19 Ağustos 2008 Salı
AYƏTULLAH QAÇIB
AYƏTULLAH QAÇIB
2008-08-19 - 14:15:00
Hüseyn Kazimeyni Bürucerdi
İranda dinin siyasətə qarışmamasının tərəfdarı olan və üç il əvvəl həbsə salınan ayətullah Seyid Hüseyn Kazimeyni Bürucerdinin qaçdığı barədə məlumatlar yayılıb.
«Media forum» saytı xəbər verir ki, ETTELAAT əməkdaşları ilk dəfə 2005-ci ilin avqust ayında ayətullah Kazimeyni Bürucerdini həbs etməyə cəhd göstərib. Amma o vaxt ayətullahın minlərlə dəyənəkli tərəfdarı onun evini qoruyaraq buna imkan verməyib. Hökumət qüvvələri yalnız 2005-ci ilin oktyabrında, silahlı əməliyyat nəticəsində Kazimeyni Bürucerdini tuta bilib. Həmin vaxt ayətullahın evi ətrafına toplaşan tərəfdarlarından bir neçəsi atışmada həlak olub.
Ölkənin milli təhlükəsizliyinə, dövlət quruluşuna qarşı çıxmaqda, İranın dini lideri ayətullah Xamneyini təhqir etməkdə, asayişi pozmaqda, ictimai fikirdə çaşqınlıq yaratmaqda və casusluqda günahlandırılan Kazimeyni Bürucerdi ilkin məhkəmə prosesində edama məhkum edilsə də, sonradan onun cəzası həbslə əvəz olunub.
İran mediasının yaydığı məlumata görə, Kazimeyni Bürucerdi bugünlərdə bir neçə günlüyə müvəqqəti evə buraxılıbmış. Ancaq o, bu fürsətdən istifadə edərək qaçıb və zindana qayıtmayıb.
İndiyədək Kazimeyni Bürucerdininin həbsxanada müxtəlif işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder