, bilgi yolu ilə mümkün olduğunu ilə dəfə XVIII əsrdə Kant yazdığı “Aydınlanma nədir?” məqaləsi ilə anlatmağa çalşıdı. “Bilirəm”lə “inanıram” arasında bir fərq var. Bu fərqi ağlı qullanaraq dərk etmək mümkündür. Günümüz açısından baxdığımızda aydınlanma “inanıram”dan “bilirəm”ə doğru bir yönəlişdir. çünkü bilgi artışı ilə inancın da sağlıqlı təməllərə dayanacağı mümkün olacaqdır. Xürafatdan arınmanın yolu bilgilənərək aydınlanma ilə mümkündür. Bunu Qərb fəlsəfi həyatında görməkdəyik. Bir din var, bir də din tarixi. Tarixdə din siyasətə alət edildiyi üçün öz zatından ayrılmış və xürafatla iç-içə girmişdir. İnsanlıq tarixi bizlərə belə bir dərs verir ki, inancsız fərdlər və dövlətlər ola bilər, ancaq inancsız, dinsiz millət ola bilməz. O zaman dinsiz millət ola bilməzsə, din tarixi ilə dinin özünü ayırd etməmiz gərəkəcək. Aydınlanmanın əsas görəvlərindən biri də bundan ibarətdir. Yəni tənqid edilən şey dinin müqəddəs dəyərləri deyil, dini qurum və quruluşlardır, dini institutlardır. Aydınlanma sürəci içində “bil və inan!”la “inan!” arasındakı fərqlər açıqca meydana çıxır. “Bil və inan!” önərməsinin təməlində fərdin axtarışları, bilgilənməsi durur, ancaq “inan!” önərməsində fərd din xadimləri tərəfindən yönləndirilir. Bu açıqlamarı nədən söyləyirəm? Ona görə ki, Dr. Sədr bəyin GüNaZ TV-dəki söhbətləri sadəcə, tarix planında aydınlanmanı ehtiva etmirdi, həm də din və din tarixi planında da aydınlanmanı ehtiva edirdi. Bunları bir az daha açıqlamaq istərdim. Hər düşünən adam üçün bəllidir ki, tarix İranda fars şovinizmin ideolojisi və bir şəkildə şovinizmin məzhəbi halına gəlmişdir. Şovinizm bir sürü tarix teoriləri üzərinə sərmayə yatırmış, onu bir inanc halına gətirmiş və sonra ölkənin imkanlarından yararlanaraq təbliğ etməyə başlamışdır. Dr. Sədr bəy TV-dəki açıqlamaları ilə möhkəm bilgilərə və qaynaqlara dayanaraq şovinizmin tarix ideolojisini ifşa etməyi başarmışdır. Əminəm ki, Dr. Sədr bəyin söhbətlərini ciddi şəkildə dinləyən yurddaşlarımız geniş miqyasda aydınlandılar. Bu bilgilənmə və aydınlanma olmadıqca düşüncə planında şovinizmə qarşı savaşmaq mümkün olmayacaq. Şovinizmin yaratdığı qaranlıq bu bilgilərin işiğında aydınlanır. Ayrıca Dr. Sədr bəyin ortaya qoyduğu bu bilgilər işığında şovinizmin yaratdığı aşağılıq kompleksi də ortadan qalxır. Nədir bu aşağılıq kompleksi? Şovinizin əsas hədəflərindən biri də əzdiyi və yox etmək istədiyi toplumlarda aşağılıq duyğusu yaratmaqdır. Aşağılıq duyğusu necə yaranır? Asimilə edilən ulusun keçmişini aşağılayaraq, onu çirkin göstərərək, soysuzlaşdıraraq, dilini və başqa kimlik ünsürlərini təhqir edərək aşağılıq kompleksi yaradırlar. Dr. Sədr bəyin söhbətləri şovinizmin oluşdurduğu bu aşağılıq kompleksini ortadan qaldırmaqda çox təsirli oldu və olacaq.

Ədəbiyat, fəlsəfə, sosiologiya verilərindən yola çıxaraq tarixi anladan Dr. Sədr bəy, tarix elminin nə qədər də maraqlı olduğunu göstərmiş oldu. Nəqli, elmi və fəlsəfi tarixi bir bütün olaraq izah edən Dr. Sədr bəy kollektiv şüurumuzda tarix metodologiyası oluşdurma açısından da çox müvəffəq olmuşdur.

Dr. Sədr bəyin açıqlamalarında din bir töz (zaat) olaraq anladılırdı. Bir haldakı şovinizmin əlində alətə dönüşmüş din günümüzdə “ilenek” (ərəz) olaraq meydana çıxmışdır. Yəni dinin zaatı ilə əlaqəsi olmayan bir sürü öyrətilər cəmiyətə təlqin edilir. Şovizmin əlindən bu silahı almanın yolu düşüncədə və duyğuda sekularlaşmadan keçər. Fars şovinizmin iki paradiqması var: 1. Ari irqçiliyi. 2. Fars milliyətçiliyi mərkəzli islam anlayışı. Bu iki fars şovinizmi paradıqmları bir-birini yaşadan rəqiblər kimi ortaya çıxmışdır. Necə ki, Pəhləvi rejiminin irqçiliyə dayanan tarix anlayışı xumeynizm tərəfindən davam etməkdədir. Bu paradiqmaların çöküşünü yalnız geniş bilgi işığında mümkün etmək olar. Dr. Sədr bəyin ortaya qoyduğu sekular dünyagörüşü bu paradiqmaların ortadan və beyinlərdən qalxması üçün təkan vermişdir.

Dr. Sədr bəyə böyük hörmətlərlə.

İRANIN QƏZZAYA YÜK DAŞIYAN GƏMİSİ DAYANDIRILIB

İRANIN QƏZZAYA YÜK DAŞIYAN GƏMİSİ DAYANDIRILIB

İranın dövlət radiosu yanvarın 13-də İsrail dəniz qüvvələrinin Qəzza zolağına üzən yük gəmisini dayandırdığı barədə məlumat yayıb.

«Media forum» saytı xəbər verir ki, 13 gün əvvəl İranın Bəndərabbas limanından yola düşən gəmi Qəzzaya 200 ton dava-dərman və ərzaq aparırmış. Yük gəmisi Qəzzanın 30 kilometrliyində dayandırılıb.

Ötən ilin son günlərindən İsrail ordusu «Həmas»ın nəzarətində olan Fələstin torpağı Qəzzada qanlı hərbi əməliyyatlar aparır. Bombardmanlar, raket zərbələri və quru hücumları nəticəsində yüzlərlə fələstinli həlak olub.

İsrail İranı «Həmas» qüvvələrinə maddi və silah-sursat yardımı göstərməkdə günahlandırır.




«Media forum»

ABŞ İranda çevriliş hazırlayıb?

ABŞ İranda çevriliş hazırlayıb?

İranın hakimiyyət dairələri ABŞ-ın maliyyə yardımı ilə ölkədə dövlət çevrilişinə yönəlmiş qəsdin üstünü açdığını bəyan ediblər.
Ali Məhkəmənin yetkilisi Əli Rza Cəmşidi bildirib ki, bu işlə bağlı şübhəli şəxs qismində Tehranda 4 nəfər tutulub.
"Tutulanların məqsədlərindən biri İrandakı mövcud İslam quruluşunu devirmək üçün cinayətkar şəbəkəsi yaratmaq olub. Baş tutmayan qəsdin təfərrüatları ən yaxın günlərdə açıqlanacaq. Qəsdçilərin taleləri də onda məlum olacaq", - Cəmşidi deyib.
Amerikalıların köməyi ilə İranda dövlət çevrilişi cəhdinə hazırlıq getməsi barədə xəbərin ABŞ-ın yeni prezidenti Barak Obamanın andiçmə mərasiminə bir həftə qaldığı vaxtda yayılması maraqlıdır. Belə ki, sələfi Corc Buşdan fərqli olaraq Obama İranla bağlı yeni siyasət yürüdəcəyini vəd edib.
Buş administrasiyası Tehranla birbaşa əlaqələrə qəti etiraz etdiyi halda, Obama belə təmaslar qurmaq və İraqda "Əl Qaidə" terroruna qarşı mübarizədə İranı ABŞ-ın müttəfiqinə döndərmək niyyətindədir.

Avropa Birliyi İranı insanları daşqalaq etməyə son qoymağa çağırıb

Avropa Birliyi İranı insanları daşqalaq etməyə son qoymağa çağırıb

Avropa Birliyi İranı insanları daşqalaq etmək praktikasına son qoymağa çağırıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Avropa Birliyi prezidentliyi İran İslam Respublikasında məhkumların daşqalaq edilməsinə dair yeni faktları pisləyib. Bəyanatda bildirilir ki, ötən ilin sonunda üç nəfər bu cəzaya məhkum edilib, onlardan 2-si ölüncəyə qədər daşqalaq edilib, 1-i isə qaçaraq canını qurtara bilib: “Avropa Birliyi İranın mərkəzi hakimiyyət orqanlarından xahiş edir ki, bu halları təcili şəkildə araşdırsın və daşqalaq praktikasına birdəfəlik son qoyulmasını təmin etsin”. AB İranı bu qorxunc və qeyri-humanist cəza növünü qadağan etməyə, işgəncələrə və qeyri-humanist davranışa qarşı Konvensiyaya qoşulmağa çağırıb.

“ERGENEKON”un ADINA DAHA BİR CƏBBƏXANA YAZILDI

“ERGENEKON”un ADINA DAHA BİR CƏBBƏXANA YAZILDI
Bu silahları kimlərin gizlətdiyi haqda şübhələr var; Ərdoğanla Dəniz Baykal isə bir-birini hədəfə aldı

Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində aparılan axtarışlar nəticəsində bu təşkilata aid olduğu deyilən yeni cəbbəxana aşkar edilib. Xəbərə görə, keçmiş xüsusi təyinatlı polis rəisi İbrahim Şahinin evindən tapıldığı deyilən çertyojlar əsasında axtarışları davam etdirən polis yanvarın 12-də axşam Ankaradakı erməni qəbristanlığı ərazisində gizlədilmiş çoxlu sayda silah-sursata rast gəlib. Silah-sursatın həmin ərazidəki boş evin həyətində basdırıldığı bildirilir.
Tapılan silah-sursat arasında çoxlu sayda əl qumbaraları, müxtəlif tip atıcı silahlar və digər hərbi ləvazimatlar var. Xatırladaq ki, bundan əvvəl polis İ.Şahinin Ankaradakı evinin ətrafındakı meşəlikdən də çoxlu sayda silah-sursat tapıb. Daha sonra qazıntı işləri şəhərin ayrı-ayrı yerlərində, o cümlədən Hatayda davam etdirilib.
Bu silah-sursat iqtidara bağlı media tərəfindən “Ergenekon” terror təşkilatının varlığını sübut edən ən mühüm dəlil" kimi göstərilir.
“Ergenekon” həbsləri və tapılan silah-sursat dünən Türkiyə parlamentində baş nazir Rəcəb Tayyib Ərdoğan və ana müxalifət lideri Dəniz Baykal arasında da sərt qarşılıqlı çıxışlara səbəb olub. D.Baykal partiyasının parlament qrupu qarşısında çıxışı zamanı deyib ki, ötən həftə aparılan həbslər hər kəsi şoka salıb: “Dövlətin ən kritik nöqtələrində xidmət etmiş, vəzifədə olarkən heç bir cinayət işləməmiş və ittihamla üzləşməmiş hörmətli insanları nədən birdən-birə bu cür həbs edirlər? Bizim ”Ergenekon"la bağlı əvvəlcədən narahatlığımız var. Bu, siyasi xarakterli davadır, təhlükəsizlik orqanları siyasi təlimat əsasında hərəkət edir. Təlimatı verənlərin arxasında isə şəxsən baş nazir dayanır. Türkiyə hüquq dövlətidir, qanun qarşısında hamı bərabərdir. Mən baş nazirdən soruşuram: Milli Təhlükəsizlik Şurasının keçmiş katibini həbs etdirirsən, bəs yaxın ətrafının bulaşdığı korrupsiya qalmaqallarında adları keçənlərə niyə gücün çatmır?"
D.Baykala görə, baş nazir və onun partiyası CHP-ni də cinayətin içində göstərmək üçün eyhamlar edir, ancaq baş nazirin CHP-ni bu işlərə bulaşdırmağa gücü çatmaz.
R.T.Ərdoğan isə partiyasının parlament qrupu qarşısındakı çıxışında deyib ki, onlar qaranlıqların aydınlaşmasına çalışır. Prokurorluq qanunun verdiyi səlahiyyətlərdən istifadə edir, bəziləri isə bundan nəyə görəsə narahat olur: “Biz mafiyalara qarşı mübarizə aparacağımızı dedik, kimlərdənsə intiqam aldığımızı deyirlər. İnsan bir az insaflı olar. Bəs quyulardan çıxan silah-sursat nədir? Bu sui-qəsd planları nədir? Mən bu əməliyyatı aparanların hər birinə təşəkkür edirəm, uğura görə təbrik edirəm. Ana müxalifət lideri isə hüquqi prosesə müdaxilə etmək istəyir. Nədən qorxursan, hörmətli Baykal? Təlaşa düşməyə gərək yoxdur. Bəzi şəxslərlə bağlılığınız ola bilər. Bu ölkənin prokurorluğu istintaq aparacaq. Heç təlaşa düşməyin. Siz də bu ölkənin məhkəmələrinə, prokurorlarına güvənin”.
İstefada olan general Osman Pamukoğlu isə telekanalların birinə müsahibəsi zamanı diqqəti çuxurlardan tapılan silahların çox təmiz göründüyünə cəlb edib. Vaxtilə PKK-ya qarşı əməliyyatlara rəhbərlik edən general deyib ki, şəxsən özü terrorçuların yüzlərlə yeraltı silah-sursat anbarını aşkara çıxarıb. Lakin bu silahların hamısı paslı olurdu.
Siyasət şöbəsi
musavat

Pentagon: İran Hala Iraka Karışıyor

Pentagon: İran Hala Iraka Karışıyor


ABD Savunma Bakanlığı (Pentagon), İranın hala Iraka karışmayı sürdürdüğünü bildirdi.


Pentagon tarafından Irak konusunda hazırlanan bir raporda, yaklaşan seçimler dolayısıyla Irakın iç siyasetine nüfuz elde etmek peşindeki İranın bu ülkeye karışmayı sürdürdüğü belirtilerek, İran Irakın uzun vadeli istikrarı, siyasi bağımsızlığı ve toprak bütünlüğü bakımından dikkate değer bir tehdit olmayı sürdürüyor ifadesine yer verildi.





Pentagonun, Irakta eylül ile kasım sonu arasındaki döneme ilişkin raporunda, İran, ABD ile Irak hükümeti arasında aralık ortasında imzalanan ve 2011e kadar Amerikan birliklerinin çekilmesini öngören güvenlik anlaşmasını baltalamaya çalışmakta ve Irakı istikrarsızlaştırmak amacıyla militan gruplara ev sahipliği yapmayı, maddi kaynak sağlamayı ve bunları eğitip yönetmeyi sürdürüyor iddiası yer aldı.



Pentagon sözcüsü Geoff Morrell de, rapor dolayısıyla yaptığı açıklamada, İranın Irak ve Afganistandaki teröristlere destek verdiğine ilişkin kanıtlar elde etmeyi sürdürüyoruz dedi. (Anadolu Ajansı)

İran, Türkiyenin Planını Destekliyor

İran, Türkiyenin Planını Destekliyor

İran, İsrail saldırılarının durdurulması ve Filistinlilere yardımı öngören Türkiyenin "Gazze planını" desteklediğini bildirdi.


İran Meclisi Başkanlık Divanı üyesi ve İran-Almanya Meclis Dostluk Grubu Başkanı Hamid Rıza Hacıbabayi, İsrail katliamlarını durdurmaya ve Filistin halkının yaralarını sarmaya yönelik Türkiyenin çabalarının Müslüman milletler ve ülkelerce desteklendiğini söyledi.



Mısırın ateşkes planını, "ABD siyasetleri doğrultusunda hazırlanmış, siyonist İsrailin hoşuna giden ve Filistin halkının çıkarlarına karşı" diye niteleyen Hacıbabayi, "Türkiyenin planı, ateşkesin sağlanması, kuşatmanın kaldırılması ve geçiş kapılarının açılmasını içeren iyi bir plandır" dedi.





"Türkiye, Filistin halkının hak ve hukukuna riayet edilmesi ve olumlu bir bakışla bu planı hazırlamıştır" diyen Hacıbabayi, "Türkiyenin planı uygulanabilir, başarılı, Filistin halkının ve Müslümanların çıkarlarını gözetmeye yöneliktir. Bu plan, Müslüman milletler ve ülkelerin desteğini alacak. Bize göre de sorunun asıl çözümü budur" ifadesini kullandı.



Hacıbabayi, İsrailin Gazze Şeridini muhasara etmesi ve saldırıda bulunmasının uluslararası örfe aykırı olduğunu kaydetti.



Hacıbabayi, Mısırın Refah geçiş kapısını kapatmasını da "İslama, ahlaka, uluslararası ve komşuluk ilişkilerine aykırı" olarak değerlendirdi. (Anadolu Ajansı)

Fransa HƏMAS-ı atəşkəsə razı salmaq üçün İrandan dəstək istəyir

Fransa HƏMAS-ı atəşkəsə razı salmaq üçün İrandan dəstək istəyir


Fransa İrandan HƏMAS təşkilatını atəşkəsi və BMT-nin 1860 saylı qətnaməsini qəbul etməyə razı salmasını istəyib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Fransanın xarici işlər naziri Bernar Kuşner yanvarın 12-də İranın XİN rəhbəri Mənuçöhr Müttəki ilə telefon danışığı aparıb. Kuşner iranlı həmkarı Müttəkiyə telefon açaraq , BMT-nin 1860 saylı qətnaməsinin icrasına şərait yaratmaq və atəşkəs əldə etmək məqsədi ilə HƏMAS təşkilatını razı salmaq üçün köməklik göstərməsini istəyib. // Trend

İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır

İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır



İran hökümətinin Azərbaycan dili, mədəniyyəti və musiqisinə əlavə məhdudiyyətlər tətbiq etmək məqsədi ilə İran Azərbaycanında fəaliyyət göstərən bir neçə musiqiçini ölkədən çıxarıb.

"Urmu News"da yayılan məlumata görə, Urmiyənin "El Səsi", "Türk Müzik" və "Barış" musiqi grupunda garmon ustası kimi tələbə yetişdirən naxcıvanlı Kamal Əliyev bir neçə gün öncə Urmiyyə Ettelaatına çağırılaraq, ölkəni tərk etmək üçün 24 saat vaxt verildiyi barədə xəbərdarlıq alıb. Cənab Əliyevin "arzuolunmaz şəxs" elan edilməsinin səbəbləri barədə heç bir söz deyilməyib.

Həmin mənbənin məlumatına görə, təhlükəsizlik orqanları başqa bir neçə musiqiçinin də ölkəni təcili tərk etməsi ilə bağlı hədələyici telefon zəngləri edib.

Son günlər İran Ettelaatına və İslam İnqılabı Keşikçilərinə yaxın olan bir sıra mənbələr "Bakıdan Təbrizə gələn musiqi grupları özləri ilə dəhşətli fəlakətlər gətirir!" başlıqlı məqalələr yayıb.

Bu gün Qəzzədə tökülən günahsız qanlardan yalnız İsrail deyil bəlkə Həmas və İran da sorumludur.

Bu gün Qəzzədə tökülən günahsız qanlardan yalnız İsrail deyil bəlkə Həmas və İran da sorumludur.


Hər şeydən əvvəl qeyd etməliyik ki, Filistin və İsrail sorunu beynəlxalq qaydalar əsasında həll olunmalı və insan qırqını dərhal dayandırılmalıdır. Eyni zamanda Güney Azərbaycanlı olaraq günahsız insalanların oldürülməsinə har halda qarşıyıq. Bu öldürülən günahsız insanların içində bizə ən yaxın təbii Güney Azərbaycanda və Qüzey Azərbaycanda fars və erməni işqalçıları vasitəsilə öldürülənlərdir.



Bügün Qəzzə diyə bağıranlar əgər Qarabağ işqal olanda belə bağırsaydılar Qarabağımız çoxdan azad olmuşdu. Ərəblərdən daha güclü və qəliz Qəzzə deyib bağıran türklər nədən bəs fars rejimi bizi Təbrizdə, həmdə iki il əvvəl qətliam edəndə səsləri batmışdı? İran adlanan ölkənin yalanlarına aldananlara sorumuz budur ki əgər İran həqiqətən müsəlmanların haqqından müdafiə edirsə, əcəba Qarabağda qətliam olanlar müsəlman deyildilərmi? Amma İran Qarabağ müsəlmanlarına nəki yardim etmədi bəlkə tərsinə işqalçı ermənilərə silah, sursat, qaz, neft və mali yardım etməklə müsəlman azərbaycanlıları dolayısıyla qətliam etdirdi. Və ya əcəba nədən bu islam müdafəsi iddəasında olan İran Çeçenistan müsəlmanlarına yardım etmir və tərsinə Rusiyanın ən yaxın dostudur?



Bu gün Qəzzədə silahsız milləti özünə sipər edib və bu günahsız insanların ölümünə səbəb olan Həmas teror təşkilatıdır ki, İran hakimiyyəti tərəfindən çizilmiş senariyanı icra etməkdədir.



Fars şövinistləri bir tərəfdən İslamı bəhanə edərək ortadöğuda hegemonluğu ələ keçirmək üçün və başqa tərəfdən İran adlanan ölkədə daxili böhranı ort basdır edib fikirləri Qəzzəyə yönəltərək Azərbaycan milli hərəkətini gözlərdən üzaq boğmaq qəsdiylə filistinliləri qurban verməkdədir. Zahirdə Filistinin daşın sinəsinə vuran İran əslində Filistini öz əlinə keçirib və öz imperialist royalarını gərcəkləşdirmək istəyir. Unutmamalıyıq ki, İsrail və Filistin sülh anlaşmaları sırasında dünyada barışın düşməni və teror dəstəkçisi olan İran Fars hakimiyyəti Filistində Həmasın əlilə daxili savaş salıb və Filistini parçalayaraq yenidən bohran yaratdı.



İranın Həmas və Hizbullah teror örgütünə yardımı hər kəsə aydındır. 2006-cı ildə İran bu teror örgütlərinə 120.000.000 dollar yardım edərək 2007 savaşını hazırladı və 2007-də Hizbullah və Həmasa 80.000.000 dollar yardım və onun ardından silah, sursat və başqa maddi yardımlarıla bü günkü hadisəni yaratmaqdadır.



Biz Güney Azərbaycanlıların ən önəmli və birinci sornumuz Güney Azərbaycanın istiqlalıdır. Heç bir hadisə bizi bu yolumuzdan caydırmamalıdır. Bu qutsal savaşımıizda isə birinci düşmənimiz işqalçı İran Fars hakimiyyətidir. Bu savaşda hərkəs ki İranın yanındadır, bizim qarşımızdadır.



Güney Azərbaycan İstiqlal Partisi.