azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Kasım 2008 Çarşamba

İranın nüvə proqramı Misirdə müzakirə ediləcək

İranın nüvə proqramı Misirdə müzakirə ediləcək

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranın nüvə proqramı mövzusu ilə bağlı növbəti iclası bu gün Misirdə keçiriləcək. Bu barədə Səduiyyə Ərəbistanın «Əl-Vatan» qəzetinə istinadən iranın «Fars- news» agentiliyi xəbər yayıb. Məlumata görə altılığın İranın nüvə proqramı ilə bağlı iclası Misirin Şarm-Əl-Şeyx şərində baş tutacaq. Məsələyə münasibət bildirən Fransanını xarici işlər naziri qeyd edib ki, İranın nüvə proqramı dayandırılmalıdır.

İranda 10 nəfər edam olunub

İranda 10 nəfər edam olunub


İranın Ədliyyə Nazirliyi 10 nəfərin edam olunması haqda məlumat yayıb. Məlumatda noyabrın 26-da Tehranın Evin həbsxanasında doqquz kişi və bir qadının edam olunması barədə bildirilib.
Edam olunan kişilərin kimliyi məlum deyil, lakin qadının adı Fatimə Həqiqət Pəjuhdur və siğə ərini öldürməkdə ittiham olunub.
Digər edam olunanlar narkotik maddələrin qaçaqmalçılığında, qətl və insan oğurluğunda təqsirli biliniblər.
İranda cari ildə 216 nəfər edam olunub. İnsan haqları müdafiəçiləri, BMT və Anmesty International dəfələrlə İrandan edamların dayandırılmasını tələb ediblər. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur. // Trend

Sərhədlər açılırmı?

Sərhədlər açılırmı?
Türkiyə XİN başçısı bu suala cavab verməkdən yayındı. Ankara-İrəvan diplomatik münasibətləri isə faktiki olaraq artıq qurulub


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında növbəti görüş Finlandiyanın paytaxtı Helsinkidə dekabrın 3-də keçiriləcək.
Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib.
ATƏT xarici işlər nazirləri Şurasının toplantısı çərçivəsində baş tutacaq görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr davam etdiriləcək. Bununla yanaşı, nazirlərin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın ilin sonunadək keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı da bəzi məsələləri razılaşdıracaqları gözlənilir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 12-də regiona səfər edərək, danışıqlar prosesinin davam etdirilməsinə dair müzakirələr aparıblar.
Srağagün axşam isə İstanbuldakı "Four Seasons" otelində Türkiyənin xarici işlər naziri Əli Babacanla erməni həmkarı Eduard Nalbandyan arasında 3 saatlıq görüş olub.
Türkiyə XİN İcra Aparatının rəhbəri və Ermənistan xarici işlər nazirinin müavininin də iştirak etdiyi görüş mətbuat üçün qapalı keçirilib.
Türkiyənin "Cumhuriyet" qəzəti görüş ərəfəsində yazmışdı ki,
nazirlərin görüşündə 5 məsələ müzakirə ediləcək: "1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddəti, Ermənistan-Türkiyə sərhəddinin açılması, Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması".
Bundan başqa, Nalbandyana diplomatik münasibətlər qurulmadan Türkiyənin İrəvana səfir göndərməsi təklif olunacaq. "Soyqırımı məsələsi müzakirə olunmayacaq",- deyə qəzet yazır.
Görüşdən sonra mediaya açıqlama verən Babacan erməni həmkarı ilə görüşdə ölkələr arasında ikitərəfli münasibətləri dəyərləndirdiklərini bildirib: "Eyni zamanda Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasını və bölgədəki digər problemləri müzakirə etdik".
Görüşü faydalı və konstruktiv adlandıran Ə. Babacan müzakirələrin pozitiv atmosferdə keçdiyini vurğulayıb: "Bundan sonrakı mərhələdə həm siyasi, həm də texniki səviyyədə əlaqələrimiz davam edəcək. Məqsədimiz iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır. Bu məqsədlə müzakirələri davam etdirəcəyik".
Öz növbəsində, Nalbandayan da həmkarı ilə tam həmfikir olduğunu, Babacanla yaxşı atmosferdə, çox faydalı və konstruktiv danışıqlar apardığını bildirib. Erməni nazir iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədi ilə cəhdlərin davam etdirilməsi qərarına gəldiklərini bildirib.
APA-nın əməkdaşının "Hörmətli nazir, sərhədlərin açılması məsələsi nə yerdədir" sualına Türkiyənin xarici işlər naziri Babacan "Təyyarəyə yetişməyimiz lazımdır",-deyə cavabdan yayınıb.
Erməni diplomatik mənbələrindən isə bəlli olub ki, nazirlərin görüşündə iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və sərhədin açılması məsələləri əsas müzakirə mövzusu olub.
APA-ya açıqlamasında Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, diplomatik münasibətlərin bərpasına münasibət bildirən Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim qeyd edib ki, "iki ölkə arasında hansısa münasibətlərin qurulması o dövlətlərin öz hüququdur".
Diplomat əlavə edib ki, Türkiyənin mövqeyi hər zaman birmənalı olub - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qüvvələrini çıxarmalıdır: "Biz inanmaq istərdik ki, qurulan münasibətlər, yaranan əlaqələr Ermənistanın bu şərtləri yerinə yetirməsinə gətirib çıxaracaq, regionda sülh və sabitlik bərpa olunacaq".
Yeri gəlmişkən, dünən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Əli Babacanın Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama yayıb. Türkiyə səfirliyinin yaydığı məlumata görə, Babacan daha əvvəl və son dəfə 12 noyabr 2008-ci il tarixində Türkiyə mətbuatına verdiyi açıqlamada yaxın zamanda Azərbaycana səfərinin gündəmdə olduğunu söyləyib: "Bu xəbər Azərbaycan mətbuatında da dərc olunmuşdu. Nazirin bu səfərinin gerçəkləşməsi üçün hazırlıqlar hal-hazırda davam edir, səfərin tarixi daha dəqiqləşməyib. Buna dair noyabrın 24-də yayılan məlumat, görünür, səfirliyimizin mətbuat müşavirliyi tərəfindən səhvən əks etdirilib. Cənab Babacanın Azərbaycana səfərinin tarixi dəqiqləşdikdə rəsmi açıqlama veriləcək".
Xatırladaq ki, yktyabrın 23-dən Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrdir. Nalbandyan da QDİƏT katibliyinin iclasında iştirak etmək üçün İstanbuldadır. QDİƏT Katibliyində çıxış edən Nalbandyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün səy göstərəcək və fəal dialoqun başlanğıcı bu ilin sentyabrında Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfəri zamanı qoyulub: "Biz işi davam etdirəcəyik və mən bunun üçün heç bir maneə görmürəm. Ermənistan şərtsiz sərhəddin açılmasına və münasibətlərin qurulmasına hazırdır və biz Türkiyədən də bunu gözləyirik" ("Turan").
O həmçinin qeyd edib ki, Türkiyə ilə diplomatik münasibətlər qurmaq Ermənistanın marağındadır. Bir çox ölkələrin, hətta müharibə şəraitində olan ölkələrin diplomatik münasibətləri var və bir-birləri üçün açıqdırlar. "Mən münasibətlərin normallaşmasından imtina üçün ciddi səbəb görmürəm. Diplomatik münasibətlər lazımi şəkildə qurulacaq. Bu, problem deyil, bu bizim münasibətlərimiz məsələsidir",- deyə Ermənistan xarici siyasət idarəsinin rəhbəri bildirib.
Nalbandyanın sözlərinə görə, Ermənistanın mövqeyi aydındır və onun nikbinliyi Türkiyə tərəfi ilə danışıqlara əsaslanır: "Biz Türkiyə prezidentinin sentyabrda Ermənistana səfərindən dərhal sonra münasibətlərə başladıq. Çox konstruktiv, maraqlı və açıq müzakirələr gedir".
"Turkish Airlanes" şirkətinin Türkiyə və Ermənistan arasında müntəzəm reyslər açması mümkünlüyünə toxunan Nalbandyan bunu iki ölkə arasında biznes və turizmin inkişafına gətirib çıxaracaq çox müsbət addım adlandırıb.
"Türkiyə-Ermənistan münasibətlərinə yalnız iqtisadi nöqteyi-nəzərdən baxılmamalıdır. Çünki sərhədin bağlı olmasına baxmayaraq, hazırda İran və Gürcüstan vasitəsilə Türkiyədən Ermənistana ildə 300 milyon dollarlıq mal gedir". Bu sözləri isə APA-ya açıqlamasında Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) sədri Həsən Kanbolat deyib. Ekspertin sözlərinə görə, Ermənistanın əhalisini və iqtisadi gücünü nəzərə alsaq, sərhəd qapılarının açılmasının mövcud ticarət dövriyyəsini böyütməyəcəyini söyləyə bilərik: "Onda ermənilər sərhəd qapısının açılması üçün niyə bu qədər təkid edirlər və Gürcüstandakı savaşdan sonra bunu həyata keçirməyə ciddi şəkildə çalışırlar?"
H. Kanbolatın fikrincə, bunun səbəbini avroatlantik dünyanın Cənubi Qafqaz siyasətində axtarmaq lazımdır: "Avroatlantik məkan Gürcüstandan sonra Ermənistanı da təsir dairəsinə daxil etmək və bu niyyətini Türkiyə vasitəsilə həyata keçirmək istəyir. Eyni zamanda erməni ziyalıları və xalqı artıq nəfəs borusu kimi yalnız Rusiyanı görmür. Onlar demokratiya və insan hüquqları üçün Qərbə yol tapmaq arzusundadırlar. Bunun yeganə yolu da Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir".
Bununla belə, ORSAM-ın rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini və Türkiyənin ərazi bütövlüyünü, 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanımadığını da vurğulayıb: "İrəvan Ankara ilə münasibətlərini ön şərt olmadan normallaşdırmağa çalışır. Ancaq şərt qoyan tərəf işğalçı Ermənistan ola bilməz. Şərt qoyacaq tərəf Türkiyə və Azərbaycan olmalıdır. Türkiyənin və Azərbaycanın şərtləri reallaşarsa, əlbəttə ki, Ermənistanla Türkiyə və Azərbaycan arasındakı münasibətlər normallaşma mərhələsinə daxil ola bilər".

Azad Xəlil

express

AZƏRBYCANLI FƏAL TEHRAN HƏBSXANASINDA ACLIĞA BAŞLAYIB

AZƏRBYCANLI FƏAL TEHRAN HƏBSXANASINDA ACLIĞA BAŞLAYIB



Firuz Yusifi


Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəsinə görə 11 gün əvvəl yaşadığı Kərəc şəhərində həbs edilərək Tehranın Evin zindanının 209-cu korpusuna aparılan güneyli fəal, Tehranın Pəyami-Nur Universitetinin tələbəsi Firuz Yusifi həbs edilməsinə və saxlandığı kameranın ağır şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

«Media forum» saytı xəbər verir ki, 11 günlük həbsdən sonra F.Yusifinin anası oğlunu Evin zindanında yalnız şüşə arxasından bir neçə dəqiqəliyə görə bilib. Anaya oğlunun səsini eşitməyə və onunla danışmağa icazə verilməyib.

F.Yusifinin anasının son dərəcə zəifləmiş oğlunu görəndə halının pisləşdiyi də bildirilir.

Məlumatlara görə, azərbaycanlı fəal həbsxanada müxtəlif psixi və fiziki təzyiqlərə məruz qalıb.

ETTELAAT ƏMƏKDAŞLARI OTURAQ AKSİYANI DAĞIDIB

ETTELAAT ƏMƏKDAŞLARI OTURAQ AKSİYANI DAĞIDIB


Tehran Əllamə Təbatəbai Universitetinin ədəbiyyat fakültəsinin dörd keçmiş tələbəsi üç gün əvvəl universitetin binasında oturaq aksiyaya başlayıb. «Media forum» saytının məlumatına görə, bu gün ETTELAAT əməkdaşları onları döyə-döyə universitetdən çıxarıb.


Məhdiyyə Gülru



Sadıq Şücai, Məhdiyyə Gülru, Səid Feyzullazadə və Məcid Dorri universitetdə tələbə təşkilatlarının fəaliyyətinə qoyulan qadağaya, tələbə dərgilərinin qapadılmasına, tələbələrin inzibati komitələrə çağırılmasına və dissident müəllimlərin işdən çıxarılmasına etiraz etdiklərinə görə bir il qabaq təhsildən məhrum ediliblər.

Oturaq aksiyada onlar təhsil hüquqlarının bərpa olunmasını istəyiblər.

M.Gülru «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında deyib ki, tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklər.

GÜNEY AZƏRBAYCAN AŞIQLARI TEHRANDA BÖYÜK KONSERT VERİB

GÜNEY AZƏRBAYCAN AŞIQLARI TEHRANDA BÖYÜK KONSERT VERİB


Güney Azərbaycanın məşhur aşığı Çingiz Mehdipurun başçılıq etdiyi «Dalğa» qrupu noyabrın 24-25-də Tehranda, İran Daxili İşlər Nazirliyinin Böyük Zalında «Sarı gəlin» adlı böyük konsert verib.


«Media forum» saytının məlumatına görə, konsertdə güneyli aşıqlar Çingiz Mehdipur, Fərrux Mehdipur, Cəlil Həmidi, Məcid Rəhimipur, Mehran Fərşbaf və Arif Mehdipur, Məhbub Xəlili və Əli Novruzi çıxış ediblər.

Konsertdə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları da iştirak edib.

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ QARANLIQ TƏRƏFİ

ERMƏNİSTAN-TÜRKİYƏ DANIŞIQLARININ QARANLIQ TƏRƏFİ
Ankara bir-birinin ardınca İrəvana jestlər edir, ancaq erməni tərəfinin hansısa xoş məram göstərdiyi haqda fakt yoxdur



Türkiyənin Ermənistanla münasibətlər qurmaq üçün başlatdığı diplomatik proses bir gün əvvəl İstanbulda iki ölkə xarici işlər nazirlərinin danışıqları ilə davam edib. Türkiyəli həmkarı ilə görüşdən sonra Ermənistanın xarici işlər naziri ön şərt olmadan sərhədlərin açılmasına çağırıb. Edvard Nalbəndyan prezident Serj Sərkisyanın gələn ilin oktyabr ayında Türkiyə-Ermənistan futbol matçını izləmək üçün prezident Abdullah Gülün dəvəti ilə İstanbula gələcəyini bildirib.
Lakin o, keçirdiyi mətbuat konfransında Ankaranın gələn ay Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün Türkiyə, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli danışıqların təşkil olunmasına dair təşəbbüsünə reaksiya verməyib. Bundan əvvəl erməni tərəfi həmin təklifin rəsmən onlara daxil olmadığını bildirmişdi.
Nalbəndyan qeyd edib ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün dialoq davam edəcək. Onun sözlərinə görə, Abdullah Gülün İrəvana səfəri bunun üçün yaxşı zəmin yaradıb. Nalbəndyan bildirib ki, İrəvan heç bir ön şərt olmadan diplomatik əlaqələrin qurulması, sərhədlərin açılmasına tərəfdardır. Ermənistan xarici işlər naziri Qarabağ probleminin həlli istiqamətində müsbət addımlar atıldığını bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünün Qarabağ probleminin həllində əhəmiyyətli addım olduğunu qeyd edən nazir ikitərəfli müzakirələrin davam etdiyini və dekabr ayında və ya gələn ilin əvvəlində iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcəyini söyləyib.
Türkiyə tərəfi Ermənistanla danışıqların nəticələri haqda heç bir açıqlama verməsə də, mətbuat müəyyən mülahizələr irəli sürüb. Bəzi qəzetlər yazırlar ki, Ankara Ermənistanın qondarma soyqırım iddialarının tarixçilər tərəfindən araşdırılmasına razılıq verməsinin qarşılığında səfirlik açmadan İrəvana diplomatik nümayəndə göndərməyi təklif edib. O da bildirilir ki, artıq Ankara Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməsi şərtini danışıqlarda arxa plana keçirib. Lakin Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin heç bir ilkin şərt irəli sürülmədən qurulmasında israr edir. Məlumatlara görə, Nalbəndyan deyib ki, diplomatik münasibtələrin qurulmasından və sərhədlərin qismən də olsa açılmasından sonra bütün problemləri müzakirə etmək olar.
Türkiyə-Ermənistan danışıqlarını şərh edən “The Financial Times” qəzeti yazıb ki, Ankara İrəvanın heç bir ilkin şərt qoyulmadan diplomatik münasibətlər qurmaq təklifini qəbul edə bilməz. Çünki bu, Azərbaycanla Türkiyə arasında mühüm enerji tərəfdaşlığına mənfi təsir edərdi. Buna baxmayaraq, Türkiyə birtərəfli qaydada bir-birinin ardınca Ermənistana xoşməramlı jestlər edir. Xəbər verildiyi kimi, Türk Hava Yolları İrəvana çarter reyslərinin açılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib. Həmçinin Türkiyə özəl şirkət vasitəsilə Ermənistandan eleketrik enerjisinin idxalına başlayacaq. Bundan əvvəl Türkiyə öz hava məkanını Ermənistana və geriyə uçan bütün təyyarələr üçün açıq elan etmişdi. Həmçinin bu təyyarələr Türkiyə hava limanlarında enə də bilər. Bütün bunların əvəzində İrəvanın hansısa xoşməramlı jest nümayiş etdirdiyi haqda fakt yoxdur. Ermənistanın Qarabağ məsələsində mövqeyində hansısa ciddi dəyişiklik müşahidə olunmur. “Soyqırım” məsələsində də İrəvanın siyasəti dəyişməyib. Doğrudur, bəzi Türkiyə mənbələri Ermənistanın “soyqırım” məsələsini tarixçilər səviyyəsində birgə müzakirə etməyə hazır olduğunu xəbər veriblər. Ancaq bu xəbərlər dərhal təkzib olunub. Ermənistan bəyan edir ki, bu məsələdə siyasət dəyişməyib. Belə olan halda Türkiyənin birtərəfli jestlərinin, hətta Qarabağ məsələsində mövqeyini yumşaltmağa hazır olmasının hansı nəticələr verdiyi qaranlıq qalır. Belə qənaət yaranır ki, indi Türkiyə Ermənistanla münasibətlər qurmaq üçün daha çox maraqlı və asılı olan tərəfdir.
F.MƏMMƏDOV
musavat

25 Kasım 2008 Salı

Naxçıvanlı elm adamları beynlxalq simpoziumda iştirak ediblər

Naxçıvanlı elm adamları beynlxalq simpoziumda iştirak ediblər

14:36 25-11-2008





Türkiyənin Burdur vilayətində şair Mehmet Akif Ersoyun həyat və yaradıcılığına həsr olunmuş I Uluslararası Mehmet Akif Ersoy simpoziumu keçirilib.

Simpoziuma Naxçıvanlı elm adamları - AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, filologiya elmləri namizədi Fərqanə Kazımova və filologiya elmləri namizədi Lütfiyyə Əsgərzadə də qatılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə dünyanın 21 ölkəsindən 143 məruzəçi çıxış edib.

Mehmet Akif Ersoy Universiteti tərəfindən hazırlanmış simpoziumda Əbülfəz Quliyevin “Mehmet Akifin Qurtuluş savaşı illərindəki ədəbi fəaliyyəti üzərində bir incələmə”, Fərqanə Kazımovanın “Türk dünyasının iki tanınmış şairi: Mehmet Akif Ersoy və Əhməd Cavad” və Lütfiyyə Əsgərzadənin “Mehmet Akif Ersoy və Azərbaycan şairləri” mövzularında məruzələri dinlənilib.

Mehmet Akif Ersoy Universitetinin rektoru, professor Gökay Yıldız həmyerlilərimizi simpoziumda görməkdən məmnun olduğunu deyib, qardaş ölkələrimiz arasında geniş və hərtərəfli əlaqələrin olduğundan ətraflı danışıb. Rektor AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olduğunu qeyd edərək, qarşılıqlı elmi əlaqələrin bundan sonra da güclənməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonuncu günündə Burdur vilayətinin tarixi-mədəniyyət abidələri ilə yaxından tanışlıq, eyni zamanda İnsu mağarasına və şəhərdən 1700 metr yüksəklikdə yerləşən antik Saqalasos şəhərinə gəzinti təşkil olunub.

Türkiyə səfiri Əli Babacanın Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb

Türkiyə səfiri Əli Babacanın Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb

13:56 25-11-2008





Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ölkəsinin xarici işlər naziri Əli Babacanın Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama yayıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, Ə. Babacan daha əvvəl və son dəfə 12 noyabr 2008-ci il tarixində Türkiyə mətbuatına verdiyi açıqlamada yaxın zamanda Azərbaycana səfərinin gündəmdə olduğunu söyləyib: “Bu xəbər Azərbaycan mətbuatında da dərc olunmuşdu. Nazirin bu səfərinin gerçəkləşməsi üçün hazırlıqlar davam edir, səfərin tarixi daha dəqiqləşməyib. Buna dair noyabrın 25-də yayılan məlumat, görünür, səfirliyimizin mətbuat müşavirliyi tərəfindən səhvən əks etdirilib. Cənab Babacanın Azərbaycana səfərinin tarixi dəqiqləşdikdə rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, Türkiyə səfirliyindən Ə. Babacanın 30 noyabr - 1 dekabr tarixində Azərbaycanda rəsmi səfərdə olacağı bildirilib.

İran qəzeti Xəzər dənizini “Qəzvin” adlandırıb

İran qəzeti Xəzər dənizini “Qəzvin” adlandırıb

19:11 25-11-2008





İranda dərc olunan “Etimad” qəzeti Xəzər dənizini “Qəzvin” adlandırıb.

Lent.az-ın Güney Azərbaycan Milli Hərəkatına bağlı oyrenci.com saytına istinadən verdiyi məlumata görə, qəzetin 23 noyabr sayında Xəzər dənizinin adı səhvən deyil, qəsdən Qəzvin adlandırılıb. Mətbu orqanın 7-ci səhifəsində verilən “Uyğurların Çinin paytaxtını alması” başlıqlı məqalədə bizim eradan əvvəl 762-ci il noyabrın 21-də Uyğur türklərinin Çinin paytaxtı Lo-Yanq şəhərini tutaraq, çinlilərin hakimiyyətinə son qoyması və öz hökmranlığını qurması barədə məlumatlar verilir. Yazıda onların qurduğu imperiyanın ərazisinin “Mancuriyadan Qəzvin dənizinə qədər uzandığı” bildirilir. Yəni Xəzər dənizinin adı qəsdən “Qəzvin” yazılıb.

Qeyd edək ki, heç bir tarixi mənbədə Xəzər dənizinin adı Qəzvin kimi göstərilməyib.


Pərvin ABBASOV

Quba rayonunda tapılan kütləvi insan məzarlığını su yuyub-apara bilər

Quba rayonunda tapılan kütləvi insan məzarlığını su yuyub-apara bilər

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu həyəcan təbili çalır...
üçQuba rayonunda tapılan kütləvi insan məzarlığında şüşə muzeyin yaradılması ün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Prezident Aparatına 13 bənddən ibarət təkliflər verib. Bu barədə məlumatı İnstitutun Quba soyqrımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev verib. Onun sözlərinə görə, məzarlıqda baş verən sürüşmənin təkrarlanmasının qarşısını almaq və burada şüşə muzeyin yaradılması üçün təcili tədbirlər görülməlidir.

Əks halda bu yerdə ötən il baş vermiş sürüşmə prosesi yenidən təkrarlana bilər. Qəhrəman Ağayevin sözlərinə görə, qabaqlayıcı tədbirlər həyata keçirilməsə, 2 il ərzində aparılan tədqiqatların nəticəsiz qalması və tarixi sübutların məhv olması təhlükəsi yaranacaq. Çünki məzarlıq sel və qrunt sularına həssas olan ərazidə yerləşir.

«Türkiyə Azərbaycan ictimaiyyətinin suallarını cavabsız qoyur»

«Türkiyə Azərbaycan ictimaiyyətinin suallarını cavabsız qoyur»

Aydın Mirzəzadə: «Bilmirik ki, rəsmi Ankara Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı tələbində israrlıdır, yoxsa mövqeyini dəyişib»

«Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Türkiyəyə səfərinə aparılan danışıqların nəticələri məlum olduqdan sonra dəqiq münasibət bildirmək mümkündür. Çünki münasibətlərin qabaqcadan şərt qoyulmadan bərpası ilə bağlı deyilənlər yalnız diplomatik bəyanatlardır». Bunları ANS PRESS-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var. Bundan başqa, rəsmi İrəvan qondarma erməni soyqırımının tanınmasını beynəlxalq səviyyədə Türkiyədən tələb edir: «Belə olan Türkiyənin mövqeyi necə olacaq? Təəssüf ki, qonşu ölkənin xarici işlər nazirinin bəyanatında bunun cavabını görmürük. Digər tərəfdən, rəsmi Ankara Ermənistannla diploamatik əlaqələrin qurulması üçün işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması tələbini ortaya qoyurdu. Türkiyənin bu mövqedə qaldığı, yoxsa bundan imtina etdiyi maraqlıdır. Belə suallara cavab tapa bilmirik».
«Regionda xoş münasibətlər lazımdır» deyən millət vəkilinin fikrincə, bu münasibətlər bir ölkənin digər ölkənin ərazilərini işğal etməsi hesabına qurulmamalıdır.
Son bir neçə ay ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Türkiyə və Rusiyanın fəallaşmasına münasibət bildirən Aydın Mirzəzadə deyib ki, münaqişənin nizamlanması prosesində təşəbbüslərin çox olması, ayrı-ayrı ölkələrin problemin həllinə öz töhfələrini vermək istəməsi arzuolunan haldır. Bununla belə, münaqişənin bir həll yolu var: işğal altındakı torpaqların azad edilməsi. Aydın Mirzəzadə hesab edir ki, regionla bağlı beynəlxalq təşəbbüslərin artması təsadüfi deyil: «Bu, ilk növbədə regionun əhəmiyyətinin artması ilə, Azərbaycanın apardığı siyasətlə bağlıdır. Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında, Avropanın enerji resursları ilə təmin edilməsində böyük rol oynayır. Bu baxımdan, regionun əhəmiyyəti artır. Regionun qarşıdurma və münaqişə ocağından sabitliyin olduğu bölgəyə çevrilməsinə çox böyük ehtiüac var. Eyni zamanda, güclənən və qüdrətlənən Azərbaycanla münasibətləri daha yüksək səviyyədə qurmaq istəyi də açıq-aydın görünür». Aydın Mirzəzadənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslər daha da artacaq. Lakin millət vəkili deyir ki, onlar təşəbbüs olaraq qalmamalı və bölgədə sülhün yaranmasına xidmət etməlidir./ANS PRESS/

Bu gün ANS TV-nin ilk yayım günündən 17 il keçir

İç Xəbər / 26.11.2008 00:14
Bu gün ANS TV-nin ilk yayım günündən 17 il keçir

Mirşahin Ağayev: «ANS bütün mərhələlərdə həm birinciliyin şərəfindən, həm də çətinliklərindən keçməli olub»
17 il və ya 6214 gün, 149136 saatdır ki, ans efirdədir. Düz 17 il əvvəl, noyabrın bu günü «Xəbərçi» ilk dəfə 8 dəqiqəlik efir vaxtı ilə efir üzü gördü. «Bayatı-şiraz» muğamının «Babək» filmi üçün işlənmiş fraqmentinin müşayiəti ilə televiziya məkanına ANS gəldi. Azərbaycan televiziyasının binasında icarəyə götürdüyü 15 kvadratmetrlik otaqdan ölkəyə yayımlanan, bütün qütbləri işıqlandıran, dəqiqlik, qərəzsizlik, vicdanlılıq prinsipini əlində, əməlində rəhbər tutan ANS, postsovet məkanında ilk müstəqil televiziya oldu. Bu illər ərzində ANS tarix yazdı, həm də tarixi yaşatdı. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin sözlərinə görə, Azərbaycanda birinci müstəqil teleşirkət olan ANS bütün mərhələlərdə həm birinciliyin şərəfindən, həm də çətinliklərindən keçməli olub: «Bu nöqteyi-nəzərdən yanaşanda, müstəqil olan təkcə ANS deyildi. Müstəqil teleradio şirkəti olan ANS yaranmaqla, Azərbaycanda ilk müstəqil tamaşaçını yaradırdı. O vaxta qədər tamaşaçılarımız gözləyirdi ki, həmişə kimsə nəyisə öyrətməlidir. Onlara mütləq ağa-ağ, qaraya-qara olduğunu demək lazım idi. Biz isə müstəqil televiziya olaraq, rəngləri sadəcə göstərməklə kifayətlənirdik. Tamaşaçı özü seçim edirdi. Bu baxımdan birinci müstəqil televiziya olan ANS-in əməkdaşlarının keçdiyi çox çətin, müşkül, mürəkkəb problemləri xatırlamamaq mümkün deyil».

17 illik tarixə malik ANS-in muzeyində televiziya sahəsində ilk qədəmlərini atmağa başladığı andan istifadə olunmuş avadanlıq saxlanılır. Bunların arasında Şuşa üzərində vurulan vertolyotu, Daşaltı əməliyyatını, Laçını və daha nələri çəkən ANS-in ilk kamerası, döyüş materiallarına baxmaq üçün monitor kimi istifadə olunan televizoru, iş sürəti çap maşınının sürətindən aşağı olsa da heç kimi dar ayaqda qoymayan və müharibəni yazan ANS-in ilk kompüteri də var.

«Xəbərçi» və «Salam, Azərbaycan» başda olmaqla, verlişlər ANS-in yazdığı yeni və ən yeni tarixdir. Onun arxivi Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsinin, böyük iqtisadi tənəzzül və tərəqqi faktlarının, birinci Qarabağ savaşının informasiya bankıdır. ANS-in müxbirləri Qarabağ, Çeçenistan, Gürcüstan, Osetiya, Abxaziya, İnquşetiya, Əfqanıstan, İran olaylarından, Ukrayna, Qırğızıstan və Gürcüstandakı inqilablar, minilliyin dəhşətli zəlzələlərinin yerlə yeksan etdiyi ölkələrdən, Kosovodan, İsraildən və onlarla başqa qaynar nöqtələrdən xəbər verir və dünyanın BBC, CNN kimi kanalları ilə ayaqlaşmağa çalışırdı. Ən əsası isə döyüşü alnına yazanların televiziyasına çevrilmiş ANS deyəndə, ağıla ilk növbədə Qarabağ savaşının ən qaynar nöqtələrini lentinə köçürən, vətənpərvərlik ruhunu aşılayan telekanal görünür. Azərbaycan məkanına sığmayan ANS-i xalq, dövlətçilik düşündürdüyü kimi, xalq da ANS-lə maraqlanır.

Bu gün ANS-ə təkcə Azərbaycanda yox, bütün dünyada baxırlar. 2002-ci ildən ANS Müstəqil Yayım və Media Şirkəti peyk vasitəsilə yayıma başlayıb. Bu gün ANS tək deyil, ondan sonra yaranmış hər bir özəl kanalda ANS-dən nəsə, kimsə var. İndi ANS torpaqların düşmən tapdağından azad olunacağı günü gözləyir-bu xəbəri birinci vermək üçün. ANS və ANS-çilər buna hər an hazırdırlar. /ANS PRESS/

Türkiyədə keçiriləcək “Dünya Mədəniyyət Gözəli” yarışmasında Azərbaycanı Lalə Eyvazova təmsil edəcək

Türkiyədə keçiriləcək “Dünya Mədəniyyət Gözəli” yarışmasında Azərbaycanı Lalə Eyvazova təmsil edəcək



[ 25 Noyabr 2008 17:48 ]


Bakı. Ülkər Qasımova-APA. Bu gün Türkiyənin İstanbul şəhərində “Dünya Mədəniyyət Gözəli” yarışması keçiriləcək. Bu barədə APA-ya məlumat verən “Azəri Star Production”un rəhbəri Kamal Cenk İçten deyib ki, yarışma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və canlı olaraq “Fashion TV”-də nümayiş olunacaq. Hazırda Türkiyədə olan K.C. İçten müsabiqənin münsiflər heyətində təmsil olunacaq. “Dünya Mədəniyyət Gözəli” yarışmasında Azərbaycanı “Best model of the world-2007” model yarışmasında xüsusi mükafata layiq görülən Lalə Eyvazova təmsil edəcək. K.C.İçtenin sözlərinə görə, bu gecə yarışmada dünyanın 18 ölkəsindən iştirakçılar müsabiqədə yarışacaqlar. Əvvəlcədən sənətçi Röyanın da bu müsabiqədə iştirak etməsi ilə bağlı verilən məlumatlar isə özünü təsdiqləməyib. Belə ki, bu gecə keçiriləcək yarışmada Azərbaycan sənətçilərindən heç kim iştirak etməyəcək.

İranın baş prokuroru “MOSSAD”-a casusluq edənlərin edam olunmalarını tələb edir

İranın baş prokuroru “MOSSAD”-a casusluq edənlərin edam olunmalarını tələb edir



[ 25 Noyabr 2008 19:46 ]


Tehran - APA. İranın baş prokuroru “MOSSAD”-ın ölkədə terror aktları törətmək niyyətində olduqlarını etiraf edən üç agentinə ölüm hökmü tələb edəcəyini bildirib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, baş prokuror Səid Mortazavi bildirib ki, ittiham olunanların hamısı İsraildə təlim keçib, onlara silah, partlayıcı vasitələr və casus texnikası ilə davranma qaydaları öyrədilib. Baş prokurorun sözlərinə görə, casuslar hər hansı terror aktı keçirməyə imkan tapmamış həbs ediliblər.

Qeyd edək ki, İran hakimiyyət orqanları ölkədə İsrailin casus şəbəkəsinin ifşa olunması barədə noyabrın 24-də açıqlama yayıb. Məlumatda bildirilir ki, casuslar Tehranın nüvə proqramı və İran hərbi kəşfiyyatı haqqında informasiya toplamaqla məşğul olublar. İstintaq zamanı həbs olunanlar qətl və partlayışlar planlaşdırdıqlarını etiraf ediblər. Lakin casusların neçə nəfər olduğu açıqlanmır.

İsrailin casus şəbəkəsi ifşa olunmazdan az öncə isə İranda telekommunikasiya avadanlıqlarının satışı ilə məşğul olan 45 yaşlı Əli Aştari İsrailin xeyrinə casusluqda günahlandırılaraq edam olunub. Lakin İsrail bu faktı təkzib edib.

TURKISH AIRLINES YEREVANA REYS AÇMAĞA HAZIRLAŞIR?

TURKISH AIRLINES YEREVANA REYS AÇMAĞA HAZIRLAŞIR?

Turkish Airlines aviaşirkəti Beynəlxalq Mülk Aviasiya Təşkilatına (BMAT), həmçinin Türkiyə Xarici İşlər Nazirliyinə məktub göndərib. Məktublarda Yerevana çarter reysi açılması zərurətindən danışılır. Today's Zaman qəzetinin məlumatına görə, BMAT-ın cavabında deyilir ki, yekun qərar Türkiyə XİN-in cavabı alındıqdan sonra qəbul ediləcək. Hazırda İstanbul və Yerevan arasında çarter reysləri Türkiyənin Atlasjet özəl aviaşirkəti tərəfindən həyata keçirilir.

TÜRKİYƏ VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİ ERMƏNİ QOŞUNLARININ QARABAĞDAN ÇIXARILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

TÜRKİYƏ VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİ ERMƏNİ QOŞUNLARININ QARABAĞDAN ÇIXARILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

“İstanbulda Ermənistan və Türkiyə xarici işlər nazirləri Edvard Nalbandyan və Əli Babacanın görüşündə 5 məsələ müzakirə ediləcək: 1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddəti, Ermənistan-Türkiyə sərhəddinin açılması, Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması”, Türkiyənin Cumhuriyyet qəzəti belə yazır. Bundan başqa, Nalbandyana diplomatik münasibətlər qurulmadan Türkiyənin Ermənistanda səfirini Yerevana göndərmək təklif olunacaq. Buna cavab olaraq Ermənistan 1915-ci il hadisələrinin tədqiq edilməsi üzrə birgə tarixçilər komissiyasının yaradılmasına razılaşmalıdır. Erməni soyqırımı məsələsi müzakirə olunmayacaq, deyə qəzet yazır. Xatırladaq ki, Nalbandyan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) katibliyinin iclasında iştirak etmək üçün İstanbuldadır. Oktyabrın 23-dən Ermənistan QİƏT-də sədr ölkədir. QİƏT Katibliyində çıxış edən Nalbandyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün səy göstərəcək. O bildirib ki, fəal dialoqun başlanğıcı bu ilin sentyabrında Türkiyə prezidenti Abdulla Gülün Yerevana səfəri zamanı qoyulub. “Biz işi davam etdirəcəyik və mən bunun üçün heç bir maneə görmürəm. Ermənistan şərtsiz sərhəddin açılmasına və münasibətlərin qurulmasına hazırdır və biz Türkiyədən də bunu gözləyirik”, deyə ER XİN rəhbəri bildirib. O həmçinin qeyd edib ki, Türkiyə ilə diplomatik münasibətlər qurmaq Ermənistanın marağındadır. Bir çox ölkələrin, hətta müharibə şəraitində olan ölkələrin diplomatik münasibətləri var və bir-birləri üçün açıqdırlar. Mən münasibətlərin normallaşmasından imtina üçün ciddi səbəb görmürəm. Diplomatik münasibətlər lazımi şəkildə qurulacaq. Bu, problem deyil, bu, bizim münasibətlərimiz məsələsidir”, deyə Ermənistan xarici siyasət idarəsinin rəhbəri bildirib. Nalbandyanın sözlərinə görə, Ermənistanın mövqeyi aydındır və onun nikbinliyi Türkiyə tərəfi ilə danışıqlara əsaslanır: biz Türkiyə prezidentinin sentyabrda Ermənistana səfərindən dərhal sonra münasibətlərə başladıq. Çox konstruktiv, maraqlı və açıq müzakirələr gedir, deyə o bildirib. Turkish Airlanes şirkətinin Türkiyə və Ermənistan arasında müntəzəm reyslər açması mümkünlüyünə toxunan Nalbandyan bunu iki ölkə arasında biznes və turizmin inkişafına gətirib çıxaracaq çox müsbət addım adlandırıb. “Türkiyə prezidenti Ermənistan prezidenti Serj Sarkisyanı Türkiyəyə dəvət edib, lakin o, bu təklifi qəbul edib və ümid edirəm ki, 2009-cu ilin oktyabrında dövlət başçısı Türkiyə-Ermənistan futbol matçına gələcək”, deyə Nalbandyan bildirib və əlavə edib ki, ABŞ da Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasını dəstəkləyir.

12:08 / 25.11.2008

KONQRESSİN HELSİNKİ KOMİSSİYASI İLHAM ƏLİYEVİ QƏRB RADİOSTANSİYALARINI BAĞLAMAMAĞA ÇAĞIRIB

KONQRESSİN HELSİNKİ KOMİSSİYASI İLHAM ƏLİYEVİ QƏRB RADİOSTANSİYALARINI BAĞLAMAMAĞA ÇAĞIRIB

ABŞ Konqressinin Helsinki Komissiyası Azərbaycan prezidenti İlham Əliyevə rəsmi Bakının 2009-cu ildən qərb radiostansiyalarının yerli tezliklərdə yayımlanmasını qadağan etmək planları ilə əlaqədar məktub göndərib. Məktubda deyilir: “Hörmətli cənab prezident, Biz MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin bu yaxınlarda 2009-cu ildən yerli tezliklərdə “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yayımını dayandırmaq niyyəti haqda bəyanatından narahatlığımızı bildiririk. O, bu addımı 2002-ci il tarixli xarici yayımçıların yayım hüquqlarını məhdudlaşdıran qanunla əsaslandırıb. Bildiyiniz kimi, “Azadlıq” və “Amerikanın səsi” radioları ABŞ Konqressi tərəfindən maliyyələşdirilir. Azərbaycanda çoxları bu radioları dinləməklə obyektiv informasiya əldə edir. Azərbaycan Qərb qurumlarına inteqrasiya etdikcə bu radiostansiyalar mətbuat peşəkarlığı nümunəsi olacaq və Azərbaycan vətəndaşlarını obyektiv və innovasiya proqramları ilə təmin edir. Başa düşürük ki, Azərbaycanda FM radiolara çıxış İnternetdən daha çoxdur. Əgər “Azadlıq” və “Amerikanın səsi” radiolarının qısa dalğalarda yayımı dayandırılsa, milyonlarla azərbaycanlı bu verilişləri eşidə bilməyəcək. Biz əminik ki, bu, onlar üçün böyük itki olacaq. “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması əvəzinə biz Azərbaycanda KİV-də plürelist mühitin inkişafını görmək istərdik. Siz ikinci prezidentlik müddətində səlahiyyətlərinizə başlayırsınız və ikitərəfli münasibətləri gücləndirmək məqsədilə prezident Barak Obama ilə yazşı iş münasibətləri qurmağa hazırlaşırsınız. Biz inanırıq ki, bu radioların bağlanması bunun üçün doğru yaxşı siqnal olmayacaq. Bu radiostansiyalar sizin müasir və çiçəklənən dövlət qurmaq məqsədləriniz üçün əvəzsizdir. Ümid edirik ki, bu stansiyaların uzun illər ərzində olduğu kimi, yerli tezliklərdə yayımını dayandırması üçün yol tapacaqsınız”. Məktubu Alsi Hastinq, Benjamin Kardin, Kristofer Smit imzalayıb. * Helsinki Komissiyası ABŞ hökumətinin 1975-ci il Helsinki aktının müddəalarının tətbiqinə nəzarət edən şöbəsidir. Komissiya 9 senator, 9 konqresmen, həmçinin, ABŞ Dövlət Departamenti, Müdafiə və Ticarət nazirliklərinin nümayəndələrindən ibarətdir.

15:57 / 25.11.2008