azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Ocak 2009 Cumartesi

GÜNEY AZƏRBAYCANA GƏLMƏLƏR KÖÇÜRÜLMƏKDƏDİR

GÜNEY AZƏRBAYCANA GƏLMƏLƏR KÖÇÜRÜLMƏKDƏDİR


Yerli əhalini bu sayaq sıxışdıran Tehran gəlmələrin vasitəsilə türk tarixini saxtalaşdırır


S.SOLTAN


Çoxsaylı arxeoloji tapıntılar türklərin indi yaşadığı ərazidə ta qədim zamanlardan məskunlaşdığını təsdiqləməkdədir.
Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzinin yaydığı xəbər də bu barədədir. Məlumatda deyilir ki, İran rəhbərliyi Güney Azərbaycan tarixini saxtalaşdırmaqda və mədəniyyət abidələrimizi oğurlamaqdadır. Bir müddət öncə Güney Azərbaycanın Xudafərin bölgəsində tarixi araşdırma aparılıb və bununla bağlı yaxın zamanlarda kitab buraxılacağı gözlənilir. Həmin kitabda bölgənin tarixi saxtalaşdırılmış şəkildə təqdim olunacaq. Mənbənin bildirdiyinə görə, aparılmış araşdırmanın "nəticə"sində Xudafərinin farslara mənsub olduğu öz əksini tapacaq. Halbuki, bölgədə tapılan tarixi-mədəni abidələrin çoxu Kür-Araz mədəniyyətinə aiddir.
İranın Mədəni Abidələri Qoruma İdarəsi məsul şəxslərinin verdiyi məlumata görə, artıq eksponatlar yoxa çıxıb. Aşkarlanan əşyaların xəbərsiz-ətərsiz Tehrana aparıldığı da bəlli olub. Hazırda onların harada saxlanıldığı və sonrakı taleyinin necə olacağı məlum deyil.
Xatırladaq ki, oxşar hadisələr əvvəllər də baş verib. Belə tarixi abidələrin qalıqları sonralar Avropa muzeylərindən aşkarlanıb. Bundan başqa, bir neçə il öncə Güney Azərbaycan qəbiristanlarındakı "qoç heykəl"lərin, başdaşlarının dağıdıldığı və ya yoxa çıxdığı barədə xəbərlər yayılırdı. Sonradan məlum oldu ki, bu tarixi abidələr keçmiş prezident Rəfsəncaninin oğlunun başçılıq etdiyi qrup tərəfindən oğurlanaraq xaricə satılıb və tar-mar edilib. Amma hazırda dini ekspertlər şurasına başçılıq edən Rəfsəncaninin oğluna qarşı hər hansı ölçü götürülmədi.
"Baybak"ın məumatında isə bildirilib ki, Azərbaycanın Qərb bölgəsinin Tikantəpə (indi bura Tikab deyirlər) rayonundakı Qaraömər kəndi yaxınlığında qədim mağara tapılıb. Bu mağaranın içində bir neçə otaq və əşyalar aşkarlanıb. Əlavə etmək lazımdır ki, Tehran Güney Azərbaycana aid başqa ərazilər kimi bu rayonun da adını dəyişdirməklə bölgənin türklərə məxsus olmadığını sübuta yetirmək niyyətindədir.
Xatırladaq ki, İran hakimiyyəti bu rayon yaxınlığında 15 ildən artıqdır su bəndi tikir. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə başlanılan bu layihənin taleyi də başqa oxşar layihələrin taleyini təkrarladı. Maliyyə çatışmazlığı ucbatından işlər yarımçıq saxlanıldı. 2008-ci ildən isə tikinti prosesini bərpa ediblər.
Bununla yanaşı, son zamanlar Azərbaycanın bu rayonuna çoxlu sayda gəlmə kürdlər də yerləşdirilib. "Baybak"ın yaydığı xəbərə görə, Tehran bu addımı ilə bütövlükdə Qərbi Azərbaycan əyalətinin türklərə aid olduğunu şübhə altına almağa və beləliklə, türk tarixini saxtalaşdırmağa çalışır.

Hiç yorum yok: