ƏHMƏDİNEJAD XƏSTƏLƏNİB. İRANDA ZİDDİYYƏTLİ XƏBƏRLƏR YAYILIR
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad xəstələnib.
«Media forum» saytı bildirir ki, prezidentin xəstəliyi haqda məlumatlar olduqca ziddiyyətli fikirlərə yol açıb.
İran rəsmiləri 52 yaşlı M.Əhmədinejadın xəstəliyinin o qədər də ciddi olmadığını, onun sadəcə gərgin iş nəticəsində bir qədər soyuqladığını və bu səbəbdən istirahətə ehtiyac duyduğunu deyirlər. İslahatçılar qanadına mənsub bir sıra ekspertlər isə dövlət başçısının xəstəliyinin çox ciddi olduğunu, hətta onun bu ilin iyununda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürə bilməyəcəyini iddia edirlər.
İran qəzetləri prezidentin qəbul və səfərlərini dörd günlüyə təxirə saldığını xəbər verir. Dövlət başçısı iki gün əvvəl Tehran Universitetində Qəzza hadislələri ilə bağlı çıxış etməli, yanvarın 21-də isə Kirmanşah əyalətinə getməliydi.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder