azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ocak 2009 Pazartesi

İran parlamenti Birləşmiş İslam Ölkələri Ordusunun təşkili layihəsini müzakirə edir

İran parlamenti Birləşmiş İslam Ölkələri Ordusunun təşkili layihəsini müzakirə edir


İran parlamentinin iki nümayəndəsi, parlamentin islam ölkələri silahlı qüvvələrindən ibarət ordunun yaradılması barədə layihəsinin parlamentdə müzakirə olunduğunu təsdiqləyib.

İranın “Əsre İran” xəbər saytı yanvarın 18-də bildirib ki, İran parlament nümayəndələri İslam Ölkələri Ordusunun təşkili məqsədi ilə İran hökumətinin gələcəkdə görə biləcəyi işlərin layihəsini müzakirə edirlər.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının iki üzvi İsmail Kosəri və Mahmud Əhmədi Trend News-a müsahibədə bu layihənin parlamentdə müzakirəsinin aparıldığını bildiriblər. Lakin onlar bu haqda ətraflı məlumat vermyiblər.

Layihəyə əsasən, İran hökuməti digər islam ölkələri ilə müsəlmanlar məskunlaşan ərazilərə hücumların qarşısını almaq məqsədi ilə birgə İslami Ordu yaratmaq üçün diplomatik danışıqlar aparmalıdır. İslam ordusu İslam Konfransı Təşkilatının nəzarəti və bayrağı altında fəaliyyət göstərməli və bu təşkilatın göstərişləri ilə öz fəaliyyətini dayandırmalıdır. İslam ölkələrinə hücumun qarşısını almaqdan başqa, bu ordu əgər iki müsəlman ölkəsi arasında müharibə yaranarsa, onlar arasında (sülhməramlı) vasitəçi kimi fəaliyyət göstərəcək.

Layihəni hazırlayanlar ümid edirlər ki, layihə tamamlandıqdan sonra, islam ölkərinin Fələstin xalqına dəstəyi mənəvi olmaqla yanaşı, həm də hərbi olacaq.

Hiç yorum yok: