azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Nisan 2009 Perşembe

GÜNEYLİ HƏRƏKATÇI OĞRULARLA BİR KAMERAYA KÖÇÜRÜLÜB


GÜNEYLİ HƏRƏKATÇI OĞRULARLA BİR KAMERAYA KÖÇÜRÜLÜB




İran Cinayət Məcəlləsinin “Milli təhlükəsizliyi pozmaq və casusluq” maddəsi üzrə təqsirli bilinən ərdəbilli hərəkat fəalı, Əli Abbasi daha öncə saxlandığı Ərdəbil həbsxanasının siyasi bölümündən çıxarılaraq, oğruların saxlandığı 4-cü bölümə köçürülüb.
Bu barədə “Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası” yaydığı son hesabatında bildirir. Mənbənin məlumatına görə, siyasi məhbus öz yaxınları ilə görüş zamanı saxlanma şəraitinin dözülməz olduğunu vurğulayıb. Əli Abbasi yaxınları ilə söhbətində bildirib ki, oğrular və adi cinayətkarların saxlandığı 4-cü bölümə köçürülməsi, ona psixoloji təzyiq göstərilməsi məqsədi ilə edilir. Əli Abbasi 2007-ci ilin oktyabrında Azərbaycan Respublikasından qayıdarkən Ərdəbildə həbs olunub. “Amerikanın səsi” xəbər verir ki, Abbasi təxminən 40 gün müddətinə Ərdəbil ETTELAAT-ının qapalı təcridxanasında saxlanılıb. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının bildirdiyinə görə, saxlandığı müddətdə cənab Abbasiyə ağır işgəncələr verilib. Daha sonra isə o, vəkilsiz və tam qapalı keçirilən məhkəmənin sonunda, Ərdəbil İslam İnqilab Məhkəməsinin hakimi tərəfindən 11 il həbsə məhkum edilib. Cənab Abbasinin haqqında çıxarılmış 11 illik həbs cəzası, daha yuxarı məhkəmə tərəfindən 5 il həbslə əvəzlənib.
Cavid TURAN

Hiç yorum yok: