azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Haziran 2009 Pazartesi

İRƏVANDA HAKİM PARTİYA QALİB ELAN OLUNDU

Nəticələrin saxtalaşdırıldığını bəyan edən Ter-Petrosyanın başçılıq etdiyi müxalifət hərəkatı mitinqlərə başladı

Bazar günü İrəvan şəhər Ağsaqqalar şurasına keçirilən seçkilərin nəticələrinə görə, hakim partiya yerlərin əksəriyyətini əldə edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Respublika partiyası səslərin 46 faizini toplayıb. Hakim koalisiyaya daxil olan “Firavan Ermənistan” partiyası isə 22 faiz səs yığıb. Eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi isə 17 faiz səslə üçüncü yerdə göstərilib.

Lakin müxalifət seçkilərin kobud şəkildə saxtalaşdırıldığını bəyan edir.
MSK-nın məlumatına görə, seçkilərə qatılan 6 siyasi partiya və bir blokdan qalanları 7 faizlik baryeri keçə bilməyiblər. İrəvanın Ağsaqqallar şurası şəhər parlamenti funksiyasını həyata keçirir və 65 üzvdən ibarətdir. Şuraya seçkilər ilk dəfədir keçirilirdi. Seçkinin nəticələrinə görə, İrəvanın indiki meri Qaqik Bəyləryan öz postunu saxlaya bilib və avtomatik olaraq mer seçilir. Qeyd edək ki, Erməni Milli Konqresinin seçki siyahısına Ter-Petrosyan özü başçılıq edirdi.
Seçkilərin nəticələrinin elan olunmasından sonra Ermənistan Milli Konqresinin bu gün İrəvanda mitinq keçirməyi planlaşdırır. Hərəkatdan bildirilib ki, mitinqdə seçkilərin saxtalaşdırıldığına dair dəlillər təqdim olunacaq. Ermənistan müxalifəti səsvermə zamanı kobud qanun pozuntularına yol verildiyini, qutulara topa bülletenlərin doldurulduğunu, regionlardan gətirilən xüsusi qrupların seçki məntəqələrini gəzərək dəfələrlə səs verdiklərini, müxalifətdən olan seçki komissiyaları üzvlərinin və müşahidəçilərin döyüldüyünü, protokolların saxtalaşdırıldığını bildirir. Erməni Milli Konqresinin seçki qərargahı səsvermə zamanı çoxsaylı qanun pozuntuları qeydə alıb.
Mitinqlə bağlı hakimiyyət paytaxta nəqliyyatın daxil olmasına məhdudiyyətlər təqdim edib. Ermənistan KİV-lərinin xəbərlərinə görə, İrəvana aparan yollarda polis postları qoyulub və marşrut taksilərinin şəhərə daxil olmasına icazə verilmir. Şahidlərin dediyinə görə, tələbələrdən tələbə biletini təqdim etmək tələb olunub və yalnız bundan sonra onlara İrəvana daxil olmaq icazəsi verilib. Qalanlar isə geri qaytarılıb. İrəvanda da müxalifətin mitinqi ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirilib. Xəbərlərə görə, MSK əvvəlcə müxalifətdən seçki pozuntuları haqda şikayətləri qəbul etməkdən imtina edib. Şikayətlər ancaq günün ikinci yarısından qəbul olunub. Ölkə prokurorluğu isə mətbuatda gedən informasiyalar əsasında səkkiz seçki məntəqəsində səslərin yenidən sayılmasını tələb edib. Baş prokuror Aqvan Ovsepyan həmçinin tələb edib ki, seçki pozuntularına dair cinayət işləri qaldırılsın.
Seçkiləri izləyən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Şurasının müşahidəçiləri isə bəyan ediblər ki, seçkilərin təşkil olunmasında bir sıra müsbət məqamlar olsa da, ümumən demokratik və ədalətli seçkilər keçirmək üçün imkan əldən buraxılıb. Missiyanın rəhbəri Naycel Mermaqen deyib ki, seçkilərdə yol verilən pozuntular haqda hesabat hazırlanacaq. “Biz axşam səslərin necə sayıldığını izləyə bilmədik, ancaq digər müşahidəçilərdən və etibarlı mənbələrdən seçki məntəqələrində baş verənlər haqda məlumatlar almışıq”.
Fərhad Məmmədov

Hiç yorum yok: