azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

20 YANVAR FACİƏSİNİN 19-CU İLDÖNÜMÜ GÜRCÜSTANDA DA QEYD OLUNUB

20 YANVAR FACİƏSİNİN 19-CU İLDÖNÜMÜ GÜRCÜSTANDA DA QEYD OLUNUB


Müəllif: AzTV
Mövzu: Cəmiyyət
Dərc edilib: 20.01.09 18:40

--------------------------------------------------------------------------------

20 Yanvar faciəsinin 19-cu ildönümü Gürcüstanda da qeyd olunub. Dmanisi rayonunda keçirilən tədbirdə məlum dövrün imperializm vəhşilikləri qəti şəkildə pislənib.
Gürcüstanda azərbaycanlıların kütləvi yaşadığı Dmanisi rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Gənclər sarayında 20 yanvar faciəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə Dmanisi rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib. Millət vəkili Qənirə Paşayeva 19 il əvvəl Bakıda törədilən qırğınları, günahsız insanların qətlini və keçmiş sovet rəhbərlərinin xəyanətkar hərb cinayətlərini pisləyib. Bildirib ki, Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qarşısını almaq məqsədilə törədilən qətllər xalqın müstəqillik əzmini qıra bilməyib. Əksinə mənfur sovet rejiminə nifrətini artırıb. Vurğulanıb ki, bu gün bütün dünya azərbaycanlıları tarixinin bu şərəfli səhifəsilə fəxr edir.
Çıxışlarda tarixi faciənin hər il dünyanın azərbaycanlılar yaşayan bütün nöqtələrində yüksək səviyyədə anılmasının gənc nəslin milli ruhda tərbiyəsi baxımından vacibliyi də diqqətə çatdırılıb. Dost Gürcüstan xalqının da hər zaman Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyi bildirilib. Mərasimdə qanlı yanvar gecəsini əks etdirən foto-stend də təşkil olunub. Sonda Gürcüstanda yaşayan əlil soydaşlarımıza Heydər Əliyev Fondu tərəfindən göndərilən əl arabaları və eşitmə aparatları təqdim edilib.

Hiç yorum yok: