azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Aralık 2008 Pazartesi

MTN-in keçirdiyi əməliyyat nəticəsində hər iki ölkənin vətəndaşlarından ibarət dəstənin üzvləri həbs olunublar

MTN-in keçirdiyi əməliyyat nəticəsində hər iki ölkənin vətəndaşlarından ibarət dəstənin üzvləri həbs olunublar

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb, 231 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.


Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. İran vətəndaşı Mikayıl Aslani, Azərbaycan vətəndaşları - Etibar Mehrəliyev, Etibar Əliyev, Zamin Səmədov, Natiq Balayev, Tərlan Muradov, Rza Əhmədov və qeyriləri mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitəni Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər.


Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Neftçala rayon sakini Etibar Mehrəliyev hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər İran vətəndaşlarının Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə gətirdikləri 231 kiloqrama yaxın narkotik vasitə olan həşişi 2008-ci il dekabrın 23-də «Qızılağac» Dövlət Qoruğu ərazisində yerləşən «Kurkamen» adasında onlardan qəbul edib, həmin narkotiki öz qayığı ilə daşıyaraq, Neftçalada dəniz sahilində gizlədib.


2008-ci il dekabrın 24-də həmin narkotik vasitəni Etibar Mehrəliyevdən götürüb Astara rayon sakini Etibar Əliyevə təhvil vermək məqsədilə Mikayıl Aslani dövlət sərhədinin «Astara» NBM-dən rəsmi qaydada keçərək Azərbaycana gəlib. Mikayıl Aslani Etibar Əliyevin tapşırığı ilə onu burada gözləyən Zamin Səmədov tərəfindən qarşılanıb və sonuncu ilə birlikdə Astara rayonuna, Etibar Əliyevin yaşadığı evə gəliblər.
Bundan sonra, narkotik vasitəni Etibar Mehrəliyevdən təhvil almaq məqsədilə Mikayıl Aslani və Zamin Səmədov sonuncunun idarə etdiyi «Opel» markalı avtomobillə, Etibar Əliyev, Tərlan Muradov və Natiq Balayev isə Rza Əhmədovun idarə etdiyi «VAZ-2106» markalı avtomobillə Neftçalaya gediblər. Həmin gün adları çəkilən şəxslər Neftçalada Etibar Mehrəliyevdən narkotikin bir hissəsini, yəni 180 kiloqramdan artıq həşişi alıblar.


MTN tərəfindən hazırlanmış xüsusi əməliyyat planı əsasında 2008-ci il dekabrın 25-də həyata keçirilən tədbirlərlə qeyd olunan hər iki avtomobil Lənkəran şəhərində saxlanılıb, onların yük yerindən 180 kiloqramdan artıq həşiş aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə Etibar Mehrəliyev də yaxalanmış və sonuncunun qardaşının evində gizlətdiyi daha 50 kiloqramdan çox həşiş aşkarlanaraq götürülüb.


Faktla bağlı MTN İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu il ərzində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində qanunsuz dövriyyədən yüzlərlə kiloqram narkotik vasitə götürülüb.
MTN sonuncu əməliyyat zamanı il ərzində ən böyük miqdarda - 231 kq narkotik vasitə aşkarlayaraq götürüb.

LENT.AZ



Xəbərin oxunma sayı: 178

Hiç yorum yok: