azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ocak 2009 Salı

Fars rejimi Milli Hərəkata qarşı psixoloji müharibə aparır

Fars rejimi Milli Hərəkata qarşı psixoloji müharibə aparır


Bir müddət əvvəl İranın Mədəniyyət və İslam İrşad Nazirliyi Vəhid Musaiyanın rejissorluğuyla sənədli film çəkib. Bu film "Lost land", yəni "İtirilmiş yer" adlanır. "Azadtribun"un yaydığı məlumata görə, film keçən il İranın "Fəcr" film festivalında nümayiş etdirilib və yaxşı yer tutduğu üçün mükafata layiq görülüb.

Fars şovinist rejimininin azərbaycanlılara qarşı çəkdiyi "İtirilmiş yer" filmi "Ettelaat"ın xüsusi sifarişilə həyata keçirilib və onlar İran universitetlərində filmin geniş şəkildə yayılmasına çalışıblar. Ancaq milli fəalların kəskin etirazları bu işə ciddi mane olub. Bu siyasət daxildə məğlub olsa da, amma rejim rahat durmayıb, xaricdə şahçılar, kommunistlər və "hizbullahçılar"ın vasitəsilə filmi nümayiş etdirirlər. Bu vasitəylə də Milli Hərəkatımıza qarşı psixoloji müharibəni davam etdirirlər. Film bu il yanvarın 10-da İsveçin paytaxtı Stokholmda nümayiş etdirilib və yanvarın 17-18-də Yöteborg və Malmö şəhərlərində yayılacaq. Bunda İranın "İşçi yolu" adlı marksist-leninist təşkilatına aid olan və Stokholmda FM dalğasında yayılan "Həmbəstəgi", yəni "Həmrəylik" radiosu böyük rol oynayıb.

Qeyd edək ki, Adolf Hitlerin kadrlarıyla başlayan filmdə İkinci Dünya müharibəsindən sonra Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumət pislənilir.

Hiç yorum yok: