azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ağustos 2008 Çarşamba

Güney Azərbaycanın Mərənd şəhərində milli hərəkat fəallarının həbsi başlanıb

Güney Azərbaycanın Mərənd şəhərində milli hərəkat fəallarının həbsi başlanıb



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın Mərənd şəhərində Azad Universiteti sənədlərin qəbulu ərəfəsində çoxlu sayda Mərənd şəhərinin milli fəalları və Babək hərəkatının tanınmış fəalları Babəkin doğum günündə təşkil etdikləri Babək qalasına yürüşdə ittiham olunaraq dünən gecə ETTELAAT məmurları qəflətən soydaşlarımızın evlərinə hücum edərək onları həbs edib, Mərənd və Culfa şəhərlərinə ETTELAAT təcridxanalarında təzyiqlərə məruz qoyularaq sorğu-suala tutulublar.

Mərənd şəhərinin ziyalılarından olan Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan mühəndis Musa Əhmədi də həbs olunanların arasındadır. Bununla yanaşı “Mərəndimiz” və “Ata xəbər” saytının yaradıcısı, milli fəal Əbülfəz Babapur həbs edilərək sorğu-suala tutulub.

“Yahoo”-nun Azərbaycan dilində yaradıcısı olan Əbülfəz Babapur “radio-Fərda” ilə əməkdaşlıqda ittiham olunaraq istintaqa cəlb olunub. Onun həyat yoldaşı Bətul Hüseynpur “Mərəndimiz” saytının qadın bölməsinin məsulu bildirib ki, gecə saat iki radələrində çoxlu sayda ETTELAAT məmuru evimizə hücum edərək həyat yoldaşımı həbs edərək apardılar. Bir halda ki, mühəndis Babapurun ruhu və cismi problemləri olduğu halda ETTELAAT məmurları sübh saat 7-yə qədər ona təzyiqlər olmuş, şərti olaraq müvəqqəti azadlığa buraxmışlar. Ona xəbərdarlıq edilib ki, kütləvi informasiya vasitələrinə və mətbuata heç bir müsahibə verməsin.

Mühəndis Əbülfəz Babapur Oqtay Aslani təxəllüsü ilə Mərəndin veblag yazanlarından və milli mədəni fəallarından biridir.

Mərənd şəhərində və onun ətraf kəndlərində Babək hərəkatı ilə məşhur olan dərnək Mərənddə soydaşlarımızın milli və mədəni haqlarının tanınmasında çoxlu sayda kitab və dərginin nəşr olunmasında Babək mənzuməsinin ustad Cəfərlinin yazdığı əsərin nəşr olunmasında böyük əməyi var.

Adlarını çəkdiyimiz soydaşlarımızla yanaşı çoxlu sayda milli hərəkat fəalı və tələbələr son günlərdə ETTELAAT tərəfindən həbslə təhdid ediliblər.

Ehtimal olunur ki, “Mərəndimiz” saytının ingiliscəsinin məsulu mühəndis Qəffarı da ETTELAAT-ın həbsə hazırladığı siyahının daxilində olsun.

dak

Hiç yorum yok: