azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Ocak 2009 Cuma

İranda 10 cinayətkar edam edilib

İranda 10 cinayətkar edam edilib
İranda mühakimə edilmiş 10 nəfər cinayətkarın kütləvi edamı icra edilib. Edam çərşənbə günü Tehrandakı həbsxanalardan birində həyata keçirilib.
Edam olunmuş bu 10 nəfərin hamısı qətl əməllərinə görə mühakimə edilmişlər. Onlar Tehrandakı Evin həbsxanasında dünən səhər boğazdan asılaraq edam edilmişlər.
İranda nəşr edilən hökümət qəzetinə əsasən, onların arasında taksi sürücüsünü qətlə yetirmiş qarətçi, öz xalasını öldürmüş bir narkoman var, daha bir nəfər isə mübahisə zamanı bir ailənin üç üzvünü qətlə yetirmişdi.
İnsan hüquqları müdafiəçiləri deyirlər ki, cinayətkarların edamlarının sayına görə İran dünyada Çindən sonra ikinci yerdə gedir. Bir hesablamaya əsasən, ötən il İranda 250 cinayətkar edam olunub.
Onların əksəriyyəti asılıb, lakin bu yaxınlarda ailə xəyanətinə görə iki nəfər ölənə qədər daşqalab edilmişdi.
İranın hakimiyyət orqanları kütləvi edam üsulundan başqalarını cinayətkar əməllərdən çəkindərmək üçün istifadə edirlər. Bəzən dar ağacına doğru gedən məhkumların təsvirləri hətta dövlət televiziyasında nümayiş etdirilir.

Hiç yorum yok: