azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

PKK-ya qarşı mübarizənin qəhrəmanlarından biri intihar edib

PKK-ya qarşı mübarizənin qəhrəmanlarından biri intihar edib

Ankara – APA. Türkiyə Jandarma Qüvvələrinin Diyarbəkir bölgəsi üzrə sabiq kəşfiyyat rəisi, istefada olan polkovnik Abdulkərim Kırca intihar edib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, A. Kırca Ankarada Jandarma Qüvvələrinə məxsus hərbi şəhərcikdə yerləşən evində tapançası ilə başına atəş açaraq özünü öldürüb. Keçmiş kəşfiyyatçının son günlər mətbuatda adının müxtəlif cinayətlərdə hallandırılmasına çox üzüldüyü, bu səbəblə özünə qəsd etdiyi güman olunur.

Qeyd edək ki, A. Kırca PKK terror təşkilatına qarşı mübarizədə xüsusi xidmətlər göstərən zabitlərdən biri olub. Diyarbəkirdə terror təşkilatına ağır zərbələr endirən polkovnik PKK-nın Türkiyənin turizm mərkəzi Antalya bölgəsinə yerləşmək cəhdlərinin qarşısının alınmasında mühüm rol oynayıb. Antalyanın dağlıq ərazisində terror aksiyasına hazırlaşan PKK-çılarla döyüşə girən A. Kırca 12 terrorçunu məhv edib və özü də ayağından yaralanıb. Bütün müalicə tədbirlərinə baxmayaraq, polkovnik əlil olub və təqaüdə göndərilib. Əlil arabasında yaşamağa başlayan A. Kırca prezident Əhməd Nejdət Sezər tərəfindən dövlət medalı ilə təltif edilib.

Hiç yorum yok: