azadlig radiosu

GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Ocak 2009 Cumartesi

İRAN DALANAN YERDƏ MƏŞHUR FUTBOL KLUBUNUN QADIN və KİŞİ KOMANDALARI ARASINDA OYUN QALMAQAL YARADIB

İRANIN MƏŞHUR FUTBOL KLUBUNUN QADIN və KİŞİ KOMANDALARI ARASINDA OYUN QALMAQAL YARADIB

Tehranın «Mərğubkar» stadionunda qadın və kişi futbolçular arasında matç keçirilməsi qalmaqal yaradıb. Məşhur «İstiqlal» klubunun yeniyetmə qız və oğlanlardan idarət iki komandası arasında oyun İdman Təşkilatı rəsmilərinin etirazına səbəb olub.

«Media forum» saytının məlumatına görə, İran İdman Təşkilatı sədrinin müavini Əbdülrza Savər jurnalistlərə açıqlamasında oyunu təşkil edənlərə qarşı çox kəskin və ciddi tədbirlər görüləcəyini bildirib.

İran İdman Təşkilatının bir sıra digər rəsmiləri də klubun cəzalandırılmasını tələb ediblər.

«Media forum»

MİLLİ FƏAL Abdulla Abbasi ümumi rejimli həbsxanaya köçürülüb

Abdulla Abbasi ümumi rejimli həbsxanaya köçürülüb

Abdullah Abbasi Cavan
Qeyri-rəsmi mənbələrin məlumatına görə, iki ay öncə Tehranda Səttarxanın məzarı üstündə keçirilən anım mərasimi zamanı həbs olunan Tehranın Rəcai Universitetinin müəllimi, cənab Abdulla Abbasi Cavan “Evin” həbsxanasının 209 saylı təcridxanasının ümumi rejimli bölümünə köçürülüb.
Yerli mənbələr bildirir ki, cənab Abbasi öz ailəsi ilə telefon söhbəti zamanı bu xəbəri verib.
Cənab Abbasi ilə birlikdə həbs olunan onun bacısı oğlu Ərdəbilli fəal Hüseyn Hüseyni isə artıq 50 milyon tümən qarşılığında zaminə buraxılıb. Adı çəkilən fəalların İrandakı azərbaycanlıların milli-mədəni haqları uğrunda fəaliyyətlərinə görə İranın təhlükəsizlik orqanları tərəfindən həbs olunduğu bildirilir. voa

Həmədandakı İbn Sina Universitetinin azərbaycanlı tələbəsi dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq 195 gün müddətinə azadlıqdan məhrum edilib. Bu

Həmədandakı İbn Sina Universitetinin azərbaycanlı tələbəsi dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq 195 gün müddətinə azadlıqdan məhrum edilib. Bu barədə RİA-ya Dünya

Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanvarın 20-də vəkilin iştirakı olmadan Həmədan şəhər İnqilab Məhkəməsinin qərarı ilə İbn Sina Universitetinin azərbaycanlı tələbəsi Məhəmməd Səyyadi İranın dövlət quruluşu əleyhinə fəaliyyətdə, iğtişaşlar yaratmaqda ittiham olunaraq, 195 gün müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən azərbaycanlı tələbə isə ona qarşı irəli sürülən ittihamları rədd edərək, yalnız Azərbaycan türklərinin hüquqları uğrunda fəaliyyət göstərdiyini açıqlayıb. Yanvarın 21-də isə İbn Sina Universitetinin bir qrup tələbəsi məhkəməsinin qərarına etiraz edərək, ali məktəbin həyətində aksiya keçirməyə cəhd ediblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra aksiya dağıdılıb.

Ria.Az

GÜNEY AZƏRBAYCANA GƏLMƏLƏR KÖÇÜRÜLMƏKDƏDİR

GÜNEY AZƏRBAYCANA GƏLMƏLƏR KÖÇÜRÜLMƏKDƏDİR

Yerli əhalini bu sayaq sıxışdıran Tehran gəlmələrin vasitəsilə türk tarixini saxtalaşdırır

S.SOLTAN

Çoxsaylı arxeoloji tapıntılar türklərin indi yaşadığı ərazidə ta qədim zamanlardan məskunlaşdığını təsdiqləməkdədir.
Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzinin yaydığı xəbər də bu barədədir. Məlumatda deyilir ki, İran rəhbərliyi Güney Azərbaycan tarixini saxtalaşdırmaqda və mədəniyyət abidələrimizi oğurlamaqdadır. Bir müddət öncə Güney Azərbaycanın Xudafərin bölgəsində tarixi araşdırma aparılıb və bununla bağlı yaxın zamanlarda kitab buraxılacağı gözlənilir. Həmin kitabda bölgənin tarixi saxtalaşdırılmış şəkildə təqdim olunacaq. Mənbənin bildirdiyinə görə, aparılmış araşdırmanın "nəticə"sində Xudafərinin farslara mənsub olduğu öz əksini tapacaq. Halbuki, bölgədə tapılan tarixi-mədəni abidələrin çoxu Kür-Araz mədəniyyətinə aiddir.
İranın Mədəni Abidələri Qoruma İdarəsi məsul şəxslərinin verdiyi məlumata görə, artıq eksponatlar yoxa çıxıb. Aşkarlanan əşyaların xəbərsiz-ətərsiz Tehrana aparıldığı da bəlli olub. Hazırda onların harada saxlanıldığı və sonrakı taleyinin necə olacağı məlum deyil.
Xatırladaq ki, oxşar hadisələr əvvəllər də baş verib. Belə tarixi abidələrin qalıqları sonralar Avropa muzeylərindən aşkarlanıb. Bundan başqa, bir neçə il öncə Güney Azərbaycan qəbiristanlarındakı "qoç heykəl"lərin, başdaşlarının dağıdıldığı və ya yoxa çıxdığı barədə xəbərlər yayılırdı. Sonradan məlum oldu ki, bu tarixi abidələr keçmiş prezident Rəfsəncaninin oğlunun başçılıq etdiyi qrup tərəfindən oğurlanaraq xaricə satılıb və tar-mar edilib. Amma hazırda dini ekspertlər şurasına başçılıq edən Rəfsəncaninin oğluna qarşı hər hansı ölçü götürülmədi.
"Baybak"ın məumatında isə bildirilib ki, Azərbaycanın Qərb bölgəsinin Tikantəpə (indi bura Tikab deyirlər) rayonundakı Qaraömər kəndi yaxınlığında qədim mağara tapılıb. Bu mağaranın içində bir neçə otaq və əşyalar aşkarlanıb. Əlavə etmək lazımdır ki, Tehran Güney Azərbaycana aid başqa ərazilər kimi bu rayonun da adını dəyişdirməklə bölgənin türklərə məxsus olmadığını sübuta yetirmək niyyətindədir.
Xatırladaq ki, İran hakimiyyəti bu rayon yaxınlığında 15 ildən artıqdır su bəndi tikir. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə başlanılan bu layihənin taleyi də başqa oxşar layihələrin taleyini təkrarladı. Maliyyə çatışmazlığı ucbatından işlər yarımçıq saxlanıldı. 2008-ci ildən isə tikinti prosesini bərpa ediblər.
Bununla yanaşı, son zamanlar Azərbaycanın bu rayonuna çoxlu sayda gəlmə kürdlər də yerləşdirilib. "Baybak"ın yaydığı xəbərə görə, Tehran bu addımı ilə bütövlükdə Qərbi Azərbaycan əyalətinin türklərə aid olduğunu şübhə altına almağa və beləliklə, türk tarixini saxtalaşdırmağa çalışır.

TEHRANIN 17 MİN "DÜŞMƏN"i

TEHRANIN 17 MİN "DÜŞMƏN"i

İran hakimiyyəti dükan adlarının türkcə adlandırılmasını belə "milli təhlükəsizliyə qarşı addım" sayır

S.SƏDRƏDDİN

Azərbaycan türkləri milli haqlarının təmin olunması uğrunda Güney Azərbaycanda mübarizəni davam etdirməkdədir. Bu hərəkat Azərbaycan türkcəsinin orta məktəb və universitetlərdə tədrisi, milli mədəniyyətin qorunması və inkişafı, iqtisadiyyata diqqət ayrılması və s. məsələlərin gerçəkləşməsini tələb etməkdədir.
Tehran hakimiyyəti isə hərəkatın istəyinə müsbət cavab verib öz ömrünü uzatmaqdansa, onları təzyiqlə qarşılayır, bunun qarşısını çeşidli vasitələrlə almağa çalışır.
"Baybak"ın yaydığı məlumata əsasən, bir ay öncə İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən yaşadığı evin önündə həbs olunan Vahid Şeyxbəylinin zindanda durumu ağırdır. Ona mənəvi və fiziki təzyiqlər edilir. Xəbərə görə, o, sorğu-sual edilmək üçün aparılsa da, bu müddət ərzində ailəsinə V.Şeyxbəyli barədə məlumat verilməyib.
Yanvarın 21-də Təbrizdəki Azad Universitetin tələbələri V.Şeyxbəylinin azadlığa buraxılması tələbi ilə oturaq etiraz aksiyası keçiriblər.
Xatırladaq ki, "Arman" tələbə təşkilatının keçmiş üzvü Vahid Şeyxbəyli 2006-ci ilin məlum may etiraz aksiyalarında iştirak etdiyinə görə 90 günlük həbs edilmişdi. Bu dəfə, 2008-ci il dekabrın 24-də tutulandan sonrakı müddət ərzində o, ailəsi ilə yalnız bir dəfə telefonla danışıb. Onun həbsinin səbəbini indiyədək hələ də açıqlamayıblar. Bu günlərdə yayılan xəbərlərdə ailə üzvləri onun taleyindən xəbərsiz olduqlarını bildiriblər.
Tehran hakimiyyəti fars olmayanların milli mədəniyyətini də inkar etməkdədir. O, dünyaya çatdırmaq istəyir ki, bu ölkədə bir mədəniyyət var - "İran mədəniyyəti" və onun da başında fars etnik kültürü durur.
Ötən gün İslam Respublikası "Musiqi evi"nin müdiri Məhəmməd Sərir bildirib ki, yaxın zamanlarda UNESCO-da İran musiqisi günü qeydə alınacaq. Onun sözlərinə görə, bu, beynəlxalq çərçivədə İran musiqisi ilə bağlı atılmış ilk addımdır.
Tehran hakimiyyəti bu sayaq saxta davranışı ilə ölkədə milli-mədəni problemin olmadığını dünyaya çatdırmaq istəyir. Əslində, "İran mədəniyyəti" adı altında daha çox fars musiqisinin təqdim və təbliğ olunduğu sirr deyil. Hələ bir müddət öncə İslam Respublikası "Novruz" bayramını da UNESCO-da İranın "milli bayram"ı kimi təsdiq etdirməyə cəhd göstərmişdi. Amma Tehranın bu arzusu gözündə qaldı. İndi isə Tehran BMT-nin bu bölməsində Güney Azərbaycan mədəniyyətini İran, daha doğrusu, "fars mədəniyyəti" adı altında təqdim etmək istiqamətində fəaliyyətə başlayıb. Başqa sözlə, Qaradağ, Urmiya aşıqları "İran aşığı" kimi dünyaya təqdim ediləcəklər.
İqtisadi baxımdan da vəziyyət ürəkaçan deyil. Beynəlxalq maliyyə böhranı isə onsuz da ağır olan durumu daha da ağırlaşdırıb. "Azadtribun"un məlumatına görə, Güney Azərbaycanın Marağa şəhərindəki kağız fabrikinin əlaqələr üzrə məsulu Müzəffər Ağayi İranın "Fars" xəbər agentliyinə müsahibəsində deyib ki, müəssisənin elektrik enerjisi kəsilib. O bunun səbəbini işıq pulunun ödənilməsi üçün maliyyə vəsaitinin olmaması ilə əlaqələndirib. Müəssisədə 300 nəfər çalışır. Elektrik enerjisi kəsiləndən sonra fabrik bağlanıb. İşçilər haqqı ödənilmədən məzuniyyətə göndəriliblər. Məlumata əsasən, müəssisənin işığının kəsilməsindən Marağa icra hakimiyyəti xəbərdardır. Hakimiyyət fabrikin maliyyə böhranından çıxması istiqamətində heç bir addım atmayıb.
Onsuz da, Güney Azərbaycan bölgələrində sənaye müəssisələri azdır. Tehran az sayda olan bu kimi zavod və fabriklərin işləməsinə belə, indiki şəraitdə yardım etmir.
İran İslam Respublikası rəhbərliyi türkcə adlardan da vahimələnir. Milli hərəkat türk dilində adların qoyulmasını da tələb etməkdədir. DAK informasiya mərkəzinin məlumatına görə, dükanlarına türkcə adlar qoyan Ərdəbil əyalətinin Germi rayonundakı sahibkarlar yerli inqilab məhkəməsinə çağırılıb. "Çənlibel" adlı mağazanın yiyəsi Şəhruz Əsədiyə məhkəmədən deyiblər ki, bu adı qoymaqla o, "İran dövlətçiliyinə qarşı fəaliyyət göstərir" və dükanın adını dəyişməlidir. ETTELAAT əməkdaşları onun dükanının qarşısındakı türkcə reklam lövhələrini sökərək özünü qurumun təcridxanasında saxlayıb sorğu-suala tutublar.
Xəbərdə bildirilib ki, "Ana", "İlqar", "Sarı tel", "Ayatay", "Türk" kimi adlar qoyulmuş ticarət obyektləri və müəssisələrin adları artıq dəyişdirilib.
Azərbaycanlı iş adamları şirkət və dükanlarına türkcə ad qoyduqları üçün ötən il də məhkəməyə cəlb olunublar. Ötən 10 ay ərzində bununla bağlı 600 "cinayət işi" açılıb.
"Baybak"ın məlumatına görə, türk adı seçən iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirlər. Həmin məktublarda dükan və şirkət yiyələrindən adların türk dilindən farscaya tərcümə edilməsi tələb olunur. Sahibkarların çoxu bu qərarı icra etsə də, 50 mağaza yiyəsi hakimiyyətin tələbinə boyun əyməyib. Buna görə həmin şəxslərin dükanları və şirkətləri qapadılıb.
Oxşar "oyun" İrandakı türkmənlərin də başına açılır. Türkmənsəhra Azadlıq Təşkilatının yaydığı məlumata əsasən, İranın Mədəniyyət və İslam İrşad Nazirliyi Türkmənsəhradakı 590 dükanın yiyəsinə xəbərdarlıq məktubu göndərərək mağazalarının türk adlarının fars dilinə çevrilməsini tələb edib. Uzun sürən çək-çevirdən sonra 530 dükanın sahibi türk adlarını dəyişməyə məcbur olub.
Azərbaycanlı tələbə-gənclərin Azərbaycan türklərinin tarixi, dili və ədəbiyyatından yazan "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttarxan", "Kimlik", "Yoldaş", "Yağış", "Qıpçaq", "Günəş", "Yarpaq", "Telenger", "Çənlibel", "Yaşıl yol", "Ana yurdu", "Səhər", "Açıq söz" və "Sayan" adlı tələbə dərgiləri qapadılan türkdilli mətbu orqanlarındandır.
Bu ilin əvvəllərində isə Yəzd Universitetindəki azərbaycanlı, o cümlədən xələc, avşar, qaşqay türk tələbələrinin birgə buraxdıqları "Xələc" adlı tələbə dərgisinin nəşrini universitet rəhbərliyinin mədəniyyət idarəsi yasaqlayıb. Ali təhsil ocağının rəhbərliyi bunu jurnalın "pantürkçülüyü və bölücülüyü təbliğ etməsi" ilə əsaslandırıb. İki sayı işıq üzü görmüş "Xələc"in sonuncu sayında Güney Azərbaycan türklərinin dil, mədəniyyət və tarixi haqda yazılarla yanaşı, "Məşrutə hərəkatı", "İrqçilik və ariçilik", "Hindistanda qurulmuş Xələc-Babur imperiyası" və doktor Cavad Heyətin "21 Azər - Azərbaycana qarşı mədəni soyqırım günü" adlı məqalələr çap olunubmuş.
Yayılan xəbərlərə görə, bir müddət öncə naməlum şəxslər dərginin baş redaktorunu "bölücü" ittihamları ilə hədələmiş, onun nəzarət etdiyi sayt isə bağlanmışdı. Yəzd Universitetindəki mədəni məsələlər üzrə komitənin məsulları "Xələc"in nümayəndələri ilə görüşdə deyiblər: "Əgər türk tələbələr universitetdə pozucu fəaliyyət göstərməsələr, sizinlə heç bir problemimiz olmayacaq". Onu da xatırlatmaq lazımdır ki, bu ali təhsil ocağında yayılan "Ana yurdu"nun 11, "İşılay"ın isə 4 sayı işıq üzü gördükdən sonra qapadılıb.
İslam Respublikası rəhbərliyinin bu kimi qanunsuz davranışına etiraz edən Azərbaycan Milli Hərəkatının təəssübkeşləri hər gün təzyiqə məruz qalırlar.
Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzi Güney Azərbaycandakı mənbələrə istinadən bildirib ki, son iki ildə təkcə Təbrizdə Milli Hərəkatın 17 min nəfər təəssübkeşi İranın ETTELAAT, polis və məhkəmə orqanları tərəfindən istintaqa cəlb edilib. Həmin şəxslərin çoxu ölkə Təhlükəsizlik Nazirliyi və İnqilab Keşikçiləri Qvardiyasının gizli həbsxanalarında, polis idarələrində fiziki və mənəvi işgəncəyə məruz qalıb, qısa və uzun müddətə həbs olunub.
Güney Azərbaycan türklərinin milli-mədəni və qanuni haqqını tələb edən həmin insanların bir çoxu həbsdədir, bəziləri isə girov qarşılığında zaminə buraxılıb.
Məlumatda vurğulanıb ki, 2006-2008-ci illərdə Təbrizdə 43 nəfər hərəkat təəssübkeşi təhlükəsizlik məmurları tərəfindən naməlum yerlərdə ağır işgəncələrə məruz qoyularaq qətlə yetirilmiş, cəsədləri isə şəhərin Elgölü, Acıçay, Mehranrud, "Parke-İrəm", Pərvaz, Babadağı, Anaxatun, Çilləxana kimi yerlərindən, habelə gözdən iraq ətraf kəndlərdən tapılıb. Onların 21-nin cəsədi ekspert həkim tərəfindən yarılaraq işgəncə ilə öldürüldüyü təsdiqlənsə də, 22 nəfər gizli şəkildə dəfn edilib.
Sonuncu dəfə qətlə yetirilən təbrizli hərəkat təəssübkeşinin Mehdi adlı 23 yaşlı gənc olduğu bildirilir. Onun cəsədi Təbriz yaxınlığındakı Çilixana kəndindəki sahibsiz bağlardan birində 25 metr dərinliyi olan bir quyudan tapılıb. Mənbənin məlumatına əsasən, Mehdi bir müddət əvvəl yoxa çıxıb, bu günlərdə isə bir nəfər onun ailəsinə anonim zəng edərək oğlunun öldüyünü valideynlərinə söyləyib. Onu da qeyd etmək lazımdır ki, bütün bu sayaq qətllərin araşdırılması işinin qarşısı naməlum qüvvələr tərəfindən alınır. Hakimiyyət təmsilçiləri isə bu kimi qanlı olaylara soyuqqanlı münasibət göstərirlər.
Yerli müşahidəçilərin və mütəxəssislərin qənaətincə, bu cinayətlərin başında ETTELAAT, qvardiya, "bəsici"lər, polis və onların himayə etdiyi cinayətkar, terrorçu qruplar durur.
Məlumata görə, bu açıqlamada qətlə yetirilən, istintaqa cəlb edilən soydaşlarımızın adları çəkilməyib. Buna səbəb isə onların ailələrinin hakimiyyət tərəfindən yenidən təzyiqlərə məruz qalmaq istəməməsidir. Çünki bu sayaq məsələlərdə Tehran nümayəndələri həmin ailə və şəxslər barədə yenidən cinayət işi açır, bir çox hallarda isə "casus", "milli təhlükəsizliyə zərbə" kimi ittihamlarla həbs edir. Onu da yada salaq ki, həmin insanların bir çoxunun adı ötən iki il ərzində çeşidli beynəlxalq qurumların bəyanatlarında çəkilib.

Fars şovunizmin hər zamanki gibi qondarma tarixi yalanlari

Fars şovunizmin hər zamanki gibi qondarma tarixi yalanlari

İran adlanan ölkənin came cəm qazetəsi pərşənbə günü 2479 nümrəsinin başlığında yazdi (kuruşun ölümü tarixin dilindən) o belə yazı ki kuruşun ən böyük ordusu varimış ve o bir əfsanəvi qəhramandır.

GƏRÇƏK

kuruş iranın ən uzak noktasında dünyaya gəldi.Əsatik həxaməneşlərin baş cəddi bir kahınila fal tutdi ve o kahin bu üşaqın gəlməsindən onu qorxıdi ve üşağın adıni kuruş qoydi ve üşaği bir türk kənizinə Verdi ki onu həlak eləsin amma o kəniz ki yenidə bir üşağe olmışidi, kuruşuda öz üşağının yanına apardi və onu böyutdi və böyüyənlən sonra onu babasın götürdi. kuruş rəxt vilayətindən baxtər vilayətinə yani indiki şiraza gitdi.
Həmurabi birinci insan haqlari qanunların löhəsini yazdi və onu Babil meydanından
(indiki kərbala yaxınlığında alhilal bölgəsində) asdi ama onun siyasəti başqa qəbilələrə məsəla qaşqailara adil deyildi ve onun görüşilən babil dövləti quruldi .ve bu halda kuruş yəhudların dəsisələrilə babilə hücüm etdi və əsir olanlari çox fəcahətlə öldürdi.kuruşun babildə tac qoyma törənində bir neçə insani ayağının altinda qurban kəstilər ve dərbarilər səcde elədilər. kuruş babil qanunların üstindən yazdirdi ki millət onu adil tanıttırsın ve sonra kuzeye doğru (turana) hücüma başladi.tumrus bir qadınidi ki 550 il miladan öncə azərbaycan kıraliçəsidi.qaniçən cani kuruş azərbaycani əldə geçirmə amacila çoxlu dəsisələr qurdi ve tumrusun oğluni öldirdi bu cinayet türk millətinin(madların) qanın qızdırdi və kuruşın ordusunu çevrələdilər.tumrus və parslar hərbinin sonunda kuruş öldiriləndən sonra onun cəsədini tabdılar ki iti başınin ustində hururdi başın bədəndən ayrıştirdılar və təştə olan öz qanının içinə qoydılar ve tumrus şahi dedi ey qan içən əğər içirsən öz qani iç.
Rivayətə görə ana tumrus terbiz şəhərində toprağa verildi və tərbiz şəhəri bu kıraliçənin adindan və şücaətindən alınmış .tarix araştirma mərkəzi bir neçə il öncə göy məçid gəbrindən ana tumrusun iskileti və qılınci kəşf olundi.

CAMİ CƏMİN YAZDİĞİ YALAN

GAİP in xəbər mərkəzinin əldə ediği məlumata gorə came cəm yazir Kuruş Babili fəth edənlən sonra qərar verdiki yeniməmiş güclü ordusilan qonşuda olan Araxes və masajet qəbiləsin ələ keçirsin .masajetlər iranın kuzey doğu bölgəsində araks ya sikit çayının çevrəsində yaşırdılar . masajetlər çox macəra cu insanlaridırlar bəzıləri diyirlər bu qom, iskaha (issedoner) dan gəlmişlər.
Ərdəşir xodayan yüniversitə ustadi və tarıxci ,kuruşın masajet topraxlarına saldırma nədənin həxaməneş kitabında belə yazır ,kuruş çoxlu səbəblə masajet topraklarına qoşun çəkdi o çoxlu nədənlər bu milləti əzməyə varidi biri o özin insanlardan üstin bilirdi və düşünirdiki şans hər zaman onunladır və her savaşda qzanan birdır.deməmiş olmiyım ki kuruş her millətə qoşun çəkməyə iradə eləsəydi heç kes karşısıni alamazdi.
Kuruşun hücumi o zanan oldi ki masajet lərin padışahi ölmişdi və onun karısi tumrus(Thomyris) o iş başındaydi, Herdutun rivayətinə gürə kuruş ona elçi göndərdi tumrus zanı edi ki kuruş ona elçi göndərmakta masajet topraklarında gözi var bu əsasa görə ona yox dedi . ona görə kuruş masajetlərə qöşun çəkdi. tumrus kuruşa peyğam göndərdi ki masajet topraklarından çıksın amma kuruş və parslar bu qərarə gəldilər ki masajetlərə qoşun çəksinlər.. bir hərbidə tumrusun oğlu spargapises əsir düşti və tumrus kuruşdan istədi ki oğlunu burxsın ve ozaman ki kuruş onun oğlunu buraxırdi spargapises özini öldirdi buna görə tumrus bütün masajet qoşunlarınan kuruşinan savaşa girdi .bu cinayet idiya qədər bər bər arasında(yunanlılardan ayrıca) olmamışdi birinci mərhələdə oxçılar hər iki tərəfdən başladılar heç tərəf geri oturmadi və sonunda masajetlər parslara ğalib gəldilər.
əldə olan sənədlərə görə kuruşun ölüsi 529 il millatdan öncə pasarqad (pasargadaed)götürüldi və toprağa verildi və onun məqbərəsi indiy qadar durur.kuruşun 30 il ağıli və dayanışi küküməti altinda bir nümünə hukumət olarak öz zamanında və iranın təmədun toxumunu əkdi .rivayətdə bu insanın şəxsiyəti və onun məğlub olan millətlərə davranmşi onu tairxdə bir əfsanəvi şəxsa səbtə keçirib.

Tümrüs ana Azərbaycanin böyük və görkənli kraliçəsi və hilə kar kuruşun başi bu muhtəşəm rəsim tablosu PİTER PAL ROYNZ(1577-1640) əsəri dir və hali hazir da AMERİKA nin BOSTON muzeyasinda saxlanilir.

İran ETTELAAT - ı tanınmış milli fəallara qarşı təxribat aparır . MÜSAHİBƏ

İran ETTELAAT - ı tanınmış milli fəallara qarşı təxribat aparır

( Babək bəy Azəri ilə müsahibə )

Müxbir: Sayın Babək bəy Azəri son zamanlar Vahab Təbrizli adıyla bir şəxs Güney Azərbaycanın tanınmış milli fəallarına, o cümlədən Əhməd Obalı, Şahnaz Qulami, Saleh İldırıma qarşı bəzi ittihamlar vurur. Hətta, o, öz yazısında Şahnaz Qulaminin Müdafiə Komitəsini də ittihamlayır ki, onu yaxşı tanımadan, müdafiə edirlər. Bu şəxsin yazısı və ittihamları ilə bağlı nə deyə bilərsiniz?

Babək Azəri: Bu şəxs fars dilində yazıb və mən biləni ancaq baybək sitəsində onu yerləşdirib. Çox təəssüf ki, adı çəkilən sitə bu cür müəmmalı yazıları dərc eləməklə, çalışır özünü hədsiz "demokrat" göstərsin. Bu yazını bizə də göndərmişdilər. Mən də öz növbəmdə bu şəxsə məktub yazıb, xatırlatdım ki, siz öz məktubunuzda Azərbaycanın tanınmış fəallarına ağır ittihamlar vurursunuz, əgər siz istəyirsiniz yazınız bizim sitədə dərc oluna, o zaman kim olduğunuzu bizə açıq deyin. Mənim sual edici cavab məktubumdan bir müddət keçsə də, lakin qara niqablı şəxsdən bir cavab gəlməyib. Elə yeri gəlmişkən, mən fürsətdən istifadə edib, baybək sitəsinin məsullarından soruşuram: "Tanınmamış, məchul adamlara istinad, Azərbaycanın tanınmış aktivlərinə ağır ittihamları dərc etməklə, Güney Azərbaycanın milli mənfətlərinə hansı xeyri yetirəcəyinizi düşünürsünüz?" Aydındır ki, Azərbaycanın tanınmış fəallarının siyasi etibarını ləkələyib, sual altına aparmaq, ancaq və ancaq düşməni sevindirə bilər?

Müxbir: Siz ittiham deyəndə nəyi nəzərdə tutursunuz?

Babək Azəri: Vahab Təbrizli öz yazısında əvvəl xatırladır ki, Şahnaz Qulamiyə çox sayğısı var imiş, amma İran Nicat Cəmiyyətinin sitəsində bir xəbər oxuyub, guya Xalqın Mücahidlər Təşkilatı Huma Xəbər Agentliyi vasitəsi ilə çalışıb Ş.Qulamidən sui - istifadə edə. Elə bu xəbəri oxumaq bais olub ki, o, bir neçə gün yuxususz qala və özün çox narahat hiss edə. Elə bu səbəbə görə, Günaz TV - yə və Şahnaz Qulaminin Müdafiə Komitəsinə üz tutub, sual edir ki, siz onu yaxşı tanımadan, nə üçün onu milli fəal kimi təqdim edib, müdafiə edirsiniz? Diqqət etməliyik ki, bunun istinad etdiyi sitədə Ş.Qulaminin xalq mücahidi olduğu yox, əslində ondan sui - istifadə olunması qeyd olunur. Bundan da əlavə, İran Nicat Cəmiyyəti İran rejimi tərəfindən yaranmış bir təşkilatdır və İran daxilində fəaliyyət göstərir, son zamanlarda onun əsas vəzifəsi İraqda yaşayan xalq mücahidlərin ifşa etməkdir. Belə ki, tövbə edib, İrana gələn xalq mücahidlərinin üzvilərini televiziyaya çıxarıb və müəyyən tədbirlər keçirib, İran rejiminin xeyrinə təbliğat aparırlar. Bu izahatdan sonra siz özünüz nəticə ala bilərsiniz ki, necə ola bilər ki, Vahab Təbrizli adlı "milli fəal" İranın nəzarəti altında olan hizbullah təşkilatına istinad edib Şahnaz Qulaminin kimliyini sual altına ala. Gülünc görünür, Vahab Təbrizli yazısının sonunda dada yetişmə mərhələsindən ad çəkib, ümid edir ki, dada yetişmə mərhələsində Şahnaz Qulaminin İranın Xalq Mücahidləri Təşkilatına bağlı olmaması sübut olunsun. İranın məhkəmə prosesini dada yetişmək mərhələsi adlandırmaq, ancaq İran rejiminə simpatiya göstərənlər tərəfindən işlənir. İranda məhkəmə prosesi 3 mərhələdən ibarətdir. İranda siyasi məhbuslara qarşı istintaqı İran ETTELAAT - ı aparır və dosyanı hazırlayır məhkəmə üçün. Məhkəmə də bu dosya əsasında hökm verir və ali məhkəmə də onu təsdiqləyir. İranda məhkəmə və ali məhkəmə qərar çıxartmaqda çox əhəmiyyətli rol oynamır. Siyasi məhbusun taleyi ancaq istintaq mərhələsində ETTELAAT məmurları tərəfindən müəyyən olunur. Burada da V.Təbrizli arzu edir ki, İran ETTELAAT - ı Ş.Qulaminin xalaq mücahidi olduğunu inkar edə. Başqa sözlə demək olar ki, bizim özünü milli fəal adlandıran qardaşımız V.Təbrizli ancaq İranın irqçi fars rejiminin dediyinə inanır. Və onun ağzından çıxanla durub, oturur. Həmçinin, o, öz yazısında Günaz TV - nin baş katibi Əhməd Obalını, İstiqlal Partiyasının başqanı Saleh İldırımı və Şahnaz Qulaminin Müdafiə Komitəsinı sual altına aparır.

Müxbir: Xahiş edirəm, əgər mümükünsə, Əhməd bəy Obalı və Saleh bəy İldırımla bağlı hansı ittihamlar vurulduğunu açıq deyin?

Babək Azəri: O, öz yazısında Doktor Mahmudəli Çehraqaniyə istinad edib, xatırladır ki, dok. Çehraqanlının fikrinə görə, Ə.Obalı və S.İldırım İranın Xalq Mücahidləri Təşkilatı tərəfindən Güney Azərbaycanın milli hərəkatına daxil olublar. Əlbəttə, bu ittihamla bağlı əldə heç bir sənəd yoxdur. Mən özüm bir neçə ildir ki, informasiya vasitəsində çalışıram və doktor Çehraqanlının danışığında və yazısında bu cür bir ittiham görməmişəm. Mənim fikrimcə, bu şəxsin yazısı qərəzli bir yazıdı və bundan da əsas hədəf Güney Azərbaycanın tanınmış şəxsiyyətlərin üz - üzə qoymaqdan başqa bir şey deyil. Bu düşmənin tanınmış metodudur. Necə deyərlər: "Parçala və höküm et!"

Müxbir: Sayın Babək bəy, son sualım bundan ibarətdir ki, sizin üzvi olduğunuz Şahnaz Qulaminin Müdafiə Komitəsi nə üçün yarandı?

Babək Azəri: Hər nədən qabaq biz Ş,Qulamini Güney Azərbaycanın bir dəyərli milli fəalı kimi tanıyırıq. Bunun sübutu üçün yetər ki, son zamanlar onun müsahibə və yazılarına diqqət edək. Hər bir insaflı adama yetər ki, bu qeyrətli qadını milli fəal kimi tanısın. İkincisi, o, qadın olduğuna, üçüncüsü, balaca, yiyəsiz uşağı var. Bütün bunlara istinad edib, onun vəziyyətini nəzərə alsaq, digər siyasi məhbuslarımızla müqayisədə, onun vəziyyəti daha ağırdır. Bəs, bu komitənin yaranmasına hümanist bir səbəb də var. Amma unutmayaq ki, bu komitə Ş.Qulaminin ancaq insan haqlarının müdafiəsi üçün yaranıb. Amma milli fəalların siyasi görüşləri ilə bağlı münasibətimi bilmək istəsəniz, deyə bilərəm ki, biz pulralizmə inanırıq. Yəni siyasi rəylərin çoxluğuna üstünlük veririk. Və biz milli fəalların insan haqlarını müdafiə etmək üçün, onların yüzə - yüz bizim kimi siyasi düşüncədə olmasını tələb etmirik.

Müxbir: Babək bəy, qaranlıq yazıya işıqlı cavab verdiyiniz üçün sizə oxucular adından təşəkkür edirik. Mənim sualım yoxdur, əgər sizin başqa bir sözünüz varsa, buyurun.

Babək bəy: Son sözüm yalnız bundan ibarətdir ki, uzun zamandır ki, İranın ETTELAAT - ı tanınmış milli fəallara qarşı təxribat aparır. Bizim borcumuz isə onları qoruyub, müdafiə etməkdir. Mən də həmçinin, öz növbəmdə sizə çəkdiyiniz zəhmətə görə yorulmayasınız deyirəm.

Müsahibəni apardı: Müzəffər Səlmaslı
azadtribun

Mədəniyyət “Dədə Qorqud” baleti Qırğızıstanda səhnəyə qoyulacaq

Qırğızıstan, Bişkek, 24 yanvar /Trend News müxbir R.Мəşədihəsənli/ Polad Bülbüloğlunun “Dədə Qorqud” baleti Qırğızıstanda səhnəyə qoyulacaq. Bu barədə bu gün Trend News müxbirinə Qırğızıstanın Mədəniyyət və İnformasiya naziri Sultan Rayev məlumat verib.

Nazirin sözlərinə görə, “Dədə Qorqud” baletinin Bişkekdə səhnələşdirilməsi layihəsi Azərbaycanın və Qırğızıstanın Mədəniyyət Nazirliklərinin birgə layihəsi əsasında həyata keçiriləcək. “Bu il səhnələşdirilməsi planlaşdırılan əsərin bəzi məqamlarını dəqiqləşdirmək üçün yaxın vaxtlarda Moskvaya səfərim çərçivəsində Polad Bülbüloğlu ilə görüşəcəyəm” - deyə o vurğulayıb.

Rayev həmçinin Polad Bülbüloğlunun mart ayında Qırğızıstana gələrək “Dədə Qorqud” baletinin səhnələşdiriləcəyi vaxtı bildirəcəyini də sözlərinə əlavə edib.

OBAMA DÖVRÜ AZƏRBAYCANA NƏ VƏD EDİR?

OBAMA DÖVRÜ AZƏRBAYCANA NƏ VƏD EDİR?
İqbal Ağazadə: “Prinsiplərdə köklü şəkildə dəyişikliyin olmayacağı qənaətindəyəm”
Sərdar Cəlaloğlu: “Azərbaycan əvvəlki kimi yaşayacaqsa, Amerika ilə problemləri yaranacaq”
Etibar Məmmədov: “Obamanın elan etdiyi kursun Azərbaycana birbaşa təsiri ola bilər”

Dünya mediasında Amerikanın yeni prezidenti Barak Obamanın inauqurasiyadakı çıxışı geniş təhlil olunmaqdadır. ABŞ-ın 44-cü prezidentinin müsəlman dünyasına çağırışı, korrupsioner dövlət başçılarına, diktatorlara mesajı daha çox müzakirə mövzusudur.
Obama dönəminin dünyaya hansı yeniliklər vəd etməsi ətrafında diskussiya apararkən ölkəmizlə bağlı perspektiv gözləntilərə xüsusilə diqqət yetirilməsi təbiidir. Bu, bir faktdır ki, eks-prezident Corc Buş dönəmi Azərbaycan ictimaiyyətinin Amerikaya bəslədiyi ümidlərin öləziməsi ilə yadda qaldı. Bu mənada haqlı olaraq Obama administrasiyasının Amerikanı Azərbaycana yenidən qaytara biləcəyi ətrafında suallara cavab axtarılır. Dünən bu məsələlərlə bağlı Müsavat başqanı İsa Qəmbərin fikirləri dərc olunub. Bu dəfə digər siyasilərə müraciət edib onların Obama dönəmindən gözləntilərini soruşduq.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, hansı prezidentin dönəmində olmasından asılı olmayaraq, Amerika prinsiplərə, dövlət maraqlarına qiymət verən bir ölkədir: “Ona görə də bu prinsiplərdə köklü dəyişikliyin olmayacağı qənaətindəyəm. Çünki dünyanın daha qlobal, ciddi problemləri var. Digər məsələlər yalnız bu qlobal problemlər həllini tapandan sonra aktual ola bilər. Bu gün dünyanın Yaxın Şərq kimi ağır problemi mövcuddur. Yaxın Şərq problemində təkcə İran və Əfqanıstan deyil, artıq İsrail-Fələstin problemi də aktiv dövrünə qədəm qoyub. Dünyanın iqtisadi böhranı var və bu iqtisadi böhrandan inkişaf etmiş dövlətlər daha çox əziyyət çəkir. Hesab edirəm ki, bu mənada deyilən fikirlər uzaq perspektiv üçün nəzərdə tutulub. Xüsusilə Amerikanın demokratik cəmiyyət quruculuğuna, demokratiyaya dair prinsipi başqa ölkələrlə münasibətdə ikinci mərhələyə keçəcək. Fikrimcə, iqtisadi böhran aradan qalxmayana, ən azından bunun yolu tapılmayana, Yaxın Şərqdəki problemlər müəyyən dərəcədə danışıqlar masası ətrafına keçməyənə, o cümlədən daha qlobal problem kimi Avropa-Rusiya problemi həllini tapmayana qədər Amerika siyasətində heç bir dəyişiklik olmayacaq”. İ.Ağazadə Obamanın çıxışına da münasibət bildirdi: “Bu, hər zaman Amerika prezidentlərinin etdiyi çıxış idi. Mən bunu daha çox vurğunun Amerikanın prioriteti kimi demokratiya üzərinə yönəldilmiş çıxış sayıram”.
ADP sədri Sərdar Cəlaloğlu Obamanın inauqurasiyasının Amerika tarixində ən möhtəşəm andiçmə tədbirlərindən biri olduğunu xatırlatdı: “Amma biz bütövlükdə bu inauqurasiyanın mahiyyətinə baxsaq, görərik ki, tədbirin bu şəkildə keçirilməsi qlobal böhranı müşahidə edən qlobal depressiyanı, yəni amerikanlardakı depressiyanı aradan götürməyə xidmət edirdi. Obamanın çıxışında da əsas məqam bu idi ki, çətinliklər var, ancaq bu çətinliklərdən qorxmaq lazım deyil, onu dəf etməliyik, Amerika yenidən dünyada liderlik iddiasında olacaq. Elə ən çox da bu fikirlər alqışlanırdı. Kapitalist istehsalı ilə tanış olan hər kəs bilir ki, kapitalizmdə belə böhranlar bir qayda olaraq böyük depressiyalarla müşahidə olunur və o depressiyadan nə qədər sürətlə çıxmaq məsələsi xalqın və dövlətin taleyini həll edir. Obamanın birinci uğuru ondan ibarətdir ki, yüksək səviyyəli inauqurasiya keçirərək xalqı ruhlandırmaqla bu depressiyanın yaranmasına, yaxud onun dərinləşməsinə imkan vermədi”. S.Cəlaloğlu Obamanın İslam dünyasına, o cümlədən öz xalqlarını korrupsiya və qeyri-qanuni yollarla itaətdə saxlayan dövlət başçılarına açıq mesajına da diqqət çəkdi: “Obama İslam dünyası ilə yeni bir əməkdaşlıq erasının başlandığını elan etdi. Digər tərfdən, o, açıq şəkildə dedi ki, öz xalqlarının sərvətindən qeyri-qanuni istifadə etməklə və saxta yollarla hakimiyyətdə qalan qüvvələr dəyişilməsələr, Amerika ilə əməkdaşlıq edə bilməyəcəklər. O, İslam ölkələri rəhbərlərinə müraciətlə bildirdi ki, Amerika ilə dostluq, tərəfdaşlıq eləmək olar. Bu şərtlə ki, siz öz ölkənizdə Amerikanın müdafiə etdiyi dəyərləri, yəni insan haqlarını, demokratiyan,ı azadlığı müdafiə edəsiniz. Bu isə Amerikanın xarici siyasətində tamamilə yeni bir məqamdır”. ABŞ-ın Azərbaycan siyasətində dəyişikliyin olub-olmayacağına gəldikdə, ADP sədri bildirdi ki, əgər Obamanın yuxarıda qeyd olunan mesajını siyasi dilə çəvirsək, bu, Azərbaycan kimi ölkələrə yönəlib: “Orda qeyd olunur ki, əgər Amerika ilə dostluq etmək istəyirsinizsə, indiyə qədər yaşadığınız həyat tərzini dəyişməlisiniz. Obama hələ seçkilər ərəfəsində də deyirdi ki, ey dünyanın ucqarlarındakılar, bizi eşidin, biz dəyişilmək istəyirik və dəyişikliyi həyata keçirəcəyik. Yəni əgər kimsə dəyişilməyəcəksə, Azərbaycan əvvəlki kimi yaşamaqda davam edəcəksə, əlbəttə, Amerika ilə problemləri yaranacaq”. ADP sədri onu da dedi ki, indiki durumda Obama gəlişigözəl sözlərlə heç nəyə nail ola bilməz: “Situasiyada ciddi dəyişiklik edilməsə, Amerika öz siyasətinə yenidən fundamental baxmasa, nə özü böhrandan çıxacaq, nə dünyaya liderlik edəcək, nə də dünya böhranı tezliklə aradan qalxacaq. Amerika dünya nizamına yeni dəyərlər, yeni prinsiplər tətbiq edəcəksə, xüsusən demokratikləşməyə lazımi dəstək verəcəksə, dünya tezliklə bu böhrandan çıxacaq və inkişaf edəcək. Yox, əgər əvvəlki iqtidarların dövründəki kimi, ikili standartla, iqtisadi maraqları prioritet saymaqla demokratiyanı dəstəkləməkdən yayınacaqsa, başqa xalqların taleyinə laqeyd qalacaqsa, dünya daha ciddi problemlərlə üzbəüz qalacaq”.
AMİP lideri Etibar Məmmədov isə hələlik nəticə çıxarmağın tez olduğunu bildirdi: “Hələ Obama yenicə işə başlayıb. Danışmaq ayrı şeydir, iş prosesi başqa. Yəni müəyyən müddətdən sonra onun fəaliyyət istiqamətlərinin əvvəlki vədlərinə nə dərəcədə uyğun olub-olmadığı özünü göstərəcək. Əvvəlki dövrlərdə fəaliyyət dövründəki istiqamətlər seçkiqabağı vədlərdən fərqli olub. Ona görə də ciddi dəyişikliklər olacağını bu yaxınlarda müəyyən etmək mümkün olacaq. Ancaq görünür ki, Obamanın elan etdiyi əsas kurs böhran və nüvə silahını əldə etmək istəyən ölkələrlə bağlıdır. Bunun da birbaşa Azərbaycana təsiri ola bilər. Çünki əsas hədəf İrandır”.
Elşad PAŞASOY

Yahudi Kuruluşları Erdoğana Mektup Yazdı

Yahudi Kuruluşları Erdoğana Mektup Yazdı

Gazze konusunda açıklamaları nedeniyle Amerika’daki 5 büyük Yahudi lobi kuruluşu Başbakan Recep Tayyip Erdoğana bir mektup gönderdi.

Dernekler, İsrail’in Gazze operasyonundan sonra Türkiye’de Yahudi aleyhtarlığının arttığı konusundaki kaygılarını dile getirdi ve Erdoğan’ın bu konuda açıklama yapması çağrısında bulundu.

Washington’daki gözlemciler de, geleneksel olarak Türkiye’yi destekleyen İsrail lobisinin Erdoğan’ın açıklamaları nedeniyle tutum değiştirmesinden kaygı duyuyor.

23 Ocak 2009 Cuma

İranda 10 cinayətkar edam edilib

İranda 10 cinayətkar edam edilib
İranda mühakimə edilmiş 10 nəfər cinayətkarın kütləvi edamı icra edilib. Edam çərşənbə günü Tehrandakı həbsxanalardan birində həyata keçirilib.
Edam olunmuş bu 10 nəfərin hamısı qətl əməllərinə görə mühakimə edilmişlər. Onlar Tehrandakı Evin həbsxanasında dünən səhər boğazdan asılaraq edam edilmişlər.
İranda nəşr edilən hökümət qəzetinə əsasən, onların arasında taksi sürücüsünü qətlə yetirmiş qarətçi, öz xalasını öldürmüş bir narkoman var, daha bir nəfər isə mübahisə zamanı bir ailənin üç üzvünü qətlə yetirmişdi.
İnsan hüquqları müdafiəçiləri deyirlər ki, cinayətkarların edamlarının sayına görə İran dünyada Çindən sonra ikinci yerdə gedir. Bir hesablamaya əsasən, ötən il İranda 250 cinayətkar edam olunub.
Onların əksəriyyəti asılıb, lakin bu yaxınlarda ailə xəyanətinə görə iki nəfər ölənə qədər daşqalab edilmişdi.
İranın hakimiyyət orqanları kütləvi edam üsulundan başqalarını cinayətkar əməllərdən çəkindərmək üçün istifadə edirlər. Bəzən dar ağacına doğru gedən məhkumların təsvirləri hətta dövlət televiziyasında nümayiş etdirilir.

İran "Nabucco"ya can atır

İran "Nabucco"ya can atır
İran Avropa Birliyinə qaz sahəsində sıx əməkdaşlıq təklif edib. Bu barədə İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin Avropa Parlamentində çıxışı zamanı bildirib. İran həm Avropaya qaz satmağa, həm də tranzit xidmətləri həyata keçirməyə hazırdır.
"Biz energetika haqqında danışdıq. Parlament nümayəndələri bu məsələni qaldıranda mən dedim: bəli, əlbəttə, İran AB ilə əməkdaşlığa hazırdır",- Səfəri bildirib.
Tehranın təklifi Avropaya zərbə vurmuş Rusiya-Ukrayna qaz böhranından dərhal sonra səslənib. AB yeni ixracçılarda və tranzit marşrutlarında maraqlı olduğunu gizləmir; "Nabucco" layihəsi çərçivəsində Orta Asiya və Yaxın Şərqdən qaz idxalına xüsusi əhəmiyyət verilir.
Lakin İranın bu layihədə mümkün rolu hələlik müəyyən edilməyib: Tehrana qarşı onun nüvə proqramı ilə bağlı tətbiq edilmiş beynəlxalq sanksiyalar var.

İran səfirliyinin mətbuat xidmətinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

İran səfirliyinin mətbuat xidmətinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahinin səlahiyyət müddəti başa çatıb. APA-nın məlumatına görə, M.Feyzullahi bu münasibətlə mətbuata ünvanladığı açıqlamasında 3 il ərzində informasiya sahəsində səfirliklə əməkdaşlıq etmiş Azərbaycan KİV təmsilçiləri və qələm sahiblərinə təşəkkürünü bildirib. M.Feyzullahi açıqlamasının sonunda ulu Tanrıdan dindaş bacı-qardaşlarına başucalıq və səadət diləyib.

İRAN RƏSMİSİ TÜRKİYƏNİ TƏQDİR EDİB

İRAN RƏSMİSİ TÜRKİYƏNİ TƏQDİR EDİB

İran Qəzza hadisələrindəki mövqeyinə görə Türküyəyə təşəkkür edib. "Dünya bülteni" xəbər verir ki, İranın İslami Məsləhətləşmə Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Ələddin Burucərdi jurnalistlərə Ankara barəsində dəyərləndirməsini açıqlayıb.

Burucərdi Türkiyənin Qəzzə mövzusundakı tutduğu mövqeyindən ürək dolusu danışıb. O jurnalistlərə Türkiyənin baş naziri Ərdoğanın Mahmud Abbas barədə dedikləri "Mahmud Abbas kimdi ki? Bir həftə əvvəl vəzifəsini qurtaran sıravi bir vətəndaş. Sıravi insanlar haqqında danışmaq lazım deyil" sözlərini xatırladıb.

Sözünün sonunda cənab Burucərdi Türkiyə xalqına və baş nazir Ərdoğana təşəkkür edib.

deyerler.org

Qərbi Azərbaycanda atışma: 15 yaralı

Qərbi Azərbaycanda atışma: 15 yaralı

İranın Qərbi Azərbaycan əyalətinin paytaxtı Urmiyanın Qızıl Hənəyə kəndinin sünni azərbaycanlı sakinləri ilə İranın güc strukturları arasında silahlı atışma olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 14-də azərbaycanlılar taxıl sahələri üçün istifadə etdikləri suyun kəndin yaxınlığında inşa edilən fabrikə yönəldilməsinə etiraz ediblər. Onlar etirazlarını Salmas və Xoy şəhərlərinin arasındakı yolu bağlamaqla bildiriblər.
Polis və təhlükəsizlik qüvvələrinin silahsız aksiya iştirakçılarına qarşı hücumları isə 4 saat davam edən atışmaya səbəb olub. Aksiya iştirakçılarından ən azı 15 nəfərin yaralandığı və Urmiyanın İmam Xumeyni Xəstəxanasına aparıldığı, 40 nəfərin isə polis tərəfindən saxlanıldığı bildirilir.
2 mindən çox əhalisi olan Qızıl Hənəyə kəndinin sakinlərinin əksəriyyəti sünni Azərbaycan türküdür və onlar təsərrüfat işləri ilə məşğul olurlar.
Pərvin ABBASOV

GÜNEYLİ FƏAL AZAD BURAXILIB

GÜNEYLİ FƏAL AZAD BURAXILIB

Hüseyn Hüseyni

Tehranın Evin zindanında saxlanan milli fəal Hüseyn Hüseyni 68 gün həbsdən sonra 50 min dollarlıq mülk girovu müqabilində azadlığa buraxılıb. O, 2008-ci il noyabrın 13-də İranın Rey şəhərində İran Məşrutə hərəkatının sərkərdəsi Səttarxanın anım mərasiminə qatıldığı üçün həbs edilmişdi.

«Media forum» saytının məlumatına görə, H.Hüseyni milli zəmində fəaliyyətinə görə, 2008-ci ilin iyul ayında da Sulduzda tutularaq bir ay müddətinə Ərdəbil həbsxanasında saxlanmışdı.

ABŞ pilotsuz təyyarəsi Pakistan ərazisini atəşə tutub

ABŞ pilotsuz təyyarəsi Pakistan ərazisini atəşə tutub

Pakistanda Şimali Vəziristan regionunun amerika pilotsuzu tərəfindən atəşə tutulması nəticəsində ən azı 5 nəfər həlak olub. Bu barədə kəşfiyyat xidməti məlumat verib. Mənbənin məlumatına görə, pilotsuz təyyarə üç raket buraxıb. Reuters
------------------------------------------------------------------
Saakaşvili birbaşa efirdə əhalinin suallarını cavablandıracaq

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün gürcü televiziyasının Birinci kanalında birbaşa efirdə ölkə əhalisinin suallarını cavablandıracaq. “Prezident Birinci kanalın studiyasından ölkənin müxtəlif bölgələrindən əhalinin suallarına cavab verəcək. Bu prezidentlə əhali arasında televiziyanın köməyi ilə ilk görüşdür”- dövlət başçısının mətbuat xidməti məlumat verib. Onun sözlərinə görə, prezidentlə birbaşa efir 15.00-da başlayacaq və 3 saat davam edəcək.

OBAMANIN MALİYYƏ NAZİRİ QOYMAQ İSTƏDİYİ ADAM İRANI HƏDƏLƏDİ

OBAMANIN MALİYYƏ NAZİRİ QOYMAQ İSTƏDİYİ ADAM İRANI HƏDƏLƏDİ

ABŞ prezidenti Barak Obamanın maliyyə naziri postuna təklif etdiyi Timoti Haytner jurnalistlərə açıqlamasında hökumətdə yer alacağı təqdirdə İrana qarşı əvvəlki maliyyə təzyiqlərinin davam etdiriləcəyini bildirib.

«Media forum» saytı xəbər verir ki, hazırda namizədliyinə ABŞ Senatında baxılan Timoti Haytner deyib: «Əgər nazir olsam, İranın atom silahlarını yaymaq və terrorizmə dəstək vermək məqsədi ilə ABŞ maliyyə sistemindən sui-istifadəsinin qarşısını alacaq, bu ölkəyə qarşı əvvəlki maliyyə təzyiqlərini davam etdirəcəyəm».

«Media forum»

İran Misir prezidentinin başına 1 milyon dollar mükafat təyin etdi

İran Misir prezidentinin başına 1 milyon dollar mükafat təyin etdi

İranın “Bəsic” “xalq milisi”nin rəhbərliyi Misir prezidenti Hüsnü Mübarəkin başına 1 milyon dollar mükafat təyin edib. Lent.az-ın “MIGnews” istinadən verdiyi məlumata görə, bu barədə “Fars” dövlət agentliyi informasiya yayıb.

Agentlik qeyd edir ki, “Bəsic” milisinin üzvləri – inqilabçı tələbələr xüsusi iclas keçiriblər: “Həmin tədbirdə xain Hüsni Mübarək barəsində çıxarılan ölüm hökmünün yerinə yetirilməsi müqabilində 1 milyon dollar mükafat təyin edilib. Tədbirdə Dünya Şəhidlərinin Mükafatlandırılması təşkilatının rəhbəri Foroz Recai çıxış edib”.

Qeyd edək ki, Dünya Şəhidlərinin Mükafatlandırılması təşkilatı İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yaradılıb və İranın dövlət strukturu sayılır.

Dolların ucuzlaşması gözlənilir

Dolların ucuzlaşması gözlənilir

APA-ECONOMICS. Dünya bazarında dollar/avro, həmçinin bunun nəticəsi olaraq dollar/manat və avro/manat məzənnələri ABŞ-dakı makroiqtisadi vəziyyətə nisbətən, daha çox dünya fond bazarlarında baş verənlərin təsiri altındadır.

«APA-ECONOMICS»in məlumatına görə, yanvarın 22-də ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının yenidən həftəlik artması və ölkədə tikinti sahəsində kəskin geriləmə barədə məlumatların açıqlanmasına baxmayaraq, dünya bazarlarında dolların avro və funta qarşı məzənnəsinin yüksəlməsi davam edib.
Bunun əsas səbəbi fond bazarlarında qeyri-müəyyənlik və qeyri-sabitliklə bağlıdır. Belə ki, şirkətlərin, o cümlədən iri və dünyada məşhur olan şirkətlərin 2008-ci il üzrə və ötən ilin IV rübü üzrə hesabatlarının açıqlanması nəticəsində hazırda ABŞ və Avropa fond bazarlarında enmə tendensiyaları üstünlük təşkil edir. Mütəmadi və adətən iqtisadi böhrana qarşı yönəldilən tədbirlərin görülməsi barədə hər hansı bir anons və bəyanatın təsirindən baş verən fond indekslərinin qısamüddətli yüksəlməsi əsaslı xarakter daşımadığından valyuta bazarına təsir etmir. Hazırda valyuta bazarı fond bazarlarında səhmlərin kütləvi satışının təzyiqi altındadır. Səhmlərin kütləvi satışı isə öz növbəsində yuxarıda qeyd olunan enmə tendensiyaları nəticəsində baş verir.
Belə olan şəraitdə, fond bazarlarında səhmlərin ucuzlaşması dollara olan tələbatı və onun məzənnəsini artırır. Avropa iqtisadiyyatının ABŞ iqtisadiyyatı ilə müqayisədə heç də yaxşı vəziyyətdə olmaması, avronun hələ də dünya miqyasında ehtiyat valyutasına çevrilməməsi vəziyyəti daha da pisləşdirir.
Eyni zamanda, dolların yaxın bir ayda kəskin ucuzlaşması ehtimalları var. Belə ki, ABŞ-ın yeni prezidenti və administrasiyası tərəfindən hazırlanan iqtisadiyyatının bərpası üzrə tədbirlər planı yalnız ucuz dollar şəraitində effekt verə bilər. Çünki həmin plan yerli istehsala genişmiqyaslı dəstəyi nəzərdə tutur, möhkəm dollar isə ilk növbədə idxalı artırmaqla yerli istehsalçılara zərbə vurur. Bu səbəbdən artıq fevral-mart aylarında dolların avroya qarşı ucuzlaşması ehtimalı böyükdür.
Buna paralel, Azərbaycanda da eyni tendensiyaları gözləmək olar, lakin bəzi istisnalarla. Belə ki, hazırda ölkədə məzənnə siyasətinin bivalyuta səbəti prinsipinə əsaslandığını nəzərə alsaq, dolların nə qədər yüksəlməsini proqnozlaşdırmaq çətindir. Qeyd edək ki, cari ilin əvvəlindən dünya bazarlarında dolların avroya qarşı möhkəmlənməsi 6,7% təşkil etdiyi halda, Azərbaycanda dollar manata qarşı yalnız 0,5% bahalaşıb, avro isə 6,3% ucuzlaşıb. Yəni, Azərbaycanda dollar iqtisadiyyatda və hesablaşmalarda avrodan daha vacib rola malik olduğuna görə, onun kəskin artıb-enməsi real görünmür. Azərbaycanda daha real əsasən avronun bahalaşmasıdır.

İRANDA İCTİMAİ TƏHLÜKƏSİZLİYİ MƏDƏNİ ÜSULLARLA QORUYACAQLAR (Daxili işlər nazirinin açıqlaması)

İRANDA İCTİMAİ TƏHLÜKƏSİZLİYİ MƏDƏNİ ÜSULLARLA QORUYACAQLAR (Daxili işlər nazirinin açıqlaması)

Sadıq Məhsuli

İranın daxili işlər naziri Sadıq Məhsuli jurnalistlərə açıqlamasında ictimai təhlükəsizlik layihəsinə yenidən baxıldığını deyib. Üç ildir həyata keçirilən ictimai təhlükəsizlik layihəsində yalnız xuliqanlığa və dələduzluğa qarşı mübarizə məqsədi güdüldüyü deyilsə də, sonradan bu proses gənclərin saç düzümü və geyiminin islama uyğun tənzimlənməsinə qədər genişlənib.

«Media forum» saytının məlumatına görə, S.Məhsuli layihənin icrasında mədəni üsullardan istifadə ediləcəyini bildirib: «Hazırda ictimai təhlükəsizlik layihəsinə yenidən baxılır. Qərara almışıq ki, layihənin icrasında mədəni üsullardan istifadə olunsun və vətəndaşların hüququna əvvəlkindən artıq riayət edilsin».

Hüquq-mühafizə qüvvələrinin layihə zamanı vətəndaşlara qarşı zorakılıq nümayiş etdirməsi, onlarla kobud davranması bir çox hallarda polislə qarşıdurmaya, hətta bir sıra rəsmilərin etirazına səbəb olub.

«Media forum»

Qorxulu Tehran

Qorxulu Tehran
İranın paytaxtı dünyanın ən çirkli havası olan şəhər elan edilib

İranın paytaxtı Tehran şəhəri dünyanın ən çirkli havası olan şəhər elan edilib. 10 milyonluq əhalisi olan paytaxtda ildə cəmi 21 gün təmiz hava olur. Bu xəbəri yayan BBS-nin fars bölməsinin İranda fəaliyyəti qadağan olunub.
İranın mədəniyyət naziri Məhəmməd Hüseyn Səffar Harendi Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamada ölkə əhalisi arasında sabitliyi pozmağa çalışan BBS-nin fars bölməsi ilə əməkdaşlıq edənləri cinayətkar adlandırıb.

AYXAN
express

MOTTAKİ «HƏMAS»a DƏSTƏYİN SƏBƏBLƏRİNDƏN DANIŞIB

MOTTAKİ «HƏMAS»a DƏSTƏYİN SƏBƏBLƏRİNDƏN DANIŞIB

Mənuçehr
Mottaki

İranın xarici işlər naziri Mənuçehr Mottaki jurnalistlərə açıqlamasında Qəzza zolağına nəzarət edən «Həmas» təşkilatına mənəvi yardım göstərdiklərini deyib.

«Media forum» saytının məlumatına görə, M.Mottaki «Həmas»a göstərilən yardımın İranın təhlükəsizliyini qorumaq məqsədi daşıdığını bildirib: «Bu yardımlar bizim bölgədə təhlükəsizliyimizi təmin etmək üçün qoyduğumuz sərmayədir».

M.Mottaki İsrailin İranın «Həmas»a silah-sursat yardımı göstərməsi ilə bağlı ittihamını rədd edib: «Bizi həmişə Qəzza zolağında «Həmas»a maddi və silah-sursat yardımı göstərməkdə günalandırırlar. Bunlar əsassızdır. Biz həmişə onlara yalnız mənəvi yardım göstərdiyimizi bildirmişik».

«Media forum»

İranda 10 nəfər edam edilib

İranda 10 nəfər edam edilib

Tehran – APA. İran İslam Respublikasında edam cəzasına məhkum olunmuş 10 nəfər haqqında hökm icra edilib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, müxtəlif qətllər törədən 10 nəfər Tehrandakı “Evin” həbsxanasında edam olunub.
----------------------------------------------------------
Riçard Luqar: “ABŞ Qafqazda strateji üstünlüyünü itirməyə başlayıb”

Bakı. Viktoriya Dementyeva-APA. “ABŞ Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda öz strateji üstünlüyünü itirməyə başlayıb”.

APA-nın məlumatına görə, bu fikirləri ABŞ Senatının xarici əlaqələr komitəsinin sədr müavini, respublikaçı senator Riçard Luqar söyləyib. Senatda Ceyms Staynberqin ABŞ dövlət katibinin müavini postuna təsdiqlənməsi ilə bağlı keçirilən dinləmələrdə çıxış edən Riçard Luqar bildirib ki, ABŞ-ın itirdiyi mövqelər Rusiyanın əlinə keçməkdədir: “Qeyd etmək istəyirəm ki, biz tədricən Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda strateji üstünlüklərimizi əldən verməyə başlamışıq. Əvəzində isə Rusiya enerji daşıyıcılarının nəqli məsələsində mövqelərini möhkəmlədir və bu durum Şimali Atlantika Alyansında fikir ayrılıqlarına səbəb olur. ABŞ və Avropa üçün əsas təhlükələrdən biri enerji təhlükəsizliyi sferasında razılaşdırılmış strategiyanın olmamasıdır”. Riçard Luqar enerji daşıyıcılarının müxtəlifləşdirilməsinə nail olmağın vacibliyini vurğulayıb: “Gürcüstanın üzləşdiyi münaqişə və Rusiyanın Avropaya qaz nəqlini dayandırması keçmişdə qalmış böhran kimi dəyərləndirilə bilər, lakin bu hadisələri ABŞ və Avropanın vahid enerji nəqlinin müxtəlifləşdirilməsi strategiyası yaratmaq cəhdlərinin iflasa uğraması kimi qiymətləndirmək lazımdır”.

İran xarici malların idxalına qadağa qoymaqla öz iqtisadiyyatını təcrid edir

İran xarici malların idxalına qadağa qoymaqla öz iqtisadiyyatını təcrid edir

“İran hökumətinin, İsraillə əməkdaşlıq etdiyini düşündüyü ölkələrin istehsalı olan malların ölkəyə idxalına qadağa qoyması, ölkənin dünya ictimaiyyətindən təcridini gücləndirəcək”, - ekspertlər hesab edir.

“İslam respublikasının dini lideri Seyid Əli Xamenei vətəndaşların “islamın düşməni - İsrail”lə əməkdaşlıq edən ölkələrin istehsalı olan mallardan istifadəsinə qadağa qoyub”,- Fars İran agentliyi xəbər verir.

Calvin Klein, Estee Lauder, Domestos, Pringles, Pantene pro-v, Nokia, IBM, CNN, Puma, Philip Morris şirkətlərinin də daxil olduğu siyahıda 100-dən çox ad var.

“İranın qərarı (xarici malların boykot edilməsi) ölkənin (iqtisadiyyatı) təcrid olunmasını sürətləndirəcək”, - Trend News-a elektron poçtla maliyyə məsələləri üzrə ekspert, Kaliforniya universitetinin professoru Sərkis Xuri (Sarkis Khoury) deyib.

İran parlamenti dekabrın 31-də, rəsmi Tehranın fikrincə, İsraili dəstəklədiyini hesab etdiyi müəssisələrin mallarının idxalını qadağan edən qanun layihəsini qəbul edib. Bu addım İsrailin Qəzzə Zolağına hücumuna etiraz olaraq atılıb.

İsrail qoşunları və zirehli texnikası iki həftə ərzində Qəzzə Zolağında fələstinli döyüşçülərə qarşı yerüstü əməliyyat keçirib. Buna qədər bir həftə ərzində intensiv bombardman da həyata keçirilib. Hərbi əməliyyatlar nəticəsində Qəzzədə 1300 nəfər həlak olub, 5000-dən çox insan yaralanıb. Zərəçəkənlərin üçdə biri uşaqlardır. İsrail tərəfdən 13 nəfər həlak olub, - BBC xəbər verir.

Ekspertlərin fikrincə, İran əcnəbi istehsalı olan malların idxal və istifadəsini boykot edə bilməyəcək.

“Söhbət hansısa konkret şirkətin mallarından getsəydi, idxala qadağa mümkün idi. Ancaq bütün şirkətlərin idxalına boykot real deyil;İİR İsraillə əməkdaşlıq edən bütün şirkətlərlə eyni vaxtda münasibətləri poza bilməz”, - iqtisadi məsələlər üzrə iranəsilli fransız müətəxəssis Freydun Havənd ( Freidoun Khavand) hesab edir.

Məhsul boykotunun qeyri-mümkün olmasına başqa bir səbəb bir çox əcnəbi malların əvəvzləyicisinin ölkədə olmamasıdır.

“Malların bpykotu çətin olacaq, çünki İranda xarici şirkətlərin istehsalı olan malların substratı yoxdur”, - Havənd əlavə edib.

“Spesifik mallar, həmçinin, yüksək texnologiya malları var ki, onları İran əvəz edə bilməyəcək. Məsələn, kompüter avadanlıqlarının satışını həyata keçirən firmaların səhmlərinin bir hissəsi İsrailə məxsusdur”, - TrendNews-a telefonla İran Mərkəzi Bankının sabiq məsləhətçisi Bijan Bidabad (Bijan Bidabad) deyib.

Onun sözlərinə görə, xarici malların idxalına olan boykot bu firmaların biznesinə təsir etməyəcək. Çünki İran bazarının buradakı payı o qədər də böyük deyil.

Amerikalı ekspert Hurinin fikrincə, qadağalar “kölğə razılaşmaları”, məsələn, müəssisələrin birgə sahibkarlığı, yaxud, Amerika mallarının Çin istehsalı formasında idxalına gətirib çıxaracaq.

“Boykot - aqil və adil addım deyil. Bu, sonda İran istehlakçılarına zərər vuracaq”, -Huri əlavə edib.trend

İrandan Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq

İrandan Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq

Əgər İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən şəxsləri təhqir etmək məqsədilə, onlardan barmaq izinin götürülməsi və üst-başlarının yoxlanılması davam etdirilərsə, İran BƏƏ ilə diplomatik əlaqələri kəsə bilər, - İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Cavad Cahangirzadə bildirib ki, iranlı müsafirlərin təhqir olunması və onların barmaq izinin götürülməsi məsələsi Xarici İşlər Nazirliyi tərəfindən araşdırılmalıdır. Onun sözlərinə görə, bundan başqa, İran polisi də BƏƏ polisinə cavab olaraq BƏƏ vətəndaşlarının üst-başının yoxlanılması və barmaq izinin götürülməsi prosesini həyata keçirməlidir.

Cahangirzadə BƏƏ-ni bu cür hərəkətlərdən əl çəkməyə və İran vətəndaşlarının bu ölkəyə yatırdığı investisiyalara hörmət etməyə çağırıb. “BƏƏ polisi bu hərəkətlərinə davam edərsə, biz iranlı vətəndaşların bu ölkəyə səfər etmələrinə qadağa qoymağa və iranlı investorların bu ölkədə sərmayə yatırmasının qarşısını almağa məcbur olacağıq”, - deyə Cahangirzadə bildirib.trend

22 Ocak 2009 Perşembe

ƏHMƏDİNEJAD XƏSTƏLƏNİB. İRANDA ZİDDİYYƏTLİ XƏBƏRLƏR YAYILIR

ƏHMƏDİNEJAD XƏSTƏLƏNİB. İRANDA ZİDDİYYƏTLİ XƏBƏRLƏR YAYILIR

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad xəstələnib.

«Media forum» saytı bildirir ki, prezidentin xəstəliyi haqda məlumatlar olduqca ziddiyyətli fikirlərə yol açıb.

İran rəsmiləri 52 yaşlı M.Əhmədinejadın xəstəliyinin o qədər də ciddi olmadığını, onun sadəcə gərgin iş nəticəsində bir qədər soyuqladığını və bu səbəbdən istirahətə ehtiyac duyduğunu deyirlər. İslahatçılar qanadına mənsub bir sıra ekspertlər isə dövlət başçısının xəstəliyinin çox ciddi olduğunu, hətta onun bu ilin iyununda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürə bilməyəcəyini iddia edirlər.

İran qəzetləri prezidentin qəbul və səfərlərini dörd günlüyə təxirə saldığını xəbər verir. Dövlət başçısı iki gün əvvəl Tehran Universitetində Qəzza hadislələri ilə bağlı çıxış etməli, yanvarın 21-də isə Kirmanşah əyalətinə getməliydi.

«Media forum»

NEFT 37 DOLLARA SATILIR

NEFT 37 DOLLARA SATILIR
[20 yanvar 2009]
Dünya bazarında neftin qiyməti sürətlə və müxtəlif istiqamətlərdə dəyişməyə başlayıb. Gün ərzində birjalarda neftin qiyməti 10 faiz azalaraq 33 dollara düşsə də sonradan artaraq 37 dolları keçib. Azərbayan nefti isə ötən gün ucuzlaşıb. Neftin qiyməti 2 dollar 64 sent azalandan sonra 44 dollap 60 sent olub. Qızılın qiymətində cüzi artım var, avro isə dollar qarşısında yenidən ucuhlaşır – Avropa valyutasına 1 dollar 29 sent verirlər.

İranın Qəzza sektoruna göndərdiyi silah tutuldu

İranın Qəzza sektoruna göndərdiyi silah tutuldu

11:38 22-01-2009

Ədən körfəzində quldurlarla mübarizə aparan beynəlxalq kontingentin tərkibinə daxil olan Amerikanın “San Antonio” hərbi gəmisi İranın Qəzza sektoruna silah göndərmək üçün icarəyə götürdüyü gəmini həbs edib.

Lent.az-ın “CBS” telekompaniyasına istinadən verdiyi məlumata görə, gəmidə silahdan əlavə üzərində “təhlükəli maddələr” yazılan konteynerlər də var.

Güman edildiyinə görə, söhbət 80-ci illərin sonunda SSRİ-də tikilən, Limasol limanında qeydiyyatda olan və Kipro bayrağı altında üzən “Monçeqorsk” yük gəmisindən gedir. Gəmi Qəzzaya silah göndərilməsinin qarşısının alınması ilə bağlı ABŞ və İsrail arasında imzalanan müqaviləyə əsasən həbs edilib.

Gəmi atəş açılmadan həbs olunub. Ekipaj üzvləri yoxlama zamanı müqavimət göstərməyiblər. İlkin baxışdan sonra ABŞ komandanlığı Misir hökuməti ilə əlaqə saxlayaraq gəminin ölkə limanlarından birində daha ciddi yoxlanılmasını xahiş edib.

LENT.AZ

Xəbərin oxunma sayı: 338

GÜNEYLİ FƏAL AZAD BURAXILIB

GÜNEYLİ FƏAL AZAD BURAXILIB
2009-01-22 - 19:13:00

çap versiyası

Hüseyn Hüseyni

Tehranın Evin zindanında saxlanan milli fəal Hüseyn Hüseyni 68 gün həbsdən sonra 50 min dollarlıq mülk girovu müqabilində azadlığa buraxılıb. O, 2008-ci il noyabrın 13-də İranın Rey şəhərində İran Məşrutə hərəkatının sərkərdəsi Səttarxanın anım mərasiminə qatıldığı üçün həbs edilmişdi.

«Media forum» saytının məlumatına görə, H.Hüseynpur milli zəmində fəaliyyətinə görə, 2008-ci ilin iyul ayında da Sulduzda tutularaq bir ay müddətinə Ərdəbil həbsxanasında saxlanmışdı.

«Media forum»

TRT-nin RƏHBƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

TRT-nin RƏHBƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB
2009-01-22 - 17:25:00

çap versiyası
Ankara prokurorluğu Türkiyənin dövlət kanalı olan TRT-nin rəhbəri İbrahim Şahin və bu kanalda yayımlanan «Büyüteç» proqramının müəllifi haqqında cinayət işi başladıb. Səbəb ötən həftə TRT-nin «Ergenekon» işinin əsas şahidi sayılan, Kanadada yaşayan Tuncay Güneyi canlı yayıma çıxarmasıdır.

İbrahim Şahin

Prokurorluğun məmur cinayətləri araşdırma şöbəsində qaldırılan cinayət işi çərçivəsində Radio-Televiziya Ali Şurasına (Radio Televizyon Üst Kurulu-RTÜK) müraciət ediləcək və «Büyüteç» proqramının görüntüləri istəniləcək. Görüntülər izləndikdən sonra İ.Şahin və proqram müəlliflərinin dindirilib-dindirilməməsinə qərar veriləcək.

Cinayət işi hazırda rəhbəri həbsdə olan İşçi Partiyasının iddiası əsasında qaldırılıb. İddia ərizəsində TRT rəhbərinin və «Büyüteç» proqramı müəlliflərinin haqqında «Vəzifədən sui-istifadə etmə», «Cinayətə və cinayətkara yardım etmə», «İstintaqın gizliliyini pozma», «Ədalətli istintaqa təsir göstərməyə təşəbbüs» maddələriylə cinayət işi qaldırılması tələb edilib.

TRT-nin «Ergenekon»un əsas şahidi olan Tuncay Güneylə 4 saatlıq müsahibəsi Türkiyədə ciddi müzakirələrə səbəb olub. Radio-Televiziya Ali Şurasının 4 üzvü də TRT-nin bu proqramla öz tərəfsizliyini pozduğu haqda iddialarla razılaşdığını açıqlayıb.

«Media forum»

TEHRANIN EVİN ZİNDANINDA YANĞIN BAŞ VERİB

TEHRANIN EVİN ZİNDANINDA YANĞIN BAŞ VERİB
2009-01-22 - 12:58:00

çap versiyası

Evin zindanının giriş qapısı

Yanvarın 22-də səhər Tehranın Evin zindanında naməlum səbəblər üzündən yanğın baş verib.

«Media forum» saytı xəbər verir ki, İranın «Mehr» agentliyi yanğınla bağlı yaydığı məlumatda zindanın ətrafındakı təpələrdən qatı tüstü qalxdığını bildirib. Məlumatda yanğınsöndürənlərin hadisə yerində olduğu və alovu söndürməyə çalışdığı vurğulanıb.

Tehranın şimalında Dərəkə adlanan yerdə təpələr arasında yerləşən Evin həbsxanasında əsasən müxalif düşüncəli siyasi məhbuslar saxlanır. Burda cəza çəkənlər arasında Azərbaycan türkləri də az deyil.

Evin zindanında yanğın siyasi və ictimai fəalların, hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. Yanğının bilərəkdən törədilib-törədilmədiyi hələ bilinmir.

Qeyd edək ki, İranda şahlıq dövründə bəzi siyasi məhbusları aradan götürmək üçün zindanlarda bilərəkdən yanğınlar törədilir və bu, təsadüfi hadisə kimi qələmə verilirdi.

«Media forum»

Iraq İranın müxalifət qrupunu hücumlar planlaşdırmaqda ittiham edir

Iraq İranın müxalifət qrupunu hücumlar planlaşdırmaqda ittiham edir

21/01/2009

İraqın yüksək səviyyəli rəsmisi ölkədə mənzillənən İranın müxalifət qrupunun İraq qüvvələrinə qarşı intihar hücumları təşkil etməyi planlaşdırdığını bildirib. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Müvəffəq əl-Rubaiyi Xalq Mücahidləri qrupunu hücum hazırlamaqda ittiham edib, lakin planla bağlı heç bir dəlil gətirməyib. Qrupun sözçüsü bu iddiaları rədd edib. Rubaiyi bu açıqlamları bir həftə bundan əvvəl İranda edib.

21 Ocak 2009 Çarşamba

Narkotik maddələrin satışı ilə məşğul olan İran vətəndaşı tutulub

Narkotik maddələrin satışı ilə məşğul olan İran vətəndaşı tutulub

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan İran vətəndaşı tutulub. Tutulan əcnəbi Bakı sakininə narkotik maddə satmaqda təqsirləndirilir. Bu barədə çərşənbə günü Trend News-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Əzizbəyîv rayon Polis İdarəsinin Nàrkîtiklərlə Mübàrizə Bölməsi (NMB) əməkdàşlàrının kåçirdikləri əməliyyàt tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Tåymur Məlikàğà îğlu Qàsımîvdàn çərşənbə axşamı 23,836 qràm nàrkîtik vàsitə îlàn hårîin àşkàr ådilərək götürülüb. Təõirəsàlınmàz əməliyyàt tədbirləri nəticəsində nàrkîtik vàsitəni înà sàtàn İràn İslàm Råspublikàsının vətəndàşı Bàxşı Pàşà Àlàmhîlidə tutulub. Faktla bağlı araşdırma aparılır.

Avropa ölkələrinə qaz nəqli bərpa edildi

Avropa ölkələrinə qaz nəqli bərpa edildi

Rusiya qazının Ukraynadan tranzit edilməklə Avropa ölkələrinə qaz nəqli bütünlüklə bərpa edilib. Bu barədə Avropa komissiyasını rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, ilk olaraq Slovakiya qaz alıb.
------------------------------------------------------------ Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 20-də saat 17.00-dan 17.50-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.55-dən 22.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Təbrizdə Azərbacan milli kimliyi uğrunda dinc mübarizə aparan 8 güneyli fəalın məhkəməsi keçirilir

Təbrizdə Azərbacan milli kimliyi uğrunda dinc mübarizə aparan 8 güneyli fəalın məhkəməsi keçirilir

GÜNAZŞTV mətbuat mərkəzinin «Media forum» saytından əldə etdiyi məlimata görə vəkil Nağı Mahmudi Təbriz Universitetinin tələbələri Maqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, İsfahan Universitetinin tələbəsi Məcid Makuizad və ordu zabiti Daryuş Hatəminin dövlət quruluşuna qarşı təbliğat aparmaqda, qanunsuz təşkilatlara üzv olmaqda və ölkənin milli təhlüksizliyinə qarşı çıxmaqda günahlandırıldıqlarını bildirib.

6 ay əvvəl həbsə salınan tələbələr 2008-ci il oktyabrın 28-də 20-50 min dollarlıq mülk girovları qoyaraq müvəqqəti azadlığa buraxılmışdılar.

20 YANVAR FACİƏSİNİN 19-CU İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN MİLLİ AZADLIQ TƏŞKİLATININ MÜRACİƏTİ

Bu gün-20 Yanvar Azərbaycan xalqının azadlıq və qurtuluş mücadiləsi tarixində faciəli, ancaq bir o qədər də şərəfli bir gündür. Yüzlərlə qəhrəman Azərbaycan övladının qanı ilə süslənmiş şanlı tariximizin şərəfli bir səhifəsi olan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməz olduğunu bütün dünyaya göstərmiş, Azərbaycanımızın quzeyində milli azadlıq hərəkatının daha mətin addımlarla milli müstəqillik hədəfinə doğru irəliləməsində ciddi bir dönüş nöqtəsi olmuşdur. 19-cu ildönümünü qeyd etdiyimiz 20 Yanvar 1990-cı ildə Azərbaycan xalqı əli yalın, ancaq sarsılmaz bir iradə ilə başdan-ayağa silahlanmış qəddar rus hərb maşınına qarşı duraraq imperianın Azərbaycan milli azadlıq hərəkatını susdurmağa yönəlik cəhdlərini tamamilə boşa çıxarmışdır.

20 Yanvar 1990-cı ildə yüzlərlə soydaşımızın uğrunda canlarını fəda etdiyi idealların bir qismi bu gün Azərbaycanımızın quzeyində gerçəkləşmişsə də, Azərbaycanımızın güneyində həmin ideallar uğrunda mübarizə ciddi bir şəkildə davam etməkdə, vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etməyə hazır olan yüz minlərlə fədakar Azərbaycan övladı sarsılmaz bir əzm və iradə ilə bu şərəfli yolda yürüməkdədir.

Ümid edirik ki, milli azadlıq və milli müstəqilliyimizə doğru bu böyük yürüyüşün qarşısını zorakılıq, qəddarlıq və silahla almaq istəyən hakim fars şovinistləri 20 Yanvar 1990-cı ildə göstərdiyi böyük qəhrəmanlıq örnəyindən, güclü hərb maşınına baxmayaraq rus imperiasının uğradığı böyük həzimətdən lazımi ibrəti alacaqlar.

Azerbaycan Milli Azadlıq teşkilatı (AMAT) olaraq, 20 Yanvar şəhidlərinin dəyərli xatirələrini əzizləyir, onların yüksək amal və ideallarının davamçısı olacağımızı, şəhidlərimizin müqəddəs qanlarının yerdə qalmayacağına inancımızın tam olduğunu bəyan edirik.

Ahıska türklərinə dəstək kampaniyasına start verildi-

Ahıska türklərinə dəstək kampaniyasına start verildi-

Ahıska türkləri öz tariхi torpaqlarından zorla sürgün edilməsinin 65-ci ilini yaşayırlar.

1944-cü ildə ermənilərin əli ilə SSRİ rəhbərliyinin təşəbbüsü əsasında Qazaхıstan, Özbəkistan və Qırğızıstana sürgün edilən Ahıska türkləri ilk gündən başlayaraq vətənə, Gürcüstanın Mesхetiya-Ъavaхetiya bölgəsinə dönmək uğrunda mübarizəyə başlayıblar. -Təəssüf ki, sovet totalitar reyimində problem öz həllini tapmayıb. 1989-cu ildə SSRİ-nin dağılması prosesini dərk edən şovinist qüvvələr müstəqil Özbəkistan dövlətinin yaranmasına və Türkiyə ilə münasibətlərin qurulmasına mane olmaq məqsədilə məlum Fərqanə hadisələrini törədiblər. Gürcüstan 1999-cu ildə Avropa Şurasına qəbul edilərkən Ahıska türklərinin öz tariхi yurdlarına dönməsini təmin etməklə bağlı öhdəlik götürüb. Artıq Gürcüstan parlamenti Ahıska türklərinin Gürcüstana reportasiyasına dair qanun qəbul edib. Hazırda 12500 nəfər repartriant statusu almaq üçün müraciət edib. Müraciət edənlərin 1728-nin sənədləri Gürcüstan səfirliyinə təqdim edilib. Gürcüstan parlamenti 11 iyul 2007-ci ildə qəbul etdiyi qanunda ərizə və müraciətlərin müddətini 1 iyul 2009-cu il tariхinə qədər uzadıb. Ahıska türklərinin "Vətən" cəmiyyəti beynəlхalq təşkilatlar, dünya ictimaiyyəti, dövlətlər və humanist şəхslərə müraciət edərək Ahıska türklərinə repartriant statusunun alınması, vətənə dönüş, vətəndə məskunlaşma və yenicə vətənə köç etmiş ailələrə yardımçı olmağa çağırır. Hesab nömrəsi belədir:
Azərbaycan Respublikası Mesхeti Türklərinin
"Vətən" cəmiyyəti H/Hesab N 3308000210
Hesab nömrəsi: 33080000210 Bank:NBC Bak ASC
VÖEN:1700130681 Kod:505345
M/hesabı:0137010045944
SWiFT BiK Kod: NBCBAZ22

Talibandan Obamaya ilk mesaj

Talibandan Obamaya ilk mesaj

Əfqanıstanda 2001-ci ildə devrilən Taliban rejiminin sözçüsü, dünən and içərək vəzifəsinə başlayan ABŞ prezidenti Barak Obamaya ilk mesajlarını göndərib

QayNar: Sözçü Yusif Əhməd, "AFP"-yə telefonla verdiyi açıqlamada, Obamanın Amerika hərbi birliklərini Əfqanıstandan çəkməli olduğunu, yoxsa aqibətlərinin 1980-ci illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı ilə eyni olacağını söyləyib.
"Qaynar.info"-nun verdiyi xəbərə görə, Əhməd, "Obama ilə bir problemimiz yoxdur, amma (əvvəlki prezident Corc) Buşun siyasətindən dərs almalıdır, hətta ondan öncə, Əfqanıstanı 1979 ilə 1989-cu illər arasında işğal edən və mücahidlərin müqaviməti qarşısında zorla ölkəni tərk edən Sovetlərdən dərs almalıdır" deyib.
Qeyd edək ki, Taliban 2001-ci ildə iqtidardan endirilib. Ancaq 70 minə qədər xarici əsgərin mövcudiyyətinə baxmayaraq Taliban rejiminə bağlı olan döyüşçülərin müqaviməti davam edir.
Obama, Əfqanıstanı xarici siyasətinin "prioritetlərinin başında" saymışdı. //Rəşad Səfərov, QayNar

Güney Azərbaycan kürdləşdirilir

Güney Azərbaycan kürdləşdirilir

Urmiyə şəhərinin "Nazlı" bölgəsinin Qızıl Xanəyə kəndinin sakinləri isə əkin sahələrinin suvarılmasında istifadə etdikləri su mənbələrindən məhrum edilmələrindən təşvişə düşərək dinc etiraz aksiyası keçirirlər.
Onlar kəndin əkin sahələrinin uzun illərdən bəri istifadə edilən çayın istiqamətinin dəyişdirilərək bu kəndin yaxınlığında inşa edilə qum fabrikinə yönəldilməsinə etiraz əlaməti olaraq Salms-Xoy şəhərlərarası şose yolunu bağlayıblar. Polis və təhlükəsizlki qüvvələrinin hücumu isə əhali ilə təhlükəsizlik qüvvələri arasında saatlarla davam edən toqquşmalara səbəb olub.
Dinc etirazçıları dağıtmaq məqsədilə polis soydaşlarımıza sərt təzyiqlər göstərib, adamları dəyənəklərlə döyüblər, sonra da soydaşlarımız atəşə tutulub.
Kənd sakinlərindən ən azı 15 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 40 kəndli isə həbs olunub. Kəndlilərə atəş də açılıb
Urmiyədəki Xomeyni xəstəxanasına yerləşdirilən yaralılar polis nəzarətində saxlanılır. Bundan başqa, Qızıl Xənəyə kəndinin giriş və çıxış yolları sərt polis nəzarətində saxlanılır. Kəndlilərin kənddən çıxmalarına məhdudiyyət qoyulub.
Aksiya zamanı həbs olunanların isə harada saxlandığı barədə heç bir dəqiq məlumat yoxdur.
Əkinçilik və bağçılıq isə 2 min nəfərdən artıq əhaliyə malik Qızıl Xənəyə sakinlərinin əsas dolanışıq mənbəyidir.
Dünən əməkdaşımızın əldə etdiyi məlumatlara görə, Qızıl Xəniyə kəndinin sakinlərinin etirazlarının əsas səbəbi su ilə bağlıdırsa, buraya kürdlərin köçürülməsi ilə bağlı yaranmış narazılıqlar da çox ciddi rol oynayıb.
Kənd sakinləri baş verənlərlə bağlı iki məktub yazıblar. Urmiyənin imam-cüməsi Həsəniyə ünvanlanmış məktubda hadisələrin kimlər tərəfindən və nə üçün törədilməsindən bəhs olunur.
O da bildirilir ki, İranın kütləvi informasiya vasitələri Qızıl Xənəyədə baş verənlər barədə heç bir məlumat vermirlər.
Qərbi Azərbaycan Müdafiə Komitəsindən verilən məlumata görə, Qızıl Xənəyə sakinlərinin etirazları gəlmə kürdlərin tərbiyəsiz, aqressiv davranışları ilə bağlı olaraq daha da sərtləşib.
Onlar kənd sakinlərinə sataşan, onların torpaqlarını qəsb etməyə çalışan və azərbaycanlıları təhqir edən kürdlərin, habelə dinc sakinlərə atəş açanların cəzalandırılmasını tələb edirlər.
Urmiyə şəhər məscidinin imam-cüməsi Həsəni isə bölgənin nüfuzlu azərbaycanlılarından biridir. 1979-1980-ci illərdə Sulduz şəhərinə axın edən kürdlərin işğalçı davranışına qarşı ayağa qalxan soydaşlarımızın arasında Həsəni də vardı. O, 40 mindən artıq kürdlə əldə silah vuruşan azərbaycanlılardan biri olub.
Qaçaqmalçılıq, narkotik maddələr, silah və insan alverindən əldə etdikləri pullarla Urmiyyənin yaxınlığında mal-mülk alan kürdlərin başında isə Hacı Abdulla Nuri adlı birisi durur.
Məhz bu şəxs Qızıl Xənəyənin yaxınlığında daş-qum karxanası salaraq, kənldin yaxınlığından axan çayın məcrasını dəyişərək karxanaya və onun kənarındakı tikinti materialları zavoduna yönəldərək soydaşlarımızı susuz qoyub.
Kürdlərin isə Güney Azərbaycana yürüşü xatırladaq köçü davam edir. Onlar məskunlaşdıqları azərbaycanlı kənd və qəsəbələrində ev tikəndən sonra əvvəlcə qohumlarını, sonra isə tanıdıqları bütün kürdləri oraya çağırırlar. Bu minvalla hakimiyyət dairələrinin də dhər yolla dəstək verdiyi kürdləşmə prosesi gedir. Güney Azərbaycanında Xananın "Piranşəhr", Soyuqbulaşın "Mehabad", Sulduzun isə adının "Nəğədə"yə döndərilməsi məhz bu minvalla baş verib.
Təbrizin azərbaycanlı tələbələri isə yanvarın 21-də yerli vaxtla saat 12-də Təbriz Universitetinin yataqxana korpusunna daxil olan "Ustad Cəfəri" kampus binasın qarşısında dinc oturaq etiraz aksiyası keçirəcəklər. Tələbələr Vahid Şeyxbəylinin azadlığa buraxılmasını tələb etmək niyyətindədir.
Aksiyada Təbriz tələbə hərəkatının liderlərindən biri, Güney Azərbaycanındakı milli-azadlıq hərəkatının fəallarından olan Əkbər Ələmi də qatılacaq.
Vahid Şeyxbəyli 24 gün əvvəl İranın ETTELAAT təşkilatının əməkdaşları tərəfindən evinin qarşısında həbs olunub. Qapını döyən təhlükəsizlik xidməti əməkdaşı onu çağırıblar. Şeyxbəyli darvazanı açıb çölə çıxanda isə onu zorla maşına basaraq, naməlum istiqamətə aparıblar.
Dünən aldığımız məlumatlara görə, zindana salınmış V.Şeyxbəylinin vəziyyəti ağırdır. Güney Azərbaycanındakı "Arman" milli təşkilatının lır.
Bu arada azərbaycanlı fəal və jurnalist Şahnaz Qulami zaminə buraxılıb.
İki ay öncə, ötən ilin noyabrın 9-da İranın Cinayət Məcəlləsinin "İran dövlətçiliyinə qarşı əks təbliğat" maddəsi ilə ittiham olunaraq həbs olunan Şahnaz Qulami 20 milyon tümən ($20 min) müqabilində müvəqqəti azadlığa buraxılıb.
İran təhlükəsizlik orqanları tərəfindən qanunsuz olaraq həbs olunması və Təbriz həbsxanasında təhlükəli cinayətkarlarla birlikdə saxlanmasına etiraz olaraq 2 həftə öncə aclıq aksiyasına başlayan jurnalist bunun nəticəsində huşunu itirərək xəstəxanaya yerləşdirilmiş və aksiyanı dayandırmağa məcbur olmuşdu.
Onun Təbriz həbsxanasında təhlükəli cinayətkar və əxlaqsız qadınlarla birlikdə saxlanıldığı, onun ən zəruri imkanlarla, o cümlədən yorğan-döşəklə təmin edilmədiyi də bildirilirdi. Azərbaycanlı jurnalist rütubətli və soyuq beton üzərində gecələməyə məcbur edildiyindən bel ağrılarından hələ də əziyyət çəkir.
Xəstəxanada Şahnaz xanıma lazımi tibbi yardımın göstərilmədiyi və onun səhhətinin hələ də yaxşılaşmadığı qeyd olunur.
"Azərqadın" veb səhifəsinin baş yazarı, Şahnaz xanım hakimiyyəti tənqid edən yazılarına görə, Təbrizin İslam İnqılabı Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Şahnaz Qulaminin yenidən həbsə alınıb zindana salınması və ya azadlığa buraxılacağı bu yaxınlarda keçriləcək məhkəmədə həll olanacaq.express

Fars rejimi "Stalin repessiyasını" həyata keçirir

Fars rejimi "Stalin repessiyasını" həyata keçirir

Son iki ildə Təbrizdə 17 min milli fəal istintaqa cəlb olunub Con iki ildə Güney Azərbaycanın təkcə Təbriz şəhərində 17 min milli fəalı "Ettelaat", İranın hüquq-mühafizə və məhkəmə orqanları istintaqa cəlb edib.
Həmin şəxslərin əksəriyyəti "Ettelaat" və "Sepah"ın gizli təcridxanalarında, polis idarələrində fiziki və ruhi işgəncələrə, qısa və uzunmüddətli həbslərə, sürgünə və ağır təzyiqlərə məruz qalıblar.Bəzi soydaşlarımız hazırda müxtəlif həbsxanalardadır, bəziləri isə girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.

Təbriz şəhərində 2006-2008-ci illərdə 43 milli fəal təhlükəsizlik qüvvələrinin ağır işgəncələrinə məruz qalıb, qətlə yetirilib. Təbrizin Elgölü, Acıçay, Mehranrud, Park Erəm, Pərvaz, Baba bağı, Anaxatın, Çilləxana və başqa ətraf kənd və gözdən kənar yerlərə atılıb. Onlardan 21 nəfərini ekspert həkimlər döyülərək öldürüldüyünı təsdiqləsə də, 22 nəfər gizli şəkildə dəfn olunub. Ən son qətlə yetirilən təbrizli fəal Mehdi adlı 23 yaşlı gəncdir. Onun meyidi Təbrizin yaxınlığındakı Çilləxan kəndinin sahibsiz bağlarının birində, 25 metr dərinliyi olan quyudan tapılıb. Coydaşımız bir müddət öncə yoxa çıxıb və anonim zəng vasitəsilə ailəsinə övladlarının öldüyünü bildiriblər. Naməlum şəxslər bütün qətllərin araşdırılmasının qarşısını alır. Rəsmi dairələr isə bu cinayətlərə soyuqanlılıqla yanaşır. Qətlə yetirilən və istintaqa cəlb olunan soydaşlarımızın adları onların özlərinə və ailələrinə yenidən təzyiqlərin edilməməsi üçün açıqlanmır. Onları az bir hissəsinin adları beynəlxalq insan haqları təşkilatlarının siyahısına salınıb. İran təhlükəsizlik qüvvələri qətlə yetirilən və ya həbs edilən soydaşlarımız barəsində məlumatların kənara çıxmaması üçün onların ailə və yaxınlarını təzyiq və təhdidlərə məruz qoyurlar.Turqut

The 19th anniversary of Ahwazi democratic popular front. (GAİP...)

The 19th anniversary of Ahwazi democratic popular front
To: Our fellow-freedom fighter in Ahwazi democratic popular front

Political geography of so called Iran has been based with faking history and invading other ethnic group’s homelands

From these invasions we can mention about Ahwaz. Reza shahs broke down the independent united government of MEHMEREH (which was leaded by SHEYKH KHEZEL) and also invaded Ahwaz.

Reza shah and his son and after them Republic disguised as Islam did the same for other ethnic groups.

Theses dictatorship systems spent all their power to take all ethnic groups over ground and underground sources with force and assimilating them.

They invested all this sources in Persian speaking areas at first to force them to immigrate to Persian cities and work as a labor on their factories and change their ethnic groups with this inhumanity plan.

Persian chauvinists for making fake identity for fake country so called Iran alongside Reza shah monarchy they did humanity genocide and cultural genocide like burning books, banning speaking and education in their own language, changing cities name, banning local and traditional names.

It is not surprised that Iran chauvinists governors however trying to cover up their chauvinist ideology with Islam but they banned Islamic language which is Arabic or change MEHMERE to khorremshehr, ALKHEFAJIYEH to susengerd, EBADAN to Abadan, SALEHIYEH to andimeshk and so on.

These kind of assimilation and invasion is not just in Ahwas but also in other invaded part of country so called Iran like AZERBAIJAN has been genocide humanity and culturally. However these dictatorship systems from Reza shah till now they killed and plundered, but they could not strangle people’s freedom and independent movement in any part of Iran history, so after MEHMEREH eastern Arabic government which its freedom movement was leaded by SHEYKH MEHDI KEBI and continued SEADET party in Ahwaz. Today we are witness of lots of parties and organizations which are working together to get their freedom form Iranian dictatorship system.

We can see the same movement of freedom in Azerbaijan history AZADISTAN GOVERNMENT leaded by SHEYKH MOHAMMAD KHIYABANI, AZERBAIJAN NATIONAL GOVERNMENT leaded by MARTYR SEYID JAFAR PISHEWARI, LAHUTY movement, Muslim population movement(xelqe muselman leaded by Ayetallah SHERIYETMEDARI) which have formed our today freedom movement.

Not only Arabic people in Ahwas but also other ethnic groups in Iran they have got just one resolution to get ride of this dictatorship and there is no way except Independency in geographic, economic, political, military and get their own fate in their own hands so with the respect of international law we are struggling to get our rights from Iranian dictatorship system.
Our friends and fellow-freedom fighters in Ahwazi democratic popular front we
South Azerbaijan independent party celebrates 19th anniversary of Ahwazi democratic popular front and give all our sympathy for those who martyred and wish victory and power for all people who are struggling to get their people’s rights. South Azerbaijan independent party has highlighted the necessity of unity movement of all ethnic groups together shoulder to shoulder against Persian dictatorship system and feels very pleased. We believe that we will get our peoples and countries freedom not very far and make our own independent.

Hope for victory of all ethnic groups under Persian chauvinist’s oppression.

South Azerbaijan Independent party
GAIP
WWW.GAIP.ORG
WWW.GAIP.BIZ