Avropa Birliyi İranı insanları daşqalaq etməyə son qoymağa çağırıb
Avropa Birliyi İranı insanları daşqalaq etmək praktikasına son qoymağa çağırıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Avropa Birliyi prezidentliyi İran İslam Respublikasında məhkumların daşqalaq edilməsinə dair yeni faktları pisləyib. Bəyanatda bildirilir ki, ötən ilin sonunda üç nəfər bu cəzaya məhkum edilib, onlardan 2-si ölüncəyə qədər daşqalaq edilib, 1-i isə qaçaraq canını qurtara bilib: “Avropa Birliyi İranın mərkəzi hakimiyyət orqanlarından xahiş edir ki, bu halları təcili şəkildə araşdırsın və daşqalaq praktikasına birdəfəlik son qoyulmasını təmin etsin”. AB İranı bu qorxunc və qeyri-humanist cəza növünü qadağan etməyə, işgəncələrə və qeyri-humanist davranışa qarşı Konvensiyaya qoşulmağa çağırıb.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder