azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ağustos 2008 Cuma

İRANDA KƏRƏC QOHƏRDƏŞT HƏBSXANASINDA SIYASI MƏHBUSLARA AĞIR IŞƏNGƏLƏR VERILIR


İRANDA KƏRƏC QOHƏRDƏŞT HƏBSXANASINDA SIYASI MƏHBUSLARA AĞIR IŞƏNGƏLƏR VERILIR


DAK informasiya mərkəzinin Güneydən aldığı məlumata əsasən Kərəc şəhərinin Qohərdəşt həbsxanasında 50 yaşlı siyasi məhbus Əlican Gərayi və onun oğlu Möhsün Gərayi 33 gündür qorxunc Qohərdəşt həbsxanasının təknəfərlik kameralarında ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Bu həbsxana İranın ən qorxunc işgəncə və edamlarla məşhur olan həbsxanalarındandır. Təknəfərlik kameraları həbsxananın rəisi Əli Hacıkazım tərəfindən 40 ədəd siyasi məhbuslara işgəncə verilmək üçün nəzərdə tutulub. Bu kameralar həddindən artıq kiçik olduğundan sadəcə bir balaca pəncərə ilə kifayətlənərək məhbuslar ağır, fiziki və ruhi işgəncələrə məruz qoyulurlar.

Orda saxlanılan məhbusların əl və ayaqları qandallanır. Məhbusun əlini arxadan kəmərinə qandallayaraq heç bir hərərkət etmək imkanı olmayır. Məhbuslar gözü və əl-ayağı bağlı şəkildə 7-8 əlidəyənəkli ETTELAAT məmurları qəfildən hücuma keçərək siyasi məhbuslara ağır bədən xəsarətləri yetirirlər. Hətta məhbuslara ayaq yoluna çıxamağa belə icazə vermirlər. Təmiz hava üçündə heç bir şərait yaradılmır. Yaralı məhbuslara heç bir tibbi yardım göstərilmir. Bu həbsxananın ağır şəraiti və qorxunc işgəncələri nəticəsində indiyə qədər yüzlərlə siyasi məhbus işgəncə nəticəsində həlak olmuş və ya şübhəli şəkildə öldürülmüş, bəzi hallarda da intihar etmişlər.

Əlican Gərayi və onun övladı Möhsün Gərayi təxminən bir ay öncə ETTELAAT tərəfindən həbs edilərək Qohərdəşt həbsxanasının təknəfərlik kameralarına yerləşdirilib. Hər ikisi Rza Arifi adlı ETTELAAT müstəntiqi tərəfindən dindirilərək ağır işgəncələrə məruz qoyulublar. Sonra isə onları Nəvid Xədyəvi həbsxananın təhlükəsizlik idarəsinin məsuluna təhfil veriblər.

Bu həbsxanada Evin həbsxanasında təcrübəli işgəncəverənlər və ETTELAAT-ın igəncəverənlərindən ibarət xüsusi təyinatlılar siyasi məhbuslara işgəncə vermək üçün gətiriliblər.

Həbsxananın strukturlarında təmsil olunan Kirmani, Nəvid Xədyəvi və Mirzayi adlı edamda və işgəncədə xüsusi təcrübələri olan ETTELAAT görəvliləri həbsxanada saxlanılan siyasi məhbusların şəxsiyyətini və mənliyini ləkələmək üçün cinayətkar və narkaman məhbuslardan onlara qarşı istifadələr edirlər.

Bir müddət öncə Qohərdəşt həbsxanasında aksiya keçirən siyasi məhbusların qarşısına cinayətkar məhbuslarla yanaşı ETTELAAT məmurları da bütün qəddarlıqlara əl ataraq həbsxana daxilindəki aksiyanın qan tökməklə yatırtmağa nail olmuşlar.

Hal hazırda Kərəc-Qöhərdəşt həbsxanasının təknəfərlik kameralarında çoxlu sayda siyasi məhbusun saxlanıldığı xəbər verilir.

Bu ilin əvvəllərində ETTELAAT məmuru olan Rza Arifi Gərayi ailəsindən 4 nəfəri həbs edib, ağır işgəncələr məruz qoyub. Heç bir vəkillə təmin edilmədən qondarma inqilab məhkəməsində onlara qarşı ağır ittihamlar irəli sürülmüşdür.

Ailə başçısı 50 yaşlı Əlican Gərayiyə 5 il, onun həyat yoldaşı xanım Şəhnaz Keypura 5 il, Azadə Gərayiyə 10 il, Möhsün Gərayiyə isə 10 il müddətinə həbs qəti imkanı verilmişdir.

Xatırladaq ki, Əlican Gərayinin qızının iki övladı 13 yaşlı Atna Gərayi və 17 yaşlı Ehsan Gərayi kimsəsiz qalaraq talelərindən heç bir xəbər yoxdur. Bu ailə ETTELAAT məmurları tərəfindən Xalq Mücahidləri partiyasının tərəfdarı kimi həbs edilib, hal hazırda Kərəc-Qohərdəşt həbsxanasında işgəncələr altındadırlar.

Qeyd edək ki, bu informasiya Qohərdəşt həbsxanasının daxilindən İranın demokrasi və insan haqları fəallarına göndərilibdir. Bu informasiyalar Evin həbsxanasında və Qohərdəşt həbsxanasında siyasi məhbuslara qarşı törədilən cinayətlərin yüzdə biridir. Demək olar ki, İranın əksər həbsxanalarında buna bənzər hadisələr hər gün davam etməkdədir.


www.dak.az

Hiç yorum yok: