azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

«FREEDOM HOUSE» TƏŞKİLATININ SAYTINDA DAĞLIQ QARABAĞ İKİ DÖVLƏTİN BİR ƏRAZİSİ KİMİ GÖSTƏRİLİB

«FREEDOM HOUSE» TƏŞKİLATININ SAYTINDA DAĞLIQ QARABAĞ İKİ DÖVLƏTİN BİR ƏRAZİSİ KİMİ GÖSTƏRİLİB



«Freedom House» təşkilatının rəsmi saytında «Map of Fredom» («Azadlıq xəritəsi») adlı xəritə yerləşdirilib. Xəritədə Cənubi Qafqazın üç müstəqil dövlətinin adı ilə yanaşı Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ kimi separatçı ərazilərin də adları göstərilib.

Bu barədə məlumat verən AzərTAc-ın Berlindəki xüsusi müxbiri Vüqar Seyidov bildirir ki, xəritənin tərtibçiləri separatçı qurumların adlarından sonra mötərizədə onların hansı suveren dövlətə mənsub olması haqqında izahat veriblər: «Bizi hiddətləndirən də bu «izahatlardır». Cənubi Osetiya və Abxaziya adlarından sonra (Gürcüstan), Dnestryanı bölgənin adından sonra (Moldova), Çeçenistanın adından sonra mötərizədə onun Rusiyaya mənsub olması göstərildiyi halda, «Freedom House» Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin – Ermənistanın və Azərbaycanın adlarını yazıb.

Görəsən, «Freedom House» bunu nə səbəbdən və hansı beynəlxalq sənədlər əsasında edib? Hətta Kosovonun adından sonra (Serbiya) yazılıb, hərçənd Balkandakı yeni dövləti BMT-nin üzvü olan 54 dövlət, o cümlədən «Freedom House» saytını bilavasitə maliyyələşdirən dövlətlər də tanıyıb. Qəribədir ki, Cənubi Osetiya və Abxaziyanın hətta Rusiya və Nikaraqua tərəfindən rəsmən tanınmasına baxmayaraq xəritənin müəllifləri bu qurumların Gürcüstana mənsub olması barədə mübahisə etmirlər. Halbuki qondarma Dağlıq Qarabağ rejiminin qondarma müstəqilliyini hətta Ermənistan özü də tanımayıb! Görəsən, «Freedom House» saytının rəhbərlərini Dağlıq Qarabağın adından sonra (Ermənistan/Azərbaycan) yazmağa məcbur edən nə olub? Bu bölgəyə Ermənistanın və Azərbaycanın birgə sahiblik etməsi hansı dövlətlər tərəfindən tanınıb? Azərbaycanın ayrılmaz tərkib hissəsi nə vaxtdan kondominium hesab edilməyə başlanıb?»

AzərTAc Dağlıq Qarabağın mənsubiyyəti barədə çox kobud səhvə yol verilməsi və həmin xəritədə Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin adının göstərilməsi ilə əlaqədar qəti etirazını bildirir və «Freedom House» saytının rəhbərliyindən qondarma «Azadlıq xəritəsi»ni beynəlxalq hüququn hamı tərəfindən tanınmış sənədlərinə dərhal uyğunlaşdırmasını tələb edir.

Hiç yorum yok: