azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ağustos 2008 Cuma

Zaqatala rayonunda qanunsuz dini fəaliyyətlə məşğul olan Rusiya vətəndaşı bu gecə Azərbaycandan deportasiya olunacaq

Zaqatala rayonunda qanunsuz dini fəaliyyətlə məşğul olan Rusiya vətəndaşı bu gecə Azərbaycandan deportasiya olunacaq




“Xristian-Baptist” dini icmasının fəallarından olan Rusiya vətəndaşının Azərbaycanın Zaqatala rayonunda qanunsuz dini fəaliyyətlə məşğul olduğu müəyyənləşdirilib.

Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Kamandar Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində əslən ingiloy olan Rusiya vətəndaşı, 1949-cu il təvəllüdlü İmamzadə Əlisoltan qızı Mamedovanın Zaqatala rayonu ərazisində qanunsuz dini fəaliyyətlə məşğul olduğu aşkarlanıb.

Rusiyanın Soçi şəhərindən Zaqatalaya gələrək burada bir aylıq müvəqqəti qeydiyyata düşən İ. Mamedova rayonun Əliabad kəndində məskunlaşaraq, təmsil etdiyi “Xristian-Baptist” dini icmasının qanunsuz təbliği ilə məşğul olub. Polis əməkdaşlarının İ. Mamedovanın yaşadığı mənzildə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan küllü miqdarda qadağan olunmuş dini ədəbiyyat və video-kasetlər də aşkarlanaraq götürülüb. Aşkar edilmiş faktlarla əlaqədar İ. Mamedovanın RPŞ tərəfindən nəzarətə götürüldüyünü vurğulayan rəis müavini onun bu gecə ölkəsinə deportasiya ediləcəyini bildirib. Rəis müavini bununla əlaqədar İ. Mamedovanın Bakı şəhərinə göndəriləcəyini, deportasiya prosesinin paytaxtdan icra ediləcəyini deyib.apa

Hiç yorum yok: