azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

25 Kasım 2008 Salı

TÜRKİYƏ VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİ ERMƏNİ QOŞUNLARININ QARABAĞDAN ÇIXARILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

TÜRKİYƏ VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİ ERMƏNİ QOŞUNLARININ QARABAĞDAN ÇIXARILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

“İstanbulda Ermənistan və Türkiyə xarici işlər nazirləri Edvard Nalbandyan və Əli Babacanın görüşündə 5 məsələ müzakirə ediləcək: 1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddəti, Ermənistan-Türkiyə sərhəddinin açılması, Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması”, Türkiyənin Cumhuriyyet qəzəti belə yazır. Bundan başqa, Nalbandyana diplomatik münasibətlər qurulmadan Türkiyənin Ermənistanda səfirini Yerevana göndərmək təklif olunacaq. Buna cavab olaraq Ermənistan 1915-ci il hadisələrinin tədqiq edilməsi üzrə birgə tarixçilər komissiyasının yaradılmasına razılaşmalıdır. Erməni soyqırımı məsələsi müzakirə olunmayacaq, deyə qəzet yazır. Xatırladaq ki, Nalbandyan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) katibliyinin iclasında iştirak etmək üçün İstanbuldadır. Oktyabrın 23-dən Ermənistan QİƏT-də sədr ölkədir. QİƏT Katibliyində çıxış edən Nalbandyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün səy göstərəcək. O bildirib ki, fəal dialoqun başlanğıcı bu ilin sentyabrında Türkiyə prezidenti Abdulla Gülün Yerevana səfəri zamanı qoyulub. “Biz işi davam etdirəcəyik və mən bunun üçün heç bir maneə görmürəm. Ermənistan şərtsiz sərhəddin açılmasına və münasibətlərin qurulmasına hazırdır və biz Türkiyədən də bunu gözləyirik”, deyə ER XİN rəhbəri bildirib. O həmçinin qeyd edib ki, Türkiyə ilə diplomatik münasibətlər qurmaq Ermənistanın marağındadır. Bir çox ölkələrin, hətta müharibə şəraitində olan ölkələrin diplomatik münasibətləri var və bir-birləri üçün açıqdırlar. Mən münasibətlərin normallaşmasından imtina üçün ciddi səbəb görmürəm. Diplomatik münasibətlər lazımi şəkildə qurulacaq. Bu, problem deyil, bu, bizim münasibətlərimiz məsələsidir”, deyə Ermənistan xarici siyasət idarəsinin rəhbəri bildirib. Nalbandyanın sözlərinə görə, Ermənistanın mövqeyi aydındır və onun nikbinliyi Türkiyə tərəfi ilə danışıqlara əsaslanır: biz Türkiyə prezidentinin sentyabrda Ermənistana səfərindən dərhal sonra münasibətlərə başladıq. Çox konstruktiv, maraqlı və açıq müzakirələr gedir, deyə o bildirib. Turkish Airlanes şirkətinin Türkiyə və Ermənistan arasında müntəzəm reyslər açması mümkünlüyünə toxunan Nalbandyan bunu iki ölkə arasında biznes və turizmin inkişafına gətirib çıxaracaq çox müsbət addım adlandırıb. “Türkiyə prezidenti Ermənistan prezidenti Serj Sarkisyanı Türkiyəyə dəvət edib, lakin o, bu təklifi qəbul edib və ümid edirəm ki, 2009-cu ilin oktyabrında dövlət başçısı Türkiyə-Ermənistan futbol matçına gələcək”, deyə Nalbandyan bildirib və əlavə edib ki, ABŞ da Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasını dəstəkləyir.

12:08 / 25.11.2008

Hiç yorum yok: