azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ağustos 2008 Pazar

İRƏVAN 20-25 MİN TÜRKÜN GƏLİŞİNİ GÖZLƏYİR

İRƏVAN 20-25 MİN TÜRKÜN GƏLİŞİNİ GÖZLƏYİR


Ermənistan 1-6 sentyabr arası vizanı ləğv edəcək


İSMAYIL


Ermənistan paytaxtı İrəvan 1-6 sentyabr arası Türkiyədən 20-25 min futbol fanatının gəlişini gözləyir. Bu məlumatı Türkiyənin ANKA xəbər agentliyi İrəvanın polis rəisi Alik Sarqsyana istinadən yayıb. Bəlli olduğu kimi, sentyabrın 6-da İrəvan Ermənistan-Türkiyə futbol matçına ev sahibliyi edəcək.
Təbii ki, bəlli viza problemi də var. Odur ki, Ermənistan tərəfi sentyabrın 1-dən etibarən vizanı ləğv edir. Polis sentyabrın 6-dan sonra bir çox türk vətəndaşlarının ölkədə qalaraq müxtəlif turist turlarına qatılacağını istisna etmir. Yəni sentyabrın 6-dan sonra bir neçə gün üçün də viza probleminin yaşanmayacağı xüsusi olaraq vurğulanır.
Bu hal real olaraq baş verərsə, ən azı son 90 ildə Türkiyədən İrəvana ilk kütləvi gəliş kimi tarixə düşəcək. Bunadək isə Türkiyə vətəndaşları tək-tük hallarda İrəvana gələ bilirdilər. Bu dəfə futbol matçı əsas götürülərək viza rejiminin ən azı 10 gün müddətinə qaldırılması Ermənistan tərəfindən Türkiyəyə bir jest kimi qələmə verilir. Əgər bunun gerçəkdən siyasi astarı varsa, onda cavabsız qalmış birinci jestdən sonra bu ikinci jest olacaq.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarqsyan Astanada türkiyəli həmkarı Abdulla Güllə görüşərkən onu bu futbol qarşılaşmasını birgə izləmək təklifi ilə İrəvana qeyri-rəsmi səfərə dəvət etmişdi. Az sonra xarici işlər naziri Əli Babacan bu təklifin incələndiyini söyləmişdi. Ankaranın ovqatı belə idi ki, bu səfərin reallaşmasına ehtimal azdır, lakin qəti bir cavab verilməyib. Vaxta isə 20 gün qalır. Hər şey son günlərdə də bəlli ola bilər.
Ümumiyyətlə, Türkiyə ilə sərhədlərin açılışı və münasibətlərin bərpası yönündə son günlər İrəvanın təklif və jestləri bir-birini əvəz etməkdədir. Türkiyə və Azərbaycanın ünvanına söylənən sözlərdə də əvvəlki "hikkə" hiss olunmur. Eyni zamanda, Türkiyənin bunların qarşılığında məlum şərtləri qüvvədədir.

Hiç yorum yok: