İstanbulda Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunacaq
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar sərgi təşkil olunacaq. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya deyib ki, sərginin açılışı fevralın 25-də keçiriləcək. Həmin sərgidə Türkiyədə yaşayan azərbaycanlı rəssamların və Azərbaycan Rəssamlar İttifaqının bir neçə üzvünün Xocalı soyqırımına həsr olunmuş əsərləri nümayiş etdiriləcək. Sərginin nümayişi martın 15-dək davam edəcək.
-----------------------------------------------------------------
Estoniya prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
Bakı – APA. Estoniya prezidenti Toomas Hendrik İlves yanvarın 12-də Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda T. H. İlves və Y. Eyyubov arasında qısa protokol görüşü olub.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder