azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Ağustos 2008 Cumartesi

İRƏVANDA GÜLÜ QARŞILAMAQ ÜÇÜN HAZIRLIQ GEDİR


23.08.2008 [10:16]
Fontu böyüt:
İRƏVANDA GÜLÜ QARŞILAMAQ ÜÇÜN HAZIRLIQ GEDİR
“The Economist”: “Gürcüstan ətrafında böhran 2 ölkə arasında yaxınlaşma meyllərini artırıb”



Gürcüstan ətrafında yaranmış böhrandan sonra Ankara ilə İrəvan arasında qarşılıqlı yaxınlaşma meylləri daha da artıb. Xəbər verildiyi kimi, Türkiyə Ermənistana uçan və bu ölkədən qalxan sərnişin və yük təyyarələri üçün hava məkanını açıq elan edib. Ankara bu addımı Gürcüstana gedən humanitar yüklərin keçidini asanlaşdırmaq zərurəti ilə izah edir. Lakin müşahidəçilər qeyd edirlər ki, Türkiyə hökuməti ölkənin hava məkanından istifadəni asanlaşdırmaqla Ermənistanla barışıq üçün daha bir jest edib.
Növbəti və daha ciddi jest isə Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezident Serj Sərkisyanın dəvətini qəbul edərək iki ölkə milli futbol komandalarının oyununa baxmaq üçün İrəvana getməsi olardı.
Britaniyanın nüfuzlu “The Economist” həftəliyi Türkiyə-Ermənistan münasibətləri və Azərbaycanın bu məsələdə rolu haqda məqaləsində yazır ki, hazırda İrəvanın Razdan stadionunda fəhlələr yüksək rütbəli qonağın - prezident Abdullah Gülün gəlişi üçün hazırlıq görürlər: “Əgər Gül sentyabrın 6-da İrəvana gəlsə, o zaman Qafqazda yeni eranın başlanğıcını qoya bilər. Türkiyə regionda NATO üzvü olan yeganə ölkədir və Gürcüstan ətrafında yaranmış böhrandan sonra bölgədə rolunu artırmaq istəyir. Baş nazir Rəcəb Tayyib Ərdoğan Qafqazda sülh və təhlükəsizlik platforması yaradılması ideyası ilə çıxış edib və bu ideya Ermənistanla Azərbaycanı da əhatə edir. Bir çoxları hesab edir ki, bu ideya real deyil, ən başlıcası ona görə ki, Türkiyənin Ermənistanla diplomatik münasibətləri yoxdur, sərhədləri isə bağlıdır. Lakin Gürcüstandakı müharibə sərhədlərin bağlı saxlanılmasının nə dərəcədə müdrik addım olması ilə bağlı suallar yaradır”.
Məqalədə deyilir ki, Rusiyanın Gürcüstana müdaxiləsi Azərbaycanı da çətin vəziyyətdə qoyub. Çünki bütün neft-qaz tranziti bu ölkədən keçirdi. Rusiya Gürcüstandakı strateji əhəmiyyətli dəmir yol körpüsünü partladıb, Poti limanını, ora aparan yolları nəzarətə götürüb, bütün variantlara əl atıb ki, neft-qaz tranzitini dayandırsın. İrəvandakı Qərb diplomatı bildirib ki, bütün bunlar ancaq bir istiqaməti göstərir: “Ermənistanla Azərbaycan arasında sülh əldə ediməlidir.Ermənistanla sülh əldə edilməsi Azərbaycana öz neft və qaz ehtiyatlarını bu ölkə üzərindən Türkiyəyə nəql etmək üçün yeni imkan açardı. İndi ermənilərin bir çoxu sevinir ki, Rusiyanın Gürcüstana müdaxiləsi Azərbaycanın nə vaxtsa Dağlıq Qarabağı güc yoluyla qaytarmaq imkanlarını əlindən alıb. Ancaq bəzi ermənilər fərqli düşünür. Onlar hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə birbaşa dəxli yoxdur və regionda sülhməramlı qüvvələr saxlamır. Hətta Gürcüstana müdaxilədən əvvəl də Türkiyə belə hesab etməyə başlamışdı ki, Ermənistanın təcrid edilməsi bu ölkəni Azərbaycan ərazilərini qaytarmağa məcbur etmir. Türkiyə və Ermənistan diplomatları bu məsələlər barədə ikitərəfli danışıqlar da aparıblar. Lakin danışıqların məzmunu Azərbaycanı məyus etməmək üçün açıqlanmayıb”.
“The Economist” yazır ki, Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşması üçün hazırda başlıca şərt kimi 1915-ci il hadisələrinin soyqırım kimi tanınması yönündə erməni diasporunun apardığı fəaliyyətlərin dayandırılmasıdır. Ermənistan prezident Ser Sərkisyan isə bu məsələnin tarixçilər səviyyəsində müzakirə edilməsinə tərəfdar olduğunu deyərək müxalifətin qəzəbinə düçar olub: “Lakin Türkiyə ilə Ermənistan arasında yaxınlaşmaya ən böyük əngəl hazırda Azərbaycan və onun Türkiyə ordusundakı müttəfiqləridir. Gözlənilirdi ki, Ərdoğan Bakıya səfəri zamanı prezident İlham Əliyevi Ermənistanla sərhədlərin açılmasına inandırmağa çalışacaq. Əgər onun səyləri uğursuz olsa,deməli, prezident Abdullah Gülün də İrəvana futbol matçına baxmaq şansı, başqa sözlə, barışıq şansı da əldən çıxacaq”.
F.MƏMMƏDOV
379 dəfə baxılıb

Ermənilər müharibəyə hazırlaşır


Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimi hakimiyyətdən kənarlaşdırmaq və işğal altında olan torpaqlarını azad etmək uğrunda hərbi əməliyyatlara başlamaq ehtimalının qarşısını almaq üçün İrəvan müdafiə qabiliyyətini sürətlə artırır. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Sipər-2008" hərbi təlimlərinin Ermənistanda keçirilən dördüncü mərhələsi də məhz bu məqsədə xidmət edir.
Marşal Baqramyan adına poliqondakı təlimlərdə Rusiya, Tacikistan və Ermənistanın 2167 hərbçisi iştirak edib. Təlimlərə zirehli texnika, artilleriya, zenit-raket qurğuları, hava hücumundan müdafiə sistemləri, "MiQ-29" və "Su-25" qırıcıları, "Mi-24" və "Mi-8" hərbi təyyarələri cəlb olunub.
Təlimləri Ermənistan prezidenti Serj Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan, KTMT-nin baş katibi Nikolay Bordyuja, habelə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistanın müdafiə nazirləri izləyiblər.
KTMT baş katibliyinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, "Sipər-2008" birgə komanda-qərargah təlimləri dörd mərhələdən ibarətdir və təşkilatın tarixində ilk dəfə olaraq üç səviyyədə keçirilir.
"Bu strateji, operativ və taktiki səviyyələr olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bütün regionları əhatə edir. İyulun 22-də Ermənistanda başlanan təlimlərin ikinci mərhələsi iyulun 30-31-də Moskvada keçirilib. Ermənistanda təşkil edilən üçüncü mərhələ zamanı bu ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasının birgə təşkili ilə bağlı məsələlər nəzərdən keçirilib. Dördüncü, "fəal faza"da isə potensial aqressora qarşı bilavasitə hərbi əməliyyatlar zamanı qoşunların idarəolunması ilə bağlı məsələlər həll olunub", - KTMT-nin mətbuat xidmətindən əməkdaşımıza bildirdilər.
Moskvanın təşəbbüsü ilə 1992-ci ilin mayında yaradılmış KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
Dünən Ermənistandakı "Sipər-2008"-lə bağlı əldə etdiyimiz məlumatlara görə, "birgə komanda-qərargah manevrləri" kimi gurultulu ada malik bu təlimlərdə erməni ordusunun II və IV korpuslarının birləşmələri, Gümrüdəki 102-ci hərbi bazadakı rus hərbçiləri və Tacikistandan gətirilmiş desant manqası iştirak ediblər.
Rusiyanın tanınmış hərbi ekspertlərindən biri, Rusiya Müharibə və Müdafiə Problemləri İnstitutunun analitiki Aleksandr Qoltsun dediyinə görə, Ermənistan "Sipər-2008" təlimləri vasitəsilə Azərbaycanla mümkün müharibəyə hazırlaşır.
"Gürcüstandakı hadisələrdən sonra Ermənistanda qəribə əminlik yaranıb ki, Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan hərbi əməliyyatlara başlamayacaq. Lakin bununla belə, ermənilər müdafiə imkanlarını artırmaq, ən başlıcası isə Azərbaycanla hərbi əməliyyatların başlayacağı təqdirdə döyüşlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək niyyətindədir. Bir qədər də konkret desək, Ermənistan ən pis halda Rusiyanın hərbi yardımına və qoşunlarımızın Azərbaycana qarşı vuruşacağına ümid edir. Rusiya üçünsə vəziyyət çox çətin, mürəkkəbdir. Belə ki, Azərbaycan KTMT üzvü olmasa da, MDB-yə daxildir və Rusiya ilə də çox yaxşı münasibətlərdədir. Azərbaycanın Dağlıq Qarabağdakı rejimə qarşı müharibəyə başlayacağı təqdirdə, əməliyyatlara mütləq şəkildə Ermənistan da cəlb olunacaq. Ermənistan rəhbərliyi nə qədər inkar etsə də, bütün dünya bilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qarabağlı ermənilər yox, onların "böyük qardaş"ları, yəni Ermənistan nəzarət edir. Ona görə də Azərbaycanla Ermənistan arasında müharibə olarsa Rusiya və KTMT-nin digər üzvlərinin nə edəcəklərini bilmirəm", - A.Qolts söyləyib.
Onun dediyinə görə, hərbi əməliyyatların başlayacağı zamanı KTMT üzvlərinin yekdilliklə Ermənistanın müdafiə qalxması çox şübhəli məsələdir.
Rəsmi İrəvanın dərin narahatlıq içində olmasına Ermənistan prezidenti Serj Sərkisyanın dünənki bəyanatı da dəlalət edir.
KTMT ölkələrinin müdafiə nazirləri ilə görüşündə o, deyib: "Cənubi Osetiyadakı faciəli hadisələr göstərdi ki, Cənubi Qafqazda xalqların öz müqəddaratlarını təyin etmələri uğrunda səylərinin silah yolu ilə alınması cəhdləri çox ciddi hərbi və geosiyasi nəticələr verə bilər. Düşünürük ki, bütün region dövlətləri bunu artıq anlayır. Dağlıq Qarabağa gəldikdə isə, orada yenidən hərbi əməliyyatların başlayacağına inanmaq istəməzdim. Amma Ermənistan hadisələrin istənilən inkişaf variantına hazır olmalıdır".
"Arminfo" agentliyinin dünən yaydığı xəbərdə bildirilir ki, Ermənistanın Azərbaycan ilə sərhədində müdafiə tədbirləri gücləndirilməyə başlayıb. Bununla yanaşı, Ermənistan "potensial düşmənin hava və raket hücumlarını dəf etmək üçün" hava hücumundan müdafiə sistemini inkişaf etdirmək məqsədilə Rusiya ilə Belarusdan yaxın vaxtlarda iki radiolokasiya modulu, 16 zenit-raket qurğusu və "yer-hava" tipli qısa uçuş məsafəli 82 raket almaq niyyətindədir.
Bununla bağlı olaraq Moskva və Minsklə danışıqların gələn həftənin ortalarında başlanması gözlənilir.
Dağlıq Qarabağdakı separatçı rejim də "mümkün hücumun dəf olunması" məqsədilə döyüş hazırlığı və təminatını artırmaqdadır. Sentyabrın ilk ongünlüyündə Ağdam, Fizuli və Ağdərə rayonlarında "Müdafiə Qalxanı" adlı operativ-taktiki təlimlərin təlimlərin başlanması nəzərdə tutulub. Təlimlərdə Dağlıq Qarabağdakı separatçı rejim ilk dəfə olaraq mərkəzləşdirilmiş hava hücumundan müdafiə sistemini sınaqdan çıxaracaq.

Həsən AĞACAN

TÜRKİYƏNİN DƏNİZ SULARINDA YUNANISTAN, POLŞA VƏ ABŞ HƏRBİ GƏMİLƏRİNİN İŞTİRAKI İLƏ TƏLİMLƏR KEÇİRİLİR

TÜRKİYƏNİN DƏNİZ SULARINDA YUNANISTAN, POLŞA VƏ ABŞ HƏRBİ GƏMİLƏRİNİN İŞTİRAKI İLƏ TƏLİMLƏR KEÇİRİLİR

NATO təlimləri çərçivəsində artıq Amerika Birləşmiş Ştatları və Polşa gəmiləri boğazdan keçərək Gürcüstana humanitar yardım aparıb. Gəmilərin ərazidən keçmə prosesini yerli sakinlər də maraqla izləyib. Rusiya isə NATO-nun bu təlimlərindən və hərbi gəmilərin Gürcüstana humanitar yardım aparmasından narahtlığını ifadə edib. Rusiya Silahlı Qüvvələrinin baş qərərgah rəisinin müavini Anatoli Naqavitsinin sözlərinə görə, rəsmi Moskva bu təlimləri şübhəli hesab edir. /İctimai TV/

Xəzər hövzəsində hərbi hərəkətlilik

Xəzər hövzəsində hərbi hərəkətlilik

Xəzər hövzəsi qlobal geosiyasi proseslərə daha sıx qoşulur

Bölgədə böyük güclərin daha intensiv geosiyasi mübarizəyə başlaması Xəzər hövzəsindəki duruma da ciddi təsir etməyə başlayıb.

KİV-in verdiyi məlumata görə, Xəzəryanı ölkələr silahlı qüvvələrini sürətlə artırmaqdadırlar. Bütün hövzə dövlətləri dəniz donanmalarının hərbi-texniki imkanlarını yüksəldirlər.

İran dənizə əlavə qüvvələr yerləşdirir. Türkmənistan Ukrayna və Polşadan yeni hərbi texnika alıb. Qazaxıstan isə yeni dəniz donanması yaratmaq prosesinə başlayıb. İmkanları çox geniş olan ruslar isə indi raket daşıyan gəmilərini Xəzərə atırlar.

Təbii ki, Azərbaycan da bunlara qarşı hansısa addımlar atmalıdır. Dövlətimizin bununla bağlı konkret mövqeyi hər kəsə məlumdur.

Xəzərdə hərbi durumun daha da aktivləşməsi qaçılmaz olaraq geosiyasi təsirlərə malik olacaq. Əslində Xəzərdə baş verənlər Qafqazlarda olanlarla sıx bağlıdır. Qafqaz hadisələri böyük güclərin geosiyasi maraqlarının toqquşmasının nəticəsi olduğundan bu proses indi də Xəzəri əhatə edir. Həm də ona görə ki, Xəzər əsas enerji ehtiyatlarının toplandığı məkandır. Xəzərin məsələsi avtomatik olaraq qlobal geosiyasi problemlərin məsələsi bağlılığında özünü göstərir. Ona görə də Xəzər hövzəsində geosiyasi durumun dinamikası bütün dünya üçün əhəmiyyət daşımağa başlayıb.

Bu bağlılıqda diqqəti çəkən məqamlardan biri Fars körfəzində hərbi qüvvələrin sayının kəskin artmasıdır. Qərb ora xeyli hərbi güc toplayıb. Paralel olaraq Polşada raketdənmüdafiə sistemləri yerləşdirilib. İndi Xəzərdə də hərbi qüvvələrin imkanları genişləndirilirsə, geniş miqyasda prosesin getdiyi proqnozunu vermək olar. Bu geniş prosesdə Xəzərin ayrıca yer alması həssas məsələdir. Bu o deməkdir ki, Xəzəryanı dövlətlər daha intensiv surətdə böyük geosiyasi proseslərə aid ediləcək. O baxımdan Azərbaycanın da maraqlarına birbaşa aidiyyatı olan bəzi məqamlar üzərində düşünmək lazım gəlir.

Xəzər hövzəsində geosiyasi-hərbi proseslərin intensivləşməsi avtomatik olaraq statusun müəyyənləşməsi məsələsini aktuallaşdırır. Belə ki, Xəzərin statusu müəyyənləşmədikcə vəziyyəti sabitlikdən çıxarmaq ehtimalı yüksək olaraq qalır. Bu işdə maraqlı olan qüvvələr isə hətta bölgə dövlətləri içərisində kifayət qədərdir. Xəzərdə durumu sabitlikdən çıxarmaq üçün istənilən an təxribatlara belə əl ata bilərlər. Əsas hədəfin enerji ehtiyatları yataqlarının olma ehtimalı çoxdur. Bu yataqlara hər hansı təxribat böyük miqyasda enerji layihələrinə zərbə deməkdir. Dərhal bütün istiqamətlərdə enerji daşınması prosesi pozulur. O baxımdan Gürcüstan hadisələri də sübut etdi ki, məhz Xəzərdəki enerji yataqlarının hədəfə alınması absurd məsələ deyil. Bu məsələnin reallaşması ilə dünya üzrə növbəti geosiyasi krizisin əsasını qoya bilərlər. Ehtimal etmək olar ki, bundan sonra Xəzərdə durumun gərginləşməsi üçün bəzi cəhdlər edəcəklər. O cümlədən, proseslərin Orta Asiyaya sıçramasında maraqlı olan qüvvələrin fəallaşması istisna edilmir.

Məsələnin maraqlı tərəflərindən biri budur. Orta Asiyaya geosiyasi təsirlərin artması stratejidə ciddi faktor sayılır. Çünki bu məkandan Uzaq Şərq nəhənglərinə birbaşa çıxış var. Həmin nəhənglərdə Çin və Hindistan Qərbi narahat edir. Onların inkişafına nəzarət məsələsi üzərində Qərb ekspertləri çoxdan işləyirlər. İndi çox şey Orta Şərqdə geosiyasi vəziyyətin durulmasına və İraq probleminin tam həll edilməsinə bağlıdır. Əgər bu məkanda prosesləri nəzarətə ala bilsələr, sonrakı mərhələ üçün bütün güclərini işə salacaqlar.

Deməli, müəyyən mənada Xəzər hövzəsi Uzaq Şərq yolunda aralıq məntəqə rolunu oynamaqdadır. Xəzərin statusuna bu prizmadan baxanda onun daha mürəkkəb bir situasiyaya pərçimləndiyini görmüş oluruq. Məsələ kifayət qədər həssas məzmun kəsb etmiş olur. Bu həssaslığın necə keçiləcəyi isə aydın deyil. Hələlik hövzəyə əlavə hərbi qüvvə cəmləşdirirlərsə, ilk növbədə bölgə dövlətləri üçün problemlər yaratmaq xəttinin gündəmdə olduğunu deyə bilərik. Görünür, burada əsas geosiyasi faktor kimi Qafqazdakı durumun necə dəyişməsini götürmək lazım gələcək.

Ancaq bunun əksini də nəzərdən qaçırmaq olmaz - Xəzər Qafqaza ciddi təsir edəcəkdir. Situasiyanın bu məzmun kəsb etməsi isə bölgənin geosiyasi mənzərəsinin daha çox məchullu tənlikli bir modelə keçməsi ilə müşaiyət olunduğunu ifadə edir.
Şahin Məhəmmədoğlu
butovaz

Böyük Bəyin arzuları gerçəkləşir

Böyük Bəyin arzuları gerçəkləşir
Quzeydə güclü dövlət qurmuşuq, Güneylə bütövləşəcəyik

Səkkiz ildir ki, fizikən aramızda yoхdur. Səkkiz il bundan əvvəl məhz bu gün, qora bişirən avqustun bu günündə XX əsr Azərbaycan tariхinin böyük simasını, çağdaş Milli Azadlıq Hərəkatının şəriksiz liderini - Əbülfəz Elçibəyi itirdik. İlk öncə başlar siyasi inqriqaya necə qarışmışdısa, kimi itirdiyimizin fərqi deyildik.





Yeri görünən adam
"Elçibəyin siyasi varisi" adlanan siyasilərin başı miras dartışdırmağa qarışmışdı. Kişinin nəşi soyumamış təşkilatını parça-tikə eləməyə, hərə özünə bir qurum yaratmağa girişmişdi. Çoхları Bəyi qarşısında maneə kimi görür, "o olmasa dağı-dağ üstünə qoyacağını" düşünürdü. Elə bilirdilər, Bəyin yoхluğunda daha böyük, daha güclü olacaqlar. Amma üstündən bir il keçməmiş Elçibəyin min bir əziyyətlə yaratdığı siyasi təşkilatlar, ideoloyi mərkəzlər bir-birinin ardınca məhv olmağa, sıradan çıхmağa başladı. Çünki onları saхlamağa Elçibəy cazibəsi lazım idi, o da yoх idi. Elçibəy haqq dünyasına qovuşan kimi onun ayıbını örtdüyü "qəhrəmanlar"ın ayıbları üzə çıхmağa başladı. Kiminin maskası cırıldı, kimi tamah qurdlarını daha saхlaya bilmədi. Elçibəyin sağlığında min cür hədyanlar yazdırtdıran, Bəyi "qorхaqlıqda" suçlayanların, "ekstremal şəraitdə qərar qəbul etməyi bacarmayan lider" kimi göstərənlərin nə mal olduğu Bəyin ölümündən üç il sonra çılpaqlığı ilə üzə çıхdı. Bəlli oldu ki, "siyasi varislər" Bəydən sonra nəinki milli təşkilatları, milli yolu, heç özlərinin partiyalarını qoruyub saхlaya bilmirlər. Qarabağ məsələsində özünü Elçibəydən böyük görən ardıcıllarının səsləri çoх guruldadı, Biləcəridən o yana keçmədi. Elçibəyin bircə bəyanatının, əməli fəaliyyətinin sədası isə çoх uzaqlardan, yüksək tribunalardan gəlirdi. Güney məsələsinə çoхları qol çırmayıb girişdi. İki illik fəaliyyətdən sonra baхdılar ki, nəticə yoхdur, əksinə, bu işi də urvatdan salırlar. Amma Elçibəy bu məsələni nəhəng siyasi mərkəzlərin gündəminə çıхara bilirdi. Ona görə ki, bu işə qrant, şöhrət, tariхdə qalmaq istəyi ilə girişməmişdi. Bu işə 200 il bir-birindən ayrı salınmış millətin nicatı naminə könül vermişdi. Bu səkkiz ildə istər Quzeydə, istərsə də Güneydə baş verən hadisələrdə Elçibəyin yeni çoх görünüb. Ən çoх da 2006-cı ilin may hadisələri zamanı. Güney Azərbaycanın bütün şəhərləri fars şovinizminə qarşı üsyana, milli qiyama qalхmışdı. Elə bir zaman yetişmişdi ki, Quzey Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-dövlət qurumları bütün işini-gücünü kənara atıb, bütün əlaqələrindən istifadə edib diqqəti Güney Azərbaycana, güneyli soydaşlarımızın üzərinə motosikl sürdürən molla reyiminin vəhşiliklərinə yönəltməli idilər. Amma bizimkilər nə etdi? Milliyyətçi cameəyə хoş gəlsin deyə, bir-iki bəyanat verib işlərini bitmiş saydılar. Elçibəy sağ olsaydı, ana dilində təhsil istəyən, milli kimlik mübarizəsi aparan güneyli soydaşlarımızı qanına qəltan edən İran panfarsistləri canlarını qoymağa yer tapa bilməyəcəkdilər. Elçibəyin yoхluğu tək Quzey Azərbaycandakı milliyyətçi cameəyə zərbə vurmadı, az keçməmiş Güney Azərbaycan millətçiləri də parçalanıb pərən-pərən düşdülər. Onları bir arada tutan ideya olsa da, harizma olmadı və artıq güneylilərin bir neçə cəbhəyə parçalandığını təəssüflə müşahidə etməkdəyik.





Bəyin izi ilə Savalana!
Amma gələcəyə ümid var. 200 il rus və fars ağalığında yaşamış Azərbaycan türkünün dikələcəyinə, bütövləşəcəyinə inam var. Bu ümidi bizlərdə Elçibəy yaratdı. Özünün ağır yataq хəstəsi olduğu vaхtlarda belə millətini düşünür, "Mən o günü görməyəcəm, amma dəqiq bilirəm ki, ermənilərin rusun əlilə işğal etdiyi Qarabağ torpaqları azad olacaq. Azərbaycan 200 illik həsrətə son qoyub bütövləşəcək, bir millətə çevriləcək" deyirdi. Amma ardıcıllarının bir qismi dönük çıхsa da, Bəyin qoyduğu yolla deyil, kənar qüvvələrin göstərdiyi yolla yürüsələr də, Bəyin həm Quzey, həm də Güneylə bağlı arzuları reallaşır. Çünki həm Quzeydə, həm də Güneydə bu işləri aparan vətən oğulları var. Bəy Quzeydə də, Güneydə də öncə millətləşmə sürəcinin gedəcəyini, sonra dövlətləşmənin reallaşacağını və nəhayət parçalanmış millətin birləşəcəyini söyləyirdi. Quzey iki mərhələni keçib. Millətləşib və regionda lider dövlətini qurub. May qiyamından sonra Güneydə millətləşmə sürəcinin başa çatdığını söyləyə bilərik. Çoх yaхın zamanlarda Bəyin proqnozlaşdırdığı kimi İran imperiyası parçalanıb tariхin arхivinə gömüləcək. Güney Azərbaycan türkləri istiqlal şansı əldə edəcəklər. O zaman Bəyin arzuladığı dövlətləşmə mərhələsi Güneydə də baş tutacaq. Sonra qalır iki dövlətin-Quzey Azərbaycan Respublikası ilə Güney Azərbaycan Türk Ъümhuriyyətinin birləşməsi. Tariх boyu imperiyalar qurmuş, imperializmin indi başımıza çıхardığı millətləri qapısında nökər işlətmiş uca millətimiz bu sürəci də atlatmasa, bizi rahat oturmağa qoymayacaqlar.


Bəy Azərbaycan türkünün qibləsi olaraq Savalan dağını göstərmişdi. Millətçilər Bəyin haqq dünyasına qovuşduğu günü Savalan yürüş günü kimi qutlayırlar. Çünki ardıcılları bilir ki, Bəyin narahat ruhunun gedə biləcəyi yer elə vətənin hər iki tayının göründüyü Savalan zirvəsidir. Azərbaycan türkünün elçisi olaraq Savalana ilk gəz Elçibəy qalхdı. Çığır açdı. Biz də qalхacağıq. Gün gələcək Güney Azərbaycanın dağı da, aranı da türkün olacaq. O zaman Savalana sərbəst yürüyə biləcəyik. O zaman Bəy də rahatlıq tapacaq. Yerin behişt olsun, Bəy! Göstərdiyin yolla Savalana yürüməkdəyik. Tanrı hamımıza Savalan ziyarəti qismət eləsin!





Aslan


olaylar

TƏBRİZİN ELGÖLÜ BAĞINDAKI İMARƏT MİLLİ ABİDƏLƏR SİYAHISINA DAXİL EDİLƏCƏK

Təbrizin Elgölü bağındakı 800 illik tarixi olan qədim imarət İran milli abidələr siyahısına daxil ediləcək.

«Media forum» saytınıvn məlumatına görə, bunu Təbriz meriyasının Yaşıllıq və Parklar İdarəsinin informasiya mərkəzi bəyan edib.

Şərqi Azərbaycan əyalətinin Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının yardımı ilə Elgölü imarətinin İran milli abidələr siyahısına salınması üçün lazım olan bütün tədbirlər görülüb və Elgölü kompleksinin siyahıda qeydiyyata salınması üçün gələn ay Tehranda rəsmi danışıqlar aparılacaq.

«Media forum»

İran rəhbərliyində qalmaqal

İran rəhbərliyində qalmaqal
Daxili işlər naziri Əli Koran onun doktorluq dərəcəsini şübhə altına alanları məhkəməyə verib


Turqut

İranın yeni daxili işlər naziri Əli Koranın Oksford Universitetindən aldığını iddia etdiyi fəxri doktorluq diplomu saxta çıxdıqdan sonra ölkədə qalmaqal başlayıb. Məsələyə ciddi yanaşan İran parlamentinin deputatları yeni nazirə dəfələrlə parlamentə çağıraraq onu xeyli sorğu-suala tutublar və saxta fəxri doktorluq dərəcəsini haradan almasıyla bağlı izahat istəyiblər. Nəticədə Əli Koran onun doktorluq dərəcəsini şübhə altına alanlardan məhkəməyə şikayət edib. Bunu İran Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi avqustun 19-da jurnalistlərə açıqlamasında bildirib. Qeyd edək ki, İran parlamentində və Təhsil Nazirliyində bununla bağlı təhqiqat gedir. Xatırladaq ki, "Elif" adlı internet saytı bu məsələni ortaya çıxardıqdan sonra qapadılıb
xalqcebhesi

22 Ağustos 2008 Cuma

İKİNCİ PREZİDENT (Əbülfəz Elçibəyin ölümündən 8 il keçir)


İKİNCİ PREZİDENT (Əbülfəz Elçibəyin ölümündən 8 il keçir)
2008-08-22 - 10:34:00




Əbülfəz Elçibəy


Avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 8 il keçir. Ötən əsrin 80-90-cı illərində sovet imperiyasında siyasi dəyişilmələr və Qarabağa erməni təcavüzüylə başlayan milli azadlıq hərəkatının başında dayanan Ə.Elçibəy 2000-ci ilin məhz bu günü Türkiyə paytaxtı Ankaranın Gülhanə hərbi xəstəxanasında gözlərini həmişəlik yumub.

1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, daha sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü il yunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarıryla vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib. Ə.Elçibəy Bakıya bir də dörd il yarım sonra, 1997-ci ilin payıxında dönüb.

Mərhum prezidentin məzarı Azərbaycan paytaxtında, Fəxri Xiyabandadır.


«Media forum»

اردوغان- ین قافقاز و قاراباغ- لا ایلگیلی یئنی پیلاتفورمونا اولوملو یاخینلاشما


زاد تبریز- آذربایجانی زیارت ائدن تورکییه باش ناظیر رجب طیب اردوغان باکی نین قافقاز باریش و امکداشلیق پلاتفورماسی تکلیفینه موثبت یاخینلاشدیغینی سؤیله دی.

آذربایجانا زیارت اوچون گئدن باش ناظیر اردوغانین زیارتی سونا چاتدی. آذربایجان رئسپوبلیکا باشچیسی ایلهام علی اوف ایله ایکیلی گؤروشمه ائدن اردوغان، داها سونرا اورتاق مطبوعات کونفرانسینا قاتیلدی. گؤروشمه لرده ایکی اؤلکه آراسینداکی علاقه لر، بؤلگه ده کی اینکیشافلار، اورتاق ائدیلن پروژه لرین تهلوکه سیزلیگی، تورکییه نین تکلیف ائتدیگی قافقاز ایتتیفاقی و دیگر مؤوضوعلار اله آلیندی. گؤروشمه لر سونراسی علی اوف و اردوغان اورتاق مطبوعات کونفرانسی تشکیل ائدیلدی.


اؤیرنجی نین جیهان خبر آژانسی ندان آلدیغی خبره گؤره، طبوعات کونفرانسیندا دانیشان علی اوف، ایکی اؤلکه آراسینداکی علاقه لرین سورعتله اینکیشاف ائتدیگینی بیلدیردی. علی اوف، “تورکییه-آذربایجان دوستلوغو ایکی اؤلکه آراسینداکی علاقه لرین اینکیشافینا سورعت قاتیر. بیزیم اورتاق چابالاریمیز نتیجه سینده بؤلگه ده بؤیوک انرژی و نقلیات پروژه لرین رئاللاشمیشدیر.” دئدی.

قافقاز باریش و امکداشلیق پلاتفورماسی تکلیفینی گوندمه گتیردیگینی ایفاده ائدن اردوغان ایسه، بو پلاتفورمانین بؤلگه ده ثابیت لیگین تأمین ائتمه سینه اهمیتلی رول اوینایا بیله جگینی وورغولادی. باش ناظیر، “روس و گورچو طرفی نین بو تکلیفیمیزه موثبت یاخینلاشدیغینی ممنونیتله موشاهیده ائتدیک. بو مؤوضوع نو بو گون حؤرمتلی علی اوف ایله ده اطرافلی بیر شکیلده اله آلدیق. آذربایجانین دا تکلیفیمیزه موثبت یاخینلاشماسی بیزلری آیریجا ممنون ائتمیشدیر.” دئیه دانیشدی.

آذربایجانین داغلیق قاراباغ پروبلئمینه ده توخونان اردوغان، “داغلیق قاراباغ پروبلئمی آذربایجانین تورپاق بوتونلوگو و بین الخالق حوقوق چرچیوه سینده حلل ائدیلمه لیدیر.” دئدی.

باش ناظیر اردوغانی ایستانبولا حرکتیندن اول، حیدر علی اوف بین الخالق هاوا ساحه سندن آذربایجان باش ناظیری کؤمکچیسی عابید شریف اوف یولا سالدی.

21 Ağustos 2008 Perşembe

QAT Ərdoğanın Qafqaz birliyi” ideyasına etiraz etdi

QAT Ərdoğanın Qafqaz birliyi” ideyasına etiraz etdi


“Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir. Belə bir şəraitdə işğalçı və terrorçu Ermənistanın daxil olacağı hər hansı birlikdən söhbət də gedə bilməz”


Qarabağ Azadlıq Təşkilatı qardaş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qafqaz birliyi” ideyasını, Azərbaycanı bu birliyə qoşmaq cəhdlərini, həmçinin bu barədə işğalçı Ermənistanla danışıqlar aparmaq niyyətini qətiyyətlə pisləyir. Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir. Belə bir şəraitdə işğalçı və terrorçu Ermənistanın daxil olacağı hər hansı birlikdən söhbət də gedə bilməz. Türkiyənin baş nazirinin təşəbbüsü bilərəkdən və yaxud bilməyərəkdən Ermənistanın işğalçı və ilhaqçı hərəkətlərinə bəraət qazandırılmasına yönəlmişdir. Qardaş Türkiyənin birdən-birə işğalçı Ermənistana bu təkliflə kömək əlini uzatması, bu işğalçı rejimi regionun bərabərhüquqlu tərəfdaşına çevirmək cəhdləri heç bir halda müsbət hadisə kimi qiymətləndirilə bilməz. Ermənistan nə qədər ki, işğalçı və ilhaqçı hərəkətlərindən əl çəkməyibdir, ona Qafqaz birliyində yer yoxdur. Bunu Türkiyənin rəhbərliyi bilməli və arzuolunmayan təkliflərindən geri çəkilməlidir.
Biz hesab edirik ki, Türkiyənin bu təşəbbüsünün digər səbəbi Avropa Birliyinin təzyiqləri altında Ermənistanla münasibətlərin normallaşdırılması niyyətləri ilə bağlıdır. Türkiyə bu təşəbbüs adı altında Ermənistanla danışıqları, münasibətləri bərpa etməyə çalışır. Hadisələrin bu cür yön alması Türkiyənin Azərbaycanın maraqlarından üz çevirəcəyi, hətta Ermənistanla sərhədlərin açılacağı, işğalçı ölkəyə xeyli güzəştlərə gedəcəyi ilə bağlı ciddi şübhələr yaradır.
Qarabağ Azadlıq Təşkilatı bildirir ki, Türkiyə rəhbərliyi Azərbaycanın və özünün maraqlarına uyğun olmayan bu təşəbbüsdən imtina etməlidir. Azərbaycan hakimiyyəti də bu antimilli prosesdən kənara çəkilməlidir. Biz hadisələrin gedişini diqqətlə izləyir və geniş ictimai qınağın, həmçinin etiraz aksiyalarının təşkilini nəzərdə tuturuq.

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TƏYYİB ƏRDOĞANIN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATIB

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TƏYYİB ƏRDOĞANIN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATIB

Ölkəmzə bir günlük səfəri çərçivəsində Türkiyənini hökumət başçısı ötən gün prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıb. Görüşlərdə iki ölkə arasında münasibətlər, regiondakı vəziyyət, iki ölkənin birgə həyata keçirdiyi layhələrin təhlükəsizliyi, Türkiyənin irəli sürdüyü Qafqaz ittifaqınını yaradılması ideyası və digər məsələlər müzakirə olunub. Danışıqlar başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan mətbuat üçün birgə açıqlama veriblər. . /İctimai TV/

Erməni terroru davam edir

Erməni terroru davam edir

Düz 17 il əvvəl avqustun 21-də dinc əhali növbəti dəfə erməni terrorunun qurbanı olub. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında «Kamaz» markalı avtobus partladılıb. Amma bu son olmur. Ermənistanın xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycan ərazisində 32 dəhşətli terror aktı törədilib. Milis əməkdaşlarını aparan «Kamaz» markalı avtobusun partladılması nəticəsində 1 nəfər həlak olur, 5 nəfər yaralanır. Şadaxt kəndi yaxınlığında baş verən hadisə erməni terrorunun kiçik bir həlqəsiydi. Azərbaycana qarşı xüsusilə də Ermənistanın xüsusi xidmət orqanlarının hazırladığı və həyata keçirdiyi terror aktlarının sayı bununla yekunlaşmır. Belə faktlar kifayətqədərdir. Ən yaxın keçmişə nəzər salaq. 16 sentyabr 1989-cu il. «Tibilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin avtobusu partladılır, nəticədə 5 nəfər həlak olur, 25 adam yaralanır. 18 fevral 1990-cı il. Yevlax - Laçın yolunun 105-ci kilomertində Şuşa-Bakı marşurutu ilə hərəkət edən avtobus partladılır və çoxlu sayda insan həlak olur. 11 iyul 1990-cı il. Daha bir avtobusun partladılması 2 nəfərin həlak olması, 11 nəfərin yaralanması ilə nəticələnir. Dinc əhaliyə işgəncə etməkdən həzz alan erməni terrorçuları Tərtər-Kəlbəcər, Tibilisi -Ağdam, Şəmkir-Gəncə, Xankəndi istiqamətində hərəkət edən avtobusları da partladıblar. Nəticədə 53 nəfər həlak olub, 97 nəfər isə sağlamlığını itirib. Bu siyahıya müxtəlif vaxtlarda partladılan Moskva-Bakı, Kislavodsk-Bakı, marşurutu üzrə hərəkət edən sərnişin qatarlarını, Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrini aparan vertalyotun partladılmasını da əlavə etmək olar. Yaşanan dəhşətlərdən biri də Bakı Metropalitenindəki faciə idi. Erməni terrorlarının siyahısı bunlarla yekunlaşmır. Ümumilikdə Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan ərazisində 32 terror aktı törədib. İki minə yaxın adam bu vəhşiliyin qurbanı olub. İllər ötsə də bəşəriyyətin düşüncə və yanaşması dəyişsə də erməni təfəkküründə demək olar ki, heç nə dəyişməyib. Erməni politoloqu Akopyanın apardığı araşdırma da təsdiq edir ki, terror erməni şüurunda hələ də ali ideya uğrunda mübarizə metodu kimi qəbul olunmaqdadır. Törədilən vəhşiliklərə isə dünya ictimayyəti hələ də göz yumur.

TƏBRİZLİ TƏLƏBƏLƏR MƏNSUR ƏMİNİYAN və MƏQSUD ƏHDİ HƏBS EDİLİBLƏR

TƏBRİZLİ TƏLƏBƏLƏR MƏNSUR ƏMİNİYAN və MƏQSUD ƏHDİ HƏBS EDİLİBLƏR
2008-08-21 - 13:57:00


Avqustun 20-də Təbriz Universitetinin iki fəal tələbəsi həbs edilib.

«Media forum» saytının məlumatına görə, universitetin politexnik fakültəsində mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan Mənsur Əminiyanı və humanitar elmlər fakültəsində coğrafiya ixtisası üzrə təhsil alan Məqsud Əhdini ETTELAAT əməkdaşları tutub.

ETTELAAT əməkdaşlarının onları tutmaq üçün hələ bir həftə əvvəl tələbələrin qaldığı mənzillərə getdiyi bildirilir. Həmin vaxt M.Əminiyan və M.Əhdi evdə olmayıblar. Mənzildə axtarış aparılıb, tələbələr məxsus bəzi əşyalar müsadirə edilib.

Təbrizli tələbələrin nə səbəbdən tutulduğu, onların hazırda harda saxlandığı bilinmir.


«Media forum»

Səksəkə yaxud “ölümün peyki”

Səksəkə yaxud “ölümün peyki”


Səməd Behrəngi

Yazırdılar: “ Ağacın yarpaqlarını şaxta vurdu. Xədicə soltanın uşağı qızılca ilə xəstələnmişdi. Kəndxudanın öküzü öldü. Allahdan istəyirdilər ki, hamıya şəfa əta eyləsin.” Vəssalam.

Doktorla görüşüb söhbət etməzdən qabaq bu mövzu mənim fikrimi bərk məşğul etmişdi. Nə üçün adamlar cüzam xəstəliyinə mübtəla olanları özlərindən uzaqlaşdırır, sonsuz narahatlıqla onlardan qaçır, rəhmsizcəsinə onları məhv etmək fikrinə düşürlər?
Hamısından qəribəsi odur ki, adamlar bu barədə az da olsa narahatlıq hissi keçirmirlər. Mən azacıq belə yubanmadan bu mövzunu araşdırmağa başladım.
Doktor Mübəyyin (xəstəxananın baş həkimi—tərcüməçi) mənim sorğuma acı gülüşlə cavab verdi:

— Başqa xəstəliklərə oxşayan cüzama bu amansız və rəhmsiz münasibət böyük bir qorxudan doğur. İnsanların xəstəliyi pis öyrənmələrindən, cəhalət və xürafata yaraşan bir inamdan irəli gəlir.
Əsrlərdən bəri cüzam xəstəliyini tanıyırlar və onu insanın varlığında olan günahlara qarşı xəbis ruhların hücumu kimi izah edirlər. Bu baxışın təkrarı əsrlər boyu insanların cüzam xəstəliyini tanımasını və müalicə etməsini qeyri-mümkün etmişdir. Onu “ölümün peyki” kimi qiymətləndirmişlər. Halbuki cüzam da digər xəstəliklərdən biridir.
Dünyada cüzamlı xəstələrin sayı barədə sual verirəm. Doktor deyir:
— On-on iki milyon nəfərə qədərdir.
Başım gicəllənir. Soruşuram:
— Əsas haralarda olur?
Doktor belə cavab verir:
— Misir ehramlarının ətəklərindən tutmuş Hindistanın əfsanəvi qalalarına qədər, Çinin ucsuz-bucaqsız çöllərindən yapon adalarına qədər, Amerika meşələrinin sinəsindən axıb keçən Amazon çayının sahillərindən Avropanın şəhər və kəndlərinə qədər hər yerdə cüzamlı xəstələrin kömək etməyə çağıran fəryadları eşidilməkdədir.
Soruşuram:
— Doktor, hansı irqlər bu xəstəliyə daha çox tutulurlar — sarılar, ya qaralar?
Doktor Mübəyyin deyir:
— Heç bir fərqi yoxdur. Sarı, ağ və qara irqə mənsub olanlar, kişi və qadın, uşaq və böyük — hamı cüzamın əzabına giriftar olur.
— Doktor, cüzam digər xəstəliklərə oxşayırsa, nə üçün bu azara tutulanları cəmiyyətdən ayırır və şəhərlərdən uzaq düşərgələrdə müalicələri ilə məşğul olurlar?
Eşitdiyim cavab belə olur:
— Cəmiyyətin bu xəstələri rədd etməsinə ona nifrəti, amansızlığı səbəb olur. Ona görə cüzam xəstələrini belə bir şəraitdə müalicə etməyə məcburuq. Əgər görürsünüzsə, bu düşərgədə elələri vardır ki, illərdən bəri müalicə olunurlar və şəfa tapmaları çox ləng sürətlə hasil olur. Buna görə bu adamlar tənə, nifrət və xalqdan qaçmaq üçün öz xəstələriklərini gizli saxlayır, yalnız ayaqdan düşdükdən və müalicə olunmağın fürsətini əldən verdikdən, xəstəlik bütün gücü ilə canlarında yer aldıqdan sonra müalicə olunmaq fikrinə düşürlər.
— Cüzam xəstəliyi müalicə oluna bilərmi?
— Bu xəstəlik Sulfunların güclü silahı ilə müalicə oluna bilər. Buna nəzarət etmək və qarşısını almaq lazımdır. Cüzam müalicə oluna bilər və müalicə olunmalıdır.
Düşərgədə olan xəstələrin sayı barədə soruşuram:
— Düşərgənin yaradıldığı 1312-ci ildə (1933) xəstələrin sayı xeyli az idi. O zaman onlar hasara alınmış bir mühitdə məhbusa çevrilmişdilər. Amma indi özünüz görəcəyiniz kimi əksər şöbələri xəstələr üçün qaydaya salmışıq. Müalicə və dava-dərmanla üç-dörd il müddətində xəstə sağalıb düşərgədən azad olur.
Məsələn, keçən il 60-70 xəstə sağalıb düşərgədən mürəxxəs oldu. Hazırda düşərgədə 625 xəstə vardır. Onlardan 50 nəfəri 10-15 ildir ki, düşərgədə müalicə olunurlar. Xəstələrin 51 nəfər sağlam uşağı da düşərgədə yaşayırlar.
Təəccüblə soruşuram:
— Cüzam xəstələrinin yanında?
Doktor belə cavab verir:
— Üç yaşına qədər öz ata-analarının yanında yaşayırlar. Onların anaları müalicə olunduqları üçün uşaqların içdikləri ana südü ilə kifayət qədər dərman bədənlərinə daxil olur. Bu isə onların xəstəlikdən qorunmalarına şərait yaradır. Amma üç yaşına çatdıqdan sonra onları düşərgənin yaxınlığında olan ayrıca uşaq evlərində saxlayırıq...
Mən doktordan soruşuram:
— Bu tərəflərdə bir qədər gəzib-dolanmağa icazə verərsinizmi?
Cavab verir:
— Bir neçə dəqiqə gözləyin, mən də gəlirəm.
Doktor ağ xalatını geyinir, biz həqiqi və mütləq insanlığı təcəssüm etdirən bir evin içərisinə qədəm qoyuruq.
Uşaqların üst-başları səliqəlidir. Doktorla görüşdən uşaqların keçirdikləri sevinc hissləri evə qayıdan zaman onların ataları ilə görüşdən duyduqları fərəhdən daha çoxdur. Doğrusu, mən doktoru atadan daha mehriban gördüm.
Doktorla birlikdə şəkil çəkdiririk. 10 yaşlı uşağın dediklərini eşitmək üçün onu bir qədər kənara çəkirəm. Hər nə soruşuram təəccüb doğuracaq bir sürətlə cavab verir. Mənə “əmi” — deyə müraciət edir. Özümdə bir yaralı qürur hiss edirəm. Onlar şöbənin müdiri Vüsuqi xanıma çox mehriban səslənən “maman” deyə müraciət edirlər.
Düşünürəm ki, bu ər-arvad həmin uşaqların daxili aləmlərində olan hansı boşluqları doldurmuşlar, onların ürəklərində hansı ümid ağaclarını əkmişlər? Heç bir hay-küyə, heç bir fəxr etmək və özünü öymək halına yol vermədən.
Yadıma 47 ildən bəri yaxıb-yandıran Afrikanın qoynunda qara dərili insanlara xidmət edən professor Şvaytzeri düşür. Bu yerlərin sakinlərinin dəriləri ağ olsa da, elə bil onları qara dərililərin xəmirəsindən yoğurmuşlar...
Uşaqların uca divarlarla düşərgədən ayrılan yataq otaqlarına baş çəkmək istəyirəm. Onlarla xudahafizləşirəm. Eşiyə çıxarkən binanın qapısı ilə bitişik olan bir otağa gözüm sataşır. Bir qadın tikiş maşını ilə məşğuldur. Deyəsən uşaqlar üçün köynək, ya xalat tikir. Bu hələ tikilib hazır olmamış balaca bir köynəkdən məlum olur.
Vüsuqi xanımla xudahafizləşmək istəyirəm. Lakin bir neçə anlığa tərəddüd edirəm. Sonra soruşuram:
— Bəlkə bir xatirə, ya cəlbedici bir əhvalat danışasınız?
O, deyir:
— Mən anayam. Ana məhəbbətinin ülviyyəti mənə yaxşı tanışdır. Burada heç bir şey mənə uşağı xəstə anasının qucağından ayırdığım anda keçirdiyim gərginlikdən, əzabdan dözülməz ola bilməz.

***

Qapının kandarında bir neçə cüt kəndli kişi və qadın ayaqqabısı var idi. Qapını döyüb içəri daxil olduq. Günorta yeməyinin vaxtı idi. Otağın döşəməsinə bir kilim və adyal salınmışdı. Bir çarpayı və bir neftlə yanan bir buxarı adamın yadına şəhər həyatını salan yeganə əşyalar idi. Hər şey kənd otağına məxsus idi. Taxça qab-qaşıq və evə lazım olan əşyalarla dolu idi. Divara müqəddəs dini şəkillər, insan bədəni ölçüsündə paltarlar, xüsusilə qadınların sapa düzüb divardan asdıqları üzərrik otları gözəl mənzərə yaradırdı. Pas atmış hələbidən düzəlmiş qutuda köhnə bir üçulduz saat çarpayının yanında divardan asılmışdı.

***

...Qadının sifətinin burnundan aşağı hissəsi yaşmaqda idi. Cüzam onun ağzını, çənəsini və burnunu qəsb etmişdi. Amma baxışları bizim gəlişimizdən sevindiyindən xəbər verirdi. Gözləri göstərirdi ki, onun kobud görünən dodaqları məhəbbət dolu gülüşə açılmışdır. Qəşəng və cavan görünən gözləri kəndli qızlarının sevinc dolu canlı baxışlarını xatırladırdı. Uşaqlar sağlam idilər və bu bizi çox təəccübləndirmişdi. Bir qədər söhbətdən sonra öyrəndik ki, qadın və kişi düşərgədə bir-biri ilə tapışmış, sonra da ailə qurmuşlar. İndiyədək üç uşaqları olmuşdur. Birini üç yaşına çatanda ərinin atasının yanına göndərmişlər ki, onu böyütsün. Cüzam irsi deyil. Uşaq cüzam xəstəsi olan anasının südünü içir və başından bir tük belə əskik olmur. Dərman yemiş anasının südü onu xəstəliklən qoruyur.
Soruşuram:
— Kənddən məktub-zad alırsınızmı?
Dedilər:
— Hərdənbir.
Soruşdum:
— Sizə nə yazırlar?
Dedilər:
— Siz nə istəyərdiniz yazsınlar? Al özün oxu, gör nə yazmışlar.

***

Qadın sonra ayağa qalxdı və saatın arxasından bir vərəq kağız çıxartdı. Məktubu əziz bir əmanət kimi saatın arxasında gizlətmişdi. Məktubu oxuduq. Kəndlilər salam-dua göndərirdilər. Yazırdılar: “ Ağacın yarpaqlarını şaxta vurdu. Xədicə soltanın uşağı qızılca ilə xəstələnmişdi. Kəndxudanın öküzü öldü. Allahdan istəyirdilər ki, hamıya şəfa əta eyləsin.” Vəssalam.
Günorta yeməklərini otağın aşağısına düzmüşdülər. Plov idi. Aşbazxanadan gətirib oraya qoymuşdular. Qızdırıb yeməli idilər.

***

Polad cüzam xəstəliyi tutunalardan biri idi. Bir neçə il bundan qabaq kənddən ayrılmış Bababağının sakinlərinə qoşulmuşdu. Kəndli cavan, güclü-qüvvətli idi. Lənətə gəlmiş cüzam onu yaxalamışdı. Toy üçün tədarük görülən gün gəlin və bəyin ürəkləri can bir qəlibdə idi. Onu şəhərə gətirmişdilər. Polad altı il kəndi və nişanlısını görmədi. Əlaqəsi yalnız hərdənbir göndərdiyi məktublar vasitəsi ilə olurdu.
Günlərin birində o, nişanlısından məktub aldı. Həmin məktub onun taleyini dəyişdi və bəlkə də sürətlə sağalmasına səbəb oldu. Məktubun içərisinə bir neçə tel saç və əl boyda güllü qırmızı parça qoyulmuşdu. Bir şey başa düşmədi. Axı savadsız idi. Məktubu oxumaq üçün onunla bir otaqda yaşayan savadlılardan birinə verdi.
Bütün sözlər Polada müraciətlə yazılmışdı. Nə qədər də şirin. Ürəyinin sirlərini məktuba nə gözəl etibar etmişdi. Nişanlısı yazırdı: “Bilirəm, fikirləşirsən ki, artıq mən səni sevmirəm və başqası ilə ailə qurmaq istəyirəm. Buna görə bu məktubu yazdım ki, həmişə sənə vəfalı olacağıma inanasan.
Sənə göndərdiyim bu çit parçası həmin materialdandır ki, ondan qəşəng bir don tikib toy gecəsi geyinmək istəyirdim. Kimin şəhərə gedib alması yadındadırmı? Bu tükləri saçımdan qayçı ilə kəsmişəm. fikirləşdim ki, xoşuna gələcək və mənim ətrimi ondan alacaqsan.
Bu iki şeyi sənə göndərdim ki, biləsən hələ də səni gözləyirəm. Gözüm yollardadır ki, tezliklə kəndimizə qayıdasan, toyumuzu eləyək”.
Polad sevincindən ağladı. Hamı ağladı.
Bəzən adam inanmır ki, bu eybəcər qiyafələrin bərələn və yarımkor gözləri daxilində ülviyyət və böyük dostluqlar yatıbdır.
Polad ilə xudahafizləşib düşərgənin qalan hissələrini görmək üçün yola düşdük.
Bu otaqdan o otağa, bu şöbədən o şöbəyə getdik. Eyvanın qabağında boylu-buxunlu bir qız durmuşdu. Ağzını bir tikə çirkli parça ilə bağlamışdı. Sifətinin sol yanağına cüzam dağ çəkmişdi, kəsif və qara dağ. Gözləri üzünün qara səmasında iki ulduz kimi parıldayırdı.

***

...Qız danışmırdı. Mən soruşdum:
— Düzünü de, nə arzu edirsən? Bəlkə deməli deyil? Hə?
Abbasəli böyük yaşlı bir qızı qadınlar arasında göstərib dedi:
— Bunlar iki bacıdırlar. Bacısı odur.
O, bizə yanaşıb dedi:
— Mənim bir arzum var. Sağalım və buradan gedim. Əslində sağlamlıqdan başqa nə arzu etmək olar? — Əlavə etdi: — Hamı Allahdan bunu istəyir. Bir dəqiqə belə olsun namazının vaxtını keçirmir. Məscidə gedir. Axundun moizə və mərsiyəsinə də qulaq asır. Axundları özlərindəndir.
Nərgizdən soruşdum:
— Məgər nişanlın var idi ki, indi qüssə eləyirsən?
Cavab vermədi. Yenə də ah çəkdi. Abbasəli dedi:
— Böyük bacısının varı idi.
— Bəli, nişanlım var idi. Üç ay bundan qabağa qədər məktubları gəlirdi. Mən də cavab göndərirdim. Amma üç aydır ki, nə qədər məktub yazıram cavabı gəlmir. Deyəsən, ünvanını dəyişib.
Özlüyümdə fikirləşdim ki, bəlkə nişanlısı evlənib.
Məni daha çox təəccübləndirən bu idi ki, bir cüzamlı xəstə necə gülə bilər, gülüb dərdini unuda bilər. Doktor dedi:
— Xəstələrə həmişə təlqin etdiyim bu olur ki, dərdin və əzabın üzünə gülmək lazımdır. Bu yolla onu məğlub etmək gərəkdir. Kədərli vaxtlarda da gülümsəmək özü bir qəhrəmanlıqdır...

***

“Mən qardaşımdan qaçıram. Amma biganə ona mehribandır”.
Bu atalar sözünü kimdən və harada eşitdiyimi xatırlamıram. Mən üç avropalı cavanın eyni həvəs və iştiyaqla həyatın bütün ləzzətlərindən əl çəkib Bababağına gəldiklərini və bunların Avropanın əfsanəvi dünyasında dost və tanışlarından ayrılıb yad bir ölkədə cüzam xəstəliyinə mübtəla olan bir ovuc cavanın müalicəsi ilə məşğul olduqlarını gördükdə o atalar sözünü xatırladım.
Bunları cüzamxananın üç-dörd addımlığında yaşayan və təbiətin bu qurbanlarının hələ keçmiş zamanlardan o adamlarla görüşdən sevindiklərini, indi isə bir anlığa olsun belə görüşlərinə getmədiklərini gördükdə ürəyim sıxıldı. Cüzam xəstəliyinə tutulan gənci atasının evdən qovduğunu eşidəndə çiyinlərimdəki qəm yükü daha da ağırlaşdı. Bu macəranı bir-iki il bundan qabaq qəzetlərdə oxumuşdum. Xəstəxanadan çıxandan sonra bircə dəfə belə olsun onun görüşünə gəlməyən ata-anasını görmək üçün doğulduğu yerə yollandı. Dəruni bir həvəs və maraqla illər boyu uzaqda olduğu evin qapısını döydü. Bir an sonra qapı dabanları üstündə fırlandı, atasının başı qapının iki tayı arasında zühur etdi.
Cavan gözləyirdi ki, atası sevincdən bayılacaq və 6 il evdən, ailədən uzaq düşən ciyərparəsini bağrına basacaqdır. Ancaq atasının kinli və nifrət dolu baxışları onun bütün ümidlərini puça çıxartdı. Atası:
— Niyə gəldin, niyə qayıtdın, niyə elə orada qalmadın? — deyəndə onu ağlamaq tutdu. Atasının onun hələ də cüzam xəstəsi olduğunu düşdündüyünü təsəvvür edib evin qapısı üzünə bağlanmazdan qabaq həkimlərin verdikləri arayışı gözlərinin qabağına tutaraq bir inilti ilə dedi:
— Ata, mən artıq cüzam xəstəsi deyiləm. Bax, bu da mənim sağlamlığım haqqında arayışdır.
Lakin atası onu qəbul etməməklə kifayətlənməyib, evin qapısını üzünə bağladı. Bununla da kifayətlənməyib içəridən bağırdı:
— Nəqdəli, get Tehrana və xəstəxənada yat. Şəhərdə gəzmə ki, abrın gedər.
Bu nağıl deyil, bir həqiqətdir. Acı bir həqiqət. Elə bir həqiqətdir ki, təkcə mənim deyil, həqiqi insan ürəyi olan adamlar tərəfindən qəbulolunmazdır...

***


... O, bağçanın ətrafında gəzirdi. Bizim ona tərəf gəldiyimizi görəndə vəhşi bir hərəkətlə geri döndü və uzaqlaşdı.
Mən ətrafdakılardan soruşdum:
— Bu həmişə tək-tənha gəzir, yoxsa bir hadisə baş vermişdir? Lakin heç kəs bir şey bilmirdi. Yalnız dedilər ki, bizlərə qarışmır. Adı Aydındır.
Mən Şivaya — fotoqrafa göz vurdum, o, şəkil çəkməyə başladı. Özümü Aydına çatdırmaq istəyirəm.
Cüzam onun üzündə çox pis izlər qoymuşdu: kirpiksiz gözlərə malik olan sifət, bir-birindən aralı dayanan qara rəngli dodaqlar. Qəm və kədər xəstəlikdən daha çox öz işini görmüşdü. Bu kədərin əsəri sifətindən oxunurdu.
Səsləyirəm:
— Aydın.
Aydının mənası “işıqlıq” deməkdir. Lakin mən qaranlıqdan başqa bir şey görmürəm. Hiss edirəm, əgər utanmasaydı, qaçardı. Hədsiz bir qardaşlıq səmimiyyəti ilə görüşməyə çalışıram. Lakin onun gözlərində dərin bir nifrət şölə çəkir. Mərhəmət və mehribanlığa nifrət edir. fikrimi dəyişirəm. Kobud rəftar edirəm. Elə bir kobudluq ki, iki qardaşı, iki insanı bir-birinə qarşı qoya bilər.
Sakitləşir. Sanki gülümsəyir. Bir-birindən aralı qalan dodaqları bir məna ifadə etmir. Bu dəyişikliyi yalnız gözlərində görürəm. Mən də gülümsəyirəm. Səsi hərarətli və xoşagələndir. Amma əzabdan da bir aşqarı vardır.
Yanaşı yol gedir və dərdləşirik. Öyrənirəm ki, 23 yaşı vardır. Tam iki iddir ki, orada yaşayır. Astara tərəflərdən gəlib. Deyir ki, həyatından razıdır. Lakin mən inanmıram.
Mən soruşanda ki, bir qohumun və işin varmı?.. Sənə məktub yazırlarmı? Boğazı tutuldu. Hıçqırıqla dolu göz yaşları söhbət etməyə imkan vermədi. Sakitləşməsi üçün bir qədər səbir etdim. Məlum oldu ki, anası və bacısı var və Aydın onları çox sevir. Düşərgəyə gələndən sonra onlara üç məktub yazıb. Amma onların hamısı geri qayıdıb. Zərfin üstündə bu sözlər yazılmışdı: “Məktub göndərilən tanımadı”.
fikirləşmişdi ki, savadı az olduğundan bəlkə ünvanı düz göstərməmişdi. Bu dəfə zərfin üstünü yazmaq üçün daha savadlı bir adam tapmışdı. Dördüncü məktubunu da göndərir. Məktub yenə də geri qayıdır. Zərfin üstündə yazmışdılar: “Məktub göndərilən adam onu almaqdan imtina etdi”. Dördüncü məktuba aldığı cavab elə bil çəkic kimi başına endirilmişdi. Bütün bunlara görədir ki, hər şeyə nifrət, kin, yalan kimi baxır. Mehr və məhəbbəti, bunlara oxşar sözləri inkar edir...
— Eşitmişəm ki, ana məhəbbətin təzahür etdiyi ən müqəddəs varlıqdır. Ana övladını ciyərinin bir parçası hesab edir. Lakin təcrübəm eşitdiklərimi və fərziyyələrimi puça çıxartdı. Görürsünüzmü, anam məndən qaçır.
Bu anlarda mənim qəmim, kədərim onunkundan az deyil. Özümü əlacsız və biçarə hiss edirəm. Mən hansı sözüm, hansı izahımla bu təcrübənin doğrulduğunu batil edə bilərəm? Onun kədəri elə bir dağdır ki, bilmirəm hansı məchul bir qüvvə onu aradan apara bilər? Haqqında danışdığı mövzuya inanmaq istəmirəm. Ondan utanıram. Sarsıdıcı baxışların ağırlığından qorunmaq üçün gözlərimi yumuram. Bu dəfə qaçmaq üçün mənim növbəm çatır. Özümdə bir nifrət və əbədi etinasızlıq hiss edirəm. Gözlərimi açanda Aydın artıq getmişdi. Mən halsız, zəif və hissiz olmuşdum. Ona uzaqdan baxdığım halda yalnız axan göz yaşlarımı silmək üçün əllərimi gözlərimə yaxınlaşdırmağa gücüm çatır...

***

... O, divara söykənib dərin maraqla göyə baxırdı. Adı Əli Tahirli idi və cüzəmxanada müəllimlik edirdi. On birinci sinfi bitirmişdi. Danışır, qulaq asır, bağda qədəm vururdu.
Soruşdum:
— Bekar vaxtlarını necə keçirirsən?
Dedi:
— Məktəbdə dərs deyirəm, hərdən də əlimə qələm alıram. Özüm üçün bəzi şeylər yazıram.
Qələmə aldığından bəzi şeyləri oxumasını xahiş etdik. Yanında bir yazısı yox idi. Doktor vasitəsilə göndərəcəyinə söz verdi. Sonra “Züzami” adlı hekayəsini göndərdi. Hekayənin xüsusi cəlbediciliyi var idi. Bəlkə indiyədək bir cüzəmxana sakininin yazısını oxumamısınız və bilmirsiniz ki, necə düşünürlər. Əsərin bu parçaları sizə çox şeylər öyrədərdi. Əziz cüzəmlı dostumuz, yazdıqlarına bundan başqa ayrı sözüm yox idi:
— Səninlə şərikik ki, əzici sükutda və əbədi sakitlikdə yaşamaq çox çətin və əzabvericidir. Amma biz də sənin düşündüyün kimi çox da sevinc və şadlığın məsti deyilik.
Ey insanlar! Mən sərgərdan cüzam xəstəsiyəm!
Mənim dodaqlarım xəstəliyin şaxtasından buz bağlamışdır. Gülüş və sevinc tıxanıb boğazımda qalıb. Amma sizin şəkər yağan dodaqlarınız və ağzınız vardır. Siz Allah, gülümsəyin. Qoy sizin hərarətli və nəvazişli əlləriniz mənim əriyib tökülən bədənimə, yaraşığını itirən əndamıma yeni həyat bəxş etsin. Qoy sizin canalan baxışlarınız mənim sarsılmış varlığıma ümid işığı və həyat qığılcımı səpsin. Qoy sizi insan deyə çağırım, insanlığa və mehribanlığa dəvət edim. Əfsus ki, səsim sinəmdə boğulmuş, necə də susmuşdur. Mən sakit və sönmüş bir varlığam. Uzun illərdir ki, baxışımın dili ilə danışıram. Mənim fəryadım boğulmuşdur! O heç kəsin qulağına çatmır. Siz də mənim səsimi eşitmirsiniz. Aman Allah! Sükutda keçən ömür nə qədər ağır və üzücü olurmuş!

***

Biz səkkiz gündən sonra tam bir dünyanı arxada buraxırıq. Geri dönürük. Sevmədiklərimiz arasında həyatımızı davam etdirmək üçün qayıdırıq. Hətta, xudahafizləşmirik. Çünki, onların xatirələri bizimlə birlikdə gedir, bizi əldən buraxmırlar. Axı vidalaşmaq yalnız əbədi ayrılarkən mümkündür.

fars dilindən çevirəni:
Sabir NƏBİOĞLU

Qaynaq: www.edebiyyatqazeti.com

"Moskvanın beynəlxalq nüfuzuna ciddi zərbə dəyib"

"Moskvanın beynəlxalq nüfuzuna ciddi zərbə dəyib"

"Rusiya konfliktlərdə tərəfsiz vasitəçi kimi çıxış edə bilməyəcək"
Avqustun 19-da NATO ölkələri Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən fövqəladə iclasında bəyannamə qəbul olunub. Bəyannamədə bildirilir ki, NATO ölkələri Gürcüstana qarşı atdığı addımlara görə Rusiya ilə münasibətlərə yenidən baxacaq və Gürcüstanda baş verən hadisələrdən sonra NATO ölkələrinin Rusiya ilə münasibətləri əvvəlki kimi ola bilməz: "Çünki, Rusiya münaqişənin nizamlanmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və qoşunlarını Gürcüstan ərazisindən çıxarmır".
NATO Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında qurumun baş katibi Yaap de Hoop Sxeffer deyib ki, Gürcüstan NATO-nun üzvü ola bilər.

Ramiz Mikayıloğlu

O əmindir ki, günlərin bir günü bu baş verəcək. Baş katib alyans üzvlərinin bu məsələdə yekdil mövqedə olduğunu vurğulayıb: "Biz bu barədə fikrimizi bəyan etmişik və bir daha mövqeyimizi qəti olaraq bildiririk".
Yaap de Hoop Sxeffer sammitdə NATO-Gürcüstan komissiyasının yaradılmasına qərar verildiyini də açıqlayıb. Komissiyanın məramı Gürcüstanın Şimali Atlantika Alyansına inteqrasiyasını sürətləndirməkdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO Xarici İşlər Nazirləri Şurasının bəyannaməsinə münasibət bildirərkən deyib ki, Gürcüstanın NATO-ya sürüklənməsi xətti Alyans daxilində antirusiya əhval-ruhiyyəsi ilə bağlıdır: "Gürcüstanın NATO-ya sürüklənməsi antirusiya meyllərindən qaynaqlanır və bu addımı təcavüzkar rejimə dəstək verilməsindən başqa cür qiymətləndirə bilmirəm. Moskva NATO-nun gürcüpərəst mövqeyindən lazımi nəticələr çıxaracaq. Hərbi alyans faktiki olaraq Mixail Saakaşvilini öz himayəsi altına alıb".
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər deyir ki, öncədən ABŞ və NATO-nun yeni üzvlərinin Rusiyaya qarşı sərt mövqedə olacaqları bilinirdi. Eyni zamanda Almaniya və Fransa kimi Avropa Birliyinin aparıcı ölkələrinin daha mötədil xətt tərəfdarları olacağı gözlənilirdi. Elə də olub. Onun sözlərinə görə, Alyansda qərarlar konsensus yoluyla qəbul olunur. ABŞ-ın mövqeyinə uyğun Rusiyaya qarşı daha sərt qərarlar çıxmasa da, verilən qərarları yumşaq saymaq olmaz. Birmənalı şəkildə Rusiyanın təcavüzü pislənir, Gürcüstanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, o cümlədən bu ölkənin NATO-ya üzvlüyü prespektivi dəstəklənir. Moskvanın gözləntilərinin əksinə, nəinki Gürcüstanın Alyansa üzvlüyü məsələsi şübhə altına düşməyib, Tiflislə münasibətlər yeni bir mərhələyə qalxıb. Qərarlardan biri NATO-Gürcüstan komissiyasının yaradılmasıdır. Həm də əlavə iki komissiya yaradılıb. Bunlardan biri Gürcüstan Silahlı Qüvvələrinin mövcud durumunu, ekspertlərdən ibarət başqa bir komissiya isə infrastruktura dəyən zərərləri qiymətləndirəcək. Həmin komissiyalar yaxın vaxtlarda qonşu ölkəyə göndəriləcək. Gürcüstana hərbi və hərbi-texniki yardım göstərilməsi barədə də qərar qəbul olunub. Sülhəddin Əkbər bildirdi ki, bu qərarlar bütövlükdə Rusiyaya yönəlik əks qərarların qəbuluyla eyni vaxtda olub: "ABŞ bütövlükdə Moskvayla təhlükəsizlik sahəsində əməkdaşlığın dayandırılmasını təklif edib. Böyük Britaniya, Almaniya və Fransa buna qarşı çıxdılar. Nəticədə NATO-Rusiya Şurasının toplantısı təxirə salındı, Moskvayla bir sıra istiqamətlərdə əməkdaşlıq donduruldu. Eyni zamanda bütövlükdə NATO-Rusiya münasibətləri Gürcüstanda atəşkəs prinsiplərinin yerinə yetirilməsinə qədər tamamilə dayandırıldı. Bu, kifayət qədər ciddi qərarlardır. Artıq Rusiya yaranmış vəziyyətdən ciddi nəticələr çıxarmalıdır. Bundan sonra baş verəcəklər Rusiyanın necə davranacağından asılıdır". Sülhəddin Əkbərə görə, istənilən halda bir məsələ aydındır ki, NATO-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq.
Sergey Lavrovun NATO ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarlarına münasibətinə, Moskvanın Alyansın gürcüpərəst mövqeyindən nəticələr çıxaracağı ilə bağlı söylədiklərinə gəlincə, Sülhəddin Əkbər Rusiyanın nəticələr çıxarmaqda gecikdiyi qənaətindədir. Çünki bu ilin aprelində Buxarestdə NATO zirvə görüşündə çıxarılan qərarlardan biri də olub ki, Ukrayna və Gürcüstan prespektivdə Alyansa üzv qəbul olunacaqlar: "Rusiya artıq o zaman nəticə çıxarmalı və Gürcüstana qarşı təcavüzə yol verməməli, bu gün də belə gülünc vəziyyətə düşməməli idi. Bu baş verdi. Nəticədə şimal qonşumuz "Böyük səkkizlik"dən çıxarılmaq təhlükəsiylə üz-üzə qalıb, Ümumdünya Ticarət Təşkilatına üzvlüyü böyük şübhə altına düşüb, NATO ilə münasibətləri dondurulub. Başqa tərəfdən, NATO-Gürcüstan münasibətlərinin daha da dərinləşdirilməsi, bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi istiqamətində qərarlar qəbul olunub. Yəni Rusiyanın bu konfliktlər üzərində inhisarçı nəzarətinə son qoyulması haqqında qərar verilib. Moskvanın beynəlxalq nüfuzu ciddi zərbə alıb. Rusiya konfliktlərdə tərəfsiz vasitəçi kimi çıxış edə bilməyəcək".
Ekspert vurğuladı ki, Rusiyanın ikinci üzü ortadadır. Çoxları Qərbdə düşünürdü ki, artıq Moskvanın bu sifətini görməyəcəklər və "soyuq müharibə"ylə bərabər həmin "sifət" tarixə çevrilib. Amma Rusiya yenidən əsl sifətini göstərdi: "Bu, Rusiyaya baha başa gələcək".
xalqcebhesi

مدرکی دیگر از جناب کردان، وزیر محترم کشور!


آزاد تبریز- روز گذشته یک منبع آگاه با افشای سوابق غیر اخلاقی علی کردان اطلاعات تازه ای از رشد وی ‏در دستگاه حکومتی ایران منتشر ساخت . ‏

بنا به این گزارش علی کردان در تاریخ ۵۷/۳/۳۱ به اتهام “ازاله بکارت” توسط شعبه اول دادسرای ساری ‏بازداشت می شود و تا تاریخ ۵۷/۵/۸ در زندان ساری بوده است . در این تاریخ با قرار قبولی کفالت از زندان ‏آزاد می شود تا قاضی دادگاه شعبه سوم دادگستری ساری درباره اتهام وی رأی خود را صادر کند . ‏

اما در این روزها و ایام فضای سیاسی شهرستان ساری نیز همانند سایر نقاط ایران فضایی انقلابی بوده که سبب ‏ایجاد اختلال در روند عادی امور قضایی نیز می شود . در این مدت علی کردان از فضای انقلابی و جو احساسی ‏شهر استفاده کرده و خود را به عنوان یک انقلابی معرفی می کند . ‏

بسیاری از فعالان سیاسی نیز که از دلیل اصلی بازداشت کردان بی خبر بوده اند، او را به این گمان که به دلیل ‏سوابق انقلابی توسط ساواک بازداشت شده بود در کنار خود می پذیرند و از این پس مهر فعال انقلاب اسلامی به ‏اشتباه بر پیشانی علی کردان خورده می شود . ‏

اما کردان که خود از دلایل اصلی بازداشتش توسط شعبه اول دادسرای عمومی ساری و گزارشات مردمی مندرج ‏در پرونده به خوبی آگاهی داشته تلاش خود را معطوف به از میان بردن سوابق می کند. او پس از پیروزی انقلاب ‏در بهمن سال ۵۷ به سرعت خود را برای از میان بردن پرودنده آماده می کند و لذا با پیشنهاد خودش و تلاش ‏بسیار وارد کمیته انقلاب اسلامی می شود. فرماندهی او در کمیته انقلاب که یکی از مأموریت هایش برخورد با ‏مفاسد اخلاقی بوده و برقراری رابطه با دادستان وقت ساری “اصغر جمعه ای” سبب می شود که این پرونده برای ‏مدتی مختومه شود .‏

بعدها رابطه حاج اصغر جمعه ای و علی کردان ادامه پیدا می کند تا کردان معاون اداری مالی سازمان صدا و ‏سیما می شود . او در این سمت برای جبران لطف اصغر جمعه ای فرزند ارشدش روح الله جمعه ای را به سازمان ‏صدا و سیما می برد و او را به عنوان خبرنگار پارلمانی به مجلس ششم اعزام می کند تا تدارک دهنده حملات تند ‏صدا و سیمای لاریجانی علیه نمایندگان اصلاح طلب باشد . ‏

کردان پس از کسب مقام ریاست سازمان فنی و حرفه ای کشور نیز روح الله جمعه ای را به عنوان مدیر کل روابط ‏عمومی و امور بین الملل این سازمان منصوب می کند و همزمان او را به عنوان نماینده کارگران ایران ! به ‏عضویت هیئت منصفه مطبوعات در می آورد . ‏

روح الله جمعه ای نیز بعداً در مقام معاون خبر خبرگزاری دولتی ایرنا الطاف علی کردان را جبران می کند و حتی ‏به دستور او خبرگزاری ایرنا در اقدامی غیر حرفه ای و عجیب از انتشار سخنان نمایندگان مخالف کردان ممانعت ‏به عمل می آورد و سخنان نمایندگان مخالف که در رادیو مجلس نیز منتشر شده بود به عنوان “خبر محرمانه” ‏برای مقامات عالی کشور ارسال می گردد . ‏

اما این همه ماجرای مربوط به کردان نیست، چرا که دوست و یار صمیمی او اصغر جمعه ای تنها موفق شده بود ‏پرونده علی کردان را بایگانی کند و این پرونده ۱۴ سال بعد از انقلاب و با استعلام معاون وقت دادسرای عمومی ‏ساری از زندان ساری دوباره به جریان افتاده است.‏

در این ماجرا که در سال ۷۱ رخ می دهد رئیس زندان ساری در نامه ای به معاون دادسرای عمومی این شهر ‏اصل ماجرا را تشریح می کند . ‏

متن این نامه که با سربرگ قوه قضائیه و اداره کل زندان مازندران از سوی اداره زندان ساری خطاب به معاون ‏دادسرای عمومی ساری منتشر شده ، آمده است :‏

‏”احتراماً عطف به شماره ۲ مورخه ۷۱/۱/۱ به استحضار می رساند با بررسی به عمل آمده ، آقای عوضعلی ‏معروف به علی کردان فرزند کمال طی قرار شماره ۵۷/۷/۲۵ ک ش مورخه ۵۷/۳/۳۱ از طریق دادیار شعبه اول ‏تحقیق آن دادسرا به اتهام ازاله بکارت بازداشت و برابر نامه شماره ۱۷۱۴ مورخه ۸/۵/۵۷ منشی شعبه سوم ‏دادگاه شهرستان ساری با قرار قبولی کفالت از زندان آزاد شده است . مراتب جهت هر گونه اقدام مقتضی اعلام ‏می گردد “‏

اما در آن زمان علی کردان از مسئولین ارشد دانشگاه امام حسین (ع) سپاه پاسدران بود که کسی را یارای مقابله با ‏او و احضار مجددش به دادگاه نبود . لذا این بار نیز با لابی های گسترده ای که این سردار عالی رتبه سپاه داشت ‏موفق شد بار دیگر پرونده اخلاقی اش را بایگانی کند . ‏

اکنون برخی منتقدان کردان معتقدند با آشکار شدن برخی فسادهای مالی، اخلاقی و جعل مدرک تحصیلی توسط ‏وی، شاید بار دیگر زمان بررسی دلیل اصلی زندان رفتن کردان در دوران حکومت پهلوی فرا رسیده باشد.

20 Ağustos 2008 Çarşamba

Gül'ün zor kararı 20 Ağustos 2008



Gül'ün zor kararı 20 Ağustos 2008


Cumhurbaşkanı Gül, önemli bir yol ayrımında. 6 Eylül'de yapılacak Ermenistan-Türkiye maçına gidecek mi yoksa gitmeyecek mi? Çankaya ve Dışişleri'nin hala cevabını bulamadığı bu soruyu size yönelttik. İşte cevabınız...


GÜL, ERMENİSTAN'A GİTSİN Mİ GİTMESİN Mİ?
İŞTE HURRİYET.COM.TR OKURLARININ GÖRÜŞÜ...

Metehan DEMİR YAZIYOR


Türkiye yıllardır uluslararası alanda asılsız Ermeni soykırımı iddialarına karşı mücadele veriyor. Çünkü dünyanın dört bir yanında Erivan ve Ermeni diasporası güdümünde ortaya atılan iddiaların ABD başta olmak tüm dünyada resmen tanınması amaçlanıyor. Hatta İsviçre ve Fransa gibi inkarın suç sayılmasının gündeme geldiği ülkeler bile var. Azeri topraklarını işgal altında tutan Ermenistan’ın Türkiye’ye karşı hasmane tavrı bu ortamı daha da geriyor.

Ancak, son dönemde önemli olumlu adımlar da atılıyor. İlk kez Hürriyet’in gündeme getirdiği 8 Temmuz’da İsviçre’nin Bern kentinde başlatılan ‘Erivan yönetimi ile gizli görüşmeler’ devam ediyor.

Hatta 2010 Dünya Kupası elemelerinde aynı grupta bulunan Türkiye ve Ermenistan’ın 6 Eylül’de oynayacağı resmi maçın bu süreçte önemli bir rol oynayacağı konuşuluyor.

Bu çerçevede, en çok merak edilen de, Cumhurbaşkanı Abdullah Gül’ün, Ermeni meslektaşı Sarkisyan’ın daveti çerçevesinde bu tarihi maça gidip gitmeyeceği.

Aldığımız bilgiler, Gül’ün bu maç için henüz resmi kararını vermediği yönünde. Bu nedenle, Dışişleri-Köşk ekseninde sürekli değerlendirmeler yapılıyor. Bazı, diplomatik çevreler, Abdullah Gül’ün pek gitme taraftarı olmadığını belirtiyor.

Peki, sizce gerçekten Cumhurbaşkanı Gül ne yapmalı? Bu tarihi maça gitmeli mi, gitmemeli mi?

Başkentteki Gül’ün maça gitmesi ile ilgili değerlendirmeler şu 4 ana başlık üzerinde yoğunlaşıyor...

1-Gül gitmeli
Cumhurbaşkanı Gül, tarihteki ilk Türk lider sıfatı ile bu maça giderse, Ermeni soykırımın gündemde tutulduğu dünyaya, ‘İşte, Türkiye bu. Diyalog isteyen, uzlaşmadan yana olarak, Türkiye, Cumhurbaşkanı düzeyinde bile maça gelmekten çekinmeyen iyi niyetli bir ülkedir’ mesajı verilecek. Bu Erivan ve Ermeni diasporasını da çaresiz bırakarak, sorunların çözümünde önemli bir dönüm noktası olacak. ABD başta olmak üzere bir çok ülke Ermenilere baskıyı arttıracak. Ankara’nın eli güçlenecek. Ermenilerin bunu aleyhimizde kullanma şansı da olamaz. Çünkü bu jestimizle tüm dünyada köşeye sıkışırlar.

2-Gül gitmemeli
Birinci maddenin tam aksine, Abdullah Gül, giderse ileride Ermeni diasporası bunu, ‘Bize karşı o kadar ezikler ki, Cumhurbaşkanlarını bile Erivan’a bir maç için göndermek zorunda kaldılar’ şeklinde kullanabilir. Bu durum aynı zamanda, Türkiye içinde de, bir çok çevrede, ‘Gittik. Kendimizi gereksiz yere küçük duruma düşürdük. Ermeniler yine diyalogun aksine dünyanın her yanında bunu kullanacak ve soykırım iddialarını daha güçlü seslendirecek’ şeklinde eleştirilebilir.

3- Gül gitmemeli ama yerine başkası gitmeli
Onun yerine Türkiye diyaloğa açık ve iyi niyetli olduğunu bir spor müsabakası ile göstermek amacı ile üst düzey bir ismini Erivan’a göndermeli. Bu isim, çok ciddi mesaj amaçlanıyorsa, Dışişleri Bakanı Ali Babacan olabilir. Ya da, yarı resmi bazda mesela spordan sorumlu devlet bakanı ya da ekonomiden sorumlu bir bakan gidebilir. Böylece, spor ve ekonomi alanında en azından adım atmak istendiği hissettirilebilir. Böylece, Başbakan Erdoğan’ın, Rusya-Gürcistan savaşı için yürüttüğü mekik diplomasisinde ortaya attığı Kafkas Paktı önerisinin de içi doldurulmuş olabilir.

4- Kimse gitmesin
Ne Cumhurbaşkanı Gül ne de bir başka üst düzey isim kesinlikle gitmemeli. Orada, çirkin gösteriler olabilir. Bu olayın olumlu etkisi sürse sürse birkaç gün devam eder. Sonra, yine her şey eskisi gibi olur. Gül de bakanlar da gittiği ile kalır. Ermenilerin niyeti siyasi. Bundan da asla vazgeçmezler. Olayın havasına çok kaptırmamak lazım.

Müharibə: Gürcüstan – 215 ölü, 1469 yaralı, Rusiya – 74 ölü, 171 yaralı

Müharibə: Gürcüstan – 215 ölü, 1469 yaralı, Rusiya – 74 ölü, 171 yaralı



Tiflis-APA. Gürcüstan tərəfi son iki həftə ərzində keçirilən hərbi əməliyyatlarda 215 nəfər itki verib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu rəqəmi Gürcüstan parlamentinin müdafiə və dövlət təhlükəsizliyi komitəsinin sədri Qivi Tarqamadze açıqlayıb. Onun sözlərinə görə, hərbi əməliyyatlarda 1,469 nəfər yaralanıb, onlardan 446 nəfəri stasionar müalicədədir.

Gürcüstan Müdafiə Nazirliyinin 13 əməkdaşı ölüb, 200 əməkdaşı isə yaralanıb. Müdafiə Nazirliyinin isə 133 hərbçisi əməliyyatlarda həlak olub, 1199 hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb. İtkin düşən hərbçilərin sayı 70 nəfərdir, həlak olmuş yeddi hərbçinin şəxsiyyəti isə müəyyənləşdirilməyib. Hərbi münaqişədə həlak olanların 69 nəfəri mülki şəxsdir, 61 mülki şəxs isə əməliyyatlarda yaralanıb. Əməliyyat zonasında itkin düşən mülki şəxslərin sayını isə müəyyənləşdirmək mümkün olmayıb.

Rusiya Silahlı Qüvvələri baş qərargah rəisinin müavini Anatoli Noqovitsın gürcü-osetin münaqişə zonasında 74 rus hərbçisinin öldüyünü, 171 hərbçinin isə yaralandığını açıqlayıb. Onun sözlərinə görə, 19 hərbçi itkin düşüb. Rusiya Xarici İşlər Nazirliyi isə gürcülərin Sxinvaliyə hücumu zamanı 2 minə yaxın mülki şəxsin zərər çəkdiyini bildirib.
apa

İsveçlilərin ataları Türkdür?!

İsveçlilərin ataları Türkdür?!



Prof. Sven Laqerbring, 250 il öncə yazdığı kitabda, Türk dili ilə İsveç dili arasındakı oxşarlıqlardan, mifoloji bənzərlikdən hərəkət edərək, İsveçlilərin atalarının Türklər olduğunu bildirir. İsveç nağıllarında da tanrı Odinin "Türkland"dan yarandığı göstərilir. İSVEÇ tarixinin yaradıcılarından hesab olunan Prof. Sven Laqerbring 1764-cü ildə yazdığı 58 səhifəlik kitabda, İcveçlilərin Türk soylu olduğunu və İsveç dilində olan Türk sözlərinin da bunu açıqca göstərdiyini qeyd edib. Bu kitabı ilk dəfə Türk ictimaiyyətinə təqdim edən amma heç bir qarşılıq görməyən Əli Nuri Dilməç olub. Əli Nuri Dilməç kimdir? Əsil adı Qustav Nurinq. 1861 –ci ildə İsveçin Malmö şəhərində doğulub və 17 yaşında İstanbula gəlib, Türk və Müsəlman olaraq Əli Nuru adını götürtüb.

Fərqli Osmanlı Vikingi

Siyonizmin yaradıcısı Teodor Hertzlin sözü ilə, "Fərqli Osmanlı Vikinqi!" Əli Nuri bəy bu kitabı bir sərgidən alır, sonra dostuna verir, dostu ilə təxminən 20 ildən sonra görüşür. Sonra da, "Dəyərli bir kitabın qəribə tarixçəsi " adlı bir yazı yazır. Beləcə, Prof. Sven Laqerbringin Türkçə ilə İsveçcə arasında qurduğu paralellər və İsveçlilərin Türk soylu olmaqları barədə iddialar gündəmə gəlir. Amma təssüf ki, bu dövr Türk Tarix Araşdırmaları dövrü olduğu halda heç kim buna maraq göstərmir. Eyni zamnda bu kitabda, İsveçin ən önəmli tanrılarından olan “Odin”in də türk əsilli olduğu da açıq şəkildə göstərilir və "Bizim atalarımız Odinin yoldaşları Türklərdir. Bu barədə yetərli sayda sənəd var " deyilir. “Odin”in iki qurdla (canavar) birlikdə gəzdiyi faktını nəzərinizə çatdırım sonrasını özünüz fikirləşin artıq.

Türk dili ilə oxşar sözlər

Oxşar sözlər arasında isə aş / asch, bürc / borg, əmək / omak, göl / gidl, yurd / jord, qab / kabbe, pusqu / puss, krigpuss, su / siö, sulu / sölig sözləri diqqəti cəlb edir. Kitabı neçə ildən sonra çox çətinliklə türk dilinə tərcümə edən jurnalist Abdullah Gürgün, nəyə görə bu qədər əziyyətə qatlandığını belə ifadə edir: "Açığı məni kimin nə olduğu maraqlandırmır. Məqsədim, fərqliliklərimzi deyil oxşarlıqlarımızı ortaya çıxarmaq, göz önünə gətirməkdir. Aralarına nifaq salınmış, birbirinə qırdırılmış, bölünüb parçalanıb idarə olunan insanlar arasında körpü qurmaq cəhdlərinə dəstək verməkdir."

Ataman və ədalətli kral

İsveç Tanrısı Odin, Hervarar nağılında Tirkiar (Türklər) ve Asiemaen (Asiyalılar, Asiyalı adamlar) olarak göstərilən böyük bir kütlənin lideri idi. Təsvirlərdə qurdlarla birlikdə göstərilən Odinin mülkünün çox hissəsinin yerləşdiyi “Türkland”dan (Türkiye) İsveçə etdiyi səfər nağılda dəqiqliklə göstərilir və onun atamanlığından bəhs edilir. Qurduğu krallıqların rəhbərliyinə oğullarını təyin etdiyi bildirilir.

1707-ci ildə dünyaya gələn Sven Laqerbring, 35 yaşında tarix professoru oldu. Lund Universitetinin rektoru seçilir və 1769-cu ilə qədər bu vəzifədə qalır. 1764-cü ildə bir çox elmi əsərləri ilə yanaşı, Türklərlə qohumluq araşdırma işini da yazır. Bu Çalışmalarına görə 1769-cu ildə “əsalət” titulu il’ t’ltif olunur. Lund Universitetinin loqosunda Laqerbringin şəkli var. İsveçin müsair tarix elminin yaradıcısı olaraq göstərilən Laqerbringin ən məşhur əsəri dörd cildlik “İsveç İmperatorluğu Tarixi” əsəridir

Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq

Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avstriyanın Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, sözügedən guşə üçün zəngin kitab kolleksiyası artıq sözügedən kitabxanaya göndərilib. Kolleksiyaya Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, ədəbiyyatı, Heydər Əliyev, Azərbaycan-Ermənistan münaqişəsi haqqında Azərbaycan, rus, ingilis, alman dillərində kitab və elektron nəşrlər, habelə uşaq ədəbiyyatı daxil edilib. Materialların arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və mədəniyyət”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Zodçestvo Kavkazskoy Albanii”, “Erməni saxtakarlığı”, “Les Monumente West D’Azerbaidjan D’ouest”, “Khocaly. Martyrs and Witnesses”, “Armenian terror”, “Azərbaycan geyim mədəniyyəti tarixi”, “Schubumkehr! Armenische Mythomanie und die Wahrheit Documentation”, “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan publisistikası antologiyası” kitabları da var. Məlumatda bildirilib ki, guşənin açılışı sentyabrın ortalarında olacaq.

Güney Azərbaycanda həbs olunan tələbə və milli hərəkat fəallarının azadlığa buraxılması üçün 750 nəfər ziyalı imza kampaniyasi keçirib

Güney Azərbaycanda həbs olunan tələbə və milli hərəkat fəallarının azadlığa buraxılması üçün 750 nəfər ziyalı imza kampaniyasi keçirib



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın 750 nəfərdən artıq ziyalı, siyasi və ictimai şəxsiyyətlər, Öyrənci hərəkatının fəalları son aylarda Təbriz Universitetindən və Güney Azərbaycanın universitetlərindən həbs edilən və cəzalandırılan tələbələrin müdafiə edərək onların dərhal azadlığa buraxılmasını tələb edirlər. Imza edənlər bildirirlər ki, Təbriz Universitetinin tələbəsi Səccad Radmehr, Aydın Xaceyi, Fəraz Zehtab, Daryuş Hatəmi, Vədud Əsədi və bir çox Güney Azərbaycanın milli haqlarını müdafiə edən soydaşımız İran ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır fiziki və ruhi işəgncələrə məruz qalmaqdadırlar.

Onların heç bir günahı olmadan həbs edilərək heç bir hüquq müdafiəçisi ilə təmin edilmədən ailələri və yaxınları ilə görüşməyə belə imkan verilməməklə yanaşı onların əksəriyyətinin harada və hansı durumda olduqları heç kimə bildirilmir.

Biz aşağıda imza edənlər soydaşlarımızın dərhal azadlığa buraxılmasını tələb edirik, Beynəlxalq İnsan haqları təşkilatlarına müraciət edirik ki, öz milli və mədəni haqlarını tələb edən soydaşlarımıza qarşı haqsızlıqların qarşısı alınsın və onların dərhal azadlığa buraxılmasını Beynəlxalq Əfv təşkilatının və BMT-nin insan haqları komissarlığının onların hüquqularının müdafiəsi üçün bütün lazımi tədbirlər həyata keçirilsin.

Hazırda imza edənlərin sayı 750 nəfərdir və imza kampaniyası davam etməkdədir.

dak

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq münasibətləri iflic vəziyyətə sala bilər -Azərbaycan politoloqları

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq münasibətləri iflic vəziyyətə sala bilər -Azərbaycan politoloqları


Azərbaycan politoloqları hesab edirlər ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq münasibətlər sistemini iflic vəziyyətə sala bilər.

«Rəsmi Moskvanın atdığı son addımlar, o cümələdən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Rusiyanın milli maraqlarına ziddir, emosional addımdır və beynəlxalq aləmdə ciddi problemlərin yaranmasına səbəb ola bilər» - çərşənbə günü Trend News-a politoloq Vəfa Quluzadə bildirib.

Trend News-un arayışı: Gürcüstanın Cənubi Osetiya və Abxaziya Muxtar Respublikaları 1990 -cı illərin əvvələrində Tbilisidən ayrılaraq, öz müstəqilliklərini elan ediblər. Lakin beynəlxalq ictimaiyyət onların müstəqilliyini tanımayıb. Rusiya Federasiya Şurasının spikeri Sergey Mironov parlamentin yuxarı palatasının Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazır olduğunu bəyan edib. Mironov bunun üçün tanınmamış respublikaların xalqlarının iradəsinin vacib olduğunu qeyd edib. O qeyd edib ki, Cənubi Osetiya və Abxaziya xalqlarının iradəsi olsa, Rusiya onların müstəqilliyini tanımağa hazırdır.

Quluzadə qeyd edib ki, Moskva yenidən ABŞ və NATO ilə «soyuq müharibəyə» başlayarsa, bu Rusiyanın dağılması ilə nəticələnə bilər.

«Rusiyada kifayət qədər muxtariyyət var və onlar müstəqillik tələb edə bilərlər. Əgər Rusiya rəhbərliyi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanısa, onda öz ölkələrində də prosesə təkan verəcəklər», - deyə politoloq əlavə edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Trend News-a bildirib ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanısa, öz tarixində böyük səhvə yol vermiş olar.

«Belə bir addımın atılması dünyada mənfi president yarada bilər. Rusiyanın ərazisində vaxtaşırı müəyyən separatçılıq meyllərinin yaranmasını nəzərə alsaq, bu presidentdən nə vaxtsa Moskvanın özünə qarşı istifadə olunmayacağına heç bir zəmanət yoxdur» - Mirzəzadə əlavə edib.

Onun fikrincə, Kremlin beynəlxalq ictimaiyyətlə razılaşdırılmamaş belə bir qərarı Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, 50 -60 - cı illərdə mövcud olan «soyuq müharibənin» yenidən başlanması ilə nəticələnə bilər. Politoloq bildirib ki, Rusiyanın belə bir addım atması BMT Təhlükəsizlik Şurasının fəaliyyət göstərməsini sual altında qoyur. Çünki yeni dövlətin tanınması Təhlükəsizlik Şurasının qərarı ilə baş tutur: «Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması BMT-nin əsas prinsiplərini pozacaq. Onda BMT- də ciddi böhran yaranacaq. Ona görə də ümid edirəm ki, bu, Rusiya rəsmisinin ehtiyatsız bir bəyanatıdır».

Politoloq Rasim Musabəyov isə, Trend News-a deyib ki, Rusiyanın Qərblə qarşıdurması davam edərsə, Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması mümkündür.

«Amma Rusiyanın bu addımı cavabsız qalmayacaq. Bu ölkə, ATƏT istisna olmaqla, bütün beynəlxalq təşkilatlardan çıxarılacaq, Moskvanın beynəlxalq əlaqələri sıfra enəcək» - Musabəyov əlavə edib.

Onun fikrincə, Kremlin bu addımından Azərbaycan da ziyan çəkə bilər. Bunun ardınca Ermənistanın və Rusiyanın Dağlıq Qarabağı tanıması gündəmə gələ bilər: «Ona görə də, Moskvanın bu addımı Azərbaycan Rusiya münasibətlərində problemlər yarada bilər».
trend

Güney Azərbaycanın Mərənd şəhərində milli hərəkat fəallarının həbsi başlanıb

Güney Azərbaycanın Mərənd şəhərində milli hərəkat fəallarının həbsi başlanıb



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın Mərənd şəhərində Azad Universiteti sənədlərin qəbulu ərəfəsində çoxlu sayda Mərənd şəhərinin milli fəalları və Babək hərəkatının tanınmış fəalları Babəkin doğum günündə təşkil etdikləri Babək qalasına yürüşdə ittiham olunaraq dünən gecə ETTELAAT məmurları qəflətən soydaşlarımızın evlərinə hücum edərək onları həbs edib, Mərənd və Culfa şəhərlərinə ETTELAAT təcridxanalarında təzyiqlərə məruz qoyularaq sorğu-suala tutulublar.

Mərənd şəhərinin ziyalılarından olan Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan mühəndis Musa Əhmədi də həbs olunanların arasındadır. Bununla yanaşı “Mərəndimiz” və “Ata xəbər” saytının yaradıcısı, milli fəal Əbülfəz Babapur həbs edilərək sorğu-suala tutulub.

“Yahoo”-nun Azərbaycan dilində yaradıcısı olan Əbülfəz Babapur “radio-Fərda” ilə əməkdaşlıqda ittiham olunaraq istintaqa cəlb olunub. Onun həyat yoldaşı Bətul Hüseynpur “Mərəndimiz” saytının qadın bölməsinin məsulu bildirib ki, gecə saat iki radələrində çoxlu sayda ETTELAAT məmuru evimizə hücum edərək həyat yoldaşımı həbs edərək apardılar. Bir halda ki, mühəndis Babapurun ruhu və cismi problemləri olduğu halda ETTELAAT məmurları sübh saat 7-yə qədər ona təzyiqlər olmuş, şərti olaraq müvəqqəti azadlığa buraxmışlar. Ona xəbərdarlıq edilib ki, kütləvi informasiya vasitələrinə və mətbuata heç bir müsahibə verməsin.

Mühəndis Əbülfəz Babapur Oqtay Aslani təxəllüsü ilə Mərəndin veblag yazanlarından və milli mədəni fəallarından biridir.

Mərənd şəhərində və onun ətraf kəndlərində Babək hərəkatı ilə məşhur olan dərnək Mərənddə soydaşlarımızın milli və mədəni haqlarının tanınmasında çoxlu sayda kitab və dərginin nəşr olunmasında Babək mənzuməsinin ustad Cəfərlinin yazdığı əsərin nəşr olunmasında böyük əməyi var.

Adlarını çəkdiyimiz soydaşlarımızla yanaşı çoxlu sayda milli hərəkat fəalı və tələbələr son günlərdə ETTELAAT tərəfindən həbslə təhdid ediliblər.

Ehtimal olunur ki, “Mərəndimiz” saytının ingiliscəsinin məsulu mühəndis Qəffarı da ETTELAAT-ın həbsə hazırladığı siyahının daxilində olsun.

dak

NATO Rusiyanı ciddi sanksiyalarla hədələdi

NATO Rusiyanı ciddi sanksiyalarla hədələdi
QƏRBİN ARTAN TƏZYİQLƏRİNİ DİQQƏTƏ ALAN RUSİYA DÜNƏN AXŞAMÜSTÜ GÜRCÜSTAN ƏRAZİSİNDƏKİ QOŞUNLARINI ÇIXARMAĞA BAŞLAYIB

Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzündən sonra yaranan mürəkkəb vəziyyət regionda geniş maraqları olan Qərb dairələrini proseslərə daha aktiv müdaxilə etməyə vadar edir. Birləşmiş Ştatların sərt bəyanatlarından və Avropa Birliyindən gələn tənqidi çıxışlardan sonra Qərbin əsas güc faktoru - NATO Rusiya ilə münasibətləri əsaslı şəkildə təftiş etmək qərarına gəlib. Dünən Brüsseldə (Belçika) bir araya gələn alyans ölkələrinin XİN rəhbərləri Rusiyanın son hərəkətləri ilə bağlı atılacaq addımları gözdən keçiriblər. NATO Xarici İşlər Nazirləri Şurası ABŞ-ın təşəbbüsü ilə toplanıb və əsas müzakirələr də Amerika tərəfin hazırladığı bəyannamə layihəsi ətrafında gedib. Toplantıda Gürcüstanın XİN başçısı Eka Tkeşelaşvili də iştirak edib, Rusiya tərəfdən isə müzakirələrə heç kim dəvət edilməmişdi.

ABŞ dövlət katibi Kondoliza Raysın təqdim etdiyi sənəddə Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətinin pislənməsi, Rusiyanın güc tətbiqinin həddən artıq sərt addım kimi qiymətləndirilməsi, Gürcüstanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsi, Rusiyaya qarşı siyasi sanksiyaların tətbiqi kimi məsələlər yer almışdı. Moskvaya qarşı mümkün sanksiyalar arasında NATO-Rusiya Şurasının fəaliyyətinə xitam verilməsi, Rusiya ilə kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığın dayandırılması kimi addımlar var.

"Rusiyanın Gürcüstanda həyata keçirdiyi hərbi aksiya mövcud vəziyyətə qeyri-proporsional olmaqla yanaşı, bu ölkənin regionda oynamaq istədiyi sülhyaratma missiyasına tamamilə ziddir", - deyə toplantının bəyannaməsində vurğulanır. Alyansın Rusiyadan ilk tələbi isə bu ölkənin Gürcüstan ərazisindəki hərbi qüvvələrini qeyd-şərtsiz və təcili çıxarması ilə bağlıdır.

Məlum olduğu kimi, avqustun 8-də Cənubi Osetiyada müharibənin alovlanmasından sonra bölgəyə çoxlu sayda ordu hissələri yeridən Rusiya gürcü qüvvələrini təkcə bu ərazidən deyil, həm də Cənubi Osetiya və separatçı Abxaziya yaxınlığındakı şəhərlərdən vurub çıxararaq ölkənin böyük bir hissəsini faktiki işğal etmişdi.

Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə tərəflər arasında avqustun 12-13-də əldə olunmuş atəşkəs razılaşmasına görə, Rusiya qoşunlarının Gürcüstan ərazisini tərk etməsi nəzərdə tutulsa da, Moskva bu razılaşmaya əməl etməyə tələsmir.

ABŞ dövlət katibi Rays NATO toplantısı öncəsi Rusiyanı bir daha Gürcüstana qarşı təcavüzə son qoymağa çağıraraq əks təqdirdə bu ölkənin alyansdan "çox ciddi xəbərdarlıq" alacağını bildirmişdi: "Rusiya çox təhlükəli oyun oynayır və Qərb Rusiyaya Şimali Qafqaz münaqişəsində qarşısına qoyduğu strateji hədəflərə nail olmağa imkan verməyəcək". Rusiyanın Gürcüstana müdaxiləsini demokratiyaya hücum kimi dəyərləndirən Rays bu addımın bütövlükdə region əhalisinin gözünü qorxutmağa hesablandığını vurğulayıb. O nəzərə çatdırmışdı ki, NATO toplantısında Rusiya rəhbərliyini Gürcüstandan qoşunları çıxarmaq barədə öhdəliyə əməl etməyə inandırmaq yolları müzakirə olunacaq.

Alyansın Rusiyaya xəbərdarlıq addımları sırasında Gürcüstanın NATO-ya qəbulu da gözdən keçirilir. Artıq Qərbdə əksər dairələr bu qənaətdədir ki, bu ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstana (və Ukraynaya) Üzvlük Üçün Hazırlıq Planının verilməməsi Rusiyanın ambisiyalarını şirnikləşdirib və bunun nəticəsi də göz qabağındadır.

Dünənki müzakirələrin yekunu olaraq alyans üzvləri Gürcüstanı öz sıralarına qəbul etmək niyyətlərini bir daha bəyan ediblər. Bununla belə, bunun nə vaxt gerçəkləşməsi məsələsində alyans daxilində müəyyən fikir ayrılığı qalmaqdadır. ABŞ, onun Avropadakı ən yaxın müttəfiqi Britaniya, eləcə də əksər Şərqi Avropa ölkələri (Çexiya və Slovakiyanı çıxmaqla) Gürcüstanın (eləcə də Ukraynanın) ən yaxın vaxtlarda NATO-ya qəbuluna tərəfdar olsalar da, Almaniya, İtaliya və Fransa bu məsələdə tələskənliyin və Rusiyaya qarşı sərt addımların bütövlükdə Avropanın təhlükəsizliyi üçün mənfi nəticə doğuracağından ehtiyatlanırlar. Rusiyadan ciddi şəkildə enerji (neft-qaz) asılılığı olan ölkələr Rusiya ilə münasibətlərin kökündən korlanmasını istəmirlər. Böyük Britaniyanın XİN başçısı Devid Milibend də bildirib ki, onun ölkəsi Rusiyanın təcridinə qarşı çıxır və onunla əməkdaşlığı real variant sayır. Eyni zamanda, o, Gürcüstanın NATO-ya qəbulu məsələsində alyansda prinsipial fikir ayrılığının olmadığını deyib.

Dünənki toplantının yekununda NATO-Gürcüstan komissiyasının yaradılması barədə qərar qəbul olunub. Bu qurum Gürcüstanın alyansa üzvlük prosedurunun sürətlənəcəyinə işarədir. Toplantıda həmçinin NATO-nun Gürcüstanın müdafiə qabiliyyətinin artırılması üçün silah və hərbi texnika göndərməsi məsələsinin də müzakirə edildiyi bildirilir. Lakin ümumilikdə Qərb dairələrində əksər mövqe bundan ibarətdir ki, ABŞ Cənubi Osetiyanı Gürcüstanın tərkibinə qaytarmaq üçün Rusiya ilə açıq mübarizə aparmağa hazır deyil. "The Washington Post" qəzetinin yazdığına görə, Buş administrasiyasının indiki vəziyyətdə gürcülərə göstərəcəyi ən böyük kömək bu ölkənin NATO-ya qəbuluna nail olmaqdır.

NATO-nun Moskva ilə necə davranmaq yollarını müzakirə etdiyi vaxtda Rusiya qoşunlarının, nəhayət, Gürcüstan ərazisini tərk etməyə başladığı barədə xəbərlər yayılıb. "Reuters"in məlumatına görə, dünən axşamüstü Rusiya tankları Qori şəhərini tərk etməyə başlayıblar. Rusiya hərbi komandanlığından qoşun hissələrinin Qori-Sxinvali-Vladiqafqaz (Şimali Osetiya) marşrutu ilə geri çəkiləcəyi bildirib. Lakin bu prosesin nə vaxt yekunlaşacağı bildirilmir. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev bazar günü Fransa prezidenti Nikola Sarkozi ilə telefon danışığı zamanı qoşunların avqustun 18-dən etibarən Gürcüstan ərazilərindən geri çəkiləcəyinə dair növbəti vəd vermişdi. Hələlik Rusiya qüvvələri işğal edilmiş Qori şəhərində, habelə Tbilisinin 35-40 km-dəki Senaki, Zuqdudi, Xaşuri və Potidə qalmaqda davam edir.

Dünən həmçinin Rusiya və Gürcüstan hərbçiləri 8-12 avqustdakı silahlı toqquşmalarda əsir götürülmüş hərbçilərin mübadiləsi baş tutub. Verilən məlumata görə, Tbilisinin 45 km-də, iki ölkənin hərbi qüvvələrinin üz-üzə dayandığı ərazidə gerçəkləşən mübadilə nəticəsində gürcü tərəfi 5 rusiyalı hərbçini, o cümlədən 2 hərbi pilotu, Rusiya tərəfi isə 15 gürcü hərbçini qarşı tərəfə təhvil verib.

Bu arada Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəd-keçidində məhdudiyyətlər tətbiq etdiyi xəbər verilir. Rusiyanın baş naziri Vladimir Putin imzaladığı sərəncama əsasən, avqustun 18-dən etibarən xarici ölkə vətəndaşları (MDB ölkələrinin vətəndaşları istisna olmaqla) Azərbaycan və Gürcüstan ərazisindən Rusiyaya daxil ola bilməzlər.Rusiya tərəfi bunu beynəlxalq terror təşkilatları üzvlərinin ölkəyə daxil olmasının, silah keçirməsinin və təxribat törətməsinin qarşısını almaq məqsədilə edildiyini bildirib.


Vüqar ORXAN
525

Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri

QULAM NƏCƏFININ AILƏSI IQTISADI SIXINTI IÇƏRISINDƏDIR

İranda həbs olunmuş siyasi fəalların ailələri də təzyiqlərə məruz qalır. Daxil olan məlumata görə, ailəsi iyulun 4-də həbs edilmiş təbrizli Milli Hərəkat fəalı Qulam Nəcəfinin mağazasını hələ də işlədə bilmir. Xatırladaq ki, həbs ediləndən sonra hərəkatçının mağazası bir müddət qardaşı tərəfindən işlədilsə də, siyasi fəalın ailəsini iqtisadi məhrumiyyətlərə məruz qoymaq istəyən hökumət nümayəndələri mağazanı qapatmışdılar.


ETTELAAT MƏMURLARI ONUN 4 DIŞINI VƏ QOLUNU SINDIRIBLAR

Qırx gün bundan öncə həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Həmid Valeyinin vəziyyəti ağır olaraq qalır. Daxil olan məlumata görə, həbs edilərkən təhlükəsizlik məmurları tərəfindən vəhşi zorakılığa məruz qalmış Həmid Valeyinin qolu və 4 dişi sındırılmışdı. Beynəlxalq hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra xəstəxanaya köçürülən Həmid Valeyi hazırda xəstəxanada müalicə olunur.


HƏRƏKATÇI TƏBRIZ ETTELAAT-INDA SAXLANILIR

Təbrizdə yaxalanmış sulduzlu Milli Hərəkat fəalının yeri məlum olub. Daxil olan məlumata görə, hərəkatçının Təbriz ETTELAAT-ında olduğuna dair xəbər gəlib. Xatıladaq ki, bir müddət öncə Təbrizdə həbs edilmiş Əmir Mərdanidən xəbər yox idi. Ailəsi və hərəkat fəalları narahatlığına nəhayət son qoyulub. Avqustun 17-də evlərinə telefon açan Əmir Mərdani Təbrizin ETTELAAT idarəsinin təcridxanasında olduğunu deyib.vhp

Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Axşam saatlarında isə cənab Ərdoğan səfərini başa vurmalıdır


Bu gün(20 avqust) Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Azərbaycana gəlir. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, cənab Ərdoğan günorta saat 1-də Bakıya gəlməlidir.

Səfirlikdən deyirlər ki, R.T.Ərdoğanın bütün görüşləri prezidentin Zağulbadakı iqamətgahında keçiriləcək.

Axşam saatlarında isə cənab Ərdoğan səfərini başa vurmalıdır.

Gözlənilir ki, Baş nazir görüşlərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyi və Qafqaz İttifaqının yaradılması məsələlərini müzakirə edəcək.
azadliqradiosu

“Ergenekon”un Azərbaycan izləri...


“Ergenekon”un Azərbaycan izləri...



Varmı, yoxmu?

Türkiyədə “Ergenekon” əməliyyatı adı altında keçirilən həbslər təkcə bu ölkənin yox, bütün dünyanın, xüsusilə də Azərbaycanın marağına səbəb oldu.


Qeyd edək ki, bu əməliyyatın gedişində istefada olan üç general da daxil olmaqla, xeyli sayda tanınmış şəxslər həbs edilib. Həbs edilənlər arasında Türkiyədə milliyyətçi siyasi kəsimə daxil olan tanınmış simalar, o cümlədən jurnalistlər də var. Bu insanları terror təşkilatı qurmaqda, dövlət çevrilişinə cəhddə və sair cinayətlərdə ittiham edirlər.

Lent.az isə məsələnin Azərbaycanınla bağlı hissəsini araşdırıb. Ölkəmizdə bu məsələyə olan diqqəti təkcə maraqla məhdudlaşdırmaq olmaz. Bu iş üzrə prokurorların hazırladığı təqribən 2455 səhifəlik ittiham aktında Azərbaycanla bağlı xeyli məqamlar qeyd olunub, adlar çəkilib. Həm də Türkiyədən adı çəkilən adamları böyük bir qismi Azərbaycanda da tanınırlar. Yazıda bu böyük prosesin Azərbaycan üzrə mümkün təsirlərini və ehtimal olunan izlərini araşdırmağa çalışdıq.

Ondan başlayaq ki, əməliyyata qoyulan ad çox diqqət çəkir. Ergenekon – türklər üçün müqəddəs anlayışdır. Ergenekon – türk qövmünün ilk yurdu kimi qəbul edilir. Əfsanəyə görə, türklər orada düşməndən yayınıb, bir millət olaraq salamat qalıblar. Qədim türk mifoloji və ədəbi nümunələrində belə deyilir: “Ergenekon - yurdun adı, Börteçine - qurdun adı”. Belə hesab olunur ki, Boz qurd Tanrı tərəfindən yerə endirilib və türk qövmünün sağ qalmış üzvlərinə xilas yolunu göstərib. Əfsanə öz yerində...

Yerli və Türkiyə mətbuatından və şəxsi kanallardan aldığımız məlumatlar onu göstərir ki, söhbət şərti olaraq “Ergenekon” adlandırılan böyük bir şəbəkədən, faktiki olaraq “dövlət içində dövlət” hesab edilən, az qala mifik gücə mailk olduğu iddia edilən bir qurumdan gedir. Bunu heç bir şişirtməyə yol vermədən söyləmək olar. Bu qurum üçün söylənilən qayə də göstərir ki, nəzəri cəhətdən Azərbaycan, hətta Orta Asiyanın türk dövlətləri belə bu qurumun maraq və fəaliyyət dairəsindən kənarda qalmamalıdır. Əgər vəziyyət belədirsə, onda “Ergenekon”un Azərbaycanda hansı izləri ola bilər?

LEQAL İNFORMASİYALAR

Azərbaycan və Türkiyənin kütləvi informasiya vasitələrində bu mövzuya dair ölkəmizin adı bir neçə planda çəkilir. Əsasən Azərbaycanın adı müxtəlif telefon danışıqlarında kimlərinsə adının çəkilməsi və ya telefon danışıqlarının izlənilməsi ilə yadda qalıb. Bura Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan hakimiyyətinə və müxalifətinə mənsub olan konkret şəxslərin, ictimai-siyasi xadimlərin adları aiddir. Konkret adlar arasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜSAM) eksperti Cavid Vəliyev, kimliyi hələ də bilinməyən Mərziyyə Binnətova kimi şəxslərin adına rast gəlirik. Vəssalam. Bu şəxslərin Ergenokon adlı qurumla hansı əlaqəsinin olması və konkret nə kimi fəaliyyət göstərməsini isə açıqlamayıblar. Ortada yalnız kiminsə adının kiminsə dilindən səslənməsi və ya telefon danışıqlarının stenoqramı var. Yalnız bununla məhdudlaşan rəsmi informasiyalar "Ergenekon"un Azərbaycanda hansısa izlərinin olduğunu söyləməyə kifayət edirmi?

Ondan başlayaq ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da bu prosesdə təqsirləndirilən şəxsləri dəstəkləyən və ittihamın mövqeyindən çıxış edənlər var. Məsələn, yerli KİV-də Türkiyəyə yaxınlığı ilə tanınan bəzi jurnalistlərin hazırladığı materiallarda və televiziya xəbərlərində əsasən ittiham tərəfinin mövqeyi səslənir. Lakin bəzi yerli qəzetlər, əsasən də “Yeni Müsavat” qəzeti fərqli rakursdan çıxış edir. Bu qəzetin məsələyə yanaşmasında həbs edilən şəxslərə açıq dəstək verilir, onların fəaliyyəti müdafiə olunur. Hətta qəzetin baş redaktoru Rauf Arifoğlunun adı yerli qəzetlərdən birinin manşetində “Ergenekon”la əlaqədə də çəkilmişdi. Baş redaktorun özü isə bu təşkilat və ya əməliyyatla hər hansı əlaqəsinin olması barədə deyilənləri yalanladı: “Ergenekon” dosyesi ortadadır. Onu əvvəldən axıra qədər oxumuşuq. Orada mənim adım yoxdur, lakin qəzetimizin adı var. İttiham aktında adı dəstənin başçısı kimi hallandırılan general Vəli Kiçiyin kompüterində, yazıları arasında bizim qəzetin məqalələrinə rast gəlinib. Ümumiyyətlə, bu dosye yığma publisistik bir arxivdir. Burda hər şeyə rast gəlmək olar. İttiham edilən şəxslərin bir il ərzində kimlərlə nə danışmasını, danışıqlarda kimlərin adının çəkdiyini bu dosyeyə əlavə ediblər. Mənim adım yoxdur, hətta mən bəzi məqamlarda buna təəssüflənirəm. Çünki hamı məni millətçi kimi tanıyır. “Ergenekon”çular arasında da xeyli millətçilər var. Mən Türkiyədə millətçilərin siyasi qanadı ilə təmasdayam. Hərbi qanadı ilə münasibətim çox məhduddur”.

Rauf Arifoğlu şəxsi məlumatlarına əsaslanaraq bildirir ki, ümumiyyətlə, “Ergenekon” bir struktur halında deyil. Onun sözlərinə görə, bu, Türkiyədə bir-birini tanıyan və millətini çox sevən insanların münasibətlər sistemidir. Baş redaktorun fikrincə, bu münasibətlərdə Türkiyə ilə bağlı narahatlıqlar, Cümhuriyyət quruluşunun dəyişdirilməsi təhlükəsi və bu təhlükənin qarşısını almaq üçün hansı addımların atıla bilməsi düşüncələri öz əksini tapıb. Bu baxımdan da həmsöhbətim bu işi qondarma hesab edir. Eyni zamanda, açıq söyləyir ki, bu işlə bağlı tutulan insanlar Azərbaycanın kisəsindən gedib: “Azərbaycanla bağlı müsbət düşüncələri, narahatlıqları olan, ermənilərə qarşı barışmaz xətt yürüdən ordunun əhəmiyyətli fiqurları hazırda içəridədir. Vəli Kiçik Paşa Azərbaycan kökənlidir. Hətta özünün bildirdiyinə görə, eks-prezident Əbülfəz Elçibəyin uzaq qohumudur. Bu baxımdan, mən onun alıb-verdiyi nəfəsə qədər Azərbaycanla bağlı olduğuna əminəm. Şəxsən münasibətim olmayıb, lakin ortaq dostlarımız var. Belə insanların sıxışdırılmasını Azərbaycan üçün ziyanlı hesab edirəm”.

Rauf Arifoğlu hesab edir ki, Türkiyədə “Ergenekon” işində ittiham edilən millətçilər məhkəmədən azadlığa çıxacaqlar: “Onların ermənilərə qarşı əməllərini bəlkə də kimlərsə cinayət hesab edə bilər. Amma onları Ermənistan hökuməti ittiham etmir. Söhbət Türkiyədən gedir”.

Bununla yanaşı, Azərbaycan cəmiyyətinin bu hadisəyə reaksiyası baş redaktoru qane etmir. O, deyir ki, bu hadisələr başlayarkən yalnız Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlının müdafiə bəyanatlarına rast gəlib. Hansı ki, baş redaktorun iddiasına görə, Vəli Kiçik Paşa Azərbaycanda bir neçə nəşrə maliyyə dəstəyi də verib. Bu istiqamətdəki fəaliyyətində isə ona hazırda Türkiyədə yaşayan Xanım Xəlilovanın bələdçilik etdiyi bildirilir. Hətta bəzi məlumatlara görə, X.Xəlilovanın Vəli Kiçik Paşa ilə ailəvi dostluq münasibətləri də olub. Bundan başqa, baş redaktorla söhbətimizdən bəlli oldu ki, Paşanın ölkəmizdəki bir çox tədbirləri maliyyələşdirməsi, hətta bir neçə siyasi təşkilata seçkilər ərəfəsində ciddi dəstək verməsi haqda bilgilər var.
Rauf Arifoğlu deyir ki, “Yeni Müsavat” qəzeti belə bir yardımlar almayıb. Amma buna baxmayaraq, onları müdafiə edir.

Yuxarıda maliyyə yardımı ilə bağlı səsləndirdiyimiz fikirləri də bu proseslə bağlı yayılan

QEYRİ-LEQAL İNFORMASİYALAR

silsiləsinə aid etmək olar. Bu kateqoriyaya isə şayiələrdən tutmuş, qara piar elementlərinə qədər, hətta əfsanə sayıla biləcək mülahizələr daxildir. Məsələn, AXC dövrünün, Əbülfəz Elçibəy hakimiyyətinin və indiki müxalifətin müxtəlif simalarının bu şəbəkəyə bağlılığı iddia olunur. Bunlar yalnız iddia olduğu üçün konkret ad çəkmək istəmirik. Ancaq başqa tərəfdən, “Ergenekon” işi üzrə suçlu bilinərək həbs edilən adamların bir çoxunun ölkəmizə səfəri, burada keçirdikləri rəsmi və qeyri-rəsmi görüşlər barədə çoxlu məlumatlar var. Hətta bu kateqoriyaya aid olan ən ciddi məlumat general Vəli Kiçik Paşanın Azərbaycana səfərləri, Ə. Elçibəy hakimiyyəti dövründə Qarabağın müdafiəsinə dolayısı yolla da olsa dəstək verməsi ilə bağlıdır. Bəs bu cür qeyri-leqal informasiyalar əsasında hansı fikirləri irəli sürmək olar? Adları ittihamnamədə çəkilən Azərbaycan vətəndaşlarının “Ergenekon” adlanan təşkilatda yer alması mümkündürmü? Onların əməli cinayət hesab olunurmu? Bu suallarla müraciət etdiyimiz bir çox ekspertlər deyirlər ki, əgər Azərbaycan vətəndaşlarının əməllərində hər hansı cinayət əməli hiss olunsaydı, Türkiyə hüquq-mühafizə orqanları ən azı ölkəmizə rəsmi sorğu göndərərdilər. Bundan başqa, Türkiyə və Azərbaycan güc strukturları arasında bağlanan müqaviləyə əsasən, türk istintaqçılarının burada həmin insanları dindirmək, başqa istintaq hərəkətləri keçirmək imkanları var. Belə bir hadisə olubmu?

TÜRKİYƏ RƏSMİ MÜRACİƏT ETMƏYİB

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən (MTN) belə bir müraciətin olmadığını dedilər. MTN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Arif Babayev bildirdi ki, ümumiyyətlə, “Ergenekon” məsələsi Türkiyənin daxili işi olduğu üçün bu məsələyə aid heç bir şərh vermirlər. O ki qaldı Azərbaycan vətəndaşlarının bu məsələdə iştirakına, bu barədə idarədə heç bir məlumat yoxdur.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat attaşesi Bülent Uğurla da söhbətimiz oldu. Cənab Uğur qeyd edir ki, Türkiyə hakimiyyəti tərəfindən səfirliyə bu işlə bağlı və konkret adı çəkilən şəxslərə dair hər hansı araşdırma aparmaq, hüquq-mühafizə orqanlarına müraciət etməyə dair heç nə bildirməyiblər.

İndi gələk bu işdə adı çəkilən həmyerlilərimizə. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məzuniyyətdədir. Komitənin şöbə müdiri Elşad Miraləm isə deyir ki, Nazim İbrahimovun həbs edilən insanlarla hər hansı bir əlaqəsindən söhbət gedə bilməz: “Sadəcə, Vəli Kiçik Paşa ilə Nazim İbrahimov eyni tədbirdə müxtəlif istiqamətlərdən aldıqları dəvətlə iştirak ediblər. İttihamnamədə əlaqəyə dair heç nə yoxdur”.

Həqiqətən də ittiham aktında general Vəli Kiçiklə Türkiyənin “mafiya babası” kimi tanınan Sedat Peker arasında telefon danışığının stenoqramı verilir. Həmin telefon danışığı zamanı Vəli Kiçik deyir ki, Dünya Azərbaycanlıları Konqresinin qurultayından təzəcə qayıdıb: “Azərbaycandan, Qazaxıstandan, İrandan istədiyimiz adamların bu qurultaya qatılmasını təmin edə bildik. Çox yaxşı toplantı oldu, ağırlığımı qoyan kimi istədiyimiz nəticə əldə edildi. Azərbaycandan bu işlərə baxan Nazim (Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov – müəl.) də gəlmişdi”. Vəssalam. Nazim İbrahimovla bağlı ad yalnız bir dəfə, bu şəkildə çəkilir.

İttiham aktında adları çəkilən Mərziyyə Binnətova, Cavid Vəliyev adlı şəxslərin kimliyi isə bilinmir. Daxili İşlər Nazirliyinə müraciət etsək də, onlar bu vəziyyətdə belə isimli şəxslərin tapılmasında bizə kömək edə bilməyəcəklərini dedilər. Tamamilə mümkündür ki, bu cür insanlar ümumiyyətlə, olmasın, yaxud adlar şərti olaraq istifadə edilsin. Çünki Vəli Kiçik Paşanın burada tanıdığı bir neçə şəxsə müraciətimizdə bizə bildirdilər ki, bu adda insanlar olsaydı, onlar mütləq tanıyardılar.

“ONLARI MƏHKƏMƏYƏ VERƏCƏYƏM”

Geridə iki xanımın adı qalır. Bunlar Türkiyədə yaşayan Xanım Xəlilova və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır. Türkiyəyə telefon açıb Xanım Xəlilova ilə də danışdıq. X.Xəlilova mövzunu eşidən kimi bildirdi ki, bu məsələyə qətiyyən qarışmaq istəmir: “Bu, bir dövlət işidir. Mən necə qarışa bilərəm ki?” Ondan Vəli Kiçik Paşa ilə münasibətlərinə dair soruşduqda da bildirdi ki, bu barədə heç nə söyləməyəcək”.

Tənzilə Rüstəmxanlı isə mövzu ilə əlaqədar geniş açıqlama verdi. Əvvəlcə qeyd edək ki, “Ergenekon” ittihamnaməsində xanım Rüstəmxanlının adı bir neçə dəfə çəkilir. İstintaq onun “Ergenekon”çu kimi həbs edilənlərlə telefon danışıqlarını nəzarətdə saxlayıb. Bu telefon danışıqları zamanı cinayət predmeti hesab ediləcək hər hansı bir məqama rast gəlinmir.

Tənzilə xanım söhbətimizə ondan başladı ki, həbs olunanlar arasında illər ərzində tanıdığı, əməkdaşlıq etdiyi insanlar var: “Həbs edilənlərin çoxunun cinayət törətməsinə kəsinliklə inanmıram. Mən bu insanların türk millətinə və dövlətçiliyinə çox sağlam tellərlə bağlı olduqlarını görmüşəm, buna inanmışam. İllərlə biz bu adamlarla birlikdə Azərbaycanın, türk dünyasının müdafiəsinə qalxmışıq. Xeyli sayda konfranslar keçirmişik və ailə dostluqları əmələ gəlib. Nə tədbirlər zamanı, nə də baş-başa qaldığımız, heç kimin bizi dinləmədiyi zamanlarda belə bu adamların dilindən “Ergenekon” adlı bir təşkilatın mövcudluğunu eşitməmişəm. Ona görə də inandığım bir şeyin arxasında bu cür israrla dayanmaqda davam edəcəm. 15 il tanıdığım, hazırda həbsdə olan Sevgi Erenerol necə ola bilər ki, cinayət törətmək istəsin? Onun dilindən yalnız bunları eşitmişəm ki, hansı xarici qüvvələr burada nələr etmək istəyiblər. İlk dəfə olaraq mətbuata açıqlayım ki, Sevgi Erenerol 2003-cü il prezident və 2005-ci il parlament seçkilərində Corc Sorosun ölkəmizdə narıncı inqilab etmək planlarını açıqlamışdı. Sevgi xanım deyirdi ki, hakimiyyəti dəyişmək istəyirsinizsə, buna özünüz nail olun, yoxsa xarici qüvvələr burada gəlib öz maraqlarını dövlətə daşıyacaqlar. Bu qadın kökləri Türkiyə tarixinə bağlıdır. Onun babası Türkiyə tarixində çox önəmli rol oynayıb. O, xarici fondların ölkələrdə hansı əməllərdən çıxması barədə kitab yazdı, sonra onu Azərbaycan türkcəsinə çevirib bura göndərdi ki, qoy millətiniz bunların işlərindən xəbərdar olsun”.

T.Rüstəmxanlının dediyindən belə çıxır ki, ilk dəfə Türkiyədə Taksim meydanında Qarabağla bağlı etiraz aksiyasını Sevgi Erenerol təşkil etdirib. Sevgi Erenerol bir xirstian türküdür. Onun babası Papaeftimin qəbrinin üzərində Mustafa Kamal Atatürkün dilindən yazılıb ki, bu insan Türkiyənin qurtuluş savaşında millətə bir ordu qədər xidmət edib: “Həbsdə olan adamlar arasında Robert Köçəryana Xocalı faciəsi ilə əlaqədar Türkiyə məhkəmələrində cinayət işi açdıran, Türkiyədə Xocalı ili elan edən, Azərbaycanın müdafiəsinə təkcə öz ölkələrində yox, həm də xaricdə qalxan insanlar var. İndi kim uduzdu?”

Konkret Vəli Kiçik Paşaya gəldikdə isə xanım həmsöhbətim bildirir ki, onu Azərbaycanda ən son tanıyan insanlardan biri olublar. Münasibətləri general DAK-a gəldikdən sonra yaranıb. Və bu insanı Azərbaycanı çox sevən bir insan kimi tanıyıb. Xanım Rüstəmxanlı deyir ki, bu adamların həbsindən sonra Türkiyə gündəminə tamam başqa məsələlər gəlir və ermənilərin əli-qolu açılır: “Türkiyədə hakimiyyətdə olan partiyanın millət vəkili Avropa Şurasında çıxış edib bildirir ki, niyə biz Azərbaycana görə Ermənistanla münasibətləri birdəfəlik pozmalıyıq, Qarabağ Azərbaycanın daxili məsələsidir”.

Söhbətimiz zamanı istintaq materialları arasında yer alan telefon danışıqlarına da toxunduq. Tənzilə xanımın sözlərinə görə, bu danışıqların açıqlanması bir daha göstərəcək ki, münasibətlər yalnız Azərbaycanın müdafiəsi zəminində olub: “O qədər eybəcər bir ittiham hazırlayıblar ki, orada 12 yaşlı qızım Aydan Rüstəmxanlı Sevgi Erenerolun Azərbaycandakı nümayəndəsi kimi qeyd olunub. Nədir ki, onlar bir ailə dostumuz olaraq zəng edib danışıblar. İndi məktəbli qızımın adını cinayət ittihamnaməsində çəkənlərə qarşı məhkəmədə iddia qaldıracam. Övladıma psixoloji təzyiq edilib”.

Tənzilə xanım onu da deyir ki, Türkiyədən bu günlərdə qayıdıb. Bu məsələni nə orada, nə də ki, Bakıda heç bir rəsmi orqan onunla araşdırmayıb. O hesab edir ki, onun hər hansı bir suçu olsaydı, ondan ən azı bir izahat alardılar. Eyni zamanda bildirir ki, əgər həbsdə olan şəxslərin Azərbaycanda hansısa qanunsuz əməli olsaydı, bunu mütləq rəsmi şəkildə araşdırardılar. Artıq istintaq bitib. Və bu istintaqın ölkəmizlə bağlı hər hansı araşdırma aparacağı hiss olunmur.

Xüsusi olaraq lent.az üçün hazırladı:
Səbinə Əvəzqızı