Bir neçə il əvvəl hərbi qarşıdurmaya səbəb olan mübahisəli “Araz” yatağında kəşfiyyat quyusu qazılacaq
İran Xəzərin Azərbaycan sektorunun hüdudları daxilində yerləşən mübahisəli “Alov” (İran tərəfinə görə “Alborz”) yatağında kəşfiyyat işlərinə başlamağa hazırlaşır. Bu barədə “The Tehran Times” qəzeti yazıb. İranın neft naziri Qulamhüseyn Nozəri deyib ki, yataqda yaxın vaxtlarda ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. O, qeyd edib ki, Xəzərin hüquqi statusuna dair danışıqlar başa çatmasa da, bu yataqda kəşfiyyat işlərinin başlaması onlar üçün problem yarada bilməz.
Bildirilir ki, iki İran şirkəti yataqda kəşfiyyat işlərinə başlamaq üçün neft nazirliyi ilə müqavilə imzalayıblar.
Xatırladaq ki, “Alov” yatağında bir neçə il əvvəl Azərbaycan tərəfdən aparılan kəşfiyyat işləri hərbi münaqişə təhlükəsinin yaranmasına səbəb olub.
BP şirkəti tərəfindən icarəyə götürülən Azərbaycan kəşfiyyat gəmisi İran hərbi gəmilərinin və təyyarələrinin hücumuna məruz qalaraq geri çəkilməyə məcbur qalıb. O vaxtdan etibarən Azərbaycan yataqda kəşfiyyat işlərini dayandırıb. Neçə vaxtdır İranla danışıqlarda bu yataqların birgə istismarına dair təkliflər müzakirə olunub, ancaq anlaşma əldə etmək mümkün olmayıb. İndi isə İran təkbaşına yataqlara daxil olmağa hazırlaşır. Azərbaycan tərəfi İranın bu niyyətinə hələlik reaksiya vermir. MUSAVAT
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder