azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Ocak 2009 Cumartesi

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA TƏBRİKİ

Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.
2008-ci il başa çatır. Ölkəmiz üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün 2008-ci il çox uğurlu olub. 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam edib. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək.
Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıyıb və bunu bəyan edib. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir.
Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət sahibkarlığın inkişafını dəstəkləyir və növbəti illərdə bu dəstək daha da böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq.
Ölkəmizdə son beş il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı da uğurla başa çatıb. Proqramın bütün vəzifələri icra olunub. Proqram qəbul olunanda 600 min yeni iş yerlərinin açılması nəzərdə tutulub. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanda 750 min yeni iş yerləri açılmışdır ki, bu da regionların inkişafına çox böyük təkan verib.
Bizim bölgələrimiz abadlaşır, gözəlləşir, yeni infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər tikilməkdədir. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir, Azərbaycanın bütün bölgələri inkişaf edir.
Kənd təsərrüfatına böyük diqqət göstərilir. Biz, demək olar ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görmüşük və ümid edirəm ki, növbəti bir-iki il ərzində özümüzü ərzaq məhsulları ilə tamamilə təmin edəcəyik. Kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə verilən güzəştlər, dövlət qayğısı, dövlət tərəfindən verilən kreditlər - bütün bunlar bizim uğurlarımızı şərtləndirən amillərdir.
Bununla bərabər, Azərbaycanda sosial siyasətə böyük diqqət göstərilir. Bəli, biz bazar iqtisadiyyatı əsasında yaşayırıq və uğurumuzun da əsası bundan ibarətdir. Ancaq bununla bərabər, bütün sosial proqramların icrası üçün Azərbaycan iqtidarında iradə var və biz bunu edirik.
Azərbaycanda sosial obyektlərin tikintisi geniş vüsət alıb. Son beş il ərzində Azərbaycanda 1600 yeni məktəb tikilmişdir və növbəti illərdə bu siyasət davam etdiriləcəkdir. Yeni məktəblərin tikintisi davam etdiriləcəkdir. Bütün bölgələrdə, demək olar ki, hər yerdə yeni müasir tibb müəssisələri yaradılır. Onlar ən müasir avadanlıqlarla təchiz olunur ki, insanlara gözəl tibbi xidmət göstərilsin. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Ünvanlı sosial yardım proqramı icra olunur və bunun da çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşmüşdür və əminəm ki, 2008-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var və dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək və əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır.
2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi 50 faiz artırılmışdır və bundan sonrakı illərdə bu siyasət davam etdiriləcəkdir. Biz elə etməliyik ki, insanlarımız yaxşı yaşasınlar. Bizneslə məşğul olanlar üçün şərait yaradırıq, ancaq büdcə təşkilatlarında işləyənlər, vətəndaşlarımız dövlət tərəfindən lazımi maddi təminat almalıdırlar və biz bu istiqamətdə bundan sonra da işləyəcəyik.
2008-ci ildə məcburi köçkünlərin, qaçqınların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün lazımi tədbirlər görülübdür. 2003-cü ildə mən söz vermişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Biz buna nail olduq. Bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur. Əvvəllər dözülməz şəraitdə yaşayan soydaşlarımız bu gün gözəl evlərlə təmin olunublar. Onlar üçün qəsəbələr salınıb, məktəblər, tibb ocaqları tikilib, yollar salınıb, işıq xətləri çəkilibdir. Beləliklə, biz bu böyük, ağır sosial bəlanın aradan qaldırılması üçün mühüm addım atdıq. Bundan sonrakı illərdə biz bu siyasəti davam etdirəcəyik.
Amma bununla bərabər, bu məsələnin həlli üçün, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün biz öz səylərimizi göstəririk. 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağlı çox önəmli qətnamə qəbul edilib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çıxıb, qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Bir tərəfdən bu, Azərbaycanın gücünü göstərir, Azərbaycanın artan nüfuzunu göstərir. Digər tərəfdən, onu göstərir ki, haqq-ədalət öz yerini tutmalıdır.
Bütün dünya ictimaiyyəti Azərbaycanı dəstəkləyir və mən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir.
Bildiyiniz kimi, bu istiqamətdə böyük işlər görülübdür. 2008-ci ildə ordu quruculuğu üçün lazımi tədbirlər görülübdür. Bizim bütün hərbi xərclərimiz 2 milyard dollara çatıbdır və 2009-cu ildə bu rəqəm daha da artacaqdır. Biz bunu edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək. 2008-ci ildə keçirilən hərbi parad bizim hərbi gücümüzü hamıya göstərib.
Azərbaycan 2008-ci ildə öz enerji siyasətini uğurla davam etdirib. Biz enerji təhlükəsizliyi məsələlərinə nail olduq və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstəririk. Bu bizə həm siyasi, həm iqtisadi dividendlər gətirir, bizim üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Azərbaycan, demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edibdir. İxracın şaxələndirilməsinə nail olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, - Azərbaycanda qazlaşdırma artıq 85 faizə çatıbdır, - eyni zamanda, bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir. 2008-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcəkdir. Biz bu imkanlardan uğurla istifadə edirik və mən şübhə etmirəm ki, növbəti illərdə Azərbaycanın uğurlu neft strategiyası davam etdiriləcəkdir.
Bununla bərabər, energetika sektoruna biz böyük vəsait qoyuruq. Son beş il ərzində Azərbaycanda 6 elektrik stansiyasının tikintisinə nail olduq. Bir neçə elektrik stansiyası bərpa edilib, təmir olunub və bizim enerji gücümüzü artırıb. Bu da böyük nailiyyətdir. Yəni, bir sözlə, bu sahədə vəziyyət çox qənaətbəxşdir. Əminəm ki, növbəti illərdə bu uğurlu siyasət davam etdiriləcəkdir.
2008-ci ildə biz böyük tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başladıq. Uzun illərdən, uzun müzakirələrdən sonra biz bu dəmir yolunun tikintisinə nail olduq və bu gün Azərbaycan şirkətləri bu işlərdə fəal iştirak edirlər.
Dəmir yolunun tikintisi nəticəsində, Avropa ilə Asiyanın birləşməsi nəticəsində, təbii ki, Azərbaycanın həm iqtisadi, həm də geosiyasi mövqeləri daha da möhkəmlənəcəkdir. Azərbaycan nəqliyyat üçün əvəzolunmaz ölkəyə çevriləcəkdir. Bu, bizim uzunmüddətli milli maraqlarımızın təmin olunmasına xidmət göstərir.
Nəqliyyat sektorunda digər vacib hadisələr baş verib. 2008-ci ildə Lənkəranda və Zaqatalada iki gözəl aeroport istifadəyə verilib. Yeni tankerlər alınır, avtomobil yolları tikilir. Bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu gün bu imkanlara malikdir. Uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız bütün bu şəraiti bizim üçün yaratdı.
Əziz dostlar, bu gün, eyni zamanda, Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bu günü bütün azərbaycanlılar bütün dünyada qeyd edirlər. Azərbaycan dövləti dünya azərbaycanlılarının təşkilatlanması üçün, həmrəyliyinin güclənməsi üçün öz səylərini göstərir və göstərməkdədir. Mən çox şadam ki, demək olar, bütün ölkələrdə, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim soydaşlarımız müvafiq təşkilatlarda fəaliyyət göstərirlər. Azərbaycan diaspor təşkilatları möhkəmlənir, güclənir və ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların məsələlərinin həlli üçün öz səylərini göstərir. Biz həmişə onları dəstəkləyəcəyik və bütün başqa ölkələrdə yaşayan azərbaycanlılar doğma Vətənə həmişə arxalana bilərlər.
2008-ci ildə prezident seçkiləri keçirilib. Azərbaycan xalqı demokratik, azad şəkildə öz iradəsini ortaya qoyub, öz iradəsini ifadə edib. Bu fürsətdən istifadə edərək, mənə göstərdiyi böyük etimada görə bir daha bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu böyük etimad və xoş münasibət məni daha da ruhlandırır. Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının rifahı naminə çalışacağam. Azərbaycanın inkişafı naminə, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışacağam. Bir daha demək istəyirəm ki, mənə göstərilən böyük etimad və inam məni həm çox ruhlandırır, həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm ki, doğma xalqıma ləyaqətlə xidmət edim.
Əziz dostlar!
Əziz xanımlar və cənablar!
Əziz bacılar və qardaşlar!
Mən bir daha sizin hamınızı Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!

DÜNYANIN ƏN QOCAMAN SAKİNLƏRİNDƏN BİRİ ÖLÜB

DÜNYANIN ƏN QOCAMAN SAKİNLƏRİNDƏN BİRİ ÖLÜB
[3 yanvar 2009]
Dünyanın ən qocaman sakinlərindən biri 115 yaşlı Portuqaliyalı Maria De Xesus ölüb. 1893-cü il sentyabrın 10-da anadan olan Maria De Xesus 115 il 114 gün ömür sürüb. Bununla da o, ötən ilin noyabrında vəfat etmiş Amerikalı Edna Parkerin rekordunu təzələyib. Amerika Qe-ron-toloji tədqiqat mərkəzinin verdiyi məlumata görə hal hazırda dünyanın ən yaşlı sakini 1894-cü il aprelin 6-da anadan olmuş amerikalı Qert-rud Beyns-dir. /İctimai TV/

BƏSRƏ HAVA LİMANINA NƏZARƏTI İRAQ HƏRBÇİLƏRİ HƏYATA KEÇİRƏCƏK

BƏSRƏ HAVA LİMANINA NƏZARƏTI İRAQ HƏRBÇİLƏRİ HƏYATA KEÇİRƏCƏK
[3 yanvar 2009]
İraqda sülhməramlı xidməti yerinə yetirən Britaniya hərbi komandanlığı Bəsrə şəhər hava limanında nəzarəti İraq hərbçilərinə təhvil verib. Bununla da rəsmi London 2009-cu ilin iyul ayına kimi öz qoşunlarını İraq ərazisindən çıxarmaq prossesinə başlayıb. /İctimai TV/

İSRAİLİN HÜCUMU NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 430-U KEÇİB

İSRAİLİN HÜCUMU NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 430-U KEÇİB
[3 yanvar 2009]
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Ən son məlumatlara görə İsrailin avia reydləri nəticəsində ölənlərin sayı 430-u keçib. Onlardan yarısından çoxunun dinc sakin olduğu bildirilir. Bu arada isə Həmas silahlılarının İsrail ərazisinə atdığı raketin yaşayış sahəsinə düşməsi iki nəfərin yaralanması ilə nəticələnib.
Ərəb ölkələri Liqasının Qəzzadakı böhranlı vəziyyətin aradan qaldırılımasına dair təklifləri əsasında hazırlanmış qətnamə layihəsinin BMT-də müzakirəsindən sonra keçirdiyi mətbuat konfransında Qurumun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Robert Serri regionda cərəyan edən hadisələrin münaqişənin daha da alovlanmasına doğru inkişaf etdiyini bildirib. Robert Serri onu da əlavə edib ki, BMT bölgədə atəşkəs rejiminə nəzarət etməyə hazırdır. Lakin qurum rəsmisi konkret mexanizm barədə məlumat verməyib. /İctimai TV/

ŞİMAL BÖLGƏSİNDƏ ZƏLZƏLƏ OLUB

ŞİMAL BÖLGƏSİNDƏ ZƏLZƏLƏ OLUB
[3 yanvar 2009]
Bu gün saat 9-un yarısında şimal bölgəsində zəlzələ olub. Bölgə müxbirimizin verdiyi məlumata görə yeraltı təkanlar əsasən Xaçmaz rayonunda hiss edilib. Dağıntı və tələfatın olmadığı bildirilir. /İctimai TV/

ATƏŞKƏS POZULUB

ATƏŞKƏS POZULUB
[3 yanvar 2009]
Ermənistan silahlı qüvvələri yanvarın 2-də, saat 16:20-dən bu gün səhər saatlarına qədər fasilələrlə Xocavənd rayonunun adsız yüksəklikləri və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /İctimai TV/

İsrail humanitar yardım yüklənmiş 150-dək maşını Qəzza zolağına buraxıb

İsrail humanitar yardım yüklənmiş 150-dək maşını Qəzza zolağına buraxıb

Son üç gün ərzində tibbi ləvazimat, ərzaq və digər humanitar yardım yüklənmiş 150-yə qədər maşın Kerem Şalom keçid məntəqəsindən Qəzza bölgəsinə yola salınıb. Bu barədə "525"ə İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, İsrail Müdafiə Nazirliyinin Yerlərdə Hökumətin fəaliyyəti üzrə Kordinatoru mayor Peter Lerner ölkəsinin Fələstin xalqı ilə yox, "HAMAS" terrorçuları ilə müharibə etdiyini deyib: "Ona görə də Fələstin xalqına ərzaq gətirməyi özümüzə borc bilirik".

İsrail HƏMAS-ın daha bir liderini qətlə yetirdi

İsrail HƏMAS-ın daha bir liderini qətlə yetirdi

16:05 03-01-2009





Aviasiya zərbələri nəticəsində ən azı 435 fələstinli öldürülüb

İsrail təyyarələri Qəzza sektorunu atəşə tutmaqda davam edirlər. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 3-də Qəzza sektoruna endirilən aviazərbə nəticəsində HƏMAS-ın komandirlərindən biri olan Zəkəriyyə əl-Camal öldürülüb. Bu, HƏMAS-ın son 3 gün ərzində İsrail hərbçiləri tərəfindən öldürülən üçüncü yüksək vəzifəli lideridir.

İsrail yanvarın 3-də Qəzzadakı obyektlərə 25 aviasiya zərbəsi endirib. Ümumilikdə isə 2008-ci il dekabrın 27-dən başlayan əməliyyat müddətində Qəzza sektoruna 750 aviazərbə endirilib. Nəticədə 435 fələstinli öldürülüb, 2 mindən çox adam yaralanıb. Ölənlərdən 75 nəfəri azyaşlı uşaq, 21 nəfəri isə qadındır. İsrail əməliyyatın HƏMAS üzərində tam qələbəyə qədər davam edəcəyini bildirərək quru əməliyyatının başlayacağını da istisna etməyib.

LENT.AZ



Xəbərin oxunma sayı: 114

Ekspert 2008-ci ildə İranda insan haqlarının daha çox pozulduğunu deyir

Bakı Dövlət Universitetinin alimi Natiq Məmmədli 2008-ci ildə Azərbaycan-İran münasibətlərində müsbət tendensiyaların qeydə alınmadığını bildirir. Onun fikrincə, ötən il İranda daha çox insan təqiblərə məruz qalıb. Xüsusilə milli hüquqları uğrunda mübarizə aparan yüzlərlə azərbaycanlı milli fəal həbsə atılıb, jurnalistlər həbsdədir. Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadinin ofisi bağlanılıb.

Azərbaycanla İran arasında yüksək səviyyəli danışıqlar da aparılmayıb.

2 Ocak 2009 Cuma

Müs­tə­qil Azər­bay­can bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın da­ya­ğı­dır

Müs­tə­qil Azər­bay­can bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın da­ya­ğı­dır
31 De­kabr Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü­nün mü­əl­li­fi xal­qı­mı­zın ümum­mil­li li­de­ri Hey­dər Əli­yev­dir

Azər­bay­can­lı­lar mi­nil­lik­lər bo­yu öz­lə­ri­nin ta­ri­xi tor­pa­ğı olan Azər­bay­can əra­zi­sin­də ya­şa­ya­raq bə­şər si­vi­li­za­si­ya­sı­na bö­yük töh­fə­lər ver­miş­lər. Mü­ha­ri­bə­lər, in­qi­lab­lar, hər­bi mü­na­qi­şə­lər, dün­ya­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lər nə­ti­cə­sin­də Azər­bay­can par­ça­lan­mış, azər­bay­can­lı­la­rın bir qis­mi yurd-yu­va­la­rın­dan di­dər­gin sa­lın­mış, de­por­ta­si­ya­la­ra mə­ruz qal­mış, iş tap­maq, təh­sil al­maq məq­sə­di­lə doğ­ma və­tə­ni tərk edə­rək baş­qa öl­kə­lər­də məs­kun­laş­mış­lar. Ha­zır­da dün­ya­nın hər ye­rin­də azər­bay­can­lı­lar ya­şa­yır­lar.

Uzun bir dövr və­tən­də ya­şa­yan azər­bay­can­lı­lar baş­qa öl­kə­lər­də məs­kun­laş­mış həm­və­tən­li­lə­ri ilə gö­rüş­mək, əla­qə­lər ya­rat­maq im­ka­nın­dan məh­rum ol­muş, so­vet döv­lə­ti­nin qa­da­ğa­la­rı qar­da­şın qar­daş­la gö­rüş­mə­yi­nə im­kan ver­mə­miş­di. So­vet re­ji­mi­nin zə­if­lə­mə­yə baş­la­dı­ğı 1980-ci il­lə­rin son­la­rın­da Azər­bay­can xal­qı öz həm­və­tən­lə­ri ilə əla­qə­lər ya­rat­maq üçün səy­lə­ri­ni ar­tır­ma­ğa baş­la­mış­dı. Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü­nün əsa­sı 1989-cu il de­kab­rın axır­la­rın­da Nax­çı­van­da sər­həd­lə­rin (SSRİ-İran) da­ğıl­ma­sı za­ma­nı qo­yul­du. 1991-ci ilin 16 de­kab­rın­da Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Ali Məc­li­si­nin Səd­ri Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi­ni ya­rat­ma­ğın əhə­miy­yə­ti­ni nə­zə­rə ala­raq de­kab­rın 31-ni Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü­nü elan et­di. Be­lə­lik­lə, bü­tün azər­bay­can­lı­lar üçün əziz olan 31 De­kabr Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü bay­ram edi­lir. Düz 17 il­dir ki, Azər­bay­ca­nın mil­li bay­ram­la­rı sı­ra­sı­na bir möh­tə­şəm ta­rix də əla­və olu­nub: 31 De­kabr Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü. Müs­tə­qil Azər­bay­can döv­lət­çi­li­yi ilə bağ­lı bü­tün bay­ram­la­rı­mız ki­mi bu əla­mət­dar gü­nün mü­əl­li­fi də xal­qı­mı­zın ümum­mil­li li­de­ri Hey­dər Əli­yev­dir. O döv­rün ha­di­sə və pro­ses­lə­ri­ni həs­sas­lıq­la iz­lə­yən­lər 1991-ci ilin 16 de­kab­rı­nı yax­şı xa­tır­la­yır­lar. Azər­bay­can üçün çox ağır an­lar idi. Döv­lət müs­tə­qil­li­yi­nə ye­ni­cə qo­vuş­muş Azər­bay­can, bu ne­mə­tin şi­rin­li­yi ilə bir­gə ta­ri­xin acı­la­rı ilə də qar­şı-qar­şı­ya da­yan­mış­dı. Azər­bay­ca­na qar­şı yö­nə­lən təz­yiq­lə­rin, id­dia­la­rın ar­dı-ara­sı kə­sil­mir­di. Xa­ri­ci güc­lər re­gio­nun ən əhə­miy­yət­li mə­ka­nın­da yer­lə­şən, zən­gin tə­bii sər­vət­lə­rə, inf­rast­ruk­tu­ra, in­san po­ten­sia­lı­na ma­lik bu öl­kə­yə yağ­lı ti­kə ki­mi ya­na­şır, ta­ri­xin tə­bəd­dü­lat­lı anın­da gə­lə­cək in­ki­şaf yo­lu­nu də­qiq mü­əy­yən­ləş­dir­mə­yə, bu yol­da ilk ad­dım­la­rı­nı at­ma­ğa hə­lə ma­cal ta­pa bil­mə­miş Azər­bay­ca­nı for­mal müs­tə­qil­lik pər­də­si al­tın­da, əs­lin­də, öz müs­təm­lə­kə­lə­ri­nə çe­vir­mə­yə ça­lı­şır­dı­lar. Bu ağır an­lar­da blo­ka­da şə­rai­ti ilə üz­lə­şə­rək mər­kəz­dən uzaq düş­müş Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı, ulu ön­dər Hey­dər Əli­ye­vin mux­tar res­publ­ka­nın Ali Məc­li­si­nin Səd­ri ki­mi ça­lış­dı­ğı ka­bi­net Azər­bay­ca­nın əsas be­yin mər­kə­zi idi. Bu­ra­da bü­tün öm­rü­nü mən­sub ol­du­ğu xal­qın ri­fa­hı­na, Azər­bay­can döv­lə­ti­nin tə­rəq­qi­si­nə həsr et­miş qüd­rət­li döv­lət ada­mı, res­pub­li­ka­nın üz­ləş­di­yi fə­la­kət­li du­rum­dan çı­xış yol­la­rı haq­qın­da dü­şü­nür­dü. Dün­ya­nın bü­tün qütb­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın mil­li ma­raq­lar ət­ra­fın­da bir ara­ya gə­lə­rək, bu çə­tin və­ziy­yət­dən çıx­maq­da Azər­bay­ca­na dəs­tək ver­mə­si də, da­hi stra­te­gin tə­səv­vü­rün­də res­pub­li­ka­nın xi­la­sı­na yol aça­caq va­si­tə­lər­dən bi­ri ola bi­lər­di. Elə bu məq­səd­lə də Hey­dər Əli­yev Nax­çı­van Ali Məc­li­si­nin 1991-ci il ta­rix­li ic­la­sın­da dün­ya azər­bay­can­lı­la­rı­na üz tut­du. On­la­rı bir­li­yə, həm­rəy­li­yə, Azər­bay­ca­nın kö­mə­yi­nə səs­lə­di. Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı­na mü­ra­ciə­tin­də de­yir­di: "Biz is­tər­dik ki, müx­tə­lif öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar hə­min öl­kə­lə­rin və­tən­daş­la­rı ki­mi ya­şa­sın­lar. An­caq heç vaxt öz mil­li kök­lə­ri­ni, mil­li mən­su­biy­yət­lə­ri­ni itir­mə­sin­lər. Çün­ki bi­zi bir­ləş­di­rən mil­li mən­su­biy­yə­ti­miz­dir, ta­ri­xi kök­lə­ri­miz­dir, mil­li-mə­nə­vi də­yər­lə­ri­miz­dir... Və­tə­ni­ni, mil­lə­ti­ni se­vən hər bir azər­bay­can­lı müs­tə­qil­li­yi­mi­zin dön­məz­li­yi üçün cid­di səy gös­tər­mə­li, və­tə­ni­mi­zin, res­pub­li­ka­mı­zın ta­le­yi hər bir soy­da­şı­mı­zın ta­le­yi ol­ma­lı­dır". Azər­bay­can­lı­la­rın ya­şa­dı­ğı bü­tün öl­kə­lər­də əks-sə­da ve­rən bu ça­ğı­rış, il­lər­dən bə­ri müx­tə­lif təz­yiq­lər qar­şı­sın­da özü­nə qa­pı­lıb da­xi­lin­də top­la­nan ya­ra­dı­cı­lıq ener­ji­si­ni re­al­lı­ğa çe­vir­mək üçün əl­ve­riş­li mə­qam göz­lə­yən mü­ba­riz, mə­tin bir xal­qın azad­lıq ru­hu­nun hay­qır­tı­sı idi. Məhz ümum­mil­li li­de­rin tə­şəb­bü­sü ilə Nax­çı­van Ali Məc­li­si hər il 31 de­kabr­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü ki­mi qeyd edil­mə­si ba­rə­də qə­rar çı­xar­dı. Be­lə­lik­lə, bu gün dün­ya azər­bay­can­lı­la­rı­nın bir­lik, həm­rəy­lik gü­nü ki­mi ta­rix­də sa­bit­ləş­di. Əgər diq­qət­lə nə­zər­dən ke­çir­sək, gö­rə­rik ki, ulu ön­də­rin bu ça­ğı­rı­şın­da, düz 17 il ön­cə be­lə bir qə­ra­rın qə­bu­lun­da zər­rə qə­dər də ol­sun emo­sio­nal ça­lar, baş­qa xalq­la­ra, mə­də­niy­yət­lə­rə qar­şı yö­nəl­miş hər han­sı aq­res­siv ele­ment yox­dur. Bax­ma­ya­raq ki, hə­min dövr­də, əsa­sən, bu ele­ment­lə­ri sti­mul­laş­dı­ran­la­rı qəh­rə­man he­sab edər­di­lər. Mil­lət­çi­lik­dən da­nı­şan kəs­lə­rin kim­li­yi­nin fər­qi­nə be­lə var­ma­dan, baş­qa xalq­la­ra qar­şı da­ha emo­sio­nal şü­ar­lar səs­lən­di­rən­lə­ri yu­xa­rı ba­şa ke­çi­rər­di­lər. Am­ma Hey­dər Əli­ye­vin ça­ğı­rı­şı be­lə not­lar­dan, be­lə ya­naş­ma­lar­dan uzaq idi. Bu ça­ğı­rış Azər­bay­ca­nın et­nik-mə­də­ni rən­ga­rəng­li­yi­ni nəzr­dən qa­çır­ma­yan müd­rik bir döv­lət ada­mı­nın, öl­kə­nin gə­lə­cək ta­le­yi ilə bağ­lı uzaq­gö­rən stra­te­gi­ya­sı­na əsas­la­nır­dı. Qı­sa bir müd­dət ke­çə­cək, bu ta­ri­xi qə­rar ye­nə də hər cür emo­sio­nal­lıq­dan uzaq şə­kil­də mü­kəm­məl azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­na, müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin xi­las yo­lu­na çev­ri­lə­cək­dir. Ulu ön­dər xal­qın tə­kid­li tə­lə­bi ilə 1993-cü il­də ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra da xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın bir­li­yi və təşk­lat­lan­ma­sı mə­sə­lə­si­ni döv­lət si­ya­sə­ti­nin əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çe­vir­miş, müx­tə­lif xa­ri­ci öl­kə­lə­rə çox­say­lı sə­fər­lə­rin­də Azər­bay­can di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri ilə gö­rüş­lər ke­çir­miş, on­la­rın prob­lem və qay­ğı­la­rı­na da­im bö­yük həs­sas­lıq­la ya­naş­mış­dır. Azər­bay­ca­nın di­as­por təş­ki­lat­la­rı­na öz töv­si­yə­lə­ri­ni ve­rən ulu ön­dər xa­ri­ci öl­kə­lər­də­ki sə­fir­lik­lə­ri­mi­zi də di­as­por qu­ru­cu­lu­ğu pro­se­si­nə cəlb et­miş, həm­və­tən­lə­ri­mi­zi Azər­bay­ca­nın ic­ti­mai-si­ya­si, iq­ti­sa­di və mə­də­ni hə­ya­tın­da re­al iş­ti­ra­ka is­ti­qa­mət­lən­dir­miş­dir. Ulu ön­də­rin hər il de­kabr ayı­nın 31-də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü ilə əla­qə­dar Azər­bay­can xal­qı­na mü­ra­ciə­ti, bu mü­na­si­bət­lə res­pub­li­ka­mız­da və xa­ric­də ke­çi­ri­lən ar­dı­cıl təd­bir­lər də xal­qı­mı­zın özü­nü­dər­ki, mə­nə­vi bağ­lı­lı­ğı is­ti­qa­mə­tin­də atı­lan mü­hüm ta­ri­xi ad­dım­lar­dan­dır. Hey­dər Əli­yev dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın və həm­və­tən­lə­ri­mi­zin müs­tə­qil Azə­bay­can Res­pub­li­ka­sı ilə əla­qə­lə­ri­nin da­ha da möh­kəm­lən­di­ril­mə­si, dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da mə­nə­vi, si­ya­si bir­li­yin və həm­rəy­li­yin tə­min olun­ma­sı, Azər­bay­can ic­ma­la­rı, cə­miy­yət və bir­lik­lə­ri­nin fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­si və əla­qə­lən­di­ril­mə­si ilə bağ­lı mə­sə­lə­lə­rin ət­raf­lı mü­za­ki­rə edil­mə­si­ni nə­zə­rə ala­raq, 2001-ci ilin may ayı­nın 23-də xü­su­si sə­rən­cam im­za­la­mış, hə­min sə­rən­ca­ma uy­ğun ola­raq 2001-ci il no­yab­rın 9-10-da Ba­kı­da ke­çi­ril­miş dün­ya azər­bay­can­lı­la­rı­nın I qu­rul­ta­yı xa­ric­də­ki soy­daş­la­rı­mı­zın azər­bay­can­çı­lıq ide­ya­sı ər­ta­fın­da sıx bir­ləş­mək­lə təş­ki­lat­lan­ma­sı ba­xı­mın­dan ta­ri­xi əhə­miy­yət kəsb et­miş­dir. Bu ad­dım di­as­por hə­rə­ka­tı­nın in­ki­şa­fın­da ye­ni mər­hə­lə­nin baş­lan­ğı­cı­nı qoy­muş­dur. Hey­dər Əli­ye­vin bu möh­tə­şəm mə­ra­sim­də­ki proq­ram xa­rak­ter­li nit­qi Azər­bay­can di­as­po­ru qar­şı­sın­da­kı və­zi­fə­lə­ri, gə­lə­cək fəa­liy­yət is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­dir­miş­dir. Qu­rul­tay­dan bir ne­çə ay son­ra Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2002-ci il 5 iyul ta­rix­li fər­ma­nı ilə Xa­ri­ci Öl­kə­lər­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ya­ra­dıl­dı. 2002-ci il de­kabr ayı­nın 27-də isə "Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu qə­bul edil­di. Dün­ya­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can ic­ma­la­rı ilə məş­ğul olan döv­lət or­qa­nı­nın ya­ra­dıl­ma­sı və mü­va­fiq qa­nu­nun qə­bu­lu dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li bir­li­yi və təş­ki­lat­lan­ma­sı pro­se­si­ni da­ha da sü­rət­lən­dir­di. Soy­daş­la­rı­mı­zın ta­ri­xi Və­tən­lə əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si­ni tə­min et­di, haqq sə­si­mi­zin dün­ya­ya çat­dı­rıl­ma­sı­na sti­mul ver­di. Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü mü­na­si­bə­ti­lə Hey­dər Əli­yev Sa­ra­yın­da ke­çi­ril­miş tən­tə­nə­li bir top­lan­tı­da Azər­bay­can Pre­zi­den­ti Hey­dər Əli­ye­vin nit­qin­də bu söz­lər diq­qə­ti cəlb edir: "Bu­gün­kü müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın da­ya­ğı­dır və bü­tün dün­ya azər­bay­can­lı­la­rı üçün ör­nək­dir. Mən əmi­nəm ki, dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan azər­bay­can­lı­lar da müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­na öz doğ­ma mü­na­si­bət­lə­ri­ni da­im gös­tə­rə­cək­lər və bi­zim həm­rəy­li­yi­miz gü­nü-gün­dən ar­ta­caq­dır. Dün­ya azər­bay­can­lı­la­rın­da mil­li­lik, mil­li və­tən­pər­vər­lik hiss­lə­ri gü­nü-gün­dən ar­tır, bu da bi­zim həm­rəy­li­yi­mi­zin güc­lən­mə­si­nin rəm­zi­dir. Mən əmi­nəm ki, bü­tün bu pro­ses­lər bun­dan son­ra da­ha da in­ki­şaf edə­cək­dir". Bu gün tə­mə­li ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş 31 de­kabr Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü ha­zır­da nə­in­ki öl­kə­miz­də, ey­ni za­man­da, bü­tün dün­ya öl­kə­lə­rin­də ke­çi­ri­lir. Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü mü­na­si­bə­ti­lə öl­kə zi­ya­lı­la­rı öz tə­əs­sü­rat­la­rı­nı bi­zim­lə bö­lüş­dü­lər.


RƏ­Fİ­QƏ KA­MAL­QI­ZI

Birgünlük həmrəylik olmur

Birgünlük həmrəylik olmur
"Böyük Dayaq"Xeyriyyə İctimai Birliyinin dünya azərbaycanlılarına qeyri-ənənəvi müraciəti

Azərbaycan. Dünyanın hər yerindən görünməyə layiq ölkə. Bütün xalqlarla bərabər xoşbəxt yaşamağa haqqı olan məmləkət. Mənim, sənin, bizim vətənimiz. Mən burda, sən orda Azərbaycanın bir parçasıyıq. Nə qədər ağır olsa da, faktdır ki, hər ikimiz bir vətənin ayrı-ayrı parçalarıyıq. Birimiz görən gözü, birimiz düşünən başı, o birimiz yeriyən ayaqlarıyıq. Əzalar bir yerdə canlı varlıq təşkil edə bilər. Bu varlığın adı isə Biz-dir.

Bilirsinizmi, hegemon dövlətlərin Azərbaycana qarşı yürüdülən siyasətinə niyə etiraz edirik? Bəli, haqlı olduğumuzu dərk etdiyimiz üçün. Bilirsinizmi, dünyanın ən ucqar nöqtəsində belə, haqqı tapdanan azərbaycanlı barəsində informasiya alanda niyə əsəbiləşirik? Bəli, belə münasibətə layiq olduğumuzu özümüzə yaraşdırmadığımıza görə. Deməli, özümüzü tanıyırıq. Özünü tanımaqla başqasını tanımaq eynidi. Amma bütün bunlar özgələrinin də bizi tanımasına, həm də yaxşı tanımasına kömək olmursa... gərək bir də fikirləşək. Əlbəttə, itirmişik. Amma nəyi itirmişik. Yox, zaman, məkan, günahkar, səbəbkar adı çəkmək lazım deyil. Əsas odur ki, nəyisə itirmişik?

Şekspir əsas sualını ölüm və qalım üzərində qurub. Lütfizadə isə qeyri-səlis məntiqi ilə sübüt edib ki, ölümlə qalım arasında çox şey var. Bizsə yaşamı götürək. İndi tapıldı: düzgün yaşam sürməmişik. Biz azərbaycanlılar düzgün yaşamamışıq. Məntiqi ilə çevriliş edən Lütfizadə yerlimiz olmağına baxmayaraq.

Düzgün yaşamaq necə olur? Şeksprin sualından heç də dala qalan sual deyil. Bəlkə də üstündü. Düzgün yaşamağı bilən kəs, yaxud millət "özünə ölüm, ya qalım" sualı verməz. "Ölüm, ya qalım?" sonuncu sualdı. Azərbaycanın müstəqillik yaşı az olduğundan verəsi çox sualları var. Yəni mübarizə davam edir. "Mübarizə bu gün də var, yarın da, sən də onun ön sıralarında" - Rəsul Rza belə yazıb. Ərazisi işğalda olan elə bir xalq yoxdur ki, mübarizə aparmasın. Biz bu əzmi itirmişik.

Dünyanın hər yerindən görünməyə layiq ölkə uğrunda dünyanın hər yerindən görünən qədər mübarizə aparmalıyıq. Nə gözəl ki, azərbaycanlılar təkcə Azərbaycanda deyil. Biri var Qərbi Şərqdən səsləyəsən, biri də var, şərqli qərblinin gözünün içinə desin. Xaricdə yaşayan azərbaycanlılar bu şansa sahib olduqlarına görə özlərinə xoşbəxt deyə bilər. Bir şərtlə bu şansdan yararlansınlar. Yararlanırlarmı? Bu suala verilən bütün cavablar qeyri-obyektiv olacağı üçün məhz məktubumuzun bu yerindən başlayaraq, sizə - dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara müraciət edirik. Öncə müraciətin müəllifini göstərək: "Böyük Dayaq" Xeyriyyə İctimai Birliyi. Bir ildir yaratmışıq. Dekabırın 24-ü 2008-ci ildə ictimaiyyət nümayəndələri, yəni millət vəkillərinin, ziyalıların, qeyri-hökumət təşkilatlarının, xarici qonaqların, ən nəhayət, jurnalistlərin qarşısında hesabat vermişik. Mətbuatın yazdığına görə, hesabatımız bəyənilib. Gürcüstanda yaşayan soydaşlarımızla əlaqəli işlərimiz isə bu ölkənin Azərbaycandakı səfirinin birinci müavini xanım Eterinin dili ilə desək, insani hərəkətdir. "Böyük Da-yaq"ın fəaliyyəti barədə uzun yazmaq lazım deyil, bilirik. Ona görə yox ki, istəmirik bizdən kimsə xəbər tutsun. Ona görə ki, "Böyük Dayaq"ın bir illik fəaliyyətini səliqəli şəkildə www.boyukdayag.az saytında yerləşdirmişik. Hesabat mərasimindən reportaj və şəkillər də həmin saytın "xəbər" bölümündədir.

Nə istəyirik? Qarşınızdakı bu məktub faks vasitəsi ilə xaricdə yaşayan azərbaycanlıların müxtəlif ölkələrdə toplaşdığı mərkəzlərinə göndərilib. Hər bir azərbaycanlını "Böyük Dayaq"la əməkdaşlıq etməyə çağırırıq. Orijinal layihələr hazırlamışıq. Onları birlikdə həyata keçirək. Hər bir avropalını təəccübləndirəcək hadisə yaratmalıyıq. "Böyük Da-yaq" üç dildə-azərbaycan, rus, ingilis dillərində ona görə sayt açıb ki, Azərbaycanı başa düşməyənlə onun öz dilində danışsın. www.boyukdayag.az saytında xaricdə yaşayan azərbaycanlılar barəsində müxtəlif səpkili materiallar olsa, saytın əməkdaşları onlardan müsahibələr alsa, şəxsi düşüncələrini dərc etsə, "necə edək dünya Azərbaycanın haqqını tapdamasın" sualına birlikdə cavab axtarsaq, uğur qazanmış olmarıqmı?

Suallar çoxdur. Daha dəqiq cavab isə diskussiyalarda meydana çıxır. Gəlin birləşib www.bo-yukdayag.az saytını diskussiyalar meydanına çevirək. Forumlar təşkil edib problemi tapaq, həlli yollarını müəyyənləşdirək və həllinə nail olaq. Dərd təkcə Qarabağ olsaydı, nə vardı... Məgər məsələn, Almaniya palamentində əslən azərbaycanlıların təmsil olunmaması dərd deyil?.. Yenə ortaya sual çıxdı.

Əziz azərbaycanlılar, "Böyük Dayaq" XİB-nin müraciətini Həmrəylik Günü ilə əlaqələndirməyin. Həmrəyliyin günü olmur. Həmrəylik əbədidir. O, ya olur, ya da olmur. "Böyük Dayaq" həmrəylik təbliğatçısıdır. Sizlərdən təkliflər gözləyirik, həmin təklifləri reallaşdırmaq imkanımız çoxdur. Həm intellektual səviyyəmiz, həm də texniki bazamız çətinlikləri aşmaq gücündədir.

İlk xahişimiz isə belədir. Bu müraciətə cavab olaraq, sizlərdən yazılar gözləyirik. Saytımız üzərində təkmilləşdirmə işləri yekunlaşmaq üzrədir. Yazılarınızı şəkillərinizlə birlikdə saytda yerləşdirəcəyik. Hər ölkəyə aid, həmin ölkənin adı ilə bölümümüz olacaq. Bir aydan sonra yazılarınız bir yerdə müzakirə olunub gəldiyimiz nəticəni layihələşdirərək maraqlı iş qoyacağıq ortalığa. Bəli, Azərbaycanın və azərbaycanlıların haqqı uğrunda.

Azərbaycan. Dünyanın hər yerindən görünməyə layiq ölkə. Bütün xalqlarla bərabər xoşbəxt yaşamağa haqqı olan məmləkət.


Ceyhun Musaoğlu ceyhunmusaoglu@mail.ru

Oxunub: 59


Yazarın arxivi

Birgünlük həmrəylik olmur (59)
"Böyük Dayaq"Xeyriyyə İctimai Birliyinin dünya azərbaycanlılarına qeyri-ənənəvi müraciəti

Bəxtəvər "İrəli"nin başına (106)
"Dalğa"çılara: İran səfirliyinin qarşısında artistlik eləməkdənsə, "İrəli"nin meyidini sərdiyi problemləri basdırın

Kor olsun görən gözlər (175)
KAMAL ABDULLANIN "HEKAYƏLƏR"İNƏ HEKAYƏ

Girəndə ayaqqabılarınızı çıxarın (168)
Biz vətənə orda doğulduğumuz üçün yox, orda yaşadığımız üçün hörmət edirik

İkinci olmaq istəyən birincilər (158)
Adamı yandıran da budu

Özlərini söndürənlər (142)


Tüstülənən arzu (164)


İTV-ni yaratmışıq, yaşatmalıyıq (127)


Meşədə əbədi azmaq (119)


Heyf ki qayıdacam (194)
Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər

Niyə adam tıxacı yaradırsız? (176)
Sezen Aksunun eşqinə

Gözünüz üstümüzdə olsun, avropalılar (210)
Avropa Şurası Azərbaycan ofisinin rəhbəri Veronika Kotek və danimarkalı həmkarımız Henrik Hansenə sevgilərlə

Qatar Biləcəridə saxlamayacaq (206)


Hara yaxınıq, hardan uzaq? (171)
SÖHBƏTDİ DƏ, ELƏYİRİK

Get saqqızını çeynə, oğlum (184)


Allaha sığınmaq lazım deyil (134)
SÖHBƏTDİ DƏ, ELƏYRİK

Don Kixot olmaq arzusu (194)
İradə Tuncay bu arzunu da mənə çox gördü

Bomba klip (179)
Dıqı-dıqı-dıqı-dıqı-dıqı, a- zad A-zər-bay-can...

NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz (146)
NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz

Başqa Əkbər yox, Azadlıq Əkbər (199)
Ceyhun Musaoğlunun təqdimatında

Siz hələ də varsız?! (194)


Boşluğun təntənəsi (199)
Evinizə cinayətkarın soxulmasını istəmirsizsə, televizorunuzun ekranından dəmir barmaqlıq asın

TOXAM DAA, YEMİRƏM! (318)


Əsas odur ki, Bahar şəxsən gəlmişdir (364)
Jurnalistlərin azadlığı Baharımıza qurban

Qaça-qaça yaşayıram (183)
Seyidlərin alqışı qarğışa, qarğışı alqışa oxşayır

Evimdə cinayətkar böyüyür?! (209)


Murdar qocalar (269)


Başlamadan bitən kino?! (407)
NƏSİLLƏRİN "ƏDALƏT"Lİ SAVAŞI

Hakimiyyət yaltaqlığa "YOX!" dedi (456)


Ancaq qəza namazı (372)


ALQIŞ HƏSƏNOĞLUNA ALQIŞ (228)


HƏMİN HAVADI (86)
Bilmək olmaz komsomolun güllələnməsinə saz çalan aşıqın canı it canıdır, yoxsa komsomolun?!

Kafka azərbaycanlı olub (62)


CIRILMAQ QƏZETLƏRİN, SÖNDÜRÜLMƏK TELEVİZİYALARIN HAQQIDIR (58)


Şərəf duymaq ehtiyacı (56)


ÇÖLDƏ QALMIŞLARDANIQ (60)


MƏN KÜÇƏ UŞAĞIYAM (64)


At-a Ət yedirənlər (69)
Lənətlənmiş dilək: Dövlətin azadlığı və xoşbəxtliyi naminə hamınızı kimsəsiz görmək istəyirəm

Uç badam bir qoz (60)


Bizə halaldı, haram? (66)
Hələ də azadlıqda olan jurnalistlərin şərəfinə

Qarabağ bizimdir, sizin olacaq (59)
"Bir yalanı bir neçə dəfə danışanda o həqiqət olmur" Fales

Azərbaycan barəsində yazmağa dəyərmi? (55)
Ümumiyyətlə, yazmağa dəyərmi?

Murdar ömrün hekayəti (62)
"Dünyada olmaq hələ var olmaq deyil" Heýel

Cəhənnəmin isti bucağı (58)


Onların devizi: dönən yoxdu, bu ýön olmayacaq, sabah həmişə var! (51)


BƏSDİRİN DƏ, ALƏ (65)
Çıxın pəncərələrə, şaqqanaq çəkib, gülün

Qəzzada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - Türkiyənin baş naziri

Qəzzada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - Türkiyənin baş naziri
02.01.09 02:18

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Hüsni Mübarəklə Şarm-aş-Şeyx şəhərində keçirdiyi görüşdə Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Bu barədə MENA agentliyi xəbər verib.

Baş nazir bildirib ki, “hərbi əməliyyatlar dərhal dayandırılmalı, əhaliyə humanitar yardım göstərilməli, 2008-ci il iyun razılıqlarına uyğun olaraq Qəzza zolağının blokadası aradan qaldırılmalıdır”.

Ərdoğan regiona səfərə çıxıb və artıq Suriya və İordaniyada olub. RİA Novostinin yazdığına görə, Türkiyənin baş nazirinin səfərinin əsas məqsədi İsrailin dekabrın 27-də Qəzza zolağında başladığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə meydana gələn böhrandan çıxış yollarını aramaqdır.

Türkiyə İsrailin bölgədə əsas müttəfiqlərindən biridir. Eyni zamanda o, Fələstin tərəfiylədə sıx əlaqələrə malikdir. Son aylar ərzində Türkiyə İsrail və Suriya arasındakı qeyri-rəsmi danışıqlarda vasitəçi qismində çıxış edib. Bazar ertəsi Türkiyənin xarici işlər naziri Əli Babacan İsrailin Qəzza zolağına təcavüzü nəticəsində bu danışıqların davam etdirilməyəcəyindən ehtiyatlandığını bildirib.

Ərdoğanın səfərinin son mərhələsi isə Səudiyyə Ərəbistanı olacaq. Baş nazir bura şənbə günü gələcək.

İraqın Baş naziri sabah İrana səfər edəcək

İraqın Baş naziri sabah İrana səfər edəcək
02.01.09 12:40

İraqın Tehrandakı səfiri bildirib ki, İraqın Baş naziri yanvarın üçündə İrana iki günlük rəsmi səfərə gələcək. Bu haqda İranın İRNA xəbər agentliyi məlumat verib.

İraqın Tehrandakı səfiri Məhəmməd Məcid Əl - Şeyxin sözlərinə görə, səfər zamanı iki ölkənin birgə kommissiyalarının iclası başlanacaq. İran prezidentinin birinci müavini Pərviz Davudi və İraqın Baş naziri Nuri əl -Maliki komissiyaya rəhbərlik edəcəklər.

Məcid əl - Şeyx bildirib ki, Nuri əl-Malikinin səfəri çərçivəsində, əsasən, ikitərəfli əlaqələrin yaxşılaşdırılması , xüsusilə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İraqın ticarət, enerji, nəqliyyat nazirləri və xarici işlər nazirinin müşaviri də bu səfərdə Baş naziri müşayiət edəcək.

“HİZBULLAH” İSRAİLƏ İKİNCİ CƏBHƏ AÇMAĞA HAZIRLAŞIR

“HİZBULLAH” İSRAİLƏ İKİNCİ CƏBHƏ AÇMAĞA HAZIRLAŞIR
Yaxın Şərqdəki savaş genişlənə bilər
Türkiyə və Misir qanlı qırğını dayandırmaq üçün diplomatik təşəbbüslərə başlayır



İsrail ordusu Fələstinin Qəzza zolağında hərbi əməliyyatları tezliklə dayandırmasa, Livanın cənubuna nəzarət edən “Hizbullah” qruplaşması bu ölkəyə qarşı ikinci cəbhə açacaq. Bu barədə Londonda nəşr edilən ərəb qəzeti “Əl-Həyat” “Hizbullah” rəhbərliyindəki şəxslərdən birinə istinadən xəbər yayıb. İsrail mənbələri isə məlumat verir ki, ölkənin Livanla sərhədlərində təhlükəsizlik tədbirləri gücləndirilir və “Hizbullah”ın “Həmas”a dəstək üçün ikinci cəbhə açması ehtimalına qarşı bölgəyə hərbi qüvvələr yerləşdirilir.
İsrail təhlükəsizlik qüvvələrindəki mənbə Livan ərazisindən mümkün raket zərbələrinin qarşısnı almaq üçün tədbirlərin görüldüyünü açıqlayıblar.
“əL-Həyat” qəzetinin məlumatına görə, İsrailin Qəzza zolağında artıq dördüncü gündür davam edən əməliyyatların qarşısını almaq üçün “Hizbullah”la yanaşı, Türkiyə və Misir də tədbirlər hazırlayır. Bir gün əvvəl xarici işlər naziri Əli Babacan Ankarada Misir xarici işlər naziri Əhməd Əbu əl-Reytlə görüşü zamanı dörd bənddən ibarət atəşkəs planını təqdim edib. Plana hər iki tərəfin atəşi dayandırması, sərhəd-keçid məntəqələrinin açılması, Qəzza zolağının blokadasına son verilməsi və atəşkəsə dair beynəlxalq təminat daxildir. Qeyd edək ki, “Hizbullah” lideri Həsən Nəsrallah Fələstin ərazilərində baş verənlərə görə Misiri ittiham edib. O bəyan edib ki, Misir bölgəyə silah keçirilməsinə imkan vermək üçün sərhədləri açmalıdır. Əks halda törədilən cinayətin iştirakçısı olacaq.

İranda da fələstinlilərə və “Həmas”a kömək etməyin yollarını axtarırlar. Yerli mətbuata istinadən yayılan xəbərlərə görə, minlərlə könüllü Qəzza zolağına gedərək İsrailə qarşı döyüşməyə hazırdır. İsfahan Universitetində tələbələr İsrailə qarşı döyüşmək üçün könüllülər dəstəsinə yazılırlar. Dini lider ayətullah Əli Xamneyi İran müsəlmanlarını İsrailə qarşı cihada çağırıb. O deyib ki, bu qanuni özünümüdafiə müharibəsində həlak olan hər kəs şəhid sayılacaq. Tehranda isə on minlərlə adamın iştirakı ilə İsrailə qarşı nümayişlər keçirilir. Lakin İranın indiyədək maliyyə dəstəyi verdiyi “Həmas”a hərbi yolla kömək etmək imkanları məhduddur. Qəzza zolağına könüllülərin və silah-sursatın keçirilməsi demək olar ki, mümkün deyil. Bölgə tam blokadadadır, Misir isə Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini açmır. İsrailin “Həmas”a qarşı bu cür şiddətli güc tətbiqinin İrana mesaj olduğu haqda yazmışdıq.
İsrail mətbuatı isə xəbər verir ki, əməliyyatlarda İranın nüvə obyektlərini dağıtmaq üçün ABŞ-dan bir neçə ay əvvəl alınan GBU-39 “ağıllı bombaları” tətbiq olunur. 113 kiloqramlıq bunkerdağıdan bu bombaların dağıdıcı gücü 900 kiloqramlıq adi bombalara ekvivalentdir. Bu ilin sentyabrında ABŞ Konqresi İsrailə 1000 ədəd belə bomba satılmasına icazə verib. Hazırda İsrail aviasiyası həmin bombalardan “Həmas” döyüşçülərinin Misirlə sərhəddə qazdıqları tunelləri dağıtmaq üçün istifadə edir. Bu fakt İsrailin Qəzza zolağında başlatdığı məliyyatların İranın nüvə obyektlərini vurmaq yönündə məşq olduğunu bir daha təsdiq edə bilər.
Xəbərlərə görə, İsrail aviasiyası dekabrın 30-na keçən gecə Qəzza zolağına yeni zərbələr endirib. Bu zərbələr nəticəsində onlarla adamın öldüyü bildirilir. Fəlsətin mənbələri dörd günlük hava zərbələri nəticəsində ölənlərin sayının 400-ə yaxınlaşdığını xəbər verib. 2 minə yaxın adam yaralıdır. Ölənlər arasında azı 60 dinc sakin var, qalanlar “Həmas” üzvləridir. Hava zərbələrinin ardınca İsrail milyon yarıma yaxın adamın yaşadığı Qəzza zolağını qurudan və dənizdən da artelleriya atəşinə tutur. “Həmas” döyüşçüləri isə gecə İsrail ərazilərinə raket zərbələri endiriblər, 2 nəfərin öldüyü bildirilir. Şahidlərə istinadən yayılan xəbərlərə görə, İsrail aviasiyası gecə “Həmas”ın bir neçə inzibati binasına, o cümlədən İsmayıl Haniyənin evinə raket zərbəsi endirib. Baş nazir Ehud Olmert hökumətin iclasında bildirib ki, atəşkəs haqda çağırışları eşitmək istəmir və indi əsas diqqəti Qəzza zolağında terror infrastrukturunun dağıdılmasına yönəltmək lazımdır. Parlament müxalifətinin lideri Benyamin Netanyahu ilə görüşən baş nazir ona əməliyyatların gedişi haqda məlumat verib. O, xahiş edib ki, Netanyahu İsrailin başlatdığı əməliyyatın beynəlxalq ictimaiyyətə izah edilməsi missiyasını üzərinə götürsün. İsrailin baş naziri Yehud Olmert deyib ki, bombardman əməliyyatın hələ ilk mərhələsidir. Məlumatlara görə, İsrail Qəzza zolağı boyu quru qoşunlarını və tank birləşmələrini cəmləşdirməkdə davam edir.
Baş verənlər İsrailin hava zərbələrinin ardınca bölgədə quru əməliyyatına da başlayacağı, Qəzza zolağını işğal edib oradakı “Həmas” hökumətinin fəaliyyətinə son verəcəyini göstərir. Lakin ekspertlər qeyd edirlər ki, İsrailin bölgəyə quru qoşunları yeritməsi yeni və uzunmüddətli qarşıdurmanın əsasını qoyacaq. Bu halda İsrail əsgərlərinin Qəzza zolağında hər gün hücumların hədəfi olması qaçılmazdır.
Bu arada məlum olub ki, Türkiyə İsrailin ona xəbər vermədən bölgədə əməliyyata başlamasından sonra Suriya ilə bu ölkə arasında indiyədək göstərdiyi vasitəçilik missiyasını dayandırıb. İsrailin hərəkətlərini kəskin pisləyən Türkiyə bölgədə atəşin dayandırılması üçün diplomatik təşəbbüsə hazırlaşır. Yerli mətbuatın xəbərlərinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan bölgədə yaranmış vəziyyətlə bağlı bu gün Suriya, İordaniya, Misir və Səudiyyə Ərəbistanına səfərə çıxacaq. Hökumət sözçüsü Cəmil Çiçək bu qərarın Nazirlər Kabinetinin iclasında verildiyini bildirib. O deyib ki, İsrailin hədsiz güc tətbiqi bölgədə sülhə olan ümidləri heçə endirib. Çiçək Türkiyənin hazırda Qəzza əhalisinə təxirəsalınmaz humanitar yardım göndərilməsini təşkil etdiyini də deyib. Onun sözlərinə görə, baş nazir bölgə ölkələri ilə müzakirələr zamanı İsrailin əməliyyatlarının dayandırılması və atəşkəs yaradılması səyləri nəzərdən keçiriləcək.
QISA ARAYIŞ: İslam Müqavimət Təşkilatı adı altında təsis edilən “Həmas” 1987-ci ildə Fələstin ərazilərində şeyx Əhməd Yasin tərəfindən qurulub. “Həmas” o vaxt Misirin radikal “Müsəlman qardaşları” təşkilatının Fələstin fraksiyasının əsasında yaradılıb. Təşkilatın mənzil-qərargahı Tehranda yerləşir. Lakin İran xüsusi xidmət orqanlarının nəzarətində fəaliyyət göstərən “İslami cihad” qruplaşmasından fərqli olaraq “Həmas” mübarizə strategiyasını və metodlarını seçməkdə sərbəstdir. Hərəkatın İordaniya, Livan və Pakistanda da mərkəzləri fəaliyyət göstərir. “Həmas”ın xarici əlaqələrini qurmaqla məşğul olan siyasi Büroya 1996-cı ildən Xalid Maşal başçılıq edir. Hazırda o, Suriyada yaşayır. “Həmas” İsraillə münaqişəni İslam və yəhudilik arasında müqəddəs müharibə kimi təqdim edir və onunla barışmır. Həmçinin “Həmas” islamın yayılması və dünyada islam qayda-qanunun hökm sürməsi ideologiyasına əsaslanır. “Həmas”a görə, istənilən yəhudi düşməndir, Fələstin ərazilərinin yəhudilərdən azad olunması isə müqəddəs vəzifədir. Hərəkatın illik büdcəsi təqribən 30 milyon dollardır. Həması yaradan Şeyx Əhməd Yasin 2003-cü ildə İsrail aviasiyasının dəqiq zərbəsi nəticəsində öldürülüb. Onun yerini tutan Əhməd Əiz ər-Rantisi də bir neçə ay sonra eyni aqibətlə üzləşib. Hazırda Qəzza zolağı “Həmas”ın siyasi şurasının üzvlərindən İsmayıl Xaniyənin nəzarətindədir. Təşkilatın liderinin kimliyi isə gizlidir.
Fərhad MƏMMƏDOV
845 dəfə baxılıb

Fransa İran səfirini danışıqlara çağırır

Fransa İranın ölkədəki səfirini Nobel sülh mükafatı laureatı Şirin İbadiyə qarşı davranışları müzakirə etmək üçün danışığa dəvət edib. Tehranda xanım İbadinin ofisinə ardıcıl reydlərdən sonra bu gün Fransa Xarici İşlər Nazirliyi İranın Parisdəki təmsilçisini danışıqlara çağırıb. Həftənin əvvəlində İran təhlükəsizlik rəsmiləri Nobel sülh mükafatı laureatının hüquq məsləhəti ofisinə reyd keçirmişdi. Bu, onun başçılıq etdiyi insan haqları mərkəzinin bağlanmasından təxminən 10 gün sonraya təsadüf edib. Bəyanatda deyilir ki, Avropa Birliyi İbadi və onun həmkarlarına qarşı təhdidləri qəbulolunmaz hesab edir.

sattarxandan alınan son resim

sattarxan yatakda ve bagırxan başının ustunde .


1 Ocak 2009 Perşembe

Prezident İlham Əliyev: “2008-ci il Azərbaycan üçün uğurlu olub”

Prezident İlham Əliyev: “2008-ci il Azərbaycan üçün uğurlu olub”

00:36 01-01-2009





Prezident İlham Əliyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, prezident təbrik nitqində 2008-ci ili Azərbaycan üçün uğurlu il adlandırıb.

Dövlət başçısı deyib ki, son dörd ildə Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir: “2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir”.

Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlərin görüldüyünü söyləyən prezident ölkə iqtisadiyyatının 85 faizinin özəl sektorda formalaşdığını vurğulayıb: “Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq”.

“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın uğurla başa çatdığını söyləyən dövlət başçısı son beş ildə ölkədə 750 min yeni iş yeri açıldığını, bunun da regionların inkişafına çox böyük təkan verdiyini qeyd edib.

Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyün deyən İlham Əliyev kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə verilən güzəştlər, dövlət qayğısı, dövlət tərəfindən verilən kreditlərin uğurları şərtləndirən amillər olduğunu bildirib.

Azərbaycanda son beş ildə 1600 yeni məktəb tikildiyini qeyd edən prezident növbəti illərdə də bu siyasətin davam etdiriləcəyini vurğulayıb: “Ünvanlı sosial yardım proqramı icra olunur və bunun da çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşüb, əminəm ki, 2008-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcək, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var və dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək və əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaq”.

2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi 50 faiz artırıldığını deyən prezident bu siyasətin davam etdiriləcəyini bildirib.

Yola saldığımız ildə məcburi köçkünlərin, qaçqınların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün lazımi tədbirlər görüldüyün qeyd edən ölkə başçısı Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmadığını söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllin ilə bağlı prosesdən danışan prezident münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərin davam etdirildiyini vurğulayıb: “2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağlı çox önəmli qətnamə qəbul edilib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çıxmışdı, qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bir tərəfdən bu, Azərbaycanın gücünü, artan nüfuzunu göstərir. Digər tərəfdən, onu göstərir ki, haqq-ədalət öz yerini tutmalıdır”.

Dünya ictimaiyyətinin Azərbaycanı dəstəklədiyini vurğulayan prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bildirib: “Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir”.

Ordu quruculuğu sahəsində böyük işlər görüldüyünü bildirən ölkə başçısı bütün hərbi xərclərin 2 milyard dollara çatdığını qeyd edib: “2009-cu ildə bu rəqəm daha da artacaq. Biz bunu edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək. 2008-ci ildə keçirilən hərbi parad bizim hərbi gücümüzü hamıya göstərdi”.

Azərbaycan 2008-ci ildə enerji siyasətini də uğurla davam etdirib. Prezident ötən il həyata keçirilən layihələrdən danışıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərdiyini bildirib: “Azərbaycan, demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edib. İxracın şaxələndirilməsinə nail olub. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, - Azərbaycanda qazlaşdırma artıq 85 faizə çatıbdır, - eyni zamanda, bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir. 2008-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcək”.

Energetika sektoruna böyük vəsait qoyulduğunu deyən ölkə başçısı son beş ildə Azərbaycanda 6 elektrik stansiyası tikildiyini, bir neçəsinin bərpa edildiyini bildirib.

2008-ci ildə böyük tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldığını xatırladan prezident nəqliyyat sektorundakı digər yenilikləri də qeyd edib.

Dünya azərbaycanlılarının həmrəyliyi gününə toxunan ölkə başçısı “Azərbaycan dövləti dünya azərbaycanlılarının təşkilatlanması üçün, həmrəyliyinin güclənməsi üçün öz səylərini göstərir və göstərməkdədir. Mən çox şadam ki, demək olar, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim soydaşlarımız müvafiq təşkilatlarda fəaliyyət göstərirlər. Azərbaycan diaspor təşkilatları möhkəmlənir, güclənir və ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların məsələlərinin həlli üçün öz səylərini göstərir. Biz həmişə onları dəstəkləyəcəyik və bütün başqa ölkələrdə yaşayan azərbaycanlılar doğma Vətənə həmişə arxalana bilərlər”-deyə, vurğulayıb.

2008-ci ildə ölkədə prezident seçkiləri keçirildiyini qeyd edən İlham Əliyev Azərbaycan xalqının demokratik, azad şəkildə öz iradəsini ortaya qoyduğunu vurğulayıb: “Bu fürsətdən istifadə edərək, mənə göstərdiyi böyük etimada görə bir daha bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu böyük etimad və xoş münasibət məni daha da ruhlandırır. Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının rifahı, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışacağam. Bir daha demək istəyirəm ki, mənə göstərilən böyük etimad və inam məni həm çox ruhlandırır, həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm ki, doğma xalqıma ləyaqətlə xidmət edim”.


LENT.AZ



Xəbərin oxunma sayı: 266

Xarici radiostansiyaların FM tezliyində yayımı dayandırılıb

Xarici radiostansiyaların FM tezliyində yayımı dayandırılıb

15:29 01-01-2009





MTRŞ-nın qərarı gecəyarısı icra edilib

2009-cu il yanvarın 1-də gecə yarısı “Azadlıq”, BBC və “Amerikanın səsi” radiostansiyalarının Azərbaycan ərazisində milli tezlikdə yayımı dayandırılıb. Lent.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının bu barədə 30 dekabr 2008-ci il tarixdə verdiyi qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi icra edib.
Azadlıq Radiosunun Azərbaycan xidmətindən verilən məlumata görə, radio fəaliyyətini qısa dalğada, internetdə və peyk yayımı vasitəsilə davam etdirir, bütün verilişlər yayım cədvəli üzrə əvvəlki qaydada davam edir. BBC və “Amerikanın səsi” radiolarının verilişlərini isə radio ilə qısa dalğalarda və internet vasitəsilə izləmək mümkündür.

LENT.AZ

Dünyada yeni il coşqusu


Dünyada yeni il coşqusu


2008-ci ili iqtisadi böhranla keçirən dünya, 2009-cu ilə ümidlə daxil oldu

QayNar: Yeni ilin gəlişi Uzaq Şərqdən başlayaraq bütün dünyaya yayılna böyük bir coşqu ilə qeyd edilib. Milyardlarla insan 2009-cu ili çılğın şəkildə əylənərək qarşılayıb.
"Qaynar.info"-nun verdiyi xəbərə görə, 2009-cu il dünyanın dörd bir tərəfində bir-birindən möhtəşəm qutlamalarla qarşılanıb. Saat fərqi səbəbindən hər zamankı kimi yeni ili ilk qarşılayan ölkə Avstraliya olub. Ünlü Opera Binası ətrafında toplanan milyonlarla insan, 15 dəqiqə davam edən atəşfəşanlıq və lazer göstərilərini izləyib.
Digər yandan Fələstində yaşanan qətliam, yeni ildə də bütün dünyada etiraz dalğası yaradıb. 2009-cu ilə daxil olanlar, "müharibəsiz və yaşanacaq bir dünya" arzularını dilə gətirib.

Sidney
Dünyanın ən möhtəşəm və ən gözəl yeni il coşqusu hər zaman olduğu kimi "Harbour Bridge"də gerçəkləşib. Sidneydəki yeni il qutlamaları çərçivəsindəki 15 dəqiqəlik atəşfəşanlıq göstərilərinə tamaşa etmək üçün şəhərə 1,5 milyon insan gedib.

London
İngiltərənin paytaxtı Londonda hər il olduğu kimi bu il də 100 minlərlə insan Temza çayı ətrafında toplanaraq atəşfəşanlığın müşayiəti ilə yeni ili qarşılayıb.

Berlin
Almaniyan paytaxtı Berlin də yeni ilə görkəmli bir şəkildə daxil olub. Berlinin simvolu olan Brandenburq Qapısı, 10 minlərlə almanı qarşılayıb...

Moskva
Rusiyanın paytaxtı Moskvadakı şənliklər hər zaman olduğu kimi Qırmızı Meydanda keçirilib.

Paris
Sevgililər şəhəri Paris, bu ilki şənliklərdə də ənənəsini pozmayıb. Eyfel qülləsinin ətrafındakı atəşfəşanlığın şahidi olmağa dəyərdi. //Rəşad Səfərov, QayNar

BBB: Bakıda Bayram Bolluğu- FOTO



BBB: Bakıda Bayram Bolluğu- FOTO


QayNar: Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 31-də paytaxtda bayram atəşfəşanlığı təşkil edib.
Xatırladaq ki, Məhərrəmlik ayının başlanması ilə əlaqədar olaraq, ölkə mətbuatında bu il bayram atəşfəşanlığının olmayacağı yazılsa da, amma deyilənlər təsdiqini tapmadı. Atəşfəşanlığa nə qədər vəsaitin xərcləndiyi bəlli olmasa da, hər halda bunun böyük rəqəm olduğu təxmin edilir. //T.İsmayılov. QayNar

30 Aralık 2008 Salı

Təbriz teatrı Naxçıvanda olub

Təbriz teatrı Naxçıvanda olub

14:12 30-12-2008





Təbrizli aktyorlar “Apardı sellər Saranı” tamaşası ilə çıxış ediblər

Təbriz şəhərinin “Azad” teatr truppası Naxçıvanda qastrol səfərində olub. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təbrizli aktyorlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində xalq əfsanəsi əsasında hazırlanmış “Apardı sellər Saranı” tamaşası ilə çıxış ediblər. Tamaşanın ssenari müəllifi Seyid Mürtəza Haşimpuş, quruluşçu rejissoru və baş rolun ifaçısı İbrahim Abbasəlizadədir.

Qeyd edək ki, tamaşa Naxçıvanda böyük marağa səbəb olub. Təbrizli aktyorlar milli rəqslərimizi yüksək səviyyədə ifa ediblər.

LENT.AZ



Xəbərin oxunma sayı: 36

Türkiyə bizi satarmı?

İlham TUMAS


Türkiyə bizi satarmı?





(İçimizdəki beyinsizlərin əməlləri üzündən bizi həlak edərmisən, Allahım?
Qurani-Kərim)


Artıq əlcək atılıb. Osmanlı qardaşlarımızın Ermənistanla sərhədi açmağa hazırlaşdıqları haqda xəbər Azərbaycanda və Türkiyənin ayrı-ayrı bölgələrində qəzəblə qarşılandı. Müxtəlif reaksiyalar verilir, cürbəcür şərhlər, bəyanatlar KİV-də yer alır. Düşmənlər, ürəyiqurdlular, iranpərəstlər, rusiyapərəstlər, daha nə bilim, nə "pərəstlər" Türkiyəyə, indiki türk hökumətinə illərdən bəri qəlblərində gəzdirdiklərini açıq-aşkar söyləmək üçün gözəl fürsət qazanıblar. Allah uğur verməsin...

Hər "qardaş"a öz "yetim"i

İndi məsələnin mahiyyətinə varmaq, baş verməsi ehtimal olunan bu "açılma" olayına soyuq başla yanaşmaq əvəzinə, insanlarımız daha çox köhnə ənənəyə sadiq qalaraq, "qardaş Türkiyə belə şey yapmamalıdır" deyə hayqırmağa üstünlük verirlər. Heç kim düşünmür ki, daha "qardaş-qardaş" oyunu getmir. Və bu oyun hər zaman görüntüdən savayı bir şey də olmayıb. Çünki "qardaş"ın nə yapdığını, nə yapacağını, ən önəmlisi isə nə yapmalı olduğunu ondan gözəl bilən bir kəs yoxdur. Və təbii ki, "qardaş" olsa belə, bu qardaşın 70 milyonluq "yetimləri" heç də biz "qardaş"ın 7 milyonluq yetimlərindən əskik deyil.

Haşiyə:

Ötənlərin birində Ərdoğan şəhərə başmaq seyrinə çıxmışdı. Bir qadın baş nazirə yaxınlaşıb, "mənim 7 yetimim var, mənə yardım edin" deyəndə, "ağ lampaçı" ona "sizin 7, mənimsə 70 milyon yetimim var" deyə cavab vermişdi.

O gün hörmət etdiyim politoloqlardan birinin müsahibəsini oxudum. Deyir, "bizi ruslara Atatürk təhvil verdi", nə bilim, "Türkiyə rəhbərliyi bizi satıb" və sair. Özü də tarixdən bolluca sitatlar gətirir. Türkiyə Cümhuriyyətinin qurulmasından başlamış, 20 Yanvar faciəsinə qədər. O, Türkiyənin Ermənistanla sərhədləri açmasını "türk xalqına, türk millətinə və Türkiyənin özünə böyük xəyanət" kimi dəyərləndirir. Sözlərindən belə çıxır ki, Türkiyənin işi-gücü yoxdur, siyasətini elə yalnız o biri "qardaşları"nın mənafeyinə uyğun şəkildə qurmalıdır, vəssalam.
Bəs, əslində, Türkiyə dövləti "nəçidir" və "nəçi" olmalıdır?
Bu məqamda Arximedsayağı evrikalar görüntüsü ilə qəzet səhifəsinə qəzəblə çırpılan bir sıra məsələlərə aydınlıq gətirməliyəm. Prinsipcə, müəllim düz deyir: "Türkiyə bizi satıb"! Bəli, bəli, satıb. Hələ bu "satış"ı əsaslandırmaq üçün bu cənabın tarixdən gətirdiyi faktlardan daha dəhşətli şeylər var. Əminəm ki, o, Atatürklə Leninin, İsmət İnönü ilə Çiçerinin yazışmalarından, cənab Molotovun, Mikoyanın Türkiyəyə səfərlərindən, orada apardıqları danışıqlardan, "bizə silah, sizə Qafqasiya" şərtindən, "Boğaz"larda boynuna daş bağlanıb batırılan Müstafa Sübhi və digər kommunist "desant"larının əhvalatından, həmçinin erməni, kürd probleminin ixracından da yaxşı xəbəri var.

Bəs "dövlətpərəstlik" nədir?

Hamı təsdiqləyər ki, hər bir dövlətin təşəkkül tapdığı ilk dövrlərdə onun qurucuları tərəfindən əsrlərə hesablanmış qlobal miqyaslı proqramlar və şərtlər cızılır. Sonradan dövlətdə baş verən hakimiyyət dəyişiklikləri və bir iqtidarın gəlib, o birinin getməsiylə qurucular tərəfindən cızılmış bu xətt qətiyyən pozulmur. Təbii, elə düdəmə dövlətlər də qurulub ki, onlarda belə şərtlər olmayıb, ancaq bu cür dövlətlər tarixin amansız sınaqları qarşısında davam gətirməyərək, dağılıblar. Ancaq bu şərt olursa, sonradan da həmin şərtə əməl olunursa, həmin dövlətə zaval yoxdur.
Məsələn, dünya nəhəngi ABŞ-ın əsrlərdən bəri sürüb gələn çox mühüm və dəyişməz şərtləri var ki, bunlardan biri də "Monre doktrinası"dır. Amerikan dövlət xadimi Monrenin cızdığı və artıq əsrlər boyu Amerika dövlətinin yürütdüyü xarici siyasət kursunun ana xəttini təşkil edən bu doktrinanın 3 şərti var:
1. Noncolonization
Cənubi və Şimali Amerika bundan sonra Avropa gücləri tərəfindən koloniyalaşmaya məruz qalmamalıdır.
2. No Transfer
Birləşmiş Ştatlar Yeni Dünya koloniyalarının bir Avropa gücündən, o biri Avropa gücünə keçməsinə laqeyd deyil.
3. Nonitervention
Birləşmiş Ştatlar Avropa işlərindən kənarda duracaq.

Beləliklə, bu 3 şərt ABŞ-ın uzun illər boyu bütün dünyada hegemon dövlət kimi formalaşmasına böyük zəmin yaradıb.

Axı, kimə aydın deyil ki, dövlətini qurmaq və onu möhkəmləndirmək üçün çox şeyləri qurban verməlisən.

Haşiyə:
Bu "qurban" məsələsi bizim qardaş Türkiyəyə də aiddir. "Atatürk bizi Rusiyaya satdı" deyəndə gərək nəzərə alaq ki, bu, satılma deyil, əslində, Atatürkün dövlət qurma işi idi və bu ənənə Ərdoğan hakimiyyətinin kəşfi deyil, Türkiyə dövlətinin Atatürk tərəfindən qoyulan vazkeçilməz şərtidir. Və nə qədər acı olsa da, həmin dövrün şərtlərinə görə, Atatürk tək Azərbaycanı və "Qafqasiya"nı deyil, Kipri, Mosulu, Kərkükü.... də quracağı möhtəşəm Türkiyəyə qurban verdi.

Türk dünyası bir yana, Azərbaycan bir yana

Ümumiyyətlə, qurulmuş dövləti möhkəmləndirmək üçün məmləkətin yekə kişiləri əllərindəki bütün vasitələrdən istifadə ediblər. Lazım olsa, bu yolda öz millətinin, dövlətini qurmaq üçün dəridən-qabıqdan çıxdığı xalqının belə cari haqlarını tapdalayıb, qanını töküb, günahlı-günahsız asıb, güllələyib. Bəli, dövlət qurmaq və dövləti möhkəmləndirmək sənəti məhz bunlardan ibarətdir: savaş, qan, güc, qurban...

Təsəvvür edin, milyonlarla insanın qanı bahasına qurulmuş bir dövlət özünün möhkəmləndirilməsi üçün hansısa "qardaş" dövlətin problemlərini çiyinlərində nə qədər daşıyar, nə qədər daşımağa borcludur və ümumiyyətlə, daşımalıdırmı? Bir dövlət ki, yaradılanda öz xalqının belə cəsədləri üstündən keçib, həmin dövləti idarə edənlər onu hansısa "qardaş" dövlətin xalqının problemlərinə qurban verərlərmi? Hörmətli politoloqu bilmirəm, ancaq mənim üçün bütün türk dünyası bir yanda, Azərbaycansa bir yanda olsun və "ya bütün türk dünyası, ya da Azərbaycan məhv olmalıdır" kimi şərt qoyulsun, mən düşünmədən Azərbaycanı seçərdim və türk dünyasının məhvi ilə sonuclansa belə, qanlar bahasına qurulmuş öz Dövlətimi, qanlar bahasına qurulmuş digər türk dövlətlərinin cəmisindən yüksəkdə tutardım. Məncə, bu "dövlət eqoizmi" o biri "qardaşlar"ımıza da aiddir...

İndisə Türkiyə "qurban"ları haqda

Bir qədər əvvəldən başlamaq zorundayam. O zamandan ki, Türkiyə dövləti təşəkkül tapdı. Ümumiyyətlə, həmin dövrlərə səthi də olsa, aydınlıq gətirmək zorundayıq. Çünki yuxarıda dediyimiz kimi, bu gün Türkiyənin Ermənistanla sərhədi açmaq məsələsi, çoxlarının fikirləşdiyi təki, indiki Ərdoğan hakimiyyətinin xislətində deyil, Türkiyə dövlətinin bərqərar olandan özündə ehtiva etdiyi və öndər Atatürkün qoyduğu siyasətin nüvəsindədir. Və qətiyyən Azərbaycana qarşı yönəlmiş siyasət deyil! Çünki bütün bunlar siyasət elminin əlifbasıdır və dövlət qurmaq işinə qərar vermiş nəhəng kişilərin əməl etməli olduğu yazılmamış klassik qanunlardır.
İndi görək, Türkiyə bugünkü Türkiyə olmaq naminə hansı "qurban"ları verib və onun verdiyi bu "qurban"lar sırasında Ermənistanla sərhədlərin açılması nə qədər önəm daşıyır?

Bu, millətin öz dövlətini qurma işində verməyə məcbur olduğu qurbanlarıdır ki, heç bizlər də bundan yan keçməmişik. İndi "ölüm-qalım" işinə çevrilmiş Qarabağ, artıq bizim olmayan Qərbi Azərbaycan torpaqları, bu yolda verdiyimiz şəhidlər... də Azərbaycanın öz dövlətini qurma prosesində canından ayrılan qurbanlar deyilmi?
Türkiyənin vəziyyəti daha qəliz olub və Atatürk bugünkü Türkiyəni qurmaq üçün daha böyük qurbanlar verib. Sonunda, vaxtilə bütün Avropaya hökm edən bir dövlət, Xilafətin son mənzili olan nəhəng Osmanlı İmperiyası indi müasir Türkiyənin "sığındığı" bu ərazi ilə kifayətlənməli oldu.
Və taleyin acı gərdişindən "qardaş" Türkiyənin xilafətdən qopub cümhuriyyət kimi qurulduğu ilk illərdə dürlü beynəlxalq konfranslarda, müxtəlif anlaşmalarda, müqavilələrdə verdiyi "qurban"lar dövr keçdikcə, ona da olmazın əziyyətlər bahasına başa gəldi, Bolqarıstandan qovulan türklərdən tutmuş, Kiprə, Mosula, Kərkükə qədər...
Ancaq elə Cümhuriyyətin ilk illərindəcə Qurtuluş Savaşında tökülən qanların əvəzi olaraq diplomatik görüşlərdə çox güzəştlərə gedilməsindən şikayətlənən böyük bir müxalifət yaranmışdı. Böyük Millət Məclisinin ayrı-ayrı bölgələrdən olan üzvləri Türkiyə Cümhuriyyətinin Lozanna konfransına göndərdiyi nümayəndə heyətinin əldə etdiyi nəticələri məmləkətin müstəqillik üçün apardığı Qurtuluş Savaşına bir üz qarası olduğunu iddia edirdilər. Ayrı-ayrı deputatların "Mehmetciyin süngüsüylə qazanılan möhşətəm qələbə Lozannada dəfn edildi", "bu müqavilədə kapitulyasiyon qoxusu var" kimi narazılıqları ilə yanaşı, əcnəbi diplomatların da Qurtuluş Savaşından qalib çıxmış türklərin, savaşdıqları kimi, danışıqlar apara bilmədiklərinə dair fikirləri var. Hər halda, İngiltərə nümayəndə heyətinin başçısı Lord Qurzonun aşağıdakı fikirləri nəhəng Osmanlının, Xilafətin son məskəni olan bu məmləkətin Cümhuriyyət qurmaq üçün hansı qurbanlara getdiyini anlamağa kömək edir: "Yunanıstan nümayəndə heyətinin rəhbəri Venizelos türk heyətinin tələblərini öyrənən kimi bir az ürəkləndi. Çünki bütün təmsilçilər türklərdən daha ağır şərtlər gözləyirdilər. Türklər isə bir çox mövzulara toxunmadıqları üçün o da bunların əvəzində xeyli güzəştlər əldə edə bildi".
Bütün bunlara rəğmən, Atatürkün də qol qoyduğu və böyük diplomatik uğur hesab etdiyi Lozanna müqaviləsi Böyük Millət Məclisi tərəfindən qəbul edildi.
İndi və elə o zaman da Türkiyənin iri dövlətlər qarşısında, əslində hansı şərtlərlə çıxış etməli olduğu haqda uzun-uzadı mübahisələr yapmaq olar. Ancaq bu mübahisələrin qara qəpik qədər də dəyəri yoxdur. Çünki ortada sərkərdə Atatürkün öz qanı və canı bahasına əjdahaların ağzından qurtardığı bir Türkiyə Cümhuriyyəti var. Bir də çoxillik daxili və xarici savaşlardan yorulmuş bir məmləkətin dərdlərini, onun hansı şərtlərlə və nə vaxt nəyəsə razı olub, iqtisadi yüksəliş dövrünə qədəm qoymalı olduğunu da bu məmləkətin baş Əsgərindən - Mustafa Kamal Paşadan qeyri kimsə bilməzdi. Atatürk bunu bilirdi və bildiyi kimi də yapdı! Həm də yapılması gərəkənlər tək bunlar da deyildi və böyük öndər onları da yapdı. Türkiyə yalnız Qurtuluş Savaşının deyil, həm də Mosulda, Kərkükdə böyük İmperiyadan sonra sahibsiz qalan yüzminlərin, yunanlar tərəfindən qanına qəltan edilən, ingilis baş naziri Dizraelinin "Qərbi Asiyanın açarı" adlandırdığı Kipr türklərinin qanı bahasına quruldu. Bugünkü Türkiyə "fəs inqilabı", "islamın dövlətdən ayrılması prosesi", Böyük Millət Məclisində əlini kürsüyə vurub "mən deyən olacaq" söyləyən Atatürkün zəhmiylə, günahlı-günahsız asılan, güllələnən, ölkədışına sürülən türk insanlarının həyatlarıyla quruldu. Türkiyə Cümhuriyyəti əsrlərin xilafətinə son verdi, dünya müsəlmanlarını "Allahın yerdəki kölgəsi"ndən mərhum etdi...

Qardaş köməyi, yoxsa dövlət marağı?

Maraqlıdır ki, bu boyda məmləkətin problemləri, dərdləri ilə tanış olmayan populist siyasilər Türkiyədən "qardaş" köməyi gözləyirlər və bunu da minnət kimi qonşu ölkənin boynuna yazırlar. Nə qədər nihilist səslənsə belə, məncə, heç kəsə sirr deyil ki, ötən əsrin əvvəllərində "Azəri qardaşlara köməyə qoşan" türk əsgərləri özləriylə təkcə "daşnak zülmünə qarşı süngü" yox, həm də Türkiyənin dövlət maraqlarını gətirmişdilər. Qanbir və dinbir qardaşlıq təkcə təmənnasız yardım ola bilməz axı. Ayrı-ayrı illərdə Bakıya, Naxçıvana, digər bölgələrə baş vuran, burada döyüşlər aparan, qan tökən türk paşalarına qardaşlıqdan ötə müqəddəs daha bir hiss hakim kəsilmişdi: Türkiyənin maraqları!
Əziz qardaşlarımız Bakıdan tutmuş Naxçıvana qədər bütün ərazilərin birinci Türkiyəyə mənsubluğuna çalışırdılar və buna iddia edirdilər. Yalnız bu iddianın baş tuta bilmədiyi təqdirdə isə ardından Azərbaycanın müstəqilliyi və bütövlüyü haqda tələb gəlirdi. Ancaq bu qardaşlıq yanğısının da sərhədləri sonsuz deyildi. Bu sərhədlər Türkiyənin dövlət maraqlarına zidd olan hər hansı olay, yaxud durumla bitirdi, necə ki, indiyə qədər dəfələrlə bitib. Türkiyənin dövlət maraqlarının başladığı yerdə isə "qurban"lar başlayır. Azərbaycanın sovetləşdirilməsi, Qafqazdan çəkilmə, erməni probleminin bu tərəflər ixracı və sair və ilaxır.
O zaman da belə idi, indi də belədir. Türkiyə - "qurbanlar" üstündə qurulmuş bu məmləkət, "qurbanlar"la da özünü möhkəmləndirməyə bu qədər meyllidirsə, buna sadəcə, normal və sakit yanaşmaq lazımdır. Və burada Ərdoğan hakimiyyətini ittiham etməyə, onu yalnız sözdə olan "türk birliyinə" xəyanət etməkdə suçlamaq yersizdir.

Bu Cümhuriyyəti Atatürk qurmuş

İndi də sərhədlərin açılıb-açılmaması məsələsi meydana çıxıb. Birincisi, əmin deyiləm, gündəmdə belə bir məsələ var. Olsa belə, bu informasiyalar hələ ki, ictimai rəyi yoxlamaq, mümkünlüyü istisna edilməyən bu "açılma"nın baş tuta biləcəyi halda, hansı reaksiyalar doğuracağını bəlirləmək üçündür. İkincisi, bu xəbərin daha çox dezinformasiya olduğuna inanıram.
Ancaq heç nəyə baxmayaraq, artıq şərhlər verilir. İndi bizlərdə hamı Ermənistan-Türkiyə sərhədinin açılmasının tək Azərbaycana deyil, həm də Türkiyənin özünə də vuracağı ziyandan bəhs edir. Ancaq nə etməli ki, başqa cür düşünənlər də yox deyil. Çünki bir qism də hesab edir ki, Türkiyənin Ermənistanla "alış-verişə" başlaması, bu dövlətlə normal münasibətlərdə bulunması Ermənistanı Rusiyanın cəngindən qurtarmağa hesablanıb. Guya, Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək, ardından da Azərbaycana deyəcək ki, daha dost olduq, gəl, torpaqlarına sahib çıx...

O ki qaldı sərhədlərin açılmasının birbaşa Türkiyəyə xeyrinin olub-olmayacağına, bu artıq bizlik deyil. Təbii ki, "qardaş" kimi onu duyuq düşdüyümüz hansısa ziyandan xəbərdar etməyimiz lazımdır, ancaq dediyimiz kimi, "qardaş" özünə nə lazım olduğunu bizdən daha yaxşı bilir.

Əlqərəz, əgər Türkiyəyə Ermənistanla sərhədlərin açılması hava-su kimi lazımdırsa, bu "açılma" onun dövlət maraqlarına cavab verirsə, bütün sonrakı gedişlər ən incə nüanslarına qədər hesablanıbsa, ERMƏNİSTANLA SƏRHƏDLƏR AÇILACAQ! Heç nəyə baxmayaraq... Maraq var axı. İngilisin elə adı çıxıb...

Burası Türkiyədir, yavrum! Bu Cümhuriyyəti Mustafa Kamal Paşa Atatürk qurmuş! Bu məmləkətin mayası "qurban"larla tutulmuş! Burada dövlətə, dövlət maraqlarına namus məsələsi kimi yanaşarlar. Namus olan yerdəsə nə qardaşa baxarlar, nə bacıya...

ilham_tumas@mail.ru

LENT.AZ



Xəbərin oxunma sayı: 342

AZƏRBAYCANDA REFERENDUMLARIN TARİXİ (Müstəqillik referendumundan 17 il ötür)

AZƏRBAYCANDA REFERENDUMLARIN TARİXİ (Müstəqillik referendumundan 17 il ötür)
1991-ci il dekabrın 29-da keçirilmiş müstəqillik referendumundan 17 il ötür. 17 il öncə bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilmiş və «Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı» sualı qoyulmuşdu.

Mərkəzi Seçki Komissiyasının saytında yer almış rəsmi məlumata görə, o zaman referendumda 3 milyon 751 min 174 nəfər və ya seçici siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak edib, səsverənlərin 99,58 faizi sualın lehinə, 0,2 faizi isə əleyhinə səs verib.

29 dekabr referendumu yeni Azərbaycan tarixində ikinci ümumxalq səsverməsi idi. İlk referendum 1991-ci il martın 17-də keçirilmiş və SSRİ-nin saxlanması məsələsinə həsr olunmuşdu. Referendumda belə bir sual qoyulmuşdu: «Siz hər bir millətdən olan insanın hüquq və azadlıqlarına tam təminat verərək Sovet Sosialist Respublikalar İttifaqının bərabər hüquqlu suveren respublikaların yeniləşdirilmiş federasiya kimi saxlanılmasını lazım bilirsinizmi».

Rəsmi rəqəmlər referendumda 2 milyon 903 min 797 vətəndaşın iştirak etdiyini, sualın lehinə 93,3, əleyhinə 5,83 faiz səs verildiyini göstərir.

1993-ci il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olub. MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.

1995-ci il noyabrın 12-də keçirilmiş referendum Azərbaycan Respublikası Konstitusiyasının qəbulu məsələsinə həsr edilib. Referendumun nəticələri yekunlaşdırılarkən məlum olub ki, 3 milyon 556 min 277 nəfərin iştirak etdiyi ümumxalq səverməsində 91,9 faiz konstitusiyanın qəbul edilməsi lehinə, 6,63 faizi əleyhinə səs verib.

2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərə yönəlmişdi. Ümumxalq səsverməsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ölkə üzrə 83,86 faiz seçicinin referendumda iştirak etdiyini elan edib.

2009-cu il martın 18-də Azərbaycanda ana yasa dəyişikliyini nəzərdə tutan daha bir referendum keçiriləcək.

İranda geyim qadağası

İranda geyim qadağası
«Vaşinqton Taymz» yazır ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hökuməti başqa şeylərlə də məşğul olur. Və bu başqa şey əhalinin geyim məsələsidir.

Bu yaxında İran polisi 50-yə qədər adamı Qərblilər kimi geyindiyi üçün həbs edib. Qaemşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin diliylə desək, «polis küçəyə şeytan görkəmində çıxmış, yaramaz paltarı geymiş dələduzları» tutub. Polis rəisi bildirib ki, İranın düşmənləri gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışırlar.

Keçən il də İranda qadınlara uzunboğaz çəkmə geyməyi qadağan etmişdilər. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlətsələr, geyinə bilərlər. Hətta şalvarın balağı çəkməni topuğa qədər örtməlidir, yoxsa qadının bədəninin forması görünür, bu isə islama uyğun deyil.

Bu yaxınlarda İranda 24 yaşlı bir qızı ağ palto geyindiyi üçün tutublar. İranda «əxlaq polisi» adlandırılan polis qıza, paltosunun rənginin münasib olmadığını deyib. 24 yaşlı Neda «Azadlıq» radiosunun İran xidmətinə müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. Neda da, «Vaşinqton Taymz»dakı məqalənin müəllifi də sual verir: Doğrudanmı İran polisinin paltardan vacib işi yoxdur?

İranda geyim xofu təzə yaranmayıb. 1979-cu ildən – «İslam inqilabı»ndan bu yana İranda bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcburdular. Kişilər də Qərbdəkilər kimi köynək geyə bilməz, saçı qeyri-adi formada kəsdirmək qadağandır. Odur ki, inqilabdan bəri geyim məsələsi İranda daimi gərginliyə səbəb olub. Geyim qaydalarına riayət etməmək rejimə tabe olmamaq kimi qiymətləndirilib.

Polis geyim tərziylə vuruşmaqda ikən gənclər bir az da irəli gedib, tələbə gününü qeyd ediblər. Təxminən 50 il qabaq İranda tələbələr yürüş edib, polis onların qarşısını alıb. Keçən həftə İranın hər yerində tələbələr həmin günü qeyd edib. Polisin və təhlükəsizlik qüvvələrinin çoxluğuna baxmayaraq, Tehranda tələbələr barrikadaları dağıdıb, başqalarının da universitet daxilində keçirilən aksiyaya qoşulmasına imkan veriblər. Üç mindən çox tələbə «Diktatora ölüm!», «İrana demokratiya, beynəlxalq sülh» şüarları səsləndirib. Nəticədə ali lider Ayatullah Xamenenin universitetə səfəri təxirə salınıb.

Bir tərəfdən neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsirləri, o biri tərəfdən narahat gənclər, iqtisadi sanksiyalar, beynəlxalq aləmin təcrid siyasəti…

İrana yəqin kimsə kömək edə bilməz, amma İranın belə vaxtda paltarla, camaatın geyim tərziylə mübarizəsi yəqin hər kəsə qəribə görünər. «Vaşinqton Taymz» yazır ki, bunu əhalinin diqqətini başqa səmtə yönəltmək, ya da inqilab ruhunu möhkəmlətmək cəhdi kimi qiymətləndirmək olar. Amma aksiya keçirən İran gəncləri göstərir ki, belə cəhdlərin xeyri yoxdur. Müəllif Albert Eynşteynin axmaqlıq barədə dediyini xatırladır: Axmaqlıq bir şeyi təkrar-təkrar etmək və hər dəfə fərqli nəticə gözləməkdir.
Ruzanna Rəşidqızı

Türkiyədə təhsil alan tələbələr qondarma soyqırımla bağlı kampaniyaya etiraz edirlər

Türkiyədə təhsil alan tələbələr qondarma soyqırımla bağlı kampaniyaya etiraz edirlər

Son dövrlər qondarma "erməni soyqırımı" ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən bəzi qüvvələr tərəfindən bu ölkənin erməni xalqından üzr istəməsilə bağlı kampaniyaya start verilib. Qardaş ölkədə ermənilərdən "üzr istəyirik" adlı kampaniyanın başlanılması Türkiyə ilə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov "525"ə açıqlamasında kampaniya ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, qardaş ölkədə "üzr istəyirik" adlı kampaniyanın başlanmasına Azərbaycan ictimaiyyətinin narazılıq etməsi gözlənilən addımdır. Ç.Bayramovun fikrincə, tarix boyu erməni təcavüzünə məruz qalan hər iki dövlətin sağlam qüvvələrinin kampaniyaya etiraz etməsi təqdirəlayiqdir. Ç.Bayramovun dediyinə görə, Türkiyə əleyhinə aparılan belə bir kampaniyanı müsəlman və türk kimliyi adı altında gizlənən ermənilər, habelə ermənipərəst qüvvələr həyata keçirir. "Üzr istəyirik" kampaniyasına rəvac verənlərin Türkiyəni, eləcə də türk millətini istəməyən qüvvələr olduğunu vurğulayan Ç.Bayramov bununla həmin insanların qardaş dövlətin ölkədaxili vəziyyətini gərginləşdirməyə çalışdıqlarını bildirib: "Zənnimcə, türk dövlətləri parlamentinin yaradılması məsələsinin gündəmdə olduğu ərəfədə adıçəkilən kampaniyanın başladılması Türkiyənin diqqətini ölkədaxili problemlərə cəlb etmək məqsədi güdür. Bu bir faktdır ki, türklər tarix boyunca hər hansı millətə, xalqa qarşı soyqırım həyata keçirməyib. Bunu sübuta yetirən çoxsaylı dəlillərin olmasına baxmayaraq, Türkiyənin "erməni soyqırımı"nda günahlandırılması, habelə belə bir genosid olmadığı halda "üzr istəyirik" adlı kampaniyanın aparılması heç cür başadüşülən deyil. Bizdə Türkiyədə təhsil alan gəncləri təmsil edən təşkilat olaraq, türklər əleyhinə aparılan kampaniyanı qınayırıq. Hesab edirəm ki, yaxın günlərdə türk millətçiliyi öz sözünü deyəcək. Necə ki, ilk addım olaraq Türkiyənin əməkli səfirləri, konsulları, millət vəkilləri, ziyalıları və başqa şəxslər buna kəskin etirazını bildirdilər". Ç.Bayramovun qənaətincə, antitürk kampaniyasına dəstək verən insanların Azərbaycana gəlişinə mane olmaq lazımdır. Birlik sədrinin sözlərinə görə, Azərbaycan tərəfi təbliğatını artıraraq, Ermənistan dövlətinin təcavüzü nəticəsində ölkəmizin 20 faizdən artıq torpaqlarının işğal edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünün yurdlarından didərgin düşməsi, həmçinin Xocalı soyqırım ilə bağlı materialları Türkiyə mediasında yaymalıdır: "Bununla da sübut edə bilərik ki, Azərbaycan torpaqlarını ermənilər işğal edərək, son yüz ildə osmanlı türkləri ilə yanaşı, azərilərə qarşı soyqırım siyasəti həyata keçirib. Hesab edirəm ki, Türkiyə hökuməti də məsələyə kəskin reaksiyasını göstərməlidir".
BƏXTİYAR

İran və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb

İran və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb

Yaxın Şərqdə son günlər baş verən hadisələrlə bağlı İranın və İsrailin Azərbaycandakı səfirlikləri məlumat yayıb. İran səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, Qəzza zolağının sionist rejiminin hərbi təyyarələri tərəfindən bombardmana məruz qalması nəticəsində çoxsaylı günahsız Fələstin vətəndaşının şəhid olması, sionist rejiminin qara dosyelərinə daha birini əlavə edib: "Bu hücumlar sionist rejimi tərəfindən törədilən dövlət terrorçuluğunun bariz nümunəsi, eləcə də insan haqlarının açıq-aşkar pozulması deməkdir. Qəzzada törədilən faciələrə cavabdeh olan beynəlxalq təşkilatların, eləcə də insan haqlarına iddiaçı olan ölkələrin baş verənləri sükutla qarşılaması, onların insan haqlarına dair iddialarında qeyri-səmimi olmasına və ikili standartlarla yanaşmasına dəlalət edir". İsrail səfirliyi isə bildirib ki, əməliyyat Həmasın dinc İsrail sakinlərinə qarşı raket hücumlarına cavab olaraq həyata keçirilir: "Təəssüflər olsun ki, İsrailin raket hücumları və zorakılığı dayandırmaq istiqamətində səyləri Həmas tərəfindən rədd edildi və Həmas İsrail ərazisinə yüzlərlə raket zərbəsi endirməkdə davam etdi. Nəticədə İsrail öz dinc vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror infrastrukturuna qarşı hərbi əməliyyatları yeganə çıxış yolu kimi gördü".

İran və İsrail səfirlikləri qarşısında piket keçiriləcək

İran və İsrail səfirlikləri qarşısında piket keçiriləcək

Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasından APA-ya verilən məlumata görə, yığıncaqda 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbirlər planı təsdiq olunub, qərara alınıb ki, həmin gün Əbülfəz Elçibəyin və Seyid Cəfər Pişəvərinin məzarları ziyarət edilsin. DUİ Dünya azərbaycanlılarının həmrəylik gününün 20 illiyi ilə əlaqədar 2009-cu ili "Həmrəylik ili" də elan edib. Yığıncaqda 2009-cu il martın 18-də keçiriləcək referenduma da münasibət bildirilib. İttifaq seçiciləri referenduma qatılmamağa çağırıb. Bununla yanaşı, DUİ referendumun monitorinqinin aparılmasına qərar verib. İclasda İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması və İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara da toxunulub. Dekabrın 31-də həm İranın, həm də İsrailin Azərbaycandakı səfirliklərinin binası qarşısında piket keçirilməsi ilə bağlı qərar qəbul olunub.

AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq

AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq


30.12.2008, 05:37

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2009-cu ilin yanvar ayının sonu, fevralın əvvəllərində növbəti qurultayını keçirəcək. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, qurultaya hazırlıq üçün rayon təşkilatlarında konfranslar başa çatmaq üzrədir. O, cəmi bir neçə rayonda konfransların keçirilmədiyini söyləyib:"Yanvarın birinci yarısında konfranslar yekunlaşacaq. Bundan sonra qurultayın vaxtı dəqiqləşəcək". H.Kərimov yer problemi ilə qarşılaşacaqlarını da istisna etməyib:"Biz yerlə bağlı hakimiyyətə müraciət edəcəyik. Əgər qanunlara hörmət edirlərsə, o zaman qurultay üçün yer ayırmalıdırlar". Qurultayda təxminən 700 nümayəndənin iştirakı nəzərdə tutulur.

AzTV dünya kanalı olmaq istəyir

AzTV dünya kanalı olmaq istəyir


30.12.2008, 05:41

Bizsə soruşuruq: nəyinən Alış?

Ən baxımsız TV kimin gözünə kül üfürür?

Biz jurnalistlər arasında “nəyinən Alış?” lətifəsi çox məşhurdur. Birisi görməyə qadir olmadığı işi dilə gətirəndə bu lətifə yada düşür. Bu günlərdə AzTV-nin buraxdığı allı-güllü, yarlı-yaraşıqlı, amma içərisi çox məzmunsuz yazılar və yalanlarla doldurulmuş, gülməli istək və iddiaların əks olunduğu bir jurnal əlimə keçəndə də bu lətifənin “qəhrəmanı”, yazıq Alış kişi gözlərim önündə canlandı.
Bah, jurnal nə jurnal?! Iki göz lazımdır, baxsın. Ölçüləri adi standartdan da böyük, rəngləri par-par yanır, şəkillər adamın üzünə gülür, eynən AzTV-nin verilişləri kimi. Kosmetik bər-bəzək var, amma verilişlərinin mahiyyəti, məzmunu yox, yəni üzü bəzək, içi... tamam başqa şey. Zatən, bu kanal boş pafos və hay-küydən başqa nəyə qadirdir ki? O səbəbdən buraxdığı jurnal da belədir, vərəqlədikcə adamın əti tökülür. Heç bir ölçüyə sığmayan şit və bayağı tərifləri oxuduqca, az qala bütün dünyanın gecə-gündüz AzTV-nin duzsuz verilişlərinə baxdığının, hamının bu kanala “məftun” olduğunun “şahidi” olursan. Təbii ki, bu təriflərdən həm də hesabdar-sədr Arif Alışanovun son iki ildə təmir-tikinti işlərində və texnika alış-verişində böyük “xarüqələr” yaratdığı bəlli olur. Bəlli olur deyəndə ki, əslində bu nağıllar “Ekran-efir” qəzetinin və “TV plyus” jurnalının (məlumatlara görə, bu nəşrlərin hesabına AzTV hər rüb 187 min manat pul silir) daimi mövzularındandır. Amma teleradio işçiləri gününə həsr edilmiş (?) xüsusi buraxılışda AzTV-çilər tərifin barıtını yaman çoxaldıblar. Azərbaycandakı “rəy sorğuları” ilə ürəkləri soyumayıb Türkiyədəki bəzi adamları da üzdən-gözdən salıb tərif qopardıblar. Onlar da uydurublar ki, ölkələrindəki gül kimi kanalları bir yana qoyub, dünyaya uyğunlaşmaq üçün ancaq AzTV-yə baxırlar.
***
Tənbəllik eləməyib saydım: jurnalda 120 nəfərə yaxın şəxsin bir-birinin təkrarı olan “rəyləri” verilib. Əlbəttə, biz “rəy” verənləri də başa düşürük, adamı 1-2 dəfə verilişə çağırırlar, ya haqqında bir xəbər-filan verib, sonra da boğaz çəkirlər ki, ehtiyacımız var, amandır, bizi tərifləyin! Hamıya yaxşı tanış olan bu “əl-əli yuyar” prinsipinə söykənən “ziyalı rəyləri” ilə, həmçinin jurnaldakı elmi-tarixi baxımdan səhvlər və dolaşıqlıqlarla işimiz yoxdur. Amma bəzi məqamlarda ağını çıxaran bu “xüsusi” buraxılışdakı bir neçə tezis və iddialara mütləq münasibət bildirmək zorundayam.
***
Əvvəla, belə bir iddia və yalanla razılaşmaq çətindir ki, bu TV ölkəmizin ictimai-siyasi həyatının güzgüsüdür və “operativlik, bütün sahələrdə məlumatların düzgün, vaxtlı-vaxtında verilməsi AzTV-nin üstünlüklərindən biridir”. Əfəndim, hansı operativlikdən və ən gülməlisi hansı düzgünlükdən söhbət gedir? Iclas göstərmək nə vaxtdan bəri xəbər sayılıb, bu kanal nə vaxt və hansı önəmli hadisəni vaxtında, dürüst bir şəkildə efirə verib? Əgər belə olsaydı, onda bizim tamaşaçılar CNN-i qoyub elə AzTV-yə baxardı də. Özünüzü niyə aldadırsız, a bala? Bir televiziya ki, öz əsas xəbər buraxılışını hadisə ilə deyil, səkkizinci dərəcəli bir məlumatla başlaya, onun teleməkanda hansı üstünlüyü ola bilər? Axı bu xəbər verilişi deyil, ötən əsrin 60-cı illərinin aşağı səviyyəli təşviqat proqramıdır. Nə qədər bər-bəzək vursan belə, altındakı “material” çox aydın görünür.
***
Ikincisi, dönə-dönə vurğulayırlar ki, AzTV-də təzə texnologiyanın tətbiqi, yeni kamera və kranlar alınması, yeni işıq və montaj sisteminin quraşdırılması böyük nailiyyətdir. Doğrudan da texniki yeniləşmə vacibdir və indi toy şənlikləri belə ən müasir kamera və kranla çəkilir. Elə isə AzTV bu “nailiyyətin” nəyi ilə öyünür? Axı yuxarılar da bilir ki, bu kanalda dövlətin ayırdığı büdcə hesabına müəmmalı maliyyə əməliyyatları aparılır, gizli tenderlər keçirilir, şübhəli vasitəçilər tapılır, “şapka” mexanizmi işə düşür, heç kimin tanımadığı firmaların məhsulları dolayı yolla AzTV-yə gəlib çıxır və bütün bu əməliyyatları ört-basdır etmək üçün indi gözə kül üfürülür. Bəs əslində vəziyyət necədir?
AzTV-dəki mənbənin məlumatına görə, yenə də çəkilişə getməyə kamera tapılmır, montajda həmişə olduğu kimi növbədir. “Xəzər” və “Bahar” studiyaları üçün Almaniyadan alınıb quraşdırılmış işıq sistemi texnoloji cəhətdən çox köhnədir, həmin ölkədə istehsalatdan çoxdan çıxarılıb və bu səbəbdən də həmin işıqlarla işləmək çox çətindir. Məsələn, saat 14-ə təyin olunmuş çəkiliş üçün işıq quraşdırılmasına səhər saat 10-da başlamaq lazımdır ki, bir şey alınsın. Qeyri-mükəmməl sistem olduğu üçün operatorlar kompyuteri bir yana qoyub, dədə-baba qaydası ilə (uzun taxtalarla) işıq düzəldirlər. Bu da sizə Alışanovsayağı texniki nailiyyət!
***
Daha bir iddia ondan ibarətdir ki, “AzTV bizim teleməkandakı liderliyini qoyub saxlayır”. Görəsən, bu kanal nə vaxt lider olub ki, indi də onu qoruyub saxlasın? Bəlkə teleməkanda iki nüfuzlu sorğu şirkətinin eyni vaxtda apardığı gerçək reytinq cədvəlindən AzTV-də xəbərsizdirlər? Bəlkə bu cədvəldə ən axırıncı yeri tutduqlarını belə mənasız şüarla ört-basdır etmək istəyirlər? Yoxsa bu, dövlətin AzTV-yə ayırdığı 30 milyon manatlıq büdcənin hara və nəyə xərcləndiyini, yüzlərlə əməkdaşın maaşsız və qonararsız qalmasını gizlətməyin bir üsuludur?
Sən demə, Alışanov televiziyası özünü məktəb sayırmış və jurnalda da abır-həya eləmədən bunu iri hərflərlə yazırlar: “Azərbaycanda sonradan fəaliyyətə başlayan bütün telekanallar AzTV-nin məktəb olduğunu etiraf edirlər”. Yox, daha məktəb deyil... Gerçəkdən, Nahid Hacızadə, Ələkbər Abbasov, Mailə Muradxanlı, Qulu Məhərrəmli, Valid Sənani kimi jurnalistlərin, Vasif Babayev, Tariyel Vəliyev, Rövşən Almuradlı, Mehriban Ələkbərzadə kimi rejissorların çalışdığı televiziya əsil məktəb olub. Indi isə vəziyyət xeyli dəyişib, hazırda AzTV-də sənət qaydalarını bilməyən rejissorlar, toy operatorları, özəl TV-lərdən baş götürüb gəlmiş reportyorlar çoxalıb və bütün bunlar A.Alışanovun “kadr siyasəti” sayəsində mümkün olub. Çünki köhnələr çox şey bilir və sədri də yaxşı tanıyır, keçmişinə bələddirlər. Hər dəfə onlarla üzləşmək, bu adamları idarə etmək çox çətindir, yenilərsə hələ duza gedirlər? Sədr bu dəbdəbəli jurnalda qazandığı “uğurları”, məhz bu yeni kadrlarla qazandığından fəxrlə danışır və çox haqlı olaraq özünün 2 illik rəhbərlik dövrünü teleradionun ümumi tarixindən ayırır. Həqiqətən, bu, tamam başqa tarixdir.
***
Nəhayət, mənim bu replikanı yazmağıma səbəb olan əsas məqam haqqında. Öz yazdıqlarına özləri inanan və bundan ilhamlanan alışanovçular AzTV-nin son 2 ildə “qazandığı böyük uğurları” çox “təvazökarlıqla” yekunlaşdıraraq jurnalın ikinci səhifəsində öz məramlarını belə ifadə edirlər: “Qarşıda dünyanın ən aparıcı telekompaniyaları səviyyəsinə çatmaq, onlardan biri olmaq məqsədi durur”. Bərəkəllah! Bax, belə yerdə adam özünü saxlaya bilməyib soruşur: Nəynən Alış, hansı səviyyəynən?
Azad Akifoğlu

Israilin hücumu gözlənilən idi

Israilin hücumu gözlənilən idi


30.12.2008, 06:27

Vəfa Quluzadə: «Baş verənlər bir daha göstərdi ki, Yaxın Şərqdə sülhün yaxın dövr üçün əldə olunması mümkün deyil»
Israil aviasiyasının “Həmas” təşkilatının nəzarətində olan Qəzza zolağına qəfil və güclü hava zərbəsi endirməsi hazırda dünya KIV-nin diqqətində olan məsələdir. Israil mənbələrinin verdiyi xəbərə görə, “Həmas”a aid hədəflərin vurulması haqda hələ iki gün əvvəl əmr alınsa da, hava şəraitinin pis olması reydin həyata keçirilməsini ləngidib.
Fələstin tərəfinin məlumatına görə isə hücum nəticəsində 300-ə yaxın adamın həlak olduğu dəqiqləşsə də, bu rəqəmin artacağı da istisna edilmir. Baş verənlərlə bağlı siyasi şərhçilər müxtəlif fikirlər səsləndirirlər. Israilin son adımının yenidən regionda xaosa səbəb olacağını düşünən bir qrup politoloqların fikrincə, bu tendensiya hazırki dünya maliyyə böhranı zamanı heç də arzuolunan deyil. Onu qeyd edək ki, artıq Israilin hücumu ilə bağlı bir sıra sərt bəyanatlar da səslənib. Iran prezidenti Mahmud Əhmədinejad baş verənləri “cinayət” adlandıraraq, bu günlərdə Fələstin xalqının yanında olacaqlarını bəyan edib. Iranın ali dini lideri Əli Xamneyi bütün dünya müsəlmanlarına müraciət edərək onları Fələstin xalqının müdafiəsinə qalxmağa səsləyib. Ə.Xamneyi eyni zamanda ərəb ölkələrini ittiham edərək onları Fələstin xalqının bu faciəli taleyinə laqeyd qalmaqda qınayıb.
Politoloq Vəfa Quluzadə bildirdi ki, baş verənlər bir daha göstərdi ki, Yaxın Şərqdə sülhün yaxın dövr üçün əldə olunması mümkün deyil: “Fələstin dövləti yaranmayınca, o, həmişə Israilə təhlükə olacaq. Bunun müxtəlif səbəbləri var. Digər tərəfdən ”Həmas" təşkilatı Israillə hərbi münaqişədədir. Bu baxımdan bu hadisələr gözlənilən idi. Çünki “Həmas” Israilin sülh müqaviləsində nəzərdə tutulan məqamlara riayət etmədiyini əsas gətirərək, Israil ərazisini bir müddət əvvəl bombalamışdı. Əslində hücum zamanı istifadə olunan raketlər çox qeyri-effektiv idi və demək olar ki, Israilə bir ziyan gətirmədi".
Israilin Fələstinin hucumundan bəhanə kimi istifadə etdiyini vurğulayan V.Quluzadə qeyd etdi ki, rəsmi Tel-Əviv bununla “Həmas”ı ya məhv etməyi, ya da onun mövqelərinə ciddi zərbə vurmağı düşünür. Baş verənlərin regionda cərəyan edən proseslərə təsirinə gəlincə, V.Quluzadə hesab edir ki, fələstinlilərin mütəmadi ərəb dövlətlərini ittiham etməsi ikincinin bu məsələnin üstündən sükutla keçəcəyini deməyə əsas verir: “Yenidən bölgədə artıq qanın tökülməməsi üçün atəşkəs elan edilə bilər. Amma bu problemin çözümü deyil. Lakin eyni zamanda hazırda baş verənlərin regionda zəncirvari reaksiyaya səbəb olacağını düşünmək də düzgün deyil. Iranın bu məsələyə münasibətini isə yalnız emosional xarakterli qiymətləndirmək olar. Iran Israillə müharibəyə girişməyəcək. Düzdür, Iran rəhbərliyi dəfələrlə bu barədə çox saylı bəyanatlar verib. Amma bu bəyanatlar hamısı sözdən o yana getməyib. Türkiyə də bu məsələyə münasibətini artıq bildirib. Çünki Türkiyə böyük regional dövlətdir və Ankara qonşuluğunda baş verənlərə biganə qala bilməz”.

Rusiyanın müdafiə naziri Bakıya niyə gəlmişdi?

Rusiyanın müdafiə naziri Bakıya niyə gəlmişdi?


30.12.2008, 06:29

Politoloqların fikrincə, NATO-nun Azərbaycanla bağlı planları Kremli ciddi narahat edib
Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun ötən şənbə günü gözlənilmədən Bakıya səfər edərək əvvəlcə müdafiə naziri Səfər Əbiyev, daha sonra dövlət başçısı Ilham Əliyevlə görüşməsi bir sıra suallar doğurmamış deyil. Rəsmi mənbələrin açıqlamasına görə, danışıqlar zamanı ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, həmçinin Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bəs görəsən, Rusiyanın müdafiə nazirinin Bakıya səfərində əsas məqsəd nə olub?
Siyasi şərhçilər hesab edir ki, A.Serdyukovun qəfildən paytaxtımıza səfər etməsi məqsədsiz deyil və sırf şimal qonşumuzun ciddi narahatlığını ifadə edir. Amma eyni zamanda o da istisna deyil ki, A.Serdyukovun Bakıya səfəri Rusiya dövlətinin bir sıra maliyyə maraqlarından da irəli gəlir. Yəni, ekspertlərin fikrincə, belə bir fərziyyə də var ki, Rusiyanın müdafiə naziri Bakıya Azərbaycanın ordusu üçün silahları Ukraynadan yox, məhz Rusiyadan almağı xahiş etmək üçün gəlib. Eyni zamanda, heç şübhəsiz Rusiya Azərbaycanın son zamanlar NATO, Türkiyə ilə əməkdaşlığından da çox narahatdır: “Ukrayna və Gürcüstan NATO ilə inteqrasiyada müəyyən irəliləyişlərə nail olublar. Bu istiqamətdə növbədə Azərbaycandır. Rusiya bunu çox gözəl bilir. Amma öz növbəsində Azərbaycan tərəfi də xarici siyasət kursunu müəyyənləşdirərkən bu məqamları nəzərə almalıdır”.
Bundan başqa, bir müddət əvvəl NATO bazasının Azərbaycanda yerləşdirilməsiylə bağlı aparılan danışıqlara da diqqət çəkən ekspertlər hesab edir ki, bu məqam da diqqətdən qaçmamalıdır: “Həm NATO-nun Azərbaycanda baza yerləşdirmək üçün axtarışları, həm amerikalı senator Luqarın açıqlaması Rusiya hakimiyyətində Cənubi Qafqazla bağlı ciddi narahatlıq yaradıb. Luqarın, ”ABŞ raket hücumundan müdafiə qurğularını yerləşdirmək üçün Azərbaycanda münasib yer axtarılır", deməsi heç şübhəsiz, Kremlin diqqətindən kənarda qala bilməzdi".
Xəyal

«Istiqlaliyyət»in bayquşlarını da qırdılar

«Istiqlaliyyət»in bayquşlarını da qırdılar


30.12.2008, 06:43

«Ənuşirəvan və bayquşların söhbəti»nin yeni versiyası tamamlandı
Bayram tədbirləri çərçivəsində Bakıda meriyanın unikal və anlaşılmaz hərəkətə yol verdiyi haqda ötən saylarımızda məlumat vermişdik. Unikal dediyimiz hadisə “Istiqlaliyyət” küçəsindəki fonar dirəklərinə neon işıqlardan hazırlanmış bayquş fiqurlarının vurulması idi.
Özəlliklə prezident aparatının qarşısına bayquş təsvirləri vurdurmaqla Hacıbala Abutalıbov hamını təəcübləndirə bilmişdi. “Azadlıq”ın bu informasiyanı yazmasından sonra “Ağ ev”in qarşısındakı bayquşları bir gündə yığışdırdılar, “Istiqlaliyyət” küçəsindəki “bayquş”lara isə o zaman dəyilmədi. Dünən isə xarabalıq simvolu sayılan sonuncu “bayquşları” da işıq dirəklərindən “uçurdular”. Qəzəblənən inzibatçılar “bayquş”un acığına həmin tərəfdəki bütün neon bəzəkləri də söküblər. Indi küçə boyu əvvəlkindən də anormal vəziyyət yaranıb; bir tərəfdə bəzəkli konfiqurasiyalar parıldayır, o biri tərəf isə cəhənnəm kimi zülmət...
Beləliklə, Hacıbala Abutalıbovun ömründə bir dəfə Bakının əsl mahiyyətinə uyğun iş görmək təşəbbüsü ən son nöqtəyədək boğuldu.
Natiq