azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

24 Ocak 2009 Cumartesi

İran ETTELAAT - ı tanınmış milli fəallara qarşı təxribat aparır . MÜSAHİBƏ

İran ETTELAAT - ı tanınmış milli fəallara qarşı təxribat aparır

( Babək bəy Azəri ilə müsahibə )



Müxbir: Sayın Babək bəy Azəri son zamanlar Vahab Təbrizli adıyla bir şəxs Güney Azərbaycanın tanınmış milli fəallarına, o cümlədən Əhməd Obalı, Şahnaz Qulami, Saleh İldırıma qarşı bəzi ittihamlar vurur. Hətta, o, öz yazısında Şahnaz Qulaminin Müdafiə Komitəsini də ittihamlayır ki, onu yaxşı tanımadan, müdafiə edirlər. Bu şəxsin yazısı və ittihamları ilə bağlı nə deyə bilərsiniz?

Babək Azəri: Bu şəxs fars dilində yazıb və mən biləni ancaq baybək sitəsində onu yerləşdirib. Çox təəssüf ki, adı çəkilən sitə bu cür müəmmalı yazıları dərc eləməklə, çalışır özünü hədsiz "demokrat" göstərsin. Bu yazını bizə də göndərmişdilər. Mən də öz növbəmdə bu şəxsə məktub yazıb, xatırlatdım ki, siz öz məktubunuzda Azərbaycanın tanınmış fəallarına ağır ittihamlar vurursunuz, əgər siz istəyirsiniz yazınız bizim sitədə dərc oluna, o zaman kim olduğunuzu bizə açıq deyin. Mənim sual edici cavab məktubumdan bir müddət keçsə də, lakin qara niqablı şəxsdən bir cavab gəlməyib. Elə yeri gəlmişkən, mən fürsətdən istifadə edib, baybək sitəsinin məsullarından soruşuram: "Tanınmamış, məchul adamlara istinad, Azərbaycanın tanınmış aktivlərinə ağır ittihamları dərc etməklə, Güney Azərbaycanın milli mənfətlərinə hansı xeyri yetirəcəyinizi düşünürsünüz?" Aydındır ki, Azərbaycanın tanınmış fəallarının siyasi etibarını ləkələyib, sual altına aparmaq, ancaq və ancaq düşməni sevindirə bilər?

Müxbir: Siz ittiham deyəndə nəyi nəzərdə tutursunuz?

Babək Azəri: Vahab Təbrizli öz yazısında əvvəl xatırladır ki, Şahnaz Qulamiyə çox sayğısı var imiş, amma İran Nicat Cəmiyyətinin sitəsində bir xəbər oxuyub, guya Xalqın Mücahidlər Təşkilatı Huma Xəbər Agentliyi vasitəsi ilə çalışıb Ş.Qulamidən sui - istifadə edə. Elə bu xəbəri oxumaq bais olub ki, o, bir neçə gün yuxususz qala və özün çox narahat hiss edə. Elə bu səbəbə görə, Günaz TV - yə və Şahnaz Qulaminin Müdafiə Komitəsinə üz tutub, sual edir ki, siz onu yaxşı tanımadan, nə üçün onu milli fəal kimi təqdim edib, müdafiə edirsiniz? Diqqət etməliyik ki, bunun istinad etdiyi sitədə Ş.Qulaminin xalq mücahidi olduğu yox, əslində ondan sui - istifadə olunması qeyd olunur. Bundan da əlavə, İran Nicat Cəmiyyəti İran rejimi tərəfindən yaranmış bir təşkilatdır və İran daxilində fəaliyyət göstərir, son zamanlarda onun əsas vəzifəsi İraqda yaşayan xalq mücahidlərin ifşa etməkdir. Belə ki, tövbə edib, İrana gələn xalq mücahidlərinin üzvilərini televiziyaya çıxarıb və müəyyən tədbirlər keçirib, İran rejiminin xeyrinə təbliğat aparırlar. Bu izahatdan sonra siz özünüz nəticə ala bilərsiniz ki, necə ola bilər ki, Vahab Təbrizli adlı "milli fəal" İranın nəzarəti altında olan hizbullah təşkilatına istinad edib Şahnaz Qulaminin kimliyini sual altına ala. Gülünc görünür, Vahab Təbrizli yazısının sonunda dada yetişmə mərhələsindən ad çəkib, ümid edir ki, dada yetişmə mərhələsində Şahnaz Qulaminin İranın Xalq Mücahidləri Təşkilatına bağlı olmaması sübut olunsun. İranın məhkəmə prosesini dada yetişmək mərhələsi adlandırmaq, ancaq İran rejiminə simpatiya göstərənlər tərəfindən işlənir. İranda məhkəmə prosesi 3 mərhələdən ibarətdir. İranda siyasi məhbuslara qarşı istintaqı İran ETTELAAT - ı aparır və dosyanı hazırlayır məhkəmə üçün. Məhkəmə də bu dosya əsasında hökm verir və ali məhkəmə də onu təsdiqləyir. İranda məhkəmə və ali məhkəmə qərar çıxartmaqda çox əhəmiyyətli rol oynamır. Siyasi məhbusun taleyi ancaq istintaq mərhələsində ETTELAAT məmurları tərəfindən müəyyən olunur. Burada da V.Təbrizli arzu edir ki, İran ETTELAAT - ı Ş.Qulaminin xalaq mücahidi olduğunu inkar edə. Başqa sözlə demək olar ki, bizim özünü milli fəal adlandıran qardaşımız V.Təbrizli ancaq İranın irqçi fars rejiminin dediyinə inanır. Və onun ağzından çıxanla durub, oturur. Həmçinin, o, öz yazısında Günaz TV - nin baş katibi Əhməd Obalını, İstiqlal Partiyasının başqanı Saleh İldırımı və Şahnaz Qulaminin Müdafiə Komitəsinı sual altına aparır.

Müxbir: Xahiş edirəm, əgər mümükünsə, Əhməd bəy Obalı və Saleh bəy İldırımla bağlı hansı ittihamlar vurulduğunu açıq deyin?

Babək Azəri: O, öz yazısında Doktor Mahmudəli Çehraqaniyə istinad edib, xatırladır ki, dok. Çehraqanlının fikrinə görə, Ə.Obalı və S.İldırım İranın Xalq Mücahidləri Təşkilatı tərəfindən Güney Azərbaycanın milli hərəkatına daxil olublar. Əlbəttə, bu ittihamla bağlı əldə heç bir sənəd yoxdur. Mən özüm bir neçə ildir ki, informasiya vasitəsində çalışıram və doktor Çehraqanlının danışığında və yazısında bu cür bir ittiham görməmişəm. Mənim fikrimcə, bu şəxsin yazısı qərəzli bir yazıdı və bundan da əsas hədəf Güney Azərbaycanın tanınmış şəxsiyyətlərin üz - üzə qoymaqdan başqa bir şey deyil. Bu düşmənin tanınmış metodudur. Necə deyərlər: "Parçala və höküm et!"

Müxbir: Sayın Babək bəy, son sualım bundan ibarətdir ki, sizin üzvi olduğunuz Şahnaz Qulaminin Müdafiə Komitəsi nə üçün yarandı?

Babək Azəri: Hər nədən qabaq biz Ş,Qulamini Güney Azərbaycanın bir dəyərli milli fəalı kimi tanıyırıq. Bunun sübutu üçün yetər ki, son zamanlar onun müsahibə və yazılarına diqqət edək. Hər bir insaflı adama yetər ki, bu qeyrətli qadını milli fəal kimi tanısın. İkincisi, o, qadın olduğuna, üçüncüsü, balaca, yiyəsiz uşağı var. Bütün bunlara istinad edib, onun vəziyyətini nəzərə alsaq, digər siyasi məhbuslarımızla müqayisədə, onun vəziyyəti daha ağırdır. Bəs, bu komitənin yaranmasına hümanist bir səbəb də var. Amma unutmayaq ki, bu komitə Ş.Qulaminin ancaq insan haqlarının müdafiəsi üçün yaranıb. Amma milli fəalların siyasi görüşləri ilə bağlı münasibətimi bilmək istəsəniz, deyə bilərəm ki, biz pulralizmə inanırıq. Yəni siyasi rəylərin çoxluğuna üstünlük veririk. Və biz milli fəalların insan haqlarını müdafiə etmək üçün, onların yüzə - yüz bizim kimi siyasi düşüncədə olmasını tələb etmirik.

Müxbir: Babək bəy, qaranlıq yazıya işıqlı cavab verdiyiniz üçün sizə oxucular adından təşəkkür edirik. Mənim sualım yoxdur, əgər sizin başqa bir sözünüz varsa, buyurun.

Babək bəy: Son sözüm yalnız bundan ibarətdir ki, uzun zamandır ki, İranın ETTELAAT - ı tanınmış milli fəallara qarşı təxribat aparır. Bizim borcumuz isə onları qoruyub, müdafiə etməkdir. Mən də həmçinin, öz növbəmdə sizə çəkdiyiniz zəhmətə görə yorulmayasınız deyirəm.

Müsahibəni apardı: Müzəffər Səlmaslı
azadtribun

Hiç yorum yok: