azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ağustos 2008 Cuma

İraqda Əl-Qaidənin bir neçə liderinin ələ keçirildiyi bildirilir

İraqda Əl-Qaidənin bir neçə liderinin ələ keçirildiyi bildirilir





İraqdakı Əl-Qaidəyə qarşı əməliyyatlar zamanı bir neçə aparıcı terrorist liderin ələ keçirildiyi bildirilir. ABŞ ordusunun məlumatına görə, bu gün İraqın mərkəz və şimal bölgələrində 25 şübhəli ələ keçirilib. Onlardan biri Əl-Qaidənin Bağdaddakı şöbəsinin lideridir. Deyilənlərə görə o, xarici terroristlərin İraqa cəlb edilməsinə cavabdeh olub. Digər bir Əl-Qaidə lideri Mosulda ələ keçirilib. Dünən bu şəhərdə kamikadze hücumu nəticəsində 3 adam həlak olmuş, 14 nəfər yaralanmışdı.

VOA

Olimpiada-2008 başladı

Olimpiada-2008 başladı



Bir qədər əvvəl Çin Xalq Respublikasının paytaxtı Pekində XVIII Yay Olimpiya oyunlarının açılış mərasimi başlayıb. Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, “Quş yuvası” adlanan stadionda keçirilən təntənəli açılış mərasimi üç saat davam edəcək.

Mərasimdə 80-dən artıq ölkənin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Ev sahibləri tərəfindən nümayiş olunan Çin rəqsləri və kliplərindən sonra Olimpiya çempionu Li Nin Olimpiya-2008-in məşəlini yandıracaq. Daha sonra Olimpiadada iştirak edən 205 komandanın paradı keçiriləcək. Paradın önündə Yunanıstan, sonunda isə Çin milli komandası keçəcək.

LENT.AZ

GAMOH-da şok olay, üst düzey yetkililərindən ayrılıq xəbəri!

GAMOH-da şok olay, üst düzey yetkililərindən ayrılıq xəbəri!



GAMOHçu olaraq Çohrəqanı bəydən ayrılırıq Və GAMOHdan istefa vərmək məcburiyyətində olduğumuzu bildiririk.

Hörmətli soydaşlar dəyərli milli hərəkat fəalları;

Bildiyiniz kimi Güney Azərbaycan milli hərəkatı bugün ən həssas və onəmli durumdadır.

Günü gündən kütləviləşən milli oyaniş hərəkatımız Guney Azərbaycanın istiqlaliyyətini və bütöv Azərbaycan məfkürəsinə söykənərək ,müqəddəs mücadiləsini aparmaqdadır.

Xordad (May) milli qalxışından sonra ciddi qorxuya düşən faşist molla hakimiyəti millətimizə qarşı asimilasiya siyasətini və milletçilərə və özəlliklə təşkilatlanmalara qarşı basqısı qat-qat artmışdır.

2006-cı il may qiyamı, Güney Azərbaycanda milli birlik yaradaraq çox önəmli uğurlar əldə etmişdir. Xordad milli qiyamınən ən düşündürücü nöqtəsi - milli birlik rəhbəriyyəti və milli birlik təşkilatının durumu olmuşdur.

Biz GAMOHçular dışarıda 2002ci ildən 2006 cı ilin xordad milli qalxışın sonuna dək (rəsmi GAMOH adı ilə) Çohrəqani bəyi Güney Azərbaycanın milli lideri kimi təbliğ etdik və təşkilatımızı milli birlik təşkilatı olaraq, cəbhə məzmunlu Güney Azərbaycanın milli hərəkatının siyasi təşkilatı olmağına çalışdıq və təbliğ etdik. Ancaq başqanımız şəxsi düşüncələrini GAMOHcuların razılıqı olmadan nizamnamə və meramnamədə təstiqini tapmayan bəyanatlar,müsahibələr vərərək ciddi problemlər yaratmağa başladi. 2006 ci ilin sonlarından etibarən Çohrəqanli bəy Güney Azərbaycanın milli lideri yox GAMOHun lideri kimi təbliq olundu.

Chohreqanı bəy GAMOH dış qolunu son illərdə “azlıq – özlüqdir” diyə keçilməyə yönətdi. Bu durumun qarşısını almaq üçün təşkilatlanma və mütəmərkiz mərkəziyyəti , Dış Qolunda ortaya qoyduq. GAMOH DQunun ən aktiv qüvvəsi GAMOH ATnın əsasnaməsi və hərəketlərinə dayanaraq GAMOH TCT və GAMOH AKTnın yaranmasına başladıq və həmən Dış Qolunun mərkəziyyətinin yaranmasını önə çəkdik.

Liderimiz ! dış qolunda mərkəziyyət komitəsi və siyasi heyyətin olmasını qəbul etmədi və qərar verici demokratik qurumların altına getmək istəmədi. Çox sıxıntılı günlər və aylardan sonra özəlliklə bir sıra istefalardan sonra təşkilatlanma prossesinin bir bölümünü məcburi qəbul etdi. Az bir zaman keçmədi ki qəbul etdiyi icrai - siyasi komitənin nizamnaməsini ayaq altına qoydu və hər türlü önərilərin qabağını almaqla öz başına keçmişdəki kimi bir sıra yersiz milli mənafeyimizə zidd olan görüşlər keçirdi, Faşist molla hakimiyəti unuduldu, Güzey Azərbaycan dövləti və hakimiyəti özəlliklə cənab Ilham Əliyev və Türkiyə hakimiyyəti ,düşmən dövlətləri kimi təhqir və yersiz tənqidlərə məruz qaldi. Butun bunlarla yanaşı kimsə Çohrəqani bəyə bu əməllərinə görə tənqid etdisə dərhal ona qarshi şər və böhtan dolu sözler yağdırmağa, onları susdurmağa çalıshdı.

Bu nədənlər əsasında aylar öncə yeni bir bohran içimizdə başlandı.

Chohrəqanı bəy bu durumlarda gərçəkdən bir başkan kimi iller boyu zəhmət çəkən qüvvələrin sözlərinə diqqət edə və üzvlərin dəyərini bilmək yerinə “ az olluq öz olluq” diyə yenə bir sira bohtanlarla yalanlarla ,alçaxladma ve qorxudma metodlarila bunlar komunistdilər , Iran rejiminin adamlarıdılar, Ilhamın casuslarıdılar , kürtlərlə iş birliyi aparıblar və… susdurmaqa ve tərd etməyə başladı ,sonucda öz ürək arzusu təşkilatı dağıdmasına əl vurdu və rəsmi elan etdi GAMOH TCT, GAMOH AKT, GAMOH ATni münhəl edirəm. Əsasnamə baxımından heç zaman bu haqqı olmamışdı ancaq liderimiz ! özu qanundur ,beləliklə GAMOHun dış qolun heç bir resmi toplantı keçirmədən münhəl etdi.

Dəyərli GAMOH Üyələr;

Bunları ürək ağrısıyla dilə gətirmək məcburiyyətində qaldıq ,aylar içimizde reform olar diye susduq , yazışdıq ancaq liderimizin! dagıdıcı və utanc verici siyasətləri əsası ile hər türlü həll edici yolların qabağı alındı. Bizə Güney Azərbaycan və onun qədəri önəmlidir. Güneyin qedəri isə birbaşa milli təşkilatlardan və birlik yaradan rəhbəriyyətdən asılıdır. Bu dəyərləri təəssuflə Çohrəqanı bey çoxdandır ki itirmişdir, bəlkə dəyişə deyə var gücümüzlə çalışdıq ancaq sonuc vermədi. Belelikle başqanımız ! GAMOHda bele öz yerini itirdi.

Bugün biz fikir baxımından əsasnaməmizə bağlı olaraq siz dəyərli bacı və qardaşlarımızdan, ayrılmaq məcburiyyətində qaldiq, sizlərlə bir cəbhədə olmaqlıgı özümüzə fəxr bilirik.

Dəyərli milli hərəkat fəalları;

Siyasi və təşkilatı baxımından yeni bir dönəm içimizdə başlamaqdadır. Biz bu illər içində GAMOHdan ayrılan qüvvələrlıə habelə bir sira bizim kimin Güney Azərbaycan mərkəzli sistem düşüncəsi əsası ilə düşünənlərlə yaxın gələcəkdə yeni bir təşkilatın yaranmasına can atacayıq.

Bizlər GAMOHçu olaraq Çohrəqanı bəydən ayrılırıq və GAMOHdan istefa vermək məcburiyyətində qalırıq,

Yaşasın təşkilatlanma

Yaşasın Güney Azərbaycan türk Cümhüriyyəti

Yaşasın bütöv Azərbaycan idiyası

2008/08/07

- Mahmud Bilgin (GAMOHun dışarıda qurucularınnan və GAMOH AT bashqanı)

- Əliriza Amanbəyli (GAMOH DQunun əsli üyəsi)

- Kərim Urmulu (GAMOH ATnin Dabırxana daırə sorumlusu və GAMOH DQunun əsli üyəsi)

- Haşım Bilgin (ATnin təşkılat daırə sorumlusu və GAMOH DQunun əsli üyəsi)

- Nasır Bağıroğlu (GAMOH ATnin başqan yardımcısı və GAMOH DQunun əsli üyəsi)

- Ayda Bilgin (GAMOH ATnin Eşidlər daırə sorumlusu və GAMOH DQunun əsli üyəsi)

- Solmaz Elbəyiqizi (GAMOH ATnin Mufəttiş)

- Calal Urmulu (GAMOH ATnin Mufəttiş)

- Calal şamlu (GAMOHun Baki komite üyəsi)

- M Güney (Bəlli nədənlər asası ilə mustaar ad, GAMOHun Baki komite üyəsi)

- Rubab Taqi qizi (GAMOH üyəsi)

- Afsane Sulduzlu (GAMOH üyəsi)

Güney Azərbaycandan çox sayli gamohçuların mustaar adlarla mail vasitəsi ilə bizlərdən himayə etmələrin qeyd etməliyik.

www.dak.az

Qadınlara təhqir! Zəngan biliyudunda təcavüz etməgə çalışan müdür özgürdür!

Qadınlara təhqir! Zəngan biliyudunda təcavüz etməgə çalışan müdür özgürdür!



İran adlanan ülkənin huquq fəlsəfəsi tam olaraq inasan və özəlliklə qadın haqlarına zidd bir fəlsəfə sayılmalıdır. Bu çirkin fəlsəfədə Fars şovonismidə ağırlıq edəndə, demək ona söykənərək suçlananların böyük fayızı haqsızlıqla cəzalandırılıblar.

Geçən ay Zəngan biliyurdu müavini bir qız öyrəncini basqı altına salıb və hədə qorxuyla ona öz ofisində təcavüz etmək halda yaxalandı. Həsən Mədədi danılmaz video görüntüləri və grçmişdə ona qarşi iləri sürülən bənzər ittihamlarla bir qurup öyrənci tərəfindən yaxalanməşdır.

İran hakimiyəti bu olaya pərdə salmağa çalışsada, bir çoxlu öyrənci və öyrətmənin oturma əyləmləri sonucu suçlu olan cənab Mədədini göz altına aldı! Ama, ilginc bir olayda, təcavüzə öğrayan qız öyrənci və təcavüz etmək üçün duzağ hazırlayan muduru tutan öyrəncilərdən bir neçəsidə həbsə atıldılar!

BayBak-in məlumatına görə, Cənab Mədədi bir az göz altında qaldıqdan sonra özgür buraxıldı və əlin-qolun sallayaraq normal yaşamına qaytarıldi! Ancq qız öyrənci və başqa tutulanlar həbsdə saxlanmaqda oldular!

Bu olaylari incələmək üçün devrəyə girən Zəngan provokoru son günlərdə ilginc açıqlamalarda bulunub! O iddia edib ki qız öyrənci və təcavüzdən suçlanan cənab Mədədi arasında əqd siğəsi oxunubdur! İslam qurallarına görə, iki nəfər öz aralarında bir neçə cümlə ərəbcə oxuyaraq bir birlərinə məhrəm olaraq səkx yapmağ üçün şəriyət baxımından sərbəst buluna bilərlər!

Qadınlara həqarət edən bu şəriyət qanununa dayanaraq bir çoxlu qız və qadın öz mənligini əldən vermək məcburiyətində qalıbdır. Ama daha ilginc olay budur ki evli bir ərkək başqa bir qız ya qadınla yatmağ üçün siğədən yararlana bilər, ancaq evli bir qadın başqa ərkəklə yatmağ üçün yalnız daşqalağla qarşılanacaqdır!

Çirkin və seksual qurallarla min illərdir insanlari təhqir edən şəriytçilər Zəngan biliyurdundanda öz siyasi qazanclarına istifadə etmək istirlər.

Şəriyət qurrallarına zaman zaman özlərinə qazandıran halə gətirmək üçün dəiyşiklikər uyqulayan mollalar və onlardan yararlanan şəxslər, son günlərdə Aiylə qanunu diyə bir qanun məclisə sunaraq onun onaylanmasına çalşırlar! Bu qanunda zəngin ərkəklərin birdən çox qadınla eyni zamanda evli olmasi normal və hətta mudafiə edilə biləcək halə gətirilir, ama qadınlara eyni haq tanınmır! Aiylə pozan qanunlarla məşhur olan bu mollalar İran adlana ülkədə yaşayan toplumu üçürüma atmağ üçün hər oyunbazlığa əl vururlar.

Zəngan biliyurdu hadisəsindədə, BayBak-in əldə etdigi bilgilərə görə, təcavüzə uğrayan qız öyrənci basqi və hədə qorxusu sonucu belə etiraflara imza atıb. Ama ondan öncə yayınlanan bilgilərə dayanaraq, bu qız öyrənci bir neçə gün olaydan öncə öz yaxın dostlarına danışaraq ona cənab Mədədi tərəfindən basqı uyqulanaraq cinsəl ilişkiiyə məcbur olunmasi barədə geniş məlumat verib.

Onsuzda, bir subay qız (bakirə) aiyləsinin yazılı izni olmadan heç bir ərkəklə yatmağa haqqı yoxdur. Kamil əqd olunmadan öncə ilişkidə bulunan sobay qızların cəzalari edamdır! Ama, son zamanlarda mollaların əl apardığı evlilik qanunlari və şəriyət qurallari, bəlki hər kəsə haq verməkdədir ta önünə gələn ilə qolaycasına yatağa girsin!

Olmayan olaylar meydani olan şəriyət qurallari getdikcə insanların sədaqət və aiyləyə olan güvəncin aradan aparmaqdadır. Bir neçə anlaşılmayan Ərəbcə sözü dilə gətirməklə hər kəs ilə cinsəl ilişkinin “Allah bəyənən” halə gətirilməsi nə İslam və nə Müsəlmanlığa sığan bir olay dəiyldir.

İRANDA KƏRƏC QOHƏRDƏŞT HƏBSXANASINDA SIYASI MƏHBUSLARA AĞIR IŞƏNGƏLƏR VERILIR


İRANDA KƏRƏC QOHƏRDƏŞT HƏBSXANASINDA SIYASI MƏHBUSLARA AĞIR IŞƏNGƏLƏR VERILIR


DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Kərəc şəhərinin Qohərdəşt həbsxanasında 50 yaşlı siyasi məhbus Əlican Gərayi və onun oğlu Möhsün Gərayi 33 gündür qorxunc Qohərdəşt həbsxanasının təknəfərlik kameralarında ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Bu həbsxana İranın ən qorxunc işgəncə və edamlarla məşhur olan həbsxanalarındandır. Təknəfərlik kameraları həbsxananın rəisi Əli Hacıkazım tərəfindən 40 ədəd siyasi məhbuslara işgəncə verilmək üçün nəzərdə tutulub. Bu kameralar həddindən artıq kiçik olduğundan sadəcə bir balaca pəncərə ilə kifayətlənərək məhbuslar ağır, fiziki və ruhi işgəncələrə məruz qoyulurlar.

Orda saxlanılan məhbusların əl və ayaqları qandallanır. Məhbusun əlini arxadan kəmərinə qandallayaraq heç bir hərərkət etmək imkanı olmayır. Məhbuslar gözü və əl-ayağı bağlı şəkildə 7-8 əlidəyənəkli ETTELAAT məmurları qəfildən hücuma keçərək siyasi məhbuslara ağır bədən xəsarətləri yetirirlər. Hətta məhbuslara ayaq yoluna çıxamağa belə icazə vermirlər. Təmiz hava üçündə heç bir şərait yaradılmır. Yaralı məhbuslara heç bir tibbi yardım göstərilmir. Bu həbsxananın ağır şəraiti və qorxunc işgəncələri nəticəsində indiyə qədər yüzlərlə siyasi məhbus işgəncə nəticəsində həlak olmuş və ya şübhəli şəkildə öldürülmüş, bəzi hallarda da intihar etmişlər.

Əlican Gərayi və onun övladı Möhsün Gərayi təxminən bir ay öncə ETTELAAT tərəfindən həbs edilərək Qohərdəşt həbsxanasının təknəfərlik kameralarına yerləşdirilib. Hər ikisi Rza Arifi adlı ETTELAAT müstəntiqi tərəfindən dindirilərək ağır işgəncələrə məruz qoyulublar. Sonra isə onları Nəvid Xədyəvi həbsxananın təhlükəsizlik idarəsinin məsuluna təhfil veriblər.

Bu həbsxanada Evin həbsxanasında təcrübəli işgəncəverənlər və ETTELAAT-ın igəncəverənlərindən ibarət xüsusi təyinatlılar siyasi məhbuslara işgəncə vermək üçün gətiriliblər.

Həbsxananın strukturlarında təmsil olunan Kirmani, Nəvid Xədyəvi və Mirzayi adlı edamda və işgəncədə xüsusi təcrübələri olan ETTELAAT görəvliləri həbsxanada saxlanılan siyasi məhbusların şəxsiyyətini və mənliyini ləkələmək üçün cinayətkar və narkaman məhbuslardan onlara qarşı istifadələr edirlər.

Bir müddət öncə Qohərdəşt həbsxanasında aksiya keçirən siyasi məhbusların qarşısına cinayətkar məhbuslarla yanaşı ETTELAAT məmurları da bütün qəddarlıqlara əl ataraq həbsxana daxilindəki aksiyanın qan tökməklə yatırtmağa nail olmuşlar.

Hal hazırda Kərəc-Qöhərdəşt həbsxanasının təknəfərlik kameralarında çoxlu sayda siyasi məhbusun saxlanıldığı xəbər verilir.

Bu ilin əvvəllərində ETTELAAT məmuru olan Rza Arifi Gərayi ailəsindən 4 nəfəri həbs edib, ağır işgəncələr məruz qoyub. Heç bir vəkillə təmin edilmədən qondarma inqilab məhkəməsində onlara qarşı ağır ittihamlar irəli sürülmüşdür.

Ailə başçısı 50 yaşlı Əlican Gərayiyə 5 il, onun həyat yoldaşı xanım Şəhnaz Keypura 5 il, Azadə Gərayiyə 10 il, Möhsün Gərayiyə isə 10 il müddətinə həbs qəti imkanı verilmişdir.

Xatırladaq ki, Əlican Gərayinin qızının iki övladı 13 yaşlı Atna Gərayi və 17 yaşlı Ehsan Gərayi kimsəsiz qalaraq talelərindən heç bir xəbər yoxdur. Bu ailə ETTELAAT məmurları tərəfindən Xalq Mücahidləri partiyasının tərəfdarı kimi həbs edilib, hal hazırda Kərəc-Qohərdəşt həbsxanasında işgəncələr altındadırlar.

Qeyd edək ki, bu informasiya Qohərdəşt həbsxanasının daxilindən İranın demokrasi və insan haqları fəallarına göndərilibdir. Bu informasiyalar Evin həbsxanasında və Qohərdəşt həbsxanasında siyasi məhbuslara qarşı törədilən cinayətlərin yüzdə biridir. Demək olar ki, İranın əksər həbsxanalarında buna bənzər hadisələr hər gün davam etməkdədir.


www.dak.az

Elçi bəy ve Güney Azərbaycan bayrağı

Elçi bəy ve Güney Azərbaycan bayrağı

Aşağıda verilən yazı “Müxtəsər Azərbaycan Tarixi” kitabının 10-11 və 12 səhifələrində “Ön söz” bölümündə dərc olunmuşdur. Kitabın sonunda qeyd edildiyi kimi kitabın təlifi 5/11/1999 tarixində sona çatmışdır. Kitab bu tarixdən sonra çap olunmuşdur. Kitabın uz qabığında çap olunan bayrağın ay və ulduzu qara rəngə boyanmışdır. Ay və ulduzun qara rəngdə olması haqda kitabda lazimincə izah verilmişdir.
Bu bayraq tərhindən rəhmətlik Elçi bəyin xəbəri olmadığını deyənlər və bu zaviyədən müxalifət edənlər var. onlar deyir ki, Elçi bəy Güney Azərbaycan üçün yeni bayraq önərilməsiylə müxalif olmuşdur və o mərhumun sözlərindən bəzi örnəklər də verirlər. Onun sözlərindən verilən örnəklərin hamısı 1999 ilindən öncələrə qayıdır. Örnəyin, qruplarda Elçi bəydən qissa video lent qoymuşlar ki, orada Elçi bəy güney Azərbaycanda yeni bayrağın yaranmadığından söz edır. Bu video lent 1997 iline ayiddir. Aşağıda verilən yazı 1999 tarixinin son günlərində “Müxtəsər Azərbaycan tarixi” kitabında yazılmışdır. Qara ay və ulduzlu tərh ilə müxalifət edənlərin bir qismi Elçi bəyin bununla müxalif olduğunu iddia edirlər!!! Onlar özləri həm də deyirlər ki, Elçi bəy deyilən kitabi oxumuş və onun haqında hətta islahi fikirlər də vermiş və sonra BAB təşkilati nəşriyyati tərəfindən çap ola bilməsini demişdir. Elçi bəy həm də kitabda gələn həmən tərhin haqında soruşmuşdur, və sonra (Bu da bir fikirdir) diyə onun çap olunmasını manəsiz bilmişdir. Elçi bəyin bu məsələ ilə muxalif olduğunu iddia edənlər kitabın çap tarixindən sonra (sənəd və bəlgə) verməlidirlər.
Elçi bəyin kitabın çapından sonra nəzəri dəyişib və Güney Azərbaycana önərilən bayraq ilə müxalifət etsəydi, hətmən bir yerdə çıxış edərdi. Elçi bəyin sözu gedən tərhi ilə müxalifətini deyənlər ağla batan dəlillər verməlidirlər. Bir halda ki mərhum Elçi bəyin bu tərh ilə müxalifətinə heç bir sənəd yoxdur. Sənəd varsa, bunu iddia edənlər yaymalıdırlar ta hami bilsin. Bundan başqa bayraq tərhi yayıldıqdan sonra onun haqında bir çox güneyli və quzeyli soydaşlarımız Elçi bəyə müraciət edərək kitabda gələn bayraq haqda ondan soruşmuşlar və o isə bunu təyid etmişdir. Buna çoxları şahiddirlər. O insanlar milli məsuliyyət hiss edirlərsə çıxış etməli və bü haqda danışmalıdırlar. Bayraq qavramı çox ciddi məsələdir və Elçi bəy Guney Azərbaycana önərilən bayraqla müvafiq olmasaydı BAB tərəfindən yayılan kıtabda gəlməsinə bu rahatlıqla izin verməzdi.
Elçi bəy nədən öncələrdə Güney Azərbaycanda yeni bayraq yaranmayacaq demiş və sonra 1999–da Güney Azərbaycana önərilən bayraq ilə müvafiqət etmişdir? Bunun müxtəlif dəlilləri ola bilər. O cümlədən:
1- Elçi bəy, önərilən ay və ulduzu qara rəngdə olan bayrağı Quzey Azərbaycan bayrağı ilə bir olduğunu bilmişdir. Yəni güney və quzey Azərbaycan birləşəndə güney Azərbaycan bayrağının ay və ulduzunun qara rəngi silinidiyində, onda iki tərəfin bayrağı vahid və bir olacaqdır.
2- Elçi bəyin Güney Azərbaycan bayrağı haqında fikri dəyişə də bilərdi. Zaman içində siyasi olayların gəlişməsi ilə insanların fikri və siyasi təhlili dəyişə bilər. Bu olduqca təbiidir və siyasi olaylari görə görə zamana uyğun və ona gərəkən təsmimlər tuta bilməyənlər beyni daş fanatlardır.
Bayraq tərhi haqında Elçi bəyin adını bu qədər çəkməlkə ona qutsallıq vermək istəyində deyiləm. Yalnız son zamanlarda bu məsələ gündəmə gəldiyi için fikirlərimi yazmaq istədim.
Başqa bir sual!
Niyə keçən illərdə BAB təşkilatında olan bəziləri bu gün deyilən tərhin BAB-a bağlı olduğunu danırlar? nədən Elçi bəyin bu tərhi qəbul etmədiyini deyirlər?
BAB təşkilatında məsul şəxslər kimi çalışanlar Güney Azərbaycan bayraq tərhinin kitabda gəldiyini hər hansı nədənə görə zərərli və xətərli görürdülərsə elə kitab çap olmadan öncə Elçi bəyə deyərdilər!! Bu işin yalnış olduğunu açıqlayardılar! Və ya sonralar BAB adına rəsmi bəyanat yayımlayardılar! Ama bu işlərin heç birisi olmamışdır! Deyilən kitab Güney Azərbaycanda əldən – ələ gəzib oxunmuş və minlər sayıda copi olunmuşdur və zaman içində kitabın içində gedən bayraq tərhi BAB-a bağlanmışdır.
Elçi bəy 2000 ilində dünyasını dəyişdikdən sonra BAB təşkilatının içində bir çox zəflər yaranmışdır. Bu zəflərdən birisi təşkilatın içində üzvlərin bir biriylə riqabətə geçməsi olmuşdur. Bəzi nədənlər üzündən və mənəm mənəmliklərin çoxalması nədəni ilə az zaman daxilində BAB təşkilatı əprimiş və dağılmışdır. Bu gün isə şəxsi məsələlərlə bağlı həmən mənfi riqabətlər deyilən bayraq tərhi üzərində özünü nümayiş etdirməkdədır. Güney Azərbaycan milli hərəkətinin birliyini arzu edən hər millətçi, şəxsi davalardan uzaq durub və yalnız Azərbaycanı və onun heysiyyetini düşünməlidir. Şəxsi münasibətlərlə çıxış edənlər və öz şəxsi maraqlarını Azərbaycan milli hərəkətinə daxıl edənlər bu işlərin zərər verici olduğunu başa düşüb bölgəmizdə siyasi olayların nə qədər həssaslaşdığını görüb və milli birliyin yaranmasina təlaş etməlidirlər.
Aşağıda gələn yazı Güney Azərbaycan bayrağı önərisini açıqlamaqdadır. Dediyimiz kimi bu sətirlər “Müxtəsər Azərbaycan tarixi” kitabında gəlmişdir və bunlari rəhmətlik Elçi bəy oxuduqdan sonra kitabın BAB təşkilatı tərəfindən çab oluna bilməsinə izin vermişdir. Bu sətirlər kitabın ön sözündə gəlmişdir.
“Biraz da kitabın üz qabındakı bayraqdan söhbət açmaq istəyirəm. Bugün şükür allaha ki, torpaqlarımızın şimal hissəsində bərpa olmuş dövlətimiz öz bayrağı altında azad yaşayır. Məlumdur ki, bayrağımızdakı mavi rəng Türkləşməni, qırmızı rəng müasirləşməni və yaşıl rəng də islamlaşmanı təmsil edir. Türkləşmək, Müasirləşmək, islamlaşmaq prinsiplərini Əli bəy Hüsenzadə Turan ortaya atmış və Türkiyənin məşhur sosioloqu (ictimaiyyatçı) Ziya Göyalp sistemləşdirmiş və Məmməd Əmin Rəsulzadə də həyata keçirmişdir. Qırmızı hissənin ortasında hilal şəklindəki ay azadlığın timsalıdır. Onun qarşısındakı səkkiz guşəli ulduz isə Türk millətinin dövlət anlayışı ilə bağlıdır. Türkün dövlət anlayışında dörd əsas yön (cəhət), dörd də ara yön vardır. Bu yön anlayışı da türkün cəhan hakimiyyəti ideyasi ilə səsləşir. Tarixlər boyu yaratdığımız 16 imperiya və qurduğumuz yuzlərlə dövlət də bizim hakimiyyət anlayışımız barədə kifayət qədər şuur yaradır. Bir sözlə türk millətini Allah yaradıb ki, cəhanda hakim olsun və onun ilahi ədalətini yer üzündə bərqərar etsin.
Türklərin əfsanəvi sərkərdəsi və dövlət xadimi, Hun imperiyasının xaqanı Mətə (Oğuz Xan) ətrafdakı Türk tayfalarını özünə tabe edib qayıtdıqda demiş: yay çəkən tayfaları birləşdirdim, hamısı Hun oldular. Bundan sonra göy çadırımız, günəş tuğumuz (bir növ bayraq) olsun.
Orxun – Yenisey abidələrində Bilgə Xaqan abidəsinin şimal üzündə isə belə deyilir: yuxarıda tanrı, aşağıda yer buyurduğu üçün, millətimi gözünün görmədiyi, qulağının eşitmədiyi yerlərsə, irəlidə (Şərq) gündoğana, bəridə (Güney) gün ortasına, geridə (qərb) günbatana, yuxarıda (şimal) gecə ortasına kimi apardım.
Yenə Kül – Tigin abidəsinin gündoğan üzündə deyilir: üstdə mavi göy üzü, altda qara yer yaradıldıqda, ikisinin arasında insan oğulları yaradılıb. Insan oğullarının üstünə də babalarım Bumin Xaqan ilə Istəmi Xaqan hökmdar olub, taxtda əyləşiblər. Taxtda oturub Türk xalqının dövlətini və qanunlarını nizama – qaydaya salıblar. Dörd bucaq düşmən ımış. Ordular yeridib dörd bucaqdakı xalqları basıb hamısını özlərinə müti qılıblar. Başlılara baş əydiriblər, dizlilərə diz çökdürüblər.
Bu cür ifadələrlə dolu nümünələrdən yüzlərləsini, minlərləsini tariximizdən götürüb təqdim edə bilərik, lakin bu üçüylə kifayətlənirik. Hər üç sənəddə irəli sürülən fikirdə, Türk millətinin Tanrının əsgəri olması nişan verilir. Bu şuur Türk millətini tarix boyu həm bəlalarla üzləşdirib, həm də onu əbədi və məğlub edilməz qılıb, qoruyub-saxlayıb, tarixin hər cürə sınağından uğurla çıxartmışdır. Türk dünyasının Böyük rəhbəri Müstəfa Kəmal Atatürk, “Nə mutlu Türküm diyənə”, yəni (Türkəm deyən xoşbəxtdir) şəklindəki sözüylə də, həmin şuuru Türklərin beyninə hək etmək fikrini güdmürmü?
Bayrağımızdaki ay və ulduzun ağ rəngdə olması da təsadüfi deyildir. Ağ rəng, bizim ən qədim inamımıza əsasən ululuq, ədalət və güclülüyün rəmzidir. O həm də paklığın və hökmranlığın simvoludur. Qaraxanlı dövlət xadımı Balasaqunlu Yusif Xas Hacib, “Kutadqu Bilig” adlı əsərində deyir: qara, qul (xalq, təbəə, rəiyyət) rəngidir, hökmdar ağ olar. Ağla qara bir – birindən nə cür asan seçilərsə, hökmdar da onun kimi üstün vəsflərlə, ərdəmlərlə asan şəkildə xalqdan fərqlənməlidir.
Burda yeri gəlmişkən deməliyəm ki, Orxun – Yenisey abidələrində işlədilən “qara bodun”, dilimizdə indi də həmişə işlətdiyimiz “qara camaat” sözləri, “qara” rəngin xalqı təmsil etdiyini sübüt edir.
Kitabın üz qabında çap olunmuş bayrağın ay və ulduzu qara rəngə boyanmışdır. Əlbəttə Azərbaycanın şimal tərəfinin bayrağı eynilə cənub tərəfin də bayrağıdır. Ancaq orda bizim istiqlalımız, hökmranlığımız və ədalətimiz Fars əsarəti altındadır. Ona görə də Güney Azərbaycanın əsarətinə işarə edilərək bir yas əlaməti kimi bayrağımızın ay və ulduzu qaraya boyanıbdır. Bizim fikrimizcə, Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və ya bu yolda mübarizə edənlərə qoşula bilmiyən; ancaq ürəyi onlarla birgə döyünənlərin bayrağı yasda olmalıdır. Əlbəttə ki, orda yaşıyan hər Türk bu əsarətdən xilas olmağın yolunu Türkmənçaydan üzü bəri axtarıb, hələ də axtarır. Haçan ki, Güney Azərbaycan öz müstəqilliyinə qovuşdu, o vaxt bayrağımızdakı yas əlaməti olan qara götürüləcək, ay və ulduzumuz öz azadlığına qovuşacaqdır. Bundan, yəni işlədilən “əsarət” ifadəsindən xoşu gəlməyənlərə də bir cüt sözüm vardır:
Biz, dünyanı lərzəyə gətirmiş, ilahi haq və ədalət uğrunda bürclər dağıdıb, xanımanlar yıxmışıq; məzlumların göz yaşını rəvan edənlərin anasını ağlar qoymuşuq. Biz, dünyanın ən nəcib, ən alicənab, ən qudrətli və mütərəqqi millətiyik. Zalimlərin qənimi, məzlumların dostuyuq, arxasıyıq. Səttar Xanın, Şeyx Məhəmməd Xiyabaninin, Əmoğlunun, Behrənginin, Zehtabinin qəbirləri düşmən tapdağındadır. Dilinə qandal vurulmuş, qeyrəti tapdaq olmuş, milli kimliyi danılmış, milli mədəniyyəti təhqir olunmuş, adi “Türkə {…} olmuş əsir deyildirsə bəs nədir?! Bu təhqirə dözənlər və ya onu udan qarın qulları bizdən deyildir…!
Türk adlanan və tanrı tərəfindən özünə ordu yaradılan bu millətə mənsub olduğumdan iftixar hissi duyub, allahıma da nəhayətsiz dərəcədə şükr edirəm..
Güney Azərbaycanın azadlığı yolunda yeriyən mərd oğullara, pak, nəzakətli və kişi dəyanatli qəhraman qızlarımıza eşq olsun…!


Xəzər Güneyli

Rusiya hərbi təyyarələri azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərini bombalayıb

Rusiya hərbi təyyarələri azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərini bombalayıb



Marneuli – APA. Rusiya hərbi təyyarələri Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki hərbi aerodroma zərbə endiriblər.

APA-nın ”Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, bomba aerodromun yeməkxanasına düşüb. Nəticədə bir neçə nəfər yaralanıb. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev APA-ya açıqlamasında həmin aerodromda 12 azərbaycanlının işlədiyini, lakin hadisə baş verərkən onların orada olmadığını bildirib.
apa

تورونتو تورک فئستیوالیندا آذربایجانی آراز رقص و موسیقی گروهو تمثیل ائتدی


بو ایل ده کانادانین بؤیوک شهرلریندن بیری اولان و مهاجرلرین ان چوخ یاشادیغی تورونتو اوچونجو تورک فئستیوالینی ایچدن لیکله قارشیلادی. فئستیوالدا تورک ال صنعت لری، تورک سفره سی نین زنگین لییی و مختلف عادت عنعنه لرله حاضیرلانمیش غرفه لرین یانی سیرا موسیقی، رقص و خالق ماهنیلاری دا فئستیوالا گلنلره تقدیم اولوندو. تورکیه اوشاقلار رقصی نین یانیدا تبریزدن بالاجا یاشار داوری نین صمد پورموسوی ایله بیرلیکده سوندوقلاری رقص قوناقلارا داها هیجانلی آنلار یاشاتدی.
پروقرامدا آذربایجان رقصلریندن ناز ائیله مه و یاللی رقصی، صمد پورموسوی، مسی تاتاری، علی قائم مقامی، ثمین افتخارنژاد، شهرام طالبی، احد داوری، لاله جوانشیر و فرهادین اجراسی ایله صحنه یه چیخدی. اوچ آیری آذربایجان رقصی ده اجرا اولونودو. مسی تاتاری قوناقلارلا قاوال رقصینی پایلاشدی.
موسیقی بؤلومونده مهدی سقطچی سازدا بیر زنجان ماهنی سی ایفا ائله دی. آذربایجان تار موسیقی صنعتیندن اؤرنکلری ایسه محمد امان و عراق تورکمن لریندن اولان شاهین بی سوندولار.
پروقرام آراز ماهنی و رقص گروهونون حاضیرلادیغی آذربایجان ماهنیسی نی هر کسین سس سسه اوخوماسی ایله باشا چاتدی.
.
آشاغیدا پروقرامدان چکیلمیش بیر نئچه عکسی ایزله یه بیلرسیز:

Zaqatala rayonunda qanunsuz dini fəaliyyətlə məşğul olan Rusiya vətəndaşı bu gecə Azərbaycandan deportasiya olunacaq

Zaqatala rayonunda qanunsuz dini fəaliyyətlə məşğul olan Rusiya vətəndaşı bu gecə Azərbaycandan deportasiya olunacaq




“Xristian-Baptist” dini icmasının fəallarından olan Rusiya vətəndaşının Azərbaycanın Zaqatala rayonunda qanunsuz dini fəaliyyətlə məşğul olduğu müəyyənləşdirilib.

Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Kamandar Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində əslən ingiloy olan Rusiya vətəndaşı, 1949-cu il təvəllüdlü İmamzadə Əlisoltan qızı Mamedovanın Zaqatala rayonu ərazisində qanunsuz dini fəaliyyətlə məşğul olduğu aşkarlanıb.

Rusiyanın Soçi şəhərindən Zaqatalaya gələrək burada bir aylıq müvəqqəti qeydiyyata düşən İ. Mamedova rayonun Əliabad kəndində məskunlaşaraq, təmsil etdiyi “Xristian-Baptist” dini icmasının qanunsuz təbliği ilə məşğul olub. Polis əməkdaşlarının İ. Mamedovanın yaşadığı mənzildə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan küllü miqdarda qadağan olunmuş dini ədəbiyyat və video-kasetlər də aşkarlanaraq götürülüb. Aşkar edilmiş faktlarla əlaqədar İ. Mamedovanın RPŞ tərəfindən nəzarətə götürüldüyünü vurğulayan rəis müavini onun bu gecə ölkəsinə deportasiya ediləcəyini bildirib. Rəis müavini bununla əlaqədar İ. Mamedovanın Bakı şəhərinə göndəriləcəyini, deportasiya prosesinin paytaxtdan icra ediləcəyini deyib.apa

7 Ağustos 2008 Perşembe

Ağdamda 2000-dən çox yaşı olan küp qəbirlər aşkarlanıb

Ağdamda 2000-dən çox yaşı olan küp qəbirlər aşkarlanıb






Ağdam rayonunda 2000 ildən çox yaşı olan küp qəbirlərdən ibarət məzarlıq aşkar olunub. Tarixi abidələr Quzanlı kəndi ərazisindəki əkin sahəsində tapılıb. 1 metr dərinlikdəki qəbristanlıq rayona qaz xətti çəkilişi zamanı aparılan qazıntı nəticəsində meydana çıxıb. Boru döşəmək üçün qazılan xəndəkdəki küpləri təsadüfən yaxınlıqdan keçən sakinlər görüb.
Tarixi abidələrin üzə çıxdığı əraziyə Milli Elmlər Akademiyası Arxeologiya-Etnoqrafiya İnstitunun rayona ezam olunan əməkdaşları da baş çəkib. İnstitutun Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Hidayət Cəfərovun sözlərinə görə, buradan çıxan küp qəbirlər eramızdan əvvəl birinci yüzilliyə aiddir. Ərazidə hələlik 3 küp qəbir aşkar olunsa da, ekspedisiyanın rəhbəri bunların sayının daha çox olduğunu güman edir. Ona görə də tezliklə arxeoloqlar bu yerdə irimiqyaslı tədqiqatlara başlayacaq.
ANS PRESS


İzmirdə imzatoplama kampaniyası başlayır

İzmirdə imzatoplama kampaniyası başlayır
Aksiya "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca Türkiyə-Ermənistan sərhədləri açılmasın!" adlanır

Turqut

İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi imzatoplama kampaniyasına başlayır. Aksiya "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca Türkiyə-Ermənistan sərhədləri açılmasın!" adlanır. İmzatoplama kampaniyası azərbaycanlıların çoxluq təşkil etdiyi Qars, İqdır, İstanbul, İzmir, Ankara, Manisa şəhərləri başda olmaqla Türkiyənin hər yerində həyata keçiriləcək. İmzatoplama kampaniyasına qardaş ölkədə fəaliyyət göstərən əksər Azərbaycan dərnəkləri dəstək verəcəklər.
xalqcebhesi

Əlifba və Ana Dili

Əlifba və Ana Dili


Millətin və müstəqil dövlətin iki böyük dayağı

Azərbaycanda Əlifba və Ana Dili Gününün ayrıca qeyd edilməsinin mənası böyükdür. Ümummilli lider Heydər Əliyev bu təqvimi müəyyən etməklə tariximizdən və müasir dövlətçilik maraqlarımızdan irəli gələn tələbləri tam nəzərə almışdır. Məsələ ondan ibarətdir ki, əsrlərlə bizim Əlifba və Ana Dilimizə qarşı qəsdlər davam etmişdir. Bu iki amil isə millətin və dövlətin formalaşmasının əsas dayaqlarındandır. Biri yazı mədəniyyətinin mövcudluğunu, digəri isə millətin "özünsiyyət" vasitəsini ifadə edir. Yazı mədəniyyəti millətin tarixi yaddaşını formalaşdırmağın əsas vasitəsidir. "Özünsiyyət" isə toplumu yaradır, onun müstəqilliyini və kültür özgürlüyünü, milli varlığını yetişdirir. Ona görə də bütün müstəqil millətlərin Əlifbası və Dövlət Dili vardır.
Azərbaycanlıların Əlifbasının tarixi qədimlərə gedib çıxır. Minilliklərlə bundan öncə türklərin yazı mədəniyyəti olub. Tapılan Əlifba növləri türklərin hansı dərəcədə yazıdan istifadə etdiyini göstərir. İslamın Azərbaycana yayılması ilə ərəb əlifbası qəbul edildi. Rusiyanın Azəbaycanın bir hissəsini işğalı ilə kiril əlifbası dövrü başladı. Ancaq Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti latın qrafikalı əlifbanı qəbul etdi. Bu əlifbadan 1939-cu ilə qədər istifadə olundu. Sonra mədəni inqilab adı altında kiril əlifbasına keçirdilər. Bununla da qədim yazı mədəniyyəti olan bir xalqın əlifbasını dünya tarixi miqyasında qısa zaman kəsimində bir neçə dəfə dəyişdilər. Bunun millətin mənəvi-tarixi özəlliklərinə ciddi zərbəsi oldu. Faktiki olaraq nəsillərarası yazı əlaqəsi kəsildi. Hər yeni nəsil öncəkinin mənəvi tarixini orijinalda dərk edə bilmədi. Tərcümələri də əsasən yadlar edir və ya yad mənbələrdən tarix haqqında məlumat alırdıq.
Müstəqilliyə yenidən qovuşandan sonra latın qrafikalı əlifbaya keçid oldu. Bu qrafikaya keçid həm dünyanın əksər hissəsi ilə ünsiyyətə, həm də türk xalqlarının ortaq yazı mədəniyyətinə yenidən keçidə töhfədir. Türk birliyinin mərkəzi punktlarından biri məhz ortaq əlifba məsələsidir. Dövlət Azərbaycanın mədəni-tarixi irsi ilə hər kəsin tanış olması üçün bu qrafikada əsərləri çap etməyə başlayıb. Prezident İlham Əliyevin bununla bağlı verdiyi sərəncam və göstərişlərin tarixi əhəmiyyəti vardır. Qısa zamanda Azərbaycanın bütün mədəni irsini latın qrafikalı əlifba ilə oxumaq mümkün olacaq. Bununla da yazı ənənəsi və tariximizi obyektiv öyrənmək sahəsində ciddi addım atmış oluruq. Təbii ki, bu günü unutmamaq üçün onu həmişə bayram etməyə dəyər.
Ana dili ilə bağlı məsələ eyni dərəcədə aktualdır. Dövlət dilimizin inkişaf etdirilməsi zamanın qaçılmaz tələbidir. Qloballaşma dövründə bunun mənası daha böyük olur. Çünki dünya dövlətlərinin bir-biri ilə əlaqələrinin geniş miqyas aldığı bir vaxtda ana dilini saxlamaq və inkişaf etdirmək müstəqilliyin təminatçılarından birinə çevrilir. Xüsusilə də Azərbaycan bölgənin lider dövləti kimi bütün sahələrdə sözünü deməlidir. Bu o anlama gəlir ki, bölgədə Azərbaycanın dövlət dilinin statusu daha əhəmiyyətli hala gəlir. Bölgə xalqları getdikcə "Qafqazın fransızca"sında daha çox danışmağa başlayacaqlar. Azərbaycan bölgə üçün təkcə iqtisadi cazibə mərkəzi deyil, həm də mədəni mərkəzdir. Bu vəzifənin öhdəsindən dövlət və toplum olaraq gəlmək üçün mütləq ana dilini inkişaf etdirməli, onun toplumda statusunun daha da möhkəmləndirilməsinə çalışmalıyıq. Bunu isə daha çox cəmiyyətin özü etməlidir. Bir misala baxaq.
Xaricdən gətirilən və Azərbaycanda istehsal edilən məhsulların dövlət dilində markalanması ilə bağlı dövlət ayrıca tədbir görməli olur. Buna ehtiyac hansı səbəbdən yaranıbğ Yəni Azərbaycan vətəndaşı üçün aydın deyilmi ki, müstəqil dövlətdə istehsal olunan və xaricdən gətirilib istehlaka buraxılan malların üzərində yazı bu dövlətin dilində olmalıdır. Bunu anlamaq üçün mütləq fərman lazımdırğ İnsanın öz mənəvi dünyası, tərbiyəsi, bu millətə bağlılığı kifayət etməlidir ki, göstərişsiz-filansız bunu etsinlər. Ancaq burada yaşayıb, bu millətin bütün nemətlərindən istifadə edənlər bu adi həqiqəti nədənsə qəbul etməkdə çətinlik çəkirlər. Bizlər bəzilərindəki bu qüsurların aradan qaldırılması üçün səy göstərməliyik. Necəğ Dilimizi, millətimizi və dövlətimizi daha çox sevdiyimizi əməllərimizdə göstərməklə! Nümunə olmaqla!
Hər bir halda Əlifbamız və Ana Dilimiz həmişə var olacaq. Müstəqil dövlətimizi qorumaq və inkişaf etdirməklə bunu təmin edəcəyimizə heç kəsin şübhəsi olmasın.
Şahin Məhəmmədoğlu

olaylar

ABŞ İrana qarşı "cərimə tədbirləri" tələb edir

ABŞ İrana qarşı "cərimə tədbirləri" tələb edir

Ağ Ev bildirib ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri İrana qarşı cərimə tədbirləri görəcəklər.

İran nüvə proqramının dayandılması müqabilində ona ediləcək güzəştlər təklifinə cavab verməyib.

Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvü və Almaniya İranın nüvə proqramı ilə bağlı bu gün telefon danışıqları aparacaqlar.

İran çərşənbə axşamı cavab məktubu göndərib, amma orada sadəcə yazıb ki, "aydın cavab verməyə hazırdır, amma əvəzində də eynisini gözləyir".

Ağ Evin sözçüsü Dana Perino bildirib ki, iranlılar məsələni uzadırlar.

Dünən ABŞ dövlət Departamenti bildirib ki, Tehranın Avropa Birliyinə göndərdiyi cavab aydın mesaj vermir, ona görə də "əlavə tədbirlər" qaçılmazdır.

İran Avropa Birliyindən güzəştlər paketinə dair əlavə açıqlamalar istəyib.

Amerika, Britaniya və Fransa xəbərdarlıq ediblər ki, İran onların təkliflərinə müsbət cavab verməsə, bu ölkəyə qarşı əlavə sanksiyalar yeridiləcək.

İrana Qərbin həvəsləndirici paketinə cavab verməsi üçün avqustun 6-na qədər vaxt qoyulmuşdu.

MAQATE rəhbərinin müavini İranda səfərdədir

MAQATE rəhbərinin müavini İranda səfərdədir

BMT-nin atom enerjisi üzrə beynəlxalq agentliyi (MAQATE) rəhbərinin müavini Uli Haynon cümə axşamı səhər Tehrana səfərə gəlib. Onu İranın Atom Enerjisi Təşkilatı başçısının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Səidi qarşılayıb. Bu barədə İranın «İRNA» agentliyi məlumat verib. Haynonu səfərdə MAQATE-nin regional rəhbəri Herman Nakarts müşayiət edir. İki günlük səfədə MAQATE və İranın Atom Enerjisi Təşkilatı arasında qarşılıqlı münasibətlər müzakirə ediləcək.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Rza Ağazadə iyulun 24-də Vyanada MAQATE-nin rəhbəri Əl-Bəradei ilə görüşərək müzakirələr aparmışdı.

Trend

Big Powers to Consult on Next Move on Iran Nuclear Issue

Big Powers to Consult on Next Move on Iran Nuclear Issue

Senior diplomats from the five permanent U.N. Security Council member countries and Germany - the P5 + 1 - will consult by telephone Wednesday on an Iranian note about their offer of incentives for Iran to end uranium enrichment. Irans reply, conveyed to the European Union Tuesday, reportedly is non-committal. VOAs David Gollust reports from the State Department.



Javier Solana
European Union chief diplomat Javier Solana has relayed the Iranian message to the six governments involved in the negotiations with Iran. While officials here say the document is still being studied, they do not contest news reports that Iran has again failed to provide a definitive reply to the incentives offer.

The P5+1 presented what was termed a refreshed incentives proposal in June, offering Iran - among other things - aid for civilian nuclear power if it stopped a large-scale uranium enrichment project seen by U.S. and other officials as weapons-related.

Iran did not provide a clear response at a meeting with the six powers in Geneva July 19, and now - after an additional two weeks of consideration - is apparently still not ready to commit to a freeze or suspension of the enrichment drive.

At a news briefing, State Department Acting Spokesman Gonzalo Gallegos said that in the absence of an affirmative answer, the major powers will have to consider additional punitive measures.

"The Iranians sent a document to Javier Solana. The document has been sent out to the P5+1. Theyre going to be taking a look at it. There will be a political directors conference call tomorrow morning. Obviously, as weve stated before, were looking for a clear positive response from Iran, and in the absence of that were going to have no choice but to pursue further measures against them as part of our dual-track strategy."

The U.N. Security Council has approved three resolutions sanctioning Iran for failing to halt enrichment. Iran has repeatedly said it is not pursuing nuclear weapons and has a right to master the uranium fuel cycle for civilian nuclear plants.

U.N. diplomats are quoted as saying that it may take months to approve a new sanctions resolution against Iran and that the matter is unlikely to be taken up until late September, when world leaders gather in New York for the start of the new U.N. General Assembly.

In the meantime, U.S. officials say unilateral sanctions on Iranian financial institutions by the United States and European allies could be tightened.

The major powers propose to suspend sanctions if Iran suspends enrichment altogether and returns to negotiations on its nuclear program. As a stepping-stone to negotiations, they have offered to freeze sanctions if Iran agreed to stop adding to its network of enrichment centrifuges.

While refusing to commit to freezing or suspending enrichment, Iran has proposed a series of high level unconditional meetings with the P5+1.

VOA

İran Qərbin həvəsləndirici paketini cavabsiz qoyub

İran Qərbin həvəsləndirici paketini cavabsiz qoyub


ABŞ Dövlət Departamenti bildirir ki, İran Qərbin həvəsləndirici paketinə aydın cavab vermədiyinə görə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya bu gün telefon vasitəsi ilə danışıqlar aparacaqlar.

İran Avropa Birliyindən həmin paketə dair əlavə açıqlamalar istəyib. Amerika, Britaniya və Fransa xəbərdarlıq ediblər ki, İran onların təkliflərinə müsbət cavab verməsə, bu ölkəyə qarşı əlavə sanksiyalar yeridiləcək.
İrana Qərbin həvəsləndirici paketinə cavab vermək üçün avqustun 6-na qədər vaxt verilmişdir.
Ağ Ev isə bildirib ki, İran nüvə proqramının dayandılması müqabilində ona ediləcək güzəştlər təklifinə cavab vermədiyi üçün Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri İrana qarşı cərimə tədbirləri görəcəklər.
Ağ Evin sözçüsü Dana Perino bildirib ki, iranlılar məsələni uzadırlar.
ABŞ dövlət Departamenti bildirib ki, Tehranın Avropa Birliyinə göndərdiyi cavab aydın mesaj vermir, ona görə də «əlavə tədbirlər» qaçılmazdır. İran Avropa Birliyindən güzəştlər paketinə dair əlavə açıqlamalar istəyib (BBC).

Mehdi ordusu artık silah taşımayacak

Mehdi ordusu artık silah taşımayacak



Irakta ABD karşıtı radikal Şii din adamı Mukteda Sadra bağlı Mehdi Ordusu milislerinin bundan sonra silah taşımayacağı bildirildi.

Sadrın sözcüsü Salah El Ubeydi, BBCye verdiği demeçte, milislerin artık silah taşımayacağını belirtti, ancak bunun şiddete tamamen son verme anlamına geldiğini söylemedi.

Ubeydi, Mehdi Ordusuyla ilgili daha sonraki kararların Amerikan birliklerinin uzun dönemde Iraktaki statüsüne bağlı olacağını ifade etti.

Sözcü, Amerikan birliklerinin Iraktan çekilmesi konusunda bir takvim belirlenmezse "direnişin" devam edeceğini de kaydetti.

Basra ve Bağdatta geçen aylarda çıkan şiddetli çatışmalardan sonra bölgesel ateşkesler ilan edilmiş, ancak milisler silahlarını bırakmamıştı.

Bu arada Irak Başbakanı Nuri El Maliki, Bağdatın kuzeyinde, operasyonların bir süredir devam ettiği Diyala vilayetindeki militanlara silahlarını bırakmaları için bir hafta süre tanıdı.

El Maliki, çağrısına uyanların affedileceğini söyledi.


Sabah

Türkiyədə növbəti terror

Türkiyədə növbəti terror






“Yeni Şərq”in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Muş vilayətində PKK terror təşkilatı tərəfindən qanlı aksiya törədilib. Terrorçular Malazgirt qəsəbəsindəki Təhlükəsizlik Xidmətinin binasına raket buraxiblar. Nəticədə bir polis şəhid olub, üç polis yaralanıb. Terrorçuların yaxalanması üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb. Qeyd edək ki, son günlər arzində bir neçə terror hadisəsi baş verib.
Yeni Şərq
-------------------------------------------------------------------------

İordaniyanın «siftəsi» həbs edildi






«Yeni Şərq»in ərəbdilli saytlara istinadən verdiyi məlumata əsasən, İordaniyanın ilk qadın siyasətçisi həbs edilib. İordaniya Milli Partiyasının banisi və lideri Mona Hüseyn rüşvətxorluqda ittiham olunur. O, icazəsiz dərman emalı və satışında təqsirləndirilir. Hələlik ona qarşı irəli sürülən ittihamlar məhkəmənin qərarı ilə tasdiqini tapmayıb.
Yeni Şərq

Azərbaycan prezidenti Pekinə getdi

Azərbaycan prezidenti Pekinə getdi


İlham Əliyev XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Çinə yola düşüb. Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan dövlət başçısı Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak edəcək. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 8-də keçiriləcək.

LENT.AZ

---------------------------------------------------------------------------

Düşmən atəşkəsi yenidən pozub


Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da saat 14.00-dan 14.25-dək, 18.00-dan 18.25-dək və 23.25-dən 23.30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Noyemberyan rayonunun Voskevan kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 13.50-dən 14.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.10-dan 23.25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Hadisə

Düşmən atəşkəsi yenidən pozub

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da saat 14.00-dan 14.25-dək, 18.00-dan 18.25-dək və 23.25-dən 23.30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Noyemberyan rayonunun Voskevan kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 13.50-dən 14.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.10-dan 23.25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

LENT.AZ

6 Ağustos 2008 Çarşamba

"Nyu-York Tayms" İranın yeni silahını necə şərh etdi?

"Nyu-York Tayms" İranın yeni silahını necə şərh etdi?


Yazar: NAZİLA FATHİ
Tərcüməçi: Gülər Sadıqova

İran bazarertəsi xəbərdarlıq edib ki, o çox asan şəkildə İran körfəzində neft yükləmələrini dayandıra bilər və onun düşmən gəmilərini 200 mil məsafədən batıra biləcək hərbi dəniz silahı var.
İranın İnqilab Keşikçiləri Korpusu (Sepah) tərəfindən edilən bu xəbərdarlıq, dünyada altı supergücün uranın zənginləşdirilməsini dayandırması barədə İrana verdikləri möhlət başa çatmasından dərhal sonra edilib.

Fars körfəzində hərbi gəmiləri olan ABŞ bildirib ki, verilən möhlət ərzində beynəlxalq tələbləri yerinə yetirmədiyi üçün İrana qarşı yeni sanksiyalar tətbiq edilə bilər. 6 güc ��" ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya İrana yeni sanksiyaların tətbiq edilməsinə razılıq veriblər, amma bu sanksiyaların nədən ibarət olacağı və ona hansı ölkələrin qoşulacağı açıqlanmayıb.

İran xəbər agentliyindən gələn məlumatlara görə, İnqilab keşikçilərinin rəhbəri General Mohammad Əli Jafari bildirib ki, İran Fars körfəzində��" mühüm neft yolu Hörmüz boğazı üzərindəki “ hüdudsuz nəzarətini” həyata keçirməyə hazırdır.
“ Hörmüz boğazını qeyri-məhdud müddətə bağlamaq çox asan olardı” o çıxışında əlavə edib.

Bundan əlavə General Cəfəri bildirib ki “ Keşikçilər bu yaxınlarda yeni hərbi dəniz silahını sınaqdan keçiriblər və mən əminliklə deyə bilərəm ki, düşmən gəmiləri 300 kilometrlik məsafədə sağ qala bilməyəcəklər. Şübhəsiz ki, biz onları dənizin dibinə göndərəcəyik”.

General Cəfəri sınaqdan keçirilmiş silahın hansı növə aid olduğu barədə detalları açıqlamayıb, amma bildirib ki silah İran istehsalıdır və dünyada analoqu yoxdur.
O deyib ki, silahın Fars körfəzinə qədər geniş diapozonu olacaq və göründüyü kimi körfəzdə hərbi manevrlər edən ABŞ döyüş gəmilərinə də çata bilər.

İran əvvəllər də hərbi bacarığı barədə oxşar iddialarla çıxış etmişdi, lakin analitiklər buna şübhə ilə yanaşmışdılar. Keçən ay İran bildirib ki, o yeni raketləri sınaqdan keçirib və rəsmi Tehranın bildirdiyinə görə bu silahın İsrailə çatacaq qədər diapozonu var.

Qərb hərbi analitikləri bildirirlər ki, bu müharibə oyunu özündə həqiqi nümayişdən daha çox uydurma xarakteri daşıyır və böyük diapozonlu raket söhbətləri əslində yalandan başqa bir şey deyil.

General Cəfərinin dedikləri İran və ABŞ arasında İranın nüvə proqramı üzərindəki gərginliyin son işarəsi idi, Vaşinqton və digər qərb dövlətlərinin xəbərdarlıq etdiyinə görə bu çıxışlar nüvə silahının inkişafını ört ��" basdır etmək üçün də ola bilər, lakin Tehran ittihamı dəfələrlə rədd edib.

Buş adminstrasiyası İrana qarşı hərbi seçimi istisna etmir, iyunda İsrail hava qüvvələri - Amerikan kəşfiyyat rəsmilərinin adlandırdığı kimi- İran nüvə vasitələrinə mümkün zərbə endirmək üçün məşq keçiriblər.

İyulun 19-da altı ölkə nümayəndələri Cenevredə İran rəsmiləri ilə görüşdülər, və ilk dəfə olaraq ABŞ-ın yüksək vəzifəli diplomatı Viliam Börnz bu görüşdə iştirak etdi. Danışıqlarda İranın nüvə zənginləşdirilməsini dayandırması ətrafında heç bir inkişaf gözlənilmirdi.

5+1 ölkələrinin İrana təkilfi bundan ibarət idi ki, İran nüvə proqramını genişləndirməyəcəkdi. Birləşmiş Ştatlar və digər güclər formal danışıqlara yol açmaq üçün altı həftə ərzində İrana yeni sanksiyalar tətbiq etməyəcəkdilər.

Bazar günü Prezident Mahmud Əhmədinejad and içdi ki, İran öz nüvə hüquqlarından “ bir addım” da geri çəkilməyəcək, baxmayaraq ki, o bildirib, danışıqlar bəyəniləndir.

ABŞ diplomatları bazarertəsi bldiriblər ki, onlar öz seçimlərindən istifadə edəcəklər. “ Biz tərəfdaşlarımızla danışıqlar mərhələsindəyik,lakin buda açıq aydındır ki İran tərəfdən heç bir müsbət reaksiya yoxdur”, Fransanın Birləşmiş Ştatlarda daimi deputatı Jean-Pierre Lacroks bildirib.

ABŞ Dövlət departament rəsmisi Gonzalo Gallegos bildirib ki, ABŞ İranın hərəkətindən olduqca məyus olub. “ İran üzərində beynəlxalq ictimaiyyətin tələb və öhdəlikləri yerinə yetirmək üçün təzyiqlər hələ artacaq,” o deyib.

qaynar.info

Təbriz Səhənd Universitetinin həbs edilən iki tələbəsi Peyman Qulami və Əli Abdullazadə girov müqabilində azadlığa buraxıldılar

Təbriz Səhənd Universitetinin həbs edilən iki tələbəsi Peyman Qulami və Əli Abdullazadə girov müqabilində azadlığa buraxıldılar



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki həftə öncə ETTELAAT məmurları tərəfindən həbs edilən Təbriz Səhənd Universitetin öyrənciləri Peyman Qulami və Əli Abdullazadə Təbriz həbsxanasına aparılmışdılar. Ailələrinin və Güney Azərbaycanın ziyalı və hüquq müdafiəçilərinin ardıcıl bəyanatları nəticəsində girov müqabilində dünən 5 avqust 2008-ci il tarixində müvəqqəti azadlğa buraxılmışlar.

Xatırladaq ki, son günlərdə Güney Azərbaycanın milli haqlarını tələb edən tələbələrə qarşı həbs və təzyiq, ağır işgəncələrlə müşahidə olunan ETTELAAT məmurlar tərəfindən əməliyyatlar həyata keçirmişlər.

Ümumilikdə Güney Azərbaycanın universitetlərində 17 nəfər milli haqlarını müdafiə edən tələbə həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. Onlardan Peyman Qulami, Əli Abdullazadə, Məhəmməd Haşimi və Baharə Hidayət, Məcid Əsədi, Səlman Sima, Mehdi Xudayi, Məhəmməd Ziraəti, Fərzad Həsənzadə, Pəyam Şəkiba, Arəş Rayici, Həsən Cənidi, Səccad Radmehr, Aydın Xaceyi, Fəraz Zehtab, Vədud Əsədi və bir neçə milli hərəkat fəalı və hüquq müdafiəçisi Həmid Valayi və başqaları həbs olunaraq ağır işgəncə və təzyiqlər altındadır.

www.dak.az

Ermənistanın uzun müddətdir, Azərbaycan vətəndaşını əsir saxladığı məlum olub

Ermənistanın uzun müddətdir, Azərbaycan vətəndaşını əsir saxladığı məlum olub




Bakı – APA. Ermənistanın uzun müddətdir, Azərbaycan vətəndaşı olan mülki şəxsi əsir saxladığı məlum olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, Ağstafa rayon sakini olan Arzu Eyyubov bu il fevralın 19-da cəbhənin Ağstafa-İcevan istiqamətində qeyri-müəyyən şəraitdə əsir götürülüb. Ş. Sayılov əsirin səhhəti ilə bağlı məlumatsız olduqlarını, onun qaytarılması istiqamətində danışıqlar aparıldığını deyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin əməkdaşı Gülnaz Quliyeva isə APA-ya bildirib ki, qurumun nümayəndələri sonuncu dəfə Ermənistanda saxlanılan əsirə bu il iyulun 18-də baş çəkiblər.
apa

İSTANBULDA ERMƏNİ KİLSƏSİ ATƏŞƏ TUTULUB

İSTANBULDA ERMƏNİ KİLSƏSİ ATƏŞƏ TUTULUB


İstanbulda erməni kilsəsi odlu silahdan atəşə tutulub. Hadisə avqustun 4-də səhər baş verib. Naməlum şəxslərin İstanbulun Üsküdar rayonundakı “Surb Karapet” erməni kilsəsinə odlu silahdan dörd dəfə atəş açıblar. Hadisə nəticəsində zərərçəkən olmayıb. Polis araşdırmaya başlayıb. Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.
versiya
----------------------------------------------------------------------

PREZİDENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR 11 NƏFƏRİN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı bu günə qədər 11 nəfərin namizədliyi irəli sürülüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat daxil olub. Namizədlər YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, AMEA-nın Fizika İnstitutunun əməkdaşı Qüdrət İsaqov, işsiz Yaşar Əhmədov, təqaüdçü Əlimuxtar Əkbərov, Sumqayıt Mərkəzi Klinik Xəstəxanasının sanitarı Sevinc Quliyeva və həkim Vüqar Seyidovdur.

APA

İRAN NÜVƏ MƏSƏLƏSİ İLƏ BAĞLI ALTILIQ ÖLKƏLƏRİNİN TƏKLİFİNƏ TAM CAVAB VERMƏYİB

İRAN NÜVƏ MƏSƏLƏSİ İLƏ BAĞLI ALTILIQ ÖLKƏLƏRİNİN TƏKLİFİNƏ TAM CAVAB VERMƏYİB

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana bildirib ki, İran atom proqramı ətrafında olan böhranı aradan qaldırmaq üçün Altılığın irəli sürdüyü təşəbbüsə yazılı savab təqdim etməyib. Qurumun nümayəndəsi həmçinin İranın Brüsseldəki səfiri tərəfindən ona təqdim olunan qısa məktubda rəsmi Tehranın nüvə məsədəsi ətrafında olan danışıqların vəziyyəti barədə yalnız ümumi fikirlərin yer aldığını açıqlayıb. Məktubun məzmununu dumanlı adlandıran diplomat bunun İranın nüvə probleminin həlli ilə bağlı qərbin təşəbbüsünə cavab olmadığını bildirib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Almaniya, Fransa və Böyük Britaniyanın daxil olduğu Altılıq İranın tez bir zamanda uranın zənginləşdirilməsini dayandıracağı təqdirdə rəsmi Tehrana iqtisadi sahədə əlaqələrin nizama salınması və energetikanın inkişafına kömək, nüvə tullantılarını istifadəsi və Atom Elektrik Stansiyasının tikilməsi və BMT tərəfindən tətbiq edilən bəzi iqtisadi sanksiyaların aradan qaldırılması ilə bağlı təkliflər paketi təqdim etmişdi. Xavyer Solana Tehrandan alınan məktubu müzakirə etmək üçün Altılıq ölkələri nümayəndələrinin bir araya gələcəyini də bildirib. Xatırladaq ki, Altılığın nümayəndəsi Xavyer Solanayla İranın Milli təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili arasındakı son telefon danışıqlarında da konkret nəticə əldə olunmayıb. Lakin buna baxmayraq Altılıq İranla dialoqu davam etdirməkdə niyyətindədir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin nümayəndəsi Qonsalo Qalelqos rəsmi Tehranın altılığın nüvə problemi barədə təklifinə aydın cavab verməyəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib. İran tərəfi isə Birləşmiş Ştatların bu xəbərdarlığının nüvə probleminin həllinə heç bir köməklik göstərməyəcəyini bəyan edib. /İctimai TV/

Türk ordusundakı yeni dəyişiklik dünya mətbuatının gündəmində

Türk ordusundakı yeni dəyişiklik dünya mətbuatının gündəmində


QayNar: Türkiyə Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəsisi vəzifəsinə General İlker Başbuğun təyin edilməsinə dünya mətbuatı da maraq göstərdi. "Qaynar.info"-nun məlumatına görə, xarici qəzetlər, onun təyinatıyla bağlı, "Türkiyə, anti İslamçı ordu komandiri təyin etdi", "Dünyəvi dövlətin qorunmasında sələfi qədər sərt xətt mənimsəməsi gözlənilir", "Hökumətlə gərgin əlaqələri asanlaşdırması gözlənilir", "Böyük müdafiəçi, ordunun başına keçir" kimi şərhlər verdi.

GUARDİAN: "ORDU İLƏ AKP HÖKUMƏTİ ARASINDAKI GƏRGİNLİK AZALACAQ"

"The Guardian" "Türkiyə, anti İslamçı ordu komandiri təyin etdi" başlıqlı xəbərində, "Türkiyənin güclü əsgərlər, İslamçılığa qarşı qaya kimi duruşu ilə tanınan yeni ordu komandiri təyin edərək ölkənin dünyəvi sisteminə sarsılmaz bir dəstək mesajı göndərdi" fikrini yazıb.
General İlker Başbuğun Baş Qərargah rəisi təyin edilməsini, ordu ilə AKP hökuməti arasındakı gərginliyin azalacağına işarə olaraq dəyərləndirən qəzet, AKP-nin keçən həftə bağlanacağından da söz açıb.

Konstitusiya Məhkəməsinin qərarını AKP üçün "şərtli azad etmə"yə bənzədən qəzet, "Türkiyənin NATO və İsrail ilə əlaqələrinin güclü bir dəstəkçisi" olaraq xarakterizə etdiyi General Başbuğ üçün bunları yazdı: " Yeni komandir, Atatürk tərəfindən qurulan və ordunun başlıca qoruyucusu olaraq görülən dünyəvi dövlətin qorunması mövzusunda sələfi qədər sərt bir xətt mənimsəməsi gözlənilir."

The Guardian, General Başbuğun iki il əvvəl verdiyi bir danışmada siyasi İslamı bir "hədə" olaraq xarakterizə etdiyini, ancaq bəzi şərhçilərin General Başbuğun ordu komandiri olaraq "daha konstruktiv bir yanaşma" mənimsəyəcəyini söylədiklərinə də diqqət çəkdi.

LE MONDE: "DÜNYƏVİLİYİN BÖYÜK MÜDAFİƏÇİSİ"

Fransanın yüksək tirajlı qəzetlərindən "Le Monde" də, "Dünyəviliyin müdafiəçisi Türk ordusunun başına keçir" məqaləsində General Başbuğu "Dünyəviliyin böyük müdafiəçisi" olaraq xarakterizə etdi.

Natiq Kamal, QayNar

qaynar

İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkil dəstənin məhkəməsi başlayıb

İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkil dəstənin məhkəməsi başlayıb

Təqsirləndirilən şəxslər “Həyat” Mebel Mərkəzinin əməkdaşından hədə-qorxu yolu ilə pul tələb eidblər



Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə quldurluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən İran vətəndaşları və “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət mütəşşəkkli dəstənin məhkəməsi başlayıb. ANS PRESS-in məlumatına görə, Atollah İnnami, Hüseyn Yusifzadə Azərbaycan Cinayət Məcəlləsinin 181.3-cü (mütəşəkkil dəstə tərəfindən quldurluq etmə) və 182.3.2-cü (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), Azər Rəhmov, Əlifağa Hacıyev, Elşən Kərimov, Cavid Hüseynov, Fərhad Lətifov isə CM-nin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq etmə) maddələri ilə ittiham irəli sürülüb. İttiham aktına görə, Ə. İnnami “Həyat” Mebel Mərkəzinin əməkdaşı Tahir İsmayılova 2004-cü ildə 230 min ABŞ dolları dəyərində mal verib. Malın pulu almaq üçün “RİAD” Təhlükəsizlik Xidmətinin əməkdaşlarına müraciət edib. Xidmətin əməkdaşaları bir neçə dəfə 300-500 manat pul alıblar. Sonradan pulu bütöv almaq üçün Bəylər Süleymanova məxsus “Həyat” Mebel Mərkəzinin boşaldılmasına göstəriş veriblər. Dəstə üzvləri ticarət mərkəzinin əməkdaşının şikayəti əsasında Milli Təhlükəsizlik Nazirlyinin əməkdaşları tərəfindən həbs olunublar.

Məhkəmədə idafə verən şəxslər verilən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Proses davam etdirilir.

Anar Məmmədov /ANS PRESS/

"Azadlıq" radiosunun həbs olunan Güney Azərbaycan öyrəncilərinin ailələrilə müsahibəsi

"Azadlıq" radiosunun həbs olunan Güney Azərbaycan öyrəncilərinin ailələrilə müsahibəsi

Azadlıq radisounun müxbiri Xədicə İsmayılova Güney Azərbaycanın Təbriz şəhərində 5 universitet tələbəsinin həbs olunması ilə əlaqədar məhbusların ailələrilə müsahibə götürmüşdür.

Iyulun 17-də Təbriz Universitetinin qarşısında həbs olunan 5 tələbəyə qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil. Təbriz Universitetinin mexanika fakültəsinin magistraturasında son imtahandan çıxan Səccad Radmehr hüquq fakültəsinin tələbələri Fəraz Zehtab və Aydın Xaceyi, eləcə də Daryuş və Şahrux Hatəmi qardaşlarının qohumları ilə görüşlərinə də icazə verilməyib. Aydın Xaceyinin ailəsi onun harada saxlandığını ETTELAAT-ın Təbrizdəki təcridxanasından məhbuslar üçün paltar gətirmələri xahiş olunandan sonra öyrənib.

– Mənim qardaşımı ETTELAAT oğurlayıb, özbaşına oğurlayıblar. Heç bir sənəddə göstərməyiblər, gəldilər evimizə, tökülüb hər yeri axtardılar, amma heç nə əldə edə bilmədilər. Əsli Kərəm nağılı, İran türklərinin tarixi kitabını götürdülər, bizə də başqa məlumat verməyiblər ki, nə üçün tutublar, niyə tutublar, neçə gün qalmalıdırlar?. Məhbusun qardaşı Ramin Xaceyi deyir ki, həbsə səbəb Aydın bəyin milli hüquqlar uğrunda mübarizə aparmasıdır. Burada hər kəs “Yaşasın Azərbaycan” desə və ya “Yaşasın mənim dilim” desə və yaxud sadəcə “Mən türkəm, türkü yazmalıyam, türkü oxumalıyam” desə onu həbs edirlər, həbsxanalara salırlar və ağır işgəncələrə məruz qoyurlar. Bizim Aydın bəydə onlardan biridir. Ramin Xaceyinin sözlərinə görə onun qardaşı bundan əvvəl milli hüquqlar uğrunda mübarizəsinə görə 2 semester tədrisdən məhrum edilib. Elə Səccad Radmehr də magistratura işini 6 aylııq qadağadan sonra müdafiə edə bilib. Səccad Radmehrin təhsil hüququnun pozulması ilə bağlı Güney Azərbaycandakı universitetlərdə imza kompaniyası başlanmış, tələbənin özü və dostları onun imtahana buraxılması tələbi ilə bir neçə gün aclıq aksiyası keçirmişdir. Geniş miqyaslı kompaniya nəticəsində universitetin rəhbərliyi Səccad Radmehrin buraxılış imtahanına və müdafiəyə girməsinə icazə vermişdir. Lakin tələbənin sevinci elə müdafiədən həbsə qədər bir neçə dəqiqə sürmüşdür. Ramin Xaceyi deyir ki, qardaşının və dostlarının təhsildə olan problemləri də elə Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərdə üzvülüklə bağlı olub.

Səccad Radmehr 2006-cı ilin may hadisələrindən sonra tələbələrə qarşı təzyiqlərin artdığını deyir. Ilahə Radmehrdə, Ramin Xaceyidə deyirlər ki, həbs olunan gənclərin heç bir günahı yoxdur.

Ilahə Radmehr: – qardaşımgil heç bir haqqı nahaq etməyib, heç bir cızıqdan çıxmayıb, heç bir yanlış iş görməyib, hər halda çıxacaqlar onlarda. Biz onlara da inanırıq, inandıqlarına da. Əslində bu hakimiyyət heç bizə millət gözündə baxmırlar. Bunlar bizim 35 milyon Azərbaycan türkünün dilini yerli-dibli danırlar. Deyirlər sizin diliniz pəhləvi dilindən gəlmişdir. Haqqınız yoxdur deyəsiniz mənim dilim var. Hər kimsə istəsə də bunun qarşısında dayansın, bunlar onu öz gücləri ilə aradan götürməyə çalışırlar. Bu günə qədər bu yolda çoxlarını öldürüblər. Bir neçə həftə bundan əvvəl Aydın bəyin yoldaşlarından biri Fərhad Möhsüninin ölüsünü “Elgölü”dən tapdıq. Onu da ETTELAAT oğurlamışdır. Daha öncə həbs olunmuş milli hüquqlar uğrunda fəaliyyət göstərən Fərhad Möhsüninin bir neçə həftə öncə ölüsünün tapılmasını xatırladan cənab Xaceyi deyir ki, qardaşının başına bir iş gələrsə nə edəcəklərini bilmirlər. Bəşər hüququ ayaq altında tapdanır burada, ona görə də dəqiq bilinmir, bunlar bir şey edəcək Aydıngilə ya yox! Amma bir dəfə zəng edilib evə, ondan bilirik ki, diridir, sonra başına nə gələcəyini bilmirik. Anamız çox israr edir ki, heç olmasa oğlumu görüm, bilim ki, diridir. Amma ETTELAAT burada görüşün qadağan olduğunu bildirir.

Ilahə Radmehr qardaşının məqsədi sadəcə insan kimi yaşamaqdır, insaniyyətin bütün qaydalarına uyğun yaşamaq qardaşımın hədəfi, inamıdır.

EKSKLÜZİV: İyulun 19-da sərhəddi keçməyə cəhd edərkən öldürülmüş erməni kəşfiyyatçısının meyiti Ermənistana təhvil verilib

EKSKLÜZİV: İyulun 19-da sərhəddi keçməyə cəhd edərkən öldürülmüş erməni kəşfiyyatçısının meyiti Ermənistana təhvil verilib

Qor Mixayeloviç Minasyanın meyiti Qazaxın Balacəfərli kəndi istiqamətində qaytarılıb
İyulun 19-da gecə saat 00.30-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində sərhədlərimizi keçməyə cəhd edərkən öldürülmüş və meyiti artıq 17 gündür ki, Azərbaycan tərəfdə olan Ermənistan kəşfiyyatçısı, 22 yaşlı Qor Mixayeloviç Minasyanın meyiti Ermənistan tərəfə təhvil verilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, kəşfiyyatçının meyiti Qazaxın Balacəfərli kəndi istiqamətində qaytarılıb. Meyitin qaytarılması prosesində yalnız Azərbaycan və Ermənistan tərəfdən olan hərbiçilər iştirak ediblər. 14:30-da başlayan və yarım saat davam edən təhvil prosesi insidentsiz başa çatıb. /ANS TV/

5 Ağustos 2008 Salı

Təbrizdə daha öncədən planlanmış yürüş baş tutmadi!



Təbrizdə daha öncədən planlanmış yürüş baş tutmadi!

Məşrutə Qiyamının ildönümü üçün bir sıra milli fəallın qatqısıyla başlanacaği planlanmış yürüşə İran polisi manea törıdib. Təbrizin Bazar bölgəsi təmamilə polis gücləri tərəfindən işqal olunaraq, bir çoxu sivil əlbisəli məmur xiyavanlarda gəzməkdəidilər.

Xatırladaq ki Mərşrutə Qiyami Qacar İmparatorluğu dönəmində bölgənin ilk və ən güclü demokratik qalxışı adlanıbdır. Onun öndərlərindən Səttarxan və Bağırxan kimi Türk liderlərdən ad aparmağ olar. Məşrutə deiymində söz birlik və özgürlükdən gedir. Bu o deməkdir ki Məşrutə İnqilabında olan istəklər bir növi demokratik devlətçilik və başqa baxışdan federalism kimi hükümət adlana bilir.

İran Məhrusə Məmləkətlərinə padişahlıq edən Qacar Türklərinin o zamanki şahi, Müzəffərəddin Şah məşrutə fəamanın imzalamağla bölgənin demokratikləşməsinə start vurmuş oldu. Ancaq bir sıra özgürlük düşmani olan siyasətçilər bu prosesə əngəl törətdilər və hətta məşrutə başçıların namərdcəsinə öldürdülər.

Səttarxan fateh kimin Tehrana çağırıldı ancaq Eməni olan Yəprəmxan onu güllələdi və yaralanan fateh canın məşrutəyə fəda etdi. Bağırxan isə bir Kürdün əlilə başi kəsilərək öldürüldü! Bu olaylar Türk millətinə bir çoxlu zərbələr vurdu və Türk imparatorluğu əmrində olan bir çoxlu bölgə özbaşına qalaraq yadların əlinə düşdülər.

BayBak artırır ki Məşrutə Qiyamın mənimsəmək üçün Fars şovonisminin İslami və Şahçi qolu işə qonularaq bu olaydan öz qazanclarına yararlanmağ istəiyrlər. Son günlərdə Fars telekanallarından bu gün üçün toplantılar və yürüşlərin çağrısi verilirdi! Onlar ilk olaraq 01/08/2008 günün yürüşə adayladılar, ancaq Təbrizin Türkləri onların çağrışına etina etmədikləri üçün, Fars şovonistləri Türk fəallarının adayladığı 04/08/2008 günün özlərinə yürüş günü seçdilər! Ama, Farsın İslami qolu bu olaydan iki tərəfli yararlanaraq Təbriz və bir sıra başqa şəhri qoruma altına aldi və bir çoxlu hərbi güc o bölgələrə göndərdi!

Milli fəallar gələcək illərdə bu mərasimləri dahada geniş olaraq qutlamağ üçün indidən plan hazırlamalıdırlar. Fars şovonistləri çalışırlar ta Məşrutənin Türk Qiyami olduğun silərək onu İsfahan kimi Farslaşdırılmış bölgələrə daşındırsınlar! Onlar hətta Məşrutənin tanınmış düşmanlarına Milli Qəhrəman unvani vermək üçün bir çoxlu aday ortaya sürüblər!
baybak

HƏBS OLUNAN TƏLƏBƏLƏRI DƏSTƏK MƏQSƏDILƏ BABƏK QALASINA YÜRÜŞ OLDU

HƏBS OLUNAN TƏLƏBƏLƏRI DƏSTƏK MƏQSƏDILƏ BABƏK QALASINA YÜRÜŞ OLDU



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən çoxlu sayda Güney Azərbaycanın öyrənciləri və milli hərəkat fəalları Babək qalasına yürüş edərək müqavimət və qəhrəmanlıq simvolu olan Babəkin qalasını ziyarət etmiş və qalada 200-dən artıq tələbə, milli hərəkat fəalı əllərində məhbusların şəkillərini tutaraq həbsdə saxlanılan və işgəncələrə məruz qalan tələbə və milli hərəkat fəalını haqq yolda olduqlarını bəyan edərək onları son nəfəsə qədər müdafiə edəcəklərini bəyan ediblər.

Xatırladaq ki, 200-dən artıq soydaşımız Babək qalasına çatdıqdan sonra vətənpərvərlik şeirlər oxuyaraq son günlərdə həbslərlə bağlı geniş məruzələr ediblər.

Yürüşün sonunda Azərbaycanın milli marşı “Çırpınırdı Qara dəniz” mahnısı və başqa vətənpərvərlik mahnıları müşaiyyətilə ifa olunub. Bir daha həbsdə olan milli hərəkat fəallarını və tələbələri son nəfəsə qədər müdafiə edəcəklərini bəyan ediblər.

Xatırladaq ki, 200-dən artıq soydaşımız Güney Azərbaycanın bütün bölgələrindən təşkilatlanmış formada qalaya yürüşü ediblər.

Təhlükəsizlik qüvvələri kamera və fotoaparatla yürüş iştirakçılarını lentə alsa da soydaşlarımız onların bu işinə soyuqanlıqla və gülüş münasibəti bildirib.


www.dak.az

İranda jurnalist edam olunub

İranda jurnalist edam olunub


Bazar ertəsi İranın Zahidan şəhərində mədəniyyət işçisi və jurnalist Yəqub Mehrnəhad və daha bir nəfər edam olunub. Bu barədə İranın «İSNA» agentliyi məlumat yayıb.

İranın İnqilab Məhkəməsi tərəfindən verilmiş hökmə əsasən, Yəqub Mehrnəhad və Əbdülnasir Tahiri «Condullah» terrorçu qruplaşması ilə əməkdaşlıqda ittiham olunaraq, edama məhkum olunublar.

Edam hökmünün icrası Zahidan şəhərinin mərkəzi həbsxanasında həyata keçirilib.

Jurnalist ötən ilin aprel ayında İran polisi tərəfindən Əbdülmalik Riginin rəhbərliyi altında «Condullah» qrupu ilə silahlı qarşıduramada iştirak etdiyinə görə bir neçə hüquq müdafiəçisi ilə bərabər həbs edilmiş və həmin ilin dekabrında da məhkəmə tərəfindən edam hökmünə məhkum olunmuşdu.
trend

4 Ağustos 2008 Pazartesi

İRAN DİNC NÜVƏ TEXNOLOGİYASI İLƏ BAĞLI FƏALİYYƏTİNİ DAVAM ETDİRƏCƏK

İRAN DİNC NÜVƏ TEXNOLOGİYASI İLƏ BAĞLI FƏALİYYƏTİNİ DAVAM ETDİRƏCƏK



İranın Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının baş katibi Səid Cəlili Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət məsələləri üzrə Ali Komissarı Haviyer Solana ilə nüvə proqramına dair növbəti görüşü bu gün keçirəcək. Bu görüş İranın «Altılığın» yeni təkliflər paketinə Rəsmi Tehranın rədd cavabı verməsindən sonra ilk diplomatik görüş olacaq. Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Həsən Kəşkəvi bildirib ki, ölkəsi dinc nüvə texnologiyası ilə bağlı fəaliyyəti davam etdirəcək və öz hüquqlarının müdafiəsindən bir addım belə geri çəkilməyəcək. /İctimai TV/

Ermənilər Ağstafada yanğın törətdilər

Ermənilər Ağstafada yanğın törətdilər






Ermənistan Silahlı Qüvvələri təmas xəttində güclü yanğınlar törədib. Yanğın təmas xəttinin Azərbaycan tərəfinə keçib.
Nəticədə Ağstafa rayonunun Köhnə Qışlaq kəndi ərazisində güclü yanğın baş verib. Kənd ərazisində otlaq sahələri, meşə zolaqları yanıb. Təxminən 50 hektardan çox ərazinin yandığı bildirilir. Kənd sakinlərinin verdiyi məlumata görə, yanğının miqyası genişləndikcə ərazidə partlayış səsləri də eşidilib.
yenisharq

DAHA BİR DİASPOR TƏŞKİLATIMIZ PARÇALANDI

DAHA BİR DİASPOR TƏŞKİLATIMIZ PARÇALANDI




Dünya Azərbaycan Aydınları Birliyinin (DAAB) sədri Elman Mustafazadə istefa verib. Bu barədə “qaynar.info”-ya Elman Mustafazadə özü məlumat verib. İstefasının səbəblərinə gəldikdə isə o, bunu qurumda Mahir Cavadov tərəfdarlarının çoxluq təşkil etməsi, bu mənada qurumun işini arzuolunan səviyyədə qurmaqda problemlər yaranması ilə bağlayır.
Elman Mustafazadənin sözlərinə görə, digər səbəb isə rəsmi Bakı ilə münasibətlərdir. “Həmçinin mənim DAAB-a sədr secilməyim Azərbaycan hökumətində bəzi qüvvələr, eləcə də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də daxil olmaqla bəzi qurumlar tərəfindən isti qarşılanmadı. Bu baxımdan DAAB-ı arzuladığımız səviyyəyə çatdıra bilmədim”,- deyə E.Mustafazadə bildirib.
Xatırladaq ki, DAAB xaricdə yaşayan Azərbaycan aydınları tərəfindən yaradılıb və bir neçə aydır ki, fəaliyyətə başlayıb. Qurumun mayın 20-də keçirilən seçkilərində E.Mustafazadə sədr seçilmişdi.
Səbuhi MƏMMƏDLİ
musavat

ETTELAAT ƏRK QALASI ƏRAZİSİNDƏ TƏCRİDXANA TİKDİRİR

ETTELAAT ƏRK QALASI ƏRAZİSİNDƏ TƏCRİDXANA TİKDİRİR


Rəsmi məlumatlara görə, bu ilin 6 ayında 150 nəfər edam olunub


S.SOLTAN


Bu həftə beynəlxalq ictimaiyyət Tehran hakimiyyətinin cinayət-prosessual məcəlləsinin və məhkəmə sisteminin mürtəceliyinin bir daha şahidi oldu. Bir gün ərzində barəsində ölüm hökmü çıxarılmış 29 nəfər Tehrandakı "Evin" adlı zindanda edam edildi. İran hakimiyyətinin verdiyi məlumata əsasən, edam olunanların hamısı qatı cinayətkardır. Ölkənin baş prokuroru Səid Mürtəzəvinin sözlərinə görə, onların arasında İrana tonlarla çeşidli narkotik maddələr gətirənlər, qatillər də var.
Xatırladaq ki, rəsmi məlumatlara görə, cari ilin əvvəlindən indiyədək 150, ötən il 355, 2006-cı ildə isə 215 edam hökmü icra olunub.
Ümumiyyətlə, ölkə əhalisində İran İslam İnqilab Məhkəməsinə qarşı açıq olmasa da, daxili bir inamsızlıq var. Buna səbəb isə 1979-cu ilin fevral inqilabından sonra Tehran hakimiyyətinin məhkəmə adı altında keçirilən qapalı və bir sıra hallarda gizli proseslərlə müxalifəti sıradan çıxarması, həbs etdiyi siyasi məhbusları məhkəməsiz edam etməsidir.
Hüquq müdafiəçiləri qətlə yetirilmişlərin ailələri ilə birlikdə 1980-ci ildən bu günədək İran həbsxanalarında öldürülmüş müxalif düşüncəlilərin adsız məzarlarını ziyarət ediblər. Çünki Tehran belə məhbusları "lənətlənmiş" sayaraq, onları adsız məzarlıqlarda basdırırdı. Ailə üzvlərinə onların məzarlarının tanınması üçün başdaşının qoyulmasına icazə vermirdi. Ona görə də ailə üzvləri yaxınlarının basdırıldığı məzarları xüsusi işarələrlə işarələyirdilər.
Qeyd edək ki, 1983-ci ildə bir gün ərzində ölkə həbsxanalarında 15 mindən çox müxalif düşüncəli məhbus edam edilmişdi. Həmin məhbusların öldürülməsindən ötrü atılmış güllənin pulunu da onların ailə üzvlərindən alırdılar. Belə edamları Tehranın "Evin" həbsxanasında, Təbrizin mərkəzi zindanında, Şiraz, Məşhəd, Urmiya, Ərdəbil, Həmədan, Əhvaz, Yəzd, Rəşt və başqa şəhərlərdəki həbsxanada gerçəkləşdirirdilər.
Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzinin məlumatına görə, anım mərasiminin keçirilməsindən hakimiyyət narahat olub. Bu məqsədlə rejim tədbirdə iştirak etmək istəyən ailələrin başçılarını həbs edərək "Evin" həbsxanasının 209-cu bölməsində yerləşdirib, onlara təzyiq edib və işgəncəyə məruz qoyub.
50 yaşlı Mövsüm Nadiri həmin tədbirin təşkilatçısı kimi Tehranın inqilab məhkəməsinə çağırılıb və 209-cu bölməyə aparılıb. Məlumata görə, o, ailə üzvü Məhəmmədhüseyn Davudabadinin edam olunmasının 19-cu ildönümünü keçirmək istəyərkən ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalıb. 21 gün işgəncəyə məruz qaldıqdan sonra girov qarşılığında zaminə buraxılıb. Qeyd edək ki, M.Davudabadi Xalq Mücahidləri Təşkilatının üzvü kimi 1980-85-ci illərdə həbsdə olub.
Məlumata əsasən, 1979-cu ildən bu günə qədər İran hakimiyyətinə müxalif olan 130 mindən çox siyasi məhbus edam edilib. Bundan başqa edam olunanların çoxu naməlum yerlərdə və kütləvi şəkildə basdırıldığından öldürülən müxalifətçilərin sayını dəqiqləşdirmək mümkün olmayıb.
İyunda 8 qadın və bir kişi zinaya görə daş-qalaq edilərək edam olunub. Bu üsulla ölüm hökmünün icrası Qərb və yerli hüquq müdafiəçilərinin kəskin tənqidinə səbəb olub. İran KİV-in məlumatlarına əsasən, ölkədəki bəzi hüquqçular daş-qalağı "insanlığa yaraşmayan addım" adlandıraraq onun ləğvinə çalışırlar. Vəkil Məryəm Kiyan-Ərsi bununla bağlı bildirib: "Biz çalışırıq ki, İranın məhkəmə sisteminin başçısı ayətulla Seyid Mahmud Haşimi-Şahrudi daş-qalaq hökmünün icrasını dayandırsın. Çünki müştərilərimiz istənilən an bu hökmlə cəzalana bilərlər". Onun həmkarı Məhəmməd Mustafi isə deyib: "Biz bunun insan ləyaqətini alçaltmayan başqa bir hökmlə əvəzlənməsinə cəhd göstəririk". Vəkil daş-qalaqla edam olunacağı gözlənilən 10 nəfərin siyahısını da açıqlayıb.
Tehran isə insan haqlarının tapdanması barədə davamlı surətdə ünvanına deyilənləri təkzib etməkdədir.
Məhbusların saxlanılması şəraiti və onların dindirmə zamanı işgəncəyə məruz qalmasına dair çoxsaylı faktların olduğu da inkaredilməzdir. Bundan başqa İran hakimiyyəti həbsxanalarda beynəlxalq hüquq müdafiəçilərinin müşahidə aparmasını da əngəlləyir.
Bu azmış kimi, İran rejimi həbsxanaların sayını artırmaqla məşğul olur. Özü də bu zaman "bir güllə ilə iki dovşan vurmağa" çalışır. İndi Tehran təcridxanaları tarixi abidələrin ərazisində tikməyə başlayıb. Həm də Azərbaycan türklərinə məxsus tarixi abidələrin ərazisində...
Dünya Azərbaycanlıları Konqresinin yaydığı xəbərə görə, İslam Respublikası rəhbərliyi Güney Azərbaycanın bütün tarixi və mədəni abidələrini məhv etmək məqsədi ilə onların yerləşdiyi ərazilərdə və ya onun ətrafında belə yerlərlə heç bir əlaqəsi olmayan obyektlər tikir. Bu yolla Tehran Azərbaycandakı mədəni irsi məhv etməyə çalışır. Belələrindən biri də Təbrizdəki Ərk qalasıdır.
Mənbənin bildirdiyinə görə, hakimiyyətin təşəbbüsü ilə qalanın ərazisində İran Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) bir sıra obyektlərinin tikintisinə başlanılıb. DAK qeyd edib ki, Ərkin ərazisində "Bünyade-müssələh" adlı bir qurum da ETTELAAT-ın sərəncamına əsasən fəaliyyət göstərir. Nazirliyin sifarişi ilə qala ərazisində müasir texnikalı yeraltı təcridxanalar tikilir və yaxın aylarda tikinti başa çatdırılacaq. Mənbənin məlumatına görə, obyektin Təbrizin mərkəzində, əhalinin sıx toplaşdığı yerdə tikilməsi yeni təcridxananın həm də sakinlərdə xof yaratması məqsədi daşıyır. Yerli müşahidəçilər deyiblər ki, burada inşa olnunan işgəncə mərkəzinin binası müasir texnologiyalarla təchiz edilib və şəhərin bir neçə yerindən təcridxanaya giriş var.
"Ayna"nın ötən saylarından birində Ərk barədə bildirmişdik ki, Təbrizdəki bu qala Azərbaycan türklərinin istibdad və müstəmləkəçiliyə qarşı müqavimət simvoludur. İrandakı "Mədain sarayı"na ("Mədain xərabələri") bərabər tutulan Ərk qalası (Əlişah qalası) Elxani hökmdarı Sultan Xudabəndi və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi əsasında hicri-qəməri tarixi ilə 716-724-cü illərdə (1338-1345-ci illərdə) tikilib. Qacarlar dövrünə qədər bu tarixi binadan dövlət əhəmiyyətli hərbi obyekt, qəsr kimi istifadə edilib. Məşrutə hərəkatı dönəmində isə Səttarxan, Bağırxan və Təbrizin başqa mücahidlərinin əsas bazalarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumu zamanı xəsarət alıb.
1979-cu ilin fevralından sonra inqilabın ilk illərində bu qala "şahdan qalma" abidə sayılaraq dağıdılmaq təhlükəsi ilə üz-üzə qalıb. Amma o illərdə Təbrizin əhalisi orada məscid mehrabı olduğunu əsas göstərərək abidəni dağıdılmaqdan qoruyub. Lakin bu da türkün bu möhtəşəm tarixi irsini dağıdılmaq təhlükəsindən tam qoruya bilməyib. Bir müddət sonra Tehran hakimiyyəti Ərk qalasının qonşuluğunda yerləşən Təbriz Milli Kitabxanasının və tayı-bərabəri olmayan "Balabağ" teatr binalarını dağıtmaqla kütləvi namaz qılmaq üçün meydan tikməyə başladı. Təbrizin o vaxtkı imam cüməsi ayətulla Mədəni bu sayaq özbaşınalığı əsas götürərək Ərkin divarlarının partladılması barədə Tehrandan gələn əmri yerinə yetirdi. Bununla da illərin təbii fəlakətlərinə və çar Rusiyasının işğalçı hücumlarına dözən Ərk qalasına İslam Respublikasının yürütdüyü şovinist davranış ciddi zərbə vurdu. Halbuki kütləvi namaz qılmaqdan ötrü şəhərin başqa ərazisində də yer tikmək mümkün idi.
Ayətulla Mədənidən sonra ayətulla Müslüm Mələkquti Təbrizə imam cümə təyin edildi. O da sələfinin işini davam etdirdi. Ərkin tamamilə yer üzündən silinməsi üçün növbə indi də şəhərin imam cüməsi ayətulla Müctəhid Şəbüstəriyə çatıb. Onu da qeyd etmək lazımdır ki, qalanın dağıdılması işi İranın "Quruculuq işləri üzrə cihad təşkilatı"na tapşırılıb.
Hazırda Ərkin bütünlükdə məhv edilməsi üçün plan hazırlanıb. Onun yerində ibadət üçün ərazi ilə yanaşı, çoxmərtəbəli yeraltı avtomobil dayanacağı (uzunluğu 420, eni 18 metr olan və 600 avtomobil tutan sahə) tikmək nəzərdə tutulub.

ayna

Urmu-nun tarixi bələdiyə binasının qurunmuş alani və görüntüsü pozulub!

Urmu-nun tarixi bələdiyə binasının qurunmuş alani və görüntüsü pozulub!




Fars şovonistləri nəqədər Azərbaycanda Erməni abidələrinə maraxli olsalarda, bir o qədər Azərbaycanın Türk abidələrinə zidd hissiyat doludurlar.

Son günlərdə Ermənilərə aiyd olduğu iddia olunan, ancaq onlarla əlaqəsi olmayan kilsələr YUNESCO-da qorunan abidələr listəsinə artırılıb. Bununla birlikdə, Təbrizin Ərk Qalasi dağıtılır, Urmuda bələdiyə binasının qorunmuş alani pozulur, Zənganda Sultaniyə Günbəzi sökülür, Ərdəbildə Səfiyəddin Ərdəbili məqbərəsi sökülür, Təbrizdə Səttarxanın Evi sökülür, Miyanada Qız Körpüsü sökülür, Kəleybərdə Baybək qalasi sökülür, Təbrizdə Yanqın Söndürmək idarəsinin minarəsinə verilən qorunmuş alan pozulur, Təbrizdə Göy Məçid və qorunmuş alani pozulur, Təbrizdə Samavarçı bazarın dağıtıblar, Təbrizin dünyada tək olan üstörtülü bazarın dağıtırlar, Təbrizdə geniş çapda yer alan Şamqazan bölgəsi təp-çövür olur və tarixdən silinir v.s. Bunların çoxu əsrlər Azərbaycani təmsil edə biləcək qədər tarix və dəyərə sahib olan abidələrdirlər. Hələ bunlar bizim bildigimizlərdən bir azıdırlar, daha çox abidələrimiz vardır ki listələrdə olmadıqlari üçün dağılmalarından kiminsə xəbəri olmaiyb və olmayacaqda! BayBak önəribdir ki tarixi varlıqlarınmızın listəsin yaratmağ üçün geniş bir çaba başlamalıdır. Bunda milli fəallar özən verməlidirlər.

Ama, bunlari görübdə Fars bölgələrinə verilən önəm barədə susmağ xiyanət sayılacaqdır. Elə ona görədir ki BayBak öz çabalari doğrultusunda belə xəbərləri yaymaği özünə bir milli görəv bilir.

Son günlərdə İran adlanan ülkənin yetkililəri o ülkədə həzinə olunan pulların 85%-ni Millətlər düşmani olan Firdovsi-ni yaşatmağa xərcləiyrlər! Tus bölgəsi ülkənin başabaşında tarixi əsərləri qorumağ üçün ayırılan budcənin 85%-ni özünə ixtisas verib!

İsfahan Türk imparatorlari tərəfindən abad olsada, Səfəvi İmparatorluğu orani din və tarix tanıği etsədə, Farslar orani mənimsəməgi başarıblar. Nəqşi Cahan meydanından uzaqda tikilən binalari sökdürməgə qalxan Fars şovonistləri, meydanın görüntüsü pozulur diyə o binanın qıssatılmasına naiyl olublar! Ama, Urmuda tarixi bələdiyə binasının tam arxasında çirkin bir çiban tikmək üçün kimsənin səsi çıxmayıb! Nədən?

baybak

Guney Azerbaycan milli herekatina

Eziz hemvetenler!
Avqust ayinin 7-de Tebriz vaxti ile axsham saat 9:00-da sayin A.Obali beyin canli proqraminda "Guney Azerbaycan milli herekatina simge yaxud bayraq lazimdirmi"? movzuda genish muzakire aparilacaqdir. Proqramda bir neche deyerli soydashlarimiz ishtirak edecekdir. Adi chekilen movzuda maraqli olan butun saydashlarimizi bu proqramda feal ishtirak etmeye devet edirik.
Gunaz TV, canli yayim redaksiyasi.