azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Ağustos 2008 Perşembe

QAT Ərdoğanın Qafqaz birliyi” ideyasına etiraz etdi

QAT Ərdoğanın Qafqaz birliyi” ideyasına etiraz etdi


“Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir. Belə bir şəraitdə işğalçı və terrorçu Ermənistanın daxil olacağı hər hansı birlikdən söhbət də gedə bilməz”


Qarabağ Azadlıq Təşkilatı qardaş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qafqaz birliyi” ideyasını, Azərbaycanı bu birliyə qoşmaq cəhdlərini, həmçinin bu barədə işğalçı Ermənistanla danışıqlar aparmaq niyyətini qətiyyətlə pisləyir. Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir. Belə bir şəraitdə işğalçı və terrorçu Ermənistanın daxil olacağı hər hansı birlikdən söhbət də gedə bilməz. Türkiyənin baş nazirinin təşəbbüsü bilərəkdən və yaxud bilməyərəkdən Ermənistanın işğalçı və ilhaqçı hərəkətlərinə bəraət qazandırılmasına yönəlmişdir. Qardaş Türkiyənin birdən-birə işğalçı Ermənistana bu təkliflə kömək əlini uzatması, bu işğalçı rejimi regionun bərabərhüquqlu tərəfdaşına çevirmək cəhdləri heç bir halda müsbət hadisə kimi qiymətləndirilə bilməz. Ermənistan nə qədər ki, işğalçı və ilhaqçı hərəkətlərindən əl çəkməyibdir, ona Qafqaz birliyində yer yoxdur. Bunu Türkiyənin rəhbərliyi bilməli və arzuolunmayan təkliflərindən geri çəkilməlidir.
Biz hesab edirik ki, Türkiyənin bu təşəbbüsünün digər səbəbi Avropa Birliyinin təzyiqləri altında Ermənistanla münasibətlərin normallaşdırılması niyyətləri ilə bağlıdır. Türkiyə bu təşəbbüs adı altında Ermənistanla danışıqları, münasibətləri bərpa etməyə çalışır. Hadisələrin bu cür yön alması Türkiyənin Azərbaycanın maraqlarından üz çevirəcəyi, hətta Ermənistanla sərhədlərin açılacağı, işğalçı ölkəyə xeyli güzəştlərə gedəcəyi ilə bağlı ciddi şübhələr yaradır.
Qarabağ Azadlıq Təşkilatı bildirir ki, Türkiyə rəhbərliyi Azərbaycanın və özünün maraqlarına uyğun olmayan bu təşəbbüsdən imtina etməlidir. Azərbaycan hakimiyyəti də bu antimilli prosesdən kənara çəkilməlidir. Biz hadisələrin gedişini diqqətlə izləyir və geniş ictimai qınağın, həmçinin etiraz aksiyalarının təşkilini nəzərdə tuturuq.

Hiç yorum yok: