azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

20 Ocak 2009 Salı

20 Yanvar hadisələri ilə bağlı Dubayda və İsveçdə tədbirlər keçirilib

20 Yanvar hadisələri ilə bağlı Dubayda və İsveçdə tədbirlər keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirib. Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "525"ə bildiriblər ki, cəmiyyətin sədri Samir İmanov 20 Yanvar hadisələri barədə iştirakçılara geniş məlumat verib. O, hadisə baş verəndən dərhal sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə münasibət bildirdiyini, sonradan məhz Heydər Əliyevin təklifi ilə bu faciəyə hüquqi-siyasi qiymət verilməsi barədə danışılıb. Mərasimdə qanlı 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi də təşkil olunub, faciəli gecədən çəkilmiş video görüntülər izlənib, həlak olanların xatirəsi yad edilib. Tədbir iştirakçılarına 20 yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, "Erməni terroru" kitabı və Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabı paylanıb.

20 Yanvar faciəsinin 19-cu ildönümünü ilə bağlı İsveçdə də tədbir keçirilib. Azərbaycan diaspor təşkilatları qətliamla bağlı ingilis dilində hazırlanmış geniş bilgi toplusunu və fotoşəkilləri bu ölkənin parlamenti, Xarici İşlər Nazirliyi və beynəlxalq qurumların İsveçdəki nümayəndəliklərinə təqdim ediblər. İsveçdəki "Azərbaycan Naminə" Cəmiyyətin sədri Nadir Hollanbrandın verdiyi xəbərə görə, diaspor fəalları bu ölkənin Sosial Demokrat, Xristian Demokrat partiyalarını və indi hakimiyyətdə olan Moderat Partiyasını təmsil edən millət vəkilləri ilə görüşüblər. Görüşdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətliam barədə ətraflı məlumatlar verilib.


PƏRVANƏ

Hiç yorum yok: