azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Nisan 2009 Cuma

Ankara sərhədi açmaq ərəfəsindədir

"The Wall Street Journal": Türkiyə və Ermənistan aprelin 16-da sərhədləri açılması və diplomatik münasibətlərin qurulmasını elan edə bilərlər


Türkiyə və Ermənistan aprelin 16-da sərhədlərin açılması və münasibətlərin bərpa edilməsini elan edə bilərlər. Bu barədə
Amerikanın nüfuzlu "The Wall Street Journal" qəzeti Brüseldəki mənbələrə istinadən xəbər verib. Tərəflərin rəsmi nümayəndələri hələ ki, bu məlumat haqqında şərh verməyiblər. ABŞ qəzeti isə iddia edir ki, Ankara və İrəvan diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması barədə hətta saziş imzalaya bilərlər.
Sazişə sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası və tarixi mübahisələrə baxılması üzrə komissiyaların yaradılması kimi məsələlər daxil olacaq. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza Türkiyə-Ermənistan sərhədinin açılmasının regionda münasibətlərə yeni və pozitiv dinamika gətirəcəyini söyləyib. "Wall Street Journal"ın məlumatına görə, Brayza Bakıya məhz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Qarabağ münaqişəsinin həllinə necə kömək edəcəyini müzakirə etmək məqsədi ilə gəlir.
Qəzet qeyd edir ki, saziş Qafqazda gərginliyin səngiməsinə gətirib çıxara, nəqliyyat və enerji nöqteyi-nəzərdən belə vacib regionda vəziyyətin sabitləşməsinə yardım edə və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına səbəb ola bilər. Bu həm də Türkiyənin regionda nüfuzunun güclənməsinin nümayişi olacaq. Vaşinqtonda hesab edirlər ki, erməni-türk münasibətlərinin normallaşması Konqresin qondarma soyqırımla bağlı qətnaməsini dondurmağa imkan verəcək.
ABŞ prezidenti Barak Obamanın aprelin 5-də Türkiyəyə başlayacaq səfəri və bu səfərin nəticələri Azərbaycan üçün də xüsusi önəm daşıyır. ABŞ prezidentinin səfərinin gündəmində İraq, Əfqanıstanla yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin də ön yerdə olacağı bildirilir.
"Wall Street Journal"ın mənbəsi Ermənistan-Türkiyə sazişinin imzalanmasının aprelin 16-na nəzərdə tutulduğunu desə də, bir sıra ekspertlər bunun ABŞ-ın soyqırım məsələsinə münasibətini bildirməli olduğu tarixdən - aprelin 24-dən tez baş verməyəcəyi qənaətindədir.
Xəbər verdiyimiz kimi, bir qədər əvvəl "Euronewc" da Avropa Birliyindəki yüksəkvəzifəli bürokratlara istinadən bildirmişdi ki, Obamanın səfərindən sonra Türkiyə-Ermənistan sərhədələri açıla bilər.
Qarabağ münaqişəsində Azərbaycanın xaricədən aldığı ən güclü dəstək Türkiyənin sərhədlərini Ermənistanın üzünə bağlamasıdır. Sərhədlərin açılması Qərbdə birmənalı olaraq müsbət qarşılansa da, Azərbaycanda bu məsələyə fərqli münasibətlər var. Bəzi ekspertlər hesab edirlər ki, sərhədlərin açılması Türkiyənin Ermənistana təzyiq imkanlarının artmasına səbəb olacaq. Digərləri isə bunun Ermənistana iqtisadi baxımdan kömək edəcəyini, ancaq Azərbaycana qarşı işğalçılıq, Türkiyə ilə münasibətdə isə "soyqırım siyasəti"ndən əl çəkməyəcəyini bildirirlər.
Politoloq Hikmət Hacızadə sərhədlərin açılması ehtimalından narahatdır. Onun sözlərinə görə, belə əhəmiyyətli saziş hazırlananda 1-2 il müzakirələr aparılır, müxtəlif görüşlər təşkil olunur. Eyni zamanda, politoloq "Ekspress"ə açıqlamasında sərhədlərin açılmasını Obamanın səfəri ilə əlaqləndirməyib: "Belə işlər axırda nəzərdə tutlulur ki, Obama da gəlsin otursun süfrənin başında. Bunlar ictimai rəy üçündür. Obama Türkiyəyə konkret məsələni dəyişdirmək üçün gəlmir. Bu plan bir neçə ildi işlənir".
Politoloq Zərdüşt Əlizadə də sərhədlərin açılmasının Obamanın gəlişi ilə bağlamağı düzgün hesab etmir. Türkiyə-Ermənistan münasibətlərinin Ankara-Vaşinqton danışıqlarında əsas olmasa da, gündəlikdə olan məsələlərdən biri olduğunu deyən politoloq diqqəti buna cəlb edir ki, artıq neçə vaxtdır ki, Türkiyə Ermənistan ilə danışıqlar aparır və sərhədlərin açılması üçün hər hansı saziş, sənəd hazırlanmalıdır.
Ermənistanın blokadadan çıxacağına gəlincəsə, Əlizadə bunu
nağıl adlandırıb:" Erməni uydurmasıdır və bizim mətbuat da bu uydurmanı dəstəkləyir. Ermənistanın iki tərəfdən - Gürcüstan və İran vasitəsilə çıxışı varsa, bu blokada deyil. Blokada hər tərəfdən mühasirə deməkdir. Əgər Ermənistanın iki tərfdən çıxışı varsa, bunun nəyi blokada oldu. Ermənistan istədiyi malı alıb-satır. Sadəcə satmağa malı yoxdur".
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu
yaxın zamanlarda Türkiyə-Ermənistan sərhəddinin açılmasını tamamilə real sayır:"İki ölkə arasında diplomatik əlaqələrin qurulmasını da gözləmək olar".
Ekspert "Turan"a şərhində bildirib ki, Türkiyənin Ermənistanla sərhədi açması Ankaranın Cənubi Qafqazda əsas geosiyasi oyunçuya çevrilməsi ilə şərtlənən zərurətdir:
" Digər tərəfdən, Türkiyə, regionda yeni rolunu nəzərə alaraq, artıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyə bilməyəcək". Amma Azərbaycan vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışmalı və heç bir halda yeganə müttəfiqi olan Türkiyə ilə münasibətləri pozmamalıdır:"Türkiyənin regionda nüfuzunun və təsirinin artması Azərbaycanın maraqlarına cavab verir. Axı, Ermənistan Türkiyə ilə nə qədər yaxınlaşsa da, ona Azərbaycan qədər yaxın ola bilməyəcək".
Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Riçard Qirakosyan da bu fikirdədir ki,
Ermənistan-Türkiyə sərhədi artıq bu il açılacaq:"Amma bu, yalnız maydan sonra baş verə bilər. Düşünürəm ki, türk diplomatları ABŞ prezidentinin Türkiyəyə səfərindən sonra hadisələrin inkişafını, habelə aprelin 24-də onun nitqini gözləyəcəklər. Lakin ABŞ-ın soyqırımı tanıyıb-tanımayacağından asılı olmayaraq, Ermənistanın Türkiyəyə təsir vasitələri çox deyil. Ermənistan tərəfi həmişə Türkiyənin Ermənistanla sərhədləri açmalı və qeyd-şərtsiz normal diplomatik əlaqələrə başlamalı olmasında israr edib" ("Turan").
ABŞ-ın Brukinq İnstitutunun Türkiyə layihəsinin direktoru Ömər Taşpınarsa APA-ya müsahibəsində bildirib ki, Türkiyə tez və ya gec sərhədləri açacaq" Lakin əvəzində Ermənistandan nə isə əldə etməlidir. Söhbət təkcə 1915-ci il hadisələri ilə bağlı birgə komissiyanın yaradılması və digər məsələlərdən getmir. Qarabağ münaqişəndə də irəliləyiş müşahidə olunmalıdır".
Onun fikrincə, Türkiyə regionda geniş siyasi oyun aparmalıdır:" Minsk Qrupu indi iflic vəziyyətindədir. Lakin bilirəm ki, Metyu Brayza erməniləri hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarmağa inandırmağa çalışır. Əgər bu simvolik geriçəkilmə baş tutsa, Türkiyə üçün sərhədin açılması daha rahat olacaq. Bilirsiniz ki, Türkiyədə ciddi Azərbaycan lobbisi var. Sıravi insanlar da Azərbaycana görə narahatdır. Türkiyə hökuməti də Ermənistanla bağlı siyasətində Azərbaycanı nəzərə alır. Ən yaxşı variant odur ki, ermənilər bəzi qoşunlarını işğal olunmuş 7 rayondan çıxarır, Türkiyə isə bundan sonra sərhədi aça bilər. Bundan sonra isə prezident Obamanın xüsusi elçisi təyin olunmaqla Minsk Qrupunun fəaliyyətinə ciddi təkan verilə bilər. Zənnimcə, bu, problemi həll etmək üçün ən yaxşı yoldur. Ermənistan heç bir addım atmadığı halda Türkiyə sərhədləri açarsa, bu, Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcək". Ömər Taşpınar hesab edir ki, iki həftə ərzində - aprelin 24-nə qədər nəsə baş verəcək.
Sonda qeyd edək ki, uzunluğu 268 km olan Ermənistan-Türkiyə sərhəddi Ermənistanın xarici sərhədlərinin ümumi uzunluğunun 21,4%-ni təşkil edir. 1993-cü ildən bütün daşımalar, o cümlədən humanitar yüklərin daşınması üçün bağlıdır.
Qeyri-rəsmi məlumatlara görə, Türkiyə vətəndaşlarının təxminən 60 min nəfəri milliyyətcə ermənidir. Ermənistanın 30-50 min vətəndaşı Türkiyədə əmək miqrantı kimi yaşayır. Bundan başqa, Türkiyəyə hər il turist və kiçik biznesmen kimi 100 minə yaxın erməni gəlir. İki ölkə arasında qeyri-rəsmi ticarət İran və Gürcüstan vasitəsilə həyata keçirilir. Bu ticarətin həcmi, ekspertlərin qiymətləndirmələrinə görə, ildə $50-100 milyon arasındadır.
Son vaxtlar Türkiyə Ermənistan təyyarələri üçün hava sərhədini açıb. Ermənistandan Trabzon, Antalya və İstanbula müntəzəm aviareyslər var. Bundan başqa, Ermənistandan Türkiyənin şərq regionlarına elektrik enerjisi verilməsi, həmçinin Ankaranın Ermənistan ərazisində enerji obyektlərinin tikintisində mümkün iştirakı haqda razılıq əldə olunub.
Beləliklə, "futbol diplomatiyası" ilə - 2008-ci il sentyabrında Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə Ermənistan-Türkiyə yığmaları arasında futbol matçını seyr etmək üçün ilk dəfə İrəvana səfər etməsi ilə başlayan sıcaq təmaslar artıq iki ölkə arasında diplomatik münasibətlərin qurulması ərəfəsindədir. Bunun regionun mənzərəsinə hansı dəyişiklər gətirəcəyini və Azərbaycana nə vəd edəcəyini isə hazırda proqnozlaşdırmaq olluqca mürəkkəb məsələdir. Gözləyək, görək nələr olacaq...
Xaqani Rüstəm
Bəkir Nərimanoğlu

Azərbaycan Türkiyəyə qaz nəqlini dayandıra bilər

Türkiyənin “Hürriyət” qəzeti belə bir iddia ilə çıxış edib ki, Yerevan və Ankara Bakıdan separat razılaşma əldə etsələr, Azərbaycan Türkiyəyə qaz nəqlini dayandıra bilər.

Türk nəşrinin iddiasına görə, Azərbaycan rəhbərliyi Qarabağa dair irəliləyiş əldə olunmayacağı halda Yerevan və Ankara arasında sərhədlər açılsa, Türkiyə Xəzərdən çıxan qazsız qala bilər.

Xəzərdəki “Şahdəniz” qaz yatağından çıxarılan təbii qazın istismarı və nəqli ilə bir qrup Avropa şirkətinin üstünlük təşkil etdiyi konsorsium və BOTAŞ şirkəti məşqul olur.

Müvafiq saziş 2001-ci ildə baqlanıb. Qazın nəqli barədə saziş isə 16 il müddətinə baqlanıb.

Hazırda “Şahdəniz” qazının əsas idxalçılarından biri Türkiyədir və hər il bu ölkəyə 6 milyard kubmetrdən çox qaz nəql olunur.

Azərbaycanın hər hansı səbəblər ucbatından qaz nəqlini dayandırması iddialarına gəldikdə isə, enerji məsələləri üzrə təhlilçi İlham Şaban bunu "heç bir əsası olmayan mülahizə" adlandırır.

Belə ki, sazişə əsasən, qazın sahabi Azərbaycan höküməti deyil, Norveçin Statoyl şirkətidir.

Onun sözlərinə görə, hüquqi baxımından Azərbaycan tərəfinin Türkiyəyə qazın nəqlini dayandırmaq hüququ yoxdur, Lakin hətta bu nəzəri cəhətdən təsəvvür edilsə, Bakı beynəlxalq kommersiya məhkəmələrinə verilə bilər.

Ramin Sadıki'ye özgürlük

İranlı insan hakları kuruluşları ve haber kaynakları tarafından verilen bilgilere göre, 5 Şubat'tan beri Erdebil şehrinin Ettelaat (İstihbarat Bakanlığı) sorgu merkezinde tutuklu bulunan Azerbaycanlı aktivist Ramin Sadıki, sorgu görevlileri tarafından ağır işkencelere maruz bırakılmaktadır.

Hapishaneden serbest bırakılan bazı mahpusların verdikleri bilgilere göre Ramin Sadıki'ye, tanınmış Azerbaycanlı aktivistlerle ilgili asılsız suç senaryolarını kabul ettirmek amacıyla elektrik şoku,kırbaç ve çeşitli işkence aletleriyle eziyet edilmektedir.

Can güvenliğinden endişe edilen Ramin Sadıki'nin gözaltına alındığı günden beri avukatı ve ailesiyle görüştürülmediği bildirilmiştir.

Ramin Sadıki, daha önce 21 Şubat 2007 tarihinde Dünya Anadili kutlamalarında bildiriler yaydığı için gözaltına alınmış ve bir aydan sonra teminat karşılığında serbest bırakılmıştı. Uluslararası Af örgütü, bu konuda yayınladığı raporda Sadıki'yi vicdan mahpusu ilan ederek bir an önce serbest bırakılması çağrısında bulunmuştu.

Ramin Sadıki'nin kardeşleri olan ve aynı günlerde gözaltına alınan İbrahim ve Mehmet Sadıki, kısa bir süre önce 30 bin dolar teminat karşılığında serbest bırakılmışlardı.

İran'da son bir ay içinde biri internet gazetecisi olan üç siyasi tutuklu, ümidrıza Mirsayafi, Emir Hüseyin Saran ve Ali Baduzade, hapishanede hayatını kaybetti

İran'daki Azerbeycan Türkleri haberleri - NETTAVIR

Ermənistanın xarici işlər naziri yenidən Türkiyəyə səfər edəcək

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Mədəniyyətlər ittifaqı” layihəsinin aprelin 6-7-də İstanbulda keçiriləcək toplantısında iştirak edəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, tədbirdə 30 ölkənin xarici siyasət idarələri rəhbərlərinin iştirakı nəzərdə tutulur. Aprelin 5-də Türkiyəyə gələcək ABŞ prezidenti Barak Obamanın toplantıda çıxışı gözlənilir.



Qeyd edək ki, BMT baş katibinin himayəsində həyata keçirilən “Mədəniyyətlər ittifaqı” layihəsinin həmsədrləri İspaniyanın baş naziri Xose Luis Zapatero və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandır.

2 Nisan 2009 Perşembe

GÜNEYLİ HƏRƏKATÇI OĞRULARLA BİR KAMERAYA KÖÇÜRÜLÜB


GÜNEYLİ HƏRƏKATÇI OĞRULARLA BİR KAMERAYA KÖÇÜRÜLÜB




İran Cinayət Məcəlləsinin “Milli təhlükəsizliyi pozmaq və casusluq” maddəsi üzrə təqsirli bilinən ərdəbilli hərəkat fəalı, Əli Abbasi daha öncə saxlandığı Ərdəbil həbsxanasının siyasi bölümündən çıxarılaraq, oğruların saxlandığı 4-cü bölümə köçürülüb.
Bu barədə “Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası” yaydığı son hesabatında bildirir. Mənbənin məlumatına görə, siyasi məhbus öz yaxınları ilə görüş zamanı saxlanma şəraitinin dözülməz olduğunu vurğulayıb. Əli Abbasi yaxınları ilə söhbətində bildirib ki, oğrular və adi cinayətkarların saxlandığı 4-cü bölümə köçürülməsi, ona psixoloji təzyiq göstərilməsi məqsədi ilə edilir. Əli Abbasi 2007-ci ilin oktyabrında Azərbaycan Respublikasından qayıdarkən Ərdəbildə həbs olunub. “Amerikanın səsi” xəbər verir ki, Abbasi təxminən 40 gün müddətinə Ərdəbil ETTELAAT-ının qapalı təcridxanasında saxlanılıb. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının bildirdiyinə görə, saxlandığı müddətdə cənab Abbasiyə ağır işgəncələr verilib. Daha sonra isə o, vəkilsiz və tam qapalı keçirilən məhkəmənin sonunda, Ərdəbil İslam İnqilab Məhkəməsinin hakimi tərəfindən 11 il həbsə məhkum edilib. Cənab Abbasinin haqqında çıxarılmış 11 illik həbs cəzası, daha yuxarı məhkəmə tərəfindən 5 il həbslə əvəzlənib.
Cavid TURAN

TEHRANIN AZƏRBAYCANA DAİR SEÇKİ SSENARİSİ

TEHRANIN AZƏRBAYCANA DAİR SEÇKİ SSENARİSİ
Təbrizli soydaşımız hesab edir ki, azərbaycanlılar qarşıdan gələn siyasi kampaniyanı boykot etməlidirlər



İranda kimin prezident seçilməsi çox da önəmli deyil. Çünki ölkəni dini şuralar və ya ayətulla Xamneyinin başçılığı altında bir sistem idarə edir. Şübhəsiz, ölkə daxilində, idarəçilikdə bəzi qüvvələrin də rolu və payı var. Buna Türkiyədə işlədilən "dərin dövlət" termini uyğun gəlir. Fikrimizcə, siyasi-ideoloji cərəyana mənsubluğundan asılı olmayaraq panirançı, panfarsçı qüvvələrin bir çox məsələlərdə ortaq mövqedən çıxış etməsi həmin sistemin əməyinin nəticəsidir. Belələri İrandakı millətlərin ən adi haqqının təmin edilməsi məsələsində də Tehran hakimiyyətinə uyğun mövqedən çıxış edir.

Məsələn, "Ayna"nın ötən saylarında xəbər verdiyimiz kimi, iki beynəlxalq radiostansiyanın fars redaksiyalarında çalışan əslən iranlılar da həmin xəttin qulluqçularıdır.
Sonuncu prezident seçkiləri isə daha çox şou xarakterli olub. İstər Xatəminin iki dəfə prezident olması, istərsə də indiki hökumət başçısı Əhmədinijatla keçmiş prezident Rəfsəncani arasında yarışma bunu açıq göstərdi. İndi də yeni seçki kampaniyasına hazırlıq gedir.
Yeri gəlmişkən, Güney Azərbaycan türklərinin haqlarının təmini baxımından ötən 30 ildə keçirilmiş bu siyasi kampaniyaların heç bir önəmi olmayıb.

XATƏMİ YENƏ ŞİRAZDAN BAŞLAYIB

Ötən gün İranda keçiriləcək prezident seçkisinə namizəd kimi qatılacaq namizədlərin qeydiyyat tarixi elan edilib. Daxili İşlər Nazirliyinin bəyanatına görə, 5 günlük qeydiyyat müddəti mayın 3-də başlayır.
Namizədliyə namizədlər arasında keçmiş hökumət başçısı Məhəmməd Xatəminin də adı var. Seçki kampaniyasına hazırlıq çərçivəsində o, martın 5-də Şiraza səfər edib. Keçmiş prezident, Əhmədinijat hökumətinin siyasi və iqtisadi siyasətini tənqid edərək ölkədə yoxsulluq və ədalətsizliyin baş alıb getdiyini, mənəviyyatın isə gündən-günə aşındığını vurğulayıb.
"Mediaforum"un məlumatına görə, Xatəmi deyib: "Şüar səsləndirməkdənsə, əhali arasında ayrı-seçkiliyə son qoymaq lazımdır. Əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün tədbir görülməlidir. Əgər ölkənin idarə olunması üsulunun inqilabın amalları istiqamətində olduğunu iddia ediriksə, onda nəzərə almaq lazımdır ki, inqilabın əsas ideya və amalları azadlıq, inkişaf, ədalətin bərqərar olunması, yoxsulluğu və ədalətsizliyi aradan qaldırmaqdır".
Mənəviyyatın təhlükədə olduğunu da vurğulayan keçmiş prezident bunları söyləyib: "Bu gün ölkədə müşahidə olunan siyasi, iqtisadi və təhlükəsizliklə bağlı çatışmazlıqlarla yanaşı, mənəviyyatın durumuna da toxunmaq lazımdır. İran İslam Respublikasında mənəviyyat məhvə doğru gedir".
Prezidentliyi dövründə Xatəmi vətəndaşlara verdiyi vədləri yerinə yetirmədiyi üçün saxta islahatçı sayıla bilər. Başqa sözlə, onun bu gün dolayı yolla Əhmədinijatı ittiham etdiyi məsələlərdə Xatəminin də payı var. Bu həm də mövcud hakimiyyətin siyasi-ideoloji mahiyyətindən doğur. İnqilabın şüarları düz 30 ildir yerinə yetirilmir. İnqilabdan sonra insan hüquqları bütün sahələrdə pozulmaqdadır.

NƏDƏN YENƏ ŞİRAZ?

Baybək Təbrizli adlı soydaşımızın "Azərbaycanda Xatəmini sevənlərdən soruşulur: Xatəmi seçki səfərlərini nədən Şirazdan başlayıb?" başlıqlı yazısı da İslam Respublikasına prezidentlik etmişlərin Azərbaycan üçün önəmindən bəhs edir. Müəllifin fikrincə, ölkədə prezident seçkisi yaxınlaşdıqca məsələ ətrafında çoxsaylı mübahisə və müzakirələr aparılır: "Azərbaycanda isə durum bambaşqadır. Qarşıdan gələn seçkiyə Güney Azərbaycanda lazımi maraq göstərilmir. Bundan başqa, namizədlərin dəstəklənməsindən ötrü geniş reklam aparılmır".
B.Təbrizli bildirib ki, hakimiyyət beynəlxalq miqyasda nüfuzunu artırmaq, hakimiyyətdaxili münasibətlərdə yaranmış gərginliyi azaltmaq üçün bir sıra addımlar atmaqla bu siyasi kampaniyadan da yararlanmaq niyyətindədir.
Müəllif yazır: "Demək olar ki, Azərbaycan İranın ən önəmli bölgəsidir. Bura devrimlər bölgəsi adlanır. 1979-cu il inqilabında Azərbaycan, özəlliklə Təbriz ilk, həm də açar rolu oynayıb. Amma ötən 30 ildən günümüzə baxanda bu rol qarşılığında məntiqi sonuc əldə edilmədiyinin şahidi oluruq".
B.Təbrizlinin qənaətincə, qarşıdan gələn prezident seçkisində Azərbaycan üçün bir neçə ssenari yazılıb:

Əkbər Ələmi namizəd olacağı halda;
Mirhüseyn Musəvi namizəd olacağı halda;
İslahatçı Məhəmməd Xatəmi namizəd olacağı halda.
Ümumiran üçün isə təxminən belə bir ssenari yazılıb:

Əhmədinijat namizəd olacağı halda;
Mehdi Kərrubi namizəd olacağı halda;
Adı hələ çəkilməyən, ancaq İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından olmuş şəxslərdən biri namizəd olacağı halda;
Heç gündəlikdə olmayan, Xamneyinin gizli müşavirlərindən biri namizəd olacağı halda.
Bu ssenarilərin hamısı, əslində, bir məqsədə xidmət edir. O da fars üstünlüyü ilə qurulmuş, dini və siyasi güc qazanmış, beynəlxalq diplomatik marşrutlara malik olan hakimiyyəti qorumaqdır. Belə bir hakimiyyətin qorunması isə fars olmayanların daha çox əzilməsi, məhv edilməsi deməkdir...
Bu siyasi kampaniya farsla farsın arasında gedən güc savaşıdır. Tərəflərdən birinin qazanması fars olmayanların heç birinin yararına olmayacaq. Amma Azərbaycan kimi önəmli bir bölgə fars hakimiyyətinə qarşı durub seçkini boykot edərsə, o zaman faydalı elementlər əldə edə bilər. Hazırda diqqət İrana yönəldiyindən mövcud rejim beynəlxalq aləmdə daha da ifşa olunacaq. Belə bir halda Azərbaycana da diqqətin artacağı istisna edilmir.
Baybək Təbrizlinin fikrincə, hakimiyyət Azərbaycana vurduğu zərbələri xatırlayaraq yeni qərarlar verə bilər: a) Azərbaycana az da olsa azadlıq verilsin; b) indiki durumu daha gərginləşdirərək Azərbaycanda hərbi vəziyyət yaratsın.

Bu iki qərarın sonu necə ola bilər?

Müəllifin düşüncəsinə görə, birinci vəziyyətdə millətimiz arasında milli haqlarımızla bağlı daha çox maarifləndirmə işi aparmaq olar. İkincidə isə İslam Respublikasının cinayətkar siması daha da aşkarlanar, beynəlxalq miqyasda təpkilər artar. Bu da nəticədə Güney Azərbaycan məsələsinin dünya gündəliyinə çıxmasını tezləşdirə bilər.
"Amerika ilə Çin arasında münasibətlərin istiləşməsi, Rusiyada keçmiş SSRİ-ni bərpa etmək cəhdi göstərilməsi, İraq, Pakistan, Əfqanıstanda gedən proseslər, Özbəkistan, Qırğızıstan, Gürcüstanda supergüclərin dişlərini qıcıtması, İsrail - Fələstin məsələsinin ən böhranlı mərhələyə gəlib çıxması bizim də ayıq-sayıq olmağımızı tələb edir. Bölgəsəl toqquşmaların örnəyi kimi kürdlərin, ermənilərin silahlanmasını, bəlucların gizli anlaşmalarını, ərəblərin silahlı savaşlarının yeni dalğasının başlayacağını, Tehran hakimiyyətinin nüvə silahı hazırlaması istiqamətində işlərin sürətləndiyini göstərmək olar.
Bütün bu olayların Yaxın Şərqdə baş verdiyini nəzərə alsaq, onun göbəyi olan Azərbaycanda durumun nə qədər ağır olduğunu anlamaq o qədər də çətin deyil...
İranda bir Qorbaçov aramaq yanlışdır. Çünki İslam Respublikasını idarə edənlər arasında beləsi yoxdur.
Maraqlı olan odur ki, Quzey Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və şəxslər məsələni incələmədən, onu bilmədən Güney Azərbaycana yönəlik qərar verib bəlli şəxslərin namizədliyini dəstəkləyir. Bu, səhv olduğu qədər də təhlükəli addımdır. "Şiraz türklərindir" gerçəkliyi mənə aydın olsa da, bu məsələdən vaz keçib həmin şəhər "farsların tarixi başkəndidir" ideyasına qayıdıram. Məhəmməd Xatəmi "mədəniyyətlərarası dialoq" ideyasını ortaya atıb. Bu ideyadan yararlanıb İranı, daha çox farsları mədəniyyət sahibi olaraq dünyaya qəbul etdirməyə çalışır", - deyə müəllif yazır.
İndi Xatəminin nədən Şirazdan başladığına az da olsa aydınlıq gətirdik. Türklərin tarixi torpağında bütün yerli əhalini məhv edərək oralarda hakimiyyət qurmuşların xülyasına dəstək vermək ağıl və məntiqəsığan işdirmi? Qətiyyən yox. Xatəmi prezidentlik etdiyi əvvəlki 8 ildə Azərbaycana xəyanət etmişdi. Həmin dövrdə də o, seçki kampaniyasına Şirazdan başlamışdı.
"Mədəniyyət həm də din anlamındadır. O zaman Xatəmi nədən seçkiqabağı gəzintilərinə şiələrin dini-ideoloji mərkəzlərindən sayılan Qum şəhərindən yaxud imam Rzanın məqbərəsi yerləşən Məşhəddən başlamadı? Yoxsa hər iki şəhər türklərin olduğundan mədəniyyət mərkəzi sayılmır?
Bunların cavabı çox sadədir. Xatəmi bir irqçi fars və "İran farslarındır" ideologiyasının daşıyıcılarındandır. Bu baxımdan Xatəmi və onun yanındakılar nə etdiklərini yaxşı bilirlər. Amma azərbaycanlılar, eləcə də fars olmayan başqa millətlərin düşünən insanları bu gerçəkləri bilmədən, ona yaxud onun əvəzedicisinə dayaq olurlar" yazan müəllifin qənaətincə, panfarsizmə, paniranizmə qulluq göstərməmək mübarizəsinə başlayanlar Azərbaycandan öz qazanclarına, maraqlarına görə istifadə edənləri düşmən sayırlar.

ƏHMƏDİNİJAT AZƏRBAYCANLILARI YENƏ TƏRİFLƏDİ

Bir nəfər Sokrata deyir ki, onu biri yaman tərifləyirdi. Bunu eşidən filosof zülüm-zülüm ağlamağa başlayır. Xəbər çatdıran filosofun ağlamasının səbəbini soruşduqda Sokrat cavab verir ki, bəs həmin adam çox nadandır: "Görünür, mən də onun yanında xoşuna gələn nadanlıq etmişəm".
İran prezidenti Mahmud Əhmədinijat Güney Azərbaycanın Urmiya şəhərinə səfər edib. Tehran rəsmiləri bir qayda olaraq Azərbaycan bölgələrini ziyarət zamanı türkləri "azəri" adı ilə çağıraraq köməkçi yaxud İranın quruculuğunda iştirak etmiş gəlmə etnos barəsində danışırmış kimi təriflər yağdırır, vədlər verirlər. Mövcud hakimiyyətin işinə yarayanlar həmişə təriflənir. Odur ki, yuxarıda çəkdiyimiz misal daha çox panfarsçılara, panirançılara qulluq göstərənlərə aiddir.
Bu dəfə də elə olub. Əhmədinijat Urmiyada jurnalistlərlə söhbətində Azərbaycanın "ülvi dəyərlər diyarı" olduğunu deyərək çıxışını belə davam etdirib: "Azərbaycan bizim üçün nemət və bərəkətdir. Bu diyar, o cümlədən Qərbi Azərbaycan ülvi dəyərlər məkanıdır. Bu əyalət müsəlman İranın müstəqilliyini, mədəniyyətini qoruyan layiqli, imanlı və mehriban sərhədçidir. Onlar həmişə güvəncli bir dayaq kimi İran xalqının yanında olublar. Qərbi Azərbaycan əyalətinin səması parlaq ulduzlarla doludur. Bu ulduzlar torpağın cəmiyyət üçün yetişdirdiyi pak, fədakar və faydalı insanlardır... Bu yurdun tarixi ədəb, hünər və fədakarlıqla doludur, insanları həmişə böyük iradə və güclü əllərlə İranın inkişafı uğrunda böyük rol oynayıblar..."
Əslində, Tehran rəsmilərinin bu sayaq ritorik çıxışları daha çox saxta, boğazdan yuxarı deyilən "bəy tərifi"nə oxşayır. Məqsədimiz heç də Əhmədinijatın dediklərini təhlil etmək deyil, çünki bu çalınmış havadır, artıq insanları belə bayağılıqla aldatmaq imkansızdır.
DAK informasiya mərkəzinin yaydığı xəbər urmiyalıların Əhmədinijata münasibətini əks etdirir. Məlumata əsasən, şəhərin mərkəzi küçələrində üstüaçıq maşında ayaq üstündə əhalini salamlayan İran hökumətinin başçısına insanların sıx olduğu yerdən ayaqqabı atılıb. Şahidlərin dediyinə görə, ETTELAAT və polis məmurları dərhal həmin istiqamətə hücum çəkib. Ancaq ayaqqabını atanı müəyyənləşdirə bilməyiblər. Bir neçə nəfər şübhəli şəxs qismində tutulub.
Məlumatda bildirilib ki, Urmiyanın Mütəhhəri küçəsindən keçən Əhmədinijat və onu mühafizə edən maşınların biri məktub vermək üçün yola çıxmış yaşlı bir kişini vurub. Amma Əhmədinijatın korteji heç nə olmayıbmış kimi yoluna davam edib. Hadisə yerinə toplaşan əhali etiraz etməyə başlayıb, polis və təhlükəsizlik məmurları ilə sakinlər arasında qarşıdurma baş verib. Təcili yardım maşını yaralanmış soydaşımızı xəstəxanaya aparıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Buşa İraqda yerli jurnalist ayaqqabısını atdıqdan sonra Tehran hakimiyyəti bəsici tələbələrdən ibarət qruplardan onun portretinə "ayaqqabı atmaq" kampaniyasını təşkil etmişdi.


S.SƏDRƏDDİN, "Ayna" qəzeti

NABUKKO”ya BİR ZƏRBƏ DƏ TEHRANDAN GƏLDİ

Avropa Birliyinin ümidlə baxdığı “Nabukko” layihəsinə daha bir zərbə İrandan gəldi. İran Avropaya qaz ixrac edəcək, ancaq fərqli marşrutla.

“Media forum” saytı xəbər verir ki, İranın neft naziri Qulamhüseyn Nozəri aprelin 1-də Dəməşqdə açıqlama verərək ölkəsinin Suriya və İraq üzərindən Avropaya qaz ixrac etməyi planlaşdırdığını deyib.

İranlı nazirin sözlərinə görə, İran-İraq-Suriya boru xətti ilə daşınacaq mavi yanacaq daha sonra Aralıq dənizi ilə Yunanıstan və İtaliyaya çatdırılacaq. Qulamhüseyn Nəzari layihənin həyata keçirilməsi üçün yaxınlarda İran, Suriya və İraq arasında üçtərəfli sazişin imzalanacağını dilə gətirib.

Tehran yeni boru xəttinə ad da tapıb: fars boru xətti.

İqtisadçı ekspertlər İranın qazını Türkiyə ilə deyil, İraq və Suriya üzərindən nəqlinə üstünlük verdiyinə diqqət çəkirlər. Ekspertlərin fikrincə, bununla İran qaz ixracında bütünlüklə Türkiyəyə bağlı olmaq istəmədiyini, bölgədə özünün də çəkisinin artmasına çalışır. Tehran gələcəkdə Türkmənistanın da bu layihəyə qoşulacağına ümidlidir. Söhbət türkmən qazının həmin xətlə Avropaya daşınmasından gedir.

İran bu layihəni həyata keçirməyə başlayarsa, onsuz da müəammalı duruma sürüklənən “Nabukko” boru xəttini birdəfəlik unutmaq lazım gələcək. Bir neçə gün öncə qaz ixracına dair Rusiya ilə Azərbaycan arasında da niyyət protokolu imzalandı ki, bu da “Nabukko”ya zərbəydi. “Nabukko”nu qazla doldurmalı olacaq Türkmənistandan da xəbər yoxdur. Avropanın özündə isə “Nabukko” ideyasını hərəkətə gətirmək üçün xüsusi canfəşanlıq yoxdur. Görünür, artıq avropalılara fərqi yoxdur: Azərbaycan və Türkmənistan qazını alacaqlar, yoxsa İran…




«Media forum»

İRANLI MƏHBUS JURNALİST BÖYÜK BRİTANİYA MƏTBUATININ İLLİK MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Həbsdə olan iranlı jurnalist və hüquq müdafiəçisi Məhəmməd Sədiq Kəbudvənd jurnalistika sahəsində xidmətləri və insan haqları uğrunda apardığı fəaliyyətinə görə Böyük Britaniya mətbuatının illik mükafatına layiq görülüb.

«Media forum» saytı xəbər verir ki, mükafatın verilməsi ilə bağlı yayılan bəyanatda deyilir: «Cənab Kəbudvənd jurnalistlik fəaliyyətlərinə, kürd fəalların sivil fəaliyyəti uğrunda mühüm roluna görə bu mükafata layiq görülüb».

2007-ci ilin iyun ayında həbs edilən Məhəmməd Sədiq Kəbudvənd Kürdüstan insan hüquqlarını müdafiə birliyi yaratmaqda, yalan yaymaqda və vətəndaşların asayişini pozmaqda günahlandırılaraq 11 il həbsə məhkum edilib.

1970-ci ildə təsis edilən Böyük Britaniya mətbuatının mükafatı hər il mətbuat və jurnalistika sahəsində apardığı səmərəli fəaliyyətlərinə görə dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərə verilir.




«Media forum»

Ermənipərəst konqresmendən etiraf: ““Soyqırım” tanınmayacaq”

ABŞ Konqresi uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsini bu il də qəbul etməyəcək.

APA-nın xəbərinə görə, bunu Nümayəndələr Palatasına təqdim olunmuş layihənin 4 müəllifindən biri, respublikaçı konqresmen Mark Kirk Türkiyənin “Akşam” qəzetinə müsahibəsində deyib.

O, hər il layihənin gündəmə gəldiyini, amma son anda siyasi səbəblərlə uğursuzluğa düçar olduğunu bildirib: “Bu il layihənin qəbuluna dair gözləntilər yüksəkdir, çünki prezident Obama ermənilərə söz verib. Ancaq məncə durum ümidsizdir. Nümayəndələr Palatasının sədri Nensi Pelosi layihəni keçirməyə cəsarət etməyəcək və prezident Obamanı çətin vəziyyətdə qoymayacaq. Layihə bu il də keçməyəcək, narahat olmayın”.
M. Kirkin sözlərinə görə, ermənilərə verilən söz yerinə yetirilməsə, 2010-cu ildə Konqresə keçiriləcək seçkilərdə demokratlar uduza bilər. Onun fikrincə, gələcəkdə Konqres mütləq “soyqırım”ı tanıyacaq.

LENT.AZ

Azərbaycan yalnız Arazın şimalı deyil...

Azərbaycan yalnız Arazın şimalı deyil...
Yaqub Mahmudov: "Arazdan cənubda bizim qədim tariximiz, mədəniyyətimiz, elmimiz yatır"

"Azərbaycanın ən qədim tarixi, məhz Ermənistan adlandırılan ərazidən araşdırılmağa başlanmalıdır. Tariximiz ən böyük saxtalaşdırılması isə ondan ibarətdir ki, uzun müddət ərzində Azərbaycan dedikdə yalnız Arazdan şimaldakı torpaqları nəzərdə tutulub".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hesab edir ki, artıq
belə stereotiplərdən uzaqlaşmaq vaxtı çatıb.

-Yaqub müəllim, son vaxtlar müəyyən qüvvələr tariximizin saxtalaşdırılması, olduğu kimi təqdim olunmaması üçün məqsədyönlü iş aparırlar. Tarix İnstitutu bu kimi hallara qarşı hansı tədbirlər görür?
- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda son illərdə Azərbaycan tarixinin yeni kəşfiyyat, müstəqillik düşüncəsi ilə araşdırılması sahəsində çox mühüm addımlar atılıb. Bu addımları biz davam etdirməkdəyik. Həqiqətən, Azərbaycanın şimalı Rusiya imperiyasının tərkibinə qatıldıqdan və daha sonra Rusiyadan heç də fərqlənməyən, daha amansız siyasət yeridən Sovet bolşevik imperiyası dövründə də tariximiz saxtalaşdırılıb və saxtalaşdırılmış tərzdə təqdim olunub.
Bu konsepsiyalar əsasında Azərbaycan xalqının mənşəyi, mədəniyyəti, tarixi torpaqlarının xalqımıza unutdurulmasına səy göstərilib. Tariximiz ən böyük saxtalaşdırılması ondan ibarətdir ki, uzun müddət ərzində Azərbaycan dedikdə Arazdan şimaldakı torpaqlar nəzərdə tutulub. Gənc nəslə yalnız bu ərazilər Azərbaycan kimi təqdim olunub.
Azərbaycanın çox böyük, geniş əraziləri, tarixi torpaqları, ayrı-ayrı dövrlərdəki imperiyalarımız barəsində xalqımıza məlumat verilməyib. Biz indi bu stereotiplərdən uzaqlaşmalıyıq. Bu istiqamətdə xüsusi bir məsələni qeyd etmək istərdim ki, Azərbaycanın tarixi torpaqları, onun bir hissəsi Arazdan şimaldakı torpaqları Rusiyaya qatıldıqdan sonra da bizim torpaqlarımız əlimizdən alınıb. Bu gün Ermənistan Respublikası deyilən ərazi vaxtilə Arazdan şimaldakı Azərbaycanın tarixi torpaqları olub. Bizim ərazimizdə erməni dövləti yaradılıb. Bu hissə tarixi tədqiqatlara daxil edilməyib.
Azərbaycanın ən qədim tarixi, məhz Ermənistan Respublikası adlanılan ərazidən araşdırılmağa başlanmalı, Oğuz türklərinin bu ərazidəki tarixi araşdırılmalıdır. Oğuz Xaqanın da bu ərazilərdə dəfn olunması ilə bağlı məlumatlarımız var. Bu ərazidə Azərbaycan xalqı çox qədim bir mədəniyyət yaradıb. Bu mədəniyyət mərkəzlərindən biri də İrəvan şəhəridir. Bizim bütün tarix dərsliklərimizdə, kitablarımızda, "Azərbaycan tarixi"nin 7 cildlik akademik nəşrində də indiki Ermənistan ərazisi tarixi torpaqlarımız kimi təqdim olunmalıdır.
- Bəs Cənubi Azərbaycandakı tarixi proseslər, oradakı torpaqlarımız və həmin ərazidə yaşayn Azərbaycan türklərinin tarixinin araşdırılması zamanı hansı prinsiplər üstün tutulur?
- Azərbaycanın cənubdakı torpaqlarının da tarixi işlənməyib. Arazdan cənubda bizim qədim tariximiz, mədəniyyətimiz, elmimiz yatır. Bu tarix gələcək nəsillər üçün lazımı cəhətdən araşdırılmayıb. Araşdırılmadığı üçün də bizim tariximiz saxtalaşdırılıb və beynimizdə Arazdan şimaldakı Azərbaycan ərazilərinin bir hissəsi Ermənistan, qalanları isə bizim tarixi torpaqlarımız kimi təqdim olunub.
Bir neçə il əvvəl "Qarabağın mükəmməl tarixini" 6 dildə hazırladıq. Bu kitabda Qarabağın ən qədim Azərbaycan torpağı olduğu sübuta yetirilib. Bu kitabda biz Qarabağa və İrəvana nə vaxt verildiyini aydın faktlarla göstərmişik.
Bundan sonra İngilis və Azərbaycan dillərində "Naxçıvan tarixi abidələri" kitabını çap etdirdik. Naxçıvan dünyanın ən qədim insan məskənlərindən biridir. Ermənilər bunları da özlərinə çıxmağa çalışdılar. Amma buna nail olmadılar. Bizim tədqiqatlarımız göstərir ki, Naxçıvan dünya tarixinin Azərbaycana verdiyi bir zər parçasıdır. Naxçıvan həyatın başlandığı yerdir, qədim türk torpağıdır. XIX əsrdə ermənilər Osmanlı və İrandan köçürüləndə də Naxçıvandakı sakinlər onları məskunlaşmağa qoymayıblar. Ondan sonra erməniləri Dərələyəzə köçürüblər.
- Tarix İnstitutu erməni yalanlarını ifşa etmək üçün hansı işlər görürür?
- Biz həmçinin "Kürəkçay müqaviləsi" adlı kitab çap etmişik. Bütün tarixçilərin əsərlərini daxil etdik, hər yerə də müxtəlif dillərdə göndərdik. Qarabağ xanlığı Rusiyaya qatılarkən bağlanan müqavilə ermənilərlə yox, Qarabağ xanlığı ilə bağlanıb. Rusiya tərəfi də xanlığın ərazisininin məhz Azərbaycan xalqına daxil olduğunu təsdiqləyib. Bundan sonra bu hissədə erməni təbliğatı kəsilib.
Bundan əlavə, biz "İndiki Ermənistan ərazisində dəyişdirilmiş Azərbaycan türk adları" kitabını hazırladıq. Bu kitaba ancaq azərbaycanlılara məxsus olan, yalnız ermənilər tərəfindən müxtəlif vaxtlarda dəyişdirilən adlar daxil edilib. Bu kitab Azərbaycan və ingilis dillərində dünyanın bir çox yerlərinə yayılıb. Tarix İnstitutunda da bu istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda biz itirdiyimiz torpaqların hamısının tarixi ilə əlaqədar xalqımıza tarixi əhəmiyyətli əsərlər verəcəyik.
Bu əsərlərin yardımı ilə 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı və 9500 km ərazini ermənilərə güzəştə getməsindən sonra orda Ermənistan dövlətinin yaranmasını bütün xalqımıza təqdim edəcəyik. 1918-ci ildən əvvəl bu torpaqlar Azərbaycana məxsus idi.
Rus və erməni şovinistləri Azərbaycan ərazisini xəyali "Böyük Ermənistan" dövlətinin tərkibinə qatmaq siyasəti yürüdüblər. Bu səbəbdən də bizim institumuzun fəaliyyətinə dövlət səviyyəsində əhəmiyyət verilir.
- Bu tarix ilk növbədə özümüzə aydın olmalıdır, sonra isə dünyaya təqdim olunmalıdır. Bu istiqamətdə hansı işlər görülüb?
- Bu illər ərzində görülən ən böyük iş ondan ibarətdir ki, ilk dəfə biz Azərbaycan xalqının pasportunu yaratmışıq. Bu vaxta kimi bizim atlasımız yox idi. Torpaqlarımızı Rusiyanın tərkibinə qatıldıqdan sonra bir hissəsi Ermənistana, digər hissəsi müxtəlif yollarla Gürcüstana verilib. Dərbənd və onun ətrafları Rusiyanın əlinə keçib.
Biz heç kəsə ərazi iddiası etmirik. Dövlətimizin xarici siyasətini dəstəkləyirik. Xarici siyasətimizin əsası odur ki, biz heç kimə ərazi iddiası irəli sürmürük, biz tariximizin sahibləyirik. Cənubi Azərbaycanın, oradakı insanlarımızın tarixi araşdırılıb və bu araşdırmalar gələcəkdə də davam etdiriləcək.
Bizim tərtib etdiyimiz atlaslar bəzi ölkələrdə müəyyən narazılıqlar doğursa da, biz ona əhəmiyyət vermirik, çünki bu elmi məsələdir. Bu atlasların vasitəsi ilə Azərbaycan öz tarixinə yiyə duracaq. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bizim əsas arzumuz da ondan ibarətdir ki, xalq öz tarixinə sahib çıxsın.
- Erməni yalanlarını beynəlxalq aləmdə ifşa etmək üçün Tarix İnstitunun arxivində kifayət qədər sənədlər varmı?
- AMEA-nın tarixçiləri erməniləri son 4-5 ildə beynəlxalq aləmdə çox ciddi ifşa edib. Onlar bizim çap etdiyimiz Qarabağ, Naxçıvan barədə tarixi əsərlərimizə cavab verə bilmirlər. Onlar çalışırlar ki, etnik qarşıdurma yaratmaq üçün konfranslar keçirsinlər, ölkəmizin daxilində bəzi insanları ələ alsınlar. Ermənilər bu yolu tutub. Mən sevinirəm ki, bu gün Azərbaycan tarixi hücuma keçib, ermənilər isə müdafiə olunurlar. Prezident İlham Əliyev hər zaman bizim tarixçilərə bildirirdi ki, ermənilər tarixçilərimizə qarşı bütün istiqamətlərdə total hücuma keçiblər. Biz öz informasiyamızı bu istiqamətə yönəltməliyik. Biz müdafiə mövqeyindən hücum mövqeyinə keçmişik.
- Bəzi tədqiqatçılar qeyd edirlər ki, Azərbaycanın əsil tarixi hələ yazılmayıb. Qeyd etdiyiniz tarixi əsərlər və tədqiqatlar Azərbaycanın əsil tarixini dünyaya çatdırmaq üçün kifayət edirmi?
- Bu fikir Azərbaycan tarixinə böhtandır. Azərbaycan tarixinin işlənməsi, yazılı tarixini xalqa çatdırmaq istiqamətində çox işlər görülüb. Qədim dövrlərdən bəri bütün tariximiz yazılıb. Həsən bəy Rumi kimi görkəmli tarixçilərimiz olub. Bunlar xalqımıza təqdim olunmayıb. Yalnız XIX əsrin əvvəllərində Rusiyanın işğalından sonra olan tarix xalqa təqdim olunub. Bizim əsil tariximiz sənədlərdə var, tarixçilərimiz yazıblar.
Bizim 7 cildlik "Azərbaycan tarixi" kitabımız var. Yəni, tariximizin araşdırılması istiqamətində biz çox işlər görmüşük. Ona görə də, tarix kitablarını oxumuyan, tariximiz haqqında anlayışları olmayanların bu cür fikirlər söyləməsini tarixçilərin əməyinə çox böyük böhtan kimi qiymətləndirirəm. İnstitumuzun hazırladığı atlas, 6 dildə olan "Qarabağ tarixi", "Azərbaycan-Gürcüstan münasibətləri", "İngiloylar haqqında" kitab, "Azərbaycanın orta əsrlər tarixinin mədəniyyəti", "Qarabağ xanlığı" barədə onlarla əsərləri, "Kürəkçay"ı görməmək olmaz. Məlumatsız dairələrin, tarixçilərin əməyinə belə qiymət verməsinə çox təəssüflənirəm. Tarix o zaman işlənəcək ki, işlənmiş əsərlərə qiymət veriləcək. Tarixçilərin işlərinə düzgün qiymət verilərsə, onlar daha da həvəslənib daha gözəl əsərlər yaradarlar.
- Tarixi proseslərin araşdırılması məqsədi ilə Azərbaycan hansı dövlətlərlə sıx əməkdaşlıq edir?
- Bizim bu istiqamətdə Rusiya, Gürcüstan, Türkiyə ilə sıx əlaqələrimiz var. Bu əlaqələri gələcəkdə daha da qiymətləndirəcəyik. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair Britaniyanın arxivlərindən sənəd alaraq, bu sənədin Azərbaycan, rus dilində təqdimatını keçirmişik. Bu sənədlər Xalq Cümhuriyyətini yeni səpkidə ortalığa qoyur. İngiltərədən gətirilən bu sənədlər, o zaman burdakı ingilis missiyasının verdiyi bütün gizli məktublar sübut edir ki, Qafqazda ən demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti olub. Cümhuriyyətin ictimai xadimləri haqqında çox dolğun, geniş materiallar var, daşnaqların Azərbaycana qarşı soyqırım törətməsi, Andronikin əməlləri ilə bağlı sənədlərin hamısı bizdə var. Bundan sonra çalışacağıq ki, Polşadan, Fransadan da başqa sənədlər gətirək. Xarici ölkələrdə Azərbaycanla bağlı nə kimi sənədlər varsa, onları gətirməyə çalışacağıq. Biz öz tariximizə sahib çıxacağıq.
Lalə Mehralı

Türkiyədə kürd və erməni radioları yayıma başladı

“TRT”-nin kürd dilində radiosu dünəndən, erməni dilində olan verilişlər isə bu gündən yayıma başlayıb.



Lent.az-ın xəbərinə görə, bu barədə “TRT”-nin yaydığı yazılı açıqlamada məlumat verilib. Kürd dilindəki “Radio-6” FM dalğasında 24 saat fasiləsiz yayımlanır. Erməni dilində verilişlər isə “Türkiyənin səsi” radiosu ilə yerli vaxtla saat 07:00-dan 07:30-dək və 18:00-dan 18:30-dək yayımlanacaq.



Hər iki radionu “TURKSTAT” peykilə də dinləmək mümkündür.

“Türkiyə-Ermənistan sərhədi aprelin 16-da açılacaq”

“Türkiyə-Ermənistan sərhədi aprelin 16-da açılacaq”
15:36 02-04-09




Wall Street Journal Ankara və İrəvanın böyük razılaşma imzalamağa hazırlaşdığını iddia edir



“Türkiyə və Ermənistan artıq aprelin 16-da sərhədləri açaraq diplomatik əlaqələri bərpa edə bilərlər. Tərəflərin rəsmi nümayəndələri hələlik bu informasiyanı şərh etmirlər. Amma razılaşma aprelin 16-da imzalana bilər”. Lent.az-ın məlumatına görə, bu barədə “Wall Street Journal” Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verir.



Diplomatlar bildiriblər ki, razılaşmaya sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və bir sıra mübahisəli məsələlər üzrə komissiyaların yaradılması bəndləri daxildir. Onların arasında hansısa xüsusi mübahisəli məsələ olduğu vurğulanır. Lakin diplomatlar məsələnin son dərəcə həssas olduğunu nəzərə alaraq onun nədən ibarət olduğunu açıqlamayıblar.

TRT Avaz»a təkliflərim

Natiq Güləhmədoğlu
“TRT-Avaz” adlı ümumtürk telekanalı açılıb. Xaliq Bahadır türk kanalın adında fars sözünün - “avazın” olmasından bir tənqidi yazı yazdı. Tənqidin bu qədər tez və əsaslı sürətdə təsir göstərdiyini yəqin ki, mətbuat tarixi görməmişdi.
“TRT-Avaz” ötən iki buraxılışı ilə haqqında deyilən, yazılan bütün çatışmazlıqlara son verib. Bundan sonra daha kim o kanal haqda pis nəsə yazsa, deməli, qanı qarışıqdır.
Yüksək cəsarət nümayiş etdirən “avaz”çılar Ağadadaş Ağayev və Mübariz Tağıyevi efirə çıxarıb. Özüm baxmamışam. Etibarına güvəndiyim baxanlar danışıb; proqramda Mübariz müəllim böyük şövqlə əlahəzrət Ilham müəllimə həsr etdiyi mahnılarını oxuyub. Ağadadaş abinin nə oxuduğunu öyrənmədim. Çox güman ən yaxşı halda “təki mənə bircə kəlmə sevirəm de”ni, ən səmimi halda isə - “Xalq Heydər deyəcəkdir, Heydər xalq deyəcəkdir”lə o, könülləri şad eləyib.
Qısası, tam təntənə… Bizə yeni bir ITV hazırlayıblar. Ilahi, kaş biləydim başımıza gətirilən bu xoşbəxtliklərə görə sənə necə alqış etmək gərəkdir. Şükür sənin izzət və calalına, sən doğrudan da darda qalanların yeganə pənahısan.
Orta türk dəyərlərini Ağadadaş, Mübariz kimi abilərdən savayı təbliğ etməyə başqasını axtarmağa dəyməz. Hər iki el sənətkarının sayəsində görərsiniz, Qıpçaq çöllərindən Uyğurustana qədər türk milli kimliyi vulkan vuracaq.
ATV, ITV və s. tv-lərdən Azərbaycan xalqına dolma yeməyi, qalstuk taxmağı, saçını daramağını göstərən mürabizlərin 360 milyonluq türk toplumuna xitab eləməsi çox mühum məsələdir. Xüsusən, Mübariz müəllimin “Ilhamdır sabaha inandığımız” mahnısı orta əsr feodal təfəkkürlü rəhbərlərin istibdadı altında zülm çəkən özbək, türkmən, qazax qardaşlarımız üçün “Kommunist partiyasının manifesti” qədər kəsərli silahdır.
Yol göstərmək çıxmasın, “TRT Avaz”a bəzi təkliflərim olacaq.
Biri bu: Həftənin hər cümə günü Azərbaycandan olan yayım bütünülüklə müğənni Sabir Əliyevə həsr edilməli. Çox hörmətli Sabir müəllim isə bütün proqram böyu müxtəlif təbiət mənzərələri fonunda xalqımızın qəlbində böyük yer tutan “Oğuldur Ilham” mahnısını ifa etsin.
Bu mahnı xüsusən Iranda yaşayan 35 milyon azərbaycan türkünün əzmkarlığını, qətiyyətini səfərbər edəcək. Yaralı Araz, Təbriz, Səttarxan, Babək, Pişəvəri yenidən beyinlərə dolacaq. Sabir müəllimin bu təkrarolunmaz ifası ilə biz öz müqəddaratını birmənalı həll etməyə çətinlik çəkən tatar qardaşlarımıza da yardım edərik. Sizə gülməli gəlir, amma bu, uşaq-muşaq söhbəti deyil. Elm artıq neçə ildir sübut edib ki, musiqi özündə izaholunmaz enerji gəzdirir. Məsələn, bir dəfə BBC-dən eşitmişdim ki, inəklərə Motsartın əsərlərini səsləndirəndə onların südvermə əmsalı yüksəlir. Indi bu dünyanın yaradılış fəlsəfəsinə də zidd olar ki, musiqi inəyə təsir etsin, insan yox. Bu baxımdan “TRT avaz”-ın tutduğu yol tədqirəlayiqdir. Onu dəstəkləməliyik.
Daha bir - sonuncu təklif: Bildiyimiz kimi qədim türk inancınma görə birinci gün ağır gündür. Birinci günə camaatımız duz günü də deyir. Çox adam bu günün mənfi energetikasına inanıb iş-güc görmür. Təkcə bu hal türk ellərinin ekonomikasına nə qədər ziyan vurur. Zarafat deyil, həftənin bir günü qeyri-rəsmi formada avaraçılığa sərf olunur. Nə etmək olar? Deyim: Xalqımızın unudulmaz korifey sənətkarı Bilal Əliyevin ərsə gətirdiyi bir mahnı var: “Ilham qardaş”. Sizi necə inandırım… Elm əgər bir gün auranı ölçən cihaz icad eləsə, müsbət aurasına görə bu mahnı birinci yeri tutacaq. Işlərim düz gətirməyəndə həmişə bu mahnını zümzümə edirəm, yaxşı təsir göstərir. Əhvalım durulur, səxavətli oluram, aqressiyam sönür, dövlətçiliyə sədaqətim yüksəlir və s.
Niyə görə biz bu cür dopdolu enerjili sənət əsərini Azərbaycanın dar ərazisi çərçivəsində məhdudlaşdırmalıyıq. Xəsislik türkə yaraşmaz. “TRT avaz” hər həftənin birinci günü başımızın üstünü alan mənfi enerjini darmadağın etmək istəyirsə, Bilal Əliyevi axtarsın…
Tanrı türkü qorusun. Hələlik.

natnetaz@gmail.com