azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Haziran 2009 Cumartesi

Türk Dünyasının inteqrasiya prosesləri sürətlənməlidir

Bu gün Gürcüstan daha çox Avroatlantik məkana, Rusiyanın vassalı kimi Ermənistan daha çox MDB-yə inteqrasiya edir, Azərbaycan isə belə demək mümkünsə, bir növ aralıq mövqe tutur.

Belə olan halda həm Rusiyadakı, həm Qərbdəki, Avropadakı maraqlı qüvvələr Azərbaycanı öz tərəflərinə çəkmək, burada öz maraqlarını təmin etmək üçün Azərbaycanda daxili çaxnaşmaların yaradılması istiqamətində cəhdlər göstərə bilərlərmi? Gürcüstanda yaşanan gərgin hadisələrin Azərbaycanda da yaşadılması cəhdləri gözləniləndir?

Millət vəkili Gültəkin Hacıbəyli deyir ki, əslində Azərbaycanın başqa çıxış yolu yoxdur. Ölkəmiz çox təhlükəli coğrafiyada yerləşir, şimaldan və cənubdan kifayət qədər ciddi iddiaları, niyyətləri olan dövlətlərin əhatəsindədir.

Hətta Azərbaycanın şərq və qərb qonşularının zaman-zaman istər açıq, istərsə də gizli formada ölkəmizə qarşı ərazi iddialarını səsləndirməsi faktları göz önündədir. Belə bir gərgin qonşuluq mühitində yaşayan Azərbaycanın atdığı hər bir addım ölçülüb-biçilmiş və balanslaşdırılmış bir siyasətə hesablanmalıdır.

Gültəkin Hacıbəyli bu baxımdan hazırda rəsmi Bakının tutduğu mövqeni düzgün sayır. Əks addımlar atmaq birmənalı olaraq, bir tərəfə həddindən artıq meyllənmək, odla oynamaq effektini verə bilər.

Onun sözlərinə görə, sözsüz ki, Azərbaycana istər Şərqdən, istər Qərbdən müdaxilə cəhdləri var. Həm Rusiya, həm də Qərb tərəfdən vaxtaşırı Azərbaycanın ictimai-siyasi həyatına müdaxilə etmək, Azərbaycan cəmiyyətində müəyyən bir destablizasiya faktoru rolunu oynayaraq gərginlik yaratmaq niyyətləri olub və bu gün də mövcuddur.

Ancaq bu günə qədər Azərbaycan hakimiyyəti bu cəhdlərin qarşısını həmişə alıb. Millət vəkili dedi ki, Cənubi Qafqaz uğrunda mücadilə əslində Azərbaycan uğrunda mücadilədir, əsas karbohidrogen ehtiyatları ölkəmizdə yerləşir.

Azərbaycan dünya bazarına neftini, qazını çıxarmaqla nəinki özünün milli, hətta Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayır. Bu da, faktiki olaraq Rusiyanın maraqlarına heç bir dərəcədə uyğun gəlmir.

Gültəkin Hacıbəyli vurğuladı ki, istər əhalisinin sayı, istər ərazisi baxımından aparıcı dövləti olmaqla Cənubi Qafqazın əsas söz sahibinə çevrilən bir dövlətdir. Bununla yanaşı, iqtisadi baxımdan Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bir fakt da nəzərdən qaçmamalıdır ki, Azərbaycan bu gün Türk Dünyasının birləşdirici həlqəsidir, Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynayan bir ölkədir.

Bundan başqa, Azərbaycan Cənubi Qafqazda xarici ölkə əsgərinin ərazisini tərk edən ilk dövlətidir. Yəni rus qoşunları 1992-93-cü illərdə Azərbaycanı tərk edib. Faktiki olaraq Qarabağ münaqişəsinin daha gərgin bir fazaya qədəm qoyması, Azərbaycan ərazilərinin işğalı məhz həmin dövrdən sonra başlayıb:

"Əslində Azərbaycan Cənubi Qafqaz uğrunda savaşın əsas həlqəsi, məqsədidir, bununla belə, bu gün münaqişənin gərginliyi Azərbaycan üzərindən Gürcüstana yönəldilib. Bu gün artıq Cənubi Qafqaz uğrunda mücadilənin, savaşın, münaqişənin mərkəzi Tiflisdədir, Gürcüstandadır, Azərbaycanda deyil. Azərbaycanın Cənubi Qafqaz uğrunda savaşın əsas mərkəzi, hədəfi olmasından yayındırılmasında, çıxarılmasında mərhum dövlət başçısı Heydər Əliyevin müstəsna xidmətləri var.

Əgər Cənubi Qafqaz uğrunda mücadilənin, mübarizənin başlıca hədəfi neft və qazla bağlı idisə, artıq bu gün neft və qaz ölkəsi olan Azərbaycan yox, Gürcüstan bu məlum mücadilənin, münaqişənin gərginlik mərkəzindədir. Mənə elə gəlir ki, bu siyasəti davam etdirmək Azərbaycanın bölgədə mövcudluğunu, müstəqil inkişafını təmin etmək üçün yeganə alternativsiz yoldur".

Gültəkin Hacıbəyli bildirdi ki, qonşu dövlətlərin hamısı ilə normal münasibətlər qurmağa, çoxdan bəri yaranan münasibətləri davam etdirməyə çalışmalıyıq. Öz müstəqilliyimizi qorumalı, müstəqil xarici siyasət kursumuzu həyata keçirməkdə davam etməliyik.

Bütün bunlarla yanaşı, türk dünyasına inteqrasiya prosesləri də sürətlənməlidir: "Azərbaycanın kökləri ilə, tarixilə, qanıyla, mənəviyyatıyla bağlı olduğu Türk Dünyasına inteqrasiya meylləri qərbdə və şərqdə narahatçılıq doğurmamalı, əlavə gərginliyə səbəb olmamalıdır. Əksinə, barışdırıcı, birləşdirici, sülhyaradıcı amil olaraq dəstəklənməlidir".

Qarşıdan növbəti bələdiyyə və 2010-cu il parlament seçkiləri gəlir. Maraqlı qüvvələr, Cənubi Qafqaz uğrunda mücadilə aparan dairələr öz maraqlarını təmin etmək məqsədilə sözügedən seçkilər zamanı bu mücadilənin, mübarizənin gərginlik mərkəzini, episentrini yenidən Azərbaycana keçirməyə cəhd göstərə bilərlərmi? Millət vəkili belə cəhdlərin dünən də, bu gün də, sabah da olacağını söylədi.

Ancaq mövcud hakimiyyət Qərb və Şərqlə münasibətlərini kifayət qədər savadlı və uzaqgörən əsasda qurmağı bacarıb: "Ona görə indi düşünmürəm ki, Qərbin və Rusiyanın maraqları Azərbaycanda ciddi destablizasiya yaratmağa xidmət etsin və yaxud yaratmağı qarşısına məqsəd qoysun. Bununla belə, istər-istəməz Azərbaycanda vəziyyətə nəzarət etmək, Azərbaycan hakimiyyətinə təsir və yaxud təzyiq göstərmək üçün müəyyən rıçaqlara malik olmaq həmin qüvvələrdən ötrü arzuedilən olardı.

Demək istəyirəm ki, bu yöndə istənilən cəhd ehtimalları kifayət qədər realdır. Ancaq Azərbaycan prezidentinin kifayət qədər soyuqqanlı, gələcəyə hesablanmış praqmatik siyasətinə görə indiki halda bu cəhdlərin davam etdirilməsi gözlənilən deyil".

Yeri gəlmişkən, bir müddət öncə ABŞ prezidenti Barak Obama Beynəlxalq Söz Azadlığı Günü ilə bağlı verdiyi bəyanatında Azərbaycanın adını Kuba, Zimbabve, Eriteriya kimi avtoritar və totalitar quruluşa malik ölkələrlə bir sırada çəkib.

Belə olan halda qarşıdan gələn hər iki seçkilə də bağlı ABŞ hakimiyyətinin mövqeyi öz kəskin, sərt üslubuyla seçilə bilərmi? Gültəkin Hacıbəyli belə düşünmür və hesab edir ki, bundan sonra belə bəyanatlar səslənməyəcək və ən azı Barak Obama növbəti fikirlərini səsləndirərkən daha ciddi məqamlara, arqumentlərə, bölgəmizin reallığını daha düzgün ehtiva edən məlumatlara əsaslanacaq:

"Digər tərəfdən, əgər Barak Obama fikir və söz azadlığının, bütövlükdə istənilən azadlıqların kobud şəkildə pozulması ilə bağlı bizim bölgədən konkret nümunə göstərmək istəyirdisə, o zaman onun qarşısında Ermənistan nümunəsi vardı.

Bu günə qədər 54 nəfər siyasi məhbusu və 4 keçmiş millət vəkilini həbsdə saxlayan Ermənistan bunun üçün çox gözəl "nümunə" ola bilərdi. Əgər Barak Obamaya jurnalistlərin həbs olunması, fikir və söz azadlığının kobud şəkildə pozulması və bu faktların kifayət qədər gerçək, çox olması ilə bağlı nümunə lazım idisə, bunun üçün elə bizim digər qonşularımızı da göstərə bilərdi".

O, söhbətin şimal və cənub qonşularımızdan getdiyini qeyd etdi: "Bütün beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına görə, Rusiya, eləcə də İran jurnalist ölümlərinə görə dünyada liderlik edən ölkələrdəndir.

Əgər Barak Obamaya nümunə lazım idisə, məhz bu ölkələrin adını çəkə bilərdi. Özü də Azərbaycanın adını Kuba, Zimbabve kimi ölkələrlə bir yerdə çəkmək, onlarla eyniləşdirmək mənə elə gəlir ki, Barak Obamanın bütövlükdə bu bəyanatını qeyri-ciddiyə almaq üçün əsas verir.

Bir də ona görə ki, Azərbaycan antiterror koalisiyasının üzvü kimi hər zaman terrorla mübarizədə ABŞ-ın yanında olub və İslam ölkələri arasında ABŞ-ın antiterror mübarizəsinə dəstək verən ilk ölkədir.

Azərbaycanın bu addımının İslam ölkələrilə münasibətlərə müəyyən qədər sərinlik gətirməsinə, müəyyən problemlərin yaranmasına baxmayaraq, ölkəmizin antiterror koalisiyasında iştirakı faktdır, reallıqdır. Bu gün Azərbaycan ABŞ-ın bölgədə ən layiqli, ən etibarlı tərəfdaşıdır.

Milyardlarla dollar civarında ABŞ sərmayələri ölkəmizə yatırılıb və yatırılmaqdadır. Bu tipli bəyanatlar səsləndirilərkən bu faktların, bu məqamların hamısı nəzərə alınmalı, onların heç biri diqqətdən qaçırılmamalıdır".

Ermənistanda "səfir böhranı" İşğalçı ölkə maliyyət problemləri ucbatından bir neçə ölkədə diplomatik missiyalarının açılması prosesini dayandırıb Yaranmış böhrana görə Ermənistan üç ölkədə - Finladiya, Litva və Yaponiyada səfirliklərin açılması prosesini dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə ölkə parlamentinin iclasında büdcənin yerinə yetirilməsilə bağlı çıxış edən Ermənistan xarici işlər nazirinin müavini Arman Kirokasyan parlamentarilərə məlumat verib. Onun sözlərinə görə, hökumət 2009-cu ilin sonlarınadək problemin aradan qaldırılmasına çalışacaq: "Ermənistanın dünyanın müxtəlif ölkələrində 47 diplomatik nümayəndəliyi var.

Ancaq onların yerləşdiyi binalardan yalnız 14-ü Ermənistanın mülkiyyətidir. Biz mülkiyyətimizdə olan binaların sayını artırmalıyıq. Hazırda diaspor qurumları tərəfindən Ermənistan hökumətinə 12 bina hədiyyə edilib.
Ramiz Mikayıloğlu

İran adlanan yerə ünvanlanan haqlı sual

Əli Həsənov: "Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasət soyqırım siyasətidir, soyqırım siyasəti yürüdən dövlətlə belə qucaqlaşmaq olar?"
Bu ayın 28-də İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri İrandakı molla rejimin narahatlığına səbəb olub. Hər zaman Azərbaycana qarşı qeyri-səmimi münasibətilə seçilən İran nəinki narahatlığını gizlətməyib, hətta ölkəmizi tənqiddən belə çəkinməyib. Bu tənqid və təhdid isə İran ordusunun qərargah rəisi Həsən Güzabadinin dilindən səslənib.

Aysel

Qərargah rəisi İsrail prezidentinin Bakıya dəvət olunmasının Azərbaycanla İranın dostluq münasibətləriylə bir araya sığmadığını bildirib. Bu cür açıqlamadan sonra Azərbaycanda istər ictimaiyyət nümayəndələri, istər millət vəkilləri, istərsə də rəsmi şəxslər səviyyəsində mövqelər sərgilənərək İranın, eləcə də hər hansı digər dövlətin ölkəmizin daxili və xarici siyasətinə qarışmağa haqqı çatmadığını bildirdilər. Dünən isə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu məsələylə bağlı APA-ya açıqlamasında deyib: "Biz dəfələrlə bəyan eləmişik ki, İran Azərbaycanın torpaqlarını işğal edən, 1 milyondan artıq insanı didərgin salan bir dövlətlə strateji dostluq münasibətləri saxlayır. Bu isə müsəlmanlığa da, qonşuluğa da, humanitar fəaliyyətə də ziddir. Biz heç bir ölkənin, o cümlədən qonşu dövlətlərin daxili işlərinə və xarici siyasətinə qarışmırıq. O cümlədən də arzu etmirik ki, hansısa dövlət Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə eləsin". Əli Həsənov əlavə edib ki, Azərbaycan heç bir dövlətə onun hansısa addımlarına müdaxilə etməsinə, bununla bağlı fikir söyləməsinə imkan verməyəcək: "Biz dəfələrlə bəyanlamışıq ki, İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla strateji dostluq münasibətləri var. Biz İrana bəyanat vermirik, sadəcə, öz fikrimizi bildiririk. İranın da Azərbaycanın xarici siyasəti, hansısa xarici dövlətlə münasibətlərilə bağlı irad bildirməyə ixtiyarı yoxdur. İranla münasibətləri belə qururuq. Məqsədimiz budur ki, Azərbaycan ərazisindən İran əleyhinə, İranın ərazisindən Azərbaycan əleyhinə, Azərbaycan siyasətindən İrana, İranın siyasətindən Azərbaycana ziyan gəlməsin. Qonşuluq münasibəti bu deməkdir. Yoxsa bir dövlətin səninlə münasibəti pisdirsə, mən də onunla pis olmalıyam - biz bu çərçivəni qəbul etmirik". Əli Həsənov İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərini İranın hakim dairələrinin müsəlman aləminə hörmətsizlik kimi qiymətləndirməsinin yanlış olduğunu da bildirib: "Biz belə dəyərləndirmirik. İsrail müstəqil dövlətdir, bu dövlətin yaxşısına yaxşı, pisinə də pis deyirik. Dəfələrlə İsrailin Fələstin və müsəlmanlar yaşayan digər bölgələrdə həyata keçirdiyi aksiyaları pisləmişik. Amma bu o demək deyil ki, biz bu dövlətlə heç bir əlaqə qurmamalıyıq. Əgər bu belədirsə, onda biz də sual veririk. Ermənistan dövlətinin Azərbaycana qarşı yürütdüyü siyasət soyqırım siyasətidir. Soyqırım siyasəti yürüdən dövlətlə belə qucaqlaşmaq olarmı?"
Haqlı sualdır. Bəli, bu gün bizi İsrail dövləti ilə münasibətlər qurmaqda ittiham edən fars rejimi özü çox vaxt İslam dövləti olduğunu unudur və Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistana qucaq açır, ermənilərlə bütün sahələrdə əməkdaşlıq edir. Əslində burada təəccüblü heç nə yoxdur. Çünki İran adlanan dövlət bir çox məsələlərdə fikir ortağı olan Rusiya ilə Azərbaycanı vaxtilə iki yerə bölüb və bunun ağrı-acısını indinin özündə də bir millət olaraq yaşayırıq. İranın başında duran fars molla rejimi sözsüz ki, Azərbaycanın bütövləşməsini, güclü dövlətə çevrilməsini heç vaxt arzulamaz. Nəinki arzulamaz, həm də bu yolda bütün vasitələrdən istifadə edərək həmin prosesi müxtəlif üsullarla əngəlləməyə çalışıb və indinin özündə də bu istiqamətdə əməllərindən əl çəkmir.
Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz torpaqlarını işğala məruz qoysa da, bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusunun yaranmasının baiskarı olsa da, Azərbaycanın tarixi, mədəni abidələrinin dağıdılmasına rəvac versə də, Xocalı soyqırımını həyata keçirsə də, İran bunların fərqinə varmadan bizə düşmən olan bir ölkə ilə münasibətlərini daha da dərinləşdirir. Ermənistan İran adlanan ölkənin sayəsi nəticəsində ayaq üstə dayana bilir.
İran Ermənistana bütün sahələrdə, o cümlədən hərbi sahədə də dəstək verməyə hazır olduğunu imzaladığı sənədlə təsdiqləyib. Belə ki, iki il öncə İrəvanda İranla Ermənistan arasında hərbi sahədə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə imza atan Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutunyan bildirib ki, sənəd İran-Ermənistan hərbi əməkdaşlığının iki mərhələdə həyata keçirilməsini nəzərdə tutur: "Müzakirələr zamanı biz ikitərəfli və bölgəsal məsələlərə toxunduq. Eyni zamanda qarşılıqlı maraq kəsb edən məqamlar ətrafında fikir mübadiləsi apardıq". Onun sözlərinə görə, hər iki tərəf münaqişələrin ikitərəfli danışıqlar və sülh yoluyla həllinin tərəfdarıdır: "Ümid edirik ki, region ölkələri bu istiqamətdə lazım olan addımlar atacaqlar". Erməni nazir tərəflərin xammal (?) və ərzaq təchizatı sahəsində də əlaqələrin genişləndirilməsi barədə razılığa gəldiklərini vurğulayıb: "İran və Ermənistanın hərbi sahədə əməkdaşlığı əsrlərdən bəri mövcud olan etimad mühitinin möhkəmləndirilməsinə xidmət edəcək".
İranın Ermənistana bu və digər dəstəklər ortada olduğu halda, hansı haqla molla rejimi İsrail prezidentinin Azərbaycana səfirilə bağlı ölkəmizə irad tutur və təhdid edir? Haqsızı qandırmağın yeganə yolu isə onun əməllərini ifşa etməkdir.

Türk Dünyasının inteqrasiya prosesləri sürətlənməlidir

Bu gün Gürcüstan daha çox Avroatlantik məkana, Rusiyanın vassalı kimi Ermənistan daha çox MDB-yə inteqrasiya edir, Azərbaycan isə belə demək mümkünsə, bir növ aralıq mövqe tutur.

Belə olan halda həm Rusiyadakı, həm Qərbdəki, Avropadakı maraqlı qüvvələr Azərbaycanı öz tərəflərinə çəkmək, burada öz maraqlarını təmin etmək üçün Azərbaycanda daxili çaxnaşmaların yaradılması istiqamətində cəhdlər göstərə bilərlərmi? Gürcüstanda yaşanan gərgin hadisələrin Azərbaycanda da yaşadılması cəhdləri gözləniləndir?

Millət vəkili Gültəkin Hacıbəyli deyir ki, əslində Azərbaycanın başqa çıxış yolu yoxdur. Ölkəmiz çox təhlükəli coğrafiyada yerləşir, şimaldan və cənubdan kifayət qədər ciddi iddiaları, niyyətləri olan dövlətlərin əhatəsindədir.

Hətta Azərbaycanın şərq və qərb qonşularının zaman-zaman istər açıq, istərsə də gizli formada ölkəmizə qarşı ərazi iddialarını səsləndirməsi faktları göz önündədir. Belə bir gərgin qonşuluq mühitində yaşayan Azərbaycanın atdığı hər bir addım ölçülüb-biçilmiş və balanslaşdırılmış bir siyasətə hesablanmalıdır.

Gültəkin Hacıbəyli bu baxımdan hazırda rəsmi Bakının tutduğu mövqeni düzgün sayır. Əks addımlar atmaq birmənalı olaraq, bir tərəfə həddindən artıq meyllənmək, odla oynamaq effektini verə bilər.

Onun sözlərinə görə, sözsüz ki, Azərbaycana istər Şərqdən, istər Qərbdən müdaxilə cəhdləri var. Həm Rusiya, həm də Qərb tərəfdən vaxtaşırı Azərbaycanın ictimai-siyasi həyatına müdaxilə etmək, Azərbaycan cəmiyyətində müəyyən bir destablizasiya faktoru rolunu oynayaraq gərginlik yaratmaq niyyətləri olub və bu gün də mövcuddur.

Ancaq bu günə qədər Azərbaycan hakimiyyəti bu cəhdlərin qarşısını həmişə alıb. Millət vəkili dedi ki, Cənubi Qafqaz uğrunda mücadilə əslində Azərbaycan uğrunda mücadilədir, əsas karbohidrogen ehtiyatları ölkəmizdə yerləşir.

Azərbaycan dünya bazarına neftini, qazını çıxarmaqla nəinki özünün milli, hətta Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayır. Bu da, faktiki olaraq Rusiyanın maraqlarına heç bir dərəcədə uyğun gəlmir.

Gültəkin Hacıbəyli vurğuladı ki, istər əhalisinin sayı, istər ərazisi baxımından aparıcı dövləti olmaqla Cənubi Qafqazın əsas söz sahibinə çevrilən bir dövlətdir. Bununla yanaşı, iqtisadi baxımdan Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bir fakt da nəzərdən qaçmamalıdır ki, Azərbaycan bu gün Türk Dünyasının birləşdirici həlqəsidir, Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynayan bir ölkədir.

Bundan başqa, Azərbaycan Cənubi Qafqazda xarici ölkə əsgərinin ərazisini tərk edən ilk dövlətidir. Yəni rus qoşunları 1992-93-cü illərdə Azərbaycanı tərk edib. Faktiki olaraq Qarabağ münaqişəsinin daha gərgin bir fazaya qədəm qoyması, Azərbaycan ərazilərinin işğalı məhz həmin dövrdən sonra başlayıb:

"Əslində Azərbaycan Cənubi Qafqaz uğrunda savaşın əsas həlqəsi, məqsədidir, bununla belə, bu gün münaqişənin gərginliyi Azərbaycan üzərindən Gürcüstana yönəldilib. Bu gün artıq Cənubi Qafqaz uğrunda mücadilənin, savaşın, münaqişənin mərkəzi Tiflisdədir, Gürcüstandadır, Azərbaycanda deyil. Azərbaycanın Cənubi Qafqaz uğrunda savaşın əsas mərkəzi, hədəfi olmasından yayındırılmasında, çıxarılmasında mərhum dövlət başçısı Heydər Əliyevin müstəsna xidmətləri var.

Əgər Cənubi Qafqaz uğrunda mücadilənin, mübarizənin başlıca hədəfi neft və qazla bağlı idisə, artıq bu gün neft və qaz ölkəsi olan Azərbaycan yox, Gürcüstan bu məlum mücadilənin, münaqişənin gərginlik mərkəzindədir. Mənə elə gəlir ki, bu siyasəti davam etdirmək Azərbaycanın bölgədə mövcudluğunu, müstəqil inkişafını təmin etmək üçün yeganə alternativsiz yoldur".

Gültəkin Hacıbəyli bildirdi ki, qonşu dövlətlərin hamısı ilə normal münasibətlər qurmağa, çoxdan bəri yaranan münasibətləri davam etdirməyə çalışmalıyıq. Öz müstəqilliyimizi qorumalı, müstəqil xarici siyasət kursumuzu həyata keçirməkdə davam etməliyik.

Bütün bunlarla yanaşı, türk dünyasına inteqrasiya prosesləri də sürətlənməlidir: "Azərbaycanın kökləri ilə, tarixilə, qanıyla, mənəviyyatıyla bağlı olduğu Türk Dünyasına inteqrasiya meylləri qərbdə və şərqdə narahatçılıq doğurmamalı, əlavə gərginliyə səbəb olmamalıdır. Əksinə, barışdırıcı, birləşdirici, sülhyaradıcı amil olaraq dəstəklənməlidir".

Qarşıdan növbəti bələdiyyə və 2010-cu il parlament seçkiləri gəlir. Maraqlı qüvvələr, Cənubi Qafqaz uğrunda mücadilə aparan dairələr öz maraqlarını təmin etmək məqsədilə sözügedən seçkilər zamanı bu mücadilənin, mübarizənin gərginlik mərkəzini, episentrini yenidən Azərbaycana keçirməyə cəhd göstərə bilərlərmi? Millət vəkili belə cəhdlərin dünən də, bu gün də, sabah da olacağını söylədi.

Ancaq mövcud hakimiyyət Qərb və Şərqlə münasibətlərini kifayət qədər savadlı və uzaqgörən əsasda qurmağı bacarıb: "Ona görə indi düşünmürəm ki, Qərbin və Rusiyanın maraqları Azərbaycanda ciddi destablizasiya yaratmağa xidmət etsin və yaxud yaratmağı qarşısına məqsəd qoysun. Bununla belə, istər-istəməz Azərbaycanda vəziyyətə nəzarət etmək, Azərbaycan hakimiyyətinə təsir və yaxud təzyiq göstərmək üçün müəyyən rıçaqlara malik olmaq həmin qüvvələrdən ötrü arzuedilən olardı.

Demək istəyirəm ki, bu yöndə istənilən cəhd ehtimalları kifayət qədər realdır. Ancaq Azərbaycan prezidentinin kifayət qədər soyuqqanlı, gələcəyə hesablanmış praqmatik siyasətinə görə indiki halda bu cəhdlərin davam etdirilməsi gözlənilən deyil".

Yeri gəlmişkən, bir müddət öncə ABŞ prezidenti Barak Obama Beynəlxalq Söz Azadlığı Günü ilə bağlı verdiyi bəyanatında Azərbaycanın adını Kuba, Zimbabve, Eriteriya kimi avtoritar və totalitar quruluşa malik ölkələrlə bir sırada çəkib.

Belə olan halda qarşıdan gələn hər iki seçkilə də bağlı ABŞ hakimiyyətinin mövqeyi öz kəskin, sərt üslubuyla seçilə bilərmi? Gültəkin Hacıbəyli belə düşünmür və hesab edir ki, bundan sonra belə bəyanatlar səslənməyəcək və ən azı Barak Obama növbəti fikirlərini səsləndirərkən daha ciddi məqamlara, arqumentlərə, bölgəmizin reallığını daha düzgün ehtiva edən məlumatlara əsaslanacaq:

"Digər tərəfdən, əgər Barak Obama fikir və söz azadlığının, bütövlükdə istənilən azadlıqların kobud şəkildə pozulması ilə bağlı bizim bölgədən konkret nümunə göstərmək istəyirdisə, o zaman onun qarşısında Ermənistan nümunəsi vardı.

Bu günə qədər 54 nəfər siyasi məhbusu və 4 keçmiş millət vəkilini həbsdə saxlayan Ermənistan bunun üçün çox gözəl "nümunə" ola bilərdi. Əgər Barak Obamaya jurnalistlərin həbs olunması, fikir və söz azadlığının kobud şəkildə pozulması və bu faktların kifayət qədər gerçək, çox olması ilə bağlı nümunə lazım idisə, bunun üçün elə bizim digər qonşularımızı da göstərə bilərdi".

O, söhbətin şimal və cənub qonşularımızdan getdiyini qeyd etdi: "Bütün beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına görə, Rusiya, eləcə də İran jurnalist ölümlərinə görə dünyada liderlik edən ölkələrdəndir.

Əgər Barak Obamaya nümunə lazım idisə, məhz bu ölkələrin adını çəkə bilərdi. Özü də Azərbaycanın adını Kuba, Zimbabve kimi ölkələrlə bir yerdə çəkmək, onlarla eyniləşdirmək mənə elə gəlir ki, Barak Obamanın bütövlükdə bu bəyanatını qeyri-ciddiyə almaq üçün əsas verir.

Bir də ona görə ki, Azərbaycan antiterror koalisiyasının üzvü kimi hər zaman terrorla mübarizədə ABŞ-ın yanında olub və İslam ölkələri arasında ABŞ-ın antiterror mübarizəsinə dəstək verən ilk ölkədir.

Azərbaycanın bu addımının İslam ölkələrilə münasibətlərə müəyyən qədər sərinlik gətirməsinə, müəyyən problemlərin yaranmasına baxmayaraq, ölkəmizin antiterror koalisiyasında iştirakı faktdır, reallıqdır. Bu gün Azərbaycan ABŞ-ın bölgədə ən layiqli, ən etibarlı tərəfdaşıdır.

Milyardlarla dollar civarında ABŞ sərmayələri ölkəmizə yatırılıb və yatırılmaqdadır. Bu tipli bəyanatlar səsləndirilərkən bu faktların, bu məqamların hamısı nəzərə alınmalı, onların heç biri diqqətdən qaçırılmamalıdır".

Ermənistanda "səfir böhranı" İşğalçı ölkə maliyyət problemləri ucbatından bir neçə ölkədə diplomatik missiyalarının açılması prosesini dayandırıb Yaranmış böhrana görə Ermənistan üç ölkədə - Finladiya, Litva və Yaponiyada səfirliklərin açılması prosesini dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə ölkə parlamentinin iclasında büdcənin yerinə yetirilməsilə bağlı çıxış edən Ermənistan xarici işlər nazirinin müavini Arman Kirokasyan parlamentarilərə məlumat verib. Onun sözlərinə görə, hökumət 2009-cu ilin sonlarınadək problemin aradan qaldırılmasına çalışacaq: "Ermənistanın dünyanın müxtəlif ölkələrində 47 diplomatik nümayəndəliyi var.

Ancaq onların yerləşdiyi binalardan yalnız 14-ü Ermənistanın mülkiyyətidir. Biz mülkiyyətimizdə olan binaların sayını artırmalıyıq. Hazırda diaspor qurumları tərəfindən Ermənistan hökumətinə 12 bina hədiyyə edilib.
Ramiz Mikayıloğlu

TÜRK DÜNYASI İNSAN HAQLARI DƏRNƏGİ, GÜNEY AZƏRBAYCANI MASAYA YATIRTDI

GAIP XƏBƏR Türk Dünyası İnsan Haqqları Dərnəyi Ümumi Başçısı Abdullah Buksur rəhbərliyində çox gözəl işlər edir. Təşkil edilən yığıncaq və seminarlarda ölkəmiz xaricində yaşayan Türk birliklərinin problemlərini gündəmə daşıyır.
Fürsət tapdıqca biz də bu dərnəyin işlərini izləyirik. İzləyə bilmədiyimiz zamanlarda da internet və yazılı mətbuatdan izləyirik. Qiymətli qardaşımız Abdullah Buksur və iş yoldaşlarını ürəkdən qeyd edək.

Bu yaxınlarda Türk Dünyası İnsan Haqqları Dərnəyi yenə bir qanun imzala idi və Ankarada çox maraqlı və gözəl bir yığıncağa ev sahibliyi etdi. Təşkil edilən danışığın qonağı Saleh Kamurani idi. Kamurani, İrandakı son inkişaflar və azadlıqlar mövzusunda yaşadıqlarını və düşündüklərini özünü dinləyənlərlə paylaşdı. Abdullah Buksur, bu danışığa bizi şəxsən dəvət etdi, ancaq Ankara xaricində olduğumuz üçün qatıla bilmədik. Ancaq, bizi yaxından maraqlandıran bu yığıncaqdan bəzi keçidləri sizlərlə paylaşmaq istəyirik.

İRANda ÇOX SAYDA TÜRK VAR

İran əsrlər boyunca qonşumuz olaraq qalmış bir ölkə olmasına baxmayaraq, Türkiyə ilə İran arasında tarixi, etnik və mədəni olaraq bir ayrılıq yaşanmamışdır. İranda çox sayda və çox yerdə Türk var. Ancaq, siyasi, və mədəni haqqlarını istifadə edə bilmə baxımından çox təəssüf ki çox böyük mübarizələr verirlər.

İranda Türkcə eğimi qadağandır. Türkcə TVə icazə verilmir. Türklərin təhsillərinin və dillərinin maneə törədilməsi də çox böyük problem olaraq qarşımızda dayanır. Daha da açıqcası Türk şəxsiyyəti rədd edilir. Türkcə ad uşaqlara və işyerlərinə qoyula bilmir. Bütün bu maneə törətmələr qarşısında " Biz Türkük və Türklüyümüzlə öyünürük" deyənlərin də sayının az olmadığını burada vurğulamaq istəyirik.

Resmi rəqəmlər ortada yox, ancaq İranda 40 milyonun üzərində Türk soydaşımızın yaşadığı bilinir. Xorasansada, Tahranda, Türkmən Səhrada sıxlıqda amma İranın hər yerində Türkü görmək mümkün. Kaşgay Türklərini də hər tərəfdə görmək və tapmaq çətin deyil.

1925dən bu yana sərhədləri dəyişməyən yalnız İran və Türkiyə bölgədə yaxşı qonşuluq əlaqələrini bu günə qədər müddət gəlmişlər. Bir əhəmiyyətli mövzu da 1925-ci ilə qədər İranda rəsmi dilin Türkcə olmasıdır. Yenə bu tarixə qədər bölgədə bir çox dövləti Türklər idarə etmişdir. Məsələn Səfəvi Dövlətini idarə edən də Türklərdir.

Türk Dünyası İnsan Haqqları Dərnəyi Başçısı Abdullah Buksur, danışığın açılış danışmasında İran ilə əlaqədar qısa məlumatlar vermiş. Daha sonra natiq Saleh Kamurani, İrandakı yaşananlar və insan haqqları pozuntuları ilə əlaqədar qiymətləndirib.

Kamurani, üç ay əvvəl İranda ölüm ilə qarşı-qarşıya qalınca ayrılmaq məcburiyyətində qalmış. İndi həyat yoldaşı və uşağı ilə Türkiyədə yaşayır. Əsl peşəsi vəkillik. Bu günə qədər insan və iraq ayrımı etməmiş. İranlının da, Türkün də Şiənin də, Kürdün də, Sünninin də hər kəsin iddiasına baxmış, ayrım güdməmiş. Hər kəsin köməyinə qaçmış. İnsan əsaslı bir dünyagörüşünə sahib şəxsiyyəti var.
Kamurani, 8 dəfə həbs olunmuş. Müxtəlif nəşr/təzyiq və işgəncələrlə qarşılaşmış. Amma qorxmamış. Bu darp və işgəncələr sonrası bir gözü ziyan görmüş. " Mən vəkil olaraq bunları yaşadım. Digər Türkləri siz düşünün" deyir. İranda Türklərə qarşı necə bir təzyiq və həzm etmə hərəkətinin var olduğunu vurğulamağa çalışır.

İşdə Türk Dünyası İnsan Haqqları Dərnəyi idarəçiləri beləsinə cəsur bir hərəkət və yığıncaqla, İranda yaşayan soydaşlarımızın vəziyyətini açıq şəkildə ortaya qoyulmasını təmin etmişlər. İran ilə olan əlaqələrimizdə bu günə qədər orada yaşayan soydaşlarımızın vəziyyəti heç bu qədər açıq şəkildə ortaya qoyulmadı. Gündəmə daşınmadı. Bunlar həməşə görməməzlikdən gəlindi. İrandakı Türklər 80 ildən bu yana yalnız mədəni soyqırım ilə deyil, fiziki soyqırımla da qarşı-qarşıya qalmışlar. Cənub Azərbaycan Türkçülük hərəkəti mərkəz olaraq göstərilir. İranda meydana gələn iç hadisələrdə 17 mindən çox adam həbs olunmuş, 50 qədər şəhər silahsız olaraq qiyam qaldırmış, ancaq həm dünya ictimaiyyət, həm Müsəlman aləmi, həm də Türk dünyası bu hərəkətlərə qeydsiz qalmışdır.

AZƏRİ TÜRKLƏR AĞIRLIQDA

İranda əhali sıxlığı baxımından ən çox Azəri Türkləri var. Daha sonra Kaşgaylar gəlir. Xorasansa Türkləri və Türkmən Səhra ( Cənub Türkmənistan) onları izləyir. Türkçülük deyilincə də ilk ağla gələn Cənub Azərbaycanlılar olur.

İndi baxın bu nöqtə çox əhəmiyyətlidir: Yaxınlaşan İran seçkilərində səs verəcək 45 milyon adamın ən az 15 milyonu Azəri Türklərdən meydana gəlir. Bu rəqəm kiçik hesab edilə bilməz. Bu səbəblə ediləcək Prezidentlik seçkisinin təyin olunmasında Türklərin rolu böyük olacaq kimi görünür.

Türk Dünyası İnsan Haqqları Dərnəyi Qadın Komissiyası Başçı Köməkçisi Gülgün Göy tərəfindənin yığdığı məlumatlardan faydalanaraq bu yazını yazdıq. İran kimi bir ölkədəki Türklərin həyat şərtlərinin və görülən əziyyətlərin ölçüsünün bu cür ürək ağrıdan olmasını oxucularımızın da bilməsini istədik. Bizim siyasətçilər, hər nə qədər İran ilə olan əlaqələrin zədələnilməməsi mövzusunda həssaslıq göstərirlərsə də sanarıq bundan sonra bu ölkədəki soydaşlarımızın vəziyyətləri ilə də daha yaxından maraqlanmağa başlayacaqlar. Türk Dünyası İnsan Haqqları Dərnəyi işdə bu mənalı yığıncaq ilə atəşi yandırmışdır. Biz, bu yığıncağı və danışığı bu baxımdan əhəmiyyət veririk.

PREZİDENTLİYƏ AZƏRBAYCANLI NAMİZƏDİN XANIMI ƏHMƏDİNEJADA BİR SUTKA VAXT VERDİ

İran adlanan yerin prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd prezident Mahmud Əhmədinejada rəsmən üzr istəməsi üçün bir sutka vaxt verib. “Media forum” saytının məlumatına görə, Z.Rəhnəvərd bunu iyunun 5-də bəyan edib.

Z.Rəhnəvərd bildirib ki, M.Əhmədinejad ona və onun ailəsinə böhtan atıb: “Əhmədinejad mənim şəxsi həyatıma qarışıb, səhv məlumatlar verib ictimaiyyəti çaşdırdığı üçün Musəvi ailəsindən və şəxsən məndən üzr istəməlidir. Bir sutka ərzində üzr istəməsə, mən onu məhkəməyə verəcəm”.

İyunun 3-də İran Dövlət Televiziyasında M.Əhmədinejadla M.Musəvi arasında debat keçirilib (onlar prezidentliyə əsas iddiaçılardır). M.Əhmədinejad debat zamanı birdən-birə cibindən üstündə M.Musəvinin xanımı Z.Rəhnəvərdin də şəkili olan bir sənədi çıxararaq deyib: “Gəlin indi bir xanım haqqında danışaq. Siz bu xanımı tanıyırsınız. Bu xanım hökumət işində işlədiyi vaxtda qəbul imtahanları vermədən universitetə daxil olub və iki ixtisas üzrə doktorluq dərəcəsi alıb, sonra da bir müddət universitetdə müəllim işləyib. Bax, mən belə qanunsuzluqlara qarşıyam”.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunub

ABŞ Dövlət katibi Hillari Klinton
«İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddət həllini tapmayan məsələlərdə qısa müddətdə ciddi irəliləyiş əldə olunub».

Bunu ABŞ Dövlət katibi Hillari Klinton mətbuata açıqlamasında deyib. O, iyunun 5-də Vaşinqtonda Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

H.Klinton deyib ki, Azərbaycan və Ermənistan hökuməti Qarabağ münaqişəsini həll etmək üçün birgə çalışırlar: «Sankt-Peterburqda keçirilən görüş buna nümunədir».

Türkiyənin Xarici İşlər naziri Ə.Davudoğlu isə bildirib ki, Qafqazda münaqişələrin həllinə nikbin yanaşır: «Biz ABŞ və ATƏT–in Minsk Qrupu ilə birgə Azərbaycan-Ermənistan məsələsinin həll olunması üçün işləməyə hazırıq».

Ə.Davudoğlu deyib ki, Türkiyə Qafqazda sülh və sabitlik yaratmaq üçün ABŞ-la birgə işləmək niyyətindədir.

H.Klinton öz növbəsində, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesindən məmnunluq ifadə edib:

«Birmənalı olaraq Türkiyə və Ermənistan İsveçrə hökumətinin vasitəçiliyi ilə münasibətlərin normallaşması üçün işləyiblər. Biz bilirik ki, bu çox mürəkkəb və səbir tələb edən prosesdir... Biz tərəflərin özlərinin müəyyənləşdirdiyi yolla getməsini dəstəkləməkdə davam edəcəyik».

H.Klinton Ankaranın PKK-ya qarşı mübarizəsini və Türkiyənin Avropa Birliyinə üzvlük səylərini dəstəklədiyini bildirib.

Qabil Hüseynli: «ABŞ hər dəfə İranı təhdid edəndə fars raketləri Azərbaycana tuşlanıb»

«İRAN AZƏRBAYCAN ÜÇÜN CİDDİ TƏHLÜKƏDİR»

Ölkədaxili, xüsusilə də korrupsiya və demokratik təsisatlarla bağlı məsələlərdə iqtidarla müxalifət arasında kəskin ziddiyyət var. Bunu inkar etmək qeyri-mümkündür. Lakin elə nöqtələr var ki, iqtidar və müxalifətin mövqeləri həmin məsələlərdə üst-üstə düşür. Bu məqamlar ümummilli məsələlərdə -Dağılq Qarabağ problemi barədə, Ermənistan - Türkiyə sərhədlərinin açılması və bir sıra xarici dövlətlərin ölkəmizi təhdid etdikləri halda daha qabarıq şəkildə üzə çıxır.
Məsələn, Müsavat Partiyası bir neçə gün öncə fars şovinistlərinin cənubdakı soydaşlarımıza qarşı təqib kompaniyası və İran hakimiyyətinin Azərbaycana qarşı təhdidlərinə etiraz olaraq aksiya keçirdi. Hakimiyyətin müxalifətin keçirdiyi aksiyalara amansız yanaşdığı məlumdur. Amma Müsavat fəallarının İran əleyhinə keçirdikləri aksiya baş tutdu.
Onu da qeyd edək ki, İran dəfələrlə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə mənfi mövqe nümayiş etdirib. Bundan başqa Corc Buşun prezidentlik etdiyi dönəmdə ABŞ-la İran arasındakı münasibətlər son həddə çatan zamanlarda Amerikadan təhdidlər alan İranın fars recimi Azərbaycana birbaşa və ya dolayısı ilə hədə-qorxu gəlib.
Bəs İrandan Azərbaycana qarşı olan təhlükə nə dərəcədə realdır?
Son dövrlərdə İranın bəzi dini, hərbi və siyasi xadimlərinin Azərbaycanın siyasi rəhbərliyinin, eləcə də ölkəmizin xarici siyasət xəttinə və qərarlarına təhdidedici formada münasibət bildirdiyini qeyd edən politoloq Qabil Hüseynli dedi ki, bu təhdidlər İsrailin prezidenti Şimon Peresin Azərbaycana səfəri ilə bağlıdır: «İş o yerə çatıb ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə təhdidlər yağdırıb».
Müsavat Partiyasının keçirdiyi etiraz aksiyasının hökumətin xəttinə uyğun olaraq atmadıqlarını deyən Q.Hüseynli onu da bildirdi ki, bu aksiyada həm də Azərbaycana təhdidlər də daxil olmaqla cənubda oyanmaqda olan milli-azadlıq hərəkatının boğulmasına və azərbaycan türklərinin hüquqlarının pozulmasına qarşı da etiraz var idi: «Müsavat Partiyasının keçirdiyi aksiyanın bir özəlliyi də bunda idi. Bir də ki, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir və bunu hər addımda nümayiş etdirir. İranın Azərbaycandakı səfirliyinin qarşısında yazılan »İranın Bakıdakı səfirliyi" lövhəsi çox şeydən xəbər verir. İran Azərbaycanın müstəqilliyini qəbul etsəydi, torpaqlarımızı işğal edən ermənilərlə bu cür münasibətlər qurmazdı. Yaxud da, Ermənistanın İsraillə qurduğu münasibətlərə də etirazını bildirərdi".
Q.Hüseynli İranın Azərbaycan üçün ciddi təhlükə olduğunu vurğuladı: «Amerika İranı hədələyəndə bu təhdidlər açıq səviyyəyə çatır. Məsələn, İran Amerikanın yaxın bölgədəki iqtisadi maraqlarına raket zərbələri endirəcəyi ilə hədələyir. Bu təhdidlər birbaşa Azərbaycana yönəlikdir. Çünki Azərbaycan ABŞ-ın iqtisadi maraqlarını təmin edən bölgədir. Neft və qazdan başqa Azərbaycan, həm də ABŞ-ın Əfqanıstanla əlaqəsini təmin edən aerodromlar var. ABŞ hər dəfə İranı təhdid edəndə fars raketləri Azərbaycana tuşlanıb».
Leyla İLQAR
musavat

MAQATE: İran nüvə bombası istehsalı üçün kifayət qədər uran toplayıb

İran bir atom bombasının hazırlanmasına yetəcək qədər uran toplayıb. Atom enerjisi üzrə beynəlxalq təşkilatın (MAQATE) gizli hesabatında belə deyilir. Hesabatda bildirilir ki, Natanz nüvə kompleksinqdə 1339 kiloqram uran toplanıb. MAQATE hesab edir ki, bu, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin rədd edilməsi deməkdir. Təşkilat bəyan edib ki, rəsmi Tehran nüvə obyektlərinin dəqiq təftişinə imkan vermir və bu probelmlə bağlı informasiyaları qapalı saxlayır.
MAQATE-nin Suriyaya həsr olunmuş dicər hesabatında isə bildirilir ki, Dəməşqdəki nüvə tədqiqat reaktorunda süni yolla uran istehsalının qalıqları aşkarlanıb. /

İran adlanan yer qərəzli mövqeyindən əl çəkmir

İşğalçıya qucaq açan dövlətin islam təəssübkeşliyindən danışması gülüncdür

İsrail prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşib. Şimon Peres Bakıya iyunun 28-də gələcək. Bu arada qonşu İran dövlətinin rəhbərliyinin narahatlıqları davam edir. İran Silahlı Qüvvələrinin baş komandanı Həsən Firuzabadi növbəti dəfə bəyanat verərək rəsmi Bakını "sionist rejimin başçısını" dəvət etdiyinə görə, ittiham edib. Qeyd edək ki, bir müddət öncə "Hizbullah" terrorçu təşkilatının rəhbəri Nəsrullah bəyanat verərək Bakını hədələmiş, İsrail səfirliyinin vurula biləcəyini bildirmişdi. Azərbaycan tərəfi nəhayət, məsələyə münasibət bildirib. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlmasında İran rəhbərlərinin narahatçılığının əsassız olduğunu bildirib. İqtidar yetkilisi bildirib ki, İsrail müstəqil dövlətdir və Azərbaycanın bu dövlətlə normal münasibətlər qurması onun öz işidir: "İsrail müstəqil dövlətdir, bu dövlətin yaxşısına yaxşı, pisinə pis deyirik. Dəfələrlə İsrailin Fələstində və müsəlmanlar yaşayan digər bölgələrdə həyata keçirdiyi aksiyaları pisləmişk. Amma bu, o demək deyil ki, biz bu dövlətlə hər hansı əlaqə qurmamalıyıq. Əgər bu, belədirsə, onda biz də sual edirik: Ermənistan dövlətinin Azərbaycana qarşı yürütdüyü siyasət soyqırım siyasətidir. Soyqırım siyasəti yürüdən bir dövlətlə belə qucaqlaşmaq olarmığ" Bu açıqlamada yəqin ki, işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın bu yaxınlarda İrana baş tutmuş səfərinə işarə edilir. Qeyd edək ki, həmin səfər zamanı işğalçı dövlətin prezidenti olduqca isti qarşılanmış, iki ölkə arasında Ermənistanın üçün olduqca faydalı olan sazişlər imzalanmışdı. Ermənistan prezidentinin İranda ilıq qarşılanması, işğalçı dövlətə edilən güzəştlər təsadüfi deyil. Bu, İranı rəsmi dövlət siyasətidir. Açıq deyilməlidir ki, İran Azərbaycan adlı dövlətin güclənməsi bir yana, varlığını istəmir. İran Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin uzanmasını, həll ediləcəyi halda isə ermənilərin xeyrinə həll olunmasını, bölgədə ikinci erməni dövlətinin yaranmasını, regimondakı türk dövlətlərinin problemlər içində olmasını istəyir, ötən 20 il ərzində də buna çalışıb. Azərbaycan 17 ildir ki, ərazilərini işğal etmiş Ermənistanla bütün əlaqələrini kəsib. 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal edlməsindən sonra Türkiyə də bu həmrəyliyə qoşulub. Cari ilin fevral-may ayları ərzində Qərbin çoxsaylı təpkilərinə baxmayaraq qardaş ölkə Ermənistanla sərhədləri açıb işğalçı dövlətə nəfəslik vermədi. Amma 20 ildir ki, İran müsəlman Azərbaycanın ərazilərinə təavüz etmiş Ermənistanla sıx münasibətlər qurub, işğalçı dövlət üçün işğal olunmuş Azərbaycan ərazilərində (!) su elektrik stansiyaları tikmək palanları cızır. İranın birinci Qarabağ müharibəsi zamanı İrana silah və hərbi texnika baxımından etdiyi yardımları hələ demirik. Azərbaycan rəhbərliyi heç vaxt buna dilə gətirib, müsəlman təəssübkeşliyindən danışan İranın məscidləri yandırmış erməni caniləri ilə əlaqə qurmasına, İran rəhbərlərinin uşaq qatili Köçəryanla, Sərkisyanla qol-boyun olmalarına irad bildirməyib. Amma İran heç bir əndazəyə sığmadan müstəqil dövlətin xarici siyasətinə müdaxilə etməyə çalışır, bu dövləti açıq-aşkar hədələyir, İrana bağlı terrorçu təşkilatlar müstəqil dövləti təhdid altında saxlamağa çalışır. Qəribədir ki, İranın qol-boyun olduğu işğalçı Ermənistan da İsraillə ilıq münasibətlərə malikdir. Amma Tehran bircə dəfə bu faktı qabartmayıb. Bu açıq-aşkar qərəzkarlıqdar! Azərbaycan dövlətini islam dünyasının gözündən salmaq cəhdidir. Azərbaycan rəsmisinin dediyi kimi Azərbaycan dəfələrlə İsrailin Fəələstində apardığı, dinc insanların məhvi ilə müşahidə olunan əməliyyatlarına münasibət bildirib. Amma Azərbaycan İsraillə düşmənçilik apara bilməz. İsraillə sözdə düşmənçilik İran xalqının və bütün müsəlman dünyasının başını qatmağa çalışan molla hakimiyyətinə lazımdır. Biz bizimilə düşmənçilik etməyən bütün dövlətlərlə mehriban münasibətlər qurmağa çalışmalıyıq. İsrail isə dəfələrlə Azərbaycana dostluq nümayiş etdirib. Bu, özünü beynəlxalq təşkilatlarda, yəhudi lobbisinin fəalliyyətində aşkar göstərib. O halda biz nəyə görə türk dünyasına, türk cümhuriyyətlərinə, Azərbaycana dostluqdan başqa bir şey yapmayan İsrailin deyil, sözdə islam təəssübkeşliyindən danışıb Azərbaycan məscidlərini murdarlamış ermənilərə qucaq açan İranın tərəfini tutmayılıqğ Azərbaycan boş ritorikalarla baş qatıb düşmənə yardım edən İranla deyil, düşmənlə diplomatik mübarizədə bizə dəstək verən İsraillə sıx münasibətlər qurmalıdır.
İsraili kəlməbaşı lənətləyən İranın avtoritar rejimi əslində
real işə gələndə ələrb müsəlmanlarına da dəstək vermir. 30 ildir bu mürtəce rejim hər kvartal "İsraili yer üzündən silir". Amma İsrail dövləti var, getdikcə də güclənir, nüfuzunu artırır. Beynəlxalq hesabatlarda da adı İran kimi qara siyahılara düşmür. İsrail ola bilər ki, ərəb silahlılarına qarşı mübarizəni bir az sərt aparır. Amma İran rejimi öz tarixi yurdunda yaşayan 35 milyonu türkü on illərdir ki, əsarətdə saxlayır, onların milli kimliyini unutdurmağa, ana dilin məhv etməyə çalışır.
Yeri gəlmişkən, Həsən Firuzabadinin ikinci bəyanatından və "Hizbullah"ın terror hədəsindən sonra İsrail tərəfi səfərin vaxtını açıqladı. Bu açıq-aydın göstərir ki, İranın paqonlu mollalarını hədələri İsrail tərəfinin vecinə belə deyil. Görünür, rəsmi Təl-Əviv İranın İsrailə ünvanlanmış yalançı hədə-qorxularına artıq öyrəşib və bunu ciddi almırlar.

Elman Cəfərli

İranda seçki gərginliyi güclənir

İran prezident seçkiləri yaxınlaşdıqca, prosesin daha da gərginləşdiyi müşahidə edilməkdədir. Prezidentliyə namizədlərin təbliğat və təşviqat işlərini gücləndirdikləri bu mərhələdə İran TV-si bir sıra tədbirlərlə yanaşı, namizədlərin teledebatların təşkilini də nəzərdə tutmuşdu. Bu çərçivədə ilk debat İyunun 1-də Mehdi Kərrubi və Möhsin Rizayi arasında keçirilib. Bu debatda hər iki namizəd öz platformaları haqda danışıb və qarşılıqlı ittihamlar olmayıb. İlk olaraq Kərrubi daima xalqın arasında olduğunu bildirib və özünü ölkəni idarə etməyə ən layiqli şəxsiyyət kimi təqdim edib. Rizayi isə bir sira siyasi məsələlərlə toxunaraq bildirib ki, İranda iqtisadi inqilab etmək üçün səhnəyə gəlmək istəyir. O keçmiş prezidentləri böyük şəxsiyyətlər adlandıraraq bildirib ki, hələ də ölkədə bir sıra problemlər həll olunmamış qalır. Daha sonra Kərrubi neft pullarından xalqa səhmlərin verilməsi məsələsinin mümkünlüyündən danışıb və bunun gerçəkləşməsinə çalışacağını bildirib. Rizayi isə neftən gələn gəlirlərin millətə paylanması yerinə, sərmayə şəklində işlədilməsinin tərəfdarı olduğunu açıqlayıb.



Kərrubi vətəndaş haqlarının qorunması məsələsinə də toxunaraq, qadınlara qarşı ayrı-seçkiliyin qarşısını alacağını, universitetlərdə bərəbərliyi qoruyacağını və cinsi mənsubiyətinə görə heç kimin məhdudiyyətlə üzləşməyəcəyini bildirib. Möhsün Rizayi isə mədəni azadlıqlara və vətəndaş hüquqlarına hörmətlə yanaşacağını bəyan edib. Kərrubi öz çıxışında icra olunmamış qanunların icra olunacağınida bildirib və əlavə edib ki, “elə etmək lazimdir ki, İranda olan bütün xalqlar İranlı olduqlarına və bu ölkənin birinci dərəcəli vətəndaşları olduğuna inansınlar.” Kərrubidən sonra Rəzayi də etnik məsələlərinə işarə edərək bildirib ki, “hakimiyyətdə etniklərin nümayəndələrinin də olması şərtdir və biz buna cəhd edəcəyik.” Bu debatın sonunda hər iki namizəd bildiriblər ki, onların proqramları bir-birindən elə də çox fərqlənmir.

Bu görüşdən fərqli olaraq, yendiən seçilmək istəyən İran prezidenti Əhmədinejad ilə Mir Hüseyn Musəvinin İyunun 3-dəki teledebatı çox gərgin keçdi. Bu debatın İran tarixində digər debatlarla əsas fərqi ondadır ki, hər iki namizəd vaxtı ilə hakimiyyətdə olub və hər ikisi də hakimiyyətin bir hissəsini tənqid edib. Bu debatda Əhmədinejad əsəbi və gərgin vəziyyətdə oldu, Musəvi isə ilk başda həyəcanlı olsa da, sonra özünü toplayaraq səbirli və sakit çıxış etdi. Əhmədinejad indiyə qədər hakimiyyətdə olan bütün prezidentləri və keçmiş baş nazir Musəvini tənqid edərək onları maliyyə fırıldaqlarında ittiham edib. Musəvi isə indiki hakimiyyəti qanunsuzluqda, bacarıqsızlıqda və məsuliyyətsiz davranmada ittiham edib.

Ümumilikdə Əhmədinejada görə, son 30 il hakimiyyətdə olanlar rüşvətxor və onun düşməni kimi təqdim olundu. O, Rəfsəncaninin övladlarını və Natiq Nurini maliyyə fırıldaqçılığında ittiham etdi. Əhmədinejad, ona qarşı bütün tənqidləri yalan və təxribat adlandırdı və bildirdi ki, yalnız Musəvi ona qarşı deyil, bəlkə Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi də ona qarşıdır. O bildirdi ki, Rəfsəncani o prezidentliyə başlayanda Ərəb ölkələrindən birinin dövlət başçısına bildirib ki, “nigaran qalma o, tezliklə hakimiyyəti tərk edəcək”. Musəvi isə cavab olaraq bildirib ki, Xatəmi və Rəfsəncani böyük adamdılar və onlara qarşı tənqidlərə özləri cavab verə bilərlər. O, öz namizədliyini təhlükəni hiss etməsi ilə əlaqəlandirib və hazırda bir neçə təhlükənin var olduğunu diqqətə çatdırıb. Musəvi, ölkəni idarə etmədə macəraçılıq, qeyri-sabitlik, özünü göstərmə, qəhrəman olmaq, xəyallar və xürafata inanmaq, həqiqətləri gizlətmək, işləri olduğundan böyük göstərmək, qanunsuzluqlar, hər şeyə sadə və asan baxma və radikallıq kimi amillərin mövcudluğunu ölkə üçün ciddi təhlükə sayib. O, indiki hakimiyyət ölkə üçün təhlükə olduğunu, bu hakimiyyətin xarici siyasətinin də “dünyanın gələcək lideri olmaq və dünyanı idarə etməyə cəhd” kimi xəyallar aləmində yaşamaq olduğunu ifadə edərək Əhmədinejadı günahlandırıb. Musəvi, Əhmədinejadın İsraillə bağlı mövqelyini də tənqid edib və onun “holokost” hadisəsi ilə bağlı bəyanatının İsrailin xeyrinə olduğunu vurğulayıb. Əhmədinejad da öz növbəsində Musəvinin özünün də vaxtı ilə İsrailin məhv olmasınin vacibliyini dəfələrlə rəsmi çıxışlarında elan etdiyini xatırladıb.

Göründüyü kimi, İranda prezident seçkiləri siyasi gərginliyi artırır və teledebatlar buna əlavə impulslar qatır. Seçkilərdə digər iki namizədə nisbətən daha şanslı görünən Əhmədinejad və Musəvinin bundan maksimum dərəcədə fayda görüməyə çalışırlar.

Fars rejiminə tərs sillə

"İranın son addımları məcbur edir ki, Azərbaycan adekvat addımlar atsın"
İran Xəzərdə "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-2" layihəsi çərçivəsində Azərbaycan qazının potensial alıcısı siyahısından çıxarılıb. Bu xəbəri "Turan"a Azərbaycan Dövlət Neft Şirkətinin yüksək vəzifəsi nümayəndəsi verib: "Alıcıların seçilməsi zamanı əsas kimi uzunmüddətlilik, etibarlılıq, sabitlik və bazarın kommersiya cazibəsi götürülür. İran nümayəndələrilə ilkin danışıqlar göstərib ki, İran tərəfi bütün bu meyarları təmin edə bilməyəcək". İranın Azərbaycan qazının ixracının potensial marşurtları siyahısından çıxarılmasını "Şahdəniz" layihəsinin kommersiya operatoru olan "Statoyl-Hydro" Azərbaycan şirkətinin nümayəndəsi də faktiki olaraq təsdiqləyib.

Səlcuq

Belə ki, şirkətin qaz nəqli haqqında müqavilənin imzalanması üzrə səlahiyyətlisi Sveynunq Bankel iki gün öncə Kaspian Oil& Gaz-2009 konfransında çıxış edərkən qaz ixracı üçün 4 mümkün marşurutu açıqlayıb: "Cənub axını", "Ağ axın", Türkiyə ərazisindən və Rusiya vasitəsilə.
Yada salaq ki, bir müddət əvvəl ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycanı İran beynəlxalq öhdəliklərini yerinə yetirməyincə bu ölkəni beynəlxalq qaz layihələrindən kənar etməyə çağırıb.
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz politoloq Elxan Şahinoğlu deyir ki, əgər rəsmi Bakı bu cür addım atıbsa, bunu məntiqli addım kimi dəyərləndirmək lazımdır: "Son zamanlarda İran Azərbaycana qarşı sərt və kəskin mövqe tutmağa, müəyyən bəyanatlar verməyə başlayıb. Məhz bu mövqenin qarşılığında da Azərbaycanın belə addımı başa düşülən və məntiqlidir. Ancaq şəxsən mən inanmıram ki, ABŞ dövlət katbinin çağırışı bu məsələyə ciddi təsir göstərib. Azərbaycan həmişə İranla normal münasibətlər saxlamaq istəyib və buna çalışıb. ABŞ rəsmilərinin bu cür çağırışları əvvələr də olub. Amma Azərbaycan bu çağırışlara uyğun hərəkət etməyib. Hər halda İranla normal münasibətlər qurulub. Amma İranın son addımları məcbur edir ki, Azərbaycan adekvat addımlar atsın. Sadəcə ola bilsin ki, Azərbaycanın atdığı sonuncu addım ABŞ-ın istəklərilə üst-üstə düşür". Politoloq son addımdan sonra İranın Azərbaycan üçün müəyyən problemlər yarada biləcəyini istisna etmir:
"Azərbaycan Qərbə inteqrasiya yolu tutduğundan bu problemlərin yaranmasını zaman-zaman müşahidə etmişik. Yadınızdadırsa bir vaxtlar İranın hərbi gəmiləri su sərhədimizi, təyyarələri isə hava sərhədimizi pozurdu. İran hər zaman bu cür addımlar atmağa çalışacaq, ancaq biz dövlət olaraq bundan çəkinməməliyik. Geri çəkilsək, onlar daha çox üzərimizə gəlməyə başlayacaqlar. İllər uzunu Bakı İsraillə münasibətlər qurmadı, orada səfirlik açmadı. Bu addım məhz İrana görə atılırdı. Ancaq nəticəsi nə oldu? Azərbaycan torpaqlarını işğal edən Ermənistanla yüksək səviyyədə münasibətlər quruldu, ölkəmizə qarşı qeyd etdiyim kimi sərt və kəskin mövqe tutuldu. Bu səbəbdən İranın atacağı addımlardan çəkinmək doğru olmazdı, əksinə adekvat addımların atılması daha uğurlu variantdır".

dusdaqdan yeni bir xabar

tabriz ittilaat markazindan aldgmz xabarlar gora mehdi va ali ibadi[qardash] ki 88/03/04 bagsumalda tutuqlanblar agr sarayittda ittilaat saldatlari onlari
ruhi va badani sikanciya maruz qoyulllar

artmaliyam ki bu iki qardaslar biri kesavarzi va ali bay bagbani oyrancisidilar belalikla onlar term faynal imtahaninda aldan vereceklar

tabriz bagsumalda tutlan fallardan olan aydin[farid] bay ki cuma gunu 88/03/04 buraxlb ,qslari shikanca altnda qaralb va aln ozu xastaxanya muraciyat edib.

GunAz Tv

TÜRK DÜNYASI İNSAN HAQLARI DƏRNƏGİ, GÜNEY AZƏRBAYCANI MASAYA YATIRTDI

GAIP XƏBƏR Türk Dünyası İnsan Haqqları Dərnəyi Ümumi Başçısı Abdullah Buksur rəhbərliyində çox gözəl işlər edir. Təşkil edilən yığıncaq və seminarlarda ölkəmiz xaricində yaşayan Türk birliklərinin problemlərini gündəmə daşıyır.
Fürsət tapdıqca biz də bu dərnəyin işlərini izləyirik. İzləyə bilmədiyimiz zamanlarda da internet və yazılı mətbuatdan izləyirik. Qiymətli qardaşımız Abdullah Buksur və iş yoldaşlarını ürəkdən qeyd edək.

Bu yaxınlarda Türk Dünyası İnsan Haqqları Dərnəyi yenə bir qanun imzala idi və Ankarada çox maraqlı və gözəl bir yığıncağa ev sahibliyi etdi. Təşkil edilən danışığın qonağı Saleh Kamurani idi. Kamurani, İrandakı son inkişaflar və azadlıqlar mövzusunda yaşadıqlarını və düşündüklərini özünü dinləyənlərlə paylaşdı. Abdullah Buksur, bu danışığa bizi şəxsən dəvət etdi, ancaq Ankara xaricində olduğumuz üçün qatıla bilmədik. Ancaq, bizi yaxından maraqlandıran bu yığıncaqdan bəzi keçidləri sizlərlə paylaşmaq istəyirik.

İRANda ÇOX SAYDA TÜRK VAR

İran əsrlər boyunca qonşumuz olaraq qalmış bir ölkə olmasına baxmayaraq, Türkiyə ilə İran arasında tarixi, etnik və mədəni olaraq bir ayrılıq yaşanmamışdır. İranda çox sayda və çox yerdə Türk var. Ancaq, siyasi, və mədəni haqqlarını istifadə edə bilmə baxımından çox təəssüf ki çox böyük mübarizələr verirlər.

İranda Türkcə eğimi qadağandır. Türkcə TVə icazə verilmir. Türklərin təhsillərinin və dillərinin maneə törədilməsi də çox böyük problem olaraq qarşımızda dayanır. Daha da açıqcası Türk şəxsiyyəti rədd edilir. Türkcə ad uşaqlara və işyerlərinə qoyula bilmir. Bütün bu maneə törətmələr qarşısında " Biz Türkük və Türklüyümüzlə öyünürük" deyənlərin də sayının az olmadığını burada vurğulamaq istəyirik.

Resmi rəqəmlər ortada yox, ancaq İranda 40 milyonun üzərində Türk soydaşımızın yaşadığı bilinir. Xorasansada, Tahranda, Türkmən Səhrada sıxlıqda amma İranın hər yerində Türkü görmək mümkün. Kaşgay Türklərini də hər tərəfdə görmək və tapmaq çətin deyil.

1925dən bu yana sərhədləri dəyişməyən yalnız İran və Türkiyə bölgədə yaxşı qonşuluq əlaqələrini bu günə qədər müddət gəlmişlər. Bir əhəmiyyətli mövzu da 1925-ci ilə qədər İranda rəsmi dilin Türkcə olmasıdır. Yenə bu tarixə qədər bölgədə bir çox dövləti Türklər idarə etmişdir. Məsələn Səfəvi Dövlətini idarə edən də Türklərdir.

Türk Dünyası İnsan Haqqları Dərnəyi Başçısı Abdullah Buksur, danışığın açılış danışmasında İran ilə əlaqədar qısa məlumatlar vermiş. Daha sonra natiq Saleh Kamurani, İrandakı yaşananlar və insan haqqları pozuntuları ilə əlaqədar qiymətləndirib.

Kamurani, üç ay əvvəl İranda ölüm ilə qarşı-qarşıya qalınca ayrılmaq məcburiyyətində qalmış. İndi həyat yoldaşı və uşağı ilə Türkiyədə yaşayır. Əsl peşəsi vəkillik. Bu günə qədər insan və iraq ayrımı etməmiş. İranlının da, Türkün də Şiənin də, Kürdün də, Sünninin də hər kəsin iddiasına baxmış, ayrım güdməmiş. Hər kəsin köməyinə qaçmış. İnsan əsaslı bir dünyagörüşünə sahib şəxsiyyəti var.
Kamurani, 8 dəfə həbs olunmuş. Müxtəlif nəşr/təzyiq və işgəncələrlə qarşılaşmış. Amma qorxmamış. Bu darp və işgəncələr sonrası bir gözü ziyan görmüş. " Mən vəkil olaraq bunları yaşadım. Digər Türkləri siz düşünün" deyir. İranda Türklərə qarşı necə bir təzyiq və həzm etmə hərəkətinin var olduğunu vurğulamağa çalışır.

İşdə Türk Dünyası İnsan Haqqları Dərnəyi idarəçiləri beləsinə cəsur bir hərəkət və yığıncaqla, İranda yaşayan soydaşlarımızın vəziyyətini açıq şəkildə ortaya qoyulmasını təmin etmişlər. İran ilə olan əlaqələrimizdə bu günə qədər orada yaşayan soydaşlarımızın vəziyyəti heç bu qədər açıq şəkildə ortaya qoyulmadı. Gündəmə daşınmadı. Bunlar həməşə görməməzlikdən gəlindi. İrandakı Türklər 80 ildən bu yana yalnız mədəni soyqırım ilə deyil, fiziki soyqırımla da qarşı-qarşıya qalmışlar. Cənub Azərbaycan Türkçülük hərəkəti mərkəz olaraq göstərilir. İranda meydana gələn iç hadisələrdə 17 mindən çox adam həbs olunmuş, 50 qədər şəhər silahsız olaraq qiyam qaldırmış, ancaq həm dünya ictimaiyyət, həm Müsəlman aləmi, həm də Türk dünyası bu hərəkətlərə qeydsiz qalmışdır.

AZƏRİ TÜRKLƏR AĞIRLIQDA

İranda əhali sıxlığı baxımından ən çox Azəri Türkləri var. Daha sonra Kaşgaylar gəlir. Xorasansa Türkləri və Türkmən Səhra ( Cənub Türkmənistan) onları izləyir. Türkçülük deyilincə də ilk ağla gələn Cənub Azərbaycanlılar olur.

İndi baxın bu nöqtə çox əhəmiyyətlidir: Yaxınlaşan İran seçkilərində səs verəcək 45 milyon adamın ən az 15 milyonu Azəri Türklərdən meydana gəlir. Bu rəqəm kiçik hesab edilə bilməz. Bu səbəblə ediləcək Prezidentlik seçkisinin təyin olunmasında Türklərin rolu böyük olacaq kimi görünür.

Türk Dünyası İnsan Haqqları Dərnəyi Qadın Komissiyası Başçı Köməkçisi Gülgün Göy tərəfindənin yığdığı məlumatlardan faydalanaraq bu yazını yazdıq. İran kimi bir ölkədəki Türklərin həyat şərtlərinin və görülən əziyyətlərin ölçüsünün bu cür ürək ağrıdan olmasını oxucularımızın da bilməsini istədik. Bizim siyasətçilər, hər nə qədər İran ilə olan əlaqələrin zədələnilməməsi mövzusunda həssaslıq göstərirlərsə də sanarıq bundan sonra bu ölkədəki soydaşlarımızın vəziyyətləri ilə də daha yaxından maraqlanmağa başlayacaqlar. Türk Dünyası İnsan Haqqları Dərnəyi işdə bu mənalı yığıncaq ilə atəşi yandırmışdır. Biz, bu yığıncağı və danışığı bu baxımdan əhəmiyyət veririk.

4 Haziran 2009 Perşembe

ZAHİDAN və TƏBRİZDƏ HƏBSLƏR

Əlirza Cəmşidi
İran adlanan yerin Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi jurnalistlərə açıqlamasında son günlər Zahidan və Təbrizdə baş verən olaylara görə onlarla insanın həbs edildiyini deyib.

Mayın 28-də axşam saatlarında Zahidan şəhərindəki şiələr məscidinə “Condollah” təşkilatına bağlı bir kamikadzenin intihar əməliyyatında 25-dən çox insan həlak olmuş, 125 nəfər isə ağır xəsarət alıb. Mayın 30-da bu hadisədə təqsirli bilinən “Condollah”ın 3 üzvü dar ağacından asılıb. Bir gün sonra isə Zahidanda sünni bəluclarla İranın hökumət qüvvələri arasında silahlı qarşıdurmalarda hər iki tərəfdən 10 nəfər həlak olub, 100-dən çox insan ağır yaralanıb.

Əlirza Cəmşidi Zahidan və Təbrizdə 30-dan çox insanın həbs edildiyini desə də, İran hüquq mühafizə qüvvələri komandanının əməliyyat üzrə müavini Hüseyn Sacedi Niya jurnalistlərlə görüşündə təkcə Zahidanda 150-dən çox gəncin tutulduğunu vurğulayıb.

Ə.Cəmşidi Təbriz iğtişaşlarında 11 nəfərin həbs edildiyini bildirib. O, hansı iğtişaşları nəzərdə tutduğu barədə açıqlama verməsə də, tutulanların son günlər keçmiş prezident Məhəmməd Xatəmiyə qarşı etiraz aksiyasına qatılanlar olduğu güman edilir.

İran Məhkəmə Sisteminin sözçüsü Təbrizdə tutulanların dövlət quruluşuna qarşı təbliğat aparmaqda, qanunsuz toplantılara qatılmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq üçün silah və partlayıcı maddə saxlamaqda günahlandırıldığını deyib.

İran adlanan yerin eks-prezidenti Rəfsəncani hazırkı prezident Əhmədinejadı debata çağırıb

İran adlanan yerin eks-prezidenti və İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin ofisindən İran televiziyasına müraicət ünvanlanıb. Müraciətdə İran Dövlət Televiziyasından Rəfsəncaninin İran prezidenti Mahmud Əhmədinejadla teledebat aparması üçün vaxt ayrılması tələb olunub. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Müraciətdə bildirilir ki, İran prezidenti Əhmədinejad iyunun 3-də digər namizəd Mir Hüseyn Musəvi ilə canlı debatda İranın Məsləhət Şurası sədrinin ünvanına sərt ittihamlar irəli sürüb. Bu baxımdan Dövlət Televiziyasından seçki kampaniyasının vaxtı bitməmiş tez bir zamanda həmin ittihamları cavablandırmaq məqsədi ilə vaxt ayrılması istənilib.

İyunun 3-də İran Dövlət Televiziyasının 3-cü kanalı və PressTV kanalında yayımlanan prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mahmud Əhmədinejadın debatı zamanı Əhmədinejad İranın eks-prezidenti Rəfsəncaniyə və ailəsinə qarşı sərt ittihamlar irəli sürüb. Əhmədinejad Rəfsəncanini ona qarşı təxribata rəhbərlik etməkdə və korrupsiyada ittiham edib.

Mahmud Əhmədinejad beynəlxalq arenada ölkənin imicini korlayır

İranın dövlət başçısının prezident seçkisindəki əsas rəqibi belə düşünür
"İran perzidenti Mahmud Əhmədinejad beynəlxalq arenada ölkənin imicini korlayır". Bu bəyanatla iyunun 12-də keçiriləcək prezident seçkisində hazırkı dövlət başçısının əsas rəqibi olan Mir Hüseyn Musəvi çıxış edib. "Radio Svoboda"nın məlumatına görə, namizəd Əhmədinejatın Holokost hadisələrini şübhə altına qoyması ilə İranı dünya ölkələrinin gözündə alçaltdığını bildirib.

Qeyd edək ki, Musəvinin bundan əvvəllər də İranın hazırkı prezidenti Mahmud Əhmədinejatın daxili və xarici siyasətini tənqid edib.

Xatırladaq ki, əslən azərbaycanlı olan Mir Hüseyn Musəvi iyunun 1-də seçkiqabağı təbliğat təşviqat kampaniyası çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Ərdəbil şəhərində olub. İran tarixində ilk dəfə olaraq namizəd öz doğma dilində yazılmış «Azərbaycan yatmayıb, öz oğlunu atmayıb», «Azərbaycan bir kəlam, Musəvidir, vəssalam» kimi şüarlarla qarşılanıb. Namizədin vəkili isə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanidir. /ANS PRESS/

Güney Azərbaycanda yeni həbs olunan milli fəalların üçü girov muqavilində müvəqqəti azadlıqa buraxılıb

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən 2006-cı il 22 may hadisələrinin üçüncü ildönümü ərəfəsində Güney Azərbaycanın Təbriz şəhərində həbs olunmuş soydaşlarımızdan üçü müvəqqəti azadlığa buraxılıb.Bunlar Cahanbəxş və Nadir Bəxtavər qardaşları və Əsgər Qədimidir. Qardaşlar on gün, digər milli fəal isə 7 gün “Ettelaat”ın təcridxanasında saxlanıldıqdan sonra girov müqabilində müvəqqəti azadlıqa buraxılıblar.Xatırladaq ki son günlərdə Güney Azərbaycanın bütün bölgələrində İran rejiminin anti Türk siyasətinə qarşı kütləvi etiraz aksiyaları zamanı çoxlu sayda milli hərəkat fəalı həbs edilərək ağır təziq və işgəncələrə məruz qalmaqdadırlar.

3 Haziran 2009 Çarşamba

ƏHMƏDİNEJADIN SEÇKİNİ UDUZMAQ TƏHLÜKƏSİ VAR

Orta təbəqə də ondan üz döndərib; mühafizəkarlar vəziyyəti dəyişmək üçün xarici təhlükə amilini qabartmağa çalişir

İranda prezident seçkiləri yaxınlaşdıqca həmin ölkədə cərəyan edən siyasi rəqabət Qərbdə də maraqla izlənilir. ABŞ-ın “Chicago Tribune” qəzetinin yazdığına görə, seçki kampaniyasında başlıca məsələ daxili iqtisadi durumdur ki, bu da hazırda prezident Mahmud Əhmədinejadın “Axilles dabanı”na çevrilib.

İyunun 12-də keçiriləcək seçkilər ərəfəsində Əhmədinejad hətta uzun müddət üzərinə məhdudiyyət qoyulmuş mövzular – ölkənin nüvə proqramı və İsraill haqda ritorika – üzrə də qınaq obyektinə çevrilib. İslahatçı namizəd Mirhüseyn Musəviyə görə, Əhmədinejad İranı elə bir günə salıb ki, o, hazırda yoxsulluq, terrorizm və piratlıq girdabı olan Somali ilə müqayisə olunur. “Bizim xalq sənə onları biabır etmək hüququ verməyib”, - deyə Musəvi İsfahanda keçirilən seçki kampaniyasında bildirib. Başqa islahatçı namizəd Mehdi Kərrubi isə hazırkı hökumətin nüvə proqramı ilə bağlı mövqeyini sərt tənqid edib.

Qəzet yazır ki, bu tənqidlər maraq doğurur. Mahmud Əhmədinejadın xarici siyasət kursunun arxasında ölkənin ali siyasi və dini rəhbəri olan ayətulla Xamenei dayanır. Kərrubi kampaniyasının nümayəndəsi İsmayıl Gerami Moqəddəm Əhmədinejadın BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaları qulaqardına vurmasını ziyanlı adlandırıb. Belə ki, həqiqi zərbə sıravi İran vətəndaşlarına dəyir. Kərrubi Əhmədinejada məsləhət görür ki, dünya siyasəti ilə məşğul olmaq əvəzinə bazarlarda pomidorun qiymətini sabitləşdirsin.

”Washington Post”-da nəşr edilən son reportajda isə İranda orta sinfin prezident Mahmud Əhmədinejaddan üz döndərdiyi yazılır. Qeyd olunur ki, 2005-ci ildə Tehranın 12 milyon sakininin əksəriyyəti sistemin onları təmsil etmədiklərini əsas gətirərək səsverməni boykot etmişdilər. İranda səhih rəy sorğusu aparan qurumlar olmadığından seçkilərdə nə qədər adamın iştirak edəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Lakin ilkin işarələr göstərir ki, ötən seçkilərdə iştirak etməmiş bir çox adam bu dəfəki səsverməyə qatılacaq. Bunun səbəbi Əhmədinejaddan narazıların onu hakimiyyətdən uzaqlaşdırmaq marağıdır. Orta sinifdən qaynaqlanan tənqidlərin bir neçə kökü var. Hökumət nazirliklərində və dövlət şirkətlərində çalışan minlərlə təcrübəli ekspert son 4 ildə Əhmədinejadın tərəfdarları ilə əvəzlənib. Eyni zamanda İranda özəl şirkətlər Çindən daxil olan ucuz məhsulların qarşısında rəqabətə duruş gətirə bilmirlər. Əhmədinejadın hakimiyyəti dönəmində inflyasiya 30 faiz yüksəlib, paytaxtda yaşamağın qiyməti ikiqat artıb.
Yaranmış qəzəb dalğasında hakimiyyətə gəlmək üçün mübarizə aparan namizədlər məhz bu emosiyalara cavab verməyə çaşırılar. “Allah qoysa, insanlar seçkilərdə yüksək faizlə iştirak edəcəklər”, - deyə 30 min insanın toplaşdığı Təbriz stadionunda çıxış edən milliyətcə azərbaycanlı Mirhüseyn Musəvi bildirib. “Əgər biz insanların tükənməyən qüdrətindən istifadə etsək, onda öz hüquqlarımızı əldə edəcəyik”. Ekspertlərə görə, Əhmədinejadın mövqeləri o qədər zəifdir ki, onun ikinci dəfə seçkiləri udmaq şansı yoxdur. İndi o yalnız inzibati aparata arxalana bilər. Bu seçkilərdə Əhmədinejad xarici təhlükə amilindən də istifadə edə bilmir. Çünki ABŞ ötən ilin sonlarından başlayaraq İrana qarşı təzyiqləri azaldıb və müharibə hədələri ilə çıxış etmir. Əksinə, Obama administrasiyası Tehranla dialoq haqda danışır. Lakin xarici təhlükənin böyük olması Əhmədinejada və mühafizəkarlar düşərgəsinə insanları öz ətraflarına toplamaq, onların diqqətini sosial problemlərindən yayındırmaq üçün sərf edirdi. Son günlər İranda terror və silahlı toqquşmalar haqda xəbərlər gəlir və istisna deyil ki, seçkiqabağı vəziyyətin xaricdən İrana təhlükə artdığı yönündə gərginləşdirilməsi mühafizəkarların mövqeyini xilas etmək üçün istifadə olunan texnologiyadır.
Fərhad Məmmədov
musavat

ABŞ qoşunlarını İraqdan çıxarmağı yubatmaycaq

Bu barədə ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandiri general Rey Odierno məlumat verib
ABŞ qoşunlarını İraqdan çıxarmağın birinci mərhələsini təxirə salmayacaq və bu, iyunun 30-da başa çatacaq. Bu barədə Vesti məlumat verib.

Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandiri general Rey Odierno təsdiq edib ki, bəzi yaşayış yerlərində döyüşçülərin aktiv olmasına baxmayaraq, Vaşinqton Bağdadda təhlükəsizliklə bağlı razılıq şərtlərini yerinə yetirəcək.
Bununla belə 2011 –ci ildə ABŞ qoşunları tamamilə İraqı tərk edənədək amerikalılar yerli hərbçilərə kömək edcəklər./ANS PRESS/

Mirhüseyn Musəvi: "Xalqa hava və su kimi azadlıq da lazımdır"

"İfratçı siyasətdən əl çəkməliyik"
İyunun 1-də Həmədana səfər edən İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi əhali qarşısında çıxış edərək düşüncə azadlığının əhəmiyyətindən və vətəndaşların azadlığa olan ehtiyacından danışıb: "Xalqa hava və su kimi, azadlıq da lazımdır. Bu onların haqqıdır. Bu elə bir şey deyil ki, hökumət onlara hədiyyə etsin". Prezidentliyə namizəd ölkənin iqtisadi problemlərindən danışaraq öz tərəfdarlarına pul paylayan hazırkı prezident Əhmədinejadı dolayı yolla tənqid edib: "Biz ölkənin iqtisadi problemlərini həll etmək üçün milli istehsala və qabaqcıl bir iqtisadi proqrama önəm verməliyik. Yoxsa vətəndaşlar arasında pul paylamaqla bu problemi həll etmək olmaz".

Turqut

O, Əhmədinejada başqa bir mesaj da yollayıb: "Biz ölkənin daxili problemlərinin həllində aciz qaldığımız halda dünyanı idarə etməkdən danışırıq". Prezidentliyə namizəd həmin gün Ərdəbilə də səfər edib. 12 min nəfər qarşısında çıxışını Azərbaycan türkcəsində və Şəhriyarın "Heydər babaya salam" poemasından bir bəndlə başlayan Musəvi Ərdəbilin İran tarixindəki önəmli rolundan danışaraq azərbaycanlı və Türk olduğuna görə iftixar hissi duyduğunu bildirib. O, Mahmud Əhmədinejadın xarici siyasətini kəskin tənqid edib: "Biz elə xarici siyasət yeritməliyik ki, xalqımızın mənafe və məsləhətinə uyğun olsun. Artıq ifratçı siyasətdən əl çəkməliyik. Həmin səhv siyasətin nəticəsidir ki, bir tərəfdən Xolokost məsələsini ortaya atır, digər tərəfdən İsrail xalqının dostumuz olduğunu deyirik. Bir tərəfdən ABŞ-ın tezliklə çökəcəyini deyir, digər tərəfdən də onlara cavabsız məktublar yazırıq. Qısa fasilələrlə Almaniya kanslerinə, Roma papasına və ABŞ prezidentinə 3 məktub yazıb göndəririk, lakin nəzərə almaq lazımdır ki, bu məktubların cavabsız qalması şəxsi məsələ deyil. Bunun xalqa da aidiyyəti var. Çünki xalqın heysiyyətinə xələl gətirir".
Ölkədə inflyasiyanın 25 faizə çatdığını vurulayan Musəvi vətəndaşların alıcılıq qabiliyyətinin son dərəcə zəiflədiyini bildirib: "İnflyasiyanın 25 faizə qədər çatması o deməkdir ki, vətəndaşların alıcılıq qabiliyyəti hər il dörddəbir qədər azalır". Çıxışını "Yaşasın Azərbaycan!" sözləriylə bitirən Musəvi ölkədəki iqtisadi problemlərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinin və proqramlar hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

Diktator varisini rəsmən açıqladı

Şimali Koreyaya Kim Çen İrin kiçik oğlu rəhbərlik edəcək

KXDR lideri Kim Çen İr kiçik oğlu Kim Çen Unu rəsmi olaraq öz varisi elan edib. «Anspress»in «Yanhap News»a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinin nümayəndəsi Pak Çje Von ölkə radiolarından birinə müsahibəsində bildirib ki, Şimali Koreyada artıq Kim Çen Una sədaqət ifadə edən mərasimlər başlanılıb.
Agentliyin məlumatına görə, varisin təyin edilməsinə dair rəsmi bildirişlər 2009-cu il 25 may tarixində həyata keçirilən nüvə sınaqlarından dərhal sonra verilib. Şimali Koreyanın xaricdəki diplomatik nümayəndələri də təyinat barədə məlumatlandırılıb.
KXDR-nın 67 yaşlı liderinin varisinin onun kiçik oğlunun olacağına dair şaiyələr 2009-cu ilin yanvarında ortaya çıxmağa başlayıb.

İran adlanan yerdə ötən 24 saat ərzində 200 qaçaqmalçı həbs olunub

"Ötən 24 saat ərzində İranda 200 qaçaqmalçı həbs olunub", - deyə İran adlanan yerin polisinin əməliyyatlar üzrə komandir müavini, general Hüseyn Sacidiniya bildirib.

"İran polisi tərəfindən ötən 24 saat ərzində narkotik, qanunsuz silah və yanacaq qaçaqmalçılarından 200 nəfər həbs edilib. Onlardan 29 ədəd müxtəlif tipli silah və 30 min litr yanacaq müsadirə olunub", - deyə Sacidiniya bildirib.

Onun sözlərinə görə, qaçaqmalçılar yanacağı İrandan kənarda satmaq niyyətində olublar. "İran polisi qaçaqmalçılarla mübarizədən bir an belə əl çəkməyəcək", - deyə Sacidinya bildirib.

İsrail Iranı bombalamağa hazırlaşmır

Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib

İsrail Iranı bombalamağa hazırlaşmır. Bu barədə “Gazeta.ru”nun məlumatına görə, İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.
“İranın nüvə klubuna girməsi Yaxın Şərqdə qızğın silahlanmaya səbəb olacaq və dünyada sabitliyə təhlükə yaradacaq”, –deyən İsrail XİN rəhbəri bildirib.

"Biz istəmirik ki, dünya problemini bizim əlimizlə həll etsin. Bizim İranla ortaq sərhədimiz yoxdur və onun torpaqlarına iddia etmirik", deyə A. Liberman əlavə edib. /ANS PRESS/

Molla rejimindən Azərbaycana dost olmaz!

Olmayıb, olmayacaq da! Çalışın, nəyin müqabilində olursa olsun, vətəninizi satmayın...

Dəfələrlə mətbuatda İran televiziyalarının Azərbaycanda yayımlanması barədə müxtəlif səpkili məlumatlar, yazılar dərc edilib. Ümumilikdə götürəndə bu, ictimaiyyətin böyük hissəsini narahat edən məsələdir. Ona görə ki, rəsmi Tehran nə qədər inkar etsə də, İran telekanallarının əsas və başlıca məqsədi Azərbaycan ictimai mühitinə nüfuz etmək və bu yolla istəklərini reallaşdırmaqdır.

Belə ki, İran telekanallarında ölkəmizdə baş verən əksər siyasi hadisələr əks edilir və onlara özlərinə məxsus tərzdə şərh verirlər. Məsələn, götürək "Sahar" telekanalı və "Kompas" verilişini. İlk baxışdan bu, sadə azərbaycanlılar üçün müstəqil telekanal təsiri bağışlaya bilər. Çünki burada Azərbaycan telekanallarının toxunmadığı bəzi məqamlara diqqət ayırırlar. Ki, bu da birbaşa molla rejiminin maraqları çərçivəsində olan məsələdir. Qeyd edək ki, "Kompas"ın efirində dünyanın müxtəlif ölkələrindən - Almaniyadan, Rusiyadan, Norveçdən Azərbaycanı tərk etmiş həmvətənlərimizin zəngləri qəbul edilir. Ən üzücü hal orasındadır ki, Bakıdan, daha dəqiq desək, Nardaran və Maştağa qəsəbələrindən də "Sahar" telekanalına zəng edənlər tapılır. Elə ötən həftə də adıçəkilən qəsəbələrin bir neçə sakini telefon açıb Azərbaycan barəsində həqiqətəuyğun olmayan ifadələr işlədiblər. Onlar İran rejiminə şikayətlənirlər ki, Azərbaycanda məscidlər bağlanır, guya din-iman əldən gedir və bu kimi digər uydurmalar. Daha anlamaq istəmirlər ki, bu dövlətin aiddiyyəti üzrə orqanları var və onlar lazım bilmədən əsla və əsla məscidin bağlanmasına razılıq verməzlər. Bundan başqa, Azərbaycanda din-iman necə əldən gedir ki, hacıların, məşədilərin, kərbalayilərin sayı durmadan artır. Gənclərin nəzərəçarpacaq hissəsi İslama maraq göstərir və əsl müsəlman kimi yaşayır. Din necə əldən gedə bilər ki, bu gün böyük bir qisim kəlmeyi-şəhadəti, fatihə surəsini əzbər bilir. Yox, əziz qardaşlar, əlhəmdürillah Azərbaycanda din də var, İslam da var. Sadəcə, sizlərdən bəziləri müəyyən səbəbdən, bəlkə də bilmədən İranın Azərbaycana qarşı apardığı efir siyasətinin kiçik fiqurlarına çevrilirsiniz.

Qeyd edək ki, "Sahar" telekanalında Azərbaycandakı siyasi, sosial-iqtisadi problemlər birbəbir müzakirə olunur, Bakı və ətraf rayonlarla canlı efir təşkil olunur. Efirə qoşulan şəxslər isə molla rejiminin mahiyyətini unudub ölkədə baş verənləri şişirtməklə səsləndirirlər. Azərbaycanda baş verən hadisələr şərh olunarkən ilk baxışda elə təəssürat yaranır ki, rəsmi Tehran halımıza acıyır və vəziyyətin düzəlməsində maraqlıdır. Amma əslində, İran bu yolla Azərbaycanda aranı qarışdırmaq, ölkədə narazıların sayını artırmaq niyyətindədir. Məsələn, əgər ölkədə korrupsiyanın vəziyyətilə bağlı mövzu müzakirə edilirsə, aparıcı rəsmi Bakının ünvanına müəyyən atmacalı sözlər işlədir. Canlı efirə qoşulan şəxs də bundan ilhama gəlib ağına-bozuna baxmadan ağzına gələni danışır...

İranlının Azərbaycanın ünvanına sərt ittihamlarla çıxış etməsini müəyyən mənada başa düşmək olar. Necə də olsa, tarixi düşmənçilik və mövhumançılıq özünü biruzə verməlidir. Amma "mən azərbaycanlıyam" deyən, həmçinin dövlətin mənafeyini güddüyünü iddia edən birisinin ölkəsi haqda alçaldıcı kəlmələr işlətməsi heç cür başadüşülən deyil. Maraqlıdır, görəsən, "Sahar" telekanalına telefon açan hacı, kərbəlayi, məşədi və digərləri anlamırlarmı ki, İrandan Azərbaycana dost olmaz, olmayıb və olmayacaq. Əgər rəsmi İran bizlərə belə can yandırırsa, onda nə üçün Cənubi Azərbaycandakı soydaşlarımıza göz verib işıq vermir? Nə üçün 35 milyondan artıq azərbaycanlının öz dilində təhsil almasına imkan vermir? Niyə molla rejimi hər vəclə çalışır Azərbaycanda təriqət ayrı-seçkiliyi salmaqla nifaq yaratsın? Əgər Tehran Bakıya dost deyirsə, onda nə üçün Azərbaycanın 20 faiz torpağını işğal etmiş Ermənistana hər növ yardım göstərir və İrəvanın ayaqda qalmasına çalışır? Çox hörmətli hacılar, məşədilər və kərbəlayilər, bu kimi sualların sayını artırmaq olar. Ancaq inanmıram ki, bu suallara məntiqli izah verən tapılar. Çünki hər şey gün kimi aydındır. Yəni, dəyişən heç nə yoxdur, dövlətlər və onların maraqları eynilə qalmaqdadır. İran heç vaxtı razı olmaz ki, 1813 və 1828-ci illərdə böyük bir hissəsini mənimsəmiş Azərbaycan güclü və nəhəng dövlət olsun. Odur ki, hər vəclə çalışır ki, Azərbaycanın üzünə gülüb ayağının altını qazsın. Sizlərsə, çalışın, nəyin müqabilində olursa-olsun, vətəninizi satmayın!
Cavid MEHDİSOY Gündəlik Bakı

Gənclər İrana etirazını bildirir

Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti (AİGDC) bəyanat yayıb: "Yaxın qonşumuz olan İran kütləvi informasiya vasitələrində İsrail prezidenti Şimon Peresin Bakıya səfəri haqda məlumatlarla əlaqədar ciddi narahatlıq keçirməkdədir. Bu səfərə İranın silahlı qüvvələrinin rəhbərliyi səviyyəsində münasibət bildirilməsi narahatçılıqdan çox xəbərdarlıq və ya hərbi tonda nota vermək mahiyyəti daşıyır". Sənəddə qeyd olunur ki, AİGDC İsrail prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirir və bunu iki ölkənin suveren hüququ sayır. "Minlərlə qadını, qocanı, körpəni vəhşicəsinə qətlə yetirərək dövlət terrorunu həyata keçirən Ermənistanla yüksək səviyyədə dostluq əlaqələri olan İranın bu səfərə sərt münasibəti nə məntiq, nə din, nə ədalət, nə də beynəlxalq hüquq çərçivəsinə sığır. Hər kəs əmin olmalıdır ki, dünyanın inkişaf etmiş demokratik ölkələrindən biri olan, hər zaman Azərbaycanla isti münasibətlər qurmağa çalışan, həmçinin çoxlu həmvətənimizin yaşadığı İsraillə ikitərəfli münasibətlərin qurulması heç bir ölkəyə zərər verməyəcək. İctimaiyyət İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinin hər iki ölkəyə yalnız fayda verəcəyini gözəl anlayır və ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsini dəstəkləyir". Turqut

İSRAİL SƏFİRLİYİNİ NECƏ PARTLATMAQ İSTƏYİBLƏR? _“Bizə ”Sepah" əməkdaşları təlim keçib"

Beynəlxalq terror şəbəkəsinin Bakıda planlaşdırdıgı terrorun təfsilatları “Yeni Müsavat”da

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Livan vətəndaşları - Əli Məhəmməd Kərəki, Əli Hüseyn Nəciməddin, Azərbaycan vətəndaşları - Cavad Məmmədrəsul oğlu Məmmədov, Vidadi Rahil oğlu Rəsulov, Müşfiq Əyyub oğlu Amanov, Əfqan Yunus oğlu Balaşovun işi üzrə istintaqı yekunlaşdiraraq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndərilib. Bu şəxslər Cinayət Məcəlləsinin 276-cı (casusluq), 28.214 - ci (terrora hazırlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,

saxlama, daşıma və gəzdirmə), 234-cü (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar. İttiham aktına görə təqsirləndirilənlər İranın “Sepah”, Livanın “Hizbullah” və “əl-Qaidə” terror təşkilatları ilə əməkdaşlıq ediblər.

“Livanda və İranda Bakıdakı terrorla bağlı müzakirə apardıq”

Ötən sayımızda Həmid adlı İran xüsusi xidmət orqanları əməkdaşının Livan vətəndaşı Əli Kərəkini məxfi əməkdaşlığa cəlb edərək ona İran vətəndaşı Mohammedi Alerza Hosseinin adına saxta pasport verməklə 2007-ci ilin oktyabrında Bakıya göndərməsi barədə məlumat vermişdik. Əli Kərəkinin qarşısına qoyulan tapşırıq isə məxfi şəkildə Bakıdakı İsrail səfirliyinin, Yəhudi Mədəniyyət Mərkəzinin və Qəbələdəki RLS-in fotoşəkillərini çəkməklə sonradan bu obyektləri partlatmaqdan ibarət olub. Əli Kərəki bu məqsədlə dəfələrlə Bakıya gələrək bu obyektlərin müşahidəsini aparmaqla fotoşəkillərini çəkib və İrana, oradan da Livana qayıdıb.
2008-ci ilin aprelində “Hizbullah”ın rəhbərlərindən olan Hacı Abbas onu yanına dəvət edib. Həmin görüşdə 1993-2006-cı illərdə İsrail ordusuna qarşı döyüşlərdə iştirak edən Nəcməddin Əli Hüseyn də iştirak edib. Əli Kərəkinin ifadəsindən məlum olur ki, görüş zamanı Əli Nəcməddin Bakıdakı İsrail səfirliyinə qarşı terrorda iştiraka razılıq verib. Bundan sonra Hacı Abbas “Sepah” əməkdaşı Həmidlə əlaqə saxlayaraq əməliyyatın keçırilmə vaxtını dəqiqləşdiriblər. Plana görə, İsrail səfirliyinə qarşı terror 2008-ci il mayın 8-nə təyin olunub.

“Bakıya gedib tapşırığı yerinə yetirin!”

Kərəki və Nəcməddinə Hacı Abbasın verdiyi tapşırıqlar isə bunlar olub:
İsrail dövlətinin Bakı şəhərindəki səfirliyi ətrafında müşahidə aparmaq üçün lazımı müşahidə cihazları almaq, onları hazır vəziyyətə gətirib Bakıda onları qarşılayacaq azərbaycanlı Əflatun Şükürova cihazlardan istifadəni öyrətmək;
Səfirliyin ətrafında müşahidə aparmaq üçün münasib yerlərin seçılməsində Əflatuna məsləhətlər vermək.
Verilmiş tapşırıq yerinə yetirildikdən sonra geri dönmək;
Əli Kərəki və Əli Nəcməddin növbəti dəfə İrandan Bakıya gələrkən Əflatun Şükürov onları qarşılayaraq İsrail səfirliyini rahat izləmələri üçün İzmir küçəsində tutduğu kirayəyə evə aparıb. Həmin evdə yerləşəndən sonra Həmid onunla əlaqə saxlayaraq bildirib ki, “Hizbullah” üzvü olan bir nəfər mənzilə gələcək və texniki vasitələrdən istifadə etməklə səfirliyin izlənməsini ona öyrədəcək. Bundan başqa, Əli Kərəkiyə “McDonalds” restoranının qarşısına gedərək “dəryuş” parolundan istifadə edən şəxslə görüşməyi və verəcəyi çantanı götürməsini tapşırıb.

Silahları terrorçulara kim verib?

Tapşırığa əməl edən Əli Kərəki qeyd edilən ərazidə həmin şəxslə görüşüb. Sonuncu Kərəkini “Maşın bazarı” deyilən ərazinin yaxınlığında yerləşən “Sərin” restoranının həndəvərində gözləməyi tapşırıb. Orada naməlum şəxs yenidən Kərəkiyə yaxınlaşaraq içində ABŞ istehsallı “İnqram M-11" konstruksiyalı səsboğucusu olan tapança-pulemyot, 2 ədəd Fransa istehsallı ”BEF-66" konstruksiyalı səsboğucusu olan tapança, İtaliya istehsallı “GT-27" tapança, 7 ədəd taymerli partladıcı, 5 ədəd məsafədən idarə olunan partladıcı qurğu, 1 ədəd fotoblokirovka qovşaqlı partladıcı qurğu və mobil döyüş aparmağa imkan verən digər zəruri vasitələr olan qara rəngli diplomatı ona verib. Görüşə dəstə üzvü Vidadi Rəsulovla gedən Əli Kərəki diplomatı saxlamaq üçün ona verib.

“Təhsil almağa getmişdik, “Kalaşnikov” avtomatı verdilər"

Bu yerdə Vidadi Rəsulovla İrana təhsil almağa getmiş Azad Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsindən bəzi məqamları diqqətinizə çatdırırıq. İfadədən məlum olur ki, A.Cəfərova “Təzə Pir” məscidində tanış olduğu bir şəxs İranın Qum şəhərində ali dini təhsil almağı təklif edib. Həmin şəxsin təklifi ilə razılaşan A.Cəfərov xarici pasportunu ona verib və İrana ali təhsil almağa gedəcəyi günü gözləyib: “Günlərin birində həmin adam dedi ki, axşam yola çıxırıq. ”Sovetski" məhəlləsində görüş üçün təyin olunan yerə gəldim. Orada məndən başqa 7-8 nəfər də vardı. Bizi İrana aparan adam da orada idi. Ondan xarici pasportumu istəyəndə dedi ki, qaytaracaq.Sonra maşınlara minib Azərbaycan İran sərhədinə yollandıq. Cəlilabad rayonu ərazisindən İrana keçdik. İran ərazisində isə bir avtobusa mindik. Bizi İrana aparan şəxs də avtobusda idi. Ondan pasportumu istədim. Yenə də dedi ki, darıxmayım, pasportu qaytaracaq. Gecəyarası qapalı bir obyektə çatdıq və gecəni orada keçırdik. Səhər açılanda orada çoxlu hərbçilərin olduğunu gördükdə anladıq ki, hərbi hissədəyik. Bakıdan mənimlə İrana getmiş Həşim adlı şəxslə birgə bizi İrana aparan şəxsdən tələb etdik ki, bizi geriyə qaytarsın. O isə dedi ki, bir müddət burada qaldıqdan sonra mütləq təhsil almağa göndəriləcəyik. Hərbi hissədə qaldığımız dövrdə bizə “Kalaşnikov” markalı avtomatdan atəş açmağı və digər hərbi təlimlər keçdilər. Oradan qaçmaq istəsək də, buna müvəffəq olmadıq". A.Cəfərovun ifadəsinə görə, Vidadi Rəsulov da Bakıdan aldadılaraq İrana aparılanlar arasında olub. V.Rəsulov namaz qılarkən tez-tez ağladığına görə ona “Zır-zır” ləqəbi verilib. Ümumilikdə isə İrandakı hərbi hissədə 20-yə yaxın Azərbaycanlı təlimə cəlb olunubmuş. “3 aya yaxın davam edən təlimlərdən sonra azərbaycanlılar Qum şəhərinə gətirilərək ali dini təhsil alıblar. Sonradan isə Bakıya dönüblər. Vidadi Rəsulova İranda ”ağayi Rəsuli" ləqəbi verilib" - deyə A.Cəfərov ifadəsində bildirib.
Beləcə İranda ali təhsil almaq istəyən V.Rəsulovla yanaşı, 20-yə yaxın azərbaycanlı gənc İran xüsusi xidmət orqanlarının təsiri altına düşüblər. Lakin onlar arasında A.Cəfərov kimiləri də olub.

“Bizə ”Sepah" əməkdaşları təlim keçib"

Həbs olunandan sonra Vidadi Rəsulov da A.Cəfərovun ifadəsini təsdiqləyən ifadə verib. Bildirib ki, İranda onlara hərbi geyimdə olan “Sepah”ın əməkdaşları təlimlər keçıb. Həmin şəxslər Bakıda adamları olan İsgəndərin barəsində məlumat verməklə onun “Sepah”ın əməkdaşları ilə sıx əlaqədə olduğunu bildiriblər. 3 aydan sonra isə onları başqa şəhərə köçürüb Quran oxumaq öyrədiblər. Orada həmçinin adam güdməyi, izlənilərkən bunu müəyyən etməyin yollarını və bundan necə yayınmağı, işarələrlə danışmağı öyrədiblər. Bundan sonra Qum və Məşhədə ziyatərtə aparıblar. Bakıya qayıdandan sonar isə V.Rəsulov Neftçalanın Astanlı kəndində yaşayıb, daha sonra İranda birlikdə dərs keçdiyi Azərbaycan vətəndaşı Rasətin İran səfirliyində rəngsaz işi götürdüyünü bilib. Sonuncu isə ona bu işdə köməklik göstərməsini təklif edib. Təklifi qəbul edən V.Rəsulov səfirlikdə rəngsaz kimi işə düzəlib. Orada aparılan işlərə Hicazi adlı şəxs rəhbərlik edib.
Maraqlıdır ki, ibtidai istintaqa ifadəsində V.Rəsulov ittihamla razı olmadığını bildirib.

“İsrail səfirliyi İrana qarşı fəaliyyət göstərir”

Mayın 1-də MTN əməkdaşları tərəfindən həbs edilməzdən əvvəl dəstə üzvləri Əli Kərəki, Əfqan Balaşov, Əflatun Şükurov, Cavid Məmmədov, Müşfiq Amanov və Əli Nəcməddin Bakıxanov qəsəbəsinə gələrək orada məxfi görüşlər üçün kirayələnmiş mənzildə terror planını bir daha müzakirə ediblər. Müzakirələrin sonunda Əli Kərəki İsrailin Bakıdakı səfirliyi təkcə İrana deyil, bütün müsəlmanlara qarşı fəaliyyət göstərdiyindən onlara qarşı terror törədəcəklərini bildirib. Törədəcəkləri cinayəti “cihad” adlandırıb. 2008-ci il aprelin 29-da baş tutan bu görüşdən sonra Əli Nəcməddin Əflatun Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram “plastid” adlı partladıcı maddə, trotil şaşkası, 2 ədəd “EDP-8" tipli elektrodetanatoru və izləmə üçün əlavə durbin və ”Soni" markalı videokamera aparıblar. Aprelin 30-da Əli Kərəki ilə görüş zamanı o, Əflatun Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib.

(Davamı növbəti sayımızda)
E.QƏDİMOV
musavat

Güney Azərbaycan Milli Hərəkat fəalları Bəzz qalasına yürüşə hazırlaşır

İran adlanan yerin keçmiş prezidenti Məhəmməd Xatəmi azərbaycanlılar haqqında təhqiramiz fikirlər işlətdiyi barədə xəbərləri təkzib edəndən və Azərbaycan haqda yüksək fikirlər söyləyəndən sonra Güney Azərbaycanda sakitlik yaranıb.

Soydaşlarımız Xatəminin açıqlamasından sonra etiraz aksiyalarını dayandırıblar. İndi çoxlarında şübhə yoxdur ki, yayılan videosüjet İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadın tərəfdarlarının məqsədli şəkildə seçkiöncəsi quraşdırdığı təxribat aksiyasıdır. Hesab olunur ki, Əhmədinejadın tərəfdarları bu yolla Xatəminin dəstəklədiyi əslən azərbaycanlı namizəd və mühafizəkarların ən ciddi rəqibi Mirhüseyn Musəvinin elektoratını parçalamaq niyyəti güdüb.

Elə Xatəmi də öz çıxışında analoji fikirlər işlədib. Fars şovinist rejiminin dinc aksiyalar zamanı həbs etdiyi hərəkatçılar isə hələ də zindanlardadır. Təkcə Təbriz şəhərində fəallıq edən 15-dən çox soydaşımız həbsdə saxlanılır. Həbs olunanlar arasında Cahangir Bəxtavər, Nadir Bəxtavər, Fərid Bağırzadə, Əli İmani, Mehdi İmani, Babək Minəqi, Əsgər Qədimi, Əli Sadiqi, Hamid Həsən Zare və digərlərinin adları var.

Təbrizdə təkcə bir ailədə beş qardaş - Əli, İrəc, Rəsul, Qulam və Nasir Bədəli eyni gündə tutulub. Qardaşların valideynlərinin gözü qarşısında həbs edilərək naməlum istiqamətə aparıldığı deyilir.Milli fəal Mürtəza Muradpurun da taleyindən xəbər yoxdur. Onunla birgə tutulan atasının yeri bəlli olsa da, oğlu haqqında heç bir xəbər verilmir.

Təbrizdən Çingiz Bəxtavər isə deyir ki, qardaşı Cahanbəxş Bəxtavər və qardaşı oğlu Nadir Bəxtavər evə zəng vuraraq Təbrizdəki təcridxanalardan birində saxlandıqlarını bildiriblər. Dünəndən etibarən Cahanşah Bəxtavər qanunsuz həbs edilməsinə etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başlayıb.

“Ettelaat” əməkdaşlarının təzyiqinə baxmayaraq, hərəkatçı aksiyanı dayandırmayıb.Digər bir hərəkatçı Rəşid Daneşcuyi külli miqdarda cərimə olunub. Ancaq hələlik pul cəriməsi ödənmədiyindən hərəkatçı evinə buraxılmayıb.

“Qarşıda prezident seçkiləri və ayın sonunda Babəki anma törənləri var. Ona görə də vəziyyət hər an dəyişə bilər. Bu il Bəzz qalasına kütləvi yürüşün olacağı da gözlənilir. Hazırda hərəkatçılar xalq qəhrəmanı Babəki anma tədbirlərinə hazırlaşırlar”. dak

2 Haziran 2009 Salı

Levon Ter-Petrosyan: “Serj Sarkisyanın Qarabağ və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı imzalayacağı heç bir sənədin...

Levon Ter-Petrosyan: “Serj Sarkisyanın Qarabağ və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı imzalayacağı heç bir sənədin bizim üçün hüquqi qüvvəsi olmayacaq”

Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan İrəvan Ağsaqqallar Şurasına (meriya) keçirilən seçkiləri son dövrlər keçirilmiş ən dəhşətli seçki adlandırıb. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, Ter-Petrosyan iyunun 1-də İrəvanda keçirilən mitinqdəki çıxışında prezident Serj Sarkisyanı öz xalqı üzərində möhtəşəm zəfər qazanması münasibətilə təbrik edib. Onun fikrincə, bu qələbə S. Sarkisyana öz xalqını talan etməyi müvəqqəti davam etdirmək imkanı verib. Müxalifət lideri Milli Konqresin meriyada qazandığı mandatlardan imtina edəcəyini, bundan sonra heç bir şərt altında hakimiyyətlə dialoq aparmayacaqlarını bildirib: “Serj Sarkisyanın Qarabağ və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı imzalayacağı heç bir sənədin bizim üçün hüquqi qüvvəsi yoxdur”. Ter-Petrosyan bəyan edib ki, S. Sarkisyan istefaya getməli və öz cinayətlərinə görə məhkəmə qarşısında dayanmalıdır. O, “Serjik get!” şüarını Milli Konqresin əsas şüarı elan edib.

Qeyd edək ki, İrəvan meriyasına keçirilən seçkilərdə hakim Respublika Partiyasının 47,39%, iqtidaryönlü “Çiçəklənən Ermənistan” Partiyasının 22,71%, Erməni Milli Konqresinin isə 17,1% səs topladığı açıqlanıb.

ERMƏNİ LOBBİSİ AVROPA PARLAMENTİNDƏ OVA ÇIXIB

Erməni lobbisi Avropa Parlamentinə keçiriləcək 4 iyun seçkilərinə xüsusi hazırlaşıb. Lobbi parlamentdə Türkiyəni dəstəkləyən avropalı deputatlara qarşı əsl savaş açıb. Məqsəd bu deputatların yenidən seçilməsini əngəlləməkdir.

Avropa Erməni Federasiyası 19 səhifəlik hesabat hazırlayaraq Türkiyəyə isti münasibət bəsləyən partiyaları və deputatları sərt tənqid edib. Birinci növbədə Avropa Parlamentindəki Yaşıllar Partiyası hədəf göstərilib. Hesabatda Yaşıllar Partiyası “Türkiyənin lobbiçisi” kimi dəyərləndirilib. Bu partiya Türkiyənin Avropa Birliyi üzvlüyünü dəstəkləyir. Erməni lobbisinin hazırladığı hesabatın digər hədəfləri deputatlar Ria Oomen-Rujiten, Jost Lagendijk və Daniel Con-Benditdir. Hər üç deputat Türkiyəyə isti münasibət bəsləməkdə günahlandırılırlar.

Hollandiyalı Ria Oomen-Rujitenın “günahı” Avropa Birliyinin Türkiyə ilə bağlı hazırladığı iki hesabatın heç birində “soyqırım” ifadəsi işlətməməsidir. Erməni Federasiyasının hesabatında Ria Oomen-Rujiten az qala erməni xalqının düşməni kimi göstərilib. Erməni Federasiyasının hesabatında təriflənən deputatlara da rast gəlmək olar. Əsasən sol partiyaları təmsil edən həmin deputatlar Türkiyənin Avropa Birliyi üzvlüyü əleyhinə çıxır və “erməni soyqırımının” qeyd-şərtsiz tanınmasını tələb edirlər.

İran çalxalanır

Bəluçlar da ayağa qalxdı
Mayın 31-də Sistan və Bəluçistan əyalətinin mərkəzi sayılan Zahidanda sünni bəluçlarla İranın hökumət qüvvələri arasında silahlı qarşıdurmalar baş verib. Hər iki tərəfdən 10 nəfərin həlak olduğu, 100-dən çox insanın isə yaralandığı bildirilir. İran parlamentinin keçmiş deputatı Calal Calalizadə "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında silahlı qarşıdurmaların sünni bəluçların dini rəhbəri Mövlana Əbdülhəmidin intihar əməliyyatında həlak olanların yas mərasiminə qatılarkən mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalmasından sonra baş verdiyini vurğulayıb.

Turqut

"Bəluçların dini rəhbəri mərasimə qatılarkən birdən-birə mülki geyimli təhlükəsizlik qüvvələri vəhabilərə və sünnilərə qarşı şüarlar səsləndirərək ona hücum edib döyüblər. Yerli bəluçlar onu mülki geyimli şəxslərin əlindən qurtararaq hadisə yerindən uzaqlaşdırsalar da, hücumçular bununla kifayətlənməyib, sünnilərin yaşadığı Hamam küçəsindəki əhaliyə qarşı hücuma keçiblər. Bundan sonra şəhərin bir neçə məntəqəsində axşam saatlarına qədər yerli əhalilə hökumət qüvvələri arasında silahlı qarşıdurma yaranıb. Hökumət idarələri və bankların yerli əhalinin hücumundan ziyan görüb". Bu arada İran hüquq-mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan jurnalistlərə açıqlamasında Zahidan şəhərinin hökumət qüvvələrinin tam nəzarətində olduğunu bildirib. Qeyd edək ki, mayın 28-də axşam saatlarında Zahidan şəhərindəki şiələr məscidinə "Condollah" təşkilatına bağlı bir kamikadzenin intihar əməliyyatında 25-dən çox insan həlak olub, 125 nəfər isə ağır xəsarət alıb. Mayın 30-da isə hadisədə təqsirli bilinən "Condollah"ın 3 üzvü dar ağacından asılıb. Mayın 29-da naməlum şəxslər İran prezidenti Mahmud Əhmədinejadın seçki qərargahına basqın ediblər. Onlar Zahidan şəhərindəki ofisi atəşə tutublar. Şahidlər deyiblər ki, motosiketlərdə seçki qərargahına gələn 3 naməlum şəxs gözlənilmədən binaya tərəf atəş açıb. Nəticədə 3 nəfər yaralanıb. Hadisə yerli vaxtla təxminən saat 19.00-da olub. Bundan əlavə, İranda 130-dan çox sərnişin daşıyan təyyarədə aşkarlanan bomba zərərsizləşdirilib. Kiş Hava Yolları şirkətinin təyyarəsinin həyata keçirdiyi reys uçuşa təzə başlayarkən təhlükəsizlik işçiləri tualetdə partlayıcı maddələr qoyulmuş cihaz aşkar ediblər. Təyyarə dərhal Əhvaz şəhərinə qayıdıb və cihaz zərərsizləşdirilib. Sonradan uçaq Tehrana uçuşunu davam etdirib. İnsident prezident seçkiləri ərəfəsində gərginliyin artdığı bir şəraitdə baş verib.

Müsavat Partiyası İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

Partiya məslisinin katibi Tofiq Yaqublu piketin qətnaməsini səfirliyə təqdim edib

Müsavat Partiyası İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Axundov bağında toplaşıblar. Müsavat mərkəzi icra aparatının rəhbəri Arif Hacılı aksiyada çıxış edib. O, İranın azərbaycanlıları təqib etdiyini deyib. A. Hacılı İran hakimiyyətinin Azərbaycana təhdidlər etdiyini də söyləyib.

Polis plakatların qaldırılmasına və şüarların səslənməsinə imkan verməyib. Aksiya insidentsiz başa çatıb. Partiya məslisinin katibi Tofiq Yaqublu piketin qətnaməsini səfirliyə təqdim edib./ANS TV/

İran adlanan yerin generalı İsrailin Azərbaycandakı səfirliyini bağlamağa çağırdı

“MOSSAD” BAKINI NƏZARƏTƏ GÖTÜRDÜ
İsrail prezidentinin səfəri ilə bağlı sensasion məlumatlar
İran generalı İsrailin Azərbaycandakı səfirliyini bağlamağa çağırdı

İsrail prezidenti Şimon Peresin Bakıya bu ay baş tutacaq səfəri ilə bağlı fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir. Redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyaya görə, İsrailin kəşfiyyat orqanı “Mossad” bir qrup yüksək rütbəli və xüsusi peşəkarlığa malik əməkdaşını Peresin səfəri ilə bağlı təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Bakıya ezam edib. “Mossad” əməkdaşlarından ibarət qrup Bakıya ötən həftə gəlib və İsrail prezidentinin səfəri zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirlərində iştirak edir.
Bəlli olduğu kimi, İsrail prezidentinin, baş nazirinin və digər yüksək rütbəli dövlət rəsmilərinin xarici səfərləri zamanı onların təhlükəsizliklərinə “Mossad” cavabdehlik daşıyır. Bu baxımdan Peresin səfəri ilə bağlı “Mossad”ın öz əməkdaşlarını Bakıya ezam edəcəyi gözlənilən idi. Lakin mənbə bildirir ki, Bakıya gələn qrup kifayət qədər böyükdür və müxtəlif müasir texniki vasitələrlə təchiz olunublar. Bu da Azərbaycanın İranla qonşu olmasından, Tehranın Bakıdakı İsrail səfirliyinə qarşı dəhşətli terror planının üstünün açılmasından və həmin planı həyata keçirməli olan terrorçuların Peresin səfəri ərəfəsində məhkəmə qarşısında dayanacaqlarından, habelə bu ölkənin səfərlə baglı kəskin reaksiyasından qaynaqlanır.
Mənbə bildirir ki, “Mossad” qrupu olduqca məxfi işləyir və hətta ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi belə onların nə iş gördükləri haqda məlumat almaq səlahiyyətində deyil. Qrupun məqsədi Azərbaycan xüsusi xidmət orqanlarından İsrail prezidentinin təhlükəsizliyini təmin etmək üçün ayrılan xüsusi səlahiyyətli əməkdaşlarla birlikdə Peresin səfəri ərəfəsində Bakıda əməliyyat şəraitini öyrənmək, yarana biləcək hər hansı təhlükə barədə əvvəlcədən məlumatlar əldə etmək və preventiv tədbirlər həyata keçirməkdir. Həmçinin qrupun bir hissəsi Peresin səfəri zamanı onun mühafizəsinin bilavasitə təmin edilməsində yer alacaq. Məlumata görə, İsrail prezidentinin səfəri ilə bağlı bütün informasiyalar məxfi saxlanılır və Peresin Bakıya nə vaxt gələcəyi səfərdən cəmi bir gün əvvəl açıqlanacaq. Mətbuatda gedən məlumatlara görə, Peres Bakıya iyunun ortalarında gəlməyi planlaşdırır, ancaq dəqiq vaxt məlum deyil. Onu mayın əvvəllərində Praqada İsrail xarici işlər naziri Avidqor Libermanla görüşü zamanı prezident İlham Əliyev dəvət edib. Ancaq İsrail Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlı olduğuna görə Peres özü də bu səfərlə bağlı təşəbbüs irəli sürə bilərdi.
Xəbər verildiyi kimi, İran İsrail prezidentinin Bakıya dəvət olunmasına sərt reaksiya verib. Özü də Tehran bu etirazını diplomatik və ya siyasi kanallarla deyil, ordu komandanı səviyyəsində ifadə edib. İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi bildirib ki, Peresin Bakıya dəvət olunması müsəlmanlara qarşı xeyirxahlıq deyil və Tehranla münasibətlərə zərbə vurur. Dünən İran mənbələri Firuzabadinin İsrail-Azərbaycan əlaqələrinə dair yeni açıqlamasını yayıb. Bildirilir ki, general Azərbaycan və Türkmənistanı öz ərazilərindəki İsrail səfirliklərini bağlamağa çağırıb. Firuzabadi ölkənin Əfqanıstanla sərhəd Zahidan şəhərində ötən həftə şiə məscidinin partladılmasına görə İsrail və Britaniyanı ittiham edib. O deyib ki, terror hücumunu həyata keçirənlər Britaniya tərəfindən dəstəklənən sünni qruplaşmasının üzvləridir. Generala görə, İsrailin Bakıdakı səfirliyi bu ölkənin insanlarına qarşı qəsdlər hazırlayan casusların məskənidir. Göründüyü kimi, İran Azərbaycanın İsraillə güclənməkdə olan münasibətlərindən xeyli narahatdır və bu ölkədən Peresin səfəri ilə bağlı istənilən təxribat gözlənilə bilər.
Mötəbər mənbələrdən bildirildiyinə görə, İran Azərbaycan tərəfini Peresin səfərinin münasibətlərdə problem yaradacağı haqda diplomatik kanallarla xəbərdar edib. Lakin bu dəfə Azərbaycan rəhbərliyi İranın hədələrinə və reaksiyasına görə geri çəkilmək fikrində deyil və belə görünür ki, İsraillə ortaq maraqlara əsaslanan münasibətləri genişləndirməkdə qərarlıdır.

Molla rejimi "Alov"la oynayır

İran Azərbaycanın neft yatağında birtərəfli qaydada kəşfiyyat işlərinə başlamaq niyyətindədir

İran yaxın vaxtlarda Xəzərin Azərbaycan sektorunda yerləşən mübahisəli "Alov" ( İran tərəfi bu yatağı "Alborz" adlandırır) yatağında kəşfiyyat işlərinə başlamağı planlaşdırır.
"Tehran Times"ın xəbərinə görə, İranın neft sənayesi naziri Qulam Hüseyn Nozari bildirib ki, bu məqsədlə yataqda qazma qurğusunun tikiləcək. Yatağın mübahisəli olması ilə bağlı məsələyə gəlincə, nazir Xəzər dənizinin hüquqi rejiminin (?) nəzərə alındığını və burada heç bir problemin olmadığını qeyd edib.
Nazir onu da bildirib ki, hazırda iki İran şirkəti layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır. Bəzi məlumatlara görəsə, artıq İran ötən aydan yataqda qazma hazırlıqlarına başlayıb. İlkin mərhələdə 2 quyunun qazılmasının nəzərdə tutulur.
"Alov" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərqə doğru təxminən 120 kilometrlik məsafədə yerləşir. "Alov", "Araz", "Şərq" perspektiv yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycan hökuməti ilə 1998-ci ildə imzalanıb. Saziş 1400 kvadrat kilometrə yaxın ərazini əhatə edir. 2001-ci il iyulun 23-də adıçəkilən strukturların ərazisində kəşfiyyat aparan "Geofizik-3" İran Hərbi Dəniz Qüvvələri tərəfindən ərazidən uzaqlaşdırılmışdı.
Bu, az qala iki ölkəni hərbi qarşıdurma ərəfəsinə gətirmişdi. İran hərbi gəmilərinə yataqda kəşfiyyat aparmaq üçün göndərilən Azərbaycan gəmisinə hücum etmək əmri verməklə kifayətlənməmişdi. Ardınca İranın qırıcı təyyarələri ölkəmizin hava sərhədlərini kobud şəkildə pozmuş və nəticədə Azərbaycan "Alov" yatağında tədqiqat işlərini dayandırmalı olmuşdu. İlk quyunun qazılması İran ilə Azərbaycan arasında bu ərazidə sektor sərhədlərinə dair danışıqlar başa çatana qədər dondurulmuşdu. Həmin vaxtdan "Alov" yatağı ətrafında münaqişə müvəqqəti olaraq səngimiş görünürdü.
Lakin İran rəsmiləri aşkar işarə edirlər ki, yataqda tədqiqat işlərinə başlamaq niyyətlərində ciddidirlər. Hələlik rəsmi Bakı İranın bu planına reaksiya verməyib. ARDNŞ-nin rəsmi saytında "Alov", "Araz", "Şərq" perspektiv strukturlarının daxil olduğu kəşfiyyat bloku ilə bağlı qısa məlumat ver: "Saziş 21.07. 1998-də imzanalınıb, 23.03.199-da qüvvəyə minib. İştirakçı ölkələr və şirkətlər: SOCAR 40.00% "Statoil" (Norveç) 15%, BP (Böyük Ğritaniya) 15%, "ExonMobil" (ABŞ) 15%, TPAO (Türkiyə) 10%, "Alberta Energy" (Kanada) 5% paya malikdir. BP şirkəti layihənin operatorudur.
Xatırladaq ki, həmin vaxt Azərbaycan neftində əllərini isidənlərdən - nə ABŞ, nə də Böyük Britaniyadan səs çıxdı. Həmin çətin günlərdə yalnız Türkiyə öz qırıcılarını - "Türk şahinlərini" Bakıya gəndərərək Azərbaycana dəstək verdi.
İndi nə olacaq? İran naziri "hüquqi rejim"dən danışsa da, bu demoqogiyadan başqa bir şey deyil. Belə ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı anlaşmanın sahilyanı dövlətlər tərəfindən nəinki yaxın vaxtlarda, heç uzaq vaxtlarda belə gözlənilmir. "Alov" yatağı 78 ildir mübahisə predmeti olsa da, bu yataq ətrafında indiyədək iki ölkə arasında heç bir müzakirə getməyib. Və yaxud da ümid edilib ki, Xəzər dənizinin hüquqi statusunun həlli ilə bu problem avtomatik həllini tapacaq.
İranın birdən-birə, özü də Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirməkdən qaçdığı bir şəraitdə belə aqressiv addım atmağa çalışması yetərincə müəmmalıdır. İranın beynəlxalq durumu onsuz da sürüşkəndir. Belə vəziyyətdə Tehranın "Alov" yatağını birtərəfli qaydada öz ərazisi elan etmək cəhdi molla rejiminə ucuz başa gəlməyə bilər. Birincisi, Bakı ilə münasibətlər pisləşəcək. İkincisi, Xəzərin karbohidrogen resurslarına göz dikən Qərb bu dəfə susmaya bilər. Üçüncüsü, İranın belə özbaşnalığı İranla mübahisəli yataqları olan Türkmənistanı Azərbaycan tərəfə meylləndirə bilər və s.
Güman ki, "Alov" yatağı ilə bağlı İran tərəfinin yaydığı xəbərlər AB ilə "Cənub dəhlizi" ("Nubucco") sənədinə imza atmış Bakıya qarşı hansısa məqsədlər güdən şantaj vasitəsidir. Yəni İranın istədiyi başqa şey də ola bilər.
Məsələn, Tehran həm də Azərbaycanla neft sahəsində əməkdaşlıq etmək istəyir. İranın milli neft emalı və satışı şirkətinin (NİORDC) icraçı direktoru Cəlil Salari deyib ki, onlar hər gün 300 min barel Azərbaycan neftini alıb emal etməyi və bazara çıxarmağı təklif edirlər. "Tehran Times"a müsahibəsində Salari deyib ki, İran Xəzərin sahilində yeni neftayırma zavodu inşa etməyə hazırlaşır:"İran Neka-Cak kəməri vasitəsilə sutkada ən azı 300 min barrel Azərbaycan nefti almaq istəyir. Ötən ilki Gürcüstan hadisələri zamanı Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin bağlandığı bir vaxtda Azərbaycan nefti bu kəmərlə nəql olunurdu. Azərbaycan neftinin nəqli üçün İran ən qısa və ən ucuz marşrutdur. Biz eyni zamanda Azərbaycan neftini ala da bilərik, həmçinin neft mübadiləsi də mümkündür. İran Azərbaycandan aldığı neftlə ekvivalent miqdarda nefti onun əvəzindən bazara çıxara bilər. Həmçinin Tehran, Təbriz və İsfahanda Azərbaycan neftinin təmizlənməsi və emalı üçün bütün imkanlar var" (Günaz TV).
İran Azərbaycan neftini hazırda Xəzər sahilində inşa edilməkdə olan yeni zavodda emal etməyi nəzərdə tutur. Zavod gündə 200 min barel neft emal edə bilər. Xammal isə zavoda tankerlərlə çatdırılacaq. Salari bildirib ki, onlar bu zavodda neft emalı ilə bağlı ARDNŞ-lə müqavilə bağlamağa ümid edirlər.
Ümid öz yerində, amma Tehranın təklifinin yersiz və əcaib təklif olduğu aşkar şəkildə göz önündədir: Sutkada 300 min barel neftin İran istiqamətində nəql edilməsi üçün Azərbaycan BTC və Bakı-Supsa ilə neft nəqlini azaltmalıdır. Üstəlik, Rusiya da Şimal marşrutu ilə neft nəqlinin artırılması üçün təzyiq göstərir.
A.Həmid

Riçard Morninqstar: İran qazını hər hansı bir layihəyə daxil etməyin zamanı deyil

ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Azərbaycana beş günlük səfərə gəlib. Nümayəndə heyəti iyunun 2-də Bakıda açılacaq ənənəvi neft və qaz sərgisində iştirak edəcək.
Xüsusi elçi prezident Obamanın məktubunu Azərbaycan prezidentinə çatdırıb. Prezident İlham Əliyevlə görüşdə həmçinin enerji təhlükəsizliyi məsələləri müzakirə edilib.
Cənab Əliyev Bakı – Tbilisi - Ceyhan boru kəmərinin çəkilişini böyük nailiyyət adlandırıb. “Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu digər iri enerji layihələri də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi işinə töhfə verəcək” - deyə o qeyd edib.
Dövlət katibinin xüsusi elçisi Riçard Morninqstar bu gün Azərbaycandakı Amerika Ticarət Palatasında enerji təhlükəsizliyi məsələləri üzrə ABŞ-ın yeni administrasiyasının mövqeyini əks etdirən nitqlə çıxış edib.
O Azərbaycanı regionda enerji məsələləri üzrə lider ölkə adlandırıb. “Açıq-aşkar məlumdur ki, Azərbaycan və ABŞ bir-birinə yaxın tərəfdaş olaraq qalacaq. Prezident Əliyev yalnız Praqa Sammitində, ondan əvvəl Krakov, Vilnüs və Kiyevdə keçirilmiş sammitlərdə iştirak etməklə deyil, həmçinin burada, Bakıda ötən ilin noyabrında Enerji Sammitini təşkil etməklə bu regionun enerji məsələləri üzrə lideri olub”.
Xüsusi elçi bildirib ki, prezident Obama və dövlət katibi Klinton Azərbaycanda müzakirə edilən enerji məsələlərində şəxsən maraqlıdır. O Aşqabada, Bakıya və Ankaraya keçirdiyi hazırkı səfərləri barədə dövlət katibinə şəxsən məlumat verəcəyini deyib. “Enerji məsələlərinə beynəlxalq səviyyədə qoşulmaq yalnız Amerikanın enerji təhlükəsizliyi üçün deyil, hər bir ölkənin enerji təhlükəsizliyi üçün mühümdür. ABŞ-ın yanaşmasına görə, enerji təhlükəsizliyinin nəticəsi sıfır olan oyun deyil. Doğrudan da heç bir dövlətin enerji təhlükəsizliyi digər dövlətin onu itirməsi hesabına ola bilməz – biz bu məsələdə hamımız birlikdəyik".
O Amerikanın yeni administrasiyasının Avrasiya enerji siyasətindən danışarkən deyib ki, onun hökuməti regionda eyni zamanda bir neçə məqsədə çatmaq istəyir. “Bizim strategiyamız təchizatçı, tranzit və ya istehlakçı olmasından asılı olmayaraq bütün Avrasiya ölkələrinə fayda gətirməyi nəzərdə tutur. Belə bir strategiya balanslaşdırılmış, çoxtərəfli yanaşma tələb edir”.
Cənab Morniqstar Cənub Dəhlizi, xüsusilə Nabucco və Türkiyə - Yunanıstan - İtaliya arasında birləşdirici kəmər barədə Amerikanın mövqeyin açıq bəyan edib. “Bu layihələrin hansı ardıcıllıqla inkişaf edəcəyi kommersiya məsələsidir. Hər ikisi diversifikasiya və strateji nöqteyi-nəzərdən həddən artıq əhəmiyyətlidir. Onlar təkcə Azərbaycanda deyil, həmçinin Türkmənistan və İraqda da irəliyə doğru gələcək üçün yollar açmaqda kömək edə bilər”.
O eyni zamanda, bu layihələrin Avropanın enerji təhlükəsizliyinin bir hissəsi olduğunu yada salıb. Bundan əlavə, söhbət “Cənub Dəhlizi” layihəsindən də gedir.
“ABŞ Xəzər hövzəsindən neftin və qazın Avropa və dünya bazarına çıxarılmasının kommersiya baxımından sərfəli olan bütün yollarını bir şərtlə dəstəkləyir: biz inanırıq ki, hazırkı dövrdə İran öz beynəlxalq öhdəliklərini pozmağa, beynəlxalq sülhə və sabitliyə təhlükə olaraq qalmağa davam etdiyi bir zamanda bu ölkənin qazının hər hansı bir layihəyə daxil etməyin zamanı deyil. Ümid edirik ki, İranın davranışı elə dəyişəcək ki, biz bir gün İran qazının bu layihələrə qoşulmasını dəstəkləyəcəyik, lakin indi bunun vaxtı deyil”.
Səfir Morninqstar ümid edir ki, Azərbaycan və onun qonşuları, yeni mənbələrin inkişaf etdirilməsi də daxil olmaqla, öz neft və qaz hasilatını maksimuma çatdıracaq. Amerika bu hasilatın bazarlara çatdırılmasına kömək etməyə hazır vəziyyətdə durub. Onun fikrincə, karbohidrogen ehtiyatlarını artırmaq və onları müxtəlif marşrutlarla bazarlara çatdırmaqla Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadi inkişafını genişləndirər, eyni zamanda müstəqil dövlətlər kimi öz suverenliklərini gücləndirə bilər. “Biz prezident Əliyevi Azərbaycanın neft və qazının Avropaya çatdırılmasına həm təchizatçı, həm də tranzit potensialı haqqında öz strateji düşüncələrini davam etdirməyə səsləyirik. Boru kəmərləri əlaqə yaradan bağlardır, Azərbaycan qazının “Cənub Dəhlizi” yolu ilə Avropaya satılması bu ölkə ilə Qərb arasında möhkəm bağlılıq yarada bilər. Bundan əlavə, biz Azərbaycanı Türkmənistana öz iri qaz ehtiyatlarını inkişaf etdirmək və qazı Avropa istehlakçılarına çatdırmaqda yardımı etməyi davam etdirməyə səsləyirik”.
Riçard Morninqstar bildirib ki, Azərbaycanın Qazaxıstan neftinin daşınmasında mühüm tranzit ölkədir. “Ümid edirik ki, Azərbaycan Qazaxıstan neftinin daşınmasında etibarlı və şəffaf şərtləri təmin edəcək. Çünki Xəzərin şimal bölgəsində neft hasilatı qarşıdakı beş ildə sutkada 2 milyon barelə qədər artacaq ki, bu da ixrac imkanlarının əhəmiyyətli dərəcədə artırılmasını zəruri edəcək. Bütün bu işlərin çoxu Azərbaycan və Türkiyənin Azərbaycan qazının etibarlı, nəzərdə tutulan qiymətlərlə və həcmdə daşınması barədə razılığa gəlməsindən asılıdır və mən bu məsələni burada və daha sonra Ankarada müzakirə edəcəyəm” - deyə o qeyd edib.voa