azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

31 Ekim 2008 Cuma

“AZƏRBAYCAN NEFTDƏN GƏLƏN GƏLİRLƏRİ AMANSIZ ENERJİYLƏ XƏRCLƏYİR”

“AZƏRBAYCAN NEFTDƏN GƏLƏN GƏLİRLƏRİ AMANSIZ ENERJİYLƏ XƏRCLƏYİR”
Bakıdan reportaj hazırlayan “əl-Cəzirə” “ZQAN”ın Ziya Məmmədova məxsus olduğunu deyib



“Xəzər dənizində əsl pul yalnız neftdədir”. “Azadlıq” radiosunun məlumatına görə, Qətərin “əl-Cəzirə” telekanalının müxbiri Həmpiş Makdonaldın seçki dövründə Azərbaycana səfəri ilə bağlı reportajı belə başlayır. Reportajda bildirilir: “Səhər saat 7-dir. Balıq tutmaq vaxtıdır. Amma burda, Xəzər dənizində əsl pul yalnız neftdədir”.
H.Makdonald deyir ki, Azərbaycan üçün gələn beş il ən gəlirli il olacaq. Çünki ölkə neft hasilatının pik dövrünə qədəm qoyur. Mühafizəkar qiymətlərlə hesablasaq, hökumət 100 milyard dollar əldə etməlidir.
“əl-Cəzirə”nin müxbiri deyib ki, Bakıda o qədər qazma işi aparılıb ki, ətrafdan neft iyi gəlir: “Amma gəlirin hara getməsi məsələsinə gələndə, bunu öyrənmək çətin məsələdir” .
Həmpiş Makdonald tikilməkdə olan Bakı Beynəlxalq Avtobus Vağzalına da baş çəkib. 80 milyon dollar dəyəri olan, beş mərtəbəli kompleks gələn aya hazır olmalıdır. Layihənin meneceri Emil Ələsgərov müxbirə belə deyib:
“Bu layihə Azərbaycan üçün çox vacibdir. Ölkədə hər kəs bu vağzalın açılışını gözləyir. Çox böyük layihədir. Bu, Avropada ikinci ən böyük avtovağzal olacaq. Çox qəşəngdir, bu, xalq, yerli camaat üçündür” .
Müxbir vağzalın dəyəri ilə maraqlanıb. Ona “çox bahadır” ,- deyiblər.
Həmpiş Makdonald deyir ki, hökumət vağzalın inşası üçün “Bakı-XXI əsr” adlanan şirkətlə müqavilə bağlayıb. Layihənin meneceri Emil Ələsgərov həmin şirkətin direktorudur. Şirkətin sahibinin kim olduğunu soruşanda, menecer sualı Nəqliyyat Nazirliyinə ünvanlamağı məsləhət görüb. Müxbir Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənova müraciət edib. Həsənovun cavabı belə olub:
“Hamı bu şirkətləri nazirlə bağlayır. Hətta vağzalı da nazirin adına çıxırlar. Amma belə deyil” .
“əl-Cəzirə”nin müxbiri bildirib ki, avtovağzalın layihəsi “ZQAN” adlı şirkətin internet səhifəsində çıxır: “ZQAN”ın nəqliyyat nazirinə məxsus olduğunu çox deyirlər. Şirkət barədə ictimaiyyətə məlumat verilmir. Odur ki, onun dəqiq kimə məxsus olduğunu öyrənmək çətin məsələdir. Amma üst-üstə düşən maraqlı faktlar var. “ZQAN” sözündəki hərflərə diqqət edək: Z - nəqliyyat naziri Ziya Məmmədovun adının baş hərfidir, Q - Qətibə, nazirin həyat yoldaşıdır. A - Anar, nazirin oğlunun adıdır, N - Nigar, Ziya Məmmədovun qızıdır" .
İqtisadçı Qubad İbadoğlu müxbirə deyib ki, bu məsələlərlə bağlı məlumat almaq olmur:
“Biz informasiya almaqda çətinlik çəkirik” .
Həmpiş Makdonald Azərbaycanda şübhəli biznes fəaliyyətiylə bağlı başqa misalların da olduğunu bildirir. O, paytaxtı aeroportla birləşdirən köhnə yola baş çəkib:
“Hökumət aeroporta yeni yolun tikintisini başa çatdırıb. Amma bu köhnə yolu da təmir etmək qərarına gəliblər. Bu layihə üçün 315 milyon dollar xərc çəkilir. Yol isə cəmi 14 kilometrdir. Belə çıxır ki, hər kilometrin bərpası üçün 23 milyon dollar xərclənir” .
İqtisadçı Rövşən Ağayev müxbirə deyib ki, beynəlxalq standartlarla götürəndə belə, xərclənən vəsait həddən artıqdır.
“əl-Cəzirə”nin əməkdaşı deyib ki, Dünya Bankı (DB) Bakının cənubunda 22 kilometrlik yolu maliyyələşdirir. Amma DB-nin 31 milyon dollar xərci çıxır:
“Yəni hər kilometrə milyon yarım. Azərbaycan hökuməti isə artıq mövcud olan yolun hər kilometrinin bərpasına 23 milyon xərclədiyini deyir. Rəsmilər bildirirlər ki, pulun bir hissəsi layihə nəticəsində yerindən olan əhaliyə kompensasiyaya xərclənir. Amma layihənin büdcə sənədləri rəsmilərin dediklərini təsdiqləmir” .
Aeroport yolunun bərpasıyla “Azvirt” şirkəti məşğul olur. Həmpiş Makdonald bildirib ki, bu şirkətin də nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir. Nazir də, hökumət də deyiləni təkzib edir.
Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov isə jurnalistə belə deyib:
“Siz elə bil məhkəmədən gəlmisiniz. Təkrar-təkrar soruşursunuz. Siz jurnalistsiniz, sual verdiniz, mən də fikrimi dedim, mövqeyimi aydın bildirdim. Siz məhkəmə protokolu tərtib etmək istəyirsinizsə, bunu edə bilərik” .
“əl-Cəzirə” telekanalının müxbiri Həmpiş Makdonald repotajın sonunda bildirib ki, Azərbaycan neftdən gələn gəlirləri amansız enerjiylə xərcləyir:
“Amma bu ölkədə, yoxsulluq içində yaşayan milyonlarla adam üçün vacib olan şəffaflıqdır”.
Xəbər xidməti
787 dəfə baxılıb

31 Oktyabr 2008 Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə ekspertləri Bakıya ilin sonunda gələcək

31 Oktyabr 2008 Beynəlxalq Atom Enerjisi Agentliyinin Azərbaycan üzrə ekspertləri Bakıya ilin sonunda gələcək

30 Oktyabr 2008 İFAD-ın nümayəndə heyəti Azərbaycanın rayonlarında səfərdədilər

30 Oktyabr 2008 QDİƏT PM-nin Kişniyovda keçiriləcək iclasında dünyada gedən qloballaşma məsələləri müzakirə olunacaq

30 Oktyabr 2008 Adil Qəribov Beynəlxalq Atom Enerjisi Agentliyinin illik konfransında iştirak etmək üçün Vyanaya yola düşüb

30 Oktyabr 2008 QDİƏT PM-nin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin 32-ci iclası gələn il Belqradda keçiriləcək

30 Oktyabr 2008 “İ.Əliyevin seçkilərdə möhtəşəm qələbə qazanması Heydər Əliyev kursunun nativsiz olduğunu bir daha təsdiqlədi”

30 Oktyabr 2008 Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvlərilə görüşüb

Noyabrda İran və Azərbaycan qaz alqı-satqısına dair məsələləri müzakirə edəcəkdir

Noyabrda İran və Azərbaycan qaz alqı-satqısına dair məsələləri müzakirə edəcəkdir
30-10-2008 12:17:37

Noyabrın 3-də Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcəkdir. Qonşu ölkənin kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, tərəflər arasında müzakirələrin əsas mövzusu İranın Azərbaycandan təbii qaz idxalının perspektivlərilə bağlı olacaqdır. Həmçinin, mavi yanacağın İran ərazisi ilə tranziti də müzakirə ediləcəkdir.
Qeyd edək ki, indi İran blokadada olan Naxçıvana sutkada 1 milyon kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsilə Astaradan İrana qaytarır.
İran tərəfi Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil edilən qazı almağa da maraq göstərir. Tərəflər arasında bu məsələnin də müzakirəsi nəzərdə tutulur. (AssA-İradə)*



Viewed 1 times

Türkiyə prezidenti Ermənistanla sərhəddi açmağa meyllidir

Türkiyə prezidenti Ermənistanla sərhəddi açmağa meyllidir
31-10-2008 12:08:48
Türkiyə prezidenti Abdullah Gül ölkəsinin Ermənistanla sərhəddinin açıla biləcəyinə işarə vurubdur. O, jurnalistlərə müsahibəsində Ermənistanla Türkiyə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildiribdir. A. Gül jurnalistlərin Ermənistanla yaxın gələjəkdə sərhəddin açılması kimi konkret addımın olub-olmaması» sualına cavab olaraq bu kimi fikirləri dəstəkləməyin vacib olduğunu söyləyibdir. Azərbaycan və Ermənistanda vəziyyətin müsbətə doğru dəyişdiyini və bu səbəbdən iki ölkə arasında münasibətlərin düzələcəyinə inandığını dilə gətiribdir.
Türkiyə mətbuatının məlumatına görə, A.Gül Ermənistana bir müddət əvvəl etdiyi səfərlə münasibətlərdə yeni ab-havanı meydana gətirdiyini vurğulayıbdır.
Xatırladaq ki, A.Gül İrəvana erməni həmkarı Serc Sarkisyanın dəvətilə 2010-ju ildə keçiriləjək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ermənistan-Türkiyə milli komandalarının qarşılaşmasını izləmək üçün getmişdi. (AssA-İradə)*

Viewed 1 times

Azərbaycanda əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumu artırılacaqdır

Azərbaycanda əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumu artırılacaqdır
30-10-2008 11:38:24
Azərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artırmaq niyyətindədir. Bu barədə curnalistlərə müsahibəsində açıqlama verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sözlərinə görə, bununla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub və artımın nə qədər olacağı hökumətdə aparılan müzakirələrdən sonra məlum olacaqdır.
Qeyd edək ki, hazırda əcnəbilər 45 manat rüsum ödəməklə, Azərbaycanda işləməyə icazə alırlar. Fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər.
Hazırda ölkədə 4 minə yaxın əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olur və onların 73 faizi qeyri-neft sektorunda çalışır.
Xatırladaq ki, indi icazəsi olmayan əcnəbini işlədən sahibkar 33-35 min manat cərimə olunur. (AssA-İradə)*

Viewed 1 times

Rəsmi Tehran Qafqazdakı münaqişələrin həlli ilə bağlı təşəbbüs irəli sürəjəkdir

Rəsmi Tehran Qafqazdakı münaqişələrin həlli ilə bağlı təşəbbüs irəli sürəjəkdir
31-10-2008 12:21:09
Rəsmi Tehran yaxın zamanlarda Qafqazdakı münaqişələrin həlli ilə bağlı təşəbbüs irəli sürmək niyyətindədir. Bu barədə bu gün İran İslam Respublikasının xarici işlər nazirinin birinci müavini Hüseyn Şeyxülislam ənənəvi «Mərkəzi Asiya və Qafqaz» beynəlxalq konfransı çərçivəsində jurnalistlərin suallarına cavab verərkən bildirdi. Nazir müavininin sözlərinə görə, bu plan artıq hazırdır. «Bu plana region dövlətləri tərəfindən edilən dəyişikliklər əlavə olunandan sonra yaxın zamanlarda səsləndiriləcəkdir. Yekun razılıqlardan sonra öz təşəbbüsümüzü Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana təqim edəcəyik»- deyə H. Şeyxülislam diqqətə çatdırdı.
Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda Türkiyə və İran xarici işlər nazirləri Əli Babacan və Manuçöhr Mottaki Qarabağ məsələsi ilə bağlı müzakirələr aparmışdılar. Tərəflər Qafqazdakı vəziyyəti hərtərəfli müzakirə etmişdilər. Mottaki Türkiyə prezidentinin Ermənistana səfərinin nəticələri ilə maraqlanmışdı. Hər iki tərəf Qafqazdakı vəziyyətin həlli ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəlmişdi. (AssA-İradə)*

Viewed 1 times

SORĞUDA İLK ÜÇLÜYÜ ƏBÜLFƏZ ELÇİBƏY, ETİBAR MƏMMƏDOV və NAMƏLUM ŞƏXS BÖLÜŞÜR

SORĞUDA İLK ÜÇLÜYÜ ƏBÜLFƏZ ELÇİBƏY, ETİBAR MƏMMƏDOV və NAMƏLUM ŞƏXS BÖLÜŞÜR
2008-10-31 - 15:30:00


«Media forum» saytı 17 noyabr Milli Dirçəliş Günü, meydan hərəkatının 20 illiyi münasibətiylə başlatdığı internet sorğusunu davam etdirir. Sorğuda oxuculara belə bir sual ünvanlanıb: «1988-92-ci illər xalq hərəkatında kimin daha çox xidmət göstərdiyini düşünürsünüz?»

Oktyabrın 28-dən başlayan sorğuya 1988-92-ci illərdə xalq hərəkatının ön sıralarında dayanmış bəzi şəxslərin (Meydan hərəkatı natiqlərinin, tələbə hərəkatı fəallarının, AXC qurucularının, Demokratik Blok deputat fraksiyası üzvlərinin) adları daxil edilib. Siyahı soyadlar üzrə əlifba sırası ilə tərtib olunub.

«Media forum» saytı oxuculara adı bu siyahıya düşməmiş, xalq hərəkatında xidmətləri olan başqa öncül simalara səs verə bilmək imkanı da yaradıb. Xalq hərakatında kiminsə xidmətini təqdim olunan siyahıda yer almış şəxslərin xidmətindən üstün sayan oxucular «Adı bu siyahıda olmayan şəxs»ə səs verə bilərlər.

Oktyabrın 31-u saat 15.10-a olan nəticələrə görə, sorğuda 351 dəfə səs verilib.

Əbülfəz ELÇİBƏY - 170 səs

Etibar MƏMMƏDOV - 37 səs

«Adı bu siyahıda olmayan şəxs» - 33 səs

İsa QƏMBƏR - 25 səs

Xəlil Rza ULUTÜRK - 19 səs

Əli KƏRİMLİ - 16 səs

Sabir RÜSTƏMXANLI - 12 səs

Zərdüşt ƏLİZADƏ - 10 səs

Nəcəf NƏCƏFOV - 8 səs

Tamerlan QARAYEV - 7 səs

Tofiq QASIMOV - 5 səs

İsgəndər HƏMİDOV - 4 səs

Nemət PƏNAHLI - 3 səs

Yusif SƏMƏDOĞLU - 2 səs

Sorğu saytın sol küncündə (rubrika adlarından aşağıda) yerləşdirilib. Hər bir oxucu səsvermədən qabaq və sonra nəticələri izləyə bilər.




«Media forum»

MAHMUD ƏHMƏDİNEJAD QLOBAL İQTİSADİ BÖHRANI BƏŞƏRİYYƏTİN XİLASI SAYDIĞINI DEYİB

MAHMUD ƏHMƏDİNEJAD QLOBAL İQTİSADİ BÖHRANI BƏŞƏRİYYƏTİN XİLASI SAYDIĞINI DEYİB
2008-10-31 - 17:00:00


Oktyabrın 30-da hökumət iclasında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Qərbdəki iqtisadi böhrana toxunaraq bəşəriyyətin qlobal iqtisadiyyatın məhvinə görə şənlik etməli olduğunu deyib.


Mahmud
Əhmədinejad



«Media forum» saytının məlumatına görə, Əhmədinejad deyib: «Bu gün Qərb dünyası özünün haramçılığı, qarətçiliyi və eqoizminin əsiri olub, mədəni və iqtisadi sahədə son nöqtəyə gəlib çatıb. Əlbəttə, biz dünya xalqlarının bu iqtisadi böhranda əzab-əziyyətə düşməsinə sevinmirik. Allaha zidd sistem və təfəkkürün sona çatmasına sevinirik və bunu xalqların qurtuluşu üçün bir fürsət sayırıq».

Prezidentin fikrincə, bütün bəşəriyyət üzdəniraq qlobal iqtisadiyyatın və liberal təfəkkürün sona çatmasından və məhvə uğramasından sevinc hissi duymalı və şənlik etməlidir: «Bundan sonra yeni bir yol axtarmaq lazımdır. Elə bir yol ki, qarətçilik və ayrı-seçkilikdən uzaq sağlam bir iqtisadiyyatın dirçəlişinə şərait yaratsın».

İran prezidenti liberalizm və qlobal itisadiyyatın artıq öldüyünü bildirib: «Bütün zülmkar qüdrətlərin başçıları və onların ardınca gedənlər liberalizm təfəkkürünün və qlobal iqtisadiyyatın çıxılmaz vəziyyətə düşməsindən əl-ayağa düşüb onu qurtarmağa çarə axtarırlar. Onlar səhv edirlər. Bu artıq cansız bir meyitdir və bu ölünü ona süni nəfəs verməklə qurtarmaq mümkünsüzdür».


«Media forum»

«AZADLIQ» və BBC NUŞİRƏVAN MƏHƏRRƏMLİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ

«AZADLIQ» və BBC NUŞİRƏVAN MƏHƏRRƏMLİNİN AÇIQLAMASINA MÜNASİBƏT BİLDİRDİ
2008-10-31 - 20:14:00


«Azadlıq» radiosu və BBC - Britaniya Yayım Korporasiyası Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin ilin sonuna qədər xarici radiostansiyaların Azərbaycanda milli tezlikdə yayımının dayandırılacağı haqda açıqlamasına münasibət bildiriblər.

«Azadlıq» radiosunun məsələ ilə bağlı saytında yerləşdirdiyi açıqlamasında bildirilir ki, onlar situasiyadan xəbərdardırlar və məsələni ciddiyyətlə nəzərdən keçirirlər: «Biz hələ də məlumatı qiymətləndiririk və necə cavab verəcəyimizlə bağlı qərar qəbul etmək üzrəyik. Biz inanırıq ki, «Azadlıq» radiosu Azərbaycan xalqına professional və senzuraya uğramamış xəbərlər çatdırılmasında önəmli rol oynayır və biz bu işi bundan sonra da davam etdirməkdə əzmliyik».

BBC-nin açıqlamasında isə deyilir: «Bu yaxınlarda BBC Azərbaycan hökuməti ilə danışıqlar aparıb və üç retranslyasiya FM stansiyasının tikintisi haqda müqavilə imzalayıb. Bu stansiyalar BBC-nin Azərbaycanda FM 103.3 dalğasında, həmçinin orta və qısa dalğalarda yayımını gücləndirəcək».

«Turan» agentliyinin məlumatına görə, BBC-nin açıqlamasında daha sonra vurğulanır ki, bu şirkətin bütün tərəfdaşları ilə yaxşı münasibətləri var: «Biz Azərbaycanda dinləyiciləri rəsmi, qərəzsiz və müstəqil informasiya ilə təmin etmək niyyətindəyik. Xüsusən beynəlxalq xəbərlərə tələbat artdığı vaxtda BBC hadisələrin inkişafını izləyəcək».

Azərbaycanda üç xarici radiostansiya yayımlanır - «Amerikanın səsi», «Azadlıq» və BBC.

Milli Teleradio Şurasının sədri N.Məhərrəmli bu gün «Media forum»a deyib ki, Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların sərbəst yayımı 2009-cu ildən dayandırılacaq, onlara verilmiş tezliklər geri alınacaq, nəticədə xarici televiziya və radiolar Azərbaycana yalnız peyk, kabel və internet şəbəkələri vasitəsilə yayımlana biləcək. N.Məhərrəmlinin sözlərinə görə, şura təxminən bir ay sonra xarici yayımların milli tezliklərlə yayımlanmasına qadağa qoyan qərar qəbul edəcək və xarici radiostansiyalara məxsus milli tezlikləri müsabiqəyə çıxaracaq.

«Media forum»

YENİ NAZİRİN TƏRCÜMEYİ-HALI

«Media forum» saytı prezidentin bugünkü sərəncamı ilə iqtisadi inkişaf naziri təyin edilən Şahin Mustafayevin tərcümeyi-halını oxucuların diqqətinə çatdırır.




Mustafayev Şahin Abdulla oğlu 1965-ci ildə Qərbi Azərbaycanın Noyemberyan rayonunda anadan olub.


1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitunu bitirib (iqtisadçı ixtisası üzrə).

1990-1992-ci illərdə Bakı Baş Tikinti İdarəsinin «Spektr» kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.


1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.


1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.


2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.


2005-2006-cı illlərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti postunu tutub.

2006-cı ilin sentyabrında vergilər nazirinin birinci müavini təyin edilib və iqtisadi inkişaf naziri təyin olunanadək bu vəzifədə çalışıb.


Ailəlidir, 3 övladı var.

NAZİRLƏR KABİNETİ: 24 YERİN SƏRƏNCAMI VERİLDİ, 15 YERLƏ BAĞLI HƏLƏ QƏRAR YOXDUR (Tam siyahı)

NAZİRLƏR KABİNETİ: 24 YERİN SƏRƏNCAMI VERİLDİ, 15 YERLƏ BAĞLI HƏLƏ QƏRAR YOXDUR (Tam siyahı)
2008-10-31 - 21:39:00


Son prezident seçkisində qalib gələn və oktyabrın 24-də and içərək ikinci prezidentlik müddətində səlahiyyətlərinin icrasına başlayan İlham Əliyev həmin faxtdan istefada olan Nazirlər Kabinetinin əhəmiyyətli hissəsi ilə bağlı qərarını verdi.

Dövlət başçısı bu həftənin çərşənbə günü baş nazir, cümə günü isə baş nazir müavinləri və nazirlərlə bağlı sərəncamlarını imzaladı. Onların ümumi sayı 24 nəfərdir. Nazirlər Kabinetinin isə 39 üzvü var. Onlardan 1-i baş nazir, 4-ü baş nazir müavini, 19-u nazir, 9-u komitə sədri, 3-ü agentlik, 1-i xidmət, 1-i komissiya, 1-i isə fond rəhbəridir. Prezident hələ ki, kabinetə daxil olan komitə, agentlik, xidmət, komissiya və fond rəhbərləri barədə qərarını verməyib - onlar 15 nəfərdirlər.

«Media forum» saytı Nazirlər Kabinetinin hazırkı vəziyyətinə aydınlıq gətirən siyahını oxuculara təqdim edir.

Obama reklamına milyonlarla dollar xərcləyib

Obama reklamına milyonlarla dollar xərcləyib

Obamanın reklam mətnləri seçkiyə altı gün qalmış, axşam saatlarında efirə gedəcək
30.10.2008

Amerikada demokratların prezidentliyə namizədi Barak Obama reklam verilişi üçün milyonlarla dollar pul xərcləyib. 30 dəqiqəlik reklam verilişini eyni vaxtda Amerikanın üç ən böyük telekanalında verəcəklər:

«Ali baş komandan kimi mən heç vaxt öz ölkəmin müdafiəsi ilə bağlı tərəddüd etməyəcəyəm. Prezident kimi ordumuzu yenidən – 21-ci əsrin tələblərinə uyğun quracağam.

Mən - İranın nüvə proqramını qarşısını almaq, Rusiyanı təcavüzdən çəkindirmək üçün möhkəm və birbaşa diplomatiya quracağam.

Əfqanıstanda «Əl-qaidə» və talibana qarşı mübarizəni başa çatdırmaq üçün cəhdləri yenidən səfərbər edəcəyəm».

Obamanın reklam mətnləri seçkiyə altı gün qalmış, axşam saatlarında efirə gedəcək.

Seçki noyabrın 4-də olacaq.

Jurnalistləri deyirlər ki, CBS, NBC, and Fox şəbəkələrində reklam vermək təqribən 4 milyon dollardır.

Amerikada prezident seçkilərinə 4 gün qalır

Amerikada prezident seçkilərinə 4 gün qalır

31/10/2008





Prezidentliyə respublikaçı namizəd Con Makkeyn və demokrat namizəd Barak Obama Amerikanın mərkəzi bölgələrində seçkilərə 4 gün qalmış qızğın kampaniya aparırlar. Sentor Makkeyn bu gün Ohayoda Kaliforniyanın respublikaçı qubernatoru Arnold Şvartsneqqerlə birgə nümayiş keçirməyi planlaşdırır. İndiyədək heç bir respublikaçı namizəd Ohayo ştatında qələbə çalmadan Ağ Evə yiyələnməyib. Lakin son rəy soğuları Obamanın Makkeyndən 6% irəlidə olduğunu göstərir. Senator Obama Ayova və İndianada seçki kampaniyasını davam etdirir. İndiana əvvəllər adətən respublikaçılara səs verib, lakin hazırda yarış orada bərabər gedir. Ayova ştatında Obama Makkeyni böyük səs nisbəti ilə üstələyir. Prezident seçkilərinin nəticələri ştatların elektoral səsləri əsasında müəyyən edilir. Səsvermədə qalib gəlmək üçün namizəd 538 mümkün elektoral səsdən 270-ni qazanmalıdır.

30 Ekim 2008 Perşembe

AMERİKADA PREZİDENTİ KİM və NECƏ SEÇİR? (Seçki sistemi və seçki tarixi)

AMERİKADA PREZİDENTİ KİM və NECƏ SEÇİR? (Seçki sistemi və seçki tarixi)
2008-10-23 - 15:36:00



ABŞ-ın seçki xəritəsi


Noyabrın 4-də ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki əsas namizəd var: hazırda hakimiyyətdə olan Respublikaçılar Partiyasından Con Makkeyn və Demokratlar Partiyasından Barak Obama. «Media forum» saytı «Atlas» Araşdırmalar Mərkəzinin təqdimatında ABŞ-da prezident seçkisinin bəzi özəlliklərini və seçki tarixindən maraqlı faktları diqqətinizə çatdırır.

Nə qədər qəribə görünsə də, demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarında prezidenti birbaşa xalq seçmir. Prezident və vitse-prezidentin kimliyinə ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələr aydınlıq gətirir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Bu mexanizm ştatların böyük səlahiyyətləri ilə bağlıdır. Vətəndaş bir növ birləşmiş ştatların prezidentini deyil, onun yerdəki təmsliçisini seçir. Dövlətin adından da göründüyü kimi, söhbət kollektiv xalqdan deyil, birləşmiş ştatların xalqlarından gedir. Onlarsa birbaşa prezident seçə bilməzlər.

Noyabrın 4-də səsvermə günü seçki məntəqəsinə gələn vətəndaş Con Makkeyn və ya Barak Obamaya deyil, onun ştatdakı nümayəndələrinə səs verəcək. Başqa sözlə, seçki bülletenində Makkeyn və Obamanın ismi olmayacaq.

Qanun seçilən nümayəndələrə istədiyi namizədə səs vermək hüququ versə də, həmin şəxslər ştatlardakı səsvermənin nəticəsinə əsaslanırlar. Yəni vətəndaş Barak Obamanın ştatdakı nümayəndəsinə səs veribsə, həmin nümayəndənin Con Makkeynə səs verməsi real deyil.

Ştatların neçə nümayəndə seçməsi onların əhalisinin sayına bağlıdır. Bu baxımdan ən çox seçici Kaliforniya ştatının payına düşür – 55 seçici. Texası 34, Floridanı 27 seçici təmsil edir. Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin, Yuta, Montana, Alyaska kimi ştatların isə hərəyə cəmi 3 səsi var.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Əgər prezidentliyə iddialı olanlardan heç biri gərəkən nümayəndə səsi qazanmazsa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir. ABŞ tarixində belə hal yalnız bir dəfə 1824-cü il seçkisində qeydə alınıb.

Nümayəndələrin prezidenti seçməsinin mənfi cəhətləri də yox deyil. Tutaq ki, hər hansı ştatda vətəndaşların 51 faizi respublikaçı namizədə, 49 faizi isə demokratların namizədinə səs verib. Səslər arasında belə cüzi fərqə baxmayaraq bu halda, qanuna görə, respublikaçı namizəd həmin ştatdan 100 faizlik nümayəndə yeri əldə edir. Bu isə bəzən qarmaqarışıqlıq yaradır. 2000-ci il prezident seçkisində Corc Buşla Albert Qor arasında məhz bu zəmində mübahisə düşmüşdü. Qor ayrı-ayrı ştatlarda vətəndaşların daha çox səsini qazansa da, nümayəndələrin nisbəti Buşun xeyrinə olmuşdu. Qora 267, Buşa isə 271 nümayəndə səs vermişdi.

Maraqlı faktlar:

- ABŞ tarixində 3 alternativsiz seçki qeydə alınıb. 1789 və 1792-ci illərdə heç kim Corc Vaşinqtonla yarışmağa risk etməyib. 1820-ci ildə Ceyms Monro da rəqabətsiz qələbə qazanıb;

- Ən çox prezident Ohayo ştatından seçilib (7). İkinci yerdə Nyu-York qərar tutub (6). Sonrakı yerlərdə Virciniya (5), Massaçusets (4), Texas, Tennessi və Kaliforniya ştatları (3) gəlir. Barak Obama prezident seçilərsə, Avraam Linkolndan sonra İllinoys ştatını təmsil edəcək ikinci prezident statusunu qazanacaq. Con Makkeyn prezident kürsüsünə yiyələnərsə, bu, ABŞ tarixində Arizona ştatını təmsil edəcək ilk prezident olacaq;

- Respublikaçılardan 18 nəfər, demokratlardan isə 15 nəfər prezident kürsüsündə oturub. ABŞ tarixində yalnız bir dəfə - 1864-1865-ci illərdə prezident kürsüsünü respublikaçı Avraam Linkoln, vitse-prezident postunu isə demokrat Endrü Conson tutub. Bu qarışıq idarəetmə o illər ABŞ-da vətəndaş müharibəsiylə bağlı olub.

- Pezidentlər işərisində daha hansı peşə sahibinə rast gəlinmir ki?Biznesmen, artist, vəkil, fəhlə, məşqçi, inşaatçı, kuryer, aşpaz, polis, prokuror, jurnalist, fermer, matros, geoloq, hakim, cangüdən, diktor, satıcı, ovçu, ayaqqabı təmizləyən...

ABŞ öz tarixində daha bir yenilik yaşamaq ərəfəsindədir. İlk qaradərili prezident Ağ evə sahib ola bilər.

Demokrat Barak Obamanın prezident seçilməsi şansı yüksək qiymətləndirilir. Obama, sorğulara görə, liderliyini qoruyur, bütün debatlarda Con Makkeyni üstələyib, aydın iqtisadi proqramla çıxış edir, Amerikanın ən nüfuzlu televiziya kanallarının və nəşrlərinin dəstəyini qazanıb. Dünyanı bürüyən hazırki iqtisadi xaos da Obamanın işinə yarayır. Çünki xaosda ABŞ prezidenti Buşun günahından danışılır, amerikalıların əksər hissəsi isə onunla Makkeyn arasında bərabərlik işarəsi qoyur.




«Media forum

Abbas Lisani azadlığa buraxilib.

Abbas Lisani azadlığa buraxilib.
Uzun müddət həbsxanada saxlanılan Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisani oktyabrın 29-da azadlığa buraxilib.

29 Ekim 2008 Çarşamba

QULAMRZA ƏMANİNİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR









QULAMRZA ƏMANİNİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR
2008-10-29 - 13:54:00


«Media forum» saytı İranda avtomobil qəzasında iki qardaşı ilə birgə həlak olan azərbaycanlı fəal, 35 yaşlı mühəndis Qulamrza Əmaninin Təbrizdə keçirilən dəfn mərasimindən fotoşəkilləri təqdim edir. Q.Əmani və qardaşları oktyabrın 25-də Təbrizin Maralan məhəlləsindəki qəbiristanlıqda torpağa tapşırılıblar.

Plakatda Azərbaycan türkcəsində yazılıb: «Başın sağ olsun, Azərbaycan»
Plakatda Azərbaycan türkcəsində yazılıb:
«Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,
Biz vətən adına ölsək də, dirilərdən diriyik».
Beytin aşağısında isə qeyd olunub: «Azərbaycanın igid oğlu mühəndis Qulamrza Əmaninin qalarğı dünyaya köçməsi ilə əlaqədar başsağlığı veririk»

İran yeni donanma bazası yaradır

İran mediası xəbər verir ki, İslam Respublikası Fars Körfəzinin girəcəyində, Hörmüz Boğazının şərqində yeni donanma bazası yaradıb. Donanma komandiri admiral Həbibulla Səyyari bildirib ki, Cask şəhərində təsis edilən baza regionda yeni müdafiə xətti qurur. Komandir həmçinin deyir ki, İran hərbi qüvvələri lazım gələrsə düşməni Fars Körfəzinə daxil olmaqdan dayandıra bilər. Dünya neftinin 40 faizi İranı Ərəbistan yarımadasından ayıran Hörmüz Boğazından keçir. Keçmişdə İran hücuma məruz qaldığı halda boğazı bağlamaqla hədələyib.

İRANA QARŞI KÜTLƏVİ İNFORMASİYA HÜCUMU

İRANA QARŞI KÜTLƏVİ İNFORMASİYA HÜCUMU
Son günlər ərəb və dünya mediasında bu ölkə haqda qeyri-adi xəbərlər yayılır



Artıq neçə gündür dünya mediası İran mətbuatına istinadən ölkə prezidenti Mahmud Əhmədinejadın xəstələnməsi ilə bağlı xəbər yayır. İran prezidentinin son bir həftədə telekanallarda görünməməsi yayılan məlumatın həqiqətə yaxın olması ehtimalını artırırdı. O cümlədən hökumətə yaxın mənbələr prezidentin sadəcə yorğun olduğunu, ancaq işini davam etdirdiyini qeyd edirlər. Ancaq bir sıra mənbələr Əhmədinejadın xəstəliyinin ciddi olduğunu, hətta növbəti seçkilərdə iştirak etməyəcəyini bildirirlər.
Ötən gün isə Əhmədinejadın İtaliyada olarkən zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, Əhmədinejad Romada olarkən onu yüksək dozalı radiasiya ilə zəhərləyiblər. Qeyd edək ki, İran prezidenti özü də təxminən bir ay əvvəl çıxışların birində düşmənlərin onu Romada öldürmək istədiklərini bildirmişdi.
Amma bütün yayılan informasiyalara ötən gün Əhmədinejad özü reaksiya verib. Pakistanın Tehrandakı səfirini qəbul edən Əhmədinejad İran dövlət televiziyasına açıqlama verərək xəstələnməsi ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını bildirib. Sadəcə, bir qədər yorulduğunu qeyd edən İran prezidenti səhhətində ciddi problemlərin olmadığını deyib.
Qeyd edək ki, təxminən bir həftə öncə Livan İslam müqaviməti hərəkatı “Hizbullah”ın lideri Seyyid Həsən Nəsrullaha da zəhər verilməsi ilə bağlı xəbərlər yayılmışdı. İnternet saytlarının birində yayılan məlumatda qeyd olunurdu ki, xarici ölkələrdən birinin kəşfiyyat xidməti tərəfindən zəhərlənən “Hizbullah” lideri üçün İrandan xüsusi təyyarədə həkim qrupu gətirilib. Az sonra isə Nəsrullah həkim qrupunun nəzarəti altında Tehrana aparılıb və müalicəsi orada davam etdirilir.
Uzun zamandır İsrail və Amerika kəşfiyyatının axtardığı “Hizbullah” liderinin zəhərlənməsi xəbəri ciddi rezonans doğursa da, az sonra o özü xəbəri təkzib etməyə vadar olmuşdu. “Hizbullah”a məxsus “əl-Mənar” telekanalına müsahibə verən Seyyid Nəsrullah bu məlumatın provokasiya olduğunu qeyd edib.
Maraqlıdır ki, son günlər ərəb mediasında İrana yönəlik yazıların sayı artıb. Misirin “Ros əl Yusif”, “əl-Cümhuriyyə”, “əl-Düstur” və Səudiyyə Ərəbistanına bağlı “əl-Şərq əl Ovsat” qəzetlərində İrana qarşı ittiham dolu yazılar dərc olunub. Yazılarda İranın regionda rolunun artması və bu ölkənin həm İraqda, həm Fələstində, həm də Livanda baş verənlərə müdaxilə etməsi pislənilib. Hətta misirli yazarlardan biri İranın bölgə üçün İsraildən daha artıq təhlükəli olması kimi iddia ortaya atıb.
Qeyd etmək lazımdır ki, həm bu, həm də digər yazılar məhz üç ölkədə - Misir, Səudiyyə Ərəbistanı və Küveytdə dərc olunan qəzetlərdə yer alması və sırf millətçilik (yazılarda farsların ərəb ölkələrində nüfuzlarını yayması açıq şəkildə qeyd olunur) çalarlarının qabardılması diqqəti çəkir. Məhz bu amil ittiham olunan tərəfin, o cümlədən İranla əməkdaşlıqda günahlandırılan Fələstindəki “İslami Cihad”, “Həmas”, Livanda yerləşən “Hizbullah” və eləcə də İraqda mövcud olan hərəkatların ciddi reaksiyasına səbəb olub. Bir sıra nüfuzlu ərəb din alimləri isə bu kampaniyanın bölgədə məzhəb qarşıdurmasının yaranmasına hesablandığı haqda xəbərdarlıq edirlər.
KƏNAN
musavat

28 Ekim 2008 Salı

«BƏSİC» KOMANDANININ CANİŞİNİ İRANIN BÖLGƏDƏKİ BİR SIRA TƏŞKİLATLARI SİLAHLANDIRDIĞINI AÇIQLAYIB

«BƏSİC» KOMANDANININ CANİŞİNİ İRANIN BÖLGƏDƏKİ BİR SIRA TƏŞKİLATLARI SİLAHLANDIRDIĞINI AÇIQLAYIB


İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») bağlı «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) komandanının canişini Hüseyn Həmədani İranın bölgənin bir sıra qurtuluş təşkilatlarına silah verdiyini, onlara hərbi yardım göstərdiyini bildirib.


Hüseyn Həmədani

«Media forum» saytının məlumatına görə, Həmədandakı çıxışında canişin İran Silahlı Qüvvələrinin ölkə istehsallı hərbi sursatla təchiz edildiyini vurğulayıb: «İran-İraq müharibəsindən sonra biz hərbi sursatın istehsalı ilə bağlı daxili imkanlarımıza güvəndik. Bu gün bizim silahlı qüvvələr nəinki öz gücünə güvənir, hətta bölgədəki qurtuluş təşkilatları da öz silahlarının bir hissəsini bizdən alır».

Canişin İranın konkret hansı təşkilatlara silah verdiyini açıqlamayıb.

ABŞ, İsrail və bir sıra başqa ölkələr İranı terrorçu təşkilat saydıqları Livan «Hizbullah»ı, «Həmas» və «İslami cihad» təşkilatlarına silah və hərbi yardım verməkdə günahlandırsalar da, İran bu ittihamları rədd edir.




«Media forum»

DAK İH üzvüTofiq MƏLİKLİ: "Fazil Hüsnü Dağlarca - Türk ədəbiyyatının səs bayrağıdır"

DAK İH üzvüTofiq MƏLİKLİ: "Fazil Hüsnü Dağlarca - Türk ədəbiyyatının səs bayrağıdır"


Türkiyədən kədərli bir xəbər gəldi. Böyük Türk şairi Fazil Hüsnü Dağlarca 95 yaşında həyatdan ayrıldı.

Hələ keçən əsrin 40-cı illərinin əvvəllərində şeirlərindən birində "İnsan necə ölə bilər, Yaşamaq bu qədər gözəlkən" - deyə yazmışdı. Bəli, ustad, hər şeyə rəğmən, bütün çətinliklərə, bütün əzab-əziyyətə baxmayaraq, həyat gözəldir. Amma sən də onu tərk etdin. Tərk etdin ki, "Çocuk və Allah" kitabındaki lirik qəhrəman kimi, əbədiyyətə, sonsuzluğa qovuşasan.

Moskvaya ilk dəfə gəldiyin 1969-cu ilin may ayı, Vera Feonova ilə səni hava limanında qarşıladığımız gün yadıma düşür. Haradasa 40 il davam edən dostluğumuz da o tarixdə başlamışdı. Məktublarında hər zaman mənə "Qardaşım Tofiq" deyə səslənirdin. İnan, bir qardaşı, həm də böyük şair olan bir dostu itirmək çox ağırdır.

Şeir sənin həyatının mənası, özəyi, əsası idi. Günün 24 saatında ancaq onu düşünürdün. "Şeir mənim hər şeyim - eşqim, sevincim, kədərimdir" - deyirdin. Hətta şeir uğruna iki barmaq və bir gözdən başqa hər şeyini fəda etməyə hazır olduğunu - "İki barmaq qələm tutmaq və bir göz də nə yazdığımı görmək üçün lazımdır" - deyirdin.

Qələmindən yüz otuzdan çox əsər çıxdı. Ancaq bir dənə də olsun nəsr əsəri yazmadın. Səbəbini soruşanda da belə cavab verirdin: "Şeirə xəyanət etmək istəmirəm". Bəlkə buna görədir ki, sənin yaradıcılığın türk ədəbiyyatıyla yanaşı, dünya ədəbiyyatını da zənginləşdirmişdir.

Yeni Türk ədəbi dilinin formalaşması və gəlişməsi böyük ölçüdə sənin adınla bağlıdır. Sən şeirlərini arı türkçə ilə, yəni yerli-yersiz alınmış sözlərdən arındıraraq təmiz türkçə ilə yazırdın. Və bu dildə yeni obrazlar sistemini yaradaraq, şeirə yeni bir hava gətirdin. Hələ 1959-cu ildə yazdığın manifest xarakterli bir şeirində belə deyirdin:

And içirəm,

Bütün ölülər adına

Bütün gənclər,

bütün anadan olacaq uşaqlar adına,

Çatacağam gözəl deyişinə parlayaraq

Çatacağam tanrıyadək

Nəfəsimdə nəfəsini qoruyaraq...

Türkçəm, mənim səs bayrağım!

Türk dilinin səs bayrağı dalğalandıqca - heç şübhəsiz, o daima dalğalanacaq - sənin də adın sonsuza qədər yaşayacaqdır, Fazil Hüsnü Dağlarca!


Tofiq MƏLİKLİ DAK İdarə Heyətinin üzvü
dak

ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANLI JURNALİSTƏ QARABAĞ DANIŞIQLARIN DETALLARINI AÇIQLAYIB

ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANLI JURNALİSTƏ QARABAĞ DANIŞIQLARIN DETALLARINI AÇIQLAYIB


Böyük Britaniya səfərinə çıxmış Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Londonda «Bi-Bi-Si» radiosunun Azərbaycan xidmətinə müsahibə verib. Sülh danışıqlarından bəhs edən nazir Dağlıq Qarabağ münaqişəsinin həllində bir-iki razılaşdırılmamış məsələnin qaldığını vurğulayıb.


- Biz indi hər iki prezidentin Sankt-Peterburqda təsdiqlədiyi mərhələdəyik. Ermənistan və Azərbaycan prezidentləri danışıqları Minsk qrupu həmsədrlərinin 2007-ci ilin noyabrında təklif etdiyi Madrid prinsipləri əsasında aparmaq əzmini təsdiqləyiblər.

- İndi bu prosesdə hansı məsələlər daha çoxdur - həll edilmiş, yoxsa həll edilməmiş məsələlər?

- Siyasi iradə olsa, onda həll edilmiş məsələlər həll edilməmiş məsələlərdən çoxdur. Siyasi iradə olmasa, onda hətta həll edilmiş məsələlər də həll edilməmiş məsələ bucağından qəbul edilə bilər. Ermənistan məsələyə nikbinliklə baxır və Dağlıq Qarabağ münaqişəsinin dinc, diplomatik və siyasi yollarla nizamlanması məqsədilə danışıqları davam etdirmək əzmindədir.

- O siyasi iradə nəyə söykənməli və hansı həll variantına yönəlməlidir?

- Minsk qrupunun təkliflərinə söykənməlidir. Bu təkliflər öz-özünə yaranmayıb. Bunun üçün uzun illər danışıqlar aparılıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim edilən təkliflər belə ortaya çıxıb. Bu danışıqların əsasını Helsinki Yekun Aktının üç prinsipi təşkil edir - bu, zor işlədilməməsi və zor işlədilməsi barədə təhdidlərin edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. Danışıqlar bu üç prinsip əsasında aparılır.

- Tərəflər bu prinsiplər üzərində danışıqlar aparmağa razıdırlarmı, bu prinsipləri qəbul edirlərmi?

- Ermənistanın xarici işlər naziri deyirsə bu üç prinsip var, deməli, Ermənistan bununla razıdır. Azərbaycan deyirsə yalnız ərazi bütövlüyü prinsipi var, onda bu artıq onun cavabdehliyinə qalır, nəyi onlar qəbul edirlər, nəyi isə yox.

- İndi mətbuatda danışıqlar masasında hansısa planın olduğu deyilir. Guya bu plan Azərbaycanın işğal altında olan 7 rayonunun qaytarılması və qaçqınların öz yerlərinə dönməsini, Laçın dəhlizinin eninin və Dağlıq Qarabağın statusunun müəyyənşdirilməsini nəzərdə tutur.

- Siz statusu sonda qeyd etdiniz, amma o bu münaqişənin prinsipial məsələlərindən və ilkin səbəblərindən biridir. Dağlıq Qarabağın statusu məsələsi həll ediləndə bütün qalan məslələrin həlli də asanlaşar.

- Status məsləsində tərəfər hansı mövqedədirlər?

- Mənə elə gəlir ki, mövqelər kifayət qədər yaxınlaşıb. Daha bir addımın atılması qalıb. Elə məhz bu da mən dediyim siyasi iradədən asılıdır.

- Siz referendumu nəzərdə tutursunuz?

- Mən danışıqların məxfiliyini açmaq istəmirəm, Minsk qrupunun təklif etdiyi prinsiplər də məxfidir. Amma mətbuata uzun müddətdir məlumat sızır ki, söhbət referendumdan gedir. Bu referendumda status məsələsi Dağlıq Qarabağ xalqının iradəsinin azad ifadəsi yolu ilə həll edilməlidir.

- Cənab nazir, siz bunu təsdiq edirsiniz, yoxsa bunun sadəcə mətbuatda yazıldığına istinad edirsiniz?

- Mən mətbuatda dərc edilənləri, mətbuata sızanları deyirəm. Amma hər halda bunu xarici işlər naziri deyir.

- Siz Dağlıq Qarabağ xalqının iradəsindən danışanda, təkcə erməni əhalisini nəzərdə tutursunuz, yoxsa bu bölgənin azərbaycanlı əhalisini də?

- Dağlıq Qarabağ xalqı deyəndə orada bundan əvvəl yaşayanlar da, indi yaşayanlar da nəzərdə tutulur. Hər şey çox sadədir - 1988-ci ilə qədər orada əhalinin siyahıyaalınmasının nəticələri bəllidir. Bu nəticələr Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinin faiz tərkibinə dair müəyyən rəqəmlər verir. Həmin nisbət də nəzərə alınmalıdır.

- Yəni referendumun nəticələri də məhz bu nisbət əsasında çıxarılacaq? Tərəflər buna razıdırmı?

- Siz artıq məndən təfərrüatları dartıb-çıxarmaq istəyirsiniz... Mən qalan detalları açıqlaya bilmərəm, amma məsələnin məğzini mən artıq dedim. İndi siz özünüz qalanını, nəyin necə olacağını tapın.mediaforum

Güney Azərbaycanda milli matəm

Güney Azərbaycanda milli matəm

Fars rejiminin Qulamrza Əmanini qətlə yetirməsi soydaşlarımızı hiddətləndirib
Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis Qulamrza Əmaninin avtomobil qəzasına salınaraq öldürülməsi soydaşlarımızı hiddətləndirib. Oktyabrın 23-də axşam saatlarında Təbriz yaxınlığında baş verən hadisədən xəbər tutan insanlar Güney Azərbaycanın müxtəlif şəhərlərindən mərhumun evinə axışıblar. Qulamrza Əmaninin şəhadətə qovuşduğu günü Milli matəm günü elan edən minlərlə soydaşımız güclü yağış yağmasına baxmayaraq, vətəni və milləti uğrunda şəhid olan mərhumu oktyabrın 25-də "Vətən başın sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" və s. şüarlarla Təbrizdəki Maralan məzarlığında dəfn ediblər. Çoxlu sayda insanın dəft mərasimində iştirakından bərk qorxuya düşən fars şovinist rejimi minlərlə polisi və "Ettelaat" əməkdaşlarını tədbirin qarşısını almaq məqsədilə məzarlığın girişi və ətrafına töküb.

Turqut

Ancaq bütün bunlara baxmayaraq, dəfn mərasimi səhər tezdən axşama qədər davam edib. Dəfn mərasimində Güney Azərbaycanın tanınmış ziyalıları - Əkbər Azad, Həsən Rəhimi, Səid Mətinpur, Huşəng Cəfəri, Hidayət Zakir, Abdullah Abbasi Cavan, Şahnaz Qulami, Mahmud Fəzli və mərhumun böyük qardaşı çıxış səsləndiriblər. Tədbir Azərbaycanın milli himni ilə sona çatıb. "Ettelaat" əməkdaşları mərasim iştirakçılarını vidolentə alıblar və fotoşəkillərini çəkiblər. xalqcebhesi

İstanbulda partlayış

İstanbulda partlayış

“Yeni Şərq”in türk informasiya agentliklərinə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin İstanbul şəhərində Təqaüdçü Ehtiyat Zabitlər Dərnəyinin Kadıköy şöbəsinin qarşısında partlayış baş verib. CNN Türk-ün məlumatına görə, dərnəyin pəncərəsinə atılan səs bombasının işə düşməsi nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində araşdırma aparan polis, eyni küçədə bir avtomobilin altında yerləşdirilmiş daha bir bombalı paket tapıb. Ətrafda təhlükəsizlik tədbirləri görüldükdən sonra polis bombanı partladaraq zərərsizləşdirib.
Yeni Şərq

Qərb Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir

Qərb Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir

"ABŞ və Avropa Birliyi regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində təkid göstərəcək"
Ermənilərin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirdikləri və bunun hücum xarakterli olduğunu bəyanladıqları bir zamanda Kremlə yaxınlığı ilə seçilən "Reqnum" agentliyi diqqət çəkən məlumat yayıb. Agentlik xəbər verir ki, erməni etnoqraf alim Qranuş Haratyan oktyabrın 25-də İrəvanda keçirdiyi mətbuat konfransında Rusiyanın Qarabağda "süni müharibəyə" başlaya biləcəyini deyib. Onun iddiasına görə, bu müharibə nəticəsində Qarabağ Azərbaycana veriləcək: "Mən istisna etmirəm ki, Rusiya yaxın vaxtlarda Dağlıq Qarabağda və ya onun ətrafında, məsələn, 10 günlük müharibə təşkil edəcək, bu müharibənin nəticəsində Qarabağ tam və ya qismən Azərbaycanın nəzarətinə keçəcək. Yəni Rusiya açıq və ya gizli şəkildə Azərbaycanın tərəfində yer alaraq bu ssenarinin reallaşmasına yardım edəcək".

Ramiz Mikayıloğlu

O hesab edir ki, Rusiya kasıb Ermənistanı enerji ehtiyatları ilə zəngin Azərbaycanla əvəz edə bilər. Rusiya Qarabağın Azərbaycana qaytarılmasına kömək etməklə Türkiyə ilə regional ittifaqa girəcək və geosiyasi məqsədlərini reallaşdıracaq.
"Reqnum" agentliyinin yaydığı məlumat barədə bir qədər sonra. Öncə işğal olunmuş ərazilərdə keçirilən və Ermənistan prezidenti Serj Sərkisyanın da müşahidə etdiyi hərbi təlimə toxunaq. Bu hərbi təlimlərin "hücuma hazırlıq, lazım gələrsə, Azərbaycanın içərilərinə doğru irəliləyərək yeni mövqelər tutmaq" məqsədiylə keçirildiyi barədə səslənən bəyanatlar yəqin ki, Bakıya boş "hədə-qorxu"dan başqa bir şey deyil. Çünki hər kəsə bəllidir ki, istəsələr belə, Qarabağda nə separatçılar, nə Ermənistan, nə də Rusiya Gürcüstan hadisələrini təkrarlaya bilməz. Bunun bir neçə səbəbi var. Ən əsası odur ki, Rusiyanın Ermənistanla birbaşa əlaqəsi yoxdur və aviasiyayla nələrsə daşımaqla davamlı Ermənistana hərbi yardım göstərə bilməz. İşğalçı ölkədəki rus hərbi bazasının silah, texnika və sursatı bu işə cəlb olunarsa, Azərbaycan Gürcüstan üzərindən Türkiyə, Ukrayna və İsraildən hərbi-texniki yardım almaq, silah-sursat almaq variantına üstünlük verəcəyi şəksizdir. ABŞ başda olmaqla Qərb də regionda Rusiyanın həlledici söz sahibinə çevrilməməsi üçün qapalı və açıq şəkildə müəyyən yardımları zəruri sayacaq. Yəni Azərbaycana qarşı Gürcüstandakı kimi qısa müddətli, beş günlük hərbi əməliyyatla qalib gəlmək absurddur. Hərbiyə ayrılan xərclər, Azərbaycan ordusunun say tərkibi, silah və texniki imkanlar bunu mümkünsüz edir. Zaman keçdikcəsə Azərbaycanın üstünlüyü ona kənar dəstəklər nəticəsində daha da artacaq. Belə durumda Rusiyanın özünün şimaldan birbaşa müharibəyə qatılması isə çox risklidir və dünya müharibəsinə belə yol açar. Çünki Azərbaycan Qərb üçün ölüm-qalım məsələsinə çevriləcək. Gürcüstandan sonra bizim ölkədə də Moskvanın özbaşnalığı qarşısında susmağın nə demək olduğunu ABŞ və Avropa ölkələri yaxşı anlayır.
Böyük ehtimalla, ermənilərin "hay-küy"ünün, psixoloji təzyiq niyyətlərinin arxasında rəsmi Bakının torpaqlarını hansı yolla olursa- olsun, azad edəcəyi yönündə bəyanatlarıdır və prezident İlham Əliyev də bunu andiçmə mərasimində xüsusi vurğulayıb. Prezident deyib ki, rəsmi Bakı Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt razılıq verməyəcək, dövlət müstəqilliyimizi möhkəmləndirərək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları və iqtisadi potensial bizim tərəfimizdədir. Bölgədə gedən siyasi proseslər Azərbaycanın mövqeyini gücləndirir. Azərbaycanın iştirakı olmadan bölgədə iqtisadi və regional əməkdaşlıq mümkün deyil. Torpaqlarımızın işğal altında olduğu müddətdə isə Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: "Hesab edirəm ki, qarşı tərəf bütün bu amilləri təhlil edərək reallıqla barışmalıdır. Reallıq da ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət aparmaq çox çətindir, qeyri-mümkündür. Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər, bizim fəal və hücum siyasətimiz nəticədə torpaqlarımızın işğalçılardan azad olunmasına gətirib çıxaracaqdır. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanın ordu potensialı çox böyük dərəcədə gücləndirilib. Ordumuzun hazırlıq, peşəkarlıq səviyyəsi böyük dərəcədə artıb. Eyni zamanda, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıb. Növbəti illərdə bu məbləğ daha da artırılacaq. 2009-cu il dövlət büdcəsinin layihəsində orduya ayrılan vəsait daha da böyük olacaq. Beləliklə, biz çox güclü ordu potensialı yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırırıq".
Belə görünür ki, hərbi təlimlər keçirməklə erməni şovinistləri mövcud reallıqla hələ barışmadıqlarını sərgilməyə çalışırlar.
"Reqnum" agentliyinin yaydlığı son məlumata gəlincə, yəqin ki, bununla Moskva Azərbaycana mesaj verməyə çalışır. Xatırladaq ki, az əvvəl ölkə mətbuatında Rusiyanın Laçın, Kəlbəcər və Şuşa istisnayla, digər rayonların qaytarılması müqabilində 58-ci ordusunu "sülhməramlı" qismində təmas xəttində yerləşdirmək, növbəti mərhələdə bu üç rayonu da azad etmək, status məsələsinisə sonraya saxlamaq planının olduğu barədə yazılmışdı. Məqsəd həm də Azərbaycanın ABŞ, Qərbə münasibətlərini arxa plana atmasına, tədricən Bakı-Tiflis-Ceyhan neft kəmərindən imtinasına nail olmaqdır.
Məsələylə bağlı fikirlərini öyrəniyimiz politoloq Zərdüşt Əlizadə fərqli fikirdədir. Onun qənaətincə, bölgədəki mövcud status-kvo Rusiyanı qane edir və yeni müharibə ona lazım deyil. Zərdüşt Əlizadəyə görə, "Reqnum" agentliyi vasitəsiylə bu cür məlumatları yaymaqla şimal qonşumuz tərəflərin psixoloji durumunu öyrənməyə çalışır.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin də yanaşması maraqlıdır. Onun sözlərinə görə, Rusiyayla Gürcüstan arasındakı hərbi konflikt regionda situasiyanın dəyişməsinə gətirib çıxarıb. Moskvanın ən yaxın müttəfiqi olan Ermənistanın xarici aləmlə əlaqəsi faktiki kəsilib. Digər tərəfdən, ABŞ başda olmaqla Qərbin Şərqdəki həmlələri və bu mərkəzin Gürcüstandakı iştirakı Rusiyanı regionda öz təsirini saxlamaq üçün aktiv səylər göstərmək məcburiyyətində qoyur.
Hikmət Hacızadə bildirdi ki, Moskva indiki situasiyada Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını və orada rus sulhməramlılarının yerləşdirilməsini, Dağlıq Qarabağın statusunun isə saxlanılmasını təklif edə bilər. Bu halda Qarabağ konflikti Kipr modelində dondurulacaq: "Ancaq Qərb də öz növbəsində Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir və ABŞ və Avropa Birliyi regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində təkid göstərəcək". xalqcebhesi

BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN RƏHBƏRİ İRANI GÜNAHLANDIRIB

BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN RƏHBƏRİ İRANI GÜNAHLANDIRIB

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradeyi İranı agentliyin aparmaq istədiyi araşdırmaya maneə törətməkdə günahlandırıb.


Əl-Baradeyi



«Media forum» saytının məlumatına görə, oktyabrın 27-də BMT Baş Assambleyasında çıxış edən Baradeyi İranın nüvə proqramının dinc xarakter daşıyıb-daşımadığı barədə hələ də konkret nəticəyə gələ bilmədiyini və İranın bu sahədə agentliklə kifayət qədər əməkdaşlıq etməməsindən təəssüfləndiyini vurğulayıb.

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın nüvə təsisatı haqda əldə edəcəyi informasiyaların ABŞ və ya İsrailə ötürüləcəyindən ehtiyatlanır.

BMT Təhlükəsizlik Şurası uranı zənginləşdirməyi davam etdirdiyinə görə bu günə qədər İrana qarşı sanksiyaları nəzərdə tutan 5 qətnamə qəbul edib. İran bu qətnamələri rədd edir və öz nüvə fəaliyyətinin dinc xarakter daşıdığını bildirir.




«Media forum»

Elçibəyin oğlu hospitala yerləşdirilib

Elçibəyin oğlu hospitala yerləşdirilib

Ərturqut Əliyev 10 günə yaxındır müalicə keçir

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev hərbi xidmət keçdiyi Gəncədəki “N” saylı hərbi hissədə xəstələnib. Lent.az-ın məlumatın görə, Bakıdakı hərbi hospitallardan birinə yerləşdirilən Ə.Əliyevin vəziyyəti hazırda yaxşıdır.

Məlumatda bildirilir ki, əsgər Ərturqut Əliyev artıq 10 günə yaxındır ki, hospitalda müalicə keçir.

Əldə etdiyimiz məlumata görə, bu gün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev hospitalda Elçibəyin oğlunu ziyarət edib.

Xatırladaq ki, Ərturqut Əliyev bu il Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Pərvin ABBASOV

LENT.AZ

27 Ekim 2008 Pazartesi

Təbrizdəki konsulumuz: ”İran mətbuatında yazılanlar yalandır, uydurmadır, təxribatdır“ - EKSKLÜZİV

Təbrizdəki konsulumuz: ”İran mətbuatında yazılanlar yalandır, uydurmadır, təxribatdır“ - EKSKLÜZİV


“Bu, vizadır, konfet kağızı deyil ki, müraciət edən kimi verilsin”

“İran mətbuatında Azərbaycanın Təbrizdəki Konsulluğunda viza verilməsi zamanı süründürməçilik və rüşvət hallarının olması barədə yazılanlar yalandır”. Bunu Lent.az-a eksklüziv açıqlamasında Azərbaycanın İranın Təbriz şəhərindəki konsulu Ayxan Süleymanov deyib. “Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təlimata əsasən konsulluqda viza 72 saat ərzində verilir. Həmin 72 saata iş günlər aid deyil”, - deyə konsul əlavə edib.

Konsul İran televiziyasında belə bir informasiyanın yayılmasından xəbərsiz olduğunu deyib: “Bunun İranın qəzetlərdə, internet saytlarında getməsindən xəbərimiz var”.

Konsul deyib ki, bu barədə xəbər harada yayılıbsa yalandır, uydurmadır, qarayaxmadır, təxribatdır: “Konsulluğa kim müraciət edirsə – İran vətəndaşı, ya başqa ölkənin vətəndaşı – qeyd etdiyim kimi, viza 72 saat müddətində verilir. Vizanın ondan tez verilməsi mümkün deyil. Bu, vizadır, konfet kağızı deyil ki, müraciət edən kimi verilsin. Hər gələnə hər dəqiqə viza vermək olmaz ki”.

Qeyd edək ki, İran mətbuatında Təbrizdəki konsulluqda viza verilərkən rüşvət alınması iddiası ilə yazılar dərc olunub, həmçinin saytlarda bu barədə xəbərlər yer alıb.

“Yeni Müsavat” qəzeti isə yazır ki, ötən gün İran televiziyasında (“Səhər” – P.A.) analoji veriliş göstərilib.

Pərvin ABBASOV

LENT.AZ

TURKSOY-un növbəti XXVI toplantısı gələn il Bakıda keçiriləcək

TURKSOY-un növbəti XXVI toplantısı gələn il Bakıda keçiriləcək


TÜRKSOY-un növbəti XXVI toplantısı gələn il Bakıda keçiriləcək. Ötən gün öz işini Bişkek şəhərində başa çatdıran TÜRKSOY təşkilatının XXV toplantısında belə qərar qəbul olunub və sədrlik Türkiyənin Mədəniyyət naziri Ərtoğrul Günaya həvalə olunub.
TÜRKSOY-un bundan əvvəlki baş direktoru Dyüsen Kaseinov Trend News-ün müxbirinə eksklüziv müsahibəsində deyib:
- TÜRKSOY hər dəfə öz toplantısını ən əlamətdar hadisələrin və tədbirlərin qeyd olunduğu bir vaxta salır. Məsələn, Qırğızıstanda keçirilən növbəti toplantımız dünyaşöhrətli yazar Çingiz Aytmatovun anadan olmasının 80 illik yubileyinə təsadüf edirdi. On il əvvəl də Aytmatovun sağlığında onun 70 illik yubileyi zamanı TÜRKSOY-un iclası Bişkekdə keçirilib. Gələn il Bakı şəhəri İslam Mədəniyyətinin Mərkəzi adını daşıyacağını nəzərə alaraq, TÜRKSOY-un XXVI toplantısını Azərbaycanın ana şəhərində keçirmək planlaşdırılıb. Tədbirlərin çoxluğuna görə, dəqiq vaxtı hələlik məlum deyil. Ökələrimizin Mədəniyyət nazirləri ilə razılaşdıqdan sonra tarixini açıqlayacağıq."
- TÜRKSOY hansı mühüm tədbirlər keçirməyi nəzərdə tutur?
- Türk Dünyası istedadlarının üzə çıxarılması istiqamətində teatr, musiqi, balet, poeziya, rəssamlıq və sair üzrə müsabiqələr keçiriləcək və qaliblərə TÜRKSOY-un xüsusi təqaudləri veriləcək. Misal üçün artıq bu dönəmdə “Ədəbiyyat və İncəsənət sahəsindəki xidmətlərinə görə” mükafata layiq görülən Çingiz ağamızın mükafatını rəhmətliyin xanımına təqdim etdik. Bu barədə qərar isə hələ yazarın sağlığında qəbul olunmuşdu. Önümüzdəki aylarda ənənəvi olaraq Türkdilli xalqların “Tuqanlıq” teatr festivalını Başqırdıstanda keçirmək qərarına gəldik. Çünki orada bir sıra mühüm əhəmiyyətli tədbirlər planlaşdırılıb.

Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyətlərindən olan şəhid Qulamrza Əmaninin dəfn mərasimində 3 minə yaxın milli fəal iştirak edi

Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyətlərindən olan şəhid Qulamrza Əmaninin dəfn mərasimində 3 minə yaxın milli fəal iştirak edib

Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyətlərindən olan şəhid Qulamrza Əmaninin dəfn mərasimində 3 minə yaxın milli fəal iştirak edib. DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli azadlıq hərəkatının tanınmış şəxsiyətlərindən olan Mühəndis Qulamrza Əmani və iki qardaşı Kərim və Cəfər 24 oktyabr 2008 inci il tarixində qondarma yol qəzasındə qətlə yetirilmişlər.Bu xəbər yayılan kimi güney Azərbaycanın bütün bölgələrindən milli hərəkat fəalları Təbrizə gələrək mərumların ailə və yaxınlarına baş sağlığı verərək onlarla həmdərd olduqlarını bildiriblər.Mərhumların dəfn mərasimi 25 oktyabr 2008 inci il tarixində Təbrizdə Maralan məzarlığında 3 minə yaxın Güney Azərbaycanın tanınmış şəxsiyətləri və milli fəalları iştirak etmək üçün toplaşmışlar.Çoxlu sayda milli fəalın dəfin mərasimində iştirakından qorxuya düşən Cinayətkar molla hakimiyyəti minlərlə polis və ETTELAAT məmurlarını mərasimin qarşısını almaq məqsədilə Təbrizin mərkəzində və Maralan məzarlığının girişi və ətrafını mahasirəyə almasalarda Dəfn mərasimi səhər tezdən axşama qədər dəvam etdi.Yağış yağmasına baxmayaraq Dəfn mərasimində Güneyin tanınmış ziyalıları məzarın önündə çıxışlar etdilər.Mərhum Qulamrza Əmaninin həyat yoldaşı Günəş xanım mərasimdə iştirak edənlərə öz minnətdarlığını bildirərək mərhum Qulamrza bəyin yolunun həzaman dəvam etdirəcəyini bildirib və bu muqəddəs yolda bütün Azərbaycan Türklərinə sarsılmaz iradə arzulayıb. Çıxış edənlər Həsən Dəmirçi,Əkbər Azad,Həsən Rəhimi,Çəngiz Bəxtavər,Səid Mətinpur,Huşəng Cəfəri,Hidayət Zakir,Əbdullah Əbasi Cəvan,Şəhnaz Qulami,Mahmud Fəzli və Mərhum Qulamrza Əmaninin böyük Qardaşı da çıxış etdilər.Mərasim iştirakçıları “Azərbaycan başın sağolsun,Buqn yerdə qalmayacaq,Şəhidlər Ölməz Vətən Bölünməz,Ayrılıq mahnısını birlikdə səsləndiriblər.ETTELAAT məmurları mərasim iştirakçılarını vido lente və foto şəkillərini çəkirmişlər dəfin mərasimi Azərbaycanın marşıilə sona çatmışdır.

Qarabağ danışıqlarında şübhəli mərhələ

Qarabağ danışıqlarında şübhəli mərhələ


"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək saziş tapmağa səy göstərir".

Bu fikirləri "Trend"ə açıqlamasında ABŞ dövlət katibi müavininin köməkçisi, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, ABŞ hər iki tərəfi razı salacaq, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutacaq və özündə əlavə beynəlxalq prinsipləri əks etdirəcək saziş tapmağa səy göstərir. Xatırladaq ki, bu, amerikalı həmsədrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ilk bəyanatı deyil. Bir müddət öncə BBC radiosunun Rus xidmətinə müsahibə verən Brayza münaqişənin həll edilməsində əsas prinsipin Azərbaycanın ərazi bütövlüyü olduğunu bildirmişdi:

"Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlamalıyıq, sonra isə danışıqları kompromis və çərçivə sazişinə çatdırmaq üçün digər prinsiplər əlavə olunmalıdır. Bu o deməkdir ki, bizim hamımız hüquqi cəhətdən və beynəlxalq qanunlara görə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməliyik".

Mraqlıdır ki, bu günlərdə İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Daniel Frid Brayzanı təkzib edərək bildirmişdi ki, həmkarının sözlərini media təhrif edib və münaqişənin həllində ərazi bütövlüyü prinsipi vacib məsələlərdən biri olsa da, yeganə deyil, xalqların öz müqəddəratını təyinetmə hüququ da belə normalardandır: "Bu iki prinsipin qarşılaşdırılması kifayət qədər çətin prsesdir. Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində nizamlanması prosesində bunun üçün iş aparılır və real təkamül müşahidə olunur".

İndi Brayza, bir qədər yumşaq formada olsa da, yenə də ərazi bütövlüyü prinsipi vurğulayıb.

"Gürcüstan hadisələrindən sonra ABŞ-ın mövqeyində dəyişiklik baş verib. Onlar indi yuxudan oyanmış kimidirlər", - deyə "Ekspress"in əməkdaşı ilə söhbətində politoloq Hikmət Hacızadə söyləyib. Onun sözlərinəə görə, Qərb Cənubi Osetiya hadisələrindən əvvəl Rusiyanı düzgün qiymətləndirmirdi: "Moskvanın təhlükəli olduğunu Gürcüstana təcavüzdən sonra anladılar".

Hacızadə deyir ki, Amerikanın fəallağı Azərbaycanın xeyrinə dəyişib. "Brayza əvvələr referendum bağlı bəyanatları çox səsləndirirdi. Müxtəlif mücərrəd fikirlər söyləyirdi. İndi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret danışır".

Münaqişənin həlli ilə bağlı hazırda müzakirə olunan plana toxunan Hacızadə əsas diqqəti sülhməramlı qüvvələrin tərkibinə yetirməyin vacib olduğunu bildirdi:"Əvvəlcə yeddi rayon azad olunmalıdır. Ermənistanla komminikasiya xətləri açılmalıdır. Bundan sonra Azərbaycanla Ermənistanın arasında sülhməramlı qüvvələr yerləşdiriləcək. Burda söhbət həmin qüvvələrin kimlərdən ibarət olacağıdır. Rusiya istəyir ki, onun əsgərləri olsun, Amerika isə beynəlxalq qüvvələrin təşkil olunmasını istəyir". Rusları Qarabağa buraxmaq olmaz, bu, "BMT, ATƏT və digər təşkilatların qüvvələri ola bilər".

Politoloq Cümşüd Nuriyevin fikrincə, Rusiyanın da, Amerikanın da mövqeyində dəyişiklik baş verib: "Qafqaz, xüsusilə də Azərbaycan nüfuz dairəsi savaşındadır. Hər iki dövlət regionda öz təsirini artırmağa çalışır".

Nuriyevin sözlərinə görə, Gürcüstan hadisələrindən sonra ABŞ Qafqazda gücünün həlledici rol oynamadığını gördü: "Amerika indiyə qədər Dağlıq Qarabağı öz büdcəsindən xüsusi maddə ilə maliyyələşdirən yeganə dövlətdir. Rusiya isə Qarabağ problemini yaradan dövlətdir. Hazırda Moskva öz zədələnmiş imicini düzəltmək istəyir. Amerika isə öz nüfüz dairəsini genişləndimək istəyir. Daha doğrusu, Azərbaycanı nüfuz dairəsinə salmaq istəyir. Çünki Azərbaycan siyasi və iqtisadi cəhətdən müstəqil dövlətdir".

Politoloq istənilən vəziyyətdə Rusiyasız Qarabağı həll etməyin mümkün olmadığını deyir: "Amerikanın gücü çatsa idi, indiyədək həll edərdi".

Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə noyabrın əvvəllərində keçiriləcək üç prezidentin Moskva görüşünə toxunan ekspert, beş rayonun qaytarılması barədə razılıq əldə olunacağını ehtimal edir.

Politoloq Qabil Hüseynli isə Rusiyanın Qarabağla bağlı məlum mövqeyinə görə, bu ölkənin səylərinin prosesə müsbət təsir edəcəyinə o qədər də ümid etmir:"Çünki Rusiya hər zaman Ermənistanı özünün strateji müttəfiqi hesab edir, onun ərazilərində hərbi bazalar saxlayır və eyni zamanda, Qarabağ ətrafındakı rayonların işğalı prosesində iştirak edib. Xocalı soyqırımında 366-cı motoatıcı diviziyanın iştirakı da yadımızdan çıxmayıb. Bu tarixi keçmişi yada salaraq Medvedevin indiki təşəbbüslərində Azərbaycanın marağını güdən hansısa bir uğurlu addımın olduğunu təxmin etmirəm. Belə hesab edirəm ki, Rusiya tərəfi Qarabağı Azərbaycandan ayırmaq üçün müxtəlif variantlara əl atır".

Politoloqun fikrincə, Rusiyanın Gürcüstana təcavüzündən sonra mövqeləri kifayət qədər zəifləyib. Xüsusilə, Avropa və Amerika dövlətləri qarşısında tam aşağı düşüb." Sözsüz ki, Rusiya bu imici bərpa etmək bərpa etmək üçün yollar axtarır. Lakin son zamanlar bu problemin həllində fərqli çalarlar ortaya çıxır. Rusiyanı da tələsdirən bu məqamlardır. Bu məqamlardan biri Amerikanın problemin həllində müəyyən uğurlar qazanması və nüfuz əldə etməsidir. Eləcə də, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürdüyü müsbət təşəbbüslərin olmasıdır".

Q.Hüseynli hesab edir ki, ruslar məsələnin həlində irəli düşməklə Dağlıq Qarabağ münaqişəsini birdəfəlik Ermənistanın xeyrinə həll etməyə çalışır:" Güman edirəm ki, Ermənistan da Dağlıq Qarabağ probleminin onların istəyinə uyğun həll edilməsi müqabilində Ermənistana daha irihəcmli Rusiya qoşunlarının yerləşdirilməsinə icazə verəcək.

Bu isə, faktiki olaraq, Rusiyanın Cənubi Qafqazda hegemonluğunu təmin etmiş olacaq. Rusiya bu addımı atmaqla Amerikanın bir çox planlarını- ümumiyyətlə indiyədək həyata keçirilmiş irimiqyaslı layihələrin çətinə düşməsinə şərait yaradacaq. Bir sözlə, məsələnin bu şəkildə həlli Rusiyaya strateji üstünlük qazandıracaq və Qərbin, ilk növbədə, Amerikanın bu bölgədə təsirini xeyli zəiflədəcək. Bu da NATO-nun genişlənməsi, eyni zamanda, bu bölgədə olan ölkələrin Avropa Birliyinə inteqrasiyasına əngəllər yaradacaq. Lakin bunun çox asanlıqla baş verəcəyini təxmin etmirəm.

Rusiya qoşunlarını Dağlıq Qarabağda yerləşdirmək istəyir. Lakin bunu sülhməramlı qüvvələrin bayrağı altında həyata keçirmək arzusundadır. Əgər bu baş verərsə, bu prosesi Azərbaycanın suverenliyinə xələl gətirmək kimi qiymətləndirmək olar.

Təbii ki, Azərbaycan hökuməti heç bir güzəştə getməyəcək və ciddi irəliləyişlər əldə etmək üçün daha mühüm addımlar atacaq".

Politoloq Rüstəm Məmmədov Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün baş tutacağına və müsbət effekti olacağına inanır. "Artıq Ermənistanla Azərbaycanı barışdırmağın, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi məsələsinin reallaşmasının zamanı çatıb.

İkinci bir tərəfdən isə Ermənistan Gürcüstan- Rusiya qarşıdurmasından sonra çox çıxılmaz vəziyyətdə qalıb. Yəni blokadadadır. Bu isə Ermənistanın sonu deməkdir. Rusiyaya gəlincə isə, bu münaqişədən sonra regionda, həqiqətən də, öz nüfuzunu qoruyub-saxlamaq imkanları məhdudlaşıb",-deyə politoloq bildirir.

Onun fikrincə, münaqişəni həll etməkdə Rusiya gücsüzlüyünü nümayiş etdirərsə, o zaman Rusiyanın nüfuzu tamam azalacaq, hətta blokada Ermənistanın özünü də Qərbə sürükləyəcək:"

Ona görə də, bu gün Rusiya münaqişəni həll etməyə çalışır. Lakin Rusiyanın özü də bu münaqişəni həll etmək iqtidarında deyil. Çünki bu gün əvvəlki dövr də deyil ki, Rusiya əmr etsin və Ermənistan da bu münaqişədən geri çəkilsin".

R.Məmmədov bildirir ki, Ermənistandakı millətçi şovinist qüvvələr Dağlıq Qarabağı belə asanlıqla boşaltmaq istəməyəcəklər:" 2000-ci ildə keçirilən beynəlxalq təhlükəsizliklə bağlı keçirilən bir konfransda çıxış etdim. Həmin çıxışdan sonra erməni nümayəndəsi Davud Şahnazaryan mənə yaxınlaşaraq bildirdi ki, əgər bu gün Rusiya geri çəkilsə və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına razılıq verərsə, ermənilər bunu qəbul etməyəcəklər.

Ona görə də, bu gün Rusiyanın özü də müəyyən dərəcə çətin vəziyyətdədir. Moskva başa düşür ki, Dağlıq Qarabağ statusuna gəlincə, burada çox ciddi məsələlər ortaya çıxacaq. Azərbaycana gəlincə isə, Rusiya burada mövqeyini itirəcək. Bu baxımdan da Kreml maksimum dərəcə erməniləri abıra salmağa çalışır. Ermənilərin isə geri çəkilməsinin bir modeli var. Onlar çıxılmaz vəziyyətdə qalaraq özləri yol axtarıb-tapmağa məcburdular".

Politoloq hesab edir ki, bu gün Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində müəyyən dönüşlər baş verə bilər:"Birmənalı olaraq, Rusiya artıq başa düşüb ki, Azərbaycanla münasibətlər çox ciddi qalmalıdır. Çünki Azərbaycan regionda lider dövlətdir.

Bütün bunlarla bərabər, Azərbaycan öz siyasətini ədalət üzərində kökləyib. Ona görə də, Ermənistanın və yaxud da digər bir dövlətin Azərbaycan haqqında hər hansı bir yalan fikrini heç bir dövlət qəbul etmir".

Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə gəlincə isə, R.Məmmədova görə, sülhməramlıların statusu müəyyənləşməlidir və o statusun mövcudluğundan sonra bu addımın hansısa dövlətə xələl gətirib-gətirməyəcəyi barədə fikir söyləmək olar:

"Əgər o qüvvələr həqiqətən sülhməramlı olacaqsa bu işin xeyrinədir. İnanıram ki, 2008-ci ildə bu məsələnin həlli istiqamətində çox böyük irəliləyişlər əldə olunacaq. ABŞ-da keçirilən seçkilər başa çatdıqdan sonra bunu daha əminliklə demək olar. Çünki bu seçkilərin də münaqişənin həllinə təsir edəcəyi gözlənilir".

Elçin Bayramlı
Bəkir Nərimanoğlu
/express/

Demokratiya Uğrunda İttifaq İranın Azərbaycandakı səfirinə məktub göndərib

Demokratiya Uğrunda İttifaq İranın Azərbaycandakı səfirinə məktub göndərib


Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda İttifaq (DUİ) İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zareyə məktub göndərib. DUİ-dən APA-ya verilən məlumata görə, məktubda İranda yaşayan azərbaycanlıların hüquqları, onların milli məsələlərlə bağlı qarşılaşdığı məqamlardan narahatlıq bildirilib: “Aldığımız məlumatlardan bəlli olur ki, İranda yaşayan azərbaycanlılar öz istək və arzularına, həmçinin beynəlxalq qanunvericiliyə uyğun olaraq milli istəklərini həyata keçirə biçmirlər. Bu istəkdə olan tələbələr, müəllimlər və müxtəlif peşə sahibləri həbs olunur, təzyiqlərə məruz qalır. Bütün bunlar isə nə beynəlxalq qanunlarla, nə də insani yanaşmalarla bir araya sığımır”.
Məktubda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, təqiblərin azaldılması, saxlanılan milli fikirli azərbaycanlıların sərbəst buraxılması da zəruri hesab olunub. Məktubda DUİ-nin Sədrlər Şurasının üzvləri bütün bu məsələlərlə bağlı səfirlə görüşməyə hazır olduqlarını da qeyd ediblər.

Azərbaycan komandası dünya ikincisi oldu


Azərbaycan komandası dünya ikincisi oldu

Tehranda keçirilən qaydasız döyüş üzrə Dünya çempionatında pankrationçulardan ibarət Azərbaycan komandası ümumi komanda hesabında 2-ci yeri tutub
İranın paytaxtı Tehranda keçirilən qaydasız döyüş üzrə Dünya çempionatında, Azərbaycan pankrationçuları uğurla çıxış edib. 85 kq çəki dərəcəsində mübarizə aparan Şəhriyar Abbasov qızıl medal qazanıb. Bəxtiyar Abbasov isə 95 kq döyüşçülərin yarışında Dünya çempionatının qızıl medalını qazanıb. Yığma komandamızın digər üzvü Etiqad Atakişiyev Dünya çempionatının gümüş, 57 kq çəki dərəcəsində döyüşən Babək Sədiyev isə fəxri bürünc medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan Dünya çempionatında 8 mümkün çəkidən 7-sində təmsil olunub. Aktivində 2 qızıl, 1 gümüş, 1 bürnc medal olan Azərbaycan komandası ümumi komanda hesabında 2-ci yeri tutub. /ANS PRESS/

Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan filmi beynəlxalq festivalda mükafata layiq görülüb


Bakı. Ülkər Qasımova-APA. Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən II İssıkul Beynəlxalq Kinofestivalı öz işini yekunlaşdırıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Çingiz Aytmatovun xatirəsinə həsr olunmuş festivalın müsabiqəsində on dörd ölkənin istehsalı olan 40-a qədər film iştirak edib. Festivalın açılışında Ç. Aytmatovun “Əlvida, Gülsara!” romanı əsasında Qazaxıstanda çəkilmiş film nümayiş etdirilib. Azərbaycan kinosu festivalda “Dua” sənədli filmi ilə təmsil olunub. Münsiflər heyətinin qərarı ilə “Dua” filmi “Sülh mövzusunun ən yaxşı əksinə görə” mükafatına layiq görülüb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş film 2008-ci ildə “Salnamə” studiyasında rejissor Ziya Şıxlinski tərəfindən çəkilib. Filmin ssenari müəllifi Yusif Şeyxov, operatoru Rafiq Quliyevdir.

URMİYALI FƏAL HƏSƏN ƏZİZZADƏ MÜVƏQQƏTİ AZADLIĞA BURAXILIB

URMİYALI FƏAL HƏSƏN ƏZİZZADƏ MÜVƏQQƏTİ AZADLIĞA BURAXILIB


Güney mənbələri xəbər verir ki, bir neçə gün əvvəl separatçılıq və pantürkizmdə günahlandırılaraq Maku İnqilab Məhkəməsinə çağırılan urmiyalı fəal Həsən Əzizzadə 40 milyon tümən mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. «Media forum» saytının məlumatına görə, fəal məhkəməsi qurulana qədər azadlıqda qalacaq.

H.Əzizzadə 1 il əvvəl də separatçılıqda günahlandırılaraq həbs edilmiş və bir neçə ay sonra sərbəst buraxılmışdı.




«Media forum»

İRAN PARLAMENTİ DAXİLİ İŞLƏR NAZİRİNİN DİNDİRİLMƏSİNƏ SƏS VERDİ. PREZİDENT DƏ PARLAMENTƏ GƏLƏCƏK

İRAN PARLAMENTİ DAXİLİ İŞLƏR NAZİRİNİN DİNDİRİLMƏSİNƏ SƏS VERDİ. PREZİDENT DƏ PARLAMENTƏ GƏLƏCƏK


Oktyabrın 27-də İran parlamenti fəxri doktorluq dərəcəsi saxta çıxmış daxili işlər naziri Əli Kürdanın qanunverici orqanda dindirilməsinə səs verib. «Media forum» saytının məlumatına görə, parlamentarlar Ə.Kürdana birgə məktubla müraciət etmək qərarına da gəliblər. Məktubda nazirin könüllü istefa verməsi tələb olunacaq.

Parlamentdəki səsvermədən bir gün əvvəl, oktyabrın 26-da İran prezidenti Mahmud Əhmədinejad ölkə ostandarları ilə görüşündə Ə.Kürdanı müdafiə etdini vurğulayıb: «Kimisə dindirmək deputatların təbii haqqıdır. Lakin mən dindirilmə günü parlamentə gedib daxili işlər nazirini müdafiə edəcəm. Mənimçün insanların ali təhsil ocaqlarından aldığı sənəd yox, onların xidmət əhval-ruhiyyəsinə malik olub-olmaması daha çox əhəmiyyət daşıyır».

Ə.Kürdanın fəxri doktorluq dərəcəsinin saxta olduğu haqda ilk xəbəri bir xeyli əvvəl İran hakimiyyətinə yaxın saytlardan biri yaymışdı. Bundan sonra saytın fəaliyyəti dayandırılsa da, məsələyə ciddi yanaşan İran parlamentinin deputatları Ə.Kürdanı dəfələrlə parlamentə çağıraraq sorğu-suala tutmuş, ondan fəxri doktorluq dərəcəsini hardan aldığı haqda izahat istəmişdilər. Get-gedə qızışan mübahisələrin ardınca İran parlamentinin təlim və tədqiqat komissiyasının sədri Əli Abbaspur jurnalistlərə açıqlamasında Ə.Kürdanın doktorluq dərəcəsinin olmadığını vurğulamışdı. Kürdan fəxri doktorluq dərəcəsini Oksford Universitetindən aldığını bildirmiş, ancaq az sonra bu təhsil ocağı onun dediklərini təkzib etmişdi.





«Media forum»